Məhkəmə qərarları › İş №1(124)-56/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-56/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-56/2024 10.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X6 və X12, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Yardımlı rayonu, Telavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)- 369/2022 saylı hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Yardımlı rayonu, Telavar kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində, fərdi evdə yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 182.2.2-ci maddələri, xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 8-ci Mikrorayon, ev 34, mənzil 14-də yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 və xx xxxx 1992-ci ildə Qubadlı rayonu, Dondarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-43/2023 saylı hökmü ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qubadlı rayonu, Dondarlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 12-ci Mikrorayon, Qaçqınlar şəhərciyi, ev 1, mənzil 67-də yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 06 aprel 2022-ci il tarixdə, saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “İstanbul” restoranına yığışdıqdan sonra Təqsirləndirilən şəxs1 əvvəllər yanında köməkçi işləmiş Zərərçəkmiş şəxs zəng edərək onu çay içmək adı ilə oturduqları restorana çağırıb həmin ünvana gətizdirərək sonuncudan pul tələb etmiş, Zərərçəkmiş şəxs üzərində olan pulun müalicəsi üçün lazım olduğunu deyib verməkdən imtina etdikdə ilk əvvəl Təqsirləndirilən şəxs3 onun sifətinin sol tərəfindən iki dəfə yumruqla, Təqsirləndirilən şəxs1 sifətinin sağ tərəfindən bir dəfə yumruqla, Təqsirləndirilən şəxs2 isə başından bir dəfə yumruqla vurmuş, bundan sonra Təqsirləndirilən şəxs3 onu oturduğu masadan qaldıraraq divara söykədikdə Təqsirləndirilən şəxs1 yaxınlaşıb yumruqla bir neçə dəfə sifət, qarın və qol nahiyələrinə vuraraq ümumilikdə sonuncuya sol bazunun bayır səthinin yuxarı 1/3-nin qançırı və qarnının ön səthinin yumşaq toxumalarının əziyi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs3 zərər çəkmiş şəxsin sol qolunda dəyəri 500 (beş yüz) manat olan 01 ədəd “Tissot” markalı saatım götürüb qoluna taxmaqla, Təqsirləndirilən şəxs2 sol əlində dəyəri 90 (doxsan) manat olan 01 ədəd gümüş üzüyünü götürməklə, əynində dəyəri 100 (yüz) manat olan 01 ədəd gödəkçəni götürüb əyninə geyinməklə və masanın üzərində dəyəri 350 manat olan 01 ədəd "Xiaomi-Redmi Not 10” markalı mobil telefonu götürüb özündə saxlamaqla, daha sonra Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs əynində olan şalvarının sağ yan cibində olan 180 (yüz səksən) manat məbləğində nəğd pulu və 1 ədəd dəyəri 100 (yüz) manat olan elektron qəlyanı götürüb Təqsirləndirilən şəxs1 verməklə açıq talayaraq, Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona ümumilikdə 1320 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən zərər çəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 06 aprel 2022ci il tarixdə Zərərçəkmiş şəxs zor tətbiq edərək özü haqda təhqiredici ifadələr işlətməsini zorla tələb edib həmin ifadələri sonuncunun mobil telefonu ilə çəkdikdən sonra 07 aprel 2022-ci il tarixdə, saat 13 radələrində M. Ramazanova həmin videogörüntüləri və sonuncuya aid şəxsi görüntüləri yayacağı ilə hədə-qorxu gəlib, sonuncunun adma nişanlısı tərəfindən göndərilmiş 427 manat pulu elə həmin tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 11 saylı poçt şöbəsinə bir yerdə gedərək Zərərçəkmiş şəxs həmin pulu götürdükdən sonra ələ keçirib Zərərçəkmiş şəxs ümumilkdə 427 manat məbləğində əmlakını hədə- qorxu ilə tələb edərək ələ keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Nicat, Məhəbbət, Elşən İstanbul kafesində görüşmüşlər. Məhəbbəti iki dəfə görmüşdür. Məhəbbətin Nicatla söhbətindən onun Nicata borcu olduğunu başa düşmüşdür. Məhəbbət borcunu qaytaracağını demiş, Nicat isə obyektin pulunu verməli olduğunu bildirmişdir. Biraz sonra Məhəbbət pulu çıxarıb Nicata vermiş, oturub çay içib oradan aralaşmışlar. Özü də poçta getmişdir. Mirinin verdiyi ifadə doğrudur. Poçta Məhəbbət, Mirqiyam və o getmişlər. Həmin vaxtı Məhəbbət maşın lazım olduğunu demişdir. Məhəbbət poçtdan çıxdıqdan biraz sonra aralaşmışlar. O, poçtun içinə girməmişdir. Məhəbbət ona pul verməmişdir. Elşənlə özü uşaqlıqdan dostdur, pul götürsə xəbəri olacağını demişdir. İstanbul kafesində Məhəbbəti döyüb əynindəki kostyumu özləri geyinməmişlər. O, Məhəbbətin telefonunu götürməmişdir. Məhəbbətin nişanlısına yazmamışdır. İstintaq zamanı Məhəbbətlə vəkili olmadan üzləşmə olmuşdur, bu onun hüququnun tapdalanmağıdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 182.2.2-ci maddələrində nəzərdə tutulan ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 4-5 ildir ki, tanıyır, dost münasibəti olmuşdur. Təqsirləndirilən şəxs3 uşaqlıqdan tanıyır, dost münasibətimiz olmuşdur. Samiri isə təxminən 5 aydır ki, tanyır, sonuncunun dəqiq harada yaşamasını bilmir. Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayının sonlarında Nicatın vasitəsi ilə tanımışdır. 06 aprel 2022-ci il tarixində, günorta saatlarında Nicat, Elşən və Samirlə görüşmüş, bundan sonra biz bir yerdə Sumqayıt şəhəri, 41-ci Məhəllə ərazisində yerləşən “İstanbul” restoranına çay içməyə getmiş, 1 nömrəli kabinetdə əyləşmişlər. Bu zaman Nicat Məhəbbətə zəng etmiş və kafeyə çağırmış, həmin vaxt Nicat Məhəbbətin ona 170 manat borcu olduğunu, Məhəbbətin bariqalıq etdiyini demişdir. Bir neçə dəqiqə sonra Məhəbbət gəlmiş, sonuncu oturan kimi Nicat üzərində nə qədər pul olduğunu soruşaraq borcunu niyə vermirsən demiş, o, Məhəbbətdən borcunun olub-olmadığını soruşmuş, sonuncu Nicata borclu olduğunu demişdir. Bundan sonra Elşən Məhəbbətin üzündən sillə ilə vurmuş, Nicat Məhəbbətə üzərində olan pulu və əşyaları stolun üzərinə qoymasını demiş, Məhəbbət də üzərindəki əşyaları, yəni, üzüyü, sənədləri, saatını çıxarıb stolun üzərinə qoymuş, bundan sonra Elşən Məhəbbətin üzərini axtarmış və şalvarın balaca cibindən 180 manat pul çıxararaq Nicata vermişdir. Məhəbbət həmin vaxt pulu həkimə verəcəyini demiş, Nicat digər əşyalarını, həmçinin telefonunu Məhəbbətə qaytarmış, bundan sonra Məhəbbət xəstəxanadan vacib sənəd götürməli olduğunu demiş, buna görə Samirin idarə etdiyi “Vaz 2107” markalı avtomobil ilə hazırda xatırlamadığı xəstəxanaya getmişlər. X5 girmiş və bir neçə dəqiqə sonra çıxmışlar. Nicat sənədi həll etdiyini demiş və bundan sonra Bəhlulun işlətdiyi “Qardaşlar” kafesinə getmişlər. Hamısı kafenin içərisində zalda əyləşmişlər, onlardan başqa kafedə heç kim olmamış, Bəhlul özü orada olmuşdur. Orada əyləşib çay içmişlər, bir müddət sonra Samir kafedən getmiş, daha sonra o, kafedən çıxmış, kafedə Nicat, Məhəbbət və Elşən qalmışdır. Bir neçə saat sonra o, qayıtmış, kafedə Elşən və Məhəbbətin olduğunu görmüş, sonuncunun əşyaları isə stolun üzərində olmuşdur. Saat təxminən 24 radələrində o, kafedən çıxmış, Elşənlə Məhəbbət isə orada qalmışlar. Onların orada qalmalarının məqsədini bilməmiş, səhərisi gün saat 09 radələrində kafeyə gəlmiş, həmin vaxt orada Məhəbbət tək oturmuş, bir müddət sonra Elşən gəlmiş, sonuncu ona Məhəbbətin Yaqubun qohumu olduğunu, bu barədə Nicata da dediyini bildirmiş, bundan sonra o, telefonu, üzüyü, gödəkcəni, saatı qaytarmış və Məhəbbət getmişdir. xx.xx.2022-ci il tarixdə Qardaşlar kafesində olan zaman Məhəbbətin telefonu onda olmuş, o, telefonu ilə sonuncunun adından nişanlısı ilə vatsapp sosial şöbəkəsi vaitəsi ilə danışmağa başlamış, o, Məhəbbətin nişanlısının xarici ölkədə yaşadığını arada pul göndərdiyini bilmiş, sonuncunun adından nişanlısına yazaraq problemin olduğunu və təcili pul lazım olduğunu demişdir. Belə ki, o, yalandan yazaraq guya polislər tərəfindən tutulduğunu, ən azı 400 manat pul lazım oldğunu demiş, həmin vaxt Məhəbbətin nişanlısı pul göndərəcəyini bildirmişdir. Bundan sonra bu barədə Məhəbbətə demiş və pulu götürüb ona versə telefonunu qaytaracağını bildirmiş, Məhəbbətin telefonunda şəxsi şəkillər və videolar olduğundan, həmçinin ondan qorxuğundan razılaşmış və bir yerdə poçta getmişlər. Məhəbbət 427 manat pulu götürüb ona vermişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində hazırda səmimi ifadə verdiyini, Məhəbbətin qismən yalan ifadə verdiyini, sonuncunu vurmadığını bildirmişdir.( cild 3, iş vərəqə 160-163) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə barədə verdiyi ifadəsini düzdür. Axşam kafedə olmuşlar. Aralarında dava dalaş, pul haqq hesabı olmamışdır. Nə Məhhəbbətlə, nə də təqsirləndirilən şəxslərlə aralarında heç nə olmamışdır. Nicat, Eldayaqla kafeyə getmişlər, Məhəbbət zəng edib “gəl çay icək” demişdir. Məhəbbət kafeyə gəlmişdir. Məhəbbəti vurmamışlar, ondan pul almaq məsələsi olmamışdır. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 1 ildir ki, tanıyır, yaxşı münasibəti olmuşdur. Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostudur. Zərərçəkmiş şəxs hadisə olan gün tanımışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Nicat, Eldayaq və Samirlə görüşmüş, bundan sonra bir yerdə Sumqayıt şəhəri, 41-ci Məhəllə ərazisində yerləşən “İstanbul” restoranına çay içməyə getmişlər. Orada 1 nömrəli kabinetdə əyləşmişlər, bir müddət sonra Məhəbbət adlı şəxs Nicata zəng edib harada olduğunu soruşmuş, sonuncu isə “İstanbul” restoranında olduğunu deuərək restorana çağırmış, Nicat danışıb qurtarandan sonra Məhəbbətin bariqa olduğunu və kafeyə gələcəyini demiş, təxminən 15 dəqiqə sonra Məhəbbət kabinetə gəlmişdir. Məhəbbət kafeyə gələn zaman Nicat ona əvvəlcədən bariqa olduğunu dediyindən o, əlinin tərsi ilə bir dəfə sillə vurmuş, bundan sonra Nicatın istəyi ilə o, Eldayaqla Məhəbbəti qaldırıb cibindən 180 manat pul çıxarıb Nicata vermiş, bundan sonra Məhəbbətəin icazəsi ilə qolunda olan saatı götürmüş, sonra Eldayaq Məhəbbətin gödəkcəsini, üzüyünü və telefonunu götürmüş, daha sonra Eldayaqla, Nicat məhəbbəti vurmuşlar, Eldayaq həmçinin videoya çəkmişdir. Bir müddət sonra ordan çıxaraq xəstəxanaya getmişlər. Xəstəxanaya həkimin olmadığına görə Qardaşlar kafesinə gedərək zirzəmiyə düşmüşlər, həmin vaxt da Eldayaq və Nicat Məhəbbəti döyərək təhqir edib videoya çəkmişlər. Bir müddət sonra Nicat getmiş, Eldayaqla o, qalmış, Eldayaq da səhərə yaxın getmiş və Məhəbbətlə o, qalmışdır. Söhbət əsnasında Məhəbbət ona idmançı qohumunun adını demiş, həmin şəxsin onun da qohumu olduğunu demişdir. Həmin vaxt o, Məhəbbətə narahat olmamasını, əşyalarım və pulunu qaytartıracağını demiş, səhərə yaxın Nicata zəng edərək etdiyinə görə onu təhqir edib pulu geri qaytarmasını demiş, bir müddət sonra Eldayaq Miri ilə gəlmiş, o, Məhəbbətə getməməsini, arxasında durduğumu demiş, ancaq Məhəbbət Eldayaqla getmiş və bir müddət sonra ağlaya- ağlaya qayıdaraq pulunu Eldayağa verdiyini demişdir. Təqsirləndirilən şəxs3 həmçinin ifadəsində hadisənin ifadəsində göstərdiyi kimi olduğunu, ona heç bir məbləğdə pul verilmədiyini, Nicatın yalan ifadə verdiyini bildirmişdir. ( cild 3, iş vərəqə 136-138) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saç ustası olmuşdur. Məhəbbətin ona 45 manat borcu olmuş, dəfələrlə Məhəbbətdən pulunu istəmişdir. Pulu Eldayağın, Elşənin yanında istəmişdir. Əvvəlcə Məhəbbət pulunun olmadığını demiş, sonradan cibindən pul çıxmışdır. Məhəbbət özü 120 manatı cibindən çıxarmışdır. Sonra “Qardaşlar” kafesinə getmişlər. Elşən ona zəng vurub Eldayağın ondan pul aldığını demişdir. Pulu istiyəndə Elşən Məhəbbəti vurmamışdır. Məhəbbətə zor tətbiq olunmamışdır. Onun cibindən pul götürməmişlər. Məhəbbətin niyə onun əleyhinə ifadə verdiyini bilməmişdir. Məhəbbət 45 manatı könüllü qaytarmışdır, əlavə pul verməmişdir. Özü Məhəbbəti söyüb vurmamış, təhqir etməmişdir. Sonra o, Elşən Eldayaq dönər yeməyə getmişlər. O, asma, epilepsiya xəstəsi olduğunu, sağ böyrəyinin çıxarıldığını, sol böyrəyində isə daş olduğunu qeyd etmişdir. Arvadı nevroloji xəstədir. 2 uşağı var, məcburi köçkündür. O, zərərçəkmiş şəxslə barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evlidir və 2 azyaşlı övladı vardır. Asma xəstəliyindən əziyyət çəkir və mütamadi müalicə olunur. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, Zərərçəkmiş şəxs 4 ildir ki, tanıyır. O, saç ustası işləyən zaman Məhəbbət onun yanında dayanaraq iş öyrənmişdir. 2022-ci ilin mart ayında Məhəbbət ondan 45 manat borca pul almış və tezliklə qaytaracağını bildirmiş, bundan sonra ondan dəfələrlə pulunu istəmiş, ancaq müxtəlif bəhanələr gətirməyə başlamış, daha sonra isə onun nömrəsini bloka atmış və zəng edə bilməmişdir. 06 aprel 2022-ci il tarixdə Eldayaq, Elşən və Samirlə görüşüb “İstanbul” restoranına çay içməyə getmiş, 1 nömrəli kabinetdə əyləşmişlər. Həmin vaxt başqa nömrədən Məhəbbətə zəng etmiş, telefonu götürmüş və ondan yenidən borcunu istəyərək söhbət etmək üçün əyləşdiyi çayxanaya çağırmış, bir neçə dəqiqə sonra Məhəbbət gəlmiş, sonuncu əyləşəndən sonra ondan borcunu istəmiş, sonuncu pulunun olmadığını bildirmiş, bundan sonra o, təkid etmiş və Məhəbbət cibindən çıxarıb ona 45 manat pul vermiş, həmin vaxt Elşən onu bir dəfə sillə ilə vurmuşdur. Bundan sonra onlar dönər yemişlər və Məhəbbət hesabı vermiş, daha sonra sonuncu həkimə getməli olduğunu bildirmiş və bir yerdə xəstəxanaya getmişlər, ancaq həkimin orada olmadığını bilmişdir. Daha sonra o, Bakı şəhərinə getmiş, Məhəbbət isə digər uşaqlarla qalmış, bir müddət sonra Elşən ona zəng edərək Eldayaqın Məhəbbətin telefonunu və əşyalarını aldığını bildirmiş, o isə qaytarmalarım onlara demiş, bundan sonra ona tanımadığı şəxs zəng etmiş və Məhəbbətdən alman pulların qaytarılmasını bildirmiş, o isə borcunu ondan aldığını demiş, ancaq şikayətdən qorxub 100 manat pulu əmisi oğlu Cahidin vasitəsi ilə Məhəbbətə göndərmişdir. Bundan sonra Məhəbbətin şikayət edib-etməməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində Zərərçəkmiş şəxs yalan ifadə verdiyini, sonuncunun ona 45 manat borcunu qaytardığını, bundan əlavə ondan pul almadığını, Məhəbbəti bir dəfə sillə ilə Elşənin vurduğunu, heç vaxt narkotik vasitə istifadə etmədiyini və alıb kiməsə gətirmədiyini, Samirin narkotik vasitəsi istifadə etmədiyini, Eldayağın və Elşənin yalan ifadə verdiklərini bildirmişdir. ( cild 3, iş vərəqə 148-150) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs1 tanımış, digər təqsirləndirilən şəxsləri tanımamışdır. Mədəsindən əməliyyat olunduğu üçün 06 aprel 2022-ci il tarixdə xəstəxanaya getmiş, cibində 180 manat pul olmuşdur. Nicat ona zəng edib, onu “İstanbul” kafesinə çay içməyə dəvət etmişdir. O, kafeyə getmiş, Nicat, Elşən, Eldayaq və Samir kafenin kabinetində oturmuşlar. Onlarla görüşüb, Nicatı tanıdığına görə Nicatın yanında oturmuşdur. Sonra Nicat ondan pulunun olub-olmamağını soruşmuş, o da pulunun olmasını və xəstəxanaya gedəcəyini bildirmişdir. X20 göz-qaş etmiş, Elşən yumruqla onu vurmuş və ondan pul tələb etmişdir. Pul şalvarının balaca cibində olmuş, onlar pulunu götürmüşlər, sonra onlar kurtkasını çıxarmış, telefonunu, saatını və üzüyünü əlindən almışlar. Sonra onu Samirin maşınına mindirmiş və xəstəxanaya aparmışlar, lakin həkim xəstəxanada olmamış, daha sonra 10-cu MKR-da 9 mərtəbəli binanın zirzəmisində yerləşən “Qardaşlar” kafesinə getmişlər. Onu 1 gün həmin kafedə saxlamışlar, yanında Elşən və Eldayaq qalmış, Nicat getmişdir. Onun telefonu Eldayaqda olmuş, Eldayaq onun adından anasına və nişanlısına yazmışdır. Səhərisi gün nişanlısı onun adına 427 manat pul göndərmiş, onlar gedib poçtdan pulu götürmüş və yenidən həmin kafeyə qayıtmışlar, kafeyə qayıdandan sonra onlar telefonunu, saatını və üzüyünü geri qaytarmış və onu buraxmışlar. Onu ən çox Eldayaq vurmuşdur. Polisə şikayət etmək istəməmiş, evdəkilər biləndən sonra polisə müraciət etmişlər. Onu polisə şikayət etməməyi üçün təhdid etmişlər. Ona 9 min manat ziyan vurulmuşlar. Metanfetamin istifadə etmişdir. Nicata metanfetamin təşkil etməsi üçün pul vermişdir. Nicat da metanfetamin istifadə etmişdir. Samirlə bağlı müstəntiqə ifadə vermişdir. Təqsirləndirilən şəxslərdən Nicat və Elşənlə barışmış, onlara qarşı hər hansı şıkayət və tələbi yoxdur, lakin Eldayaq ilə barışmamışdır, ondan şikayətçidir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır, 2017-ci ildə orta məktəbi, 2019-cu ildə hərbi xidməti başa vurmuş, bir müddət restoranlarda ofisiant, sonra sürücü və digər fərdi işlərdə çalışaraq ailəsinə maddi dəstək göstərmiş, təxminən bir il əvvəl el arasında «patı» adlanan narkotik vasitə qəbul etməyə başlamış, narkotik vasitəni qəbul etdikdən 5-6 ay sonra səhhətində problem yaranıb mədəsində qanaxma baş verdiyindən narkotik vasitənin qəbulundan imtina etmiş, eyni zamanda heç yerdə işləməmişdir. Hadisədən təxminən iki ay əvvəl onunla eyni binada, 9-cu mərtəbədə ailəsi ilə yaşayan qonşu binanın yaxınlığındakı kişi salonunda bərbər işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, bərbər peşəsinə həvəsi olduğundan xahişi ilə Nicatın yanına şagird düzəlmişdir. 2022-ci ilin mart ayının ortalarından başlayaraq 10-15 gün ərzində hər gün səhər saat 10 radələrindən axşam saat 22-dək Nicatın yanında salonda olmuş, arabir Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən, 43 saylı binanın zirzəmisində Bəhlul adlı şəxsin icarədə işlətdiyi «Qardaşlar» kafesində çay içmişlər. Nicatın el arasında «patı» adlanan narkotik vasitə metanfetamin qəbul etdiyinin şahidi olmuş, onun həmin narkotik vasitəni haradan və kimdən aldığını bilməmiş, bəzən 0,5 qram metamfetamin üçün Nicata 30 manat pul vermiş, o da yarım saatdan sonra ona narkotik vasitə alıb gətirmişdir. Söhbət zamanı o, nişanlısının Almaniya Respublikasında yaşadığını, xərclik üçün ona pul göndərdiyini Nicata demişdir. Onu tanıdığı müddətdə bir dəfə evə ərzaq almaq üçün Nicatdan 45 manat borc pul almış, iki gündən sonra 10 manat artıq olmaqla 55 manat qaytarmışdır. Həmin borcu qaytarmaq üçün Nicat onu tələsdirməmiş, hədəqorxu gəlməmişdir. Bundan sonra nə özü Nicatdan, nə də sonuncu ondan borc pul istəmişdir.06 aprel 2022-ci il tarixdə yatıb qaldığı üçün bərbər salonuna getməmişdir. Bir neçə gün əvvəl mədəsindəki ağrılar şiddətlənmiş, Nicata həmin gün Sumqayıt şəhər X19 Stansiyasının travmotologiya şöbəsinə müayinə olunmaq üçün gedəcəyini, bunun üçün nişanlısının pul göndərməyini gözlədiyini söyləmişdir. Həmin gün saat 14:30 radələrində Sumqayıt şəhər, 12-ci mikrorayon ərazisində yerləşən poçtdan nişanlısının göndərdiyi 100 EURO məbləğində pulun Azərbaycan məzənnəsi ilə olan 191 manat ekvivalentini götürmüş, həmin puldan özünə siqaret, su, danışıq konturu almış, qalan 180 manatı götürüb müayinə olunmaq üçün getmişdir. Yolda olarkən Nicat istifadəsində olan ***-***-**- ** mobil nömrəsindən onun istifadəsində olan «X22 10» markalı, ***-***-**-** nömrəsinə zəng edərək harada olduğunu soruşmuşdur. Ona müayinə olunmaq üçün xəstəxanaya getdiyini söylədikdə Nicat demişdir ki, hazırda «İstanbul» restoranındadır, onunla görüşüb çay içmək istəyir və yanında başqa kiminsənin olduğunu deməmiş, o da heç nə soruşmamışdır. Həkimlə razılaşmışdır ki, qəbuluna saat 16 radələrində gəlsin, hələ vaxtı olduğundan Nicatla görüşüb çay içdikdən sonra həkimə getmək qərarı gəlmişdir. Həmin restoranı tanımadığından Nicatın izahı nəticəsində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən «İstanbul» restoranını tapıb içəri daxil olmuş,restoranda başqa müştərilərin olub-olmadığına diqqət etməmiş onu sonradan adının Rəşad olduğunu bildiyi ofisiant qarşılamış, ona burada uşaqlar olmalıdır, onların yanına gəlmişəm dedikdə Rəşad soruşmuşdur ki, üzü saqqallı və əlində döyməsi olanları deyirsən? onlar 1 nömrəli kabinetdədirlər deyib oraya aparmışdır. Həmin kabinet restoranın ümumi zalındakı qapıdan çıxdıqdan sonra həyətdə ayrıca yerləşmişdir və ətrafında əlavə 4-5 ayrı kabinet olmuşdur. Kabinetə daxil olduqda Nicatın tanımadığı 3 nəfər oğlanla stol arxasında oturduğunu görmüşdür. Diqqət etdikdə otaqda giriş qapının yanında bir ədəd televizor olsa da qoşulu vəziyyətdə olmamışdır. Nicat stolun sağ tərəfində başda oturmuş və onu yanma dəvət etmiş, həmin yerdə oturduqdan sonra Nicat stolun baş tərəfində əyləşən oğlanın adının Əli (sonradan adının Eldayaq olduğunu bilmişdir), sol tərəfdə stolun başında əyləşən oğlanın adının Samir, onun yanındakı oğlanın adının Elşən olduğunu və həmin şəxslərlə dostluq etdiyini demişdir. Stolun üzərində çay dəsti və el arasında «patı» adlanan şəffaf rəngli və el arasında «kokos» adlanan qara rəngli narkotik maddə olmuşdur. Həmin şəxslərin əynində hansı paltarların olduğunu xatırlamasa da, amma öz əynində göy rəngli cins şalvar, ağ rəngli qalın uzunqol köynək və boz rəngli gödəkçə olmuşdur.Tanışlıqdan sonra Elşən gəlib onun sol tərəfində oturmuş, Nicat özünə və ona çay süzdükdən sonra ondan üzərində pul olub-olmadığını soruşmuş, üzərində pulu olduğunu bildirdikdə Nicat həmin pulu tələb etmiş, sonuncuya əməliyyat olunduğundan xəstəxanaya gedib müayinə olunacağını, bu səbəbdən pulu ona verə bilməyəcəyini bildirib pulu verməkdən imtina etmişdir. Bu sözləri eşidən Elşən sifətinin sol tərəfinə 2 yumruq vurub «sənə demirlər pulu ver? Ver deyirsə verməlisən!»demişdir. Elşən onu vurduqdan sonra Nicata bu nə hərəkətdir edirsiz, mən Sizə qarşı heç bir pis hərəkət etməmişəm» deyib irad bildirdikdə Nicat sifətinin sağ tərəfindən bir dəfə, Eldayaq isə başına bir dəfə yumruq vurmuş, pulu verməkdən qəti imtina etdikdə Elşən onun sol çiynindən tutub dartaraq yerindən ayağa qaldırıb kənara itələyərək divara sıxmış, hər üçü üzərində axtarış etmiş, etiraz edib əllərindən çıxmaq istədikdə Nicat sifətinə, qarnına, qollarına yumruqla vurmuş, Nicat, Elşən və Eldayaq onun üzərini axtarmağa başlamış, etiraz edib əllərindən çıxmaq istədikdə Nicat sifətinə, qamma qollarına yumruqla vurmuş, Elşən sol qolunda olan qiyməti 100 manat olan «Tissot» markalı saatını zorla açıb götürmüş, Eldayaq sol əlinin 4-cü barmağında olan qiyməti 50 manat olan gümüş nişan üzüyünü çıxartmış, əynində olan qiyməti 100 manat olan boz rəngli gödəkçəni soyundurmaq istəyib buna imkan vermədikdə onu dartıb zədələyərək çıxarmaqla öz əyninə geyinmiş, üzüyünü barmağına taxıb, stolun üzərində ona məxsus qiyməti 600 manat olan«Xiaomi- Redmi Not 10» markalı mobil telefonu götürmüşdür. Bundan sonra Elşən onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan 180 manat pulu, qiyməti 100 manat olan elektron qəlyanı və şəxsi sənədlərini çıxarıb Nicata vermiş, Nicat pulu və elektron qəlyanı götürüb sənədlərini özünə qaytarmışdır. Nicatgil onu döyüb üzərindəki əşyaları aldıqları vaxt otağa heç kim gəlməmişdir. Olduqları kabinetə bitişik kabinetlərin 3-4-də müştəri olduğundan Nicat onu vurduqda həm ağrıdan, həm də bilərəkdən qışqırmışdır ki, bəlkə yaxınlıqdakı kabinetdə olanlar və ya ofisiant eşidib gəlib onlara mane olsun, amma səsini eşidən, köməyə gələn olmamışdır. Döyülərkən burnu qanadığı üçün qanını köyünəyinə silmişdir. Bütün bunlardan sonra onu stulda oturdub yenə döyüb- söymüş, üzünə sillə vurmuş, məsxərəyə qoymuş Eldayaq isə ayaq üstə dayanıb həm başına- üzünə vurmuş və bu vəziyyətini özündə olan mobil telefona çəkmiş, onunla əyləndikdən sonra, Nicat həmin restorandan Bəhlulun kafesinə getmək istədiyini demişdir. O həmin şəxslərə pulunu və şəxsi əşyalarını qaytarsınlar ki, həkimə gedə bilsin dedikdə Nicat demişdir o, həkimə getmir, yalan danışır, ona görə özü onu həkimə aparıb yalanını sübüt edəcək. Bundan sonra Nicat otaqdan çıxmış, Rəşad adlı ofisiantdan hesabı soruşub içilən çayın 5 manat pulunu vermiş, həmin vaxt orada Rəşaddan başqa işçi görməmiş, sol gözünün altında, sifətində xəsarət olmuş, Rəşadın onun bədənində olan xəsarətləri görüb -görmədiyini bilmir, restorandan çıxıb yaxınlıqda olan Samirə məxsus ağ rəngli, « VAZ 2107» markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobilə oturub Sumqayıt şəhər X19 Xəstəxanasının travmotologiya şöbəsinə getmişlər. Nicat onunla xəstəxanaya daxil olmuş, digərləri avtomobildə gözləmiş, onu müayinə edən həkimin olmadığını eşidib xəstəxanadan çıxmışlar. Nicatdan pulunu, əşyalarını və telefonunu istədikdə verməmiş, anası olan hadisələri bilsə onu danlayacağından qorxmağa başlamış və həmin əşyaları onlardan geri götürmək üçün onların avtomobilinə minmiş, həmin vaxt mobil telefonu Eldayaqda olmuş və sonuncu həmin telefona daxil olub nə isə yazmışdır. Birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 43 saylı yaşayış binanın zirzəmisində yerləşən «Qardaşlar» kafesinə gəlmişlər, saat 18 radələri olmuş, həmin kafeni Bəhlul adlı şəxs icarəyə götürüb işlətmiş, Bəhlulu Nicatın vasitəsilə tanırmş, sonuncu ilə birlikdə bir neçə dəfə həmin kafedə çay içmişlər. Kafeyə gəlib çatdıqda Nicatdan əşyalarını istəmiş, sonuncu cavab verməyib kafeyə daxil olmuş, o da onun arxasınca getmiş girişdə Bəhlulla görüşmüş, həmin vaxt zalda 2-3 müştəri olmuş, o Bəhlulla söhbət etmiş, Nicatgil kafenin yardımçı otağına keçmişlər, oturduqları otağın qapısı taxtadan olmaqla üzərində qıfılı olmamış, dəstəklə açılıbbağlanmış, otaqda stol və stullar olmuş, Bəhlul onların sifarişi ilə çay aparmış o da Bəhluldan sonra otağa daxil olaraq birlikdə çay içmişlər. Az sonra yenə əşyalarım və pulunu tələb etmiş, onlar həmin əşyaları verməmişlər. O isə həmin əşyalarsız, əsasən mobil telefonsuz evə qayıtmaq istəməmiş, çünki telefon bahalı omaqla orada özünə, nişanlısına, ailəsinin digər üzvlərinə məxsus şəkillər, SMS mətinləri, çox saylı telefon nömrələri olduğundan həmin telefon onun üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Təxminən bir-iki saatdan sonra Nicat və Samir narkotik vasitə almaq üçün gedib qayıdacaqlarını demiş, o, Elşən və Eldayaqda kafedə qalmışlar. Bundan sonra Eldayaqdan telefonunu tələb etməyə başlamış, sonuncu telefonu qaytarmaqdan imtina etmiş, məcbur olub Nicatı gözləmiş, amma nə Nicat nə də Samir qayıtmışdır. Təxminən saat 23 radələrində Bəhlul gəlib demişdir ki, evə gedir, onu və Eldayaqı apara bilər, Eldayaq demişdir ki, özü gedəcək, o isə Eldayaqla gedəcəyini söyləmiş, Bəhlul razılaşıb getmişdir. Az sonra Eldayaqdan yenə telefonunu istəmiş, sonuncu demişdir ki, Nicatın razılığı olmadan telefonu ona qaytara bilməz. Söhbət zamanı Elşən demişdir ki, bəzən həmin kafedə qalır və bu gündə orada qalacaq. Telefonunu və digər əşyalarını əldə etmək üçün səhərin açılmasını və Nicatın qərar verməsini gözləmişdir. Eldayaq yenə telefonu ilə arada bir SMS yazmış, amma kimə, nə məzmunda SMS yazdığı bilməmişdir. Gecədən keçmiş Eldayaq getmiş və telefonu özü ilə aparmışdır. Həmin saatdan sonra evə gedib anasına nə deyəcəyini bilmədiyindən bəlkə səhər əşyalarını və telefonunu ala bilər ümidi ilə orada qalmalı olmuşdur. Eldayaq getdikdən sonra kafenin yaxınlığında yol kənarında olan köşkdən dənə siqaret almaq üçün kafedən çıxıb 40- 50 metr aralandıqda bu vaxt 2 nəfər Post Patrul əməkdaşının yolun əks tərəfindən yolla getdiyini görmüş, həmin əməkdaşlar onu görsələr gecədən keçmiş onun küçədə olduğundan şübhələnib yaxınlaşaraq haradan gəlib hara getdiyi barədə onu sorğu sual edəcəklərindən ehtiyatlanıb dərhal kafeyə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində Bəhlul kafeyə gəlib onu gördükdə təəccüblənmiş, Bəhlula Nicatı gözlədiyini demişdir. Günorta saat 13 radələrində Eldayaq Miri adlı oğlanla gəlib onu kənara çağırıb nişanlısına onun telefonu vasitəsi ilə adından SMS yazdığını, həmin SMS-ə əsasən nişanlısının ona pul göndərdiyini, əgər mobil telefonunu geri almaq istəyirsə poçta gedib onun göndərdiyi pulu alıb ona verib telefonunu götürməyi təklif etmiş, Eldayaqın təklifi ilə razılaşmış, onlarla birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən poçt şöbəsinə gedib şəxsiyyət vəsiqəsini təqdim etməklə nişanlısının onun adma göndərdiyi 427 manat pulu götürüb Eldayaqa vermiş, buna baxmayaraq Eldayaq yenə telefonunu qaytarmamış, onunla birlikdə «Qardaşlar»kafesinə qayıtmışdır. Elşəngil orada olsa da Nicat gəlməmiş, onlara xeyli dil töküb xahiş etsə də, əşyalarını və telefonunu ala bilməmiş, Elşənə idmançı qohumunun adını verdikdən sonra onlar götürdükləri gümüş nişan üzüyünü, saatı, mobil telefonu və elektron qəlyanı, gödəkcəni qaytarsalar da, amma pulunu qaytarmamışlar. Həmin əşyaları qaytardıqdan sonra Eldayaq demişdir ki, «çaşıb evdəkilərə və ya polisə şikayət edərsən, başını kəsərəm.» Əşyalarını alıb evə getmiş, onların nə qədər azğın olduğunu görüb hədələrini real qəbul edərək qorxudan ilk vaxtda hadisəni anasından gizlətmişdir. Onu döyüb qarnına çoxsaylı yumruqlar vurduqlarından mədəsində olan problem şiddətlənmiş, məcbur olub anasına başına gələnləri danışıb onların hərəkətlərindən Sumqayıt şəhər Pİnin 1-ci PB-nə ərizə ilə müraciət etmiş, şikayət etdiyindən xəbər tutan Nicat bir neçə gündən sonra Cahid adlı əmisi oğlu vasitəsi ilə ona cəmi 100 manat qaytarmışdır. Zərərçəkmiş şəxs ifadəsində daha sonra qeyd etmişdir ki, «İstanbul» restoranında onu döyüb üzərində olan əşyaları və pulu əlindən aldıqdan sonra olduqları ünvanı dəyişmək və ondan uzaşlaşmaq istəsələr də, götürülən əyaları və pulu geri almaq niyyəti ilə onlardan əl çəkməyib onlarla birlikdə «Qardaşlar»kafesinə gəlmiş, orada olduğu müddətdə sərbəst hərəkət etmək, istədiyi vaxt kafeni tərk etmək imkanı olmuş, lakin Eldayaqdan mobil telefonunu geri almaq üçün həmin kafeni tərk etməmiş, orada ona qarşı hər hansı zorakı hərəkətlər, zor tətbiq ediləcəyi hədələri olmamış, məsxərəyə qoyulmamışdır. (Cild 1. i.v. 35-41) Bundan əlavə, 21 iyul 2022-ci il tarixdə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixində mən restoranın kabinetində Nicata pul verməkdən imtina edəndən sonra Elşən iki dəfə sol tərəfdən üzümə yumruq vurmuş, daha sonra Nicat sifətinin sağ tərəfindən bir dəfə yumruqla, Eldayaq isə başına yumruqla vurmuş, bundan sonra Elşən sol çiynindəm tutub ayağa qaldıraraq onu itələyib oturduğu stolun arxasındakı divara söykəmiş, həmin vaxt Nicat sifətinə, qarnına qollarına yumruqla vurmuş, bundan sonra Elşən sol qolunda olan saatı, Eldayaq nişan üzüyünü götürmüş, daha sonra Eldayaq əynində olan boz rəngli gödəkcəmi çıxarıb əyninə geyinmiş və üzüyünü barmağına taxmış, stolun üzərində olan telefonunu götürmüş, bundan sonra Elşən onun ciblərini axtarmış və şalvarının sağ yan cibindən 180 manat pulu, elektron qəlyanı və sənədləri çıxarıb Nicata vermiş, sonuncu sənədləri geri qaytarmışdır.(Cild l.i.v. 182-185) Bundan əlavə, 16 noyabr 2022-ci il tarixdə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Samir adlı şəxs onu söyməmiş, təhqir etməmiş və təqsirləndirilən şəxslərə köməklik etməmişdir. Ona məxsus saatın, qəyanın və üzüyün nə vaxt neçəyə alınmasını xatırlamır, telefonu təzə almış, hadisə vaxtı 1 həftə istifadə etmişdir. “Qardaşlar” kafesində olan zaman telefonu Eldayaqda olmuş, sonuncu vatsap sosial şəbəkəsi vasitəsi ilə almaniyada yaşayan nişanlısı X3 ilə onun adından yazışmışdır. Belə ki, Eldayaq Necihaya bildirmişdir ki, guya polis əməkdaşları tərəfindən üzərində bıçaq aşkar edilmiş və bunun üçün ona ən azı 400 manat pul lazımdır. Neciha da Eldayağa inanmış və onun adına 427 manat pul göndərmişdir. Telefonda nişanlısının adının sonuna ürək işarəsi qoymuş, bundan başqa aralarında olan yazışmalardan nişanlı olduqları bilinmiş, Neciha əslən türkdür, ancaq Almaniya Respublikasında anadan olmuş və oranın vətəndaşıdır. Neciha türk dilində bilir və Eldayaq türk dilində onunla danışmışdır. Neciha hazırda almaniyadadır. Onun telefonu Eldayaqda olmuş, telefonda onun şəxsi videoları olmuş, bundan başqa Eldayaq onun videolarını çəkmiş, Nicat, Elşən və Eldayaq zorla onun özünə söyüş söyməsini bildirmişlər və o da qorxaraq özünə söyüş söymüş, bu zaman Eldayaq telefonla onu çəkmiş, sonuncu şəxsi videolarım və özünü söydüyü videoları yayacağını bildirmiş, həmin pulu ona verəcəyi təqdirdə videoları yaymayacağım və telefonunu qaytaracağını demiş, o da buna görə onunla razılaşmışdır. Bundan əlavə o, Eldayaqda qorxmuş və dediklərini etmişdir ki, əşyalarını qaytarsın və evə gedə bilsin. Poçta Eldayağın qohumu Miri ilə getmiş, sonuncunun hadisədən xəbəri olmamış, bundan başqa Nicat və Elşənin də hadisədən xəbərləri olmamışdır. Elşənin ancaq onlar poçtdan qayıdan zaman hadisədən xəbəri olmuş, həmin pulu Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 11 saylı poçt şöbəsindən çıxarmış, həmin görüntülər onun telefonu vasitəsi ilə çəkilmiş, Eldayaq həmin görüntüləri sosial şəbəkələrdə yayacağını bildirmiş, həmin görüntüləri Eldayaq ona telefonu qaytaran zaman silmişdir. ( cild 3. i.v. 81-84) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Məhəbbət onun oğludur. Bacısı Məhəbbətə pul göndərmiş, Məhəbbət gedib pulu götürüb gələcəyini bildirmişdir. Təxminən saat 16 radələrində Məhəbbətin mobil telefonuna Whatsapp mobil tətbiqi vasitəsilə yazsa, zəng etsə də o, telefona cavab verməmiş, axşam saat 20 radələrində evə qonaqlar gəldiyi üçün Məhəbbətə mesaj yazıb onu evə çağırmış, lakin Məhəbbət yenə cavab verməmişdir. Narahat olub ona zəng etdikdə telefona zəng çatmamışdır. Daha sonra Məhəbbətin nömrəsindən ona «dostum qəza keçirdib, onun yanına gedirəm» məzmunda mesaj daxil olmuşdur. Məhəbbətə mesaj yazıb hansı dostu qəzaya düşdüyünü soruşduqda ona «əl çək başımdan», «çox danışma» və digər qeyri-etik mesajlar göndərmişdir. Narahat olduğundan dayanmadan Məhəbbətə zəng etmiş, onun nömrəsinə zəng çatmamış, lakin ona müxtəlif işarələr göndərilmişdir. Məhəbbətin nömrəsinə gecə çoxsaylı zənglər, mesajlar göndərmiş, gecə saat 02 radələrində Məhəbbətin nömrəsindən ona «narahat olma, gecəni dostumun yanında xəstəxanada qalacam, evə gəlməyəcəm» məzmunlu mesaj gəlmişdir. Məhəbbətin heç vaxt gecəni evdən kənarda qalmadığı üçün bu mesajlar onu qorxutmuş, səhərədək yatmamış, səhər saatlarında işə getməyib qohum-əqrəba ilə əlaqə saxlayıb Məhəbbəti axtarmışdır. Aprel ayının 7-də saat 22 radələrində işdən evə gəldikdə Məhəbbətin evdə yataqda uzandığını görmüş, ondan nə baş verdiyini, gecəni harada qaldığını və nə üçün zənglərinə cavab vermədiyini, ona qeyri-etik ifadələr yazdığını soruşmuş, Məhəbbət heç bir söz demədən yatmışdır. Səhəri gün, aprel ayının 8-də səhər saatlarında paltar yuyarkən Məhəbbətə məxsus ağ rəngli uzunqol qalın köynəyin və ağ rəngli maykanın üzərində qan ləkələri olduğunu görmüş, Məhəbbətin döyüldüyünü anlamışdır. Dərhal onu yuxudan oyadıb nə baş verdiyini soruşduqda onun sol gözünün altında göyərmə, sifətinin hər iki tərəfində qızartı, burnunda isə qançır olduğun görmüşdür. Məhəbbət Nicat onun poçtdan pul çıxartdığını bildiyi üçün onu aprel ayının 6-da çay içmək bəhanəsi ilə Sumqayıt şəhəri, 41ci məhəllə ərazisində yerləşən «İstanbul» restoranına apardığını, orada əvvəllər tanımadığı, Nicatın dostları kimi təqdim etdiyi Eldayaq, Elşən və Samir adlı şəxslər tərəfindən döyülüb üzərində olan 180 manat pulu, qolundakı saatı, gümüş nişan üzüyünü telefonunu zorla əlindən aldıqlarını, ondan yenə pul almaq məqsədilə onu zorla Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, Bəhlul adlı şəxsin işlətdiyi «Qardaşlar» kafesinə aparıb orada ac-susuz saxlayıb döyüb söyərək, üzərinə çay atıb ələ saldıqlarını, kafenin döşəməsini sildirmək istədiklərini, hətta Eldayaq adlı şəxsin telefonla bunları videoya çəkdiyini, Eldayaq nişanlısı Nazifə ilə onun adından yazışaraq guya onu polislərin tutduğunu, məsələni həll etmək üçün polislərə pul verməli olduğunu deyib pul istədiyini, hətta dostunun avtoqəza törətdiyi üçün xəstəxanada olduğunu, gecəni onun yanında qalacağını, ona görə də evə gəlməyəcəyini bildirən, ona qeyri-etik ifadələr işlədən ifadələr yazdığını bildirmişdir. Nicat onların binasında qalmış, o Nicatgilə getmiş, Nicatla qarşılaşmışdır. Nicatla mübahisə etmiş, qışqırığa Nicatın anası bayıra çıxmış və yalvarmışdır ki, evdə danışsınlar. O, Nicatdan Məhəbbəti döyənlərin kimlər olmasını, harada yaşadıqlarını soruşmuş, o da həmin şəxsin adının Eldayaq olduğunu, ona zəng etdiyini, gələcəyini demişdir. Sonra Məhəbbəti xəstəxanaya aparanda orada döyülməsini bildirmiş, 2 polis əməkdaşı gəlmiş, izahatlarını almışdır. Elşən səhərisi gün onlara gəlmiş, üzr istəmişdir. Sonra Elşənin atası gəlmiş və 300 manata Məhəbbətin dərmanlarını almışdır. Nicatın anası isə aptekə olan 500 manat borcunu vermişdir. Eldayaq isə dəymiş ziyanı ödəməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində yerləşən İstanbul restoranında ofisiant işləmişdir. Restoranın icarədarı Bayram adlı şəxs olmuş, ondan başqa həmin restoranda Nərmin, Nigar və Novruz adlı ofisiantlarda işləmiş, restoran səhər saat 10 radələrindən axşam saat 23 radələrinədək müştərilərə xidmət göstərmişdir. 2022-ci ilin ilin aprel ayı Ramazan ayına təsədüf etdiyindən müştəri sayı azalmış restoranda ofisiant kimi tək işləmişdir. Həmin gün günorta saatlarında restorana əvvəllər tanımadığı üç nəfər şəxs gəlmiş, onlardan biri hündürboylu, qarabəniz, idmançı bədən quruluşlu, üzü saqqallı, hazırda xatırlamadığı qolunda döyməsi və əynində qəhvəyi rəngli pencək olmuşdur. Onunla birlikdə gələn digər şəxslər də hündürboylu, idmançı bədən quruluşlu, digərinin isə üzü saqqallı olmuşdur. Həmin şəxslər ondan boş otağın olub-olmadığını soruşmuş, onları restoranın 1 nömrəli otağında yerləşdirmişdir. Sonradan ona məlum olmuşdur ki, onlardan qolunda döyməsi olan Nicat adlı şəxs həmin restorana tez-tez gəlmiş, onu Novruz yaxından tanıyır. Onlar bir çaynik çay və şokolad sifariş vermiş, Nicat bir stəkan da əlavə gətirməsini xahiş edib yenə gələn olacağını demişdir. Təxminən 15 dəqiqədən sonra restorana arıq bədən quruluşlu, sonradan adının Məhəbbət olduğunu bildiyi cavan oğlan gəlmiş, onun əynində olan paltarlara diqqət etməmiş, amma hava soyuq olduğundan uzunqol geyimdə olmuşdur. Məhəbbət ondan həmin restorana uşaqların gəldiyini soruşmuş, o isə üç nəfər oğlanın gəldiyini, onlardan ikisinin saqqallı, birinin qolunda döymə olduğunu bildirmişdir. Məhəbbət həmin oğlanı soruşduğunu söylədikdə onu 1 nömrəli kabinetə yönəltmiş və bundan sonra həmin kabinetə getməmişdir, çünki kabinetlərdə zəng sistemi olmuş, ehtiyac olduqda müştərilər ofisiantları zəng vasitəsilə çağırmış, həmin kabinetdən zəng daxil olmadığı üçün həmin kabinetdə getməmişdir. Həmin şəxslər orada olduğu müddətdə kabinetdən səs-küy, dava-dalaş səsləri eşitməmiş, eyni zamanda onlar kabinetdə çox oturmadıqları üçün həmin şəxslərə qarşı şübhəsi olmamışdır. Onlar təxminən bir saata yaxın kabinetdə olub Nicat və onunla birlikdə gələn digər iki nəfər şəxs öndə, Məhəbbət isə onlardan arxada küskün vəziyyətdə kabinetdən çıxmışdır. Diqqət etdikdə Məhəbbətin əynində qısaqol köynək olduğunu görmüş, onunla şəxsi münasibəti olmadığı üçün nə baş verdiyini nə üçün gödəkcəsiz olduğunu soruşa bilməmişdir. Həmin vaxt onlardan heç birinin, o cümlədən Məhəbbətin bədəni üzərində xəsarət ya xəsarət izləri paltarlarında zədə, qan və ya qanabənzər ləkələr olduğunu görməmişdir. Onlar gedərkən Nicat 5 manat çay pulu vermişdir. Onların arxasınca kabinetə daxil olduqda otağın səliqəsinin pozulduğu hiss edilsədə dava-dalaşa dəlalət edən izlərin, habelə qan və ya qana bənzər ləkələrin olduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2022-ci il fevral ayınm sonlarından Sumqayıt şəhərində yerləşən Cahangir adlı şəxsə məxsus «Qardaşlar» kafesini şifahi razılaşmaya əsasən icarəyə götürüb işlədir. 2022-ci il aprel ayının 6-da səhər saat 10 radələrində işdə olmuş, saat 13-14 radələrində Elşən kafeyə gəlmiş, evdə atası ilə dalaşıb evi tərk etdiyini və qalmağa yeri olmadığını deyib ona kafedə gecələməyə icazə verməsini xahiş etmiş, razılıq verdikdən sonra 1-2 saat oturub mobil telefonu ilə məşğul olub getmiş, axşam saat 18-19 radələrində Eldayaq, Elşən, Nicat, Məhəbbət və Samirkafeyə gəlmiş, ondan çay istəmiş, həmin vaxt kafedə müştəri çox olduğundan yeri olmadığını demiş, Nicat isə susuzluğu və tələsdiyi üçün çay içib gedəcəyini bildirmişdir. Nicat kafenin yardımçı otağını əvvəllər gördüyündən ona həmin otaqda oturmağı təklif edib razılıq aldıqdan sonra həmin otağa stol-stul qoymuş, onlar həmin otaqda oturmuşlar. Elşəngil kafeyə daxil olduqda Məhəbbət onlardan ayrılıb yanına gəlmiş onunla bir neçə dəqiqə söhbət etmiş, Elşəngilə çay apardıqda onun arxasınca otağa gəlmişdir. Nicat təxminən saat 21-22 radələrində Samirlə getmiş, otaqda Məhəbbət, Eldayaq və Elşən qalmış, Məhəbbət arada bir zal otağa gəlib onunla söhbət edib qayıtmış, vaxt ötdükcə Məhəbbt zal otağa gələrkən bir qədər vurnuxmuş, xeyli bikef olduğu aydm hiss olunmuş, səbəbini soruşduqda mədəsinin ağrıları başladığını bildirmişdir. Məhəbbətə ağrıyırsa çıxıb evinə getməsini məsləhət etsədə sonuncu birazdan gedəcəyini söyləmişdir. Həmin vaxt Məhəbbətin əynində hansı paltarların olduğunu və üzərində xəsarət və ya xəsarət izinin olub-olmadığına diqqət etməmişdir. Eldayaqgili zala dəvət etmiş, onlar zalda oturduqdan sonra yenə çay sifariş etmişlər, həmin vaxt Eldayaq əlində olan mobil telefonla yazışmış, Elşən mobil telefonda oyun oynamış, Məhəbbət isə gah onunla danışır, gah küçəyə çıxıb gah kafeyə qayıtmış, Nicatı gözlədiyini demişdir. Saat 23 radələrində iş saatı bitmiş evə getməyə hazırlaşarkən Eldayaqla Məhəbbətə demişdir ki, getsinlər çünki kafe bağlanır, həmin gün Elşənin gecəni orada qalacağı barədə razılaşdığı üçün ona heç nə deməmişdir. Eldayaq demişdir ki, maşın gözləyir, təxminən bir saatdan sonra çıxıb gedəcək. Məhəbbətə də demişdir ki, eyni yolu gedirlər onu apara bilər, Məhəbbət cavab vermişdir ki, Eldayaqla birlikdə gedəcək. Bundan sonra kafenin açarını dəmir qapının üzərində qoyub çıxıb getmişdir. Səhəri gün, yəni aprel ayının 7-də səhər saat 10:30 radələrində kafeyə gələrkən Elşənlə Məhəbbətin kafedə zalda oturub çay içdiklərini görüb Məhəbbətdən nə üçün bu vaxt kafeyə gəldiyini soruşmuş Elşən demişdir ki, Məhəbbət heç evə getməmişdir. Məhəbbətdən bunun səbəbini soruşduqda demişdir ki, dünən Eldayaqgil onun mobil telefonunu və əşyalarını əlindən zorla alıb qaytarmadıqlarından evə gedərsə anasının qəzəbinə tuş gələ biləcəyindən qorxub əşyalarını və mobil telefonunu geri almaq üçün Nicatın və Eldayarm gəlməsini gözləyib kafedə qalmış ,hazırda həmin şəxsləri gözləyir. Təxminən 2 saatdan sonra Eldayaq əmisi oğlu kimi təqdim etdiyi «Miri» adlı şəxslə kafeyə gəlmiş, həmin vaxt onun əlində markasına diqqət etmədiyi mobil telefon olmuş, həmin telefonu birinci dəfə bir gün əvvəl, yəni aprelin 6-da Eldayaqın əlində görmüş, sonuncu həmin mobil telefonla SMS-lər yazımışdır. Məhəbbət Eldayaqdan bir gün əvvəl ondan adlıqları əşyaları. Mobil telefonu və 180 manat tələb etdikdə onu kənara çəkib onunla söhbət etmiş, söhbətin məzmununu eşitməmiş, saat 14 radələrində Eldayaq Məhəbbətlə birlikdə Mirinin idarə etdiyi avtomobilə minib getmiş, təxminən bir saatdan sonra hər üçü yenidən kafeyə qayıtmışlar. Yenə onlar arasında pul və əşya söhbəti baş vermiş, söhbətdən belə başa düşmüşdür ki, Eldayaq Məhəbbətin mobil telefonunu götürdükdən sonra həmin telefonla Məhəbbətin adından Məhəbbətin nişanlısına SMS yazaraq ona pul göndərməsini tapşırmış, Məhəbbətin mobil telefonunu özünə qaytarmaq üçün nişanlısı tərəfindən göndərilən pulu poçtdan alıb ona verməsini tələb etmiş, Məhəbbət mobil telefonunu geri almaq üçün onun tələbinə əməl etsədə Eldayaq nə mobil telefonu, nə əşyalarını nə də pulunu qaytarmaq istəmir. Onlar arasında narazılıq yarandıqda Məhəbbət idmançı qohumunu gətirib ondan zorla aldıqlar əşyaları, mobil telefon və pulunu geri alacağın bildirmiş, bundan sonra Eldayaq Məhəbbətin mobil telefonunu, elektron qəlyanı, gümüş nişan üzüyünü, əynində olan gödəkcəni Məhəbətə qaytarmış və olanlar barəsində hər hansı şəxsə məlumat verib şikayət edərsə onun başına oyun açacağı ilə hədələmişdir. Məhəbbət əşyalarını əldə etdikdən sonra kafeni tərk etmiş, bir neçə gündən sonra Məhəbbətin Nicatgilin hərəkətlərindən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə şikayət etdiyini bilib eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, İstanbul restoranında ofisiant işləmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində işə getmiş, orucluqla əlaqədar olaraq Rəşaddan başqa heç kim olmamış, axşam təxmini 11 radələrində obyekti bağlayıb evə getmişdir. Aprel ayının ortalarında Məhəbbət adlı şəxs anası ilə gələrək orada ona qarşı quldurluq edilərək əşyalarının alınması barədə şikayət etmişlər. Ancaq onun bundan heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun kəntçisidir. İki ildir ki, tanıyır. Təqsirləndirilən şəxs3 5 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs1 il yarımdır ki, tanıyır, normal münasibəti olmuşdur. Qeyd olunan şəxslərlə arabir görüşmüşdür. Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayında tanımış, aralarında normal müasibət olmuşdur. Ancaq mütamadi görüşməmişdir. xx.xx.2022-ci il tarixdə Eldayaq ona zəng edib “Qardaşlar” kafesinə çağırmış, oraya getmiş və orada Elşən, Məhəbbət yə Eldayaq olmuşdur. Onlar çay içməyə başlamışlar, həmin vaxt Məhəbbət ona döyüldüyünü demiş, o isə onun sonuncunu qucaqlayıb Eldayaqa və Elşənə xəstə uşağı niyə döydüklərini demiş, bundan sonra bu barədə aralarında söhbət olmamışdır. Təxminən iki saat orada oturandan sonra çıxıb öz işlərinin dalınca getmiş, səhərisi gün xx.xx.2022-ci il tarixdə günorta saatlarında Eldayaq ona zəng edib yenidən Qardaşlar kafesinə çağırmış, oraya getmiş, Eldayaq və Məhəbbət kafenin qarşısında olmuşlar. Eldayaq pul göndərildiyini və poçta gedib götürməyi xahiş etmiş, o, özünə məxsus “Chevrolet Aveo” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 12-ci mikrorayonda yerləşən poçta getmişlər. Avtomobildə ön oturacaqda Eldayaq, arxada isə Məhəbbət əyləşmiş, poçta çatan zaman Eldayaq və Məhəbbət avtomobildən düşmüşlər, o isə poçta getməmişdir. Bir neçə dəqiqə sonra onlar qayıtmışlar və Eldayaq pulu götürdüyünü demiş, o, evə gəlmişdir. Eldayaq və Məhəbbəti harada düşürdüyünü xatırlamamış, həmin vaxtdan indiyə qədər bir neçə dəfə Eldayağı görümüş, ancaq aralarında bu barədə söhbət olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun əmisi oğludur. Zərərçəkmiş şəxs 2022-ci ilin aprel ayının əvvəllərində tanımış, əmisi oğlu Nicat ona zəng edərək Məhəbbətlə görüşməsini və ona pul verməsini bildirmiş, Nicat ona 50 manat pul vermiş, o da Məhəbbətlə görüşüb vermişdir. Həmin vaxt Məhəbbətin yanında bir nəfər də tanışı olmuş, həmin şəxs ona Nicatın Məhəbbəti aparıb döyüb pulunu aldığını, bundan sonra Nicata məsələni həll etməsini demişdir. Nicat bundan başqa Məhəbbətin kartına 50 manat da pul göndərmiş, bundan başqa o, Nicatla Məhəbbətin aralarında hansı məsələnin olmasını bilməmiş və bu barədə maraqlanmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 21 aprel 2022-ci il tarixli, 472 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bazunun bayır səthinin yuxarı 1/3-nin qançırı, qarnın ön səthinin yumşaq toxumalarının əziyi xəsarətlər aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmışdırlar, qərarın təsviri hissəsində göstərilən şə\raitdə kənar şəxslər tərəfindən əllə vurulmaqla yetirilə bilər, müddəti zərərçəkmişin müayinəsindən 5-7 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir.( cild 1, iş vərəqə 23-25) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmətibbi-kriminalistik ekspertizasının 18 iyul 2022-ci il tarixli, 338-2022/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin boyun səthində tikilmiş etiketin sol səthində cırılma zədəsi aşkar olunur. Bu da, köynəyin müvafiq nahiyyəsində küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim eidlmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə və şalvar üzrində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. ( cild 1, iş vərəqə 175-176) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 9/7798 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tıyini haqqında qərarda göstərilən 01 ədəd “Xiaomi-Redmi Note 10” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və 1 həftdə istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablanmaq ylu ilə təxminən 350 manat müəyyən edilir. Digər 3 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, əyarı, qraçı, istismar müddəti və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı.( cild 3, iş vərəqə 97-99) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkcə və 01 ədəd köynək iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tamnanaraq saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmişdir. (cild 3, iş vərəqə 103-125) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 128-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 02 ilə endirilmiş və xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmişdir. (cild 2, iş vərəqə 143-145) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Nərimanov RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.1-ci maddələri ilə cinayət işi istintaq edilərək xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. ( cild 2, iş vərəqə 148-149) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-369/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Nərimanov RPl-də Azərbaycan Respublikası CM-nin 177.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət işi istintaq edilərək xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. ( cild 2. İş vərəqə 146-147) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-43/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2 -ci maddələrii ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, onlara qarşı hər hansı bir şikayəti yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yardımlı rayon İHBnın Televar İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. (cild 2, iş vərəqə 106) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx"-F MTK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 2, iş vərəqə 89) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azrbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. (cild 2, iş vərəqə104) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Tibb Mərkəzi 2 nömrəli Xəstəxananın Poliklinika şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X10 xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində 2016-cı il tarixdən “Şizofreniya paranoid forma davamlı hallusinator paranoid sindromla, remistiya baş verməyən hal. Emosional-iradi pozuntularla” diaqnozu ilə qeydiyytdadır. Həmçinin, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 12 saylı Tibbi Sosial Ekspert Komissiyasıdan daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs1 sol tək böyrəyin funksiyasının zəiflməsi. Qabarıq ANS ilə əlaqədar İİ dərəcəli əlillik mövcuddur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilməmələri, Zərərçəkmiş şəxs qarşı heç bir cinayət əməli törətməmələri barədə məhkəmədə söylədiklərini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün gətirdikləri dəlillər əsassızdır və özlərini müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 182.2.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 180.2.1 və 180.2.4-cü maddələri isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 182.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs3 məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran hal cinayətlərin residivi olmasıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, 59.1.12-ci və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Xanmirzə oğlunun himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlilliyini və arvadı X4 “Şizofreniya paranoid forma davamlı hallusinator paranoid sindromla, remistiya baş verməyən hal. Emosional-iradi pozuntularla” diaqnozunun olmasını da cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-369/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 01 (bir) il 03 ( üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Həmçinin, qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-43/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 06 (ay) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, 03 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 tutularaq həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində axtarış elan edilərək digər iş üzrə ? həbs qətimkan tədbiri seçilmişdir.( Cild 2, iş vərəqə 06, 108-110) İş materiallarından görünür ki, 22 fevral 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 27 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu 27 iyul 2022-ci il tarixdən hesablanmışdır. ( Cild 1, iş vərəqə 210, 253-254) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 iyul 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 09 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2022-ci il tarixdə tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmışdır. ( Cild 2, iş vərəqə 16, 84-85) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər polis idarəsinin saxlanc otağında saxlanılan zərərçəkmiş şəxsə məxsus 01 ədəd gödəkcə və 01 ədəd köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslərin hər birindən 16 manat 70 qəpik məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, 15 nömrəli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə 05 (beş) il müddətinə, CM-nin 182.2.2-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-369/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 01 ( bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 1(005)-369/2022 saylı cinayət işi üzrə tutularaq həbsdə saxlandığı 02 ay 26 gün müddət ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) il 03 (üç) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-43/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 1(005)-43/2023 saylı cinayət işi üzrə tutularaq həbsdə saxlandığı 01 gün müddət ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Sumqayıt şəhər polis idarəsinin saxlanc otağında saxlanılan zərərçəkmiş şəxsə məxsus 01 ədəd gödəkcə və 01 ədəd köynək məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslərin hr birindən 16 manat 70 qəpik məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar