Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-538/2024 22.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1970-ci ildə Lənkəran rayonu Şilavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran şəhəri X11 küçəsi, dalan-1, ev-9-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98-***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Whatsapp” tətbiqi vasitsəsi ilə əlaqə saxlayaraq 110 manat müqabilində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində, Mehdiabad-Məmmədli yolunun kənarında işıq transformatorunun yaxınlığında qoyduğu 1 ədəd sellofan bükümdə 1010 qram (1 kq 10 qram) çəkidə küllli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə daşımış və saxlamış, 30 oktyabr 2023-cü il tarixdə saat 22:10 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mehdiabad-Məmmədli yolu üzərində yerləşən “Linkoil” yanacaqdoldurma məntəqəsi yaxınlığında saxlanılıb polis bölməsinə gətirilərək orada həmin gün saat 23:10-dan 23:20-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan 1 ədəd ağ rəngli selofan torbanın içərisində üzəri şəffaf yapışqanlı lentlə sarılmış, bir ədəd qara rəngli sellofan bükülüdə həmin 1010 qram (1 kq 10 qram) çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ora bir kilo narkotik götürməyə getməmişdir. O, konum əsasında ora getmiş və beş qram arxasınca getmişdir amma onu tapa bilməmişdir. Narkotik vasitənin arxasınca getdiyi üçün özünü qismən təqsirli bilir. O, narkotiklə bağlı telefonda şəxslə danışmış, 110 manat pul göndərmiş və bütün yazışmalar telefonda mövcuddur. Bundan sonra ona konum atmışlar və 5 qramlıq narkotik üçün getmişdir. O həmin ünvana gəlib çatmış narkotiki axtarmağa başlamışdır. Lakin həmin narkotiki tapmamış onu polis əməkdaşları saxlamışlar. O, həmin vaxt polis əməkdaşlarına müqavimət göstərməmiş, heç müqavimət gəstərmək üçün gücüdə olmamışdır. O yaşlı və gücsüz olduğundan ona göstərilən fiziki təsirə tab gətirə bilməmiş və polislərin dedikləri ilə rzaılaşmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında zidiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılımışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan heroin istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən almışdır. xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu, əvvəllər tanımadığı və adını bilmədiyi İran İslam Respublikası vətəndaşı onun istifadəsində olan ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələrinə öz istifadəsində olan İran İR-na aid olan +98-***-***- **-** saylı mobil telefon nömrəsi ilə zəng edərək əlaqə yaratmışdır. Söhbət zamanı həmin şəxs öz anket məlumatları haqqında ona heç bir məlumat verməmişdir. Söhbət əsnasında həmin şəxs ona 110 manat 4-5 qram narkotik vasitə heroin verəcəyini bildirmişdir. O da həmin şəxsin istəyi ilə və göndərdiyi Azərtürkbank-da açılmış 4613 8602 0583 6347 nömrəli bank hesabına 110 manat pul göndərmişdir. Həmin vaxtdan sonra +98-***-***-**-** saylı mobil telefon nömrəsi söndürülmüş və əlaqə saxlamaq mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında onunla əlaqə saxlayıb həmin narkotik vasitəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisinə qoyduracağını bildirmişdir. O da həmin gün Lənkəran rayonundan Abşeron rayonu ərazisinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 21-22 radələri arasında həmin şəxs Whatsapp tətbiqi ilə ona bir ünvan göndərmişdir. O, mesajda göstərilmiş ünvana - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Məmmədli yolunun üstündə yerləşən transformatorun yaxınlığına qoyulmuş 1 ədəd ağ rəngli selofanın içərisində başqa bir bənövşəyi rəngli selofana qoyulmuş, üzəri şəffaf yapışqanlı lentlə sarılmış, 1 ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə heroini götürərək Mehdiabad-Məmmədli yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində “Linkoil” yanacaqdoldurma məntəqəsi istiqamətində gedərkən qarşıdan iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O da üzərində narkotik vasitə olduğunu dedikdə polis əməkdaşları onu Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra aralarında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da etirazı olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O, əlində olan 1 ədəd ağ rəngli selofanın içərisində olan, üzəri şəffaf yapışqanlı lentlə sarılmış, 1 ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə heroini, həmçinin üzərimdə olan mobil telefonu təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi sellofan bükümlərə baxış keçirilmişdir. Baxış zamanı bir ədəd qara rəngli sellofan bükümdə qəhvəyi rəngli, toz formalı olan narkotik vasitə heroin akşar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və başqa heç bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə heroin qablaşdırılaraq möhürlə möhürlənib üzəri iştirakçılar və onun tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan, adını bilmədiyi şəxsin telefonuna göndərdiyi ünvan əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Məmmədli yolunun üstündə yerləşən transformatorun yaxınlığından götürüb özündə saxladığını bildirmişdir. Daha sonra polislər bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzasıyla təsdiq etmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş ümumilikdə 1 ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə heroini 110 manat pul ödəməklə xx.xx.2023cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan, adını bilmədiyi şəxs telefonuna göndərdiyi ünvan əsasında Abşeron rayonu Mehdiabad qəsəbəsi, Mehdiabad-Məmmədli yolunun üstündə yerləşən transformatorun yaxınlığından götürüb, şəxsi istifadəsi üçün özü ilə daşımışdır. Həmin şəxslə ilk dəfə 21,10.2023-cü il tarixdə mobil telefonla danışmışdır. Həmin narkotik vasitə heroini əldə etməyi, habelə həmin kütlələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmağı barədə heç kimin məlumatı olmamışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlanılan zaman, polis bölməsinə gətirilən zaman və polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki güc tətbiq edilmiş və psixi təsir göstərilmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu, bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu ərazisində narkotik vasitələri üzərində daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun, Abşeron RPİ-nin Mehdiabad PB-nin CAŞ üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Abşeron RPİ-nin Mehdiabad PB- nin CA üzrə ə/m, polis kapitanı Şahid2 iştirakı ilə 31 oktyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçıları Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Linkoil” yanacaq doldurma mərkəzinin qarşısında olan zaman orada piyada şəkildə dayanan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Tərlana üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan ağ sellofana bükülmüş çəhrayı rəngli sellonda olan lentlə bağlanmış qara rəngli sellofan bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi qara rəngli sellofan açıldıqa içərisində narkotik vasitə olan heroin olduğu məlum olmuşdur. Bundan sonra 01 ədəd qara rəngli sellofan bükümdə içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli sellofana bükülmüş bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Tərlan üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanıdığı, lakin adını bilmədiyi İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs külli miqdarda qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumat daxil olmuşdur. Onlar da həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 işin halları ilə bağlı Şahid3lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 da şahidlər Şahid3 və Şahid2 ifadəsinə uyğun ifadə verdiyi və onların göstərdikləri xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə xx.xx.1970-ci ildə Lənkəran şəhər Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, X11 küçəsi, döngə 1, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitələri və psixotrop maddələri əldə edib daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1970-ci ildə Lənkəran şəhər Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, X11 küçəsi, döngə 1, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1970-ci ildə Lənkəran şəhər Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, X11 küçəsi, döngə 1, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində daşımasında şübhəli bilindiyi üçün xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində piyada hərəkət edərkən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölmsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə saat 22:10 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Linkoil” yanacaqdoldurma məntəqəsi yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əlindəki ağ rəngli sellofanın içərisindən həmin bir ədəd çəhrayı rəngli selofanın içərisində olan, üzəri yapışqanlı lentlə sarılmış, 1 ədəd qara rəngli sellofan bükümdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5807 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: ‘Azərbaycan Respublikası DİN Zərflər üçün №236” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər maddə şübhəli (imza) Təqsirləndirilən şəxsB” yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi 1010 qram (1 kq 10qr) qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-tibbi ekspertizasının 02 noyabr 2023-cü il tarixli 2384 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 05 fevral 2024-cü il tarixli, 735 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Məmmədov X6 A.C.M-in 18.11,2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarı ilə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1970-ci ildə Lənkəran şəhər Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, X11 küçəsi, döngə 1, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi şübhəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi heroinin miqdarının şəxsi istehlak miqdarında dəfələrlə artıq olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin narkotik vasitəni satış məqsədilə əldə etmişdir. Bundna başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı psixi və fiziki təsir və təzyiqlərə məruz qaldığını bildirsədə iş materiallarında olan məhkəmə tibb ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət izi aşkar edilməmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ekspertizanın rəyi ilə razılaşaraq ona fiziki zor tətbiq olunsa da üzərində heç bir xəsarət izinin olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs fiziki təsirə məruz qalmasını bildirsədə bu hal cinayət işinin materiallarında olan heç bir sübutla öz təsdiqini tapmır, yaxud bu halı təsdiq edən hər hansı sübut onun özü və vəkili tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin fiziki zorakılığa məruz qalması barədə heç bir sübuta əsaslanmayan firkirlərini onun müdafiə taktikasından irəli gələn hərəkətləri kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında ifadəsini təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı özünü təqsirli bilməsi ilə əlaqədar verdiyi ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal emtə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ümumi qalıq çəkisi 1009,8 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınıb Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ümumi qalıq çəkisi 1009,8 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-538/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-538/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver