Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-542/2024 21.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X12 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi-X4, Zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi-Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1961-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işsiz, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X13 Kollecində tədris hissə müdiri vəzifəsində işlədiyi müddətdə-2022-ci ilin sentyabr ayından həmin kollecin “Meşə və Park” fakültəsinə qəbul olmuş Zərərçəkmiş şəxs ilə aralarında yaxın münasibətlər yarandıqdan sonra sonuncunun onunla birlikdə olduğu dövrdə intim fotolarını çəkməsini bildirib, həmin fotoları onun ailəsinə göndərməklə, habelə yayacağını bəyan etməklə hədələməsi və onu bununla təhdid edib işlədiyi təhsil müəssisəsinin rəhbərliyinə barəsində şikayət etməsi səbəbindən öz ərizəsi ilə işdən çıxıb, Zərərçəkmiş şəxs ilə münasibətlərinə son qoymasına baxmayaraq, sonuncunun ondan əl çəkməyərək münasibətlərini davam etdirməsini tələb etməsi və buna görə onun ailə və cəmiyyətdə olan nüfuzuna xələl gətirən məlumatlar yayacağı ilə bağlı hədələrindən bezib Zərərçəkmiş şəxs ilə bu barədə söhbət etmək və qərəzli hərəkətlərinə son qoymasını tələb etmək qərarına gələrək, 12 dekabr 2023-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, “Zabrat” dairəsi adlanan ərazidə görüşən zaman Zərərçəkmiş şəxs ondan öz ailəsindən ayrılıb daim onunla birgə yaşamaq barədə tələbini rədd edərək istifadəsində olan “Hyundai Elantra” markalı, **-EU- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətinə doğru hərəkət etdikdə, Zərərçəkmiş şəxs ondan əl çəkməyib özünün idarə etdiyi “BAİC” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu təqib edərək onun idarə etdiyi avtomobilinin arxa hissəsinə bir neçə dəfə vurub zədələdikdən sonra, eyni qərəzli hərəkətləri sonuncu dəfə Abşeron rayonu, Fatmayı kəndi ərazisində Pirşağı kəndinə gedən köməkçi yolda etməsinin ardından o, idarə etdiyi avtomobilin hərəkətini dayandırmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs da dayandırdığı avtomobilə yaxınlaşıb qərəzli hərəkətləri ilə əlaqədar onunla söhbət etmək istəsə də, sonuncu avtomobilin qapısını bağladığı üçün o, sürücü tərəfdən qapının açıq pəncərəsindən əlini içəri saldığı vaxt, Zərərçəkmiş şəxs qəsdən pəncərəni yuxarı qaldırması nəticəsində onun barmaqları sıxıldığından əli ilə avtomobilin şüşəni sındırıb əlini avtomobilin sınmış şüşəsindən içəri salaraq Zərərçəkmiş şəxs boğazından tutub avtomobildən çölə çıxarmaqla digər yan tərəfə sürüdükdə, sonuncu əlləri ilə müqavimət göstərib ona sağlamlığına zərər vurmadığı üçün dərəcələri təyin edilməyən alın, burun, sağ gözaltı, sağ yanaq, hər iki dodaq, boyun nahiyələrinin, sağ gözün alt göz qapağının, hər iki əlin ön səthinin, sıyrıqları kimi xəsarətlər yetirməsindən hiddətlənib şüurlu surətdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla psixi-emosional vəziyyətində yaranmış gərginlik və qəzəb fonunda Zərərçəkmiş şəxsm aralarında yaranmış şəxsi münasibətlər zəminində qəsdən öldürmək qərarına gəlib bu məqsədlə əvvəlcə sonuncunun başını bir neçə dəfə yerin asfalt örtüyünə, daha sonra isə yerdəki daş parçasına vurub, ardınca Zərərçəkmiş şəxs boğaz nahiyəsini əlləri ilə bir necə dəqiqə sıxaraq nəfəs yollarını qapadıb zərərçəkmişin boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiyadan ölümünə səbəb olan, canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan dərəcələrinə görə sağlamlığa ağır zərərvurmaya aid - çənəaltı və boyun nahiyəsinin ön və yan səthinin qançırları, boyunun yumşaq toxumalarına qansızma, dilaltı sümük, udlaq, qida borusu və traxeya ətrafı yumşaq toxumalara qansızmalar, habelə Zərərçəkmiş şəxs baş beyinin ödemi, baş beyinin alın və təpə nahiyələrinə qansızma, başın alın və təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları, habelə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən alın, sağ körpücükaltı sol bud nahiyələrinin, sol əlin arxa səthinin, sol əlin İ, İİ, İİİ, V barmaqların qançırları, alın, çənə, sol said nahiyələrinin, sol əlin arxa səthinin sıyrıqları kimi xəsarətlər yetirərək Zərərçəkmiş şəxsm qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi İlə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, 2017-ci ildən X13 Kollecində müxtəlif vəzifələrdə, son 3 ildə isə tədris hissə müdiri kimi işləmişdir. Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayından tanımışdır. O, kollecin meşə və park fakültəsinə qəbul olmuşdur. O, Zərərçəkmiş şəxs təsadüfən şöbə müdirinin otağında görmüşdür. Həmin gündən onunla tanışlığı başlamışdır. Arzu ondan Şamaxıda qalmağa yeri olmadığını bildirərək, Bakıya getməkdə ona köməklik göstərməsini xahiş etmişdir. O da onunla çətinliklə razılaşmışdır. Belə ki, o özü Şamaxı şəhərində kirayədə yaşamış həftədə bir dəfə Bakı şəhərinə gedib gəlmiş, Arzu da zorla onunla gedib-gəlməyə başlamışdır. Bu gediş-gəlişlərdə onun Arzu ilə yaxın münasibəti yaranmağa başlamışdır.İlk dəfə Arzu ilə 2023-cü ilin əvvəllərində Şamaxıda kirayə yaşadığı evdə cinsi əlaqədə olmuşdur. Arzunun əvvəllər evlənib boşandığından xəbəri olmuşdur. Həmin gün Arzu ona mobil telefonla bir şəkil çəkdiyini demişdir. Şəkil onların cinsi əlaqədə olan zaman çəkilən şəkili olmuşdur. Həmin şəkildə onun üzü tam düşmüşdür. Arzunun üzü isə şəkildə tam görünməmişdir. Ondan bu şəkli nə səbəbə görə çəkdiyini soruşduqda Arzu mənə “çəkmişəm də, şəkildi” deyə cavabını vermişdir. Daha sonra Arzu həmin şəkli onun ətrafına və ailəsinə yayacağını bildirərək onu dəfələrlə hədələmişdir. Bu səbəbdən Arzunun mobil telefonunu sındırmışdır. Sonra da Arzuya İPHONE markalı mobil telefon almışdır. Bundan sonra Arzu onunla öpüşən vaxt bir şəkil də çəkib yenə də onu şantaj etməyə davam etmişdir. Hətta Arzu onun evinə və ailəsinə də zəng etməyə başlamışdır. Arzunu sakit etmək, onunla münasibətlərini normal saxlamaq üçün onun hər istəyini məcburiyyət qarşısında etmişdir. Onu müxtəlif rayonlara gəzməyə aparmışdır. Münasibətləri Arzuya görə bir az pisləşən kimi sonuncu yenə onu hədələməyə başlamışdır. Təxminən 20 gün əvvəl Arzu kollecin direktoru İlham Vəliyevə onun haqqında şikayət etmişdir. Bundan sonra o, “abrından” utanaraq ərizəsini yazıb işdən çıxmışdır. Sonrakı günlərdə isə Arzu yenə də onunla hədələyici danışmışdır. Onunla bir evdə yaşamaq istəmişdir. O, Arzunun anası Aybənizə “Arzu məndən əl çəkmir” deyəndə o, “mən atasına deyərəm tənbehini görər” deyə cavab vermişdir. Daha sonra Arzu ona zəng edərək “sən anama niyə zəng etmisən ? anam mənə zəng edərək sənin ağladığını dedi” deyəndə o, “mən ağlayıb eləməmişəm, anana dedim ki, sən məndən əl çəkmirsən” demişdir. O belə bir hərəkət etmək istəməmişdir. Sentyabr ayından Noyabr ayına kimi onun avtomobili ilə gedib-gəlmişdir. Həmişə avtomobilin ön oturacağında əyləşmişdir. Sonradan münasibətlərində problem yaranmışdır. Həftədə bir dəfə polis şöbəsinin qabağına getmiş və onu hədələmişdir. Qız onu çox bezdirmişdir. Axrıncı dəfə yenə ondan şikayət etmişdir. Daha sonra Arzu ona “sən də mənimlə birlikdən yaşamalısan, arvadını boşamalısan, avtomobilini isə mənim adıma keçirməlisən” deyə şərt qoymuşdur. O isə cavabında bunların heç birinin mümkün olmadığını, tələsdiyini və getmək istədiyini, istənilən vaxt yenə də onunla danışmaq üçün görüşməyə hazır olduğunu bildirmişdir. Arzu isə ona cavabında “mən də səninlə gəlirəm” deyə bildirmişdir. Öz avtomobilinə minib nəvəsi Bəyazidi məktəbdən götürüb evə gətirmək istəmişdir. Maşınla uzaqlaşdıqda Arzunun da öz avtomobili ilə onun maşınının arxasına düşdüyünü görmüşdür. Arzu ona yolda zəng edərək yenə də onunla birlikdə gəlmək istədiyini və maşını yavaş sürməsini demişdir. O isə onun dediklərinə əhəmiyyət verməyərək öz sürəti ilə yoluna davam etmişdir. Mehdiabad qəsəbəsi ərazisinə girəndə Arzu onun maşınının arxasından iki dəfə vurmuşdur. O Abşeron rayonu, Fatmayı kəndi ərazisində Fatmayı kəndindən Pirşağı kəndinə gedən yola çıxanda Arzu bir dəfə də onun maşınının arxasından vuranda o və Arzu avtomobili həmin yolda saxlamışdır. Onun avtomobilinə yaxınlaşıb sürücü tərəfdən Arzu ilə söhbət etməyə başlayaraq sürücü tərəfdə pəncərənin açıq hissəsindən əlini içəri qoyub Arzuya “qapını aç, səninlə söhbət edim” deyəndə Arzu “burdan söhbət et” demişdir. Ona görə avtomobilin qapıları bağlı olmuşdur. Zərərçəkmiş şəxs maşının şüşəsini qəsdən qaldırmış və onun əli şüşənin arasında qalmışdır. Bu zaman əli pəncərənin arasında qaldığı üçün maşının sürücü tərəfdə olan şüşəsini güc verərək sındırıb əlini içəri soxaraq Arzunun boğazından tutub onu boğmağa başlamış və əlləri ilə onu boğazından tutub maşının digər yan tərəfinə çəkmişdir. Bu zaman Arzu ona “qələt eləmişəm, bir də belə şey etməyəcəm” desə də, Arzunun ona qarşı etdiyi nalayiq hərəkətlərə görə çox əsəbləşdiyindən səbrini cilovlaya bilməmişdir. Arzu onu mütəmadi şantaj edib ailəsini ataraq onunla yaşamağını və ona pul xərcləməyini istəmiş, o isə bütün bunlarla barışmayaraq Zərərçəkmiş şəxs etdiyi hərəkətlərə dözə bilməməsi, hadisə günü qəsdən onu izləməsi, fürsət tapdıqca avtomobilini öz avtomobili ilə dəfələrlə vurması, həmçinin onunla söhbət etmək istəməməsi, əllərini avtomobilin pəncərəsi arasında qəsdən sıxması ilə onu tam şəkildə hövsələdən çıxarmış, əsəbləşmiş və əsəblərini cilovlaya bilməmişdir. Onu öldürmək fikri olmamışdır. O əsəbi olmuş və özünü idarə edə bilməmişdir. Şəxsin ayağı ilişmiş və başı daşa dəymişdir. O, ittiham aktında onun başını dəfələrlə daşa vurması barədə yazılanların doğru olmadığını bildirmişdir. Onu boğanda ikisi də yerə yıxılmışdır. Arzunu avtomobilindən çıxaran zaman sonuncu dırnağı ilə onun üzünə cırmaq atıb üzünə xəsarət yetirmişdir. Orada onun başı yerə dəymişdir. Onun başını bir dəfə daşa vurmuşdur. Yerdə daş olmuş və bir dəfə həmin daşa vurmuşdur. Onu bir dəfə boğmuş və o, yerə yıxılmışdır. Onun başı daşa dəyəndən sonra onu boğmuşdur. Sonradan o, şəxsi sol tərəfdən sərnişin oturacağına qoymuşdur. Ondan sonra evə gətirmişdir. Sonra o, 102 xidmətinə zəng etmiş və adam öldürdüyünü demişdir. Onu avtomobilə qoyanda huşunu itirmişdir. Yaxınlıqda üç itin olduğunu gördüyü üçün onu avtomobilə qoymuşdur. O, şəxsi boğandan sonra huşunu itirmişdir. Onu avtomobilin sərnişin yerinə qoymuşdur. Onun huşunun yerinə gəldiyini görmüşdür. O əlini onun üzünə atanda onun əlini itələmiş və qapını örtərək getmişdir. Onun ölməyini Mehdiabadda bilmişdir. O, hadisədən on beş dəqiqə sonra evdə olmuşdur. Evdə olanda 102 xidmətinə zəng etmiş adam öldürdüyünü və ünvanını demişdir. Sonradan anasına zəng edərək məlumat vermişdir.Şəxsi öldürmək istəməmiş sadəcə onu cəzalandırmaq niyyəti olmuşdur. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, O, qızı ilə iki dəfə məktəbə getmişdir. Qızı psixiatriyada işləmişdir. Qızı həm işləmiş, həm də məktəbə getmişdir. Özünün avtomobili olmuşdur. Kompüter operatoru işləmişdir. Sonradan qızı tibb işçisinin köməkçisi kimi işləmişdir. İşə öz avtomobili ilə getmişdir. O, qızı üçün ev tutmuşdur. Qızının evi Polis İdarəsi ilə üzbəüz olmuşdur. O kimdənsə kömək uması vəziyyətdə olmamışdır. O sözü deyən Fikrət adlı şəxs olmuşdur. Qızının dediyinə görə onlar rüşvət yığan olmuşdur. Arada 350 manatlıq söhbət olmuşdur. 350 manat pul istəmişlər. Sonradan o, qızı üçün ev tutmuşdur. Evin sahibi hərbi müəllimi olmuşdur. Evin sahibinin həyat yoldaşı da orta məktəbdə müəllimə işləmişdir. Zərurət olanda evdə 80 manata yaşaya bilmişdir. Təqsirləndirilən şəxs onun qızı üçün ev tutmamışdır. Fikrət müəllim təqsirləndirilən şəxsin şəhərə gedib-gəldiyini və onu apara biləcəyini demişdir. Qızı təqsirləndirilən şəxsə yaxınlaşmamışdır. Qızı neçə dəfə onun yanında təqsirləndirilən şəxsə zəng eləmişdir. O, qızına təqsirləndirilən şəxsdən gözünün su içmədiyini bildirmişdir. Təqsirləndirilən şəxslə gedib və gəlməməsini ona demişdir. Qızı arada onunla getdiyini demişdir. Qızı ona heç bir problemin olmadığını demişdir. İttiham aktında təqsirləndirilən şəxsin qızına telefon almasının yalan olduğunu bildirmişdir. Sonradan qızının telefonu açılmamışdır. Qızı təqsirləndirilən şəxsdən polis idarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs ona zəng etmiş və Arzunun anası olub-olmamağımı soruşmuşdur. Arzunun onu işdən çıxartmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs qiyabi olaraq tanımışdır. Şəxsən təqsirləndirilən şəxsi tanımamışdır. Təqsirləndirilən şəxs hadisədən təxminən iki həftə öncə zəng edərək ona qızından şikayət etmiş, qızının onu təhqir elədiyini, “qızın məni bezdirir, şantaj edir ailəmlə, işdən artıq məni çıxardıb” deyəndə onun səsindən yaşlı kişi olduğunu hiss etmiş, ona “qızım səni bezdiribsə at onu bloka, onun atasına bu barədə deyərəm bir əncam çəkər” deyə cavab vermiş, qızı Arzu ilə bu barədə danışanda o, “bir səhvdir oldu keçdi, qurtardı, nə vaxtsa məhkəmədə sübut edəcəm” deyə cavab verdiyi üçün onun atasına bir söz deməmişdir. O qızına Eynullanı bloka atmasını söyləmişdir. Qızı ona təqsirləndirilən şəxsi məhkəməyə verəcəyini demişdir. O hər nə olursa olsun müəllimini 102 xidmətinə şikayət etməməsini və şikayətini geri götürməsini tapşırmışdır. Qızı isə təqsirləndirilən şəxsin bütün təhqirlərinin telefonda olduğunu bildirmişdir. İstintaq dövründə telefonda belə məzmunlu smslərin olmadığını söyləmişlər. Hadisədən sonra ona zəng etmiş və ona qızını öldürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ona qızına ata-qız münasibəti bəslədiyini demişdir. Qızının 29 yaşı olmuşdur. Təqsirləndirilən şəxsin 63 yaşı olmuşdur. Təqsirləndirilən şəxs qızını sağ vəziyyətdə qoyub getməmişdir. Qızını öldürdükdən sonra getmişdir. O, qızı ilə təqsirləndirilən şəxsin münasibətinin olubolmamasını bilməmişdir. Sonradan bilmiş və buna inanmamışdır. O, qızı öləndən sonra aralarında münasibət olduğunu bilmişdir. O onların arsında mübahisənin təhqir üzündən olduğunu zənn etmişdir. Münasibətlərinin olmasını müstəntiq ona demişdir. Qızı ailəli olmuşdur. Sonradan boşanmışdır. Qızının övladı olmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, baldızı Zərərçəkmiş şəxs sakit təbiətli, heç kimlə problemi olmayan bir insan olmuş, bir dəfə ailəli olsa da, övladı olmamış, qayınanası ilə yola getmədiyinə görə nikahı pozulmuş, hadisə baş verənə qədər Arzu Respublika Psixiatriya Mərkəzində operator kimi işləmiş, həmçinin Şamaxıda kollecdə təhsil almışdır. 12 dekabr 2023-cü il tarixdə günorta saat 15 radələrində evə gəlib yorğun olduğuna görə yatmış və saat 19 radələrində axşam yeməyi üçün yuxudan oyanmış, mətbəxdə olduğu vaxt qayınanası Qəribcan Nəcəfova zəng etmiş, zəngə arvadı Aygün Rəhimova cavab vermiş və dərhal halı pisləşmiş, bundan sonra ona “Arzunu yolun kənarında müəllimi öldürüb atıb avtomobilin içinə” deyə söyləmişdir. Dərhal evdən çıxaraq qayınanasıgilə getmiş, evə daxil olduqda qayınanası ağlayaraq ona Şamaxıdakı müəlliminin Arzunu öldürdüyünü, ona da zəng edib bu barədə dediyini söyləmişdir. Bundan sonra o, qayınanasının telefonundan həmin müəllimə zəng etmiş və ondan “baldızım Zərərçəkmiş şəxsm sən öldürmüsən?” deyə soruşanda o, “hə, məni bezdirdi, mən də öldürdüm, əlimə nə keçdi vurdum başına" deyə cavab vermiş, konkret olaraq Fatmayi- Pirşağı yolunun kənarında Arzuya məxsus avtomobildə meyitini qoyduğunu bildirmiş, eyni zamanda hazırda özünün yaşadığı evində olduğunu və artıq DİN-nin 102 məlumat xidmətinə zəng edərək adam öldürməsi barədə məlumat verdiyini demişdir. Bundan sonra o özü də həmin mərkəzə zəng edəndə oradan ona Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə yaxınlaşması deyilmiş, o, da qayınatası Hacıağa ilə hadisə baş verdiyi əraziyə getmiş, ilkin olaraq Arzunun "Baic Minik” markalı **-XY-*** dövlət qeydiyyat nömrəli avtomobilə yaxınlaşmış və ön sərnişin oturacağında onun qan içində meyitini aşkar etmiş, hadisə yerində təcili tibbi yardım stansiyasının həkimləri, polis və prokurorluq orqanlarının əməkdaşları olmuşlar. Sosial şəbəkədən hadisə baş verdikdən sonra Arzunun qısqanclıq zəminində müəllimi Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü öyrənmiş, bu barədə qayınanası Qəribcan Nəcəfovadan soruşanda o, bu barədə məlumatı olmadığını, lakin bir neçə həftə öncə həmin müəllimin ona zəng etdiyini və qızı Arzunun onu bezdirdiyini söylədiyini bildirmişdir. Arzu ilə onu qətlə yetirən Təqsirləndirilən şəxs arasında sevgi münasibətləri olması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, 12 dekabr 2023-cü il tarixdə axşam təxminən saat 20 radələrində kürəkəni Şahid1 zəng edərək qızı Zərərçəkmiş şəxs problemi olduğunu və təcili evə gəlməli olduğunu bildirmiş, evə gələndən sonra kürəkəni ona Arzunun Abşeron rayonu, Fatmayi kəndində öz müəllimi tərəfindən öldürüldüyünü demiş, belə ki, bu barədə əvvəlcə keçmiş arvadı, yəni Arzunun anası Qəribcan Nəcəfoaya zəng edilib deyilmiş, daha sonra kürəkəni də həmin müəllimə zəng edib danışmışdır. Bundan sonra o, kürəkəni Rahiblə birlikdə hadisənin baş verdiyi yerə getmiş, ilkin olaraq qızına məxsus “Baic Minik” 10-XY- 246 dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında olduğunu görmüş, avtomobilə yaxınlaşdıqda ön sərnişin oturacaqda qızının meyitini aşkar etmiş, hadisə yerində təcili tibbi yardım stansiyasının, polis və prokurorluq orqanlarının əməkdaşları olmuşlar. Qızı Arzunun adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxslə münasibəti olması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış, törətdiyi ağır cinayətə görə məsuliyyətə cəlb olunmasını və ona ağır cəza təyin edilməsini tələb edir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, atası Təqsirləndirilən şəxs Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib müəllim kimi işləmiş, 2017-2023-cü illərdə X11 tədris hissə müdiri olmuş, sakit təbiətli, heç kimlə problemi, ədavəti olmayan bir insan olmuşdur. Hər həftənin birinci günü səhər tezdən evdən çıxıb Şamaxıya gedib həftənin beşinci günü axşam yaşadıqları Bakı şəhərinə evə gəlmiş, yay vaxtlarında ailəsi onun kirayədə yaşadığı Şamaxıdakı evinə getmişlər. 2023-cü ilin sentyabr ayının sonunda atası Eynulla özünə məxsus paltarları, qab-qacağı rayondan yığıb yaşadıqları evə gətirib dərslərə getməmiş, bu barədə sual verəndə isə əsəbiləşib iş yerini dəyişəcəyini cavab vermişdir. 12 dekabr 2023-cü il tarixdə evdə özü, atası Eynulla, anası Roza, arvadı Jalə və iki azyaşlı övladı olmuş, həmin gün saat 12 radələrində anası və atası oğlu Bəyazidi Binəqədi rayonu 205 saylı tam orta məktəbə dərsə aparmış, oradan birbaşa yaşadıqları evə geri gəlmiş, özünün isə səhər tezdən hazırlıq dərsləri başlamış və axşam saat 19:30-da bitmişdir. Bir neçə saatdan sonra atasının evdən getdiyini görsə də, dərsdə olduğu üçün hara getdiyini bilməmiş, sonradan anasından onun mobil telefonuna bir mesaj gəldiyini və əsəbi halda evdən çıxıb getdiyini öyrənmişdir. Təxminən saat 20 radələrində yaşadıqları evin darvazasının açılıb- bağlandığını və evin giriş qapısının açıldığını eşitmiş, həmin vaxt anası evin dəhlizinə keçib atası ilə söhbət etməyə başlamış, o da dəhlizə keçəndə atasının üzərində olan paltarların su içində, sifətində cırmaq izlərinin olduğunu görmüş, anası ilə birlikdə atasından nə baş verdiyini soruşduqda “sənin canını artıq bu zənglərdən qurtardım, onu öldürdüm” demiş, anası isə ona “sən ola bilməz ki adam öldürəsən” deyəndə “mən onu öldürdüm” deyə təkrarlamış, “məni bezdirib, evdəkiləri at bayıra, evi mənim adıma keçirt və məni al” deyə öldürdüyü qızın dediklərini onlara söyləmişdir. Əynində hadisə vaxtı olmuş paltarlar su içində olduğundan anası vacibliyini bilmədən hamam otağında onun əynindən çıxardıb təzələrini vermiş, bundan sonra atası özü öz mobil telefonu ilə DİN-nin 102 məlumat mərkəzinə zəng edərək “mən adam öldürmüşəm, hazırda qeydiyyatda olduğum Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşəm evimdəyəm, gözləyirəm ki, məni gəlib aparasınız. Əgər lazımdırsa özüm gələ bilərəm” deyə söyləmiş, həmin vaxt bir qadına da zəng edib “sənin qızını mən öldürdüm, qızın məndən əl çəkmirdi, bir ildir nə yediyimi və içdiyimi bilmirəm” demişdir. Atasından niyə qızı öldürdüyünü soruşanda “əl çəkmirdi, deyirdi arvadını boşa məni al” deyə cavab vermiş, təxminən 30-40 dəqiqədən sonra onların yaşadıqları evə polis əməkdaşları gələrək atası Təqsirləndirilən şəxs polis idarəsinə aparmış, həmçinin hadisə vaxtı əynində olmuş və evə gəldikdə sonra hamam otağında çıxartdığı paltarlarda götürülmüşdür. Şahid3 ifadəsini davam etdirərək bildirmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs ümumiyyətlə tanımamış, sadəcə həmin qadın bir neçə dəfə onun mobil telefonuna “Whats app” mobil tətbiqindən “atana de telefonu açsın, mənim zənglərimə cavab versin, cavab vermədiyi halda ev telefonunuza zəng edəcəm” deyə mesajlar yazmış, ondan kim olduğunu soruşduqda o, “mənə kimin nömrəsi lazımdırsa mən həmin nömrəni tapıram” deyə cavab yazmış, lakin adını deməmiş, yalnız atasının tələbəsi olduğunu söyləmişdir. Bu barədə atasına söylədikdə o, “bir yaxşılıq eləmişik, gəlib keçib boğazıma” deyə cavab vermiş, hətta bir neçə dəfə ev telefonlarına Aydan adı ilə zəng edib atasının ona zəng etməsini tələb etmişdir. Atası Təqsirləndirilən şəxs tələbəsi olmuş Zərərçəkmiş şəxs öldürəcəyi barəsində heç kimə məlumat verməmiş və evdə olanda bu hadisə barədə söyləyəndə ilkin olaraq ona inanmamış, çünki atası Eynullanın adam öldürə bilməsini heç vaxt ağlından keçirtməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 12 dekabr 2023-cü il tarixdə saat 12 radələrində əri Eynulla ilə birlikdə nəvələri Bəyazidi Binəqədi rayonu 205 saylı tam orta məktəbə dərsə aparıb evə qayıtmış, bir neçə saatdan sonra əri Eynullanın mobil telefonuna bir mesaj gəlmiş, o, da əsəbi halda evdən çıxaraq getmiş, ona “nəvəmizin dalınca getməliyik bir azdan, gedə bilməsən mənə əvvəlcədən de ” deyəndə “çatmasam xəbər edəcəm” deyə cavab vermiş, axşam saat 17:30-da stasionar ev telefonuna zəng edərək “mən gələ bilməyəcəm, sən özün get uşağı məktəbdən götür” demişdir. Təxminən saat 20 radələrində yaşadıqları evin darvazasının açılıb-bağlandığını və evin giriş qapısının açıldığını eşitmiş, həmin vaxt evin dəhlizinə keçəndə əri Eynullanın əynində olan qara rəngli gödəkcənin və şalvarın üzərində palçıq ləkələrini və su içində olduğunu görmüş, həmçinin sifət nahiyəsində xəsarətlərin olduğunu müşahidə etmiş, nə baş verdiyini soruşduqda “sənin canını artıq bu zənglərdən qurtardım, mən onu öldürdüm” deyə cavab vermiş, ona “sən ola bilməz ki adam öldürəsən” deyəndə “mən onu öldürdüm” deyə təkrarlamışdır. Həmin vaxt onlar hamam otağında olmuş, Eynullanın üzərində olan çirkli və su içində olan paltarları çıxartmış, bu vaxt səsinə oğlu Xəyal da gəlib bu sözləri eşitmişdir. Bundan sonra Eynulla öz mobil telefonu ilə DİN-nin 102 məlumat mərkəzinə zəng edərək “mən adam öldürmüşəm, hazırda qeydiyyatda olduğum Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşəm evimdəyəm, gözləyirəm ki, məni gəlib aparasınız. Əgər lazımdırsa özüm gələ bilərəm ” deyə söyləmiş, daha sonra bir qadına da zəng edib “sənin qızını mən öldürdüm, qızın məndən əl çəkmirdi, bir ildir nə yediyimi və içdiyimi bilmirəm” demişdir. Ərindən niyə qızı öldürdüyünü soruşduqda o, “əl çəkmirdi, deyirdi arvadını boşa məni al” deyə cavab vermiş, bundan təxminən 30-40 dəqiqədən sonra evə polis əməkdaşları gələrək əri Eynullanı polis idarəsinə aparmış, həmçinin hadisə vaxtı əynində olmuş və evə gəldikdən sonra hamam otağında çıxartdığı paltarlar da götürülmüşdür. Qətlə yetirilən Zərərçəkmiş şəxs ümumiyyətlə tanımamış, sadəcə bir necə dəfə adını Aydan kimi qələmə verib onların yaşadıqları evin stasionar telefonuna zəng edib əri Eynullanın ona zəng etməsini tələb etmiş, hətta sonuncu dəfə təxminən hadisənin baş verməsindən bir gün öncə zəng edib onu küçə söyüşü ilə təhqir etmiş, oğlu Xəyalın da mobil telefonuna zəng etmiş, Eynullaya bu barədə deyiləndə həmin şəxslə danışacağını hər dəfə təkrarlamışdır. Eynulla tələbəsi olmuş Zərərçəkmiş şəxsm öldürəcəyi barədə heç kimə məlumat verməmiş və evdə olanda bu hadisə barədə söyləyəndə ilkin olaraq ona inanmamış, çünki ərinin adam öldürə bilməsini heç vaxt ağlından keçirtməmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Abşeron RPİ-nin Mehdiabad PB-də polis sahə rəisi vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. 12 dekabr 2023-cü il tarixdə xidmət apardığı bölmədə növbətçi olarkən axşam saat 19:30-da DİN-nin 102-məlumat mərkəzindən Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 13, ev 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs özü tərəfindən tanışı Zərərçəkmiş şəxs öldürməsi və hazırda öz evində olması barədə məlumat daxil olmuş, məlumat daxil olduqdan dərhal sonra xidmət yoldaşı Şahid6lə birlikdə hadisənin baş verdiyi yerə getmişlər. Yolda olduqları vaxt Binəqədi RPİ-nin 43-cü polis bölməsindən onlara zəng edilərək Təqsirləndirilən şəxs hazırda 102 məlumatı əsasında bölmədə olduğu deyilmiş, onlar da birbaşa həmin bölməyə getmiş, Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil alaraq Mehdiabad polis bölməsinə gətirmişlər. Yolda olarkən Təqsirləndirilən şəxs həmin cinayəti özünün törətdiyini, Zərərçəkmiş şəxsm öldürdükdən sonra evə gələrək könüllü olaraq DİN-nin 102 məlumat mərkəzinə zəng edərək məlumat verdiyini demiş, həmçinin bu cinayəti mərhum Zərərçəkmiş şəxs onu ailəsi ilə şantaj etdiyinə görə törətdiyini bildirmiş, onun üz nahiyəsində xəsarət izləri də olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə verdiyi və onun göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 13 dekabr 2023-cü il tarixli 183 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: - həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik “Çənəaltı və boyun nahiyəsinin ön və yan səthlərinin qançırları. Boyunun yumşaq toxumalarına qansızma, dilaltı sümük, udlaq, qida borusu və traxeya ətrafı yumşaq toxumalara qansızmalar” və “Baş beyinin ödemi, baş beyinin alın və təpə nahiyələrinə qansızma. Başın alın və təpə nahiyələrinin əzilmiş-cırılmış yaralan”; - hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən “Alın, sağ körpücükaltı, sol bud nahiyələrinin, sol əlin arxa səthinin, sol əlin İ, İİ, İİİ,V barmaqların qançırları. Alın, çənə, sol said nahiyələrinin, sol əlin arxa səthinin sıyrıqları” - Qeyd edilən xəsarətlər həyati olub küt əşyanın (əşyaların) təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişlər. - Zərərçəkmiş şəxs ölümünə səbəb - boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. - Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərdən “Çənəaltı və boyun nahiyəsinin ön və yan səthlərinin qançırları. Boyunun yumşaq toxumalarına qansızma, dilaltı sümük, udlaq, qida borusu və traxeya ətrafı yumşaq toxumalara qansızmalar” boyun üzvlərinin əllə sıxılması nəticəsində, Baş beyinin ödemi, baş beyinin alın və təpə nahiyələrinə qansızma. Başın alın və təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları küt yaranma mexanizminə malik olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; Alın, sağ körpüçükaltı, sol bud nahiyələrinin, sol əlin arxa səthinin, sol əlin İ, İİ, İİİ, V barmaqlarının qançırları. Alın, çənə, sol said nahiyələrinin, sol əlin arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, insan bədəni hissələrinin (əl,ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. - İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (13 dekabr 2023-cü il saat 09:30-dan) təxminən 12-16 saat əvvəl baş vermişdir. - Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2709 nömrəli rəyindən- Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş “alın, burun, sağ gözaltı, sağ yanaq, hər iki dodaq, boyun nahiyələrinin, sağ gözün alt göz qapağının, hər iki əlin ön səthinin sıyrıqları” xəsarətləri küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni 12 dekabr 2023-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl dırnaqları və s) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 30 yanvar 2024-cü il tarixli 03- 2024/MTKŞ nömrəli rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: - Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd palto, 01 ədəd kofta, 01 ədəd şalvar, 01 ədəd mayka, 01 ədəd büstqalter və 01 cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - Ekspertizaya təqdim edilmiş və təqsirləndirilən şəx Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar və 01 ədəd kəmərin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Məhkəmə-tibbi bioloji ekspertizasının 28 yanvar 2024-cü il tarixli 04/2024MTBŞ nömrəli rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ABO sistemi ezrə qan qrupu: O-alfa, beta/l/. Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus palto, kofta, şalvar, mayka, trusik ,avtomobildən götürülmüş rezin ayaqaltı, 01 ədəd çay daşı üzərindəki ləkələrdə, Zərərçəkmiş şəxs idarə etdiyi “Baic Minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobildən 03 ədəd, Təqsirləndirilən şəxs istifade etdiyi “Hyundai Elantra” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobildən 02 ədəd gigiyenik çubuğun bir uclarındakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərindəki ləkələrdə və ona məxsus kəmər üzərində qan, Zərərçəkmiş şəxs məxsus büstqalter, bit cüt corab və Təqsirləndirilən şəxs məxsus gödəkcə üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 fevral 2024cü il tarixli 262 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosionallıq, çılğınlıq, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, əqli-intellektual imkanları normaya uyğundur, göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində gərginlik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə sərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində fizioloji affekt halında olmamışdır. 12 dekabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu Fatmayi kəndi Fatmayi-Pirşağı köməkçi yolunun kənarında şamlıq ərazidə olan boz rəngli “BAİC” markalı **-XY-*** dövlət qeydiyyatlı nişanlı avtomobildir, avtomobilin sağ qabaq oturacağında yarı uzanıqlı başı sağ tərəfə əyilmiş 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmişdir. Avtomobilin bir çox yerində qanabənzər ləkələr vardır, sürücü tərəfdən qapısının şüşəsi sındırılmış vəziyyətdədir, içəridə torpaq hissəcikləri və şüşə qırıntıları müşahidə olunur. Avtomobildə ayaqaltıda palçıqlı vəziyyətdə 1 ədəd “İphone” markalı mobil telefon, içərisində Zərərçəkmiş şəxs şəxsi sənədləri olan çanta, həmçinin avtomobilin arxasında 3,7 metr məsafədə yolun kənarında torpaqlıq hissədə üzərində qanabənzər ləkələr olan çay daşı aşkar edildi. 13 dekabr 2023-cü il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “BAİC” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil boz rəngdədir, ön hissədə dövlət qeydiyyat nişanı zədələnmiş haldadır, sol ön qapısının şüşəsi tamamilə, güzgüsü isə qismən sınmışdır. Avtomobilin ön oturacaqlarında, sürət panelində, qolaltı hissədə və döşəmə üzərində şüşə qırıntıları, torpaq hissəcikləri və qanabənzər ləkələr vardır. Ön sərnişin oturacağının üzərində, sağ ön qapının içəri tərəfində və sağ arxa oturacağın qarşısında olan rezin ayaqaltında qanabənzər ləkələr aşkar edilmiş və müvafiq nümunələr götürülmüşdür. 13 dekabr 2023-cü il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Hyundai Elantra” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobil boz rəngdədir, ön və hər iki yan tərəfində zədəsi yoxdur, arxa buferin sağ və sol tərəflərində çat və qırılma kimi zədələr vardır, sürücü oturacağında qanabənzər ləkələr aşkar edilmiş və müvafiq nümunələr götürülmüşdür. Abşeron RPİ-nin Mehdiabad PB-nin məsul növbətçisi, polis mayoru E.Məmmədovun 12 dekabr 2023-cü il tarixli raportundan görünür ki, həmin gün saat 19:28-də ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək tanışı Zərərçəkmiş şəxs öldürməsi, hazırda markasını bilmədiyi **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmasını, özünün isə evinə gəldiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs məxsus “İphone 14 promax” markalı mobil telefona baxış keçirilərkən müəyyən edildi ki, mobil telefonun hər iki tərəfində çatlar və torpaq hissəcikləri vardır, mobil telefonun ekranına zədələr olduğuna və şifrə ilə açılıb- bağlandığına görə içində olan məlumatlara baxmaq mümkün olmadı 03 fevral 2024-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı “GalaxyA40” modelli mobil telefona baxış keçirilmiş və mərhum Zərərçəkmiş şəxs mobil nömrəsi (077 366-25-27) “Arzu-1” və “arzurahimova17” adı altında qeydə alınmış, həmin kontaktı ilə ilk zənglər (yaddaşda qalan məlumata əsasən) 15 avqust 2023-cü il tarixdən etibarən başlanmış, mütəmadi olaraq qarşılıqlı zənglər olmuş, hadisənin baş verdiyi 12 dekabr 2023-cü il tarixdə isə saat 12:01 və 12:06-da buraxılmış zənglərlə başlanmış, saat 12:14-də daxil olan 1 zəng, saat 12:15-də gedən 1 zəng, saat 17:15, 17:19, 17:23-də daxil olan 3 zəng, 17:33, 17:34, 17:36, 17:37-də buraxılmış 4 zəng, saat 17:38-də rədd edilmiş 2 zəng, saat 17:41-də daxil olan 1 zəng, saat 17:42, 17:44, 17:45 və 17:54-də buraxılmış 4 zəng olmuş, saat 19:23-də Təqsirləndirilən şəxs tərəfindən hadisə baş verən gün “102” zəng xidmətinə zəng edilərək 1 dəq 53 saniyə müddətində danışıq aparılmış, “Whatsapp” tətbiqi vasitəsilə ilk yazışmalar da 2023-cü ilin iyul ayından etibarən başlanmış, hadisə baş verən 12 dekabr 2023-cü il tarixədək davam etmişdir. Bundan başqa mobil telefonun “qaleraya bölməsində” Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs birlikdə çəkdikləri bəzi fotoşəkilləri, sonuncunun bank kartının fotosu aşkar edilmiş, beləliklə onlar arasında 2023-cü ilin iyul ayından etibarən qarşılıqlı və mütəmadi yazışmalar və zəngləşmələrin olması, bu münasibətin qarşılıqlı sevgi münasibətlərinə çevrilməsi, aralarında arada mübahisələrin də baş verməsi, küsmə və barışma hallarının olması məlum olmuşdur. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** mobil nömrəsi ilə mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş 077 ***-**-** mobil nömrəsi arasında sms yazışmaları müəyyən edilməmiş, lakin həmin nömrələr arasında 07 oktyabr 2022-ci il tarixdən 12 dekabr 2023-cü il tarixə kimi olan müddətdə mütəmadi olaraq qarşılıqlı zəngləşmələr aparılmış, son zəng hadisənin baş verdiyi 12 dekabr 2023-cü il tarixində saat 12:14-17:41 radələrində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** mobil nömrəsi ilə mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş 077 ***-**-** mobil nömrəsi arasında 07 oktyabr 2022-ci il tarixdən 11 dekabr 2023-cü il tarixədək olan müddətdə mütəmadi olaraq qarşılıqlı zəngləşmələr aparılmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saxlanılmışdır. Abşeron rayon məhkəməsinin 4(012)-977/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli Qərarınnın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə işin hallarını Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən təhlil edərək qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsədə məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilmişdir. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı hadisəni eyni cür təsvir etmişdir. Lakin məhkəmə istintaqı zamanı zərərçəkmişi öldürmək deyil cəzalandırmaq niyyətinin olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin hadisə vaxtı hərəkətini, davranışını və məhkəmə tibb ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, həmin vaxt təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hərəkətlərindən tam bezərək onu həyatdan məhrum etmək istəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək onun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması bağlı hissədə məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilməsi ilə əlaqədar göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması bağlı hissədə qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını (CM-nin 59.1.10), cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini (CM-nin 59.1.8) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxsin tutulması haqqında protokoldan və Abşeron rayon məhkəməsinin 4(012)-977/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saxlanılmış və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seşilmişdi. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd palto, 01 ədəd kofta, 01 ədəd şalvar, 01 ədəd mayka, 01 ədəd büstqalter, 01 ədəd trusik və 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcə, 01 ədəd şalvar və 01 ədəd kəmər, 01 ədəd çay daşı, Zərərçəkmiş şəxs məxsus “Baic Minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş rezin ayaqaltı, 05 ədəd üzərində insan qanı olan gigiyenik çubuq (3-ü “Baic Minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı, 2-si Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobildən) məhv edilməli və maddi sübutların saxlanması otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus “İphone 14 promax” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus “Samsung GalaxyA40” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd palto, 01 ədəd kofta, 01 ədəd şalvar, 01 ədəd mayka, 01 ədəd büstqalter, 01 ədəd trusik və 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcə, 01 ədəd şalvar və 01 ədəd kəmər, 01 ədəd çay daşı, Zərərçəkmiş şəxs məxsus “Baic Minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş rezin ayaqaltı, 05 ədəd üzərində insan qanı olan gigiyenik çubuq (3-ü “Baic Minik” markalı, **-XY- *** dövlət qeydiyyat nişanlı, 2-si Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobildən) məhv edilsin, Zərərçəkmiş şəxs məxsus “İphone 14 promax” markalı və Təqsirləndirilən şəxs məxsus “Samsung GalaxyA40” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-542/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-542/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver