Məhkəmə qərarları › İş №1(124)-551/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-551/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-551/2023 25.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1998-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Cəlilabad rayonu Maşlıq kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Gənclər şəhərciyi, ev 5, mənzil 15-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayon Gənclər şəhərciyi ərazisində yerləşən 54 saylı yaşayış binasının arxasında, «ŞANS» marketin qarşısından keçən Zərərçəkmiş şəxs əlini qeyri-rəsmi nigahda yaşadığı Şahid4 Mais qızının çiyninə qoyaraq və öpüşmələrini görüb sonuncuların cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməsinə irad bildirdikdə, Zərərçəkmiş şəxsla arasında bu zəmində mübahisə yaranmış, mübahisə zamanı üstündə gəzdirdiyi kəsici-deşici xassəyə malik silah qismində istifadə etdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq sonuncuya qarnın ön divarının deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs vurmaq məqsədi olmamışdır. Həyətdə tanışları ilə oturmuş, söhbət etmişlər. Stolun üstündə pendir, qazlı su, mətbəx bıçağı olmuşdur. Rəşadı əvvəldən tanımamışdır. Rəşadla bir xanımın qarşıdan gəldiyini görmüşlər, onların hərəkətləri əxlaq normalarına zidd olmuşdur. Bu hərəkətin ona bu yaşında pis gəlirsə, 13-14 yaşlı qız uşağı bunu görsə necə olar deyə fikirləşmişdir. Onlara yaxınlaşmış, sözünü demiş, onların hərəkətlərinin mentalitetə zidd olduğunu bildirmişdir. Rəşadın içkili olduğunu sonradan bilmiş, Rəşad ona çox kobud reaksiya vermişdir. Bəlkə də Rəşd içkili olmasaydı, belə hadisə olmayacağını bildirmişdir. Mübahisə edib əlbəyaxa olmuşlar, özü yerə yıxılmış, gücü çatmadığını görüb, stolun üstündən bıçağı götürmüş, özünü müdafiə etmişdir. Ətrafda kiminsə olub-olmamasını xatırlamamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 sentyabr 2021-ci il tarixdə Cəlilabad rayon məhkəməsinin hökümünə əsasən Azərbaycan Respubilkasının CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Bundan sonra məhkəmə tərfmdən barəsində seçilmiş həbs qəimkan tədbiri ev tustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək azad edilmişdir. 14 avqust 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixə keçən gecə saat 01 radələrində tanışı Qismət və onun qonşusu adını xatırlamadığı tanışı ilə Abşeron rayonu Gənclər şəhərciyi 54 saylı yaşayış binasının arxasında «ŞANS» marketin yanandıakı park hissəsində oturacaqda oturub söhbət etmişlər. Həmin vaxtı kənardan onlara tərəf bir oğlanla qadının qucaqlaşaraq piyada yolu ilə gəldiklərini görmüş, onların hərəkətləri diqqətini cəlb etmiş, həmin oğlanın sonradan adını Zərərçəkmiş şəxs Fizuli oğlu kimi bildiyi şəxsin yanındakı qızla olan bir-biri ilə öpüşərək bir birlərinə yaxınlaşmaq kimi hərəkətləri onu hidətləndirmişdir. Ətrafda yaşayış binalarından qadınlar azyaşlı uşaqlar qızlar sonuncuların bu kimi hərəkətlərini görə bilərdi, bu da onların əxlaq normalarına uyğun hərəkətlər deyildi. Bu şəbədən Rəşada yaxınlaşıb etdiyi hərəkətlərə görə «Analarmız bacılarımz sizə baxır deyəndə» Rəşad onun üzərinə hücum çəkib yumuruqla başından vurmuş, sonuncunun vurduğu zərbədən isə yerə yıxılmışdır. Bu zaman Rəşadın yanında olan qadın onu sakitləşdirmək üçün kənara çəkmiş, onun yanında olan Qismət və digər qonşu oğlan da onu kənara çəkməkmək istəmişdir. Rəhad onun üzərinə yenidən gəlmək istədiyini görmüş, o da özü ilə gəzdirdiyi və cibində saxladığı qatlanmayan bıçaqla Rəşadın üzərinə gedərək bir dəfə qarın nahiyəsindən zərbə ilə vurmuşdur. O, vurduğu zərbədən sonra səsə əmisi oğlu Ruslan hadisə yerinə gəlmiş, sonuncu da Qismətin və qonşunun köməkliyi ilə onu hadisə yerindən uzaqlaşdırmışlar. Bundan sonra eşitmişdir ki, Rəşad vurduğu bıçaq xəsarətdən xəstəxanaya düşüb cərrahi əməliyyat olunmuşdur. Bundan sonra polisin onu axtardığını bilib gündüz saatlarında yaşadığı evdən çıxaraq Bakı şəhərində gəzməyə başlamış, o, evə yalnız gecə saatlarında gəlmiş, səhər yenidən çıxıb Bakı şəhərinə getmişdir. Bundan sonra, yəni 08 oktyabr 2022-ci il tarixdə evdə olan vaxtı polis əməkdaşları yaşadığı ünvan 1 ünvanına gələrək saxlanılmış sonra da onu Abşeron RPİ-nin MSY-уэ təhvil vermişlər. Hazırda törətdiyi əməldən peşman deyil. Göstərmişdir ki, Zərərçəkmiş şəxs ilk dəfə hadisə zamanı görmüş, onunla əvvəllər ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı həmin günü yerdən tapmış, cibimdə saxlamış ki, evdə mətbəxdə istifadə etsin. Zərərçəkmiş şəxsla dava dalaşı olan vaxtı sonuncunun yanında olan qadın onun yanında Qismət adını xatırlamadığı qonşu sonradan hadisə yerinə gələn əmisi oğlu Ruslan olmuş, kənar kimsə olmamış, aralarındakı dava-dalaş təxminən 10-15 dəqiqə baş verib qurtarmışdır. Onu dava dalaş zamanı birinci dəfə Rəşad yumurqla başından vurmuş, o, yerə yıxılmış, başından xəsarət almış, ona görə də tibbi müayinədən keçmək istəyir. (cild 1. i/v 170-172) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid4 Mais qızı ilə qeyri rəsimi ər-arvad münasibətləri var, birlikdə yaşayırlar. 15 avqust 2022- ci il tarix saat 01 radələrində Gülərlə birikdə evlərinə qonaq gəlmiş şəxsi yola salmaq məqsədi ilə həyətə düşmüşlər. Qonağı yola salıb əlini Gülərin çiyininə qoyaraq marketin qarşısından keçdikdə yolun kənarında oturacaqda üç cavan oğlan oturmuşdur. Həmin vaxtı o, Gülərin sinəsindən tutduğu üçün Şahmar ona yaxınlaşıb «Sən kimsən ki, əlini qızın çiyninə qoyub gedirsən, bizim anamız bacımız var» demiş və onunla mübahisə yaratmışdır. O, Şahmara bildirmişdir ki, «bu qadın mənim arvadımdır». Aralarında yaranmış mübahisə zamanı Şahmara bir sillə vurduğu üçün onunla əlbəyaxa olmuş, həmin vaxtı Şahmarın əlində bıçağı görmüş, Şahmar həmin bıçaqla qarın onun nahiyəsindən zərbə ilə bir dəfə vurmuşdur. Həmin vaxtı onun sinəsindən qanın axdığını görən Şahmarın dostları onu kənara çəkərək aparmışlar. Bundan sonra Gülərin köməkliyi ilə xəstəxanaya aparılmış, orada əməliyyat olunmuşdur. O. ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, Şahmar onunla qonşu binada yaşamışdır. 15 avqust 2022-ci il tarix saat təxminən 01 radələrində səhhəti ilə bağlı yürüş etmək üçün həyətə düşmüşdür. Həmin vaxtı Abşeron rayonu Gənclər şəhərciyi ərazisində yerləşən «Şans» marketin qarşısında bir kişi ilə bir qadının bir-biri ilə qucaqlaşaraq öpüşə- öpüşə gəldiklərini görmüş, sonradan həmin kişinin adının Rəşad olduğunu bilmişdir. Həmin vaxt onların hərəkətləri ətrafda olan şəxslərə eləcə də, ona xoş təssürat bağışlamamışdır. Həmin vaxtı qonşu Şahmar Rəşada yaxınlaşıb nə isə irad formasına bildirəndə Rəşad Şahmarın sinəsindən itələyərək onu vurmuş, onların arasında dava-dalaş başlamış, yanlarında olan iki tanımadığı şəxs onları sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Şahmar Rəşada zərbə yetirdikdən sonra həmin iki nəfər şəxs onları aralayaraq Şahmarı aparmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Şahmar onunla birlikdə yaşamışdır. Şahmar Rəşadı bıçaqla vurduqdan sonra evə gəlməmiş, onun harada qalmasından məlumatı olmamışdır. Bildirmişdir ki, Şahmar 15 avqust 2022-ci il tarixdə saat 01 radələrində üç dostu ilə birgə Abşeron rayonu Gənclər şəhərciyi ərazisində yerləşən marketin qarşısından oturacaqda oturub söhbət etmişdir. Həmin vaxtı Rəşad əlini arvadının çiyninə qoyaraq yoldan onların qarşsından keçən vaxtı Rəşadın hərəkətləri Şahmara xoş gəlmədiyindən Rəşada irad tutmuş, Rəşad isə oğluna işi ilə məşğul olmasını deyərək onun üzərinə hücum çəkmişdir. Həmin vaxtı oğlu Şahmar da cibində olan bıçaqla onun sinəsindən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanyır, onunla normal qonşu kimi münasibəit vardır. Belə ki, 15 avqust 2022-ci il tarix saat təxminən 00:30 radələrində həyətə düşmüş, qonşulardan Şahmar və tanımadığı bir şəxslə söhbət etmiş, o da sonunculara yaxınlaşıb görüşmüş, onlar Abşeron rayonu Gənclər şəhərciyi 54 saylı yaşayış binasının arxasında yerləşən «Şans» marketin qarşısından oturacaqda oturub söhbətlərinə davam emişlər. Həmin vaxtı qonşuluqda yaşayan adını sonradan bildiyi Rəşad adlı şəxs əlini bir xanımın çiyninə qoyaraq yolda insanların diqqətini cəlb edəcək formada həmin qızı qucaqlayaraq örə-öpə gəldiyini görmüş, həmin anda onların hərəkətləri onlarda xoş təsurat yaratmamış, əsasən onun hərəktləri Şahmara xoş gəlməmişdir. Bu zaman Şahmar Rəşada yaxınlaşıb onu çağıraraq «bir dəqiqə olarmı» deyərək kənara çəkmək istəmiş və həmin şəxsə hərəkətlərinə görə irad tutmuşdur. Həmin vaxtı Şahmar Rəşada bildirmişdir ki, «mən ailə üzvlərimlə birlikdə 14 ildir ki, burada yaşayıram, ana bacılarmız var, bu nə qaydadır, əlini qıza sarılıb gedirsiniz» deyəndə Rəşad Şahmarın üstünə hücum edərək işi ilə məşğul olmasını deyib Şahmarın alından yumuruqla vurmuş, Şahmar yerə yıxılmış, sonra Şahmar ayağı qalxanda onlar əlbəyaxa olmuşlar. Bu zaman Şahmar da cibində olan meyvə doğramaq üçün olan cib bıçağını çıxarıb onun sinəsindən bir dəfə vuraraq ona ağır xəsarət yetirmişdir. Onların davadalaşını o və yanında olan tanımadığı şəxs Şahmarı sakitləşdirərək oradan uzaqlaşdırmışlar. Bundan sonra Rəşad yanında olan həmin qızın köməkliyi ilə tibbi yardım alması üçün xəstəxanaya aparılmışdır. Sonradan bilmişdir ki, Rəşad aldığı xəsarətdən cərrahi əməliyyat olunmuşdur. Göstərmişdir ki, hadisə zamanı o, Şahmar, Rəşad yanlarında olan Şahmarı sakitləşdirən şəxslərdən biri adını bilmədiyi oğlan və ola bilsin ki, yaşayış binasında yaşayan şəxslər görə bilərdi, lakin həmin şahidlərin kim olduğunun anket məlumatlarını bilmir. X5 Abasovun arasında baş vermiş dava dalaş təxminən 5-10 dəqiqə çəkmiş, onların davaları yəni Şahmar Rəşadı bıçaqla vuran kimi sakitləşdmişdir. Şahmar Rəşadı vurmasaydı, Rəşad Şahmarı döyərək xəsarət yetirərdi. Çünki Rəşad fiziki cəhətdən Şahmardan güclü olmuş, həmçinin Rəşad sərxoş olmuşdur. (cild 1, iş vərəqə 66- 67). Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qeyri rəsimi ər-arvad münasibətindədir. xx.xx.2022-ci il tarixdə axşam radələrində kirayədə yaşadığı ünvan 3 ünvanına qonağı gəlmişdir. Evdə çörək yeyib içdikdən sonra artıq 15 avqust 2022-ci il tarixdə saat 00:15 radələri olardı, Rəşadla birikdə qonağı yola salmağa həyətə düşmüşlər. Onlar qonağı yola salıb piyada yolu ilə gəzə-gəzə evə tərəf gəlmişlər. Rəşad əlini onun çiynindən tutub gələrkən 54 saylı yaşayış binasının arxasında yerləşən «Şans» marketin qarşısından keçən anda yolun solunda oturacaqda üç cavan oğanın oturduğunu görmüşlər. Onlar oradan gülə-gülə danışıb evə tərəf getmək istəmişlər. Həmin vaxtı onlardan biri sonradan adının Şahmar olduğunu bildiyi cavan oğlan onlara yaxınlaşıb Rəşada irad formasında «Sən kimsən ki, əlini qızın çiyninə qoyub gedirsən, bizim anamız bacımız var” deyib onunla mübahisə yaratmışdır. Rəşad isə həmin Şəhmar adlı oğlana onu göstərib bildirmişdir ki, “bu qadın mənim arvadımdır”. Rəşad Şahmara etdiyi iradın yerisiz olduğunu demiş, lakin Şahmar Rəşadla qərəzli danışaraq ona əl- qol atıb söyüş söymüşdür. Rəşad isə ona bildirmişdir ki, “yanımda xanım var ayıbdır, qoy bu xanımı evə yola sahm, qayıdıb aramızdakı narazhğı aydınlaşdıraq”. Rəşad bu sözü dediyi anda Şahmar onun üzərinə hücum çəkmiş, Şahmar Rəşadla əlbəyaxa olmuş, bu anda gözlənilmədən Şahmarın əlində tutduğu iti uclu bıçağı görmüş, o Rəşadı həmin bıçaqla sinəsindən zərbə ilə bir dəfə vurmuş, bu zaman Şahmarın əlində bıçağı görən dostları onu sakitləşdirmək üçün kənara çəkmişlər. Həmin vaxtı Rəşadın sinəsindən qanın axdığını görən Şahmarın dostları onu kənara çəkərək aparmışlar. O, Rəşadın xəsarət aldığım görüb ona cəld yardım etmiş və onu əvvəlcə Abşeron rayon mərkəzi xəstəxanasına, oradan isə Respublika xəstəxanasına aparmış, Respublika xəstəxanasında isə Rəşadı əməliyyata götürmüşlər və Rəşad orada əməliyyat olunmuşdur. (cild 1, iş vərəqə 140-141) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayon Gənclər şəhərciyi ərazisində yerləşən 54 saylı yaşayış binasının arxasında, «ŞANS» marketin qarşısıdır. (cild 1, iş vərəqə 2-3). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə- tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1954 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - qarnın ön divarının deşilmiş-kəsilmiş yarası deşici-kəsici xarakterə malik əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2022-ci il tarixdə qarın nahiyəsinə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurma dərəcəsinin təyini zərərçəkənin adına olan müvafiq sənədlər ekspertizaya təqdim edildikdən sonra aydınlaşdırılacaqdır. (cild 1, iş vərəqə 38- 39) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə- tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 56Ə saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - daxilə qanaxma və qara ciyərin sol payınmyaralanması ilə müşayiət olunan qarının ön divarının daxilə nüfüz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici xarakterə malik əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qarın nahiyəsinə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild 1, iş vərəqə 80-82) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə- tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2365 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilmədi. (cild 1, iş vərəqə 79) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1331 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, cinayət işi materiallarından və hal hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmədi. X3 cinayət əməlini törədərkən öz əməllərinin faktiki xaraktkerini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.( cild 1, iş vərəqə 149-152) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Hüseyinov X2 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü İlə AR CM-nin 127.2.2, 127.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinib 1 il 09 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsindən alınmış 07 mart 2023-cü il tarixli, 21- 2/3-1051 nömrəli məktubla müəyyən edilmişdir ki, Hüseyinov X2 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 1 il 09 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 7(012)-110/2022 nömrəli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. (cild 1. i/v 68-69,74-78, 101) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Abşeron Gənclər Şəhərciyi” nin MİS-dən alınmış arayışdan və xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində MİS-ə heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 70-72). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təqdim olunmuş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. ( cild 1, iş vərəqə 100) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əvvəllər də şəxsiyyət əleyhinə cinayət törətdiyi üçün məhkum olunduğuna və hazırki hadisə zamanı mübahisə onun tərəfindən başlanıldığına görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bir bıçaq zərbəsi vursa da, zərərçəkmiş şəxslə barışsa da ona ittiham olunduğu maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin Şahmar Hüseynov istintaqdan qəsdən yayındığından barəsində axtarış elan edilmişdir. xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 oktyabr 22022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 04 ( dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 oktyabr 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar