Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-552/2023 06.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X4 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1981-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Biləsuvar şəhəri, S.Qurbanov küçəsi, ev 24 qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində fərdi evdə müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 23 fevral 2023-ci il tarixdə, saat 16 radələrində, orta dərəcəli sərxoşluq vəziyyətində, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivində “Rus" dəmir yolunun yaxınlığında tanışı Zərərçəkmiş şəxs onu söydüyünə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əlbəyaxa olarkən, əlində olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun boyun nahiyəsinə 1 (bir) dəfə, qarnının sol yarsı nahiyəsinə iki dəfə qəsdən vuraraq, boyun nahiyəsinin arxa səthinin 1 (bir) ədəd kəsilmiş yarası, qarının ön səthinin sol yarsının periton boşluğuna nüfuz edən dalağı, yoğun bağırsağı və böyük piyliyi yaralayan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə 23 fevral 2023-cü il tarixdə baş vermişdir. Həmin tarixdə Zərərçəkmiş şəxs və Şahid1 Əhməd oğlu ilə birlikdə qonşuluqda yerləşən boş evdə yemək yeyərək, spirtli içki qəbul etmişlər. Zərərçəkmiş şəxs onu evə aparmağa kömək etmək istəmiş, lakin o, vəziyyətinin yaxşı olduğunu bildirərək bundan imtina etmişdir. Bu səbəbdən yolda gedərkən aralarında mübahisə yaranmış və Zərərçəkmiş şəxs onun başından yumruq zərbəsi endirmişdir. Daha sonra o, da onun qarın nahiyəsindən 2 dəfə bıçaq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxs boyun nahiyəsindən bıçaqla vurmamışdır. Zərərçəkmiş şəxs ona endirdiyi zərbədən sonra başında xəsarətlər yaranmışdır. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə 23 fevral 2023-cü il tarixdə baş vermişdir. Təqsirləndirilən şəxs və Şahid1 spirtli içki qəbul etmişdilər. Təqsirləndirilən şəxs də onun kimi usta fəaliyyəti ilə məşğul idi. Daha sonra onu da özləri ilə birlikdə spirtli içki qəbul etməyi üçün süfrələrinə dəvət etmişlər. O, onların dəvətini qəbul etmiş və birlikdə əyləşmişlər. O da az miqdarda spirtli içki qəbul etmiş və onlarla sağollaşıb getmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs dalaşdığını bildirmişlər və onu sakitləşdirmək üçün onu çağırmışlar. O gəldikdə, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə idi, öz əməllərini idarə edə bilmirdi. O, Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışdıqda, Xəqani onun qarın və boyun nahiyələrindən olmaqla, təxminən 2-3 dəfə bıçaq zərbəsi endirmişdir. Daha sonra o, evə gəlmiş, evə gəldikdən sonra xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs də onun kimi usta fəaliyyəti ilə məşğul olurdu. Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Hadisə baş verdiyi gün evdə yatırdı. Həmin vaxt çöldə səs-küy eşitmişdir. Çölə çıxdıqda atası Zərərçəkmiş şəxs bıçaqlandığını görmüşdür. Dərhal atası Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Sonradan öyrənmişdir ki, atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaq zərbələri endirmişdir. Hadisə 23 fevral 2023-cü il tarixdə baş vermişdir. Atası Zərərçəkmiş şəxs evə gəldikdə onun qarın nahiyəsində xəsarət izlərini görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Əhməd oğlu ifadəsində göstərdi ki, hadisə 23 fevral 2023-cü il tarixdə, günorta saatlarında baş vermişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs usta fəaliyyəti ilə, o isə sürücülük fəaliyyəti ilə məşğul olurdu. Hadisə baş verdiyi gün birlikdə yemək yeyib, içki içmişlər. Həmin vaxt onlar alkoqollu içki də qəbul etmişlər. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə idi. Ayrıldıqdan sonra Təqsirləndirilən şəxs öz qonşusu ilə arasında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs yaş olaraq onlardan böyük olduğu üçün Təqsirləndirilən şəxs onun sakitləşdirə biləcəyini düşünmüş və Zərərçəkmiş şəxs zəng etmişdir. Zərərçəkmiş şəxs gəlib Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Təqsirləndirilən şəxs sərxoş olduğundan Zərərçəkmiş şəxs bıçaq zərbələri endirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs neçə dəfə bıçaq zərbəsi endirdiyini görməmişdir. Hadisə baş verdikdən əvvəl Təqsirləndirilən şəxs əlində bıçaq görməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlində bıçaq olmasına görə deyil, sadəcə onun sərxoş olması səbəbindən Zərərçəkmiş şəxs onu sakitləşdirə biləcəyini düşündüyündən köməyə çağırmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2023-ci il tarixli, 744 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qarın nahiyəsinin ön səthinin sol yarısının periton boşluğuna nüfuz edən dalağı, yoğun bogarsıgı, və böyük piyliyi yaralayan 2 (iki) ədəd deşilmiş kəsilmiş yaraları dərəcəsinə görə həm ümumilikdə və həm də ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa agır zərərvurmaya aiddir. Boyun nahiyyəsinin 1 ədəd və sol əlin İİ barmağının 1 ədəd kəsilmiş yaraları həm ümumilikdə həmdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 112-114) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon-ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1867 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur. O törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmagılıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittihan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 115-117) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, 23 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur.(Cild 1, iş vərəq 5) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə X3 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Xəqani Niftullayev xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240-cı maddəsinin “a” bəndi və 241-ci maddəsinin “a və b” bəndlri ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra o, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə, o, Biləsuvar rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirli bilinərək 2 il 8 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 2 il sınaq müddəti ilə şərti tətbiq edilmişdir. (Cild 1, iş vərəqləri 86-88, 123-137) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Xəqani Niftullayevin məhkumluğunun ödənildiyini vurğulamaqla yanaşı qeyd edir ki, ödənilmiş məhkumluqlar təqsirləndirilən şəxsə münasibətdə hər hansı bir hüquqi nəticə doğurmasa da, onun şəxsiyyətini xarakterizə edən hallar kimi məhkəmə tərəfindən nəzərdən keçirilməyə bilməz. Belə ki, Xəqani Niftullayevin əvvəlki beş məhkumluğundan üçü xuliqanlıq və şəxsiyyət əleyhinə zorakı cinayətlərdən ibarət olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəlki məhkumluqlardan, ona təyin edilmiş humanist cəzalardan nəticə çıxarmamış və islah yoluna düşməyərək yenidən zorakılıqla bağlı şəxsiyyət eleyhinə qəsdən ağır cinayət törətmişdir. Bu amillər isə təqsirləndirilən şəxsin şəxsiyyətinin cinayətə meyilli olmasının bilvasitə təzahürüdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən yuxarıda təsvir olunan hallar ona cəza təyi edilərkən nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 25 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 52-53, 69-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur, iş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-552/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-552/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver