Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-55/2022 28.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Füzuli qızının, zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxx 1960-cı ildə Qərbi Azərbaycan ərazisinin Üçkilsə rayonunda (Ermənistanın Respublikasının Eçmiədzin rayonu) doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, keçid 7, bina 19-da qeydiyyatda olmaqla həbs olunanadək faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 fevral 2015-ci il tarixdə saxta sənəd olan və özündə Şahid1 və onun əri X6 adından Şahid12 adına hüquqların etibar edilməsini əks etdirən Bakı şəhəri 7 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/10453 nömrəsi ilə qeyd edilmiş xx.xx.2006-cı il tarixli saxta etibarnamədən Şahid12 istifadə edilməsi üçün, öz məsləhətlərini verməklə ona ünvan 1 ünvanında yerləşən 31 saylı notariat kontoruna getməsini tövsiyyə edib, bu notariat kontorunadək Şahid12 sonuncunun idarə etdiyi avtomobildə müşayiət edərək, Şahid12 qeyd edilən hüquq verən rəsmi sənəd olan saxta etibarnamədən bilə-bilə istifadə etməsinə köməkçilik etmiş, Şahid12 isə həmin saxta etibarnamə əsasında Əli İbrahimovun adından çıxış edərək 24 fevral 2015-ci il tarixli 7E- 2009 reyestr nömrəsi ilə qeydə alınmış hərəkətinin notarial qaydada təsdiq edilməsinə nail olmuşdur. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, guya o, Şahid3 adına olmaqla faktiki olaraq tanışı Şahid10 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sonuncu tərəfindən Şahid1 N - İ №0428956 nömrəli alqı-satqı müqaviləsi əsasında 5 may 2014-cü il tarixdə 150.000 manata satılmasına baxmayaraq, tanışları Şahid10 və Şahid12 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən həmin 1,0727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi Şahid1 məlumatı olmadan həmin torpaq sahəsini Zərərçəkmiş şəxs saxta sənədlər əsasında satmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2014-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs Şahid10 vasitəsilə həmin torpaq sahəsinin guya sonuncuya məxsus olması və ona sata biləcəyini Abşeron rayonu ərazisində həmin torpaq sahəsinin yaxınlığında bildirib, torpaq sahəsini ona 300.000 (üç yüz min) ABŞ dollarına sata biləcəyini vəd edib, 2014-cü ilin noyabr ayında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fəaliyyət göstərən çay evlərinin birində həmin məbləğdən 50.000 (əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 39.220 manat (otuz doqquz min iki yüz iyirmi manat) pul vəsaitinin ilkin olaraq beh kimi ödənilməsinə razılaşmaqla həmin vaxt qeyd edilən pul vəsaitini Zərərçəkmiş şəxs Şahid10 vasitəsilə alıb, bundan sonra, guya yuxarıda qeyd olunan torpaq sahəsinə dair çıxarışın və plan ölçüsünün naməlum şəraitdə itməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş Abşeron rayon Polis İdarəsinin xx.xx.2015-ci il tarixli 2881 nömrəli saxta arayışını istintaqla müəyyən edilməyən şəraitdə Şahid10 vasitəsilə əldə edib, habelə, sonuncu vasitəsilə torpağın mülkiyyətçisi Şahid1 məlumatı və razılığı olmadan, sonuncunun adından və onun yerinə fərqli formada imza çəkilməklə, guya qeyd olunan torpaq sahəsinə dair çıxarışın və plan ölçüsünün naməlum şəraitdə itməsi barədə qəzetdə elanın verilməsi üçün xx.xx.2015-ci ildə «Sumqayıt» qəzetinə ərizə ilə müraciət edərək həmin mətbu orqanının xx.xx.2015-ci il tarixli nömrəsində müvafiq elanın yerləşdirilməsinə nail olub, bundan sonra, həmin müddətdə Şahid1 və onun əri X6 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 10 (on) il müddətinə Şahid12 etibar edilməsi haqqında istintaqla müəyyən olunmayan şəraitdə Əli İbrahimov və Şahid1 imzaları saxtalaşdırılmaqla imzalanaraq, habelə texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri 7 saylı notariat kontorunun dövlət notariusunun saxta möhürünü hazırlamaqla sənəd üzərinə vuraraq hüquq verən rəsmi sənəd olan Bakı şəhəri 7 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/10453 nömrəsi ilə qeyd edilmiş xx.xx.2006-cı il tarixli saxta etibarnaməni istintaqla müəyyən edilməyən yerdə qabaqcadan əlbir olduğu Şahid10 və Şahid12la birlikdə qanunsuz hazırlayıb, həmçinin, eyni niyyətlə, həmin müddətdə, Şahid1 və onun əri X6 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 5 (beş) il müddətinə özünə etibar edilməsi haqqında istintaqla müəyyən olunmayan şəraitdə Əli İbrahimov və Şahid1 imzaları saxtalaşdırılmaqla imzalanaraq, habelə texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusunun saxta möhürünü hazırlamaqla sənəd üzərinə vuraraq hüquq verən rəsmi sənəd olan Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/12853 nömrəsi ilə qeyd edilmiş xx.xx.2011-ci il tarixli saxta etibarnaməni istintaqla müəyyən edilməyən yerdə qabaqcadan əlbir olduğu Şahid10 və Şahid12la birlikdə qanunsuz hazırlayıb, bundan sonra, qabaqcadan əlbir olduğu Şahid10 və Şahid12la aralarındakı cinayətkar niyyətə uyğun olaraq, xx.xx.2006-cı il tarixli etibarnamənin saxtalığının müəyyən olunmaması və cinayətkar niyyətlərini həyata keçirmək üçün 24 fevral 2015-ci il tarixdə Şahid12la birlikdə ünvan 1 ünvanında yerləşən 31 saylı notariat kontoruna gedib sonuncunun adından həmin notariat kontoruna müraciət edilərək yuxarıda qeyd olunan xx.xx.2006-cı il tarixli saxta etibarnamədən qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə istifadə edərək Şahid12 Şahid1 adına olan qeyd edilən torpaq sahəsinin üzərində sərəncam vermək və digər hüquqlarının Şahid10 etibar olunmasına dair hüquqi əsası olmayan, yəni saxta 24 fevral 2015-ci il tarixli AR-İ seriyalı 395543 №-li etibarnamənin verilməsinə, habelə, həmin notariat kontorunda xx.xx.2006-cı il tarixli saxta etibarnamədən bilə-bilə istifadə edərək Əli İbrahimovun adından çıxış edib sonuncunun arvadı Şahid1 məxsus olan torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) etirazının olmaması haqqında ərizənin 24 fevral 2015-ci ildə 7E-2009 reyestr nömrəsi ilə təsdiq edilməsinə nail olub, habelə, aralarındakı cinayətkar niyyətə uyğun olaraq Şəki şəhəri, Salman Mümtaz, 316 ünvanında yerləşən Şəki rayon Qeydiyyat Şöbəsinə xx.xx.2015-ci il tarixdə Şahid10 vasitəsilə 395543 №-li etibarnamədən istifadə edərək müraciət edib Şahid1 ilə Əli İbrahimov arasında bağlanmış nikah haqqında şəhadətnamənin təkrarını həmin tarixdə əldə edib, bundan sonra, aralarındakı cinayətkar niyyətə uyğun olaraq «Sumqayıt» qəzetinə verilmiş xx.xx.2015-ci il tarixli elandan, Abşeron RPİ-nin xx.xx.2015-ci il tarixli 2881 nömrəli saxta arayışından qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə istifadə edərək Şahid10 vasitəsilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə xx.xx.2015-ci il tarixli ərizə təqdim edərək torpaq sahəsinə Şahid1 mülkiyyət hüququnun 31 iyul 2014-cü il tarixdə **********21 reyestr və ********** qeydiyyat nömrəsi ilə qeydə alınması barədə DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışı və əmlakın texniki pasportunun təkrarını (dublikatını), eləcə də, bu əmlak üzərində yüklülüyün olmamasına dair xx.xx.2015-ci il tarixli 1 №-li forma arayışı alıb, torpaq sahəsini guya satmaq hüquqlarının olmasına Zərərçəkmiş şəxs inandırmaqla özləri barəsində sonuncuda formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək, yuxarıda qeyd olunan 24 fevral 2015-ci il tarixli AR-İ seriyalı 395543 №-li etibarnaməni, torpaq sahəsinin özgəninkiləşdirilməsinə etirazın olmaması haqqında 24 fevral 2015-ci il tarixli ərizəni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, əmlakın texniki pasportunun təkrarını, 1 №-li forma - arayışı, Şahid1 şəxsiyyət vəsiqəsinin və habelə nikah haqqında şəhadətnamənin təkrarının surətlərini 05 mart 2015-ci il tarixli ərizə ilə Şahid10 vasitəsilə Sumqayıt şəhəri, ünvan 5 ünvanında yerləşən Sumqayıt “Asan xidmət” mərkəzindəki notariat kontoruna təqdim edərək 05 mart 2015-ci il tarixli AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi ilə Şahid1 məxsus olan 1,0727 ha torpaq sahəsini sonuncunun məlumatı və razılığı olmadan Zərərçəkmiş şəxs Şahid10 vasitəsilə aldatmaqla satıb 5 mart 2015-ci il tarixdə satıcı kimi Şahid1, sonuncunun nümayəndəsi Şahid10, alıcı kimi isə Zərərçəkmiş şəxs qeyd edildiyi ərizə və Sumqayıt “Asan xidmət” mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-nin Sumqayıt filialına ünvanlanmış 606 saylı məktub əsasında "xxxx" ASC-nin Sumqayıt filialının **********03763AZM37 nömrəli depozit hesabına nağd qaydada qəbul olunmuş 150.000 (bir yüz əlli min) manat pul vəsaitini həmin hesabdan 5 mart 2015-ci il tarixli qəbz əsasında Şahid10 vasitəsilə götürməklə, eləcə də, həmin vaxt Zərərçəkmiş şəxs razılaşdırılmış məbləğin qalan hissəsini, yəni 100.000 (bir yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 104.940 (bir yüz dörd min doqquz yüz qırx) manat və razılaşdırılmış məbləğin tam ödənilməsi üçün yaranmış fərq həcmində, yəni 7.061,2 ABŞ dolları (yeddi min altmış bir dollar iyirmi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 7.410 (yeddi min dörd yüz on) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs Şahid10 vasitəsilə alaraq, ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs məxsus cəmi 301.570 (üç yüz bir min beş yüz yetmiş) manat məbləğdə pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid10 və Şahid12la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 301.570 (üç yüz bir min beş yüz yetmiş) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Şahid10 və Şahid12la qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi, habelə möhürü istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanının 8 cilddən ibarət toplandığı istintaq materiallarında və iş üzrə tərtib edilmiş ittiham aktında ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlarda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirini təsdiq edən nə birbaşa, nədə ki, dolayı olan ümumiyyətlə heç bir sübut müəyyən edilməmişdir. Toplanmış sübutlar isə verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq etmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda faktiki olaraq olmayan sübutlara istinad edərək, digər cinayət işi üzrə təqsirləndirilən şəxs olan Şahid10 və Şahid12 verilən ittihamları Təqsirləndirilən şəxs adından yazmaqla heç bir sübutla təsdiqini tapmayan fərziyyələr əsasında onu ağır cinayət törətməyə görə təqsirləndirilən şəxs qismində cəlb etmişdir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ittihamda göstərilən hallardan onun xəbəri olmamışdır. Şahid10 o, Bakı şəhəri Azadlıq metrostansiyasının yanında görüb tanımışdır. Belə ki, həmin ərazidə meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. Şahid10 istixanada pomidor yetişdirdiyini və pomidor işi ilə məşğul olduğunu deməklə Moskva şəhərinə pomidor göndərəndə ona kömək etməklə bağlı iş birliyi təklif etmişdir. Bunun üçün isə hər ay 1000 manat pul verəcəyini vəd etmişdir. Şahid12la da bir dəfə metronun yaxınlığında görüşmüş, onun taksi fəaliyyətilə məşğul olmasından xəbəri olmamışdır. Eyvaz ona Moskva şəhərinə pomidor göndərdiyi üçün vaxtının olmadığını bildirib, yolu tanımayan Ceyhunla 31 saylı notariusa getməyi və ona notariusun yerini göstərməyi xahiş etmişdir. Daha sonra o, göstərdi ki, başqa maşınla Binə qəsəbəsində yerləşən 31 saylı notariat kontoruna getmiş, Ceyhun isə öz maşını ilə həmin notariusa gəlmişdir. O, Ceyhuna yalnız notariusun yerini göstərmiş, başqa heç nədən onun xəbəri olmamışdır. Notariat kontoruna o, girməmiş və Ceyhunu çöldə gözləmişdir. Şahid12 adına və ya onun öz adına verilmiş hər hansı bir etibarnamədən onun xəbəri olmamış, heç bir sənədi imzalamamış, heç kəsə öz şəxsiyyət vəsiqəsini verməmiş, hər hansı bir notariat hərəkətlərinin icra edilməsində iştirak etməmiş, Zərərçəkmiş şəxs, Əli İbrahimov və Şahid1, eləcə də iş üzrə adları keçən digər şəxsləri o tanımamış, Şahid10 1 ha torpaq sahəsi olmasından, həmin torpaq sahəsini satmasından onun xəbəri olmamışdır. Məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2010-cu ildən qeyri-rəsmi olaraq, fərdi qaydada rieltor fəaliyyəti ilə məşğul olmuş, 2015-ci ilin yanvar ayında Bakı şəhəri, 8ci mikrorayonda «Azadlıq» metrostansiyasının yaxınlığında adını bilmədiyi çayxanada çay içib domino oynayarkən təsadüfən Şahid10 ilə tanış olaraq yoldaşlıq etməyə başlamışdır. Eyvazla söhbət edərkən onunla qonşu kənddən olduqlarını öyrənmiş, xasiyyətləri uyğun gələrək tez-tez orada görüşüb çay içib söhbət etmişlər. 2015-ci ilin fevral ayında Eyvaz avtomobil alveri ilə məşğul olmaq istədiyini bildirib həmin ticarətlə məşğul olmağı təklif etmiş, o, avtomobildən anlayışı olmadığını bildirib onunla razılaşmamışdır. Sonra Eyvaz pomidor yetişdirib Rusiyada satmaqla məşğul olduğunu bildirib, pomidorun satışında ona köməklik etməsini təklif etmiş, Eyvaz onun təklifi ilə razı olarsa ayda 1000 manata yaxın gəliri olacağını demişdir. Meyvə-tərəvəz alqı-satqısından anlayışı olduğu üçün Eyvazla razılaşmışdır. Bundan 1-2 gün sonra fevral ayında Eyvaz həmin çayxanada ona Moskva şəhərinə pomidor göndərdiyi üçün vaxtının olmadığını bildirib, sabahı gün səhər saatlarında 31 saylı notariusa getməsini, orada “Ceyhun” adlı şəxsə notariusun yerini göstərməsini xahiş edərək sonuncunun mobil telefon nömrəsini vermişdir. O, Eyvazın xahişi ilə sabahı gün, yəni xx.xx.2015-ci il tarixdə səhər saatlarında evindən çıxıb tanımadığı taksi ilə tək Binə qəsəbəsində yerləşən 31 saylı notariat kontoruna gedib orada olan «artezian» quyusunun yanında gözləməyə başlamış, o və ya Ceyhun telefonla zəngləşərək qeyd etdiyi yerdə əvvəllər tanımadığı “Ceyhun” adlı şəxslə görüşmüşdür. O, Ceyhunla salamlaşandan sonra ona 31 saylı notariusun binasını göstərmiş, Ceyhun 31 saylı notariat kontoruna daxil olmuşdur. O isə çöldə qalıb tanımadığı şəxslərlə həmin ərazidə yerləşən evlərin kirayə haqları ilə maraqlanmağa başlamışdır. Ceyhun bir neçə dəqiqədən sonra çölə çıxaraq notariusun yerində olmadığını bildirib çöldə notariusun gəlməsini gözləmişdir. Bundan bir neçə dəqiqə sonra Ceyhun notariusun gəldiyini bildirib notariat kontoruna girmiş, o, notariat kontorunda heç bir hərəkət etmədən gəldiyi taksi ilə «Koroğlu» metrostansiyasının yanına qayıdaraq metro ilə «Azadlıq» metrostansiyasına qayıdıb işi ilə məşğul olmağa davam etmişdir. Bundan bir gün sonra Eyvazı axtarsa da, onu tapa bilməmişdir. xx.xx.2015-ci il tarixdə Ceyhunla notariat kontorunda görüşərkən sonuncunun yanında heç kimi görməmiş və sonuncunun həmin kontorda hansı əməliyyatı həyata keçirdiyini bilməmişdir. O, Şahid12 doğru ifadə vermədiyini, onu ifadəsinin əvvəlində göstərdiyi kimi 31 saylı notariat kontorunun yanında tək gördüyünü, heç vaxt kepkalı şəxslə Ceyhunun idarə etdiyi avtomobillə 31 saylı notariat kontoruna getmədiyini, 31 saylı notariat kontorunun notariusu Şahid7, Şahid1 və sonuncun əri X12, həmçinin Şahid6, Şahid5 və Zərərçəkmiş şəxs tanımadığını, onlarla heç bir əlaqə və tanışlığının olmadığını bildirmişdir. O, 2010-2015-ci illər ərzində Şahid1, sonuncun əri X12, həmçinin Şahid10 heç vaxt ona hər hansı məqsədlə notarius tərəfindən təsdiq olunmuş etibarnamə vermədiklərini qeyd etmişdir. Şahid12 tərəfindən təqdim olunmuş 22 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunduğu qeyd edilən xx.xx.2011-ci il tarixli etibarnamə ona təqdim olunmuş, o həmin etibarnamə ilə tanış olaraq Kəmalə və Əli İbrahimovları tanımadığını, onlar tərəfindən hər hansı məqsədlə ona etibarnamə verilmədiyini, təqdim olunan etibarnamənin mövcudluğundan əvvəllər məlumatsız olduğunu, etibarnamənin nə vaxt, kim tərəfindən və nə məqsədlə hazırlandığını, Şahid12 onu haradan əldə etdiyini bilmədiyini qeyd etmişdir. (Cild 8, iş vərəqləri 44-50) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Bakı şəhəri Saray qəsəbəsində 1 ha torpaq sahəsi olmuşdur. Həmin torpağı girova qoyub Şahid4 vasitəsilə tanıdığı Əli İbrahimovdan 150.000 manat məbləğində pul götürmüşdür. Daha sonra, torpaq sahəsinin satılması ilə bağlı razılıq əldə edərək Zərərçəkmiş şəxs torpağı satmaq üçün 300.000 manat pul almış və həmin puldan 150.000 manat Ə.İbrahimova qaytarmışdır. Torpaq satılarkən bütün sənədləri Şahid5 düzəltmiş və alqısatqı olduqdan bir müddət sonra sənədlərin saxta olduğunu bilmişdir. Şahid12 o, Mahir vasitəsilə tanımış və Mahirin Ceyhuna etibarnamə verdiyini istintaq dövründə öyrənmiş, bu haqda və hər hansı bir digər saxta sənəd barədə onun məlumatı olmamışdır. Daha sonra, Şahid10 göstərdi ki, Mahirin notariusa Təqsirləndirilən şəxsla getməsindən xəbəri olmamış, Əkbəri ilk dəfə Bakı şəhərində Azadlıq metrostansiyasının yaxınlığında görmüş, onunla hər hansı bir söhbəti və ya münasibəti olmamışdır. Məhkəmədə elan olunaraq tədqiq edilmiş Şahid10 həm ibtidai istintaq zamanı, həm də Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs qismində verdiyi oxşar məzmunlu ifadələrindən görünür ki, 2004-cü ilin aprel ayında arvadı X2 adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ərazidən alqı-satqı müqaviləsi ilə 1,0727 hektar əkin torpaq sahəsi almışdır. 2013-cü ildə borcu olduğundan ev alqı-satqısı ilə məşğul olan Şahid4 müraciət etmiş, İradə xanım onu Əli İbrahimovla tanış etmiş və o 2014-cü ilin aprel ayında Əlidən faizlə borca 150.000 manat pul istəmiş, sonuncunun ona verəcəyi pulun müqabilində torpaq sahəsini adına rəsmiləşdirməklə girov qismində verə biləcəyini təklif etmişdir. Əli gəlib torpaq sahəsinə baxaraq torpaq sahəsini girov kimi götürməklə ona 150.000 manat pul verəcəyinə razılaşmışdır. O, Əli müəllimə torpaq sahəsinin əvvəllər pul götürdüyü Şakif adlı şəxsin adına olduğunu bildirib sənədləri ona göstərmiş, Əli İbrahimov xx.xx.2014-cü ildə etibarnaməsi olan “Rəcəb” adlı şəxsi göndərərək torpaq sahəsini arvadı Kəmalənin adına rəsmiləşdirəcəyini bildirmişdir. O, İradə vasitəsi ilə Şakifi çağıraraq Abşeron rayon 1 saylı notariat kontoruna getmişlər. Orada torpağın Şakif tərəfindən Əlinin arvadı Şahid1 adına satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Daha sonra, görüdüyü pulun faizini ödəyə bilmədiyindən 2014-cü ildə xatırlamadığı vaxtda bu barədə zəng edərək Əli İbrahimova məlumat vermiş, Əli torpaq sahəsini satmağa telefonda icazə vermiş, torpaq sahəsinə gələrək torpağı hissələrə bölüb satmağı məsləhət görmüş, torpağın hansı hissələrini satmağı ona yerində göstərmişdir. O, torpaq sahəsini satmaq üçün fərdi qaydada torpaq alıqı-satısı ilə məşğul olan şəxslərə elan vermiş, torpaq sahəsinə müştəri çıxdıqda telefonla zəng edərək Əli müəllimə məlumat vermişdir. Əli müəllim bu dəfə torpağı hissə-hissə deyil, tam şəkildə hamısını bir yerdə satmağı tapşırmışdır. 2014-cü ilin sonlarında “Qabil” adlı şəxs verdiyi elan əsasında onunla görüşüb torpaq sahəsini almaq istədiyini bildirmiş, həmin torpaq sahəsini Qabilə 300.000 ABŞ dollarına satmağa razılaşmış, bundan bir neçə gün sonra Qabil torpaq sahəsinə görə Saray qəsəbəsində beh kimi 50.000 ABŞ dolları pul vermiş, o, torpaq sahəsini Qabilə satacağı barədə Əli müəllimə məlumat verməmişdir. Çünki Əli müəllim telefonla bir müddət əvvəl torpaq sahəsini sataraq ona olan borcunu qaytarmağa razılıq vermişdir. Torpaq sahəsinin mülkiyyət sənədinin əsillərinin onda olmadığını, onunla bir yerdə Əli və İradə ilə olan söhbətlərində iştirak etmiş Şahid5 ona torpağın mülkiyyət sənədlərinin Əli İbrahimovun itirdiyini və Əlinin həmin sənədlərin dublikatını çıxardaraq alqı-satıqını etməyə razı olması barədə məlumat verdiyini, o, Mahirə torpağın mülkiyyət sənədlərinin dublikatlarını alıb ona verməsinə razılıq verdiyini, bundan bir neçə gün sonra Mahir əvvəllər bir dəfə sonuncunun yanında gördüyü “Ceyhun” adlı şəxslə gətirib ona Sumqayıt şəhərində xatırlamadığı çayxanaların birində həmin torpaq sahəsinin çıxarışı, alqı-satqı müqaviləsinin dublikatını və Kəmalənin adından onun adına verilmiş etibarnaməni verdiyini bildirmişdir. O, Mahirin həmin sənədləri necə və hansı qaydada əldə etdiyini bilmədiyini, bununla maraqlanmadığını qeyd etmişdir. O həmin sənədlər əsasında torpaq sahəsini xx.xx.2015-ci il tarixdə Sumqayıt «ASAN» xidmət mərkəzindəki notariusda alqısatqı yolu ilə rəsmi olaraq Zərərçəkmiş şəxs satmışdır. Öz aralarında olan razılığa əsasən alqı-satqı müqaviləsində torpağın 150.000 manat satıldığını qeyd etdirmişlər, Qabil həmin 150.000 manatı bank vasitəsi ilə ona ödəmişdir. Qabil həmin vaxt Sumqayıt «ASAN» xidmət mərkəzində tanışı Azərin yanında torpağa görə ona əlbəəl qalan 100.000 ABŞ dolları da vermişdir. Orada dolların manata olan məzənnə fərqini də hesablayıb öz aralarında razılığa gəlmişlər, yaranmış fərq də ona ödənilmişdir. Beləliklə o, Qabildən həmin torpaq sahəsinə görə ümumilikdə 300.000 ABŞ dolları pul almışdır. Bundan sonra Qabil həmin torpaq sahəsinə yeni mülkiyyət sənədi almış, o, torpaq sahəsini Qabilə təhvil verib oradan çıxmışdır. O, torpaq sahəsini satdığını Əliyə və İradəyə bildirməmiş, torpağı satmasını sonuncuların bildiklərini güman etmişdir. Sonra, Əli verdiyi 150.000 manatın əvəzində telefon danışıqlarında ondan 200.000 ABŞ dolları pul tələb etməyə başlamışdır. O, Moskva şəhərində olarkən bilmiş ki, Əlinin arvadı Kəmalə ondan Abşeron rayon məhkəməsinə həmin torpaq sahəsinə görə iddia ərizəsi vermiş və işə baxılaraq onun əleyhinə qətnamə qəbul edilmişdir. Məhkəmə prosesləri zamanı bilmişdir ki, Kəmalə və Əli İbrahimovların imzaları saxtalaşdırılaraq Ceyhunun adına etibarnamə hazırlanmış, həmin saxta etibarnamə əsasında isə digər sənədlər verilmişdir. Bununla bağlı Mahiri sorğu-sual etmiş, lakin Mahir sənədləri kimin hansı şəraitdə saxtalaşdırdığını bildirməmişdir. xx.xx.2006-cı il tarixli və xx.xx.2011-ci il tarixli etibarnamələrlə tanış olaraq “İbraqimov Ə” və “İbrahimova K” soyadı qarşısındakı imzaların heç birinin ona məxsus olmadığını, imzaları icra etmədiyini, imzaların kimə məxsus olduğunu və onu kimin nə vaxt, harada tərtib etdiyini bilmədiyini, həmin etibarnamə barəsində ilk dəfə Abşeron rayon məhkəməsində mülki iddiaya baxılarkən eşidib onunla tanış olduğunu qeyd etmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin mülkiyyət sənədinin itməsinə dair Şahid1 adından tərtib olunaraq Abşeron RPİ-yə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizə ilə tanış olaraq həmin ərizəni ilk dəfə gördüyünü, ərizənin nə vaxt, kim tərəfindən, nə məqsədlə tərtib edildiyini bilmədiyini, ərizədəki əlyazmaların və imzanın ona məxsus olmadığını, heç vaxt torpaq sahəsinin mülkiyyət sənədini itirmədiyini və bununla bağlı heç bir polis idarəsinə müraciət etmədiyini bildirmişdir. Heç vaxt X17 İbrahimova arasında bağlanmış nikah haqqında şəhadətnamənin təkrarının verilməsi üçün Şəki rayon qeydiyyat şöbəsinə müraciət etməmiş və onun adından qeydiyyat şöbəsinə müraciət etməyi heç kimə tapşırmamışdır. X17 İbrahimova arasında bağlanmış nikah haqqında şəhadətnamənin təkrarının verilməsi barədə onun adından Şəki rayon qeydiyyat şöbəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizə ilə tanış olaraq həmin ərizəni ilk dəfə gördüyünü, ərizənin nə vaxt, kim tərəfindən, nə məqsədlə tərtib edildiyini bilmədiyini, ərizədəki əlyazmaların və imzanın ona məxsus olmadığını göstərmişdir. Heç vaxt Saray qəsəbəsində yerləşən 1,0727 hektar torpaq sahəsinin mülkiyyət sənədinin itməsi ilə bağlı elan verilməsi üçün “Sumqayıt” qəzetinin redaksiyasına müraciət etməmiş və bunun üçün heç kimə göstəriş verməmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 hektar torpaq sahəsinin mülkiyyət sənədinin təkrarının verilməsi üçün Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etməmiş, Mahir həmin torpaq sahəsinin mülkiyyət sənədinin itdiyini və onların dublikatını gətirəcəyini demiş, Mahirin sənədin dublikatını necə və hansı qaydada aldığını bilmədiyini qeyd etmişdir. Mahirə inandığı üçün Əli İbrahimovun özündən torpaq sahəsinin mülkiyyət sənədlərinin itibitməməsi ilə maraqlanmamış və eləcə də, Əli İbrahimov ona torpaq sahəsini satmağa razılıq verdiyi üçün torpaq sahəsini Qabilə satmış, lakin Əliyə bu barədə məlumat verməmişdir. (Cild 8, iş vərəqləri 176-180) Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, taksi fəaliyyətilə məşğul olarkən poçtun müdiri Şahid5 tanımışdır. Mahir vasitəsi ilə Şahid10la tanış olmuş və Mahir Eyvazın bizneslə məşğul olduğunu və iş düzəldə biləcəyini demişdir. Eyvaz ona Gürcüstandan maşın gətirib satmaq istədiyini və bunu üçün etibarnamə lazım olduğunu bildirmişdir. Daha sonra, Mahir və Eyvaz ilə birlikdə Azadlıq metrosunun yanına getmişlər. Orada iki nəfər şəxs olmuşdur. Onlardan biri kepkalı şəxs, digəri isə Təqsirləndirilən şəxs olmuşdur. Əkbəri ilk dəfə orada görmüşdür. Eyvazla Mahir getmişlər, kepkalı şəxslə Əkbər isə onunla Binə qəsəbəsinə notariusa getmişlər. Əkbər maşında arxada oturmuş və onunla danışmamışdır. Binə qəsəbəsində o, 4-5 saat maşında oturmuş, Əkbər çöldə gözləmiş, kepkalı şəxs isə notariusa girib-çıxmışdır. Yaxınlaşaraq artıq çox müddət gözlədiyini deyib irad bildirdikdə kepkalı şəxs vəsiqəsini yadından çıxardığını, ona etibarnamə vermək lazın olduğunu demişdir. Nə baş verdiyini anlamadan notariat kontoruna girib kepkalı şəxs dediyi sənədləri imzalamışdır. Əkbər isə həmin vaxt çöldə dayanmışdır. Sonra kepkalı şəxs gəlmiş, onun taksi kimi pulunu vermiş və onlar Əkbərlə başqa maşına minib getmişlər. Bundan başqa Şahid12 göstərmişdir ki, Əli İbrahimov, Şahid1 və Zərərçəkmiş şəxs o, tanımamış, torpaq alqı-satqısından, saxta etibarnamə və digər sənədlərdən onun məlumatı olmamış, mahiyyətini bilmədən notariat kontorunda kepkalı şəxsin dediyi sənədləri imzalamış, Əkbərlə yalnız bir dəfə notariusa gedəndə görüşmüşdür. Məhkəmədə elan olunaraq tədqiq edilmiş Şahid12 həm ibtidai istintaq zamanı, həm də Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs qismində verdiyi oxşar məzmunlu ifadələrindən görünür ki, taksi fəaliyyəti ilə məşğul olduğundan müştəri kimi Şahid5la tanış olmuş və ona iş axtardığını demişdir. Təxminən 2015-ci ilin yanvar ayında Mahirin sifarişi ilə sonuncunu və yanında olan, tanımadığı “Eyvaz” adlı şəxsi Sumqayıt şəhərində yerləşən “Büllür” kafesinin qarşısından götürmüş və Mahirin sifarişi ilə Eyvazı Saray qəsəbəsindəki evinə aparmışdır. Yolboyu Mahir onu Eyvaza tərifləyərək iş tapmaqda köməklik etməsini xahiş etmişdir. Bundan sonra Mahirin sifarişi ilə Eyvazı bir neçə dəfə həmin “Büllur” kafesinin yaxınlığındakı adını bilmədiyi kafedən götürüb evinə aparmışdır. Xatırlamadığı vaxtda həmin kafedə Eyvaz və Mahirlə söhbət edərkən Eyvaz ona Gürcüstandan dostları, tanışları ilə satmaq üçün Bakı şəhərinə avtomobil gətirəcəyini bildirmiş və ona pul müqabilində avtomobilləri Gürcüstandan sürücü kimi idarə edərək gətirməyi təklif etmişdir. Eyvaz həmin işə başlayanda onu Gürcüstana göndərəcəyini bildirmişdir. Bundan bir müddət sonra 24 fevral 2015-ci ildə Mahir və Eyvazı onların sifarişi əsasında öz avtomobili ilə Bakı şəhəri 7-ci mikrorayondakı “Azadlıq” metrostansiyasının yaxınlığına aparmışdır. Eyvaz avtomobildən düşüb bir neçə metr aralanaraq ilk dəfə gördüyü, əvvəllər tanımadığı adını sonradan bildiyi “Əkbər” adlı şəxsə və tanımadığı, adını bilmədiyi başında «bardovı» rəngli kepka olan kişiyə yaxınlaşaraq söhbət etməyə başlamış, Mahir avtomobildən düşsə də, onların yanına getməmişdir. Eyvaz həmin şəxslərlə 15-20 dəqiqə söhbət edəndən sonra ona yaxınlaşaraq orada kimisə gözlədiyindən yubanacağını bildirib söhbət etdiyi həmin 2 nəfər şəxsi Binə qəsəbəsinə aparmağını xahiş etmişdir. Onun üçün maraqlı olmadığı və aralarında məsafə çox olduğu üçün Eyvazın həmin şəxslərlə nə haqda danışdığını bilməmişdir. Mahirlə Eyvaz ondan ayrılıb getmiş, Əkbər və adını bilmədiyi kepkalı şəxs avtomobilə əyləşib onları Binə qəsəbəsinə aparmasını bildirmişlər. Əkbər arxa, kepkalı şəxs isə qabaq oturacaqda əyləşmişdir. Binə qəsəbəsinə çatanda kepkalı şəxs 31 saylı notariat kontorunun arxa tərəfində avtomobili saxladaraq həmin notariat kontorunda işləri olduğunu və bir neçə dəqiqə onları gözləməyini xahiş etmiş, Əkbərlə kepkalı kişi avtomobildən düşərək notariat kontoruna getmişlər. Təxminən 1 saatdan artıq müddətdə onları orada gözləyəndən sonra kepkalı şəxs ona yaxınlaşaraq öz şəxsiyyət vəsiqəsinin evdə qaldığını bildirib onun şəxsiyyət vəsiqəsinin üzərində olub-olmaması ilə maraqlanmış, Gürcüstandan avtomobil gətirməsi üçün ümumi etibarnamə verəcəyini, o da, həmin etibarnamə əsasında Eyvaza etibarnamə verəcəyini demişdir. Lakin kepkalı şəxs sürücülük vəsiqəsini istəməmiş, o da bu barədə maraqlanmamışdır. Kepkalı şəxs etibarnamə məsələsindən Eyvazın məlumatı olduğunu bildirib onu buna inandırmışdır. O, kepkalı şəxsə inanıb şəxsiyyət vəsiqəsini sonuncuya vermiş, kepkalı şəxs vəsiqəsini götürüb kontora girmiş, bundan 20-15 dəqiqə sonra kepkalı şəxs yanına gələrək notariusun çıxıb gedəcəyini bildirərək təcili notariat kontoruna getməsini istəmiş, notariat kontorundakı ümumi zalda şüşə arxasında əyləşən tanımadığı kişi işçi ona bir neçə sənədə imza etməsini demiş, kepkalı şəxs onu tələsdirdiyi və həvəsi olmadığı üçün təqdim olunmuş sənədləri oxumadan imzalamışdır. O, sənədləri imzalayandan sonra kepkalı şəxsin istəyi ilə tanımadığı notariusun otağına daxil olaraq ondan şəxsiyyət vəsiqəsini götürüb çıxmışdır. Həmin notarius onu sorğu-sual etməmiş, onunla danışmamışdır. Kepkalı şəxslə çölə çıxmış, Əkbər onları çöldə gözləmiş, kepkalı şəxs oğlunun ardınca gəlib onları aparacağını bildirərək ona taksi kimi onları ora gətirdiyinə görə 25 manat pul vermiş, bu vaxt nömrəsinə fikir vermədiyi qara rəngli “Mercedes E” markalı (dördgöz) avtomobil ora yaxınlaşmış, Əkbərlə kepkalı şəxs həmin avtomobilə əyləşib getmişlər, o isə evinə qayıtmışdır. Bundan təxminən 7-10 gün sonra Sumqayıt şəhərində avtoyuma yerində avtomobilini yuduzdurarkən avtomobildən qabaq sağ oturacağın altından Əkbərin adı qeyd olunan bir vərəqdən ibarət etibarnamə tapmış, Əkbərin və onun yanında olan kepkalı şəxsin onda telefon nömrələri olmadığı və onların yaşadığı yeri tanımadığı üçün həmin sənədi Əkbərə çatdırması üçün Mahirə verməkdən ötrü onun mobil telefonuna zəng etmiş, lakin ona zəng çatmadığından əlaqə saxlaya bilməmiş və etibarnaməni evində saxlamış, etibarnamə verəndən sonra Mahiri, Eyvazı, Əkbəri və kepkalı şəxsi xeyli müddət görməmişdir. 2015-ci ilin iyun ayında polis əməkdaşları onu Sumqayıt şəhər Pİ-nin 3-cü PB-yə çağırıb izahat alanda bilmiş ki, guya Kəmalə adlı qadın 2006-cı ildə ona Saray qəsəbəsində olan torpaq sahəsi ilə bağlı etibarnamə vermiş, o həmin etibarnamə əsasında xx.xx.2015-ci ildə Eyvaza başqa etibarnamə vermişdir. Bundan sonra ona aydın olmuş ki, Eyvaz, Əkbər və kepkalı şəxs onu aldadaraq xx.xx.2015-ci ildə etibarnaməyə imza etdirmişlər. O bir neçə gündən sonra 31 saylı notariat kontoruna gedərək həmin etibarnaməni ləğv etdirmişdir. Çünki 2006-cı ildə ümumiyyətlə Eyvazı, Əkbəri, Mahiri və Kəmalə adlı qadını tanımamış, həmin dövrdə həqiqi hərbi xidmətdə olmuşdur. Avtomobildən tapdığı Əkbərin adına olan etibarnaməni 3cü PB-də araşdırma aparan işçiyə vermişdir. Bundan sonra Şahid1 Eyvazdan Abşeron məhkəməsinə iddia vermiş, həmin məhkəmə prosesində dindirilmişdir. Bundan başqa, o, Şahid1, onun əri X9 tanımadığını, Şahid10, Mahir Hümmətov və Əkbər Süleymanovun ona heç vaxt Şahid1 adına Abşeron rayonu ərazisində yerləşən torpaq sahəsinin alqısatqısı ilə bağlı heç bir söz demədiklərini, 31 saylı notariat kontoruna ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizə ilə tanış olaraq ərizədəki soyadı yazılmış əlyazma və soyadının qarşısındakı imzanın ona məxsus olduğunu, həmin ərizənin məzmunundan heç bir məlumatının olmadığını, xx.xx.2015-ci ildə 31 saylı notariat kontorunda həmin ərizənin ona oxudulmadan imza etdirildiyini güman etdiyini bildirmişdir. (Cild 7, iş vərəqləri 154-157) Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şahid12 təxminən 2013-cü ildə taksi sürücüsü kimi tanımışdır. Şahid10u isə təxminən 2010-cü ildən tanımış, Eyvazın onun evinin yaxınlığında əvvəllər «İrəvan» adlı restoranı olmuşdur. Eyvazı Ceyhunla tanış edərək ona Ceyhunun taksi fəaliyyətindən istifadə etməyi məsləhət görmüş və Ceyhundan Eyvazın ondan taksi kimi istifadə etdiyini eşitmişdir. Eyvaz həmin vaxtlar Gürcüstandan köhnə avtomobillər alıb gətirərək təmir etdirib satdırmaqla da, məşğul olmuşdur. Ceyhunun əlavə işə ehtiyacı olduğu üçün onun xahişi ilə X5 gətirdiyi avtomobillərin idarə edilməsi işinə cəlb etməyi xahiş etmişdir. O, Ceyhunun idarə etdiyi avtomobillə 2-3 dəfə Eyvazla birlikdə Bakı şəhərinə və müxtəlif yerlərə gedib-gəlmişdir. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımamışdır. Şahid1 ilə Şahid10 arasında yaranmış torpaq mübahisəsini polisdə izahatı alınarkən bilmişdir. Həmin vaxtadək etibarnamə və torpaq alqı-satqı məsələlərindən xəbəri olmamış, Abşeron rayon məhkəməsinə Şahid1 verdiyi iddia ərizəsi üzrə dostu Şahid10 nümayəndəsi kimi iştirak etmiş, bundan başqa həmin işlərdə heç bir rolu olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhərində daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Şahid4 vasitəsi ilə Şahid10la tanış olmuş və ona 80.000 manat məbləğində borc pul vermiş, pulun təminatı kimi Abşeron rayonu Saray qəsəbəsində yerləşən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında Eyvazın adından öz adına rəsmiləşdirmişdir. Daha sonra o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla hər hansı bir münasibəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Bakı şəhəri 7 saylı Notariat kontorunda notarius vəzifəsində işləyir. Şahid1, X12 və Şahid12 tanımamış, Kəmalə və Əli İbrahimov tərəfindən Şahid12 etibarnamə verilməsini notarius kimi rəsmləşdirməmişdir. xx.xx.2006-cı il tarixli, 7E/10453 nömrəli etibarnamədə “notarius” sözü qarşısında olan imza ona məxsus olmamış, möhür də oxşadılmaqla saxtalaşdırılmışdır. Etibarnamənin nə vaxt, kim tərəfindən və nə məqsədlə saxtalaşdırıldığını bilməmişdir. Bundan başqa, o, göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla bağlı hər hansı bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 Təhmaz oğlu ifadəsində göstrədi ki, Bakı şəhəri 31 saylı notariat kontorunda aparıcı mütəxəssis (kargüzar) kimi fəaliyyət göstərmişdir. Şahid12, Şahid1, X12, Şahid10, Şahid11 və Şahid5, o cümlədən Təqsirləndirilən şəxs tanımamış, onlara sənədlər üzərində hər hansı əməliyyat aparılması ilə bağlı köməklik etməmişdir. Adətən notariat konturuna gələn şəxs sənədləri xüsusi notarius Şahid7 təqdim edir, o, sənədlərə baxdıqdan sonra, etibarnamənin mətnini hazırlamağı deyir, bunu hazırladıqdan sonra isə sənədlər imza və möhür vurulması üçün xüsusi notarius Şahid7 verilir. Daha sonra, o, gösrtərmişdir ki, hər hansı bir saxta sənədlər əsasında notariat hərəkətlərinin təsdiq edilməsindən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Şahid9 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır, onlarla heç bir münasibəti olmamışdır. 25 fevral 2015-ci ildə Şahid12 işlədiyi notariat ofisinə gələrək Eyvaz adlı şəxsə etibarnamə vermək niyyətində olduğunu bildirmişdir. Ceyhunun təqdim etdiyi 11 dekabr 2006-cı il tarixdə Bakı şəhər 7 saylı dövlət notariat kontoru tərəfindən X6 və Şahid1 adından Ceyhunun adına verilmiş etibarnamənin “Elektron notariat məlumat bazası”nda olmadığını müəyyən etmiş, buna görə Şahid12 və onunla gələnlər Sumqayıt şəhərindən Mərdəkan qəsəbəsinə gəldiklərini, lakin 7 saylı notariat notariat kontorunun bağlı olduğu səbəbindən ona müraciət etdiklərini bildirmişlər. Bakı şəhəri ərazisində bütün etibarnamələr elektron məlumat bazasına 2008-ci ildən daxil edildiyindən onların təqdim etdiyi 2006-cı il tarixli etibarnaməni həmin elektron baza əsasında yoxlaya bilməmiş, bundan başqa həmin vaxt 3 nəfər şəxsdən hansısa etibarnamədən başqa onlara torpaq sahəsinin alqı-satqısını həyata keçirmək üçün Kəmalənin əri Əlinin etirazının olmaması barədə ərizəni də, təsdiq etməsini xahiş etmişdir. Bilmədiyi səbəbə görə Şahid10 özü notariat kontoruna gəlməmişdir. O təqdim olunan 2006-cı il tarixli etibarnamənin həqiqi olduğuna inandığı üçün yeni etibarnamənin və ərizənin hazırlanmasına kargüzarlara göstəriş vermişdir. Təxminən 5 ay keçdikdən sonra iyul ayında Ceyhun yenidən notariat ofisinə yaxınlaşaraq etibarnaməni ləğv etdirmək istədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 1 ha olan torpaq sahəsi atası tərəfindən onun adına Şahid10 alınmış və istixana kimi istifadə edilməsi üçün Eyvaza vermişdir. Sonradan həmin torpaq sahəsinin Eyvaz tərəfindən sənədləri saxtalaşdırmaqla başqa şəxsə satılması məhkəmədə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İttiham tərəfinin şahidi kimi ittiham aktında məhkəməyə çağırılmalı olan şəxs qismində qeyd edilmiş Şahid11 məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsindən görünür ki, Saray qəsəbə sakini Şahid10, Sumqayıt şəhər sakini Şahid5, Bakı şəhər sakinləri Şahid1, X12, Şahid12 və Təqsirləndirilən şəxs tanımır. 2013-2015-ci illərdə Xırdalan şəhərində taksi fəaliyyəti ilə məşğul olmaqla yanaşı Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xırdalan şəhərində yerləşən 4 saylı Ərazi İdarəsinin qarşısında dayanıb müraciət edən tanımadığı müxtəlif şəxslərin təqdim etdikləri müxtəlif sənədlərini növbəyə dayanmaqla həmin idarəyə təhvil verməklə də məşğul olmuşdur. Belə ki, həmin vaxtlar 4 saylı Ərazi İdarəsinə sənəd verən şəxslər çox olduğu üçün uzun növbə yaranmış və vətəndaşlar növbədə dayanmaq istəmədiklərindən onların əvəzinə 10-20 manat arası pul almaqla növbəyə dayanmışdır. İdarəyə sənəd verməkdən ötrü etibarnamə lazım olduğu üçün şəxsiyyət vəsiqəsi əsasında həmin şəxslər ona bir neçə günlük etibarnamə vermişlər. Aradan xeyli vaxt keçdiyindən və çox sayda şəxslərin sənədini 4 saylı Ərazi İdarəsinə təqdim etdiyindən konkret olaraq hansı şəraitdə kimin sifarişi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 hektar torpaq sahəsinin mülkiyyət sənədinin təkrarının verilməsi üçün xx.xx.2015-ci ildə ərizə ilə 4 saylı Ərazi İdarəsinə müraciət etdiyini və Şahid10 necə insan olduğunu xatırlamadığını qeyd etmişdir. O, növbəyə dayanıb sənəd versə də, heç vaxt 4 saylı Ərazi İdarəsindən hazır sənəd almamışdır. Hazır sənədi onun sahibi həmin idarədən təhvil almışdır. (Cild 4, iş vərəqləri 35-37, 63-65) Eynilə, məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, Şahid10 isə 2013-cü ilin əvvəllərində tanımış, Eyvaz Abşeron rayonu Saray qəsəbəsində 1 hektardan artıq torpaq sahəsi olduğunu, orada istixana düzəldib pomidorxiyar istehsalı ilə məşğul olduğunu bilmişdir. Eyvaza pul lazım olduğundan o, Eyvazı Şakif adlı şəxslə tanış etmiş və 2013-cü ildə Şakif Eyvaza faizlə 80.000 manat pul vermiş, Eyvaz isə öz torpağını girov qoymuşdur. Eyvaz Şakifin pulunu qaytara bilmədiyi üçün torpaq sahəsini Əli adlı şəxsə 150.000 manata satmış və Şakifə olan borcunu qaytarmışdır. Bundan sonra Eyvazın torpaq sahəsindən çıxıb-çıxmaması ilə maraqlanmamış, 2015-ci ilin aprel ayında Əlinin tanışı Rəcəb Eyvazın telefonu sönülü olduğu üçün onunla birlikdə aldıqları torpaq sahəsinə getmək istədiyini bildirmiş, o, Rəcəblə birlikdə Eyvazın satdığı həmin torpaq sahəsinə getmişlər. Torpaq sahəsində olan bir nəfər tanımadığı gözətçidən Eyvazı soruşmuşlar, gözətçi həmin torpaq sahəsini “Qabil” adlı şəxsin Eyvazdan aldığını deyərək telefonla Qabili ora çağırmış, Qabil gəlib torpağı Eyvazdan aldığını bildirərək öz adına olan çıxarışın surətini onlara vermişdir. Bundan sonra öyrənmişlər ki, Eyvaz saxta etibarnamə əsasında həmin torpağı Kəmalənin, Əlinin, onun xəbəri olmadan “Qabil” adlı şəxsə satmışdır. Həmin ərəfədə Eyvaz Rusiya Federasiyasına aid müxtəlif telefonlarla onun mobil telefonuna zəng edərək Moskva şəhərində olduğunu, türk vətəndaşı ilə şərikli iş qurduğunu, 4-5 aya Azərbaycana qayıdıb Əli ilə olan problemlərini həll edəcəyini bildirmiş, lakin Eyvaz verdiyi vədə əməl etməmiş və Əligil ondan şikayətlər etməyə başlamışlar. Bundan başqa, Şahid10 torpaq sahəsinin alqısatqısı ilə bağlı etibarnaməni nə vaxt, hansı şəraitdə, kimlər vasitəsi ilə saxtalaşdırdığını bilmədiyini göstərmişdir. (Cild 1, iş vərəqləri 221-225) Səhhətinə görə məhkəmədə iştirak edə bilməyən Zərərçəkmiş şəxs onun nümayəndəsi, vəkil Nümayəndə təmsil etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərin texniki ekspertizasının xx.xx.2017-ci il tarixli 17481 nömrəli rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş xx.xx.2006-cı il tarixli etibarnamənin üzərində olan möhür əksi hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir. 2. Tədqiqata təqdim edilmiş xx.xx.2011-ci il tarixli etibarnamənin üzərində olan möhür əksi elektrofotoqrafik çap üsulu (lazer printer, ağ-qara surətçıxaran və s.) ilə hazırlanıb. 3. Tədqiqata təqdim edilmiş xx.xx.2006-cı il tarixli etibarnamənin üzərində olan "AZƏRBAYCAN RESPUBLİKASİ ƏDLİYYƏ NAZİRLİYİ* BAKİ ŞƏHƏRİ*YEDDİNCİ DÖVLƏT NOTARİAT KONTORU* DÖVLƏT NOTARİUSU Şahid6" məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş sərbəst və hal-hazırda istifadədə olan eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. 4. Tədqiqata təqdim edilmiş xx.xx.2011-ci il tarixli etibarnamənin üzərində olan "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” NOTARİUS X3 Şəhadətnamə № 107" məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil edir.” (Cild 1, iş vərəqləri 71-76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2017-ci il tarixli 17482 nömrəli rəyində göstərilmişdir ki,“1.1 Ekspertizaya təqdim edilmiş, Şahid1 adından "Sumqayıt" qəzetinə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədəki əlyazmalar (c.3, i/v 155) - HACİYEVA ELMİRA ƏLİBALA qızı tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, AR-İ seriyalı 395543 nömrəli xx.xx.2015-ci il tarixli etibarnamədə "İmza:" qrafasındakı imza və "Gülməmmədov" soyadı (c 3, i/v 219) Şahid12 tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, xx.xx.2006-cı il tarixli (c.3, i/v 218) etibarnamədəki əlyazmalar, "İmza:" qrafalarındakı və "Notarius" qrafasındakı imzalar - Şahid1 tərəfindən yox, X12 tərəfindən yox, Şahid10 tərəfindən yox, Şahid5 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid12 tərəfindən yox, X4 tərəfindən yox, Şahid2 tərəfindən yox, Şahid6 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, xx.xx.2011-ci il tarixli etibarnamədəki (c 1, i/v. 158) əlyazmalar, "İmza" qrafalarındakı və "Notarius" qrafasındakı imzalar - Şahid1 tərəfindən yox, X12 tərəfindən yox, Şahid10 tərəfindən yox, Şahid5 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid12 tərəfindən yox, X4 tərəfindən yox, Şahid2 tərəfindən yox, X3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.3. Ekspertizaya təqdim edilmiş, Şahid1 adından Abşeron RPİ-nə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədəki (c. 3, i/v 52) əlyazmalar və "İbrahimova" soyadı qarşısındakı imza - Şahid1 tərəfindən yox, X12 tərəfindən yox, Şahid10 tərəfindən yox, Şahid5 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid12 tərəfindən yox, X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.4. Ekspertizaya təqdim edilmiş, Şahid10 adından Şəki rayon Qeydiyyat şöbəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədəki (c.3, i/v 125) əlyazmalar və "Ələkbərov" soyadı qarşısındakı imza - Şahid1 tərəfindən yox, X12 tərəfindən yox, Şahid10 tərəfindən yox, Şahid5 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid12 Nizam şqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.5. Ekspertizaya təqdim edilmiş, Şahid1 llham qızının adından "Sumqayıt" qəzetinə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədə (c.3, i/v 155) "Şahid1" soyadı qarşısındakı imza - Şahid1 llham qızı tərəfindən yox, X12 tərəfindən yox, Şahid10 tərəfindən yox, Şahid5 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid12 tərəfindən yox, X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, Şahid1 adından "Sumqayıt" qəzetinə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədə (c.3, i/v 155) "Şahid1" soyadı qarşısındakı imzanın - X7 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.” (Cild 4, iş vərəqləri 77-83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2018-ci il tarixli 7603 nömrəli rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş Abşeron rayon polis şöbəsinin xx.xx.2015-ci il tarixli 2881 nömrəli arayışda olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. 2. Tədqiqata təqdim edilmiş Abşeron rayon polis şöbəsinin xx.xx.2015-ci il tarixli 2881 nömrəli arayışda olan möhür əksi ekspertizaya təqdim edilmiş Abşeron RPİ-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir.” (Cild 4, iş vərəqləri 156-160) İş materiallarına əlavə edilmiş Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/12853 nömrəsi ilə qeyd edilmiş xx.xx.2011-ci il tarixli saxta etibarnamənin surətindən görünür ki, Şahid1 və onun əri X6 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 5 (beş) il müddətinə Təqsirləndirilən şəxs etibar edilmişdir. (Cild 1, iş vərəqi 158) İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/10453 nömrəsi ilə qeyd edilmiş xx.xx.2006-cı il tarixli saxta etibarnamənin surətindən görünür ki, Şahid1 və onun əri X6 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqları 10 (on) il müddətinə Şahid12 etibar edilmişdir. (Cild 3, iş vərəqi 218) İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, Şahid12 adından 31 saylı notariat kontoruna müraciət edilərək yuxarıda qeyd olunan xx.xx.2006-cı il tarixli saxta etibarnamədən istifadə edərək Şahid12 Şahid1 adına olan qeyd edilən torpaq sahəsinin üzərində sərəncam vermək və digər hüquqlarının Şahid10 etibar olunmasına dair hüquqi əsası olmayan, yəni saxta 24 fevral 2015-ci il tarixli AR-İ seriyalı 395543 №-li etibarnamə sonuncunun adına verilmişdir. (Cild 3, iş vərəqi 219) İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna aid notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E/21 nömrəli reyestrindən çıxarışın surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə həmin kontorda 7E/10453 reyestr nömrəsi ilə etibarnamə qeydiyyatdan keçməmişdir. (Cild 1, iş vərəqləri 48-53) İş materiallarına əlavə edilmiş “Sumqayıt” qəzetinə Şahid1 adından ünvanlanmış ərizənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Şahid1 adına verilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi üçün seriya RX N-0440366 nömrəli çıxarış, torpaq sahəsinin plan və ölçüsü itdiyi üçün Şahid1 adından həmin qəzetdə elan verilmişdir. (Cild 3, iş vərəqi 155) İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontorunun xüsusi notariusu adından reyestrdə 7E/7 nömrəsi ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, Şahid1 və Şahid10 Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın 4 saylı Dövlət Reyestri Xidmətində onların adından çıxış etmək, sənədləri təqdim etmək və digər hərəkətləri etmək Şahid11 etibar edilmişdir. (Cild 1, iş vərəqi 48-53) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən daxil olmuş **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış sənədlərin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2012-ci il tarixli, ******* nömrəli çıxarışa, xx.xx.2013-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən X4, xx.xx.2014-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən Şahid3, xx.xx.2014-cü il tarixli, ******* nömrəli və xx.xx.2014-cü il tarixli, ******* nömrəli çıxarışlara (dublikat) Şahid1, xx.xx.2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən Zərərçəkmiş şəxs, xx.xx.2016-cı il tarixli, ******* nömrəli çıxarışa əsasən isə Şahid1 mülkiyyətindədir. (Cild 2, iş vərəqləri 104-142) Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə əsasən həmin sübutlarda hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olubolmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq qeyd edir ki, iş üzrə məhkəməyədək icraat zamanı toplanılmış və məhkəmədə araşdırılmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə, eləcə də cinayətin icraçısı kimi Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirliliyini deyil, təqsirsizliyini təsdiq edir. Belə ki, məhkəmədə dindirilmiş bütün şahidlər, tədqiq olunmuş ekspert rəyləri və digər sənədlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə, eləcə də icraçı kimi Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə törədilmiş cinayətə Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirlmədiyini təsdiq etmişdir. İttiham tərəfinin təqdim etdiyi heç bir şahid nə ibtidai istintaq mərhələsində, nədə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs tərəfindən ittiham olunduğu Cinayət Məcəlləsinin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsini göstərməmişdir. İş üzrə toplanılmış ekspert rəyləri və digər sənədlərdə də Təqsirləndirilən şəxs tərəfindən ittiham olunduğu Cinayət Məcəlləsinin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsini təsdiq edən heç bir dəlil müəyyən edilməmişdir. İstintaq orqanı mövcud olmayan sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham verməklə onun təqsirliliyi ilə bağlı səhv nəticəyə gəlmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda, onun Şahid1 və onun əri X6 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 5 (beş) il müddətinə özünə etibar edilməsi haqqında istintaqla müəyyən olunmayan şəraitdə Əli İbrahimov və Şahid1 imzaları saxtalaşdırılmaqla imzalanaraq, habelə texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusunun saxta möhürünü hazırlamaqla sənəd üzərinə vuraraq hüquq verən rəsmi sənəd olan Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/12853 nömrəsi ilə qeyd edilmiş xx.xx.2011-ci il tarixli saxta etibarnaməni istintaqla müəyyən edilməyən yerdə qabaqcadan əlbir olduğu Şahid10 və Şahid12la birlikdə qanunsuz hazırladığı qeyd olunsa da, Təqsirləndirilən şəxs tərəfindən bu hərəkətlərin edilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, yalnız əsassız mülahizələr əsasında, heç bir sübuta istinad edilmədən təqsirləndirilən şəxsə bununla bağlı ittiham verilmişdir. İstintaq orqanı həmin etibarnamənin hazırlanmasında Təqsirləndirilən şəxs iştirakı olması qənaətinə yalnız bu saxta etibarnamənin Təqsirləndirilən şəxs adına tərtib edilməsinə görə gəlməklə yanaşı, bu etibarnamənin törədilmiş cinayətə ümumiyyətlə aidiyyətinin olmamasını və hər hansı bir cinayətkar məqsədə çatmaq üçün istifadə edilmədiyini belə nəzərə almamışdır. Başqa, sözlə həmin etibarnamə Şahid12 və Şahid10 tərəfindən külli miqdarda dəyəri olan özgə əmlakının dələduzluq yolu ilə talanmasında istifadə edilməmiş, bu məqsədlə yalnız Şahid12 adına verilmiş xx.xx.2006-cı il tarixli saxta etibarnamədən istifadə edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın CM-nin 320.1-ci maddəsi ilə olan hissəsində təqsirli hesab edilə və buna görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bundan əlavə, istintaq orqanı eyni qaydada, yəni heç bir əsaslı sübut olmadığı halda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə də, Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürsə də, külli miqdarda özgə əmlakını talanmasında niyyətinin nədən ibarət olmasını aydınlaşdırmamış, hətta Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş itthamda onun bu cinayətdə iştirak eməkdə niyyətinin nədən ibarət olmasını fərdiləşdirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsi marağı olmadan müstəsna dərəcədə yaxın münasbətdə olmadığı Şahid10 və C.Gülmmədovun maraqları naminə ona qarşı irəli sürülmüş ittihamda əksini tapmış Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ağır cinayəti törədilməsində iştirakı bir tərəfdən inandırıcı deyildir, digər tərəfdən isə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs bu cinayətin törətdilməsində rolunun nədən ibarət olması, onun bu cunayət əməlini törədərkən nə əldə etməyə çalışdığını və ya baş vermiş cinayət hadisi nəticəsində nəyə nail olduğunu, o cümlədən talanmış külli midarda puldan ona hər-hansı bir məbləğdə olan hissəsinin verilməsi götərilməmişdir ki, bu da, ibtidai istintaq orqanı tərəfindən bu halların mövcud olmadığının müəyyən edildiyi və buna baxmayaraq Təqsirləndirilən şəxs faktiki olaraq cinayətin subyektiv və obyektiv cəhhətləri olmadan, tam əsassız şəkildə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittham irəli sürüldüyünü göstərir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə Şahid10 və Şahid12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, onlar tərəfindən bu cinayətlərin həmin məhkəmədə iştirak etməyən Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hökmdə cinayətlərin Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi göstərilsə də, digər bütün sübutlarıın məcmusu ilə Təqsirləndirilən şəxs həmin ittiham üzrə təqsirliliyi sübuta yetmədiyi halda, yalnız həmin hökm əsasında onun təqsirli bilinməsi yolverilməzdir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarını rəhbər tutur və həmin hökmün hazırki cinayət işi üzrə preyudisial əhəmiyyətə malik olmadığını qeyd edir. Belə ki, həmin Qərarın nəticə hissənin 1 və 2-ci bəndlərində göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şahid12la hadisənin baş verdiyi 24 fevral 2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq metrostansiyasının yaxınlığında görüşdükləri və yaxınlıqda bir neçə notariat kontoru olduğu halda, bu və ya daha yaxın olan ərazilərdə yerləşən notariusa yox, məhz bələdçilik edərək 30 km-dən artıq məsafədə - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 31 saylı notariat kontoruna aparması və bununla da, Şahid12 sonuncunun öz adına olan saxta etibarnamədən istifadə etməsinə şərait yaratması, məhkəmə baxışı zamanı isə bunun səbəbini izah edə bilməməsi Təqsirləndirilən şəxs Ceyhun Gülməmçədova Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə köməkçilik etməsi qənaətinə gəlməyə imkan verir. Çünki, məhz bu cinayət əməlinin törədildiyini bilmədiyi halda olduqca yaxın məsafədə olan notariusa deyil, kəskin şəkildə fərqli məsafədə olan notariusa Şahid12 aparması və taksi sürücüsü olduğu halda Şahid12 şifahi qaydada tərif etməklə kifayətlənməyərək ona əyani şəkildə bələdçilik etməyə razılaşması Təqsirləndirilən şəxs Şahid12 orada saxta sənəddən istifadə edəcəyindən xəbərsiz olması qənaətinə gəlməyi mümkünsüz edir. Bu da, onu göstərir ki, Təqsirləndirilən şəxs Şahid12 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə köməkçilik etmişdir. Məhkəmə qeyd edir ki, həmin saxta sənədin istifadəsinin nəticəsində Təqsirləndirilən şəxs marağı olması təsdiq edilmədiiyi, eləcə də, onun birbaşa icraçı olmadığı müəyyən olunduğuna görə Təqsirləndirilən şəxs bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 320.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, hətta bu halda belə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə olan hissəsinin predmeti olan saxta sənədlərin hazırlanmasında, habelə ona qarşı irəli sürülmüş ittihamın Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan hissəsində göstərilmiş cinayət əməlinin törədilməsində təsdiq edilmədiyinə görə, bir tək Şahid12 saxta sənəddən istifadə etməsinə köməkçilik etməsi əsas kimi götürülə və yalnız bu əsasla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 320.2-ci maddəsi ilə yanaşı Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri təqsirli olaraq, yəni qəsdən törətməsi qənaətinə gəlmək olmaz. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, Təqsirləndirilən şəxs Şahid12 məhz 31 saylı notariusa gedərək saxta sənəddən istifadə etməsinə köməkçilik etsə də, notariusa daxil olmaması, Şahid12 notariat hərəkətlərini aparmasının əsas məqsədinin nədən ibarət olmasını bilməməsi və bu zamanı tərtib olunan yeni sənədin məzmununu ilə belə maraqlanmaması Təqsirləndirilən şəxs məhz ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş dələduzluq cinayətinin tərkib hissəsi olaraq Şahid12 saxta sənəddən istifadə etməkdə köməkçilik etməsinin təkzib olunduğunu göstərir. Məhkəmə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini və digər sənədləri tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə onun törədilmiş cinayətlərə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməli, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi isə onun əməli həmin Məcəllənin 32.5, 320.2-ci maddəsinə tövsif edilməli, bu əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə Təqsirləndirilən şəxs təqsirli bilinməli, lakin ona cəza təyin edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli 2015-ci ildə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 320.2-ci maddəsi ilə barəsində aparılan cinayət təqibinə xitam verilməsi barədə xahişinin olmadığını və onun özünü təqsirli biləmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X13rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X20 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2, 42.2.3 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.3 və 42.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə, eləcə də şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə törədilmiş cinayətlərə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməsini, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi isə əməlinin həmin Məcəllənin 32.5, 320.2-ci maddəsinə tövsif edilməsini, bu əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə Təqsirləndirilən şəxs həmin əmələ görə təqsirli bilinərək ona cəza təyin edilməməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə bəraət hökmünün çıxarılması, Cinayət Məcəlləsinin 32.5, 320.2-ci maddəsi ilə isə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə ona cəza təyin edilməməsinə görə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxs baraət verilməsi, eləcə də cəza təyin edilməməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilən xx.xx.2011ci il tarixli etibarnamə, Bakı şəhəri 7 saylı xüsusi notariat kontorundan daxil olmuş 2006-cı ilə aid 6 ədəd etibarnamə və qəbzlər, Şahid10 adından Şəki rayon Qeydiyyat şöbəsinə ünvanlanmış ərizə, “Sumqayıt” qəzetinə Şahid1 adından ünvanlanmış ərizə, xx.xx.2006-cı il tarixli etibarnamə, xx.xx.2015-ci il tarixli etibarnamə, Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna aid notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E/21 nömrəli reyestrindən çıxarışın surəti, Sumqayıt “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən xüsusi notariat kontorunda 4Ə-832 nömrəli notariat işinə dair sənədlərin surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən daxil olmuş **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış sənədlərin surəti (0852938, 0599212, 0581477, 0440366, 0373445, 0144205, ******* nömrəli çıxarışlar, torpaq sahəsinin plan və ölçüləri, ərizələr, məktub, icra vərəqəsi, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələri, arayış, dövlət aktının surətləri), xx.xx.2015-ci il tarixli etibarnamənin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərci kimi göstərilmiş 173 manat məbləğində xərcin Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə Şahid10 və Şahid12 tərəfindən tutulması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 42.1, 44.2.3, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə onun törədilmiş cinayətlərə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 320.2-ci maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dərhal ləğv edilsin və o, həbsdən azad olunsun. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilən xx.xx.2011-ci il tarixli etibarnamə, Bakı şəhəri 7 saylı xüsusi notariat kontorundan daxil olmuş 2006-cı ilə aid 6 ədəd etibarnamə və qəbzlər, Şahid10 adından Şəki rayon Qeydiyyat şöbəsinə ünvanlanmış ərizə, “Sumqayıt” qəzetinə Şahid1 adından ünvanlanmış ərizə, xx.xx.2006-cı il tarixli etibarnamə, xx.xx.2015-ci il tarixli etibarnamə, Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna aid notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E/21 nömrəli reyestrindən çıxarışın surəti, Sumqayıt “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən xüsusi notariat kontorunda 4Ə-832 nömrəli notariat işinə dair sənədlərin surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən daxil olmuş **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış sənədlərin surəti (0852938, 0599212, 0581477, 0440366, 0373445, 0144205, ******* nömrəli çıxarışlar, torpaq sahəsinin plan və ölçüləri, ərizələr, məktub, icra vərəqəsi, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələri, arayış, dövlət aktının surətləri), xx.xx.2015-ci il tarixli etibarnamənin surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə olan məhkəmə xərclərinin Təqsirləndirilən şəxs aid edilmədiyi nəzərə alınsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-55/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-55/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver