Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-54/2025 21.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Rusiya Federasiyası, Qorlovka şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsindəki ünvansız evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 09 dekabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən 20 manat nağd pula satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,213 qram çəkidə narkotik vasitə heroini əldə edib Abşeron rayonu, Masazır qəsəbəsinə daşıyaraq üzərində saxlamış və 10 dekabr 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:30-da Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslanov küçəsində piyada hərəkətdə olduğu zaman saxlanılaraq Abşeron rayon polis idarəsinə aparılmış və orada xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 2,213 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, 10 dekabr 2023-cü il tarixdə, günorta saatlarında Əvəz adlı şəxs onu evinə işləməyə çağırıb. O, Əvəzin evinə gedən kimi onu və Əvəzi polis əməkdaşları tutublar. Polis əməkdaşları ona qarşı fiziki təsir göstərərək onu məcbur ediblər ki, Əvəzin əleyhinə ifadə verib, ondan narkotik vasitə aldığını bildirsin. O, bundan imtina etdikdə üzərinə polis əməkdaşları narkotik vasitə qoyublar. Əvəzin cinayət işinə məhkəmədə baxılıb-baxılmadığını bilmir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, əvvəllər də narkotik vasitənin heç bir növündən istifadə etməmişdir. Onu istintaq təcridxanasına qəbul edərkən bədənində olan xəsarətlər qeydə alınıb. Bölmədə adlarını bilmədiyi polis əməkdaşları onun ayaq barmağındakı dırnağını çıxarıb ona işgəncə verdiklərinə görə narkotik vasitənin onun olmasını etiraf edib. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində telefon olmayıb. O, saxlanıldığı müddət ərzində narkoloji ekspertiza üçün qanından analiz götürülməyib. Həbs qətimkan tədbiri seçilərkən məhkəmə qarşısında çıxarılanda da polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 10 dekabr 2023-cü il tarixdə saat 19:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslanov küçəsində piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərməklə polis əməkdaşları olduqlarını bildirdikdən sonra ondan da özünü təqdim etməyi tələb etmişdirlər. O, özünü təqdim etdikdən sonra onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişdirlər, O, dəvətə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin inzibati binasına getdikdən sonra təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, hüquq və vəzifələri elan olunmuş, müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra ona polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Bundan sonra polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılmadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik tozşəkilli maddənin olduğu müəyyən edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən büküm ağ rəngli içərisi boş olan kağız zərfə qoyulmuş, tərəfindən imzalanaraq möhürlənmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, 10 dekabr 2023-cü il tarixdə üzərində aparılan şəxsi axtarış zamanı aşkar edilərək götürülən narkotik vasitə heroini 09 dekabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat nağd pula əldə etmişdir. O, Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilən zaman ona qarşı fiziki zor və psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra ona verilən suallara cavab olaraq bildirdi ki, həmin ifadəsini təsdiq etmir, müstəntiq həmin sənədləri imzaladaraq ona kömək etdiyini, işinin yüngül olacağını deyib. İbtidai istintaq zamanı yazılmış ifadəsində qeyd olunub ki, narkotik vasitəni guya 20 manata əldə edib, amma bu gülməlidi, çünki 20 manata narkotik vasitə satılmır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadəni də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 10 dekabr 2023-cü il tarixdə Abşeron RPİ-nə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edilib müvafiq rəsmiləşdirmə işləri həyata keçirdikdən sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində saxlanılmışdır. Özlərini ona təqdim edib, şəxsiyyətini müəyyənləşdirdikdən və saxlanılma səbəbi izah edildikdən sonra, Təqsirləndirilən şəxs Abşeron RPİ-nə gətirilmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçisinin də iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra aşkar edilmiş kütlə qablaşdırılaraq götürülüb müvafiq qaydada rəsmiləşdirilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat qrupuna o, rəhbərlik etmişdir, qrupun digər üzvü Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təzyiq və ya təsir göstərilməyib. Əməliyyat məlumatı ona daxil olub. Təqsirləndirlilən şəxsin dediklərindən fərqli olaraq əməliyyat-axtarış tədbirində o da iştirak edib və təqsirləndirilən şəxs saxlanılarkən yanında başqa şəxs olmayıb. Təqsirləndirilən şəxsi saxlayarkən üzərində mobil telefon nömrəsi olmayıb. O, Əvəz Məmmədovun saxlanılmasında iştirak etməyib. O, şahid kimi məsuliyyətini tam dərk edərək məhkəməyə düzgün ifadə verir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən təqsirləndirilən şəxsin ifadəsində adını çəkdiyi Əvəz adlı şəxsin X8 olduğu və sonuncunun Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı mərhələsində olduğu müəyyən olunmuş və o əlavə şahid qismində məhkəmədə dindirilmiş, şahid X8 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanına köçdüyü gündən Təqsirləndirilən şəxs tanıyır. Həmin ünvana təxminən 1 ildir ki, köçüb. Evində təmirə ehtiyac olduğu üçün qaldığı mənzilin aid olduğu MTK-nın işçisi Təqsirləndirilən şəxs evinə dəvət edib. Təqsirləndirilən şəxs evinə təzəcə gələn kimi onun arxasınca polis əməkdaşları evə daxil olublar. Polis əməkdaşları ona qarşı fiziki zorakılıq göstəriblər. Səbəbi də budur ki, əvvəllər keçmiş tikinti şirkətinin rəhbəri Tofiq adlı şəxslə onun ədavəti yaranıb. Rəis müavini Tofiqin yaxın dostu olduğundan Tofiqə görə onu tutublar, Təqsirləndirilən şəxsı isə ümumiyyətlə, heç nədən tutublar. 10 dekabr 2023-cü il tarixdə günorta saatlarında onları polis əməkdaşları saxlayıb Abşeron RPİ-nə aparıblar. Onun üstündə narkotik vasitə olmayıb, istifadəçisi olub, lakin Təqsirləndirilən şəxs ümumiyyətlə, narkotik vasitədən xəbəri yoxdur, heç istifadəçisi də deyil. Şahid X8 ona verilən suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları ona və Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq ediblər. Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlamayıb, onu evinə üzbəüz görəndə çağırıb. Onları 3 nəfər polis əməkdaşı saxlayıb. Onu saxlayan polis əməkdaşlarının arasında məhkəmədə iştirak edən şahid polis əməkdaşı Şahid1 olmayıb. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron RPİ-nə xx.xx.1977-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, ünvan 1 qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, nömrəsiz fərdi evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində narkotik vasitə olan heroini üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslanov küçəsində saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 10 dekabr 2023-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Abşeron rayon Polis idarəsinin inzibati binasında olan xidməti otaqların birində polis əməkdaşları və müdafiəçi X1 iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmadan öncə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim edir və həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 09 dekabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manat nağd pula almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən şəffaf sellofan bükümü açıldıqda içərisində 01 (bir) ədəd şəffaf sellofan bükümündə qəhvəyi rəngli tozşəkilli maddənin olduğu müəyyən olunur, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır və Təqsirləndirilən şəxs tərəfindən imzalanır və üzəri möhürlənir. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə şahidlərin (polis əməkdaşlarının) ifadələrində göstərdikləri xüsusatlar və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ayaq dırnağının çıxarılaraq ona işgəncə edildiyini bildirdiyindən, qeyd edilən xüsusatın aydınlaşdırılması məqsədilə onun üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş diskdəki videogörüntü bir daha nümayiş etdirilmiş və həmin videogörüntüdə təqsirləndirilən şəxsin ayaq dırnağının çıxarılması, ona işgəncələr verilməsinə dair hər hansı əlamət, o cümlədən qan izi, ağrılardan dolayı yarana biləcək narahatlıq müşahidə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6- 6351 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərindi "Azərbaycan Respublikası DİN Zərflər üçün № 56" dairəvi möhür əksləri, "1) (imza) E İsmayılov..." yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,213 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanım« narkotik vasitə - heroindir. Qeyd: heroinin təmiz çəkisi 2,213 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram qalıq çəkisinin isə 2,163 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2565 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,163 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Abşeron RPİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 3300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə CM-nin 66.5-ci maddəsi ilə cərimə cəzasının müstəqil icra edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, qəti cəza 02 il 06 ay müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətdiyindən və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunduğundan o, məhkumluğu olmayan şəxsdir və onun əməlində cinayətlərin residivi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı həbs olunmadan əvvəl hər hansı bədən xəsarəti almasını inkar etmiş, baxış zamanı onun hər iki saidinin ön səthində və qarının ön və hər iki yan divarında üzəri qərtməkli yaralar aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə və fiziki zorakılığa məruz qalması barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında aparılmış araşdırma nəticəsində göstrilən xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Həmçinin onun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı qeyd etdikləri hazırkı cinayət işi materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla, narkotik vasitənin ona aid olmaması ilə bağlı qeyd etdikləri isə şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş videoçəkilişlə, həmçinin şahid ifadələri ilə təkzib olunur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, şəxsi axtarış və götürmə aparılmasına dair protokola əlavə edilmiş videogörüntü və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş şahid X4 ifadəsində göstərdiyi xüsusatlar barədə məhkəmə kollegiyası qeyd edir ki, verilən ifadələrin məzmunundan bilinir ki, həmin şahid təqsirləndirilən şəxslə yaxın münasibəti, yəni dostluq münasibəti olan şəxsdir və qeyd olunan səbəbdən onun təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Belə olan halda, məhkəmə kollegiyası onun məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin qeyd edir ki, məhkəmə istintaqı zamanı çarpaz dindirmə aparılarkən Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşının Məmmədov Əvəzi saxlamadığı, yəni onları saxlayan polis əməkdaşlarının fərqli şəxslər olduqları, beləliklə də, onların eyni yerdə və zamanda saxlanılmadıqları müəyyən olunduğundan həm təqsirləndirilən şəxsin, həm də şahid X4 ifadələrində qeyd etdikləri xüsusatlar onların şəxsi mülahizələridir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Odur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən Azərbaycan Respublikası CMin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixli qərarı ilə isə xx.xx.2024-cü il tarixədək uzadılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 2,163 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdə sonra məhv edilməli və iş materiallarında olan 01 (bir) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,163 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-54/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-54/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver