Məhkəmə qərarları › İş №1(124)-551/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-551/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-551/2024 01.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tanışı Şahid6 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,379 qram narkotik vasitə heroini əldə edərək üzərində daşıyaraq saxlamış, 21 sentyabr 2023-cü il tarixdə saat 23:27 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Dədə Qorqud” restoranının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildikdən sonra üzərində aparılan şəxsi axtarış zamanı xeyli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,379 qram narkotik vasitə heroin əynində olan şalvarının sağ arxa yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, təmiz çəkisi 25,197 qram narkotik vasitə heroini və 7,253 qram psixotrop maddə metamfetamini əldə edib üzərində və yaşadığı evdə saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ- nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12:40-da Sumqayıt şəhəri 2-ci məhəllə 11 saylı tam orta məktəbin yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən və yaxalığının arxa hissəsindən satış məqsədi ilə saxladığı 18 (on səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,277 qram, 0,312 qram, 0,374 qram, 0,258 qram, 0,253 qram, 0,300 qram, 0,283 qram, 0,020 qram, 0,032 qram, 0,020 qram, 0,015 qram, 0,023 qram, 0,029 qram, 0,027 qram, 0,012 qram, 0,010 qram, 0,030 qram, 0,003 qram, birlikdə ümumi təmiz çəkisi 2,278 qram olan, qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin və 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,327 qram, 0,043 qram, 0,034 qram, 0,033 qram, 0,037 qram 0,035 qram, 0,444 qram birlikdə ümumi təmiz çəkisi 1,953 qram olan, ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazılanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə onun yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən evin yataq otağında yerləşən çarpayının altında olan qırmızı rəngli çantanın içərisində satış məqsədi ilə saxladığı 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,354 qram və 4,946 qram, birlikdə ümumi təmiz çəkisi 5,300 qram olan, kustar üsulla hazırlanmış, eyni tərkibli psixotrop maddə metamfetamin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 22,919 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və eləcə də səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Fuad adlı dostu axtarışda olmuş, lakin onun bundan xəbəri olmamışdır. Narkotik vasitəni ondan aldığı zamanı polis əməkdaşları bunu görmüşdür. Fuadın üzərində narkotik vasitə olmuş və ona demişdir ki, “bunu saxla”. Əslində 234.1-ci maddədə göstərilən ittihamda olan narkotik vasitə dostu Fuad məxsus olmuş, onun olmamışdır. Bu hadisə ilə əlaqəsi olmamışdır. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq polis bölməsinə aparmışdrılar. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmiş, daha sonra narkoloji dispanserdə qeydiyyatdan keçdikdən sonra orada bir müddət bununla bağlı müalicə almışdır. Taksidə olarkən Fuad ona narkotik vasitəni saxlamağını demiş və daha sonra polis əməkdaşları onları saxlayaraq polis bölməsinə aparmışdrılar. 18 büküm olan narkotik vasitə isə özünə məxsus olmuş, narkotik vasitəni elə o formada da almış, Biləcəri ərazisindən əldə etmişdir. Narkotik vasitə 18 bükümə aldığı şəxs tərəfindən bölünmüşdür. Günlük 5-10 manatlıq narkotik vasitə istifadə etmişdir. Mehdi ilə üzbəüz görüşməmişdir. O, narkotik vasitə üçün ona faktiki pul verməmişdir. Mehdidən aldığı narkotik vasitələrin pulunu ona kart vasitəsi ilə hissə-hissə ödəcəyini bildirmiş və o da bununla razılaşmışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, birinci epizod üzrə narkotik vasitə ona məxsus olmamışdır. Həmin narkotik vasitə Fuada məxsus olmuş, Fuad həkim otağında olarkən narkotik vasitəni ona verib “Bunu saxla” demişdir. Həmin narkotik vasitəni saxladığı üçün polis əməkdaşları onu tutmuşdurlar. Narkotik vasitə üzərindən aşkar olunmuş, amma həmin narkotik vasitə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Fuad onların məhləsində yaşamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə saat təxminən 20-21 radələrində Sumqayıt şəhər ərazisində tanışı Şahid6 ilə görüşmüş və üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, Şahid6 da üzərində narkotik vasitə olmasını bildirmiş və 1 ədəd bükümdə narkotik vasitə heroini ona vermişdir. Bundan sonra o, Şahid6 ayrılıb öz işlərini görmüşdür. Yenidən 21 sentyabr 2023-cü il tarixdə saat 23:27 radələrində o, Şahid6 ilə Sumqayıt şəhəri, X12 yaxınlığında görüşmüş, təxminən 1-2 dəqiqə söhbət etdikdən sonra Fuaddan ayrılmış və təxminən 100 metr piyada hərəkət etdikdən sonra, tanımadığı şəxs onu çağırmışdır. O da Şahid6 yanından onun çağırıldığını görmüş və həmin şəxslərə tərəf getmişdir. Həmin şəxslər özlərini polis əməkdaşı olduğunu bildirib onu və Şahid6 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilindikləri üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Onlar polis əməkdaşlarına etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Orada xidməti otaqda onları aparan polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, daha sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet vardırsa təqdim etməsini təklif edilmiş, o da əynindəki şalvarının sağ arxa yan cibində saxlamış olduğu 1 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli predmet aşkar olunmamış, həmin maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin o, polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini, üzərindən aşkar edilərək götürülmüş maddə narkotik vasitə heroinin ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini, tanışı Şahid6 aldığını, narkotik vasitənin müqabilində Fuada heçnə vermədiyini, Şahid6 ilk dəfə idi ki narkotik vasitə aldığını, narkotik vasitələrin satışı ilə heç vaxtı məşğul olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:40 radələrində Sumqayıt şəhəri, 2-ci məhəllə, 11 saylı tam orta məktəbin yaxınlığında olan zaman 3 (üç) nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində, satışında şübhəli olduğu üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Pİ-nə getmişdir. Pİ-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında adı olan X4 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Sədirxanov Sədirxan təmin olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə polis forması geyimində olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov özünü təqdim edib, ondan özünü təqdim etməsini xahiş etmişdir. O, özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra təhqiqatçı, onun narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində və satışında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparıldığını izah edib, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Sonra təhqiqatçı şəxsi axtarışda iştirak edən polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş etmişdir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı, onun, hüquqlarını müdafiə edən müdafiəçi X3 təqdim etmişdir. Ardınca təhqiqatçı, hüquq və vəzifələri barədə tərtib edilmiş protokolu ona təqdim edərək tanış olmasını xahiş etmişdir. O, protokolla tanış olduqdan sonra öncə o özü, sonra isə hüquqlarını müdafiə edən vəkil Sədirxan Sədirxanov protokolu imza etmişdir. Bundan sonra təhqiqatçı, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olub olmadığını soruşub, olduğu təqdirdə təqdim etməsini xahiş etmişdir. O, əynindəki gödəkcənin sağ yan cibində saxlamış olduğu 4 ədəd kağıza bükümüş narkotik vasitə olan heroin kütləsini cibindən çıxardıb masanın üzərinə qoyduqdan sonra, həmin gödəkçəni əynindən çıxardıb, gödəkcənin boyunluğunda gizlətdiyi 3 ədəd şəffaf sellofana bükülmüş metamfetamin və heroin kütləsini də çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı, təqdim etdiyi bükümləri haradan əldə etdiyini soruşduqda o, təqdim etdiyi bükümləri, vhatsap vasitəsi ilə əlaqə saxladığı “Mehdi” adlı şəxsdən aldığını, yəni həmin şəxsin sözügedən bükümləri Biləcəri ərazisinə qoyduğunu və o, bükümləri götürdüyünü, ödənişi isə kart vasitəsi ilə hissə-hissə ödəməyə razılaşdığını, ancaq faktiki olaraq heç bir ödəniş etmədiyini, həmin narkotik vasitə və psixatrop maddə bükümlərini öz istifadəsi üçün əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra təhqiqatçı, onun üzərinə şəxsi axtarış keçirmiş və əynindəki şalvarın sağ yan cibindən 1 ədəd mobil telefon, arxa cibindən isə içərisində plastik kartlar və şəxsiyyət vəsiqəsi olan 1 ədəd pul qabı aşkar olunmuşdur. Sonra təhqiqatçı, onun əynindəki gödəkcənin sağ yan cibindən aşkar olunmuş 4 ədəd kağız bükümləri açdıqda, bükümlərin içərisində narkotik vasitə heroin kütləsi olması aşkar edilmişdir. Sonra təhqiqatçı, onun təqdim etdiyi, 4 ədəd narkotik vasitə heroin kütləsi bükümlərini elektron tərəzi vasitəsi ilə çəkdikdə, həmin bükümlərin birlikdə ümumi çəkisinin 0,18 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı onun əynindəki gödəkcənin boyunluğunun arxa hissəsindən aşkar edilərək götürülmüş 3 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütlə bükümlərindən 1 -ni açdıqda həmin bükümün içərisində ağ rəngli, kristal hissəciklərdən ibarət, psixotrop maddə metamfetamin kütləsi olması müəyyən edilmişdir. Təhqiqatçı həmin bükümü elekton tərəziyə qoyub çəkisini ölçdükdə bükümün çəkisinin 1,84 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı 2-ci bükümü açdıqda həmin bükümün içərisində 12 ədəd xırda bükümlər aşkar edilmişdir. O, təhqiqatçının sualını cavablandıraraq həmin bükümlərin bir hissəsinin “şüşə”, yəni metamfetamin, bir hissəsinin isə “kakos”, yəni heroin olduğunu, öz istifadəsi iüçün hissələrə ayırdığını bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda bükümlərdən 5 bükümünün içərisində psixatrop maddə metamfetamin kütləsi, 7 bükümün içərisində isə narkotik vasitə heroin kütləsi olması müəyyən edilmişdir. 7 büküm narkotik vasitə heroin kütləsi bükümləri birlikdə elektron tərəziyə qoyulub çəkiləri ölçüldükdə, həmin bükümlərin birlikdə ümumi çəkisinin 0,44 qram olması müəyyən edilmişdir. 5 büküm psixotrop maddə metamfetamin kütləsi bükümləri təhqiqatçı tərəfindən elektron tərəziyə qoyulub çəkiləri ölçüldükdə birlikdə ümumi çəkisinin 0,40 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı onun əynindəki gödəkcənin boyunluğunun arxa hissəsindən aşkar edilərək götürülmüş 3-cü bükümü açdıqda bükümün içərisində 8 ədəd, kiçik ölçülü şəffaf sellofan kəsiyinə bükülmüş kütlə bükümləri olması aşkar edilmişdir. O, həmin bükümlərdən birinin içərisində “şüşə”, yəni psixatrop maddə metamfetamin, digər 7 bükümün içərisində isə “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı, içərisində psixatrop maddə metamfetamin kütləsi olan bükümün çəkisini elektron tərəzi vasitəsi ilə ölçdükdə çəkisinin 0,51 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı, içərisində narkotik vasitə heroin kütləsi olan 7 ədəd bükümün birlikdə ümumi çəkisini elektron tərəzi vasitəsi ilə ölçdükdə çəkisinin 2,71 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı, onun üzərindən aşkar olunmuş narkotik vasitə heroin kütləsi bükümlərini və psixotrop maddə metamfetamin kütləsi bükümlərini 2 ayrı-ayrı zərflərə qoyub xüsusi qaydada qablaşdırmış və hər iki zərf onun, eləcə də müdafiəçinin tərəfindən imzalanmışdır. Şəxi axtarış yekunlaşdıqdan sonra təhqiqatçı, ondan başqa yerdə ona məxsus narkotik vasitə olub-olmadığını soruşduqda o, evində narkotik vasitə olduğunu, evində olan narkotik vasitəni təqdim edə biləcəyini, evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Ardınca o, müdafiəçinin suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə və psixatrop maddə bükümlərini İran vətəndaşından aldığını, aldığı narkotik vasitə və psixatrop maddə bükümlərinə görə İran vətəndaşına nəğd ödəniş etmədiyini, öz istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən heç bir təziqə məruz qalmadığını bildirmişdir. Sonra təhqiqatçı, onun üzərindən aşkar olunmuş 1 ədəd mobil telefonu, şəxsiyyət vəsiqəsini və 2 ədəd bank kartlarını sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürüldüyünü bildirmişdir. Bundan sonra təhqiqatçı, videoçəkilişin dayandırılmasını xahiş etmiş və onun evinə baxış keçiriləcəyini bildirmişdir. Bundan sonra yaşadığı mənzilə baxış keçirilməsi üçün onun yaşadığı ünvana gedilmişdir. O, yaşadığı mənzilin qapısını döymüş və qardaşı qapını açdıqdan sonra təhqiqatçı, onun üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar olunduğunu, dindirmə zamanı yaşadığı mənzildə də narkotik vasitə olduğunu deməsini onun qardaşına bildirib, mənzilə baxış keçirilməsinə etirazı olub-olmadığını soruşmuşdur. Onun qardaşı etirazı olmadığını bildirdikdən sonra o, polis əməkdaşları və müdafiəçi mənzilə daxil olmuşlar. Sonra o, girişdən sağ tərəfdə yerləşən otağının qapısını açıb otağa daxil olduqdan sonra onun ardınca müdafiəçi və polis əməkdaşları otağa daxil olmuşlar. Sonra təhqiqatçı, ondan narkotik vasitənin həmən otaqda olduğunu soruşduqda o, “bəli” deyə cavab vermişdir. Təhqiqatçı narkotik vasitəni təqdim etməsini xahiş etdikdə o, otaqdakı divanın sağ küncündən 1 ədəd qırmızı rəngli çantanı götürüb divanın üzərinə qoymuş və çantadan götürdüyü siqaret qutusunu və kiçik ölçülü qutunu divanın üzərinə qoymuş və ardınca həmin qutunu açıb təqdim etmişdir. Təhqiqatçı onun təqdim etdiyi kiçik qutunun içərisindəki sellofan kəsiyinə bükülmüş kütlənin nə olduğunu soruşduqda o, “Kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra təhqiqatçı siqaret qutusunun içərisində nə olduğunu soruşduqda o, “şüşə”, yəni psixatrop maddə metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçı siqaret qutusunu açdıqda qutunun içərisində 1 ədəd sellofan kəsiyinə bükülmüş heroin kütləsi, siqaret qutusunun üzərindəki sellofanın içərisində isə kağıza bükülmüş vəziyyətdə, psixotrop maddə metamfetamin kütləsi aşkar edilmişdir. Ardınca təhqiqatçı sözügedən qırmızı rəngli çantaya baxış keçirdikdə çantanın içərisindən 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. O, aldığı narkotik vasitənin çəkisini ölçmək üçün həmin elektron tərəzidən istifadə etdiyini bildirmişdir. Sonra o, təhqiqatçının sualını cavablandıraraq başqa yerdə narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Sonra təhqiqatçı onun mənzilindən aşkar olunmuş 1 ədəd elektron tərəzini xüsusi qaydada qablaşdıraraq götürmüş və zərf onun, eləcə də, müdafiəçinin tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı aşkar olunmuş 1 ədəd narkotik vasitə heroin kütləsi bükümünü elektron tərəziyə qoyub çəkisini ölçdükdə, çəkisinin 27,32 qram olması müəyyən edilmişdir. Ardınca təhqiqatçı həmin bükümü zərfə qoyaraq xüsusi qaydada qablaşdırmış, zərf onun və müdafiəçinin tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı aşkar edilmiş 2 büküm psixotrop maddə metamfetamin kütləsi bükümlərinin çəkisini elektron tərəzi vasitəsi ilə ölçdükdə 2 büküm metamfetamin kütləsinin birlikdə ümumi çəkisinin 6,71 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı həmin bükümləri zərfə qoyaraq xüsusi qaydada qablaşdırmış, zərf onun və müdafiəçinin tərəfindən imzalanmışdır. Sonra o, müdafiəçinin və təhqiqatçının suallarını cavablandıraraq mənzilindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə kütləsi bükümlərini 4-5 gün əvvəl, üzərindən aşkar olunmuş bükümlərlə eyni vaxtda əldə etdiyini, öncədən pul ödəmədiyini, hissə-hissə ödəniş edəcəyi barədə razılığa gəldiyini bildirmişdir. Bundan sonra baxış yekunlaşmış və video çəkiliş dayandırılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞnin baş əməliyyat müvəkkili Şahid3 Zellabdin oğlu ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş və daxil olmuş məlumat əsasında Sumqayıt şəhərində yerləşən 11 nömrəli məktəbin yaxınlığında Təqsirləndirilən şəxs özlərini təqdim edərək idarəyə dəvət etmişdirlər. Polis idarəsində təhqiqatçının xidməti otağında təhqiqatçının və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı gödəkçəsinin sağ yan cibindən 3 ədəd büküm və gödəkçəsinin boyun hissəsindən bükümlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, İran vətəndaşından “whatsapp” vasitə ilə alıb. Həmçinin, Təqsirləndirilən şəxs onu da bildirmişdir ki, yaşadığı mənzildə də narkotik vasitə vardır. Bununla bağlı video çəkiliş dayandırlaraq, Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmiş və video çəkiliş orada davam etdirilmişdir. Onun yaşadığı mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs yataq otağından narkotik vasitə və elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. Şahid3 Zellabdin oğlu məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və satışı barədə Sumqayıt ŞPİ-nin CAŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış və qrupun daxilinə iştirak etməsi üçün o da, əlavə edilmişdir. Məlumat əsasında xx.xx.2023-cü il tarixdə səhər saatlarında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisinə gedib pusqu qurmuşlar. Saat 12:40-da Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, həmin ərazidə, 11 nömrəli məktəbin yaxınlığında sonuncunu saxlamışlar. Onlar özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi və satışı ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra onlar saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirib, etirazının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. Xidməti otaqlardan birində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı Səadət Qənbərov Sumqayıt Regional vəkil Bürosunun vəkillərinin siyahısını təqdim edərək hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi seçməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs siyahıda adı olan vəkil X1 adını göstərərək, həmin vəkil tərəfindən hüquqlarının müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil təmin olunduqdan sonra, Təqsirləndirilən şəxs razılığı və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov özünü təqdim edib, Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində və satışında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirildiyini izah edib, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Sonra təhqiqatçı ondan və şəxsi axtarışda iştirak edən digər polis əməkdaşlarından özünü təqdim etmələrini xahiş etmişdir. O və digər polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı, saxlanılan şəxs Təqsirləndirilən şəxs, hüquqlarını müdafiə edən müdafiəçi X3 təqdim etmişdir. Ardınca təhqiqatçı, hüquq və vəzifələri barədə tərtib edilmiş protokolu Təqsirləndirilən şəxs təqdim edərək tanış olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs protokolla tanış olduqdan sonra, Təqsirləndirilən şəxs, sonra isə sonuncunun hüquqlarını müdafiə edən vəkil Sədirxan Sədirxanov protokolu imza etmişdir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olub olmadığını soruşub, olduğu təqdirdə təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibində saxlamış olduğu 4 ədəd kağız bükümü cibindən çıxardıb masanın üzərinə qoyduqdan sonra, həmin gödəkçəni əynindən çıxardıb, gödəkcənin boyunluğunda gizlətmiş olduğu 3 ədəd şəffaf sellofana bükülmüş kütləni çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləri haradan əldə etdiyini soruşduqda o, təqdim etdiyi bükümləri, vhatsap vasitəsi ilə əlaqə saxladığı “Mehdi” adlı şəxsdən aldığını, yəni həmin şəxsin sözügedən bükümləri Biləcəri ərazisinə qoyduğunu və Xəyal, bükümləri oradan götürdüyünü, ödənişi isə kart vasitəsi ilə hissə-hissə ödəməyə razılaşdığını, ancaq faktiki olaraq heç bir ödəniş etmədiyini, həmin narkotik vasitə bükümlərini öz istifadəsi üçün əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və əynindəki şalvarın sağ yan cibindən 1 ədə mobil telefon, arxa cibindən isə içərisində plastik kartlar və şəxsiyyət vəsiqəsi olan 1 ədəd pul qabı aşkar olunmuşdur. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən aşkar olunmuş 4 ədəd kağız bükümləri açdıqda, bükümlərin içərisində narkotik vasitə heroinə bənzər, qəhvəyi rəngli kütlə olması aşkar edilmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi, 4 ədəd narkotik vasitə heroinə bənzər kütlə bükümlərini elektron tərəzi vasitəsi ilə çəkdikdə, həmin bükümlərin birlikdə ümumi çəkisinin 0,18 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin boyunluğunun arxa hissəsindən aşkar edilərək götürülmüş 3 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütlə bükümlərindən 1-ni açdıqda həmin bükümün içərisində ağ rəngli, kristal hissəciklərdən ibarət, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təhqiqatçı həmin bükümü elekton tərəziyə qoyub çəkisini ölçdükdə bükümün çəkisinin 1,84 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı 2-ci bükümü açdıqda həmin bükümün içərisində 12 ədəd xırda bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının sualını cavablandıraraq həmin bükümlərin bir hissəsinin “şüşə”, yəni psixatrop maddə metamfetamin, bir hissəsinin isə “kakos”, yəni narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün hissələrə ayırdığını bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda bükümlərdən 5 bükümünün içərisində psixatrop maddə metamfetaminə bənzər kütlə, 7 bükümün içərisində isə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. 7 büküm narkotik vasitə heroinə bənzər kütlə bükümləri birlikdə elektron tərəziyə qoyulub çəkiləri ölçüldükdə, həmin bükümlərin birlikdə ümumi çəkisinin 0,44 qram olması müəyyən edilmişdir. 5 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə bükümləri təhqiqatçı tərəfindən elektron tərəziyə qoyulub çəkiləri ölçüldükdə birlikdə ümumi çəkisinin 0,40 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin boyunluğunun arxa hissəsindən aşkar edilərək götürülmüş 3-cü bükümü açdıqda bükümün içərisində 8 ədəd, kiçik ölçülü şəffaf sellofan kəsiyinə bükülmüş kütlə bükümləri olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində “şüşə”, digər 7 bükümün içərisində isə “kakos” olduğunu bildirmişdir. Təhqiqatçı içərisində psixatrop maddə metamfetaminə bənzər kütlə olan bükümün çəkisini elektron tərəzi vasitəsi ilə ölçdükdə çəkisinin 0,51 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 7 ədəd bükümün birlikdə ümumi çəkisini elektron tərəzi vasitəsi ilə ölçdükdə çəkisinin 2,71 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə bükümlərini və psixotrop maddə metamfetaminə bənzər kütlə bükümlərini 2 ayrı-ayrı zərflərə qoyub xüsusi qaydada qablaşdırmış və hər iki zərf şübhəli şəxs Təqsirləndirilən şəxs, eləcədə müdafiəçi tərəfindən imzalanmışdır. Şəxi axtarış yekunlaşdıqdan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs, başqa yerdə sonuncuya məxsus narkotik vasitə olubolmadığını soruşduqda Təqsirləndirilən şəxs, evində narkotik vasitə olduğunu, evində olan narkotik vasitəni təqdim edə biləcəyini, evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə və psixatrop maddə bükümlərini İran vətəndaşından aldığını, aldığı narkotik vasitə və psixatrop maddə bükümlərinə görə İran vətəndaşına nəğd ödəniş etmədiyini, öz istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən heç bir təziqə məruz qalmadığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd mobil telefonu, şəxsiyyət vəsiqəsini və 2 ədəd bank kartlarını sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürüldüyünü bildirmişdir. Bundan sonra təhqiqatçı, videoçəkilişin dayandırılmasını xahiş etmiş və Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyini bildirmişdir. Bundan sonra o və şəxsi axtarışda iştirak edən digər şəxslər Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirmək üçün Təqsirləndirilən şəxs ünvanına getmişlər. Təqsirləndirilən şəxs mənzilinin qapısını döydükdə bir nəfər kişi qapını açdıqdan sonra öncə təhqiqatçı özünü təqdim etmiş və mənzilin qapısını açan şəxsdən Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını soruşduqda həmin şəxs tanıdığını, Xəyalın qardaşı olduğunu bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar olunduğunu, dindirmə zamanı yaşadığı mənzildə də narkotik vasitə olduğunu deməsini bildirib, mənzilə baxış keçirilməsinə etirazı olub- olmadığını soruşmuş, həmin şəxs etirazı olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs, o, digər polis əməkdaşları və müdafiəçi mənzilə daxil olmuşlar. Sonra Təqsirləndirilən şəxs girişdən sağ tərəfdə yerləşən otağın qapısını açıb otağa daxil olduqdan sonra ardınca müdafiəçi və onlar, yəni polis əməkdaşları otağa daxil olmuşdur. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitənin həmən otaqda olduğunu soruşduqda Xəyal, “bəli” deyə cavab vermişdir. Təhqiqatçı narkotik vasitəni təqdim etməsini xahiş etdikdə Təqsirləndirilən şəxs otaqdakı divanın sağ küncündən 1 ədəd qırmızı rəngli çantanı götürüb divanın üzərinə qoymuş və çantadan götürdüyü siqaret qutusunu və kiçik ölçülü qutunu divanın üzərinə qoymuş və ardınca həmin qutunu açıb təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi kiçik qutunun içərisindəki sellofan kəsiyinə bükülmüş kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs “Kakos”, olduğunu bildirmişdir. Sonra təhqiqatçı siqaret qutusunun içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs “şüşə” olduğunu bildirmişdir. Təhqiqatçı siqaret qutusunu açdıqda qutunun içərisində 1 ədəd sellofan kəsiyinə bükülmüş kütlə, siqaret qutusunun üzərindəki sellofanın içərisində isə kağıza bükülmüş vəziyyətdə, psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir. Ardınca təhqiqatçı qırmızı rəngli çantaya baxış keçirdikdə çantanın içərisindən 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aldığı narkotik vasitənin çəkisini ölçmək üçün həmin elektron tərəzidən istifadə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təhqiqatçının sualını cavablandıraraq başqa yerdə narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş 1 ədəd elektron tərəzini xüsusi qaydada qablaşdıraraq götürmüş və zərf Təqsirləndirilən şəxs, eləcə də, müdafiəçi tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı aşkar olunmuş 1 ədəd narkotik vasitə heroinə bənzər kütlə bükümünü elektron tərəziyə qoyub çəkisini ölçdükdə, çəkisinin 27,32 qram olması müəyyən edilmişdir. Ardınca təhqiqatçı həmin bükümü zərfə qoyaraq xüsusi qaydada qablaşdırmış, zərf Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı aşkar edilmiş 2 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə bükümlərinin çəkisini elektron tərəzi vasitəsi ilə ölçdükdə 2 büküm metamfetaminə bənzər kütlənin birlikdə ümumi çəkisinin 6,71 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı həmin bükümləri zərfə qoyaraq xüsusi qaydada qablaşdırmış, zərf Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs müdafiəçinin və təhqiqatçının suallarını cavablandıraraq mənzilindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlə bükümlərini 4-5 gün əvvəl, üzərindən aşkar olunmuş bükümlərlə eyni vaxtda əldə etdiyini, öncədən pul ödəmədiyini, hissə-hissə ödəniş edəcəyi barədə razılığa gəldiyini bildirmişdir. Bundan sonra baxış yekunlaşmış və video çəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞnin kiçik inspektoru Şahid5 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur və daxil olmuş məlumat əsasında Sumqayıt şəhərində yerləşən 11 nömrəli məktəbin yaxınlığında Təqsirləndirilən şəxs özlərini təqdim edərək idarəyə dəvət etmişdirlər. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərindən şəxsi baxış zamanı narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs dindidirmə zamanı yaşadığı mənzildə də narkotik vasitə olduğunu bildirmişdir. Onun yaşadığı mənzilə getmiş və qapını Təqsirləndirilən şəxs qardaşı açmışdır. Həmin evdə Təqsirləndirilən şəxs qardaşının ailəsi yaşayırdı. Evə baxış keçirilərkən Təqsirləndirilən şəxs yataq otağından yatağın altından narkotik vasitə heroin və elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zamanı şəxsən özü də iştirak etmişdir. Aşkar olunan narkotik vasitəni İran vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hansı məqsədlə əldə etdiyinə dair söhbəti olmamışdır. Təqsirləndirilən şəxsin yaşadığı evindən aşkar olunan iri bükümlərdə olan narkotik vasitələr idi. Şahid5 və X7 məhkəmə istintaqı zamanı elan olunmuş ifadələrindən görünür ki, onlar Şahid3 Zellabdin oğlunun məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satışı ilə şübhəli bilinərək sentyabr ayında Sumqayıt şəhəri 5ci Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə bölmədə xidməti otaqların birində təhqiqatçının iştirakı ilə şəxsi baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən yarım qram narkotik vasitə heroin aşkar olunmuşdur. Narkotik vasitəni polis əməkdaşlarının onu saxladığı gün əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəçisi üçün əldə etdiyini bildirmişdir. Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 5-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o da, əlavə edilmişdir. xx.xx.2023-cü il tarixdə, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Sülh küçəsi, “Dədə Qorqud” restoranının yaxınlığında pusqu qurulmuşdur. Onlar narkotik vasitələrin istifadəsində və satışında şübhəli olan Şahid6 saxladıqdan sonra, bir qədər aralıda olan Təqsirləndirilən şəxs öz yanlarına çağırmış, Təqsirləndirilən şəxs onların yanma yaxınlaşmışdır. Təqsirləndirilən şəxs, həmin ərazidə saat 23:27-də saxladıqdan sonra özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getməli olduğunu bildirib, etirazının olub-olmamasını soruşmuşlar. Xəyal, etirazının olmadığını bildirərək, onlarla birlikdə 5-ci PB-nə getmişdir. Sumqayıt ŞPİ-nin 5-ci PB-də, xidməti otaqlardan birində təhqiqatçı Fərhad Bayramov özünü təqdim edərək, hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt Regional vəkil bürosunun vəkillərinin adları olan siyahını Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X2 hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Fuad adlı tanıdığı şəxsin ona pay verdiyini bildirmişdir. Şahid Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təqdiq etmişdir. Şahid6 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanımadığı İran İslam Respublikası vətəndaşının kart hesabına 20 manat göndərməklə, həmin şəxsin whatsaap vasitəsilə konum göndərdikdən sonra Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində qoyulmuş yerdən gedib 4 ədəd bükümdə narkotik vasitə heroini və 1 ədəd psixotrop maddə metamfetamini götürmüş və üzərində saxlamışdır. Həmin günü tanışı Xəyal ilə saat təxminən 20-21 radələrində Sumqayıt şəhər ərazisində görüşmüşdür. Xəyal ona ağrılarının olduğunu bildirmiş və ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, o da, üzərimdə 4 bükümdə narkotik vasitə və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin olmasını bildirmiş və 1 ədəd bükümdə narkotik vasitə heroini Xəyala vermişdir. Bundan sonra Xəyaldan ayrılmışdır. Həmin gün bükümlərdən birini tanışı Ramin adlı şəxsə 25 manata satmışdır. Qalan 2 bükümü öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Yenidən 21 sentyabr 2023-cü il tarixdə saat 23:27 radələrində o Xəyal ilə Sumqayıt şəhəri, X12 yaxınlığında görüşmüş, təxminən 1-2 dəqiqə ona məxsus **-BC-*** dövlət nömrə nişanlı Daewoo Nexia markalı maşında söhbət etdikdən sonra ondan ayrılmış və təxminən 100 metr piyada hərəkət etmişdir. Sonra polis əməkdaşı yaxınlaşıb onu narkotik vasitlərin dövriyyəsi ilə məşğil olmaqda şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Həmin vaxtı da, ondan ayrılan Təqsirləndirilən şəxs onunla nə əlaqəsi olub-olmadığını soruşduqda o, zənn etmişdir ki, polislər onun Təqsirləndirilən şəxs narkotik vasitə verməsini bilib bu səbəbdən soruşmuşlar. O da, etirtaf etmişdir ki, Təqsirləndirilən şəxs 1 ədəd bükümdə narkotik vasitə heroin vermişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs çağırmışlar. Xəyal da, həmin şəxsləri görüb onun yanına getmişdir. Bundan sonra onların hər ikisini polis böğlməsinə dəvət etmişlər. Bölmədə ayrı- ayrılıqda onların üzərinə baxış keçiriləcəyi bildirilmişdir. O, PB-nə aparıldıqdan sonra sonra xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş və o, buna etiraz etməmişdir. Onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlazmadan öncə ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X11 təqdim olunmuşdur. Üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda o, əynində olan şalvarımın sağ yan cibində saxladığı 2 ədəd siqaretin kağızma bükülümüş narkotik vasitə olan heroini və həmin cibində olan bir ədəd Redmi Note 12 markalı mobil telefonu təqdim etmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan bükümlər elektron tərəziyə qoyulub çəkilən zaman bükümlərdən birinin çəkisinin 0.45 qram, digər bükümün isə 0.58 qram olduqları müəyyən edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə Ədliyyə nazirliyi MEM-nə göndərilməsi üçün qablaşdırılaraq möhürlə möhürlənmişdir. Eyni zamanda üzərindən aşkar edilərək götürülmüş üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan Redmi Note 12 markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq möhürlənmişdir. Həmçinin o ifadəsində Təqsirləndirilən şəxs verdiyi bir ədəd bükümdə narkotik vasitə heroinin qarşılığında heçnə almadığını Sadəcə olaraq Xəyalın bədənində ağrılar olduğundan Xəyala pay verdiyini qeyd etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, “Xəyal” adlı şəxsin narkotik vasitələrin üzərində gəzdirməsi, qəbulu və qanunsuz dövriyyəsi barədə etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin üzərində gəzdirməsi, satması və yaşadığı ünvanda saxlaması barədə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan «şəxsi axtarış və götürmə barədə» xx.xx.2023-cü il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs sağ arxa cibindən bir ədəd falqada olan bükümü çıxardıb, açaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs polis əməkdaşlarının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, Bakı-Sumqayıt yolunda Fuad adlı tanıdığı şəxsin ona pay verdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan «şəxsi axtarış aparılması haqqında» xx.xx.2023cü il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibində saxlamış olduğu 4 ədəd kağız bükümü cibindən çıxardıb masanın üzərinə qoyduqdan sonra, həmin gödəkçəni əynindən çıxardıb, gödəkcənin boyunluğunda gizlətmiş olduğu 3 ədəd şəffaf sellofana bükülmüş kütləni çıxardıb masanın üzərinə qoyur. Təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləri haradan əldə etdiyini soruşduqda o, təqdim etdiyi bükümləri, votsap vasitəsi ilə əlaqə saxladığı “Mehdi” adlı şəxsdən aldığını, yəni həmin şəxsin sözügedən bükümləri Biləcəri ərazisinə qoyduğunu və o bükümləri götürdüyünü, ödənişi isə kart vasitəsi ilə hissə-hissə ödəməyə razılaşdığını, ancaq faktiki olaraq heç bir ödəniş etmədiyini, öz istifadəsi üçün əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirdi. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir və onun əynindəki şalvarın sağ yan cibindən 1 ədə mobil telefon, arxa cibindən isə içərisində plastik kartlar və şəxsiyyət vəsiqəsi olan 1 ədəd pul qabı aşkar olunur. 4 ədəd kağız bükümləri açdıqda, bükümlərin içərisində narkotik vasitə heroin olması müəyyən edilir. Gödəkcənin boyunluğunun arxa hissəsindən aşkar edilərək götürülmüş 3 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütlə bükümlərindən 1-ni açdıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilir. 2-ci büküm açdıqda həmin bükümün içərisində 12 ədəd xırda bükümlər aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümlərin bir hissəsinin “şüşə”, bir hissəsinin isə “kakos” olduğunu, öz istifadəsi üçün hissələrə ayırdığını bildirir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda bükümlərdən 5 bükümünün içərisində psixatrop maddə metamfetamin, 7 bükümün içərisində isə narkotik vasitə heroin olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə və psixotrop maddə metamfetamin ayrıayrı zərflərə qoyulub qablaşdırılır, möhürlənir və imzalanır. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 2 ədəd bank kartlarını sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürüldüyünü bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı ünvana keçirilməsinə etiraz etmir. Cinayət işinin materiallarında olan «baxış keçirilməsi və götürülməsi barədə» xx.xx.2023-cü il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 31 nömrəli mənzilin qapısını döyür. Bir nəfər kişi qapını açdıqdan sonra öncə təhqiqatçı özünü təqdim edir və mənzilin qapısını açan şəxsdən Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını soruşduqda həmin şəxs tanıdığını, onun qardaşı olduğunu bildirir. Həmin şəxs etirazı olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları və müdafiəçi mənzilə daxil olurlar. Sonra Təqsirləndirilən şəxs girişdən sağ tərəfdə yerləşən otağın qapısını açıb otağa daxil olduqdan sonra onun ardınca müdafiəçi və polis əməkdaşları otağa daxil olurlar. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitənin həmən otaqda olduğunu soruşduqda o, “bəli” deyə cavab verir. Təhqiqatçı narkotik vasitəni təqdim etməsini xahiş etdikdə Təqsirləndirilən şəxs otaqdakı divanın sağ küncündən 1 ədəd qırmızı rəngli çantanı götürüb divanın üzərinə qoyur və çantadan götürdüyü siqaret qutusunu və kiçik ölçülü qutunu divanın üzərinə qoyur və ardınca həmin qutunu açıb təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi kiçik qutunun içərisindəki sellofan kəsiyinə bükülmüş kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs “kakos”, siqaret qutusunun içərisində isə “şüşə” olduğunu bildirir. Təhqiqatçı siqaret qutusunu açdıqda qutunun içərisində 1 ədəd sellofan kəsiyinə bükülmüş kütlə, siqaret qutusunun üzərindəki sellofanın içərisində isə kağıza bükülmüş vəziyyətdə, psixotrop maddə metamfetamin aşkar edilir. Ardınca təhqiqatçı sözügedən qırmızı rəngli çantaya baxış keçirdikdə çantanın içərisindən 1 ədəd elektron tərəzi aşkar olunur. Təqsirləndirilən şəxs aldığı narkotik vasitənin çəkisini ölçmək üçün həmin elektron tərəzidən istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş 1 ədəd elektron tərəzi, 1 büküm narkotik vasitə heroin, 2 büküm psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılır, zərflər imzalanır və möhürlənir. Təqsirləndirilən şəxs müdafiəçinin və təhqiqatçının suallarını cavablandıraraq mənzilindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə bükümlərini 4-5 gün əvvəl, üzərindən aşkar olunmuş bükümlərlə eyni vaxtda əldə etdiyini, öncədən pul ödəmədiyini, hissə-hissə ödəniş edəcəyi barədə razılığa gəldiyini bildirir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4984 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №242” dairəvi möhür əksləri, “ ..Təqsirləndirilən şəxs...” sözləri soyad və imzalar olan bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,379 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/6144 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət. Təqsirləndirilən şəxs ...” sözləri olan 1 N-li zərfin içərisindəki 18 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,277 qr., 0,312 qr., 0,374 qr., 0,258 qr., 0,253 qr., 0,300 qr., 0283 qr., 0,020 qr., 0,032 qr., 0,020 qr., 0,015 qr., 0,023 qr., 0,029 qr., 0,027 qr., 0,012 qr., 0,010 qr., 0,030 qr., 0,003 qr., ümumi təmiz çəkisi 2,278 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, üzərində vət. X9 ... “sözləri olan 2 N-li zərfin içərisindəki yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,327 qr., 0,043 qr., 0,034 qr., 0,033 qr., 0,037 qr., 0,035 qr., 0,444 qr., ümumi təmiz çəkisi 1,953 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir.-üzərində “... vət. X10 yaşadığı ünvandan...” sözləri olan 3 N-li zərfin içərisindəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,354 qr., 4,946 qr., ümumi təmiz çəkisi 5,300 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Üzərində “... vət. Təqsirləndirilən şəxs evindən ...” sözləri olan 4 N-li zərfin içərisindəki bir ədəd bükümdə təmiz çəkisi 22,919 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.-üzərində “... vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri olan 5 N-li zərfi açdıqda içərisində bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı.1 və 4 N-li zərflərdəki narkotik vasitə heroinlər kimyəvi kimponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 25,197 qramdır. 2 və 3 N-li zərflərdəki psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi kimponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 7,253 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6155 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şəraitlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəsdəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.4-cü bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 26 fevral 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, qalıq çəkisi 25,007 qram narkotik vasitə heroin, qalıq çəkisi 7,163 qram metamfetamin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 2 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması, narkotik vasitəni yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məjkumluğu yoxdur. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağına saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 25,007 qram çəkidə narkotik vasitə heroin, qalıq çəkisi 7,163 qram psixotrop maddə metamfetamin məhv edilməli, 2 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınaraq istintaq materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 161 (yüz altmış bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 25,007 qram qalıq narkotik vasitə heroin, 7,163 qram qalıq psixotrop maddə metamfetamin məhv edilsin, 1 ədəd elektron tərəzi müsadirə edilsin və 2 ədəd DVD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 161 (yüz altmış bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar