Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-536/2024 04.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1979-cu ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli rayonu, Hacırüstəmli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşma bağları, Şirvan bağçılıq massivi döngə 38 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Pərvin» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra aralarında olan cinayətkar razılaşmaya əsasən «Pərvin» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikası ərazisinə keçirilmiş içərisində külli miqdarda 11 677,528 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 9156,1 qram çəkidə psixotrop maddə metamfetamin olan bir ədəd kisəni 02 sentyabr 2023-cü il tarixdə Yardımlı rayonunun Ərus kəndi yaxınlığında sonunculardan qanunsuz olaraq əldə edib Sumqayıt şəhəri ərazisinə daşımaqla heroinin 69,428 qram hissəsini satışa hazırlamaq məqsədi ilə bir ədəd bükümdə üzərində, qalan maddələri isə Sumqayıt şəhəri, Yaşma bağları, Şirvan bağçılıq massivi döngə 38 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki anbar kimi istifadə olunan yardımçı tikilidə gizlədərək qanunsuz saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 04 sentyabr 2023-cü il tarixdə saat 22:00-da Sumqayıt şəhəri, Yaşma bağları, Şirvan bağçılıq massivi döngə 38 ünvanının yaxınlığında saxlanılıb Baş İdarəyə aparılaraq həmin gün saat 23:45-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda, 69,428 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 05 sentyabr 2023-cü il tarixdə saat 01:15-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Yaşma bağları, Şirvan bağçılıq massivi döngə 38 ünvanında yerləşən fərdi yaşayış evinə özünün razılığı və iştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən evin həyətindəki yardımçı tikilidə gizlətdiyi satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı bir ədəd qara rəngli kisədə 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1010,2 qram; 1015 qram; 995 qram; 1004,4 qram; 983,4 qram; 1069,1 qram; 997,3 qram; 1012,5 qram; 1069,2 qram olmaqla öz aralarında xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən külli miqdarda 9156,1 qram çəkidə ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 10 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1447 qram; 1770,4 qram; 1341 qram; 1175 qram; 1352,6 qram; 1382,1 qram; 1015,6 qram; 752,2 qram; 481,8 qram; 890,4 qram olmaqla həm öz aralarında, həm də üzərindən aşkar edilmiş narkotik vasitə heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən külli miqdarda 11 608,1 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə sentyabr ayının 4-ü axşam 8-10 radələrində baş vermişdir. Heyvanları tövləyə yığmış, anasına onlara ot qoymalarını demiş, özünün isə susuz olduğunu və pivə içməyə getdiyini bildirmişdir. Maşına oturmuş, “Yaşma” tərəfə, yolun kənarında yerləşən kafeyə pivə içməyə getmişdir. Kafedə tanıdığı Şirxan adlı şəxs 2 nəfər ilə stolda oturmuşlar. Onunla görüşmüş və yanlarında oturmuşdur. Özünə bir bakal pivə, bir qab noxud istəmişdir. Onların qabağında olmuşdur. Təxminən 2 dəqiqə sonra bakalın yarısına kimi içmişdir ki, içəri 5-10 nəfər mülki formada əməliyyatçılar daxil olmuşdur. Girən kimi bir qandalı Şirxanın, birini də onun qoluna vurmuşlar. Soruşmuşdur ki, nə olub, nə hadisədir. Şirxana baxıb demişdir ayıq deyilsən? O da demişdir ki, yox ayıqdır. Şirxanın da qolundan qandalı açıb onun qoluna vurmuşlar. Başını əyərək maşına mindirmiş, dəniz qırağı yolla getmişlər. Nə olduğunu soruşmuş, bu zaman da onu dayanmadan vurmuşlar. Üzünü qorumuşdur ki, zərbələr üzünə dəyməsin. Ona demişlər ki, İran İslam Respublikasından narkotik vasitə gətirir. O da demişdir ki, qoyun, toyuq alveri edir, onları gətirə bilər. O, “nəşə”nin nə olduğunu bilməmişdir, o ki qaldı narkotik vasitə. Onlara həyətə baxmalarını demişdir. Saat təxminən 9-da gəlmişlər. Həyətin çölündə, darvazanın kənarında videokamera olmuşdur. Həyətə girənləri onunla görmüşdür. Həyətə girən kimi videokameranı götürüb aparmışlar və bu günə kimi videokameranı verməmişlər. Gəlib həyətə girmişlər. Tövlənin qapısı həyətdən çölə cəftə ilə açılmışdır. Baxmaq üçün içəri girmişlər. Sonra anası gəlmiş, soruşmuşdur ki, bunlar kimdir. Onların arpa alanlar olduğunu demişdir, onlar anasından çay verməyini xahiş etmiş, anası da çay gətirməyə getmişdir. Tövlənin içini göstərən, istiqaməti tövlədən çölə açılan qapının yuxarısında videokamera olmuşdur. Onun başını qarışdırıb həmin qapını açmışlar. Sonra onlar həyətdə çay içəndə çöldən gəlib narkotik vasitəni küncə qoymuşlar və videokamera aparatını da götürüb aparmışlar. Onunla həyətdə 1 saat çay içmişlər. Yatdığı otağı, tövləni axtarmış, ancaq heç nə tapmamışlar. Sonra demişlər ki, “narahat olma, gəl gedək rəisə məruzə edək gələk”. Anası haraya getdiyini soruşmuşdur. O da anasına narahat olmamasını, gələcəyini demişdir. Anası təxminən onlara 3 çaydan çay vermişdir. Sonra anasından sellofan istəmişlər, o da cürbəcür market sellofanları gətirib vermiş, o da onların lazım olmadığını demişdir. Sonra onu bir maşına qoymuş və Badamdara çıxmışlar. Yolda çox səmimi danışmışlar. O da heç bir problem olmadığını düşünmüşdür. Badamdara gələndə üzləri 90 dərəcə dəyişmişdir. Onu bir otağa salmış və ona demişlər ki, onun nazı ilə çox oynadıqlarını, onların dediklərini etməli olduğunu və çəkiliş edəcəklərini, gördüyü bükümün onun üstündən çıxmalı olduğunu bildirmişlər. O da bu hadisədən 3-4 gün əvvəl bir imkanlı şəxsin evinə heyvanları salıb otlatdığını və oranın nəzarətçisi ilə mübahisə etdiyini xatırlamış və həmin şəxsdən şübhələnmişdir. Bir də imkanlı birinin iti onun keçisini yemişdir. O da 102 zəng xidmətinə zəng etmişdir və “Nasosnu”da 2-ci bölmə rəisi işə baxmış, bölməyə nəzarətçi ilə getmişlər. Nəzarətçi elə danışmışdır ki, elə bil onun keçisi onun itini yemişdir. O da demişdir ki, bu fəhlədir deyə ondan şikayətçi deyil. Bu tipli mübahisələri olmuş, ona demişdir ki, dediyini etməsə arvadı ilə qızını gətirib narkotik vasitəni onların sumkasından çıxaracaqlar. Sonra onu başqa otağa salmışlar, o da demişdir ki, ailəsi ilə işləri yoxdur, nə desələr edəcək. Ona narkotik vasitə və bir açar vermişlər, o da cibinə qoymuşdur. Bundan əvvəl də çəkilişdə nə deyəcəyini öyrətmişlər. Başa salmışlar ki, belə deyirsən. 2-3 gün bundan əvvəl Yardımlıya getməli olmuş, amma getməmişdir, yolda işləri alınmamışdır. Ona demişlər ki, heyvan satılmışdır, onlar da Masallıda ailəvi otelə getmişlər. Maşın Yardımlıda olmamış, onu orada saxlamamışdır. 3 saat Masallıda oteldə olmuşdur. Ona demişlər ki, haradan keçmisən, o da demişdir ki, Azurun yanından keçmişdir. Masallıdan sonra dayanmadan Bakıya gəlmişdir. Ona demişlər ki, desin ki, Yardımlıda Azur kəndində iranlılarla görüşüb narkotik vasitəni maşına qoyub gətirmişdir. Demişlər ki, ya arvad uşağı gələcək buraya, ya da deyəcəksən. Dediklərini cibinə qoymuş, çəkilişdə də dediklərini demişdir. Açar da polis kapitanının olmuşdur. Yenidən qayıdıb həyətə çəkiliş aparmağa gəlmişlər. Təxminən 11 radələri olmuşdur. Demişdir, anası ilə burada qalır, demişlər onu da deməsin. Ayın 4 ü gecə olmuşdur. Saat 00:00 radələrində Tövləyə girmişlər, elə bilmişlər ki, qapı içəridən bağlıdır. Düz tövlədə qapının ağzına gətirmişlər. Tövləyə girəndə görmüşdür ki, düz qapının ağzında qara sellofan vardır və 15-20 dənə narkotik vasitə olmuşdur. Ona onları yerə düzdürmüşlər. Pul qabında 1500 manat və bir kartda 130 manat, 20 manat da “ədv gerial”dan yığılma pulu olmuşdur. Onu da götürmüşlər. Kartındakı pulu ayın 5-i çıxarmışlar. Kartı hələ də onlardadır. Gecə ilə maşınını Badamdara gətirmişlər. Maşının bardaçokunda 8171 manat pul olmuşdur. Demişlər 5 min pul versə maşınını müsadirə etməyib özünə qaytaracaqlar. Qaynına 3-4 radələrində zəng etmişdir ki, onlardan 3000 manat pul götürüb gəlsin və maşını bura gətirmişlər, onu götürüb aparsın. Növbəti gün saat 3 radələrində demişlər ki, 5000 manat pul versin, onun işini yüngülləşdirəcəklər. Növbəti gün bölmənin həyətində telefonu əlində demişlər ki, 5000 manat pul gətizdir. 1-2 nəfərə zəng vur, guya ki maşını vurmuşdur, ona görə pul lazımdır. Verilən suallara cavab olaraq bildirdi ki, **********, ********** onun mobil nömrələridir və onda 070 ******* mobil nömrəsi olmamışdır. Heyvandarlıqla, əsasən xırda baş heyvandarlığı ilə məşğul olmuşdur, anası ilə qeyd edilən həmin ünvanda yaşayır. Ailəsi “Saray” qəsəbəsində yaşayır, hərdən onlara gedib-gəlir. “Tik-tok” və “Whatsapp” sosial şəbəkələrindən istifadə etmiş, “Whatsapp” sosial şəbəkəsi hər iki nömrəsində olmuşdur, “Facebook”dan nadirən istifadə etmişdir və həmin tətbiqdə yazışmağı bacarmır. “İnstagram” sosial şəbəkəsindən nadirən istifadə etmişdir. Yardımlı rayonunun hansı kəndindən heyvan alacağını bilməmişdir. Tutulmadan təxminən 3-4 gün əvvəl getmişdir. Masallıda oteldə olmuş və oradan saat 5 radələrində çıxmışdır. Əvvəllər Yardımlıdan heyvan almağa getməmişdir və Yardımlıya 20 baş heyvan almaq üçün getmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 5-6 ay əvvəl “Facebook” sosial şəbəkəsində olduğu zaman hazırda istifadəçi adını xatırlamadığı bir profildən ona mesaj gəlmişdir. Həmin şəxs ilə bir müddət yazışdıqdan sonra o, özünü İran İslam Respublikası vətəndaşı Pərvin adlı şəxs kimi təqdim etmişdir. Pərvinlə bir neçə gün ümumi söhbətlər etmişlər və bundan sonra Pərvin onun əlaqə nömrəsini soruşmuşdur. Ona istifadəsində olan mobil nömrəsini bildirdikdən sonra Pərvin ona “whatsapp” ilə zəng etməyə başlamışdır. Onunla dost kimi yazışıb danışmağa başlamışdır. Aralarında olan söhbət zamanı maddi vəziyyətinin yaxşı olmadığını, şəxsi ehtiyacları üçün 300 manat lazım olduğunu bildirdikdə Pərvin həmin pulu özünün ona göndərə biləcəyini demişdir. Həmin vaxt o hazırda xatırlamadığı bank kartına 300 manat pul göndərmişdir. Bir müddət sonra Pərvin onunla birlikdə işləyəcəyi təqdirdə yaxşı gəlir əldə edə biləcəyini demiş və ondan nə iş görəcəklərini soruşduqda Pərvin özünün içərisində narkotik vasitə olan bağlamaları Yardımlı rayonuna gətirəcəyini, həmin bağlamaları götürüb Sumqayıt şəhəri, Yaşma istiqamətinə aparacağı təqdirdə hər dəfə üçün yüksək məbləğdə pul alacağını demişdir. Xeyli düşünmüş və onun bu təklifi ilə razılaşmışdır. İlk dəfə öz istifadəsindədə olan “Lifan” markalı avtomobil ilə onun bildirdiyi Yardımlı rayonu, Aruz kəndinə getmişdir və orada Pərvin adlı İran İslam Respublikası vətəndaşını görmüşdür. Bu zaman Pərvinin yanında 5 nəfər başqa şəxslər də var imiş. Pərvin avtomobilin yük yerini açmağını bildirmişdir və avtomobilin yük yerini açdıqdan sonra Pərvinin yanında olan şəxslər avtomobilin yük yerinə üç ədəd torba qoymuşlar. Pərvin torbaların içərisində “patı”, “kola”, “ot” adı ilə tanıdığı narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin olduğunu, onu özünün etibarlı bildiyi yerdə gizlətməyini, onun göstərişi olacağı təqdirdə Yaşmada yol kənarına heç kimin görə bilməyəcəyi yerə qoymağını, qoyduğu yerin şəklini və koordinatlarını whatsapp vasitəsi ilə ona göndərməyini demişdir. Onun dediyi kimi həmin torbaları apararaq öz yaşadığı evin həyətyanı sahəsində toyuq-cücə saxladığı anbarda gizlətmiş və bir müddət sonra onun göstərişi ilə həmin torbaları anbardan götürüb yol kənarına qoyub, fotoşəkillər və yer koordinatını whatsapp vasitəsi ilə ona göndərmişdir. Pərvin torbaların o getdikdən bir neçə dəqiqə sonra başqa şəxslər tərəfindən götürüləcəyini bildirmişdir. Bundan sonra Pərvinə gördüyü işin müqabilində bankomat kartına pul göndərməyini demişdir. Lakin, Pərvin ehtiyat etdiyini, bankomat kartına pul göndərə bilməyəcəyini, onun telefonlar nömrəsi göndərəcəyini, həmin şəxsə zəng edib heç bir şey demədən görüşüb pulunu götürməyini bildirmişdir. Onun bildirdiyi nömrəyə zəng etmiş və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin qarşısında bir nəfər cavan oğlan ilə görüşmüşdür. Görüş zamanı nə o həmin şəxsə, nə də həmin şəxs ona heç bir şey deməmişdir. Ondan 1500 manat pulu götürüb sağollaşmışdır. Bundan sonra yenidən eyni üsulla 3 dəfə Pərvin və onun yanında olan tanımadığı şəxslərlə Yardımlı rayonu, Aruz kəndində görüşüb ondan torbaları götürərək, əvvəlcə öz anbarına daha sonra da Yaşmada yol kənarına qoymuş və onun göndərdiyi şəxslərlə müxtəlif ünvanlarda, yəni Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yolu kənarına görüşüb ümumilikdə təxminən 10.000 manat pul almışdır və həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Sonuncu dəfə tutulmamışdan təxminən 2-3 gün əvvəl istifadəsində olan “Toyota Prado” markalı avtomobili ilə Yardımlı rayonu, Aruz kəndinə getmişdir. Orada Pərvin və onun yanında olan şəxslərlə görüşdüyü zaman onlar avtomobilinə torba qoymuşdurlar. Pərvin ona torbada içərisində narkotik vasitə heroin olan 11 ədəd büküm, psixotrop maddə metamfetamin olan 9 ədəd büküm olmaqla ümumilikdə 20 ədəd büküm olduğunu bildirmişdir. Onu götürüb yenidən öz yaşadığı evin həyətyanı sahəsində yerləşən anbara qoymuşdur. Pərvin torbanı nə zaman yol kənarına qoymalı olduğunu özünün bildirəcəyini bildirmişdir və tapşırıq verənə qədər torbanı anbarında saxlamağa qərar vermişdir. Bu zaman torbanı açıb görmüşdür ki torbanın içərisində 1 ədəd kiçik ölçülü içərisində narkotik vasitə heroin olan büküm vardır. Düşünmüşdür ki, həmin bükümü özü satıb gəlir əldə edər. Bu məqsədlə də 04 sentyabr 2023-cü il tarixdə axşam saatlarında həmin bükümü götürüb cibinə qoymuşdur və 04 sentyabr 2023-cü il tarixdə səhər saat 22:00 radələrində Sumqayıt şəhəri, Yaşma bağlarında yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd göy və 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefonlar, 1(bir) ədəd ev açarı, həmin şalvarın sol arxa cibindəki pul qabının içindən **********440069, **********619310 nömrəli bank kartları, sürücülük, şəxsiyyət vəsiqələri və 40(qırx) dollar pul aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 73 qram(yetmiş üç qram) olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartları, sürücülük, şəxsiyyət vəsiqələri götürülmüş, digər əşyalar və pul ona geri qaytarılmışdır. Verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Pərvin” adlı şəxsdən Yardımlı rayonu, Aruz kəndində əlbəəl görüşərək müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü, təxminən 4(dörd) ay ərzində 3(üç) dəfə Pərvindən narkotik maddə əldə edib dövriyyəsini təşkil etdiyini və 10.000(on min) AZN pul qazandığını, həmin pulları şəxsi ehtiyacları üçün xərclədiyini, narkotik vasitələrdən istifadə etmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, 070 *** ** ** və 050 *** ** ** nömrələrini işlətdiyini, Pərvin ilə Whatsap vasitəsi ilə əlaqə saxladığını, əlavə olaraq Sumqayıt şəhərində yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhəri, Yaşma bağları, Şirvan bağçılıq massivi döngə 38 ünvanında yerləşən nömrəsiz fərdi evə getmişlər. Bu təklifdən sonra həmin evin həyətinə girişin sağ tərəfində yerləşən anbarın sol tərəfindəki ağ rəngli, polietilen torbaların altında gizlətdiyi 1(bir) ədəd qara rəngli, sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 10(on) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroin, 9(doqquz) bükümdə, ağ rəngli, psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmişdir və qablaşdırma ilə birlikdə çəkisi 11 kq 980 qram(on bir kq doqquz yüz səksən qram) olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 9 kq 290 qram(doqquz kq iki yüz doxsan qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür.(cild 1, iş vərəqə 86-90) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 04 sentyabr 2023-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 04 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Sumqayıt şəhərinə getmişlər. 04 sentyabr 2023-cü il tarixdə saat 22:00-da , Sumqayıt şəhəri ərazisində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişdir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xidməti otaqlarının birində həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 04 sentyabr 2023-cü il tarixdə saat 23 radələrdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinəbənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd göy və 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefonlar, 1(bir) ədəd ev açarı, həmin şalvarın sol arxa cibindəki pul qabının içindən bank kartları, sonuncuya məxsus sürücülük, şəxsiyyət vəsiqələri və 40(qırx) dollar pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Pərvin” adlı şəxsdən Yardımlı rayonu, Aruz kəndində əlbəəl görüşərək müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü, təxminən 4 (dörd) ay ərzində 3 (üç) dəfə Pərvindən narkotik vasitə əldə edib dövriyyəsini təşkil etdiyini və 10.000(on min) AZN pul qazandığını, həmin pulları şəxsi ehtiyacları üçün xərclədiyini, narkotik vasitələrdən istifadə etmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, ********** və ********** nömrələrini işlətdiyini, Pərvin ilə “Whatsap” vasitəsi ilə əlaqə saxladığını, əlavə olaraq Sumqayıt şəhərində yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs, həmin evin həyətinə girişin sağ tərəfində yerləşən anbarın sol tərəfindəki ağ rəngli, polietilen torbaların altında gizlətdiyi 1(bir) ədəd qara rəngli, sellofan torbanı təqdim etdi. Həmin torbanın içindən 10(on) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 9(doqquz) bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi təxminən 12 (on iki) kiloqram olmuşdur. Sonra metamfetaminəbənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi təxminən 9 (doqquz) kiloqram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, İmişli rayonu, Hacırüstəmli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşma bağları, Şirvan bağçılıq massivi döngə 38 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.(cild 1, iş vərəqə. 5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 04 sentyabr 2023-cü il tarixdə, saat 22:00 dəqiqədə Sumqayıt şəhəri, Yaşma bağları, Şirvan bağçılıq massivi döngə 38 ünvanında yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «şəxsi axtarış və götürmə aparılması haqqında» 04 sentyabr 2023-cü il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd göy və 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefonlar, 1 (bir) ədəd ev açarı, həmin şalvarın sol arxa cibindəki pul qabının içindən bank kartları, sonuncuya məxsus sürücülük, şəxsiyyət vəsiqələri və 40(qırx) dollar pul aşkar olunmuşdur. Sonra heroinəbənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 73 qram(yetmiş üç qram) olmuşdur. Sonra həmin kütlə qablaşdırılmışdır, imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartları, sürücülük, şəxsiyyət vəsiqələri götürülmüş, digər əşyalar və pul sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Pərvin” adlı şəxsdən Yardımlı rayonu, Aruz kəndində əlbəəl görüşərək müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü, təxminən 4(dörd) ay ərzində 3(üç) dəfə Pərvindən narkotik maddə əldə edib dövriyyəsini təşkil etdiyini və 10.000(on min) AZN pul qazandığını, həmin pulları şəxsi ehtiyacları üçün xərclədiyini, narkotik vasitələrdən istifadə etmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, ********** və ********** nömrələrini işlətdiyini, Pərvin ilə “whatsapp” vasitəsi ilə əlaqə saxladığını, əlavə olaraq Sumqayıt şəhərində yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir.(cild 1,iş vərəqə 32- 34) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “evə baxış keçirilməsi və götürmə haqqında” 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Yaşma bağları, Şirvan bağçılıq massivi döngə 38 ünvanında yerləşən nömrəsiz fərdi evə baxış keçirilmiş və baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin həyətinə girişin sağ tərəfində yerləşən anbarın sol tərəfindəki ağ rəngli, polietilen torbaların altında gizlətdiyi 1(bir) ədəd qara rəngli, sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 10(on) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 9(doqquz) bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra heroinəbənzər kütlələr elektron tərəzidə çəkilmişdir və qablaşdırma ilə birlikdə çəkisi 11 kq 980 qram (on bir kq doqquz yüz səksən qram) olmuşdur. Sonra metamfetaminəbənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 9 kq 290 qram(doqquz kq iki yüz doxsan qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq anbardan və evdən hər hansı iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş İran İslam Respublikası vətəndaşı “Pərvin” adlı şəxsdən Yardımlı rayonu, Aruz kəndində əlbəəl görüşərək müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü, təxminən 4 (dörd) ay ərzində 3 (üç) dəfə Pərvindən narkotik maddə əldə edib dövriyyəsini təşkil etdiyini və 10.000 (on min) AZN pul qazandığını verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. (cild 1, iş vərəqə 37-38) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “evə baxış keçirilməsi və götürmə haqqında” protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 05 sentyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/1-6/4702 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş : - üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 69,428 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri olan kağız yapışdırılmış bir ədəd polietilen torbadakı 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1010.2 qr., 1015,0 qr., 995,0 qr., 1004,4 qr., 983,4 qr., 1069,1 qr., 997,3 qr., 1012,5 qr., 1069.2 qr., təmiz çəkisi 9156,1 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 10 ədəd bükümdə ayrı-yarılıqda təmiz çəkiləri 1447,0 q., 1770,4 qr., 1341,0 qr., 1175,0 qr., 1352,6 qr., 1382,1 qr., 1015,6 qr., 752,2 qr., 481,8 qr., 890,4 qr., ümumi təmiz çəkisi 11608,1 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Zərfdəki və torbadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 11677,528 qramdır. 9 ədəd bükümdəki psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Zərfdəki heroinin təmiz çəkisi - 69,428 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq - 69,328 qr. Torbadakı heroinin üm.təmiz çəkisi - 11608,1 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq - 11608,0 qr. Torbadakı metmafetaminin üm.təmiz çəkisi - 9156,1 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq - 9156,0 qr. (cild 1, iş vərəqə 45-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 02 okyabr 2023-cü il tarixli, 6228 nömrəli rəyində göstərilmişdir ki: “Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.”(cild 1, iş vərəqə 151-152) Cinayət işinin materiallarından olan və məhkəmədə tədqiq edilmiş “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrə ilə aparılan danışıqlara dair məlumatları özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 01:43:16-də mobil telefonun anten dairələrinin Yardımlı rayonunu göstərdiyi müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlara dair məlumatları özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2023-cü il saat 00:50:44-dən xx.xx.2023-cü il saat 02:06:48 tarixədək mobil telefonun anten dairələrinin Yardımlı rayonunu göstərdiyi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 137-139, 147-150) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (cild 1, iş vərəqi 81-82) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 11677,328 qram olan narkotik vasitə heroin və 9156,0 qram olan psixotrop maddə olan metamfetamin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd disk, həmçinin baxış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs götürülmüş "xxxx" ASC-yə məxsus bank kartının onun ailə üzvlərinə qaytarılması, "xxxx" və "xxxx"MMC-dən götürülmüş 02 ədəd CD disk sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır.( cild 1, iş vərəqi 207-226) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2020-cı il təvəllüdlü X2 adlı azyaşlı uşaqları vardır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməklə cinayət yolu ilə əldə edilmiş külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etməyi, gizlətməyi və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X5 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs onda, ümumiyyətlə, narkotik vasitə və psixotrop maddə olmaması, narkotik vasitə və psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması və polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitənin və psixotrop maddənin külli miqdardan dəfələrlə çox olması təqsirləndirilən şəxsin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdikləri ilkin ifadələri işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 04 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 22-23, 97-102). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Bundan başqa, məhkəmə cinayət işində olan olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan- qalıq çəkisi 11677,328 qram olan narkotik vasitə heroin və 9156,0 qram olan psixotrop maddə olan metamfetamin məhv edilməli, 02 ədəd “Samsung” markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81(səksən bir ) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış olub Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan- qalıq çəkisi 11677,328 qram olan narkotik vasitə heroin və 9156,0 qram olan psixotrop maddə olan metamfetamin məhv edilsin, 02 ədəd “Samsung” markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81(səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-536/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-536/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver