Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-54/2024 03.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi- Nümayəndə, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Zerti kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsndə ekspeditor vəzifəsində işləyərkən, vəzifəli şəxs kimi informasiya resurslarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır. Belə ki, o, müxtəlif ad, çeşid və miqdarda şirniyyat və quru qida məhsullarının istehsalını və satışını həyata keçirən Zərərçəkmiş şəxs ekspeditoru vəzifəsində işləyərkən Cəmiyyətlə aralarında bağlanmış 16 iyun 2016-cı il əmək və 01 avqust 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə, habelə vəzifə təlimatına əsasən ona həvalə edilmiş bölgədə müəssisəyə məxsus ərzaq mallarının topdan və pərakəndə satışını təşkil etmək, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübariz olmaq, ticarət şəbəkələrində MMC-yə məxsus malların satışına nəzarət etmək, satılmış malların pullarını vaxtında alıb müəssisənin kassasına təhvil vermək, ticarət şəbəkələrində hər hansı bir obyektin işləməməsi və ya bağlanması barədə vaxtında xəbər tutaraq orada olan satılmış malların pullarını almaq, satılmamış malların geri qaytarılmasını təmin etmək, verilən plan və tapşırıqların cavabdeh olduğu hər bir satış nöqtəsi üzrə doğru yerinə yetirilməsinə nail olmaq, heç bir maliyyə pozuntusuna yol verməmək, vədəsi çatan müştəri borclarını analiz edib vaxtında mədaxil olunmasını təmin etmək və öhdəsində olan maddi sərvətlərlə bağlı məsul şəxs kimi müqavilədə və təlimatda qeyd olunan digər öhdəlikləri yerinə yetirməyi üzərinə götürdüyü halda, həmin müqaviləyə əsasən maddi-məsul şəxs kimi Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində olan malları Bakı şəhəri ərazisində fəaliyyət göstərən ona təhkim olunmuş ticarət obyektlərinə Cəmiyyət tərəfindən müəyyən edilmiş qiymətlərə sataraq əldə etdiyi satış pulunu Cəmiyyətin xəzinəsinə mədaxil etməli olduğu halda, ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə ələ keçirməklə talayıb qanunsuz qazanc əldə etmək qərarına gəlmiş, bu məqsədlə öz qulluq mövqeyindən istifadə edərək Bakı şəhəri ərazisində fəaliyyət göstərən daimi müştərilərə satılması üçün, həmin müştərilər tərəfindən ona verilmiş sifarişlər barədə məlumatları terminal vasitəsi ilə MMCyə ötürməsi prosesində, Zərərçəkmiş şəxs MMC-dən satış üçün şirniyyat və quru qida məhsulları qəbul edən, Cəmiyyətlə ticarət münasibətlərində olan daimi müştərilərin adından faktiki olaraq mal sifariş vermədikləri halda, guya, ona şirniyyat məhsulları sifariş vermələri barədə məlumatları post terminal vasitəsi ilə MMC-yə ötürməklə, tamah niyyəti ilə, fəaliyyət sahəsinə aid edilmiş, vəzifəli şəxs kimi informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edərək, habelə satışının və satışdan əldə olunmuş gəlirinin daha yüksək olması üçün Cəmiyyətin direktorunun, satış müdirinin, marketing müdirinin hər hansı bir yazılı və ya şifahi tapşırığı olmadan, onlardan xəbərsiz Cəmiyyətlə ticarət münasibətlərində olan bir sıra müştərilərə Cəmiyyət tərəfindən müəyyən edilməmiş, rəsmi hesab fakturalarında göstərilməyən endirimlər etməklə və hədiyyə qismində mal verməklə 08 aprel 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək olan müddət ərzində rəsmi sənəd olan hesab fakturaları əsasında, yəni xx.xx.2021-ci il tarixli 652220-1326 nömrəli hesab fakturası ilə 801,51 manat, xx.xx.2021-ci il tarixli 652220-1327 nömrəli hesab fakturası ilə 126,82 manat, xx.xx.2021-ci il tarixli 652220-1330 nömrəli hesab fakturası ilə 552,08 manat, xx.xx.2021-ci il tarixli 652220-1331 nömrəli hesab fakturası ilə 12,42 manat, xx.xx.2021-ci il tarixli 652220-1332 nömrəli hesab fakturası ilə 74,49 manat, xx.xx.2021-ci il tarixli 652220-1335 nömrəli hesab fakturası ilə 169,63 manat, xx.xx.2021-ci il tarixli 652220- 1336 nömrəli hesab fakturası ilə 469,94 manat, xx.xx.2021-ci il tarixli 652220- 1337 nömrəli hesab fakturası ilə 353,29 manat, xx.xx.2021-ci il tarixli 652220-1338 nömrəli hesab fakturası ilə 90,19 manat, xx.xx.2021-ci il tarixli 652220-1339 nömrəli hesab fakturası ilə 64,73 manat, xx.xx.2021-ci il tarixli 652220-1347 nömrəli hesab fakturası ilə 128,90 manat, xx.xx.2021-ci il tarixli 652220-1340 nömrəli hesab fakturası ilə 203,59 manat, xx.xx.2021-ci il tarixli 652220-1344 nömrəli hesab fakturası ilə 403,45 manat, xx.xx.2021-ci il tarixli 652220-1345 nömrəli hesab fakturası ilə 22,67 manat, xx.xx.2021-ci il tarixli 652220-1346 nömrəli hesab fakturası ilə 281,58 manat, xx.xx.2021-ci il tarixli 652220-1351 nömrəli hesab fakturası ilə 101,46 manat, xx.xx.2021-ci il tarixli 652220- 1352 nömrəli hesab fakturası ilə 410,40 manat, xx.xx.2021-ci il tarixli 652220-1354 nömrəli hesab fakturası ilə 153,51 manat, xx.xx.2021-ci il tarixli 652220-1356 nömrəli hesab fakturası ilə 366,82 manat, xx.xx.2021-ci il tarixli 652220-1360 nömrəli hesab fakturası ilə 68,72 manat, xx.xx.2021-ci il tarixli 652220-1362 nömrəli hesab fakturası ilə 553,49 manat, xx.xx.2021-ci il tarixli 652220- 1363 nömrəli hesab fakturası ilə 31,20 manat, xx.xx.2021-ci il tarixli 652220-1364 nömrəli hesab fakturası ilə 177,00 manat, xx.xx.2021ci il tarixli 652220-1365 nömrəli hesab fakturası ilə 316,85 manat, xx.xx.2021-ci il tarixli 652220-1368 nömrəli hesab fakturası ilə 1376,68 manat, xx.xx.2021-ci il tarixli 652220- 1374 nömrəli hesab fakturası ilə 151,35 manat, xx.xx.2021-ci il tarixli 652220-1376 nömrəli hesab fakturası ilə 71,76 manat, xx.xx.2021-ci il tarixli 652220-1378 nömrəli hesab fakturası ilə 676,81 manat, xx.xx.2021-ci il tarixli 652220-1380 nömrəli hesab fakturası ilə 214,00 manat, xx.xx.2021-ci il tarixli 652220-1382 nömrəli hesab fakturası ilə 23,64 manat, xx.xx.2021-ci il tarixli 652220-1385 nömrəli hesab fakturası ilə 733,87 manat, xx.xx.2021-ci il tarixli 652220-1386 nömrəli hesab fakturası ilə 169,07 manat, xx.xx.2021ci il tarixli 652220-1388 nömrəli hesab fakturası ilə 928,88 manat, xx.xx.2021-ci il tarixli 652220-1389 nömrəli hesab fakturası ilə 247,91 manat, xx.xx.2021-ci il tarixli 652220- 1390 nömrəli hesab fakturası ilə 241,31 manat, xx.xx.2021-ci il tarixli 652220-1391 nömrəli hesab fakturası ilə 401,60 manat, 11,05.2021-ci il tarixli 652220-1392 nömrəli hesab fakturası ilə 554,09 manat, xx.xx.2021-ci il tarixli 652220-1393 nömrəli hesab fakturası ilə 124,80 manat, xx.xx.2021-ci il tarixli 652220-1394 nömrəli hesab fakturası ilə 124,80 manat, xx.xx.2021-ci il tarixli 652220-1395 nömrəli hesab fakturası ilə 156,00 manat, xx.xx.2021-ci il tarixli 652220-1404 nömrəli hesab fakturası ilə 276,70 manat, xx.xx.2021ci il tarixli 652220-1406 nömrəli hesab fakturası ilə 464,45 manat, xx.xx.2021-ci il tarixli 652220-1408 nömrəli hesab fakturası ilə 180,79 manat, xx.xx.2021-ci il tarixli 652220- 1414 nömrəli hesab fakturası ilə 521,01 manat, xx.xx.2021-ci il tarixli 652220 1415 nömrəli hesab fakturası ilə 1180,01 manat, xx.xx.2021- ci il tarixli 652220-1416 nömrəli hesab fakturası ilə 124,80 manat, xx.xx.2021-ci il tarixli 652220-1417 nömrəli hesab fakturası ilə 380,47 manat, xx.xx.2021-ci il tarixli 652220-1418 nömrəli hesab fakturası ilə 63,41 manat, xx.xx.2021-ci il tarixli 652220-1419 nömrəli hesab fakturası ilə 63,41 manat, xx.xx.2021-ci il tarixli 652220-1421 nömrəli hesab fakturası ilə 190,24 manat, xx.xx.2021ci il tarixli 652220-1424 nömrəli hesab fakturası ilə 124,80 manat, xx.xx.2021-ci il tarixli 652220-1425 nömrəli hesab fakturası ilə 795,10 manat, xx.xx.2021-ci il tarixli 652220- 1426 nömrəli hesab fakturası ilə 169,07 manat, xx.xx.2021-ci il tarixli 652220-1427 nömrəli hesab fakturası ilə 59,90 manat, xx.xx.2021-ci il tarixli 652220-1429 nömrəli hesab fakturası ilə 741,23 manat, xx.xx.2021-ci il tarixli 652220-1431 nömrəli hesab fakturası ilə 207,36 manat, xx.xx.2021-ci il tarixli 652220-1432 nömrəli hesab fakturası ilə 15,90 manat, xx.xx.2021-ci il tarixli 652220-1435 nömrəli hesab fakturası ilə 102,60 manat, xx.xx.2021-ci il tarixli 652220-1436 nömrəli hesab fakturası ilə 330,88 manat, xx.xx.2021cİ İl tarixli 652220-1444 nömrəli hesab fakturası ilə 333,75 manat, xx.xx.2021-ci il tarixli 652220-1450 nömrəli hesab fakturası ilə 74,10 manat, xx.xx.2021-ci il tarixli 652220-1451 nömrəli hesab fakturası ilə 927,31 manat, xx.xx.2021-ci il tarixli 652220- 1452 nömrəli hesab fakturası ilə 32,25 manat, xx.xx.2021-ci il tarixli 652220-1453 nömrəli hesab fakturası ilə 10,25 manat, xx.xx.2021-ci il tarixli 652220-1454 nömrəli hesab fakturası ilə 20,72 manat, xx.xx.2021-ci il tarixli 652220-1455 nömrəli hesab fakturası ilə 120,11 manat, xx.xx.2021-ci il tarixli 652220-1456 nömrəli hesab fakturası ilə 1146,01 manat, xx.xx.2021ci il tarixli 652220-1457 nömrəli hesab fakturası ilə 340,18 manat, xx.xx.2021-ci il tarixli 652220-1458 nömrəli hesab fakturası ilə 98,26 manat, xx.xx.2021-ci il tarixli 652220-1459 nömrəli hesab fakturası ilə 32,82 manat, xx.xx.2021-ci il tarixli 652220- 1460 nömrəli hesab fakturası ilə 772,92 manat, xx.xx.2021-ci il tarixli 652220-1464 nömrəli hesab fakturası ilə 943,66 manat, xx.xx.2021-ci il tarixli 652220-1468 nömrəli hesab fakturası ilə 133,61 manat, xx.xx.2021-ci il tarixli 652220-1476 nömrəli hesab fakturası ilə 201,60 manat, xx.xx.2021-cİ il tarixli 652220-1477 nömrəli hesab fakturası ilə 777,12 manat, xx.xx.2021-ci il tarixli 652220-1478 nömrəli hesab fakturası ilə 17,85 manat, xx.xx.2021-ci il tarixli 652220-1479 nömrəli hesab fakturası ilə 1415,02 manat, xx.xx.2021- ci il tarixli 652220-1480 nömrəli hesab fakturası ilə 243,36 manat, xx.xx.2021-ci il tarixli 652220- 1481 nömrəli hesab fakturası ilə 52,08 manat, xx.xx.2021-ci il tarixli 652220-1482 nömrəli hesab fakturası ilə 247,11 manat, xx.xx.2021-ci il tarixli 652220-1483 nömrəli hesab fakturası ilə 508,72 manat, xx.xx.2021-ci il tarixli 652220-1484 nömrəli hesab fakturası ilə 33,91 manat, xx.xx.2021-ci il tarixli 652220-1485 nömrəli hesab fakturası ilə 16,96 manat, xx.xx.2021-ci il tarixli 652220-1489 nömrəli hesab fakturası ilə 1009,84 manat, xx.xx.2021ci il tarixli 652220-1490 nömrəli hesab fakturası ilə 364,80 manat, xx.xx.2021-ci il tarixli 652220-1491 nömrəli hesab fakturası ilə 321,00 manat, xx.xx.2021-ci il tarixli 652220- 1492 nömrəli hesab fakturası ilə 597,90 manat, xx.xx.2021-ci İl tarixli 652220-1493 nömrəli hesab fakturası ilə 290,40 manat, xx.xx.2021-ci il tarixli 652220-1494 nömrəli hesab fakturası ilə 78,00 manat, xx.xx.2021-ci il tarixli 652220-1495 nömrəli hesab fakturası ilə 78,00 manat, xx.xx.2021-ci il tarixli 652220-1498 nömrəli hesab fakturası ilə 336,20 manat, xx.xx.2021-ci il tarixli 652220-1502 nömrəli hesab fakturası ilə 339,26 manat, xx.xx.2021-ci il tarixli 652220-1504 nömrəli hesab fakturası ilə 15,60 manat, xx.xx.2021-ci il tarixli 652220-1505 nömrəli hesab fakturası ilə 401,24 manat, xx.xx.2021ci il tarixli 652220-1506 nömrəli hesab fakturası ilə 145,08 manat, xx.xx.2021-ci il tarixli 652220-1507 nömrəli hesab fakturası ilə 14,51 manat, xx.xx.2021-ci il tarixli 652220-1508 nömrəli hesab fakturası ilə 413,52 manat, xx.xx.2021-ci il tarixli 652220-1509 nömrəli hesab fakturası ilə 60,64 manat, xx.xx.2021-ci il tarixli 652220-1512 nömrəli hesab fakturası ilə 600,52 manat, xx.xx.2021-ci il tarixli 652220-1514 nömrəli hesab fakturası ilə 14,98 manat, xx.xx.2021-ci il tarixli 652220-1515 nömrəli hesab fakturası ilə 14,82 manat, xx.xx.2021-ci il tarixli 652220-1516 nömrəli hesab fakturası ilə 15,60 manat, xx.xx.2021-ci il tarixli 652220-1517 nömrəli hesab fakturası ilə 735,40 manat, xx.xx.2021-ci il tarixli 652220-1522 nömrəli hesab fakturası ilə 200,81 manat, xx.xx.2021-ci il tarixli 652220- 1523 nömrəli hesab fakturası ilə 216,78 manat, xx.xx.2021-ci il tarixli 652220-1524 nömrəli hesab fakturası ilə 405,59 manat, xx.xx.2021-ci il tarixli 652220-1525 nömrəli hesab fakturası ilə 246,10 manat, xx.xx.2021-ci il tarixli 652220-1527 nömrəli hesab fakturası ilə 1039,59 manat, xx.xx.2021-ci il tarixli 652220- 1528 nömrəli hesab fakturası ilə 133,50 manat, xx.xx.2021-ci il tarixli 652220-1529 nömrəli hesab fakturası ilə 13,35 manat, xx.xx.2021-ci il tarixli 652220-1530 nömrəli hesab fakturası ilə 80,41 manat, xx.xx.2021-ci il tarixli 652220-1535 nömrəli hesab fakturası ilə 1564,84 manat, xx.xx.2021-ci il tarixli 652220-1536 nömrəli hesab fakturası ilə 101,46 manat, xx.xx.2021-ci il tarixli 652220- 1537 nömrəli hesab fakturası ilə 115,14 manat, xx.xx.2021-ci il tarixli 652220-1538 nömrəli hesab fakturası ilə 601,16 manat, xx.xx.2021-ci il tarixli 652220-1539 nömrəli hesab fakturası ilə 75,24 manat, xx.xx.2021-ci il tarixli 652220-1540 nömrəli hesab fakturası ilə 33,62 manat, xx.xx.2021-ci il tarixli 652220-1543 nömrəli hesab fakturası ilə 34,76 manat, xx.xx.2021-ci il tarixli 652220-1544 nömrəli hesab fakturası ilə 36,21 manat, xx.xx.2021-ci il tarixli 652220-1545 nömrəli hesab fakturası ilə 124,15 manat, xx.xx.2021-ci il tarixli 652220-1546 nömrəli hesab fakturası ilə 1345,11 manat, xx.xx.2021- ci il tarixli 652220- 1550 nömrəli hesab fakturası ilə 830,00 manat, xx.xx.2021-ci il tarixli 652220-1551 nömrəli hesab fakturası ilə 719,24 manat, xx.xx.2021-ci il tarixli 652220-1553 nömrəli hesab fakturası ilə 145,08 manat, xx.xx.2021-ci il tarixli 652220-1554 nömrəli hesab fakturası ilə 216,53 manat, xx.xx.2021-ci il tarixli 652220-1556 nömrəli hesab fakturası ilə 181,50 manat, xx.xx.2021-ci il tarixli 652220-1558 nömrəli hesab fakturası ilə 274,96 manat, 15.07,2021-ci il tarixli 652220-1559 nömrəli hesab fakturası ilə 213,50 manat, xx.xx.2021ci il tarixli 652220-1566 nömrəli hesab fakturası ilə 193,63 manat, xx.xx.2021-ci il tarixli 652220-1567 nömrəli hesab fakturası ilə 43,98 manat, xx.xx.2021-ci il tarixli 652220-1568 nömrəli hesab fakturası ilə 396,73 manat, xx.xx.2021-ci il tarixli 652220-1569 nömrəli hesab fakturası ilə 248,31 manat, xx.xx.2021-ci il tarixli 652220-1574 nömrəli hesab fakturası ilə 129,40 manat, xx.xx.2021-ci il tarixli 652220-1575 nömrəli hesab fakturası ilə 54,42 manat, xx.xx.2021-ci il tarixli 652220-1579 nömrəli hesab fakturası ilə 4,18 manat, xx.xx.2021-ci il tarixli 652220-1580 nömrəli hesab fakturası ilə 3,88 manat, xx.xx.2021-ci il tarixli 652220-1584 nömrəli hesab fakturası ilə 282,41 manat, xx.xx.2021-ci il tarixli 652220- 1586 nömrəli hesab fakturası ilə 733,90 manat, xx.xx.2021-ci il tarixli 652220- 1588 nömrəli hesab fakturası ilə 419,79 manat, xx.xx.2021-ci il tarixli 652220-1593 nömrəli hesab fakturası ilə 12,42 manat, xx.xx.2021-ci il tarixli 652220-1595 nömrəli hesab fakturası ilə 295,88 manat, xx.xx.2021-ci il tarixli 652220-1596 nömrəli hesab fakturası ilə 1046,67 manat, xx.xx.2021-ci il tarixli 652220-1597 nömrəli hesab fakturası ilə 331,51 manat olmaqla Cəmiyyətin Abşeron rayonu Bakı-Sumqayıt yolu 13-cü km ünvanında yerləşən hazır məhsul anbarından çıxarılmış və satış üçün tam maddi məsuliyyətinə götürdüyü ümumilikdə 45616,17 manat dəyərində müxtəlif ad, çeşid və miqdarda şirniyyat məhsullarını satış ərazisində yerləşən, Cəmiyyətlə ticarət münasibətində olan ona təhkim olunmuş ticarət obyektlərinə və Cəmiyyətlə ticarət münasibətlərində olmayıb, adı müvafiq hesab fakturalarında göstərilməyən istintaqa məlum olmayan şəxslərə satmasına, habelə 08 aprel 2021-ci il tarixə ticarət dövriyyəsi ilə əlaqədar ticarət obyektləri üzrə hesabında 78441,73 manat məbləğində Cəmiyyətə ödəniləcək satış pulu qalığının olmasına baxmayaraq, sifarişi əsasında 08 aprel 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək olan müddət ərzində satdığı mallar və hesabında olan Cəmiyyətə ödəniləcək satış pulu qalığı üzrə əldə olunmuş ümumilikdə 124057,90 manat pulun cəmi 44831,23 manatı onun tərəfindən kassa mədaxil orderləri əsasında hissə-hissə Cəmiyyətin xəzinəsinə mədaxil edilməsi və müştərilər tərəfindən Cəmiyyətin bank hesabına ödəniş edilməsi, 9577,45 manat dəyərində məhsulun müvafiq geri qaytarma fakturaları ilə Cəmiyyətin anbarına qaytarılması, 08 aprel 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək olan müddət ərzində satdığı mallar üzrə 1045,65 manat məbləğində dekond (endirim) edilməsi, digər satış təmsilçisindən 1422,45 manat borcun onun hesabına keçirilməsi, ticarət dövriyyəsi ilə əlaqədar ticarət obyektləri üzrə üzləşmə zamanı təsdiqlənmiş 13139,36 manat məbləğində Cəmiyyətə ödəniləcək borc qalığının qalması, daxili təftiş zamanı müştərilər tərəfindən 641,24 manat dəyərində malın satışdan geri qaytarılması, 2041,28 manat məbləğində dekond (endirim) edilməsi, yoxlama dövründə Cəmiyyətin kassasına 2100 manat satış pulu mədaxil edilməsi nəzərə alınmaqla, Cəmiyyətdə işlədiyi müddətdə sifarişi əsasında satdığı mallar üzrə öhdəsində qalan 52104,14 manat satış pulunu Cəmiyyətin xəzinəsinə təhvil verməyib ələ keçirərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, vəzifəli şəxs kimi informasiya resurslarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş 52104,14 ( əlli iki min yüz dörd manat on dörd qəpik) manat dəyərində külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2014-cü ildən Bolluq şirkətdə işləmişdir. Şirkətdə proqram əvvəllər olmamışdır. Satış direktoru dəyişdikdən sonra bəzi dəyişikliklər olmuşdur. Verilmiş ittihamdakı məbləğlə razı deyil. Belə ki, onun götürdüyü pul ittihamda qeyd ediləndən az olmuşdur. O, 10-12 min manat pulu götürüb şəxsi ehtiyaclarına sərf etmişdir. Bir neçə dəfə avtomobilində problem olduğu üçün pulu avtomobilin təmirinə xərcləmişdir. Yaranan çatışmazlığın çox olması şirkət tərəfindən mağazalara verilmiş endirimlərin, geri qaytarmaların onun hesabından silinməməsi ilə əlaqədardır. Geri qalan çatışmazlıq məbləği isə işlədiyi müddətdə satışdan geri qaytarılmış malların bir hissəsinin MMC tərəfindən qəbul edilməməsi və marketing müdiri Kemal bəyin şifahi göstərişləri əsasında müştərilərə etdiyi endirimlərin sonradan nəzərə alınmaması ilə əlaqədar həmin məbləğlərin hesabıma çatışmazlıq kimi əlavə olunması nəticəsində yaranmışdır. Hər dəfə Kemal bəyə hədiyyə malların dəyərinin onun hesabından silinməsini desə də, sonuncu "narahat olma silinəcək” deyə cavab vermişdir. Lakin işlədiyi müddətdə, Kemal bəyin göstərişi əsasında müştərilərə hədiyyə qismində verdiyi malların əksər hissəsinin dəyəri hesabından silinməmişdir. Bəzi vaxtlarda olmuşdur ki, o, Kemal bəyin şifahi göstərişi əsasında hansısa müştərilərə endirim də etmişdir. Bəzi qaimələrdə onun ümumiyyətlə imzası yoxdur. Mağazalardan pul həm nağd, həm də ki, hesaba köçürmə vasitəsi ilə almışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2018-ci ilin avqust ayından "xxxx" LTD MMC-də satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləyir. Əvvəllər isə MMC-də malpaylayan vəzifəsində işləmişdir. "xxxx" LTD MMC qida və qeyri qida mallarının satışını həyata keçirir. Ekspeditor vəzifəsində işlədiyi müddətdə Bölgə müdiri Şahid2 olmuşdur. Ekspeditor kimi vəzifələri müştərilərdən sifarişləri qəbul edərək, MMC tərəfindən ona verilmiş terminal vasitəsi ilə ümumi sistemə ötürülməsindən və satdığı həmin malların ödənişlərini müştərilərdən alaraq MMC-nin kassasına mədaxil edilməsindən ibarət olmuşdur. Ekspeditor kimi o, Bakı şəhəri, Xətai, Xəzər və Suraxanı rayonlarında fəaliyyət göstərən müştərilərlə, yəni marketlərlə işləmişdir. Bundan başqa MMC-də işləyən ekspeditorlardan Şahid11 Xətai, Xəzər və Suraxanı rayonlarında fəaliyyət göstərən müştərilərlə, yəni marketlərlə işləmişdir. Anar və o, eyni müştərilərə mal satmışlar. Anar müştərilərə quru qida məhsullarının, o, isə şirniyyat məhsullarının satışını həyata keçirtmişdir. Bəzi hallarda olmuşdur ki, müştərilər onun satdığı malın pulunu ona, Anarın satdığı malın pulunu isə Anara vermiş və pulu qəbul etmələri ilə bağlı müştərinin kitabçasını imzalamışlar. Bəzi hallarda isə müştəri ödənişi onların ikisindən birinə vermiş və həmin ödənişin yarısı onun, yarısı isə Anarın adından kassaya mədaxil edilmiş, yada ki, onlardan hansı müştəriyə daha çox mal satmışdırsa müştərinin verdiyi ödənişin daha çox hissəsi məhz həmin ekspeditorun adından kassaya mədaxil edilmişdir. İşlədiyi müddətdə sifarişləri terminala işlədikdən sonra malpaylayan həmin sifarişləri anbardan satış fakturasını imzalamaqla qəbul etməklə müştəriyə çatdırmışdır. Bu zaman iki nüsxədə satış fakturası tərtib olunmuşdur ki, malpaylayan sifarişləri müştəriyə çatdırdıqda satış fakturasının bir nüsxəsini müştəriyə vermiş, digərini nüsxəsini isə müştəriyə imzalatmaqla anbara qaytarmışdır. Bəzi hallarda sonradan satış fakturaları ona təqdim olunmuş və o, da fakturanı imzalamışdır. Mallar müştəriyə satıldıqdan sonra o, ödənişləri müştərilərdən yığaraq kassaya mədaxil etmişdir. Lakin ödənişi qəbul edən kassir tərəfindən ona heç vaxt kassa mədaxil orderi verilməmişdir. Belə ki, o, MMC-nin daxili qaydalarına əsasən ödənişi müştəridən aldıqdan sonra ödənişin məbləği və ödənişi etmiş müştəri barədə məlumatları terminal vasitəsilə sistemə ötürdüyündən, kassir onun hansı müştərinin adına nə qədər ödəniş edəcəyini əvvəlcədən görmüşdür. Bundan sonra isə MMC-yə gəlib həmin ödənişi birbaşa kassaya mədaxil etmişdir. Onda olan o terminalda hansı müştərinin nə qədər ödəniş etməsi göründüyü üçün kassadan heç vaxt kassa mədaxil orderi istəməmişdir. Çünki kassaya ödəniş etdikcə terminalda hansı müştərinin adına hansı tarixlərdə nə qədər ödəniş edilməsi, həmin müştəri tərəfindən edilmiş ödənişin ümumi məbləği və həmin müştərinin adına nə qədər borc qalması görünürmüş. 2021-ci ilin yay aylarında Cəmiyyətdə satış təmsilçilərinin fəaliyyəti ilə bağlı daxili təftiş aparılmış və bu zaman onun hesabında 48000 manatdan artıq çatışmazlıq olması müəyyən olunmuşdur. Həmin məbləğin təxminən 10000- 12000 manatını o, müştərilərdən alsa da, MMC-nin kassasına mədaxil etməyib, öz şəxsi ehtiyaclarıma sərf etmişdir. Həmçinin həmin məbləğin 2100 manatını o, MMC-də təftiş işləyən Raminə kassaya mədaxil etməsi üçün versə də, sonuncu həmin məbləği kassaya ödəməmişdir. Həmin məbləğin 2150 manatı isə yoxlama zamanı düzgün təsdiqlənməmişdir. Belə ki, 2150 manat Şahid11 satdığı mallara görə yaranmış fərq olmuşdur. Geri qalan çatışmazlıq məbləği məbləğ isə MMC tərəfindən müştərilərə edilmiş faizlərin, endirimlərin sonradan nəzərə alınmaması və bəzi hallarda müştəridən geri qaytarılmış malların anbar tərəfindən qəbul edilməməsi ilə bağlı yaranmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, onunla MMC arasında bağlanmış əmək və tam məsuliyyət haqqında müqavilələrdəki imzalar ona məxsus olsa da, müştərilərlə keçirilmiş borc qalığına dair üzləşmə aktlarındakı imzalar ona məxsus deyil. Həmçinin iş materiallarında olan 652220-1388, 652220-1550, 652220-1326, 652220-1327, 652220-1351, 652220-1419, 652220-1484, 652220-1539, 652220-1382, 652220-1455, 652220-1595, 652220-1356, 652220-1346, 652220-1528, 652220-1575, 652220-1339, 652220-1436, 652220-1338, 652220-1432, 652220-1360, 652220-1558, 652220-1515, 652220-1543, 652220-1478, 652220-1505, 652220-1569, 652220-1477, 652220-1352, 652220-1421, 652220-1483, 652220-1390, 652220-1385, 652220-1456, 652220-1545, 652220-1492, 652220-1392, 652220-1529, 652220-1406, 652220-1347, 652220-1435, 652220-1345, 652220-1579, 652220-1376, 652220-1588, 652220-1389, 652220-1512, 652220-1544, 652220-1506, 652220-1597, 652220-1481, 652220-1380, 652220-1417, 652220-1535, 652220-1330, 652220-1386, 652220-1457, 652220-1546, 652220-1493, 652220-1393, 652220-1556, 652220-1568, 652220-1365, 652220-1498, 652220-1476, 652220-1586, 652220-1378, 652220-1363, 652220-1429, 652220-1452, 652220-1524, 652220-1507, 652220-1354, 652220-1480, 652220-1416, 652220-1450, 652220-1536, 652220-1331, 652220-1424, 652220-1502, 652220-1540, 652220-1494, 652220-1394, 652220-1584, 652220-1374, 652220-1551, 652220-1522, 652220-1516, 652220-1391, 652220-1458, 652220-1364, 652220-1427, 652220-1453, 652220-1559, 652220-1508, 652220-1482, 652220-1523, 652220-1415, 652220-1451, 652220-1537, 652220-1332, 652220-1425, 652220-1517, 652220-1580, 652220-1495, 652220-1395, 652220-1468, 652220-1335, 652220-1553, 652220-1525, 652220-1574, 652220-1491, 652220-1459, 652220-1362, 652220-1431, 652220-1454, 652220-1404, 652220-1554, 652220-1509, 652220-1444, 652220-1418, 652220-1485, 652220-1538, 652220-1340, 652220-1426, 652220-1596, 652220-1593, 652220-1337, 652220-1527, 652220-1530, 652220-1336, 652220-1344, 652220-1566, 652220-1414, 652220-1464, 652220-1460, 652220-1368, 652220-1514, 652220-1504, 652220-1408, 652220-1567, 652220-1479, 652220-1489, 652220-1490 nömrəli hesab fakturalarındakı malların onun satdığı mallar olub-olmamasını xatırlamır və həmin hesab fakturalarındakı imzaların bir hissəsi onun tərəfindən çəkilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, İşlədiyi müddətdə hesabında təxminən 48000 manat satış pulu çatışmazlığı qalmışdır. Həmin məbləğin təxminən 10000- 12000 manatını müştərilərdən alsa da, öz şəxsi ehtiyaclarına sərf etmiş, yəni avtomobilinin təmirinə və yanacağına xərcləmişdir. Geri qalan çatışmazlıq məbləği isə işlədiyi müddətdə satışdan geri qaytarılmış malların bir hissəsinin MMC tərəfindən qəbul edilməməsi və marketing müdiri Kemal bəyin şifahi göstərişləri əsasında müştərilərə etdiyi endirimlərin sonradan nəzərə alınmaması ilə əlaqədar həmin məbləğlərin hesabıma çatışmazlıq kimi əlavə olunması nəticəsində yaranmışdır. Hər dəfə Kemal bəyə hədiyyə malların dəyərinin onun hesabından silinməsini desə də, sonuncu "narahat olma silinəcək” deyə cavab vermişdir. Lakin işlədiyi müddətdə, Kemal bəyin göstərişi əsasında müştərilərə hədiyyə qismində verdiyi malların əksər hissəsinin dəyəri hesabından silinməmişdir. Bəzi vaxtlarda olmuşdur ki, o, Kemal bəyin şifahi göstərişi əsasında hansısa müştərilərə endirim də etmişdir. Hesabında xeyli miqdarda çatışmazlıq yaranmasına səbəblərdən biri də, işləyə bilməməsi ilə əlaqədar olmuşdur. Vaxtında işdən çıxsaymış hesabında bu qədər çatışmazlıq yaranmazmış. Təxminən 10000-12000 manat satış pulunu MMC-nin kassasına mədaxil etməyib öz ehtiyaclarına xərcləsə də, həmin məbləğin hansı müştərilərdən aldığı satış pulları olmasını xatırlamır. "xxxx" adlı müştərinin ondan aldığı mallara görə MMC-yə borcu 367,60 manat olmuşdur. Həmin müştəriyə 2018-ci ildən mal satır. "xxxx" adlı müştəriyə edilmiş bəzi endirimlərin, hədiyyə kimi verilmiş malların dəyərinin nəzərə alınmaması, habelə müştəri tərəfindən geri qaytarılan bəzi malların MMC tərəfindən qəbul edilməməsi nəticəsində həmin müştəri üzrə hesabında 3716,93 manat çatışmazlıq yaranmışdır. Pirallahı qəsəbəsində yerləşən “Laçın market" adlı müştərinin üzləşmə zamanı ondan aldığı mallara görə MMC-yə borcu 391,31 manat olmuşdur. Həmin müştəriyə 2018-ci ildən mal satır. Əvvəllər həmin müştəri MMC-dən az mal almışdır. Sonradan MMC- nin satış müdiri Şahid3 göstərişi əsasında həmin müştəri ilə razılaşmalarına əsasən müştəri marketdə Zərərçəkmiş şəxs MMC üçün ayrıca vitrin yaratmış və MMC-dən aldığı malları həmin vitrinə yığmışdır. Müştəri sırf MMC-nin mallarının yığıldığı vitrin üçün ondan 500 manat pul istəmiş və Asif müəllimin razılığı əsasında o, vitrin müqabilində, həmin müştəriyə satdığı malın 500 manatını almamışdır. Bundan başqa həmin müştəri aylıq 200 manat qarşılığında mağazasında hamının görə biləcəyi yerə içərisində Zərərçəkmiş şəxs MMC- nin malları olan səbət qoymuşdur. Bunun razılığını da, Şahid3 vermişdir. Sırf səbətə görə müştəri hər ay ona, aldığı malın dəyərindən 100 manat az ödəniş etmişdir. Həm də həmin müştəriyə satılmış mallara görə xüsusi olaraq 10 faiz endirim edilmişdir. Həmin endirimdən Şahid3 məlumatı olmuş, müştəriyə 10 faiz endirim edilməsi ilə bağlı Asifin özü göstəriş vermişdir. Qeyd etdiyi faizlərin, sırf müştəriyə onun satdığı mallara görə hesablanmış 500 manat vitrin pulu və aylıq 100 manat səbət pulu ödənişlərinin nəzərə alınmaması nəticəsində "xxxx" adlı müştəri üzrə onun hesabında 4087,34 manat çatışmazlıq yaranmışdır. Üzləşmə zamanı "xxxx" adlı müştərinin onun satdığı mallara görə MMC-yə borcu 391,31 manat olmuşdur. "xxxx" adlı müştəri tərəfindən iki ay ərzində geri qaytarılmış 645,82 manat dəyərində mal MMC tərəfindən qəbul edilmədiyindən, hesabında həmin müştəri üzrə 645,82 manat çatışmazlıq yaranmışdır. Həmçinin "xxxx" adlı müştərinin üzləşmə zamanı, ondan aldığı mallara görə MMC-yə borcu 273,67 manat olmuşdur. Həmin müştəri üzrə hesabında 2961,09 manat çatışmazlığın hansı səbəbdən yaranmasını hazırda xatırlamır. "xxxx" market əvvəllər "xxxx" market adlanmış və o, əvvəllər "xxxx" marketə mal satmışdır. Lakin Bahar marketi işlədən şəxs sonradan marketi bağlamışdır. Həmin vaxt “Bahar" market adlı müştərinin MMC-yə borcu təxminən 2000 manata yaxın olmuş və müştəri həmin borcu ödəməmişdir. Həmin məbləğ onun 100 koduna hesablanıb, aylıq əmək haqqından çıxılmalı olsa da, hesablanmamış və hesabına çatışmazlıq kimi əlavə olunmuşdur. Sonradan həmin yerdə başqa bir şəxs “Eko" market adlı mağaza açmışdır. Eko marketə açılışı ilə bağlı satdığı ilk mallara görə MMC tərəfindən endirim edilsədə, sonradan həmin endirimlər nəzərə alınmamış və marketdən geri qaytarılan bəzi mallar MMC tərəfindən qəbul edilməmişdir. Bu səbəblərdən həmin müştəri üzrə hesabında 2217,16 manat çatışmazlıq yaranmışdır. "xxxx" adlı müştərinin üzləşmə zamanı MMC-yə borcu 83,40 manat olmuşdur. Həmin müştəri üzrə hesabında 803,17 manat çatışmazlığın hansı səbəbdən yaranmasını hazırda xatırlamır. Üzləşmə keçirilən tarixə "xxxx" adlı müştərinin MMC-yə borcu olmamışdır. Təftişdən təxminən 6-7 ay əvvəl həmin müştəri üzrə 140-160 manat arası dekond, yəni endirim olmuşdur. Həmin məbləğ onun hesabından silinməli olsa da, cəmi 10 manatı silinmişdir. Bundan başqa həmin müştəri tərəfindən anbara qaytarılmış bəzi mallar MMC tərəfindən qəbul edilməmiş, nəticədə hesabında 222,89 manat çatışmazlıq yaranmışdır. Həmçinin "xxxx" adlı müştəri tərəfindən satışdan geri qaytarılmış bəzi mallar MMC tərəfindən qəbul edilmədiyi üçün müştəri üzrə hesabında 35,28 manat satış pulu çatışmazlığı yaranmışdır. Üzləşmə zamanı “Mir market" adlı müştərinin onun satdığı mallara görə MMC-yə borcu 240,18 manat olmuşdur. Həmin müştəri üzrə hesabında 292,60 manat çatışmazlıq yaranmasına səbəb müştəri tərəfindən satışdan geri qaytarılan 292,60 manat dəyərində qutu şokoladın yararsız hala salındığı üçün MMC tərəfindən qəbul edilməməsi olmuşdur. “Hərbi hissə market" adlı müştəri H.Əliyev adına Hərbi Akademiyanın həyətində yerləşən mağazadır. Üzləşmə zamanı həmin müştərinin, ondan aldığı mallara görə MMC-yə borcu 1571,48 manat olmuşdur. Müştəri üzrə hesabında çatışmazlıq kimi göstərilən 2899,42 manatın 2150 manatı həmin müştəriyə quru qida məhsulları satan Şahid11 satdığı mallara görə yaranmışdır və həmin məbləğ onun hesabından silinməlidir. Həmin müştəriyə 2021-ci il ərzində bir dəfəyə 500 qutu bakkuş şirniyyatı satdığı üçün, MMC tərəfindən müştəriyə 250 qutu bakkuş hədiyyə olunmuşdur. Hədiyyə qismində verilmiş bakkuş şirniyyatının dəyəri isə 749,42 manat təşkil etmişdir. Sonradan isə MMC tərəfindən müştəriyə 250 qutu bakkuşun hədiyyə qismində verilməsi nəzərə alınmadığı üçün həmin malların dəyəri onun hesabına çatışmazlıq kimi əlavə olunmuşdur. Üzləşmənin aparıldığı tarixə Binə qəsəbəsində yerləşən "xxxx" adlı müştərinin, onun satdığı şirniyyat mallarına görə MMC-yə borcu 813,97 manat olmuşdur. “Şok market" adlı müştəri üzrə hesabında 1591,08 manat çatışmazlıq yaranmasına səbəb işlədiyi müddətdə həmin müştəri tərəfindən satışdan qaytarılmış bəzi malların MMC-nin anbarı tərəfindən qəbul edilməməsi, marketing müdiri Kemal bəyin, bölgə müdiri Hidayətin razılıqları əsasında həmin müştəriyə etdiyi endirimlərin və hədiyyə qismində verdiyi malların dəyərinin sonradan nəzərə alınmaması olmuşdur. O, “Elxan market" adlı müştəri üzrə hesabınızda 1015,52 manat satış pulu çatışmazlığının hansı səbəbdən yaranmasını xatırlamır. Həmçinin üzləşmə zamanı “Arena store market" adlı müştərinin MMC-yə borcu 212,93 manat olmuşdur. "xxxx" adlı müştəri üzrə hesabında 1403,05 manat çatışmazlıq yaranmasına səbəb işlədiyi müddətdə, həmin müştəri tərəfindən satışdan qaytarılmış bəzi malların MMC-nin anbarı tərəfindən qəbul edilməməsi, marketing müdiri Kemal bəyin, bölgə müdiri Hidayətin razılıqları əsasında həmin müştəriyə etdiyi endirimlərin və hədiyyə qismində verdiyi malların dəyərinin sonradan nəzərə alınmaması olmuşdur. Üzləşdirmə zamanı "xxxx" adlı müştərinin MMC borcu olmamış, təxminən 90 manatlıq malı üzləşdirmədən sonra geri qaytarmışdır. Həmin müştəri üzrə hesabında 599,07 manatlıq fərqin yaranmasına səbəb, həmin mağazanı əvvəllər işlədən icarədarın 599,07 manat satış pulunu ona verməməsi olmuşdur. Həmin məbləğ 100 koduna hesablanıb, onun aylıq əmək haqqından çıxılmalı olsa da, hesablanmamış və hesabında çatışmazlıq kimi qalmışdır. "xxxx" adlı müştərinin üzləşmənin keçirildiyi tarixə, ondan aldığı mallara görə MMC-yə borcu 21,24 manat olmuşdur. “Everest market" adlı müştəri üzrə hesabında 2110,25 manat çatışmazlıq yaranmasına səbəb işlədiyi müddətdə həmin müştəri tərəfindən satışdan qaytarılmış bəzi malların MMC-nin anbarı tərəfindən qəbul edilməməsi, marketing müdiri Kemal bəyin, bölgə müdiri Hidayətin razılıqları əsasında həmin müştəriyə etdiyi endirimlərin və hədiyyə qismində verdiyi malların dəyərinin sonradan nəzərə alınmaması olmuşdur. İşlədiyi son dövrlərdə həmin müştəri tərəfindən təxminən 700-800 manat dəyərində marmalat satışdan geri qaytarılsa da, MMC, həmin malın artıq satışı dayandırıldığı üçün qəbul etməmişdir. “Nur market” adlı müştəri hazırda fəaliyyət göstərmir, mağaza bağlanmışdır və ya hazırda başqa icarədar tərəfindən işlədilir. Müştəri 3367.15 manat satış pulunu ona ödəmədən mağazanı bağlamışdır. Həmin məbləğ 100 koduna hesablanmalı olsa da, hesablanmamışdır. Üzləşdirmə zamanı "Şok Binə market” adlı müştərinin MMC-yə borcu olmamışdır. Həmin müştəri üzrə hesabında 2661,54 manat çatışmazlıq yaranmasına səbəb işlədiyi müddətdə həmin müştəri tərəfindən satışdan qaytarılmış bəzi malların MMC-nin anbarı tərəfindən qəbul edilməməsi, marketing müdiri Kemal bəyin, bölgə müdirim Hidayətin razılıqları əsasında həmin müştəriyə etdiyi endirimlərin və hədiyyə qismində verdiyi malların dəyərinin sonradan nəzərə alınmaması olmuşdur. O, Zirə qəsəbəsində yerləşən “Laçın market" adlı müştərinin adına 5340,43 manatlıq mal yazaraq, həmin malı səyyar satış həyata keçirən Elnur adlı şəxsə nisyə satmışdır. Lakin Elnur həmin malın dəyərini, yəni 5340,43 manatı ona ödəməmişdir. Hazırda Elnurla heç bir əlaqəsi yoxdur. Qaraçuxur qəsəbəsində yerləşən "xxxx" adlı müştəri ödənişləri yalnız köçürmə yolu ilə etmiş, işlədiyi müddətdə o, həmin müştəridən heç vaxt əlbəəl satış pulu almamışdır. Bu səbəbdən Binə qəsəbəsində yerləşən "xxxx" adlı müştəri üzrə hesabında 2679,18 manat çatışmazlığın hansı səbəbdən yaranmasını bilmir. Səhv etmirsə malpaylayan 839,94 manat dəyərində malı “Buta 1 market" əvəzinə “Buta 2 market" adlı müştəriyə aparmışdır. Sonradan MMC-nin mühasibatlığında hesablamanın düzgün aparılmaması nəticəsində həmin müştəri üzrə hesabında 839,94 manat fərq yaranmışdır. Nəticədə "xxxx" adlı müştəri 839,94 manat dəyərində malı dəyərini ödəmədən götürmüşdür. Üzləşmə zamanı “Həyat 3 market" adlı müştərinin MMC-yə borcu 987,88 manat olmuşdur. Həmin müştəri üzrə hesabında 100 manat çatışmazlıq yaranmasına səbəb müştəri tərəfindən satışdan geri qaytarılmış malların anbar tərəfindən qəbul edilməməsi olmuşdur. “Hobby market” adlı müştəri ödənişləri yalnız köçürmə yolu ilə etmiş, işlədiyi müddətdə həmin müştəri ona heç vaxt satış pulu verməmişdir. Ona görə də, “Hobby market” adlı müştəri üzrə hesabında 2651,45 manatlıq fərqin hansı səbəbdən yaranmasını bilmir. “Vip market" adlı müştəri də, həmçinin ödənişləri yalnız köçürmə yolu ilə etmişdir. İşlədiyi müddətdə həmin müştəridən heç vaxt nağd olaraq satış pulu almamışdır. Həmin müştəri üzrə hesabında 611,28 manat çatışmazlıq yaranmasına səbəb satışdan geri qaytarılan bəzi malların MMC tərəfindən qəbul edilməməsi və edilmiş endirimlərin sonradan nəzərə alınmaması olmuşdur. Həmçinin "Zirə Bİo market” adlı müştəri üzrə hesabında 256,13 manat fərq yaranmasına səbəb də, müştəri tərəfindən satışdan geri qaytarılan malın MMC tərəfindən qəbul edilməməsi və edilmiş endirimlərin sonradan nəzərə alınmaması olmuşdur. Üzləşdirmə zamanı “Avro market adlı müştərinin MMC-yə borcu olmamışdır. Həmin müştəri üzrə hesabında 1940,16 manat çatışmazlıq yaranmasına səbəb satışdan geri qaytarılan bəzi malların MMC tərəfindən qəbul edilməməsi və edilmiş endirimlərin sonradan nəzərə alınmaması olmuşdur. MMC satışdan geri qayıdan yalnız son istifadə tarixi keçmiş malları qəbul etmişdir. Bəzi hallarda isə geri qayıdan eyni ceşit malın sayı çox olduqda son istifadə tarixi keçsə belə MMC həmin malları qəbul etməmişdir. Müştəri tərəfindən yararsız hala salınmış malları isə MMC qəbul etməmişdir. Hövsan qəsəbəsində yerləşən "xxxx" adlı müştəri ödənişləri yalnız köçürmə yolu ilə etmiş, işlədiyi müddətdə həmin müştəri ona heç vaxt əlbəəl satış pulu verməmişdir. İşlədiyim müddətdə "xxxx" adlı müştəridən heç vaxt əlbəəl satış pulu almamışdır. Bu səbəbdən həmin müştəri üzrə hesabında 346,92 manat çatışmazlığın necə yaranmasını bilmirəm. Üzləşmə zamanı Babək pr.-də yerləşən "xxxx" adlı Həmin müştərinin, ondan aldığı mallara görə MMC-yə borcu olmamışdır. Market hazırda fəaliyyət göstərmir, bağlanmışdır. Market fəaliyyətini dayandıran zaman 52,18 manat dəyərində malı geri qaytarsa da, MMC həmin malı qəbul etməmiş, nəticədə həmin malın dəyəri onun hesabına çatışmazlıq kimi əlavə olunmuşdur. Üzləşmənin keçirildiyi tarixə Nobel prospektində yerləşən "xxxx" adlı müştərinin MMC-yə borcu 89,26 manat olmuşdur. “Bolluq market" adlı müştəri hər ay ondan təxminən 4-5 min manat dəyərində mal almışdır. Həmin müştəriyə də, səbət pulu kimi aylıq 200 manat satış pulu verilmiş, həmin məbləğin 100 manatı şirniyyat, 100 manatı isə quru qida məhsullarına görə olmuşdur. Yəni müştəri hər ay ondan aldığı malın dəyərindən 100 manat az ödəmiş və ya malın dəyərini tam ödəsə də, həmin müştəriyə aylıq 100 manat dəyərində hədiyyə qismində mal verilmişdir. Səbət pulundan satış müdiri Şahid3 məlumatı olmuşdur. Sonradan həmin məbləğlər nəzərə alınmamış və 3749,01 manat pul hesabından çıxılmamışdır. H.Aslan metrostansiyasının yaxınlığında yerləşən "xxxx" üzrə hesabında 1708,39 manat çatışmazlıq da, məhz səbət puluna görə yaranmışdır. İşlədiyi müddətdə Binə qəsəbəsində yerləşən “Ballı market" adlı müştəridən heç vaxt əlbəəl satış pulu almamış, müştəri ödənişləri yalnız köçürmə yolu ilə etmişdir. Bu səbəbdən həmin müştəri üzrə hesabında 1796,50 manat çatışmazlığın hansı səbəbdən yaranmasını bilmir. Həmçinin o, işlədiyi müddətdə “Freshmart market” adlı müştəirdən əlbəəl satış pulu almamış, müştəri ödənişləri yalnız köçürmə yolu ilə etmişdir. Bu səbəbdən həmin müştəri üzrə hesabında 66,33 manat çatışmazlığın necə yaranmasını bilmir. Üzləşmə zamanı “Favorit market" adlı müştərinin MMC-yə borcu 556,80 manat olmuşdur. Həmin müştəri ödənişləri köçürmə yolu ilə etmiş, müştəri çox nadir hallarda ona satış pulunu əlbəəl verməmişdir. Həmin müştəri üzrə hesabında 1417,66 manat çatışmazlığın necə yaranmasını bilmir. Həmçinin Binə qəsəbəsində yerləşən "xxxx" adlı müştəri ödənişləri yalnız köçürmə yolu ilə etmişdir. İşlədiyi müddətdə Binə qəsəbəsində yerləşən "xxxx" adlı müştəridən heç vaxt əlbəəl satış pulu almamışdır. Bu səbəbdən həmin müştəri üzrə hesabında 1796,50 manat çatışmazlığın hansı səbəbdən yaranmasını bilmir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, o, işlədiyi müddətdə terminal vasitəsilə satışına nəzarət edə bilmişdir. Belə ki, ona verilmiş terminalda hər bir müştəriyə hansı tarixdə hansı maldan nə qədər satması, həmin malların qiyməti, edilmiş endirimlərin məbləği, hər bir müştərinin MMC-yə olan borcu, hər bir müştəri üzrə hansı tarixdə kassaya hansı məbləğdə pul mədaxil edilməsi, hansı tarixdə, hansı malların satışdan geri qaytarılması, həmin malların dəyəri, əks olunmuşdur. İşlədiyi müddətdə o, hesabına çatışmazlıq kimi əlavə olunmuş məbləğləri özündə olan terminal vasitəsilə görmüşdür. Lakin marketing müdiri Kemal bəy hər dəfəsində ona həmin məbləğlərin hesabından silinəcəyini dediyi üçün, o, etdiyi fakturadan kənar endirimlərin və hədiyyə qismində verdiyi malların dəyərinin hesabına çatışmazlıq kimi əlavə olunduğunu görə-görə, növbəti aylarda müştərilərə yenidən fakturadan kənar endirimlər etməyə davam etmişdir. İşlədiyi müddətdə, son təxminən 1 il ərzində işlədiyi ərazi təftişçi Ramin tərəfindən demək olarki yoxlanılmamışdır. Ramin tərəfindən yalnız bir-iki dəfə şəbəkə marketlər üzrə təftiş aparılmışdır. Əgər fəaliyyəti təftişçi Ramin tərəfindən yoxlanılsaymış, hesabındaki çatışmazlıq bu qədər çox olmazmış və çatışmazlıq aşkar olunduqda işdən çıxarılarmış. Nəticədə hesabında belə böyük məbləğdə çatışmazlıq yaranmazmış. Raminin öz işinə məsuliyyətsiz yanaşması, onun hesabında belə böyük məbləğdə çatışmazlıq yaranmasına səbəb olmuşdur. İşlədiyi ərazi sonuncu təhvil-təslim zamanı yoxlanılmış və müştərilər real borclarını təsdiq etmişlər. (cild 4, iş vərəqəsi 220-232) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin MMC-yə dəymiş ziyanı ödəmədiyini, aralarında barışıq olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin aprel ayından etibarən Zərərçəkmiş şəxs MMC-də satış və marketing direktoru vəzifəsində işləyir. Vəzifələri MMC-nin satış və marketinq sahələrinə rəhbərlik, bölgə müdirləri üzrə satış planlarının, satılmış mallara görə endirimlərin müəyyən edilməsindən ibarətdir. Zərərçəkmiş şəxs MMC şirniyyat və quru qida məhsullarının istehsalını və satışını həyata keçirir. Təqsirləndirilən şəxs və Şahid11 Qəmbər oğlu Zərərçəkmiş şəxs MMC-də ekspeditor, yəni satış təmsilçisi vəzifəsində işləmişlər, onların bölgə müdiri Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs ekspeditor kimi vəzifələri müştərilərdən sifarişlərin qəbul edilərək, MMC tərəfindən verilmiş terminal vasitəsi ilə ümumi sistemə ötürülməsindən və satdıqları həmin malların ödənişlərini müştərilərdən alaraq MMC-nin kassasına mədaxil edilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs və Şahid11 Qəmbər oğlu eyni müştərilərə mal satmışlar. Şahid11 müştərilərə quru qida məhsullarının, Təqsirləndirilən şəxs isə qənnadı, yəni şirniyyat məhsullarının satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxsla Şahid11 müştərilərdən götürdükləri sifarişlər üzrə hesab fakturaları ayrı-ayrılıqda tərtib olunmuşdur. Belə ki, Rəşadın sifarişi əsasında tərtib olunmuş hesab fakturalarında ancaq qənnadı, yəni şirniyyat məhsulları, Anarın sifarişi əsasında tərtib olunmuş hesab fakturalarında isə yalnız quru qida məhsulları qeyd olunmuşdur. MMC tərəfindən Rəşadla Anarın ikisinə bir sürücü və bir malpaylayan ayrılmışdır. Təqsirləndirilən şəxs terminal vasitəsi ilə müştərilərdən qəbul etdiyi sifarişləri, həmin sürücü və malpaylayan MMC-nin anbarından qəbul edib, müştərilərə çatdırmışlar. Təqsirləndirilən şəxs soyuq satış həyata keçirtmişdir. Belə ki, Təqsirləndirilən şəxs terminal vasitəsi ilə müştərilərin sifarişləri barədə məlumatları ümumi sistemə ötürdükdə, artıq anbarda həmin sifarişlərin hazırlanma prosesinə başlanmışdır. Daha sonra malpaylayan anbardan malları iki nüsxədə tərtib olunan hesab fakturası əsasında, fakturaları imzalamaqla qəbul etmiş, daha sonra isə həmin malları müştəriyə çatdırmış və müştəri isə malı qəbul etməsi ilə bağlı hesab fakturasını imzalamışdır. Hesab fakturasının bir nüsxəsi malpaylayan tərəfindən müştəriyə, digər nüsxəsi isə anbara təhvil verilmişdir. Sonradan ekspeditor Təqsirləndirilən şəxs həmin satış fakturasındakı sifarişləri yoxladıqdan sonra, satış fakturasını özü də, imzalamış və fakturalar arxivə təhvil verilmişdir. Hesab fakturasında satış təmsilçisinin adı, soyadı, müştərinin adı, sifariş olunmuş malların adları, miqdarı, qiymətləri, habelə hesab fakturasında göstərilən malların ümumi qiyməti və həmin müştəriyə edilmiş endirimin məbləği göstərilir. Hesab fakturasında həmçinin satış təmsilçisinin, mal paylayanın və malı qəbul edən müştərinin imzalamaları üçün qrafa nəzərdə tutulmuşdur. Bundan sonra satış təmsilçiləri, həmçinin Təqsirləndirilən şəxs satdığı həmin malların ödənişlərini yığıb, MMCnin kassasına mədaxil etməlidir. Təqsirləndirilən şəxs müştərilərdən ödənişləri aldıqdan sonra ödəniş etmiş müştəri və ödənişin məbləği barədə məlumatları özündə olan terminal vasitəsi ilə sistemə işləmiş və bundan sonra MMC-yə gələrək həmin ödənişi həmin müştərinin adından kassaya mədaxil etmişlər. Ümumi qaydalara əsasən satış təmsilçisi ödənişlə bağlı məlumatları terminala işləməsə, kassa həmin ödənişi qəbul etmir. 2021-ci il iyul-avqust aylarında Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı daxili təftiş aparılarkən məlum olmuşdur ki, Rəşad bir sıra müştərilərdən ödənişləri alaraq MMC-nin kassasına mədaxil etməyib, mənimsəmişdir. Daxili təftiş zamanı Rəşadın bölgə müdiri Hidayət və təftişçi Nicat tərəfindən müştərilərə gedilərək, təhvil-təslim aparılmışdır. Təhvil-təslimdə Rəşadın özüdə iştirak etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmışdır. Nəticədə Təqsirləndirilən şəxs hesabında 52104,14 manat satış pulu çatışmazlığı olması müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 52104,14 manat satış pulunu müştərilərdən almasına baxmayaraq MMC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də hər bir ekspeditor üzrə hesabında yaranmış borclara görə 100 kodu açılır ki, həmin kodda aparılmış bütün mədaxil və məxaric əməliyyatları əks etdirilir. Keçirilmiş daxili audit yoxlamasının nəticəsində həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 100 kodunda 11991,97 manat borc vardır. 100 koduna məhz bağlanmış marketlərdə qalan malların dəyəri hesablanır. Belə ki, ekspeditorun sırf məsuliyyətsizliyi, vaxtında marketlərə gedib ödənişləri yığmaması nəticəsində bəzi marketlər fəaliyyətini dayandırmasından satış təmsilçisi gec xəbər tutur. Həmin marketlərin Cəmiyyətə olan borcları daxili təftiş aparıldıqdan sonra satış təmsilçisinin 100 koduna hesablanır və aylıq müavinətindən hissə-hissə olmaqla tutulur. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri tamamilə yalandır, öz uydurmasıdır, üzünü müdafiə xarakteri daşıyır. Satışdan geri qaytarılan mallar hər bir halda MMC tərəfindən qəbul edilmiş, həmin malların dəyəri ekspeditorun hesabına çatışmazlıq kimi əlavə olunmamışdır. Bəzən olmuşdur ki, ekspeditorun 1 dəfəyə hansısa bir müştəriyə satdığı malın böyük bir hissəsi satışdan geri qayıtmışdır. Əgər MMC bu malları qəbul etməsə və malların dəyəri ekspeditorun hesabına çatışmazlıq kimi əlavə olunsa o zaman heç kim MMC-də ekspeditor işləməz və ilk aylardan əksər ekspeditorlar işdən çıxar. Son istifadə tarixlərinin keçib-keçməməsindən, istifadəyə yararlı olub-olmamasından asılı olmayaraq bütün hallarda satışdan geri qaytarılan mallar MMC tərəfindən qəbul edilmişdir, MMC-nin daxili qaydalarına əsasən ekspeditorun ay ərzində satdığı malların dəyərinin 1,5 faizindən artığı satışdan geri qayıtdıqda və həmin mallar yararsız halda olduqda və ya son istifadə tarixləri keçdikdə MMC həmin malları qəbul edir və ekspeditor isə maksimum 60 manat məbləğində cərimə olunur. Cərimə bölgə müdirinə və satış müdirinə də tətbiq olunur. Cərimə yalnız satışdan geri qaytarılan yararsız və son istifadə tarixləri keçmiş mallara görə tətbiq olunur. Bir çox hallarda həmin mallar son istifadə tarixi keçmiş mallar olur. Çünki malların yararsız hala düşdükdən sonra satışdan geri qaytarılması ekspeditorun məsuliyyətsizliyidir. Əgər ekspeditor vaxtlı-vaxtında marketə gedib satdığı mallara nəzarət etsəydi, həmin mallar yararsız hala düşmədən satışdan geri qaytarılardı. İstifadəyə yararlı mallar satışdan geri qaytarıldıqda isə heç bir cərimə tətbiq olunmur. Rəşadın əksər müştərilər üzrə hesabında böyük məbləğlərdə çatışmazlıq yaranmışdır. Satış və marketing direktoru kimi MMC-də müştərilərə edilmiş endirimləri o, müəyyən edir. Belə ki, MMC tərəfindən müəyyən edilmiş endirim faizləri bütün müştərilərə şamil edilir və hesab fakturalarında həmin endirimin faizi və məbləği göstərilməklə, malın qiymətindən çıxılır və hesab fakturasında endirimdən sonra yekun qiymət göstərilir. Nadir hallarda olur ki, MMC-dən daha çox mal alan hansısa müştəriyə ümumi endirimdən əlavə digər endirimdə nəzərdə tutulur. Məsələn digər müştərilərə 5 faiz endirim edilsədə də, həmin müştəriyə 10 faiz endirim edilir. Həmin endirimdə mütləq şəkildə sistemə işlənməklə, satış fakturasında öz əksini tapır. MMC-də bütün ekspeditorların smartfonlarına terminal adlı proqram yüklənir ki, ekspeditor həmin proqram vasitəsi ilə satışına nəzarət edir. Belə ki, terminalda ekspeditorun hər bir müştəriyə hansı tarixdə hansı maldan nə qədər satması, həmin malların qiyməti, edilmiş endirimlərin məbləği, hər bir müştərinin MMC-yə olan borcu, hər bir müştəri üzrə hansı tarixdə kassaya hansı məbləğdə pul mədaxil edilməsi, hansı tarixdə, hansı malların satışdan geri qaytarılması, həmin malların dəyəri göstərilir və bununla da, ekspeditor apardığı bütün əməliyyatları görməklə satışına nəzarət edir. Ona görə də, Rəşadın ifadəsində göstərdikləri tamamilə absurtdur. Çünki əgər Rəşad rəhbərlikdən kiminsə şifahi göstərişi əsasında hər hansı bir müştəriyə hesab fakturasından kənar, hesab fakturasında göstərilməyən endirim etmiş olsaydı və həmin endirim məbləği onun hesabında çatışmazlıq kimi qalsaydı, növbəti sifarişlərdə o, daha satış fakturasından kənar endirim etməzdi. Rəşadın hər bir sifariş üzrə hesabında nə qədər borc qaldığını görə- görə, satışına nəzarət edə-edə müştərilərə satış fakturasından kənar endirim etməsi və bu endirimləri etməkdə davam etməsi absurt səslənir, məsuliyyətdən yayınmaq üçün öz uydurmasıdır. Auditor rəyindən də, görünür ki, Təqsirləndirilən şəxs hesabında 34 müştəri üzrə xx.xx.2021-ci il tarixə 78441.73 manat borc olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində 34 müştəriyə 45616.17 manat məbləğində ərzaq malları satılmış, Cəmiyyətin kassasına 44831.23 manat pul ödənilmiş, 9577.45 manat geri qaytarma olmuşdur. Yekunda onun hesabında 52104,14 manat satış pulu çatışmazlığı qalmışdır. Təqsirləndirilən şəxs deməsindən belə çıxır ki, MMC onun satdığı mallar görə müştərilərə 40-60 faiz endirim etmiş və Rəşadın satdığı malların ən azı yarısı satışdan geri qaytarılmışdır. Belə olan halda MMC ziyana işləməklə, iflas etmiş olardı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, hazırda "xxxx" LTD MMC- də satış təmsilçisi vəzifəsində işləyir. 2017-ci ildən 2021-ci ilin sentyabr ayınadək isə "Bolluq” LTD MMC-də bölgə müdiri vəzifəsində işləmişdir. Bölgə müdiri kimi vəzifələri rəhbərliyin müəyyən eydiyi günlük planları satış təmsilçiləri arasında bölüşdürülməsi, satışın təşkil olunması, ona tabe olan eskpeditorların fəaliyyətinə, ekspeditorlar tərəfindən günlük, aylıq planların icrasına nəzarət etməkdən, satış təmsilçiləri tərəfindən sifarişlərin qəbul edilməsinə, çatdırılmasına və ödənişlərin yığılmasına nəzarət etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs və Şahid11 Qəmbər oğlu Zərərçəkmiş şəxs MMC-də ekspeditor, yəni satış təmsilçisi vəzifəsində işləmişlər. Onların hər ikisi onun tabeçiliyində olan ekspeditorlar olmuşdur. Rəşad və Anar Bakı şəhəri, Xətai, Xəzər və Suraxanı rayonlarında fəaliyyət göstərən müştərilərlə, yəni marketlərlə işləmişlər. Anar və Rəşad eyni müştərilərə mal satmışlar. Anar müştərilərə quru qida məhsullarını, Rəşad isə şirniyyat məhsulları satmışdır. Rəşad və Anarın müştərilərdən götürdükləri sifarişlər üzrə hesab fakturaları ayrı-ayrılıqda tərtib olunmuşdur. Rəşadın sifarişi əsasında tərtib olunmuş hesab fakturalarında ancaq şirniyyat məhsulları, Anarın sifarişləri əsasında tərtib olunmuş hesab fakturalarında isə ancaq quru qida məhsulları qeyd olunmuşdur. Müştərilərində əksəriyyəti ödəniş edərkən Rəşada yalnız şirniyyət məsullarına görə, Anara isə quru qida məhsullarına görə ödəniş etmişlər. Yəni Anarın satdığı malların pulunu Anara, Rəşadın satdığı malların pulunu isə Rəşada vermişlər. Bəzi müştərilər isə Anara və ya Rəşada hər ikisinin satdığı mala görə ümumi bir məbləğ vermiş, sonradan Anarla Rəşad öz aralarında həmin məbləğin hansı hissəsinin şirniyyat, hansı hissəsinin isə quru qidaya aid olduğunu aydınlaşdırmış və hərəsi öz satdığı malın pulunu MMC-nin kassasına mədaxil etmişlər. Təqsirləndirilən şəxs ekspeditor kimi vəzifələri müştərilərdən sifarişlərin qəbul edilərək, MMC tərəfindən verilmiş terminal vasitəsi ilə ümumi sistemə ötürülməsindən və satdığı həmin malların ödənişlərini müştərilərdən alaraq MMC-nin kassasına mədaxil edilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs soyuq satış həyata keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs terminal vasitəsi ilə müştərilərin sifarişləri barədə məlumatları ümumi sistemə ötürdükdə, artıq anbarda həmin sifarişlərin hazırlanma prosesi başlamışdır. Daha sonra malpaylayan anbardan həmin sifarişləri iki nüsxədə tərtib olunan hesab fakturası əsasında qəbul edib, hesab fakturasını imzalamışdır. Bundan sonra malpaylayan həmin sifarişləri müştəriyə çatdırmış və müştəri malı qəbul etməsi ilə bağlı hesab fakturasını imzalamışdır. Sonda isə hesab fakturasının bir nüsxəsi malpaylayan tərəfindən müştəriyə, digər nüsxəsi isə anbara təhvil verilmişdir. Bəzi hallarda malı qəbul edən müştəri hesab fakturasını imzalamamışdır. Sonradan ekspeditor kimi Təqsirləndirilən şəxs həmin hesab fakturasındakı sifarişləri yoxladıqdan sonra, hesab fakturasını özü də, imzalamış və fakturalar arxivə təhvil verilmişdir. Hesab fakturasında ekspeditorun adı, soyadı, müştərinin adı, sifariş olunmuş malların adları, miqdarı, qiymətləri, habelə satış fakturasında göstərilən malların ümumi qiyməti və həmin müştəriyə edilmiş endirimin məbləği göstərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 28 gün ərzində, satdığı həmin malların ödənişlərini yığıb, MMC-nin kassasına mədaxil etməlidir. Bəzi hallarda müştərinin problem yaratması səbəbilə, ödənişlərin yığılması bir neçə ay uzanmışdır. Təqsirləndirilən şəxs müştərilərdən ödənişləri aldıqdan sonra ödəniş etmiş müştəri və ödənişin məbləği barədə məlumatları özündə olan terminal vasitəsi ilə sistemə işləmiş və bundan sonra MMC-yə gələrək həmin ödənişi həmin müştərinin adından kassaya mədaxil etmişdir. Ümumi qaydalara əsasən ekspeditor ödənişlə bağlı məlumatları terminala işləməsə, kassa həmin ödənişi qəbul etmir. Zərərçəkmiş şəxs MMC-də bölgə müdiri vəzifəsində işlədiyi müddətdə tabeliyində 9 ekspeditor olmuşdur ki, onların dördü mənimsəmə halına yol vermiş və buna görə də, o, bölgə müdiri vəzifəsindən uzaqlaşdırılmışdır. Həmin ekspeditorlardan biri də, Təqsirləndirilən şəxs olmuşdur. Buna görə də, əvvəlcə o, satış müdiri Şahid3 və rəhbərlikdən Vilayət müəllim Xətai rayonunda fəaliyyət göstərən "xxxx" adlı marketə getmişlər. Çünki həmin marketlə bağlı MMC-nin sistemində 3000 manatdan artıq fərq görsənirmiş. Həmin market Təqsirləndirilən şəxs müştərisi olmuşdur. Təftişdə Təqsirləndirilən şəxs iştirak etmişdir. Bu zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs alınmış mallara görə “Real-S market" adlı müştərinin MMC-yə olan borcu cəmi 273 manatdır və müştəri geri qalan 2900 manat satış pulunu Təqsirləndirilən şəxs ödəmişdir. Bundan sonra o, rəhbərliyə bu barədə məlumat vermiş və Təqsirləndirilən şəxs barəsində daxili təftiş aparılmışdır. Daxili təftiş zamanı o, təftişçi Nicat, satış təmsilçiləri Şahid11 və Təqsirləndirilən şəxs birlikdə müştərilərə bir-bir gedərək, həmin müştərilərin MMC-yə olan borcları ilə bağlı dəqiqləşdirmələr aparmışlar. Müştərilərə gedilərkən Rəşad və Anarda onlarla birlikdə olmuşdur. Bu zaman hər bir müştəri ilə üzləşdirmə aktı tərtib olunaraq, aktda müştərinin MMC-yə olan borcu qeyd olunmuş və müştəri isə aktı imzalamaqla borcunu təsdiq etmişdir. Üzləşdirmələr zamanı Rəşaddan hər müştəri üzrə yaranmış fərq və müştərinin təsdiq etdiyi məbləğ barədə soruşduqda “müştərilər doğru deyir, borcları nə qədərdisə onunda deyirlər” deyə cavab vermişdir. Rəşad etdiyi əmələ görə ondan utanaraq sanki ünsiyyətdən çəkinirmiş. Çünki Rəşadın üzləşmələr zamanı deyəsi sözü yox idi, müştərilər MMC-yə olan real borclarını təsdiq etmişlər. Təftiş zamanı yalnız H.Aslanovda yerləşən "xxxx" adlı müştəri MMC-yə olan borcunu azaltmağa çalışsa da, Rəşad buna dərhal müdaxilə edərərk “bu marketdə bu qədər borc ola bilməz” demişdir. Üzləşmələr zamanı Təqsirləndirilən şəxs bütün müştərilərlə yaranmış çatışmazlıqları qəbul etmişdir. Əgər həmin müştərilər də, MMC-yə olan real borclarını azaltmağa çalışsaydılar Rəşad buna dərhal müdaxilə edərmiş. Daxili təftişin yekununda Rəşadın hesabında çatışmazlıq olması müəyyən olunmuşdur. Bundan sonra hər bir müştəri üzrə yaranmış fərq göstərilməklə yekun akt tərtib olunmuş və Təqsirləndirilən şəxs həmin aktı imzalayaraq, yaranmış fərqləri təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs fəaliyyətləri müstəqil auditor tərəfindən yoxlanılmış və hesabında 52104,14 manat satış pulu çatışmazlığı olması müəyyən olunmuşdur. Şahid2 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də hər bir ekspeditor üzrə hesabında yaranmış borclara görə 100 kodu açılır ki, həmin kodda aparılmış bütün mədaxil və məxaric əməliyyatları əks etdirilir. Keçirilmiş daxili audit yoxlamasının nəticəsində həmçinin müəyyən olunmuşdur, ki, Təqsirləndirilən şəxs 100 kodunda 11991,97 manat borc vardır. 100 koduna məhz bağlanmış marketlərdə qalan malların dəyəri hesablanır. Belə ki, ekspeditorun sırf məsuliyyətsizliyi, vaxtında marketlərə gedib ödənişləri yığmaması nəticəsində bəzi marketlər fəaliyyətini dayandırmasından ekspeditor gec xəbər tutur. Həmin marketlərin Cəmiyyətə olan borcları daxili təftiş aparıldıqdan sonra ekspeditorun 100 koduna hesablanır və aylıq müavinətindən hissəhissə olmaqla tutulur. Şahid2 ifadəsinə əlavə olaraq göstərmişdir ki, iş materiallarında olan hesab fakturalarındakı malların hamısı Təqsirləndirilən şəxs sifarişi əsasında anbardan buraxılmış mallar olmuşdur. Çünki hesab fakturalarında ekspeditor kimi Təqsirləndirilən şəxs adı qeyd olunmuşdur. Həm də, hesab fakturalarındakı malların hamısı şirniyyat məhsullarıdır. Rəşad yalnız şirniyyat məhsulları satmışdır. 2021-ci ilin yanvar ayından etibarən Rəşadın satışı aşağı düşmüş, aylıq satışı 27-30 min manat olmuşdur. 27000 manatlıq satış MMC-də ən minimal satış paketidir. Rəşad son 4-5 ay ərzində satış planının heç yarısını yerinə yetirə bilməmişdir. Belə ki, fəaliyyəti yoxlanılan 4,5 ay ərzində cəmi 45616 manat mal satmışdır ki, buda hər ay üçün təxminən 10000 manatlıq satış edir. Şahid2 ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri yalandır. “Real market" adlı müştəri tərəfindən satışdan geri qaytarılan mallar bütün hallarda MMC tərəfindən qəbul edilmişdir. Təqsirləndirilən şəxs satdığı mallara görə əgər hansısa müştəriyə endirim edilmişdirsə bu rəhbərliyin razılığı əsasında olmuşdur. Əgər müştəriyə ödədiyi məbləğə görə faiz endirimi edilmişdirsə və ya aldığı malın üzərində hədiyyə qismində mal verilmişdirsə həmin hədiyyə malın dəyəri və edilmiş faiz endirimi məbləği Rəşadın hesabından çıxılmış və ay sonunda müştəriyə imzalatmaqla, müştəri faiz endirimini almasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə müştəriyə hədiyyə qismində mal iki formada verilmişdir. Əvvəlcə rəhbərlik tərəfindən siyahı hazırlanmış və siyahıda hədiyyə qismində verilən mallar qeyd olunmuşdur. Məsələn hansısa maldan 10 qutu aldıqda 1 qutu hədiyyə. Bu məlumatlar isə sistemə işlənmişdir. Təqsirləndirilən şəxs müştəridən qəbul etdiyi sifarişi terminala işlədikdə, əgər həmin sifarişlərə görə hədiyyə nəzərdə tutulmuşdursa avtomatik olaraq hesab fakturasında bu göstərilmişdir. Məsələn hansısa maldan 10 qutu aldıqda 1 qutunun hədiyyə kimi verilməsi hesab fakturasında 10+1 formasında göstərilmişdir. (10 sifariş edilən malın sayı, 1 isə həmin malın hədiyyəsi). Hədiyyə qismində mal verilməsinin ikinci forması isə belə olmuşdur. Müştəri hədiyyə qismində verilməsi nəzərdə tutulmayan maldan hədiyyə verilməsini istədikdə Təqsirləndirilən şəxs bu barədə bölgə müdiri kimi ona demiş, o isə rəhbərliyin razılığını aldıqdan sonra müştəriyə həmin maldan hədiyyə verilmişdir. Bu zaman hədiyyə qismində verilən malın fakturası ayrıca yazılmış və sonradan koteqoriya müdiri Kemal bəy həmin fakturanı imzalamaqla, malın hədiyyə qismində verilməsini təsdiq etmişdir. Bununla da hədiyyə qismində verilən həmin malın dəyəri Təqsirləndirilən şəxs hesabından çıxlmışdır. Ümumiyyətlə “Real market" adlı müştəri ödənişlərin verilməsində heç bir problem yaratmamışdır. Rəşadın satdığı mallara görə həmin müştəriyə rəhbərliyin razılığı əsasında edilmiş bütün endirimlər və verilmiş hədiyyələr nəzərə alınmış və həmin malların dəyəri Rəşadın hesabından silinmişdir. Ümumiyyətlə Rəşad, fəaliyyəti yoxlanıldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində “Real" marketə 1758,88 manat dəyərində mal satmışdır. xx.xx.2021-ci il tarixə isə həmin müştəri üzrə qalıq 3209,15 manat olmuşdur. Rəşadın deməsindən belə çıxır ki, sonuncu malları “Real" marketə azı 50-60 faiz ucuzuna satmışdır. MMC-nin malları Real marketə ən azı 50-60 faiz endirimlə satması isə çox absurd səslənir. Rəşad “Real" marketə 2018-ci ildən mal satır. 2018-ci ildən bəri Rəşadın fəaliyyəti dəfələrlə daxili auditorlar tərəfindən yoxlanılmışdır. Əgər Rəşad "xxxx" marketə hesab fakturalarından kənar hər hansı bir endirim etmiş olsaydı, həmin fakt audit yoxlamaları zamanı aşkar olunar və fakturadan kənar edilmiş endirimlərin məbləği, hədiyyə qismində verilmiş malların dəyəri Rəşadın hesabında çatışmazlıq kimi görünərmiş və bununlada Rəşad bir daha həmin müştəriyə özündən endirim etməzmiş. Çox gümanki Təqsirləndirilən şəxs "xxxx" marketdən aldığı 3716,93 manat satış pulunu MMC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Təqsirləndirilən şəxs Pirallahı qəsəbəsində yerləşən “Laçın market" adlı müştəriyə satdığı mallara görə hər ay 100 manat səbət pulu hesablanmış və Rəşad bununla bağlı xidməti məlumat yazmış, nəticədə həmin məbləğ sonuncunun hesabından silinmişdir. Bu vitrin pulu yox, səbət pulu olmuşdur. Buna səbəb həmin marketə içərisinə Rəşadın satdığı mallar yığılmış səbət qoyulmuşdur. Rəşadın Laçın marketlə, satdığı malların ayrıca vitrinə və ya səbətə yığılması müqabilində 500 manat qarşılığında razılaşıb-razılaşmaması, Şahid3 bununla bağlı göstəriş verib-verməməsi barədə onun məlumatı yoxdur. Rəşad işlədiyi müddətdə Pirallahı qəsəbəsində yerləşən "xxxx" adlı müştəriyə malları ola bilsin kt, 7 faiz endirimlə satmışdır və həmin endirimlər hesab fakturalarında qeyd edilmişdir. Ümumiyyətlə müştəriyə edilmiş bütün endirimlər hesab fakturalarında qeyd edilmiş və fakturada həmçinin endirimli məbləğ, yəni müştərinin ödəyəcəyi məbləğdə qeyd edilmişdir. Əgər müştəriyə edilmiş endirim məbləği satış fakturasında qeyd edilməmişdirsə həmin endirimin məbləği sonradan dekond kimi satış təmsilçisinin hesabından silinmişdir. Dekonda məhz satış fakturasında qeyd olunmayan həmin endirimlər, tanıtım üçün müştəriyə təqdim edilmiş və müştəri tərəfindən istifadə edilmiş malların dəyəri hesablanmışdır. Ola bilməz ki, "xxxx" adlı müştəri 645,82 manatlıq malı satışdan geri qaytarsın, MMC həmin malı qəbul etməsin və Rəşad da, bu hala reaksiya verməsin, bu barədə ona və rəhbərliyə məlumat verməsin. 645 manat hardasa Rəşadın qazancının yarısı edir. Çox güman ki, Rəşad “Home" marketdən aldığı 645,82 manat satış pulunu MMC-nin öz ehtiyaclarına xərcləmişdir. Ümumiyyətlə satışdan geri qaytarılan mallar hər bir halda MMC-nin anbarı tərəfindən qəbul edilmiş və hazırda da, edilir. Əgər ekspeditorun, o cümlədən Təqsirləndirilən şəxs satdığı mal son istifadə tarixi keçdikdən və ya müştəri tərəfindən yararsız hala salındıqdan sonra geri qaytarılarsa hər bir halda anbar həmin malı qəbul etmiş, malın dəyəri satış təmsilçisinin hesabından silinmişdir. Yalnız belə malların dəyəri ekspeditorun aylıq planının 1,5 faiz həddindən artıq olduqda, ekspeditora yararsız malın dəyərindən asılı olaraq maksimum 60 manat cərimə hesablanır. "xxxx" marketin əvvəlki adı başqa olmuşdur. Lakin marketi işlədən şəxs dəyişməmiş, eyni adamdır. Rəşad yalan deyir. Həmin müştəri 2000 manata yaxın borcu ola-ola marketi bağlamamış, şirkətə borclu qalmamışdır. Həmçinin həmin müştəriyə edilmiş endirimlər hər bir halda MMC tərəfindən nəzərə alınmış və Rəşadın hesabından silinmiş, eləcə də, satışdan geri qaytarılan mallar anbar tərəfindən qəbul edilməklə, həmin malların dəyəri Rəşadın hesabından çıxılmışdır. Çox güman ki, Rəşad "xxxx" marketdən aldığı 2217,16 manat satış mənimsəmişdir. Təqsirləndirilən şəxs "xxxx" adlı müştəridən aldığı 292,60 manat satış pulunu da, mənimsəmişdir. Rəşad sadəcə özünü müdafiə üçün "xxxx" adlı müştəri tərəfindən satışdan geri qaytarılan 292,60 manat dəyərində qutu şokoladın müştəri tərəfindən yararsız hala salındığı üçün MMC tərəfindən qəbul edilməməsi nəticəsində hesabında həmin müştəri üzrə çatışmazlıq yaranması məzmunda ifadə verir. Xətai rayonunda yerləşən “Hərbi hissə market" adlı müştəri MMC-dən əsasən şirniyyat məhsulları almışdır. Həmin müştəriyə əsasən mal satan Rəşad olmuşdur. Həmçinin Rəşad həmin müştəriyə 500 qutu bakkuş satmışdırsa və 250 qutu bakkuş hədiyyə edilmişdirsə, hədiyyələr üçün ayrıca hesab fakturası yazılmış və onların dəyəri Rəşadın hesabından silinmişdir. Çox güman ki, Təqsirləndirilən şəxs həmin müştəridən aldığı 2899,42 manat satış pulunu mənimsəmişdir. Binə qəsəbəsində yerləşən "xxxx" adlı müştəri tərəfindən satışdan geri qaytarılan mallar bütün hallarda MMC tərəfindən qəbul edilmiş və həmin malların dəyəri Rəşadın hesabından silinmişdir. O, heç vaxt Rəşada deməmişdir ki, Binə qəsəbəsində yerləşən "xxxx" adlı müştəriyə endirim etsin. Çox güman ki, Təqsirləndirilən şəxs Binə qəsəbəsində yerləşən "xxxx" adlı müştəridən aldığı 1591,08 manat satış pulunu mənimsəmişdir. Çox güman ki, Təqsirləndirilən şəxs "xxxx" adlı müştəridən aldığı 1403,05 manat satış pulunu da, mənimsəmişdir. Həmin müştəri tərəfindən satışdan geri qaytarılan mallar bütün hallarda MMC-nin anbarı tərəfindən qəbul edilmiş və həmin malların dəyəri Rəşadın hesabından silinmişdir. Rəşad yalan danışır, o, heç vaxt Rəşada deməmişdir ki, "xxxx" adlı müştəriyə endirim etsin. "xxxx" adlı müştəri tərəfindən satışdan geri qaytarılan mallar bütün hallarda anbar tərəfindən qəbul edilmiş və həmin malların dəyəri Rəşadın hesabından silinmişdir. O, heç vaxt Rəşada deməmişdir ki, “Everest market" adlı müştəriyə endirim etsin. Belə bir hal olmamışdır ki, həmin müştəri Rəşadın satdığı 700- 800 manatlıq marmalatı satışdan geri qaytarsın və MMC həmin malı qəbul etməsin. Çox güman ki, Rəşad həmin müştəridən aldığı 2110,25 manat satış pulunu mənimsəmişdir. “Şok Binə market" adlı müştəri tərəfindən satışdan geri qaytarılan mallar bütün hallarda anbar tərəfindən qəbul edilmiş və həmin malların dəyəri Təqsirləndirilən şəxs hesabından çıxılmışdır. O, heç vaxt Rəşada deməmişdir ki, "xxxx" adlı müştəriyə endirim etsin. Təqsirləndirilən şəxs “Şok Binə market" adlı müştəridən aldığı 2661,54 manat satış pulunu mənimsəmişdir. “Nur" marketi işlədən icarədarın əvvəllər başqa şəxs olması, əvvəlki icarədarın 3367,15 manat satış pulunu ödəmədən marketi bağlaması barədə Təqsirləndirilən şəxs göstərdikləri doğru deyil, sonuncu yalan danışır. Nur marketi işlədən şəxs Elnur adlı oğlan və atasıdır. Onlar mağazanı bir neçə ildir ki, işlədirlər. Mağazada icarədar dəyişikliyi olmamışdır. Rəşad mal satdığı müddətdə mağazanı yalnız Elnur və atası işlətmişdir. Elnur üzləşdirmədə də, iştirak etmiş və aktı imzalamışdır. Üzləşdirmə zamanı "xxxx" marketin MMC-yə borcu olmamışdır. Üzləşdirmədə Rəşadda iştirak etmişdir. Çox güman ki, Rəşad "xxxx" marketdən aldığı 3367,15 manat satış pulunu MMCnin kassasına mədaxil etməyib mənimsəmişdir. Təqsirləndirilən şəxs "xxxx" adlı müştəri üzrə hesabında yaranmış 839,94 manat çatışmazlıqla bağlı göstərdikləri doğru deyil, gülməli səslənir. Belə bir hal olmamışdır ki, "xxxx" adlı müştərinin sifarişi səhvən "xxxx" adlı müştəriyə aparılsın. Təqsirləndirilən şəxs “Buta 1 market" adlı müştəridən aldığı 839,94 manat satış pulunu mənimsədiyi üçün absurd ifadələr verməklə özünə bəraət qazandırmağa çalışır. Təqsirləndirilən şəxs mal satdığı "xxxx" adlı müştəriyə edilmiş bütün endirimlər MMC tərəfindən nəzərə almmış və həmin müştərinin satışdan geri qaytardığı mallar anbar tərəfindən qəbul edilmişdir. Rəşad demək olar ki, əksər müştərilər üzrə hesabında yaranmış çatışmazlıqlarla bağlı eyni bəhanələr gətirmişdir. Halbuki, müştərilərlə edilmiş endirimlər zamanı Rəşad satış pullarını müştərilərdən alıb MMC-nin kassasına mədaxil etmədiyini etiraf etmiş, sonuncudan “Rəşad bu qədər satış pulunu neyləmisən” deyə soruşduqda ona “müəllim olduda, bir işdi” deyə cavab vermişdir. “Hobby market" adlı müştəri Təqsirləndirilən şəxs aldığı mallara görə ödənişləri son aylarda köçürmə yolu ilə deyil, nağd qaydada etmişdir. Həmin müştəri Rəşada nağd qaydada əlbəəl satış pulu vermişdir. Rəşad həmin məbləğin bir hissəsini MMC-nin kassasına mədaxil etsə də, 2651,45 manatını mədaxil etməmişdir. Təqsirləndirilən şəxs həmçinin Qaraçuxur qəsəbəsində yerləşən "Ballı market” adlı müştərinin adından da, MMC-nin kassasına kassa mədaxil orderi əsasında satış pulu mədaxil etmişdir. Çox güman ki, Rəşad həmin müştəridən aldığı 2679,18 manat satış pulunu MMC-nin kassasına mədaxil etməmişdir. Ona görə də, müştəri üzrə hesabında çatışmazlıq yaranmışdır. Həmçinin Rəşad, fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılan dövr ərzində "xxxx" adlı müştərinin adından MMCnin kassasına kassa mədaxil orderi əsasında satış pulu ödəmişdir. Rəşad yalan danışır. Sonuncu işlədiyi müddətdə Binə qəsəbəsində yerləşən "xxxx" adlı müştərinin adından MMC-nin kassasına kassa mədaxil orderləri əsasında satış pulu mədaxil etmişdir. Çox güman ki, Rəşad həmin müştəridən aldığı 1796,50 manat satış pulunu mənimsəmişdir. Təqsirləndirilən şəxs həmçinin 2961,09 manat satış pulunu "xxxx" adlı müştəridən alsa da, MMC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Rəşad "Real-S market” adlı üzrə hesabında yaranmış 2961,09 manat çatışmazlıqla bağlı hər hansı bir bəhanə gətirə bilmədiyi üçün, müştəri üzrə hesabında çatışmazlığın hansı səbəbdən yaranmasını göstərə bilmir. Təqsirləndirilən şəxs həmçinin 803.17 manat satış pulunu “Yaşıl Buta market" adlı müştəridən və 1015,52 manat satış pulunu isə "xxxx" adlı müştəridən alsa da, MMC-nin kassasına mədaxil etməmişdir. Rəşad sadəcə olaraq müştərilərdən aldığı pulu mənimsəməsini etiraf etmək istədiyi üçün, ifadəsində çatışmazlığın hansı səbəbdən yaranmasını bilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs "xxxx" marketi əvvəllər başqa icarədarın işlətməsi, həmin icarədarın 599,07 manat satış pulunu ödəmədən marketin fəaliyyətini dayandırması barədə ifadəsində göstərdikləri doğru deyil, Rəşad özünü müdafiə etmək üçün yalan danışır. "xxxx" marketdə icarədar dəyişməmişdir. Ümumiyyətlə “Bolluq LTD" MMC ilə müştərilər arasında müqavilə bağlandıqdan sonra satış təmsilçiləri həmin müştərilərə mal satır. Əgər "xxxx" marketin icarədarı dəyişsəymiş, yeni icarədar ilə MMC arasında müqavilə bağlanarmış. Təqsirləndirilən şəxs 599,07 manat satış pulunu müştəridən alıb MMC-nin kassasına mədaxil etməmişdir. Təqsirləndirilən şəxs mal satdığı müştərilərdən Nobel рг.-də “Bolluq market" adlı müştəriyə verilmiş səbət pulu və hədiyyələrin dəyəri hər bir halda Təqsirləndirilən şəxs hesabından silinmişdir. Ümumiyyətlə Nobel pr.-də yerləşən “Bolluq" marketdə əvvəllər içərisinə Rəşadın satdığı mallar yığılmış səbət qoyulmuş və bu rəsmi qaydada edilmişdir. Nobel pr.-də “Bolluq market" adlı müştəri üzrə Təqsirləndirilən şəxs hesabında 3749,01 manat çatışmazlıq yaranmışdır. 3749,01 manat ayda 100 manatdan 37 ay edir. Əgər Rəşad 37 ay ərzində həmin müştəriyə ayda 100 manat vermişdirsə, və ya 100 manat dəyərində hədiyyə vermişdirsə həmin məbləğlər Rəşadın ərazisi təftiş tərəfindən yoxlanılarkən aşkar olunar və Rəşad həmin məbləğ Rəşadın hesabından silinər, hesabında çatışmazlıq kimi qalmazmış. Həmçinin H.Aslan metrostansiyasının yaxınlığında yerləşən Bolluq market üzrədə. Belə bir hal olsaydı Rəşad bu barədə özü ona deyərmiş və sonuncu imkan verməzmiş ki, həmin məbləğlər hesabında çatışmazlıq kimi qalsın. Rəşad özünü müdafiə etmək üçün bəhanələr uydurur. Təqsirləndirilən şəxs Nobel prospektində “Bolluq market" adlı 3749,01 manat, H.Aslan Rəşad "xxxx" və "xxxx" adlı müştərilərin adlarına MMC-nin kassasına ödənişlər etmişdir. Həmin müştərilər ödənişləri həm köçürmə yolu ilə etmiş, həm də, əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Ola bilsin ki, Təqsirləndirilən şəxs "xxxx", "xxxx" və həm nağd qaydada, həmdə köçürmə yolu ilə ödəniş edən digər müştərilərin adlarına MMC-nin anbarından mal çıxardıb başqa şəxslərə satmışdır. Təqsirləndirilən şəxs mal satdığı müştərilərdən "xxxx" ödənişləri həm köçürmə, həm də, nağd qaydada Rəşada əlbəəl verməklə ödəmişdir. Ola bilsin ki, Rəşad ya həmin müştəridən aldığı satış pulunun bir hissəsini MMC-nin kassasına ödəməmiş, ya da ki, müştərinin adına mal çıxardıb başqasına satmışdır. Ona görə də, hesabında 256,13 manat çatışmazlıq yaranmışdır. Şahid2 ifadəsinə əlavə olaraq göstərmişdir ki, 652220-1388, 652220-1419, 652220- 1540 və 652220-1406 nömrəli hesab fakturalarındakı mallar Təqsirləndirilən şəxs sifarişləridir və MMC-nin anbarından buraxılmışdır. Həmin hesab fakturalarında ekspeditor kimi Təqsirləndirilən şəxs adı qeyd olunmuşdur və mallarda Rəşadın satdığı şirniyyat məhsullarıdır. Həmçinin hesab fakturalarında malı qəbul etmiş müştərinin və MMC-nin malpaylayanlarının imzalan vardır. Çox güman ki, Təqsirləndirilən şəxs həmin hesab fakturalarında qeyd olunan sifarişlərin pulunu müştərilərdən alıb mənimsədiyi üçün hesab fakturalarını hər hansı bir tanışına imzalatmışdır ki, fakturada onun öz imzası olmasın. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 oğlu istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs mal satdığı bütün müştərilərə rəsmi qaydada edilmiş endirimlər nəzərə alınmış, həmçinin müştərilər tərəfindən satışdan geri qaytarılan mallar istifadəyə yaralı olub-olmamasından, son istifadə tarixi keçib-keçməməsindən asılı olmayaraq bütün hallarda MMC tərəfindən qəbul edilməklə, həmin malların dəyəri Rəşadın hesabından silinmişdir. Əgər Rəşad hər hansı bir müştəriyə fakturadan kənar endirim edilmişdirsə, həmin endirimi onun, marketing müdirinin, rəhbərliyin xəbəri olmadan özündən etmişdir. Xətai rayonunda yerləşən "Hərbi hissə market” adlı müştəriyə Təqsirləndirilən şəxs aldığı 500 qutu bakkuşa, 250 qutu bakkuş hədiyyə verilməsi çox gülməli səslənir. MMC bakkuşun 1 qutusunun satışından təxminən 30 faiz, yəni 1-1,5 manat gəlir əldə edir. Əgər 500 qutu bakkuşun üzərində 250 qutu hədiyyə verilmiş olsaydı, onda MMC bakkuş satışından heç bir gəlir əldə etməz, əksinə ziyanla işləmiş olardı. Təqsirləndirilən şəxs həmçinin Nobel pr.-də yerləşən "xxxx" adlı müştəridən aldığı 3749,01 manat satış pulunu mənimsədiyi üçün öz əməlinə müxtəlif bəhanələrlə bəraət qazanmağa çalışır. Əgər "xxxx" adlı müştəriyə və ya digər hər hansı bir müştəriyə səbət və ya vitrinə görə pul verilmişdirsə və ya həmin müştərinin ödənişindən müəyyən məbləğ çıxılmışdırsa bu, MMC-nin rəhbərliyinin yazılı razılı əsasında həyata keçirilmişdir. Hansısa marketdə MMC-nin istehsal etdiyi malların səbəti və ya vitrini qoyulmuşdursa, bunun müqabilində MMC həmin müştəriyə rəsmi faktura əsasında hədiyyə qismində mal vermiş və həmin malın dəyəri ekspeditorun hesabından çıxılmışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək Pirallahı qəsəbəsində yerləşən "xxxx" marketdə, içərisinə Zərərçəkmiş şəxs MMC-nin məhsulları yığılmış səbət qoyulmuş və buna görə müştəri hər ay Təqsirləndirilən şəxs ya 100 manat az ödəniş etmiş, yada ki, müştəriyə faktura ilə 100 manatlıq mal göndərilmişdir ki, həmin malın dəyəri səbətə görə hesablanmış 100 manatla əvəzləşdirilmişdir. Səbətə görə hesablanmış məbləğlər Rəşadın hesabına çatışmazlıq kimi əlavə olunmamışdır. “Laçın market" adlı müştəri üçün vitrin və səbətin hər ikisi nəzərdə tutulmamış, yalnız səbət nəzərdə tutulmuşdur. Səbət üçün nəzərdə tutulmuş 100 manat isə ya müştəriyə edilmiş dekonta hesablanmış, yada ki, müştəriyə hər ay 100 manatlıq mal verilmişdir. Belə ki, həmin müştəriyə 1000 manatlıq mal satdıqda müştəri 100 manatı səbətə görə çıxdıqda, həmin mala müştəridə borc 900 manat, MMC-də isə 1000 manat kimi görünmüşdür. Belə olan halda həmin 100 manat müştəriyə ay sonunda dekond kimi hesablanıb, Rəşadın hesabından silinmiş, yada ki, müştəriyə 100 manat dəyərində mal verilməklə, həm müştəridə, həmdə MMC-də görünən borc 1000 manat olmaqla, bərabərləşdirilmişdir. Həmin 100 manatlıq mal MMC-nin sistemində hədiyyə kimi görünsə də, müştəri həmin malın dəyərini ödəmişdir ki, borclar bərabərləşsin. Yadaki müştəri səbət pulunu çıxmayıb tam ödəniş etdikdə, ona 100 manat dəyərində hədiyyə qismində mal verilmiş və müştəri həmin malın dəyərini ödəməmişdir. "Laçın” marketdə içərisinə Rəşaddan aldığı mallar yığılmış vitrin qoyulması barədə Rəşada onun və MMC-nin rəhbərliyi tərəfindən heç bir göstəriş verilmişdir. Ümumiyyətlə MMC-də, Pirallahı qəsəbəsində yerləşən "xxxx" marketdə içərisinə Rəşadın satdığı yığıldığı vitrin qoyulması müqabilində, müştərinin aldığı mallara görə 500 manat az ödəniş etməsi nəzərdə tutulmamışdır. Əgər Rəşad həmin müştəridən, mağazasına vitrin qoyulması müqabilində satdığı mallara görə 500 manat az ödəniş almışdırsa, o, bunu rəhbərlikdən xəbərsiz etmişdir. Rəşad fəaliyyəti yoxlanıldığı dövr ərzində "xxxx", “Freshmart market”, "xxxx", Binə qəsəbəsindəki "xxxx", Qaraçuxur qəsəbəsində yerləşən "xxxx", "xxxx", “Hobby market”, "xxxx", "xxxx" adlı müştərilərin adından MMC-nin kassasına kassa mədaxil orderləri əsasında satış pulu mədaxil etmiş, həmin kassa mədaxil ordeləri materiala əlavə edilmişdir. Həmin müştərilər ödənişlər bəzən köçürmə yolu ilə də, etmişlər. Çox güman ki, Rəşad həmin müştəilərin adlarına anbardan çıxartdığı malları MMC ilə əməkdaşlıq etməyən başqa şəxslərə satmış, ödənişlərin isə bir hissəsini özü fakturalarda adları qeyd olunan müştərilərin adına MMC-nin kassasına mədaxil etmiş, bir hissəsini isə kassaya mədaxil etməyib, mənimsəmişdir. Ona görə də, həmin müştərilər üzrə Rəşadın hesabında çatışmazlıq yaranmışdır. Həmin müştərilər həm də, köçürmə yolu ilə ödəniş etdikləri üçün Rəşad həmin müştərilərdən hansı səbəbdən çatışmazlıq yarandığını bilmədiyini deməklə məsuliyyətdən yayınmağa, özünü həmin müştərilərdən satış pulu almayan ekspeditor kimi göstərməyə çalışır. Şahid11 və Təqsirləndirilən şəxs eyni müştərilərə mal satdıqları üçün hansısa müştəri köçürmə yolu ilə ödəniş etdikdə həmin ödənişlər həm Rəşadın, həm də, Anarın satdığı mallara görə edilmiş ödəniş hesab olunmuşdur. Yəni müştəri həm Anardan, həm də, Rəşaddan aldığı mallara görə bir hesaba ödəniş etmişdir. Müştəri ödəniş etdikdən sonra bu barədə Anara və Rəşada bildirilmiş və onlar edilmiş ödənişin hansı hissəsinin Rəşadın satdığı mallara görə, hansı hissəsinin Anarın satdığı mallara görə edilməsi ilə bağlı öz aralarında razılığa gəlib, bu barədə MMC-yə bildirmiş və həmin ödənişlə bağlı hər ikisinin adına kassa mədaxil orderi təqdim edilmişdir. Həmçinin Rəşad və Anar onlara verilmiş terminalda da, edilmiş ödənişləri görmüşlər. Həmçinin Rəşadın satdığı mallara görə müştərilərə dekond, yəni əlavə endirimlərdə edilmişdir. Dekond MMC tərəfindən hər ayın yekununda müştərilərə, onların ödənişlərinə görə verilən faiz dərəcəsidir. Növbəti ayın əvvəlində bölgə müdiri dekond barəsində həmin müştəriyə məlumat verir və əvvəlki ayın dekond məbləği növbəti ay müştərinin borcundan çıxılır. Belə ki, müştərinin dekond məbləği 10 manat edirsə, növbəti ayda həmin məbləğ müştərinin aldığı malın dəyərindən çıxılır, necə deyərlər aldığı malın dəyərindən 10 manat az ödəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 2021-ci lin iyun ayından "xxxx" LTD MMC-də maliyyə müfəttişi vəzifəsində işləyir. Maliyyə müfəttişi kimi vəzifələri ekspeditorların fəaliyyətini rəhbərliyin müəyyən etdiyi qrafikə uyğun olaraq və ya bəzi hallarda rəhbərliyin göstərişi əsasında qrafikdən kənar yoxlamaqdan, müştərilərdə hansı məbləğdə qalıqların qalmasının, ekspeditorlar tərəfindən Cəmiyyətin kassasına mədaxil edilmiş satış pullarının yoxlanılmasından ibarədir. "xxxx" LTD MMC-nin Maliyyə şöbəsinin təftişçiləri tərəfindən daxili yoxlama, yəni təftiş məhsul satılmış ticarət obyektlərinə gedilərək, müştərilərdən onlara satılmış məhsullara dair ödəniş edib-etməmələri, müsbət halda hansı məbləğdə ödəniş etmələri yolu ilə aparılır. Zərərçəkmiş şəxs MMC qənnadı, şirniyyat və quru qida məhsullarının istehsalı və satışını həyata keçirir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də ekspeditor, yəni satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs MMC- nin kassasına mədaxil etdiyi satış pullarının satdığı mallara görə nisbətdə çox az olması səbəbilə 2021-ci ilin avqust ayında Rəşadın fəaliyyəti ilə bağlı təftiş aparılarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bir sıra müştərilərdən ödənişləri alaraq MMC-nin kassasına mədaxil etməyib, mənimsəmişdir. Bundan sonra Rəşadın barəsində daxili yoxlama aparılmış və bu zaman onun, ekspeditorlar Təqsirləndirilən şəxsla, Şahid11, bölgə müdiri Şahid2 iştirakı ilə bir-bir müştərilərə gedilərək, üzləşmə keçirilmişdir. Üzləşmələr zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir çox müştəridən satış pulunu alsa da, MMC-nin kassasına mədaxil etməmişdir. Həmçinin daxili təftiş, yəni yoxlama zamanı müəyyən olunmuşdur ki. Təqsirləndirilən şəxs MMC ilə əməkdaşlıq edən müştərilərin adlarına sifarişlər verərək, həmin malların anbardan çıxarılmasına nail olmuş, daha sonra isə həmin malları MMC ilə əməkdaşlıq etməyən müxtəlif şəxslərə satmışdır. Qeyd olunan halları Təqsirləndirilən şəxs özüdə etiraf etmişdir. Daxili təftiş zamanı onların və müştərilərin iştirakı ilə üzləşmə aktları tərtib olunmuş və müştərilər MMC-yə olan borclarını aktları imzalamaqla təsdiq etmişlər. Üzləşdirmə aktları, həmçinin Təqsirləndirilən şəxs tərəfindən də, imzalanmışdır. Müştərilərlə fərqlər yaranarkən Təqsirləndirilən şəxs həmin çatışmazlıqları qəbul etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmış və hesabında 52104,14 manat satış pulu çatışmazlığı olması müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, “Bolluq LTD" MMC-də qənnadı (şirniyyat) məhsulları üzrə marketing müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC quru qida və şirniyyat məhsullarının istehsalını və satışını həyata keçirir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də ekspeditor, yəni satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai, Xəzər və Suraxanı rayonlarında fəaliyyət göstərən müştərilərə, yəni marketlərə mal satmışdır. Rəşad qənnadı, yəni şirniyyat məhsullarının satışını həyata keçirtmişdir. 2021-ci il iyul-avqust aylarında Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı daxili təftiş apanlarkən məlum olmuşdur ki, sonuncu bir sıra müştərilərdən ödənişləri alaraq MMC-nin kassasına mədaxil etməyib, mənimsəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmış və R. Hüseynovun hesabında 52104,14 manat satış pulu çatışmazlığı qalması müəyyən olunmuşdur. Şahid5 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs dedikləri doğru deyil, o, Təqsirləndirilən şəxs "xxxx", "xxxx", “Çok Binə market” adlı müştərilərə və ya mal satdığı başqa hər hansı bir müştəriyə hesab fakturasından kənar hər hansı bir endirim etməsini deməmişdir. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs satdığı mallara görə müştərilərə edilmiş bütün endirimlər nəzərə alınmış və endirim məbləğləri Rəşadın hesabından çıxılmışdır. Əgər Rəşad hansısa bir müştəriyə fakturadan kənar endirim etmişdirsə, bunu ondan və rəhbərlikdən xəbərsiz etmişdir. Bəzi hallarda olmuşdur ki, müştəri Rəşaddan aldığı mala görə hədiyyə istəmiş və onun razılığı ilə həmin müştəriyə həmin maldan 1-3 ədəd hədiyyə verilmiş və bununla bağlı ayrıca hesab fakturası yazılmaqla, həmin malın dəyəri Rəşadın hesabından çıxılmışdır. Həmçinin "xxxx" adlı müştəri və digər müştərilər tərəfindən satışdan geri qaytarılmış mallar bütün hallarda MMC-nin anbarı tərəfindən qəbul edilmiş, həmin malların dəyəri Rəşadın hesabından silinmişdir. Şahid5 ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs deməsindən belə çıxır ki, fəaliyyəti yoxlanılan müddət ərzində malları ən azı 50-60 faiz endirimlə satmış və satdığı malların ən azı yarısı satışdan geri qaytarılmışdır. Bu isə çox gülməli səslənir. Rəşad məsuliyyətdən yayınmaq, özünə bəraət qazandırmaq üçün bü cür gülməli bəhanələr səsləndirir. Qaydalara əsasən ekspeditorun satdığı mallara görə faiz endirimi edilmişdirsə və ya müştəriyə aldığı malın üzərində hədiyyə qismində mal verilmişdirsə həmin hədiyyə qismində verilmiş malın dəyəri və edilmiş faiz endiriminin məbləği ekspeditorun hesabından çıxılmış və ay sonunda müştəriyə imzalatmaqla, müştəri faiz endirimini almasını təsdiq etmişdir. Ümumiyyətlə MMC-də müştəriyə hədiyyə qismində mal iki formada verilir. Belə ki, marketing müdirləri kimi onun və Rəşad Piriyevin tərəfindən siyahı hazırlanır və siyahıda hədiyyə qismində verilən mallar qeyd olunur. Məsələn hansısa maldan 10 qutu aldıqda 1 qutu hədiyyə kimi verilir. Bu məlumatlar isə sistemə işlənir. Satış təmsilçisi müştəridən qəbul etdiyi sifarişi terminala işlədikdə, əgər həmin sifarişlərə görə hədiyyə nəzərdə tutulmuşdursa avtomatik olaraq hesab fakturasında bu göstərilir. Məsələn hansısa maldan 10 qutu aldıqda 1 qutu hədiyyə kimi verilməsi satış fakturasında 10+1 formasında göstərilir. 10 sifariş edilən malın sayı, 1 isə həmin malın hədiyyəsi. Hədiyyə qismində mal verilməsinin ikinci forması isə belədir. Müştəri hədiyyə qismində verilməsi nəzərdə tutulmayan maldan hədiyyə verilməsini istədikdə satış təmsilçisi bu barədə bölgə müdirinə məlumat verir. Bölgə müdiri isə ona və ya Rəşad Piriyevə bildirir. Yalnız onun və ya R.Piriyevin razılığından sonra müştəriyə həmin maldan hədiyyə verilir. Bu zaman hədiyyə qismində verilən malın fakturası ayrıca yazılır və sonradan o və ya Rəşad Piriyev həmin fakturanı imzalamaqla, malın hədiyyə qismində verilməsini təsdiq edir. Bununla da, hədiyyə qismində verilən həmin malın dəyəri satış təmsilçisinin hesabından silinir. Həmçinin müştəri aldığı mala görə faiz endirimi istədikdə, endirim yalnız onun və ya Rəşad Piriyevin razılığı əsasında edilir və bu zaman hesab fakturası yenidən tərtib olunmaqla fakturada məhsulun endirimli qiyməti qeyd olunur. Müştəriyə aldığı mala görə endirim edilib-edilməməsi, hədiyyə qismində mal verilibverilməməsi yalnız onun və Rəşad Piriyevin razılığı ilə həyata keçirilir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə də, belə olmuşdur. Həmçinin müştəri tərəfindən MMC-nin anbanna geri qaytarılan son istifadə tarixi keçmiş, yararsız hala düşmüş, o cümlədən kisə və ya qutu ilə satılan və müştəri tərəfindən bir hissəsi satıldıqdan sonra geri qaytarılan mallar bütün hallarda MMC-nin anbarı tərəfindən qəbul edilmiş, malların dəyəri ekspeditorun, o cümlədən Təqsirləndirilən şəxs hesabından çıxılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 2015-ci ildən etibarən Zərərçəkmiş şəxs MMC-də anbar müdiri işləyir. Anbar müdiri kimi malların qəbul edilib anbara yığılması, anbardan çıxarılması, avtomaşınlara yüklənməsi, daşınmasına, sifarişçilərə çatdırılmasına, satışdan geri qaytarılan malların anbara qəbul edilməsinə rəhbərlik edir. Həm satış anbarına, həmdə geri qaytarma anbarına o, rəhbərlik edir. “Bolluq LTD" MMC şirniyyat, qənnadı məhsullarının istehsalı, həmin məhsulların, habelə ədviyyat məhsullarının və yağ, un, düyü kimi məhsulların satışını həyata keçirir. Təqsirləndirilən şəxs LTD” MMC-də ekspeditor vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs ekspeditor kimi vəzifələri müştərilərdən sifarişlərin qəbul edilərək, MMC tərəfindən verilmiş terminal vasitəsi ilə ümumi sistemə ötürülməsindən və satdığı həmin malların ödənişlərini müştərilərdən alaraq MMC- nin kassasına mədaxil edilməsindən ibarət olmuşdur. Belə ki, satış təmsilçiləri, həmçinin Təqsirləndirilən şəxs MMC tərəfindən onlara verilmiş terminal vasitəsi ilə müştərilərdən qəbul etdiyi sifarişlər barədə məlumatları MMC-nin mərkəzi anbarına ötürmüş, bundan sonra anbarda həmin malların hazırlanması başlanmış və anbarın işçisi olan operator həmin sifarişlərin hesab fakturalarını iki nüsxədə çap edib anbar müdiri kimi ona təqdim etmişdir. Hesab fakturasında satış təmsilçisinin adı, soyadı, müştərinin adı, sifariş olunmuş malların adları, miqdarı, qiymətləri, habelə satış fakturasında göstərilən malların ümumi qiyməti və həmin müştəriyə edilmiş endirimin məbləği göstərilir. Daha sonra malpaylayan hər sifarişin hesab fakturasını imzalayaraq həmin sifarişləri anbardan qəbul edib müştəriyə çatdırır. Malpaylayan hesab fakturasının bir nüsxəsini müştəriyə verir, digər nüsxəsini isə müştəriyə malı qəbul etməsi ilə bağlı imza etdirdikdən sonra anbara qaytarır. Bəzi hallarda isə müştəri malı qəbul etsə də, fakturanı imzalamır. Bundan sonra günlük yığılan bütün hesab fakturaları arxivə təhvil verilir. Daha sonra isə ekspeditor fakturala baxıb sifarişləri yoxladıqdan, fakturada qeyd olunan malların onun sifarişi olduğunu dəqiqləşdirdikdən sonra hesab fakturasını imzalamaqla malların onun sifarişi olmasını təsdiq edir. Daha sonra isə ekspeditor ödənişləri müştərilərdən yığaraq MMC-nin kassasına mədaxil edir. MMC-dəki bütün satış təmsilçiləri, həmçinin Təqsirləndirilən şəxs bu qaydada işləmişdir. MMC-də mərkəzi anbardan başqa geri qaytarma anbarıda var ki, həmin anbarda müştərilər tərəfindən geri qaytarılmış mallar toplanır. Həmin malları anbara malpaylayanlar qaytarır və anbardar malları qəbul edib geri qaytarma fakturasını imzalayır. Təqsirləndirilən şəxs barəsində aparılmış təftiş zamanı müəyyən olunmuşdur ki, o, müştərilərdən aldığı ödənişin bir hissəsini MMC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Şahid7 ifadəsində həmçinin gsötərmişdir ki, iş materiallarında olan hesab fakturalarındakı malların hamısı Təqsirləndirilən şəxs sifarişi əsasında anbardan buraxılmış mallar olmuşdur. Çünki həmin mallar şirniyyat məhsullarıdır. Rəşad isə yalnız şirniyyat məhsulları satmışdır. Şahid7 əlavə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hesablarında çatışmazlıq yaranmasına səbəblərdən biri kimi satışdan geri qaytarılmış bəzi malların MMC-nin anbarı tərəfindən qəbul edilməməsi nəticəsində həmin malların dəyərinin onun hesabına çatışmazlıq kimi əlavə olunması ilə bağlı göstərdikləri doğru deyil. Satışdan geri qaytarılmış mallar bütün hallarda, malların istifadəyə yararlı olub-olmamasından, son istifadə tarixləri keçib-keçməməsindən asılı olmayaraq anbar tərəfindən qəbul edilmişdir. Əgər MMC satışdan geri qaytarılan malları qəbul etməsə və həmin malların dəyəri ekspeditorun hesabına çatışmazlıq kimi əlavə olunsaydı, o zaman heç kim “Bolluq LTD" MMC-də ekspeditor vəzifəsində işləməzdi. Təqsirləndirilən şəxs sadəcə hesabında yaranmış çatışmazlığın məbləğini, yəni mənimsədiyi məbləği azaltmaq üçün bu cür absurd yalanlar səsləndirir. Şahid7 əlavə ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixli 652220-1388 nömrəli, xx.xx.2021-ci il tarixli 652220- 1419 nömrəli, xx.xx.2021-ci il tarixli 652220-1540 nömrəli və xx.xx.2021-ci il tarixli 652220- 1406 nömrəli hesab fakturalarında göstərilən mallar Təqsirləndirilən şəxs sifarişləridir. MMC- nin malpaylayanı həmin sifarişləri müştərilərə təhvil verdikdən sonra hesab fakturalarını həmin müştərilərə imzalatmış və daha sonra isə malpaylayan həmin hesab fakturalarını özü də, imzalayıb anbara təhvil vermişdir. Bundan sonra isə həmin hesab fakturaları imzalaması üçün ekspeditor Təqsirləndirilən şəxs təqdim edilmiş, Rəşad isə fakturaları imzalayıb anbara qaytarmışdır. Nömrələri qeyd olunmuş hesab fakturaların malı qəbul etmiş müştərilər və malpaylayanlar tərəfindən imzalanmışdır. Çox güman ki, Təqsirləndirilən şəxs həmin hesab fakturalarında qeyd olunan sifarişlərin pulunu müştərilərdən alıb mənimsədiyi üçün hesab fakturalarını başqa bir şəxsə imzalatmışdır ki, fakturada onun öz imzası olmasın. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 2020-ci ilin yaz aylarından "xxxx" LTD MMCdə malpaylayan vəzifəsində işləyir. Malpaylayan kimi vəzifələri satış təmsilçilərinin sifarişlərini mərkəzi anbardan hesab fakturaları əsasında qəbul edib, müştəriyə çatdırılmasından və müştərilər tərəfindən geri qaytarılan malların geri qaytarma anbarına gətirilməsindən ibarətdir. Malpaylayan kimi 2020-ci ilin sentyabr ayından, MMC-nin satış təmsilçilərindən Təqsirləndirilən şəxs və Şahid11 sifarişi əsasında Cəmiyyətin anbarından qəbul etdiyi malları müştərilərə çatdırmışdır. Rəşad şirniyyat, Anar isə quru qida məhsularının satışını həyata keçirmişdir. İşlədiyi müddətdə Rəşadın və Anarın sifarişlərini hesab fakturaları mərkəzi anbardan qəbul etmiş və bu zaman hesab fakturasını malları qəbul etməsi ilə bağlı imzalamışdır. Daha sonra isə malları müştəriyə aparmışdır. Müştəri isə malların tamlığını yoxladıqdan sonra malları qəbul edərək hesab fakturasını imzalamışdır. Hesab fakturasının bir nüsxəsini müştəriyə verib, müştərinin imzaladığı nüsxəsini isə anbara qaytarmışdır. Təqsirləndirilən şəxs və Şahid11 satdığı mallardan geri qaytarma olduqda isə həmin malları müştəridən götürüb anbara gətirmişdir. O, Təqsirləndirilən şəxs verdiyi sifarişlərin hamısını müştərilərə çatdırmış və müştərilər sifarişləri tam şəkildə qəbul etmələri ilə bağlı hesab fakturalarını imzalamışlar. O, Rəşadın sifarişləri ilə bağlı, yəni sonuncunun satdığı mallara görə heç vaxt hər hansı bir müştəridən satış pulu qəbul etməmişdir. Həmçinin müştərilərdən qayıdan, yəni satışdan geri qaytarılan bütün mallarıda MMC-nin anbarına təhvil vermişdir. MMC-nin anbarı tərəfindən, satışdan geri qayıdan mallar həmişə qəbul edilmişdir. O, sonradan bilmişdir ki, işlədiyi müddətdə Təqsirləndirilən şəxs hesablarında çatışmamazlıq yaranmışdır. Şahid8 ifadəsində həmçinin göstərmişdir ki, bir neçə dəfə olmuşdur ki, şirkətdə olduqları vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşıb, hansısa müştəridən sifariş götürdüyünü deyib, ondan həmin sifarişi müştəriyə çatdıra bilib-bilməyəcəyini soruşmuş, əks təqdirdə özünün aparacağını demişdir. O, isə həmin müştərinin yerləşdiyi əraziyə bu gün gedilməyəcəyini dedikdə, Rəşad həmin sifarişləri müştəriyə birbaşa özü aparmış və daha sonra isə hesab fakturasını imzalaması üçün ona vermişdir. O, isə hesab fakturasını imzalayıb, anbara təhvil vermişdir. Təqsirləndirilən şəxs satdığı mallardan müştəri tərəfindən geri qaytarılan mallar olduqda son istifadə tarixləri keçib-keçməməsindən, yararsız halda olubolmamasından aslı olmayaraq bütün hallarda həmin malları anbar qəbul etmişdir. Şahid8 əlavə ifadəsində göstərmişdir ki, iş materiallarında olan fakturalardakı malların hamısı Təqsirləndirilən şəxs sifarişi əsasında anbardan buraxılmış mallar olmuşdur. Çünki hesab fakturalarında ekspeditor kimi Təqsirləndirilən şəxs adı qeyd olunmuşdur. Həm də, hesab fakturalarındakı malların hamısı şirniyyat məhsullarıdır. Rəşad şirniyyat məhsullarının satışını həyata keçirmişdir. Təqdim olunmuş hesab fakturalarında “Mal çatdıran” qrafasının qarşısında o, öz xətti ilə Ələkbər yazaraq imzasını çəkmişdir. Ələkbər yazılmış fakturalardakı imzalar ona məxsudur, çünki həmin fakturalanndakı malları əsasən müştərilərə onun özü çatdırmışdır. Çox nadir hallarda olmuşdur ki, səhhəti ilə əlaqədar işə çıxmadığı üçün Rəşadın sifarişlərini malpaylayanlardan Yunus və ya Aqil müştəriyə çatdırmışdır. Bir neçə dəfə olmuşdur ki, hesab fakturasını o, imzalasa da, malı müştəriyə bir başa Rəşadın özü çatdırmışdır. Şahid8 istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixli 6522220- 1540 nömrəli və xx.xx.2021-ci il tarixli 6522220-1388 nömrəli hesab fakturalarında “Mal çatdıran” qrafasının qarşısındakı imzalar ona məxsusdur. Hər iki hesab Hfakturasında qeyd olunan mallar Təqsirləndirilən şəxs sifarişləridir və o, həmin sifarişləri müştəriyə çatdırmaqla, fakturanı müştəriyə imzalatmışdır. Sonradan hər iki hesab fakturasını anbara təhvil vermişdir. Ekspeditor Təqsirləndirilən şəxs tərəfindən imzalanması nəzərdə tutulmuş qrafada imza olmayan hesab fakturaları və imzaların Təqsirləndirilən şəxs tərəfindən çəkilibçəkilməməsini müəyyən etmək mümkün olmayan hesab fakturalarında qeyd olunmuş sifarişlərlə bağlı Şahid8 ifadəsində göstərmişdir ki, həmin hesab fakturalarında qeyd olunmuş mallar Təqsirləndirilən şəxs sifarişləridir və həmin sifarişlər onun tərəfindən müştərilərə çatdırılmışdır. Hesab fakturalarında “Mal çatdıran" qrafasının qarşısındakı imzalar ona məxsusdur. Qeyd olunan hesab fakturalarını anbara təhvil verdikdən sonra, sonradan Təqsirləndirilən şəxs həmin fakturadakı malları yoxlayıb Özüdə imzalamışdır. Ola bilsin ki, bəzi fakturaları imzalamağı unutmuşdur və ya imzalanması üçün Rəşada verilməmişdir. Lakin ona təqdim olunmuş həm Rəşadın imzası olmayan, həm də, imzanın Rəşada məxsus olub- olmaması müəyyən edilə bilməyən hesab fakturalanndakı mallar Təqsirləndirilən şəxs sifarişləridir və onun tərəfindən müştərilərə çatdırılmış və müştərilər fakturanı imzalamaqla malları qəbul etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid20 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Xətai rayonu,X10 78 ünvanında yerləşən “Reals’’ adlı ərzaq mağazasını 10 ildən artıqdır ki, işlədir. Mazağada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edir. Həmin firmalardan biri də "Bolluq LTD” MMC-dir. “Bolluq LTD" MMC ilə hazırda da, işləyir. Mağaza fəaliyyətə başladığı vaxtdan etibarən Zərərçəkmiş şəxs MMC-dən mal alır. O, “Bolluq LTD" MMC-dən şirniyyat və quru qida məhsulları alır. Mağazaya gələn malları özü qəbul edir. Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, onlar Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində işləmişlər. 2021-ci ilin avqust ayınadək Rəşaddan şirniyyat, Anardan isə quru qida məhsulları almışdır. “Bolluq LTD" MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Rəşad və Anar əvvəlcə mağazaya gələrək ondan sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər malpaylayan tərəfindən mağazaya gətirilmişdir. Bu zaman o, satış fakturasını imzalamaqla həmin sifarişləri qəbul etmişdir. O, malları MMC-dən nisyə almışdır. Hər ayın 25-i Anar və Rəşad birlikdə onun mağazasına gəlmiş və o, satış pullarını həmin vaxt Anarla Rəşada vermişdir. O, satış pullarını ancaq Rəşad və Anara vermiş, malpaylayana və ya MMC-nin digər hər hansı bir əməkdaşına heç vaxt satış pulu verməmişdir. Zərərçəkmiş şəxs MMC-dən aldığı mallara görə, Təqsirləndirilən şəxs tərəfindən ona hesab fakturalarında qeyd olunanlardan kənar hər hansı bir əlavə endirim edilməmişdir. O, malları Rəşaddan hesab fakturalarında göstərilən qiymətə almışdır. Şahid20 ifadəsində həmçinin göstərmişdir ki, 2021-ci ilin avqust ayında mağazasında Zərərçəkmiş şəxs MMC-nin malları azaldığı üçün ekspeditor Təqsirləndirilən şəxs zəng edərək ondan sifariş götürməsini istəmiş, lakin Rəşad ona müştərilərin borcu çox olduğu üçün MMC-dən mal götürə bilmədiyini demişdir. Bundan sonra o, Rəşadın bölgə müdiri Hidayətə zəng edib “mənim borcum az ola-ola mənə niyə mal vermirsiniz" deyə soruşmuş, Hidayət isə cavabında onun MMC-yə borcunun Təqsirləndirilən şəxs aldığı mallara görə 3000 manatdan artıq, Şahid11 aldığın mallara görə isə 2000 manatdan olduğunu bildirmişdir. Səhəri gün bölgə müdiri Hidayət və MMC-nin bir neçə əməkdaşı onun mağazasına gəlib təhvil-təslim aparmışlar. Həmin vaxt onun MMC-yə borcu Təqsirləndirilən şəxs aldığı mallara görə 273,67 manat, Şahid11 aldığı mallara görə isə 1758,53 manat olmuşdur. Bu zaman MMC-nin əməkdaşlarının, onun və mağazada işləyən Elnarə Dərgahovanın iştirakı ilə akt tərtib olunmuş və Elnarə aktı imzalamaqla “Reals’’ marketin MMC-yə olan borclarını təsdiq etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan aldığı 2961,09 manat satış pulunu MMC-nin kassasına mədaxil etməmişdir. Şahid6 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 il "xxxx" LTD MMC-də təftiş vəzifəsində işləmişdir. 2021-ci ilin yanvar ayında öz ərizəsi ilə işdən çıxmışdır. Təftiş, yəni auditor kimi vəzifələri ekspeditorların fəaliyyətini rəhbərliyin müəyyən etdiyi qrafikə uyğun olaraq və ya bəzi hallarda rəhbərliyin göstərişi əsasında qrafikdən kənar yoxlamaqdan, müştərilərdə hansı məbləğdə qalıqların qalmasının, ekspeditorlar tərəfindən edilmiş ödənişlərin yoxlanılmasından ibarət olmuşdur. "xxxx" LTD MMC-nin Maliyyə şöbəsinin təftişçiləri tərəfindən daxili yoxlama, yəni təftiş məhsul satılmış ticarət obyektlərinə gedilərək, müştərilərdən onlara satılmış məhsullara dair ödəniş edib-etməmələri, müsbət halda hansı məbləğdə ödəniş etmələrinin öyrənilməsi yolu ilə aparılır. “Bolluq LTD" MMC şirniyyat, qənnadı, ədviyyat məhsulları, un, düyü məhsulların istehsalı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs “Bolluq LTD" MMC-də ekspeditor, yəni satış təmsilçisi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Rəşadın fəaliyyətini təftişçi kimi qrafikə uyğun olaraq və ya qrafikdən kənar o yoxlamışdır. Ekspeditor kimi Təqsirləndirilən şəxs vəzifələri müştərilərdən sifarişlərin qəbul edilərək, MMC tərəfindən verilmiş terminal vasitəsi ilə ümumi sistemə ötürülməsindən və satdığı həmin malların ödənişlərini müştərilərdən alaraq terminala işlədikdən sonra MMC-nin kassasına mədaxil edilməsindən ibarət olmuşdur. Rəşad soyuq satış həyata keçirmiş və malları nisyə satmışdır. Rəşad şirniyat məhsullarının satışını həyata keçirmişdir. Rəşadın şirniyyat satdığı müştərilərə quru qida məhsullarını isə Şahid11 satmışdır. 2021-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ərazidə qalıqları artdığı, ödənişləri azaldığı üçün fəaliyyəti ilə bağlı daxili təftiş aparılmağa başlanmışdır. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı təftiş aparılarkən müəyyən olunmuşdur ki, o, bir sıra müştərilərdən ödənişləri alaraq MMC-nin kassasına mədaxil etməyib, mənimsəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı daxili yoxlama aparılmış və bu zaman onun, Rəşadın, bölgə müdiri Şahid2 və digər təftişçi Nicatın iştirakları ilə bir-bir müştərilərə gedilərək, təhvil-təslim aparılmışdır. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir çox müştəridən satış pulunu alsa da, MMCnin kassasına mədaxil etməmişdir. Təhvil-təslim zamanı onların və müştərilərin iştirakı ilə üzləşmə aktları tərtib olunmuş və müştərilər MMC-yə olan borclarını təsdiq etmişlər. Üzləşdirmə aktları müştərilər, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daxili təftiş zamanı, mənimsəmə hallarına yol verdiyini Təqsirləndirilən şəxs özüdə etiraf etmişdir. Təqsirləndirilən şəxs niyə mənimsəmə hallarına yol verməsi soruşulduqda onlara “eləmişəm, nə bilim eləmişəm, xərcləmişəm” deyə cavab vermişdir. Daxili təftişdən sonra Rəşadın fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmış və hesabında 54204,14 manat satış pulu çatışmazlığı qalması aşkar olunmuşdur. Şahid6 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi müddətdə onun sonuncuya 2100 manat məbləğində borcu olmuşdur. O, həmin məbləği auditor yoxlaması aparılan zamanı Rəşadın adından MMC-nin kassasına mədaxil etmiş və nəticədə həmin məbləğ Rəşadın hesabıbda yaranmış çatışmazlıqdan çıxılmaqla, yekun məbləğ 52104,14 manat olmuşdur. O, bildiyi qədəri ilə Rəşad mərc oyunları oyanmışdır. Ola bilsin ki, sonuncu mənimsədiyi pulları mərc oyunlarına xərcləmişdir. Təqsirləndirilən şəxs onda cəmi 2100 manat pulu olmuş və sonradan o, həmin məbləği Rəşadın adından MMC-nin kassasına mədaxil etmişdir. MMC tərəfindən demək olarki hər bir müştəriyə endirimlər nəzərdə tutulmuş və həmin endirimlər hesab fakturalarında qeyd olunmuşdur. Rəşadın deməsinə görə satdığı mallara görə MMC tərəfindən 40-50 faiz endirim edilmişdir. Bu isə real və inandırıcı deyil. Heç bir şirkət satdığı mala görə 40-50 faiz endirim etməz. Həmdə Təqsirləndirilən şəxs digər satış təmsilçilərindən üstünlüyü olmamışdır ki, şirkət Rəşadın satdığı mallara görə daha yüksək faizli endirim tətbiq etsin. Şahid6 ifadəsinə əlavə olaraq göstərmişdir ki, Binə qəsəbəsində yerləşən “Real market" adlı müştəri tərəfindən satışdan geri qaytarılan mallar bütün hallarda MMC tərəfindən qəbul edilmişdir. Rəşad tərəfindən satılmış mallara görə hansısa müştəriyə endirim edilmişdirsə bu rəhbərliyin razılığı əsasında olmuşdur. Əgər müştəriyə ödədiyi məbləğə görə faiz endirimi edilmişdirsə və ya aldığı malın üzərində hədiyyə qismində mal verilmişdirsə həmin hədiyyə malın dəyəri və edilmiş faiz endirimi məbləği Təqsirləndirilən şəxs hesabından çıxılmış və ay sonunda müştəriyə imzalatmaqla, müştəri faiz endirimini almasını təsdiq etmişdir. Rəşadın satdığı mallara görə həmçinin "xxxx" adlı müştəriyə rəhbərliyin razılığı əsasında edilmiş bütün endirimlər və verilmiş hədiyyələr nəzərə alınmış və həmin malların dəyəri Rəşadın hesabından silinmişdir. Təqsirləndirilən şəxs Pirallahı qəsəbəsində yerləşən "xxxx" adlı müştəri üzrə hesabında 4087,34 manat satış pulu çatışmazlığının yaranma səbəbləri ilə ifadəsində göstərdikləri inandırıcı deyil. Səbət və vitrin puluna görə Rəşadın hesabında belə böyük məbləğdə çatışmazlıq yarana bilməz. Əgər belə bir hal olsaymış Rəşad rəhbərlik qarşısında məsələ qaldırar və vitrinə, səbətə görə hesablanmış məbləğlər onun hesabından silinərmiş. Həm də, MMC-nin satış şöbəsi Rəşadın hesabında həmin market üzrə yaranmış fərdi görər və bu barədə Rəşaddan soruşular və bununlada məsələyə aydınlıq gələrmiş. Bütün ekspeditorlarda olduğu kimi Təqsirləndirilən şəxs da, terminal olmuş və terminalda hansı müştəriyə hansı tarixlərdə nə qədər mal satması, müştərinin adından MMC-nin kassasına nə qədər satış pulu mədaxil edilməsi, hər bir müştərinin MMC-yə olan borcu görünmüşdür. Çox güman ki, Təqsirləndirilən şəxs “Laçın market" adlı müştəridən aldığı 4087,34 manat satış pulunu mənimsəmişdir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs MMC-də işlədiyi müddətdə mərc oyunları oynamış, həmçinin xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Çox gümanki Rəşad MMC-nin kassasına mədaxil etmədiyi satış pullarını müalicəsinə və mərc oyunlarına sərf etmişdir. Hətta Rəşad müalicəsi ilə əlaqədar bir müddət işə də, gəlməmiş və həmin vaxt rəhbərlik, iş yoldaşları sonuncuya maddi dəstək olmuşlar. Müştərilərlə keçirilmiş üzləşmələr zamanı Təqsirləndirilən şəxs mənimsədiyi məbləğləri etiraf etmiş, hər bir müştəri üzrə yaranmış fərq məbləğini müştəridən alsa da, kassaya mədaxil etmədiyini bildirmişdir. "xxxx" marketin əvvəlki adı başqa olmuşdur. Lakin marketi işlədən şəxs dəyişməmiş, eyni adamdır. “Eko2 marketin əvvəlki icarədarının 2000 manata yaxın satış pulunu ödəmədən marketi bağlaması barədə Təqsirləndirilən şəxs göstərdikləri doğru deyil. Həmin müştəri 2000 manata yaxın borcu ola-ola marketi bağlamamış, şirkətə borclu qalmamışdır. Həmçinin həmin müştəriyə edilmiş endirimlər hər bir halda MMC tərəfindən nəzərə alınmış və Rəşadın hesabından silinmiş, eləcə də, satışdan geri qaytarılan mallar anbar tərəfindən qəbul edilməklə, həmin malların dəyəri Rəşadın hesabından silinmişdir. Çox güman ki, Rəşad Eko marketdən aldığı 2217,16 manat satış pulunu MMC-nin kassasına mədaxil etməyib, mənimsəmişdir. "xxxx" adlı müştəri ilə keçirilmiş üzləşmə zamanı müştəri iki həftə əvvəl Təqsirləndirilən şəxs 1000 manat satış pulu ödədiyini bildirmişdir. Həmçinin həmin müştəriyə aldığı 500 qutu bakkuşa qarşılıq, 250 qutu bakkuş hədiyyə edilməmişdir. Təqsirləndirilən şəxs həmçinin Binə qəsəbəsində yerləşən "xxxx" adlı müştəridən aldığı 1591,08 manat və , "Arena store market” adlı müştəridən aldığı 1403,05 manat satış pulunu MMC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Təqsirləndirilən şəxs ifadəsində hesabında çatışmazlıq yaranmasının səbəbləri kimi müştərilərə etdiyi endirimlərin MMC tərəfindən nəzərə alınmamasını və satışdan geri qayıdan bəzi malların MMC tərəfindən qəbul edilməməsini göstərsə də, müştərilərlə keçirilmiş üzləşmələr zamanı sonuncu hər hansı bir müştəriyə endirim etməsini və ya satışdan geri qayıdan malların qəbul edilməməsi ilə bağlı heç bir söz deməmişdir. Əgər belə hallar olmuşdursa Rəşad üzləşmələr zamanı bunları deyərmiş və həmin məbləğlərin hesabından silinməsini tələb edərmiş. Həmçinin "xxxx" adlı müştəri tərəfindən satışdan geri qaytarılan mallar bütün hallarda MMC-nin anbarı tərəfindən qəbul edilmiş və həmin malların dəyəri Rəşadın hesabından silinmişdir. Ola bilməzki həmin müştəri 700-800 manatlıq malı satışdan geri qaytarmış və anbar həmin malları qəbul etməmiş, Rəşad isə bu hala səssiz qalaraq həmin malların dəyərinin hesabından çıxılması ilə bağlı məsələ qaldırmasın. Çox güman ki, Rəşad "xxxx" adlı müştəridən aldığı 2110,25 manat satış pulunu mənimsəmişdir. Təqsirləndirilən şəxs çox güman ki, 1940,16 manat satış pulunu "xxxx" adlı müştəridən və 2661,54 manat satış pulunu isə "xxxx" adlı müştəridən alaraq MMC-nin kassasına mədaxil etməmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə belə bir hal olmamışdır ki, "xxxx" adlı müştərinin 839,94 manatlıq sifarişi "xxxx" adlı müştəriyə aparılsın. Rəşad "xxxx" adlı müştəridən aldığı 839,94 manat satış pulunu MMC-nin kassasına mədaxil etməmişdir, buna görə də, absurd ifadələr verməklə özünə bəraət qazandırmağa çalışır. Üzləşmə zamanı Rəşad Buta marketlə yaranmış fərqlə bağlı demişdir ki, "xxxx" Təqsirləndirilən şəxs Hobby marketin adına MMC-nin kassasına bir neçə dəfə nağd qaydada ödəniş etmişdir. Ola bilməz ki, Rəşad işlədiyi müddətdə həmin müştəridən əlbəəl satış pulu almasın. Bəlkədə Rəşad həmin müştərinin adına anbardan çıxartdığı malları başqasına satmışdır. Ona görə də, hesabında 2651,45 manatlıq çatışmazlıq yaranmışdır. Təqsirləndirilən şəxs həmçinin Qaraçuxur qəsəbəsində yerləşən "xxxx" adlı müştəridən aldığı 2679,18 manat satış pulunu və Binə qəsəbəsində yerləşən "xxxx" adlı müştəridən aldığı 1796,50 manat satış pulunu MMC-nin kassasına mədaxil etməmişdir. Rəşad “Real-S market" adlı müştəridən aldığı 2961,09 manat satış pulunu MMC-nin kassasına mədaxil etməmişdir. Rəşad sadəcə həmin müştəri üzrə hesabında yaranmış çatışmazlıqla bağlı bəhanə gətirə bilmədiyi üçün çatışmazlığın hansı səbəbdən yaranmasını bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin “Yaşıl Buta market" adlı müştəridən aldığı 803.17 manat, "xxxx" adlı müştəridən aldığı 1015,52 manat, "xxxx" adlı müştəridən aldığı 599,07 manat, Nobel pr.-də yerləşən "xxxx" adlı müştəridən aldığı 3749,01 manat, H.Aslan metrostansiyasının yaxınlığında yerləşən "Bolluq market” adlı müştəridən aldığı 1708,39 manat satış pulunu MMC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. (cild 3, 128-138) Şahid10 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, o 2013-cü ildən “Bolluq LTD" MMC-də maliyyə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyir. Vəzifələri MMC-də satış təmsilçilərinin, yəni ekspeditorların fəaliyyətinə nəzarət, vaxtaşırı onların fəaliyyətinin yoxlanılmasının təmin edilməsindən ibarətdir. MMC-də hər bir satış təmsilçisinin fəaliyyəti bir neçə aydan bir onun tabeçiliyində olan təftişçilər tərəfindən yoxlanılır. Bu zaman təftişçi fəaliyyətini yoxladığı satış təmsilçisinin işlədiyi bütün müştərilər üzrə borc qalığını yoxlamır, yoxlamanı ərazi üzrə aparmaqla həmin ərazidəki müştərilərə mal satmış satış təmsilçilərinin borc qalıqlarını yalnız həmin ərazidə yerləşən müştərilər üzrə yoxlayır. Zərərçəkmiş şəxs MMC şirniyyat və quru qida məhsullarının istehsalını və satışını həyata keçirir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də ekspeditor, yəni satış təmsilçisi vəzifəsində işləmişdir. 2021-ci il iyul-avqust aylarında Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı daxili təftiş aparılarkən məlum olmuşdur ki, o, bir sıra müştərilərdən ödənişləri alaraq MMC-nin kassasına mədaxil etməyib, mənimsəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmış və nəticədə hesabında 52104,14 manat satış pulu çatışmazlığı olması müəyyən olunmuşdur. Şahid10 istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla Şahid11 mal satdığı müştərilərin əksəriyyəti ödənişləri nağd qaydada etmişlər, yəni müştərilər satış pullarını əlbəəl Rəşada və Anara vermişlər. Lakin bir neçə müştəri son aylarda ödənişlərin bir hissəsini MMC-nin bank hesabına köçürmə yolu ilə etmişdir. Köçürmə yolu ilə ödəniş edilərkən həmin ödənişlər həm Rəşadın, həm də, Anarın satdığı mallara görə edilmiş ödəniş hesab olunmuşdur. Yəni müştəri həm Anardan, həm də, Rəşaddan aldığı mallara görə bir hesaba ödəniş etmişdir. Yəni müştəri köçürmə yolu ilə ödəniş edərkən Anardan aldığı mala görə ayrı, Rəşaddan aldığı mala görə ayrı ödəniş etməmiş, hər ikisindən aldığı mala görə bir hesaba ödəniş etmişdir. Müştəri ödəniş etdikdən sonra bu barədə Anara və Rəşada bildirilmiş və onlar edilmiş ödənişin hansı hissəsinin Rəşadın satdığı mallara görə, hansı hissəsinin Anarın satdığı mallara görə edilməsi ilə bağlı öz aralarında razılığa gəlib, bu barədə MMC-yə bildirmiş və həmin ödənişlə bağlı hər ikisinin adına kassa mədaxil orderi yazılmışdır. Həmçinin Rəşad və Anar onlara verilmiş terminalda da, edilmiş ödənişləri görmüşlər. Ümumiyyətlə bütün ekspeditorlar satdığı mallara, edilmiş ödənişlərə, satışdan geri qaytarılmış mallara dair bütün məlumatlara terminal vasitəsilə nəzarəti həyata keçirə bilir. Bütün məlumatlar terminala işlənir. Təqsirləndirilən şəxs satdığı mallara görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək MMC-yə cəmi 44831,23 manat satış pulu mədaxil edilmişdir ki, həm nağd qaydada edilmiş ödənişlər, həm də, köçürmə yolu ilə edilmiş ödənişlər həmin 44831,23 manata daxildir. (cild İİİ, i/v 184-186, cild İV, i/v 76-78) Şahid9 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin sonlarından "xxxx" LTD MMC-də malpaylayan vəzifəsində işləyir. Vəzifələri satış təmsilçilərinin sifarişlərini mərkəzi anbardan satış fakturaları əsasında qəbul edib, müştəriyə çatdırılmasından və müştərilər tərəfindən geri qaytarılan malların geri qaytarma anbarına gətirilməsindən ibarətdir. O, ehtiyatda olan malpaylayandır, ona görə də, onun işlədiyi konkret ekspeditorlar yoxdur. Hansısa malpaylayan müəyyən səbəblərdən işə çıxmadıqda o, həmin malpaylayanla işləyən ekspeditorların mallarını müştərilərə çatdırır. Bir neçə dəfə olmuşdur ki, Təqsirləndirilən şəxsla işləyən malpaylayan Ələkbər işə çıxmadığı üçün o, Rəşadın sifarişlərini müştərilərə çatdırmışdır. Bu zaman anbardan malı hesab fakturasını imzalamaqla qəbul etmişdir. Bundan sonra isə malı müştəriyə hesab fakturasını imzalatmaqla təhvil vermişdir. Şahid9 ifadəsində həmçinin göstərmişdir ki, "xxxx" marketin adına olan xx.xx.2021ci il tarixli 652220-1419 nömrəli və "xxxx" marketin adına olan xx.xx.2021-ci il tarixli 652220-1406 nömrəli hesab fakturalarında “Mal çatdıran” qrafasının qarşısındakı imzalar ona məxsusdur. Hər iki hesab fakturasında qeyd olunan mallar Təqsirləndirilən şəxs sifarişləridir və o, həmin sifarişləri müştərilərə çatdırmaqla, hesab fakturalarını hər iki müştəriyə imzalatmış, daha sonra isə MMC-nin anbarına təhvil vermişdir. (cild 4, 27-29) Şahid11 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin fevral ayından “Bolluq" LTD MMC-də satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləmişdir. “Bolluq" LTD MMC qida və qeyri qida mallarının satışını həyata keçirir. Ekspeditor vəzifəsində işlədiyim müddətdə Bölgə müdirim Şahid2 olmuşdur. Ekspeditor kimi o, Bakı şəhəri, Xətai, Xəzər və Suraxanı rayonlarında fəaliyyət göstərən müştərilərlə, yəni marketlərlə işləmişdir. Bundan başqa MMC-də işləyən satış təmsilçilərindən Təqsirləndirilən şəxs Xətai, Xəzər və Suraxanı rayonlarında fəaliyyət göstərən müştərilərlə, yəni marketlərlə işləmişdir. Rəşad və o, eyni müştərilərə mal satmışlar. Təqsirləndirilən şəxs müştərilərə şirniyyat məhsullarını, o, isə quru qida məhsullarını satmışdır. 2021-ci ilin yay aylarında Cəmiyyətdə ekspeditorların fəaliyyəti ilə bağlı daxili təftiş aparılmış və bu zaman onun hesabında xeyli miqdarda satış pulu çatışmazlığı aşkar olunmuşdur. Şahid11 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs, "xxxx" adlı müştəri üzrə hesabında yaranmış 2899,42 manat çatışmazlığın 2150 manatının həmin müştəriyə quru qida məhsulları satan Şahid11 satdığı mallara görə yaranması ilə bağlı ifadəsində göstərdikləri doğru deyil, 2150 manat satış pulu Təqsirləndirilən şəxs özündədir. İşlədikləri müddətdə o, Təqsirləndirilən şəxs 1500 manat məbləğində borc pul almışdır. Rəşadın ona borc olaraq verdiyi pul, sonuncunun “Hərbi hissə market" adlı müştəridən aldığı satış pulu olmuşdur. Lakin sonradan o, 1500 manat pulu Rəşada qaytara bilməmiş və barələrində daxili təftiş aparılarkən Təqsirləndirilən şəxs satdığı mallara görə “Hərbi hissə market" adlı müştəridən alınmış 1500 manat pulun onda oldunğunu bildirdiyi üçün, həmin məbləğ "xxxx" adlı müştəri üzrə onun hesabına çatışmazlıq kimi əlavə olunmuşdur. (cild 3, 149-157) Şahid12 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən “Albalı market" adlı ərzaq mağazasında mühasib işləyir. Əsas vəzifələri mal sifarişi və mal qəbul edilməsindən ibarətdir. "xxxx" xx.xx.2017-ci il tarixdən fəaliyyət göstərir. Mağaza ərzaq və gündəlik təlabat mallarının satışını həyata keçirir. Mazağada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edirlər. Həmin firmalardan biri də Zərərçəkmiş şəxs MMC-dir. Zərərçəkmiş şəxs MMC ilə hazırda da, işləyirlər. "xxxx" Zərərçəkmiş şəxs MMC-dən şirniyyat və quru qida məhsulları alır. Şahid12 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, onlar Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində işləmişlər. 2021-ci ilin avqust ayınadək Rəşaddan şirniyyat, Anardan isə quru qida məhsulları almışdır. Zərərçəkmiş şəxs MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Təqsirləndirilən şəxs və Şahid11 əvvəlcə mağazaya gələrək sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər malpaylayan tərəfindən mağazaya gətirilmişdir. Bu zaman o, satış fakturasını imzalamaqla həmin sifarişləri qəbul etmişdir. O, malları nisyə almış və ay ərzində demək olarki aldığı malların pulunu ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən “Albalı” marketə satılmış mallara görə heç vaxt hesab fakturasından kənar hər hansı bir endirim edilməmişdir. Zərərçəkmiş şəxs MMC ilə “Albalı market" arasında satışdan geri qaytarılmış malların qəbul edilməsi ilə bağlı heç vaxt problem olmamış, market tərəfindən satışdan geri qaytarılmış mallar bütün hallarda MMC tərəfindən qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları Albalı marketə gələrək təhvil-təslim aparmışlar. Təhvil-təslimdə Təqsirləndirilən şəxsla Şahid11 iştirak etmişdir. Təhvil-təslimin aparıldığı tarixə, Təqsirləndirilən şəxs marketə satdığı şirniyyat mallarına görə marketin MMC-yə borcu olmamış, Şahid11 satdığı quru qida məhsullarına görə isə marketin MMC-yə 751,96 manat borcu olmuşdur. O, tərtib olunmuş üzləşmə aktını imzalamaqla marketin MMC-yə olan borcunu təsdiq etmişdir. O, həmin vaxt hiss etmişdir ki, Şahid11la Təqsirləndirilən şəxs hesabında satış pulu çatışmazlığı yaranmışdır. (cild 4, 17-20) Şahid13 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binə və Qaraçuxur qəsəbələrində yerləşən “Ballı” marketlərində market müdiri vəzifəsində işləyir. Binə qəsəbəsində yerləşən "xxxx" 2020-ci ilin oktyabr ayından, Qaraçuxur qəsəbəsində yerləşən "xxxx" isə 2021-ci ilin fevral ayından fəaliyyət göstərir. Hər iki market ərzaq və gündəlik təlabat mallarının satışını həyata keçirir. Mazağada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edir. Həmin firmalardan biri də Zərərçəkmiş şəxs MMC-dir. Zərərçəkmiş şəxs MMC ilə hazırda da, işləyir. Zərərçəkmiş şəxs MMC-dən şirniyyat və quru qida məhsulları alır. Hər iki mağazaya gələn mallar mal qəbuledicilər tərəfindən qəbul edilsə də, şirkətlərin nümayəndələrinə, yəni ekspeditorlara satış pullarını onun özü ödəyir. Şahid13 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid11 Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində işləmişlər. 2021-ci ilin avqust ayınadək Rəşaddan şirniyyat, Anardan isə quru qida məhsulları almışdır. Zərərçəkmiş şəxs MMCnin müəyyən etdiyi qaydalara əsasən, Təqsirləndirilən şəxs əvvəlcə onun mağazalarına gələrək sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər malpaylayan tərəfindən mağazalara gətirilmişdir. Bu zaman o, satış fakturasını imzalamaqla həmin sifarişləri qəbul etmişdir. O, malları Təqsirləndirilən şəxs nisyə almış və ay ərzində demək olarki aldığı malların pulunu Rəşada əsasən nağd qaydada ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən onun mağazalarına satılmış mallara görə hesab fakturasından kənar hər hansı bir endirim edilməmişdir. Binə qəsəbəsində yerləşən “Ballı market" və Qaraçuxur qəsəbəsində yerləşən "xxxx" adlı müştərilərin ödənişləri yalnız köçürmə yolu ilə etməsi, işlədiyi müddətdə həmin müştərilərdən heç vaxt əlbəəl satış pulu almaması bu səbəbdən hər iki müştəri üzrə hesabında müvafiq olaraq 1796,50 manat və 2679,18 manat satış pulu çatışmazlığının hansı səbəbdən yaranmasını bilməməsi ilə barədə Təqsirləndirilən şəxs göstərdikləri ilə bağlı Şahid13 ifadəsində göstərmişdir ki, Binə qəsəbəsində yerləşən "xxxx" 2020-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Təqsirləndirilən şəxs yalan danışır, o, Binə qəsəbəsində yerləşən “Ballı market" tərəfindən alınmış mallara görə Zərərçəkmiş şəxs MMC-nin ekspeditoru Təqsirləndirilən şəxs əlbəəl satış pulu vermişdir. Çünki market fəaliyyətə başladıqdan bir neçə ay ərzində o, Zərərçəkmiş şəxs MMC-dən aldığı malların ödənişlərini yalnız nağd qaydada etmiş, həmçinin Təqsirləndirilən şəxs da, əlbəl satış pulu vermişdir. Qaraçuxur qəsəbəsində yerləşən "xxxx" isə 2021-ci ilin fevral ayından fəaliyyət göstərir. O, Qaraçuxur qəsəbəsində yerləşən "xxxx" tərəfindən alınmış mallara görə Zərərçəkmiş şəxs MMC-nin ekspeditoru Təqsirləndirilən şəxs əlbəəl satış pulu vermişdir. Çünki market fəaliyyətə başladıqdan bir neçə ay ərzində o, “Bolluq LTD" MMC-dən aldığı malların ödənişlərini yalnız nağd qaydada etmiş, həmçinin Təqsirləndirilən şəxs da, əlbəl satış pulu vermişdir. Şahid13 ifadəsində əlavə olaraq göstərmişdir ki, 12 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları marketə gəlib, həm Binə qəsəbəsində, həmdə Qaraçuxur qəsəbəsində yerləşən filiallar üzrə təhvil təslim aparmış və həmin tarixə, Təqsirləndirilən şəxs alınan mallara görə “Ballı” marketin Binə qəsəbəsində yerləşən filialı üzrə “Bolluq LTD" MMC-yə olan borcu 667,30 manat, Qaraçuxur qəsəbəsində yerləşən filialı üzrə borcu isə 111,78 manat olmuşdur. 12 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları onun mağazasına gəlməmişdən əvvəl Şahid11la Təqsirləndirilən şəxs mağazaya gəlib ondan, həm Binə qəsəbəsində, həm də, Qaraçuxur qəsəbəsində yerləşən filiallar üzrə hər iki marketin MMC-yə olan borcunu MMC-nin əməkdaşlarına çox deməsini, yəni MMC-nin əməkdaşlarına real borcları deyil, onlar deyən məbləği deməsini xahiş etmişlər. Rəşadla Anarın ondan borc olaraq göstərməsini xahiş etdiyi məbləği dəqiq xatırlamasa da, həmin məbləğ 5000 manadan artıq olmuşdur. O, isə Rəşad və Anarla razılaşmayıb MMC-nin əməkdaşları mağazaya gəldikləri vaxt hər iki market üzrə real borcunu göstərməklə, tərtib olunmuş üzləşmə aktlarını imzalamışdır. (cild 4, iş vərəqəsi 47-51) Şahid14 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binə qəsəbəsində yerləşən "xxxx" adlı ərzaq mağazası 2018-ci ildən fəaliyyət göstərir, mağaza ərzaq və gündəlik təlabat mallarının satışını həyata keçirir. O, həmin mağazada 2018-ci ildən satıcı-kassir işləyir. Mağazanın müdiri Arif Əliyevdir, sonuncunun özüdə mağazada işləyir. Mazağada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edirlər. Həmin firmalardan biri də “Bolluq LTD" MMC-dir. “Bolluq LTD" MMC ilə hazırda da, işləyirlər. “Bolluq LTD" MMC-dən şirniyyat və quru qida məhsulları alırlar. Mağazaya gələn malları o, özü qəbul edir. Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, Rəşad və Anar Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində işləmişlər. "xxxx" 2021-ci ilin avqust ayınadək Rəşaddan şirniyyat, Anardan isə quru qida məhsulları almışdır. Zərərçəkmiş şəxs MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Təqsirləndirilən şəxs əvvəlcə mağzaya gələrək sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər MMC-nin malpaylayanı tərəfindən mağazaya gətirilmişdir. Bu zaman mağazada mal qəbuluna məsus olan şəxs satış fakturasını imzalamaqla həmin sifarişləri qəbul etmişdir. Sonradan mağaza müdiri Arif Əliyev malların pulunu Rəşada nağd qaydada ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən satılmış mallara görə "xxxx" marketə hesab fakturasında göstərilənlərdən əlavə hər hansı bir endirim edilməmişdir. "xxxx" marketi işlədən əvvəlki icarədarın 599,07 manat satış pulunu vermədiyindən hesabında "xxxx" market üzrə 599,07 manat satış pulu çatışmazlığı qalması barədə Təqsirləndirilən şəxs göstərdikləri ilə bağlı Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yalan danışır. "xxxx" 2018-ci ildən fəaliyyət göstərir, mağazanın müdiri Arif Əliyevdir. Mağaza 2018-ci ildən əvvəl fəaliyyət göstərməmiş, mağazanın əvvəllər icarədarı olmamışdır. Mağazanı ilk işlədən şəxs məhz Arif Əliyev olmuşdur. 599,07 manat satış pulu "xxxx" tərəfindən Təqsirləndirilən şəxs əlbəəl verilmiş, lakin Rəşad həmin məbləği MMC- nin kassasına mədaxil etməmişdir. 2021-ci ilin avqust ayında MMC-nin əməkdaşları mağazaya gələrək təhvil təslim aparmışlar. Həmin vaxt "xxxx" marketin MMC-yə borcu olmamışdır. Bu zaman üzləşmə aktı tərtib olunmuş və o, aktı imzalamaqla marketin akt tərtib olunduğu tarixə MMC-yə borcu olmadığını təsdiq etmişdir. O, həmin vaxt bilmişdir ki, Təqsirləndirilən şəxs onlardan aldığı 599,07 manat satış pulunu MMC-nin kassasına mədaxil etməmişdir. (cild 4, iş vərəqəsi 39-42) Şahid15 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Gəncə prospektində yerləşən “Buta” marketdə adminstrator vəzifəsində işləyir. “Buta” market ərzaq və gündəlik təlabat mallarının satışını həyata keçirir. Mazağada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq etmişdir. Həmin firmalardan biri də Zərərçəkmiş şəxs MMC olmuşdur. Gəncə prospektində yerləşən “Buta market" “Bolluq LTD" MMC-nin sistemində “Buta 2” adı ilə qeyd olunmuşdur. Bundan başqa Buta marketin Sabunçu rayonunda yerləşən başqa bir filialıda mövcuddur və həmin filial Zərərçəkmiş şəxs MMC-nin sistemində “Buta 1” kimi qeyd olunmuşdur. Şahid15 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, onlar Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində işləmişlər. 2021-ci ilin avqust ayınadək Rəşaddan şirniyyat, Anardan isə quru qida məhsulları almışdır. Zərərçəkmiş şəxs MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Rəşad əvvəlcə mağzaya gələrək sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər MMC-nin malpaylayanı tərəfindən mağazaya gətirilmişdir. Bu zaman satış fakturaları imzalanmaqla mallar qəbul edilmişdir. O, malları “Bolluq LTD" MMC-dən nisyə almış və ay ərzində malların pulunu Təqsirləndirilən şəxs əlbəəl vermişdir. Təqsirləndirilən şəxs tərəfindən satılmış mallara görə "Buta" marketə hesab fakturasından kənar hər hansı bir endirim edilməmişdir. “Buta” marketə Zərərçəkmiş şəxs MMC tərəfindən yalnız rəsmi qaydada müəyyən edilmiş endirimlər edilmişdir. Şahid15 ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs yalan danışır, belə bir hal olmamışdır ki, Buta 2-nin sifarişi Buta 1-ə aparılsın və Buta 1 həmin malı qəbul edərək, həmin malın ödənişini Təqsirləndirilən şəxs verməsin. 839,94 manat satış pulu Təqsirləndirilən şəxs verilmişdir. 2021-ci ilin avqust ayında MMC-nin əməkdaşları, ekspeditorlar Şahid11 və Təqsirləndirilən şəxs mağazaya gələrək borc qalığına dair üzləşmə aparmışlar və bununla bağlı akt tərtib olunmuşdur. Akt marketin mühasibi Zəminə İsmayılova tərəfindən imzalanmışdır. (cild 4, 89-92) Şahid16 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Elxan market" adlı ərzaq mağazasında 2019-cu ilin fevral ayından etibarən adminstrator vəzifəsində işləyir. Mağaza 2019-cu ilin fevral ayından fəaliyyət göstərir, ərzaq və gündəlik təlabat mallarının satışını həyata keçirir. Adminstrator kimi vəzifələri işçilərin fəaliyyətinə nəzarət etməkdən, firmalardan alınmış malların qəbul edilməsindən, həmin malların ödənişlərinin ekspeditorlara, mal satan şəxslərə verilməsindən ibarətdir. Mazağada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edir. Həmin firmalardan biri də Zərərçəkmiş şəxs MMCdir. Zərərçəkmiş şəxs MMC-dən hazırda da, mal alır. "xxxx" Zərərçəkmiş şəxs MMC-dən şirniyyat və quru qida məhsulları alır. Mağazaya gələn malları özü qəbul edir. Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, onlar Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində işləmişlər. 2021-ci ilin avqust ayınadək Rəşaddan şirniyyat, Anardan isə quru qida məhsulları almışdır. Zərərçəkmiş şəxs MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Təqsirləndirilən şəxs əvvəlcə mağazaya gələrək ondan sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər malpaylayan tərəfindən mağazaya gətirilmişdir. Bu zaman o, satış fakturasını imzalamaqla həmin sifarişləri qəbul etmişdir. O, malları MMCdən nisyə almış və mal satıldıqca satılmış malların pulunu Rəşada nağd qaydada ödəmişdir. Satış pullarını ancaq ekspeditor Təqsirləndirilən şəxs vermiş, malpaylayana və ya MMC-nin digər hər hansı bir əməkdaşına heç vaxt satış pulu verməmişdir. O, Təqsirləndirilən şəxs ona satdığı şirniyyat məhsullarının pulunu yalnız Rəşadın özünə vermişdir. Təqsirləndirilən şəxs tərəfindən Elxan marketə satılmış mallara görə hesab fakturasından əlavə hər hansı bir endirim edilməmişdir. Şahid16 ifadəsində həmçinin göstərmişdir ki, o, 1015,52 manat satış pulunu Təqsirləndirilən şəxs versə də, sonuncu həmin məbləği MMC-nin kassasına mədaxil etməmişdir. 2021-ci ilin avqust ayında MMC-nin əməkdaşları təhvil-təslim aparılması üçün "xxxx" marketə gəlmişlər. Həmin tarixə Təqsirləndirilən şəxs satdığı mallara görə marketin MMC-yə borcu olmamışdır. Ümumiyyətlə təhvil təslimdən bir neçə ay əvvəl market Təqsirləndirilən şəxs mal almamış, əvvəllər aldığı mallardan da, satışdan geri qaytarılam olmamışdır. Təhvil təslim zamanı o, üzləşmə aktını imzalamaqla "xxxx" marketin MMC-yə borcu olmadığını təsdiq etmişdir. Elxan market 2019-cu ilin fevral ayından Zərərçəkmiş şəxs MMC-dən mal alır. Həmin vaxtdan hazırki vaxtadək market tərəfindən satışdan geri qaytarılmış bütün mallar MMC tərəfindən qəbul edilmişdir. (cild 3, iş vərəqəsi 204-208) Şahid17 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, 2016-cı ildən 2022-ci ilin iyul ayınadək Ali Hərbi Akademiyanın həyətində yerləşən mağazanı işlətmişdir. Həmin mağazanı işlətdiyi müddətdə Zərərçəkmiş şəxs MMC-dən əsasən şirniyyat məhsulları almışdır. Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, onlar Zərərçəkmiş şəxs MMC-də ekspeditor işləmişlər. O, Anardan və Rəşaddan Zərərçəkmiş şəxs-nin mallarını almışdır. Təqsirləndirilən şəxs şirniyyat məhsulları satdığı üçün, o, daha çox Rəşaddan mal almışdır. Zərərçəkmiş şəxs-dən aldığı malların azı 70 faizini Rəşad ona satmışdır. Zərərçəkmiş şəxs MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Rəşad əvvəlcə mağazaya gələrək ondan sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər malpaylayan tərəfindən mağazaya gətirilmişdir. O, satış fakturasını imzalamaqla həmin sifarişləri qəbul etmişdir. Malları həm nisyə, həmdə nağd almışdır. Nisyə aldığı zaman ay sonuna kimi malların pulunu Təqsirləndirilən şəxs əlbəəl ödəmişdir. Şahid17 ifadəsində həmçinin göstərmişdir ki, o, heç vaxt Zərərçəkmiş şəxs MMCdən bir dəfəyə 500 qutu bakkuş almamışdır. 500 qutu bakkuş alana 250 qutu bakkuş hədiyyə verilməsi heç inandırıcı görünmür. 2021-ci ilin avqust ayında MMC-nin əməkdaşları onun işlətdiyi mağazaya gələrək üzləşmə aparmış və həmin tarixdə onun MMC-yə borcu Təqsirləndirilən şəxs aldığı mallara görə 1571,48 manat olmuşdur. Həmin vaxt o, üzləşmə aktını imzalamaqla MMC-yə olan borclarını təsdiq etmişdir. (cild 4, iş vərəqəsi 64-67) Şahid18 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Əhmədli qəsəbəsi N.Tusi küçəsində yerləşən "xxxx" adlı ərzaq mağazasını 2011-ci ildən 2021-ci ilin iyul ayınadək işlətmiş, sahibkar kimi VÖEN onun adına olmuşdur. Mağazanı işlətdiyi müddətdə əməkdaşlıq etdiyi firmalardan biri də, Zərərçəkmiş şəxs MMC olmuşdur. Zərərçəkmiş şəxs MMC-dən əsasən şirniyyat məhsulları olmaqla, qismən də, quru qida məhsulları almışdır. Mağazanı işlətdiyi müddətdə Zərərçəkmiş şəxs MMC- dən hər ay təxminən 1000-1500 manatlıq mal almışdır. Aldığı malların əksəriyyəti şirniyyat məhsulları olmuşdur. Zərərçəkmiş şəxs MMC-dən malları nisyə alıb, həmin malı satdıqca satış pulunu ona mal satmış ekspeditorlara vermişdir. 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları onun mağazasına gələrək ondan MMC-yə nə qədər borcu olmasını soruşmuşlar. Həmin vaxt onun MMC-yə borcu olmamış, aldığı malların pulunu tam şəkildə MMC-nin ekspeditorlarına vermişdir. Üzləşmə zamanı MMC-nin əməkdaşları tərəfindən akt tərtib olunmuş və o, aktı imzalamaqla MMC-yə borcu olmadığını təsdiq etmişdir. Şahid18 ifadəsində həmçinin göstərmişdir ki, “Bolluq LTD" MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Təqsirləndirilən şəxs əvvəlcə onun mağazasına gələrək, mağazada işləyən Könül xanımdan sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər malpaylayan tərəfindən mağazaya gətirilmiş və Könül xanım satış fakturasını imzalamaqla həmin sifarişləri qəbul etmişdir. Mallar satıldıqca isə Könül xanım satış pullarını Rəşada əlbəəl vermişdir. Könül xanım hazırda Rusiya Federasiyasında yaşayır. Mağazada olan malların sifariş edilməsini, qəbul edilməsini, ödənişlərin ekspeditorlara verilməsini əsasən Könül xanım həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs aldığı malların pulunu yalnız sonuncunun özünə vermişdir. Həmçinin “Bolluq LTD" MMC-dən aldığı mallara görə Təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir endirim edilməmişdir. Onun mağazasına satılmış mallara görə yalnız hesab fakturalarında nəzərdə tutulmuş rəsmi endirimlər edilmişdir. "xxxx" adlı müştəri tərəfindən iki ay ərzində satışdan geri qaytarılmış 645,82 manat dəyərində malın MMC tərəfindən qəbul edilməməsi nəticəsində həmin malın dəyərinin hesabına çatışmazlıq kimi əlavə olunması barədə Təqsirləndirilən şəxs bildirdikləri ilə bağlı Şahid18 ifadəsində göstərmişdir ki, Mağazanı işlətdiyi müddətdə elə bir hal olmamışdır ki, o, iki ay ərzində 645,82 manatlıq malı satışdan geri qaytarsın. 645,82 manatlıq mal "xxxx" marketin ay ərzində “Bolluq LTD" MMC-dən aldığı malın hardasa 30 faizini təşkil edir. Təqsirləndirilən şəxs deməsindən belə çıxır ki, o, ay ərzində Zərərçəkmiş şəxs MMC-dən aldığı malın hardasa 30 faizini geri qaytarmışdır.Təqsirləndirilən şəxs dedikləri absurd səslənir. Fəaliyyət göstərdiyi müddətdə “Home market" tərəfindən heç vaxt belə böyük məbləğdə mal satışdan geri qaytarılmamışdır. Ümumiyyətlə satışdan geri qaytarılan mal olduqda Zərərçəkmiş şəxs MMC-nin mal paylayanları həmin malları problemsiz olaraq mağazadan götürüb MMC-yə qaytarmışlar. Elə aylar olmuşdur ki, ümumiyyətlə satışdan geri qayıdan mal olmamışdır. Bəzi hallarda isə ay ərzində 20-30 manatlıq mal satışdan geri qaytarılmış və həmin mallar MMC tərəfindən qəbul edilmişdir. İşlədiyi müddətdə elə bir hal olmamışdır ki, Təqsirləndirilən şəxs ona, satışdan qaytardığı hansısa bir malın MMC tərəfindən qəbul edilmədiyini desin. Əgər satışdan geri qaytardığı mal Zərərçəkmiş şəxs MMC tərəfindən qəbul edilməmiş olsaydı Təqsirləndirilən şəxs bu barədə ona deyərdi. Çox güman ki, Təqsirləndirilən şəxs ondan aldığı 645,82 manat satış pulunu MMC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. (cild 3, iş vərəqəsi 214-218) Şahid19 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, 8 Noyabr prospektində yerləşən "xxxx" ərzaq mağazasını 2017-ci ildən işlədir, mağaza ərzaq və gündəlik tələbat mallarının satışını həyata keçirir. Mazağada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edir. Həmin firmalardan biri də “Bolluq LTD" MMC-dir. Zərərçəkmiş şəxs MMC-dən hazırda da, mal alır. Zərərçəkmiş şəxs MMC-dən şirniyyat və quru qida məhsulları alır. Mağazaya gələn mallar həm onun özü, həm də, işçiləri tərəfindən qəbul edilir. Lakin aldığı malların ödənişlərini firmaların nümayəndələrinə, yəni ekspeditorlara onun özü ödəyir. Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, onlar Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində işləmişlər. Zərərçəkmiş şəxs MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Təqsirləndirilən şəxs əvvəlcə onun mağazasına gələrək sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər malpaylayan tərəfindən mağazaya gətirilmişdir. Bu zaman ya onun, yada ki, mağazadakı işçilər tərəfindən satış fakturası imzalamaqla həmin sifarişlər qəbul edilmişdir. O, malları MMC-dən nisyə almış və ay sonunda aldığı malların pulunu Təqsirləndirilən şəxs əlbəəl vermişdir. MMC-dən aldığı mallara görə Təqsirləndirilən şəxs tərəfindən ona hesab fakturalarında qeyd olunan endirimlərdən əlavə hər hansı bir endirim edilməmişdir. Şahid19 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi düzgün deyil, "xxxx" LTD MMC ilə işlədiyi müddətdə satışdan geri qaytardığı mallar bütün hallarda MMC tərəfindən qəbul edilmişdir. Ümumiyyətlə belə bir hal olmamışdır ki, Təqsirləndirilən şəxs aldığı 292,60 manat dəyərində şkoladı satışdan geri qaytarsın və həmin mal “Bolluq LTD" MMC tərəfindən qəbul edilməsin. Ümumiyyətlə işlədiyi müddətdə belə böyük məbləğdə malın onun tərəfindən satışdan geri qaytarılması halı heç vaxt olmamışdır. İş materiallarında olan “Mir” marketlə “Bolluq LTD" MMC arasında keçirilmiş borc qalığına dair üzləşmə aktındakı imza onun tərəfindən çəkilmişdir, Üzləşmənin keçirildiyi tarixə, Təqsirləndirilən şəxs Mir marketə satdığı şirniyyat məhsullarına görə onun MMC-yə borcu 240,1 manat olmuşdur. (cild 4, iş vərəqəsi 13-16) Şahid21 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binə və Qala qəsəbələrində yerləşən “Şok" market adlı ərzaq mağazaları ona məxsusdur. Qala qəsəbəsində yerləşən "xxxx" market təxminən 1 ildir ki, artıq fəaliyyət göstərmir. Binə qəsəbəsində yerləşən "xxxx" market isə 7 ildir ki, fəaliyyət göstərir. Hər iki market ərzaq və gündəlik təlabat mallarının satışını həyata keçirir. Mazağalarda olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edir. Həmin firmalardan biri də Zərərçəkmiş şəxs MMC-dir. “Bolluq LTD" MMC-dən şirniyyat və quru qida məhsulları almışdır. Binə qəsəbəsindəki "xxxx" market Zərərçəkmiş şəxs MMC-nin sitemində "Şok Binə”, Qala qəsəbəsindəki “Şok" market isə Zərərçəkmiş şəxs MMC-nin sitemində “Şok Binə 4” kimi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, onlar “Bolluq LTD" MMC-də ekspeditor vəzifəsində işləmişlər. 2021-ci ilin avqust ayınadək o, Təqsirləndirilən şəxs şirniyyat, Şahid11 isə quru qida məhsulları almışdır. “Bolluq LTD" MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Təqsirləndirilən şəxs əvvəlcə onun mağazalarına gələrək sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər malpaylayan tərəfindən mağazalara gətirilmişdir. Bu zaman mağazalarda işləyən mal qəbuledicilər tərəfindən həmin sifarişlər satış fakturaları imzalanmaqla qəbul edilmişdir. O, malları Təqsirləndirilən şəxs nisyə almış və ay ərzində aldığı malların pulu, mağazalarda olan mühasiblər tərəfindən Rəşada nağd qaydada ödənilmişdir. Onun mağazalarına satılmış mallara görə Təqsirləndirilən şəxs tərəfindən ona hesab fakturalarında göstərilən endirimlərdən əlavə hər hansı bir endirim edilməmişdir. Binə qəsəbəsində yerləşən "xxxx" adlı müştəri tərəfindən satışdan geri qaytarılmış bəzi malların MMC-nin anbarı tərəfindən qəbul edilməməsi, həmin müştəriyə etdiyi endirimlərin və hədiyyə qismində veridiyi malların dəyərinin sonradan nəzərə alınmaması nəticəsində hesabında 1591,08 manat çatışmazlıq yaranması barədə Təqsirləndirilən şəxs bildirdikləri ilə bağlı Şahid21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri doğru deyil. Təqsirləndirilən şəxs tərəfindən Binə qəsəbəsində yerləşən "xxxx" marketə heç vaxt hesab fakturasından kənar hər hansı bir endirim edilməmiş, hədiyyə qismində mal verilməmişdir. Həmçinin market tərəfindən satışdan geri qaytarılmış mallar Zərərçəkmiş şəxs MMC tərəfindən qəbul edilmişdir. Əgər satışdan geri qaytarılmış mallar MMC tərəfindən qəbul edilməsəydi Rəşad bu barədə ona məlumat verərdi. Qala qəsəbəsində yerləşən “Şok market" adlı müştəri tərəfindən satışdan geri qaytarılmış bəzi malların MMC-nin anbarı tərəfindən qəbul edilməməsi, həmin müştəriyə etdiyi endirimlərin və hədiyyə qismində veridiyi malların dəyərinin sonradan nəzərə alınmaması nəticəsində hesabında 2661,54 manat çatışmazlıq yaranması barədə Təqsirləndirilən şəxs göstərdikləri ilə bağlı Şahid21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri doğru deyil. Təqsirləndirilən şəxs tərəfindən Qala qəsəbəsində yerləşən "xxxx" marketə də, heç vaxt hesab fakturasından kənar hər hansı bir endirim edilməmiş, hədiyyə qismində mal verilməmişdir. Həmçinin market tərəfindən satışdan geri qaytarılmış mallar Zərərçəkmiş şəxs MMC tərəfindən qəbul edilmişdir. Əgər satışdan geri qaytarılmış mallar MMC tərəfindən qəbul edilməsəydi Rəşad bu barədə ona deyərdi. O, hər iki market üzrə malları hesab fakturalarında göstərilən qiymətə almışdır. Aldığım mallara görə ona MMC tərəfindən nəzərdə tutulmuş rəsmi endirimlərdən savayı Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir endirim edilməmişdir. Şahid21 ifadəsinə əlavə olaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi ilə onun arasında borc qalığına dair üzləşmə keçirilmişdir. Həmin tarixə Binə qəsəbəsində yerləşən “Şok" market üzrə Təqsirləndirilən şəxs satdığı mallara görə onun MMC-yə borcu 813,97 manat, olmuşdur. Həmçinin xx.xx.2021-ci il tarixə Qala qəsəbəsində yerləşən "xxxx" market üzrə Təqsirləndirilən şəxs satdığı mallara görə MMC-yə borcu olmamışdır. Həm Binə, həm də, Qala qəsəbəsində yerləşən marketlər üzrə “Bolluq LTD" MMC-dən alınmış malların pulu Təqsirləndirilən şəxs nağd şəkildə əlbəəl ödənilmişdir. MMC-nin hər hansı bir başqa əməkdaşına satış pulu verilməmişdir. O, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı satış pullarının bir hissəsini MMCnin kassasına mədaxil etməmişlər. (cild 4, 19-84) Şahid22 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Binə qəsəbəsində yerləşən “Nur market” adlı ərzaq mağazasını 2015-ci ildən işlədir, mağaza ərzaq və gündəlik təlabat mallarının satışını həyata keçirir. Mazağada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edir. Həmin firmalardan biri də Zərərçəkmiş şəxs MMC-dir. Zərərçəkmiş şəxs MMC ilə hazırda da, işləyir, MMC-dən şirniyyat və quru qida məhsulları alır. Mağazaya gələn malları özü qəbul edir. Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, onlar "Bolluq LTD” MMC-də ekspeditor vəzifəsində işləmişlər. 2021-ci ilin avqust ayınadək Təqsirləndirilən şəxs şirniyyat, Şahid11 isə quru qida məhsulları almışdır. Zərərçəkmiş şəxs MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Təqsirləndirilən şəxs əvvəlcə onun mağazasına gələrək sifarişləri götürüb, MMCyə ötürmüş, səhəri gün isə həmin sifarişlər malpaylayan tərəfindən mağazaya gətirilmişdir. Bu zaman o, satış fakturasını imzalamaqla həmin sifarişləri qəbul etmişdir. O, malları MMC-dən nisyə almış və ay ərzində demək olarki aldığı malların pulunu Rəşada nağd qaydada ödəmişdir. Zərərçəkmiş şəxs MMC-dən aldığı mallara görə ona hesab fakturalarında qeyd olunanlardan kənar Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir endirim edilməmişdir. “Nur market” adlı müştəri hazırda fəaliyyət göstərməməsi, mağazanın bağlanması və ya hazırda başqa icarədar tərəfindən işlədilməsi, əvvəlki icarədarın 3367,15 manat satış pulunu ödəmədən mağazanı bağlaması barədə Təqsirləndirilən şəxs göstərdikləri ilə bağlı Şahid22 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yalan danışır. Nur marketi 2015- ci ildən işlədir, artıq 7 ildir ki, marketin icarədarı odur. Marketin sahəsi əvvəllər kiçik olsa da, 2020-ci ilin payız aylarında marketi daha da, böyütmüşdür. Zərərçəkmiş şəxs MMC-dən 2021-ci ilin əvvəllərindən mal almağa başlamış, həmin vaxt MMC-nin mallarını ona Təqsirləndirilən şəxs və Şahid11 satmışdır. Rəşaddan şirniyyat, Anardan isə quru qida məhsulları almışdır. 2021-ci ilin əvvəllərinədək Zərərçəkmiş şəxs MMC-dən mal almamışdır. “Bolluq LTD" MMC-dən, yəni Təqsirləndirilən şəxsla Şahid11 cəmi bir neçə dəfə şirniyyat məhsulları və bir neçə dəfə quru qida məhsulları almışdır. MMC-dən ilk dəfə təxminən 3000 manatdan bir qədər artıq məbləğdə şirniyyat məhsulları almış, həmin malları ona Təqsirləndirilən şəxs satmışdır. Sonradan Təqsirləndirilən şəxs daha az məbləğlərdə bir neçə dəfə daha şirniyyat məhsulları almışdır. Təqsirləndirilən şəxs aldığı malların 100 manatdan bir qədər artıq dəyərində olan hissəsini sonradan satışdan geri qaytarmışdır. Geri qalan 3000 manatdan artıq satış pulunu isə Təqsirləndirilən şəxs əlbəəl vermişdir. Şahid22 ifadəsində həmçinin göstərmişdir ki, 2021-ci ilin əvvəllərindən aprel ayınadək Təqsirləndirilən şəxs "xxxx" marketə 3483,27 manat məbləğində şirniyyat məhsulları satmışdır. Həmin malın 116,12 manat dəyərində olan hissəsini o, satışdan geri qaytarmış, geri qalan 3367,15 manat satış pulunu isə Təqsirləndirilən şəxs əlbəəl vermişdir. 2021-ci ilin avqust ayında MMC-nin əməkdaşları onun mağazasına gələrək üzləşmə aparmış və üzləşmənin keçirildiyi tarixə onun Təqsirləndirilən şəxs aldığı mallara görə MMC-yə borcu olmamışdır. Həmin vaxt o, bilmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı 3367,15 manat satış pulunu MMC-nin kassasına mədaxil etməmişdir. Üzləşmə zamanı MMC-nin əməkdaşlarının iştirakı ilə akt tərtib olunmuş və o, aktı imzalamaqla Təqsirləndirilən şəxs aldığı mallara görə “Bolluq LTD" MMC-yə borcu olmadığını təsdiq etmişdir. (cild 4, iş vərəqəsi 43-46) Şahid23 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, “Ukrayna dairəsi” deyilən ərazinin yaxınlığında yerləşən “Şuşa market” adlı ərzaq mağazasında operator vəzifəsində işləyir. Mağaza 2008-ci ildən fəaliyyət göstərir və əvvəllər “Hobby market” adlanmışdır. Mazağada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edirlər. Həmin firmalardan biri də “Bolluq LTD" MMC-dir. “Bolluq LTD" MMC ilə hazırda da, işləyirlər. Zərərçəkmiş şəxs MMC-dən şirniyyat və quru qida məhsulları alırlar. Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, hər ikisi Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində işləmişlər. 2021-ci ilin avqust ayınadək Rəşaddan şirniyyat, Anardan isə quru qida məhsulları almışlar. Zərərçəkmiş şəxs MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Təqsirləndirilən şəxs əvvəlcə mağzaya gələrək sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər MMC-nin malpaylayanı tərəfindən mağazaya gətirilmişdir. Bu zaman mağazanın adminstratoru tərəfindən satış fakturaları imzalanmaqla mallar qəbul edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən satılmış mallara görə Şuşa marketə hesab fakturalarında göstərilən endirimlərdən kənar hər hansı bir endirim edilməmişdir. Şuşa marketə yalnız Zərərçəkmiş şəxs MMC tərəfindən rəsmi qaydada müəyyən edilmiş endirimlər edilmişdir. Şahid23 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayından sonra “Şuşa market” tərəfindən "xxxx" MMC-yə olan ödənişlər əsasən köçürmə yolu ilə edilmişdir. Həmin tarixədək isə ödənişlər satış təmsilçisi Təqsirləndirilən şəxs əlbəəl verilmişdir. Rəşad Hüseyndən alınmış malların ödənişləri tam şəkildə 2021-ci ilin yanvar ayından sonra “Bolluq LTD" MMC-nin bank hesabına köçürülmüş, 2021-ci ilin yanvar ayından əvvəl isə ekspeditor Təqsirləndirilən şəxs əlbəəl verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktında “alıcı tərəfinin nümayəndəsi” qrafasının altındakı imza ona məxsusdur. Keçirilmiş üzləşmədə MMC-nin auditoru, satış təmsilçiləri Şahid11 və Təqsirləndirilən şəxs iştirak etmişlər. Üzləşmənin keçirildiyi tarixə Təqsirləndirilən şəxs alınmış mallara görə Şuşa marketin "xxxx" MMC-yə borcu olmamışdır. (cild 4, iş vərəqəsi 101-104) Şahid24 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan 15 ünvanında yerləşən "xxxx" ərzaq mağazasını 2012-ci ildən işlədir. Mağaza ərzaq və gündəlik tələbat mallarının satışını həyata keçirir. Mazağada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edir. Həmin firmalardan biri də “Bolluq LTD" MMC-dir. Zərərçəkmiş şəxs MMC ilə hazırda da, işləyir. "xxxx" MMC- dən şirniyyat və quru qida məhsulları alır. Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, onlar Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində işləmişlər. 2021-ci ilin avqust ayınadək Rəşaddan şirniyyat, Anardan isə quru qida məhsulları almışdır. “Bolluq LTD" MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Rəşad və Anar əvvəlcə mağzaya gələrək ondan sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər MMC-nin malpaylayanı tərəfindən onun mağazasına gətirilmişdir. Bu zaman satış fakturaları imzalanmaqla mallar qəbul edilmişdir. Aldığı malların pulunu demək olar ki, ay ərzində Təqsirləndirilən şəxsla Şahid11 əlbəəl vermiş, son aylarda isə MMC-nin bank hesabına köçürmüşdür. O, Şahid11 və Təqsirləndirilən şəxs başqa MMCnin hər hansı bir əməkdaşına satış pulu verməmiş, satış pullarını ancaq ekspeditorlar Anarla Rəşada əlbəəl vermişdir. Təqsirləndirilən şəxs tərəfindən satılmış mallara görə Vip marketə hesab fakturasından kənar hər hansı bir endirim edilməmişdir. Vip marketə yalnız Zərərçəkmiş şəxs MMC tərəfindən rəsmi qaydada müəyyən edilmiş endirimlər edilmişdir. "xxxx" adlı müştəridən heç vaxt əlbəəl satış pulu almaması, həmin müştəri ödənişləri tərəfindən ödənişlərin yalnız köçürmə yolu ilə edilməsi, "xxxx" üzrə hesabında 611,28 manat çatışmazlıq yaranmasına səbəb kimi müştəri tərəfindən satışdan geri qaytarılan bəzi malların MMC tərəfindən qəbul edilməməsi və edilmiş endirimlərin sonradan nəzərə alınmaması ilə barədə Təqsirləndirilən şəxs göstərdikləri ilə bağlı Şahid24 ifadəsində göstərmişdir ki, Vip market” tərəfindən Təqsirləndirilən şəxs və Şahid11 alınmış mallara görə ödənişlər son aylarda köçürmə yolu ilə edilmiş, yəni həmin malların pulunu o, MMC-nin bank hesabına köçürmüşdür. Əvəllər isə satış pulları ekspeditor Təqsirləndirilən şəxs və Şahid11 əlbəəl verilmişdir. "xxxx" tərəfindən satışdan geri qaytarılmış mallar bütün hallarda “Bolluq LTD" MMC tərəfindən qəbul edilmişdir. Həmçinin marketə MMC tərəfindən edilmiş bütün endirimlər yalnız rəsmi olmuş, Təqsirləndirilən şəxs tərəfindən marketə əlavə hər hansı bir endirim edilməmişdir. (cild 4, iş vərəqəsi 97-100) Şahid25 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Qüdrətli 14 ünvanında yerləşən ərzaq mağazasını xx.xx.2018-ci il tarixdən işlədir. Mağaza “Eko market” adlanır və ərzaq, gündəlik təlabat mallarının satışını həyata keçirir. Mazağada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edir. Həmin firmalardan biri də "Bolluq LTD” MMC-dir. Zərərçəkmiş şəxs MMC ilə hazırda da, işləyir. “Bolluq LTD" MMC-dən şirniyyat və quru qida məhsulları alır. Şahid25 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid11 Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində işləmişlər. 2021-ci ilin avqust ayınadək Rəşaddan şirniyyat, Anardan isə quru qida məhsulları almışdır. Zərərçəkmiş şəxs MMCnin müəyyən etdiyi qaydalara əsasən, Təqsirləndirilən şəxs əvvəlcə mağzaya gələrək ondan sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər MMC-nin malpaylayanı tərəfindən onun mağazasına gətirilmişdir. Bu zaman satış fakturaları imzalanmaqla mallar mağazaya qəbul edilmişdir. Aldığı malların pulunu isə demək olar ki, ay ərzində Təqsirləndirilən şəxsla Şahid11 əlbəəl vermişdir. O, Şahid11 və Təqsirləndirilən şəxs başqa MMC-nin hər hansı bir əməkdaşına satış pulu verməmiş, satış pullarını ancaq Anarla Rəşada əlbəəl vermişdir. Təqsirləndirilən şəxs və Şahid11 tərəfindən satılmış mallara görə "xxxx" marketə hesab fakturasından kənar hər hansı bir endirim edilməmişdir. "xxxx" marketə yalnız Zərərçəkmiş şəxs MMC tərəfindən rəsmi qaydada müəyyən edilmiş endirimlər edilmişdir. "xxxx" marketin əvvəllər "xxxx" market adlanması və Təqsirləndirilən şəxs "xxxx" marketə də, mal satması, lakin sonradan “Bahar" marketi işlədən şəxsin Zərərçəkmiş şəxs MMC-yə olan 2000 manat borcunu ödəmədən marketi bağlaması, nəticədə 2000 manat satış pulunun onun hesabına çatışmazlıq kimi əlavə olunması, habelə sonradan "xxxx" marketin yerində açılmış "Eko marketə edilmiş endirimlərin nəzərə alınmaması və market tərəfindən satışdan geri qaytarılan bəzi malların MMC tərəfindən qəbul edilməməsi nəticəsində hesabında 2217,16 manat satış pulu çatışmazlığı yaranması barədə Təqsirləndirilən şəxs bildirdikləri ilə bağlı Şahid25 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs göstərdikləri doğru deyil. “Eko" marketin yerində əvvəllər "Qəbələ” market fəaliyyət göstərmişdir. Həmin yerdə “Bahar market” adlı bir market heç vaxt mövcud olmamışdır. "xxxx" market xx.xx.2018-ci ildən fəaliyyət göstərir. Zərərçəkmiş şəxs MMC tərəfindən "xxxx" marketə edilmiş bütün endirimlər rəsmi qaydada olmuş, satışdan geri qaytarılan mallarla bağlı marketlə MMC arasında heç vaxt hər hansı bir problem olmamışdır. Satışdan geri qaytarılmış mallar MMC tərəfindən qəbul edilmişdir. Şahid25 ifadəsində həmçinin göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin əməkdaşı ekspeditorlar Şahid11 və Təqsirləndirilən şəxsla birlikdə onun mağazasına gəlib üzləşmə keçirmişlər. X6 iştirak etmişdir. Üzləşmə keçirildiyi tarixdə "xxxx" marketin “Bolluq LTD" MMC-yə Təqsirləndirilən şəxs alınmış mallara görə borcu olmamış, Şahid11 alınmış mallara görə isə 673,35 manat borcu olmuşdur. Həmin vaxt o, üzləşmə aktını imzalamaqla MMC-yə olan 673,35 manat borcunu təsdiq etmişdir. Əgər 164,06 və 2217,16 manat satış pulları müvafiq olaraq Şahid11la Təqsirləndirilən şəxs verilməmiş olsaydı, üzləşmə zamanı onlar buna etiraz edər və üzləşmə aktını imzalamazdılar. (cild 4, 93-96) Şahid26 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Pirallahı qəsəbəsində yerləşən "xxxx" adlı ərzaq mağazası 2014-ü ildən fəaliyyət göstərir. Mağaza onun özünə məxsusdur. Həmçinin Zirə qəsəbəsində yerləşən “Laçın market" adlı ərzaq mağazası da, ona məxsusdur, həmin mağaza 2017-ci ildən fəalliyyət göstərir. Mağazalarında olan malların idxalı ilə bağlı əməkdaşlıq etdiyi firmalardan biri də, Zərərçəkmiş şəxs MMC-dir. Zərərçəkmiş şəxs MMC ilə hazırda da, işləyir. "xxxx" MMC-dən şirniyyat və quru qida məhsulları alır. Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, onlar Zərərçəkmiş şəxs MMC-də ekspeditor işləmişlər. Zərərçəkmiş şəxs MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Rəşad və Anar əvvəlcə Zirə və Pirallahı qəsəbələrində yerləşən Laçın marketlərə gələrək sifarişləri götürüb, MMC-yə ötürmüş, səhəri gün isə həmin sifarişlər malpaylayan tərəfindən mağazalara gətirilmişdir. Mağazalardakı əməkdaşlar satış fakturasını imzalamaqla həmin sifarişləri qəbul etmişlər. Ay sonuna kimi isə alınmış həmin malların dəyəri ya MMC-nin bank hesabına köçürmə yolu ilə, yada ki, əlbəəl ekspeditora verilməklə ödənmişdir. Onun mağazalarına satılmış mallara görə Təqsirləndirilən şəxs və Şahid11 tərəfindən hər hansı bir endirim edilməmişdir. 2021-ci ilin yay aylarında o, marketdə olmadığı vaxt Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları marketə gəlib təhvil-təslim aparmış, akt tərtib edilmiş və marketdə kassir işləyən Sevda Hüseynova aktı imzalamaqla, həmin vaxt marketin MMCyə olan 391,31 manat borcunu təsdiq etmişdir. Şahid26 ifadəsində həmçinin göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək Pirallahı qəsəbəsindəki Laçın marketdə Zərərçəkmiş şəxs MMCnin mallarının yığılması üçün 1 səbət və 2 vitrin qoyulmuşdur ki, səbətdə ancaq şirniyyat məhsulları yığılmışdır. Məhz səbətə görə hər ay Rəşada 100 manat az ödəniş edilmişdir. Yəni aylıq 100 manat müqabilində mağazada içərisində “Bolluq LTD" MMC-nin şirniyyat məhsullarının yığıldığı səbət qoyulmuşdur. Mağazada Anarın satdığı quru qida məhsullarına görə isə ayrıca səbət qoyulmamış, səbət yalnız Rəşadın satdığı şirniyyat məhsullarına görə qoyulmuşdur. Buna görə də, Rəşada hər ay 100 manat az ödəniş edilmişdir. Bundan başqa Pirallahı qəsəbəsindəki mağazada 2020-ci ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək içərisinə Bolluq MMC-dən aldıqları mallar yığılmış 2 vitrin qoyulmuşdur ki, ekspeditora hər vitrinə görə aylıq 50 manat olmaqla, ümumilikdə 100 manat az ödəniş edilmişdir. Vitrinin birinə Anarın, digərinə isə Rəşadın satdığı mallar yığılmışdır. Vitrinə görə hər ay Anarın və Rəşadın hərəsinə 50 manat az ödəniş edilmişdir. O, Pirallahı qəsəbəsindəki Laçın marketdə içərisinə Bolluq MMC-nin malları yığılmış səbətin və vitrinin qoyulmasından MMC-nin rəhbərliyinin razılığı və məlumatı olubolmamasını bilmir. Şahid26 ifadəsinə əlavə olaraq göstərmişdir ki, bəzi vaxtlar olmuşdur ki, hansısa şirkətin ekspeditoru onun mağazasının adına MMC-dən mal çıxardıb başqa şəxslərə satmışdır. Ekspeditorun bu hərəkətindən onun məlumatı olmamışdır. Ola bilsin ki, Təqsirləndirilən şəxs Zirə qəsəbəsində yerləşən "xxxx" marketin adına MMC-dən mal çıxardıb başqa şəxslərə satmışdır. Ümumiyyətlə Zərərçəkmiş şəxs MMC aldığı mallara görə MMC tərəfindən 5 faiz endirim edilmiş və həmin endirim hesab fakturasında qeyd olunmuşdur. Bundan başqa MMC tərəfindən onun mağazalarına hədiyyə qismində mallarda verilmişdir ki, həmin mallarda ayrıca fakturada qeyd olunmuş və hədiyyə mal olduğundan həmin mala görə ödəniş edilməsi nəzərdə tutulmamışdır. MMC tərəfindən, onun mağazalarına satılmış mallara görə endirim edildiyi üçün ola bilsin ki, Təqsirləndirilən şəxs onun mağazasının MMC-nİn anbarından mal çıxardıb başqa şəxsə endirimsiz qiymətə sataraq əlavə qazanc əldə etmişdir. Həmçinin 2021-ci ilin yay aylarında O, Zirə qəsəbəsində yerləşən “Laçın" marketdə olmadığı vaxt “Bolluq LTD" MMC-nin əməkdaşları marketə gəlib təhvil-təslim aparmış, akt tərtib edilmiş və marketdə operator işləyən Diana Ruxadzadə aktı imzalamaqla, həmin vaxt marketin MMC-yə olan borcu olmadığını təsdiq etmişdir. Şahid26 istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən "xxxx" adlı ərzaq mağazası ona məxsusdur, mağaza 2017-ci ildən fəaliyyət göstərməklə, ərzaq və gündəlik tələbatlarının mallarını satışını həyata keçirir. Mağazada olan malların idxalı ilə bağlı əməkdaşlıq etdiyi şirkətlərdən biri də, “Bolluq LTD" MMC-dir. Zərərçəkmiş şəxs MMC ilə hazırda da, işləyir. Zərərçəkmiş şəxs MMC-dən şirniyyat və quru qida məhsulları alır. Şahid26 əlavə ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin ekspeditorları Təqsirləndirilən şəxs “Avro" marketə şirniyyat, Şahid11 isə quru qida məhsulları satmışdır. İşlədikləri müddətdə Təqsirləndirilən şəxs və Şahid11 “Avro" marketə satdıqları malların pulları ya MMC-nin bank hesabına köçürmə yolu ilə, yada ki, ekspeditorlar Anarla Rəşada əlbəəl verilməklə ödənilmişdir. Təqsirləndirilən şəxs və Şahid11 tərəfindən "xxxx" marketə satılmış mallara görə hər hansı bir əlavə endirim edilməmişdir. "xxxx" market tərəfindən mallar MMC-nin müəyyən etdiyi qiymətlərə alınmışdır. "xxxx" tərəfindən satışdan geri qaytarılan bəzi malların MMC tərəfindən qəbul edilməməsi və marketə edilmiş endirimlərin sonradan nəzərə alınmaması nəticəsində "xxxx" üzrə hesabında 1940,16 manat satış pulu çatışmazlığı yaranması barədə Təqsirləndirilən şəxs bildirdikləri ilə bağlı Şahid26 ifadəsində göstərmişdir ki, “Avro" market tərəfindən satışdan geri qaytarılmış mallar bütün hallarda Zərərçəkmiş şəxs MMC tərəfindən qəbul edilmişdir. MMC ilə market arasında satışdan geri qaytarılan mallarla bağlı heç vaxt hər hansı bir problem olmamışdır. Həmçinin işlədikləri müddətdə eskpeditorlar Şahid11 və Təqsirləndirilən şəxs satışdan qaytarılan hər hansı bir malın MMC tərəfindən qəbul edilməməsi ilə bağlı ona, həmçinin marketin işçilərinə heç bir söz deməmişlər. Həmçinin Bolluq LTD” MMC tərəfindən “Avro" marketə edilmiş bütün endirimlər rəsmi qayda olmuşdur.(cild İİİ cild, i/v 223-228, cild İV, i/v 68-71) Şahid Heydərov Şahid27 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Pirallahı qəsəbəsində yerləşən “Laçın market" adlı ərzaq mağazasında operator vəzifəsində işləyir. Həmin mağazanın, həmçinin Zirə qəsəbəsində yerləşən "xxxx" və Qala qəsəbəsində yerləşən “Avro market" adlı ərzaq mağazalarının sahibi Şahid26dur. Operator kimi vəzifələri mağazaya gəlmiş malların, eskepditorlara ödənmiş satış pullarının kompyuterə işlənməsindən ibarətdir. Ümumi sistem olduğundan Pirallahı qəsəbəsində yerləşən "xxxx" marketdəki kompyuterdə baxdıqda Qala qəsəbəsindəki "xxxx" marketin və Zirə qəsəbəsindəki "Laçın” marketin də, əməliyyatlarını görə bilir. Həmin əməliyyatlara həmçinin nəzarəti həyata keçirir. 2021-ci ilin avqust ayında “Bolluq LTD" MMC-nin əməkdaşları Pirallahı qəsəbəsindəki “Laçın" marketə gəlib təhvil-təslim aparmışlar və bu o, MMC-nin əməkdaşlarına hər üç marketin MMC-yə olan borclarını bildirmişdir. Bu zaman hər market üzrə ayrı-ayrılıqda üzləşmə aktı tərtib olunmuş və Pirallahı qəsəbəsindəki "xxxx" market üzrə tərtib olunmuş aktı Sevda xanım, digər iki market üzrə tərtib olunmuş aktları isə o imzalamışdır. (cild 4, 72-75) Şahid28 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Buzovna qəsəbəsində yerləşən "xxxx" adlı ərzaq mağazasında maliyyə müdiri vəzifəsində işləyir. “Favorit" marketin əməkdaşlıq etdiyi firmalardan biri də, “Bolluq LTD" MMC-dir. Market Zərərçəkmiş şəxs MMC-dən şirniyyat və quru qida məhsulları alır. 2021-ci ilin yay aylannadək MMC-nin ekspeditorlarından Təqsirləndirilən şəxs marketə şirniyyat, Şahid11 isə quru qida məhsulları satmışdır. 2020ci ilin may ayınadək "xxxx" market tərəfindən Zərərçəkmiş şəxs MMC-dən alınmış malların pulu yalnız MMC-nin ekspeditorları Təqsirləndirilən şəxs və Şahid11 əlbəəl verilmiş, 2020ci ilin may ayından sonra isə ödənişlər əsasən köçürmə yolu ilə edilmişdir. Rafael Məmmədov “Favorit" marketdə auditor işləmiş, təxminən 1 il əvvəl işdən çıxmışdır. “Bolluq LTD" MMC ilə "xxxx" market arasında olan üzləşmə aktını da, məhz Rafael Məmmədov imzalamışdır. Şahid28 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs satdığına görə "xxxx" marketin adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli 652220-1360, 652220- 1376 nömrəli və xx.xx.2021-ci il tarixli 652220-1459 nömrəli hesab fakturalarında olan mallar "xxxx" marketin sifarişi olmamış, həmin mallar “Favorit" marketə gətirilməmiş, market tərəfindən qəbul edilməmişdir. Çox güman ki, Təqsirləndirilən şəxs "Favorit” marketin adına sifarişlər yazaraq MMC-dən mal çıxardıb başqalarına satmışdır. Həmçinin ola bilsin ki, Təqsirləndirilən şəxs onlardan əlbəəl aldığı satış pullarının bir hissəsini də, MMC-nin kassasına ödəməmişdir. (cild 4, 52-56) Şahid29 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən “Real market" adlı ərzaq mağazasını 2014-cü ildən atası Famil Oaqverdiyevlə birgə işlədir. Mal aldıqları firmalardan biri də, “Bolluq LTD" MMC-dir. 2021-ci ilin avqust ayınadək o, Zərərçəkmiş şəxs MMC-nin ekspeditiorları Təqsirləndirilən şəxs şirniyyat, Şahid11 isə quru qida məhsulları almışdır. O, Zərərçəkmiş şəxs MMC-dən malları nisyə alıb, ay sonunda demək olar ki, borcunu bağlamış, aldığı malların pulunu Təqsirləndirilən şəxsla Şahid11 əlbəəl vermişdir. O, Rəşad və Anardan başqa MMC-nin hər hansı bir əməkdaşına satış pulu verməmişdir. Şahid29 ifadəsində həmçinin göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Şahid11 ona mesaj yazaraq "xxxx" üzrə Təqsirləndirilən şəxsla birlikdə hesablarında ümumilikdə 7000 manatdan artıq çatışmazlıq olduğunu deyib, ondan MMC-in əməkdaşları "Real” marketə gəldikdə, onlara Təqsirləndirilən şəxsla birlikdə ümumi borclarının 7000 manatdan artıq olduğunu göstərməsini xahiş etmişdir. Şahid11 həmin vaxt mesajla ona, MMC-nin əməkdaşlarına marketin borcu olaraq deməsi üçün konkret məbləğ yazsa da, o, hazırda həmin məbləği xatırlamır. Lakin həmin mələğ 7000 manatdan artıq idi. O, isə Şahid11 cavabında, MMC-nin əməkdaşlarına marketin real borcunu deyəcəyini bildirmişdir. Həmin vaxt o, bilmişdir ki, Təqsirləndirilən şəxs və Şahid11 ondan aldıqları satış pullarının bir hissəsini MMC-nin kassasına mədaxil etməyib məsimsəmişlər. Şahid11 ona mesaj yazdıqdan təxminən 1 saat sonra Zərərçəkmiş şəxs MMC-nin əməkdaları ekspeditorlar Anar və Rəşadla birlikdə onun mağazasına gəlmişlər. Həmin vaxt MMC ilə onun arasında üzləşmə aparılmış və o, “Real" marketin MMC-yə olan borclarını göstərməklə üzləşmə aktını imzalamışdır. Üzləşmənin keçirildiyi tarixə "Real” marketin Zərərçəkmiş şəxs MMCyə borcu Təqsirləndirilən şəxs alınmış şirniyyat məhsullarına görə 367,60 manat, Anar Cəfəovdan alınmış quru qida məhsullarına görə isə 2661,40 manat olmuşdur. “Real" marketin Təqsirləndirilən şəxs və Şahid11 alınmış mallara görə MMC-yə olan ümumi borcu 3000 manatdan bir qədər artıq olsa da, Şahid11 ondan borcu 7000 manatdan artıq göstərməsini xahiş etmişdir. Şahid29 ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" marketə satılmış şirniyyat məhsullarına görə hesab fakturalarında göstərilən endirimlərdən əlavə edilmiş endirimlərin nəzərə alınmaması, marketə hədiyyə qismində verilmiş malların nəzərə alınmaması, market tərəfindən satışdan geri qaytarılmış bəzi malların MMC tərəfindən qəbul elməməsi nəticəsində sonuncunun hesabında 3716,93 manat satış pulu çatışmazlığı qalması İlə bağlı Təqsirləndirilən şəxs göstərdikləri doğru deyil, Təqsirləndirilən şəxs yalan danışır. Təqsirləndirilən şəxs ona malları "Bolluq LTD” MMC tərəfindən müəyyən edilmiş qiymətə almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona əlavə hər hansı bir endirim edilməmiş, hədiyyə qismində mal verilməmişdir. Həmçinin satışdan geri qaytardığı malarla bağlı MMC ilə onun arasında heç vaxt hər hansı bir problem olmamış, satışdan geri qaytardığı mallar bütün hallarda MMC tərəfindən qəbul edilmişdir. (cild 4, iş vərəqəsi 57-61) Şahid30 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Nobel pr.-də yerləşən "xxxx" adlı ərzaq mağazasında 2014-cü ildən 2021-ci ilin sentyabr ayınadək adminstrator vəzifəsində işləmişdir. 2021-ci ilin sentyabr ayında marke fəaliyyətini dayandırmışdır. Market fəaliyyət göstərdiyi müddətdə mal aldıqları firmalardan biri də, “Bolluq LTD" MMC olmuşdur. Market bağlananadək Zərərçəkmiş şəxs MMC- nin ekspeditiorları olan Təqsirləndirilən şəxs şirniyyat, Şahid11 isə quru qida məhsulları almışdır. O, Təqsirləndirilən şəxs aldığı malların pulunu əvvəllər onun özünə əlbəəl vermiş, son aylarda isə ödənişləri MMC-nİn bank hesabına köçürmə yolu ilə etmişdir. "xxxx" marketə satılmış mallara görə Təqsirləndirilən şəxs tərəfindən ona hesab fakturalarında göstərilən endirimlərdən əlavə hər hansı bir endirim edilməmişdir. Şahid30 ifadəsində həmçinin göstərmişdir ki, Nobel pr.-də yerləşən "xxxx" marketdə, 1-2 il əvvələdək içərisinə “Bolluq LTD" MMC-dən alınmış mallar yığılmış səbət qoyulmuş və buna görə Təqsirləndirilən şəxs hər ay 100 manat az ödəniş edilmiş, həmin ödəniş səbət pulu kimi hesablanmışdır. Bundan MMC-nin rəhbərliyinin məlumatı olmuş, bu barədə MMC-nin rəhbərliyi ilə danışılmışdır. Lakin son 2-2 il ərzində marketlə MMC arasında səbət pulu olmamış, səbətə görə Təqsirləndirilən şəxs hər hansı məbləğdə az ödəniş edilməmişdir. Səbət puluna görə Təqsirləndirilən şəxs hesabında heç vaxt belə böyük məbləğdə, yəni 3749,01 manat məbləğində çatışmazlıq yarana bilməz Həmçinin "xxxx" market tərəfindən satışdan geri qaytarılmış mallar "Bolluq LTD” MMC tərəfindən qəbul edilmişdir. (cild 4, iş vərəqəsi, 85-88) Şahid X4 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Qaraçuxur qəsəbəsində yerləşən "xxxx" adlı ərzaq mağazasında operator vəzifəsində işləyir. Operator kimi vəzifələri sifarişlər əsasında mağazaya gələn malların qəbul edilməsindən və həmin sifarişlərin elektron sistemə işlənməsindən ibarətdir. Zərərçəkmiş şəxs MMC-nin ekspeditiorları olan Təqsirləndirilən şəxs və Şahid11 tanıyır, Təqsirləndirilən şəxs “Arena store" marketə şirniyyat, Şahid11 isə quru qida məhsulları satmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin mallarını "xxxx" marketə nisyə satmış və həmin malların pulu marketin müdiri Eldəniz müəllim tərəfindən Rəşada nağd qaydada əlbəəl verilmişdir. Şahid31 ifadəsində həmçinin göstərmişdir ki, satdığı mallara görə Təqsirləndirilən şəxs tərəfindən bəzi vaxtlar “Arena store marketə hesab fakturasında göstərilən endirimdən əlavə endirim edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən edilmiş həmin endirimlər hesab fakturasında göstərilməmişdir. Təqsirləndirilən şəxs “Arena store marketə etdiyi fakturadan kənar endirimlərdən MMC-nin rəhbərliyinin əvvəlcədən məlumatı olubolmamasını o bilməmişdir. Həmçinin bəzi vaxtlarda Təqsirləndirilən şəxs "xxxx" marketə gələrək hansısa malla bağlı MMC-də kompaniya olduğunu, həmin maldan müəyyən qədər sifariş verdikdə, üzərində hədiyyə qismində mal verildiyini demiş və buna görə də, o, üzərində hədiyyə qismində mal verilməsi üçün Rəşadın dediyi maldan daha çox sifariş vermişdir. Lakin növbəti gün MMC-nin mal maylayanı həmin sifarişləri marketə gətirdikdə hədiyyə qismində verilməli olan mallarında fakturada qiymətlərinin qeyd olunduğunu görüb, bununla Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu ona “sən malı qəbul et, hədiyyə qismində olan malların pulunu verməzsən, mən özüm firmada bu məsələni həll edəcəm, həmin malların qiyməti silinəcək" demişdir. Bu hal Təqsirləndirilən şəxs işlədiyi müddətdə bir neçə dəfə təkrarlanmışdır. Lakin həmin vaxtlar MMC-də belə bir kompaniyanın olub- olmamasından və ya mövcud olmuş kompaniyanın başa çatıbçatmamasından onun məlumatı olmamışdır. O, sırf Təqsirləndirilən şəxs ona MMC-də kompaniya olduğunu, maldan müəyyən qədər aldıqda üzərində hədiyyə qismində həmin maldan verildiyini dediyi üçün, o, Rəşada həmin maldan daha çox sifariş vermişdir. Şahid31 ifadəsinə əlavə olaraq göstərmişdir ki, mallar satışdan geri qaytarıldıqda Zərərçəkmiş şəxs MMC-nin malpaylayanı gələrək həmin malları MMC-yə qaytarmışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə heç vaxt ona deməmişdir ki, "xxxx" marketin satışdan geri qaytardığı hər hansı bir malı Zərərçəkmiş şəxs MMC qəbul etməsin. 2021- ci ilin avqust ayında “Bolluq LTD" MMC-nin əməkdaşı, Təqsirləndirilən şəxs və Şahid11 "xxxx" marketə gələrək borc qalığına dair üzləşmə aparmışdır. Üzləşmənin keçirildiyi tarixə, Təqsirləndirilən şəxs marketə satdığı mallara görə "xxxx" marketin “Bolluq LTD" MMC-yə 212,93 manat olmuşdur. Həmin vaxt üzləşmə aktı tərtib olunmuş və o, aktı imzalamaqla Təqsirləndirilən şəxs alınmış mallara görə marketin MMC-yə olan 212,93 manat borcunu təsdiq etmişdir. (cild 4, 105-109) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2021-ci il tarixli müstəqil auditor hesabatından görünür ki, Təqsirləndirilən şəxs hesabında 34 müştəri üzrə xx.xx.2021-ci il tarixə 78441.73 manat borc olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində 34 müştəriyə 45616.17 manat məbləğində ərzaq malları satılmış, Cəmiyyətin kassasına 44831.23 manat pul ödənilmiş, 9577.45 manat geri qaytarma və 1045.65 manat dekond olmuşdur. Cəmiyyətin mühasibat uçotu üzrə qalığı 68603.57 manat olmuşdur. Müştərilər tərəfindən təsdiq olunan borc isə 13139.36 manat olmuşdur. Digər satış təmsilçisindən olan borcun keçirilməsi 1422.45 manat, üzləşmədən sonra geri qaytarma 641.24 manat və dekond isə 2041.28 manat olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən 54204.14 (68603.57 - 13139.36 + 1422.45 - 641.24 - 2041.28) manat nağd pul vəsaitini müştərilərdən almasına baxmayaraq cəmiyyətin xəzinəsinə ödəməyərək dövriyyədən yayındırmışdır. Cəmiyyət tərəfindən auditor yoxlamasına 2100.00 manat olmaqla 1 ədəd kassa mədaxil qəbzi təqdim edilmişdir. Qeyd edilən məbləğ Təqsirləndirilən şəxs borcundan azalmışdır. Nəticədə Təqsirləndirilən şəxs öhdəsində 52104.14 (54204.14 - 2100.00) manat çatışmazlıq qalmışdır. (Cild 1, iş vərəqəsi 7-23) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-mühasibatlıq ekspertizasının 24 yanvar 2021-ci il tarixli 9/9552 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində işlədiyi dövrdə hesabında 52104,14 manat satış pulu çatışmazlığı qalması müəyyən edilmişdir. (Cild 3, iş vərəqləri 37-42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-xətşünaslıq ekspertizasının 18 avqust 2022-ci il tarixli 4/1090 nömrəli ekspert rəyindən görünür ki, iş materillarında olan 03 vərəqədən ibarət üzləşmə aktlarınının aşağısında "Təqsirləndirilən şəxs” əlyazmalarının qarşısındakı imzalar; "xxxx" adlı müştəri ilə keçirilmiş xx.xx.2021 -ci il tarixli, “Zirə bio” adlı müştəri ilə keçirilmiş xx.xx.2021- ci il tarixli, "xxxx" adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Şuşa” adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Buta Xəzər market” adlı müştəri ilə keçirilmiş xx.xx.2021 ci il tarixli, “Ballılar ” adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Bolluq 2" adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Laçın Pirallahı” adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Evkur” adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Fresh market” adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Realist market” adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Eko market” adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Buta market" adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Albalı market" adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Mir Nobel market” adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Avro market" adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, "Arena store” adlı müştəri ilə keçirilmiş xx.xx.2021 -ci il tarixli, “Maşallah Qaraçuxur” adlı müştəri ilə keçirilmiş xx.xx.2021 -ci il tarixli, "xxxx" adlı müştəri ilə keçirilmiş xx.xx.2021-ci il tarixli, “Zirə Laçın” adlı müştəri ilə keçirilmiş xx.xx.2021 -ci il tarixli, “Zığ store market" adlı müştəri ilə keçirilmiş xx.xx.2021 -ci il tarixli üzləşmə aktlarınının aşağısında “Təqsirləndirilən şəxs” əlyazmalarının qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Həmin rəydə həmçinin göstərilmişdir ki, 652220-1550 nömrəli, 652220-1351 nömrəli, 652220-1352 nömrəli, 652220-1380 nömrəli, 652220-1416 nömrəli, 652220-1415 nömrəli, 652220-1418 nömrəli, 652220-1421 nömrəli, 652220-1484 nömrəli, 652220- 1483 nömrəli, 652220-1536 nömrəli, 652220-1537 nömrəli, 652220-1539 nömrəli, 652220-1390 nömrəli, 652220-1331 nömrəli, 652220-1332 nömrəli, 652220- 1382 nömrəli, 652220-1385 nömrəli 652220-1424 nömrəli, 652220-1425 nömrəli, 652220-1455 nömrəli, 652220-1456 nömrəli 652220-1502 nömrəli, 652220-1545 nömrəli, 652220-1356 nömrəli, 652220-1492 nömrəli, 652220-1494 nömrəli, 652220-1337 nömrəli, 652220-1485 nömrəli, 652220-1535 nömrəli, 652220-1538 nömrəli, 652220-1330 nömrəli, 652220-1340 nömrəli, 652220-1386 nömrəli, 652220-1426 nömrəli, 652220-1457 nömrəli, 652220-1580 nömrəli, 652220-1493 nömrəli, 652220-1393 nömrəli, 652220-1394 nömrəli, 652220-1529 nömrəli, 652220-1530 nömrəli, 652220-1335 nömrəli, 652220-1365 nömrəli, 652220-1344 nömrəli, 652220-1498 nömrəli, 652220-1566 nömrəli, 652220-1414 nömrəli, 652220-1586 nömrəli, 652220-1464 nömrəli, 652220-1378 nömrəli, 652220-1558 nömrəli, 652220-1364 nömrəli, 652220-1427 nömrəli, 652220-1452 nömrəli, 652220-1544 nömrəli, 652220-1505 nömrəli, 652220-1508 nömrəli, 652220-1597 nömrəli. 652220-1509 nömrəli, 652220-1481 nömrəli, 652220-1489 nömrəli, 652220-1468 nömrəli, 652220-1568 nömrəli, 652220-1339 nömrəli, 652220-1553 nömrəli, 652220-1435 nömrəli, 652220-1525 nömrəli, 652220-1345 nömrəli, 652220-1579 nömrəli, 652220-1491 nömrəli, 652220-1376 nömrəli, 652220-1460 nömrəli, 652220-1363 nömrəli, 652220-1368 nömrəli, 652220-1543 nömrəli, 652220-1478 nömrəli, 652220-1408 nömrəli, 652220-1507 nömrəli, 652220-1567 nömrəli, 652220-1482 nömrəli, 652220-1477 nömrəli, 652220-1523 nömrəli, 652220-1575 nömrəli, 652220-1336 nömrəli, 652220-1551 nömrəli, 652220-1436 nömrəli, 652220-1522 nömrəli, 652220-1338 nömrəli, 652220-1432 nömrəli, 652220-1391 nömrəli, 652220-1360 nömrəli, 652220-1458 nömrəli, 652220-1588 nömrəli, 652220-1362 nömrəli, 652220-1431 nömrəli, 652220-1454 nömrəli, 652220-1524 nömrəli, 652220-1506 nömrəli, 652220-1554 nömrəli, 652220-1354 nömrəli, 652220-1479 nömrəli, 652220-1480 nömrəli, 652220-1527 nömrəli, 652220-1528 nömrəli, 652220-1556 nömrəli hesab fakturalarındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. (cild 4, iş vərəqəsi 4-9) Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyət - 14 fevral 2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN verilmişdir. "Bolluq LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Abşeron rayonu, Bakı-sumqayıt yolu 13-cü km ünvanıdır. MMC-nin inzibati binası, istehsal sahəsi və malların saxlanıldığı mərkəzi anbarı həmin ünvandadır. MMC quru qida, şirniyyat və digər ərzaq mallarının istehsalını, idxalını və satışını həyata keçirir. (Cild 3, iş vərəqəsi 123-125) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin baş direktoru X2 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 01 avqust 2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında" müqavilədən görünür ki, ekspeditor Təqsirləndirilən şəxs ona həvalə edilmiş bölgədə müəssisəyə məxsus ərzaq mallarının topdan və pərakəndə satışını təşkil etmək, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübariz olmaq, müəssisə rəhbərliyi tərəfindən onun üçün ayrılmış ünvanlarda yerləşən ticarət şöbəkələrindən vaxtlı-vaxtında sifarişləri qəbul etmək, ticarət şəbəkələrində MMC-yə məxsus malların satışına nəzarət etmək, satılmış malların pullarını vaxtında alıb müəssisənin kassasına təhvil vermək, ticarət şəbəkələrində hər hansı bir obyektin işləməməsi və ya bağlanması barədə vaxtında xəbər tutaraq orada olan satılmış malların pullarını almaq, satılmamış malların geri qaytarılmasını təmin etmək və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrini öhdəsinə götürmüşdür. (cild 1, iş vərəqəsi 28) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs baş direktoru X2 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 16 iyun 2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Zərərçəkmiş şəxs MMC-də malpaylayan vəzifəsinə işə qəbul edilmiş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmçinin “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2018-ci ildən ekspeditor vəzifəsinə keçirilmişdir. (cild 1, iş vərəqəsi 24-26) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin baş direktoru X2 tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli 6731 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən 04 mart 2022-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur.(cild 4, i.v 113 ) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-də ekspeditor (satış təmsilçisi) vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs ekspeditor (satış təmsilçisi) kimi vəzifələri və öhdəlikləri cavabdeh olduqları bölgə üzrə onlara verlmiş satış nöqtələrində apardıqları bütün satış əməliyyatlarının nəticələri üçün cavabdeh olmaq, satış təlimatına uyğun, ona verilmiş ərazi üzrə hər bir satış nöqtəsində işinin doğru təşkilinə və icrasına nail olmaq, verilən plan və tapşırıqların cavabdeh olduğu hər bir satış nöqtəsi üzrə doğru yerinə yetirilməsinə nail olmaq, heç bir maliyyə pozuntusuna yol verməmək, vədəsi çatan müştəri borclarını analiz edib vaxtında mədaxil olunmasını təmin etmək və təlimatda göstərilən digər vəzifələrdən ibarətdir. Təqsirləndirilən şəxs həmin təlimatla tanış olmuş və təlimat tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqi 29) Cinayət işinin materiallarında olan “Bolluq LTD" MMC-dən daxil olmuş 21 oktyabr 2022-ci il tarixli 355 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tərəfindən, fəaliyyəti yoxlanılan dövrdə müştərilərə satılmış mallara görə yalnız Pirallahı qəsəbəsində yerləşən "xxxx" market üzrə 2020-ci ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək marketdə içərisinə MMC-nin satdığı mallar yığılmış səbətin qoyulması nəzərdə tutulmuş və buna görə müştəriyə hər ay hədiyyə qismində 100 manat məbləğində mal verilmiş və ya müştəriyə ay ərzində dekond şəklində 100 manat endirim edilmişdir. "xxxx" marketə səbət qoyulmasına görə endirim edilməsi və ya hədiyyə qismində mal verilməsi Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanıldığı 2021-ci ilin aprel, may, iyun və iyul ayları ərzində də mövcud olmuş, və buna görə müştəriyə hər ay hədiyyə qismində 100 manat məbləğində mal verilmiş və ya müştəriyə ay ərzində dekond şəklində 100 manat endirim edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən, fəaliyyəti yoxlanılan dövrdə müştərilərə satılmış mallara üzrə içərisinə Zərərçəkmiş şəxs MMC-nin məhsulları yığılmış vitrin qoyulmasına görə hər hansı bir müştəriyə endirim edilməsi və ya hədiyyə qismində mal verilməsi nəzərdə tutulmamışdır. (cild 4, iş vərəqəsi 116) Cinayət işinin materiallarında olan "Bolluq LTD” MMC-dən daxil olmuş 17 oktyabr 2022-ci il tarixli 341 nömrəli məktubdan və məktuba əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılan dövrdə, onun satdığı mallara görə “Hobby market”, "xxxx", "xxxx" "xxxx", Pirallahı qəsəbəsində yerləşən "xxxx", Hövsan qəsəbəsində yerləşən “Ballı” market, Qaraçuxur qəsəbəsində yerləşən "xxxx", Nobel pr.-də yerləşən "xxxx", Zirə qəsəbəsində yerləşən "xxxx" adlı müştərilər tərəfindən MMC-nin bank hesabına köçürmə yolu ilə ümumilikdə 25004,95 manat satış pulu ödənilmişdir. Həmin məktubda həmçinin qeyd olunmuşdur ki, köçürmə yolu ilə edilmiş qeyd olunan ödənişlər Təqsirləndirilən şəxs satdığı mallara görə 09 aprel 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cəmiyyətin kassasına mədaxil edilmiş 44831,23 manat ödənişə daxildir. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən satılmış mallara görə 09 aprel 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 25004,95 manatı köçürmə yolu ilə olmaqla MMC-nin kassasına ümumilikdə 44831,23 satış pulu mədaxil edilmişdir. (cild 4, iş vərəqəsi 111-112) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (müki iddiaçı) tərəfindən verilmiş mülki iddiadan görünür ki, 52104 manat (əlli iki min yüz dörd) manat təqsirləndirilən şəxs tərəfindən Cəmiyyətə vurulan maddi ziyan zərərçəkmiş hüquqi şəxsə ödənilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (İ cild, iş vərəqəsi 23-24) Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli hökmü ilə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsindən daxil olmuş 23 dekabr 2021-ci il tarixli 150722-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına avtomobil qeydiyyatdan keçmir. (İ cild, iş vərəqəsi 21-22) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yayında ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdən daxil olmuş 18 fevral 2022-ci il tarixli **********63 nömrəli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələrində mövcüd arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş 17 dekabr 2021-ci il tarixli 1967 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqəsi 20) Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X9 oğlu və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı iki övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs xeyli miqdarda satış pulunu mənimsəməsi barədə məhkəmədə söylədiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ağır, Cinayət Məcəlləsinin 313-cü maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, həmin maddə ilə təqsirli bilinməli, lakin ona cəza təyin edilməməlidir. Belə ki, verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs vəzifə saxtakarlığı cinayətini sonuncu dəfə 2021-ci ilin avqust ayında törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər polis idarəsinə tapşırılmışdır. (cild 4, iş vərəqəsi 238-239) Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər məhkəməsinin 16 yanvar 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və onun hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 350 (üç yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən ümümilikdə 52104 manat (əlli iki min yüz dörd) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi barədə mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs ümümilikdə 52104 manat (əlli iki min yüz dörd) manat, tutularaq MMC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, iddia təmin edilməli, ümümilikdə 52104 manat (əlli iki min yüz dörd) manat Təqsirləndirilən şəxs oğlundan manat tutularaq zərərçəkmiş hüquqi şəxsə ödənməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 -cü maddəsi ilə 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Ağır Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)- 350/2024 saylı hökmü ilə təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Zərərçəkmiş hüquqi şəxs (müki iddiaçı) tərəfindən verilmiş mülki iddia təmin edilsin, 52104 manat (əlli iki min yüz dörd) manat Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxsə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim olunduğu andan, 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-54/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-54/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver