Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-540/2024 28.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 1970-cı il 15 may tarixdə Dəvəçi rayonu Kyubışev kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,evli, orta təhsilli, əvvəllər məhkum olunmuş lakin məhkumluğu ödənilmiş, işləməyən, Şabran rayonu Təzəkənd kəndində qeydiyatda olmaqla Dəvəçi kəndində yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidməti 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, mənbədən və miqdarda qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumilikdə təmiz çəkisi 1504,74 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib onun 19,74 qramını əynindəki şalvarın sağ yan cibinə qoyaraq üzərində daşımış, 1485 qramını isə özünə məxsus Şabran rayonu Dəvəçi kəndində yerləşən fermada ot bağlamalarının arasında gizlədərək saxlamış, 16 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində o, Şabran rayonu Dəvəçi kəndində yerləşən özünə məxsus fermanın yaxınlığında saxlanılıb Şabran RPŞ-yə gətirilərək üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə olmaqla ümumi təmiz çəkisi 19,74 qram olan,həmçinin həmin tarixdə ona məxsus Şabran rayonu Dəvəçi kəndində yerləşən fermaya baxış keçirilən zaman ot bağlamalarının arasından 1 ədəd ağ rəngli sintetik bağlamada ümumi təmiz çəkisi 1485,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, 2017-ci ildə azadlığa buraxılandan sonra özünə və övladlarına bir daha cinayət törətməyəcəyi barədə söz vermişdir. Bundan sonra qalan ömrünü övladlarına həsr etmişdir. Oğlu ali məktəbə hazırlaşdığı üçün mal-qara ilə məşğul olmağa başlamışdır. Dövlət ona məşğul olması üçün iribuynuzlu mal-qara vermişdir. Qalan hissənin tamamlanması üçün kredit götürmüş və heyvanları almışdır. Kiçik bir ferma yaratmışdır. Onun fermasının yanında heç kim yaşamamışdır. Onun qonşusu olmamışdır. Yoldaşını fermaya aparıb-gətirməkdə çətinlik çəkmişdir. Onun ferması kənddən iki kilometr aralıda yerləşmişdir. Onun bir dənə köhnə avtomobili olmuşdur. Onun satışı və alışı qadağan olunmuşdur. Etibarnamə ilə almışdır. Onu da öz adına keçirə bilməmişdir. Çünki əvvəlki sahibi vəfat etmişdir. Ona görə etibarnaməni ala bilməmişdir. Yol Polisi o, hərəkətdə olarkən onu saxlamışdır. Onun etibarnaməsi olmadığına görə ondan iki yüz manat pul istəmişdir. O da 80 manat pul vermiş və qalanını da daha sonra verəcəyini bildirmişdir. 20 gün sonra yenə onu saxlamışdır. Həmin zaman onun avtomobili əlindən alınaraq cərimə meydançasına aparılmışdır. O da öz etirazını bildirərək ona verdiyi 80 manatı geri istəmişdir. Polislər pulu qaytarmayaraq ondan aşağısı 500-600 manat pul istəmişlər. O da bununla bağlı dövlətə şikayət edəcəyini bildirmişdir. Əlində sübut olmadığına görə onların səsini yazmağa qərar vermişdir. Onların xidməti otaqlarında beş dəqiqəlik səslərini yazmışdır. Oradan çıxandan sonra Daxili İşlər Nazirliyinə zəng edərək məlumat vermişdir. Həbs olunmamışdan bir gün qabaq yazılı surətdə teleqram vurmuş və ondan pul istədiklərinə görə şikayətçi olduğunu və təhlükəsizliyinin təmin olunmasını xahiş etmişdir. O, təzyiqlər çox olduğu üçün öz həyatını danışaraq videoya çəkmiş və həmin şəxslərin beş dəqiqəlik səslərini ictimailəşdirmişdir. Daha sonra onları öz “Facebook” səhifəsində paylaşmışdır. Ondan sonra ayın on altısı fermasında beş-altı nəfər polis əməkdaşının olduğunu görmüşdür. Onlar həmin fermada onun qoluna qandal vurmuş və ona aid olan ot tayasının içərisindən yarım kisə narkotik çıxarmışlar. Daha sonra onu döymüş və şöbəyə aparmışlar. O qorxduğu üçün heç kimə heç bir şey bildirməmişdir. Daha sonra o, Ədliyyə Nazirliyinin balansına keçərək şikayət etməyi düşünmüşdür. Onun əlində sübüt kimi polislərin səs yazısı və həbs olunmamışdan bir gün qabaq vurduğu teleqrama gələn cavab olmuşdur. O 2014-cü ildə narkotik vasitələrindən uzaqlaşmışdır. Ferma onların yaşadığı evə yaxın olmamışdır. Orada heç kim yaşamamışdır. O tutulmamışdan iki gün qabaq orada yad şəxslər görmüşdür. O, fermada tək yaşasa da tez-tez kəndə getmişdir. Onlar narkotiki onun iştirakı ilə aşkar etmişlər. O, fermadan çıxdıqdan iki saat sonra qayıtmış və orada polis əməkdaşlarının olduğunu görmüşdür. Onun əlində polislərin onunla şəxsi qərəzlikləri olması barədə əsasları vardır. Polis əməkdaşları on dəfə çəkiliş etmişlər. Polislər ona hədə-qorxu gəlmişlər. O, təcridxanaya yerləşdikdən sonra şikayət etməyi düşünmüşdür. Ondan heç bir analiz götürülməmişdir. Polislər onun mədəsinin üstündən və başından vurmuşlar. Kitabı onun başının üzərinə qoyaraq vurmuşlar. Polislər onu şifarişlə tutmuşlar. O, başından xəsarətlər almışdır. O, yıxılmış və başı daşa dəymişdir. Bir saat orda proses getmişdir. O, polislərin dediyi ilə məcbur razılaşmışdır. Onun cibindən heç bir şey çıxmamışdır. Polislər onun cibinə narkotik qoymuşlar. O, ekspertizadan keçirilməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil etdiyindən ifadəsi elan olunmaqla araşdırılmışdır. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 noyabr 2023-cü il tarixdə, saat 15:00 dəqiqədə Şabran rayonu, Dəvəçi kəndində yerləşən özünə məxsus fermanın yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Şabran RPŞnin inzibati binasına dəvət etmişlər. PŞ-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan başqa,onun şalvarının sol yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olan mobil telefon, içərisində siqaret dənələri olan 1 (bir) ədəd siqaret qutusu, şalvarının arxa sağ cibindən ümumilikdə 4 (dörd) manat məbləğində pul aşkar edilmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və həmin narkotik vasitə hesab edilən qurudulmuş marixuananın çəkisi 22 (iyirmi iki) qram təşkil etmişdir. Aşkar olunmuş qurudulmuş marixuana ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış,möhürlənmiş, üzəri imzalanmışdır. Aşkar edilmiş mobil telefon götürülmüş, içərisində siqaret dənələri olan 1 (bir) ədəd siqaret qutusu və pul əskinasları ona geri qaytarılmışdır. Əlavə olaraq o ifadəsində bildirmişdir ki, üzərindən aşkar edilərək götrülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuana özünə aiddir, həmin qurudulmuş marixuananı cari ilin aprel ayında əkdiyi çətənə bitkilərindən toplayıb qurudaraq əldə etmiş, istifadə etmək məqsədilə üzərində saxlamış, satmaq məqsədi olmamış, həmçinin Şabran rayonu, Dəvəçi kəndində yerləşən ona məxsus fermada qurudulmuş marixuana saxladığını, həmin yerə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, fermada olan qurudulmuş marixuananı təqdim edə biləcəyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, üzərində əvvəl şəxsi axtarış keçirilmədiyini bildirmişdir. Bundan başqa, o, baş nahiyəsində xəsarət olduğunu, həmin xəsarətin polis əməkdaşları tərəfindən saxlanılarkən başını dəmir boruya vurması nəticəsində almasını bildirmişdir.Bundan sonra, ona məxsus Şabran rayonu, Dəvəçi kəndində yerləşən fermaya baxış keçirilmiş və ona fermada olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, özünə məxsus fermanın giriş hissədən sol tərəfdə, sarı rəngli, qurudulmuş ot bağlamalarının arasından 1 (bir) ədəd ağ rəngli bağlamanı təqdim edərək həmin bağlamada qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 1560 (min beş yüz altmış) qram təşkil etmişdir. Daha sonra aşkar olunmuş qurudulmuş marixuana qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Sonra fermanın digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir.O,özünə məxsus fermadan aşkar olunmuş qurudulmuş marixuananın onun özünə məxsus olduğunu, həmin qurudulmuş marixuananı cari ilin aprel ayında əkdiyi çətənə bitkilərindən toplayıb qurudaraq əldə etdiyini, istifadə etmək məqsədilə saxladığını, satmaq məqsədinin olmadığını, üzərindən aşkar olunmuş qurudulmuş marixuana ilə fermadan aşkar olunmuş qurudulmuş marixuananı eyni çətənə bitkilərini qurudaraq əldə etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisinin müavini vəzifəsində işləyir. Şabran rayon Dəvəçi kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri saxlaması ilə bağlı Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması məqsədilə o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytanantı Şahid1 və əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupunun yaradılması haqqında əmr imzalanmışdır. 16 noyabr 2023-cü il tarixdə adı çəkilən əməkdaşlarla birlikdə əməliyyat məlumatının yoxlanılması üçün Şabran rayon Dəvəçi kəndinə gəlmişlər.Həmin tarixdə saat 15:00 dəqiqədə Təqsirləndirilən şəxs məxsus Şabran rayon Dəvəçi kəndində yerləşən fermanın yaxınlığında, sonuncu piyada hərəkət edən zaman saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilmişdir.Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmışdır.Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümə doldurulmuş, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuananı təqdim edərək həmin kütlənin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni cari ilin aprel ayında əkdiyi narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarıdan yığaraq qurutduğunu, şəxsi istifadəsilə məqsədilə üzərində saxladığını səmimi olaraq etriad etmişdir.Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan başqa haradasa ona məxsus narkotik vasitə olması soruşulduqda o, Şabran rayonu Dəvəçi kəndində ona məxsu fermada narkotik vasitə hesab edilən qurudulmuş marixuana saxladığını ,həmin fermaya polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını, həmin narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir.Bundan sonra yuxarıda adı çəkilən əməkdaşlarla birgə Təqsirləndirilən şəxs məxsus Şabran rayonu Dəvəçi kəndində yerləşən fermaya baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs fermanın giriş hissəsdində, sol tərəfdə, sarı rəngli,qurudulmuş ot bağlamalarının arasından 1 ədəd ağ rəngli bağlamanı təqdim edərək həmin bağlamada qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananın ona məxsus olduğunu və cari ilin aprel ayında əkdiyi narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını qurudaraq şəxsi istifadəsi məqsədilə saxladığını səmimi olaraq etiraf etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 işin halları ilə bağlı Şahid3la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1970-ci ildə Dəvəçi rayonu, Kuybişev kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunan, Şabran rayonu, Dəvəçi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Şabran rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Şabran rayonu, Dəvəçi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1970-ci ildə Dəvəçi rayonu, Kuybişev kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunan, Şabran rayonu, Dəvəçi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ona məxsus Dəvəçi kəndində yerləşən fermanın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/1579 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən yazısı və imzaları olan kağız paketdəki 01 ədəd sellofan bağlamada təmiz çəkisi 19,74 qram və ağ kağız üzərində Təqsirləndirilən şəxs yazısı və imzaları olan ağ rəngli sintetik bağlamadakı təmiz çəkisi 1485,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi təmiz çəkisi 1504,74 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi -1504,74 qram,tədqiqata istifadə olundu -0,2 qram ( hər obyektdən 0,1 qram götürüldü) qalıq-1504,54 Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 705 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs “KANNABİNOİDLƏRİN” qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müəalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan övladı vardır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamə və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Dəvəçi rayonu Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4 - cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Əzizbəyov rayon xalq məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-3 maddəsinin 2,1 hissə, 93-3-cü maddəsinin 2-ci hissəsi, 38,39-cu maddələrlə təqsirli bilinib 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məkhum edilmişdir. Bundan başqa o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3, 93.1.4-cü maddələri ilə təqsirləndirilərək 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə narkomaniya xəstəliyindən məcburi müalicəyə yerləşdirilmişdir. Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, Şabran rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd sellofan bağlamada ümumi təmiz çəkisi 19,74 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana onun sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi baş çatmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış video çəkiliş bir ədəd “DVD” diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Evə baxış keçirilməsi və götürmə haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, Şabran rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs məxsus adı çəkilən kənddə yerləşən fermaya baxış keçirilmiş, baxış zamanı fermanın giriş hissəsində, sol tərəfdə, ot tayasının altından 1 ədəd ağ rəngli bağlamada ümumi təmiz çəkisi 1485,0 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs məxsus fermaya baxış keçirilməsi başa çatmışdır. Təqsirləndirilən şəxs məxsus fermaya baxış zamanı aparılmış video çəkiliş bir ədəd “DVD” diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. “Tutma haqqında protokol”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Şabran rayonu, Dəvəçi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə üzərində gəzdirməsi, saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış və bundan sonra evə baxış istintaq hərəkətləri keçirilmiş, şəxsi axtarış zamanı üzərindən və evə baxış zamanı həyətindəki ot tayalarının içərisindən narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, narkotik vasitə materialları məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və evinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və evə baxış istintaq hərəkəti keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 ” iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin şəxsi istehlak mirdarından dəfələrlə artıq olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixi və fiziki təsir və təzyiqlərə məruz qaldığını bildirsə də qeyd etdiyi hallar heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 yetkinlik yaşına çatmamış övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 78 (yetmiş səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən və ona məxsus fermadan aşkar olunaraq maddi sübut kimi tanınıb, Şabran rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 1504,54 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 78 (yetmiş səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və ona məxsus fermadan aşkar olunaraq maddi sübut kimi tanınıb, Şabran rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 1504,54 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-540/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-540/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver