Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-55/2023 29.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının, Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Naxçıvan Muxtar Respublikasının, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa şəxsiyyəti məlum olmayan Yaşar adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə göndərdiyi külli miqdarda narkotik vasitə heroini ölkə ərazisində satışını həyata keçirib 300 manat qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, mobil telefonun «Whatsap» proqramı vasitəsi ilə yazışıb sonuncunun tapşırığı ilə narkotik vasitələrin olduğu yeri öyrəndikdən sonra, 2021-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri Suraxanı rayonu adsız mağazanın qarşısında 32,527 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb qanunsuz əldə edərək üzərində saxlamış və daşımış, 22 noyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtanş tədbirləri nəticəsində həmin yerdə saxlanılaraq Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə olan heroin təmiz çəkiləri 17,954 qram və 14,573 qram olmaqla iki ədəd sellofan bükümdə onun əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən, üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd gümüşü rəngli elektron tərəzi həmin gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa şəxsiyyəti məlum olmayan Yaşar adlı İran İslam Respublikasının vətəndaşı ilə təkrarən qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroini ölkə ərazisində satışını həyata keçirib 300 manat qazanc əldə etmə barədə razılığa gəldikdən sonra 2021-ci ilin noyabr ayının 22-də səhər saatlarında mobil telefonun «Whatsapp» proqramı vasitəsi ilə yazışıb sonuncunun tapşırığı ilə narkotik vasitələrin olduğu yeri öyrəndikdən sonra, külli miqdarda, yəni ümumi təmiz çəkisi 945 qram olan tünd qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, yəni təsiredici maddənin ümumi miqdarının 20,84 qram təşkil etdiyi 521 ədəd qəhvəyi rəngli sintetik narkotik vasitə olan metadon həblərini və külli miqdarda, yəni təmiz çəkisi 22,844 qram kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetamini əldə edib saxlayaraq daşımaqda razılaşmış, 22 noyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şöbənin inzibati binasına gətirildiyi üçün iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməyib qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımağa cəhd etmiş, 23 noyabr 2021-ci il tarixdə saat 19:50-dən başlayaraq keçirilmiş baxış zamanı həmin narkotik vasitə olan heroin külli miqdarda, yəni təmiz çəkisi 455 qram və külli miqdarda, yəni təmiz çəkisi 490 qram olmaqla 2 ədəd bükümdə, külli miqdarda, yəni təsiredici maddənin ümumi miqdarının 20,84 qram təşkil etdiyi 521 ədəd qəhvəyi rəngli sintetik narkotik vasitə olan metadon həbləri 53 ədəd listdə, külli miqdarda, yəni təmiz çəkisi 22,844 qram kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetamin isə 1 ədəd bükümdə olmaqla bir ədəd sellofan torbada Bakı-Quba yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 14-cü kilometrliyində yerləşən "xxxx" MTK yaşayış kompleksinə Azərqaz İstehsalat birliyi tərəfindən quraşdırılmış qaztənzimləyici qurğunun yanından aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, üzərində 32 qram heroin olub. Suraxanı RPŞ-nin 12-ci PB-nin rəis müavini ona demişdir ki, İranlıya de narkotik atsın. O da İranlı ilə danışmış, o narkotik vasitə göndərmiş, polislərlə birlikdə gedib həmin narkotiki götürmüşlər. Sonra PBə geri qayıtmışlar. O, özü 3 ay idi ki, heroin istifadə edirdi. Heroini İran vətəndaşından internet vasitəsilə sifariş edirdi. İranlıya saxlanmamışdan 1 həftə əvvəl “Millön” vasitəsilə 160 manat pul göndərmiş, o, da ona 32 qram heroin göndərmişdir. İranlının adı Yaşar idi. Onun adını telefonda “Əmi” yazmışdır. Narkotik vasitəni, o, Neftçilər metrostansiyası yaxınlığında kürpünün altından götürmüşdür. Götürdüyü narkotik vasitə 1 bükümdə 32 qram çəkidə idi. O, narkotiki 15 noyabrda götürmüşdür. 22 noyabrda tutulanda narkotik vasitə üzərində idi. 22 noyabr 2021-ci ildə sat 18 radələrində yaşadığı evin qarşısında polislər onu saxlamışlar, üzərində həmin vaxt 1 bükümdə 32 qram çəkidə heroin var idi. Polislərin sözü ilə o, İranlı ilə danışmışdır ki, əlavə narkotik vasitə göndərsin, onlar da onu buraxsınlar. O da kömək etmək üçün İranlı ilə danışmış, o narkotik vasitə göndərmiş, polislər gedib götürmüşdür. PB-ə gələndə üzərində telefon olmuşdur. Telefonda İranlı ilə “Whatsapp” yazışmaları yox idi. Süleyman İranlı ilə danışmağını istəmiş, o da saat 12 radələrində onunla danışmışdır ki, əlavə olaraq narkotik vasitə atsın. Həmin yazışmalar telefonunda qalmışdır. Sonradan Abşeron rayon ərazində qoyulan narkotikləri İranlı polislərin sözü ilə göndərmiş və gedib polislərlə götürmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsində görünür ki, o, təxminən 3 aydır ki, narkotik vasitə olan heroin qəbul edir. Narkotik vasitə olan heroini İran İslam Respublikası vətəndaşı olan, adının “Yaşar” olduğunu bildiyi şəxsdən alır. Belə ki, Yaşar adlı həmin şəxs mobil telefonunun “WhatsApp” proqramı vasitəsilə onun istifadəsində olan mobil telefona bank kartının fotoşəklini göndərir, o, da həmin karta razılaşdığı məbləğdə pul göndərir və sonra narkotik vasitə və ya psixotrop maddə qoyulan ünvanın fotoşəklini və yerini ona göndərir və o, həmin ünvandan narkotik vasitə və ya psixotrop maddəni götürür. Bundan başqa, İran İslam Respublikası vətəndaşı olan “Yaşar” adı ilə tanıdığı şəxsdən aldığı narkotik vasitə və ya psixotrop maddəni satmaq məqsədi ilə müxtəlif ünvanlara qoyur və bunun qarşılığında “Yaşar”dan müxtəlif məbləğlərdə pul alır. Təxminən bir həftə əvvəl, yəni 2021-ci ilin noyabr ayının ortalarında axşam saatlarında “Yaşar” adlı şəxslə mobil telefonunun “WhatsApp” proqramı vasitəsilə danışan zaman o, Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən adsız mağazanın qarşısına hansısa şəxs tərəfindən sellofan paketin içərisində narkotik vasitə olan heroin qoyulduğunu, həmin heroini götürüb özündə saxlamağını, onun sözlərinə əsasən müxtəlif ünvanlara qoymağını tapşırdı və 300 manat pul verəcəyini bildirdi. O, da etiraz etməyərək “Yaşar”ın dediyi ünvana gedib adsız mağazanın qarşısında qoyulmuş iki ədəd bükümdə olan heroini götürmüş və əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibinə qoyub həmin yerdən uzaqlaşmışdır. 22 noyabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki evin yaxınlığında tək və piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və bir qədər söhbət etdikdən sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş maddə olması barədə məlumatlarının olmasını bildirərək onu Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis şöbəsinə gedib xidməti otaqlardan birinə daxil olmuşdur. 12-ci polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, ona müdafiəçi təyin edilmiş və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Həmin vaxt o ərizə ilə müraciət edərək üzərinə keçiriləcək şəxsi axtarışda müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra üzərinə şəxsi axtanş keçirildi və o üzərində, yəni əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibində olan 2 büküm heroini, həmin gödəkçənin sol cibində olan 1 ədəd elektron tərəzi və 1 ədəd “Samsung” markalı mobil telefonu könüllü təqdim etdi. Bundan başqa üzərindən hər hansı əşya yaxud predmet aşkar edilmədi. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin qablaşdırıldı, axtanş keçirilməsi ilə bağlı protokol tərtib edildi, digər iştirakçılar, eləcə də, o həmin protokolu və qablaşdırmanı imzalamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, 22 noyabr 2021-ci il tarixdə səhər saatlannda İran İslam Respublikası vətəndaşı olan Yaşar adlı şəxslə mobil telefonunun “WhatsApp” proqramı vasitəsilə danışan zaman Yaşar ona demişdi ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yolun kənarında yerləşən "xxxx" MTK-nın yanında quraşdınlmış qaz tənzimləyən qurğunun arxa hissəsində iki ədəd sellofan bükümdə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və çoxlu sayda narkotik vasitə metadon var, həmin narkotik vasitə və psixotrop maddələri götürsün, sonradan onun sözlərinə görə müxtəlif ünvanlara qoysun, bunun qarşılığında ona 300 manat pul verəcəkdir. O, buna etiraz etməmiş və razılaşmışdır. Düşünmüşdür ki, həmin gün axşam saatlarında gedib götürər. Lakin, 22 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Sabunçu rayon Polis İdarəsinin əməkdaşlan tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığına görə “Yaşar” adlı şəxsin ona yerini dediyi narkotik vasitə və psixotrop maddələri qeyd etdiyi yerdən götürə bilməmişdir. 23 noyabr 2021-ci il tarixdə də saat 19 radələrində polis əməkdaşlarına həmin yeri “Yaşar” adlı şəxsin ona göndərdiyi şəkil əsasında tapıb göstərmişdir. Həmin yerə onun və müdafıəçisinin iştirakı ilə baxış keçirilmiş, o həmin yerdə, yəni Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yolun kənarında yerləşən "xxxx" MTK-ya Azərqaz İstehsalat birliyi tərəfindən quraşdırılmış qaztənzimləyici qurğunun arxasından içərisində narkotik vasitə və psixotrop maddə olan torbanı götürərək təqdim etmişdir. Həmin torbaya baxış keçirildikdə görmüşdür ki, torbada iki ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 53 ədəd listdə narkotik maddə metadon həbləri vardır. Aşkar edilmiş narkotik vasitə heroin, metadon həbləri və psixotrop maddə metamfetamin qablaşdırıldı, axtarış keçirilməsi ilə bağlı protokol tərtib edildi, digər iştirakçılar, eləcə də özü həmin protokolu və qablaşdırmanı imzalamışdır. İran İslam Respublikası vətəndaşı olan “Yaşar” adlı şəxsdən başqa heç kimdən narkotik vasitə və psixotrop maddə almamışdır. (Cild 1, iş vərəqləri 92- 95,133-136, 210-213). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması, üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, məlumat Şahid2 daxil olmuşdu. Həmin məlumat əsasında təqsirləndirilən şəxsi 22 noyabr 2021-ci ildə saat 18 radələrində Ramana qəsəbəsində Şuşa şəhərciyində saxlamış, saxladıqdan sonra polis bölməsinə gətirilib üzərinə baxış keçirilmişdir. Üzərindən iki büküm heroin, elektron tərəzi və mobil telefon aşkar edilmişdir. İranlının göndərdiyi narkotik vasitələri həmin tərəzi ilə ölçüb payladığını, qarşılığında 300-400 manat pul aldığını bildirmişdir. Daha sonra, keçirilmiş əməliyyat-istintaq tədbirləri çərçivəsində məlum olmuşdur ki, təqsirləndirilən şəxsə əlavə olaraq narkotik vasitə göndəriləcəkdir. Buna görə istintaq qrupu ilə Abşeron rayonu Xırdalan şəhərində Çinar MTK-a getmişlər. Təqsirləndirilən şəxs özü həmin ünvanda qaztənzimləyici qurğunun yanından içərisində heroin və metamfetamin olan sellofan torbanı götürərək polisə təhvil vermişdir. Təqsirləndirilən şəxs deməsinə görə İranlı narkotiki də saxlanmamışdan əvvəl göndərmişdi, sadəcə onu tutduqları üçün gedib götürə bilməmişdi. Müstəntiq, Şahid2lə birlikdə gedib onun dediyi yerdən narkotiki götürmüşlər. İranlı ilə danışmasını görməmişdir. Təqsirləndirilən şəxsi əməliyyat qrupu ilə birlikdə saxlamışlar. Əməliyyat qrupunda Süleyman Abbasov adlı polis əməkdaşı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili olmuş Şahid2 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında 22 noyabr 2021-ci ildə saat 18 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Polis bölməsinə gətirilmişdir. Orada üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən iki büküm heroin, elektron tərəzi və mobil telefon aşkar edilmişdir. O, Abşeron rayonu, Xırdalan şəhərində "xxxx" MTK yaşayış kompleksində “Azəriqaz” İstehsalat birliyi tərəfindən quraşdırılmış qaztənzimləyici qurğunun yanında içərisində narkotik vasitə və psixotrop maddə olan torba olduğunu etiraf etmişdir. Həmin torbaya baxış keçiriləndə iki ədəd böyük ölçülü büküm,bir ədəd nisbətən kiçik ölçülü sellofan büküm müstəntiq tərəfindən çıxarılmışdır. Torbada heroin, psixotrop maddə metamfetamin, «Metadon» sözləri yazılmış həblər olmuşdur. Məhkəmədə dindirilmiş Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dindirmə zamanı özü Abşeron rayonu, Xırdalan şəhərində "xxxx" MTK yaşayış kompleksində “Azəriqaz” İstehsalat birliyi tərəfindən quraşdırılmış qaztənzimləyici qurğunun yanında içərisində narkotik vasitə və psixotrop maddə olan torba olduğunu etiraf etmişdir. Məlumat əsasında həmin əraziyə baxış keçirilmiş və götürmə aparılmışdır. Bununla bağlı hər hansı əməliyyat məlumatı daxil olmamış, istintaq yolu ilə təqsirləndirilən şəxsin dindirilməsi zamanı bu məlumatı əldə etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə haqqında” 22 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan olunmuş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etsin. O, əynindəki qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə, həmin gödəkcənin sol yan cibindən bir ədəd elektron tərəzi və bir ədəd “Samsug” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. (Cild 1, iş vərəqləri 30-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Baxış keçirmə və götürmə haqqında 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yolun kənarında yerləşən "xxxx" MTK-nın yanında quraşdınlmış qaz tənzimləyən qurğunun arxa hissəsinə baxış keçirilmiş, bir ədəd torbanın içərisində iki ədəd sellofan bükümdə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və çoxlu sayda narkotik vasitə metadon aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı ona “Whatsapp” vasitəsilə həmin yerin şəklini göndərmiş, ora narkotik vasitə qoyduğunu bildirmiş, o da 300 manat qarşılığında onları deyilən ünvanlara çatdıracaqdı. Lakin həmin gün polis əməkdaşları tərəfindən saxlanıldığı üçün o gəlib həmin torbanı götürə bilməmişdir. (Cild 1, iş vərəqləri 60-61) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə haqqında” 22 noyabr 2021-ci il tarixli və “baxış keçirmə və götürmə haqqında 23 noyabr 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 32, 62) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 68) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 23 noyabr 2021-ci il tarixli 6/5178 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd bükümdə hər birinin ayrı-aynlıqda təmiz çəkisi 17,954 qram və 14,573 qram olmaqla, ümumi çəkisi 32,527 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqdim olunmuş 1 ədəd tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. (Cild 1, iş vərəqləri 42-47). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq elan olunaraq edilən 24 noyabr 2021-ci il tarixli 6/5206 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, «Bakı-Quba yolunun,.... Metamfetaminə bənzər kütlələr olan sellofan torba» yazılan paketdə təmiz çəkisi 455,0 qram olan açıq qəhvəyi rəngli maddə, 1 ədəd bağlamada təmiz çəkisi 490,0 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bağlamada təmiz çəkisi 22,844 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, ümumi sayı 521 ədəd olan qəhvəyi rəngli həb sintetik narkotik vasitə-metadon olub,521 ədəd həbin tərkibində metadonun təsiredici maddənin ümumi miqdarı 20,84 qramdır(həbin üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır). Tədqiqata təqdim edilmiş üzərində «Ekspert rəyi 6/5178» yazılan paketdə «Vət. Təqsirləndirilən şəxs üzərindən ...» yazı və imzalar olan zərfdəki 2 ədəd bükümdə ümumi təmiz çəkisi 32,427 qram, təmiz çəkisi 455,0 qram və təmiz çəkisi 490 qram heroinlər öz xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. (Cild 1, iş vərəqləri 108-115). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 564 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 192-193). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “Telefona baxış keçirilməsi haqqında” 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona keçirilən baxış zamanı istifadə etdiyi mobil nömrədən «Whatsapp» vasitəsi ilə +**********42 saylı nömrə ilə əlaqə saxlaması müəyyən olmuşdur. Cinayət işinə əlavə edilmiş ölkə kodlarının siyahısından görünür ki,+98 başlayan kod İran İslam Respublikası operatoruna aiddir. (Cild 1, iş vərəq 194) Cinayət işi materiallarında olan “Azerfon MMC”-dən daxil olmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında narkotik vasitələrin satışı ilə bağlı SMS mətnlər vardır. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 32,327 qram çəkidə narkotik vasitə olan heroin, həmçinin Abşeron rayonu ərazisində aşkar edilərək götürülmüş 455,0 qram olan heroindən qalıq qalmış 454,95 qram, 490,0 qram heroindən qalıq qalmış 489,95 qram, 22,844 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən qalıq qalmış 22,794 qram, 521 ədəd olan qəhvəyi rəngli həb sintetik narkotik vasitə-metadon olub, 521 ədəd həbdən qalıq qalmış 511 ədəd həb iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd disk və “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 137-140) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 155-156) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddələri ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün alması, “Whatsapp” vasitəsilə İran vətəndaşı ilə danışmaması, polis rəisinin onu İran vətəndaşına yazmağa təhrik etməsi bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefona baxış keşirilərkən müəyyən edilmişdir ki, həmin telefonun şəkillər bölməsində və “vatsap” tətbiqetməsində külli miqdarda narkotik vasitələrin əldə edilməsi və müxtəlif ünvanlara qoyulması ilə bağlı səs yazıları, foto və videomateriallar vardır. Bu da digər sübutlarla birlikdə bir daha onu təsdiq edir ki, təqsirləndirilən şəxs İran vətəndaşı ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, müstəntiq tərəfindən dindirmə zamanı peşəkarlıqla Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində külli miqdarda psixotrop maddə və narkotik vasitələrin olmasının müəyyən edilməsi, həmin narkotiklərin könüllü verilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabunçu rayon məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 103-105) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sabunçu RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 977,227 qram olan narkotik vasitə heroin, 22,794 qram olan psixotrop maddə metamfetamin, 511 ədəd metadon həbi məhv edilməlidir. 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş materiallarına əlavə edilmiş 01 ədəd mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 177 manat 40 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sabunçu RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 977,227 qram olan narkotik vasitə heroin, 22,794 qram olan psixotrop maddə metamfetamin və 511 ədəd metadon həbi məhv edilsin. 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş materiallarına əlavə edilmiş 01 ədəd "Samsung" markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 177 manat 40 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-55/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-55/2023
29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver