Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-535/2024 23.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 06 avqust 1983-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı Şahid3 ilə birlikdə 25 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində o, 20 manat, Şahid3 isə 40 manat ödəməklə cəmi 60 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 7,041 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdikdən sonra ödədikləri pul məbləğinə mütənasib olaraq aralarında bölüb həmin psixotrop maddə metamfetaminin 01 ədəd ağ rəngli kağıza bükülmüş 2,346 qram çəkidə olan hissəsini külli miqdarda özünə götürüb Abşeron rayonu, Saray qəsəbəsinə daşımış və saxlamış, 26 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında olan zaman Abşeron RPİ-nin X7 cinayət axtarış üzrə əməkdaşları tərəfindən saxlanılıb, Abşeron RPİnin X7 inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 01:55-dən 02:10-a kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli gödəkçənin sol iç cibindən həmin bir ədəd ağ rəngli kağıza bükülmüş, bir bükümdə 2,346 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 23:00 radələrində 3 nəfər polis əməkdaşları tərəfindən tutulmuş və polis bölməsinə aparılmışdır. Üzərinə baxış keçirilən zaman az mioqdarda narkotik vasitə aşkar olunmuşdur. Onun bu hadisə ilə heç bir əlaqəsi olmamış, video çəkilş zamanı külli miqdar adı çəkilmiş, polis əməkdaşlarına “mənim üzərimdə az miqdarda narkotik vasitə var” demişdir. İbtidai istintaq zamanı ona qarşı təzyiq olduğu üçün o formada ifadə vermişdir. Dövlət ittihamçısının suallarına iş üzrə Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, tutulmamışdan 5-6 ay əvvəl metamfetamin istifadə etmişdir. Psixotrop maddə almamış, üzərində saxlanılan zamanı 0,3 qram metamfetamin olmuşdur. O, birlikdə işlədiyi Şahid3lə Saray qəsəbəsində dayanacaqda görüşmüş, birlikdə saat 23:00da saxlanılmışdır. Şahid3 narkotik vasitə istifadə etdiyini bilməmiş, sadəcə nəşə çəkdiyini bilmişdir. Müdafiəçinin suallarına iş üzrə Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, metamfetamini 20 manata Binəqədidən almışdır. Onu Şahid2 və 1 nəfər adını xatırlamadığı başqa biri polis bölməsindən 3-4 kilometr aralıqda məsafədə Etibarla birlikdə saxlamışlar. Özünü təqsirli bilmədiyi üçün ifadələrə imza çəkməmiş, ittiham aktında qeyd olunan çəkidə narkotik vasitə ona məxsus olmamışdır. O, döyüldüyünü, hətta dişini vurub sındırdıqlarını bildimişdir. Bölmədə onun qarşısına narkotik vasitə və silah qoyulmuş, “ya narkotik vasitəni, ya da ki silahı boynuna almağı” barədə hədə-qorxu gəlinmişdir. O, heç birini boynuna almamış, video çəkiliş zamanı üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitə ona məxsus olmamış, sənədlərin heç birinə imza çəkməmiş, kiminsə onun adından xəbəri olmadan imza çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə istifadə edir. 26 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşmış və özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirərək Saray polis bölməsində dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə gəlmişdir. Polis bölməsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq əynində olan boz rəngli gödəkcənin sol iç cibində olan ağ rəngli kağıza bükülmüş bir ədəd bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş metamfetamini o, tanışı Şahid3 ilə birlikdə almışdır. Belə ki, 25 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Etibarla o, Saray qəsəbəsi ərazisində görüşüb birlikdə pul qoyaraq Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisinə metamfetamin almağa getmişlər. Metamfetamin satan şəxslə o yox Etibar əlaqə saxlamışdır. Ona görə də o, bir yerdə Etibarı gözləmiş, Etibar isə gedib onun verdiyi pulla birlikdə özü də üzərinə bir qədər pul qoyaraq metamfetamini alıb gəlmişdir. Daha sonra Etibarın aldığı metamfetamindən ona aid olan bir çəkimlik metamfetamini öz payı kimi şəxsi istifadəsi üçün Etibardan götürüb ağ kağıza büküb gödəkcənin sol iç cibinə qoymuşdur. Daha sonra isə geriyə yaşadığı Saray qəsəbəsində yerləşən yaşadığı evə qayıtmışdır. O, həmin metamfetamini yalnız öz şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. 25 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Etibarla o, Saray qəsəbəsi ərazisində görüşüb birlikdə pul qoyaraq Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisinə metamfetamin almağa getmişlər. Metamfetamin satan şəxsi o yox, Etibar tanımışdır. Ona görə də o, bir yerdə Etibarı gözləmiş, Etibar isə gedib onun verdiyi pulla birlikdə özü də üzərinə bir qədər pul qoyaraq metamfetamini alıb gəlmişdir. Daha sonra Etibarın aldığı metamfetamindən ona aid olan bir çəkimlik metamfetamini o, öz payı kimi şəxsi istifadəsi üçün Etibardan götürüb ağ kağıza büküb gödəkcəsinin sol iç cibinə qoymuşdur. Daha sonra isə geriyə yaşadığı Saray qəsəbəsində yerləşən yaşadığı evə qayıtmışdır, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O həmin metamfetamini yalnız öz şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı metamfetamini də özü istifadə etmək üçün üzərində saxlamışdır. Etibarın psixotrop maddə olan metamfetamini aldığı şəxsin anket məlumatlarını və zahiri əlamətlərini bilməmişdir. O, həmin vaxt tutulmağının həyəcanından ola bilsin ki, fikrini tam izah edə bilməmişdir. Belə ki, o, Etibarla birlikdə pul qoyaraq şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddəni aldığı şəxslə Etibar danışdığı üçün bir qədər uzaqda Etibarın psixotrop maddə metamfetamini alıb gətirməsini gözləmişdir. Yəni həmin metamfetamini Etibar ona hədiyyə etməmiş və satmamışdır. Şahid3 cinayət məsuliyyətindən yaxa qurtarmaq və məsuliyyəti onun üzərinə yıxmaq üçün belə yalan danışmışdır. O, özünə aid psixotrop maddəni Etibara xəbəri olmadan verməyi əsassız bir xüsusatdır. Onlar Etibarla birlikdə pul qoyub sonuncunun əlaqə saxladığı şəxsdən gedib psixotrop maddə metamfetamin almışlar. Həmin vaxt o, bir qədər uzaqda gözləmiş və Etibar alıb gətirdiyi metamfetamindən öz payına düşəni götürmüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında Saray qəsəbəsində xidməti ərazidə olduğu zaman Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılmışdır. Həmin zamanlar o ərazidə oğurluq hadisələrinin baş verməsi ilə bağlı olaraq onlarda şübhə doğurduğu üçün Təqsirləndirilən şəxs saxlamış və özlərini təqdim edərək yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərində şəxsiyyəti təsdiq edən sənəd olmamış, daha sonra da polis bölməsinə aparılmışdır. Birinci dəfə onlarda oğurluqla bağlı şübhə doğurmuş, daha sonra Təqsirləndirilən şəxs narkotik aludəçisi olması müəyyən olunmuşdur. Bölmədə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu özü etiraf etmişdir. Təhqiqatçının və vəkilin iştirakı ilə video çəkiliş zamanı narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Protokolu təhqiqatçı, raportu isə onların yazdığını bildirmişdir. Əvvəlcədən Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs yanında Etibar adlı bir nəfər də olmuş, özləri üzərlərində narkotik vasitə olduğunu etiraf etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitəni ona Şahid3 verdiyini demişdir. Amma Şahid3 dəqiq narkotik vasitənin aşkar olunub-olunmadığını xatırlamamışdır. Əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyinə dair heç bir məlumat olmamışdır. O, iş yoldaşı Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid1 xidmətdən xaric olunduğunu bildirmişdir. Məhkəmə iclasına “Umbakı” istintaq təcridxanasından videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş Şahid3 ifadəsində bildirmişdir ki, o, Saray qəsəbəsində Təqsirləndirilən şəxslə görüşmüş və ondan siqaret istədəyi vaxt polis əməkdaşları onları saxlamışlar. Narkotik vasitənin istifadəçisi olmadığını və tutulmamışdan qabaq Binəqədi ərazisindən narkotik vasitə almadığını, həmin gün Zaurun ona siqaretdən başqa, qutuda heç nə təqdim etmədiyini bildirmişdir. Amma həmin siqaret qutusunun içərisində nə olduğunu və Təqsirləndirilən şəxs əvvəlcədən narkotik vasitə istifadə etdiyini bilməmişdir. Həmin qutu onda polis bölməsində 15-20 dəqiqə müddətdə qalmış, lakin içərisində nə olduğunu görməmişdir. Yolda polis əməkdaşları ona demişlər ki, “düşüb gedə bilərsən”, amma o, Zauru tək buraxmamışdır. Onları 3 nəfər polis əməkdaşlarının tutduğunu bildirmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, R.Nəbiyev küçəsində olan zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşmış və özlərini təqdim edərək ona psixotrop maddələrində qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və onu Abşeron rayon polis idarəsinin Saray PB-nə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Saray PB-nə gəlmişdir. Polis bölməsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da əynində olan tünd göy rəngli cins şalvarının cibində olan siqaretin qutusunda 1 (bir) ədəd şəffaf rəngli sellafona bükülmüş şəffaf rəngli kütləni təqdim edərək metamfetamin olmasını bildirmişdir. Həmin maddəni ona xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində yaşayan Zaur adlı şəxs vermişdir. Təxminən 5-6 aydır ki, narkotik vasitələrdən istifadə edir. O, sonradan bilmişdir ki, həmin maddə patı-yəni metamfetamindir. Həmin metamfetamini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində vermişdir. Həmin maddə siqaret qutusunda olduğu üçün psixotrop maddə olduğunu bilməmişdir. O, Zaurdan siqaret istəyərkən Zaur ona həmin içərisində metamfetamin olan siqaret qutusunu təqtim etmişdir. Təqsirləndirilən şəxs dediklərinin yalan olduğunu, hadisənin onun ifadəsində göstərdiyi kimi olduğunu bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə iş yoldaşı Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2lə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində xidməti ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı gecə gəzintisində olduğu zaman iki nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslərlə söhbət edilən zaman üzərlərində narkotik maddənin olub-olmamasını soruşmuş və həmin şəxslər narkotik aludəçi olduqlarını və üzərlərində psixotrop maddə olmasını bildirmişlər. Bundan sonra onlar həmin şəxsləri Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Həmin şəxslər onlara etiraz etməyib razılaşaraq polis bölməsinə gəlmişdir. Abşeron RPİ-nin Saray PB-də olduqları vaxt həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid3 olduğu müəyyən olunmuşdur. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol iç cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş içərisində ağ rəngli, kristallik formalı, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə çıxardıb təqdim etsinlər. Bundan sonra Zaur Qəybaiıyevin üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi 01 ədəd ağ rəngli kağıza bükülmüş içərisində ağ rəngli, kristallik formalı, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol iç cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Zaur üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli kristallik maddə psixotrop vasitə olan metamfetamin olduğunu, həmin psixotrop vasitə olan metamfetamini xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində Etibar adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində xidməti ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı gecə gəzintisində olduğu zaman iki nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşmışlar. Həmçinin Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da Zaurun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Abşeron RPİ-nin X7 cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 polis nəfəri Şahid1la birlikdə ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı gecə gəzintisində xidmətdə olduqları zaman iki nəfər şəxsin özünü şübhəli apardığını görüb onlara yaxınlaşmış, həmin şəxslər narkotik aludəçisi olduqlarını və üzərlərində psixotrop maddə olduğunu bildirmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 26 oktyabr 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, diskdə əks edilmiş görüntülər 26 oktyabr 2023-cü il tarix saat 01:55-də qeydə alınır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sol iç cibindən ağ rəngli kağız bükümü çıxardaraq təqdim edir. Hmin bükümün içərisinə baxdıqda içərisindən psixotrop maddə metamfetamin aşkar olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Maddi sübut kimi tanıma” haqqında xx.xx.2023-cü il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə götürülmüş 2,246 qram qalıq psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, “şəxsi axtarış”ın video görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5743 saylı rəyinə əsasən “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.... (imza) 1 (bir) ədəd bükümdə olan təmiz çəkisi 2,346 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 2,346 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 2,246 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 dekabr 2023-cü il tarixli, 8121 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində ittiham aktında göstərilən miqdarda psixotrop maddə olmaması, narkotik maddənin miqdarının külli miqdara çatmaması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Digər tərəfdən Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən yalnız ekspert rəyi cinayət prosesində sübut kimi qəbul olunur və məhkəmə hökm çıxardarkən yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlara istinad edir. Odur ki, müvafiq iş üzrə qeyd olunan narkotik vasitənin çəkisinə münasibətdə ekspert rəyi yeganə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən və “Elektron məhkəmə sistemi”ndən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaq xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 vardır. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 2,246 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, 1(bir) ədəd disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 26 oktyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 2,246 qram olan psixotrop maddə olan metamfetamin məhv edilsin. 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-535/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-535/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver