Məhkəmə qərarları › İş №1(124)-558/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-558/2025

16.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-558/2025 16.03.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədova Manisə Şamil qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, xx xxxx 1994-cü il tarixdə Qazaxıstan Respublikası, Kustanay vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “X8” veteranı, günəmuzd fəhlə işləyən, Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən xx.xx.2026-cı il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu qanunla məyyən olunmuş qaydada ödənilməmiş və ya götürülməmiş, Laçın rayonu, Fətəlipəyə kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Azərtəmir tikintinin inzibati binasında müvəqqəti məskunlaşaraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs əri Şahid7 ona qayğı göstərməməsi səbəbindən 2025-ci ilin avqust ayının sonlarından “TikTok” sosial şəbəkəsində tanış olub gizli sevgi münasibətlərində olduğu Quba rayonu, Xucbala kənd sakini Şahid3 ilə 21 sentyabr 2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindən çıxaraq Quba rayonu, Xucbala kəndinə gəlməsinə, iki uşağı ola-ola onları tərk edib evdən qaçmasına görə onu qohum-əqrəba və dost-tanışları arasında rüsvay edərək namusuna ləkə gətirməsindən hiddətlənərək, qisas almaq niyyəti ilə sonuncunu bu hərəkətlərinə görə cəzalandırıb qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə 22 sentyabr 2025-ci il tarixdə axşam saatlarında Quba şəhərinə gəlib gecələdikdən sonra 23 sentyabr 2025-ci il tarixdə, saat 11 radələrində Quba rayonu, Xucbala kəndində yerləşən Şahid3 yaşadığı evə gəlmiş, həmin vaxt məişət tullantısını çaya ataraq yaşadığı evə qayıdan bacısı Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb hücum edərək əvvəlcədən üzərində saxlayıb gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 8 zərbə endirərək ona boynunda solda bir yerdə, döş qəfəsinin sağ tərəfində İİİ və Vİİİ qabırğalar səviyyəsində hərəsində bir yerdə döş qəfəsi daxilinə nüfuz etməyən yaralar, sağ və sol bazuda hərəsində bir yerdə, sağ biləyin arxa səthində bir yerdə dərəcəsinə görə istər hər biri ayrıayrılıqda, istərsə də birlikdə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya, döş qəfəsinin ön tərəfində solda, qoltuq xətti üzrə Vİİ qabırğaarası səhədə bir yerdə döş qəfəsi daxilinə nüfuz edərək sol ağciyərin aşağı payının zədələnməsi, buradan da yara kanalı boyu aşağıya doğru istiqamətlənərək diafraqmanı zədələyib qarın boşuğuna keçən yara, qarının ön divarında qarınüstü sahədə bir yerdə qarın boşluğuna keçərək nazik və yoğun bağırsaqların zədələnməsi ilə nəticələnən kəsilmiş-deşilmiş yara tipli dərəcəsinə görə istər hər biri ayrı-ayrılıqda, istərsə də birlikdə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş və bacısı Zərərçəkmiş şəxs öldüyünü düşünərək hadisə yerindən uzaqlaşdığı üçün, həmçinin Zərərçəkmiş şəxs vaxtında “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə çatdırılaraq ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi və həkimlərin səyi nəticəsində həyatı xilas edildiyindən bilavasitə cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, hadisə 23 sentyabr 2025-ci il tarixdə baş verib. Belə ki, o, bacısı Şamamanı evinə qaytarmaq məqsədilə Qubaya gedib, sonra onların arasında mübahisə yaranıb. Əsəbi olduğundan özündən asılı olmayaraq bacısını bıçaqla vurub və sonra hadisə yerindən uzaqlaşıb. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən göstərdi ki, bacısı ailəlidir, 14 və 15 yaşında 2 uşağı var. Bildiyi qədərilə bacısı və yoldaşı arasında problem olmayıb. Bacısının yoldaşı ona zəng edərək Şamamanın evi tərk etdiyini deyib. Bacısının Qubaya getdiyini həmin vaxt həyətdə olan qohum-əqrəbadan eşidib. Özü usta-dəmirçi işləyir. Qubaya gedəndə işdə istifadə etdiyi balaca bıçağı da götürüb. İşdə bıçağı əsasən dəmirləri yığıb bağlayandan sonra ipi kəsmək üçün istifadə edir. Qubanın Xucbala kəndinə çatıb, orada kənd sakinlərindən burada “Elməddin” adında şəxsin olub-olmadığını soruşub, kənd sakinləri həmin şəxsin qaldığı yeri ona deyiblər. Elməddinin evi çayın yaxınlığında olub, çayın kənarında bacısı Şamamanı görüb. Onun yaxınlığında bir qadın da olub. Şamamaya yaxınlaşıb və ona “bu nə haqq-hesabdı başımıza gətirmisən, səni uşaqlarının yanına aparmaq üçün gəlmişəm” deyib. Lakin bacısı onunla razılaşmayıb və onu təhqir etməyə başlayıb. Bacısına bıçaqla 1 dəfə zərbə vurduğunu xatırlayır. Həmin vaxt özündə deyilmiş, şok vəziyyətində olub. Bıçağı ona görə götürüb ki, əgər Elməddin ona hücum etsə özünü müdafiə edə bilsin. Çünki getdiyi yeri tanımırmış və Elməddinin onu nə cür qarşılayacağını bilmirmiş. Hadisə yerindən uzaqlaşanda çayı keçən zaman yıxılıb və bıçaq suya düşüb. Sonra yolda taksiyə əyləşib və Sumqayıta gedəcəyini bildirib. Sumqayıta çatanda 2-ci polis bölməsinə gedib və hadisə törətdiyini bildirib. Bacısı ilə heç vaxt problemi olmayıb. Sadəcə hadisədən bir neçə gün əvvəl bacısı evlərini tərk etdiyindən bacısını evinə qaytarmaq istəyirmiş. Hadisə baş verən zaman ərazidə o, bacısı və bir nəfər də qadın olub. Bacısı onu təhqir etdiyi üçün onu bıçaqla vurub. Bacısına 8 zərbə vurduğunu xatırlamır, öldürmək məqsədi olsaydı 1 zərbə ilə bacısını öldürə bilərmiş. Lakin onun bacısını öldürmək niyyəti olmayıb. Bacısı onunla birlikdə evinə qayıtsın deyə bıçaqla onu qorxutmaq istəyib. Hadisədən sonra özü könüllü polisə təslim olub. Polis bölməsində könüllü təslim olması ilə bağlı protokol tərtib olunub. Sonra Qubadan polis əməkdaşları gəlib onu aparıblar. Törətdiyi əməldən peşmandır, Vətən Müharibəsinin iştirakçısı olub, ağır travmalar yaşayıb. Bu səbəbdən yaddaşla bağlı problemi var. Bacısına bıçaqla zərbə vurduğunu kənar bir şəxs görməyib. Digər qadın kənarda olub. hadisə yerində bacısı ilə təxminən 1 dəqiqə söhbət edib, sonra da bıçaqla onu vurub. Məhkəmədə “WhatsApp” tətbiqi vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə 2025-ci ilin sentyabr ayının 23-ü baş verib, o, 21 sentyabr tarixində uşaqlarını evində qoyub evi tərk edib və sevdiyi şəxsə qoşulub getmişdir. Qardaşı onun getdiyi yerə gəlib və ona düzgün hərəkət etmədiyini, evinə qayıtmasını deyib. O da qardaşına əsəbləşib, əcəb eləyib evini tərk etdiyini, evə qayıtmayacağını, cəhənnəm olub getməsini deyib. X10 iştirakçısı olub və ona görə çox tez əsəbiləşir. Onun sözlərindən sonra qardaşı bıçaqla ona yüngül xəsarət yetirib, o, hadisə baş verdikdən qısa müddət sonra işləməyə başlayıb. Qardaşı ilə münasibətləri həmişə yaxşı olub. Qardaşı onu bıçaqla 1 dəfə vurub. Qardaşı onu bıçaqla vurandan sonra ağlamağa başlayıb. Qardaşının əməlini davam etdirmək imkanı olub, lakin onu vurmağa davam etməyib, özü dayanıb, qardaşının məqsədi onu cəzalandırmaq olub, öldürmək məqsədi olmayıb. Qardaşı onu bıçaqla vurarkən heç bir xüsusi amansızlıq göstərməyib. Qardaşının heç bir günahı yoxdur, onunla barışıb, onun azadlığa buraxılmasını istəyir, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun evinə oğlu Elməddin gətirib. 23 sentyabr tarixində hadisə günü Zərərçəkmiş şəxs ilə birlikdə çaya zibil atmağa gedirmiş, bu zaman sonradan Şamamanın qardaşı olduğunu bildiyi şəxs Şamamaya yaxınlaşıb və onlar bir az söhbət etdikdən sonra mübahisə etməyə başlayıblar. Həmin ərəfədə onun başı qarışıq olub və bir də qəflətən həmin şəxsin Şamamanı bıçaqla vurduğunu və sonuncunun yerə yıxıldığını görüb. Həmin şəxsin Şamamanı bıçaqla neçə dəfə vurduğunu dəqiq görməyib. O, qışqırıb və səsinə qonşular gəlib, təcili tibbi yardıma və polisə məlumat veriblər. O, Şamama ilə birlikdə xəstəxanaya gedib, sonra da evinə qayıdıb. Şahid1 ona verilən suallara cavab olaraq göstərdi ki, Şamama ilə qardaşı əvvəl qısa söhbət ediblər, sonra dalaşmağa başlayıblar. O qəflətən Şamamanın yıxıldığını görüb və qışqırıb. O, Şamama ilə qardaşının nə barədə söhbət etdiklərini bilməyib. Şamama yıxıldıqdan sonra qardaşı Murad hadisə yerindən qaçıb gedib. O, qardaşının Şamamanı bıçaqla neçə dəfə vurduğunu görməyib, çünki o da özünü itirib və özündən gedib. Şamamanın bədənindəki xəsarətləri görüb və o qənaətə gəlib ki, bıçaq zərbələrinin sayı çox olub. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, hadisə baş verən zaman o, evdə olmayıb. Qonşusu ona zəng edib və nəsə hadisə baş verdiyini deyib. O evə gəldikdən sonra Şamamanın yıxıldığını görüb və həyat yoldaşı ona qardaşının bıçaqla Şamamaya xəsarət yetirdiyini deyib. Qonşular təcili tibbi yardıma və polisə məlumat veriblər, həyat yoldaşı da Şamama ilə birlikdə xəstəxanaya gedib, sonra da evə qayıdıb, Şamama da xəstəxanada qalıb. O hadisənin birbaşa şahidi olmayıb, Muradı hadisə yerində görməyib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, təqsirləndirilən şəxs onun qardaşıdır. O, hadisəni görməyib, lakin hadisədən 2 gün əvvəl, yəni sentyabrın 21-i onlara xəbər gəlib ki, Şamama evdə yoxdur. Qohumları hamısı bacısının harda olduğunu axtarsalar da, tapa bilməyiblər və polisə müraciət ediblər. Polisdən onlara məlumat verilib ki, bacısı Quba rayonu Xucbala kəndində yaşayan Şahid3 adlı şəxsə qoşulub qaçıb. Bu xəbər onların ailəsində şok və bacısına qarşı nifrət yaradıb. Onlar belə qərara gəliblər ki, qardaşı Təqsirləndirilən şəxs Quba rayonuna getsin və bacısı Şamamanı öz evinə qaytarsın. Qardaşı Qubaya yola düşüb, gecəni həmin rayonda oteldə keçirib və səhər bacısını gətirmək üçün yola çıxıb. Həmin gün böyük bacısı, anası və yeznəsi də Muradı tək qoymamaq üçün Qubaya yola düşüblər. Qısa müddət sonra anası ona zəng edib və belə bir hadisənin baş verdiyini deyib. O bacısının olduğu xəstəxanaya gedib, bacısı oyanan kimi qardaşından şikayətçi olmadığını deyib. Qardaşı bacısını öldürmək yox, bir anlıq əsəbləşdiyi üçün onu qorxutmaq, cəzalandırmaq məqsədilə vurub. Məhkəmədə şahid qismində dindirilmiş X4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, təqsirləndirilən şəxs onun oğludur, Murad çox zəhmətkeş, ailəsinə bağlı insandır. O, hadisənin birbaşa şahidi olmayıb, o, hadisə yerinə gedəndə qızı Şamama yerdə uzanıqlı olub, sonra qızı ilə birlikdə xəstəxanaya gedib. Qızı özünə gələn kimi günahın özündə olduğunu, Muradı əsəbiləşdirdiyini, ona görə bu hadəsinin baş verdiyini və qardaşından şikayətçi olmadığını bildirib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, orta məktəbdə Təqsirləndirilən şəxs ilə tanış olmuş, Murad onun sinif yoldaşı olmuş, münasibətləri yaxşı olmuşdur. Sonuncu dəfə Murad ona 22 sentyabr 2025-ci il tarixdə axşam saat 21 radələrində zəng edərək Quba şəhərində öz döyüş yoldaşları ilə görüşdüyünü və onunla da görüşmək istədiyini bildirmiş, o buna etiraz etməmiş, saat 22 radələrində Quba şəhərində “köhnə avtovağzal” deyilən ərazidə yerləşən çayxanada oturmuş, çay içib söhbət etmiş, Murad yorğun olduğuna görə geri qayıtmaq istəməmiş və gecələməyə yer axtarmış, ona öz evlərində qonaqların olduğunu bildirərək evə dəvət etməmiş, ona görə də Murad gecələməyə otel axtarmış, elə çayxananın yaxınlığında adını xatırlamadığı otelə yaxınlaşmış, orada o, Murad ilə sağollaşmış və çıxıb getmişdir. Rayon prokurorluğuna dəvət olunan zaman isə Muradın öz bacısına bıçaqla zərbələr endirməsini öyrənmişdir. Qeyd olunanlardan başqa onun hadisə barədə məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, iş olanda toy şənlikləri və ad günlərində şar satmaqla məşğul olmuşdur. Uşaq vaxtı çaydan hansısa əşya tapmış, həmin əşyanın partlaması nəticəsində sol qolundan xəsarət almış, ona görə də İİİ dərəcəli əlillik verilmişdir. İlk evliliyi 2016-cı ildə olmuş, səhvən mobil nömrəyə zəng etmiş, qadın cavab vermiş, daha sonra həmin qadın özü geri yığmış və onlar danışmağa başlamış, qadının adı Vüsalə olmuş, əslən İsmayıllı rayonundan olmuşdur. Vüsalənin valideynləri Vüsaləni ona vermək istəməmiş, ona görə də Vüsaləni qaçırdıb öz evinə gətirmiş, rəsmi nikah bağlamış, bir uşaqları olmuş, 3 il birlikdə yaşamış, lakin o, işsiz olduğuna görə, maddi vəziyyəti yaxşı olmadığına görə Vüsalə onu tərk edib getmişdir. İkinci dəfə Aygün adlı şəxslə sosial şəbəkədə tanış olmuş, onunla danışıb, münasibət qurmuş, onu da evinə dəvət etmiş, Aygün də qaçıb gəlmişdir. Aygünlə də 3 il yaşamış, sonuncunun psixoloji problemləri olduğuna görə qaçıb getmişdir. Sonuncu dəfə Şamama adlı qadınla “tiktok” sosial şəbəkəsində tanış olmuş, belə ki, o, canlı yayım açmış, onu “tənha qadın adlı istifadəçi izləmiş, o həmin qadından niyə onu izləməsini soruşmuş, başqa izləyən olmamış, həmin qadın isə onu izləməyin ona xoş olduğunu demiş, o, da həmin qadına canlı yayımı bağlayıb şəxsi mesaj bölməsində danışmağı təklif etmiş, qadın razı olmuş, səhv etmirsə avqust ayının sonlarında Şamama ilə yazışmağa başlamış, Şamama ərindən gileylənmiş, ərinin onu çox sıxdığını, iki uşağının olmasını, əri ilə yaşamaq istəmədiyini, əri ilə 4 ildir ki, münasibətdə olmadığını, ərinin onu evdən çölə buraxmadığını və həmin evdə yaşamaq istəmədiyini demişdir. Onun Şamamaya yazığı gəlmiş, Şamama özü onu evinə qaçırmasını demiş, o, isə ürək etməmişdir. Səhv etmirsə 17 sentyabr 2025-ci il tarixdə Şamamaya yazmış, Şamamanın mobil telefonundan ona zəng gəlmiş, zəng edən onun əri olmuş, ondan kim olmasını soruşmuş, o, isə səhv düşdüyünü demişdir. 21 sentyabr 2025-ci il tarixdə saat 17 radələrində Şamama ona yazaraq gəlib onu evdən götürməsini və onu xilas etməsini xahiş etmiş, o da Bakı-Quba taksisinə minib Sumqayıt şəhərinə, Şamamanın ona atdığı ünvana getmiş, Şamamanın ona atdığı ünvana saat 23 radələrində çatmış, Şamamaya həmin ünvanda olduğunu demiş, bir müddət sonra Şamama qaça-qaça onun yanına gəlib maşına oturmuş və onlar Quba şəhərinə gəlmişlər, oradan isə başqa taksi ilə Xucbala kəndinə öz evlərinə getmişlər. Evdə anasına vəziyyəti izah etmiş, valideynləri Şamamanı evə gətirməsinə etiraz etsələr də, onu gecə saatlarında tək çölə buraxmaq istəməmişlər. Ona görə də Şamamanı evə qəbul etmişlər. Növbəti gün boşanmaq üçün ərizə vermək qərarına gəlmiş, Quba şəhərinə getmiş, lakin Şamama vəsiqəsini itirdiyinə görə bunu edə bilməmişlər. Daha sonra polis şöbəsinə getmiş, Şamama ərizə verərək könüllü olaraq qaçdığını bildirmişdir. Daha sonra evə qayıtmışlar. 23 sentyabr 2025-ci il tarixdə səhər saatlarında yuxudan oyanaraq Xudat şəhərinə getmiş, çünki Quba rayonuna gələrkən Şamamanın telefonu və şəxsiyyət vəsiqəsi Xudat taksisində düşmüşdür. Ona görə də Xudat şəhərinə getmişdir. Yolda gedərkən atası zəng edərək Şamamanın qardaşı tərəfindən bıçaqlanmasını demişdir. O da bu xəbərdən şoka düşmüş, heç bir şey etməmiş, sonradan atasından Şamamanın xəstəxanaya yerləşdirildiyini öyrənmişdir. Başqa hadisə barədə məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Mal-qaraya baxıb ailəsini dolandırmış, Şahid2 və Şahid1 onun qonşuları olmuş, onlar evdə oğlu Elməddin ilə birlikdə yaşamışlar. Evləri arasında təxminən 400 metr məsafə olmuşdur. 23 sentyabr 2025-ci il tarixdə səhər saatlarında mal-qaranı çölə buraxmış, saat 11 radələrində evə qayıtmış, evin həyətinə girib evə daxil olmaq istəyən zaman birdən Zaidanın qışqırıq səsini eşitmiş, Zaida “qoymuyun öldürdülər” qışqırmış, o, dərhal çölə çıxmış, onların qapısına getmiş, Zaidanın ayaq üstə dayanmasını, paltarlarının qana bulaşmasını görmüş, Zaida ondan kömək istəmiş, onun arxasında isə yerdə uzanıqlı vəziyyətdə qadın olmuş, o, həmin qadını tanımamış, ilk dəfə görmüşdür. Qadın beli üstə yerdə uzanmış, boğazından qan axmış, həmçinin bağırsaqları çölə çıxmışdır. O Abdullaya zəng etmiş və məlumat vermişdir. Həmçinin dərhal polis əməkdaşlarına və təcili tibbi yardıma zəng etmişdir. Həmin vaxt orada başqa heç kim olmamışdır. Daha sonra maşınla qadının qohumları gəlmiş, onlar maşından düşüb qadına yaxınlaşmış, bir müddət sonra başqa qonşular və Abdulla da gəlmişdir. Təcili tibbi yardım gəlib qadını xəstəxanaya apardıqdan sonra polis əməkdaşları gəlmişdir. Məhkəmə iclasında iştirak etməyən Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə Şamama ilə ailə üzvlərinin məsləhəti ilə ailə həyatı qurmuş, onunla tanış olub bir-birlərini bəyənmiş, uşaqlıqdan gözündən xəsarət aldığına görə əlillik dərəcəsi verilmiş və təqaüd almışdır. Onlar evdə anası, atası və iki uşağı ilə birlikdə yaşamışdır. Evliliklərinin ilk günlərindən münasibətləri yaxşı olmuş, arada hamının evində olduğu kimi cüzi ailədaxili mübahisələri olmuş, buna baxmayaraq münasibətləri çox yaxşı olmuş, heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. 2025-ci ilin sentyabr ayının 18-də səhər yuxudan oyanmış, həmin vaxt Şamamanın telefonuna “Whatsapp” sosial şəbəkəsində tanımadığı nömrədən “burdasan” mesajı gəlmiş, həmin şəxsin kim olmasını Şamamadan soruşmuş, Şamama tanımadığını demiş, ona görə də, o həmin nömrəyə zəng etmiş, bir neçə zəngdən sonra bir nəfər kişi telefona cavab verərək səhv düşdüyünü bildirmişdir. O da həmin nömrəni maraqlanması üçün Şamamanın qardaşı Murada vermiş, daha sonra isə bu söhbətin üstünə düşməmişdir. 21 sentyabr 2025-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhərində stadionda futbola baxmış, anası ona zəng edərək təcili evə gəlməsini demiş, evə gələndə anası Şamamanın evdən çıxıb getməsini bildirmiş, o, Şamamaya zəng etmiş, lakin onun telefonu sönülü olmuşdur. Murada zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra isə nə Murad, nə də ki, onun başqa ailə üzvləri ilə əlaqə saxlamamışdır. İki gündən sonra sosial şəbəkələrdən Muradın Quba rayonuna gedərək Şamamaya bıçaq xəsarətləri yetirməsini öyrənmişdir. Şamama evdən qaçandan sonra artıq ona maraqlı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: 23 sentyabr 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Quba rayonu, Xucbala kəndində xəsarət alan Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında daşlı və torpaqlı yolda baş vermiş, xəsarət alan Zərərçəkmiş şəxs yaşadığı ev birmərtəbəli olmaqla dörd otaqdan ibarət fərdi yaşayış evidir, həmin ev Quruçay çayına gedən istiqamətə nəzərən yolun sağ kənarında yerləşir. Ev mişar daşı ilə hasarlanmış, giriş qapısı iki hissədən olan dəmir darvazadan ibarətdir. Hadisədən öncə Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olmuş, daha sonra Şahid1 ilə birlikdə evin yaxınlığında olan Quruçay çayına məişət tullantılarını atmaq üçün, həmçinin bir az gəzmək üçün getmiş, məişət tullantılarını atıb evə doğru hərəkət etdikləri zaman Təqsirləndirilən şəxs arxadan Zərərçəkmiş şəxs yaxınlaşaraq ona üzərində olan bıçaqla bir neçə dəfə zərbə endirərək xəsarət yetirmiş, həmin vaxt Şahid1 qışqıraraq qonşuları köməyə çağırmış, həmin vaxt Təqsirləndirilən şəxs oradan qaçaraq uzaqlaşmışdır. Hadisənin baş verdiyi yeri əyani formada göstərən Şahid2 yaşadığı evin qarşısındaki yolda olan qan izlərini, həmçinin Zərərçəkmiş şəxs yıxıldığı yeri əyani şəkildə göstərmişdir. Baxış zamanı yerdə olan qan izlərindən 1 və 2 nömrə qeyd edilərək iki ədəd qan nümunəsi götürülərək qablaşdırıldı. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə müraciət edərək Quba rayonu Xucbala kəndində bacısı Zərərçəkmiş şəxs üzərində olan bıçaq ilə bir neçə zərbə endirdiyini, bundan sonra onunla telefon əlaqəsi saxlanıldığını və könüllü şəkildə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gələrək təslim olduğunu bildirmişdir. Quba RPŞ-nin 30 oktyabr 2025-ci il tarixli 91/2-28886 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət qabaqcadan planlaşdırılmış, digər şəxslərin bu barədə məlumatı olmamış, cinayət törədərkən cinayətin törədilməsində digər şəxslər iştirak etməmiş, əvvəllər münasibətləri normal olmuş, mübahisə, dava-dalaş, təhqir etmə, söymə, məsxərəyə qoyma halları olmamışdır. Təqsirləndirilən şəxs cinayəti özü ilə gətirdiyi bıçaqla törətmiş, lakin hadisədən sonra deməsinə görə bıçağı çaya atmış, həmin əraziyə baxış keçirilmiş, lakin axtarış tədbirləri nəticəsində həmin bıçağın tapılması mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyi” X18 24 sentyabr 2025-ci il tarixli, 672 nömrəli ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - döş qəfəsinin ön tərəfində solda, qoltuq xətti üzrə Vİİ qabırğaarası səhədə bir yerdə döş qəfəsi daxilinə nüfuz edərək sol ağciyərin aşağı payının zədələnməsi, buradan da yara kanalı boyu aşağıya doğru istiqamətlənərək diafraqmanı zədələyib qarın boşuğuna keçən yara, qarının ön divarında qarınüstü sahədə bir yerdə qarın boşluğuna keçərək nazik və yoğun bağırsağın zədələnməsi ilə nəticələnən kəsilmiş-deşilmiş yara, boynunda solda bir yerdə, döş qəfəsinin sağ tərəfində İİİ və Vİİİ qabırğalar səviyyəsində hərəsində bir yerdə döş qəfəsi daxilinə nüfuz etməyən yaralar, sağ və sol bazuda hərəsində bir yerdə, sağ biləyin arxa səthində bir yerdə-cəmisi 8 yerdə deşilmiş-kəsilmiş yara deşici- kəsici əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 23 sentyabr 2025-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə yetirilə bilər, bu xəsarətlərdən boynunda solda bir yerdə, döş qəfəsinin sağ tərəfində İİİ və Vİİİ qabırğalar səviyyəsində hərəsində bir yerdə döş qəfəsi daxilinə nüfuz etməyən yaralar, sağ və sol bazuda hərəsində bir yerdə, sağ biləyin arxa səthində bir yerdə (cəmisi 6 yerdə) dərəcəsinə görə istər hər biri ayrı-ayrılıqda, istərsə də birlikdə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya, döş qəfəsinin ön tərəfində solda, qoltuq xətti üzrə Vİİ qabırğaarası səhədə bir yerdə döş qəfəsi daxilinə nüfuz edərək sol ağciyərin aşağı payının zədələnməsi, buradan da yara kanalı boyu aşağıya doğru istiqamətlənərək diafraqmanı zədələyib qarın boşuğuna keçən yara, qarının ön divarında qarınüstü sahədə bir yerdə qarın boşluğuna keçərək nazik və yoğun bağırsağın zədələməsi ilə nəticələnən kəsilmiş-deşilmiş yara (cəmisi 2 yerdə) dərəcəsinə görə istər hər biri ayrı-ayrılıqda, istərsə də birlikdə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 12 noyabr 2025-ci il tarixli, 3/1158 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs əynində olmuş...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş idman gödəkçəsinin və qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində yerləşmə sahələri (lokalizasiyaları) göstərilməklə təsvir edilən zədələr vardır. İdman gödəkçəsinin və qısaqol köynəyin səthindəki zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Qeyd edilən geyim əşyalarının material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onların səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Xüsusi ədəbiyyatlarda göstərilən xarakterə malik zədələrin yaranma müddətinin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədələrin əmələ gəlmə müddətinin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyənləşdirilməsi mümkün deyildir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs əynində olmuş...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş şalvarın və üzərində “Təqsirləndirilən şəxs əynində olmuş...“ yazı qeydləri olan bükülüdən aşkar edilmiş sviterin, cins şalvarın səthində trasoloji zədə yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyi” X18 məhkəmə-tibbi bioloji ekspertizasının 24 noyabr 2025-ci il tarixli 667/2025-TBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu -Abeta/İİ/-dir. Təqdim olunmuş 02 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus şalvar, idman gödəkçəsi və kofta üzərində insan qanı ləkələri aşkar olundu, bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A”antigenni və bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar və kofta üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 14 noyabr 2025-ci il tarixli, 3843 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və ondan sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməmiş, Təqsirləndirilən şəxs hadisə vaxtı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 02 ədəd tamponda qan nümunələri, Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olan 01 ədəd ağ-qara zolaqlı köynək, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qara rəngli idman gödəkçəsi, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olan 1 ədəd qara rəngli pambıq materialdan sviter və 1 ədəd boz rəngli cins şalvar, 01 ədəd “Oppo A40m” markalı mobil telefon maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba rayon prokurorluğunun maddi sübutların saxlancı otağına verilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına (xx.xx.2016-cı ildə cəzasını çəkib qurtarmış), Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi haqqında qərarından görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Laçın RlHB-nın Fətəlipəyə kənd İƏD üzrə nümayəndəliyinin 20 noyabr 2025-ci il tarixli 5-64-16/3-10/2025 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən, məcburi köçkün kimi Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Azərtəmir tikintinin inzibati binasında müvəqqəti məskunlaşmış və ailə tərkibi atası Məhərrəmov Salam Amanxan oğlu, anası Şahid6, qardaşı X7, qardaşı uşaqları X5, X6 və bacısı Şahid8 ibarət olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. 1-6697 nömrəli, 1-3425 nömrəli, 1-42823 nömrəli və 1-7670 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10 iyul 2024-cü il tarixli, 153440 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Zərərçəkmiş şəxs 07 oktyabr 2025-ci il tarixli və 02 fevral 2026-cı il tarixli ərizələrindən görünür ki, qardaşı Təqsirləndirilən şəxs ilə barışmış və baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs 25 noyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, o, bacısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan cibində bıçaq saxlayaraq bacısı Zərərçəkmiş şəxs ilə görüşməsi onun əvvəlcədən planlaşdırılmış şəkildə zərərçəkmiş şəxsin həyatına son qoymaq niyyətini, yəni qəsdən adam öldürmə məqsədinin olduğunu göstərir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillər işin faktiki halları və məhkəmənin istinad etdiyi sübutlarla tam təkzib olunur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin və Şahid8 ifadəsinə münasibətdə isə qeyd edir ki, hər iki şəxs təqsirləndirilən şəxsin yaxın qohumu, yəni bacısıdır. Odur ki, onların qardaşları lehinə ifadə vermələri, onu müdafiə edərək məqsədinin zərərçəkmiş şəxsi öldürmək deyil, qorxutmaq və ya cəzalandırmaq olduğunu demələri anlaşılandır. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin və qeyd olunan şahidin ifadələrinə həmin hissədə tənqidi yanaşaraq, ifadələrin həmin hissəsini təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş ifadə kimi qiymətləndirirək sübut növü kimi qəbul etmir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etməsi ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-nin məhz 29,120.2.4-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Əməl o halda xüsusi amansızlıqa adam öldürmə kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, ölümün baş vermə faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir. Təqsirləndirilən şəxs məişət təyinatlı, kiçik ölçülü cib bıçağı ilə mübahisə zəmnində qısa zaman kəsiyində zərərçəkmiş şəxsə xəsarət yetirməsi ona əzab vermək niyyəti deyil, öldürmək məqsədi daşımışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hücum edərkən sonuncuya qarşı xüsusi əzab və ya işgəncə vermək məqsədi güdməmiş, onun üzərində qeyri-insani, uzunmüddətli əzabverici hərəkətlər etməmiş, həmçinin zərərçəkmiş şəxsin şəxsiyyətini ələ salmamışdır. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərbələr yalnız onu öldürmək niyyəti daşımışdır. Zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin sayı, ağırlıq dərəcəsi və intensivliyinə gəldikdə isə yuxarıda göstərilmiş ekspert rəyindən göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin bədəni üzərində aşkar edilmiş cəmi 8 xəsarətin 6-sı dərəcəsinə görə yüngül, 2-si isə ağır xəsarət kimi qiymətləndirilmişdir. Göründüyü kimi yetirilmiş xəsarətlərin sayı, ağırlıq dərəcəsi və intensivliyinə görə də təqsirləndirilən şəxsin əməli xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, hadisə nə zərərçəkmiş şəxsin ailə üzvləri, nə də digər yaxın adamlarının gözü qarşısında baş verməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsin yaxınlarına mənəvi iztirab vermək, onları onun ölümünü görməyə məcbur etməklə xüsusi əzab vermək məqsədi aşkar edilməmişdir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların müqayisəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət işi materiallarında olan və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların – ekspert rəylərinin, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə iclas protokollarının və həmin sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi nəticəsində bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla bacısı Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmiş və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası CM-nin 27.2-ci maddəsinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli başa çatmamış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət işi materiallarının tədqiqi nəticəsində məhkəmə qənaətə gəlmişdir ki, şəxsin könüllü gəlib təqsirini boynuna alması CM-nin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən, onun Vətən Müharibəsi iştirakçısı və müharibə veteranı olması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Sumqayıt şəhər probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və amnistiya aktına əsasən xx.xx.2026-cı il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 mart 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. CM-nin 83.3.2-ci çaddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2026-cı il tarixdə azad olunmuşdur, ona görə də onun məhkumluğu ödənilməmişdir. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 63.3-cü və 60.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-nin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, cəzanın məqsədlərinə də müvafiqdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 23 sentyabr 2025-ci il tarixli protokoldan və Quba Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, ibtidai istintaq müddəti ərzində və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxildir və təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba rayon prokurorluğunda saxlanılan 02 ədəd tamponda qan nümunələri, Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olan 01 ədəd ağ-qara zolaqlı köynək, 01 ədəd qara rəng idman şalvarı, 01 ədəd qara rəng idman gödəkçəsi, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olan 1 ədəd qara rəngli pambıq materialdan sviter və 1 ədəd boz rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Oppo A40m” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs özünə və ya onun yaxın qohumlarından birinə qaytarılmalı, 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, ibtidai istintaq dövründə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış 166 (yüz altmış altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Quba rayon prokurorluğunda saxlanılan 02 ədəd tamponda qan nümunələri, Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olan 01 ədəd ağ-qara zolaqlı köynək, 01 ədəd qara rəng idman şalvarı, 01 ədəd qara rəng idman gödəkçəsi, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olan 1 ədəd qara rəngli pambıq materialdan sviter və 1 ədəd boz rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “Oppo A40m” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs özünə və ya onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 166 (yüz altmış altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev Hakim Nurəddin Hüseynli Hakim Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar