Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-533/2023 27.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxlər- X8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxlərin hüquqi varisləri- X21, X4, X5, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin işitarakları ilə, xx.xx.1984-ci il Gürcüstan Respublikasında anadan olan, evli, fərdi əməklə məşğul olan, Gürcüstan Respublikasının vətəndaşı, ali təhsilli, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Yeni Tikili yaşayış massivində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 17 fevral 2023-ci il tarixdə saat 07:20 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi idarə etdiyi “Mersedes Vito” markalı, 77- CY-723 dövlət qeydiyyat nişanlı avtomobili Bakı- Quba avtomobil yolunun Beşdam kəndi ərazisindən keçən hissəsində Siyəzən rayonu istiqamətində hərəkətdə olan zaman Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cü maddəsinin 1-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq , yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi X30 markalı avtomobilin buzlu yol şəraitində öz hərəkət zolağında dayanıqlı hərəkətinin təmin etməli, yolun buzlu olmasını nəzərə alaraq idarə etmə hərəkətlərini buzlu yolda avtomobilin yana sürüşməməsi, qarşı hərəkət zolağına çıxmaması və hərəkətin digər iştirakçıları üçün təhlükəli şərait yaranmamasın deyə idarə etmə hərəkətlərini buna uyğun yerinə yetirməli olduğu halda bunlara riayət etmədiyi üçün, idarə etdiyi idarə etdiyi “Mersedes Vito” markalı, 77- CY-723 dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Quba avtomobil yolunun Beşdam kəndi ərazisindən keçən hissəsində Siyəzən rayonu istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən yol buzlu olduğu üçün avtomobili sürüşərək qarşı hərəkət zolağına çıxmış və əks istiqamətdən öz yolu ilə hərəkətdə olan **- DL-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan öz idarə etdiyi avtomobildə olan sərnişinlərdən ünvan 3 ünvanında qeydiyyatda olan X7 fəqərə sütunu- onurğa beyninin qapalı zədələnməsi, 6-7-ci boyun fəqərələrinin fəsadlaşmış kompression qəlpəli sınıqları, 1-2-ci döş fəqərələrinin oynaq çıxıntılarının sınıqları, baş beyin kötüyünə qansızmalar, baş beyin kötüyünün və onurğa beyni maddəsinin ödemi və kompressiyası, baş beynin yumşaq qişasına qansızmalar, 6-7ci qabırğaların qapalı köndələn sınıqları, hər iki ağ ciyər toxumasının əzilməsi, başın və boynun , döş qəfəsinin yumşaq örtüyünə qansızmalardan ibarət canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlmatələrinə malik sonuncunun ölümü ilə nəticələnən xəsarətlər almasına, ünvan 4 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs8nın ölümünə səbəb olan başın küt zədələnmələri nəticəsində kəllə qapağı və əsası sümüklərinin çoxlu qəlpəli sınıqlarından törəyən baş beyin toxumasına, baş beyin kötüyünə və onun yumşaq qişasına qansızmalar, kəllə qapağı və əsası sümüklərinin, üz sümüklərinin çoxqəlpəli sınıqları, baş beynin sərt qişasının cırılması, 3-4-5-6-cı qabırğaların soltərəfli qapalı köndələn sınıqları, sol ağ ciyər toxumasının əzilməsi, başın və üzün geniş əzilmiş cırılmış yarası, sağ qulaq seyvanının tam cırılması, sağ said, sağ əl və sil diz nahiyyələrinin çoxlu sayda sıyrılmış yaraları, sağ budun qançırı, başın və döş döş qəfəsinin yumşaq örtüyünə qansızmalarla müşahidə edilən xəsarətlər almasına, Siyəzən rayon Dağ Quşçu kənd orta məktəbində müəllim işləyən, Yardımlı rayonu Porsova kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs7 sağ qasıq və oturaq sümüklərinin qapalı yerini dəyişməyən sınığı, baş beyin silkələnməsi və hər iki göz orbitinin qansızmalar ilə müşahidə olunan səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, Siyəzən şəhəri 1 saylı tam orta məktəbində müəllim işləyən , ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs5 sağ körpücük sümüyünün qapalı yerdəyişən sınığı, sağ kürək sümüyünün qapalı sınığı, sağ 1,2,3,4,5,6 -cı və sol 12-cİ qabırğaların qapalı yerini dəyişən sınığı, sağ tərəfli hemopnemötoraks (döş boşluğuna hava və qan yığıntısı), oma sümüyünün, hər iki qasıq sümüyünün, sağ oturaq sümüyünün qapalı yerdəyişən sınıqları və 9-10-cu döş fəqərələrinin sınığı ilə müşahidə olunan həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, Siyəzən rayonu Qozağacı kənd məktəbində müəllim işləyən, Lerik rayonu Çayrud kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları, ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 sol göz ətrafı nahiyyənin və döş qəfəsinin yumşaq toxumalarının əziyi, sol əlin yaraları ilə müşahidə olunan səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər almasına, ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 sağ körpücük sümüyünün parçalı yerini dəyişmiş sınığı,5-ci bel fəqərəsinin sağ yan çıxıntısının, oma sümüyünün sağ bayır qanadının və sol sirkə kasasının yerdəyişməyən qapalı sınığı, sol qasıq və oturaq sümüklərinin yerdəyişməyən qapalı sınığı, kiçik çanaq boşluğunun hematoması və baş beyin silkələnməsi ilə müşahidə olunan səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev-8/2 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 bədəni üzərində baş beyin silkələnməsi, sağ ağ ciyərin əzilməsi və sağ gözdə travmatik konyuktival qansızma müşahidə olunan səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər almasına, **-DL-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsü ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 qapalı kəllə beyin zədələnməsi, baş beyin əzilməsi, sol 4-7-ci qabırğaların və döş sümüyünün qapalı köndələn xətti sınıqları, hər iki ağ ciyər toxumasının əziyi, 2-ci bel fəqərəsinin kompression sınığı, sol said sümüklərinin qapalı yerdəyişən sınığı və başın gicgah nahiyyəsinin əzilmiş yarası müşahidə olunan səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, həmin avtomobildə olan sərnişin ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşamış Zərərçəkmiş şəxs2 ölümünə səbəb olan başın və onurğanın boyun şöbəsinin küt zədəsi, baş beyin toxumasının və beyin kötüyünün əzilməsi, 5-ci boyun fəqəsərəsinin kompression sınığı, baş beynin və beyin kötüyünün ödemi, baş beynin yumşaq qişasına qansızmalar, hər İki üst çənə sümüklərinin sınıqları, hər iki ağ ciyər toxumasının əzilməsi, başın alın-təpə nahiyyəsinin geniş ölçülü ölçülü əzilmiş-cırılmış loskutlu yarası, hər iki göz almasının qançırları, başın və boynun yumşaq örtüyü altına qansızmalardan canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlmatələrinə malik ibarət xəsarət almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü qar yağdığından yol buzlu və sürüşkən olmuşdur. Nəqliyyat vasitəsini idarə edərkən maşın sürüşmüş, idarəetməni itirmiş, qarşıdakı maşına dəymişdir. Sumqayıtdan Siyəzənə saatda 60 km/saat sürətlə getmişdir. Maşın şinlərin vəziyyəti qış şəraitinə uyğun vəziyyətdə olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ** CY *** dövlət qeydiyyat nişanlı Mercedes Vito markalı avtomobili etibarnamə əsasında idarə edir. Sürücülük vəsiqəsi vardır. Həmin avtomobillə Siyəzən rayonunda işləyən müəllimələri işə aparıb gətirir. 17 fevral 2023-cü il tarixdə saat 06 radələrində müəllimələri avtomobilinə götürdükdən sonra Siyəzən rayonu istiqamətinə yola düşmüşdür. O, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7,Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs3, X11, Zərərçəkmiş şəxs8nı avtomobilinə götürmüş, Siyəzən rayonuna yola düşmüşdür. Saat 07:20 radələrində Siyəzən rayonu Beşdam kəndi ərazisində Siyəzən şəhəri istiqamətində hərəkət edən vaxt yol buzlu olduu üçün avtomobili sürüşmüş, yolun digər hərəkət istiqamətinə çıxmış və qarşı tərəfdən gələn Opel markalı avtomobillə toqquşmuşdur. Həmin vaxt hərəkət sürəti 60 km/saat olmuşdur. Qarşıdan gələn avtomobillə aralarında məsafə 35-40 metr olan zaman avtomobili sürüşmüş və qarşı hərəkət istiqamətinə çıxmış və toqquşma baş vermişdir. ( cild 2, iş vərəqə 19-22) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini həm ibtidai, həm də məhkəmə istintaqı zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. X8 isə oğludur. 17 fevral 2023-cü il tarixdə arvadı Qəmimət xəstəxanada həkimin qəbuluna getməli olduğuna görə səhər saat 07 radələrində oğlu İftixar anası Qəniməti xəstəxanaya aparmaq üçün Siyəzən şəhərindən yola düşmüşlər. X19 rayonu istiqamətində hərəkətdə olduğu vaxt qarlı yolda idarə etdiyi avtomobilin idarə etməsini itirərək oğlunun idarə etdiyi avtomobilin üzərinə sürmüş, oğlu avtomobilin yolun sağ ehtiyat hissəsinə çıxardaraq hadisənin qarşısını almağa çalışsa da, Vugar Abdullaevin idarə etdiyi avtomobil oğlunun hərəkət istiqamətində onun idarə etdiyi avtomobilə dəymiş, nəticədə arvadı Qənimət hadisə yerində ölmüş, oğlu isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya daxil olmuşdur. Zərəçəkmiş şəxsin hüquqi varisi X4 təqsirləndirilən şəxs Vugar Abdullaevlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, X11 onun həyat yoldaşıdır, o, həm Məşrif kənd tam orta məktəbində, həm də 1 nömrəli Siyəzən şəhər tam orta məktəbində biologiya müəllimi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. Digər Siyəzən rayonuna gələn müəllimələr Təqsirləndirilən şəxs məxsus olan avtomobil ilə Siyəzən rayonuna gedib gəldikdləri üçün həyat yoldaşı Aygün Vəliyevə da digər müəllimlər ilə birgə Vugara məxsus olan avtomobillə Siyəzən rayonuna gedib gəlməyə başlamışdır. Vugar gəlib qapıdan, evlərinin qarşısından Aygünü götürür, Siyəzəndə gözləyir, dərs qurtaranda yenidən götürüb evlərinin qarşısına düşürürmüş. 17 fevral 2023-cü il tarixdə saat 06 radələrində həyat yoldaşı Aygün Vəliyevə işə getmək üçün həmişəki kimi evdən çıxmışdır. Saat 09 radələrində bir nəfər qadın zəng edərək Aygünün yol nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat vermişdir. Öyrənmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Vito” markalı avtomobil “Opel Astra” markalı avtomobillə Siyəzən rayonunun Beşdam kəndi ərazisində toqquşmuş, nəticədə həyat yoldaşı Zərərçəkmiş şəxs8 ölmüşdür. Zərəçəkmiş şəxsin hüquqi varisi X21 təqsirləndirilən şəxs Vugar Abdullaevlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə ünvan 10 ünvanında yaşayır. Zərərçəkmiş şəxs8 həyat yoldaşı olmuşdur. 2011-ci ildə ailə həyatı qurmuş, birgə nigahlarından 2 övladları olmuşdur. Böyük oğlunun 9 yaşı, kiçik oğlunun 4 yaşı vardır. Həyat yoldaşı Zərərçəkmiş şəxs8 Məşrif kəndində tam orta məktəbdə təxminən 5 ildir ingilis dili müəlliməsi vəzifəsində işləmiş, hətənin 2 və 5 ci günləri məktəbə getmişdir. Saat 5 radələrində evdən çıxır, saat 18-19 radələrində isə evə, Bakı şəhərinə qayıdırmış. Təqsirləndirilən şəxs tanımışdır. Onunla düşmənçilik və ədavəti olmamışdır. Onun əvvəlcə Opel Zafira markalı avtomobili olmuşdur. X23 markalı 77- CY-723 dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Vugar həyat yoldaşı Aygünü və digər müəllimələri Sumqayıt şəhərindən götürərək. Siyəzən rayonuna məktəbə gətirir, axşam dərs qurtatanda isə yenidən Suqmayıt şəhərinə qaytarırmış. Həyat yoldaşı Aygün də hər dəfə məktəbə gedəndə Zirə qəsəbəsindən Sumqayıt şəhərinə gəlir, oradan Vugara məxsus olan avtomobillə Siyəzən rayonuna Məşrif kəndinə məktəbə gedir,axşam da dərsdən çıxıb yenidən Sumqayıt şəhərinə gəlir, oradan da yenidən yaşadıqları Zirə qəsbəsinə gedirmiş. 17 fevral 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs8 həmişəki kimi Zirədən yola çıxmış, saat 10 radələrində bir nəfər qadın zəng edərək Aygünün yol nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə mənə məlumat vermişdir. Öyrənmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Vito” markalı, 77- CY-723 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən rayonunun Beşdam kəndi ərazisində toqquşmuş, nəticədə həyat yoldaşı Zərərçəkmiş şəxs8 avtomobildə olan digər sərnişin, müəllimə Zərərçəkmiş şəxs1 ölmüş, digər avtomobildə olan müəllimələr xəsarət almış, digər Opel Astra markalı avtomobildə də bir nəfər qadın ölmüşdür. Həyat yoldaşının əvvəllər heç bir xəstəliyi olmamışdır. ( cild 1, iş vərəqə 63-65) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, hadisə nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs2 onun anasıdır. Anası Qənimətin mədəsində xəstəlik olduğu üçün onu xəstəxanaya aparmaq üçün evdən çıxmış, əvvəlcə Siyəzən şəhəri ərazisində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinə gedib yanacaq doldumuş, daha sonra Bakı şəhəri istiqamətinə yola düşmüşdür. Saat 07 radələrində Siyəzən şəhəri ərazisində Ataçay çayının körpüsünü təxminən 1 km keçdikdən sonra Asfaltzavodla üzbəüzdə təxminən 90 km/saat sürətlə hərəkətdə olduğu vaxt üzbəüzdə yolun digər hərəkət istiqamətində 1 ədəd avtomobil aralarında məsafə 35-40 metr olan vaxt sürüşərək onun hərəkət yoluna çıxmış və toqquşma baş vermişdir. Həmin hadisədən əvvəl anası Qənimət telefonunu ona verməyini çəkiliş edəcəyini bildirdiyi üçün telefonu anasına vermiş və o, çəkiliş aparırmışdır. Həmişə avtomobillə gedəndə anası telefonu götürüb çəkiliş aparırmış, o həmin videogörüntünü istintaq orqanına təqdim etmişdir. Avtomobildə özü və anası Qənimət olmuşdur. Başqa heç kəs olmamışdır. Zərəçəkmiş şəxs X8 təqsirləndirilən şəxs Vugar Abdullaevlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində yaşayır. Dağ Quşçu kənd orta məktəbində müəllim vəzifəsində işləyir. Saat 6 radələrində evdən çıxır, saat 14 radələrində işi yekunlaşdığı üçün Sumqayıt şəhərinə geri qayıdır. Təqsirləndirilən şəxs tanıyır. Siyəzən şəhərində məktəbə Vugara məxsus olan avtomobillə gedib gəlmişdir. Ondan başqa Vugar digər müəllimləri də Siyəzən rayonuna aparmışdır. Günorta dərsdən sonra da onun avtomobili ilə geri evinə qayıdırmış. 17 fevral 2023-cü il tarixdə həmişəki kimi saat 06 radələrində Sumqayıt şəhərində onun avtomobilinə əyləşmiş, özündən başqa avtomobildə digər müəllimələr də olmuşdur. Saat 07 radələrində Beşdam kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verən zaman yatdığı üçün hadisənin necə olmasını xatırlamır.Həmin avtomobildə Xanım müəllimə, Səbinə müəllimələr, Aygün müəllimələr, Sənan müəllim olmuşdur. Özü sürücünün yanında orta oturacaqda, pəncərə tərəfdə Zərərçəkmiş şəxs6, digər yanında Xanım müəllimə oturmuşdur. Biologiya müəllimi olan Aygün müəllimə arxasında, pəncərə tərəfdə onun yanında Zərərçəkmiş şəxs5 müəllimə, onun yanında isə ingilis dili müəlliməsi olan Zərərçəkmiş şəxs8 müəllimə oturmuşdur. Sənan müəllim də qabaqda sürücünün yanında oturmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs Vugar Abdullaevlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 digər Zərərçəkmiş şəxs3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, onlar məhkəmədə ifadələri alınmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan Siyəzən RPŞ-nin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, ünvan 14 ünvnında yaşayan xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 “AKBT, koma 2, döş qəfəsinin küt travması, qarın boşluğunun küt travması” diaqnozu ilə, ünvan 11 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 Vidadı qızı “ölüm” diaqnozu ilə, ünvan 12 ünvanında yaşayan xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs8 “ölüm” diaqnozu ilə, ünvan 13 ünvanında yaşayan xx.xx.1992-ci il təvəllüdlü X16 “hər tərəfli xəsarət” diaqnozu ilə, ünvan 14 ünvanında yaşayan xx.xx.1997-ci il təvəllüdlü X8 “qabırğaların çox saylı sınığı, ağ ciyərin əzilməsi KBT” diaqnozu ilə, ünvan 15 ünvanında yaşayan xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 “qapalı kəllə beyin travması, döş qəfəsinin travması” diaqnozu ilə, Sumqayıt şəhəri, 50-ci məhəlləünvanında yaşayan xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs6 “döş qəfəsinin küt travması, göz ətrafı yumuşaq toxumaların hemotoması, 8,9-cu həftəlik hamiləliyin sol saidin cırılmış yarası diaqnozu ilə, Yardımlı rayonu, Porsova kəndində yaşayan xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs7 “döş qəfəsinin küt travması, çanağın qapalı sınığı” diaqnozu ilə, ünvan 17 ünvanında yaşayan xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 Nimət qızı “qapalı KBT-si baş beyin silkələnməsi, tamator, huşsuz” diaqnozu ilə, Sumqayıt şəhər 13-cü mkr ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “çanağın küt travması, döş qəfəsinin küt travması” diaqnozu ilə Siyəzən Rayon Müalicə Diaqnostika Mərkəzinə daxil olmuşlar. (iş vərəqi 04- 15). Cinayət işinin materiallarında olan Siyəzən RPŞ-nin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, nəticədə tərtib olunmuş sxem və fotocədvəllər protokola əlavə edilmişdir. (iş vərəqi 16-26) Cinayət işinin materiallarında məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-ci il tarixli 8/1260 nömrəli rəyindən görünür ki, .İstintaq tərəfindən təqdim olunmuş məluatlara əsasən X30 markalı, 77CY723 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı mədəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Opel Astra markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-ci il tarixli 8/1260 nömrəli rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 158-162) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-ci il tarixli 792/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. X1 götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. ( cild 1, iş vərəqə 149-143) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 07 N-li rəyindən görünür ki, X7 meyidinin müayinəsində fəqərə sütunu- onurğa beyninin qapalı zədələnməsi, 6-7-ci boyun fəqərələrinin fəsadlaşmış kompression qəlpəli sınıqları, 1-2-ci döş fəqərələrinin oynaq çıxıntılarının sınıqları, baş beyin kötüyünə qansızmalar, baş beyin kötüyünün və onurğa beyni maddəsinin ödemi və kompressiyası, baş beynin yumşaq qişasına qansızmalar, 6-7-ci qabırğaların qapalı köndələn sınıqları, hər iki ağ ciyər toxumasının əzilməsi, başın və boynun , döş qəfəsinin yumşaq örtüyünə qansızmalardan ibarət bədən xəsarətləri aşkar olunmuşdur.Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddətləri şəxsin ölümündən qısa müddət əvvələ aid olub 17 fevral 2023-cü il tarixə uyğun gəlir və canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb onurğanın boyun şöbəsinin küt zədələnməsi nəticəsində aşağı boyun və yuxarı döş fəqərələrinin fəsadlaşmış sınıqları və beynin sıxılmasından törəyən baş beyin kötüyünün və onurğa beyninin kəskin ödemi olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən onun meyidinin meyitxanada müayinə anından (xx.xx.2023-cü il saat 11.30) 6 saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs1 meyidindən götürülmüş qanin məhkəmə -kimya laborator tədqiqatında qanda etil spirti və narkotik maddəllər aşkar edilməmişdir. ( cild 1, iş vərəqə 47-51) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 06 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs8nın meyidinin müayinəsində başın küt zədələnmələri nəticəsində kəllə qapağı və əsası sümüklərinin çoxlu qəlpəli sınıqlarından törəyən baş beyin toxumasına, baş beyin kötüyünə və onun yumşaq qişasına qansızmalar, kəllə qapağı və əsası sümüklərinin, üz sümüklərinin çoxqğlpəli sınıqları, baş beynin srt qişasının cırılması, 3-4-5-6-cı qabırğaların soltərəfli qapalı köndələn sınıqları, sol ağ ciyər toxumasının əzilməsi, başın və üzün geniş əzilmiş cırılmış yarası, sağ qulaq seyvanının tam cırılması, sağ said, sağ əl və sil diz nahiyyələrinin çoxlu sayda sıyrılmış yaraları, sağ budun qançırı, başın və döş qəfəsinin yumşaq örtüyünə qansızmalarla müşahidə edilən xəsarətlər aşkar olunmuşdur.Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddətləri şəxsin ölümündən qısa müddət əvvələ aid olub 17 fevral 2023-cü il tarixə uyğun gəlir və canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs8 ölümünə səbəb başın küt zədələnmələri nəticəsində kəllə qapağı və əsası sümüklərinin çoxlu qəlpəli sınıqlarından törəyən baş beyin toxumasına, baş beyin kötüyünə və onun yumşaq qişasına qansızmalar olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən onun meyidinin meyitxanada müayinə anından (xx.xx.2023-cü il saat 11.30) 6 saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs8 meyidindən götürülmüş qanin məhkəmə -kimya laborator tədqiqatında qanda etil spirti və narkotik maddəllər aşkar edilməmişdir. ( cild 1, iş vərəqə 44-46) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 08 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyidinin müayinəsində başın və onurğanın boyun şöbəsinin küt zədəsi, baş beyin toxumasının və beyin kötüyünün əzilməsi, 5-ci boyun fəqəsərəsinin kompression sınığı, baş beynin və beyin kötüyünün ödemi, baş beynin yumşaq qişasına qansızmalar, hər iki üst çənə sümüklərinin sınıqları, hər iki ağ ciyər toxumasının əzilməsi, başın alın-təpə nahiyyəsinin geniş ölçülü ölçülü əzilmiş-cırılmış loskutlu yarası, hər iki göz almasının qançırları, başın və boynun yumşaq örtüyü altına qansızmalardan ibarət xəsarətlər aşkar olunmuşdur.Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddətləri şəxsin ölümündən qısa müddət əvvələ aid olub 17 fevral 2023-cü il tarixə uyğun gəlir və canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb başın və boynun şöbəsinin küt zədəsi nəticəsində baş beyin toxumasının və beyin kötüyünün əzilmələrindən törəyən baş beyin və beyin kötüyünün ödemi olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən onun meyidinin meyitxanada müayinə anından (xx.xx.2023-cü il saat 14.00) 6 saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs2 meyidindən götürülmüş qanin məhkəmə -kimya laborator tədqiqatında qanda etil spirti və narkotik maddəllər aşkar edilməmişdir. (cild 1, iş vərəqə 52-55) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 45 N-li rəyindən görünür ki, İ.Ç.Hümbətovun bədəni üzərində qapalı kəllə beyin zədələnməsi, baş beyin əzilməsi, sol 4-7-ci qabırğaların və döş sümüyünün qapalı köndələn xətti sınıqları, hər iki ağ ciyər toxumasının əziyi, 2-ci bel fəqərəsinin kompression sınığı, sol said sümüklərinin qapalı yerdəyişən sınığı və başın gicgah nahiyyəsinin əzilmiş yarası aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 17 fevral 2023-cü il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aid edilir. ( cild 1, iş vərəqə 89-91) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 73 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədəni üzərində sağ qasıq və oturaq sümüklərinin qapalı yerini dəyişməyən sınığı, baş beyin silkələnməsi və hər iki göz orbitinin qansızmalar aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 17 fevral 2023-cü il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aid edilir. ( cild 1, iş vərəqə 166-167) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 96 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində sağ körpücük sümüyünün qapalı yerdəyişən sınığı, sağ kürək sümüyünün qapalı sınığı, sağ 1,2,3,4,5,6 -cı və sol 12ci qabırğaların qapalı yerini dəyişən sınığı, sağ tərəfli hemopnemotoraks (döş boşluğuna hava və qan yığıntısı), oma sümüyünün, hər iki qasıq sümüyünün, sağ oturaq sümüyünün qapalı yerdəyişən sınıqları və 9-10-cu döş fəqərələrinin sınığı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 17 fevral 2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir. ( cild 1,iş vərəqə 230-232) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 93 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində sol göz ətrafı nahiyyənin və döş qəfəsinin yumşaq toxumalarının əziyi, sol əlin yaraları Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 17 fevral 2023-cü il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül vurmaya aid edilir. ( cild 1, iş vərəqə 197-199) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 94N-İİ rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində baş beyin silkələnməsi, sağ ağ ciyərin əzilməsi və sağ gözdə travmatik konyuktival qansızma aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 17 fevral 2023-cü il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül vurmaya aid edilir. ( cild 1, iş vərəqə 197-199) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 95N-İİ rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 sağ körpücük sümüyünün parçalı yerini dəyişmiş sınığı,5-ci bel fəqərəsinin sağ yan çıxıntısının, oma sümüyünün sağ bayır qanadının və sol sirkə kasasının yerdəyişməyən qapalı sınığı, sol qasıq və oturaq sümüklərinin yerdəyişməyən qapalı sınığı, kiçik çanaq boşluğunun hematoması və baş beyin silkələnməsi xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 17 fevral 2023-cü il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aid edilir. ( cild 1, iş vərəqə 214-216) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi barədə” 16 mart 2023-cü il traixli protokoldan görünür ki, X2 təqdim etdiyi diskə baxış keçirilmiş , baxış zamanı müəyyən edilmişdir ki, diskdə V!DEO_TS faylı vardır. Həmin faylın ölçüsü 19.4 mb-dir. Həmin fayl açıldıqda içərisində 6 ədəd fayl olması müşahidə edilir. Həmin fayllardan 10.104 kb olan “VTS_01_1” adlı fayl açılır. Həmin fayla baxış keçirdikdə 01 dəqiqə 04 saniyə video çəkiliş olması üməyyən edilir. Video çəkilişə baxdıqda X2 olduğu avtomobili təxminən 90 km/saat sürələt idarə edir. Bu zaman arxadan video çəkiliş aparılır. Video çəkilişin 19-cu saniyəsində qarşıdan avtomobil işığı görülür və 26-cı saniyədə həmin avtomobillə toqquşma baş verir. ( cild 1, iş vərəqə 128-129) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqi 154) Cinayət işinin materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı 02 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxlər X8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxlərin hüquqi varisləri X21, X4, X9 tərəfindən təqdim olunmuş notarial qaydada təsdiq olunmuş ərizələrin surətindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyanı ödəmişdir və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirməmişdir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs Abdulaev X6 Respublikasının vətəndaşı olsa da, əsas cəza növünü çəkdikdən sonra ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 52-ci maddəsinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə, himayəsində Azərbaycan Respublikasının vətandaşı olan yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası şamil edilmir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı X10 ilə rəsmi nikahdadır. Bu nikahdan onların Azərbaycan Respublikasının vətəndaşları olan xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı 02 azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, 59.1.12-ci maddəyə əsasən zərərçəkmiş şəxslə, həmçinin digər zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, 59.1.13-cü maddəyə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin bütün zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını, onlara dəymiş ziyanın ödəməsini və yuxarıda sadalanan bütün yüngülləşdirici halları, qərəzli olaraq yol hərəkəti qaydalarını pozmamasını, hadisənin buzlu, sürüşkən yolda lazımı diqqət göstərməyərək avtomobilin idarəetməsini itirməsi nəticəsində baş verməsini nəzərə alaraq təqsirləndirilən şəxs sanksiya həddində daha yüngül cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Siyəzən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə cinayət işi üzrə toplanmış materialları araşdıraraq, Təqsirləndirilən şəxs ittiham olunduğu maddi normanın ümumilikdə məzmununu nəzərə alaraq onun barəsində əlavə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-nin 263.3-cü maddəsi ilə 4 (dörd) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ( beş) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 idarəsi icra etsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-533/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-533/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver