Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-555/2024 10.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt şəhəri, X6 qəsəbəsi, Dəmir Yol massivi, ev 6, mənzil 22 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda üzərində “Methadone 40” göstərici olan bir ədəd blister kəsiyində ümumilikdə 4 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər, təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon həblərini və külli miqdarda ümumi təmiz çəkisi 3,487 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,475 qram, 3,012 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 25 dekabr 2023-cü il tarixdə, saat 21:00 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi, “Şamlıq” restoranının yaxınlığında küçədə piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayıt ŞPİ-nin Sumqayıt şəhəri Nizami ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra, həmin tarixdə saat 21:35 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda ümumi təmiz çəkisi 3,487 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,475 qram, 3,012 qram narkotik vasitə heroin və üzərində “Methadone 40” göstərici olan bir ədəd blister kəsiyində ümumilikdə 4 ədəd təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon həbləri əynində olan şalvarın sağ yan cibindən, bir ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan gümüşü rəngli işlək vəziyyətdə elektron tərəzi əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, hadisə ittiham aktında yazıldığı kimi baş verməmişdir. Belə ki, o, narkotikə görə tutulmamış, başqa bir cinayətə görə saxlanılmış, ittiham aktında qeyd olunan narkotik vasitə polis əməkdaşları tərəfindən bölmədə onun üzərinə qoyulmuşdur. Həmin gün onun üzərində narkotik vasitə olmamışdır. İş üzrə Şahid1 hadisə yerinə olmamış, onun adı yalnız qrupun rəhbəri kimi adlandırılmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, əvvəllər AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra narkotik vasitəni az müddət istifadə etmişdir. İbtidai istintaq zamanı polis bölməsində ona təzyiqlər olunduğu üçün narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Polis əməkdaşları narkotik vasitənin ona aid olmasını etiraf etməsi üçün ailəsi ilə təhdid etmiş, ona qarşı psixi zor tətbiq etmişdirlər. Onda “limonka” olduğu üçün polis əməkdaşları onu saxlamış, o da limonkanı 8-ci PB-nə təhvil vermişdir. Barəsində həbs qətimkan tədbiri seçilən vaxt məhkəmədə ittiham aktında qeyd olunan narkotik və psixotrop maddələrin ona məxsus olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq 2-ci PB-də qeydiyyatda olduğunu və həmişə həftənin 1-ci və 4-cü günləri PB-nə növbətçi hissədə olan kitabçaya imza çəkmək üçün getmiş, oraya imza çəkmək üçün getdikdə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. 25 dekabr 2023-cü il tarixdə saat 17-18 radələrində isə saxlanılmışdır. O, saxlanıldığı gün “Yango”-dan taksi sifariş etmiş, polis əməkdaşları onu “Şamlıq” restoranın yaxınlığında işıqforun yanında saxlamışdırlar. Onu saxlayan polis əməkdaşlarının içərisində iş üzrə Şahid1 olmamış, Şahid2 və Şahid3 olmuşdur. O, 3 polis əməkdaşı tərəfindən saxlanılmış, 3-cü əməkdaşın adı Vüsal olmuş, soyadını isə xatırlamamışdır. Polis əməkdaşları taksi sürücüsünü də bölməyə aparmış, daha sonra sərbəst buraxmışdırlar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 21:00 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Şamlıq restoranının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt şəhər Pİ-nə dəvət etmişlər. O, onlara etiraz etməyib birlikdə idarəyə getmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa, həmin əşyanı təqdim etməsi təklif edilən zaman özü əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibində saxlamış olduğu bir ədəd gümüşü rəngli elektron tərəzini, əynində olan qara rəngli parça şalvarın sağ yan cibində saxlamış olduğu siqaret sellofanını təqdim etmişdir. Siqaret sellofanının içərisində başqa siqaret sellofanı da olmuş və onun içərisində 2 ədəd şəffaf sellofanların olduğu və dərman blisterində üzərində Methadone 40 yazısı olan içərisində 4 ədəd həbləri təqdim etmişdir. Təqdim etdiyi şəffaf sellofanlar açılarkən hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu dərman blistrində isə üzərində Methadone 40 yazısı olan qəhvəyi rəngli həblərin olduğu aşkar edilmişdir. Sorğu zamanı o üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan “heroin” olduğunu, dərman blistrində isə 4 ədəd narkotik tərkibli Methadone həblərinin olduğunu bildirmişdir. Həmin narkotik vasitələri təxminən 1 həftə bundan əvvəl internet vasitəsi ilə tanış olduğu şəxsdən həmin şəxsin kart hesabına 100 manat atmaqla onun həmin maddələri və həbləri Bakı şəhəri, 20 yanvar adlanan əraziyə ataraq ərazinin şəklini ona çəkib atmasından sonra əldə etmişdir. Tərəzini isə aldığı maddələri çəkib çəkisini müəyyən etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin vaxt üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofanlarda içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroinə”-ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman çəkilərinin 3,85 qram və 0,65 qram ümumi çəkisinin isə 4,49 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr, dərman blistirndə olan qəhvəyi rəngli üzərində Methadone 40 yazısı olan 4 ədəd həblər eyni zamanda gümüşü rəngli markası məlum olmayan elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. O narkotik vasitə istifadəçisidir, satışı ilə məşğul deyil. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvvəkili, polis mayoru Şahid1 Zellabdin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz daşınmasında, satışında, üzərində gəzdirilməsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, daha sonra axşam radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Şamlıq” restoranın yaxınlığında təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onu Sumqayıt ŞPİ-nə dəvət etmiş, idarədə təhqiqatçının otağında vəkil və ekspertin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir, lakin dəqiq tarixi və saatı xatırlamamışdır. Əməliyyatda səhv xatırlamırsa, Vüsal Abbasov, Şahid2 və Şahid3 də olmuşdur, özü də şəxsən orada iştirak etmişdir. Elnur piyada hərəkət edən zaman saxlanılmışdır. O, Təqsirləndirilən şəxs əvvəl xidmət etdiyi ərazinin sakini kimi tanımış, əvvəllər də Elnurun saxlanılmasında iştirak etmişdir. Üzərinə axtarış keçirilən zaman əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd elektron tərəzi, şalvarının sağ yan cibindən siqaret qutusu aşkar olunmuşdur. Siqaret qutusunun içərisində 2 ədəd narkotik vasitə heroin, 4 ədəd üzərində metadon yazısı olan həblər aşkar olunmuş, təqsirləndirilən şəxs özü aşkar olunan narkotik vasitələri internet vasitəsilə tanış olduğu şəxsdən 100 manata aldığını və Bakı şəhərindən gedib götürdüyünü bildirmişdir. Saxlanılan zaman Elnurun qolunda saat olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin verdiyi ifadələrin özünü müdafiə xarakteri daşıdığını bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞın kiçik inspektoru polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Şamlıq” restoranın yaxınlığında saxlanılmış, Sumqayıt ŞPİ-nə aparılmış və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə heroin, metadon həbi və tərəzi aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitənin çəkisini xatırlamamış, lakin 2-3 büküm heroin, 4-5 ədəd metadon həbi və elektron tərəzinin aşkar olunduğunu qeyd etmişdir. Onlar təqsirləndirilən şəxsi saxlayanda saat təqribən 20-21 radələri olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. O, təqsirləndirirlən şəxsin üzərində elektron nəzarət qolbağının olub-olmamasını xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞın kiçik inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz daşınmasında, satışında, üzərində gəzdirməsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində “Şamlıq” restoran yaxınlığında təqsirləndirilən şəxsin yeri məlum olmuş, yaxınlaşaraq özlərini təqdim etmiş, ondan üzərində narkotik vasitənin olubolmadığını soruşduqda, Elnur özü hər şeyi etiraf etmişdir. Daha sonra isə təqsirləndirilən şəxsi Sumqayıt ŞPİ-nə dəvət etmiş, inzibati otaqların birində vəkilin, təhqiqatçının iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman onun üzərindən metadon, elektron tərəzi və heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqribən saat 20-21 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində “Şamlıq” restoran yaxınlığında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs taksidə olmamışdır. O, saxlanılan zaman Elnura qarşı fiziki zor tətbiq etmədiyini və onun üzərindən telefonun aşkar olunmasını xatırlamadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protoklun video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs özü əynində olan gödəkçənin cibində saxlamış olduğu bir ədəd gümüşü rəngli elektron tərəzini, şalvarının cibində saxlamış olduğu siqaret sellofanını təqdim etmişdir. Siqaret sellofanının içərisində başqa siqaret sellofanı da olmuş və onun içərisində 2 ədəd şəffaf sellofanların olduğu və dərman blisterində üzərində Methadone 40 yazısı olan içərisində 4 ədəd həbləri təqdim etmişdir. Təqdim etdiyi şəffaf sellofanlarlar açılarkən hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin olduğu dərman blistrində isə üzərində Methadone 40 yazısı olan qəhvəyi rəngli həblərin olduğu aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan heroin olduğunu, dərman blistrində isə 4 ədəd narkotik tərkibli Methadone həblərinin olduğunu bildirmişdir. Həmin narkotik vasitələri təxminən 1 həftə əvvəl internet vasitəsi ilə tanış olduğu şəxsdən həmin şəxsin kart hesabına 100 manat atmaqla onun həmin maddələri və həbləri Bakı şəhəri, 20 yanvar adlanan əraziyə ataraq ərazinin şəklini ona çəkib atmasından sonra şəxsi istifadəsi üçün əldə etmiş, heroindən və 6 ədəd həbdən ikisini istifadə etdiyini bildirmişdir. Tərəzini isə aldığı maddələrin çəkisini müəyyən etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin vaxt üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofanlarda içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan heroin tərəziyə qoyulub çəkilən zaman çəkilərinin 3, 85 qram və 0,65 qram ümumi çəkisinin isə 4,49 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr, dərman blistirndə olan qəhvəyi rəngli üzərində Methadone 40 yazısı olan 4 ədəd həblər eyni zamanda gümüşü rəngli markası məlum olmayan elektron tərəzi xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6547 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan zərfin içərisində 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,475 qram, 3,012 qram ümumi təmiz çəkiləri 3,487 qram olan qəhvəyi rəngli maddələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “Methadone 40” göstəricisi olan bir ədəd blister kəsiyində 04 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə-metadondur, 4 ədəd metadon həbinin təsir maddəsinin ümumi miqdarı 0,16 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edir. Bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. Heroin iz şəklində olduğundan çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 106 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardı. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 yanvar 2024-cü il tarixli “Maddi sübut kimi tanınma barədə ” qərar və 04 mart 2024cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərarı ilə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,387 qram narkotik vasitə olan heroin, 03 ədəd «Methadone 40» həbləri və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 23 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi Dəmir yol yaşayış massivi ev 6, mənzil 22-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində 23 saylı Mənzil Kommunal Sahəsinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, cəzasının çəkilməmiş qalan 06 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Bundan əlavə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs həmin hökmlə cəza təyin edilmiş cinayət hadisəsini 16 iyun 2023-cü il tarixdə, yəni hazırki iş üzrə verilən ittihamda nəzərdə tutulan cinayət hadisələrindən daha əvvəl törətmişdir. Odur ki, təqsirləndiriən şəxsə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə istinad edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökümlə təyin edilən cəza ilə qismən toplanmalıdır. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmamış X5 və bir azyaşlı xx.xx.2016-cı il təvəllüdlü bir azyaşlı X4 vardır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə heroin və xeyli miqdarda metadon həbləri əldə etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı ittiham verilsə də, istintaq orqanının topladığı materiallar əsasında təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyi öz təsdiqini tapır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda üzərində “Methadone 40” göstərici olan bir ədəd blister kəsiyində ümumilikdə 4 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər, təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon həblərini və külli miqdarda ümumi təmiz çəkisi 3,487 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,475 qram, 3,012 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 25 dekabr 2023-cü il tarixdə, saat 21:00 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi, “Şamlıq” restoranının yaxınlığında küçədə piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayıt ŞPİ-nin Sumqayıt şəhəri Nizami ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra, həmin tarixdə saat 21:35 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda ümumi təmiz çəkisi 3,487 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,475 qram; 3,012 qram narkotik vasitə heroin və üzərində “Methadone 40” göstərici olan bir ədəd blister kəsiyində ümumilikdə 4 ədəd təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon həbləri əynində olan şalvarın sağ yan cibindən, bir ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan gümüşü rəngli işlək vəziyyətdə elektron tərəzi əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır, 1 yetkinlik yaşına çatmamış övladının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasınıi ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, 17 iyun 2023-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 16 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 3,387 qram narkotik vasitə olan heroin, 03 ədəd «Methadone 40» həbləri məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 3,387 qram qalıq narkotik vasitə olan heroin, 03 ədəd «Methadone 40» həbləri məhv edilsin, bir ədəd elektron tərəzi müsadirə edilsin, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-555/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-555/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver