Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-559/2024 18.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Nizami oğlunun sədrliyi, X5 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, ünvan 2 «həbs» qətimkan tədbiri seçilmiş, hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,961 qram çəkidə psixotrop maddə metamfetamini 20 manata əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 09 avqust 2023-cü il tarixdə saat 12:30-da Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsində saxlanılaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 13:20-dən 13:40-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə çəkisi 0,961 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Qız Qalası» marketin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9,917 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 16 noyabr 2023- cü il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 18:09-dan 18:20-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sağ yan cibindən 10 ədəd ağ rəngli sellofan bükümdə, 2 ədəd gümüşü rəngli kağız bükümdə, 01ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 5,629 qram, 0,374 qram, 0,398 qram, 0,427 qram, 0,405 qram,0,412 qram, 0,340 qram, 0,325 qram, 0,402 qram, 0,610 qram, 0,092 qram,0,149 qram, 0,354 qram, ümumi çəkisi 9,917 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata psixotrop maddə metamfetamin alaraq üzərində saxlayaraq yaşadığı evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 12:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Abşeron RPİ-nə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Abşeron RPİ-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə videoçəkiliş altında baxış keçirilmişdir. Ona üzərində olan qeyri qanuni əşyaları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ərazisində yerləşən “Qız qalası” marketin yaxınlığında piyada gəzərkən yerdə olan sellofanın torbanın içərisində bükümlərin olduğunu aşkar etmişdir. Sellofan torbanı yerdən götürmüş və içərisinə baxış keçirən zaman orada çox sayda sellofan və kağız bükümlərin olduğunu aşkar etmişdir. Həmin bükümlər tərəfindən açılmış və içərisində psixotrop maddə metamfetamin olduğunu aşkar etmişdir. Sellofan torbanın içərisində olan bükümləri çıxarıb əynində olan şalvarın cibinə yerləşdirmiş və sellofan torbanı atmış və yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə 17 radələrində Xırdalan şəhəri S.Bəhlulzadə küçəsində piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Abşeron RPİ-nə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Abşeron RPİnin inzibati binasında xidməti otaqlardan birində üzərinə videoçəkiliş altında baxış keçirilmişdir. Ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynimdə olan boz rəngli şalvarın sağ yan cibindən 10 ədəd ağ rəngli sellofan, 2 ədəd gümüşü rəngli kağız və bir ədəd ağ rəngli kağız bükümləri çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümləri xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ərazisində yerləşən “Qız qalası” marketin yaxınlığında tapdığını bildirmişdir. Üzərindən aşkar olunmuş 13 ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda əməlinin cinayət olduğunu başa düşdüyünü, peşman olduğunu, bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Abşeron RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Abşeron RPİ-nin daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 16 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində qrup üzvü Abşeron RPİ-nin ÇAŞ- in kiçik inspektoru, polis serjantı Şahid4 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsinə gəlmişlər. 16 noyabr 2023-cü il tarixdə saat 17:00 radələrində yuxarıda göstərilən ünvanda olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər və ona yaxınlaşmışlar. Onu ərazi aidiyyəti üzrə Abşeron RPİ-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün RPİ-nin təhqiqatçı Anar Həsənova təhvil vermişlər. Təhqiqatçı A.Həsənov ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakıla onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 10 (on) ədəd ağ rəngli sellofan bükümləri, 2 (iki) ədəd gümüş rəngli kağız bükümləri, 1 (bir) ədəd ağ rəngli kağız bükümləri massanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində psixotrop maddə metamfetmin olduğunu, həmin bükümləri xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ərazisində yerləşən “Qız qalası” marketin yaxınlığında piyada gəzərkən yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4, işin halları ilə bağlı Şahid3la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin CAŞ-də baş əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. Abşeron RPİ-nin daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 09 avqust 2023-cü il tarixdə saat 12:00 radələrində o, qrup üzvü Abşeron RPİ-nin CAŞ-in kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsinə gəlmişlər. 09 avqust 2023-cü il tarixdə saat 12:30 radələrində yuxarıda göstərilən ünvanda olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər və ona yaxınlaşmışlar. Onu ərazi aidiyyəti üzrə Abşeron RPİ-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün RPİ-nin təhqiqatçı Faiq Səfərova təhvil vermişlər. Təhqiqatçı F.Səfərov ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasmal rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, lakin heç bir əşya aşkar edilməmişdir. Aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 Şahid1la eyni məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1998-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 7ayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində narkotik vasitə olan metanfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 7ayan xx.xx.1998-ci ildə Hacıqabul rayonunda doğulmuş Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1998-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 7ayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində narkotik vasitə olan metanfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil və həmin məlumat əsasında Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1998-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 7ayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində narkotik vasitə qəbulu ilə məşğul olması və üzərində qnunsuz olaraq gəzdirməsi barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 7ayan xx.xx.1998-ci ildə Hacıqabul rayonunda doğulmuş Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1998-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 7ayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində narkotik vasitə qəbul etməsi və qanunsuz saxlaması barədə əməliyyat məlumatı daxil və həmin məlumat əsasında Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. 09 avqust 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolundan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmişdir. Buna görə Abşeron RPİnin əməkdaşları tərəfindən yoxlama aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qadağan olunmuş hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunan psixatrop maddə olan metamfetaminə bənzəyən kütlə götürülərək müvafiq qaydada qablaşdırılmışdır. 16 noyabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolundan ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində olan 10 ədəd ağ rəngli selofanda, 2 ədəd gümüşü rəngli kağızda və bir ədəd ağ rəngli kağızda olan psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək həmin kütlənin psixatrop maddə olan metamfetamin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmişdir. Buna görə Abşeron RPİ-nin əməkdaşları tərəfindən yoxlama aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qadağan olunmuş hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunan psixatrop maddə olan metamfetaminə bənzəyən kütlələr götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4280 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №56» dairəvi möhür əksi , “(imza) Pərviz İbrahimov ” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə olan təmiz çəkisi 0,961 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının 17 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6047 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №56” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs “imza” İbrahimov Pərviz ...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 13 (on üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,629 qram, 0,374 qram, 0,398 qram, 0,427 qram, 0,405 qram, 0,412 qram, 0,340 qram, 0,325 qram, 0,402 qram, 0,610 qram, 0,092 qram, 0,149 qram, 0,354 qram, ümumi təmiz çəkisi 9,917 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5200 №-li rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Respublika Psixiatriya Xəstəxanası» X9 tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıbdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Tutma haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)-895/2023 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-262/2024 saylı hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində qəti 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1998-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 7ayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində narkotik vasitə qəbulu ilə məşğul olması və üzərində qanunsuz olaraq gəzdirməsi barədə və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində narkotik vasitə olan metanfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, hər iki halda şəxs saxlanılaraq polis idarəsinı gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə metanfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməllər hər biri ayrı-ayrılıqda müstəqil tərkibə malik cinayət əməlləridir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsində də qeyd olunan “cinayət məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab olunur” fikri şəxsin eyni əməli təkrar törətməsini özündə ehtifa edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (ağırlaşdıran hallar yoxdur) və ağırlaşdıran hallar (ağırlaşdıran hallar yoxdur), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhəkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. Bundan baqşa Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən cəza təyin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona, qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 179 (yüz yetmiş doqquz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9,267 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə 1 (bir) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olnumuş cəzaları qismən toplamaqla qəti olaraq ona, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş qəti 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası CMnin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 179 (yüz yetmiş doqquz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9,267 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-559/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-559/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver