Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-556/2024 16.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X14 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 5,723 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Balıq” restoranının qarşısına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə saat 15:35 radələrində yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin gün saat 17:20-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 5,723 qram çəkidə ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, onun narkotik satışı ilə məşğul olması ilə bağlı heç bir sübut yoxdur, ona görə də o, narkotik satışı ilə məşğul olan cinayətkar kimi tutulmağının səbəbini anlaya bilmir. Onun heç telefonunda da narkotikin satışı ilə məşğul olmağı barədə sübut olmayıb. Əgər üstündə narkotik vasitə olsaydı, elə onu tutduqları yerdə üzərinə baxış keçirərdilər. Lakin polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb, orada təzyiqlərlə, ailəsi ilə hədələyərək narkotiki üzərinə götürməyə məcbur etmişdirlər. O, əvvəllər narkoloji dispanserdə mühafizəçi işləmişdir, bilir ki, narkoman necə olur, ona görə o polis əməkdaşlarına təklif eləmişdir ki, onu başqa maddə ilə “yükləsinlər”. O, nə qədər təzyiqə məruz qalsa da, əvvəl heç nəyə imza çəkməmişdir, sonra evindən narkotik çıxaracaqları ilə hədələdikləri üçün məcbur qalıb razı olmuşdur. O, idmanla məşğuldur, idman yarışlarında ölkənin bayrağını qaldırır, odur ki, ittiham olunduğu cinayət əməli ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərdi ki, “Tiktok” sosial şəbəkəsində ona qarşı təhqiramiz sözlər işlədən bir nəfər üçün video çəkib belə ifadələrin düzgün olmadığını bildirmişdir. O ifadələri işlədən insan “yetim Sabir, avara” deyə tanınır. Həmin adam xaricdə yaşayır, hazırda da saxta dollar dövriyyəsi ilə məşğul olduğu üçün tutulub. Onun tutulmağının səbəbi də həmin Sabir adlı adamdır. Onun cinayətkar aləmlə heç bir əlaqəsi yoxdur. İttihamda qeyd olunduğu kimi 13 dekabr 2023-cü il tarixdə Coratda, Balıq restoranının qarşısında saat 15 radələrində saxlanılmışdır. Çəkiliş zamanı polis əməkdaşlarının istədiyi məzmunda ifadə vermişdir. Ailəsi və dostları onun zəif yeridir, ona görə istəməmişdir ki, dostları da hər hansı cinayət əməlinə görə şərlənsinlər. Fiziki olaraq da təzyiqlərə məruz qalmışdır. Qeyd etdiyi “TikTok”dakı məsələdən təqribi 10 gün sonra tutulmuşdur. Onu polis idarəsinə dəvət etməmiş, məcbur maşına mindirib oraya aparmışdırlar. Onu tutduqdan sonra saat 5-6 radələrində videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə ailəsiylə birlikdə yaşayır. 13 dekabr 2023-cü il tarixdə saat 15:35 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Balıq” restoranının yaxınlığında tanışları Şahid3 və Şahid2 ilə birlikdə, Şahid3 idarə etdiyi “BMW” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman beş nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, daha sonra o, özünü təqdim etmiş və polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdirlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində adını “patı” kimi bildiyi psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu və yanında olan tanışları Şahid3lə Şahid2 polis idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etmədiklərini bildirdikdən sonra Şahid3 idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 50 manat pul və 01 ədəd şəffaf selolofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd büküm polis əməkdaşı tərəfindən ağ rəngli kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən əlavə əşya və ya predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, polis əməkdaşı tərəfindən götürülmüşdür. 50 manat pul isə onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş maddənin adını “patı” kimi tanıdığını, həmin maddəni 13 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində küçədən tapdığını, az yaşlı uşaqların əlinə keçməsin deyə üstündə saxladığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, eləcə də həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, Şahid3 və Şahid2la idman yoldaşı olduğunu, lakin üstündə olan maddədən onların məlumatının olmadığını bildirmişdir. Üzərində psixotrop maddə metamfetaminin aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən çox peşmandır. Daha sonra Şahid2 üstünə baxış keçirilmişdir. Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən 03 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş “İphone” markalı mobil telefon və 03 manat pul Şahid2 geri qaytarılmışdır. X16 Vəliyevin üstünə baxış keçirilmişdir. Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş “İphone” markalı mobil telefon və avtomobil açarı Şahid3 geri qaytarılmışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Sumqayıt şəhəri ərazisində küçədən tapmış, az yaşlı uşaqların əlinə keçməsin deyə üstündə saxlamış, heç bir zaman narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmiş, eləcə də həmin maddədən heç kimə verməmiş və heç kimə satmamışdır. Tapdığı psixotrop maddə metamfetaminin üzərindən götürməmişdir. Üzərində psixotrop maddə olmasından heç kimin xəbəri olmamışdır. Yaşadığı ünvanda və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Üzərində heç bir xəsarət yoxdur. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir. Birlikdə saxlanıldığı Şahid3 və Şahid2 onun üzərində psixotrop maddə olmasından xəbərləri olmamışdır. Həmin şəxslər sadəcə olaraq onun idman yoldaşları olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun dostları da idmançıdır. Sabirin ancaq onunla problemi olmuşdur, ona görə də dostlarını idarədən buraxıb onu saxlamışdırlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, çünki həmin ifadəni polis əməkdaşlarının diqtəsi ilə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 13 dekabr 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında müvafiq rəsmiləşdirmə işləri həyata keçirildikdən sonra Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə onun rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Balıq” restoranının yaxınlığında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Qeyd edilən yerdə Təqsirləndirilən şəxs müəyyən etmişlər, Sahilin yanında Ramil və Murat adlı tanışları da olmuşdur. Onlar Ramilin idarə etdiyi avtomobilin yanında dayanmışlar. Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu BMCMİ-nin inzibati binasına dəvət etmişdirlər. O da etiraz etmədən onlarla birlikdə idarə etdiyi avtomobil və 02 nəfər tanışları ilə Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən mobil telefonu, 50 manat pulu və 01 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açılmış həmin bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmiş və həmin maddə qablaşdırılıb möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddənin adını “patı” kimi tanıdığını, həmin maddəni həmin gün Sumqayıt şəhəri ərazisində küçədən tapdığını, az yaşlı uşaqların əlinə keçməsin deyə üstündə saxladığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, eləcə də həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, Şahid3 və Şahid2la idman yoldaşı olduğunu, lakin üstündə olan maddədən onların məlumatının olmadığını bildirmişdir. Daha sonra Şahid2 və Şahid3 üstünə baxış keçirilmiş, onların üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı maddə aşkar edilməmişdir. Şahid3 idarə etdiyi avtomobilə də baxış keçirilmişdir, lakin qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o Sahilin müəllimidir. Sahil çox güclü idmançıdır, həmçinin dini ibadətlə də məşğuldur, cinayətkar aləmlə əlaqəsi yoxdur. 13 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Balıq” restoranının yaxınlığında tələbələri Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə, idarə etdiyi avtomobilin yanında olan zaman beş nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və onların hərəsini bir maşına mindirib Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirmişdirlər. Polis idarəsində Sahili cəmi 1 dəqiqə görmüş, onda da Sahil balaca büküm göstərib həmin bükümü yolda tapdığını və atmaq üçün götürdüyünü bildirmişdir. Ondan Sahilin üstündə həmin bükümün olduğündan məlumatı olub-olmadığını soruşduqda o da məlumatının olmadığını demişdir. Onun üzərindən heç nə aşkar olunmadığı üçün onu idarədə saxlamamışdırlar. Şahid3 məhkəmə iclası zamanı ona verilən sualları cavablandırarkən göstərdi ki, idarədə ona heç bir təzyiq göstərilməyib, saxlanılarkən maşını o idarə edirmiş, Sahilin işgəncəyə məruz qaldığını görməmişdir. Sahilin narkotiklə heç bir əlaqəsi yoxdur, ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o, həmin ifadəsində göstərmişdir ki, 13 dekabr 2023-cü il tarixdə saat 15:35- də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Balıq” restoranının yaxınlığında tanışları Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə, idarə etdiyi “BMW” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman beş nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs özünü təqdim etməyini xahiş etmiş və Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdirlər. Təqsirləndirilən şəxs də həmin vaxt etiraf edib bildirmişdir ki, hazırda üzərində adını “patı” kimi bildiyi psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişdirlər. Onlar buna etiraz etmədiklərini bildirdikdən sonra idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdirlər. Polis idarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra Sahil əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 50 manat pul və 01 ədəd şəffaf selolofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd büküm polis əməkdaşı tərəfindən ağ rəngli kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, polis əməkdaşı tərəfindən götürülmüşdür. 50 manat pulu isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddənin adını “patı” kimi tanıdığını, həmin maddəni 13 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində küçədən tapdığını, az yaşlı uşaqların əlinə keçməsin deyə üstündə saxladığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, eləcə də həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını bildirmişdir. Daha sonra Şahid2 üstünə baxış keçirilmiş, lakin onun üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Daha sonra onun özünün üstünə və avtomobilinə baxış keçirilmiş, qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid3 ona verilən sualları cavablandırarkən bildirdi ki, əgər Sahil öz dili ilə deməsə idi ki, narkotik ona məxsusdur, o heç vaxt inanmazdı. Sahil idarəyə aparılmazdan əvvəl polis əməkdaşlarına üzərində “patı” olduğunu deməmişdir. Onu dindirdikdən sonra ifadəsinin bəzi yerlərini oxuyub sonra imzalamışdır. Amma ifadəsini tam oxumamışdır, ona görə də ancaq məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsuatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X9 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 dekabr 2023- cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 15:35-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Balıq” restoranının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd sellofan büküm götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd edilənlər və şahidlərin ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə eskpertizasının 14 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6402 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,723 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 5,723 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 5,673 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X7 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 14 dekabr 2024-cü il tarixli 8220 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X7 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 4615/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar da əldə edilmişdir. Lakin, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini satmaqda şübhəli olan şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təmin edilməsi, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin hakimi X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 5(060)-987/2023 nömrəli qərarla “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 13 dekabr 2023-cü il tarixli qərarın qanunauyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə və fiziki zorakılığa məruz qalması barədə aparılmış araşdırma nəticəsində gösətrilən xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay 11 gün azadlıqdan məhrum etmə cəzasına 02 il sınaq müddəti ilə şərti məhkum edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməklə və məhkumluğu olmayan şəxsdir. İş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,673 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərinin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədi ilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis idarəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,723 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sözügedən psixotrop maddənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, habelə üzərindən elektron tərəzinin aşkar olunmaması, həmçinin narkotik vasitə və psixotrop maddələrin satışına dair SMS-lərin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,723 qram külli miqdarda olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı) ilə yanaşı, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmədə dindirilmiş şahidlər Şahid2 və Şahid3 ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şəxslər təqsirləndirilən şəxslə yaxın münasibətləri, yəni dostluq münasibətləri olan şəxslərdir. Qeyd olunan səbəbdən onların təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələri anlaşılandır. Belə olan halda, məhkəmə onların məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır, onların ibtidai istintaq zamanı heç bir təsir və təzyiq altında qalmadan şahid qismində dindirilərkən qeyd etdiklərini və üzləşdirmə zamanı verdikləri ifadələrini Təqsirləndirilən şəxs ittihamının əsasına (psixotrop maddənin əldə edilməsi ilə bağlı hissədə) qoyur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu, təhdid olunduğu üçün ilkin ifadələrində həmin psixotrop maddə metamfetamini əldə edib üzərində saxladığını bildirməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ilkin ifadəsində üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin tapdığını bildirsə də, sonrakı ifadəsində və məhkəmə istintaqı zamanı bu halları qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, onun ittihamının əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə, onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.1-1) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı müddətində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şabhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X3 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan 5,673 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 (üç) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 65 (altımış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,673 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-556/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-556/2024
16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver