Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-55/2024 23.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibləri - X1 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi - X3, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1978-ci ildə Yardımlı rayonu, Ökü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Yardımlı rayonu, Ökü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda müvəqqəti yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs hadisədən təxminən bir ay əvvəl arvadı X8 onlara məxsus satılıq geyim əşyalarının Yardımlı rayonu, Ökü kəndində yerləşən fərdi yaşayış evindən əmisi nəvəsi Zərərçəkmiş şəxs arvadı X11 və qardaşı arvadı Şahid13 Nətavan qızı tərəfindən oğurlanması barədə söylədiyi ifadələrə aydınlıq gətirmək istədiyini bildirən Zərərçəkmiş şəxs tələbi ilə 17 avqust 2022-ci il tarixdə saat 21 radələrində bacısı X4 yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə, yataqxana 1 ünvanında yerləşən evinə gələrkən, sonuncunun həmin ünvana sərxoş vəziyyətdə gəldiyini gördükdə, Zərərçəkmiş şəxs ayıldıqdan sonra söhbət edə biləcəklərini deyib oradan kirayə yaşadığı ünvan 3 ünvanına yollanmış, buna baxmayaraq yüngül dərəcəli sərxoşluq vəziyyətində olan Zərərçəkmiş şəxs həmin gecə saat 22 radələrində onun evinə gəlib münasibətlərini aydınlaşdırmağa başlayaraq əsaslı səbəb olmadan onu və süfrə arxasında şam edən ailə üzvlərini nalayiq ifadələrlə söyüb aralarında yaranan münaqişə zamanı əlbəyaxa olub dartışarkən süfrə üzərindəki taxta dəstəkli, tiyəsinin uzunluğu 200 mm olan, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürərək, Zərərçəkmiş şəxs 01 (bir) dəfə zərbə vurmaqla, sonuncuya sol kürək nahiyəsinin döş boşluğuna keçən, döş aortasım, döş qəfəsi üzvlərinə məxsus vesserial və perietal şaxələri, bronx və qida borusunun şaxələrini zədələyən deşilmiş-kəsilmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yarası xəsarət yetirmiş, lakin şərh olunan xəsarəti yetirdikdən dərhal sonra ona tibbi yardım göstərilməsi məqsədilə saat 22:20 radələrində yaşadığı binanın arxasında yerləşən Sumqayıt şəhər X23 stansiyasına qaçaraq baş vermiş hadisə barədə məlumat verməklə sonuncu üçün tibbi yardım istəmiş, TTY Stansiyasının həkimləri qeyd olunan ünvana gələnədək, Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən baş vermiş kəskin qanitirmə nəticəsində ehtiyatsızlıqdan ölmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən təxminən bir ay əvvəl Zərərçəkmiş şəxs ailəsi ilə Yardımlı rayonu, Ökü kəndinə getmiş, babası Adiş Şəbiyevin evində təmir işləri aparmış, ondan bir neçə gün sonra atası Şahid2, arvadı Rəfiqə, oğlu Şahid11, Ramizin arvadı Zəhra və onlarınn uşaqları ilə kəndə getmişlər. Onlar kənddə olarkən Şahid13 qızım Nigar Şabılının mobil telefonuna səsli mesaj göndərib kənddəki evdə satmaq üçün stol üçün örtük olub-olmadığını və qiymətini soruşub almaq istədiyini bildirmişdir. Qızı həmin malın qiymətini anasından soruşmuş, anası demişdir ki, gedib baxsınlar, orada başqa mallar da var, nə lazımdırsa götürə bilərlər. Bir neçə gündən sonra Şahid2 ailəsi ilə şəhərə qayıtdığını, Zərərçəkmiş şəxs isə kənddə qaldığını eşitmişdir. Daha sonra Neftçala rayonunda yaşayan Şahid9 ailəsi ilə kəndə getmiş, 2-3 gün həmin evdə qalıb getmişlər. Bir neçə gün sonra o ailəsi ilə birlikdə kəndə getmişlər. Kəndə gedəndə həyat yoldaşı Nəsibə Ağayeva satmaq üçün alıb evə qoyduğu əşyalara diqqət edərkən həmin mallardan bir neçəsinin yerində olmadığını görüb düşünmüşdür ki, Şahid13 onlarla danışdıqdan sonra süfrə almaq üçün evdəki mallara baxarkən həmin malların arasından onlara lazım olanları götürüblər, yəni alıblar, ya da həmin malları harasa qoyublar. Bunu bilmək üçün X22 Şəbiyevaya mobil telefon vasitəsilə zəng edib evdə olan əşyalara baxıb-baxmadığını, həmin əşyalardan xoşlarına gələni və ya onlardan götürdükləri olub- olmadığını soruşmuş, Şahid13 da həmin əşyalara baxmadıqlarını və götürmədiklərini demişdir. Bundan sonra Şahid13 Türkay Şəbiyevanın oradan hər hansı əşya götürüb-götürmədiyini soruşduqda, Şahid13 Türkay Şəbiyevanın da hər hansı bir əşya götürmədiyini bildirmişdir. Bundan sonra məsələ yekunlaşmışdır. Bir gün yaşadığı evə gəldikdə qızının ağladığını görmüşdür. Ondan ağlamağının səbəbini soruşduqda Şahid13 və Türkay Şəbiyevanın onların mobil telefon nömrələrini blok etdiyini, guya onlara böhtan atdıqlarını bildirmişdir. O da qızının ağladığı və bunun ona pis təsir etdiyi üçün bu məsələni yekunlaşdırmaq məqsədilə, Şahid11 zəng edib onların yaşadığı evə getmişdir. 17 avqust 2022-ci il tarixdə Şahid11və Şahid1 ilə söhbət edib məsələnin onların düşündükləri kimi olmadığını izah etmiş və onlardan üzr istəmişdir. Onların qohum olduqlarını, aralarındakı münasibətləri kəsməməli olduqlarını və s. bildirmişdir. Daha sonra o, işə getmişdir. İşdə olarkən Zərərçəkmiş şəxs ona zəng edərək, onunla görüşmək istədiyini bildirmişdir. Onu yaşadığı evə dəvət etsə də, Zərərçəkmiş şəxs razılaşmayıb bacısı Xanım Şabiyevanın evində görüşəcəyini demişdir. Həmin gün bacısı Xanım Şabiyevanın evində Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Zərərçəkmiş şəxs əsəbi görünməklə yanaşı bir qədər də sərxoş vəziyyətdə oluşdur. Zərərçəkmiş şəxs söhbətə başlayan kimi nə üçün ona və ailəsinə evlərindən oğurluq etmələri barədə böhtan atdıqlarını sual etmişdir. Başa düşmüşdür ki, Zərərçəkmiş şəxs rayondan qayıdan kimi anası və arvadı ona onların barələrdə yalan məlumatlar vermiş və Zərərçəkmiş şəxs onların onun ailəsinə oğurluq böhtanı atdıqlarına inanmışdır. Zərərçəkmiş şəxs məsələni izah etməyə çalışsa da, o, onun ailəsinin ünvanına nalayiq ifadələr səsləndirmişdir. Zərərçəkmiş şəxs sərxoş olmasını və s. nəzərə alaraq, mübahisəni davam etdirməmiş və yaşadığı evə getmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişdir. O, əvvəlcə qızından yüksək səslə baş verənlər barədə bəzi şeylər soruşmuşdur. Daha sonra onu süfrəyə dəvət etmişdir. Zərərçəkmiş şəxs nalayiq ifadələr səsləndirməyə davam etmiş, ailəsini təhqir etmişdir. O, onu tənbeh etmək məqsədilə ona şillə vurmuşdur. Zərərçəkmiş şəxs də ona kəllə atmışdır. Zərərçəkmiş şəxs sakitləşməyib daha da çox əsəbləşmiş və nalayiq ifadələr səsləndirməyə davam etmişdir. O, xoşagəlməz bir hadisə baş verməməsi üçün dərhal “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Zərərçəkmiş şəxslə aralarında olan mübahisə artıq davaya çevrilmişdi. Ailə üzvləri də onları ayırmağa çalışmışdır. Zərərçəkmiş şəxs onu süfrənin üzərinə yıxmışdır. Həmin vaxt o, süfrədə olan mətbəx bıçağını görmüş və həmin bıçaqla Zərərçəkmiş şəxs qorxutmağı düşünmüşdür. Bıçağı əlinə götürmüş və bıçaq tutduğu əlini göyə qaldırmışdır. Bıçağın iti olan hissəsi aşağı istiqamətdə idi. Bu zaman qızı da Zərərçəkmiş şəxs və onun arasında idi. Zərərçəkmiş şəxs qəfildən əyilərək onun ayaqlarından tutaraq, onu yerə yıxmağa cəhd etdikdə, onun bədəni əyilmiş və ehtiyatsızlıqdan bıçaq Zərərçəkmiş şəxs kürək nahiyəsinə girmişdir. Dərhal bıçağı onun kürək nahiyəsindən çıxarmış və ona tibbi yardım göstərməyə çalışmışdır. Həmin vaxt qızının da əli yaralanmışdı. Daha sonra tibb işçilərini çağırmaq üçün getmişdir. Sonra polis əməkdaşlarına da məlumat verərək, onu aparmalarını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 17 avqust 2022-ci il tarixdə saat 22 radələrində evə çatmış, uşaqlan onsuz şam etməmiş, otaqda döşəmədə süfrə açıb arvadı Nəsibə, qızları Nigar və Xumarla şam edərkən qapı döyülmüş,qapını qızı Nigar açmış, içəri əvvəl Fariz, onun arxasınca bacısı Xanım daxil olmuş, belə başa düşmüşdür ki,o Xanımgildən çıxandan dərhal sonra Fariz onun arxasınca gəlmişdir. Fariz mənzilə daxil olan kimi qapının girişində hündür səslə Nigarı sorğu-suala tutub kənddə nə baş verdiyini, hansı söhbətlərin aparıldığını soruşmağa başlamışdır. O,süfrədən qalxaraq Farizi qarşılayıb şam süfrəsinə dəvət etmiş, sonuncu bundan imtina edib xeyli hündür səslə danışıb arvadı Nəsibə və qızı Nigarın onun ailəsinə böhtan atdığını deməyə başlamış, nə qədər təmkin göstərsə də Farizin bu tərzdə danışmasına artıq dözməyib «qanacağın olsun, yarım saat əvvəl Xanımgildə arvadının və qızlarının onun ailəsinə böhtan atmadığını, hansı məqsədlə nə üçün söz çıxarıb bu hərəkətləri etdiklərini soruşmuşdur. Bu sözündən sonra Fariz onu qızlarının və arvadının tərəfini saxladığı deyib onlann ünvanına işlədilməsi mümkün olmayan nalayiq ifadələrlə söyüb sakitləşmiş, arvadı onu söydüyünə görə irad tutduqda sinəsindən vurub kənara itələyərək təkrar ünvanına söyüb ailəsinə böhtanı elə o atdığını demişdir. Farizə təkrar, içkili və əsəbi olduğu üçün indi evə gedib sonra ayıq başla gəlib danışmağı təklif etdikdə Farizin bu dəfə onu söyməyə başlamışdır. Fariz uşaqlıqdan yanında böyüyüb onu əmi çağırdığı halda gecə vaxtı evinə gəlib səbəsiz yerə ailəsinin və onun ünvanına söydüyü nalayiq söyüşlərinə görə onu tənbeh şillədən sonra Fariz ona kəllə atmış, kənara çəkmiş, zərbə onu tutmamış, Fariz ona əl-qol atıb nalayiq var-yox söyüşlərini davam etdirib sakitləşməmişdir. Farizin sakitləşməyib daha da azğınlaşdığını görüb saat 22:20 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə onun hərəkətlərindən şikayət edib barəsində tədbir görülməsini xahiş etmişdir. Fariz 102 xidmətinə zəng etdiyini görüb «sən buna da qadirimişsən, sukalıq da edə bilirsən? Belə bir hərəkət edən şəxs pozğunluqda edə bilər adama şər-böhtan da ata bilər!» deyib nalayiq söyüşlərini yağdırıb onunla əlbəyaxaya keçmiş, bacısı qızı və arvadı Farizi ondan birtəhər ayırmış, məcbur olub ikinci dəfə DİNnin 102 xidmətinə zəng edib Farizin hərəkətlərindən şikayət etmişdir. Fariz onun təkrar 102 xidmətinə zəng etdiyini görüb ünvanına söyərək hücum çəkib əlbəyaxaya keçməklə onu vurub döşəmədə hələ də açıq qalan süfrənin üzərinə yıxıb əl çəkməmiş, bu vaxt diqqətini süfrədə olan mətbəx bıçağı cəlb etmiş və bıçağı götürmüş, Farizin bu tərzdə dalaşıb onun və arvad-uşağının ağız-üzünü, var- yoxunu işlədilməsi mümkün olmayan nalayiq ifadələrlə söyüb sakitləşmədiyini, onu vurub əlbəyaxaya keçdiyi üçün əlindəki bıçağı nümayiş etdirməklə onu qorxutmaq, ya da qoluna, əlinə, ayağına bıçaqla kiçik zədə yetirib bu yolla onu əlbəyaxadan və nalayiq söyüşlərindən əl çəkəcəyi düşüncəsi ilə bıçağı sağ əlində yuxan qaldırmış, bunu görən Nigar sağ əlini qabağa doğru uzatmış, bıçaq onun sağ əlinin barmağına dəyib zədələyərək Farizin sol kürək nahiyəsinin boyun hissəsinin yaxın yerinə dəymiş, bıçağın Farizə dəydiyini hiss edib bıçağı dərhal yerə atmış, Fariz aldığı xəsarətdən sonra söyüşlərini və əlbəyaxasını dayandırmış, onu yaraladığını görüb artıq həyəcan keçirmiş, yara yerindən qan çıxmaması üçün yara yerinə dəsmal qoyub sıxaraq ona tibbi yardımı göstərilməsi üçün, həkimlər çağırışa gələrkən mənzilə qalxıb arada vaxt itirməmək, Farizi çağırışa gələn tibbi maşına tez mindirib TTYX-na aparmaq üçün onu qucaqlayıb evdən həyətə düşürərək ağlamış, çünki belə bir hadisənin baş verməsini istəməmiş və gözləməmiş, arvadı, qızları və bacısı onunla həyətə düşmüş, onun və ailəsinin ağlamaq səsinə blokdakı qonşular çıxmış, o bloka çıxıb pilləkənlərlə aşağı enərkən orada olan şəxslərdən TTYS-na zəng edib həkim çağırmağı, o isə qaçıb tez X23 maşını gətirməyi söyləmişdir. Farizi həyətə düşürmək təxminən 10 dəqiqə çəkmiş, blokun qarşısında Farizi yerə qoyub onu ailəsinə və qonşulara tapşınb həkimi tez gətirmək üçün TTYS-na qaçmışdır. Orada nə üçün həkim briqadasının çağinşa gec gəldiyini soruşanda demişlər ki, sanitar maşınlarının hamısı çağırışdadır. Çağırışı qəbul edən tibb işçisinə demişdir ki, adam bıçaqlayıb, xəsarət alana həkim yardımı lazımdır, hadisənin baş verdiyi yer xəstəxanın yaxınlığında yerləşir, mümkünsə həkimlərdən kimsə gedib Farizə ilkin tibb yardım etsin, onu xəstəxanaya aparmaq üçün çağırışdan qayıdan X23 maşını gətirmək üçün orada qalsın Hazırda adım bilmədiyi qadın cinsi həkim və tibbi bacısı göstərdiyi ünvana piyada getmiş,həkim hicablı olmuş, həmin həkimin arxasınca başqa kişi həkim getmiş, arada qızı Xumara zəng edib Farizin vəziyyətini soruşmuş, yaxşı olduğu demiş, elə bu vaxt çağırışdan X23 maşım qayıtmış, dərhal həmin maşına oturub digər həkim briqadası ilə binanın həyətinə gəlmişdir. Həkimlər Farizi müayinə etmişlər, onları tələsdirmişdir ki, Farizi tez maşina mindirib xəstəxanaya aparsınlar, Farizin olduğu blokun qarşısı zəif işaqlanmış, həkim telefon işığında, Farizin müayinə edib xəsətinin yarası dayaz olsada aldığı xəsarətdən şoka düşdüyünü deyib Farizi avtomobilə mindirib Sumqayıt şəhər X24 Xəstəxanasına aparmışlar, onlar xəstənin yanında xəstəxanaya getmək istədikdə imkan verməmişlər. Qızlan arvadı ilə, bacısı Xanım başqa o da digər maşında Farizin arxasınca getmişlər. Yolda olarkən DİN-nin 102 xidmətinə zəng edib az əvvəl evində onu təhqir edən şəxsi bıçaqladığım bildirmişdir. Sumqayıt TTYX-na çatdıqda onlara Farizin aldığı xəsarətdən öldüyünü bildirmişlər. Təqsirləndirilən şəxs Fariz Şabiyev ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs əlavə xəsarət yetirmək imkanı olmuş, amma bunu istəməmiş, ona əlavə xəsarət yetirməyinə heç nə və heç kim mane olmamış, Farizə əslində yüngül xəsarət yetirmək istəmiş və ona yüngül xəsarət yetirdiyini bilmiş, ona əlavə xəsarət yetirmək niyyəti olmadığı üçün xəsarət yetirdikdən dərhal sonra özü könüllü bıçağı yerə atmışdır, əksinə Farizə zədə yetirdikdən sonra bıçağı özü könüllü yerə atmış və Farizə tibbi yardım göstərilməsi üçün əlindən gələni etmiş, həkimlərin çağırışa gec gəldiyini görüb özü xəstəxanaya qaçaraq tibbi briqadasını Farizə tibbi yardım gösərilməsi üçün hadisə yerinə gətirmişdir. (Cild 1, iş vərəqləri 91-96, cild 2, iş vərəqləri 226-242) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, hadisə baş verdiyi vaxt o, Sumqayıt şəhərində deyil, Yardımlı rayonunda olmuşdur. Gecə vaxtı anasının ağlamaq səsinə oyanmış və həyat yoldaşının vəfat etdiyini öyrənmişdir. Hadisənin baş vermə səbəbi barədə sonradan öyrənmişdir. Belə ki, həyat yoldaşının da bu məsələdən məlumatı olmamışdır. O, dostları ilə Tovuz şəhərinə getmişdi. Nigar Şabılı ilə Şahid13 evdəki əşyaların oğurlanması barədə danışmışlar. Nigar Şabılı da bu barədə ondan soruşmuşdur. Nigar Şabılı da oğurluq etdikləri məqsədilə soruşmamışdır. Hətta, bu danışıqdan sonra onunla başqa bir məsələ barədə danışmışlar və aralarında heç bir problem yox idi. Hadisə baş verdiyi gün həyat yoldaşından xəbəri olmamışdır. O, Tovuz şəhərindən Sumqayıt şəhərinə qayıtdıqdan sonra anası və qardaşı ilə danışmışdı. O, həyat yoldaşına Nigar Şabılının onu oğurluq ilə ittiham etdiyini demişdir. Həyat yoldaşı bundan sonra xüsusi bir nəsə deməmişdir. Danışıqdan bir gün sonra hadisənin baş verdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ilə aralarında barışıq yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Həyətdə olarkən Nəsibə Ağayeva gəlib evdəki əşyaların götürüldüyünü demişdir. Mübahisə ilkin olaraq bu səbəbdən başlamışdır. Hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs evə gəlmiş və oğurluq məsələsi barədə danışmışlar. Sonradan oğlunun öldürüldüyünü eşitmişdir. Hadisə 17 avqust 2022-ci il tarixdə baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 17 avqust 2022-ci il tarixdə Şahid10 evlərinə gəlmişdir. Ona zəng edib nəvəsinin əlinin kəsildiyini və onu çağırdıqlarını, lakin evi tapa bilmədiyini bildirmişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, lakin heç kimi tapa bilməmişlər. Daha sonra xəstəxanaya gedərək, ünvanı qeyd edib onlara həmin ünvandan hər hansı çağırış gəlib-gəlmədiyini soruşmuşdur. Oradan bir qızın əlinin kəsilməsi barədə çağırış olduğu və onun “Travmatologiya” xəstəxanasına aparıldığı bildirilmişdir. Daha sonra Xanım Şabiyevadan oğlunun öldürüldüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisə 17 avqust 2022-ci il tarixdə baş vermişdir. Atası işdən evə gəlmişdi. Az sonra qapı döyülmüş və Fariz Şabiyev gəlmişdir. O, qapını açdıqdan sonra onu itələmişdir. Əsəbi idi deyə ondan qorxmuş və arxaya çəkilmişdir. Ondan oğurluq məsələsi ilə bağlı olanlar barədə soruşmuş və o, heç nə bilmədiyini demişdir. Daha sonra ailəsinə böhtan atdıqlarını bildirirərək, hamısının onlardan üzr istəməli olduqlarını bildirmişdir. Atası Təqsirləndirilən şəxs onu sakitləşdirməyə çalışırdı. Daha sonra həm atasının, həm də onların ünvanına nalayiq ifadələr səsləndirmişdir. Bundan sonra atası Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında mübahisə daha da şiddətlənmişdir. Atası Təqsirləndirilən şəxs onu qorxutmaq üçün süfrədən bıçağı götürmüşdür. Atasının heç vaxt zərərçəkmiş şəxsi bıçaqla vurmaq niyyəti olmamışdır. Çünki Zərərçəkmiş şəxs atası böyütmüşdür və münasibətləri həmişə yaxşı olmuşdur. O, onları aralaşdırmaq üçün ortalarında dayanmışdır. Bu zaman Zərərçəkmiş şəxs atasına yumruq atmış və bıçaq onun barmağını kəsmişdir. Həmin an bıçaq zərərçəkmiş şəxsin kürək nahiyəsindən dəymiş və atası dərhal həmin nahiyəyə dəsmal qoymuşdur. Zərərçəkmiş şəxsə ilk tibbi yardımı atası göstərmişdir. Atası zərərçəkmiş şəxsi qucağında həyətə düşürmüş və onu onlara təhvil verərək, həkim çağırmağa getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə 17 avqust 2022-ci il tarixdə baş vermişdir. Atası işdən evə gəlmişdi. Az sonra qapı döyülmüş və Fariz Şabiyev gəlmişdir. X12rluq məsələsi ilə bağlı olanlar barədə soruşmuşdur. Atası Təqsirləndirilən şəxs onu sakitləşdirməyə çalışırdı. Daha sonra həm atasının, həm də onların ünvanına nalayiq ifadələr səsləndirmişdir. Bundan sonra atası Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında mübahisə daha da şiddətlənmişdir. Atası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ərk edib ona şillə vurmuşdur. Zərərçəkmiş şəxs atasına kəllə vurmuş və atası süfrənin üzərinə yıxılmışdır. Atası ayağa qalxanda süfrədən bıçağı götürmüşdür. Atası sadəcə Zərərçəkmiş şəxs qorxutmaq istəyirdi. Zərərçəkmiş şəxs atasına yumruq vurmaq istədikdə, atası refleks olaraq onu bıçaqla vurmuşdur. Atası ilkin olaraq Zərərçəkmiş şəxs yardım göstərməyə çalışmışdır. Hətta, Zərərçəkmiş şəxs onlara səs salmamalarını və hər şeyin yaxşı olduğunu bildirmişdir. Həmin vaxt onlar da onun vəziyyətinin normal olmasına dair arxayınlaşmışlar. Atası həkim çağırmağa getmişdir. Həkimlər gəlmiş və xəsarət olan hissəyə tikiş atılacağını, heç bir problem olmadığını demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişdi. Ona Təqsirləndirilən şəxs çağırdığını, lakin onun gəlmədiyini deyirdi. Onun da oğurluq məsələlərindən məlumatı yox idi. Daha sonra ailəsinə böhtan atıldığını demişdir. Sonra isə Təqsirləndirilən şəxs gəlmişdir. O, onları süfrəyə dəvət etmişdir. Bundan sonra onlar arasında mübahisə başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonra danışmalı olduqlarını bildirmiş və öz evinə getmişdir. Zərərçəkmiş şəxs də onun ardınca getmişdir. O da onların ardınca getməyə başlamışdır. O, Təqsirləndirilən şəxs evinə gəldikdə, Fariz X9rluq məsələsi barədə soruşmuşdur. Bir az sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr səsləndirməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ərk edərək, şillə vurmuşdur. Onlar arasında dava gərginləşəndə o, onların arasında olmuş və özünü itirmişdir. Hadisənin necə baş verdiyini bilməmişdir. O ayıldıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qucağında həyətə düşürürdü. Zərərçəkmiş şəxs kürək nahiyəsində xəsarət var idi. Daha sonra həkimlər gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 Fayaz oğlu ifadəsində göstərdi ki, 17 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək, təhqiredici ifadələr işlətmiş və onların evinə gələcəyini demişdir. Təqribən 2 dəqiqə sonra evə gəlmişdir. O, əsəbi idi və davaya gəlmişdi. O, Hafiz Şəbiyevin onun qızının cibindən 40 manat pul oğurladığını və evindən oğurluq edildiyini bildirmişdir. O da ona polisə müraciət etməyini, daha sonra isə dəymiş zərəri ona onun ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs heç bir təklifi ilə razılaşmamışdır. Anası çay gətirmiş və onlar söhbət etməyə başlamışlar. Təqsirləndirilən şəxs onun arvadının bu məsələni böyüdəcəyini və qardaşı Zərərçəkmiş şəxs Tovuz şəhərindən gəldikdən sonra oturub bu məsələni danışaraq həll etmələrini demişdir. Təqsirləndirilən şəxs 1 həftəlik iş götürdüyünü və 1 həftə sonra görüşüb danışacaqlarını demişdir. O da Bakı şəhərində işləyirdi. Gecə saatlarında evə qayıtdıqda Şahid10 onlarda idi. Onun hansı səbəbə onlarda olduğunu soruşduqda, Təqsirləndirilən şəxs qızının əlinin kəsildiyini bildirmişdir. Daha sonra Xanım Şabiyevaya zəng etdikdə, baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisənin baş verməsinin əsas səbəbləri Təqsirləndirilən şəxs atasının vəsiyyəti, qardaşı ilə Təqsirləndirilən şəxs aldıqları aparat vasitəsilə nəsə axtarmaqları olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid9 göstərmişdir ki, ailəsi ilə Neftçala rayonunda yaşayır, Təqsirləndirilən şəxs əmisi oğlu, mərhum Zərərçəkmiş şəxs isə əmisi nəvəsidir, hər ikisi ilə münasibətləri normal olmuş,əmisi oğlu Rəşad Şəbiyev əvvəllər Yardımlı rayonunun Ökü kəndində yaşayıb, Sumqayıt şəhərinə köçəndən sonra kənddəki evində yaşayış olmamışdır. xx.xx.2022-ci il tarixdə ailəsi ilə Ökü kəndinə getmiş, Təqsirləndirilən şəxs zəng edib evini onlara bir neçə günlük istifadəyə verməsini xahiş etmiş, sonuncu imtina etməmiş, Rəşadın evin açarını kənddə sonuncunun qonşusundan almış və evdə yerləşmiş, diqqət edərkən evdə alver malları olduğunu görüb həmin əşyalann üzərini örtmüş, orada qalarkən işlətmək üçün nəsə lazım olduqda hər dəfə rəşada zəng edib bunun üçün müsbət icazə almışlar, Rəşadgilin satdıqları əşyalara əl vurmamış, əşyalarm konkret olaraq nədən ibarət olduğunu bilməmişlər, 4 gündən sonra xx.xx.2022-ci il tarixdə evin açarını aldığı qonşuya qaytarıb kəndi tərk etmişlər, həmin gündən xx.xx.2022-ci il tarixədək ona heç kim zəng edib Rəşadgilin evindən satılması üçün nəzərdə tutulan hər hansı əşyanın götürülüb-götürülmədiyini soruşmamış, xx.xx.2022-ci il tarixdə səhər saatlarında qardaşı zəng edib Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladığım, sonuncunun aldığı xəsarətdən öldüyü xəbərini vermiş, o, yas mərasimdə iştirak edərkən eşitmişdir ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında evindən itmiş mallara görə mübahisə yaranmış, nəticədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yetirdiyi bıçaqla xəsarətin ölmüşdür. (Cild 1, iş vərəqləri 248-250) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid10 Nağdi qızı ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs qızı X5 əridir, mərhum Zərərçəkmiş şəxs kürəkəni Rəşad Şəbiyevin əmisi nəvəsidir, Rəşadla Farizin münasibətləri yaxşı olmuşdur. Nəsibənin qızları Nigar və Xumar Sumqayıt şəhərində kollecə qəbul olduqdan sonra Rəşad Nəsibə ilə ünvan 4 ünvanı tanımışdır.2022-ci ilin yay ayında Nəsibəgilin kəndə getdiklərini eşitmiş onların nə vaxt kənddən qayıtdıqlarını, kənddə Zərərçəkmiş şəxslə onlar arasında narazı söhbətin olduqlarını eşitməmiş, bu arada xəstə olduğundan Nəsibəgillə əlaqə saxlaya bilməmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində Nəsibə zəng edib qızı Nigann əlini kəsib onu həkimə apardıqlarından Xumar evdə tək qaldığı üçün imkanı varsa gəlib Xumarı evə aparmasını deyib telefonu söndürmüşdür. O, Nəsibəgilə getmiş, qapım açan olmamış, Nəsibə isə telefona cavab verməmiş, ona görə həmin binada yaşayan Şahid2 Adış oğlunun evinə getmiş, Nəsibə onu evə çağırsada amma qapısının bağlı olduğunu söylədikdə Fəyazgil Nəsibəgilin başqa ünvana köçdüklərini deyib onu nəsibəgilin təzə köçdüklə evə aparmışlar, həmin evində qapısı bağlı olmuş, həmin binanın yaxınlığında yaşayan Rəşadın bacısı Xanımgilə getmişlər, Xanım da evdə olmamış, qonşular Xanımgilin problemləri olub xəstəxanaya getdiyini bildirmişələr Farizin atası Fəyazla Sumqayıt TTY xəstəxanasına getmiş, orada Nigarın barmağından aldığı xəsarətlə əlaqədar tibbi yardım yardım alıb evə buraxıldığını getdiyini demişlər. O Fəyazla xəstəxanadan Nəsibəgilə qayıdanda yenə mənzilin işıqlarının yanmadığını görüb onlann hələ evə çatmadıqlarını zənn edib qərara gəlmişdir ki. Farizgildə oturub Nəsibəgilin evə qayıtmasını gözləsin. Fariz özü və oğlu dəfələrlə Nəsibəyə zəng etsə də cavab almayıb Xanıma zəng edərkən sonuncu Farizin bıçaqlanıb xəstəxanaya gətirdiyini və xəstəxanada öldüyü xəbərini vermişdir. O Farizin hansı motivlə öldürüldüyünü bilmir. (Cild 2, iş vərəqləri 134-138) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid8 göstərmişdir ki, ünvan 5 ünvanda yaşayır, onunla bir blokda 60-cı mənzildə yaşayan Təqsirləndirilən şəxs həmin mənzildə yaşayn kirayəşİn kimi tanıyır, onunla ədavət və düşmənçiliyi olmayıb və yoxdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında evdə olarkən blokda səs-küy eşidib oğlu Ceyhunla səsə çıxıb aşağı enərkən orada sonradan adını Zərərçəkmiş şəxs bildiyi şəxsi görmüş, orada olan şəxslər xəstəyə tibbi yardım göstərilməsi üçün X23 maşınının gəlməsini gözləmişlər, çağnşdan bir neçə dəqiqə sonra X23 maşını gəlmiş, xəstəyə tibbi yadım göstərib onu həmin maşina mindirib aparmışlar. (Cild 1, iş vərəqləri 263-267) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 göstərmişdir ki, 2002-ci ildən Sumqayıt şəhər X23 Stansiyasında çağırışçı həkim işləyir,işi növbəlidir,. TTYS-nın daxili təlimatına əsasən çağırışa həkim tibb bacısı ilə TTYS-nın sanitar maşınında (ambulansda) gedir, bəzən çağınş çox olub bütün sanitar maşınlar çağırışda olduğundan çağırışa getmək bir qədər ləngiyir. 17 avqust 2022-ci il tarixdə ikinci növbə işdə olmuş,saat 23 radələrində TTYS-na ünvan 6 ünvandan çağırış gəlmiş, TTYS- da olan bütün sanitar maşınları çağırışda olduğu üçün həmin ünvana həkim göndərmək mümkün olmamışdır. Bundan az sonra üstü və əli qanlı, sonradan adı onlara Təqsirləndirilən şəxs kimi məlum olan orta yaşlı kişi TTYS-nın dispeçerinə yaxınlaşıb xeyli həyəcanlı halda nə üçün çağırışa həkim gəlmədiyini sual etmiş, ona bütün təcili yardım maşınlarının çağırışda olduğunu, bu səbəbdən həkimin çağırışa gələ bilmədiyini, lakin X23 maşım çağırışdan qayıdan sonra ünvana həkim göndəriləcəyini izah etdikdə həmin şəxs demişdir ki, adam bıçaqlamışdır, həmin şəxsə həkim yardımı lazımdır,xəstə ölə bilər, çağınş etdiyi ünvan TTYS-nın yaxınlığında yerləşir, mümkünsə hər hansı həkim piyada gedib xəstəyə ilkin tibbi yardım göstərsin, o isə çağınşdan qayıdan tibbi yardım maşını gözləyib gələn maşın onlann arxamzca gətirəcəkdir ki, xəstəni tez Sumqayıt şəhər TTYX-na çatdıra bilsinlər. Həmin vaxt TTY stansiyasında tibbi yardım maşını və tibb bacısı olmadığından məcbur olub növbədə çağırışı qəbul edən tibb bacısı Şahid5 onunla piyada göstərilən ünvana çağırışa getməyi xahiş etmiş və onlar birlikdə göstərilən ünvana piyada getmişlər. Binanın həyətinə çatarkən blokun qarşısında bir neçə şəxsin toplaşdığını,.bir qadının qucağında yarım oturaq vəziyyətdə cavan oğlanın olduğunu, həmin qadının və iki qız uşağının ağladığını, xəsarət alana tez yardım göstərilib həyatını xilas etmələrini xahiş etmişlər. Bu vaxt arxalannca həkim Şahid7 piyada gəlmiş, onun ardınca isə TTYS-nm təcil tibbi yardım maşınında həkim Rəna Fərhadova, tibb bacısı Leyla Seyfullayeva və həmin kişi gəlmişdir. Həmin şəxs və orada olanlar tələb etmişlər ki, xəstəni tez müayinə edib xəstəyə köməklik göstərsinlər, həmin şəxs isə xəstəyə bir şey olsa onları öldürəcəyi ilə hədələmişdir. O xəstənin bədəninə baxdıqda sonuncunun 3-cü 4-cü qabırğa arası nahiyədə kiçik ölçülü bir ədəd kəsici-deşici xəsarətin olduğunu, yaranın ətrafında, xəstənin paltarında qan izlərinin az olduğunu nəzərə alıb onlara narahat olmamalarını, yaranın kiçik olduğunu,tibbi yardım göstərilib kiçik tikiş qoyularaq evə buraxacaqlarını bildirmişdir. Ondan sonra həkim Şahid7 xəstəni kürəyi üstə çevirib müayinə etdikdə onun artıq keçindiyini görmüşlər. Xəstəxanaya gələn kişi və onun ailə üzvləri qışqırıb xəstəyə tez tibbi yardım göstərmələrini tələb edib, xəstə ölərsə onlar üçün pis olacağını söylədiklərindən xəstənin öldüyünü deməkdən çəkinib xəstənin şoka düşdüyünü bildirib aldadaraq meyiti TTY maşınına qoyub Sumqayıt TTYX-na oradan isə Sumqayıt şəhər MTE şöbəsinin meyitxanasına aparıb təhvil verib işə getmişlər. Xəstəxanaya gələn kişi və onun ailə üzvləri TTY maşınına minib onlarla xəstəxanaya getmək istədikdə icazə verməmişlər. Orada Nigar adlı xanımın da barmağı kəsildiyindən ona tibbi yardım göstərib xəstəxanaya göndərmişlər. (Cild 2, iş vərəqləri 31- 35) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid13 şahid X11 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 177-183) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində digər şahidlər Şahid7 və Şahid6 ilə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 37-42) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 12/19 nömrəli, 5 mərtəbəli binanın, 4-cü girişində 3-cü mərtəbədə yerləşən bir otaqlı 60 nömrəli mənzildir. (Cild 1, iş vərəqləri 4-11) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “paltarlara baxış keçirilməsi haqqında” 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə baş verərkən Təqsirləndirilən şəxs əynində qısaqol, üç düymə, üzərində enli-nazik, boz-qırmızı-göy-qara zolaqlı uzunluğu 65 sm, çiyin nahiyəsində eni 42 sm, qollarının uzunluğu 22 sm ölçüdə ön hissədə solda döş cibi, boyunluğun daxilində üzərində «Made in Turkey» yazısı olan etiket tikilmiş köynək, köynəyin ön səthində yuxandan aşağıya doğru 3-cü düymə qopmuş, köynəyin ön səthinin qann hissəsində geniş sahəni əhatə edən yayılmış açıq qəhvəyi rəngli ləkələr olmuşdur. Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli cins materialdan, öndən metalik düymə və zəncirbəndlə bağlanan, iki yan və iki arxa cibləri, bel hissəsində kəmər keçirmək üçün 5 ilgəyi, ümumi uzunluğu 96 sm, beldə eni 46 sm olan şalvar, şalvarın hər iki ayağının ön səthində ciblərinin ətrafında kiçik ölçülü, fasilələrlə yayılmış qəhvəyi rəngli qanabənzər ləkələr olmuşdur. (Cild 1, iş vərəqləri 13-18) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Əşya və paltarlara baxış keçirilməsi haqqında” 18.xx.xx.2020-ci il tarixli protokoldan görünür ki,hadisə yerində aşkar edilmiş 01 ədəd bıçaq qatlanmayan tipli, dəstək və tiyədən,umumi uzunluğu 280 mm-dən, tiyəsinin uzunluğu 200 mm, əsasında eni 25 mm, qalınlığı 1 mm, hər iki tərəfindən itilənmiş, itilənmə hündürlüyü 2 mm, kafi itilikdə, dəstəyi qəhvəyi rəngli taxtadan olmuş, bıçağın dəstəyinin hər iki üzünə iki ədəd metal mil pərçimlənmişdir və üzərində qəhvəyi rəngli yayılmış qanabənzər ləkələr olmuşdur. Mərhum Zərərçəkmiş şəxs əynində 01 ədəd göy rəngli cins materialdan, öndən metalik düymə və zəncirbəndlə bağlanan, iki yan və iki arxa cibləri, bel hissəsində kəmər keçirmək üçün 06 ədəd ilgəyi,bel hissəsinə dəri etiket tikilib üzərində «JACOB COHEN» yazılan, bel hissində kəmər keçirmək üçün tikilmiş 3-cü ilgəyi olan şalvar olmuş. Şalvann hər iki ayağının ön və arxa cibləri üzərində, diz nahiyəsində, ön və arxa səthin aşağı azad kənanna yaxın hissədə, arxa bel nahiyəsində fasiləli yayılmış qonur qəhvəyi rəngli qanabənzər ləkələr olmuşdur.. Mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində qısaqol, iki düymə,üzərində boz rəngli, nazik köndələn zolaqlı, qarışıq sintetik materialdan, boyun hissəsinin daxilinə «İLİZİONE XL» etiketi tikilmiş, uzunluğu 63 sm, çiyin nahiyəsində eni 43 sm, qollarının uzunluğu 16 sm-lik köynək olmuş, köynəyin arxa səthində bir qədər solda, sol çiyin tikişindən 18 sm aşağıda və sol qolu birləşən dairəvi tikişdən 19 sm məsafədə çəp istiqamətdə 01 (bir) ədəd uzunluğu 2,5 sm olan dəlib-keçən zədə, ön səthinin boyun nahiyəsində, qollarında fasiləli, döş və kürək nahiyəsində geniş sahədə yayılmış qonur qəhvəyi rəngi qanabənzər ləkələr olmuşdur. (Cild 1, iş vərəqləri 13-18) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs 01-dən 04-ə qədər nömrələnmiş 04 ədəd rənginə və materialına, habelə istifadə təyinatına görə oxşar əlamətlərə malik bıçaqlar arasında “01” nömrə altında hadisə törədərkən cinayət aləti kimi istifadə etdiyi qatlanmayan tipli, tiyə və dəstək hissədən ibarət, dəstəyi taxta metaldan, tiyəsinin ağ gümüşü rəngli olduğuna görə onun göstərilən əlamətlərinə, materialına,öz evində mətbəxdə daim istifadə etdiyinə görə tanımışdır. (Cild 2, iş vərəqləri 152-154) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən istifadəsində ***-***-**-** saylı mobil telefon olmuş, "xxxx" MMCnin xx.xx.2022-cı il tarixli 19811 saylı məktubuna əlavə edilmiş diskdə olan məlumata əsasən həmin telefon Təqsirləndirilən şəxs qardaşı, Yardımlı rayonu Ökü kəndində qeydiyyatda olan X6 adma rəsmiləşmişdir. Fayllara baxış keçirərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09:33:26 dəqiqədə mərhum Zərərçəkmiş şəxs qardaşı Şahid11 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, mərhum Zərərçəkmiş şəxs saat 15:58:16 dəqiqədə və 18:03:51də Təqsirləndirilən şəxs zəng etmişdir.Təqsirləndirilən şəxs isə saat 22:20:37- dəqiqədə, saat 22:26:57 dəqiqədə, saat 22:39:50-dəqiqədə və saat 22:32:12- dəqiqədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmişdir. (Cild 2, iş vərəqləri 3-4) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan «Mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şahid X13 istifadəsində olmuş «Redmi Not 9» markalı 050- 887- 53-55 nömrəli mobil telefonun «Whatsapp» proqoramında Şahid13 Nətavan qızının onunla stol örtüyü almaq istəməsi, daha sonra Şahid13 sonuncuya onlara böhtan atmaları, Şahid3 isə onların evindən hər hansı əşyanın oğurlanması barədə söhbət apanlmadığı, olmayan əşyaların onlar tərəfindən oğurlanmasına dair hər hansı ifadə işlətmədikləri məzmunda çoxsaylı SMS vardır. (Cild 1, iş vərəqləri 290-303) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibb ekspertizasının mərhum Zərərçəkmiş şəxs barəsində vermiş olduğu xx.xx.2022-ci il tarixli 112 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin üzərində aşağıdakı xəsarətlər vardır; sol kürək nahiyəsinin döş boşluğuna keçən döş aortasmı, döş qəfəsi üzvlərinə məxsus vesserial və parietal şaxələri, bronx və qida borusunun şaxələrini zədələyən deşilmiş -kəsilmiş yarası.Traxeya ətrafı və qida borusu ətrafı yumşaq toxumalara qansızma. Qeyd olunan xəsarətlər həyatidir,ülgüclə və küpə malik yastı tiyə tipli hər hansı bir deşici-kəsici alətin təsirindən törənmişdir, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın təsirdən əmələ gəlmişdir, törənmə müddəti meyitin müayinəsindən bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağir zərərvurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu sol kürək nahiyəsinin döş boşluğuna keçərək döş aortasmı, döş qəfəsi üzvlərinə məxsus vesserial və parietal şaxələri zədələyən deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Xəsarət aldıqdan sonra ölüm qısa müddətdə təxminən 15-20 dəqiqə ərzində baş verə bilər. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs xəsarət alarkən arxa kürək nahiyəsi xəsarət yetirənə doğru duruş vəziyyətində ola bilərdi. Zərərçəkmiş şəxs meyitində qarşılıqlı mübarizəyə uyğun xəsarətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs meyiti ilə birlikdə gətirilən köynəkdəki xəsarətlə kürək nahiyəsindəki xəsarət yerləşmə nahiyəsinə görə biri-birinə uyğundur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı 1,0% etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə müvafiq cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. (Cild 2, iş vərəqləri 88-97) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibb ekspertizasının Təqsirləndirilən şəxs adma vermiş olduğu 19 avqust 2022ci il tarixli 1239 nömrəli rəydə göstərilmişdir ki, onun bədəni üzərində xəsarət və xəsarət izləri aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 188-190) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibbi kriminalistik və məhkəmə kriminalistik ekspertizasının xx.xx.2022- ci il tarixli 489-MTKŞ/ 2022 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvann bel hissəsinə arxada kəmər keçirmək üçün tikilmiş 3-cü ilgəyin aşağı ucu şalvardan natamam ayrılması aşkar olundu, bu zədə küt yaranma mexanizminə malik olub müvafiq ilgəyin kəskin dartılması və natamam qopması nəticəsində əmələ gələ bilər. Zərərçəkmiş şəxs məxsus qısaq ol köynəyin arxa səthində bir qədər solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağı ilə törətməsi inkar olunmur.Təqsirləndirilən şəxs məxsus qısaqol köynəyin ön səthində yuxanda olan fabrik yanğı bağlanan 3 düymələrdən birinin (yuxandan saymaqla 3-cü düymə) Öz yerində olmaması aşkar olundu. Bu düymənin öz yerində olmaması köynəyin müvafiq nahiyəsinə (yaxasına) küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah olunur. Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş maddi sübutlann (Zərərçəkmiş şəxs məxsus paltarlan, Təqsirləndirilən şəxs məxsus paltarlan və təqdim edilmiş bir ədəd bıçaq) məhkəmə bioloji tədqiqatı zamanı (606/2020- MTBŞ saylı rəy) aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin boyun nahiyəsində, qollarında, arxa səthinin əsasən kürək nahiyəsində, ona məxsus şalvarın ön səthinin orta nahiyəsində, arxa səthinin sol yuxan nahiyəsində və şalvann sağ ayağının arxa nahiyəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fıziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər, Zərərçəkmiş şəxs məxsus şalvarın sol ayaq hissəsinin ön yuxan nahiyəsində və sol ayaq hissəsinin Ön aşağı hissəsində (sərbəst kənannda) olan qan ləkələri yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthi ilə) dinamik (hərəkətli) kontaktı nəticəsində əmələ gəlmişlər. Zərərçəkmiş şəxs məxsus şalvann ön səthinin sağ aşağı nahiyəsində,ön səthinin sol orta nahiyəsində və arxa səthinin sağ orta nahiyəsində olan qan ləkələri qan mənbəyindən (qanlı səthdən) səthə əsasən yuxandan aşağıya,müxtəlif bıçaqlar altında, ola bilsin ki, az hündürlükdən səthə düşən damcılar ola bilər. Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthində sağ-orta sol nahiyəsində və arxa səthinin əsasən kürək nahiyəsində ona məxsus şalvann hər iki ayağının ön səthində, ciblərinin ətrafında, arxa səthində və sol arxa cibin üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi İlə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində əmələ gəlmişdir. Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sağ aşağı nahiyəsində aşkar edilmiş bir ədəd qan ləkəsi qan mənbəyindən (qanlı səthdən) səthə hündürlükdən düşən damcı ola bilərdi. Ekspertizaya təqdim edilmiş bıçağın dəstəyi və tiyəsi üzərində aşkar edilmiş qan ləkələri yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthi ilə) dinamik (hərəkətli) kontaktı nəticəsində əmələ gəlmişdir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 2, iş vərəqləri 70- 76) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibbi bioloji ekspertizasının 606/2022 MTBŞ saylı xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0 (İ) dir. Şahid3 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu B(İİİ)-dir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu B(İİİ)-dir.Ekspertizaya təqdim edilmiş bıçaq,02 ədəd pambıq ucluqlu çubuq, Zərərçəkmiş şəxs məxsus köynək və şalvar, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar üzərində olan qan ləkələrində insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tətbiq olunduqda 02 ədəd pambıq ucluqlu çubuq, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, Təqsirləndirilən şəxs məxsus köynək,şalvar üzərindəki ləkələrdə yalnız H antigeni alındı. H. antigeni 0 (İ) qrupun əsasını təşkil edir. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə 0 (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs və ya Şahid3 Rəşd qızına məxsus ola bilər. Göstərilən qan ləkələrinin ABO sistemi üzrə R.A. Şabiyevə məxsus olması inkar olunur. Bıçaq üzərində olan ləkələrdə heç bir qrup antegenlər alınmadığı üçün qanın qrupu haqqında fikir söyləmək mümkün olmadı. (Cild 2, iş vərəqləri 77-83) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə material-maddə və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4786 saylı rəyində göstərilmişdir ki,təqdiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin nəticəvi hissəsində göstərilmişdir.Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus yeri qara üzərində eninə boz xətləri olan qısaqol köynəyin və göy rəngli cins şalvarın üzərində aşkar edilmiş boz rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalann tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus boz rəngli cins şalvar və üzərində eninə ağ qırmızı zolaqları olan üç düymə köynək üzərində aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvann tərkib lifləri vardır. (Cild 2, iş vərəqləri 57-62) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3789 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən və ona qədər hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur, Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onlan idarə etmək iqtidanndadır. Təqsirləndirilən şəxs emosionallıq, hövsələsizlik, tənqidə və təhqirə qarşı həsassızlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanlan normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində, gərginlik, hirslilik yaranmış, həmin hallann yaranması situasiya ilə şərtlənmişdir.Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində (aflekt halında) olmamışdır. Hadisə baş verən vaxt emosional haldan asılı olaraq öz hərəkətini tam dərk etmək, hərəkət və davaranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (Cild 2, iş vərəqləri 84- 87) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 02 ədəd qısaqol köynək, 02 ədəd şalvar, 01 ədəd bıçaq və 02 ədəd pambıq ucluqlu çubuq maddi sübut kimi tanınaraq Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 176- 213) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 284-285) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi bıçaqla vurmaq istəməməsi, təsadüfən zərbənin ona dəyməsi və özünü zərərçəkmiş şəxsdən müdafiə etməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən dərhal sonra könüllü gəlib təqsirini boynuna alması, cinayəti törətdikdən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə sağlamlığına dəyə biləcək zərərin azaldılmasına cəhd etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.11-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 118-119) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlanc yerində saxlanılan 02 ədəd qısaqol köynək, 02 ədəd şalvar, 01 ədəd bıçaq və 02 ədəd pambıq ucluqlu çubuq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 154 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən müdafiəçi ilə müqavilə bağlandığından müdafiəçinin haqqı dövlət büdcəsi hesabına ödənilməməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 154 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlanc yerində saxlanılan 02 ədəd qısaqol köynək, 02 ədəd şalvar, 01 ədəd bıçaq və 02 ədəd pambıq ucluqlu çubuq məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-55/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-55/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver