Məhkəmə qərarları › İş №1(124)-54/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-54/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-54/2022 28.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Hökumalı oğlunun və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 müdafiəçisi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 (mülki iddiaçı) və onun nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, tərcüməçilər - X3 və X5 iştirakları ilə, xx xxxxx 1995-ci ildə Türkiyə Respublikasının Adana şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, orta natamam təhsilli, işləməyən, məhkum olunmuş, Türkiyə Respublikası Adana şəhəri, Yıldırım Bəyazid məhəlləsi ev 34-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Çiləgər yaşayış massivində kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 (Ercan oğlunun) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4 və 326.2-ci maddələri ilə, xx xxxxxx 1988-ci ildə Türkiyə Respublikasının Mersin şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, Türkiyə Respublikası Mersin şəhəri, Mersin Toroslar küçəsi 101/119 ev 2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 (Hüseyn oğlunun) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Təqsirləndirilən şəxs1 (Ercan oğlu) qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və digər sənədini gizli olaraq talayıb zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 və istintaqa cəlb edilməsi mümkün olmayan qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2019-cu il saat 20 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin hasarından həyətə keçməklə evin plastik qapısını açma yolu ilə qanunsuz olaraq evə daxil olub evin birinci mərtəbəsində pilləkənın altında yerləşən 01 ədəd 700 manat dəyərində 120x50 sm ölçüdə olan dəmir seyfi içərisində milli manat məzənnəsi ilə dəyəri 204170 (iki yüz dörd min yüz yetmiş) manat təşkil edən 120100 (yüz iyirmi min yüz) ABŞ dollarını, 1 dəst 48000 ABŞ dolları yəni 81600 manat dəyərində qara brilliant dəsti, (1 ədəd 750 əyarlı üzəri qaşlı gül naxışlı qızıl üzükdən, 1 ədəd 750 əyarlı üzəri qaşlı gül naxışlı qızıl qolbaqdan, 1 ədəd 750 əyarlı üzəri qaşlı gül naxşlı qızıl kolyedən, 1 cüt 750 əyarlı üzəri qaşlı gül naxışlı qızıl sırğadan ibarət), 1 dəst 60000 ABŞ dolları yəni 102000 manat dəyərində yumru formalı brilliant dəsti (1 ədəd 750 əyarlı hər tərəfi qaşlı halqavari qızıl üzük, 1 ədəd 750 əyarlı hər tərəfi qaşlı halqavari qızıl qolbaqdan, 1 cüt 750 əyarlı qızılgül naxışlı üzəri qaşlı qızıl sırğadan ibarət), 1 dəst 2000 ABŞ dollar yəni 3400 manat dəyərində bənövşəyi brilliant dəsti (1 ədəd 750 əyarlı üzəri qaşlı qızılgül naxışlı qızıl üzükdən, 1 ədəd 750 əyarlı üzəri qaşlı qızılgül naxışlı qızıl qolbaqdan, 1 cüt 750 əyarlı üzəri qaşlı qızılgül naxışlı sırğadan ibarət), 1 dəst 1500 manat ABŞ dolları yəni 2550 manat dəyərində firuzəyi brilliant dəsti (1 ədəd 750 əyarlı 80-100 qaşlı S formalı üzükdən, 1 cüt 7 əyarlı üzəri qaşlı S formalı sırğadan), 1 ədəd 2000 ABŞ dolları yəni 3400 manat dəyərində tək qaşlı kənarında 31 ədəd briliant qaşlı tarakan formalı qızıl üzük, 1 ədəd 1000 ABŞ doları yəni 1700 manat dəyərində 585 əyarlı çoxlu brilliant qaşlı yumru formalı üzük, 1 ədəst 585 əyarlı 3000 ABŞ dolları yəni 5100 manat dəyərində briliant ( 1 ədəd 585 əyarlı dairə formalı qızıl sepdən, 1 cüt 585 əyarlı yarımdairə formalı üzəri qaşlı qızıl sırğadan, 1 ədəd 585 əyarlı üzəri qaşlı yarımdairə formalı qızıl üzükdən), 10000 ABŞ doları yəni 17000 manat dəyərində 585 əyarlı 1 ədəd sep üzərində 4 ədəd qızıl üzük (1 ədəd 585 əyarlı dairəvi formalı qızıl üzükdən, 1 ədəd 585 əyarlı dairəvi formalı brilliant qaşlı qızıl üzükdən, 1 ədəd 585 əyarlı gül naxışlı briliant qaşlı qızıl üzükdən, 1 ədəd 585 əyarlı buta formalı brilliant qaşlı qızıl üzükdən, 1 ədəd 585 əyarlı 57 qram tros sepdən), 1 ədəd 750 əyarlı 15000 ABŞ dolları yəni 25500 manat dəyərində 31 brilliant qaşlı qadın üzüyü, 8 ədəd 585 əyarlı ümumilikdə 80000 manat dəyərində 800 qram qızıl tros zincirvari boyunbağları, 5 ədəd 585 əyarlı brilliant qaşlı ümumilikdə 4300 manat dəyərində qadın sırğaları (1 ədəd 585 əyarlı ətəkli brilliant qaşlı qaşlı sırğa, 1 ədəd 585 əyarlı obodok formalı brilliant qaşlı sırğa, 1 ədəd 585 əyarlı qızılgül naxışlı tək brilliant qaşlı sırğa, 1 ədəd 585 əyarlı ətəkli sırğa, 1 ədəd 585 əyarlı gül formalı brilliant qaşlı sırğa), 12 ədəd ümumilikdə 10000 manat dəyərində qızl üzklər (3 ədəd dairəvi 585 əyarlı brilliant qaşlı üzük, 7 ədəd 750 əyarlı brilliant qaşlı qadın qızıl üzükləri, 2 ədəd tək briliant qaşlı 585 əyarlı qızıl qadın üzüyü), 1 ədəd 750 əyarlı 500 manat dəyərində gül formalı brilliant qaşlı klon, 1 ədəd 585 əyarlı 300 mant dəyərində toxunma kişi qolbağısı, 1 ədəd 750 əyarlı 200 manat dəyərində toxunma qızıl nəzik boyunbağı, 1 ədəd 750 əyarlı 1125 manat dəyərində qızıl kişi qol saatı, 1 ədəd 750 əyarlı 4000 manat dəyərində 40 brilliant qaşlı qadın üzüyü, 1 ədəd 585 əyarlı 700 manat dəyərində dördkünc kişi üzüyü, 1 ədəd 750 əyarlı 900 manat dəyərində altı brilliant qaşlı dairəvi, 1 ədəd 53 qramlıq 585 əyarlı 2000 manat dəyərində sıx toxunma qızıl boyunbağı, 2 ədəd 750 əyarlı 2800 manat dəyərində budaq formalı qaşlı qolbağı, 1 ədəd 750 əyarlı 2300 manat dəyərində yolka formalı üzəri enli brilliant qaşlı qızıl qolbağı, 1 ədəd 750 əyarlı 1500 manat dəyərində yumru brilliant qaşlı qızıl klon, 1 ədəd 585 əyarlı 400 manat dəyərində yumru top qızıl sırğa, 1 ədəd 750 əyarlı 400 manat dəyərində firuzə qaşlı brilliant qızıl sırğa, 1 ədəd 585 əyarlı 400 manat dəyərində sinəkeşmə ay naxışlı qızıl sırğa, 1 ədəd 750 əyarlı 300 manat dəyərində qadın tros boyunbağı, 1 ədəd 750 əyarlı 1700 manat dəyərində brilliant qaşlı ağ qızıl üzük, 1 ədəd ay ulduz formalı 750 əyarlı 150 manat dəyərində qızıl klon, 1 ədəd mələk formalı 750 əyarlı 150 manat dəyərində qızıl klon, 1 ədəd üzük formalı 750 əyarlı 150 manat dəyərində qızıl klon, 1 ədəd bir-birinə keçmiş halqa formalı 150 manat dəyərində qızıl klon, 6 ədəd 750 əyarlı ümumilikdə 20 qram 1800 manat dəyərində tros nazik qadın qızıl sepləri, 1 ədəd 585 əyarlı 47 qram 4700 manat dəyərində toxubnma qızıl qadın boyunbağı, 1 ədəd 585 əyarlı 400 manat dəyərində dairəvi formalı qadın qızıl üzüyü, 1 ədəd 585 əyarlı setka toxunmalı 400 manat dəyərində qadın qızıl üzüyünü, Zərərçəkmiş şəxs6 məxsus tərəqqi medalını və medalın vəsiqəsi, Zərərçəkmiş şəxs1 məxsus hərbi bileti, iki ədəd diplomu, Yeni Azərbaycan partiyasının vəsiqəsini, doğum haqqında şəhadətnaməni, Zərərçəkmiş şəxs5 məxsus xarici pasportu, məktəb şəhadətnaməsi, atestat, diplom, doğum şəhadətnaməsi, Zərərçəkmiş şəxs4 məxsus doğum haqqında şəhadətnaməni, məktəb şəhadətnaməsi, xarici pasportu, 17 ədəd təltif və diplomları, Zərərçəkmiş şəxs3 məxsus pasport, doğum haqqında şəhadətnamə, məktəb şəhadətnaməsi, Zərərçəkmiş şəxs2 məxsus doğum haqqında şəhadətnaməsini, nikah şəhadətnaməsini, attestat, evin kupçasıni və həmin yerin qonşuluğunda yerləşən torpaq sahəsinə aid çıxarışı, X2 məxsus evinin sənədlərini talamaqla Zərərçəkmiş şəxs2 ümumilkdə 571145 (beş yüz yetmiş bir min yüz qırx beş) manat dəyərində xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 (Hüseyn oğlu) qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və digər sənədini gizli olaraq talayıb zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 və istintaqa cəlb edilməsi mümkün olmayan qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2019-cu il saat 20 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin hasarından həyətə keçməklə evin plastik qapısını açma yolu ilə qanunsuz olaraq evə daxil olub evin birinci mərtəbəsində pilləkənın altında yerləşən 01 ədəd 700 manat dəyərində 120x50 sm ölçüdə olan dəmir seyfi içərisində milli manat məzənnəsi ilə dəyəri 204170 (iki yüz dörd min yüz yetmiş) manat təşkil edən 120100 (yüz iyirmi min yüz) ABŞ dollarını, 1 dəst 48000 ABŞ dolları yəni 81600 manat dəyərində qara brilliant dəsti, (1 ədəd 750 əyarlı üzəri qaşlı gül naxışlı qızıl üzükdən, 1 ədəd 750 əyarlı üzəri qaşlı gül naxışlı qızıl qolbaqdan, 1 ədəd 750 əyarlı üzəri qaşlı gül naxşlı qızıl kolyedən, 1 cüt 750 əyarlı üzəri qaşlı gül naxışlı qızıl sırğadan ibarət), 1 dəst 60000 ABŞ dolları yəni 102000 manat dəyərində yumru formalı brilliant dəsti (1 ədəd 750 əyarlı hər tərəfi qaşlı halqavari qızıl üzük, 1 ədəd 750 əyarlı hər tərəfi qaşlı halqavari qızıl qolbaqdan, 1 cüt 750 əyarlı qızılgül naxışlı üzəri qaşlı qızıl sırğadan ibarət), 1 dəst 2000 ABŞ dollar yəni 3400 manat dəyərində bənövşəyi brilliant dəsti (1 ədəd 750 əyarlı üzəri qaşlı qızılgül naxışlı qızıl üzükdən, 1 ədəd 750 əyarlı üzəri qaşlı qızılgül naxışlı qızıl qolbaqdan, 1 cüt 750 əyarlı üzəri qaşlı qızılgül naxışlı sırğadan ibarət), 1 dəst 1500 manat ABŞ dolları yəni 2550 manat dəyərində firuzəyi brilliant dəsti (1 ədəd 750 əyarlı 80-100 qaşlı S formalı üzükdən, 1 cüt 7 əyarlı üzəri qaşlı S formalı sırğadan), 1 ədəd 2000 ABŞ dolları yəni 3400 manat dəyərində tək qaşlı kənarında 31 ədəd briliant qaşlı tarakan formalı qızıl üzük, 1 ədəd 1000 ABŞ doları yəni 1700 manat dəyərində 585 əyarlı çoxlu brilliant qaşlı yumru formalı üzük, 1 ədəst 585 əyarlı 3000 ABŞ dolları yəni 5100 manat dəyərində briliant ( 1 ədəd 585 əyarlı dairə formalı qızıl sepdən, 1 cüt 585 əyarlı yarımdairə formalı üzəri qaşlı qızıl sırğadan, 1 ədəd 585 əyarlı üzəri qaşlı yarımdairə formalı qızıl üzükdən), 10000 ABŞ doları yəni 17000 manat dəyərində 585 əyarlı 1 ədəd sep üzərində 4 ədəd qızıl üzük (1 ədəd 585 əyarlı dairəvi formalı qızıl üzükdən, 1 ədəd 585 əyarlı dairəvi formalı brilliant qaşlı qızıl üzükdən, 1 ədəd 585 əyarlı gül naxışlı briliant qaşlı qızıl üzükdən, 1 ədəd 585 əyarlı buta formalı brilliant qaşlı qızıl üzükdən, 1 ədəd 585 əyarlı 57 qram tros sepdən), 1 ədəd 750 əyarlı 15000 ABŞ dolları yəni 25500 manat dəyərində 31 brilliant qaşlı qadın üzüyü, 8 ədəd 585 əyarlı ümumilikdə 80000 manat dəyərində 800 qram qızıl tros zincirvari boyunbağları, 5 ədəd 585 əyarlı brilliant qaşlı ümumilikdə 4300 manat dəyərində qadın sırğaları (1 ədəd 585 əyarlı ətəkli brilliant qaşlı qaşlı sırğa, 1 ədəd 585 əyarlı obodok formalı brilliant qaşlı sırğa, 1 ədəd 585 əyarlı qızılgül naxışlı tək brilliant qaşlı sırğa, 1 ədəd 585 əyarlı ətəkli sırğa, 1 ədəd 585 əyarlı gül formalı brilliant qaşlı sırğa), 12 ədəd ümumilikdə 10000 manat dəyərində qızl üzklər (3 ədəd dairəvi 585 əyarlı brilliant qaşlı üzük, 7 ədəd 750 əyarlı brilliant qaşlı qadın qızıl üzükləri, 2 ədəd tək briliant qaşlı 585 əyarlı qızıl qadın üzüyü), 1 ədəd 750 əyarlı 500 manat dəyərində gül formalı brilliant qaşlı klon, 1 ədəd 585 əyarlı 300 mant dəyərində toxunma kişi qolbağısı, 1 ədəd 750 əyarlı 200 manat dəyərində toxunma qızıl nəzik boyunbağı, 1 ədəd 750 əyarlı 1125 manat dəyərində qızıl kişi qol saatı, 1 ədəd 750 əyarlı 4000 manat dəyərində 40 brilliant qaşlı qadın üzüyü, 1 ədəd 585 əyarlı 700 manat dəyərində dördkünc kişi üzüyü, 1 ədəd 750 əyarlı 900 manat dəyərində altı brilliant qaşlı dairəvi, 1 ədəd 53 qramlıq 585 əyarlı 2000 manat dəyərində sıx toxunma qızıl boyunbağı, 2 ədəd 750 əyarlı 2800 manat dəyərində budaq formalı qaşlı qolbağı, 1 ədəd 750 əyarlı 2300 manat dəyərində yolka formalı üzəri enli brilliant qaşlı qızıl qolbağı, 1 ədəd 750 əyarlı 1500 manat dəyərində yumru brilliant qaşlı qızıl klon, 1 ədəd 585 əyarlı 400 manat dəyərində yumru top qızıl sırğa, 1 ədəd 750 əyarlı 400 manat dəyərində firuzə qaşlı brilliant qızıl sırğa, 1 ədəd 585 əyarlı 400 manat dəyərində sinəkeşmə ay naxışlı qızıl sırğa, 1 ədəd 750 əyarlı 300 manat dəyərində qadın tros boyunbağı, 1 ədəd 750 əyarlı 1700 manat dəyərində brilliant qaşlı ağ qızıl üzük, 1 ədəd ay ulduz formalı 750 əyarlı 150 manat dəyərində qızıl klon, 1 ədəd mələk formalı 750 əyarlı 150 manat dəyərində qızıl klon, 1 ədəd üzük formalı 750 əyarlı 150 manat dəyərində qızıl klon, 1 ədəd bir-birinə keçmiş halqa formalı 150 manat dəyərində qızıl klon, 6 ədəd 750 əyarlı ümumilikdə 20 qram 1800 manat dəyərində tros nazik qadın qızıl sepləri, 1 ədəd 585 əyarlı 47 qram 4700 manat dəyərində toxubnma qızıl qadın boyunbağı, 1 ədəd 585 əyarlı 400 manat dəyərində dairəvi formalı qadın qızıl üzüyü, 1 ədəd 585 əyarlı setka toxunmalı 400 manat dəyərində qadın qızıl üzüyünü, Zərərçəkmiş şəxs6 məxsus tərəqqi medalını və medalın vəsiqəsi, Zərərçəkmiş şəxs1 məxsus hərbi bileti, iki ədəd diplomu, Yeni Azərbaycan partiyasının vəsiqəsini, doğum haqqında şəhadətnaməni, Zərərçəkmiş şəxs5 məxsus xarici pasportu, məktəb şəhadətnaməsi, atestat, diplom, doğum şəhadətnaməsi, Zərərçəkmiş şəxs4 məxsus doğum haqqında şəhadətnaməni, məktəb şəhadətnaməsi, xarici pasportu, 17 ədəd təltif və diplomları, Zərərçəkmiş şəxs3 məxsus pasport, doğum haqqında şəhadətnamə, məktəb şəhadətnaməsi, Zərərçəkmiş şəxs2 məxsus doğum haqqında şəhadətnaməsini, nikah şəhadətnaməsini, attestat, evin kupçasıni və həmin yerin qonşuluğunda yerləşən torpaq sahəsinə aid çıxarışı, X2 məxsus evinin sənədlərini talamaqla Zərərçəkmiş şəxs2 ümumilkdə 571145 (beş yüz yetmiş bir min yüz qırx beş) manat dəyərində xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4 və 326.2-ci maddələri ilə qismən təqsirli bilərək göstərdi ki, 2019-cu ilin dekabr ayının sonlarında tanışı Tahir ona və Haydara oğurluq etməyi təklif etmişdir. Haydar bunun üçün “Niva” markalı maşın da tapmışdır. 31 dekabr 2019-cu il tarixdə Tahir və Haydarla Abşeron rayonun Digah qəsəbəsində yerləşən Tahirin dediyi evə saat 22 radələrində oğurluq etməyə getmilər. Evin işiqları həmin vaxt sönülü olmuşdur. Buna görə də evdə heç kəsin olmadığından əmin olaraq evə girmişlər. Özü evin həyətində gözləmişdir ki, gələn olduqda xəbər versin. Haydarla Tahir isə evin ikinci mərtəbəsinə balkonun qapısından içəri girmişlər və bir ədəd dəmir seyfi sürütləyərək qapıdan çıxarmışlar. Tahir maşını sürüb gətirmiş və birlikdə seyfi maşının baqajına qoyaraq aparmışlar. Daha sonra, həmin seyfi Bakı şəhəri Maştağa qəsəbəsində kirayə qaldığı evə aparmışlar. Orada seyfin qapısını Tahir açmış və seyfin içindən 12 min manat pul, qızıllar və sənədlər çıxmışdır. Qızılların dəyəri ittihamda qeyd edilən qədər deyil, az olmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 12.000 manat pulu 3 nəfər arasında bölmüşlər və ona 4.000 manat pul qalmışdır. Qızılları isə Haydarla Tahir özləri ilə aparıb aparıb 12 min manata satmışlar, ona isə “Niva” markalı maşını vermişlər, həmin maşını da o, 2.400 manata satıb pulunu götürmüşdür. Emrah isə onlarla birlikdə oğurluğa getməmiş, Emrah sonradan seyf açıldıqdan sonra gəlmiş və Emraha pul verilməmişdir. Emrah seyfi haradan əldə etdiklərini soruşmuş, onlar isə Emraha seyfi tapdıqlarını demişlər. Sonra digərləri Şahid5 ilə ölkədən Türkiyə getmiş, o, isə ölkədə qalmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, tutulduqdan sonra polislər onunla Emrahın şəkilini gördükləri üçün onu döyərək Emrahın adını çəkməyə məcbur etmişlər ki, guya Emrahda onunla birlikdə oğurluq etmişdir. Əslində isə Emrah onunla oğurluq etməmişdir. Emrah onun arvadının əmisidir və münasibtətləri yaxşı olmamışdır. Zərərçəkmiş şəxs Yusif Mikayılova onların qohumları tərəfindən 67.000 dollar və 15.000 manat pul ödənilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 10 ilə yaxındır ki, Azərbaycan Respublikasına gəlib-gedir, burada ticarətlə məşğul olmuş, yəni rayonlarda tekstil mallarını satmış, evlidir, 4 övladı vardır. Hazırda ailəsi Bakı şəhəri, Sabunçu rayonu, Çiləgər qəsəbəsində kirayə yaşayır. 2018-ci ildə Miqrasiya xidməti tərəfindən Azərbaycan Respublikasından deportasiya olunmuş, deportasiya olunduqdan sonra o, 2 ilə yaxın Gürcüstan Respublikasında yaşamışdır. 2019-ci ilin dekabr ayında Gürcüstan Respublikasında adını bilmədiyi şəxslə tanış olmuş, həmin şəxs onu 500 ABŞ doları müqabilində Gürcüstan Respublikasından Balakən rayonu ərazisinə qanunsuz olaraq keçirtmişdir. Balakən rayonundan taksi vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Çiləgər qəsəbəsində yaşayan arvadı Düyğu Orbayın əmisi oğlu Calğıcı Kamalın evinə gəlmişdir. Kamal Calğıcının evinin yaxınlığında kirayə ev tutmuş, Kamal ona köməklik edib mal vermişdir ki, alver edib pul qazansın. Kirayə ev tutduqdan sonra ailəsini kirayə tutduğu evə gətirmişdir. 2019-cu ilin dekabr ayının 25-də ona arvadının xalası oğlu Haydar Calğıcı və onun qohumları Təqsirləndirilən şəxs2 və Tahir Bektaş onlarla birlikdə oğurluq etməyi təklif etmişlər. O, onlardan haradan oğurluq edəcəyi yeri soruşmuş, onlar da ona demişlər ki, bir ev var oradan oğurluq edəcəklər. 26 dekabr 2019cu il tarixdə Haydar Calğıcı, Təqsirləndirilən şəxs2 və Tahir Bektaş onun kirayə yaşadığı evin qarşısına gəlmişlər, onlar Tahir Bektaşın idarə etdiyi «Niva» markalı avtomobillə Abşeron rayonu, Digah qəsəbəsinə yol kənarında yerləşən evə saat 21-22 radələrində baxmışlar ki, görək evdə adam varmı, evin işıqlarının yandığını görüb başa düşmüşlər ki, evdə adam var və onlar oğurluq etməmişlər. xx.xx.2019-cu il tarixdə saat 22 radələrində o, Tahir, Emrah «Niva» markalı avtomobillə evin yerləşdiyi yerə getmişlər, evin işıqlarının yandığını görüb oğurluq etməmişlər. 31 dekabr 2019-cu il tarixdə saat 19 radələrində o, Emrah, Tahir və Haydar «Niva» markalı avtomobillə Digah qəsəbəsinə getmişlər, Haydar yolun kənarında avtomobildə qalmış, o, Tahir və Emrah oğurluq edəcəkləri evin qonşuluğunda yaşayış olmayan evə keçmişlər, həmin evin pəncərəsindən həyətə daxil olmuşlar, bundan sonra o, həyətdə gözləmiş, Tahir və Emrah evə şüşəli eyvandan keçmişlər, təxminən 15-20 dəqiqə sonra Tahir və Emrah evdən göy rəngli hündür seyfi evin şüşəli eyvanından çıxardıb ondan kömək istəmişlər. O, onlara kömək edib seyfi həyətdə olan əl arabasına qoyub evin darvazasını açmışlar, o, seyfi arabada çölə çıxartmışdır, Emrah və Tahir avtomobilin dalınca getmişlər, bir neçə dəqiqə sonra onlar «Niva» markalı avtomobili evin qarşısında saxlamışlar. Onlar seyfi «Niva» markalı avtomobilin arxa ehtiyyat hissəsinə yükləmişlər, darvazanı bağlayıb, əl arabasını küçədə qoymuşlar. Onlar seyfi Bakı şəhəri, Sabunçu rayonu, Meştağa qəsəbəsində yerləşən kirayə yaşadığı evin həyətinə aparmışlar, həmin vaxt ailəsi qohumu gildə olmuş, buna görə də seyfi kirayə yaşadığı evə aparmışlar. Tahir, Emrah və Haydar evdə qalmışlar və o, yaşadığı evin yaxınlığında yerləşən tikinti materiallarının satışı obyektinə getmiş və oradan 12 manata laqunda aparatı almışdır. Aparatı evə gətirdikdən sonra seyfin yuxarı hissəsini kəsmişlər və oradan qızıl-zinət əşyaları yəni briliant kolye, üzüklər, boyunbağı çıxmış, yuxarı seyfi kəsdikdən sonra laqondanı daşı bitmiş, bundan sonra o, daş almaq üçün tikinti materialları mağazasına getmiş, 4-5 ədəd laqunda daşı alıb yaşadığı evə gəlmiş, həmin vaxt Tahir, Emrah və Haydar ona demişlər ki, seyfin aşağı gözündən 12000 manat pul çıxıb adama 3000 manat pul düşür və ona 3000 manat pul vermişlər, qızılları özləri ilə götürüb demişlər ki, «Niva» markalı avtomobili qızılların yerinə ona verib Türkiyə Respublikasına çıxıb getmişlər. Təxminən 20 gün sonra o, arvadı Duyğunu və 2 azyaşlı uşaqlarını Gürcüstan Respublikasına göndərmiş, təxminən 1 ay sonra Əliəsgər adlı şəxs onu 500 manat müqabilində Balakən rayonu ərazisindən keçirərkən sərhəd xidmətinin əməkdaşları onu tutmuşlar. Bundan sonra Balakən rayon məhkəməsi tərəfindən həbs edilmiş və 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, oğurluq etməyi ona Tahir, Emrah və Haydar adlı şəxslər təklif etmişlər. Qızılların dəyəri barədə məlumatı yoxdur, qızılların əvəzinə onun payına «Niva» markalı avtomobil düşmüş, 12.000 manat puldan isə 3000 manat pul vermişlər. Niva markalı avtomobili 2400 manata satmış və əldə etdiyi puldan 2500 ABŞ dollara Gürcüstan Respublikasından arvadı “Mercedes C” markalı avtomobil alıb gətirmişdir. Evindən oğurluq etdiklərini şəxsi tanımamış, heç bir münasibəti olmamışdır. Oğurluq vaxtı istifadəsində mobil telefon olmamış, lakin Tahirin üzərində nömrəsi yadında qalmayan mobil telefon nömrəsi olmuşdur. Seyfin içərisindən orada olarkən qızıl-zinət əşyaları çıxmış, laqunda daşı dalınca gedib gələndən sonra Tahir, Emrah və Haydar ona demişlər ki, seyfin aşağı gözündən 12000 manat pul və sənədlər çıxmışdır. Seyfi kəsdikdən sonra seyfi «Niva» markalı avtomobilin arxa saxlanc yerinə qoymuşlar, Emrah, Haydar və Tahir seyfi harasa aparmışlar. Təxminən 1 saat sonra «Niva» markalı avtomobili gətirib ona vermişlər və Türkiyə Respublikasına getdiklərini bildirmişlər. Təxminən bir həftə keçdikdən sonra Haydar ona zəng vuraraq onların artıq Türkiyə Respublikasında olduqlarını bildirmişdir. «Niva» markalı avtomobil Haydar Çalğıcıya məxsus olmuş, oğurluğa girərkən Emrah və Tahir tikinti əl cəklərindən istifadə etmişlər, oğurluq etdikləri evin qonşuluğunda yerləşən yaşayış olmayan fərdi yaşayış evinin pəncərəsindən oğurluq etdiyi evin həyətinə keçmişlər. Oğurluq etməmişdən öncə Tahir və Emrah ətrafı öyrənmişdilər, ilk olaraq da onlar yaşayış olmayan evə keçmişlər, onların dalınca isə o, keçmişdir. Oğurluq edəndən sonra o, evin darvazasını bağlayarkən video görüntüyə düşdüyünü özü də his etmiş, gectez tutulacağını bilmiş, buna görə də sərhədi qeyri qanunsuz yolla keçməyə cəhd etmişdir. (Cild 4, iş vərəqləri 107-109) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4 və 326.2-ci maddələri ilə təqsirli bilərməyərək göstərdi ki, 2008-ci ildən etibarən Azərbaycanda yaşamış və ticarətlə məşğul olmuşdur. Törədilmiş oğurluq hadisəsindən isə onun məlumatı olmamışdır. Belə ki, 31 dekabr 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixə keçən gecə evində olmuşdur. Belə ki, həmin gün saat 18 radələrində Tahir onu çağırıb yemək yeməyi təklif etmişdir. O, getməmiş və Tahir saat 01 radələrində ona yenə zəng edib Təqsirləndirilən şəxs1 evinə çağırmışdır. Orhanın evinə getdikdə orada Orhan, Tahir və Haydarı görmüş, həmçinin bir ədəd qapısı açılmış dəmir seyf və bir qədər pul görmüşdür. Lakin seyfdən qızıl-zinət əşyaları və sənədlərin çıxmasını görməmişdir. Seyfi haradan əldə etdiklərini soruşanda, onlar yolda tapdıqlarını deyib ona pul uzatmışlar. Lakin o, pulu qəbul etməmiş və oradan çıxıb getmişdir. Pulu ona “Yeni il” gecəsi olduğu üçün bara və diskotekaya getmək üçün təklif etmişlər. Daha sonra, hadisədən əvvəl danışdığı üçün qohumu Kamal Çalğıcının maşını ilə Türkiyə Respublikasına getmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 göstərdi ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 döyüldüyündən məcbur olub onun adını çəkmişdir. Onun özünə də polisdə təzyiq edilmişdir. Zərərçəkmiş şəxs Yusif Mikayılova qohumları tərəfindən pul ödənilməsindən isə xəbəri olmamış, özünü təqsirli bilmədiyindən qohumlarına bu haqda tapşırıq verməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən 10 ilə yaxındır ki, Azərbaycan Respublikasına gəlib-getmiş, burada ticarətlə məşğul olmuş, yəni rayonlarda tekstil mallarını satmışdır, evlidir, 4 azyaşlı övladı vardır. Azərbaycanda olduğu müddət ərzində ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Maştağa qəsəbəsində kirayə yaşamışdır. Maştağa qəsəbəsində onun qohumları Kamal və Orxan ailələri ilə birlikdə yaşaymışdır. Təqsirləndirilən şəxs1 onun qardaşı qızı Duyğunun əridir. Orxan da onunla birlikdə tekstil mallarının satışı ilə məşğul olmuşdur. Onlar tekstil mallarını qohumu Kamaldan və digər şəxslərdən almışlar. O, Tahir, Haydar və Orhanla birlikdə şərikinə Niva markalı avtomobil almışlar və həmin avtomobillə alver etmişlər. Səhv etmirsə avtomobil Haydarın, ya da tahirin adına idi. Onlar avtomobili 2000 manata almışlar. Orhan Azərbaycan Respublikasına qaçaq yolla keçdiyi üçün avtomobildə onda qalmış, harasa avtomobilə getmişdir ki, polislər onu saxlamasın. Təxminən 2019-cu ilin oktyabr ayında onun arvadı və uşaqları Azərbaycan Respublikasından Gürcüstan Respublikasına deport olunmuşdur. O, da onlarla birlikdə Gürcüstana getmişdir. Azərbaycanda alacaqları olduğu üçün 15-20 gün sonra yəni 2019-cu ilin dekabr ayında Azərbaycana qayıtmışdır. Sumqayıt şəhərində müvəqqəti qeydiyyata düşmüş, lakin orada daimi yaşamamış, daimi olaraq Maştağa qəsəbəsində kirayə yaşamışdır. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə keçən gecə saat 01 radələrində o, kirayə qaldığı evdə olarkən istifadəsində olan yadında qalmayan mobil telefon nömrəsinə Tahir zəng vuraraq demişdir ki, təcili olaraq Orhanın qaldığı evə gəlsin. İçəriyə daxil olanda evin həyətində Tahiri, Orhanı və Haydarı görmüş, həmin vaxtı həyətdə qapıları açıq vəziyyətdə seyf olmuş, ətrafda dağınıq vəziyyətdə sənədlərin olduğunu görmüşdür. O, onlardan nə baş verdiyini soruşmuş, Tahir və Orhan onlara demişlər ki, onlar barda yeyib-içib gələrkən çöldə seyf olduğunu görmüşlər və seyfi evə gətirmişlər, seyfi açdıqda içərisindən 1000- 12000 manat pul çıxmışdır. Tahir ona demişdir ki, onlar onunla şərik işlədikləri üçün onun payına 2000 manat pul düşür və Tahir ona 2000 manat pul verərkən o, sonuncuya pul istəmədiyini demiş, Tahir ondan nə üçün pulu götürmədiyini soruşmuş, o, da haqqı olmayan pulun ona lazım olmadığını bildirmişdir. Onlar da ona demişdir ki, «kömək elə seyfi avtomobilə qoyaq». Onlar da köməkləşib seyfi “Niva” markalı avtomobilin ehtiyat hissəsinə qoymuşlar. Bundan sonra o, oradan çıxıb qohumu Kamalın evinə getmiş və Kamaldan nə vaxt Gürcüstana gedəcəyini soruşmuşdur. Kamal ona 2-3 günə gedəcəyini bildirmişdir. O, indi getmələrini israr etmiş, Kamal içkili olduğunu, avtomobili idarə edə bilməyəcəyini, o, avtomobili özü idarə edəcəyini demişdir. Həmin vaxtı Kamalgilə Orhan, Haydar və Tahir Niva markalı avtomobilə gəlmişlər. Tahir, Haydar və Orhan onu kənara çəkib soruşmuşlar ki, «Kamala nə isə demisənmi?» O, onlara heç kimə heç bir söz deməyəcəyini bildirmişdir. Onlar da ona demişlər ki, «biz bərabər gedəcəyik». O, Kamal, Haydar və Tahir Kamalın avtomobilinə əyləşmişlər. Orhan qaçaq gəldiyi üçün onlarla birlikdə getməmişdir. Avtomobili Gürcüstan Respublikasına O, avtomobili Gürcüstan Respublikasının ərazisinə kimi sürmüş, sərhədi keçəndən sonra Tahir və Haydar avtomobildən düşüb taksiyə minərək Türkiyə Respublikasına getmişlər. O, Kamalla birlikdə Rustavi şəhərinə getmişlər, o, ailəsinin yaşadığı evə getmiş, Kamal isə əmisi oğlu Nazogildə qalmışdır. Təxminən 4-5 aya yaxın Kamal orada qalmışdır. Tiflisdə Kamal tekstil mağazası açmışdır. O, Gürcüstan Respublikasında olarkən səyyar alverlə məşğul olmuş, Batumi gömrük məntəqəsində giriş-çıxış edərkən onu Gürcüstan polisi tutub bildirmişdir ki, Azərbaycan Respublikasında axtarışdadır. Onun oğurluqda yaxından və uzaqdan heç br əlaqəsi olmamışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Orhanın həyətində olan seyfin oğurluq olduğunu fikirləşdiyindən oradan çıxıb getmişdir. (Cild 4, iş vərəqləri 122- 123) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Abşeron rayonu, Digah qəsəbəsində olan iki mərtəbəli fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs2, övladları Ləzifə, Fidan, oğlu Mikayıl və atası Mikayıl, eləcə də bacısı oğlu Elcan Hüseynov ilə birlikdə yaşamışlar. 31 dekabr 2019-cu il tarixdə saat 15:30 bacısın əri Zərərçəkmiş şəxs6 və ailə üzvləri ilə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yaşayan digər bacısının evinə “Yeni il” bayramını qeyd etməyə getmişlər. 01 yanvar 2020-ci il tarixdə gecə saat 02 radələrində oğlu Mikayıla atasının yorulduğunu və onu evə aparmasını demişdir. Təxminən 10 dəqiqə sonra oğlu ona zəng vuraraq yaşadıqları evin darvazasının çölə açılmadığını, darvazanın 10 metrə yaxınlığında isə əl arabasının küçədə olmasını demişdir. Dərhal evindən oğurluq olduğunu hiss edərək ailə üzvləri ilə evə getmişdir. Bu zaman evin birinci mərtəbəsində pilləkənin altında olan dəmir seyfin olmadığını görmüşlər. Həmin seyfin içərisində 120.100 ABŞ dolları, 3.000 manat pul, 200.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları, bacısına məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin sənədləri, yoldaşına məxsus ünvan 2 ünvanının kupçası, yaşadığı evin kupçası, bacısı X2 məxsus Bakı şəhəri, Səbayıl rayonu 20-ci sahədə yerləşən torpaq sahəsinin sənədləri, ona aid şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, doğum şəhadətnaməsi, qızı Zərərçəkmiş şəxs5 aid pasport, şəhadətnamə, atestat, diplom, doğum şəhadətnaməsi, atası Zərərçəkmiş şəxs3 aid pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, anasının ölüm şəhadətnaməsi, qızı Zərərçəkmiş şəxs4 aid doğum şəhadətnaməsi, pasport, sürücülük vəsiqəsi, oğlu Zərərçəkmiş şəxs3 aid doğum şəhadətnaməsi, şəhadətnamə, pasport, diplom, arvadı Zərərçəkmiş şəxs2 aid pasport, doğum şəhadətnaməsi, bacısı X2 aid sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi oğurlanmışdır. O, ifadəsinə göstərmişdir ki, oğurluq nəticəsində ailəsinə 547.170 manat məbləğində maddi ziyan dəymişdir. Həmin valyutadan 120.000 dollar Rusiyada yaşayan bacısı tərəfindən saxlanılması üçün ona verilmiş, həmçinin bacısının da qızıl-zinət əyaları da olmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs1 qohumları tərəfindən ona 67.000 min dollar və Azərbayn manatı olmaqla ümumilikdə 130.000 manat pul ödənilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 əri Zərərçəkmiş şəxs3la oxşar məzmunlu ifadə verməklə ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə baş vermiş oğurluq hadisəsi zamanı həqiqətən evlərindən bir ədəd dəmir seyf götürülmüş və həmin seyfin içərisində 120.100 ABŞ dolları, 3.000 manat pul, 200.000 ABŞ dolları dəyərində qızıl zinət əşyaları, yəni 01 komplekt 750 əyarlı brilyant qaşlı qızıl boyunbağı, sırğa, üzük, qolbağı, 01 komplekt 750 əyarlı brilyant qaşlı yumru formalı qızıl qolbaq, sırğa, üzük, 01 komplekt qara rəngli brilyant qaşlı 750 əyarlı gül naxışlı qızıl üzük, qolbaq, sırğa, 01 komplekt 750 əyarlı briliyant qaşlı qızıl sırğa, üzük, 01 komplekt 750 əyarlı qızıl boyunbağı üzərində 04 ədəd üzük, ümumi çəkisi 2 qr. olan 585 əyarlı qızıl üzük, boyunbaq, qolbaq, 01 ədəd 585 əyarlı qızıl saat, 01 ədəd 750 əyarlı briliyant qaşlı üzük, boyunbağı, 02 ədad 750 əyarlı qızıl qolbaq, 02 ədəd 750 əyarlı qızıl kişi üzüyü, 02 ədəd 750 əyarlı briliyant qaşlı qadın üzük, 01 ədəd 585 əyarlı boyunbaq, 01 ədəd 750 əyarlı sırğa, 03 ədəd 585 əyarlı sırğa, baldızına məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin sənədləri, ona məxsus ünvan 2 ünvanının kupçası, yaşadığı evin kupçası, baldızı X2 məxsus Bakı şəhəri, Səbayıl rayonu 20-ci sahədə yerləşən torpaq sahəsinin sənədləri, əri Zərərçəkmiş şəxs1 aid şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, doğum şəhadətnaməsi, qızı Zərərçəkmiş şəxs5 aid pasport, şəhadətnamə, attestat, diplom, doğum şəhadətnaməsi, qaynatası Zərərçəkmiş şəxs3 aid pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, qaynanasının ölüm şəhadətnaməsi, qızı Zərərçəkmiş şəxs4 aid doğum şəhadətnaməsi, pasport, sürücülük vəsiqəsi, oğlu Zərərçəkmiş şəxs3 aid doğum şəhadətnaməsi, şəhadətnamə, pasport, diplom, ona aid pasport, doğum şəhadətnaməsi, baldızı X2 aid sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi olmuşdur. Oğurluq nəticəsində onun ailə üzvlərinə ümumilikdə 547.170 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, şahid qismində dindirilmiş Şahid1, eləcə də ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 da Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la oxşar məzmunlu ifadələr verməklə onların ifadələrində göstərdikləri xüsusatları, yəni ailələrinə məxsus ümumilikdə 547.170 manat məbləğində əmlaklarının, eləcə də sənədlərin oğurluq nəticəsində talandığını bir daha təsdiq etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 13 dekabr 2019-cu il tarixdə yaşadığı Rusiya Federasiyasından Bakı şəhərinə gəlmişdir. Onun Bakı şəhərinə gəlməkdə məqsədi Bakı şəhərində qaynı Zərərçəkmiş şəxs1 evində yaşayan və Bakı şəhərində təhsil alan oğlu X8 baş çəkmək olmuşdur. 31 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 və onun ailə üzvləri ilə olan qohumları ilə birlikdə “Yeni il” bayramını qeyd etmək üçün qonaq getmişlər. Sonra Yusifin atası Mikayıl yorulduğundan evə getmək istədiyini deyib nəvəsi ilə getmişdir. Onlar evə getdikdən sonra evə oğru girdiyi və evdən seyfin götürüldüyü məlum olmuşdur. Zərərçəkmiş şəxs6 həmçinin ifadəsində göstərmişdir ki, Yusifin evində olan seyfdə oğurlanmış valyuta, pul və qızıl-zinət əşyaları ilə birlikdə özünə məxsus tərəqqi medalı və medalın vəsiqəsi də talanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 da oğurluq hadisəsinin baş verməsi ilə bağlı Zərərçəkmiş şəxs6la oxşar məznunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə ona zəng olunmuş və zəng edən şəxs onun adında qeydiyyatda qalan “Niva” markalı avtomobilə etibarnamə verilməsini xahiş etmiş, o da buna etiraz etməmişdir. Bundan sonra o, dayısı oğlu Şahid4 ilə notariusa getmiş və orada 4 nəfər şəxs görmüşdür. Onlardan biri Türk milliyyətindən olmuşdur. Belə ki, həmin türk orta boylu, qara bəniz, saqqallı təxminən 30-35 yaşlı şəxs idi, onun əynində cins şalvar, ağ rəngli corab, qara rəngli ayaqqabı və rəngi yadında qalmayan gödəkcəsi olmuşdur. Həmin şəxsi görsə tanıyar. O, notariat kontorunda adı yadında qalmayan şəxsə “Niva” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə vermişdir. Ona zəng vuran orta yaşlı şəxs hörmət mənasında ona 20 manat benzin pulu vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3lə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 31 dekabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında küçənin yuxarı tərəfində vulkanizasiyanın yanında dayanıb siqaret çəkmiş, bir az dayanandan sonra yaxınlıqda yerləşən «OBA» marketə daxil olmuş ki, su alsın, su alandan sonra küçəyə çıxanda «OBA» marketin qarşısından üzü Məmməddi kəndi istiqamətində dövlət qeydiyyat nişanı olmayan ağ rəngli «Niva» markalı avtomobilin dayandığını görmüş, avtomobilin dövlət qeydiyyat nişanı olmadığı üçün avtomobil onun diqqətini çəkmiş, avtomobilin içərisində əvvəllər tanımadığı 4 nəfər təxminən 30-40 yaş arasında kişilərin olmuş, həmin şəxslərin harasa baxdığını görmüşdür. Həmin şəxsləri yaşadığı ərazidə heç vaxt görməmiş, ilk dəfə görmüşdür. O «OBA» marketdən çıxıb təkər düzəldilən yerin yaxınlığına gedib dayanıb siqaret çəkmiş, sonra da yaşadığı evə getmişdir. Təxminən saat 20-22 radələrində küçəyə çıxmış ki, görsün qonşulardan kimsə küçədə varsa söhbət etsin. Küçədə heç kimin olmadığını görüb məhələnin baş tərəfində dayanıb siqaret çəkən vaxt Axundov küçəsindən «Niva» markalı avtomobilin çıxdığını görmüş, avtomobilin dövlət qeydiyyat nişanı olmamış, həmin vaxt avtomobilin içərisində 4 nəfər sərnişin olduğunu və avtomobilin yüklü olduğunu görmüşdür. Həmin avtomobili o günorta saatlarında gördüyü üçün avtomobil yenə də onun diqqətini çəkmişdir. O, bir az fikrə getmiş və özlüyümdə düşünmüş ki, bu avtomobil nəyə görə təkrar yaşadığı məhləyə nömrəsiz gəlsin. Avtomobilin ara küçədən surətlə çıxıb üzü Məmmədli kəndi istiqamətində getmişdir. Səhəri gün saat 13 radələrində qonşulardan eşitmiş ki, onun qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 evindən seyf oğurlanıb və seyfin içərisində qızl-zinət əşyaları və pul olmuşdur. O, dərhal başa düşmüş ki, dünən məhəllədə gördüyü dövlət qeydiyyat nişanı olmayan avtomobildə olan şəxslər Zərərçəkmiş şəxs1 evindən oğurluq ediblər. Polislər hadisəni görənlər barədə maraqlandıqdan sonra o, polisə gördükləri barədə məlumat vermişdir. Daha sonra o, məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, avtomobilin şüşələri açıq olduğundan ön sağ oturacağında oturan Təqsirləndirilən şəxs2 tanımışdır. Avtomobilin arxasında isə dəmirə oxşar nə isə əşya olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 15 ilə yaxın müddətdə Azərbaycan Respublikasında ailə üzvləri ilə birlikdə yaşamaqla ticarətlə məşğul olur. Təqsirləndirilən şəxs1 təxminən 3 ilə yaxın tanımışdır. Orhan onun tekstil mallarını Azərbaycanın rayonlarında satmışdır. Təqsirləndirilən şəxs1 başqa onun təxminən 30 nəfər işçisi var. Həmçinin Gürcüstan Respublikasında onun tekstil fabriki olduğundan mütəmadi olaraq ora gedib-gəlmişdir. 01 yanvar 2020-ci il tarixdə saat 01 radələrində işçisi Türkiyə Respublikasının vətəndaşı Bədoş ona zəng vurub ondan Gürcüstan Respublikasına gedib-getməyəcəyini soruşmuş, o, Bədoşa gedəcəyini və bir saata çıxacağını bildirmişdir. Buna görə də bütün işçilər onun Gürcüstan Respublikasına gedəcəyən bilmişdir. Bundan sonra o, Haydar, Emrah, Tahir və Bədoşun kirayə qaldıqları Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən evə idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə getmiş, təxminən saat 03 radələrində onları idarə etdiyi avtomobillə Qırmızı körpü adlanan əraziyə aparmış, onlar sərhəd keçid məntəqəsini piyada keçmişlər, o, isə İdarə etdiyi avtomobillə keçmişdir. Bundan əlavə o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 polis tərəfindən tutulmasını sonra bilmiş, adlarını qeyd etdiyi şəxslər onun işçiləri olmuş və onların oğurluq etmələri barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Kamal Çalğıcı vasitəsi ilə səyyar tekstil mallarının satışı ilə bağlı Orhan, Emrah, Tahir və Haydarı tanımış, onların oğurluq etmələri barədə məlumatı olmamış və yalnız tutulduqdan sonra vəkil tapmağa köməklik etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərişdi ki, Təqsirləndirilən şəxs1 onun qayını Ercanın doğma oğludur. Özünün üç oğlu Azərbaycanda ailə qurduğundan tez-tez Azərbaycana gəlmişdir. Orahan Orbayın oğurluqla əlaqədar həbs edildiyini bildikdən sonra bir qohum kimi kömək üçün evindən oğurluq olan Yusifi tapmış və ona ziyanın ödənilməsinə vasitəçilik etmişdir. Yusif ona demişdir ki, ziyanın bir qismi ödənilsə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olmayacaqdır. Bundan sonra, Orhanın və Emrahın qohumları Türkiyə Respublikasından 115.000 manatayaxın pul göndərmişlər o, həmin pulu Yusifə məxsus Abşeron rayonu Digah qəsəbəsində yerləşən evində qohumları Səhər, tanışı Nadim və Duyğu ilə birlikdə vermişdir. O, Yusifə 67.000 dollar və 1.800 Azərbaycan manatı vermiş, Yusif isə kağıza imza etməklə Orhan və Emrahdan şikayətçi olmayacağını vəd etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Səhər Gülər də Şərifə Orbay ilə oxşar məzmunlu ifadə verməklə Yusif Hüseynona 60.000 ABŞ dollarından artıq pul verilməsini və Yusifin Orhanın və Əmrahın buraxılmalarına kömək edəcəyinə vəd verdiyini göstərmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış 01 yanvar 2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.20219cu il tarixdə onun yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evində ba. Vermiş oğurluq hadisəsi nəticəsində 120.100 ABŞ dolları dəyərində xarici valyuta və 200.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. İş materiallarında olan 20 yanvar 2020-ci il tarixli baxış protokolundan görünür ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində aşkar olunmuş bir ədəd dəmir seyfə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Hadisə yerinə baxış zamanı xarici müşahidə kameralarından götürülmüş videogörüntüyə məhkəmədə tərəflərin iştirakı ilə baxılarkən, kişi cinsli şəxsin hərəkət etməsi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs1 videogörüntülərdə olan şəxsin özü olmasını və oğurluq hadisəsi zamanı qeydə alındığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-portrert ekspertizasınınn 10 avqust 2020-ci il tarixli 3/798 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş videogörüntülərdən çıxarılmış fotoşəkillərdə və eksperimental nümunələrdə əks olunmuş şəxsin (Təqsirləndirilən şəxs1) xarici görünüşünün bir neçə elemnet əlamətləri bir-biri ilə uyğunluq təşkil edir. (Cild 1, iş vərəqləri 166-172) Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021ci il tarixli 773 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Ercan oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 Ercan oğlunun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 Ercan oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs2 Ercan oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 Ercan oğlu hadisəni törədərkən etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 Ercan oğlu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs2 Ercan oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 Ercan oğlu özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs2 Ercan oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 3, iş vərəqləri 128-129) Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 780 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hadisəni törədərkən etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 3, iş vərəqləri 130-131) Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən təzyiq altında ifadə vermələri, Təqsirləndirilən şəxs2 ümumiyyətlə oğurluqda iştirak etməməsi, ittihamda qeyd edilən məbləğdə deyil daha az dəyərdə xarici valyuta, pul və qızıl-zinət əşyaların talanması eləcə də özlərini müdafiə ilə bağlı ifadələrində göstərdiyi digər xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqelərinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi kimi, hadisədən bilavasitə sonra Təqsirləndirilən şəxs1 və cinayətin digər iştirakçıları olan evə gəlməsi, orada seyfi və oöurlanmış pulları görməsi, ona oğurlanmış puldan bir qisminin təklif olunması, eləcə də cinayətin digər iştirakçıları ilə dərhal Türkiyə getməsi onun cinayətdə iştirak etməsindən dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiələri üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 29 dekabr 2021-ci il tarixli qərarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadə işin hallarına uyğun olduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə xüsusilə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evlidirlər və onların himayələrində azyaşlı uşaqları vardır. Bundan başqa, iş materiallarından və Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi məlumata əsasən bəlli olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qohumları tərəfindən iş üzrə vurulmuş maddi ziyanın 130.000 manat hissəsi Zərərçəkmiş şəxs1 ödənilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən təqsirləndirilən şəxslərin himayələrində azyaşlı uşaqlarının olması və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməklə ziyanın əhəmiyyətli hissəsinin aradan qaldırılması onların cəzalarını yüngülləşdirən hallar hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum edilməmişdir.. Bundan başqa, həmin tələbnamənin cavabından və müvafiq məhkəmə hökmü və qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Balakən rayon məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 ay 28 gün müddətinə endirilmişdir. 08 iyun 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 2, iş vərəqləri 60-79, 87-98) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələri ilə müəyyən edilmiş qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bundan başqa, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli 31 dekabr 2019-cu il tarixdə törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən 2 il müddəti ilə hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə onlar həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə barələrində aparılan cinayət təqibinə xitam verilməsini xahiş etməmişlər. Məhkəmə cinayət qanunvericiliyinin həmin maddələrini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə isə onlar təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün onlara cəza təyin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Balakən rayon məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarı ilə dəyişdirilərək 5 ay 28 gün müddəti müəyyən edilmiş azadlıqdan məhrum edilmə cəzası, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə tam toplanılaraq onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının çəkilməsi nəzərə alınaraq həmin müddət ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 isə 10 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən etməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd dəmir seyf sahibinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, 01 (bir) ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 331,69 manat dəyərində ekspertiza xərci Təqsirləndirilən şəxs1 165 manat 85 qəpik məbləğində, Təqsirləndirilən şəxs2 da 165 manat 85 qəpik məbləğində tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Təqsirləndirilən şəxslər tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia ərizəsində vurulmuş maddi zərərə görə 455.445 (dörd yüz əlli beş min dörd yüz qırx beş) manat və mənəvi zərərə görə 5.000 (beş min) manat olmaqla ümumilikdə 460.445 (dörd yüz altmış min dörd yüz qırx beş) manat pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini xahiş etmişdir. Həmin mülki iddia məhkəmə tərəfindən qəbul edilərək iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs2 mülki iddiaçı, təqsirləndirilən şəxslər isə mülki cavabdehlər kimi tanınmışlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, həmin Məcəllənin 179.2-ci maddəyə əsasən isə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də eyni Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə verilmiş mülki iddia ərizəsində mənəvi ziyanla bağlı irəli sürülən tələbləri təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, irəli sürülən tələb kifayət qədər əsaslandırılmamış, istintaqla cinayətin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa digər iki şəxs tərəfindən törədilməsi müəyyən edilsə də və təqsirləndirilən şəxslərin qohumları tərəfindən ümumilikdə 115.700 manat dəyərində maddi ziyan ödənilsə də qalan 455.445 manat məbləğində maddi ziyanın da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulması xahiş edilmiş, zərərçəkmiş şəxsin əri Zərərçəkmiş şəxs1 məhkəmədə onlara vurulmuş ziyanın 130.000 manat hissəsinin ödənilməsinin göstərilməsinə münasibət bildirilməmiş, iddia bir neçə cavabdehə verildiyi halda onların hər birinə qarşı yönələn tələb göstərilməmişdir. Başqa sözlə, konkret kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verilməsi göstərilməmiş, zərərin ödənilməsi üçün hər bir cavabdehdən konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş qeyd olunmamışdır. «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndində də qeyd olunmuşdur ki, mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı, ona mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə vurulmuş ziyanı tələb etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 05 mart 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinsin və ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Balakən rayon məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarı ilə dəyişdirilərək 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddəti müəyyən edilmiş azadlıqdan məhrum edilmə cəzası, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə tam toplanılsın və onun üzərində qəti olaraq 10 (on) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 tərəfindən Balakən rayon məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarı ilə dəyişdirilərək 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddəti müəyyən edilmiş azadlıqdan məhrum edilmə cəzasının çəkilməsi nəzərə alınaraq həmin müddət ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) il müddətində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 08 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinsin və ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd seyf sahibinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 01 (bir) ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 165 manat 85 qəpik məbləğində, Təqsirləndirilən şəxs2 da 165 manat 85 qəpik məbləğində ekspertiza xərci tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın, mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə vurulmuş ziyanı tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar