Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-541/2024 24.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi- X4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşğul olaraq avtomobil sürücüsü işləyən, Abşeron rayonu Ceyranbatan qəsəbəsi N.Nərimanov küçəsi ev 16-da qeydiyyatda olan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü ildə sual 07 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 19,8-ci kilometrində idarə etdiyi HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GE549 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 80- 90 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəmin təmin olunması üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X15» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, qarşıda Zərərçəkmiş şəxs2 məxsus olan, nasazlıq səbəbindən sürücü Zərərçəkmiş şəxs2 tərəfindən dayandırılmış MERCEDES BENZ E240 markalı 991K216 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, həmin avtomobilin arxasında və sağ tərəfində dayanmış 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 və 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 vurmuş, nəticədə ehtiyatsızlıqdan iki və ya daha artıq, yəni iki şəxsin Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmalik ödemi, 1. 11 boyun fəqərələrinin qapalı sınıqları, onurğa beyninin travmalik əzilməsi, hər iki ağciyərlərin əziyi, sol tərəfli 11, 111, İV, V, Vİ, Vİİ, Vİİİ. İX, X. Xİ, Xİ1 qabırğaların qapalı sınıqları, sol ağciyərin əzilmiş-cırılmış yarası, sol baldır sümüklərinin qapalı, yerdəyişən sınığı və bədənin çoxsaylı sıyrıqları xəsarətlərini yetirməklə ölümünə və Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar. baş beyinin travmalik ödemi. kəllə qapağı və əsası sümüklərinin sınığı, sol gicgah- təpə nahiyəsinin dərialtı hematoması, daxili qanaxma, dalağın travmalik cırılması və bədənin çoxsaylı sıyrıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə zamanı onun yanında olan dostu ilə birlikdə Sumqayıt-Bakı istiqamətində Sabunçuda yerləşən mağazaya işə gedirmişlər. Təxminən “LukOil” yanacaq doldurma məntəqəsinin yaxınlığında KİA OPTİMA minik markalı 77FS0511 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqda ötmək üçün sol zolağa manevr edib hərəkətə davam edərkən qarşıda təxminən 40-50 metr aralıda sol zolaqda dayanmış MERCEDES BENZ E240 markalı 99FK216 dövlət qeydiyyat nişanlı avtomobili, avtomobilin arxasında əyilmiş vəziyyətdə olan kişini və bir qədər sağda ayaq üstündə dayanmış digər kişini görmüşdür. Hərəkəti üçün yaranmış bu təhlükəni gördükdə dərhal tormoz etmiş və sükanı sağa çəkmişdir. Avtomobilin sürəli nisbətən azalmış, amma buna baxmayaraq idarə etdiyi avtomobil həmin avtomobilin arxa sağ hissəsi ilə toqquşmuş, kişilərin ikisini də vurmuş, həmçinin avtomobilin arxa qanadı KİA OPTİMA minik markalı avtomobilin qabaq sol tin hissəsinə çırpılıaraq dayanmışdır. Avtomobildən düşdükdən sonra yerdə uzanıqlı vəziyyətdə olan həmin kişilərə yaxınlaşmış və məlum olmuşdur ki, kişilərin ikisi də ölmüşdür. Bundan sonra dərhal 102 və 103-ə zəng etmişdir. Onun idarə etdiyi avtomobilin sürəti təxminən 92-93 km/saat olmuşdur. O, “KİA” markalı avtomobildən başqa dayanmış vəziyyətdə olan başqa avtomobili də vurmuşdur. O, toqquşmadan əvvəl tormozdan istifadə etmişdir. O, zərərçəkmiş şəxslərin hüquqi varisinə dəymiş zərəri ödədiyini bildirərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2019-cu ildə xx.xx.2029-cu il tarixədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Dostu Şahid3 X3 mülkiyyətində olan HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GF549 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 18 noyabr 2023-cü ildə saat 06:50 radələrində Bakı şəhərinə işə getmək üçün yolu düşmək istədikdə Faiq yorğun olduğunu bildirərək avtomobili onun idarə etməsini xahiş elmişdir. Ona görə də özü HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GF549 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında, Faiq isə qabaq sağ oturacaqda sərnişin qismində oturaraq yaşadıqları Ceyranbatan qəsəbəsindən Bakı şəhərinə yola düşmüşlər. İdarə etdiyi HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GF549 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində. YPXA-nın Saray postunu keçdikdən sonra təxminən 2 km məsafə qət edib 3 zolaqlı yolun orla zolağı ilə 80-90 km/saat sürətlə faraların yaxın işıqlarında Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Qarşıda nisbətən aşağı sürətlə hərəkətdə olan KİA OPTİMA minik markalı 77FS0511 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqda ötmək üçün sol zolağa manevr edib hərəkətə davam edərkən qarşıda təxminən 40-50 metr aralıda sol zolaqda dayanmış MERCEDES BENZ E240 markalı 99FK216 dövlət qeydiyyat nişanlı avtomobili, avtomobilin arxasında əyilmiş vəziyyətdə olan kişini və bir qədər sağda ayaq üstündə dayanmış digər kişini görmüşdür. Hərəkəti üçün yaranmış bu təhlükəni gördükdə dərhal tormoz etmiş və sükanı sağa çəkmişdir. Avtomobilin sürəli nisbətən azalmış, amma buna baxmayaraq idarə etdiyi avtomobil həmin avtomobilin arxa sağ hissəsi ilə toqquşmuş, kişilərin ikisini də vurmuş, həmçinin avtomobilin arxa qanadı KİA OPTİMA minik markalı avtomobilin qabaq sol tin hissəsinə çırpılıaraq dayanmışdır. Avtomobildən düşdükdən sonra yerdə uzanıqlı vəziyyətdə olan həmin kişilərə yaxınlaşmış və məlum olmuşdur ki, kişilərin ikisi də ölmüşdür. Az sonra hadisə yerinə YPX inspektoru gəlmiş, sənədlərini müstəntiqə təqdim etmiş, meyitlər hadisə yerindən aparılmışdır. Bundan sonra müstəntiq hadisə yerinə baxış keçirdikdə baxışda iştirak elmişdir. Hadisə zamanı sərxoş deyilmiş və idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. (cild 1, iş vərəqi 88-90, 159-161) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini həm ibtidai, həm də məhkəmə istintaqı zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Zərərçəkmiş şəxslərin hüquqi varisi X7 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhumlar, yəni 18 noyabr 2023cü ildə saat 07 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölmüş Zərərçəkmiş şəxs1 onun əri, Zərərçəkmiş şəxs2 isə oğludur. Azad və Anarın meyitləri məhkəmə tibbi ekspertizasının ekspertləri tərəfindən müayinə olunduqdan sonra onlara təhvil verildikdən Qobustan rayonunun Nabur kəndindəki qəbiristanlıqda dəfn etmişlər. Hazırda ona məlumdur ki, oğlu Anara məxsus olan və onun idarə etdiyi MERCEDES BENZ E240 markalı 99FK216 dövlət qeydiyyat nişanlı avtomobil nasazlıq səbəbindən yolda saxlanılmış və dayanmış vəziyyətdə olan avtomobilin arxa hissəsi ilə Təqsirləndirilən şəxs idarə eldiyi HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GF549 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, həmçinin oğlu və ərini vurmuş, nəticədə oğlu və əri ölmüşlər. (cild 1, iş vərəqi 117-118) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 18 noyabr 2023-cü ildə saat 07:10 radələrində idarə eldiyi KlA OPTİMA minik markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində, YPX-nin Saray postunu keçdikdən sonra təxminən 2 km məsafə qət edib 3 zolaqlı yolun orla zolağı ilə 60-70 km/saat sürətlə faraların yaxın işıqlarında Bakı şəhəri istiqamətində hərəkət elmişdir. Avtomobilin qabaq sağ oturacağında sərnişin qismində onunla eyni hərbi hissədə xidmətdə olan polkovnik-leytenant Şahid2 oturmuşdur. Qarşıda təxminən 80-100 metr aralıda sol zolaqda tünd rəngdə sedan tipli dayanmış avtomobili, avtomobilin arxasında dik vəziyyətdə qoyulmuş təkəri, avtomobilin arxasında, bir qədər sağda ayaq üstündə dayanmış kişi və avtomobilin sağ tərəfində təxminən arxa qapı bərabərliyində ayaq üstündə dayanmış cavan oğlanı görmüşdür. Bu anda arxadan gələn, sol zolaqla hərəkətdə olan sedan tipli tünd rəngdə avtomobil onun idarəetdiyi avtomobilin sol tərəfindən təxminən 10 metr ötüb keçərək qarşıda dayanmış həmin avtomobilin arxa hissəsi ilə toqquşmuş, avtomobilin arxasında və sağ tərəfində dayanmış həmin iki nəfəri vurmuşdur. Bu anda idarə elədiyi avtomobil hadisə yerinə çatdığı üçün, dayanmış avtomobillə toqquşan avtomobilin qabaq hissəsi özünün idarə etdiyi avtomobilin qabaq sol tin hissəsinə çırpılaraq dayanmışdır. Toqquşma yerindən 5-6 metr öndə avtomobilini sağa çəkib dayandırmış və Şahid2lə birlikdə hadisə yerinə gəlmişlər. Məlum olmuşdur ki, avtomobillə vurulmuş həmin 2 nəfər kişi ölmüşlər. Bundan sonra avtomobilini yolun hərəkət hissəsindən kənara çıxardıb, hadisə yerinə qayıdaraq polis əməkdaşlarının gəlməsini gözləmişlər. Az sonra hadisə yerinə YPX inspektoru gəlmiş və sənədlərini müstəntiqə təqdim etmişdir. Bundan sonra meyitlər hadisə yerindən aparılmışdır. Hadisə yerində məlum olmuşdur ki, dayanmış vəziyyətdə olan MERCEDES BENZ E240 markalı 99FK216 dövlət qeydiyyat nişanlı avtomobil, onunla toqquşan və 2 nəfər kişini vuran isə HONDA İNSİGHT markalı 77GF549 dövlət qeydiyyat nişanlı avtomobildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 18 noyabr 2023-cü ildə saat 06:50 radələrində onunla eyni hərbi hissədə xidmətdə olan mayor Şahid1 idarə eldiyi KİA OPTİMA minik markalı 77FS0511 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oluracağında sərnişin qismində oluraraq Bakı şəhərinə yola düşmüşlər. Yol boyu yuxulayıb yatmışdır. Birdən sərnişini olduğu avtomobilə nəsə dəyərək yuxudan oyanmışdır. Fariz avtomobili sağa çəkib dayandırmışdır. Məlum olmuşdur ki, sərnişini olduğu avtomobil Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində, YPXA-nm Saray postunu keçdikdən sonra təxminən 2 km məsafə qət edib 3 zolaqlı yolun orla zolağı ilə hərəkətdə olarkən arxadan gələn, sol zolaqla hərəkətdə olan HONDA markalı avtomobil yolun sol zolağında dayanmış MERCEDES BENZ E240 markalı ** FK *** dövlət qeydiyyal nişanlı avtomobillə toqquşub, həmçinin avtomobilin arxasında və sağ tərəfində dayanmış şəxsləri, yəni 2 nəfər kişini vurmuşdur və həmin şəxslər ölmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2021-ci ildə xx.xx.2031-ci il tarixədək etibarlı olan «B1.B.C1.C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. X3 mülkiyyətində olan HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GF549 dövlət qeydiyyal nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 18 noyabr 2023- cü ildə saat 06:50 radələrində yaşadığı Ceyranbatan qəsəbəsindən Bakı şəhərinə getmək üçün yola düşərkən yorğun olduğuna görə HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GF549 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməkdən ötrü sürücü dostu Təqsirləndirilən şəxs vermişdir. Əkbər sükan arxasında, özü isə qabaq sağ oturacaqda sərnişin qismində oturaraq Bakı şəhərinə yola düşmüşlər. Yolda yuxulayıb yatmışdır. Sərnişini olduğu avtomobilin digər avtomobillə toqquşma səsinə yuxudan oyanmışdır. Məlum olmuşdur ki, sərnişini olduğu avtomobil, yəni HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GF549 dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində, YPXA-nın Saray postunu keçdikdən sonra təxminən 2 km məsafə qət edərək yolun sol zolağında dayanmış MERCEDES BENZ E240 markalı 99FK216 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, həmçinin avtomobilin arxasında və sağ tərəfində dayanmış şəxsləri, yəni 2 nəfər kişini vurmuşdur və həmin şəxslər ölmüşlər. Habelə toqquşma zamanı sərnişini olduğu avtomobil KİA OPTİMA minik markalı 77FS051 dövlət qeydiyyat nişanlı avtomobilin də qabaq sol tin hissəsinə çırpılmışdır. Az sonra hadisə yerinə YPX inspektoru gəlmiş və sənədlərini müstəntiqə təqdim elmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, anası X3 mülkiyyətində olan HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GF549 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında özünə məxsusdur. Həmin avtomobili idarə elmək üçün tanışı Şahid3 etibarnamə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid3 18 noyabr 2023-cü ildə həmin avtomobili idarə etmək üçün öz tanışı Təqsirləndirilən şəxs vermiş, özü də avtomobildə sərnişin qismində olmuş və həmin gün saat 06:50 radələrində Təqsirləndirilən şəxs həmin avtomobili Bakı-Quba yolunda Bakı şəhəri istiqamətində idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir və hadisə nəticəsində iki nəfər ölmüşdür. Həmin hadisə nəticəsində həmçinin özünə məxsus HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GF549 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək maddi ziyan dəymişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 18 noyabr 2023-cü il tarixli protokolda, ona əlavə edilmiş sxemdə və fotoşəkillərdə hadisənin baş yerdiyi ərazinin təsviri, hadisə baş verən zaman təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin hərəkət istiqaməti və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ətraflı şəkildə öz əksini tapmışdır (cild 1, iş vərəqə 7-21). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 164 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi. 1. 11 boyun fəqərələrinin qapalı sınıqları, onurğa beyninin travmatik əzilməsi, hər iki ağciyərlərin əziyi, sol tərəfli 11. İll. İV. V, Vİ. Vİİ. Vİİİ. İX. X. XL Xİİ qabırğaların qapalı sınıqları, sol ağciyərin əzilmiş-cırılmış yarası, sol baldır sümüklərinin qapalı, yerdəyişən sınığı və bədənin çoxsaylı sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyalnın təsiri nəticəsində törənmişdir, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb hər iki ağciyərin əzi. sol tərəfli 11. 111. İV. V. Vİ. Vİİ. Vİİİ, İX. X, Xİ, Xİİ qabırğaların qapalı sınıqları, sol ağciyərin əzilmiş-cırılmış yarası. 11 boyun fəqərələrinin qapalı sınıqları və onurğa beyninin travmatik əzilməsi sınığı olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində melil, etil, propil, bulil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenoliazin, pirazalon 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 131-133). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 165 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi. kəllə qapağı və əsası sümüklərinin sınığı, sol gicgah-ləpə nahiyəsinin dərialtı hematoması, daxili qanaxma, dalağın travmatik cırılması və bədənin çoxsaylı sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyalnın təsiri nəticəsində törənmişdir, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş beyin əzilməsi, baş beyinin qişaları alıma və maddəsinə qansızmalar. baş beyinin travmatik ödemi. kəllə qapağı və əsası sümüklərinin sınığı olmuşdur. Ölüm meyitin müayinəsindən 3-5 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil. bulil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenoliazin. pirazalon 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 136-138). Cinayət işinin materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 20 noyabr 2023-cü il tarixli 8/3473 №-li rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GF549 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X15» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (Cild 1, iş vərəqi 76-78) Cinayət işinin materiallarında olan 18 noyabr 2023-cü il tarixli, 5831 № “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. (Cild 1, iş vərəqi 25) Cinayət işinin materiallarında olan DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2023-ci il tarixli 3- 13-16/2-180020/2023 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan AE 054308 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Ceyranbatan qəsəbəsi N.ünvan 1 ünvanında yaşayır və orada qeydiyyatdadır. (iş vərəqi 101). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (iş vərəqi 103). Cinayət işinin materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X8 adlı 2 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqi 106). Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə eldiyi «HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GF549 dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs2a məxsus MERCEDES BENZ E240 markalı 99FK216 dövlət qeydiyyat nişanlı və Şahid1 idarə etdiyi KİA OPTİMA minik markalı 77FS051 dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılmışdır. (cild 1, iş vərəqəsi 99) Cinayət işinin materiallarında olan X4 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı ödədiyi, onlarla barışdığı üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X1 CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəyə əsasən zərərçəkmiş şəxslə, həmçinin digər zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, 59.1.13-cü maddəyə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəsissəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilməli olan beş ildən artıq təşkil edəcək qəti cəzanın məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməli olmasına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış materialları araşdıraraq, Təqsirləndirilən şəxs ittiham olunduğu maddi normanın ümumilikdə məzmununu nəzərə alaraq onun barəsində əlavə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o CM-nin 263.3-cü maddəsi ilə 04 (dörd il ) müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq həbsdə və ev dustaqlığında olduğu xx.xx.2023-cü il tarixdən 24 iyun 2024-cü il tarixədək 07 (yeddi) ay 6 (altı) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 04 (dörd) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 idarəsi icra etsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə eldiyi «HONDA İNSİGHT (HİBRİD) minik markalı 77GF549 dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs2a məxsus MERCEDES BENZ E240 markalı 99FK216 dövlət qeydiyyat nişanlı və Şahid1 idarə etdiyi KİA OPTİMA minik markalı 77FS051 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-541/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-541/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver