Məhkəmə qərarları › İş №1(124)-557/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-557/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-557/2024 13.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzv, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirlən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Füzuli rayonu, Əhmədalılar kəndində doğulmuş, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməklə, habelə bu cür məzmunlu materialları yaymaqla təkrarən dövlət əleyhinə yönələn açıq çağırışlar etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmək, habelə bu cür məzmunlu materialları yaymaq məqsədilə özünə məxsus ünvan 2 ünvanında olarkən özünə məxsus “**********2083” və “**********20834” İMEİ nömrəli “Samsung Galaxy A12” markalı mobil telefondan istifadə edərək keçid linki https://www.facebook.com/kamandar.sarkarov.75 olan “Kamandar Sarkarov” adı ilə qeydiyyatdan keçdiyi “Facebook” və keçid linki https://www.tiktok.com/@kamandar_87 olan “kamandar_87” adı ilə qeydiyyatdan keçdiyi “Tiktok” sosial şəbəkəsində 2023-cü ilin fevral ayından həmin ilin 28 iyul tarixinədək olan müddət ərzində paylaşdığı fotolarda və özünün video çarxlarında, o cumlədən 11 fevral 2023-cü ildə “....... olkeni tehvil ver cenab Putine”, 14 fevral 2023-cü ildə “....... olkenin Rusiyaya birlesmeyini teleb eden varsa mene qoşulsun!!”, 19 aprel 2023-cü il tarixdə “bu millet Rusiyaya birlesmese, bu rejim milleti boğazında zencirnen gezdirecey” və “Rusiya ile Azerb arasında serhedler legv olunmalidir”, 31 may 2023-cü il tarixdə “....... olkeni tehvil ver cenab Putine... X9 istemirem”, 04 iyun 2023-cü il tarixdə “Bele musteqilliy mənə lazım deyil.. Legv eliyin Rusiyayla aramizadki serhedler!!!” və “hamimiz bir olub Rusiyaya birlesmeyi teleb etsek bunlar bize hecne eliyen deyiller”, 09 iyun 2023-cü il tarixdə “Qara milletin geleceyi Rusiyayladi!!!”, İndice bankdan zeng elemisdiler.. deyir ode qurtarsın vaxt geler yenede kredit goturmek istiyirsen..dedim imperiya qurulur kredite ehtiyac olmayacaq” və 10 iyun 2023-cü il tarixdə “..... Rusiyayla serhedleri legv elemiyince millet sefalet icinde olcaq!!” məzmunlu qəsdən paylaşımlar edərək təkrarən dövlət əleyhinə yönələn açıq çağırışlar etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun bu paylaşımları etməkdə heç bir məqsədi olmamış, sadəcə söz olaraq paylaşmışdır. Heç bir mitinqdə iştirak etməmiş və mitinq təşkil etməmişdir. ”Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs adı ilə qeydiyyatdan keçərək 3-4 il müddətində paylaşımlar edib silmişdir. Bununla bağlı hər hansı bir hərəkəti məqsədli etməmişdir. O, söz azadlığından istifadə edərək heç bir təsir altında olmadan, heç bir təşkilatın üzvü olmadan məqsədsiz şəkildə bu paylaşımları özü etmişdir. Ona dövlət orqanlarından hər hansı xəbərdarlıq olsa, bu hərəkəti etməyəcəyini bildirmişdir. O, dövlətə xəyanət etmədiyini, bu dövlət və millət üçün nə lazımdırsa edəcəyini bildirmişdir. O bu paylaşımları içkili halda etmişdir və onun çağırışlarına heç kim qoşulmamışdır. Təqsirləndirilən şəxs 3 uşağının olduğunu və bir uşağının təzə doğulduğunu, hələ qucağına almadığını bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq araşdırılmış ifadələrində özünü ona elan olunmuş təqsirli bilmiş, törətmiş olduğu cinayət əməlindən peşmançılıq hissi keçirdiyini söyləyərək göstərmişdir ki, o, 2010-cu ildən Rusiya Federasiyası Nijniy Vartovsk şəhərində yaşamış və həmin şəhərdə barmen işləmişdir.2010-2012-ci illərdə Rusiya Federasiyasında yaşayarkən rus millətinin həyat tərzi və şəxsi keyfiyyətləri, habelə qanunvericiliyində müddəalar ona xoş olduğundan rus millətinə qarşı rəğbəti yaranmışdır.2012-ci ildə Rusiya Federasiyasının səlahiyyətli qurumu onu Azərbaycan Respublikasına deportasiya etmişdir. 2012-ci ildən sexlərdə mebel quraşdırma işlərilə məşğul olmuşdur. 2018-ci ildə Bakı şəhərində yerləşən mebel sexində usta kimi başlamış, tutulana qədər fərdi olaraq mebel ustası kimi fəaliyyət göstərmişdir. Təxminən 17-18 yaşından onun Rusiya Federasiyası dövlətinə rəğbəti yaranmış, Facebook sosial şəbəkəsində “Kamandar Sarkarov”, Tiktok sosial şəbəkəsində “kamandar_87” İnstagram sosial şəbəkəsində “kamanda_sarkarov” hesabları yaradaraq istifadə etmiş və saxlanılanadək həmin hesablarda Rusiya yönümlü paylaşımlar etmiş, həmin paylaşımları müxtəlif sosial şəbəkələrdə paylaşmaqda davam etmişdir. Təqsirləndirilən şəxs səmimi və etiraf ifadələrini davam edərək daha sonra göstərmişdir ki, o, sosial şəbəkələrdə “Kamandar Sarkarov”, Tiktok sosial şəbəkəsində “kamandar_87” İnstagram sosial şəbəkəsində “kamanda_sarkarov” hesablarında dəfələrlə Azərbaycanın Rusiyaya birləşdirilməli olduğunu, hakimiyyətin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təhvil verilməli olduğu barədə yazılar, şəkillər və videolar paylaşmışdır. Məsələn, 10 iyun 2023-cü ildə “..... Rusiyayla serhedleri legv elemiyince millet sefalet icinde olcaq!!” məzmunlu, 09 iyun 2023-cü ildə “Qara milletin geleceyi Rusiyayladi!!!”, İndice bankdan zeng elemisdiler.. deyir ode qurtarsın vaxt geler yenede kredit goturmek istiyirsen..dedim imperiya qurulur kredite ehtiyac olmayacaq” məzmunlu, 19 aprel 2023-cü il tarixdə “bu millet Rusiyaya birlesmese, bu rejim milleti boğazında zencirnen gezdirecey” məzmunlu, 14 fevral 2023-cü ildə “....... olkenin Rusiyaya birlesmeyini teleb eden varsa mene qoşulsun!!” və digər məzmunlu paylaşımlar sosial şəbəkələrdə yer almışdır. Həmin paylaşımları Təqsirləndirilən şəxs asudə vaxtlarında özünə məxsus ünvan 1 ünvanında yerləşən evində istifadəsində olan “Samsung Galaxy A12” markalı mobil telefon vasitəsilə etmişdir. Bundan əlavə, o özünün video paylaşımlarında da eyni məzmunlu sözləri işlətmişdir. Azərbaycanın Rusiyaya birləşməsilə bağlı hər hansı aktiv hərəkətlər, yəni mitinqlər və digər bu yönümlü hərəkətlər olduğu təqdirdə o həmin şəxslərlə birgə bu fikirləri dəstəkləyəməyi və bu istiqamətdə aktiv hərəkətlər edəcəyi bildirmişdir. Onun fikrincə vahid bir dövlət yaranmalı və Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır. Həmin paylaşımları o asudə vaxtlarında özünə məxsus ünvan 1 ünvanında yerləşən evində istifadəsində olan “Samsung Galaxy A12” markalı mobil telefon vasitəsilə etmişdir. ( cild 1, iş vərəqə 55-58, 72-75, 250-253, 331-334) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. (Cild 1 iş vərəq 55-58, 72-75, 250-253, 331-334) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, halhazırda hər hansı əmək fəaliyyəti yoxdur. o, Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində tanımış, “X4” təşkilatının tədbirlərində görüşdən əvvəl Təqsirləndirilən şəxs ona “Facebookda” dostluq sorğusu göndərmişdir. Bundan sonra, o Təqsirləndirilən şəxsla danışmağa başlamışdır. İlk dəfə Təqsirləndirilən şəxs Melisa Park kompleksinin daxilində olan kafedə Avrasiya Təşkilatının tədbirində görmüş və əyani tanımışdır. O Facebookda olan “Kamandar Sarkarov” adlı hesabla dəfələrlə şəbəkə üzərindən danışmış və bilir ki, həmin hesab Təqsirləndirilən şəxs aiddir. Bundan əlavə, paylaşımları edəndə o hər dəfə Təqsirləndirilən şəxs bu paylaşımları etməməyi məsləhət görmüşdür, Təqsirləndirilən şəxs isə cavabında həmin paylaşımları özü etdiyini vurğulayır, lakin siləcəyi barədə heçnə deməmiş və ümumi söhbətlər aparmışdır. Bununla da, həm paylaşımlardan, həm sonradan telefonla, həm də görüşlərdə danışıqlardan anlamış ki, “Facebookda” olan “Təqsirləndirilən şəxs” adlı hesab Təqsirləndirilən şəxs məxsusdur və onun istifadəsində olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hesabının ondan oğurlandığı və ya həmin hesaba nəzarəti itirdiyi barədə məlumat verməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Həsənov İbrahimin təşkil etdiyi kitab təqdimatında tanımışdır. Belə ki, İbrahim Həsənov “Avrasiya Hərəkatı”-nın Azərbaycan Respublikasındakı nümayəndəsidir və o da həmin təşkilatın Bakıda təşkil etdiyi məclislərdə bir neçə dəfə iştirak etmişdir. Kamandar Sarkarovu da elə həmin məclislərin birində tanımışdır. Əyani olaraq Təqsirləndirilən şəxs tanıdıqdan sonra Kamandar Facebook sosial şəbəkəsində “Kamandar Sarkarov” adı ilə qeydiyyatdan keçdiyi profildən dostluq göndərmiş, o isə qəbul etmişdir. O “Facebookda” olan “Kamandar Sarkarov” adlı hesabla dəfələrlə şəbəkə üzərindən Təqsirləndirilən şəxsla danışmış və bildirir ki, həmin hesab Təqsirləndirilən şəxs aiddir. Belə ki Təqsirləndirilən şəxs həmin paylaşımları etdiyinə görə ona öz iradını bildirmiş, bu hərəkətlərin cinayət olduğunu desə də Təqsirləndirilən şəxs onun sözlərinə əhəmiyyət verməmiş, sonuncu dəfə də onu təhqir edərək paylaşımları ilə bağlı ona irad bildirməməyini tapşırmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs ona hesabının ondan oğurlandığı və ya həmin hesaba nəzarəti itirdiyi barədə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Facebook profilində özünə maraqlı olan hadisələri, lazımi məlumatlar barədə paylaşımlar etmiş. Bununla bağlı olaraq, dostluğunda olan şəxslərlə də “Facebook” sosial şəbəkəsi vasitəsilə münasibət saxlamış. Müəyyən hallarda Facebook da olan dostlarının paylaşımlarına şərh yazıb və paylaşımları bəyənmişdir. “Facebook” sosial şəbəkəsində dostluğunda halhazırda 1500-dən çox nəfər adam var. Həmin şəxslərin bir hissəsi şəxsi tanışları, digərləri isə ancaq sosial şəbəkədə internet üzərindən tanımışdır. Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində tanımış və təxminən iki il əvvəl Təqsirləndirilən şəxs ona həmin sosial şəbəkədə dostluq göndərmişdir. “Facebookda” olan “Kamandar Sarkarov” adlı hesabla dəfələrlə şəbəkə üzərindən danışmış və Təqsirləndirilən şəxsla əsasən ölkədə olan vəziyyət barədə söhbətləşmişdir. Təqsirləndirilən şəxs hesabının ondan oğurlandığı və ya həmin hesaba nəzarəti itirdiyi barədə ona heç vaxt heçnə deməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, “Facebook” sosial şəbəkəsi vasitəsilə dostluğunda olan şəxslərlə münasibət saxlamışdır. Müəyyən hallarda Facebook da olan dostlarının paylaşımlarına şərh yazıb və paylaşımları bəyənmişdir. “Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində tanımış və təxminən iki il əvvəl Təqsirləndirilən şəxs ona həmin sosial şəbəkədə dostluq göndərmişdir. “Facebookda” olan “Kamandar Sarkarov” adlı hesabla dəfələrlə şəbəkə üzərindən danışmış və Təqsirləndirilən şəxsla əsasən ölkədə olan vəziyyət barədə söhbətləşmişdir. Təqsirləndirilən şəxs hesabının ondan oğurlandığı və ya həmin hesaba nəzarəti itirdiyi barədə ona heç vaxt heçnə deməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, o “Facebook” hesabında ona maraqlı olan hadisələri, xoşladığı musiqilər barədə üzrə paylaşımlar etmişdir. Bununla bağlı olaraq, o dostluğunda olan şəxslərlə də Facebook sosial şəbəkəsi vasitəsilə münasibət saxlamış, müəyyən hallarda “Facebook” hesabında olan dostlarının paylaşımlarına şərh yazmış və paylaşımları bəyənmişdir. Facebook sosial şəbəkəsində dostluğunda hal-hazırda 210 nəfər adam var. Həmin şəxslərin təxminən yarısı həmkəndliləridi və rayonda tanıdığı şəxslərdi, digərlərini isə ancaq sosial şəbəkədə internet üzərindən tanımışdır. Təqsirləndirilən şəxs Facebook sosial şəbəkəsində tanımış, təxminən bir il yarım əvvəl Təqsirləndirilən şəxs ona həmin sosial şəbəkədə yazmış, o da Təqsirləndirilən şəxsla tanış olmuşdur. Sonuncu ona boşandığı və iki uşağı olduğunu demişdir. Danışıq əsasında o Təqsirləndirilən şəxs şəxsi nömrəsini vermiş və orada söhbətlərini davam etdirmişdir. Kamandar hər danışıqlarında Bakıya gəlməyi təklif etmişdir. Facebookda olan “Kamandar Sarkarov” adlı hesabla dəfələrlə şəbəkə üzərindən danışmış, Təqsirləndirilən şəxsla videodanışıq vasitəsilə də danışmış və videoda gördüyü şəxsin sosial şəbəkədə hesabda şəkilləri olan şəxlə eynilik təşkil etmişdir. Onun sözlərinə görə videodanışıq vasitəsilə danışıq zamanı o Təqsirləndirilən şəxs qızıl dişlərini görmüş və anlamış ki, sosial şəbəkədə hesablarda da o Təqsirləndirilən şəxs qızıl dişləri olduğunu görmüşdü. Təqsirləndirilən şəxs paylaşımları edəndə o bir neçə dəfə Təqsirləndirilən şəxs bu paylaşımları etməməyi məsləhət görmüşdür və həm paylaşımlardan, həm sonradan onunla telefonla, həm də videozənglə danışıqlardan o anlamış ki, “Facebook” sosial şəbəkəsində olan “Təqsirləndirilən şəxs” adlı hesab Təqsirləndirilən şəxs məxsusdur və onun istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs hesabının ondan oğurlandığı və ya həmin hesaba nəzarəti itirdiyi barədə ona heç vaxt heçnə deməmişdir. ( cild 1, iş vərəqə 172-174) Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, o Facebook profilində ona maraqlı olan hadisələri, lazımi məlumatlar barədə paylaşımlar etmiş, dostluğunda olan şəxslərlə də “Facebook” sosial şəbəkəsi vasitəsilə münasibət saxlamışdır. Müəyyən hallarda “Facebook” da olan dostlarımın paylaşımlarına şərh yazıb və paylaşımları bəyənmişdir. Facebook sosial şəbəkəsində dostluğunda hal-hazırda təxminən 500 nəfər adam var. Həmin şəxslərin bir hissəsi şəxsi tanışları, digərləri isə ancaq sosial şəbəkədə internet üzərindən tanımışdır. O Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində tanıyıb və təxminən iki il əvvəl Təqsirləndirilən şəxs ona həmin sosial şəbəkədə dostluq göndərmişdir. Facebook sosial şəbəkəsində olan “Kamandar Sarkarov” adlı hesabın dövlət əleyhinə çağırışlar olan paylaşımları etdiyini təsdiqləmişdir. O həmin paylaşımları şəxsən görmüş və özünə məxsus “Şahid1” adlı hesabdan Təqsirləndirilən şəxs bəzi paylaşımlarını bəyənmişdir. ( cild 1, iş vərəqə 178-180) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işininin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27 avqust 2023cü il tarixli Təqsirləndirilən şəxs məxsus və onun istifadəsində olmuş «Samsung Galaxy A12» markalı telefona baxış protokolundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin icraatında olan ********* saylı cinayət işinə baxış nəticəsində Təqsirləndirilən şəxs özünə məxsus «Samsung Galaxy A12» markalı telefon vasitəsilə “Kamandar Sarkarov” adı altında qeydiyyatdan keçdiyi “Facebook” və “kamandar_87” adı altında qeydiyyatdan keçdiyi “Tiktok” sosial şəbəkəsində 2023-cü ilin fevral ayından həmin ilin 28 iyul tarixinədək olan müddət ərzində paylaşdığı fotolarda və özünün video çarxlarında, o cumlədən 11 fevral 2023-cü ildə «........ olkeni tehvil ver cenab Putine” məzmunlu, 14 fevral 2023-cü ildə “.............. olkenin Rusiyaya birlesmeyini teleb eden varsa mene qoşulsun!!” məzmunlu, 19 aprel 2023-cü il tarixdə “bu millet Rusiyaya birlesmese, bu rejim milleti boğazında zencirnen gezdirecey” və “Rusiya ile Azerb arasında serhedler legv olunmalidir” məzmunlu, 31 may 2023-cü il tarixdə “.............. olkeni tehvil ver cenab Putine... X9 istemirem” məzmunlu, 04 iyun 2023-cü il tarixdə “Bele musteqilliy mənə lazım deyil.. Legv eliyin Rusiyayla aramizadki serhedler!!!” və “hamimiz bir olub Rusiyaya birlesmeyi teleb etsek bunlar bize hecne eliyen deyiller” məzmunlu, 09 iyun 2023-cü il tarixdə “Qara milletin geleceyi Rusiyayladi!!!”, İndice bankdan zeng elemisdiler.. deyir ode qurtarsın vaxt geler yenede kredit goturmek istiyirsen..dedim imperiya qurulur kredite ehtiyac olmayacaq” məzmunlu və 10 iyun 2023-cü il tarixdə “........ Rusiyayla serhedleri legv elemiyince millet sefalet icinde olcaq!!” məzmunlu paylaşımlar edərək dövlət əleyhinə yönələn açıq çağırışlar etmişdir. ( cild 1, 113-117) Cinayət işininin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 06 oktyabr 2023-cü il tarixli, 4/1550 nömrəli məhkəmə linqvistik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Kamandar Sarkarov” adı altında qeydiyyatdan keçdiyi “Facebook” və “kamandar_87” adı altında qeydiyyatdan keçdiyi “Tiktok” sosial şəbəkəsində 2023-cü ilin fevral ayından həmin ilin 28 iyul tarixinədək olan müddət ərzində paylaşdığı fotolarda və özünün video çarxlarında, o cumlədən 11 fevral 2023-cü ildə .... .... olkeni tehvil ver cenab Putine”, 14 fevral 2023-cü ildə “...... ..... olkenin Rusiyaya birlesmeyini teleb eden varsa mene qoşulsun!!”, 19 aprel 2023-cü il tarixdə “bu millet Rusiyaya birlesmese, bu rejim milleti boğazında zencirnen gezdirecey” və “Rusiya ile Azerb arasında serhedler legv olunmalidir”, 31 may 2023-cü il tarixdə “..... ..... olkeni tehvil ver cenab Putine... X9 istemirem”, 04 iyun 2023-cü il tarixdə “Bele musteqilliy mənə lazım deyil.. Legv eliyin Rusiyayla aramizadki serhedler!!!” və “hamimiz bir olub Rusiyaya birlesmeyi teleb etsek bunlar bize hecne eliyen deyiller”, 09 iyun 2023-cü il tarixdə “Qara milletin geleceyi Rusiyayladi!!!”, İndice bankdan zeng elemisdiler.. deyir ode qurtarsın vaxt geler yenede kredit goturmek istiyirsen..dedim imperiya qurulur kredite ehtiyac olmayacaq” və 10 iyun 2023-cü il tarixdə “....... Rusiyayla serhedleri legv elemiyince millet sefalet icinde olcaq!!” məzmunlu paylaşımlar və videomüraciətlər Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar, habelə bu cür məzmunlu materiallar yaymaqla dövlət əleyhinə yönələn çağırışlardır. (Cild 1, iş vərəq 142-146) Cinayət işininin materiallarında olan və məhkəmədə tədqiq edilmiş «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 15 sentyabr 2023-cü il tarixli, 2640 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, hazıradək olan dövr ərzində, eləcə də hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, aşkar edilmir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 1, iş vərəq 163-165) Cinayət işininin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 09 iyun 2023-cü il tarixdə “Qara milletin geleceyi Rusiyayladi!!!”, İndice bankdan zeng Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsindən daxil olan 13 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Rusiya Federasiyasına səfərlər etmiş, Azərbaycan Respublikasında olduğu müddətdə Rusiya Federasiyasının maraqlarının müdafiəçisi və təbliğatçısı mövqeyindən çıxış etmiş, mütəmadi olaraq Azərbaycan Respublikasının dövlət və konstitusiya quruluşunun zərərinə açıq çağırışlar etmişdir. ( cild 1, iş vərəqə 231) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş «Samsung Galaxy A12» markalı telefon Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar, habelə bu cür məzmunlu materiallar yaymaqla dövlət əleyhinə yönələn çağırışlar cinayətinin törədilməsində vasitə kimi istifadə olunduğu üçün iş üzrə 26 fevral 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işi üzrə icraat materiallarına əlavə edilməklə işdə saxlanılmışdır. ( cild 1, iş vərəqə 232-237) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild 1, iş vərəqə 88-89) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı 02 azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, habelə iş üzrə şahid ifadələri və istintaq hərəkətlərinin protokolları ilə tam təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadələri işin həqiqi hallarına uyğun olmaqla, həmin ifadələrdə göstərilənlər hökmün təsviri əsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə tam təsdiqini tapdığından məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini ittihamı təsdiq edən sübut qismində qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları CPM-nin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrı-ayrılıqda və məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş şahidlərin ifadələrini, habelə cinayət işinin halları ilə tam təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də ekspertiza rəylərini mənsubiyyəti, mümkünlüyü üzrə qiymətəndirməklə həmin ifadələri, protokolları və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 02 azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, gəldiyi bu nəticəni, Konstitusiya Məhkəməsinin qərarları baxımından da qanuni və ədalətli hesab edir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat zamanı, həmçinin məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxs barəsində seçilmş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəq 49, 84-87) Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərinə sim-kart quraşdırılmış Samsung Galaxy A12 markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia müəyyən edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 iyul 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərinə simkart quraşdırılmış Samsung Galaxy A12 markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar