Məhkəmə qərarları › İş №1(124)-56/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-56/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-56/2022 30.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxsin hüquqi varisi- qardaşı X7 xx.xx.1996-cı ildə Quba rayonu, Sofikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Quba rayonu, Sofikənd kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsin qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 09 iyun 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Quba rayonu, Sofikənd kəndindəki evdə olarkən atası Zərərçəkmiş şəxs ilə atı ağacla döymək üstündə yaranmış və daha sonra yaşadığı evin anbar kimi istifadə edilən otağında davam etmiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq sözlər və söyüşlərlə təhqir etməsindən, anası Şahid1 şillə ilə bir dəfə vurmasından və onu evin otağında olan elektrik naqili ilə öldürməklə hədələməsindən əsəbiləşərək münaqişədən yayınmaq üçün yaşadığı evin həyətinə çıxmış, bu zaman atası Zərərçəkmiş şəxs onun üzərinə gələrək evin həyətində odun doğramaq üçün istifadə edilən baltanı götürərək onun üzərinə atmasından sonra daha da hiddətlənərək qisas almaq niyyətilə sonuncunu öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək üçün atasının onun üzərinə tərəf atdığı, dəstəyi sarı rəngli, ümumi uzunluğu 880 mm, eni 45 mm-dən 70 mm-ə qədər, qalınlığı 300 mm, sərbəst ucu silindrik formalı, ölçüsü 30x40 mm olan kəsici-deşici xassəyə malik soyuq silah hesab edilməyən baltanın küt tərəfi ilə Zərərçəkmiş şəxs baş və sinə nahiyələrindən olmaqla, ümumilikdə üç dəfə qəsdən zərbə endirməklə sonuncuya alt dodaqda qançır kimi dərəcəsi təyin olunmayan, alnında ortada əzilmiş yara, burunun üstündə əzilmiş yara və burun sümüklərinin sınıqları, boynunda arxada, sol kürək üstündə əzilmiş yaralar kimi yüngül dərəcəli, sağ körpücüyün üzərində əzilmiş yara, sağ körpücük sümüyünün sınığı, sağ tərəfdən İ,İİ,İİİ qabırğaların körpücük xətti üzrə sınığı, sağ ağciyərin yuxarı payının toxumasının dağılması və döş boşluğunda 1000 ml-ə yaxın sərbəst qanın yığılması, başın sağ təpə nahiyəsində əzilmiş-cırılmış yara, sağ göz orbiti ətrafında qançır-hematoma, kəllə qapağı və əsası sümüklərinin sınığı, sağ təpə nahiyəsində subdural hematoma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs kəllə qapağı və əsası sümüklərinin sınmasına görə baş beyin toxumasına qansızma nəticəsində ölmüş, bununla da o, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası Zərərçəkmiş şəxsla münasibəti yaxşı olmamışdır. Belə ki, atası Sadıq mütəmadi spirtli içki qəbul etmiş, tüfeyli həyat tərzi keçirmiş, boş-boş şeylərə görə ailədə problem yaratmış, tez-tez dava-dalaş salmışdır. 09 iyun 2021-ci il tarixdə saat 08 radələrində yuxudan oyanaraq işləmək üçün Quba rayonu, Birinci Nügədi kəndində yerləşən İmran adlı sahibkarın bağ sahəsinə getmişdir. Atası Sadıq, anası Nəzakət və bacısı Məsumə həmin vaxt evdə olmuşlar. Həmin gün axşam saat 19 radələrində yaşadığı evə qayıtmışdır. İşdən evə qayıdanda da həmin atla qayıtmışdır. Yolda olarkən at onu atmış və yola yıxılmışdır. Ona görə də, ata əsəbi olmuş, evə gəlib atı qapıda bağlayan zaman əsəbindən çubuqla bir neçə dəfə ata zərbə endirmişdir. Həmin vaxt atası Sadıq evin arxasından evin qarşısına gələrək “atı elə döymürlər, mən sənin üçün bunu öldürüm bu dəqiqə” demiş və ata çubuqla çoxlu zərbə endirməyə başlamışdır. O, isə atasına atını vurmamasını, heyvanın əziyyət çəkməsini demiş, atası isə sözlərinə məhəl qoymamış və ata zərbə endirməyə davam etmişdir. O, isə atasının onu əsəbləşdirməməsi üçün evin içərisinə keçmişdir. Bu zaman atası evə gələrək özünü kimə göstərməsini, özünü camaata göstərməsini ona irad tutmuş və ona var-yox söyüşü demişdir. Atası əvvəllər də ona bir neçə dəfə dava-dalaş zamanı var-yox söyüşü söymüşdür. O isə atasına onu döysə də, söysə də, ona sırf “var-yox” söyüşü söyməməsini bildirmişdir. Lakin, atası hər dəfə var-yox söyüşü söyərək onu əsəbləşdirmişdir. Bu zaman atası Sadıq anası Nəzakətə şillə ilə bir dəfə vurmuş, evin elektrik naqillərini qopararaq bu naqillərlə onu öldürəcəyini demişdir. Həmin vaxt da atası ona “var-yox” söyüşü söydüyündən və onun anasını vuraraq bu kimi hərəkətər etməsindən əsəbləşmiş və mübahisənin böyüməməsi üçün evin həyətinə çıxmışdır. Bu hadisədən təqribən 20 dəqiqə sonra atası Sadıq onun arxasınca evin həyətinə gəlmiş və onu təhqir etmiş və əlləri ilə onun yaxasından tutmuşdur. Bu zaman aralarında mübahisə yaranmış və atasının əlindən çıxmışdır. Həmin vaxt atası evin həyətində odun doğramaq üçün istifadə etdiyi baltanı götürərək ona tərəf atmış, balta onun üz nahiyəsinə tərəf gəlmiş və çəkildiyindən balta ona dəyməmişdir. Bu zaman artıq atasının hərəkətləri onu təngə gətirmiş və atasının həm varyox söyüşü söyməsinə, həm onu müxtəlif söyüşlərlə təhqir etməsinə, həm də üzünə tərəf balta atmasına görə artıq bezərək onu öldürmək qərarına gəlmiş və ona görə də atasının ona tərəf atdığı baltanı götürərək əvvəlcə atasının sinə nahiyəsinə balta ilə 1 dəfə zərbə endirmişdir. Zərbədən sonra atası yerə yıxılmış, bundan sonra isə hirsi soyumadığı üçün balta ilə 2 dəfə də ona zərbə endirmişdir. Atasının bu hərəkətləri onu təngə gətirmişdir. Hadisəyə kimi atasını öldürmək kimi bir fikri olmamışdır. Hadisə zamanı da onun atasını öldürmək fikri olmamışdır. Sadəcə, həmin vaxt atasının həm söyüş söyməsi, həm arxasınca gələrək onu təhqir etməsi və onu öldürəcəyini bildirməsi, yaxasından tutması və arxasınca balta atması onu özündən çıxarmış və bir anlıq onu öldürmək fikrinə düşmüşdür. Atasına qarşı həddindən artıq əsəbi olduğu üçün 1 dəfə zərbə vurmaqla kifayətlənməmiş və əlavə olaraq ona 2 dəfə də xüsusilə də, baş nahiyəsinə zərbə endirmişdir. Hadisə zamanı ətrafda nə ailə üzvləri, nə də kənar şəxslər olmamışdır. Sonradan anası Nəzakət və bacısı Məsumə çölə çıxaraq onun əlində baltanı görmüşlər. Atası Sadıq isə həmin vaxt uzanıqlı formada yerdə olmuş və üzəri qan olmuşdur Anası Nəzakət və bacısı Məsumə onun əlində balta olmasını və atasının yerdə uzanıqlı görmüş və balta ilə atasına zərbələr endirməsini başa düşmüşlər. Ona görə də, atasına əlavə zərbə endirməmişdir. Ailə üzvlərindən hadisəni görüb-görməməsi barədə soruşmamışdır. Sonradan paltarlarını dəyişərək könüllü olaraq təslim olmaq üçün Quba RPŞ-yə gəlmiş və atası Sadıqı öldürdüyünü bildirərək təslim olmuşdur. Özünü günahkar bilir və peşmançılıq hissi keçirir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 120.1-ci maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, o, Quba rayonu, Sofikənd kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Sadıq evdə arvadı Nəzakət, qızı Məsumə və oğlu Rəvan ilə birlikdə yaşamışdır. Sadıq xaraktercə yaxşı insan olmamışdır. Heç bir yerdə işləməmiş, evə baxmamış, spirtli içkiyə meyilli olmuş, tüfeyli həyat tərzi sürmüşdür. Ailənin ehtiyaclarını uşaq yaşlarından Rəvan qarşılamışdır. Rəvan özü bağ sahələrində gündəlik fəhləlik etmişdir. Sadıqın həm ailəsinə, həm də qohumlarına qarşı münasibəti çox pis olmuşdur. Həm onunla, həm də digər qardaşları Vidadi və Əmirağa ilə küsülü olmuşdur. 09 iyun 2021-ci il tarixdə Rəvanın balta ilə 3 dəfə zərbə endirməklə qardaşı Sadıqı öldürməsini eşitmişdir. O, hadisəni eşidən kimi onların yaşadığı evə gəlmiş, Nəzakət ona hadisəni qeyd etdiyi kimi danışmışdır. Nəzakət və Məsumə ona hadisəni görmədiklərini, hadisədən sonra Rəvanın onlara hadisəni danışmalarını demişlər. Hadisədən sonra bilmişdir ki, həmin gün at məsələsinə görə Sadıq Rəvanla mübahisə etmiş və daha sonra mübahisəni davam etdirərək onu pis söyüşlərlə təhqir etmiş, Nəzakət onları ayırmaq istədikdə Nəzakəti də təhqir edərək, onu şillə ilə vurmuşdur. Sonra isə evin çöl tərəfində Rəvanın üstünə balta atmışdır. Bundan sonra, Rəvan əsəbləşərək balta ilə 3 dəfə Sadıqa zərbə endirərək onu öldürmüşdür. Sadıqın ölümü ilə əlaqədar heç kimdən şikayət və ya tələbi yoxdur. Rəvandan hər hansı şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 da analoji ifadələr verərək X3 göstərdiyi xüsusatları təsdiq etmiş, qardaşı Zərərçəkmiş şəxs heç kimlə yola getmədiyini, əxlaqsız hərəkətlər etdiyini və buna görə onunla küsülü olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1992-ci ildə Quba rayonu, Sofikənd kənd sakini Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Ailədə Sadıq, oğlu Rəvan və qızı Məsumə ilə birlikdə yaşamışdır. 09 iyun 2021-ci il tarixdə saat 19 radələrində Rəvan evə gəlmişdir. O, həmin vaxt evin həyətindəki bulaqdan vedrəyə su doldurmuşdur. Bu zaman evin içəri tərəfindən Rəvan və Sadıqın mübahisə səsləri gəlmişdir. Sadıq spirtli içki qəbul edən zaman adətən Rəvana ilişmiş, onu pis formada təhqir etmişdir. Rəvan dəfələrlə Sadıqa onu təhqir etməməsini, istifadə etdiyi sözlərin ona pis təsir etməsini, şəxsiyyətinin alçaldılmasını demişdir. Lakin, Sadıq Rəvanı uşaq gözündə görmüş, onun sözlərini vecinə almamışdır. O, mübahisə səslərini eşidib mübahisə olan otağa gəlmişdir. Həmin otaq evin girişində soldan birinci otaq, anbar kimi istifadə etdikləri otaq olmuşdur. Oraya gəldikdə görmüşdür ki, Sadıq əlləri ilə Rəvanın yaxasından tutmuşdur. Rəvan isə Sadıqa ona nalayiq sözlər deməməsini, dözə bilməməsini demişdir. Sadıq isə onu çox pis sözlər və söyüşlərlə təhqir etmişdir. Bu zaman Sadıq evin otağındakı elektrik naqilini qopararaq Rəvana bu naqillə onu öldürəcəyini demişdir. O, isə onları ayırmaq istədikdə Sadıq şillə ilə bir dəfə üz nahiyəsinə zərbə endirmiş və onu də çox pis sözlər və söyüşlərlə təhqir etmişdir. Sadıqın onu vurmasını və təhqir etməsini oğlu Rəvan görmüşdür. O isə mübahisənin böyüməsini görüb Rəvanı çölə göndərmişdir ki, əsəbləşməsin. Bu zaman Sadıq onun üstünə düşərək hər ikisinin qudurmasını, hər ikisinin başını kəsəcəyini demiş və evin mətbəxində olan adətən istifadə etdiyi mətbəx bıçağını götürərək daşlarla onu itiləmiş və həmin bıçağı şalvarının ön tərəfinə qoyaraq çölə çıxmışdır. Sadıq əvvəllər də spirtli içki qəbul edən zaman adətən evdən bıçaq götürərək onu şalvarının ön tərəfinə qoymuş və evdən getmişdir. O, Rəvanın evdən çıxıb getməsini bilmiş, onun evin həyətində olmasını bilməmişdir. Ona görə də, Sadıqın evdən bıçaqla çıxmasını ciddiyə almamış və arxasınca getməmiş, evdə oturaraq onu şillə ilə vurmasına görə ağlamışdır. Bu proseslər zamanı qızı Məsumə evin digər otağında olmuş, onun 16 yaşı olduğundan adətən evdə olan mübahisələrdən qorxmuş və qapını bağlayaraq çölə çıxmamışdır. Bu zaman Məsumə ona sakitləşmək üçün su vermiş və bir qədər ağlayaraq sakitləşməyə çalışmışdır. Bir qədər sakitləşdikdən sonra təqribən 15 dəqiqə sonra evin çöl tərəfinə çıxmışdır. O, çölə çıxan zaman Sadıq evin həyətində yerdə uzanıqlı vəziyyətdə olmuş, baş tərəfindən qan axmışdır. Rəvanın isə əlində balta olmuş və Rəvan onu görən kimi baltanı yerə tullamışdır. O qışqıraraq qızı Məsuməni çağırmış və Rəvandan nə baş verməsini soruşmuşdur. Lakin, Rəvan əsəbi olduğu üçün ona cavab verməmişdir. Bir qədər sonra Rəvan sakitləşmiş və hadisəni ona və qızı Məsuməyə danışmış və Sadıqın onun üzərinə balta atmasını, buna görə də, əsəbləşərək baltanı götürərək əvvəlcə Sadıqın sinə nahiyəsinə 1 dəfə, daha sonra isə 2 dəfə baş nahiyəsinə zərbə endirməsini bildirmişdir. Bundan sonra, Rəvan paltarlarını dəyişmiş və təslim olmaq üçün Quba RPŞ-yə getmişdir. O və qızı X13 balta ilə zərbə endirməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 da analoji ifadə verərək anası Şahid1 göstərdiyi xüsusatları təsdiq etmiş, hadisə günü evdə mübahisə baş verdiyini, atası Zərərçəkmiş şəxs anası Şahid1 döydüyünü, həmçinin qardaşı Təqsirləndirilən şəxs ilə atası arasında mübahisə olduğunu və həmin mübahisədən sonra ikisinində evdən çıxdığını, qardaşı ilə atasından səs çıxmadığı üçün özü və anasının da evdən çıxdığını və bu zaman atasının öldüyünü gördüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Şamaxı rayonu, Pirvəhli kəndində ailəsi ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs isə qardaşıdır. 09 iyun 2021-ci il tarixdə saat 24 radələrində əri Zahid evə gələrək qardaşı Rəvanın balta ilə atası Sadıqı öldürməsini, Rəvanın özünün zəng edərək bu barədə xəbər verməsini demişdir. Hadisədən sonra bilmişdir ki, həmin gün at məsələsinə görə atası Rəvanla mübahisə etmiş və daha sonra mübahisəni davam etdirərək onu pis söyüşlərlə təhqir etmiş, anası onları ayırmaq istədikdə anasını da təhqir edərək şillə ilə vurmuşdur. Sonra isə evin çöl tərəfində qardaşı Rəvanın üstünə balta atmışdır. Bundan sonra, Rəvan əsəbləşərək, balta ilə 3 dəfə atasına zərbə endirərək onu öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun yeznəsidir. Belə ki, bacısı Nəzakət 1992-ci ildə Quba rayonu, Sofikənd kənd sakini Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Nəzakət evdə əri Sadıq, oğlu Rəvan və qızı Məsumə ilə birlikdə yaşamışdır. Sadıqın ailə üzvlərinə münasibəti yaxşı olmamışdır. Belə ki, tüfeyli həyat tərzi keçirmiş, spirtli içkiyə meyilli olmuşdur. Nəzakət ona gileylənməsə də, Sadıqın problemli adam olmasını bilmişdir. 09 iyun 2021-ci il tarixdə axşam radələrində Rəvan özü zəng edərək atası Sadıqı öldürməsini bildirmiş, o, inanmamış və bacısı Nəzakətdən soruşmuşdur. Nəzakət də Rəvanın düz danışmasını demişdir. Ona görə də, yola çıxmış və növbəti gün Quba rayonu, Sofikənd kəndinə gəlmişdir. Sadıqın nəinki Rəvana, ailə üzvlərinə və qohumlara qarşı da münasibəti yaxşı olmamış, dəfələrlə məclislərdə hörmətsizlik etsə də, onu yola vermişlər. Sadıqın içkiyə meyilli olması, evdə tez-tez dava-dalaş salması barədə məlumatı olmuşdur. Lakin, ailədaxili məsələlərinə qarışmamışdır. Rəvan sakit, tərbiyəli, söz-söhbətdən qaçan, davadalaşdan uzaq və ailəsinə bağlı bir insan olmuşdur. Hadisədən sonra bilmişdir ki, həmin gün at məsələsinə görə Sadıq Rəvanla mübahisə etmiş və daha sonra mübahisəni davam etdirərək onu pis söyüşlərlə təhqir etmiş, anası onları ayırmaq istədikdə Nəzakəti də təhqir etmiş və şillə ilə vurmuşdur. Sonra isə evin çöl tərəfində Rəvanın üstünə balta atmışdır. Bundan sonra, Rəvan əsəbləşmiş və balta ilə 3 dəfə Sadıqa zərbə endirərək onu öldürmüşdür.. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış bacısı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 161-165) Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış qardaşı X7 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir ( cild 1, iş vərəqə 171-175) Şahid8 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Quba RPŞ-nin Növbətçi hissəsinin məsul növbətçisi işləyir. 09 iyun 2021-ci il tarixdə, hadisənin baş verdiyi gün növbətçi hissəsinin məsul növbətçisinin köməkçisi Şahid9 ilə birlikdə növbədə olmuşdur. Saat 22 radələrində 1 nömrəli qapı postundan növbətçi hissəyə zəng gəlmiş və Quba rayonu, Sofikənd kənd sakini Təqsirləndirilən şəxs RPŞ-yə gələrək yaşadığı evdə balta ilə atasını öldürməsini deməsini və könüllü olaraq təslim olmağa gəlməsini bildirmişlər. O, həmin şəxsi növbətçi hissəyə buraxdırmış, həmin şəxs 1 nömrəli qapı postundan polis əməkdaşlarının müşayiəti ilə növbətçi hissəyə gəlmiş, burada hadisə barədə ondan soruşmuşdur. Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxsla evdə mübahisə etmələrini, bu zaman balta ilə atasını vuraraq öldürməsini və təslim olmağa gəlməsini demişdir. Onlar bu barədə təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokol tərtib etmiş və bu barədə rəhbərliyə məruzə etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs sərxoş olub-olmadığını yoxlamış, onun sərxoş olmamasını müəyyən etmişlər. (cild 2, iş vərəqə 32-34) Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu Quba RPŞ-nin Növbətçi hissəsinin məsul növbətçi köməkçisi Şahid9 Fayiq oğlu ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 36-38) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 09-10 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Quba rayonu, Sofikənd kəndində yerləşən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə yaşadığı iki mərtəbəli fərdi yaşayış evinin həyətidir. Ev ağac budaqları ilə çəpərlənmişdir. Evin çöl tərəfində ağacın gövdəsinə iplə bağlanılmış at vardır. Evin həyətinə daxil olduqda isə həyətdə otluğun üzərində bir ədəd at yəhəri vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin atla işlədiyi Quba rayonu, Birinci Nügədi kəndindən yaşadığı evə gəlməsini, həmin atın öz atı olmasını, atı həmin ağaca bağlamasını, yəhəri isə otluğun üzərinə qoymasını bildirmişdir. Evin həyətinə daxil olduqda qarşımızda iki mərtəbəli fərdi yaşayış evi vardır. Evin göy rəngli taxta materialdan qapısı vardır, divarları ağ-sarı rənglidir, ikinci mərtəbəsi balkon tiplidir, pəncərələri yoxdur. Evin giriş qapısından 11 metr məsafədə sağ tərəfimizdə otluq hissənin kənarında sağ çiyin üzərində yerdə hərəkətsiz vəziyyətdə qalmış kişi meyiti vardır. Baxış zamanı həmin kişi meyitinin Zərərçəkmiş şəxs olması müəyyən edilmişdir. Meyitin üzərində 1 ədəd qara rəngli, sintetik materialdan idman gödəkçəsi, 1 ədəd açıq göy rəngli cins şalvar, ayağında isə göy rəngli üzəri parça tipli, altı isə rezin materialdan idman ayaqqabısı vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə qaldığı yeri göstərərək həmin hissədə balta ilə əvvəlcə atasının sinə nahiyəsinə bir dəfə, daha sonra isə baş nahiyəsinə balta ilə iki dəfə zərbə endirməsini bildirmişdir. Meyit sağ çiyin üstə yerdə hərəkətsiz vəziyyətdədir, əl və ayaqlarında qıcolma prosesi başlamışdır, baş nahiyəsindən torpaq yerə qan axmaqdadır. Baxış zamanı mərhum Zərərçəkmiş şəxs meyitinin alın nahiyəsindən 20 sm məsafədə torpağa axmış qanabənzər ləkələrdən pambığa hopdurulmuqla nümunə götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd baltanı göstərərək atasına həmin balta ilə 3 dəfə zərbə endirdikdən sonra onu torpaq yerə tullamasını bildirmişdir. Həmin balta mərhum Zərərçəkmiş şəxs meyitinin daban hissəsindən 5,38 m məsafədədir, baltanın dəstəyi (sapı) sarı rənglidir, köhnədir, istifadə edilmişdir, dəstəyin uzunluğu metr vasitəsilə ölçülmüş və 80 sm olması müəyyən edilmişdir. Baltanın kəsici hissəsinin uzunluğu 11 smdir, kəsici hissənin üzərində qanabənzər ləkələr vardır. Baxış zamanı həmin balta iş üzrə əhəmiyyət kəsb etməsi nəzərə alınaraq tərəfimdən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisədən əvvəl əvvəlcə işdən gəldiyi zaman ata çubuq vurmağa görə atası ilə mübahisə yaşamasını, daha sonra isə evdə atası ilə mübahisə etməsini və atasının onun ünvanına “var-yox” söyüşü söyməsini bildirmişdir. Təqsirləndirilən şəxs atasının ona söyüş söydüyü yeri göstərmək təklif olunmuş və Təqsirləndirilən şəxs evin göstərmişdir. Evə daxil olduqda girişdə sağ tərəfdə 1 ədəd daş soba vardır, üzbəüz bir otaq qapısı, sol tərəfdə başqa bir otaq qapısı vardır. Təqsirləndirilən şəxs evin giriş qapısından sol tərəfdə yerləşən otağa hərəkət edərək həmin otağı göstərmiş və atasının həmin otaqda ona nalayiq sözlər deməsini, elektrik naqili qıraraq həmin naqillə onu öldürməklə hədələməsini bildirmişdir. Həmin otaq düzbucaqlı formasındadır, uzunluğu 5,80m, eni 2,70 m-dir, hündürlüyü 2,10 m-dir. Otağın döşəməsi üzərində yerdə sellofan torbalar və müxtəlif əşyalar vardır. Həmçinin, otağın divarından müxtəlif torbalar və əşyalar asılmaqdadır. Həmin əşyalar və torbalar içərisində iş üzrə əhəmiyyət kəsb edən əşyaya rast gəlinməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs otaqda atası ilə mübahisə edən zaman atasının elektrik naqilini qopararaq onu boğub öldürməklə hədələməsini bildirmiş və həmin elektrik naqilini göstərərək təqdim etmişdir. Həmin elektrik naqili iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, vərəqə 4-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 10 iyun 2021-ci il tarixli protokoldan görünür ki, meyit kişi cinsli olub düzgün bədən quruluşunda, kafi köklükdədir, boyu 177 sm-dir. Gözləri bağlıdır, gözlərin ağlı qişası və birləşdirici toxuması bozumtul-ağdır, çoxlu sayda, tünd qırmızı rəngli nöqtəvari qansızmalar vardır. Burun sümükləri və qığırdaqlarının tamlığı əllədikdə pozulmuşdur. Burun dəlikləri və hər iki qulaq keçəcəklərində tünd qırmızı qanlı ifrazat vardır. Ağzı yarımaçıqdır, dil ağız boşluğundadır. Üst çənədə dişləri yoxdur, yerləri hamardır, zədəsizdir, alt çənədə sağda və solda yanlarda cəmisi 5 ədəd kariesə uğramış çürüyüb qaralmış dişlər vardır, zədəsizdir, qalan dişləri yoxdur, yerləri hamardır. Boynu adi uzunluqda və yoğunluqdadır, patoloji hərəkətsizdir. Döş qəfəsi simmetrik və silindrikdir. əllədikdə sağ tərəfdə yuxarıda qabırğaların tamlığı pozulması,krepitasiya qeyd edilir. Qarnı döş qəfəsi səviyyəsindədir, az gərgindir. Xarici çinsiyyət üzvləri kişi cinsinə uyğun, düzgün formalaşmış və inkişaf etmişdir Arxa keçəcək bağlıdır,zədəsizdir,təmizdir, Ətraf sümüklərinin tamlığı əllədikdə pozulmamışdır. Meyit qacıması bütün qrup əzələlərində yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa hissəsində olub bənövşəyi rənglidir, barmaqla basdıqda avazıyır, 40-50 saniyədən sonra yenə öz əvvəlki rəngini alır. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın sağ təpə nahiyəsində arxadan önə boylama istiqamətdə kənarları nahamar, qurtaracaqları küt, tünd qırmızı rəngdə qanlı ifrazatla örtülü, sümük toxumasına qədər dərinliyi olan, 5,0x0,5 sm ölçüdə yara vardır. Alnında ortada qeyri müəyyən formada, tünd qırmızı rəngdə nəm qanlı ifrazatla örtülü, 3,0x2,0sm ölçüdə səthi yara qeyd edilir. Eyni xarakterdə yaralar burnunun üstündə 2,0x1,0 sm ölçüdə , boynunda arxada 2,0x1,0 sm ölçüdə, sol kürək üstündə 3,0x2,0 sm ölçüdə, sağ körpücüyün üzərində 3,0x2,5 sm ölçüdə aşkar olunur. Sağ göz orbiti ətrafında tünd bənövşəyi rəngdə, yumşaq toxumanın kəskin şişkinliyi ilə, göz yarığının tam örtülməsi ilə, yaxşı intensivliyə malik qançır-hematoma müəyyən edilmişdir. Alt dodaqda qeyri müəyyən formada, bənövşəyi rəngdə, yumşaq toxumanın şişkinliyi ilə, 3x1 sm ölçüdə qançır aşkar olunur. Bunlardan başqa, meyitin xarici müayinəsi zamanı onun bədəni üzərində digər xəsarət və onun izi aşkar olunmamışdır. (cild 1, iş vərəqə 52- 83) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq məhkəmə-tibbi ekspertizasının 10 iyun 2021-ci il tarixli 17 №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki burun dəliyində və qulaq keçəcəklərində qanlı ifrazat, başın sağ təpə nahiyəsində arxadan önə boylanma istiqamətdə əzilmiş-cırılmış yara, alnında ortada, burnunun üstündə, boynundan arxada, sol kürəküstündə, sağ körpücüyün üzərində əzilmiş yaralar, sağ göz orbiti ətrafında qançır-hematoma, burun sümüklərinin qəlpəli sınığı, alt dodaqda qançır, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində alın-təpə nahiyələrində geniş qansızma, sağ təpə nahiyəsində subdural hematoma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, döş hissədə sağda yuxarıda yumşaq toxumalar altında qansızma, sağ körpücük sümüyünün sınığı, sağ tərəfdən İ,İİ,İİİ qabırğaların körpücük xətti üzrə sınığı, sağ ağciyərin yuxarı payının toxumasının cırılıb dağılması və döş boşluğunda 1000 ml-ə yaxın sərbəst qan aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 09 iyun 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni ekspertizaya təqdim edilən baltanın küp hissəsi ilə çoxsaylı zərbələrin vurulması nəticəsində əmələ gələ bilər, hər bir xəsarətin ayrı-ayrılıqda dərəcəsini müəyyən etmiş olsaq, bu zaman alt dodaqda qançır sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə, alnında ortada əzilmiş yara, burunun üstündə əzilmiş yara və burun sümüklərinin sınıqları, boynunda arxada, sol kürək üstündə əzilmiş yaralar sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən canlı şəxslərdə sağlamlığa yüngül zərər vurmaya, sağ körpücüyün üzərində əzilmiş yara, sağ körpücük sümüyünün sınığı, sağ tərəfdən İ,İİ,İİİ qabırğaların körpücük xətti üzrə sınığı, sağ ağciyərin yuxarı payının toxumasının cırılıb dağılması və döş boşluğunda 1000 ml-ə yaxın sərbəst qanın yığılması, başın sağ təpə nahiyəsində əzilmiş-cırılmış yara, sağ göz orbiti ətrafında qançır-hematoma, kəllə qapağı və əsası sümüklərinin sınığı, sağ təpə nahiyəsində subdural hematoma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar olunan xəsarətlər müxtəlif vəziyyətlərdə və şəraitlərdə, o cümlədən qərarda göstərilən vəziyyətdə, yəni ekspertizaya təqdim olunmuş və ya ona oxşar digər alətlərlə yetirilə bilər, xəsarətlər müxtəlif nahiyələrdə və səthlərdə yerləşdiyinə görə həmin xəsarətlərin yetirilmə istiqaməti və ardıcıllığı, eləcə də, müxtəlif xarakterli olduğuna görə eyni alətin və ya müxtəlif alətlərin təsirindən törənməsi haqqında konkret fikir söyləmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülən qanın məhkəməkimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Mərhum Təqsirləndirilən şəxs ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur, ölüm meyit müayinə olunan vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur. (cild 2, iş vərəqə 94-96) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 10 iyun 2021-ci il tarixli 477 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. (cild 1, iş vərəqə 208) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 10 iyun 2021-ci il tarixli 479 №-li rəyindən görünür ki, Şahid1 bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. (cild 1, iş vərəqə 209) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 iyun 2021-ci il tarixli 480 №-li rəyindən görünür ki, Şahid2 bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. (cild 1, iş vərəqə 210) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “məhkəmə-tibbi-bioloji ekspertizasının 29 iyul 2021-ci il tarixli 430/2021-MTBŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Balfa(H)/İİİ/ olmuşdur. Ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş 01 ədəd pambıq tampona hopdurulmuş ləkədə, 01 ədəd balta, Zərərçəkmiş şəxs məxsus gödəkcə, köynək, şalvar, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq “B” və “H” antigenləri alınmışdır. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus gödəkcə və köynək üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. (cild 2, iş vərəqə 88-93) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə-tibbi-kriminalistik ekspertizasının 06 avqust 2021-ci il tarixli 291/MTKŞ-2021 №li rəyindən görünür ki, təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkcənin sol çiyin tikişi, sol qolun dairəvi tikişi və sol yan tikişi üzərində üç ədəd, arxa səthinin sol yarısında bir ədəd sökülmüş zədə vardır. Bu zədələr küt mexanizmlə, paltarın həmin nahiyələrinin dartılması nəticəsində törənmişlər. Təqsirləndirilən şəxs məxsus gödəkcənin arxa səthinin sol yarısının yuxarı hissəsində bir ədəd, qısaqol köynəyin arxa səthinin sağ yarısının aşağı hissəsində bir ədəd cırılmış zədə vardır. Bu zədələr küt mexanizmlə kəskin dartılma (gödəkcənin üzərində olan zədənin ilişibdartılması) nəticəsində törənməyə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus cins şalvarın üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol qolunun ön səthində iki ədəd zırılmış zədə var. Bu zədələr küt mexanizmlə gödəkcənin həmin nahiyəsinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd cırılmış zədə vardır. Bu zədə bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən baltanın təsirindən törənməsinin mümkünlüyü inkar edilmir. Mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvarın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı balta, bıçaq isə zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmirlər. Paltarlar üzərində olan zədələrin hansı şəraitdə törənməsi, həmçinin qarşılıqlı dalaşmaya-dartışmaya xarakterik olub-olmamasının qiymətləndirilməsi istintaq orqanının səlahiyyətinə aiddir. Metodika olmadığından paltarlar üzərində olan zədələrin morfoloji əlamətlərinə əsasən onların yetirilmə müddətini təyin etmək mümkün olmamışdır. (cild 2, iş vərəqə 72-77) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş lifli materialların mikrohissəciklərinə görə məhkəmə-kriminalistik ekspertizasının 12 iyul 2021ci il tarixli 6/2413 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman gödəkçəsinin səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd baltanın üzərində kənar liflərin mikrohissəcikləri və həmçinin Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman gödəkçəsinin, 01 ədəd şalvarın, 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Təqdiqata təqdim edilmiş meyitə baxış zamanı götürülən 01 ədəd mətbəx bıçağının səthi üzərində kənar lif mikrohissəcikləri və həmçinin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman gödəkçəsinin, 01 ədəd şalvarın, 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. (cild 2, iş vərəqə 78-87) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının 02 iyul 2021-ci il tarixli 1431 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət əməlini törətdiyi zaman Təqsirləndirilən şəxs psixi vəziyyəti situasiya ilə əlaqəli psixopatik reaksiya kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi xəstəliyin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (cild 2, iş vərəqə 68-71) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə təyin edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 27 noyabr 2021-ci il tarixli 2798 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət əməlini törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu qeyd olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətində görə məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs psixi vəziyyətinə və fərdi psixi xüxusiyyətlərinə görə öz hərəkətlərini dərk etmək və onları idarə etmək, iş üçün əhəmiyyət kəsb edən halları qavramaq iqtidarındadır, həmçinin öz hüquqlarını və vəzifələrini, o cümlədən prosessual hüquq və vəzifələrini tam şəkildə və müstəqil həyata keçirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı psixi vəziyyətinə və fərdi psixi xüsusiyyətlərinə görə öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. O, iş üçün əhəmiyyət kəsb edən halları qavramaq, təsvir etmək və bu barədə düzgün ifadə vermək iqtidarındadır. (cild 2, iş vərəqə 68-71) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı meyitin alın nahiyəsində 20 sm məsafədə yerləşən qana bənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş bir nümunə,mərhum Zərərçəkmiş şəxs meyitinin daban hissəsindən 5,38 m məsafədə yerləşən 1 ədəd dəstəyi sarı sarı rəngli balta, baxışda iştirak edən Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi və hadisə zamanı üzərində olmasını bildirdiyi bir ədəd qara rəngli qabağı zəncirbəndli,sintetik materialdan idman gödəkçəsi,bir ədəd qara –qırmızırəngli,boğazı 3 düyməli,qolu manjetli qısaqol köynək,bir ədəd dizləri ağarmış tünd göy rənglicins şalvar,evdə olan elektrik naqili,meyitə baxış zamanı götürülmüş mərhum Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qara rəngli pambıq qarışıq materialdan uzunqol nazik gödəkçə,1 ədəd bənövşəyi rəngdə pambıq materialdan boz milli uzunqol köynək,1 ədəd göy rəngli cins şalvar və şalvara bərkidilmiş 1 ədəd mətbəx bıçağı maddi sübut kimi tanınaraq saxlanması üçün Quba rayon prokuroluğunun “maddi sübutların saxlanılması otağı”na təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin Quba RPŞ-nin 21 iyun 2021-ci il tarixli 146-7/14954-1221 №-li məktubuna əlavə edilmiş arayışından görünür ki, xx xxxxxx 1996-cı il tarixdə Quba rayonu, Sofikənd kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. (cild 2, iş vərəqə 47-50) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Quba RPŞ-nin 10 iyun 2021-ci il tarixli 146-9/14209-1221 №-li məktubu ilə daxil olmuş alkotester nəticəsindən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. (cild 2, iş vərəqə 30) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 11 iyun 2021-ci il tarixli, 916 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (cild1, iş vərəqə191) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Quba rayon X1 12 iyun 2021-ci il tarixli 988 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin Mərkəzə müraciət etməmişdir. (cild 1, iş vərəqə 192) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Quba RPŞ-nin 10 iyun 2021-ci il tarixli 146-9/14209-1221 №-li məktubu ilə daxil olmuş 09 iyun 2021-ci il tarixli aktdan görünür ki, 09 iyun 2021-ci il tarixdə saat 22 radələrində Quba rayonu, Sofikənd kəndində yaşayan Təqsirləndirilən şəxs Quba RPŞ-yə gələrək atası Təqsirləndirilən şəxs ilə mübahisə edərək onu balta ilə vuraraq öldürməsini bildirmiş və könüllü təslim olmuşdur.(cild 2, iş vərəqə 31) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X3 16 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, mərhum qardaşı Zərərçəkmiş şəxs ölümü ilə əlaqədar Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. (cild 2, iş vərəqə 6) Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Zərər çəkmiş şəxsin hüquqi varisi X7 ilə barışmış, sonuncunun Zərərçəkmiş şəxs ölümü ilə əlaqədar ondan heç bir şikayət və tələbi yoxdur. (cild 2, iş vərəqə 102) Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyinin 11 avqust 2021-ci il tarixli 635 №-li arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Sofikənd kəndində yaşamış, kənd camaatı və yaxın qohumları ilə münasibəti yaxşı olmuş, onun barəsində RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. ( cild 2, iş vərəqəsi 66-67) Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyinin 11 avqust 2021-ci il tarixli 634 №-li arayışından və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Quba rayonu, Sofikənd kəndində yaşamış, ailəli olmuş, kənd camaatı və yaxın qohumları ilə münasibəti yaxşı olmamış, kənd içərisində nüfuzu olmamışdır. ( cild 2, iş vərəqəsi 64-65) Təqsirləndirilən şəxs özünü müdafiə üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusi ilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq gəlib təqsirini boynuna alması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 11.06.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablanmışdır. ( cild 2, iş vərəqəsi 1-5) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 iyun 2021ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Quba rayon prokurorluğunda saxlanılan – 01 ədəd qara rəngli idman gödəkçəsi, 01 ədəd qaraqırmızı rəngli qısaqol köynək, 01 ədəd tünd göy rəngli cins şalvar Təqsirləndirilən şəxs qaytarılmalı, qəbul etməkdən imtina etdiyi halda məhv edilməli, 01 ədəd qan nümunəsi, 1 ədəd balta, 1 ədəd elektrik naqili, həmçinin mərhum Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara uzunqol köynək, 01 ədəd bənövşəyi rəngli uzunqol köynək, 01 ədəd göy rəngli cins şalvara bərkidilmiş 01 ədəd mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 154,16 AZN (yüz əlli dörd manat on altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 2, iş vərəqə 79). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia və xüsusi edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Quba rayon prokurorluğunda saxlanılan –01 ədəd qara rəngli idman gödəkçəsi, 01 ədəd qaraqırmızı rəngli qısaqol köynək, 01 ədəd tünd göy rəngli cins şalvar Təqsirləndirilən şəxs qaytarılsın, qəbul etməkdən imtina etdiyi halda məhv olunsun, 01 ədəd qan nümunəsi, 1 ədəd balta və 1 ədəd elektrik naqili, həmçinin mərhum Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara uzunqol köynək, 01 ədəd bənövşəyi rəngli uzunqol köynək, 01 ədəd göy rəngli cins şalvara bərkidilmiş 01 ədəd mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs oğlundan 154,16 AZN (yüz əlli dörd manat on altı qəpik) ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar