Məhkəmə qərarları › İş №1(124)-539/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-539/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-539/2023 07.07.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, tərçüməçi X2 və təqsirləndirilən şəxslərin özlərinin iştirakları ilə,

1. xx xxxx 1989-cu ildə Qafan rayonunda doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, deməsinə görə məhkum olunmamış, subay, Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 2-ci tabor, 4-cü bölük, 1-ci tağımının maddi texniki təminat bölüyünün çavuşu, Qafan şəhəri, Çeramuşka küçəsi, ev 24, mənzil 34də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1 və 318.2-ci maddələri ilə,

2. xx xxxx 2004-cü ildə Ermənistan Respublikasının Tavuş vilayətində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, deməsinə görə məhkum olunmamış, subay, Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 2-ci tabor, 4-cü bölük, 1-ci tağımının əsgəri, Tavuş vilayəti, Dilican şəhəri, Abovyan küçəsi, ev 28-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə odlu silahdan istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və sair hərəkətlər törədəcəyi ilə hədələməklə terrorçuluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində zor tətbiq etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar odlu silah, döyüş sursatını keçirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində digərləri ilə birləşib qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib, özündə saxlayıb daşıyıb gəzdirmişdir. Belə ki, o, Qafan şəhərində yerləşən Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı (Qafan şəhərində yerləşir) hərbi hissəsinin 2-ci tabor, 4-cü bölük, 1-ci tağımının əsgəri Təqsirləndirilən şəxs2 və qeyriləri ilə 24 may N-cü il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq Zəngilan rayonunun Rəzdərə kəndi istiqamətindən keçərək sərhəd postlarını ələ keçirməklə milli düşmənçiliyin salınmasına yönələn və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü ziddinə, yəni işğaldan azad olunmuş Azərbaycan Respublikasının Zəngilan və digər rayonlarının Ermənistan Respublikasının işğalı altında qalması barədə qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişlər. Hazırladıqları plana uyğun olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 26 may N-cü il tarixdə, saat N radələrində özü “AK-74” modelli, 933803 №-li, “Kalaşnikov” konstruksiyalı və Təqsirləndirilən şəxs2 “Kalaşnikov” markalı, istintaqa məlum olmayan nömrəli, digərləri isə istintaqla marka və modeli müəyyən edilməyən digər odlu silahlarla, onun komplekt hissələri olan daraqlarla (sandıqlarla) və içərisində istintaqla müəyyən edilməyən sayda 5.45 mm və digər kalibrli döyüş sursatları ilə silahlanıb Qafan şəhəri istiqamətindən “Kamaz 43114” markalı 8230 nömrə nişanlı Ermənistan Respublikasının Müdafiə Nazirliyinə məxsus avtomobillə Azərbaycan Respublikasının Zəngilan rayonu Rəzdərə kəndi istiqamətində hərəkət edərək, sərhəd zolağı yaxınlığında avtomobili saxlayaraq avtomobildən enmişlər. Əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə hərəkət edərək sol cinahdan Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinə dövlət sərhəddini müəyyən edilmiş sənədlər olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kənar keçərək Zəngilan rayonu Rəzdərə kəndi yaxınlığında yerləşən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Zəngilan Sərhəd Dəstəsinin N saylı postuna yaxınlaşaraq qanunsuz olaraq əldə edib saxladıqları, daşıyıb özləri ilə gəzdirdikləri “Kalaşnikov” markalı odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını döyüşə hazır vəziyyətə gətirib plana uyğun olaraq onları sağ cinahdan müşahidə edən Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının atəş dəstəyi ilə təxminən 40 metr məsafədən posta atəşlər açaraq postu ələ keçirmək məqsədilə hücum etmişlər. Həmin əməlləri ilə Azərbaycan Respublikasına mənsub ərazidə onun hərbi qulluqçularının yerləşdiyi postu tərk etməyəcəkləri halda onları öldürəcəkləri, sağlamlıqlarına zərər vuracaqları, əhəmiyyətli əmlak ziyanı vuracaqları, bu kimi digər ictimai təhlükəli nəticələr doğuracaqları ilə hərbi qulluqçuları qorxudub milli düşmənçilik zəminində zor tətbiq etməklə Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaqla əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları tərəfindən işğaldan azad olunmuş Azərbaycan Respublikasının Zəngilan və digər rayonlarının Ermənistan Respublikasının işğalı altında qalması barədə qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə atəş, partlayış, yanğın və sair hərəkətlər törədəcəyi ilə hədələməklə terrorçuluq etmiş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi kontingenti hadisə yerində diversiya qrupunun qarsısını kəsmiş, erməni diversiya qrupunun digər üzvləri Azərbaycan Respublikasının ərazisini tərk edib qaçmağa nail olsalar da, qrupun üzvlərindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərkisilah edilərək saxlanılmış və Təqsirləndirilən şəxs1 texniki cəhətdən saz və atəşə yararlı odlu silah hesab edilən 5.45 mm kalibrli, “AK-74” modelli, 933803 №-li, 1979-cu ildə SSRİ-də istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı avtomat, 30 ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən 1 ədəd daraq (sandıq), həmin darağa yerləşdirilmiş, “Kalaşnikov” konstruksiyalı avtomatlarda atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı 10 ədəd 5.45x39 mm kalibrli döyüş sursatı (patron), habelə hadisə yerindən “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronların bir hissəsi olan 8 ədəd 5.45x39 mm kalibrli döyüş sursatı (giliz) aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə odlu silahdan istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və sair hərəkətlər törədəcəyi ilə hədələməklə terrorçuluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində zor tətbiq etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar odlu silah, döyüş sursatını keçirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində digərləri ilə birləşib qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib, özündə saxlayıb daşıyıb gəzdirmişdir. Belə ki, o, Qafan şəhərində yerləşən Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı (Qafan şəhərində yerləşir) hərbi hissəsinin 2-ci tabor, 4-cü bölük, 1-ci tağım, maddi texniki təminat bölüyünün çavuşu Təqsirləndirilən şəxs1 və qeyriləri ilə 24 may N-cü il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq Zəngilan rayonunun Rəzdərə kəndi istiqamətindən keçərək sərhəd postlarını ələ keçirməklə milli düşmənçiliyin salınmasına yönələn və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü ziddinə, yəni işğaldan azad olunmuş Azərbaycan Respublikasının Zəngilan və digər rayonlarının Ermənistan Respublikasının işğalı altında qalması barədə qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişlər. Hazırladıqları plana uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 26 may N-cü il tarixdə, saat N radələrində Təqsirləndirilən şəxs1 “AK-74” modelli, 933803 №-li, “Kalaşnikov” konstruksiyalı və özü isə “Kalaşnikov” markalı, istintaqa məlum olmayan nömrəli, digərləri isə istintaqla marka və modeli müəyyən edilməyən digər odlu silahlarla, onun komplekt hissələri olan daraqlarla (sandıqlarla) və içərisində istintaqla müəyyən edilməyən sayda 5.45 mm və digər kalibrli döyüş sursatları ilə silahlanıb Qafan şəhəri istiqamətindən “Kamaz 43114” markalı 8230 nömrə nişanlı Ermənistan Respublikasının Müdafiə Nazirliyinə məxsus avtomobillə Azərbaycan Respublikasının Zəngilan rayonu Rəzdərə kəndi istiqamətində hərəkət edərək, sərhəd zolağı yaxınlığında avtomobili saxlayaraq avtomobildən enmişlər. Əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə hərəkət edərək sol cinahdan Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinə dövlət sərhəddini müəyyən edilmiş sənədlər olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kənar keçərək Zəngilan rayonu Rəzdərə kəndi yaxınlığında yerləşən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Zəngilan Sərhəd Dəstəsinin N saylı postuna yaxınlaşaraq qanunsuz olaraq əldə edib saxladıqları, daşıyıb özləri ilə gəzdirdikləri “Kalaşnikov” markalı odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını döyüşə hazır vəziyyətə gətirib plana uyğun olaraq onları sağ cinahdan müşahidə edən Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının atəş dəstəyi ilə təxminən 40 metr məsafədən posta atəşlər açaraq postu ələ keçirmək məqsədilə hücum etmişlər. Həmin əməlləri ilə Azərbaycan Respublikasına mənsub ərazidə onun hərbi qulluqçularının yerləşdiyi postu tərk etməyəcəkləri halda onları öldürəcəkləri, sağlamlıqlarına zərər vuracaqları, əhəmiyyətli əmlak ziyanı vuracaqları, bu kimi digər ictimai təhlükəli nəticələr doğuracaqları ilə hərbi qulluqçuları qorxudub milli düşmənçilik zəminində zor tətbiq etməklə Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaqla əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları tərəfindən işğaldan azad olunmuş Azərbaycan Respublikasının Zəngilan və digər rayonlarının Ermənistan Respublikasının işğalı altında qalması barədə qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə atəş, partlayış, yanğın və sair hərəkətlər törədəcəyi ilə hədələməklə terrorçuluq etmiş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi kontingenti hadisə yerində diversiya qrupunun qarsısını kəsmiş, erməni diversiya qrupunun digər üzvləri Azərbaycan Respublikasının ərazisini tərk edib qaçmağa nail olsalar da, qrupun üzvlərindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərkisilah edilərək saxlanılmış və Təqsirləndirilən şəxs1 texniki cəhətdən saz və atəşə yararlı odlu silah hesab edilən 5.45 mm kalibrli, “AK-74” modelli, 933803 №-li, 1979-cu ildə SSRİ-də istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı avtomat, 30 ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən 1 ədəd daraq (sandıq), həmin darağa yerləşdirilmiş, “Kalaşnikov” konstruksiyalı avtomatlarda atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı 10 ədəd 5.45x39 mm kalibrli döyüş sursatı (patron), habelə hadisə yerindən “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronların bir hissəsi olan 8 ədəd 5.45x39 mm kalibrli döyüş sursatı (giliz) aşkar edilib götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittihamın bütün bəndləri üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Ermənistan Respublikası Silahlı Qüvvələrində 2007-2009-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2011-2013cü illərdə müqaviləli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra, 2021-ci il tarixdən əsir götürüldüyü tarixədək Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi fəaliyyət göstərmişdir. Azərbaycanlı hərbi qulluqçular tərəfindən əsir götürülmələri 26 may N-cü il tarixdə günortadan sonra baş vermişdir. Onun xidmət etdiyi hərbi hissədə vəzifəsi sərhəd zonasındakı bütün postların ərzaqla təmin edilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs2la birlikdə “Kamaz” markalı hərbi yük maşını ilə ərzaqı verib Qafan rayonuna 3 günlük ərzağı götürmək üçün qayıtmışlar. Həmin gün onlarla başqa bir hərbi qulluqçu da gəlmək istəmişdi, lakin o, icazə verməmişdir. Sərhəd zonasında yerləşən 129 saylı posta ərzaq verdikdən sonra geri qayıdarkən baş yola çıxmalarına 200 metr qalmış 2 nəfər azərbaycanlı hərbi qulluqçunu görmüşlər. Onlar Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus hərbi geyimdə olmuşlar. Əllərində 5 litrlik plastmas qablar olmuşdur. Təqsirləndirilən şəxs2 hərbi qulluqçuların nə istədiklərini soruşmaq üçün avtomobili saxlamaq istəmişdir. Onlar yaxınlaşdıqda, Təqsirləndirilən şəxs2 cəld bir şəkildə maşını hərəkət etdirməsini və oradan uzaqlaşmalı olduqlarını bildirişdir. Çünki, onlara yaxınlaşan hərbi qulluqçuların azərbaycanlı olduqlarını hiss etmişdi. Təqsirləndirilən şəxs2 ona onların erməni olduqlarını bildirmişdir. Həmin hərbi qulluqçulardan biri Təqsirləndirilən şəxs2 əyləşdiyi hissədən avtomobilin qapısını açmaq istəmişdir. Təqsirləndirilən şəxs2 qapını açmağa icazə verməməyə çalışsa da, ona güc tətbiq edərək qapını açaraq aşağı salmışlar. O, əyləşdiyi hissədən avtomobilin yan güzgüsündən 3 nəfər hərbi qulluqçunun ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslərin azərbaycanlı olduqlarını anlamışdır. Silahını bədəninin sol tərəfində saxlamışdır. Silaha əl atmağa cəhd etmişdir. Lakin, silahının darağı doldurulmamışdı. Həmin şəxslərdən nə istədikləri barədə soruşmaq istəmişdir. Lakin onu da güc tətbiq edərək maşından aşağı salmışlar. Qeyd etdiyi kimi, əlində silahı olsa da, atəş açmaq məqsədi olmamışdır. Sadəcə nə istədiklərini soruşmaq istəmişdir. Lakin onlar elektroşok cihazı vasitəsilə boynundan elektrik vermişlər. Əvvəlcə elə bilmişdir ki, başını kəsmək istəyirlər. Elektrik verildikdən sonra əlləri boşalmışdır. Onları “Kamaz” markalı hərbi yük maşınının arxasına aparmışlar və onların da 2 əsiri olduğunu, onları da həmin əsirlərlə dəyişdirəcəklərini bildirmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 harada olduğunu görmək üçün ətrafa baxmış və onun yerə uzadıldığını görmüşdür. Azərbaycanlı hərbi qulluqçulardan biri onun üzərinə gələrək qışqıra-qışqıra “biz xüsusi təyinatlılarıq” deməyə başlamışdır. O, özündən çox Təqsirləndirilən şəxs2ı düşünmüşdür. Çünki, onun hələ yaşı azdır və ona görə narahat olmuşdur. Onları əsir götürən hərbi qulluqçular onlara narahat olmamaqlarını və onları öz əsirləri ilə dəyişəcəklərini bildirmişlər. Onları hərbi hissəyə gətirmişlər. Yolda kapitan rütbəli bir hərbi qulluqçu onları qarşılamışdır. Həmin şəxs telefonda naviqasiya vasitəsilə yolun istiqamətini deyirdi. Hətta bir dəfə yolu səhv salmışlar. Meşənin içindəki yollarla onları hərbi hissəyə gətirmişlər. Hərbi hissədə onlara təzyiqlər göstərilmişdir. Hətta indi də bədənində xəsarət izləri qalmışdır. Daha sonra onları Bakıya gətirmişlər. Onları əsir götürən azərbaycanlı hərbi qulluqçular təxminən 12 nəfər olmuşlar. Təqsirləndirilən şəxs əlavə olaraq onu da qeyd etmişdir ki, həmin gün sonuncu dəfə posta ərzaq daşımışdır. Ona görə ki, sonuncu ərzaqı verdikdən sonra hərbi hissəyə qayıdıb ərizə yazaraq işdən azad edilməyini xahiş edəcəkdi. İşdən azad olmaq istəməyinin səbəbi isə ailə həyatı qurmaq məqsədinin olması idi. Onların Azərbaycan postuna hücum etmək məqsədi olmamışdır. O, əsir götürülən zaman heç bir müqavimət göstərməmişdir. Onları əsir götürən azərbaycanlı hərbi qulluqçular tərəfindən tutulan vaxt təzyiq edilsə də, tutuldudan sonra hərbi hissəyə aparılanda heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-in 206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1 və 318.2-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, orta təhsilini Qafan şəhərindəki 13 nömrəli məktəbdə bitirdikdən sonra elə həmin şəhərdəki tibbi kollecdə diş həkimi köməkçisi ixtisası üzrə təhsilini davam etdirmişdir. 2007-ci ildə kolleci bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırılmış, İrəvan şəhərində yerləşən N saylı hərbi hissədə əsgər kimi xidmət etmişdir. Həmin hərbi hissə xüsusi təyinatlı hərbi hissə olmuş və o, hərbi hissənin 1-ci taborunun avtomobil tağımında sürücü kimi xidmət etmişdir. Həmin hərbi hissənin komandiri polkovnik Roman Qabreliyan olmuşdur. İki illik müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra o, Qafan şəhərinə qayıdıb valideynləri ilə birlikdə yaşamaqla kiçik sahibkar kimi balıq satışı ilə məşğul olmuşdur. Orduda könüllü xidmət etmək məqsədilə yenidən 2011-ci ildə Qafan hərbi komissarlığına müraciət etmiş və Qafan şəhərinin Aqarak kəndi ərazisində yerləşən Perasar yüksəkliyindəki hava hücumundan müdafiə təyinatlı nömrəsini xatırlamadığı hərbi hissəyə sürücü vəzifəsinə təyin edilmişdir. Həmin hərbi hissənin komandiri polkovnik Artur Asliqyan olmuşdur. 2015-ci ilədək qeyd edilən hərbi hissədə xidmət etdikdən sonra müqaviləsinin müddəti bitdiyindən təxris olunmuş və Qafan şəhərindəki “Nemiroff” şirkətində sürücü işləməyə başlamışdır. 2020-ci ilin sonlarında yenidən ordu sıralarına qayıtmaq məqsədilə Qafan hərbi komissarlığına müraciət etmiş və N saylı hərbi hissəyə təyin edilmişdir. Həmin hərbi hissədə ilk öncə mühəndis tağımının çavuşu, 2022-ci ilin sonlarında isə 2-ci taborun X7 tağımının komandiri vəzifəsinə təyin olunmuş və çavuş rütbəsində həmin vəzifədə xidmətini davam etdirmişdir. Xidmət etdiyi N saylı hərbi hissənin komandiri polkovnik Vahaq Minosyan, hərbi hissə komandirinin MTT üzrə müavini isə polkovnik-leytenant Zorab Sarkisyandır. Qərargah rəisi vəzifəsi isə boşdur. Xidmət etdiyi 2-ci taborun komandiri mayor Farhad Akopyandır və xidmət etdiyi tağım birbaşa 2-ci tabora tabedir. Onun tağımında iki əsgər olmaqla Artyom Muradyan və soyadını xatırlamadığı Canik adlı əsgərlər xidmət edir. N saylı hərbi hissə Qafan şəhərində Kacaran şəhəri yolunda, X8 yaxınlığında yerləşir. Onun vəzifəsi sürücü kimi şəxsi heyəti xidməti postlara aparmaqdan ibarətdir. O, aylıq 180.000 dram əmək haqqı alır. Ona AK 74 markalı, 933803 nömrəli silah təhkim olunmuş, xidməti avtomobili isə “KAMAZ 43114” markalı olmaqla dövlət qeydiyyat nişanı 8230-dur. Hərbi xidmətdə olduğu müddət ərzində hərbi hissə komandiri, polkovnik Vahaq Minosyan və digər komandirlər hər gün düzülüş vaxtı təlimatlarda ona, eləcə də digər hərbi qulluqçulara azərbaycanlıların düşmən olmasını, azərbaycanlılarla daim vuruşmalı olmalarını, heç vaxt azərbaycanlılarla barışmayacaqlarını, Azərbaycanla sərhəd ərizələrin onların torpaqları olduğunu deyib, nə vaxtsa müharibə yolu ilə həmin əraziləri qaytaracaqlarını bildirmişlər. 24 may N-cü il tarixdə günorta saatlarında hərbi hissə komandiri polkovnik Vahaq Minosyan onu hərbi hissədə oz otağına çağıraraq Azərbaycan Respublikasının sərhəd ərazisində yerləşən postuna hücum etmələri ilə bağlı təlimat vermiş, onun həmin əməliyyatda sürücü kimi iştirak edəcəyini bildirmişdir. Həmçinin komandir xüsusi təyinatlıların da onunla birgə həmin hücum əməliyyatında iştirak edəcəyini, digər təlimatların xüsusi təyinatlılar tərəfindən ona yerində veriləcəyini demişdir. Təlimat zamanı komandir tərəfindən ona dəqiq olaraq hara və necə hücum olunacağı ilə bağlı heç nə deyilməmişdir. 26 may N-cü il tarixdə saat N radələrində o, hərbi hissə komandiri polkovnik Vahaq Minosyanın tapşırığına əsasən “KAMAZ 43114” markalı xidməti avtomobili ilə 2-ci taborun 4-cü bölüyünün MTT manqasının sürücüsü əsgər Təqsirləndirilən şəxs2, eləcə də təxmindən 10 nəfər şəxsiyyətini bilmədiyi xüsusi təyinatlı hərbçilərlə Azərbaycanla sərhəd ərazidə yerləşən hərbi hissələrinin postuna gəlmişdir. “KAMAZ 43114” markalı avtomobil ona təhkim olunsa da həmin vaxt maşını Təqsirləndirilən şəxs2 idarə etmişdir. Adlarını bilmədiyi xüsusi təyinatlılar onunla Karenə qarşıdakı Azərbaycan postuna hücum etməli olmalarını, əməliyyatı özlərinin təşkil edəcəklərini, əməliyyat zamanı Karenlə onun da silahlarla xüsusi təyinatlıları müşayiət edəcəklərini demişlər. Təlimata əsasən onunla Karenin vəzifəsi nisbətən sağ istiqamətdə hərəkət etməklə Azərbaycan postuna atəş açaraq qarşı, yəni düşmən tərəfin hərbi qulluqçularının diqqətini yayındırmaqdan ibarət olmuşdur ki, bu zaman xüsusi təyinatlılar sol cinahdan Azərbaycan postunu hücumla ələ keçirsinlər. O, Karenlə xidməti silahlarla nisbətən öndə hərəkət edib Azərbaycan postunu atəşə tutmağa başlamışlar. Bu zaman Azərbaycanın hərbi qulluqçuları ayıq hərəkət edərək dərhal cavab atəşləri açmağa başlamışlar. Həmin ərazi meşəlik olsa da, ağaclar hündür və elə də sıx olmamış, ətraf ərazi rahatlıqla müşahidə olunmuşdur. O, Azərbaycanın hərbi qulluqçularının onlar tərəfindən hücum ediləcəyindən məlumatlı olmalarını hiss etmişdir. Belə ki, sanki Azərbaycanın hərbi qullquçuları onları müşahidə etsələr də, posta daha da yaxınlaşmalarını gözləmiş və onlar atəş açan kimi Azərbaycanın hərbi qulluqçuları da dərhal sonra onlara tərəf cavab atəşi açmağa başlamışlar. Azərbaycanın hərbi qulluqçularının cavab atəşi ilə xüsusi təyinatlıların hücum planı pozulmuş və o, arxa sol tərəfə baxdıqda xüsusi təyinatlıların geri, yəni öz postlarına tərəf qaçdıqlarını görmüşdür. Bundan sonra o da Karenlə birlikdə geri, öz postlarına tərəf qaçmaq istəyərkən Azərbaycanın hərbi qulluqçularının açdığı atəşlər ona və Karenə qaçmağa imkan verməmiş və o, Karenlə olduqları yerdə qalmışlar. Az sonra sağ və sol istiqamətdən, hər iki tərəfdən iki nəfər olmaqla onlara yaxınlaşıb rus dilində təslim olmalarını demişlər. O, Karenlə təslim olmaq istəməmiş, xüsusi təyinatlılar kimi o da öz postlarına doğru qaçmağa çalışmış, lakin bu zaman Azərbaycanın hərbi qulluqçularından kimsə arxadan ona badalaq vurmuş və o, yerə yıxılaraq xidməti silahı Azərbaycanın ərazisində əlindən düşmüşdür. Bu zaman bir nəfər Azərbaycanın hərbi qulluqçusu üzərinə tullanaraq onu tutmuşdur. O, saxlanıldıqdan sonra müqavimət göstərib qaçmağa cəhd etsə də, buna nail ola bilməmişdir. Onlar qaçan zaman Karenin də əlində silahı olmamışdır. O, ifadəsində hücumdan öncə Karenin özünə təhkim edildiyi xidməti AK markalı silahını avtomobildə qoyaraq özü ilə götürmədiyini, xüsusi təyinatlılar tərəfindən Karenə başqa bir eyni markalı silah verildiyini, Karenin həmin silahı harada qoymasını və ya itirməsini görmədiyini, hücum zamanı Azərbaycan postuna təxminən 40 metr məsafəyə qədər yaxınlaşa bildiklərini, saxlanılan zaman Karenin də ondan bir qədər aralıda digər Azərbaycanın hərbi qulluqçuları tərəfindən saxlanılmasını gördüyünü, Karenin də müqavimət göstərərək qaçmağa cəhd etməsinə baxmayaraq buna nail ola bilmədiyini göstərmişdir. Daha sonra o, ifadəsində onunla, eləcə də Karenlə birlikdə hücum əməliyyatında iştirak etmiş xüsusi təyinatlıların məxfi hərbi hissənin hərbi qulluqçuları olduqlarını, odur ki, həmin hərbi qulluqçuların kimliklərini bilmədiyini, həmin hərbçiləri ilk dəfə gördüyünü, hərbi hissə komandirinin tapşırığına əsasən əsas məqsədlərinin Azərbaycanın hərbçilərindən qisas almaqla, postu ələ keçirib bununla da azərbaycanlılarda vahimə yaratmaq, azərbaycanlıların gələcəkdə Ermənistan ərazisinə olan bütün iddialarının qarşısını almaq olduğunu, lakin Azərbaycanın hərbi qulluqçularını öldürmək niyyətlərinin olmadığını, öldürmək niyyətləri olsaydı Azərbaycanın hərbi qulluqçuları ilə aralarındakı 40 metrlik məsafədən bunu asanlıqla etmək iqtidarında olduqlarını, Azərbaycanın ərazisinə girməkdə məqsədərinin azərbaycanlıları öldürmək, postlarını dağıtmaq, yaxud istənilən bədən xəsarəti yetirmək iqtidarında olmaları görüntüsü yaratmaqdan, bunun üçün istənilən partlayış, atəş açmaq güclərinin olmasını göstərməklə hədə qorxu gəlməkdən ibarət olduğunu bildirmişdir. Bundan başqa o, ifadəsində əməliyyata gələn zaman üzərində döyüş patronları ilə dolu 3 ədəd darağının olduğunu, həmin daraqlardan birini ehtiyat üçün xidməti avtomobilinin salonunda saxlanc yerində saxladığını, digər ikisini isə özü ilə götürdüyünü, hücum zamanı bir daraqda olan patronların hamısını, ikinci daraqda olan patronların isə bir neçəsini atdığını, lakin atəşlərin sayını dəqiq xatırlamadığını, boş olan darağı qaçarkən ərazidə itirdiyini, Karenin ona təhkim edilmiş “KAMAZ 43114” markalı xidməti avtomobili əməliyyata gələn zaman yarı aşmış vəziyyətdə saxlamadığını, avtomobili meşənin içərisindən gedən torpaq yolun kənarında nisbətən ağacların sıx olduğu yerdə öz postları istiqamətində saxladığını, geri çəkilən xüsusi təyinatlıların uzaqlaşan zaman avtomobili sürüb qəza törətdiklərini düşündüyünü bildirmişdir. Həmçinin o, ifadəsində xidməti avtomobili ilə şəxsi heyətin yerdəşiyməsini təşkil etməsinə, o cümlədən hərbi hissəni ərzaq və digər yeyinti məhsulları ilə təmin etməsinə baxmayaraq, əməliyyat günü ona xüsusi təyinatlıları əməliyyat keçiriləcək əraziyə aparması ilə bağlı tapşırıq verildiyini, geri, yəni öz postlarına qaçan zaman badalağa görə yıxılması və üzünün yerə dəyməsi səbəbindən bəzi sıyrıq xəsarətləri aldığını, saxlanıldıqdan sonra Azərbaycanın hərbi qulluqçuları tərəfindən ona qarşı hər hansı zorakılıq hərəkətlərinin tətbiq olunmadığını bildirmişdir. Bundan başqa o, ifadəsində valideynlərinin deməsinə görə Qafan şəhərində əvvəllər azərbaycanlıların yaşadığını, lakin 1988-ci ildə ermənilər tərəfindən zorla qovularaq Azərbaycan SSR-yə deportasiya olunduqlarını, deportasiya zamanı azərbaycanlıların öldürüldüyünü, əmlaklarının talandığını bildiyini, lakin hər hansı azərbaycanlını tanımadığını, valideynlərinin Qafan şəhərində ona bəzi evləri göstərməklə həmin evlərin əvvəllər azərbaycanlılara aid olmasını demələrini, lakin həmin evlərdə hazırda erməni ailələrinin yaşadığını göstərmişdir. (Cild 1, iş vərəqləri 113-119; 217-221, Cild 2, iş vərəqləri 151-155) Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittihamın bütün bəndləri üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 10 iyul 2022-ci il tarixdən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hadisə günü sonuncu posta ərzaq vermək üçün getdikdə postun yerləşdiyi yerdən aşağıdakı ərazidə çadırlar qurulduğunu görmüşlər. Sanki traktorlar da yer qazırdılar. Həmin əraziyə 5 litrlik plastmas qablar ilə su tökülmüşdü. Onlar həmin əraziyə çatdıqda ümumilikdə 6-7 nəfər görmüşlər. Onlardan 2-3 nəfəri Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus hərbi geyimdə, qalanları isə Rusiya ordusuna məxsus hərbi geyimdə olmuşdurlar. O, həmin şəxslərin erməni hərbi qulluqçular olduqlarını düşünmüş və avtomobili saxlamaq istədikdə, Təqsirləndirilən şəxs1 ona avtomobili sürməyini bildirmişdir. Lakin, o, avtomobilin sürətini artırmaq üçün vaxt çatdıra bilməmiş və onları saxlamışlar. Təxminən 2 dəqiqə ərzində avtomobilin arxasına keçmişlər. Əvvəlcə elə düşünmüşdür ki, əllərindəki 5 litrlik plastmas su qablarını avtomobilin arxasına qoyacaqlar. Birinci avtomobilin Təqsirləndirilən şəxs1 əyləşdiyi hissəsindən qapını açaraq Təqsirləndirilən şəxs1ı, daha sonra onun əyləşdiyi hissədən qapını açaraq onu aşağı salmışlar. Onları meşəliyin sıx ağaclar olan hissəsinə apararaq onların da 2 əsiri olduğunu, onları həmin əsirlərlə dəyişdirəcəklərini bildirmişlər və onları arxayınlaşdıraraq hərbi hissəyə aparmışlar. Əsir götürüldükləri gün idarə etdiyi “Kamaz” markalı hərbi yük maşınında silahı olmuşdur. Lakin, silaha əl atmağa belə vaxt çatdırmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1 və 318.2-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, Dilican şəhər hərbi komissarlığının çağırışına əsasən 11 iyul 2022-ci il tarixindən Qafan şəhərində yerləşən N saylı hərbi hissədə 2-ci tabor, 4-cü bölük, 1-ci tağımın maddi texniki-təminat manqasında sürücü kimi xidmətə başlamışdır. Xidmət etdiyi N saylı hərbi hissənin komandiri polkovnik Vahaq Minosyan, hərbi hissə komandirinin MTT üzrə müavini isə polkovnik-leytenant Zorab Sarkisyandır. Qərargah rəisi vəzifəsi isə boşdur. Xidmət etdiyi 2-ci taborun komandiri mayor Farhad Akopyandır və xidmət etdiyi tağım birbaşa 2-ci tabora tabedir. N saylı hərbi hissə Qafan şəhərində Kacaran şəhəri yolunda, X8 yaxınlığında yerləşir. Hərbi xidmətdə olduğu müddət ərzində hərbi hissə komandiri, polkovnik Vahaq Minosyan və digər komandirlər hər gün düzülüş vaxtı təlimatlarda ona, eləcə də digər hərbi qulluqçulara azərbaycanlıların düşmən olmasını, azərbaycanlılarla daim vuruşmalı olmalarını, heç vaxt azərbaycanlılarla barışmayacaqlarını, Azərbaycanla sərhəd ərizələrin onların torpaqları olduğunu deyib, nə vaxtsa müharibə yolu ilə həmin əraziləri qaytaracaqlarını bildirmişlər. 24 may N-cü il tarixdə günorta saatlarında N saylı hərbi hissədə 2-ci taborun MTT tağımının komandiri, çavuş Təqsirləndirilən şəxs1 ona hərbi hissə komandiri polkovnik Vahaq Minosyan tərəfindən hərbi hissədə xidməti otağına çağırılaraq Azərbaycan Respublikasının sərhəd ərazisində yerləşən postuna hücum etməli olmaları ilə bağlı tapşırıq verdiyini, əməliyyatda hər ikisinin iştirak etməli olduqlarını deməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin digər təlimatların onlara yerində xüsusi təyinatlılar tərəfindən veriləcəyini bildirmişdir. Arutyun ona dəqiq olaraq hara hücum ediləcəyi ilə bağlı heçnə deməmişdir. 26 may N-cü il tarixdə saat N radələrində o, hərbi hissə komandiri polkovnik Vahaq Minosyanın tapşırığına əsasən “KAMAZ 43114” markalı xidməti avtomobillə 2-ci taborun MTT tağımının komandiri Təqsirləndirilən şəxs1, eləcə də təxmindən 10 nəfər şəxsiyyətini bilmədiyi xüsusi təyinatlı hərbçilərlə Azərbaycanla sərhəd ərazidə yerləşən hərbi hissələrinin postuna gəlmişdir. “KAMAZ 43114” markalı avtomobil Təqsirləndirilən şəxs1 təhkim olunsa da həmin vaxt maşını o, idarə etmişdir. Adlarını bilmədiyi xüsusi təyinatlılar onunla Arutyuna qarşıdakı Azərbaycan postuna hücum etməli olmalarını, əməliyyatı özlərinin təşkil edəcəklərini, əməliyyat zamanı Arutyunla onun da silahlarla xüsusi təyinatlıları müşayiət edəcəklərini demişlər. Təlimata əsasən onunla Arutyunun vəzifəsi nisbətən sağ istiqamətdə hərəkət etməklə Azərbaycan postuna atəş açaraq qarşı, yəni düşmən tərəfin hərbi qulluqçularının diqqətini yayındırmaqdan ibarət olmuşdur ki, bu zaman xüsusi təyinatlılar sol cinahdan Azərbaycan postunu hücumla ələ keçirsinlər. Xidmət zamanı hərbi hissədən ona təhkim edilmiş AK markalı avtomat silahda nasazlıq olduğundan, həmin vaxt xüsusi təyinatlılar hücuma başlamazdan öncə ona eyni markalı silah və patronla dolu bir daraq vermiş və o, öz nasaz silahını Təqsirləndirilən şəxs1 təhkim edilmiş avtomobildə qoymuşdur. Beləliklə də o, Arutyunla xidməti silahlarla nisbətən öndə hərəkət edib Azərbaycan postunu atəşə tutmağa başlamışlar. Bu zaman Azərbaycanın hərbi qulluqçuları ayıq hərəkət edərək dərhal cavab atəşləri açmağa başlamışlar. Həmin ərazi meşəlik olsa da, ağaclar hündür və elə də sıx olmamış, ətraf ərazi rahatlıqla müşahidə olunmuşdur. O, Azərbaycanın hərbi qulluqçularının onlar tərəfindən hücum ediləcəyindən məlumatlı olmalarını hiss etmişdir. Belə ki, sanki Azərbaycanın hərbi qullquçuları onları müşahidə etsələr də, posta daha da yaxınlaşmalarını gözləmiş və onlar atəş açan kimi Azərbaycanın hərbi qulluqçuları da dərhal sonra onlara tərəf cavab atəşi açmağa başlamışlar. Azərbaycanın hərbi qulluqçularının cavab atəşi ilə xüsusi təyinatlıların hücum planı pozulmuş və o, arxa sol tərəfə baxdıqda xüsusi təyinatlıların geri, yəni öz postlarına tərəf qaçdıqlarını görmüşdür. Bundan sonra o da Arutyunla birlikdə geri, öz postlarına tərəf qaçmaq istəyərkən Azərbaycanın hərbi qulluqçularının açdığı atəşlər ona və Arutyuna qaçmağa imkan verməmiş və onlar olduqları yerdə qalmışlar. Hətta o, qaçarkən təntidiyindən hücumdan öncə xüsusi təyinatlılar tərəfindən ona verilmiş silahını Azərbaycan ərazisində əlindən yerə düşürtmüş və silah orada qalmışdır. Az sonra sağ və sol istiqamətdən, hər iki tərəfdən iki nəfər olmaqla onlara yaxınlaşıb rus dilində təslim olmalarını demişlər. O, Arutyunla təslim olmaq istəməmiş, xüsusi təyinatlılar kimi Arutyun da öz postlarına doğru qaçmağa çalışmış, lakin bu zaman Azərbaycanın hərbi qulluqçularından kimsə arxadan Arutyuna badalaq vurmuş və Arutyun yerə yıxılaraq xidməti silahı Azərbaycan ərazisində əlindən düşmüşdür. Bir nəfər Azərbaycanın hərbi qulluqçusu Arutyunun üzərinə tullanaraq sonuncunu tutmuşdur. Elə həmin an o da gizləndiyi ağacın arxasından çıxıb qaçmaq istəyərkən Azərbaycanın hərbi qulluqçuları onu da tutmuşlar. O, əl-qol hərəkətləri ilə Azərbaycanın hərbi qulluqçularının əlindən buraxılıb qaçmağa çalışsa da yerə yıxılmış və qaçmağa nail ola bilməmişdir. O, ifadəsində hücum zamanı Azərbaycan postuna təxminən 40 metr məsafəyə qədər yaxınlaşa bildiklərini, onunla, eləcə də Arutyunla birlikdə hücum əməliyyatında iştirak etmiş xüsusi təyinatlıların məxfi hərbi hissənin hərbi qulluqçuları olduqlarını, odur ki, həmin hərbi qulluqçuların kimliklərini bilmədiyini, həmin hərbçiləri ilk dəfə gördüyünü, hərbi hissə komandirinin tapşırığına əsasən əsas məqsədlərinin Azərbaycan hərbçilərindən qisas almaqla, postu ələ keçirib bununla da azərbaycanlılarda vahimə yaratmaq, azərbaycanlıların gələcəkdə Ermənistan ərazisinə olan bütün iddialarının qarşısını almaq olduğunu, lakin Azərbaycanın hərbi qulluqçularını öldürmək niyyətlərinin olmadığını, öldürmək niyyətləri olsaydı Azərbaycanın hərbi qulluqçuları ilə aralarındakı 40 metrlik məsafədən bunu asanlıqla etmək iqtidarında olduqlarını, Azərbaycanın ərazisinə girməkdə məqsədərinin azərbaycanlıları öldürmək, postlarını dağıtmaq, yaxud istənilən bədən xəsarəti yetirmək iqtidarında olmaları görüntüsü yaratmaqdan, bunun üçün istənilən partlayış, atəş açmaq güclərinin olmasını göstərməklə hədə qorxu gəlməkdən ibarət olduğunu bildirmişdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs1 təhkim edilmiş “KAMAZ 43114” markalı xidməti avtomobili əməliyyata gələn zaman yarı aşmış vəziyyətdə saxlamadığını, avtomobili meşənin içərisindən gedən torpaq yolun kənarında nisbətən ağacların sıx olduğu yerdə öz postları istiqamətində saxladığını, geri çəkilən xüsusi təyinatlıların uzaqlaşan zaman avtomobili sürüb qəza törətdiklərini düşündüyünü bildirmişdir. Həmçinin o, ifadəsində geri, yəni öz postlarına qaçan zaman Azərbaycanın hərbi qulluqçularının əllərindən buraxılmaq üçün əl-qol atdığını, bu zaman yerə yıxıldığını, saxlanıldıqdan sonra Azərbaycanın hərbi qulluqçuları tərəfindən ona qarşı hər hansı zorakılıq hərəkətlərinin tətbiq olunmadığını, hücum zamanı Azərbaycan tərəfinə bir neçə dəfə atəş açdığını, lakin atəşlərin sayını dəqiq xatırlamadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 146-151; 194-199, Cild 2, iş vərəqləri 179-183) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 22 may N-cü il tarixdə Zəngilan rayonun Rəzdərə kəndində yerləşən sərhəd zastavasına ezam olunmuşlar. Zərərçəkmiş şəxs4 ilə xidmətdə olarkən dövlət sərhədinin bir qrup şəxs tərəfindən pozulmasına dair əməliyyat məlumatı daxil olmuşlar. Əməliyyat məlumat daxil olduqdan sonra müəyyən preventiv tədbirlər görməyə başlamışlar və xidmət etdikləri məntəqənin cinahlarında mövqelərini almışlar. Ermənistan Respublikası istiqamətindən onların məntəqəsinə doğru hərəkət edən bir qrup şəxsi müşahidə etməyə başladıqları zaman həmin şəxslər tərəfindən onlara atəş açılmışdır. Onlar da cavab atəşi açmağa başlamışlar. Bir neçə dəqiqə ərzində döyüş davam etmişdir. Xidmət etdikləri məntəqənin sağ cinahından o, və Zərərçəkmiş şəxs4, sol cinahından isə onlara köməyə gələn Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 irəliləməyə başlamışlar. Müəyyən məsafə irəlilədikdən sonra ağacın altında 2 nəfərin olduğunu görmüşlər. Rus dilində həmin şəxslərə təslim olmalarını bildirmişlər. Onlar təslim olmaq istəməmişlər. Buna görə də onları tərk silah etmiş və müəyyən xəsarətlər almışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissənin hərbi qulluqçusu, baş gizir Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 22 may N-cü il tarixdə Zəngilan rayonun Rəzdərə kəndində yerləşən sərhəd məntəqəsinə ezam olunmuşlar. 26 may N-cü il tarixdə dövlət sərhədinin bir qrup şəxs tərəfindən pozulmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Xidmət zamanı bir qrup şəxsin döyüş məntəqələrinə 50-60 metr məsafəyədək yaxınlaşdığını müşahidə etmişlər. Bir neçə dəqiqə ərzində döyüş davam etmişdir. O, Zərərçəkmiş şəxs3 və baş leytenant Allahverdiyev irəliləməyə başlamışlar. Onlar Təqsirləndirilən şəxs2ı saxlamışlar. Baş leytenant Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs1ı saxlamışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs2 üzərində “Kalaşnikov” markalı silah aşkar edilmişdir. Təqsirləndirilən şəxsləri saxlayan zamanı onlara müqavimət göstərmişlər. Sərhəd döyüş məntəqəsinə hücum təxminən saat 18:00-19:00 radələrində həyata keçirilmişdir. Döyüş məntəqəsinə hücum edən şəxslər onlara iri çaplı silahlardan atəş açırdılar. Atəş sıxlığından təxribat törədən hərbi qulluqçuların 10-15 nəfər olduğu müəyyən edilmişdir. Onlar dövlət sərhədini pozaraq atəş açmışlar. Təqsirləndirilən şəxslərin məqsədi onların yerləşdiyi postu ələ keçirmək olmuşdur. Zəngilan rayonu, Rəzdərə kəndi Ermənistan Respublikasının ərazisindən daha yüksəkdə yerləşir. Həmin əraziyə bilmədən gəlmək mümkün deyil. Ərazidə Azərbaycan postlarını müəyyən etmək mümkündür. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissənin hərbi qulluqçusu, baş gizir Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 22 may N-cü il tarixdə Zəngilan rayonun Rəzdərə kəndində yerləşən sərhəd məntəqəsinə ezam olunmuşlar. 26 may N-cü il tarixdə dövlət sərhədinin bir qrup şəxs tərəfindən pozulmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin vaxt o, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 ilə xidmətdə olmuşdur. Xidmət zamanı bir qrup şəxs döyüş məntəqəsinə 40-50 metr məsafəyədək yaxınlaşaraq atəş açmağa başlamışdır. Onlar da cavab atəşi açmağa başlamışlar. Bir neçə dəqiqə ərzində döyüş davam etmişdir. Daha sonra təqsirləndirilən şəxsləri tutmuşlar. Üzbəüz döyüş təxminən 5- 10 dəqiqə aralığında davam etmişdir. O, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş, bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Saxlanılarkən Kazaryan müqavimət göstərmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissənin hərbi qulluqçusu, kiçik gizir Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 22 may N-cü il tarixdə Zəngilan rayonun Rəzdərə kəndində yerləşən sərhəd məntəqəsinə ezam olunmuşlar. Həmin vaxt o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 döyüş məntəqəsinə qalxmışlar. 26 may N-cü il tarixdə dövlət sərhədinin bir qrup şəxs tərəfindən pozulmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Bu zaman o, Zərərçəkmiş şəxs1 ilə xidmətdə olmuşdur. Döyüş məntəqəsinin ətrafında mövqelənmişlər, dövlət sərhədini pozan şəxslər onlara atəş açmağa başlamışlar. Onlar da cavab atəşi ilə qarşılıq vermişlər. Bir müddət sonra sağ cinahda atəş azalmağa başlamışdır. Zərərçəkmiş şəxs1 ilə o sağ cinahda, Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs2 sol cinahda mövqelənmişlər. Daha sonra, təqsirləndirilən şəxsləri gördükdə, onlar qaçmağa cəhd etmişlər. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1ı tutmuş, onlar isə Təqsirləndirilən şəxs2ı tutmuşlar. Hadisə sıx meşəlik ərazidə baş verdiyi üçün bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışlar. Təqsirləndirilən şəxsləri saxlayan zaman onlardan Təqsirləndirilən şəxs1 üzərində silah aşkar edilmişdir. Təqsirləndirilən şəxslərin saxlanılması zamanı onlara heç bir təzyiq göstərilməmişdir. Onları Azərbaycan Respublikası ərazisində saxlamışlar. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 02 iyun N-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 7-ci Sərhəd komendantlığının 21-ci sərhəd zastavasının Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindəki 1-ci sərhəd döyüş məntəqəsinin xidməti ərazisinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sərhəd döyüş məntəqəsindən Ermənistan hərbçilərinin cəmləşdiyi ən yaxın mövqeyə olan məsafə 700-800 metr təşkil edir. Ərazi nisbətən dağlıq olmaqla sıx meşəlikdən ibarətdir. Sərhəd döyüş məntəqəsinin şəxsi heyyəti vaqon tipli kunqlarda yerləşdirilmişdir. Döyüş məntəqəsinin ətrafında hərbi qulluqçularımızın erməni hərbçilərinin cəmləşdiyi ərazini müşahidə etmək üçün nəzərdə tutulmuş, eni 0,97 m, hündürlüyü 1,23 m olan səngər əlaqə yolu mövcuddur. Bundan başqa baxış zamanı hərbi qulluqçularımızın xidmət aparmaları üçün nəzərdə tutulmuş vaqon tipli kunqlardan birinin üzərində güllənin giriş dəliyinə bənzər 0,5x0,6 sm ölçülü 3 ədəd dəlik müşahidə edilmişdir. Baxışda iştirak edən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Zərərçəkmiş şəxs1 vaqon tipli kunq üzərində olan 3 ədəd dəliyin, məhz 26 may N-cü il tarixdə diversiya qrupu üzvləri tərəfindən onlara doğru avtomat silahlardan açılmış atəşlər nəticəsində əmələ gəldiyini bildirmişdir. Səngər əlaqə yolunun qarşısından erməni hərbçilərinin cəmləşdiyi istiqamətdə 50-55 m irəllədikdən sonra, baxışda iştirak edən Zərərçəkmiş şəxs1 meşəlik ərazidə torpaq üzərində mübahisəyə xarakterik əlamətlər müşahidə edilən yeri göstərərək, məhz həmin yerdə diversiya qrupunun iki üzvünü tərksilah etdiklərini bildirmişdir. (Cild 2, iş vərəqləri 74-81) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən 27 may N-cü il tarixdə daxil olmuş 3-38/16-2-5963/23 saylı məktuba əlavə edilmiş təqrirdən görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Zərərçəkmiş şəxs1 Ermənistan diversiya qrupunun 26 may N-cü il tarixdə saat N radələrində xidmət etdikləri posta hücum etmələri, hücumun qarşısını qətiyyətlə almaları, xidmət yoldaşları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birlikdə diversiya qrupu üzvlərindən iki nəfəri tərksilah etmələri barədə məlumat verərək, tərksilah etdikləri əsgərlərdən birinin üzərindən götürülmüş 01 ədəd avtomat silahı üzərindəki daraqda olan döyüş patronlarını, eləcə də hadisə yerindən götürdükləri N ədəd gilizi hərbi hissəyə təhvil vermişlər. (Cild 1, iş vərəq 8) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 27 may N-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Təqsirləndirilən şəxs1 götürülmüş cinayətin aləti olan 01 ədəd AK-74 modelli, 933803 nömrəli, Kalaşnikov konstruksiyalı avtomat silaha, həmin silaha aid 01 ədəd darağa, darağın içərisində olan 10 ədəd döyüş patronlarına, eləcə də hadisə yerindən götürülmüş N ədəd gilizə baxış keçirilmiş, baxış zamanı həmin silahın, üzərində olan darağın, daraqda olan patronların və hadisə yerindən götürülmüş gilizlərin maket olmaması, əsl silah və döyüş sursatı olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 26-30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən 27 may N-cü il tarixdə daxil olmuş 3-38/16-2-5963/23 saylı məktuba əlavə edilmiş, DSX-nin N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 0135 saylı əmrindən görünür ki, hərbi qulluqçular – baş leytenant Zərərçəkmiş şəxs1, baş gizirlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və kiçik gizir Zərərçəkmiş şəxs4 döyüş məntəqələrinin gücləndirilməsinin təmin edilməsi ilə əlaqədar N may N-cü il tarixdən “Qubadlı” əlahiddə sərhəd diviziyasının “Zəngilan” sərhəd dəstəsinə ezam olunmuşlar. (Cild 1, iş vərəqləri 10, 13, 16, 19) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 27 may N-cü il tarixli 986 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – sağ said nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir gün əvvələ qədər əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.N-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, əl barmaqlarının dırnaqları və s.) təsirindən əmələ gələ bilərdilər. (Cild 2, iş vərəqləri 21- 24) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 27 may N-cü il tarixli 988 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarət – sol bazu nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən bir gün əvvələ qədər əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.N-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs4 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissəsinin (əl və s.) təsirindən əmələ gələ bilərdi. (Cild 2, iş vərəqləri 26-29) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 27 may N-cü il tarixli 989 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – sağ said nahiyəsinin qançırlı sıyrığı, sağ əlin və sol said nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir gün əvvələ qədər əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.N-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni erməni hərbi qulluqçularını zərərsizləşdirərkən ona qarşı göstərilmiş müqavimət nəticəsində yıxılması və bu zaman yerin bərk səthinə və bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdilər. (Cild 2, iş vərəqləri 31-34) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 27 may N-cü il tarixli 987 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – sağ dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin və sağ əlin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir gün əvvələ qədər əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.N-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni erməni hərbi qulluqçularını zərərsizləşdirərkən ona qarşı göstərilmiş müqavimət nəticəsində yıxılması və bu zaman yerin bərk səthinə və bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdilər. (Cild 2, iş vərəqləri 36-39) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 27 may N-cü il tarixli 984 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – sağ bazu oynağı nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin və hər iki diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir gün əvvələ qədər əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.N-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun yıxılaraq yerin bərk səthinə və bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdilər. ( Cild 2, iş vərəqləri 41-44) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 27 may N-cü il tarixli 985 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – hər iki mil-bilək oynağı nahiyələrinin və sağ diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir gün əvvələ qədər əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.N-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun yıxılaraq yerin bərk səthinə və bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdilər. ( Cild 2, iş vərəqləri 46-49) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-ballistik ekspertizasının 27 may N-cü il tarixli 23/400 R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 933803 №-li silah 5.45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda 1979-cu ildə istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulla dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 10 ədəd patronlar zavod üsulu ilə, 01 ədədi 1976-cı ildə, 01 ədədi 1977-ci ildə, 01 ədədi 1978-cı ildə, 05 ədədi 1979-cu ildə, 01 ədədi 1981-ci ildə keçmiş SSRİ dövlətində, 01 ədədi isə 1993-cü ildə Rusiya dövlətində istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş N ədəd giliz zavod üsulu ilə keçmiş SSRİ dövlətində 02 ədədi 1977-ci ildə, 01 ədədi 1978-cı ildə, 04 ədədi 1979-cu ildə, 01 ədədi 1981-ci ildə istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronların bir hissəsidir atılmış gilizlərdir. Həmin gilizlər tədqiqata təqdim edilmiş 5.45 mm kalibrli 933803 №-li AK-74 modelli Kalaşnikov konstruksiyalı avtomatdan atılmışdır. Tədqiqata təqdim edilmiş 5.45 mm kalibrli 933803 №-li AK-74 modelli Kalaşnikov konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri və tədqiqata təqdim edilmiş N ədəd 5.45x39 mm kalibrli gilizlər “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə, əvvəllər törədilmiş açılmamış cinayət işləri üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (Cild 2, iş vərəqləri 59-69) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 may N-cü il tarixli 1498 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqləri 52-54) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 may N-cü il tarixli 1499 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqləri 55-57) Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiələri üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi və tərcüməçi ilə təmin olunmaqla şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmişlər. Bu zaman onlara istinad edilən ittiham üzrə özlərini tam təqsirli bilərək törətdikləri cinayət əməllərini etiraf etməklə işin faktiki hallarına uyğun etirafedici ifadələr vermişlər və onların etirafdici ifadələri iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Bundan əlavə, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslər onalra qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmadığını, hər hansı işgəncə, ləyaqəti alçaldan və ya qeyri-insani rəftara məruz qalmadıqlarını bildirmişlər. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri ilə bağlı həm ibtidai istintaq zamanı, həm də məhkəmədə ətraflı və dolğun ifadələr vermişlər. Məhkəməyədək icraat zamanı ifadələri yerində yoxlanılarkən, zərərçəkmiş şəxslər ifadələrində göstərdikləri xüsusatları hadisə yerində göstərib təsdiq etməklə dəqiqləşdirilmələr etmişlər, erməni diversiya qrupu üzvlərini tərksilah etmələri ilə bağlı baş vermiş hadisəni ardıcıllıqla hadisə yerində göstərmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ekspert rəylərindən də görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və diversiya qrupunun üzvləri olan təqsirləndirilən şəxslərin bədənlərində dərəcələri təyin olunmayan sağlamlığa zərərvurmayan xəsarətlər aşkar edilmiş və zərərçəkmiş şəxslərin bu xəsarətləri təqsirləndirilən şəxsləri tərksilah edərkən onların müqavimət göstərmələri və hadisə yerindən qaçmağa cəhd göstərdikləri zaman almaları təsdiq edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrində hərbi hissə komandiri, polkovnik Vahaq Minosyan və digər komandirlərin hər gün düzülüş vaxtı təlimatlarda onlara, eləcə də digər hərbi qulluqçulara azərbaycanlıların düşmən olmasını, azərbaycanlılarla daim vuruşmalı olmalarını, heç vaxt azərbaycanlılarla barışmayacaqlarını, Azərbaycanla sərhəd ərizələrin onların torpaqları olduğunu deyib, nə vaxtsa müharibə yolu ilə həmin əraziləri qaytaracaqlarını dediklərini bildirmişlər. Qeyd olunan xüsusatlar təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs qismində zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etdiklərini bir daha təsdiq edir. Buna görə də, məhkəmə təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələri işin hallarına uyğun olan obyektiv ifadə kimi qəbul edir və təqsirləndirlən şəxslərin onlara ittiham olunan əməllərin törətmələrinin tam sübuta yetirildiyini qeyd edir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə törədilən cinayət ağır cinayətlərlər kateqoriyasına, CM-in 214.2.1, 214.2.3-cü maddələrilə törədilən cinayətlər xüsusilə ağır cinayətlər kateqoriyasına, CM-in 228.2.1, 318.2 və 283.2.1-ci maddələri ilə törədilən cinayətlər az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, ittiham olunduqları maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1 və 214.2.3-cü maddələrində nəzərədə tutulan əməllərə münasibətdə həmin Məcəllənin 61.1.6-cı maddəsinə əsasən cinayətin milli düşmənçilik və sair alçaq niyyətlə, 61.1.8-ci maddəsinə əsasən cinayətin öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı törədilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.2.1-ci maddəsində nəzərədə tutulan əmələ münasibətdə həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən, həmin Məcəllənin 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə etməklə törədilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərədə tutulan əmələ münasibətdə həmin Məcəllənin 61.1.8-ci maddəsinə əsasən cinayətin öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı, Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən isə cinayətin odlu silahdan istifadə etməklə törədilməsi təqsirləndirilən şəxslərin cəzalarınıı ağırlaşdıran hallar hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Dövlət ittihamçısı məhkəmə iclasındakı çıxışında təqsirləndirilən şəxslərin törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.1 və 214.2.3-cü maddələri ilə törətdikləri cinayət əməllərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiq edilməsini təklif etmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.1 və 214.2.3-cü maddələri ilə törətdikləri cinayət əməllərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Cinayət qanunun həmin normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər 27 may N-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin həmin tarixli qərarları ilə təqsirləndirilən şəxslərin barələrində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 87-90; 103-104, 120-123; 136-137, 177-182; 236-238, 200-205; 253-255) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 27 may N-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd AK-74 modelli, 933803 nömrəli, Kalaşnikov konstruksiyalı avtomat silahı, həmin silaha aid 01 ədəd darağ, 07 ədəd döyüş patronu və N ədəd giliz xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onların hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü maddələri ilə həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 283.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 27 may N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü maddələri ilə həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 283.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 27 may N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd AK-74 modelli, 933803 nömrəli, Kalaşnikov konstruksiyalı avtomat silahı, həmin silaha aid 01 ədəd darağ, 07 ədəd döyüş patronu və N ədəd giliz xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar