Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-55/2025 06.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi – X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə, Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş küllü miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, hüquqi ünvanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi olmaqla faktiki olaraq həmin ünvanda fəaliyyət göstərən sənədlərdə “KNARR boya-kimya” və “Epokimya” kimi qeyd olunan zavodlarda müxtəlif ad, çeşiddə inşaat və sənaye boyalarının istehsalı, kafel və keramika yapışdırıcıları, kimyəvi beton qatqılarının istehsalını və satışını həyata keçirən qeyd olunan müəssisələrin mülkiyyətçisi - Zərərçəkmiş şəxs satış təmsilçisi vəzifəsində işləyərkən cəmiyyətlə aralarında bağlanmış 01 aprel 2021-ci il tarixli əmək müqaviləsinə, habelə eyni tarixli “Satış təmsilçisinin vəzifə təlimatf’na əsasən cəmiyyətə məxsus “KNARR boya- kimya” zavodunda “KNARR”, “Penguin”, “Zink” və “Boston” marka adı altında istehsal olunan boyaların, “Epokimya” zavodunda isə “Epomix”, “Zinkomix” və “Boston” marka adı altında istehsal olunan kafel yapışdırıcılarının və aradoldurucu məhsullarının satışının həyata keçirmək üçün topdan və pərakəndə satış məntəqələrində müəyyən edilmiş qaydada sifarişləri qəbul edərək cəmiyyətin direktoru Nümayəndə1 05 aprel 2021-ci il tarixli 25/21 nömrəli əmri ilə mobil telefonuna yüklənmiş "xxxx" mobil proqramı vasitəsi ilə sifarişləri rəsmiləşdirdikdən sonra cəmiyyətə məxsus məhsulların müvafiq məntəqələrə vaxtında çatdırılmasını, eləcə də satışdan əldə edilmiş pul vəsaitləri barədə məlumatları "xxxx" mobil proqramı vasitəsi ilə cəmiyyətin ümumi sisteminə yerləşdirməklə həmin pul vəsaitlərini tam şəkildə cəmiyyətin kassasına təhvil verilməsini təmin etmək, satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatları dəqiq və ətraflı hazırlayıb yazılı surətdə cəmiyyətə təqdim etmək, məhsulu satışa hazırlamaq və realizə etmək, məhsulun düzgün qiymətləndirilməsini müəyyənləşdirmək, eyni zamanda cəmiyyətlə aralarında bağlanmış və əmək müqaviləsi qüvvədə olduğu bütün dövrə şamil edilən 01 aprel 2021-ci il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə”yə əsasən vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona etibar edilmiş nağd pulun, əmlakın və digər sərvətlərin saxlanması, daşınması və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına, mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıdığı, eləcə də həmin müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyan məsul şəxs kimi müqavilədə və təlimatda qeyd olunan digər öhdəlikləri yerinə yetirməyi üzərinə götürdüyü və Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində olan malları ona təhkim olunmuş ticarət obyektlərinə (müştərilərə) cəmiyyət tərəfindən müəyyən edilmiş qiymətlərə sataraq əldə etdiyi satış pulunu cəmiyyətin xəzinəsinə mədaxil etməli olduğu halda, ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talayıb qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə cəmiyyətin müştəriləri tərəfindən ona verilmiş sifarişlər barədə məlumatları telefonuna yüklənmiş "xxxx" mobil proqramı vasitəsi ilə MMC-yə ötürtükdən sonra, Zərərçəkmiş şəxs MMC-dən satış üçün inşaat və sənaye boyalarının, kafel və keramika yapışdırıcıları və aradoldurucu məhsulları qəbul edən, cəmiyyətlə ticarət münasibətlərində olan daimi müştərilərdən MMC-yə məxsus məhsulların satılmasından əldə edilmiş pul vəsaitlərindən xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək olan müddət ərzində rəsmi sənəd olan hesab fakturaları əsasında müştərilərə çatdırılmış məhsullar üzrə sonuncular tərəfindən satış həyata keçirdikdən sonra xx.xx.2022-ci il tarixdə X19 100 manat, xx.xx.2022-ci il tarixdə X4 200 manat, xx.xx.2022-ci il tarixdə X7 200 manat, xx.xx.2022-ci il tarixdə X8 100 manat, xx.xx.2022-ci il tarixdə X1 100 manat, xx.xx.2022-ci il tarixdə Xantəmirov Sarı Böyükağa oğlundan 740 manat, xx.xx.2022-ci il tarixdə X9 200 manat, xx.xx.2022-ci il tarixdə Şahid4 7000 manat, xx.xx.2022-ci il tarixdə X19 100 manat, xx.xx.2022-ci il tarixdə X7 200 manat, xx.xx.2022-ci il tarixdə X8 241 manat, xx.xx.2022-ci il tarixdə Şahid6 1.000 manat, xx.xx.2022-ci il tarixdə X5 150 manat, xx.xx.2022-ci il tarixdə Şahid9 400 manat, xx.xx.2022-ci il tarixdə Şahid14 566 manat, xx.xx.2022-ci il tarixdə Şahid8 100 manat, xx.xx.2022-ci il tarixdə X19 100 manat, xx.xx.2022- ci il tarixdə X4 200 manat, xx.xx.2022-ci il tarixdə X7 100 manat, xx.xx.2022-ci il tarixdə X11 1359 manat, xx.xx.2022ci il tarixdə X19 100 manat, xx.xx.2022- ci il tarixdə X7 200 manat, xx.xx.2022-ci il tarixdə X3 150 manat və xx.xx.2022-ci il tarixdə Şahid4 4.734 manat pul vəsaitini qəbul etmiş və dörd dəfəyə 7.500, 3.897, 1.359 və 5.584 manat olmaqla, yəni müvafiq olaraq xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində cəmiyyətin xəzinədarlığının yerləşdiyi inzibati binaya gələrək və müştərilərdən qəbul etdiyi pul vəsaitinə dair müvafiq qəbzləri təqdim etməklə ümumilikdə 18.340 (on səkkiz min üç yüz qırx) manat pul vəsaitini cəmiyyətin kassasına mədaxil etmiş, lakin ələ etdiyi pul vəsaitlərindən digər hissəsini, yəni xx.xx.2022-ci il tarixdən sonra eyni qaydada müştərilər X7 xx.xx.2022-ci il tarixdə - 100 manat, X2 xx.xx.2022-ci il tarixdə 250 manat, Şahid13 xx.xx.2022-ci il tarixdə 200 manat, Şahid6 xx.xx.2022-ci il tarixdə 130 manat, X4 xx.xx.2022-ci il tarixdə 200 manat, X7 xx.xx.2022-ci il tarixdə 200 manat, Şahid11 xx.xx.2022-ci il tarixdə 442 manat, X7 xx.xx.2022-ci il tarixdə 200 manat, X9 xx.xx.2022-ci il tarixdə 700 manat, Şahid14 xx.xx.2022-ci il tarixdə 1.000 manat, Şahid10 xx.xx.2022-ci il tarixdə 3.368 manat, Şahid9 xx.xx.2022-ci il tarixdə 1.500 manat, Şahid6 xx.xx.2022-ci il tarixdə 400 manat, Şahid8 xx.xx.2022-ci il tarixdə 300 manat, Şahid4 xx.xx.2022-ci il tarixdə 1624 və 63771 manat olmaqla, ümumilikdə 74.385 (yetmiş dörd min üç yüz səksən beş) manat tam maddi məsuliyyətinə götürdüyü satış pullarını müştərilərdən qəbul edərək telefonunda olan "xxxx" mobil proqramı vasitəsi cəmiyyətin sisteminə ödənişlərin edilməsinə dair məlumatları daxil etsə də, həmin pul vəsaitlərini cəmiyyətin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən kassasına mədaxil etməyib və şəxsi ehtiyaclarına sərf edərək vahid niyyətlə ona etibar edilmiş küllü miqdarda özgə əmlakı olan 74.385 (yetmiş dörd min üç yüz səksən beş) manat pul vəsaitini mənimsəmə yolu ilə talamaqla Zərərçəkmiş şəxs MMC-yə həmin məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 01 aprel 2021-ci il tarixdən Zərərçəkmiş şəxsndə satış təmsilçisi kimi işləyirdi. Tutduğu vəzifənin icrası olaraq, malların "soyuq satışı"nı həyata keçirməli, müştərilərdən aldığı pulları şirkətin kassasına mədaxil etməli idi. Şirkət tikinti materialları, boyalar, toz məhsulları istehsal edirdi. O, malları müştərilərə çatdırırdı, onlardan aldığı pulu da kassaya mədaxil edirdi. Müştərilərdən götürdüyü pullarla bağlı məlumatları proqram vasitəsilə qeyd edirdi. Müştəriyə malları verib pulu aldıqda bunu qəbzlə rəsmiləşdirirdi. 3 nüsxədə tərtib olunan qəbzin bir nüsxələri müştəridə, onda və şirkətin kassasında olmalı idi. 74.385 manat məbləğində mənimsənilən məhsulların içərisində xarab olanlar da var idi. Həmin xarab məhsulların dəyəri çıxılmamışdır. Bu barədə şirkətin rəhbər şəxslərinə məlumat versə də, məhsullarda problem olmadığını bildirmişlər. Mənimsədiyi pulları ailə üzvləri üçün xərcləmişdir. Anası xəstə idi və onun müalicəsinə xərcləmişdir. Özünü təqsirli bilir, əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxsndə satış müdiri vəzifəsində işləyirdi. Təqsirləndirilən şəxs ilə 2021ci il tarixdə birlikdə işləyirlər. 2022-ci il tarixdə Təqsirləndirilən şəxs cənub regionu üzrə satış təmsilçisi kimi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs hər zaman intizamlı işçi olmuşdur. O, əsasən, toz məhsulları satırdı. Yük avtomobillərinin satılması barədə göstərişi İsrafil Abbaszadə vermişdir. Onunla sonuncu dəfə 29 dekabr 2022-ci il tarixdə danışmış, həmin vaxt Şahid4 adlı müştəridən pul götürməli olduğunu bildirmişdir. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmamış, telefonuna zəng çatmamışdır. 05 yanvar 2023-cü il tarixdən sonra cənub regionuna getmişlər, oradakı müştərilərlə görüşmüş, kəsr məbləğləri müəyyən etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxsndə satış təmsilçisi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs sonra onun işlədiyi ərazidə o işləmişdir. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs olmadığı üçün Şahid1 ilə birlikdə təhvil-təslim aktının tərtib olunması üçün cənub regionuna getmişlər. Təhvil-təslim zamanı 74385 manat məbləğində kəsr müəyyən edilmişdir. Ən böyük kəsr məbləği müştəri Şahid4 ilə bağlı olmuşdur. Təhvil-təslim zamanı müştərilərin məhsulların xarab olması və s. barədə hər hansı bir şikayəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin yanvar ayından 2022-ci ilin avqust ayına kimi Zərərçəkmiş şəxs ilə əməkdaşlıq etmişdir. Həmin vaxt ərzində Zərərçəkmiş şəxs MMC-dən “EPO Kimya” məhsulları üzrə kafel yapışdırıcı məhsulunu alırdı və işlətdiyi mağazada satırdı. Bu dövrdə sifarişlərin verilməsi və ödənişlərin edilməsi zamanı yalnız Təqsirləndirilən şəxsla iş görmüş və pulları ona ödəmişdir. Həmin MMC-nin başqa əməkdaşı bu prosesdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs ilə 2021-ci il tarixdə birlikdə işləyirlər. 2022-ci il tarixdə Təqsirləndirilən şəxs cənub regionu üzrə satış təmsilçisi kimi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs hər zaman intizamlı işçi olmuşdur. Onunla sonuncu dəfə 29 dekabr 2022-ci il tarixdə danışmış, həmin vaxt Şahid4 adlı müştəridən pul götürməli olduğunu bildirmişdir. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmamış, telefonuna zəng çatmamışdır. Təqsirləndirilən şəxs ondan sonuncu aldığı 1000 manat pulu sonradan MMC-nin kassasına ödəmədiyindən onun şirkətə borcu qalmışdır. Yəni o, üzərinə düşən vəzifəni yerinə yetirmiş, yaranan çatışmazlıq Təqsirləndirilən şəxs ilə əlaqədar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 3 il ərzində Zərərçəkmiş şəxs ilə əməkdaşlıq etmişdir. Hal-hazırda Space inşaat şirkətinin rəhbəridir. Həmin vaxt ərzində Zərərçəkmiş şəxs MMC-dən “EPO Kimya” məhsulları üzrə kafel yapışdırıcı məhsulunu alırdı və işlətdiyi mağazada satırdı. Təqsirləndirilən şəxs şirkətdə satış şöbəsində işləyirdi. Hesabat işlərini həmişə Elməddin görürdü. Elməddin ondan aldığı təxmini 65000 manat pulu şirkətin kassasına ödəməli olduğu halda bunu etməmiş və qeyd olunan məbləğdə çatışmazlıq yaranmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsndə baş mühasib vəzifəsində işləmişdir. Hadisə baş verən zaman Vüqar müəllim ona bildirmişdir ki, 74385 manat şirkət hesabatında çatışmazlıq var. Elməddin Qədriov malları alıcılara vermiş, lakin aldığı pulları şirkətə mədaxil etməmişdir. Daha sonra bu hal barədə istintaq orqanında ifadə vermişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Qarabağlı kəndində yaşayır. Həmin kənddə onun ailəsinə məxsus tikinti materiallarının satış mağazası vardır. VÖEN mağazanın müdiri atası X10 adınadır. Azər Rüstəmov atası olduğundan o, həmin mağazada satıcı kimi işləyir. Satıcı kimi əsas funksiyaları malların satışını təşkil etmək olsa da, mağaza onlara məxsus olduğundan malların sifarişlərinin verilməsi və ödənişlərin qəbul edilməsini işini də özü görür. Təqsirləndirilən şəxs tanıyır və aralarında yalnız iş münasibətləri olmuşdur. Belə ki, Elməddin Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi zaman o, ona Zərərçəkmiş şəxs MMC-yə məxsus “Knarr Boya” məhsulları üzrə “KNARR”, “Penguin” və “Zink” markası adlı boyaları və “EPO Kimya” məhsulları üzrə “Epomix”, “Zinkomix” markası adlı kafel yapışdırıcı və aradoldurucu məhsullarını sifariş etmişdir. O, Elməddinə sifarişi verdikdən sonra isə Zərərçəkmiş şəxs MMC tərəfindən sifarişlər mağazaya gətirilmişdir. Yəni Elməddin “soyuq satış” həyata keçirərək sifariş veriləndən sonra malları Elməddin yox şirkətin digər əməkdaşı mağazaya çatdırmışdır. Malları satış fakturaları əsasında imza etməklə qəbul etmişdir. Fakturaların bir nüsxəsi əvvəllər onda qalırdısa da, artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda onda yoxdur. Elməddinə etdiyi sifarişlər çatdırıldıqdan sonra malların satışını həyata keçirərək satışdan topladığı pul vəsaitlərini Zərərçəkmiş şəxs MMC-yə ödəniş etmək üçün hər dəfəsində Təqsirləndirilən şəxs özünə əlbəəl, nağd formada ödəmişdir. Pulu Elməddinə verdikdən sonra sonuncu ona ödəniş barədə çeklər də vermiş, lakin artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda həmin çeklər onda yoxdur. '‘CMT Group” MMC-dən alınan mallara görə MMC-nin bank hesabına və ya hansısa şəxsin bank kartına köçürmə yolu ilə heç vaxt pul ödəməmiş, o sifarişlərin verilməsi və ödənişlərin edilməsi zamanı yalnız Təqsirləndirilən şəxsla iş görmüş və pulları yalnız ona vermişdir. Həmin MMC-nin başqa əməkdaşı bu prosesdə iştirak etməyib. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin adım bilmədiyi əməkdaşları təhvil-təslim aparılması üçün onların mağazasına gələrək Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs iş fəaliyyəti zamanı nöqsanlara yol verdiyini bildirib təhvil-təslim edərək akt tərtib etmişlər. O, mağazanın nümayəndəsi kimi həmin aktı imzalamış və həmin aktda yazılanların hamısını təsdiq edir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022ci il tarixdə 200 manat və xx.xx.2022-ci il tarixdə 200 manat pul vəsaitini Təqsirləndirilən şəxs nağd ödəmiş. Lakin Elməddin ondan sonuncu aldığı pulları sonradan MMC-nin kassasına ödəməmişdir. Yəni bu çatışmazlıq Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə əlaqədardır, o isə üzərinə düşən ödənişləri tam etmişdir. Şahid5 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC ilə işlədiyi müddətdə ona müəyyən məbləğlərdə endirimlər edilmiş, eləcə də sifarişləri əsasında mağazaya çatdırılmış mallar arasında hansısa mal yararsız, xarab və ya hər hansı başqa formada satışa yararsız çıxdıqda həmin mallar geri qaytarılmış və bu məbləğ şirkətə ödəyəcəyi məbləğdən çıxarılmışdır. Yəni hər dəfəsində Təqsirləndirilən şəxs ödədiyi satış pullarının geri qaytarılmış yararsız mallara və ya ona edilmiş endirimlərə aidiyyəti yoxdur, həmin məbləğlər yalnız satışdan topladığı pul vəsaiti olmuşdur. (Cild 2, iş vərəqləri 167- 171). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Xıllı qəsəbəsində ona məxsus tikinti materiallarının satış mağazası vardır. Həmin mağazada fərdi sahibkar kimi göstərdiyi fəaliyyətlə əlaqədar VÖEN də onun adınadır. Həmin mağazanı özü işlətdiyindən mağazada satışı və malların sifarişlərinin verilməsi, eləcə də ödənişlərin qəbul edilməsi işini də özü görür. Təqsirləndirilən şəxs tanıyır və onunla aralarında yalnız iş münasibətləri olmuşdur. Belə ki, Elməddin Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi zaman o, ona Zərərçəkmiş şəxs MMC-yə məxsus “Knarr Boya” məhsulları üzrə “Penguin” və “Zink” markası adlı boyaları və “EPO Kimya” məhsulları üzrə “Bostun” markası adlı kafel yapışdırıcı və aradoldurucu məhsullarını sifariş etmişdir. O, Elməddinə sifarişi verdikdən sonra isə Zərərçəkmiş şəxs MMC tərəfindən sifarişlər mağazaya gətirilmişdir. Yəni Elməddin “soyuq satış” həyata keçirərək sifariş veriləndən sonra malları Elməddin yox şirkətin digər əməkdaşı mağazaya çatdırmışdır. Malları satış fakturaları əsasında imza etməklə qəbul etmişdir. Fakturaların bir nüsxəsi əvvəllər onda qalırdısa da, artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda onda yoxdur. Elməddinə etdiyi sifarişlər çatdırıldıqdan sonra malların satışını həyata keçirərək satışdan topladığı pul vəsaitlərini Zərərçəkmiş şəxs MMC-yə ödəniş etmək üçün hər dəfəsində Təqsirləndirilən şəxs özünə ödəmişdir. Pulu Elməddinə verdikdən sonra sonuncu ona ödəniş barədə çeklər də vermiş, lakin artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda həmin çeklər onda yoxdur. Zərərçəkmiş şəxs MMC-dən alınan mallara görə MMC-nin bank hesabına və ya hansısa şəxsin bank kartına köçürmə yolu ilə heç vaxt pul ödəməmiş, o sifarişlərin verilməsi və ödənişlərin edilməsi zamanı yalnız Təqsirləndirilən şəxsla iş görmüş və pulları yalnız ona vermişdir. Həmin MMC-nin başqa əməkdaşı bu prosesdə iştirak etməyib. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Əvəz və İlham adlı əməkdaşları təhvil-təslim aparılması üçün onun mağazasına gələrək Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs iş fəaliyyəti zamanı nöqsanlara yol verdiyini bildirib təhvil-təslim edərək akt tərtib etmişlər. O, mağazanın sahibi kimi həmin aktı imzalamış və aktda yazılanların hamısını təsdiq edir. Belə ki, o, dəqiq tarixlərini xatırlamasa da, 2022-ci ilin noyabr-dekabr aylarında 1000, 130 və 400 manat olmaqla, ümumilikdə, 1530 manat satış pulunu Təqsirləndirilən şəxs ödəmişdir. Lakin Elməddin ondan aldığı sonuncu iki ödənişi, yəni ümumilikdə, 530 manatı MMC-nin kassasına ödəməmişdir. Yəni bu çatışmazlıq Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə əlaqədardır, o isə üzərinə düşən ödənişləri tam etmişdir. Şahid6 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC ilə işlədiyi müddətdə ona müəyyən məbləğlərdə endirimlər edilmiş və bu məbləğ şirkətə ödəyəcəyi məbləğdən çıxarılmışdır. Yəni hər dəfəsində Təqsirləndirilən şəxs ödədiyi satış pullarının ona edilmiş endirimlərə aidiyyəti yoxdur, həmin məbləğlər yalnız satışdan topladığı pul vəsaiti olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs verdiyi sifarişlər əsasında ona çatdırılmış mallar arasında hansısa malın yararsız, xarab və ya hər hansı başqa formada satışa yararsız olması, həmin malların geri qaytarılması halı olmamışdır. (Cild 2, iş vərəqləri 180- 184) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid7 ifadəsində göstərmişdir ki, Salyan şəhəri, Ələt-Astara yolunun üzərində onun ailəsinə məxsus tikinti materiallarının satış mağazası vardır. Həmin mağazada fərdi sahibkar kimi göstərdiyi fəaliyyətlə əlaqədar VÖEN də onun adınadır. Sadəcə olaraq Zərərçəkmiş şəxs MMC ilə aralarında olan müqavilədə qardaşı X12 adı qeyd olunmuşdur. Lakin həmin mağazanı əsasən özü işlədir həmçinin mağazada satışı və malların sifarişlərinin verilməsi, eləcə də ödənişlərin qəbul edilməsi işini də özü görür. Təqsirləndirilən şəxs tanıyır və aralarında yalnız iş münasibətləri olmuşdur. Belə ki, Elməddin Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi zaman o, ona Zərərçəkmiş şəxs MMC-yə məxsus “EPO Kimya” məhsulları üzrə “Epomix” və “Boston” markaları adlı kafel yapışdırıcı və aradoldurucu məhsullarını sifariş etmişdir. O, Elməddinə sifarişi verdikdən sonra isə Zərərçəkmiş şəxs MMC tərəfindən sifarişlər mağazaya gətirilmişdir. Yəni Elməddin “soyuq satış” həyata keçirərək sifariş veriləndən sonra malları Elməddin yox şirkətin digər əməkdaşı mağazaya çatdırmışdır. Malları satış fakturaları əsasında imza etməklə qəbul etmişdir. Fakturaların bir nüsxəsi əvvəllər onda qalırdısa da, artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda onda yoxdur. Elməddinə etdiyi sifarişlər çatdırıldıqdan sonra malların satışını həyata keçirərək satışdan topladığı pul vəsaitlərini Zərərçəkmiş şəxs MMC-yə ödəniş etmək üçün hər dəfəsində Təqsirləndirilən şəxs özünə əlbəəl, nağd formada ödəmişdir. Pulu Elməddinə verdikdən sonra sonuncu ona ödəniş barədə çeklər də vermiş, lakin artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda həmin çeklər onda yoxdur. Zərərçəkmiş şəxs MMC-dən alman mallara görə MMC-nin bank hesabına və ya hansısa şəxsin bank kartına köçürmə yolu ilə heç vaxt pul ödəməmiş, o sifarişlərin verilməsi və ödənişlərin edilməsi zamanı yalnız Təqsirləndirilən şəxsla iş görmüş və pulları yalnız ona vermişdir. Həmin MMC-nin başqa əməkdaşı bu prosesdə iştirak etməyib. xx.xx.2023-cti il tarixdə Zərərçəkmiş şəxs MMC-nin adını indi xatırlamadığı əməkdaşları təhvil-təslim aparılması üçün onların mağazasına gələrək Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs iş fəaliyyəti zamanı nöqsanlara yol verdiyini bildirib təhvil-təslim edərək akt tərtib etmişlər. O, mağazanın nümayəndəsi və sahibi kimi həmin aktı imzalamış və həmin aktda yazılanların hamısını təsdiq edir. Belə ki, o, dəqiq tarixlərini xatırlamasa da, 2022-ci ilin noyabr-dekabr aylarında 200 manat, 200 manat, 100 manat, 200 manat, 100 manat, 200 manat və 200 manat satış pulu olan pul vəsaitlərini Təqsirləndirilən şəxs nağd ödəmiş. Lakin Elməddin ondan aldığı sonuncu üç ödənişi, yəni ümumilikdə, 500 manatı MMC- nin kassasına ödəməmişdir. Yəni bu çatışmazlıq Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə əlaqədardır, o isə üzərinə düşən ödənişləri tam etmişdir. Şahid7 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC ilə işlədiyi müddətdə ona müəyyən məbləğlərdə endirimlər edilmiş, eləcə də sifarişləri əsasında mağazaya çatdırılmış mallar arasında hansısa mal yararsız, xarab və ya hər hansı başqa formada satışa yararsız çıxdıqda həmin mallar geri qaytarılmış və bu məbləğ şirkətə ödəyəcəyi məbləğdən çıxarılmışdır. Yəni hər dəfəsində Təqsirləndirilən şəxs ödədiyi satış pullarının geri qaytarılmış yararsız mallara və ya ona edilmiş endirimlərə aidiyyəti yoxdur, həmin məbləğlər yalnız satışdan topladığı pul vəsaiti olmuşdur. (Cild 2, iş vərəqləri 173-177). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid8 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Alar kəndində yaşayır və həmin kənddə ona məxsus tikinti materiallarının satış mağazası vardır. VÖENdə onun adınadır. Ona məxsus mağaza satdığı mallara dair sifarişlərinin verilməsi və ödənişlərin qəbul edilməsi işini də özü görür. Təqsirləndirilən şəxs tanıyır və onunla aralarında yalnız iş münasibətləri olmuşdur. Belə ki, Elməddin Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi zaman o, ona Zərərçəkmiş şəxs MMC-yə məxsus “EPO Kimya” məhsulları üzrə “Boston” markası adlı kafel yapışdırıcı və aradoldurucu məhsullarını sifariş etmişdir. O, Elməddinə sifarişi verdikdən sonra isə Zərərçəkmiş şəxs MMC tərəfindən sifarişlər mağazaya gətirilmişdir. Yəni Elməddin “soyuq satış” həyata keçirərək sifariş veriləndən sonra malları Elməddin yox şirkətin digər əməkdaşı mağazaya çatdırmışdır. Malları satış fakturaları əsasında imza etməklə qəbul etmişdir. Fakturaların bir nüsxəsi əvvəllər onda qalırdısa da, artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda onda yoxdur. Elməddinə etdiyi sifarişlər çatdırıldıqdan sonra malların satışını həyata keçirərək satışdan topladığı pul vəsaitlərini Zərərçəkmiş şəxs MMC-yə ödəniş etmək üçün hər dəfəsində Təqsirləndirilən şəxs özünə ödəmişdir. Pulu Elməddinə verdikdən sonra sonuncu ona ödəniş barədə çeklər də vermiş, lakin artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda həmin çeklər onda yoxdur. Zərərçəkmiş şəxs MMC-dən alınan mallara görə MMC-nin bank hesabına və ya Elməddindən başqa hər hansısa digər şəxsin bank kartına köçürmə yolu ilə heç vaxt pul ödəməmiş, o sifarişlərin verilməsi və ödənişlərin edilməsi zamanı yalnız Təqsirləndirilən şəxsla iş görmüş və pulları yalnız ona vermişdir. Həmin MMC-nin başqa əməkdaşı bu prosesdə iştirak etməyib. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Əvəz və İlham adlı əməkdaşları təhvil-təslim aparılması üçün onun mağazasına gələrək Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs iş fəaliyyəti zamanı nöqsanlara yol verdiyini bildirib təhvil-təslim edərək akt tərtib etmişlər. O, mağazanın sahibi kimi həmin aktı imzalamış və aktda yazılanların hamısını təsdiq edir. Belə ki, o, xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixə kimi olan dövr ərzində iki dəfəyə yəni 100 və 300 manat olmaqla ümumilikdə 400 manat satış pulunu Təqsirləndirilən şəxs ödəmiş. Lakin Elməddin ondan 2022-ci ilin dekabr ayının ikinci yarısında aldığı sonuncu ödənişi, yəni 300 manatı MMC-nin kassasına ödəməmişdir. Yəni bu çatışmazlıq Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə əlaqədardır, o isə üzərinə düşən ödənişləri tam etmişdir. Şahid8 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC ilə işlədiyi müddətdə ona müəyyən məbləğlərdə endirimlər edilmiş və bu məbləğ şirkətə ödəyəcəyi məbləğdən çıxarılmışdır. Yəni hər dəfəsində Təqsirləndirilən şəxs ödədiyi satış pullarının ona edilmiş endirimlərə aidiyyəti yoxdur, həmin məbləğlər yalnız satışdan topladığı pul vəsaiti olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs verdiyi sifarişlər əsasında ona çatdırılmış mallar arasında hansısa malın yararsız, xarab və ya hər hansı başqa formada satışa yararsız olması, həmin malların geri qaytarılması halı olmamışdır. (Cild 2, iş vərəqləri 217-221). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid9 ifadəsində göstərmişdir ki, Astara rayonu, Pensər kəndində ona məxsus tikinti materiallarının satış mağazası vardır. VÖEN- də öz adınadır. Həmin mağazada malların satışını təşkil etmək, malların sifarişlərinin verilməsi və ödənişlərin qəbul edilməsi işini də özü görür. Təqsirləndirilən şəxs tanıyır və onunla aralarında yalnız iş münasibətləri olmuşdur. Belə ki, Elməddin Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi zaman o, ona Zərərçəkmiş şəxs MMC-yə məxsus “EPO Kimya” məhsulları üzrə “Boston” markası adlı kafel yapışdırıcı məhsulunu sifariş etmişdir. O, Elməddinə sifarişi verdikdən sonra isə Zərərçəkmiş şəxs MMC tərəfindən sifarişlər mağazaya gətirilmişdir. Yəni Elməddin “soyuq satış” həyata keçirərək sifariş veriləndən sonra malları Elməddin yox şirkətin digər əməkdaşı mağazaya çatdırmışdır. Malları satış fakturaları əsasında imza etməklə qəbul etmişdir. Fakturaların bir nüsxəsi əvvəllər onda qalırdısa da, artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda onda yoxdur. Elməddinə etdiyi sifarişlər çatdırıldıqdan sonra malların satışını həyata keçirərək satışdan topladığı pul vəsaitlərini Zərərçəkmiş şəxs MMC-yə ödəniş etmək üçün hər dəfəsində Təqsirləndirilən şəxs özünə əlbəəl, nağd formada ödəmişdir. Pulu Elməddinə verdikdən sonra sonuncu ona ödəniş barədə çeklər də vermiş, lakin artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda həmin çeklər onda yoxdur. Zərərçəkmiş şəxs MMC-dən alınan mallara görə MMC-nin bank hesabına və ya Elməddindən başqa hər hansısa digər şəxsin bank kartına köçürmə yolu ilə heç vaxt pul ödəməmiş, o sifarişlərin verilməsi və ödənişlərin edilməsi zamanı yalnız Təqsirləndirilən şəxsla iş görmüş və pulları yalnız ona vermişdir. Həmin MMC-nin başqa əməkdaşı bu prosesdə iştirak etməyib. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Əvəz və İlham adlı əməkdaşları onun mağazasına gələrək Zərərçəkmiş şəxs MMC- nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmədiklərini, satılmış mallara dair Elməddinə nə qədər pul verdiyini soruşduqdan sonra təhvil- təslim edərək akt tərtib etmişlər. O, mağazanın sahibi kimi həmin aktı imzalamış və aktda yazılanların hamısını təsdiq edir. Belə ki, o, 2022-ci ilin noyabr-dekabr aylarında iki dəfəyə 400 və 1500 manat olmaqla ümumilikdə 1900 manat satış pulunu Təqsirləndirilən şəxs ödəmiş. Lakin Elməddin ondan aldığı sonuncu ödənişi, yəni 1500 manatı MMC-nin kassasına ödəməmişdir. Yəni bu çatışmazlıq Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə əlaqədardır, o isə üzərinə düşən ödənişləri tam etmişdir. Şahid9 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC ilə işlədiyi müddətdə ona müəyyən məbləğlərdə endirimlər edilmiş və bu məbləğ şirkətə ödəyəcəyi məbləğdən çıxarılmışdır. Yəni hər dəfəsində Təqsirləndirilən şəxs ödədiyi satış pullarının ona edilmiş endirimlərə aidiyyəti yoxdur, həmin məbləğlər yalnız satışdan topladığı pul vəsaiti olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs verdiyi sifarişlər əsasında ona çatdırılmış mallar arasında hansısa malın yararsız, xarab və ya hər hansı başqa formada satışa yararsız olması, həmin malların geri qaytarılması halı olmamışdır. Bundan başqa Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qabaq Zərərçəkmiş şəxs MMC-nin digər satış təmsilçisi vəzifəsində işləmiş Toğrul Babayevlə eyni qaydada işləmiş və Elməddinlə işə başladıqda Toğrulun, Elməddinin və Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Şahid1 iştirakı ilə aralarında təhvil-təslim aktı tərtib edilməklə onun Zərərçəkmiş şəxs MMC-yə hər hansı borcu olmadığı təsdiq edilmişdir. (Cild 2, iş vərəqləri 223-227). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid10 ifadəsində göstərmişdir ki, Astara rayonu, Şiyəkəran kəndində ona məxsus tikinti materiallarının satış mağazası vardır. VÖEN atasının adma olsa da mağazanı faktiki olaraq o, idarə edir, eləcə də malların satışını təşkil etmək, malların sifarişlərinin verilməsi və ödənişlərin qəbul edilməsi işini də özü görür. Ona bu işdə Rüstəm İbrahimov adlı işçisi də kömək edir. Təqsirləndirilən şəxs tanıyır və onunla aralarında yalnız iş münasibətləri olmuşdur. Belə ki, 2022-ci ilin fevral ayında Elməddin onun mağazasına yaxınlaşaraq Zərərçəkmiş şəxs MMC-nin məhsullarını satmağını təklif etmiş və o, Zərərçəkmiş şəxs MMC-dən “Knarr Boya” məhsulları üzrə “Penguin” markası adlı boyalarla maraqlanaraq Elməddinə həmin boyaları sifariş etmişdir. Bundan əvvəl o, Zərərçəkmiş şəxs MMC ilə hər hansı əlaqəsi olmamışdır. O, Elməddinə sifarişi verdikdən sonra isə Zərərçəkmiş şəxs MMC tərəfindən sifarişlər mağazaya gətirilmişdir. Yəni Elməddin “soyuq satış” həyata keçirərək sifariş veriləndən sonra malları Elməddin yox şirkətin digər əməkdaşı mağazaya çatdırmışdır. Malları satış fakturaları əsasında imza etməklə qəbul etmişdir. Fakturaların bir nüsxəsi əvvəllər onda qalırdısa da, artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda onda yoxdur. Elməddinə etdiyi sifarişlər çatdırıldıqdan sonra malların satışını həyata keçirərək satışdan topladığı pul vəsaitlərini Zərərçəkmiş şəxs MMC-yə ödəniş etmək üçün hər dəfəsində Təqsirləndirilən şəxs özünə əlbəəl, nağd formada ödəmişdir. Pulu Elməddinə verdikdən sonra sonuncu ona ödəniş barədə çeklər də vermiş, lakin artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda həmin çeklər onda yoxdur. Zərərçəkmiş şəxs MMC-dən alınan mallara görə MMC-nin bank hesabına və ya hər hansısa digər şəxsin bank kartına köçürmə yolu ilə heç vaxt pul ödəməmiş, o sifarişlərin verilməsi və ödənişlərin edilməsi zamanı yalnız Təqsirləndirilən şəxsla iş görmüş və pulları yalnız ona vermişdir. Həmin MMC-nin başqa əməkdaşı bu prosesdə iştirak etməyib. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin adını indi xatırlamadığı əməkdaşları onun mağazasına gəldikdə Astara rayonunda olmadığımdan işçisi Rüstəm İbrahimovdan tərtib edilmiş aktı imzalamasını və aktda “3368 (üç min üç yüz altmış səkkiz) manat Elməddinə ödəmişəm. Borcumuz 0 (sıfır) manatdır. *** *** ** **” yazısını yazmasını xahiş etmişdir. Belə ki, o, sonuncu dəfə 2022-ci ilin dekabr ayının 28-30-u arası olan dövrdə 3368 manat satış pulunu Təqsirləndirilən şəxs şəxsən özünə əlbəəl, nağd formada ödəmişdir. Odur ki, üzləşmə aktında yazılanların hamısını təsdiq edir. Lakin Elməddin ondan aldığı sonuncu ödənişi, yəni 3368 manatı MMC-nin kassasına ödəməmişdir. Yəni bu çatışmazlıq Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə əlaqədardır, o isə üzərinə düşən ödənişləri tam etmişdir. Şahid10 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC ilə işlədiyi müddətdə ona müəyyən məbləğlərdə endirimlər edilmiş, eləcə də sifarişləri əsasında mağazaya çatdırılmış mallar arasında hansısa mal yararsız, xarab və ya hər hansı başqa formada satışa yararsız çıxdıqda həmin mallar geri qaytarılmış və bu məbləğ şirkətə ödəyəcəyi məbləğdən çıxarılmışdır. Yəni hər dəfəsində Təqsirləndirilən şəxs ödədiyi satış pullarının geri qaytarılmış yararsız mallara və ya ona edilmiş endirimlərə aidiyyəti yoxdur, həmin məbləğlər yalnız satışdan topladığı pul vəsaiti olmuşdur. (Cild 2, iş vərəqləri 229-233). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid11 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda ona məxsus tikinti materiallarının satış mağazası vardır. VÖEN-də öz adınadır. Həmin mağazada malların satışını təşkil etmək, malların sifarişlərinin verilməsi və ödənişlərin qəbul edilməsi işini də özü görür. Həmçinin həmin mağazanı işlətməkdə ona bacanağı X16 da kömək edir. O, işdə olmadığı zaman Valeh onu əvəz edir. Təqsirləndirilən şəxs tanıyır və onunla aralarında yalnız iş münasibətləri olmuşdur. Belə ki, Elməddin Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi zaman o, ona Zərərçəkmiş şəxs MMC-yə məxsus “EPO Kimya” məhsulları üzrə “Boston” markası adlı kafel yapışdırıcı məhsulunu sifariş etmişdir. O, Elməddinə sifarişi verdikdən sonra isə Zərərçəkmiş şəxs MMC tərəfindən sifarişlər mağazaya gətirilmişdir. Yəni Elməddin “soyuq satış” həyata keçirərək sifariş veriləndən sonra malları Elməddin yox şirkətin digər əməkdaşı mağazaya çatdırmışdır. Malları satış fakturaları əsasında imza etməklə qəbul etmişdir. Fakturaların bir nüsxəsi əvvəllər onda qalırdısa da, artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda onda yoxdur. Elməddinə etdiyi sifarişlər çatdırıldıqdan sonra malların satışını həyata keçirərək satışdan topladığı pul vəsaitlərini Zərərçəkmiş şəxs MMC-yə ödəniş etmək üçün hər dəfəsində Təqsirləndirilən şəxs özünə əlbəəl, nağd formada ödəmişdir. Pulu Elməddinə verdikdən sonra sonuncu ona ödəniş barədə çeklər də vermiş, lakin artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda həmin çeklər onda yoxdur. Zərərçəkmiş şəxs MMC-dən alınan mallara görə MMC-nin bank hesabına və ya hər hansısa digər şəxsin bank kartına köçürmə yolu ilə heç vaxt pul ödəməmiş, o 2022-ci ili əhatə edən dövr ərzində sifarişlərin verilməsi və ödənişlərin edilməsi zamanı yalnız Təqsirləndirilən şəxsla.iş görmüş və pulları yalnız ona vermişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin adını indi xatırlamadığı əməkdaşları onun mağazasına gəldikdə Lənkəran rayonunda olmadığımdan bacanağı Valeh Rzayev tərtib edilmiş aktı imzalamasını və aktda “442 m. Elməddinə ödəmişəm borcum. 00 Azn ***-***-**-**” yazısını yazmasını xahiş etmişdir. Belə ki, o, 2022-ci ilin dekabr ayının ikinci yarısı 442 manatı Təqsirləndirilən şəxs özünə əlbəəl, nağd formada ödəmişdir. Odur ki, üzləşmə aktında yazılanların hamısını təsdiq edir. Lakin Elməddin ondan aldığı sonuncu ödənişi, yəni 442 manatı MMC-nin kassasına ödəməmişdir. Yəni bu çatışmazlıq Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə əlaqədardır, o isə üzərinə düşən ödənişləri tam etmişdir. Şahid11 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC ilə işlədiyi müddətdə ona müəyyən məbləğlərdə endirimlər edilmiş və bu məbləğ şirkətə ödəyəcəyi məbləğdən çıxarılmışdır. Yəni hər dəfəsində Təqsirləndirilən şəxs ödədiyi satış pullarının ona edilmiş endirimlərə aidiyyəti yoxdur, həmin məbləğlər yalnız satışdan topladığı pul vəsaiti olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs verdiyi sifarişlər əsasında ona çatdırılmış mallar arasında hansısa malın yararsız, xarab və ya hər hansı başqa formada satışa yararsız olması, həmin malların geri qaytarılması halı olmamışdır. (Cild 2, iş vərəqləri 235-239). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid12 ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri “Ləvəngi” dairəsi deyilən yerdə X6 məxsus tikinti materiallarının satış mağazası vardır. VÖEN-də Hamletin adınadır. O, isə həmin mağazada satıcı kimi işləyir. Satıcı kimi əsas funksiyaları malların satışını təşkil etmək olsa da, işçi çatışmazlığı ilə əlaqədar malların sifarişlərinin verilməsi və ödənişlərin qəbul edilməsini işini də görür. Təqsirləndirilən şəxs tanıyır və onunla aralarında yalnız iş münasibətləri olmuşdur. Belə ki, Elməddin Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi zaman o, ona Zərərçəkmiş şəxs MMC-yə məxsus “EPO Kimya” məhsulları üzrə “Boston” markası adlı kafel yapışdırıcı məhsulunu sifariş etmişdir. O, Elməddinə sifarişi verdikdən sonra isə Zərərçəkmiş şəxs MMC tərəfindən sifarişlər mağazaya gətirilmişdir. Yəni Elməddin “soyuq satış” həyata keçirərək sifariş veriləndən sonra malları Elməddin yox şirkətin digər əməkdaşı mağazaya çatdırmışdır. Malları satış fakturaları əsasında imza etməklə qəbul etmişdir. Fakturaların bir nüsxəsi əvvəllər onda qalırdısa da, artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda onda yoxdur. Elməddinə etdiyi sifarişlər çatdırıldıqdan sonra malların satışını həyata keçirərək satışdan topladığı pul vəsaitlərini Zərərçəkmiş şəxs MMC-yə ödəniş etmək üçün hər dəfəsində Təqsirləndirilən şəxs özünə əlbəəl, nağd formada ödəmişdir. Pulu Elməddinə verdikdən sonra sonuncu ona ödəniş barədə çeklər də vermiş, lakin artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda həmin çeklər onda yoxdur. Zərərçəkmiş şəxs MMC-dən alman mallara görə MMCnin bank hesabına və ya hər hansısa digər şəxsin bank kartına köçürmə yolu ilə heç vaxt pul ödəməmiş, o 2022-ci ili əhatə edən dövr ərzində sifarişlərin verilməsi və ödənişlərin edilməsi zamanı yalnız Təqsirləndirilən şəxsla iş görmüş və pulları yalnız ona vermişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin İlham və adını xatırlamadığı digər əməkdaşı onun işlədiyi mağazaya gələrək Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmədiklərini, onun işə çıxmadığını, satılmış mallara dair Elməddinə nə qədər pul verdiyini soruşduqdan sonra təhvil-təslim edərək akt tərtib etmişlər. O, həmin aktı imzalamış və aktda yazılanların hamısını təsdiq edir. Belə ki, o, xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixə kimi olan dövr ərzində yalnız bir dəfə, yəni xx.xx.2022-ci il tarixdə 250 manat satış pulunu Təqsirləndirilən şəxs ödəmiş. Lakin Elməddin ondan aldığı 250 manatı MMC-nin kassasına ödəməmişdir. Yəni bu çatışmazlıq Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə əlaqədardır, o isə üzərinə düşən ödənişləri tam etmişdir. Şahid12 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC ilə işlədiyi müddətdə ona müəyyən məbləğlərdə endirimlər edilmiş və bu məbləğ şirkətə ödəyəcəyi məbləğdən çıxarılmışdır. Yəni hər dəfəsində Təqsirləndirilən şəxs ödədiyi satış pullarının ona edilmiş endirimlərə aidiyyəti yoxdur, həmin məbləğlər yalnız satışdan topladığı pul vəsaiti olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs verdiyi sifarişlər əsasında ona çatdırılmış mallar arasında hansısa malın yararsız, xarab və ya hər hansı başqa formada satışa yararsız olması, həmin malların geri qaytarılması halı olmamışdır. (Cild 2, iş vərəqləri 241- 245). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid13 ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri “Ləvəngi” dairəsi deyilən yerdə ona məxsus tikinti materiallarının satış mağazası vardır. VÖEN-də onun adınadır. Həmin mağazada malların satışını təşkil etmək, malların sifarişlərinin verilməsi və ödənişlərin qəbul edilməsi işini də özü görür. Təqsirləndirilən şəxs tanıyır və onunla aralarında yalnız iş münasibətləri olmuşdur. Belə ki, Elməddin Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi zaman o, ona Zərərçəkmiş şəxs MMC-yə məxsus “EPO Kimya” məhsulları üzrə “Boston” markası adlı kafel yapışdırıcı məhsulunu sifariş etmişdir. O, Elməddinə sifarişi verdikdən sonra isə Zərərçəkmiş şəxs MMC tərəfindən sifarişlər mağazaya gətirilmişdir. Yəni Elməddin “soyuq satış” həyata keçirərək sifariş veriləndən sonra malları Elməddin yox şirkətin digər əməkdaşı mağazaya çatdırmışdır. Malları satış fakturaları əsasında imza etməklə qəbul etmişdir. Fakturaların bir nüsxəsi əvvəllər onda qalırdısa da, artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda onda yoxdur. Elməddinə etdiyi sifarişlər çatdırıldıqdan sonra malların satışını həyata keçirərək satışdan topladığı pul vəsaitlərini Zərərçəkmiş şəxs MMC-yə ödəniş etmək üçün hər dəfəsində Təqsirləndirilən şəxs özünə əlbəəl, nağd formada ödəmişdir. Pulu Elməddinə verdikdən sonra sonuncu ona ödəniş barədə çeklər də vermiş, lakin artıq üstündən çox vaxt keçdiyindən həmin sənədləri məhv etmiş və hazırda həmin çeklər onda yoxdur. Zərərçəkmiş şəxs MMC-dən alman mallara görə MMCnin bank hesabına və ya Elməddindən başqa hər hansısa digər şəxsin bank kartına köçürmə yolu ilə heç vaxt pul ödəməmiş, o 2022-ci ili əhatə edən dövr ərzində sifarişlərin verilməsi və ödənişlərin edilməsi zamanı yalnız Təqsirləndirilən şəxsla iş görmüş və pulları yalnız ona vermişdir. Həmin MMC-nin başqa əməkdaşı bu prosesdə iştirak etməyib. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Əvəz və İlham adlı əməkdaşları onun mağazasına gələrək Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmədiklərini, onun işə çıxmadığını bildirərək təhviltəslim edərək akt tərtib etmişlər və həmin aktı imzalamış, odur ki, aktda yazılanların hamısını təsdiq edir. Belə ki, o, dəqiq tarixi xatırlamasa da, 2022-ci ilin dekabr ayının ikinci yarısı 200 manat satış pulunu Təqsirləndirilən şəxs əlbəəl, nağd formada ödəmiş. Lakin Elməddin ondan aldığı həmin 200 manatı MMC-nin kassasına ödəməmişdir. Yəni bu çatışmazlıq Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə əlaqədardır, o isə üzərinə düşən ödənişləri tam etmişdir. Şahid13 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC ilə işlədiyi müddətdə ona müəyyən məbləğlərdə endirimlər edilmiş və bu məbləğ şirkətə ödəyəcəyi məbləğdən çıxarılmışdır. Yəni hər dəfəsində Təqsirləndirilən şəxs ödədiyi satış pullarının ona edilmiş endirimlərə aidiyyəti yoxdur, həmin məbləğlər yalnız satışdan topladığı pul vəsaiti olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs verdiyi sifarişlər əsasında ona çatdırılmış mallar arasında hansısa malın yararsız, xarab və ya hər hansı başqa formada satışa yararsız olması, həmin malların geri qaytarılması halı olmamışdır. Bundan başqa Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qabaq Zərərçəkmiş şəxs MMC-nin digər satış təmsilçisi vəzifəsində işləmiş Toğrul Babayevlə eyni qaydada işləmiş və Elməddinlə işə başladıqda Toğrulun, Elməddinin və Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Şahid1 iştirakı ilə aralarında təhvil-təslim aktı tərtib edilməklə onun Zərərçəkmiş şəxs MMC-yə hər hansı borcu olmadığı təsdiq edilmişdir. (Cild 2, iş vərəqləri 247-251). Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs MMC xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN verilmişdir. MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsidir, qanuni təmsilçisi Nümayəndə1dur. (Cild 2, iş vərəqləri 102-103). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2021 -ci il tarixli əmək müqaviləsindən və əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. (Cild 2, iş vərəqləri 112-120). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Təqsirləndirilən şəxs əmək münasibətləri prosesində ona etibar edilmiş nağd pulun, əmlakın və digər sərvətlərin saxlanması, daşınması və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına, mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır, eləcə də həmin müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyan məsul şəxs kimi qeyd olunan öhdəlikləri yerinə yetirmək vəzifələrini öhdəsinə götürmüşdür. (Cild 2, iş vərəqləri 122-123). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə1 xx.xx.2021 -ci il tarixli, 25/21 nömrəli əmrndən görünür ki, şirkətin satış təmsilçisi Təqsirləndirilən şəxs mobil telefuna məhsul sifarişlərinin proqrama inteqrasiya olunması, müştərilərdən alınmış ödənişlərə dair məlumatların birbaşa proqrama ötürülməsi, müştəri borclarına nəzarət və sair əməliyyatların həyata keçirilməsi üçün "xxxx" mobil proqram təminatı quraşdırılmışdır. (Cild 2, iş vərəq 126). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli üzləşmə aklarından görünür ki, müştərilər X17 200 manat, X20 700 manat, Şahid6 530 manat, Şahid8 300 manat, Şahid13 200 manat, X21 500 manat, Şahid11 442 manat, Şahid9 1500 manat, X13 250 manat, Şahid14 1000 manat, Şahid4 65395 manat olmaqla ümumilikdə 74385 (yetmiş dörd min üç yüz səksən beş) manat satış pullarını Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs ödəmişlər. (Cild 1, iş vərəqləri 72-80, 82, 85, 87). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs MMC-nin daxili proqram təminatı sistemindən olan çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs özü tərəfindən "xxxx" mobil proqramı vasitəsi ilə cəmiyyətin ümumi sisteminə yüklənmiş məlumatlara əsasən o, müştərilər - X7 xx.xx.2022-ci il tarixdə - 100 manat, X2 xx.xx.2022-ci il tarixdə 250 manat, Şahid13 xx.xx.2022-ci il tarixdə 200 manat, Şahid6 xx.xx.2022-ci il tarixdə 130 manat, X4 xx.xx.2022-ci il tarixdə 200 manat, X7 xx.xx.2022-ci il tarixdə 200 manat, Şahid11 xx.xx.2022-ci il tarixdə 442 manat, X7 xx.xx.2022-ci il tarixdə 200 manat, X9 xx.xx.2022-ci il tarixdə 700 manat, Şahid14 xx.xx.2022-ci il tarixdə 1000 manat, Şahid10 xx.xx.2022-ci il tarixdə 3368 manat, Şahid9 xx.xx.2022-ci il tarixdə 1500 manat, Şahid6 xx.xx.2022-ci il tarixdə 400 manat, Şahid8 xx.xx.2022-ci il tarixdə 300 manat, Şahid4 xx.xx.2022-ci il tarixdə 1624 və 63771 manat olmaqla ümumilikdə 74385 (yetmiş dörd min üç yüz səksən beş) manat satış pullarını müştərilərdən qəbul etmişdir. (Cild 1,iş vərəqləri 88-227, cild 3, iş vərəqləri 11-59). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “Faktiki nəticələr haqqında X31”ndən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-nin müştəriləri ilə aparmış olduğu nəğd hesablaşmalara əsasən müştərilərdən 93,125.00 (doxsan üç min yüz iyirmi beş) manat məbləğində ödənişləri qəbul edərək 18,740.00 (on səkkiz min yeddi yüz qırx manat, 00 qəpik) manat məbləğində pul vəsaitini cəmiyyətin kassasına mədaxil etmiş, qalan 74,385.00 (yetmiş dörd min üç yüz səksən beş manat, 00 qəpik) manat pul vəsaitini isə cəmiyyətin kassasına mədaxil etməyib ziyan vurmuşdur. (cild iş vərəqləri 15-19). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4445 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC-də aparılmış yoxlamanın nəticəsi olaraq müştərilər tərəfindən Təqsirləndirilən şəxs edilən ödəniş məbləği 93,125.00 manat, Təqsirləndirilən şəxs tərəfindən kassaya təhvil verilən məbləğ 18,740.00 manat olduğu və bu səbəbdən aşkarlanmış ziyan məbləği 74,385.00 manat təşkil etdiyi müəyyən edilir. (Cild 1, iş vərəqləri 230-236). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 3, iş vərəqləri 171-172) Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək və özünün həmin cinayətlərin törədilməsində təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 29-cu bəndində göstərilir ki, mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin iki azyaşlı uşağı vardır. Həmçinin iş materaillarına əlavə edilmiş, Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə1 tərəfindən təqdim olunan ərizədən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı tam ödəmiş, onunla barışmışlar və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsi və himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşmanlıq çəkməsi və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə aşağıdakı əsaslara görə təqsirləndirilən şəxsin ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə də islah olunmasını mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs cinayətə meyilli və ictimai təhlükəli şəxs deyildir. Hazırki dövrədək o, cinayət məsuliyyətə cəlb edilməmişdir. O, təqsirini boynuna alaraq əməlindən səmimi peşmanşılıq çəkmiş, cinayət nəticəsində vurduğu ziyanı tamamilə ödəməklə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli mülkiyyət əleyhinə olduğu və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam bərpa edildiyi bir halda, təqsirləndirilən şəxsin uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə nəticələnən hökm, cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə zidd olan yekun məhkəmə aktı kimi qiymətləndirilə bilər. Təhlil edilən hallara görə məhkəmə qeyd edir ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız 70-ci maddəsi institutuna həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X14rşı, § 26). Bütün yuxarıda təsvir olunan halları, eləcə də qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 24 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 08 may 2024-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs 01 il 12 gün müddətində həbsdə olmasını nəzərə alaraq, qeyd edir ki, şərti məhkum etmə ilə bağlı ittiham hökmü çıxarıldığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal həbsdən azad edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 120 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-55/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-55/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver