Məhkəmə qərarları › İş №1(124)-530/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-530/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-530/2024 29.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Cəbrayıl rayonu Niyazqullar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Şahvəlli ƏD, Niyazqullar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri MK-23 Qaçaq Nəbi küçəsi, ev-1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “whatsapp” mobil tətbiqi vasitəsi ilə tanış olduğu “Malış” ləqəbli İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə edib göndərdiyi küllli miqdarda narkotik vasitə heroini ona istifadəsi üçün müəyyən miqdarda narkotik vasitə verməsi müqabilində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, xx.xx.2023-cü il tarixdə bir qrup şəxs halında “Malış” ləqəbli İran İslam Respublikası vətəndaşının Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində, Mehdiabad-Məmmədli yolunda işıq transformatorunun yaxınlığına qoyduğu, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş 1 ədəd qırmızı rəngli sellofanın içərisində üzəri şəffaf yapışqanlı lentlə sarılmış, 1 ədəd qara rəngli sellofan bükümdə, ümumi çəkisi - 2053,1 qram olan külli miqdarda narkotik vasitə heroini götürüb satış məqsədi ilə qanunsuz əldə edib saxlayaraq Mehdiabad-Məmmədli yolu üzərində yerləşən “Linkoil” yanacaqdoldurma məntəqəsinə daşımış, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mehdiabad-Məmmədli yolu üzərində yerləşən “Linkoil” yanacaqdoldurma məntəqəsi yaxınlığında saxlanılıb Mehdiabad polis bölməsinə gətirilərək orada həmin gün saat 18:35-dən 18:48-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan 1 ədəd qırmızı rəngli sellofanın içərisindən üzəri şəffaf yapışqanlı lentlə sarılmış, bir ədəd qara rəngli sellofanın içərisində, bir ədəd bükümdə 2053,1 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı özündə olmamış, polis əməkdaşları onu saxlayaraq polis idarəsinə aparıb “bu narkotik vasitənin sənə aid olduğunu boynuna almalısan” demişdirlər. Lakin narkotik vasitələr ona aid olmamışdır. Dövlət ittihamçısının suallarına təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cavab olaraq təxmini olaraq 1 il yarımdır ki, narkotik vasitə istifadə etdiyini, tutulmamışdan əvvəl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, lakin probasiya şöbəsində qeydiyyata düşmədiyini bildirmişdir. Polis əməkdaşları onu Mehdiabad ərazisində saxlamışdırlar. İİR vətəndaşı olan “Malış” ləqəbli şəxsi əvvəllər tanımamış, “Malış” özü onunla 01 qram narkotik vasitə ilə bağlı əlaqə saxlamışdır. O, “Malış”-a “əgər versən, nisyə götürərəm” demiş, 01 qram narkotik vasitə sifariş etmiş, lakin sifariş etdiyi narkotik vasitəni götürməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə ittiham aktında qeyd olunan narkotik vasitənin çəkisinin artıqlığı və ona aid olmadığı barəsində məlumat vermişdir. Polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmış, onlar tərəfindən döyülmüş, bunun nəticəsində başından və qolundan xəsarət almışdır. Müdafiəçinin suallarına təqsiriləndirilən şəxs cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən döyülmüş, daha sonra isə ona aid olmayan narkotik vasitəni boynuna qoyaraq guya onun olmasını bildirmişdirlər. O, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərkibinin suallarına təqsiriləndirilən şəxs cavab olaraq bildirmişdir ki, polis əməkdaşları narkotik vasitəni ona yükləmək istədikləri üçün saxlayan kimi onu döymüşdürlər. O, elektrik olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs kimi verdiyi ilkin ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il 6 aya yaxındır ki, narkotik vasitə olan heroin istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə əvvəllər tanımadığı, özünü “Malış” ləqəbi ilə təqdim edən, İran İslam Respublikası vətəndaşı onun istifadəsində olan və hal-hazırda rəqəmlərini xatırlamadığı mobil telefon nömrəsinə öz istifadəsində olan xarici ölkələrdən birinə aid olan, hal-hazırda rəqəmlərini xatırlamadığı mobil telefon nömrəsi ilə zəng edərək əlaqə yaratmışdır. Söhbət zamanı həmin şəxs öz anket məlumatları haqqında ona heç bir məlumat verməmişdir. Söhbət əsnasında həmin şəxs onun narkotik vasitə istifadəçisi olmağını bildiyini deyib, əlbir fəaliyyətdə olmağı, Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə ona göndərəcəyi ünvandan içərisində narkotik vasitə olan bağlamanı götürüb bildirəcəyi digər ünvana aparmağını təklif edib qarşılığında isə ona narkotik vasitə verəcəyini bildirmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmış, bundan sonra həmin şəxs Whatsapp tətbiqi ilə ona bir ünvan (konum) göndərmişdir. O, bu məqsədlə mesajda göstərilmiş ünvana - Abşeron rayonu Mehdiabad qəsəbəsi, Mehdiabad-Məmmədli yolunun üstündə yerləşən transformatorun yaxınlığına qoyulmuş 1 ədəd qırmızı rəngli selofanın içərisində olan, üzəri şəffaf yapışqanlı lentlə sarılmış, 1 ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə heroini götürərək Mehdiabad-Məmmədli yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində "Linkoil” yanacaqdoldurma məntəqəsi istiqamətində gedərkən qarşıdan iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O da üzərində narkotik vasitə olduğunu dedikdə həmin şəxslər onu Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra aralarında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da etirazı olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olubolmamağı soruşulmuşdur. O, əlində olan 1 ədəd qırmızı rəngli sellofanın içərisində olan, üzəri şəffaf yapışqanlı lentlə sarılmış, 1 ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə heroini, həmçinin üzərində olan mobil telefonu təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi sellofan bükümlərə baxış keçirilmişdir. Baxış zamanı bir ədəd qara rəngli sellofan bükümdə qəhvəyi rəngli, toz formalı olan narkotik vasitə heroin akşar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və başqa heç bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə, həmçinin bir ədəd ona məxsus olan mobil telefon digər kağız zərfdə qablaşdırılaraq möhürlənib üzəri iştirakçılar və onun tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan, adını “Malış” ləqəbi ilə təqdim edən şəxsin telefonuna göndərdiyi ünvan (konum) əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Məmmədli yolunun üstündə yerləşən transformatorun yaxınlığından götürüb özündə saxlamışdır. Daha sonra polislər bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzasıyla təsdiq etmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş ümumilikdə 1 ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan, adını “Malış” ləqəbi ilə təqdim edən şəxsin telefonuna göndərdiyi ünvan (konum) əsasında Abşeron rayonu Mehdiabad qəsəbəsi, Mehdiabad-Məmmədli yolunun üstündə yerləşən transformatorun yaxınlığından götürüb, həmin şəxsin bildirdiyi digər ünvana çatdırmaq üçün özündə saxlamışdır. Həmin şəxslə ilk dəfə xx.xx.2023-cü il tarixdə mobil telefonla danışmışdır. Həmin narkotik vasitə heroini əldə etməyi, habelə həmin kütlələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmağı barədə heç kimin məlumatı olmamışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlanılan zaman, polis bölməsinə gətirilən zaman və polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və psixi təsir göstərilməmişdir. Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin inzibati binasında vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzəri yoxlanılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Mehdiabad PB-nin CAŞ üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 19 iyul 2023-cü ildə təqsirləndirilən şəxs barəsində onu saxlamamışdan bir neçə gün öncə əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən, əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxsin əlində bükülü bir şey olmuş və şübhə yaratdığı üçün təqsirləndirilən şəxsi polis bölməsinə aparmış, daha sonra vəkilini də polis bölməsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs özü hər şeyi etiraf etmişdir. Təqsirləndirilən şəxsdən aşkar olunan narkotik vasitə, səhv xatırlamırsa, heroin olmuşdur. Təqsirləndirilən şəxs özü narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf edərək “mən əvvəllər də narkotik vasitə götürüb satmışam, borcum olduğu üçün indi də satacaqdım” demişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Narkotik vasitə Təqsirləndirilən şəxs əlində, torbada bükülü sellofanda olmuşdur. Aşkar olunan narkotik vasitənin çəkisi təxmini olaraq 1(bir) kq olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Onlar hadisə yerinə gedib bir müddət müşahidə etmiş və qeyd olunan yerdə artıq bir nəfərin yaxınlaşaraq əlində torbada narkotik vasitəni götürdüyünü görmüşdürlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Mehdiabad PB-nin sahənin polis nəfəri, polis kiçik serjantı Şahid3 ifadəsində göstərmişdir ki, təxmini olaraq iyul ayında gündüz vaxtı əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri üzərində daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxsin əlində 1 büküm olmuş, Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmiş, təhqiqatçının, vəkilin iştirakı ilə üzərində narkotik vasitə daşıdığı müəyyən olunmuşdur. Aşkar olunan narkotik vasitə səhv xatırlamırsa, təqsirləndirilən şəxsin cibində olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərməmiş, saxlanılarkən hər şeyi etiraf etmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-nin sahənin polis nəfəri, polis kiçik serjantı Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində psixotrop maddələri və narkotik vasitələri üzərində daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun, Abşeron RPİ-nin Mehdiabad PB-nin CAŞ üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Abşeron RPİnin Mehdiabad PB-nin sahənin polis nəfəri, polis kiçik serjantı Şahid1 iştirakı ilə 19 iyul 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçıları Abşeron rayonu, Mehdiabad - Məhəmmədəli yolunun üzərində yerləşən “Linkoil” yanacaq doldurma mərkəzinin qarşısında olan zaman orada piyada şəkildə dayanan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Namiqə üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Mehdiabad PBnə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qırmızı rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi qırmızı rəngli sellofan torba açıldıqa içərisindəki qara rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroin olduğu məlum olmuşdur. Bundan sonra 01 ədəd qara rəngli bükümdə içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan qırmızı rəngli sellofan torbanın içərisindəki qara rəngli sellofandan aşkar olunmuş bükümlərin içərisində olan maddənin nə olması və haradan əldə edilməsi soruşulduqda Namiq bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə narkotik vasitə heroindir. Həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə onlayn olaraq tanıdığı şəxsi məlumatlarını bilmədiyi “Malış” adlı İran İslam Respublikası vətəndaşından Mehdiabad qəsəbəsi ərazisində, Mehdiabad-Məmmədli yolunda işıq transformatorunun yaxınlığına atdığı yerdən həmin şəxsin dediyi yerə aparmaq məqsədilə götürdüyünü, qarşılığında isə həmin şəxsin ona narkotik vasitə heroin verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs külli miqdarda qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumat daxil olmuşdur. Onlar da həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxlamışlar. Namiqə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-nin sahənin polis nəfəri, polis kiçik serjantı Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 19 iyul 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri qəbul etməsi, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində satışı ilə məşğul olaraq üzərində daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan şəxsin üzərinə baxış keçirilməsi haqqında 19 iyul 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş baxışın video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əlində olan 1 ədəd qırmızı rəngli selofanın içərisindən üzəri şəffaf yapışqanlı lentlə sarılmış, 1 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə heroini təqdim edərək həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan, adını “Malış" kimi təqdim etmiş şəxsin telefonuna göndərdiyi ünvan (konum) əsasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Mehdiabad-Məmmədli yolunun üzərində yerləşən işıq transformatorunun yaxınlığından götürüb Mehdiabad-Məmmədli yolu üzərində yerləşən “Linkoil” yanacaqdoldurma məntəqəsinə gətirdiyini, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mehdiabad-Məmmədli yolu üzərində yerləşən “Linkoil” yanacaqdoldurma məntəqəsi yaxınlığında saxlanıldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3911 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs.....təqdim edilən...(imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2053,1 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 avqust 2023-cü il tarixli 5188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 iyul 2023-cü il tarixli “cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” qərardan və 10 fevral 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 2052,9 qram olan heroin maddi sübut kimi tanınaraq Abşeron RPİnin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsini əks etdirən bir ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron Rayon İcra Hakimiyyəti MKTİİTB 5 saylı MTİİTS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Şükürov X2 şəhəri MD-23 qəsəbəsi, Q.Nəbi küçəsində yaşadığı müddət ərzində 5 saylı MTİİTS-ə barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Şükürov X3 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsindən alınmış sorğuya cavabdan görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı hökm Sumqayıt şəhər Probasiya Şöbəsinin icraatına daxil olmuş və məhkum qeydiyyatdan keçmədiyi üçün təyin edilmiş cəzanın digər cəza növü ilə əvəz edilməsi üçün tutulması barədə axtarış qərarı qəbul edilmişdir. “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaq — xx.xx.2014-cü il tarixli X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 vardır. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə özünü təqsirsiz bilməsi, narkotik vasitənin satışı ilə məşğul olmaması, narkotik vasitəni yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etməsi, verilmiş ittihamda qeyd olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşlarının fiziki və psixi təsiri altında öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş 2052,9 qram olan narkotik vasitə heroin məhv edilməli və 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 2052,9 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar