Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-534/2024 16.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Hüseynli Nurəddin Nizami oğlunun sədrliyi, Əliyev Hafiz Samir oğlunun və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Nümayəndə Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1975-ci ildə Moldova Respublikasının, Konratsk rayonunun Boroqanı kəndində doğulmuş, Moldova Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Moldova Respublikasının, Konratsk rayonunun Boroqanı kəndində qeydiyyatda olan və X8, Vest Midlends qraflığı, Rouli Recis şəhəri, Mayer Klosse küçəsi ev 9 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 273.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Moldova Respublikasının vətəndaşları İqor Veliçoqlo, Oleq Kazanqiu, Dorin Danila, Setgey Qubçaq, Ukrayna vətəndaşı Andrey Zaborski və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai əhəmiyyətli infrastruktur obyekti olan "xxxx" KB ASC-nin kompyuter sisteminə hüquqları olmadan müdaxilə edərək qəsdən kompyuter məlumatlarını dəyişdirməklə əhəmiyyətli zərər vurub, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya texnologiyalarından istifadə etməklə həmin bankın Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən bankomatlarından külli miqdarda pul vəsaitini oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən ictimai əhəmiyyətli infrastruktur obyekti olan "xxxx" KB ASC-yə məxsus bankomatlardan informasiya texnologiyalarından istifadə etməklə külli miqdarda pul vəsaiti oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan qrupun üzvləri 05 iyul 2016-cı il tarixdə həmin bankın kompyuter sisteminə hüquqları olmadan müdaxilə edərək, yəni «mailto:Mikhail.Maltcev@wm.wincor-nixdorf.netElektron ünvan 1» elektron poçt ünvanından "xxxx" KB ASC-yə məxsus korporativ şəbəkəyə elektron məktubla «Cobalt Strike» ziyanverici proqram təminatı daxil edərək şəbəkəyə yerləşmiş, həmin proqram təminatının tərkibində olan klaviaturada daxil olunan simvolları qeyd edən «cftmon.exe» və monitorda əks olunan görüntüləri əldə edən «jusched.exe» adlı zərərli yazılım kod faylları ilə həmin bankın şəbəkə istifadəçilərinin adları və şifrələri barədə məlumatları ələ keçirmişlər. Bundan sonra əvvəlcədən əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qrupun üzvləri Təqsirləndirilən şəxs və İqor Velicoqlo 14 iyul 2016-cı il tarixdə saat 20:30 radələrində Frankfurt-Bakı, qrupun digər üzvləri Şahid1, Dorin Danila, Oleq Kazanqiu, Andrey Zaborski isə 15 iyul 2016-cı ildə saat 05:40 radələrində İstanbul-Bakı təyyarə reysi ilə Bakı şəhərinə gəlmişlər. Qrup üzvləri Təqsirləndirilən şəxs, İqor Velicoqlo, Şahid1, Dorin Danila və Oleq Kazanqiu Bakı şəhərində görüşdükdən sonra sim-kartlarla birlikdə bir neçə mobil telefon aparatları əldə etmişlər. Daha sonra Təqsirləndirilən şəxs, X23 Qubçak, Dorin Danila və Oleq Kazanqiuya həmin telefon aparatlarına yüklədikləri «Viber» qısa mesajlaşma proqramı ilə əlaqə saxlanılacağını, mesaj vasitəsi ilə "xxxx" KB ASC-yə məxsus bankomatların ünvanlarının veriləcəyini, "xxxx" KB ASC-nin bankomatlarının idarə olunma serverinə kənardan müdaxilə nəticəsində bankomatların müvafiq kart daxil etmədən pul çıxaracağını bildirərək, həmin ünvanlarda yerləşən bankomatlara yaxınlaşmaqla oradakı pulları götürməyi tapşırmışdır. Bundan sonra şəxsiyyəti istintaqa məlum olmayan şəxslər ictimai əhəmiyyətli infrastruktur obyekti olan "xxxx" KB ASC-nin şəbəkəsinə əvvəlcədən hüquqları olmadan daxil etdikləri «Cobalt Strike» ziyanverici proqram təminatının tərkib hissəsi olan “OPER7857” sisteminin «xfsdisp.exe» adlı proqramı vasitəsi ilə həmin bankın bankomatlarına internetlə kənardan müdaxilə edərək müvafiq kart daxil etmədən bankomatlar tərəfindən pulların çıxarılmasını təmin etmiş və əvvəlcədən əldə edilmiş ümumi razılığa əsasən Dorin Danila və qrupun digər üzvlərinin istifadəsində olan mobil telefonlara «Viber» qısa mesajlaşma proqramı ilə müdaxilə oluna biləcək bankomatların ünvanlarını göndərmişlər. Təqsirləndirilən şəxs əvvəlcədən əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onun mobil telefonuna göndərilmiş ünvanlarda quraşdırılmış bankomatlara yaxınlaşaraq bu barədə «Viber» qısa mesajlaşma proqramı ilə danışdığı şəxsiyyət istintaqa məlum olmayan şəxsə məlumat vermiş, bir neçə dəqiqə keçdikdən sonra bankomat müvafiq kart daxil etmədən pul çıxarmağa başlamış və o, həmin pulları götürmüşdür. Bu üsulla Təqsirləndirilən şəxs və qrupun digər üzvləri 16 iyul 2016-cı il tarixdə saat 19:24 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 1 ünvanında yerləşən «Siti-Mart-2» mağazasında olan 237 nömrəli bankomatdan 32.000 manat, saat 20:23 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 2 ünvanında yerləşən 19 saylı filialında quraşdırılmış 232 nömrəli bankomatından 100.150 manat, saat 21:55 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 3 ünvanında yerləşən «Əcəmi» filialında quraşdırılmış 235 nömrəli bankomatından 90.000 manat, 17 iyul 2016-cı il tarixdə saat 04:20 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 4 ünvanında yerləşən «Xırdalan» filialında olan 289 nömrəli bankomatdan 46.000 manat, saat 21:26 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 5 ünvanında yerləşən 11 saylı filialında quraşdırılmış 285 nömrəli bankomatından 30.000 manat, qrupun digər üzvləri Dorin Danila, Andrey Zaborski, Oleq Kazanqiu və qeyriləri isə 16 iyul 2016-cı il tarixdə saat 02:51 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 6 ünvanında yerləşən «Nərimanov» filialında quraşdırılmış 236 nömrəli bankomatından 117.0 manat, saat 03:35 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 8 ünvanında yerləşən 15 saylı filialında quraşdırılmış 257 nömrəli bankomatından 84.000 manat, saat 04:22 dəqiqədə "xxxx" KB ASC-nin Bakı şəhəri, Bülbül prospekti, 10 ünvanında yerləşən 17 saylı filialında quraşdırılmış 248 nömrəli bankomatından 26.000 manat, saat 05:30 dəqiqədə "xxxx" KB ASC-nin Bakı şəhəri, H.Cavid prospekti, 10 ünvanında yerləşən «Space» filialında quraşdırılmış 205 nömrəli bankomatından 34.000 manat, saat 06:17 dəqiqədə "xxxx" KB ASC-nin Bakı şəhəri, Q.Qarayev prospekti, 66 ünvanında yerləşən «Neftçilər» filialında quraşdırılmış 260 nömrəli bankomatından 77.550 manat, saat 20:08 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 12 ünvanında yerləşən «Əhmədli» filialında quraşdırılmış 243 nömrəli bankomatından 94.800 manat, saat 20:55 dəqiqədə "xxxx" KB ASC-nin Bakı şəhəri, Q.Qarayev prospekti, 34 ünvanında yerləşən «Araz-2» filialında quraşdırılmış 256 nömrəli bankomatından 32.000 manat, saat 22:30 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 14 ünvanında yerləşən «Mərdəkan» filialında quraşdırılmış 230 nömrəli bankomatından 36.000 manat, saat 22:43 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 15 ünvanında yerləşən «Mərdəkan» filialında quraşdırılmış 296 nömrəli bankomatından 42.000 manat, saat 22:55 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 16 ünvanında yerləşən "xxxx"-ın baş ofisində olan 270 nömrəli bankomatdan 100.000 manat, 17 iyul 2016-cı il tarixdə saat 00:15 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 17 ünvanında yerləşən «Tahir market»-də olan 279 nömrəli bankomatdan 34.000 manat, saat 00:51 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 18 ünvanında yerləşən 14 saylı filialında quraşdırılmış 294 nömrəli bankomatından 60.200 manat, saat 02:27 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 19 ünvanında yerləşən Nərimanov kinoteatrının yaxınlığında olan 247 nömrəli bankomatdan 36.000 manat, saat 02:42 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 21 ünvanında yerləşən 8 saylı filialında quraşdırılmış 244 nömrəli bankomatından 56.000 manat, saat 03:16 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 22 ünvanında yerləşən 13 saylı filialında quraşdırılmış 252 nömrəli bankomatından 58.000 manat, saat 03:50 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 23 ünvanında yerləşən «Exchange- 2»-də olan 254 nömrəli bankomatdan 34.000 manat, saat 19:28 dəqiqədə "xxxx" KB ASCnin Bakı şəhəri, Badamdar qəsəbəsi, Yaşayış massivi 296 ünvanında yerləşən «Sitimart- 1» mağazasında olan 220 nömrəli bankomatdan 42.350 manat, saat 20:07 dəqiqədə "xxxx" KB ASC-nin Bakı şəhəri, Atatürk prospekti, 39/41 ünvanında yerləşən «Kolins» mağazasının yaxınlığında olan 262 nömrəli bankomatdan 40.000 manat, saat 22:13 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 26 ünvanında yerləşən «Google» mağazasının yaxınlığında olan 200 nömrəli bankomatdan 42.000 manat, saat 23:01 dəqiqədə "xxxx" KB ASC-nin Bakı şəhəri, Xətai rayonu, ünvan 27 ünvanında yerləşən «X20» filialında quraşdırılmış 249 nömrəli bankomatından 112.0 manat, 18 iyul 2016-cı il tarixdə saat 01:21 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 28 ünvanında yerləşən «Sumqayıt» filialında quraşdırılmış 258 nömrəli bankomatından 8.000 manat pul vəsaitini oğurlamış, yəni gizli olaraq talamışlar. Beləliklə, 16-18 iyul 2016-cı il tarixlərində Şahid1, Dorin Danila, Təqsirləndirilən şəxs, İqor Veliçoqlo, Oleq Kazanqiu, Andrey Zaborski və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai əhəmiyyətli infrastruktur obyekti olan "xxxx" KB ASC-nin kompyuter sisteminə hüquqları olmadan müdaxilə edərək qəsdən kompyuter məlumatlarını dəyişdirməklə əhəmiyyətli zərər vurub, informasiya texnologiyalarından istifadə etməklə həmin bankın Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən bankomatlarından "xxxx" KB ASC-yə məxsus külli miqdarda, yəni ümumilikdə 464.050 (bir milyon dörd yüz altmış dörd min əlli) manat pul vəsaitini qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışlar. Dəstənin üzvü Andrey Zaborski 17 iyul 2016-cı il tarixdə saat 07:20 radələrində, dəstənin digər üzvləri Şahid1, Dorin Danila və Oleq Kazanqiu isə 18 iyul 2016-cı il tarixdə saat 05:40 radələrində Bakı-İstanbul, Təqsirləndirilən şəxs və İqor Velicoqlo isə 18 iyul 2016-cı il tarixdə 05:05 radələrində Bakı-Frankfurt təyyarə reysləri ilə Azərbaycan Respublikasını tərk etmişlər. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, 2016-cı ildə, onun uşaqlıq dostu X13 gəlmiş və ondan bizneslə əlaqədar olaraq köməklik etməsi barədə onunla birlikdə Bakıya getməsini xahiş etmişdir. İqor Velikoqlo avto ehtiyyat hissələri biznesi ilə məşğul olmuşdur. O, İqor Velikoqlonun 15.000 avro dəyərində pul vəsaitinin Avropaya aparılması istəyi ilə razılaşmışdır. Daha sonra onlar Bakıya uçmuşlar. İqor Velikoqlo buna görə ona bütün xərclər daxil 2000 avro verəcəyini söz vermiş və ona 2-3 gün müddətinə geri qayıdacaqlarını bildirmişdir. Onlar Bakıya otelə gəlmiş və birinci gün heç nə etməmişlər. İkinci gün İqor ona dostları ilə görüşməli olduğunu və onun da görüşə gəlməsini xahiş etmişdir. O da İqor Velikoqlonun görüş təklifini qəbul etmişdir. Orda 3 şəxs, yəni Sergey Darin, Oleq və İqor olmuşdur. O, Sergey ilə İqoru tanısa da, Oleq adlı şəxsi tanımamışdır. O digərlərinə bankomata yaxınlaşıb pul çəkmələrini təklif etmişdir. Həmin gün heç nə alınmamış və onlar otelə geri qayıtmışlar. Daha sonra İqor ona verdiyi bütün vədlərin qüvvədən düşdüyünü söyləmiş və bacarırsa digərləri ilə birlikdə bankomatdan pul çəkməsini təklif etmiş və pul çəkməsi ilə bağlı ona 20000 avro pul verəcəyini demişdir. O, İqorun bu təklifi ilə razılaşmışdır. 16 və ya 17 bankomata yaxınlaşmış və pulları çəkmişlər. İqor ona hara yaxınlaşacağını göstərmiş bundan sonra o, bankomata yaxınlaşaraq biraz pul çəkmişdir. Orda pul qurtardıqdan sonra həmin şəxs ona zəng edib pulların qurtardığını bildirərək getməsini bildirmişdir. O, İqorun yanına getmişdir. İqor ona orda hələ də pullar qaldığını söyləmişdir. O da həmin yerə yaxınlaşaraq ordan pulları çəkmişdir. Bundan sonra onlar otelə qayıtmışlar. İkinci gün, yenidən İqor adlı şəxsə kimsə zəng edərək pulları təcili çəkmək lazım olduğunu demişdir. Onlar yenidən bankomata gedərək eyni prosesi icra etmişlər.O, bankomata yaxınlaşaraq biraz pul çəkmiş və İqorun yanına qayıtmışdır. İqor ona orada hələ də pulların qaldığını bildirərək ola bilsin digər pulları da çəkmək üçün ona zəng gələ biləcəyini bildirmişdir. Bundan sonra onlara pulun çəkilməsi üçün zəng gəlməmişdir. 18 iyun səhər dəqiq xatırlamadığı vaxtda onlar artıq İngiltərəyə geri qayıtmışlar. X17 ticarət ilə məşğul olmuşdur. Onun ticarəti Moldova və İngiltərə ilə bağlı olmuşdur. Onun Azərbaycan ilə hansı münasibətləri olduğunu bilməmişdir. O, İqorun dostlarından heç kəsi tanımamış və onun kiminlə və nə ilə bağlı söhbət etdiyini bilməmişdir. 10000 qanuni yol ilə, 10000 isə qeyri-qanuni yol ilə, yəni 20000 avronu Avropaya aparmaqdan ötrü Azərbaycana gəlmişlər. O, İlgiltərənin Birmingem şəhərində yaşamışdır. Orada dülgərliklə məşğul olmuşdur. Bu hadisələr 2016-cı ildə olmuşdur. Onların hamısı Moldova Respublikasındandır. 20000 avro pul çəkməyi və əvəzində 2000 avro pul verməyi və bankomatdan pul çəkməli olduğumuzu İqor təklif etmişdir. O, bu işləri kimin planlaşdırdığından xəbərsiz olmuşdur. O, ümumilikdə nə qədər pul çəkdiyini xatırlamamışdır. Onlar pulun hamısını İqora vermişlər. Pullar bir neçə çantadan ibarət olmuşdur. Bankomatlar Unibanka məxsus olmuşdur. Onlar pulları aeroportda dəyişmişlər. O, Şahid1 orda İqor ilə söhbət edəndə görmüşdür. Bankomatdan pul çəkəndə Sergeyi yanında görməmişdir. O iki bankomatda olmuşam. Digərlərinin görməmişəm hansı bankomatlardan pul çəkdiklərini görməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 177.3.2 və 273.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ilə ona elan olunmuş ittiham üzrə müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin iyul ayının əvvələrində İqor Velikoqlo ilə Berminqem şəhərində görüşmüş, sonuncu ona Bakı şəhərində tanışının olduğunu, həmin şəxs Azərbaycandan Avropaya pul keçirtmək istədiyini, lakin qanuni yolla həmin pulu keçirdə bilmədiyini deyərək bir yerdə Bakı şəhərinə gedib və pulu Avropaya keçirtməyə köməklik etməyi təklif etmiş və bunun müqabilndə ona 2000 ABŞ dolları verəcəyini bildirmişdir. İqorun dediyinə görə o, 10.000 ABŞ dolları üzərində, 10.000 ABŞ dolları baqajda olmaqla 20.000 ABŞ dolları keçirtməli imiş. Onun həmin vaxt maddi imkanı pis olduğuna görə bu təkliflə razılaşmışıdr. Razılaşmaya əsasən onun bütün yol xərclərini İqorla ödəməyi üzərinə götürmüş və ona və özünə 14 iyul 2016-cı il tarixdə Berminqem- Frakfurt-Bakı təyyarə reysinə, eyni zamanda qayıtmaq üçün 18 iyul 2016-cı il tarixə onun üçün Bakı-Frakfurt-Berminqem, özü üçün isə Bakı-Frankfurt təyyarə bileti almışdır. 14 iyul 2016-cı il tarixdə o, İqorla bir yerdə Berminqem şəhərindən təyyarə ilə Almanyanın Frankfurt şəhərinə, oradan da Bakı şəhərinə gəlmişlər. Hava limanından çıxanda taksiyə əyləşmişlər və İqor sürücüyə şəhərin mərkəzində yerləşən otellərin birinə sürməyi tapşırmışdır. Onlar hazırda adını xatırlamadığı hotelin qarşısında gəlmiş və İqor həmin oteldə ikisinə bir otaq götürmüşdür. Həmin gün onlar oteldən heç bir yerə getməmişlər, lakin, İqor kiminləsə mütəmadi olaraq telefonla danışmışdır. 15 iyul 2016-cı il səhər İqor bir neçə tanışı ilə görüşməli olduğunu demiş və ona bir yerdə getməyi təklif etmiş, o da razılşmışdır. Onlar oteldən çıxıb piyada Bakı şəhərinin mərkəzində yerləşən «MacDolalds» restoranının yanına getmişlər. «MacDonalds» restoranının yanında İqor 3 nəfər şəxslə görüşmüş, sonuncular özlərini Sergey, Oleq və Dorin kimi təqdim etmişdir. Sergey və Oleqi birinci dəfə görsə də, Dorinlə Kişinyovda gecə klublarınn birində dostlarının vasitəsi ilə tanış olmuşdur. Sergey və Oleqin danışıqlarından Moldavan olduqlarını, eləcə də Sergey, Dorin və Oleqin İqorla çoxdan tanış olduqlarını, eləcə də İqorun dəvəti ilə Bakı şəhərinə gəldiklərini başa düşmüşdür. Bir az ümumi söhbət etdikdən sonra İqor görüş iştirakçılarına hazırda gedib dincəlməyi və 1 saatdan sonra həmin yerdə görüşməyi təklif etmiş, hamı razılaşmışdır. Söhbət əsnasında Sergey və Dorin hələ otel tutmadıqlarını bildirmişlər, buna görə də onlar yola çıxmış, o, yoldan keçən taksini saxlatdırıb sürücüyə tanıdığı otelə sürməyi tapşırmışdır. Sergey və Dorin taksiyə minib getmiş, o, İqorla piyada gəldikləri istiqamətdə qayıtmışlar. Oleq bir qədər onlarla getdikdən sonra ayrılıb getmişdir. Görüş yerindən bir qədər aralandıqdan sonra İqor başqa bir nəfərlə də görüşməli olduğunu deyərək ona otelə qayıtmağı məsləhət görmüş, o isə otelə qayıtmayacağını, şəhərdə gəzəcəyini demişdir. Bundan sonra İqor getmiş o, isə şəhərdə gəzmişdir. Təxminən 1 saatdan sonra İqor ona zəng etmiş və görüşüb «Macdonalds» restoranın yanına getmişlər. O, İqorun əlində sellofan torba olduğunu görmüş və içində nə olduğunu soruşmuş, İqor isə mobil telefon aldığını bildirmişdir. O, torbaya baxmaq istədiyini bildirmiş və İqor torbanı ona vermişdir. Həmin sellofan paketdə həqiqətən də 3 ədəd mobil telelofon qutusu olduğunu görüb, İqordan telefonları niyə aldığını soruşduqda İqor hər şeyi izah edəcəyini bildirmişdir. Onlar görüş yerinə çatanda Dorin və Sergey artıq orda olmuş, Oleq isə bir neçə dəqiqə sonra gəlmişdir. Hamı toplaşandan sonra İqor ona torbada olan telefonları Sergeyə, Dorinə, Oleqə verməyi tapşırmış, o da belə etmişdir. İqor telefonlara «Viber» qısa mesajlaşma proqramından zəng gələcəyini və mesaj vasitəsi ilə ünvanlar göndəriləcəyini, Sergey, Dorin və Oleqin həmin ünvanlara gedib zəng edən nömrə ilə əlaqə saxlamalarını, sonra telefonda danışan şəxsin təlimatına uyğun olaraq həmin ünvanlarda olan "xxxx"-a məxsus bankomatlara yaxınlaşmaqlarını, bankomatların öz-özünə pul çıxardacaqlarını və həmin pulları götürəcəklərini bildirmişdir. Sergey, Dorin və Oleq bununla razılaşmışlar. İqor Dorin, Sergey və Oleqə bu təlimatları verəndə o, bu söhbətin ona aidiyyətinin olmadığını fikirləşmiş, çünki, İqor ona üzərində pul keçirtmək lazım olduğunu demişdir. Bundan sonra o, İqorla birlikdə otelə getmişdir. İqor əgər istəyirsə bankomatlardan pul çıxartmağa qoşula biləcəyini və bunun müqabilində 20.000 avro pul verəcəyini bildirmiş, o da maddi imkanının olmadığına görə bu təkliflə razılaşmışdır. O, İqordan Avropaya pul keçirmək istəyən dostunun işini necə edəcəyini soruşduqda, sonuncu həmin məsələni özü həll edəcəyini bildirmişdir. 15 iyul 2016-cı il tarixdə İqor ona bu axşam bankomatlardan pul çıxartmağa getmək ehtimalının olduğunu demişdir. Lakin bir neçə saatdan sonra İqor kiminləsə telefonla danışdıqdan sonra bankomatlardan pul çıxartmağın sabaha qaldığını bildirmişdir. Eyni zamanda İqor ona yeni telefon almadığından onun həmin vaxt istifadə etdiyi mobil telefon nömrəsini lazımı şəxsə verdiyini və həmin şəxs özü «Viber» qısa mesajlaşma proqramından zəng edəcəyini demişdir. Həmin vaxt onun istifadəsində İngiltərə Mobil operatoruna məxsus mobil telefon nömrəsi olmuşdur. 16 iyul 2016-cı il tarixdə axşam İqorun telefonuna zəng gəlmiş və danışdıqdan sonra bankomatlardan pul çıxartmağa getmək lazım olduğunu demiş, eyni zamanda telefonuna «Viber» qısa mesajlaşma proqramı vasitəsi ilə göndərilmiş ünvanı ona göstərmişdir. Bir neçə dəqiqədən sonra onlar oteldən çıxıb, taksiyə minmiş və İqor telefonda yazılmış ünvanı sürücüyə göstərək oraya getməyi tapşırmışdır. Ünvana çatdıqdan sonra İqor orada olan "xxxx"-a məxsus bankomatın yaxınlaşıb əvvlcədən ona verdiyi telefon nömrəsinə «Viber» qısa mesajlaşma proqramı ilə zəng etməyi tapşırmışdır. O da bankomata yaxınlaşıb qeyd edilən mobil nömrə ilə əlaqə saxlayaraq hazırda ünvanda olduğunu demiş, telefonda danışan şəxs gözləməyi tapşırmış, sonra bankomatın sönəcəyini bildirmişdir. Bir neçə saniyə sonra bankomat sönmüş və o, bu barədə danışdığı şəxsə məlumat vermişdir. Həmin şəxs isə bir neçə saniyədən sonra bankomatın işə düşəcəyini və pul çıxaracağını demiş. Təxminən 5-10 saniyə sonra bankomat işə düşmüş və pul çıxarmağa başlamışdır. O, da həmin pulları götürüb çantasına yığmışdır. Bankomatdan pul çıxması dayandıqdan sonra telefonda danışdığı şəxsə artıq pul çıxmadığını bildirmiş, sonuncu da mesajla yeni ünvan göndərəcəyini demişdir. Bundan sonra o, küçənin aşağı hisəsində gözləyən İqorun yanına gedib pulları çıxartdığını bildirmiş, sonuncu «Viber» qısa mesajlaşma proqramı vasitəsi ilə zəng edərək kiminləsə danışdıqdan sonra bankomatda pul qaldığını, burada gözləməyi deyib bankomata tərəf getmiş və bir müddətdən sonra geri qayıtmış və onlar otelə qayıtmışlar. Oteldə o, bankomatdan çıxardığı pulların hamısını İqora vermişdir. 17 iyul 2016-cı il tarixdə axşam İqorun telefonuna zəng gəlmiş və danışdıqdan sonra bankomatlardan pul çıxartmağa getmək lazım olduğunu demişdir. Bir neçə dəqiqədən sonra onlar oteldən çıxıb taksiyə minmiş və İqor yenə də telefonda yazılmış ünvanı sürücüyə göstərək oraya getməyi tapşırmışdır. Onlar ünvana çatdıqdan sonra İqor ona orada olan "xxxx"-a məxsus bankomatın yaxınlaşıb əvvəlcədən verdiyi telefon nömrəsinə «Viber» qısa mesajlaşma proqramı ilə zəng etməyi tapşırmışdır. O da bankomata yaxınlaşıb həmin nömrəyə zəng edib hazırda ünvanda olduğunu demiş, telefonda danışan şəxs gözləməyi tapşırmışdır. O, telefonda danışan şəxsin dünən danışdığı şəxs olduğunu səsindən tanımışdır. Bir neçə saniyədən sonra bankomat sönmüş və yenidən işə düşüb pul çıxarmağa başlamış, o da həmin pulları götürüb çantasına yığmış və bankomatdan pul çıxması dayandıqdan sonra İqorun gözlədiyi yerə getmişdir. İqor yenə də ona gözləməyi tapşırıb özü həmin bankomata tərəf getmiş və bir müddətdən sonra geri qayıdaraq telefonuna başqa bankomat ünvan gəldiyini və oraya getməli olduğunu, eyni zamanda onun da mobil telefonuna mesajla yeni ünvan göndərəcəyini demişdir. Lakin onun telefonuna mesaj gəlməmiş, bir neçə dəfə həmin nömrəyə zəng etsə də cavab verən olmamış, buna görə də otelə qayıtmışdır. Bir müddətdən sonra İqor da gəlmiş və o, bankomatdan çıxardığı pulları vermişdir. Bir müddətdən sonra İqorun telefonuna zəng gəlmiş və danışdıqdan sonra zəng edən şəxsin Sergey olduğunu və görüşmək lazım olduğunu bildirmişdir. Onlar oteldən çıxıb taksiyə minmiş və İqor hara getmək lazım olduğunu sürücüyə demişdir. İqor içərisində pul olan idman çantasını da özü ilə götürmüşdür. Ünvana çatdıqdan bir müddət sonra Sergeylə Dorin də gəlmişlər. Sergey əlindəki çantanı İqora vermiş və sonuncu həmin çantanı özü ilə gətirdiyi böyük idman çantasının içərisənə qoymuş, sonra kənara çəkilmişlər. O, isə Dorinlə biraz söhbət etmişdir. X19ra yaxınlaşmışdır. Bir qədər söhbət etdikdən sonra İqorla Dorin kənara çəkilmiş və bir neçə dəqiqədən sonra geri qayıtmışlar. Bir müddət sonra Oleq də həmin yerə gəlmiş və balaca bir çantanı İqora vermiş, sonuncu həmin çantanı da idman çantasının içərisinə qoymuşdur. Bundan sonra onlar Sergey və Dorindən sağollaşıb ayrılmış və taksiyə minib şəhərə otelə tərəf yola düşmüşlər. Yolda İqor kiminləsə görüşməli olduğunu deyib içərisində pullar olan çantanı götürüb düşmüş və ona otelə gedib yığışmağı tapşırmışdır. Təxminən 2 saatdan sonra İqor gəlmiş və bir müddətdən sonra onlar taksi ilə hava limanına getmişlər. Hava limanında İqor ona 2000 avro almaq üçün manat vermiş, verməli olduğu pulun qalan hissəsini, yəni 18.000 avronu isə İngiltərədə verəcəyini bildirmişdir. O, İqorun verdiyi pula hava limanında olan valyuta dəyişmə məntəqəsindən 2000 avro almışdır. Sonra onlar təyyarə ilə Frankfurt şəhərinə gəlmiş, İqor orada qalmış, o isə Bermingemə getmişdir. Bundan sonra İqoru görməmiş, bir neçə dəfə zəng etsə də telefonuna zəng çatmamışdır. 06 noyabr 2018-ci il tarixdə axşam saatlarında ingilis polisləri evinə gəlib onu polis şöbəsinə aparmış və orada ona Azərbaycan Respublikasından daxil olmuş ekstradisiya ilə bağlı vəsatat əsasında saxlanıldğını bildirmişlər. Həmin gecəni orada qalmış, səhəri gün isə onu məhkəməyə aparmışlar və məhkəmə barəsində həbs seçmişdir. Həmin gündən sonra o bir neçə dəfə məhkəmə iclasında olmuşdur. Həmin gündən ekstradisiya olduğu günədək o, Bermingem həbsxanasında qalmış və 28 sentyabr 2023-cü ildə isə məni Bakı şəhərinə ekstradisiya edilmişdir. Zərərçəkmiş şəxs "xxxx" KB ASC-nin nümayəndəsi qismində izahat vermiş Nümayəndə bildirmişdir ki, Moldova Respublikası vətəndaşı Təqsirləndirilən şəxs və qeyrilərinin cinayət əməlləri nəticəsində "xxxx" KB ASC-yə 3.632.225.90 (üç milyon altı yüz otuz iki min iki yüz iyirmi beş manat doxsan qəpik) manat pul məbləğində maddi ziyan dəymişdir. İstintaqla həmin şəxslərin qeyd edilən vəsaitləri talamasının tam təsdiq edildiyini, bu səbəbdən "xxxx" KB ASC-nin istintaq orqanı tərəfindən müvafiq qərarla zərərçəkmiş şəxs qismində tanındığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilməmişdir. Onlara dəymiş ziyan siğorta tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı mülki iddiaları olmadığını bildirərək onun barəsində qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o 16 iyul 2016-cı il tarixdə Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən "xxxx"-ın filialında quraşdırılmış ödəmə məntəqəsində kredit ödəyirmiş. Kredit ödədiyi vaxt Unibankın pul aparatından pullar çıxmağa başlamışdır. Pulun miqdarı 7800 manat olmuşdur. Pullar altıncı gün bankomatdan çıxmışdır. Bazar günü qeyri iş günü olduğuna görə gözləmişdir. Birinci gün, yəni 18 iyul 2016-cı il tarixdə tezdən pulları banka qaytarmışdır. Pullar bir dəfəlik çıxmamışdır. Birinci dəfə üç min manat çıxmışdır. Ümumilikdə isə 7800 manat miqdarında pul çıxmışdır. Pullar bir dəqiqədən bir çıxmışdır. Pullar bankomatdan öz başına çıxmağa başlamışdır. Onun Unibanka 1000 manat kredit borcu olmuşdur. Bank ona heç bir güzəşt etməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 Aksentiyeviç sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, 2016-cı ilin iyul ayında İqor Veliçoqlo adlı tanışı ilə Kişinyov şəhərində görüşmüş, sonuncu Bakı şəhərində fəaliyyət göstərən bankların birindən tanışlarının bankomatlardan pul çıxarmaq istədiklərini bildirərək, Bakı şəhərinə gələrək bankomatlardan həmin pulları çıxarmaqda köməklik etməyi təklif etmiş, bu işin müqabilində ona 10000 (on min) ABŞ dolları verəcəyini vəd etmiş, o da razılaşmışdır. İqorla olan söhbətdən bir neçə gün sonra İqor onun istifadəsində olan +**********6 saylı mobil telefon nömrəsinə zəng edərək 15 iyul 2016-cı il tarixdə Bakı şəhərində olmağı tapşırmış, o da gələcəyini demişdir. İqor həmin iş üçün Kişinyovdan ondan başqa iki nəfərin də gələcəyini, həmin şəxslərdən birinin adının Oleq digərinin isə Dorin olduğunu demişdir. Bundan sonra İqor ona Oleq adlı şəxsin mobil telefon nömrəsini verərək əlaqə saxlamağı və həmin şəxslə görüşüb bir yerdə Bakı şəhərinə gəlməyi tapşırmış, Dorin adlı şəxslə isə İstanbul hava limanında görüşməli olduğunu bildirmişdir. Bu danışıqdan sonra o, Oleqə zəng edib danışmış və 14 iyul 2016-cı il tarixdə Kişinyov hava limanında görüşmək barədə razılıq əldə etmişlər. 14 iyul 2016-cı il tarixdə gecə o, Oleqlə Kişinyov hava limanında görüşmüş və təyyarə ilə İstanbul şəhərinə gəlmişlər. İstanbul hava limanında onlar Dorinlə tanış olmuş və birlikdə İstanbul şəhərindən Bakı şəhərinə gəlmişlər. Onların biletləri ayrı-ayrı yerlərə olduğuna görə Bakı şəhərində hava limanının çıxışında bir-birilərini gözləmək barədə razılığa gəlmişlər və belə də etmişlər. 15 iyul 2016-cı il tarixdə səhər Bakı şəhərinə çatdıqdan sonra o, hava limanında İqora zəng edib danışmış, sonuncu da onu Bakı şəhərinin mərkəzində yerləşən «MacDolalds» restoranının yanına gəlib orada gözləməyi tapşırmışdır. Sonra onlar şəhərin mərkəzdə yerləşən «MacDolalds» restoranının yanına gəlmişlər. Təxminən 1 saatdan sonra İqor yanında bir nəfər şəxslə oraya gəlmişdir. İqorun yanında gələn şəxs özünü İvan kimi təqdim etmişdir. O, İvanın Dorinlə danışığından onların tanış olduğunu başa düşmüşdür. Görüş zamanı Dorin İvandan hansı iş üçün onu çağırdığını soruşmuş, həmin şəxs də heç bir çətin iş olmadığını, sadəcə bankomatlardan pul çıxaracaqlarını demişdir. Bundan sonra İqor Dorinə pul verib oteldə yer tutaraq dincəlməyi və saat 13:00 dəqiqədə yenidən buraya gəlməyi tapşırmışdır. Sonra onlar yola çıxmış və İvan taksi saxlatdırıb sürücüyə onları tanıdığı otelə aparmağı tapşırmışdır. O, Dorinlə birlikdə taksiyə minib otelə getmiş, Oleq isə İvan və İqorla bir yerdə qalmışdır. İqor və İvandan ayrıldıqdan sonra onlar otelə yerləşmiş və həmin gün təxminən saat 12:30 dəqiqədə Dorinlə oteldən çıxıb taksi ilə yenidən şəhərin mərkəzinə, «Macdonalds» restoranın yanına getmişlər. Təxminən 15 dəqiqədən sonra İqor İvanla birlikdə həmin yerə gəlmiş və bir müddət sonra isə Oleq də onlara yaxınlaşmışdır. Görüş zamanı İvan 3 ədəd təzə telefon çıxardaraq həmin telefonlara sim-kartlar quraşdırıb ona, Dorinə və Oleqə vermişdir. İqor onlara verdiyi həmin nömrələrə «Viber» qısa mesajlaşma proqramından zəng gələcəyin, mesaj vasitəsi ilə ünvanlar göndəriləcəyini deyərək, onların həmin ünvanlara gedib zəng edən nömrə ilə əlaqə saxlamağı, sonra isə telefonda danışan şəxsin təlimatına uyğun olaraq həmin ünvanlarda olan "xxxx"-a məxsus bankomatlara yaxınlaşmağı, bankomatların öz-özünə çıxartdığı pulları götürməyi tapşırmış, onlar da razılaşmışlar. X27 verdiyi telefonda internetlə bağlı problem əmələ gəldiyindən, İvan və İqor onların telefonlarını götürüb yaxınlıqdakı telefon dükanına getmiş, təxminən 15 dəqiqədən sonra geri qayıdıb telefonları qaytarmış və hər şeyin qaydasında olduğunu demişlər. Bundan sonra o, Dorinlə birlikdə otelə qayıtmışdır. 15 iyul 2016-cı il tarixdə İvanın ona verdiyi telefona «Viber» qısa mesajlaşma proqramından zəng gəlmiş və zəng edən şəxs mesajla ünvan göndərəcəyini deyərək həmin ünvana getməyi tapşırmışdır. Bir neçə dəqiqədən sonra telefona mesajla ünvan gəlmiş və o, Dorinlə birlikdə oteldən çıxıb otelin önündə dayanan taksiyə telefonda yazılmış ünvanı göstərərək oraya getmişlər. Həmin ünvana çatdıqdan sonra onlar orda olan "xxxx"-a məxsus bankomata yaxınlaşmış və zəng edən nömrə ilə əlaqə saxlayaraq ünvanda olduqlarını demiş, həmin şəxs isə gözləməyi tapşırmışdır. Xeyli vaxt keçdiyinə görə onlar bir neçə dəfə həmin nömrəyə zəng edib gözlədiklərini demişlər, lakin həmin şəxs yenə gözləməyi tapşırmışdır. Təxminən 3 saat gözlədikdən sonra onlar telefonu söndürüb otelə qayıtmışlar. Səhəri gün İqorun tapşırığına uyğun olaraq o, Moldovanın Kişinyov şəhərində tanıdığı Turizm agentliyinə zəng edib 18 iyul 2016-cı il tarixdə Bakı-İstanbul-Kişinyov təyyarəsinin səhər reysinə özünə və Dorinə bilet sifariş vermişdir. 16 iyul 2017-ci il tarixdə axşam Dorinin telefonuna «Viber» qısa mesajlaşma proqramından zəng gəlmiş və zəng edən şəxs mesajla ünvan göndərəcəyini deyərək həmin ünvana getməyi tapşırmışdır. O da Dorinlə birlikdə oteldən çıxıb otelin qarşısında dayanan taksilərin birinə yaxınlaşmış və Dorin telefonuna mesajla gələn ünvanı taksi sürücüsünə göstərmiş, taksi sürücüsü də onları həmin ünvana gətirmişdir. Onlar taksidən enib üzərində "xxxx" yazılmış bankomatın yanına gəlmiş və Dorin zəng edən nömrə ilə «Vayber» vasitəsilə əlaqə saxlamışdır. Telefona cavab verən şəxs bankomata yaxınlaşmağı tapşırmış və onlar da həmin bankomata yaxınlaşmışlar. Sonra həmin şəxs bankomatın sönəcəyini bildirmiş və bir neçə saniyə sonra bankomat söndüyündən Dorin bu barədə danışdığı şəxsə məlumat vermişdir. Həmin şəxs isə bir neçə saniyədən sonra bankomatın işə düşəcəyini və pul çıxaracağını demişdir. Təxminən 5-10 saniyə sonra bankomat yenidən işə düşmüş və pul çıxarmağa başlamışdır. Dorin həmin pulları götürüb çantasına yığmışdır. Bankomatdan pul çıxması dayandıqdan sonra Dorin telefonda danışdığı şəxsə artıq pul çıxmadığını bildirmiş, həmin şəxsdə mesajla yeni ünvan göndərəcəyi deyib oraya getməyi tapşırmışdır. Sonra onun da telefonuna mesajla ünvan gəlmişdir. Bundan sonra o, Dorinlə ayrılaraq öz telefonuna gələn ünvana, Dorin də öz telefonuna gələn ünvana getmişdir. O, orada dayanan taksilərin birinə yaxınlaşıb telefonunda yazılmış ünvanı sürücüyə göstərmiş və sürücü o da məni həmin ünvana apardı. Orada o, yenə üzərində "xxxx" sözləri yazılmış bankomatın yanında həmin şəxsə zəng edib bankomatın qarşısında olduğunu demiş, sonuncu isə bankomatın sönəcəyini və sonra işə düşüb pul çıxaracağını bildirmişdir. Bir neçə saniyədən sonra bankomat sönmüş və yenidən işə düşərək pul çıxarmağa başlamaşdı, o da mən həmin pulları çantasına yığmışdır. Həmin gün o, 3 və ya 4 bankomatdan pul çıxarmışdır və çıxardığı pullar ancaq 50 manatlıq kupyurlar olmuşdur. Növbəti bankomatdan pulları çıxardıb qurtardıqdan sonra, telefondakı şəxs bu bankomatın bu günə sonuncu olduğunu demiş və İqorla əlaqə saxlamağı tapşırmışdır. O da İqora zəng edib işini qurtardığı barədə məlumat vermiş, sonuncu da ona otelə qayıtmağı və zəng gözləməyi tapşırmışdır. O, taksi ilə otelə qayıtmış və Dorin artıq orada olduğunu görmüşdür. Səhəri gün, yəni 17 iyul 2016cı il tarixdə onun telefonuna «Vayber» vasitəsilə zəng gəlmiş və zəng edən şəxs ünvan göndərəcəyini demişdir. Bir neçə dəqiqədən sonra onun və Dorinin telefonuna mesajla ünvan göndərmişdir. Bundan sonra onlar oteldən çıxmış, lakin çantalarında olan pulları oteldə qoymuşlar. O, bankomatdan çıxardığı pulları öz çarpayısının altında, Dorin də öz çarpayısının altında gizlətmişdir. Oteldən çıxdıqdan sonra Dorin taksi ilə başqa istiqamətə, o da başqa istiqamətə getmişdir. Həmin gün o, 3 bankomatdan pul çıxartmışdır. Növbəti bankomatdan pulları çıxardıb qurtardıqdan sonra, telefondakı şəxs bu bankomatın bu günə sonuncu olduğunu demiş və İqorla əlaqə saxlamağı tapşırmışdır. O, da İqora zəng edib işini qurtardığını dedikdə sonuncu ona otelə qayıtmağı və zəng gözləməyi tapşırmışdır. O, taksi ilə otelə qayıtmış və Dorin artıq orada olduğunu görmüşdür. Bir müddət sonra İqor zəng edib onları görüşə çağırmış və pulları da gətirməyi tapşırmışdır. Onlar oteldən çıxıb taksiyə əyləşərək İqora zəng etmiş və sonuncu taksi sürücüsünə ünvanı demişdir. Təxminən 20 dəqiqə yol getdikdən sonra onlar taksidən düşərək şəhərdən kənarda olduqlarını, İqor və İvan artıq orada olduqlarını görmüşlər. Onlar içərisində pul olan çantaları İqor və İvan vermişlər, İvan da həmin çantaları özü ilə gətirdiyi böyük çantaya qoymuşdur. Sonra İqorla o, kənara çəkildim və sonuncu vəd etdiyi 10000 (on min) ABŞ dolları pulu bir neçə gündən sonra Kişinyovda ona verəcəyini bildirmişdir. O, isə Kişinyova qayıtmaq üçün bilet almağa pulunun olmadığını bildirdik də, İqor ona bilet almaq üçün 500 manat pul vermiş, İvanın Dorinə nə qədər pul verdiyini isə o, görməmişdir. Bir müddətdən sonra Oleqdə oraya gəlmiş və özü ilə gətirdiyi içərisində pul olan çantanı İvana vermişdir. Bundan sonra İvan və İqorun tapşırığına uyğun olaraq Dorinlə o, otelə gəlib çantalarını götürərək hava limanına getmiş və Oleqlə yenidən orada görüşmüşlər. 18 iyul 2016-cı il tarixdə səhər saatlarında o, Dorin və Oleq təyyarə ilə əvvəl İstanbul şəhərinə, oradan da Kişinyova getmişlər. Kişinyov hava limanında onlar görüşüb ayrılmış və bundan sonra o, birdə nə Oleqi, nə də Dorini görməmişdir. Bu hadisədən bir müddət sonra o, pulunu almaq üçün İqora zəng etmiş, sonuncu da yaxın günlərdə vəd etdiyi pulu verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra o, yenidən İqora zəng etmiş, lakin həmin telefona zəng çatmamışdır. 27 iyul 2017-ci il tarixdə Moldovadan Ukraynaya keçdıyı vaxt onu gömrükdə saxlayaraq axtarışda olduğunu bildirmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, 17 iyul 2016-cı il tarixində səhər radələrində işlədiyi "xxxx" MMC-dən ona verilmiş «Paşa» banka məxsus maaş kartından yaşadığı Xırdalan şəhərində yerləşən "xxxx"a məxsus bankomatdan pul çıxartmaq istəmiş və bu məqsədlə «Unibanka» məxsus bankomata yaxınlaşıb, plastik kartını bankomata salaraq kartın parolunu daxil edib 13 manat pul sifariş vermişdir. Pulu sifariş etdikdən sonra o, kartını bankomatdan götürmüş və pulların hazırlanmasını gözləmişdir. Təxminən 15-20 saniyə gözlədikdən sonra o, bankomatdan sifariş etdiyi məbləğdən artıq pulların çıxdığını görmüş və pulları sayarkən oradan 1413 manat çıxdığını görmüşdür. Həmin gün bazar günü olduğu üçün o, həmin pulları bankomatın yerləşdiyi "xxxx"a məxsus filiala qaytara bilməmiş, pulları götürüb getmişdir. 18 iyul 2016-cı il tarixdə o, yenidən Xırdalan şəhərində yerləşən "xxxx"a məxsus filiala getmiş və həmin filialın müdiri olan Zöhrab adlı şəxsə yaxınlaşıb hadisə barədə məlumat vermiş və bankomatdan çıxdığı 1400 manat məbləğində pulu bankın kassasına təhvil vermişdir. Bankomat isə 2013 manat pul vermişdir. Bazar günü idi. Birinci gün banka pulu qaytarmışdır. Pulun çekini özündə saxlamışdır. Kopyasını da banka təhvil vermişdir. Məhkəmə istintaqı zamanı bütün proses iştirakçılarının razılığına əsasən ifadəsi elan olunmaqla araşdırılmış Şahid4 ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ilin iyun ayının 16-da saat təxminən 20:00 radələrində metronun Neftçilər stansiyasının yanından keçib evinə gedərkən, həmin stansiyanın yaxınlığında olan "xxxx"-ın filialında quraşdırılmış bankomatın pul çıxaran hissəsində pul qaldığını görmüşdür. O, həmin pulların kiminsə yadından çıxıb orada qaldığını fikirləşərək, pulları götürüb saymış və 9 ədəd 50-lik pul əskinasları, yəni 450 manat olduğunu görmüşdür. Pulları qaytarmaq üçün banka yaxınlaşmış, lakin bank bağlı olduğunda qaytara bilməmişdir. Növbəti günlər şənbə və bazar günləri olduğundan, o, 18 iyun 2016-cı il tarixdə həmin bankomat quraşdırıldığı bankın filialına gəlmiş və pulların bankomatda qaldığını deyib banka təhvil vermişdir. Sonra pulu təhvil verməyi barədə akt tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı bütün proses iştirakçılarının razılığına əsasən ifadəsi elan olunmaqla araşdırılmış şahid X12 ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, 03 noyabr 2014-cü il tarixdən "xxxx" ASC-nin satış xidmət və dəstəyi departamentində adi mütəxəssis kimi işə başlamışdır. 2016-cı ilin aprel ayında bankın satışa dəstək və nəzarət departamentində keyfiyyətin monitorinqi şöbəsinin 4-cü dərəcəli mütəxəssisi vəzifəsinə keçirilmiş və hazıradək həmin vəzifədə işləyir. 2016-cı il iyul ayının 5-də saat 13-14 radələrində nahar fasiləsindən qayıdıb xidməti kompüterində elektron-poçt ünvanını yoxladıqda yeni email daxil olduğunu görmüşdür. Daxil olan elektron məktubun ünvan adı (mailto:Mikhail.Maltcev@ewm.wincornixdorf.netElektron ünvan 2) onun bilavasitə rəhbəri olan Mikayıl Məmmədovun elektron-poçt ünvanının adı ilə oxşar olduğundan, elektron məktubun da sonuncudan daxil olduğunu zənn edərək məktubu qəbul etmiş və açmışdır. Məktuba əlavə olunmuş fayl açılmadığı üçün onda şübhə yaranmışdır. Bu zaman o, eyni elektron məktubun ondan başqa bankda müxtəlif sahələrdə çalışan baş hərfi “S” hərfi ilə başlayan 10-dan artıq əməkdaşın elektron-poçt ünvanına göndərildiyinə diqqət etmiş və məktubun virus olması şübhəsini yaratmışdır. Bu səbəbdən həmin əməkdaşlardan adlarını xatırladığı Səlimxan Gülməmmədov, Sahib, Səadət və adlarını xatırlamadığı digərlərinə bu elektron məktubun “virus” olması barədə elektron bildiriş göndərmişdir. Bundan sonra o, dərhal kompyuterini söndürmüş, və yenidən işə saldıqdan sonra insidentlə bağlı bankın İT departamentinin adını hazırda xatırlamadığı əməkdaşına telefonla məlumat vermişdir. Eyni zamanda həmin əməkdaşın tapşırığı ilə şübhəli elektron məktubu sonuncunun elektronpoçt ünvanına göndərmişdir. Bundan sonra kompüterin işində hər hansı problem olmadığı üçün insidentin nə ilə nəticələndiyi ilə maraqlanmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İlkin materiallardan və 11, 12 və 20 avqust 2016-cı il tarixdə "xxxx" KB ASC-nin baş ofisinə və Prosessinq mərkəzinə baxış keçirilməsi barədə protokollardan görünür ki, keçirilmiş baxış zamanı "xxxx" KB ASC-yə məxsus pul vəsaitləri oğurlanmış bankomatlardan çıxarılmış ümumilikdə 26 ədəd - 260 nömrəli bankomatdan çıxarılmış 9QZCW08C nömrəli sərt disk, 258 nömrəli bankomatdan çıxarılmış 9RW41QW nömrəli sərt disk, 235 nömrəli bankomatdan çıxarılmış 9QZCJJXE nömrəli sərt disk, 247 nömrəli bankomatdan çıxarılmış S24JJ9FZC00411 nömrəli sərt disk, 270 nömrəli bankomatdan çıxarılmış 5PS2P3AF nömrəli sərt disk, 262 nömrəli bankomatdan çıxarılmış WCAM9T571317 nömrəli sərt disk, 254 nömrəli bankomatdan çıxarılmış W3T4DSW9 nömrəli sərt disk, 249 nömrəli bankomatdan çıxarılmış 5PS25357 nömrəli sərt disk, 257 nömrəli bankomatdan çıxarılmış Z6E30PV7 nömrəli sərt disk, 200 nömrəli bankomatdan çıxarılmış W3D48EBP nömrəli sərt disk, 243 nömrəli bankomatdan çıxarılmış Z3TQCK9S nömrəli sərt disk, 248 nömrəli bankomatdan çıxarılmış 5RW45332 nömrəli sərt disk, 236 nömrəli bankomatdan çıxarılmış Z3TQBF5C nömrəli sərt disk, 289 nömrəli bankomatdan çıxarılmış 9SE2Z5TR nömrəli sərt disk, 294 nömrəli bankomatdan çıxarılmış 5LAKNMQE nömrəli sərt disk, 230 nömrəli bankomatdan çıxarılmış 9RW420RE nömrəli sərt disk, 237 nömrəli bankomatdan çıxarılmış 5PS251WM nömrəli sərt disk, 296 nömrəli bankomatdan çıxarılmış WCAV3D707450 nömrəli sərt disk, 205 nömrəli bankomatdan çıxarılmış W3T48EME nömrəli sərt disk, 285 nömrəli bankomatdan çıxarılmış W3T48EDH nömrəli sərt disk, 232 nömrəli bankomatdan çıxarılmış 6QZ5YCET nömrəli sərt disk, 252 nömrəli bankomatdan çıxarılmış 9RW7XDNH nömrəli sərt disk, 220 nömrəli bankomatdan çıxarılmış S00JJ10Y577244 nömrəli sərt disk, 256 nömrəli bankomatdan çıxarılmış WMA29MF87513 nömrəli sərt disk, 279 nömrəli bankomatdan çıxarılmış Z3TQB9NVnömrəli sərt disk, 244 nömrəli bankomatdan çıxarılmış S24JJ9FZC00481 nömrəli sərt disk; "xxxx" KB ASC-nin ATM-lərin texniki dəstək şöbəsinin işçisi X3 xidməti və şəxsi istifadəsində olmuş kompyuterlərin 5 ədəd - WCAV2L144722 nömrəli, 5JVG09PE nömrəli, WMAM9FU29343 nömrəli, WMAM9CKN6180 və 5RX32MCR nömrəli sərt disklər, 1 ədəd yaddaş kartı (flaş kart) və 1 ədəd «Saz» madem; - "xxxx" KB ASC-nin İT departamentinin sistem inzibatçısı işləyən X9 xidməti istifadəsində olmuş 1 ədəd kompyuterin Z3TFV1LU nömrəli sərt disk; "xxxx" KB ASC-nin İnformasiya Texnologiyaları Sahəsinin İnfrastruktur və Texniki Dəstək departamentinin Telekommunikasiya və Telefoniya qrupunun rəhbəri (şəbəkə inzibatçısı) X1 istifadəsində olan “CZC202C010” seriya nömrəli xidməti kompyuterindən səlahiyyətləri daxilində icazəsi olan bank şəbəkəsinə aid elektron məlumatlar; "xxxx" KB ASC-nin İnformasiya Texnologiyaları Sahəsinin İnformasiya Texnologiyası üzrə arxitektor vəzifəsində işləyən X5 istifadəsində olan «CZC3173TR8» seriya nömrəli xidməti kompyuterindən səlahiyyətləri daxilində icazəsi olan bank məxsus informasiya sisteminə daxil olaraq Unibank KB ASC- nin korporativ kompyuter şəbəkəsinə aid elektron məlumatlar; - "xxxx" KB ASC-nin İnformasiya Texnologiyaları Sahəsinin İnfrastruktur və Texniki Dəstək Departamentinin X4ması qrupunun 3-cü dərəcəli mütəxəssisi vəzifəsində işləyən X10 hazırda istifadəsində olan «2CE23738Y0» seriya nömrəli xidməti kompyuterindən səlahiyyətləri daxilində icazəsi olan bank şəbəkəsinə aid elektron məlumatlar; "xxxx" KB ASC-nin Prosessinq Departamentinin «front ofise» inzibatçısı vəzifəsində işləyən X15 istifadəsində olan “CZC5043TZX” seriya nömrəli xidməti kompyuterindən səlahiyyətləri daxilində icazəsi olan bank şəbəkəsinə aid elektron məlumatlar götürülmüşdür. Dövlət Təhlükəsizliyi Xidmətinin İV baş idarəsindən 30 iyul 2016-cı il tarixli 4/1907 saylı məktubla İstintaq baş idarəsinə təqdim edilmiş "xxxx" KB ASC-yə məxsus 26 ədəd bankomatların müşahidə kameraları ilə 2016-cı ilin iyul ayının 16-dan 18-dək olan müddət ərzində pul çıxaran şəxslərin video görüntüləri olan «İmation» markalı İD nömrəsi 98DE9493 7650 olan yaddaş kartına 01 avqust 2016-cı il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Oleq Kazanqiu, Sergey Petroviçi, Dorin Danila, Andrey Zaborski və qeyrilərindən ibarət qabaqcadan əlbir olan bir qrup şəxs 16 iyul 2016-cı il tarixdə saat 02:51 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 6 ünvanında yerləşən «Nərimanov» filialında quraşdırılmış 236 nömrəli bankomatından, saat 03:35 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 8 ünvanında yerləşən 15 saylı filialında quraşdırılmış 257 nömrəli bankomatından, saat 04:22 dəqiqədə "xxxx" KB ASC-nin Bakı şəhəri, Bülbül prospekti, 10 ünvanında yerləşən 17 saylı filialında quraşdırılmış 248 nömrəli bankomatından, saat 05:30 dəqiqədə "xxxx" KB ASC-nin Bakı şəhəri, H.Cavid prospekti, 10 ünvanında yerləşən «Space» filialında quraşdırılmış 205 nömrəli bankomatından manat, saat 06:17 dəqiqədə "xxxx" KB ASC-nin Bakı şəhəri, Q.Qarayev prospekti, 66 ünvanında yerləşən «Neftçilər» filialında quraşdırılmış 260 nömrəli bankomatından, saat 19:24 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 1 ünvanında yerləşən «Siti-Mart-2» mağazasında olan 237 nömrəli bankomatdan, saat 20:08 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 12 ünvanında yerləşən «Əhmədli» filialında quraşdırılmış 243 nömrəli bankomatından, saat 20:23 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 2 ünvanında yerləşən 19 saylı filialında quraşdırılmış 232 nömrəli bankomatından, saat 20:55 dəqiqədə "xxxx" KB ASC-nin Bakı şəhəri, Q.Qarayev prospekti, 34 ünvanında yerləşən «Araz-2» filialında quraşdırılmış 256 nömrəli bankomatından, saat 21:55 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 3 ünvanında yerləşən «Əcəmi» filialında quraşdırılmış 235 nömrəli bankomatından, saat 22:30 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 14 ünvanında yerləşən «Mərdəkan» filialında quraşdırılmış 230 nömrəli bankomatından, saat 22:43 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 15 ünvanında yerləşən «Mərdəkan» filialında quraşdırılmış 296 nömrəli bankomatından, saat 22:55 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 16 ünvanında yerləşən "xxxx"-ın baş ofisində olan 270 nömrəli bankomatdan 100.000 manat, 17 iyul 2016-cı il tarixdə saat 00:15 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 17 ünvanında yerləşən «Tahir market»-də olan 279 nömrəli bankomatdan, saat 00:51 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 18 ünvanında yerləşən 14 saylı filialında quraşdırılmış 294 nömrəli bankomatından, saat 02:27 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 19 ünvanında yerləşən Nərimanov kinoteatrının yaxınlığında olan 247 nömrəli bankomatdan, saat 02:42 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 21 ünvanında yerləşən 8 saylı filialında quraşdırılmış 244 nömrəli bankomatından, saat 03:16 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 22 ünvanında yerləşən 13 saylı filialında quraşdırılmış 252 nömrəli bankomatından, saat 22:43 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 15 ünvanında yerləşən «Mərdəkan» filialında quraşdırılmış 296 nömrəli bankomatından, saat 04:20 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 4 ünvanında yerləşən «Xırdalan» filialında olan 289 nömrəli bankomatdan, saat 19:28 dəqiqədə "xxxx" KB ASC-nin Bakı şəhəri, Badamdar qəsəbəsi, Yaşayış massivi 296 ünvanında yerləşən «Sitimart-1» mağazasında olan 220 nömrəli bankomatdan, saat 20:07 dəqiqədə "xxxx" KB ASC- nin Bakı şəhəri, Atatürk prospekti, 39/41 ünvanında yerləşən «Kolins» mağazasının yaxınlığında olan 262 nömrəli bankomatdan, saat 21:26 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 5 ünvanında yerləşən 11 saylı filialında quraşdırılmış 285 nömrəli bankomatından, saat 22:13 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 26 ünvanında yerləşən «Google» mağazasının yaxınlığında olan 200 nömrəli bankomatdan, saat 23:01 dəqiqədə "xxxx" KB ASC-nin Bakı şəhəri, Xətai rayonu, ünvan 27 ünvanında yerləşən «X20» filialında quraşdırılmış 249 nömrəli bankomatından, 18 iyul 2016-cı il tarixdə saat 01:21 dəqiqədə "xxxx" KB ASC-nin ünvan 28 ünvanında yerləşən «Sumqayıt» filialında quraşdırılmış 258 nömrəli bankomatından müvafiq kart daxil etmədən pul əskinasları çıxarırlar. Dövlət Təhlükəsizliyi Xidmətinin İV baş idarəsindən 08 avqust 2016-cı il tarixli 756 saylı məktubla İstintaq baş idarəsinə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən müvafiq sorğu əsasında əldə olunmuş Təhlükəsiz Şəhər Xidməti kameralarında müvafiq vaxta və yerlərə uyğun olaraq qeydə alınmış videogörüntülərin yazıldığı 01 ədəd diskə 09 avqust 2016-cı il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Dorin Danila, Sergey Petroviçi, Andrey Zaborski və qeyrilərindən ibarət qabaqcadan əlbir olan bir qrup şəxsin gizli olaraq taladıqları Bakı şəhərində "xxxx" KB ASC-yə məxsus bankomatlarının quraşdırıldığı ünvanlara yaxın küçələrlə hərəkət etmişlər. Dövlət Təhlükəsizliyi Xidmətinin İV baş idarəsindən 25 avqust 2016-cı il tarixli 7-841 saylı məktubla İstintaq baş idarəsinə təqdim edilmiş X18 Hava Limanının müşahidə kameraları ilə 2016-cı ilin 15, 17 və 18 iyul tarixlərində qeydə alınmış videogörüntülər olan «abv» markalı DVD diskə 26 avqust 2016-cı il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Dorin Danila, Oleq Kazanqiu, Sergey Petroviçi və Andrey Zaborski 15 iyul 2016-cı il tarixdə eyni təyyarə reysi ilə birlikdə Bakı şəhərinə gəlmiş, Andrey Zaborski 17 iyul 2016-cı il tarixdə Bakı şəhərini tərk etmiş, Dorin Danila, Oleq Kazanqiu və Sergey Petroviçi isə 18 iyul 2016-cı il tarixdə Bakı şəhərini birlikdə tərk etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, İqor Velicoqlo, Dorin Danila, Oleq Kazanqiu və Sergey Petroviç barəsində verilmiş «Giriş-Çıxış və qeydiyyat» İAMAS üzrə tələbnamələrlə. Həmin tələbnamələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs və İqor Velicoqlo 14 iyul 2016-cı il tarixdə saat 20:30 radələrində Frankfurt-Bakı, qrupun digər üzvləri Dorin Danila, Oleq Kazanqiu, Sergey Petroviçi, Andrey Zaborski isə 15 iyul 2016-cı ildə saat 05:40 radələrində İstanbul-Bakı təyyarə reysi ilə Bakı şəhərinə gəlmişlər. Dəstənin üzvü Andrey Zaborski 17 iyul 2016-cı il tarixdə saat 07:20 radələrində, dəstənin digər üzvləri Dorin Danila, Şahid1 və Oleq Kazanqiu isə 18 iyul 2016-cı il tarixdə saat 05:40 radələrində Bakı-İstanbul, Təqsirləndirilən şəxs və İqor Velicoqlo isə 18 iyul 2016-cı il tarixdə 05:05 radələrində Bakı-Frankfurt təyyarə reysləri ilə Azərbaycan Respublikasını tərk etmişlər. 15 yanvar 2018-ci il tarixli tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 ona təqdim edilmiş 4 nəfər şəxsin fotoşəkiilləri olan fotocədvəldə o, şərti olaraq 3 rəqəmi ilə işarələnmiş Dorin Danila tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi Dorin adlı şəxs olduğunu bildirmişdir. 15 yanvar 2018-ci il tarixli tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 ona təqdim edilmiş 4 nəfər şəxsin fotoşəkiilləri olan fotocədvəldə o, şərti olaraq 3 rəqəmi ilə işarələnmiş İqor Velicoqlonu tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi İqor adlı şəxs olduğunu bildirmişdir 15 yanvar 2018-ci il tarixli tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 ona təqdim edilmiş 4 nəfər şəxsin fotoşəkiilləri olan fotocədvəldə o, şərti olaraq 4 rəqəmi ilə işarələnmiş Oleq Kazanqiunu tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi Oleq adlı şəxs olduğunu bildirmişdir. 15 yanvar 2018-ci il tarixli tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 ona təqdim edilmiş 4 nəfər şəxsin fotoşəkiilləri olan fotocədvəldə o, şərti olaraq 4 rəqəmi ilə işarələnmiş İon Secrierunu tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi İvan adlı tanışının olduğunu bildirmişdir 25 iyul 2017-ci il tarixli tanınma protokolundan görünür ki, 1316 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Dorin Danila ona təqdim edilmiş 4 nəfər şəxsin fotoşəkiilləri olan fotocədvəldə o, şərti olaraq 4 rəqəmi ilə işarələnmiş Oleq Kazanqiunu tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi Oleq adlı şəxs olduğunu bildirmişdir. 25 iyul 2017-ci il tarixli tanınma protokolundan görünür ki, 1316 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Dorin Danila ona təqdim edilmiş 4 nəfər şəxsin fotoşəkiilləri olan fotocədvəldə o, şərti olaraq 4 rəqəmi ilə işarələnmiş Şahid1ı tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi Sergey adlı şəxs olduğunu bildirmişdir. 27 iyul 2017-ci il tarixli tanınma protokolundan görünür ki, 1316 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Dorin Danila ona təqdim edilmiş 4 nəfər şəxsin fotoşəkiilləri olan fotocədvəldə o, şərti olaraq 4 rəqəmi ilə işarələnmiş İon Secrierunu tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi İvan adlı tanışının olduğunu bildirmişdir 27 iyul 2017-ci il tarixli tanınma protokolundan görünür ki, 1316 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Dorin Danila ona təqdim edilmiş 4 nəfər şəxsin fotoşəkiilləri olan fotocədvəldə o, şərti olaraq 3 rəqəmi ilə işarələnmiş İqor Velicoqlonu tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi İqor adlı şəxs olduğunu bildirmişdir 27 noyabr 2023-cü il tarixli tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 4 nəfər şəxsin fotoşəkiilləri olan fotocədvəldə o, şərti olaraq 3 rəqəmi ilə işarələnmiş Dorin Danila tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi Dorin adlı şəxs olduğunu bildirmişdir. 27 noyabr 2023-cü il tarixli tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 4 nəfər şəxsin fotoşəkiilləri olan fotocədvəldə o, şərti olaraq 3 rəqəmi ilə işarələnmiş İqor Velicoqlonu tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi İqor adlı tanışı olduğunu bildirmişdir 27 noyabr 2023-cü il tarixli tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 4 nəfər şəxsin fotoşəkiilləri olan fotocədvəldə o, şərti olaraq 4 rəqəmi ilə işarələnmiş Oleq Kazanqiunu tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi Oleq adlı şəxs olduğunu bildirmişdir. 27 noyabr 2023-cü il tarixli tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 4 nəfər şəxsin fotoşəkiilləri olan fotocədvəldə o, şərti olaraq 4 rəqəmi ilə işarələnmiş Sergey Qubçaqı tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi Sergey adlı şəxs olduğunu bildirmişdir. "xxxx" KB ASC-yə dəymiş ziyanın müəyyən edilməsi üçün təyin edilmiş audit yoxlamasının nəticəsi olaraq tərtib edilmiş 05 dekabr 2017-ci il tarixli aktdan görünür ki, 2016-cı ilin iyul ayının 16-dan 18-dək olan müddət ərzində "xxxx" KB ASC- nin Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən 26 bankomatından pulların oğurlanması nəticəsində banka 1.464.050 (bir milyon dörd yüz altmış dörd min əlli) manat ziyan dəymişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 06 fevral 2017-ci il tarixli 31678 nömrəli rəyindən görünür ki, auditorların gəldiyi nəticələr təsdiq edilərək 16-dan 18-dək olan müddət ərzində "xxxx" KB ASC-nin Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən 26 bankomatından pulların oğurlanması nəticəsində banka 1.464.050 (bir milyon dörd yüz altmış dörd min əlli) manat ziyan dəydiyi göstərilmişdir. Məhkəmə-kompyuter-texniki ekspertizasının 06 fevral 2017-ci il tarixli 26992 nömrəli rəyindən görünür ki, "xxxx" KB ASC-dən götürülmüş avadanlıq və məlumatların analizi zamanı "xxxx" şəbəkəsinin yoluxmasına səbəb “Mikhail.MElektron ünvan 3” elektron ünvanından daxil olan elektron məktub və həmin məktuba əlavə olunmuş “Cobalt Strike” ziyanverici proqram tətbiqinin tərkib hissələridir. Yoluxma nəticəsində “FarhadADM”, “MynisRZ” adlı istifadəçilərin qeydiyyat yazıları vasitəsi ilə “OPER7857” sistemi tərəfindən məsafədən bankomatlara müdaxilə olunmuşdur. “ATM-new.xls”, “ATM.xls”, “ATM-new - Copy.xls” və “Terminal İD.xls” adlı məzmunlarında bankomatların məkan koordinatlarını əks etdirən fayllara, “MynisRZ” adlı istifadəçi tərəfindən məsafədən daxil olma proqramlarını istifadə edərək həmin fayllara daxil olmalar aşkar olunmuşdur. “OPER7857” sistemi vasitəsi ilə bankomatlara hər hansı bir əməliyyatların və izlərin pozulması üçün “Sdelete.exe” proqram təminatı endirilmişdir. 21 iyul 2016-cı il tarixdən 11 avqust 2016-cı il tarixə kimi “DC”, “DC”, “ARUSLAN”, “BKMİLLİTR01” sistemlərində “Cobalt Strike” ziyanverici proqram tətbiqinin fəaliyyət izləri aşkar olunmuşdur. Bundan əlavə olaraq ‘ARUSLAN” sistemində klaviaturada daxil olunan simvolları qeyd edən “cftmon.exe” adlı və monitorda əks olunan görüntüləri əldə edən “juched.exe” adlı proqram tətbiqinin izləri aşkar olunmuşdur. Qeyd olunan ziyanverici proqram tətbiqlərin istismarı nəticəsində zəruri məlumatların əldə olunması “şifrlər, adlar və digər) mümkündür. “ARUSLAN” sistemindən əldə olunmuş məlumatlar prosessinq sisteminə daxil olmaq və kartların balansında düzəlişlər etmək üçün istifadə olunmuşdur. X26 Nazirliyindən verilmiş məhkumluğun olmaması haqqında arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-kriminalistik informasiya reqisterində qeydə alınmamışdır. Şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində Böyük Britaniya vətəndaşları olan xx.xx.2013-cü il təvəllüdlü X22 və xx.xx.2015-ci il təvəllüdlü Sekrieru Artur adlı 02 azyaşlı övladları vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2018-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 273.4.-cü maddələri ilə təqsirli bilinərək 11 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2023-cü il tarixli hökmünə əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxs Şahid1 Aksentiyeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə təqsirli bilinərək 10 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ekstrdisiyası barədə Azərbaycan tərəfinin sorğusuna əsasən, Təqsirləndirilən şəxs 06 noyabr 2018-ci ildə (2003-cü il tarixli Ekstradisiya aktına əsasən) Azərbaycan tərəfinin ekstrdisiyası sorğusuna müvafiq olaraq, oğurluq və kompyuter sisteminə qanunsuz müdaxilədə təqsirləndirilən şəxs kimi həbs edilmişdir. Azərbaycan Respublikası Dövlət Təlükəsizlik Xidmətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəindən göndərilmiş məktubdan müəyyən olunur ki, beynəlxalq axtarışda olan təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Böyük Britaniya və X16 Krallığından Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, onun özünün etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 177.1-сi maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 177.3.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 273.1-ci maddəsinə əsasən ompyuter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 273.4. Bu Məcəllənin 273.1-273.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını (CM 59.1.4) və cinayəti səmimi etiraf etməklə əməlindən peşiman olmasını (CM 59.2) cəzasını yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən cinayətin tamah məqsədi ilə törədilməsini cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsini yəni cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini yüngülləşdirici hal kimi nəzərə almışdır. Lakin məhkəmə istintaqı zamanı qeyd olunan yüngülləşdirici hal öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarından və təqsirləndirilən Təqsirləndirilən şəxs ümumilikdə verdiyi ifadələrdən görünür ki, sonuncunun barəsində istintaq aparılanadək cinayət işinin üstü artıq açılmış, həmin cinayəti törətmiş şəxslərin dairəsi dəqiq müəyyən edilmiş, cinayətin törədilmə mexanizmi müəyyən edilmişdir. Əksinə Təqsirləndirilən şəxs barəsində araşdırılan cinayət əməlini törətdikdən sonra Azərbaycan Respublikasından çıxıb getmiş 2018-ci ildə tutulmuş və 2023-cü ildə Azərbaycana ekstradisiya edilmişdir. Qeyd olunan dövr ərzində həmin cinayətin iştirakçılarından iki nəfər barəsində araşdırma aparılmaqla ittiham hökmü çıxarılmışdır. Təqsirləndirilən şəxs həmin hökmlərdə göstərilən məlumatlardan fərqli heç bir əhəmiyyətli məlumat təqdim etməmişdir. Həmçinin ibtidai istintaq orqanıda qeyd olunan yüngülləşdirici halı hansı səbəbdən nəzərə aldığını əsaslandırmamışdır. Bundan başqa məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində verilmiş ağırlaşdırıc hall barədə qeyd edir ki, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi tamah niyyətilə törədildiyinə görə həmin maddəyə münasibətdə cinayət əməlinin tamah niyyətilə törədilməsi ağırlaşdırıcı hal kimi nəzərə alına bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə 9 noyabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunla nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin yeni sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona, əsas cəzası ilə yanaşı müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın da tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 23-cü bəndinə görə məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Cinayət Məcəlləsinin 48.0-cı maddəsinə uyğun olaraq ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə bunu hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırmaqla nəticəvi hissədə məhkumun ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün həmin orqana təqdimatın göndərilməsi haqqında, digər orqanlar tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsinin zəruriliyi barədə nəticəyə gəldikdə isə, hökmün təsviri-əsaslandırıcı hissəsində nəticəyə gəlməsinin motivlərini əsaslandırmaqla, nəticəvi hissəsində xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi barədə qərar qəbul edir. Məhkəmə şəxsin ali hərbi və ya ali xüsusi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi ilə bağlı qərar qəbul etdikdən sonra ayrıca sənəd şəklində təqdimat tərtib edərək onu müvafiq icra hakimiyyəti orqanına göndərir, digər xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi haqqında hökmü isə qüvvəyə mindikdən sonra icra edilməsi üçün həmin xüsusi və ya hərbi rütbəni və ya təltifi vermiş müvafiq dövlət orqanına göndərir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsi CM-in 52.2-ci maddəsində göstərilən şəxslər istisna edilməklə bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzasının təyin edilməsini nəzərdə tutmaqla, habelə bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə CM-in 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla həmin əlavə cəzanın təyin edilməsinə yol verməklə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində olan hər bir işdə cəza təyini məsələsi həll edilərkən onlara əlavə cəzanın təyin edilməsinin mümkünlüyü məsələsinin müzakirə olunmasını və hökmün təsviri-əsaslandırıcı hissəsində bu məsələ üzrə məhkəmənin gəldiyi nəticənin əsaslandırılmasını tələb edir. Maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın. Həmçinin məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərinən qərarını və Cinayət Məcəlləsinin 52.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdır. Təqsirləndirilən şəxs Moldova Respublikasının vətəndaşı olmasını nəzərə almaqla, həmçinin Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən istisna hallar mövcud olmadığından onun barəsində qeyd edilən əlavə cəza tətbiq olunmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və həmin məcəllənin 273.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələri nəzərə alınmaqla təyin olunacaq cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan həbs qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə saxlanılmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 06 noyabr 2018-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi üzrə maddi sübut kimi tanınan 11, 12 və 20 avqust 2016-cı il tarixdə "xxxx" KB ASC-nin baş ofisinə və Prosessinq mərkəzinə baxış zamanı götürülmüş 32 ədəd sərt disklərin, elektron məlumatlar yazılmış 1 ədəd xarici yaddaş qurğusunun, 1 ədəd yaddaş kartı (USB-flaş) və 1 ədəd «Saz» USB modernnin, eləcə də "xxxx" KB ASC-dən daxil olmuş 14 sentyabr 2016-cı tarixli TD/19398 saylı məktubla istintaqa təqdim edilmiş 1 ədəd sərt diskin, Dövlət Təhlükəsizliyi Xidmətinin İV baş idarəsindən 30 iyul 2016-cı il tarixli 4/1907 saylı məktubla İstintaq baş idarəsinə təqdim edilmiş "xxxx" KB ASC-yə məxsus 26 ədəd bankomatların müşahidə kameraları ilə 2016-cı ilin iyul ayının 16-dan 18-dək olan müddət ərzində pul çıxaran şəxslərin video görüntülərinin olduğu «İmation» markalı İD nömrəsi 98DE9493 7650 olan yaddaş kartının, Dövlət Təhlükəsizliyi Xidmətinin İV baş idarəsindən 08 avqust 2016-cı il tarixli 756 saylı məktubla İstintaq baş idarəsinə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən müvafiq sorğu əsasında əldə olunmuş Təhlükəsiz Şəhər Xidməti kameralarında müvafiq vaxta və yerlərə uyğun olaraq qeydə alınmış videogörüntülərin yazıldığı 01 ədəd diskin, Dövlət Təhlükəsizliyi Xidmətinin İV baş idarəsindən 25 avqust 2016-cı il tarixli 7-841 saylı məktubla İstintaq baş idarəsinə təqdim edilmiş X18 Hava Limanının müşahidə kameraları ilə 2016-cı ilin 15, 17 və 18 iyul tarixlərində qeydə alınmış videogörüntülər olan «abv» markalı DVD diskin Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, 273.4-сü maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplama, əlavə cəzanı isə əsas cəzalara tam birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2018-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınan 11, 12 və 20 avqust 2016-cı il tarixdə "xxxx" KB ASC-nin baş ofisinə və Prosessinq mərkəzinə baxış zamanı götürülmüş 32 ədəd sərt disklərin, elektron məlumatlar yazılmış 1 ədəd xarici yaddaş qurğusunun, 1 ədəd yaddaş kartı (USB-flaş) və 1 ədəd «Saz» USB modernnin, eləcə də "xxxx" KB ASC-dən daxil olmuş 14 sentyabr 2016-cı tarixli TD/19398 saylı məktubla istintaqa təqdim edilmiş 1 ədəd sərt diskin, Dövlət Təhlükəsizliyi Xidmətinin İV baş idarəsindən 30 iyul 2016-cı il tarixli 4/1907 saylı məktubla İstintaq baş idarəsinə təqdim edilmiş "xxxx" KB ASC-yə məxsus 26 ədəd bankomatların müşahidə kameraları ilə 2016-cı ilin iyul ayının 16-dan 18-dək olan müddət ərzində pul çıxaran şəxslərin video görüntülərinin olduğu «İmation» markalı İD nömrəsi 98DE9493 7650 olan yaddaş kartının, Dövlət Təhlükəsizliyi Xidmətinin İV baş idarəsindən 08 avqust 2016-cı il tarixli 756 saylı məktubla İstintaq baş idarəsinə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən müvafiq sorğu əsasında əldə olunmuş Təhlükəsiz Şəhər Xidməti kameralarında müvafiq vaxta və yerlərə uyğun olaraq qeydə alınmış videogörüntülərin yazıldığı 01 ədəd diskin, Dövlət Təhlükəsizliyi Xidmətinin İV baş idarəsindən 25 avqust 2016-cı il tarixli 7-841 saylı məktubla İstintaq baş idarəsinə təqdim edilmiş X18 Hava Limanının müşahidə kameraları ilə 2016-cı ilin 15, 17 və 18 iyul tarixlərində qeydə alınmış videogörüntülər olan «abv» markalı DVD diskin Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs oğlu tərəfindən isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-534/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-534/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver