Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-56/2023 09.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı – müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. 31mart 1992-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, sürücü, evli, əvvəllər məhkum olunmamış, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 240.2.1-ci maddələri ilə,
2. xx xxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, dərzi işləyən, evli, əvvəllər məhkum olunmamış, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 240.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq 40 dəmir qutuda, hər qutuda 36 kapsul olmaqla, cəmi 1440 kapsul tərkibində sibutramin güclü təsir edən maddəsi olan “Lipotrim” adlı qida əlavəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə idarə etdiyi “DAF” markalı, “27AC724/27ZA308” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasının tavan hissəsində sol tərəfdə əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerin yan tərəfində olan arakəsmənin arxasındakı boşluqda gizlədib saxlamış, Rusiya Federasiyasından Azərbaycan Respublikasının ərazisinə daşımış və 11 aprel 2021-ci il tarixdə saat 17 radələrində Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Rusiya Federasiyasında satış məqsədilə qanunsuz əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmə barədə 2021-ci ilin aprel ayının əvvəllərində telefon vasitəsilə Rusiya Federasiyası Moskva şəhərində olan tanışı Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 qabaqcadan vəd verərək onun istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, Mahaçqala şəhərinin ərazisində tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq 40 dəmir qutuda, hər qutuda 36 kapsul olmaqla, cəmi 1440 kapsul tərkibində sibutramin güclü təsir edən maddəsi olan “Lipotrim” adlı qida əlavəsini əldə etmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə idarə etdiyi “DAF” markalı, “27AC724/27ZA308” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasının tavan hissəsində sol tərəfdə əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerin yan tərəfində olan arakəsmənin arxasındakı boşluqda gizlədib saxlamış, Rusiya Federasiyasından Azərbaycan Respublikasının ərazisinə daşımış və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 tərəfindən həmin maddələrin 11 aprel 2021-ci il tarixdə saat 17 radələrində Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə köməklik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, müqavilə ilə idarə etdiyi “Uğurlu Yol” firmasına məxsus “DAF” markalı, 27AC724/27ZA308 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində 2020-ci il tarixdən yük daşıma fəaliyyəti ilə məşğul olur. 26 mart 2021-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası, Moskva şəhərinə “tərəvəz” yükü aparmış, Moskva şəhərində olarkən, sonradan adının Qoşqar olduğunu bildiyi Osman adlı şəxs ona zəng edib Mahaçqala şəhərində Azərbaycan Respublikasına gətirilməsi üçün bağlama və produkt olduğunu bildirib onları gətirəcəyi təqdirdə ona 150 manat verəcəyini demiş, o da razılaşmışdır. O, əvvəllər Təqsirləndirilən şəxs2 heç bir bağlamasını gətirməmişdir. Bir neçə gün sonra, Furqat adlı şəxs ona zəng edib Dərbənd şəhərində qardaşı Hörmətdən 1 ədəd fotoaparat götürüb Azərbaycan Respublikasına gətirməyini istəmiş və bunun müqabilində ona 50 manat məbləğində pul ödəyəcəyini demişdir. Onun da təklifini qəbul etmişdir. 08 aprel 2021-ci il tarixdə Moskva şəhərində yerləşən “Nestle” firmasından it və pişik yemi götürüb Azərbaycan Respublikasına gəlmək üçün yola düşmüşdür. Yolda olanda, Osmanla əlaqə saxlamış və dərmanları Mahaçqala şəhərində harda götürəcəyini soruşmuşdur. Osman Babayurt adlanan ərazidə gözləməyini və həmin yerdə dərmanları gətirib ona verəcəklərini demişdir. Babayurt adlanan əraziyə çatanda Osman ilə əlaqə saxlamış, həmin yerə bir taksi sürücüsü 1 ədəd sellofan torbada dərmanları gətirib mənə vermişdir. Dərmanlar olan sellofan torbanı götürüb nəqliyyat vasitəsinin kabinasına qoymuşdur. Bağlamada olan dərmanları kabinədə 2-ci mərtəbədə olan saxlanc yerinə, şkaflara yığmışdır. Bağlamanın içərisindəki dərmanların tərkibində qadağan olunmuş maddə olduğun bilməmiş, açıb içərisinə baxmamışdır. 10 apreldə Dərbənd şəhərinə çatanda 1 ədəd fotoaparatı götürmək üçün Hörmətə zəng eləmiş, Hörmət 1 ədəd fotoaparatı və ona məxsus aksesuarları gətirib istiqamətdə olduğu yolda ona vermişdir. Fotoaparatı ondan götürdükdən sonra yoluna davam etmişdir. Rusiya Federasiyasının “Yaraq Qazmalyar” gömrük postunun qarşısına çatmışdır. Burada postu keçən nəqliyyat vasitələrinin növbəsi olduğu üçün, gözləməli olmuşdur. Dərmanları və fotoaparatı kabinədə şkaflara və saxlanc yerlərinə qoymuşdur. 11 apreldə Azərbaycan Respublikasına gəlmək üçün Rusiya gömrük postunu keçmişdir. Həmin gün saat 17 radələrində “Samur” gömrük postuna çatmışdır. Burada gömrük əməkdaşı ondan bəyan olunmalı malların olub-olmadığını soruşmuşdur. Şəxsi əşyalar və ərzaq mallarının olduğunu demişdir. Sonra gömrük əməkdaşları yoxlama aparmış və yoxlama zamanı gizlədilmiş dərmanları fotoaparatı və onun aksessuarlarını aşkar etmişlər. O, özünün qida əlavələrindən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs X3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, idarə etdiyi “DAF” markalı, 27AC724/27ZA308 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində yük daşıma fəaliyyəti ilə məşğul olur. Sonuncu dəfə, xx.xx.2021-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası, Moskva şəhərinə “tərəvəz” yükü aparmışdır. Moskva şəhərində olarkən, Osman adlı şəxs ona zəng edərək, Mahacqala şəhərində Azərbaycan Respublikasına gətirilməsi üçün dərmanlar olduğunu bildirmiş və bunun müqabilində hər dərman qutusu üçün 3 manat məbləğində pul verəcəyini demişdir. O onun təklifi ilə razılaşmışdır. Bundan bir neçə gün sonra, əvvəlcədən tanıdığı, Furqat adlı şəxs də ona zəng edərək Dərbənd şəhərində onun qardaşı Hörmətdən 1 ədəd fotoaparat götürüb Azərbaycan Respublikasına gətirməyini istəmiş və bunun müqabilində ona 50 manat məbləğində pul ödəyəcəyini bildirmişdir. Eyni ilə o onun da təklifini də qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə Moskva şəhərində yerləşən “Nestle” firmasından “it və pişik” yemi götürüb Azərbaycan Respublikasına gəlmək üçün yola düşmüşdür. Yolda olarkən, Osman adlı şəxslə əlaqə saxlamış və dərmanları Mahacqala şəhərində harda götürəcəyini soruşmuşdur. Osman ona bildirmişdir ki, Babayurt adlanan ərazidə gözləsin və həmin yerdə dərmanları gətirib ona verəcəklər. O, da Babayurt adlanan əraziyə çatdıqda təkrar Osman ilə əlaqə saxlamış və həmin yerə tanımadığı bir taksi sürücüsü 1 ədəd sellofan torbada dərmanları gətirib ona vermişdir. O da dərmanlar olan sellofan torbanı götürüb nəqliyyat vasitəmin kabinasına qoymuş və yoluna davam etmişdir. xx.xx.2021-ci il tarixdə Dərbənd şəhərinə çatdıqda, 1 ədəd fotoaparatı götürmək üçün Hörmət adlı şəxsə zəng etmiş, Hörmət 1 ədəd fotoaparatı və ona məxsus aksesuarları gətirib istiqamətdə olduğu yolda ona təhvil vermişdir. O fotoaparatı ondan götürdükdən sonra yoluna davam etmiş və həmin gün Rusiya Federasiyasının “Yaraq Qazmalyar” gömrük postunun qarşısına çatmışdır. Burada postu keçən nəqliyyat vasitələrinin növbəsi olduğu üçün, gözləməli olmuşdur. Dərmanları və fotoaparatı Rusiya gömrüyündən buraxılmayacağını fikirləşmiş və onları nəqliyyat vasitəsinin kabinasında tavan hissədə sağ tərəfdə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin altında olan arakəsmənin arxasındakı boşluqda, kabinada üst yataq yerinin yan tərəfində olan örtüyün arxasındakı boşluqda, kabinada tavan hissədə sol tərəfdə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin yan tərəfində olan arakəsmənin arxasındakı boşluqda gizlətmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına gəlmək üçün Rusiya gömtrük postunu keçmişdir. Həmin gün, saat 17:20 radələrində “Samur” gömrük postuna çatmış və posta daxil olmuşdur. Burada gömrük əməkdaşı ondan bəyan olunmalı mallarımın olub-olmadığını soruşmuş. O isə, şəxsi əşyalarının və ərzaq mallarının olduğunu bildirmişdir. Bunun ardınca gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxlamağa başlamış və yoxlama zamanı, nəqliyyat vasitəsinin kabinasında tavan hissədə sol tərəfdə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin yan tərəfində olan arakəsmənin arxasındakı boşluqdan 4 qutu hər qutuda 10 ədəd dəmir qab hər qabda 36 kapsul olmaqla cəmi 1440 kapsul “Lipotrim” adlı dərman preparatı, kabinada tavan hissədə sağ tərəfdə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin altında olan arakəsmənin arxasındakı boşluqdan 1 ədəd “Canon EOS-1DX” markalı fotoaparat və həmin fotoaparata məxsus 1 ədəd “Canon EF 85mm”, 1 ədəd “Canon EF 35mm” və 1 ədəd “Canon EF 24-105mm” markalı görüntü stabilizatoru, 1 ədəd “Canon LC-E19” markalı şarj cihazı, 1 ədəd “Canon LP-E19” markalı batareya, 1 ədəd “EOS Canon” markalı fotoaparat kəməri, 1 ədəd “Canon” markalı USB kabel və 1 ədəd kabinada üst yataq yerinin yan tərəfində olan örtüyün arxasındakı boşluqdan 39 ədəd plastik qab hər qabda 30 kapsul olmaqla cəmi 1170 kapsul “Red Ginseng” adlı dərman preparatı və 20 ədəd 250 ml-lik “Hot Xistan” adlı bədən kremi aşkar etmişdir. Bunun ardınca, nəqliyyat vasitəsi rentgen yoxlamasından keçirilmış və yoxlama zamanı, qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Daha sonra gömrük işçisi həmin dərman vasitələrini və fotoaparatı müəyyən sənədlər tərtib edərək götürmüş və bu məsələ ilə bağlı Şimal Ərazi Baş Gömrük İdarəsinə gəlməli olduğunu bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində Təqsirləndirilən şəxs2 ifadəsində adını çəkərək qida əlavələrini ona çatdıran şəxs olduğunu bildirdiyi “İbrahim” adlı şəxsi tanımadığını və elə bir şəxslə tanışlığının olmadığını söyləmişdir. (Cild 2, iş vərəqləri 1-4, 44-49) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o ailəsiylə birlikdə Saray qəsəbəsində yaşayır, 7 övladı var. Dini paltarlar tikərək Rusiya Federasiyasının Dərbənd şəhərində yerləşən müxtəlif mağazalara satır. 29 noyabr 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evin qarşısında olarkən gömrük əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ifadə vermək üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə aparmışlar. O, Təqsirləndirilən şəxs1 yük maşını sürücüsü kimi tanıyır. Dərbənd şəhərində yaşayan İbrahim adlı şəxsin ona pul borcu olduğu üçün pulun müqabilində Təqsirləndirilən şəxs1 vasitəsilə Dərbənd şəhərindən ona ərzaq göndərmişdir. Təqsirləndirilən şəxs1 həmin ərzaqları Azərbaycan Respublikasına gətirərək Saray postunda ona vermişdir. O, kiçik oğlunun adı Osman olduğu üçün o adı özünə ləqəb kimi götürmüş, buna görə də Təqsirləndirilən şəxs1 də onu Osman kimi tanımışdır. Onun nömrəsini Səbuhiyə İbrahim vermiş, İbrahim daha öncə də Səbuhi ilə ona məhsul göndərmişdir. O, Səbuhiyə dərman gətirəcəyini deməmiş, bağlama olduğunu demişdir. Belə ki, təxminən 2021-ci ilin mart ayında İbrahimlə danşarkən onda qalan borcu olan 23000 rus rublu istəmiş, o da “Lipotrim”, “Red Ginseng” və “Hot Xistan” adlı müalicəvi dərmanların şəkilərini ona göndərib pulun əvəzinə həmin dərmanları göndərəcəyini demiş və razılaşmışlar. Təqsirləndirilən şəxs1lə telefonla əlaqə saxlayarkən o, Dağıstan Respublikasında olduğunu və Azərbaycan Respublikasına yola düşdüyünü demişdir. Ona Babayurt adlanan ərazidə gözləməyini və ona dərman vasitələri gətirib verəcəklərini demişdir. O, dərmanların tərkibində qadağan olunmuş maddə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci il aprelin 11-də “Samur” gömrük postunda növbədə olduğu gün saat 17 radələrində Rusiya Federasiyası istiqamətindən postun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, 24AC724/27ZA308 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük yoxlamasını keçirmişdir. Yoxlama keçirməzdən Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsində gömrük orqanına bəyan ediləsi hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, o da nəqliyyat vasitəsində ərzaq malları və şəxsi əşyaları olduğunu demişdir. Nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı, nəqliyyat vasitəsinin kabinasında arakəsmənin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 4 qutu cəmi 1440 kapsul “Lipotrim” adlı dərman preparatı, kabinada tavan hissədə arakəsmənin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 1 ədəd “Canon EOS-1DX” markalı fotoaparat aksessuarları, kabinada üst yataq yerinin yan tərəfində olan örtüyün arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş cəmi 1170 kapsul “Red Ginseng” adlı dərman preparatı və 20 ədəd “Hot Xistan” adlı bədən kremi aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci il aprel ayının 11-də “Samur” gömrük postunda növbədə olanda saat 17 radələrində idxal gömrük nəzarəti zonasına daxil olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı nəqliyyat vasitəsinə keçirilən gömrük yoxlamasında Şahid1 ilə birlikdə iştirak etmişdir. Gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasından gömrük nəzarətindən gizlədilmiş 1440 kapsul “Lipotrim” adlı dərman preparatı, gömrük nəzarətindən gizlədilmiş 1 ədəd “Canon EOS-1DX” markalı fotoaparat və onun aksessuarları, 1170 kapsul “Red Ginseng” adlı dərman preparatı və 20 ədəd “Hot Xistan” adlı bədən kremi aşkar edilmişdir. Aşkar edilən dərmanlar gizli yerdə olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “yoxlama” haqqında 11 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 11 aprel 2021-ci il tarixdə saat 17 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən “Samur” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, “27AC724/27ZA308” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə avtomobilin kabinasının tavan hissəsində sol tərəfdə əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerin yan tərəfində olan arakəsmənin arxasındakı boşluqda gömrük nəzarətindən gizlədilmiş 40 dəmir qutuda, hər birində 36 kapsul olmaqla, cəmi 1440 kapsul tərkibində sibutramin güclü təsir edən maddəsi olan, üzərində “Lipotrim” yazılı qida əlavəsi aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 105-106) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 9 avqust 2021-ci il tarixli sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 22:45-də Azərbaycan Respublikasının ərazisini tərk edərək Rusiya Federasiyası istiqamətinə getmiş və xx.xx.2021-ci il tarixdə saat 20:30-da Azərbaycan Respublikasına geri qayıtmışdır. (Cild 1, iş vərəqləri 228-230) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 28 oktyabr 2021-ci il tarixli sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə saat 23:12-də Samur sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk edərək Rusiya Federasiyası istiqamətinə getmiş və xx.xx.2020-ci il tarixdə saat 15:07-də Rusiya Federasiyasının ərazisini tərk edərək Samur sərhəd məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. (Cild 1, iş vərəqləri 23-24) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş 1 ədəd CD diskə 26 avqust 2021-ci il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlayan “Osman” adlı şəxsin, yəni Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsi X2 adına qeydiyyatdadır, lakin faktiki istifadəçisi Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində ümumilikdə 20 dəfə olmaqla qarşılıqlı telefon danışığının aparıldığı qeydə alınmışdır. Həmin danışıqlardan əksəriyyəti 2021-ci ilin fevral-aprel ayları ərzində aparılmış, o cümlədən Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldiyi günlər, yəni 2021-ci ilin fevral ayının 5-8-i, mart ayının 14-ü və aprel ayının 12-i tarixlərində bu danışıqlar mütəmadi xarakter almışdır. (Cild 1, iş vərəqləri 228-230) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azerfon” MMC-nin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş 1 ədəd CD diskə xx.xx.2021-ci il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində ümumilikdə 20 dəfə olmaqla qarşılıqlı telefon danışığının aparıldığı qeydə alınmışdır. Həmin danışıqlardan əksəriyyəti 2021-ci ilin fevral-aprel ayları ərzində aparılmış, o cümlədən Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldiyi günlər, yəni 2021-ci ilin fevral ayının 5-8-i, mart ayının 14-ü və aprel ayının 12-i tarixlərində bu danışıqlar mütəmadi xarakter almışdır. (Cild 1, iş vərəqləri 240-241) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» publik hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə daxil olmuş məktunda göstərilmişdir ki, məktubda adı qeyd edilən “Lipotrim” adlı məhsul dərman vasitəsi deyildir. (Cild 1, iş vərəqləri 122-123) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Məhkəmə Ekspertiza mərkəzinin xx.xx.2021-ci il tarixli 6/1451 nömrəli məhkəmə fizikikimyəvi ekspertizalarının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Lipotrim” adlı qida əlavələrinin tərkibində güclü təsiredən maddə sibutramin müəyyən edildi ki, bu maddə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxildir. (Cild 1, iş vərəqləri 143- 145) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/2218 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Lipotrim” adlı qida əlavələrinin xx.xx.2021-ci il tarixə orta bazar qiyməti, ümumilikdə təxminən 2400 manat müəyyən edilir. Tədqiqata təqdim olunmuş “Lipotrim” göstəricili kapsulların qablaşmaları üzərindəki tarix göstəricilərinə görə yararlıq müddəti keçməmişdir. (Cild 1, iş vərəqləri 138- 140) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən daxil olmuş 12 iyun 2021-ci il tarixli, 1861 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 244-245) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən daxil olmuş 7 yanvar 2022-ci il tarixli, 47 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 190-191) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə isə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətmələri öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, cinayətin bilavasitə icraçısı deyil, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında tək iştirak etdiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə tövsif olunmalıdır. Şərh edilənlərlə əlaqədar dövlət ittihamçısı da yekun nitqində Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməsini məhkəməyə təklif etmişdir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndinə əsasən məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 206.2-ci maddəsinə tövsif olunması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 240.2.1-ci, Təqsirləndirilən şəxs2 32.5, 206.2 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada Cinayət Məcəlləsinin 206.2 və 240.2.1-ci maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə, təqsirləndirilən şəxslərin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirdiyi preparatların tərkibində güclü təsir edən maddənin olmasından xəbərinin olmaması, həmin preparatları gizlətməyərək aşkar keçirməsi və özünü müdafiə ilə bağlı ifadələrində göstərdikləri digər xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərinin törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiələri üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının, Təqsirləndirilən şəxs2 isə himayəsində 7 azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərəqləri 87, 181) Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları, onların evli olmaları və azayşlı uşaqlardan ibarət ailənin dolanışıq mənbəsi olmaları da onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (Cild 1, iş vərəqləri 161, 226) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X4rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxslərin üzərilərində sınaq müddəti ərzində öz davranışları ilə islah olunmalarını sübut etmək, davranışları üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerlərini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsuində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 22 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə ev dustaqlığında saxlama müddəti uzadılmışdır. Həmçinin cinayət işi materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 noyabr 2021-ci il tarixdən hesablanmışdır. 27 dekabr 2021-ci il tarixdə həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdiriləmədən saxlanılmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli Qərarının 2.21-ci bəndinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablayıb cəza müddətindən çıxmaqla qəti cəza müəyyən etmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində şərti məhkum etməklə ittiham hökmü çıxarıldığından məhkəmənin hökmü elan edildikdən dərhal sonra təqsirləndirilən şəxslər barələrində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Briliyinin anbarında saxlanılan 37 qutu tərkibində sibutramin güclü təsir edən maddəsi olan “Lipotrim” adlı qida əlavəsi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin hər birindən 104 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Digər Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 aprel 2016-cı il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2016-cı il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, Qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Briliyinin anbarında saxlanılan 37 qutu tərkibində sibutramin güclü təsir edən maddəsi olan “Lipotrim” adlı qida əlavəsi məhv edilsin. Təqsirləndirilən şəxs1 104 manat 95 qəpik məbləğində, Təqsirləndirilən şəxs2 104 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin