Məhkəmə qərarları › İş №1(124)-56/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-56/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-56/2025 14.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Nizami oğlunun sədrliyi, X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyası, Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-27/2022 saylı hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 06 (altı) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmış və ona qəti olaraq 06 (altı) ay müddət azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Sabirabad rayonu, Şıx Salahlı Ərazi Dairəsi, Şıx Salahlı kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini pul müqabilində deyəcəyi ünvandan götürüb başqa ünvanlara yerləşdirməklə Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, həmin şəxslərin istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi ərazisində gizlətdikləri “Sobranie" markalı siqaret qutusunun içərisinə qoyulmuş 01 ədəd şəffaf sellofan bükümdə çəkisi 13,712 qram olan psixotrop maddə metamfetamini əldə edib Abşeron rayonu. Masazır kəndi, “Qurtuluş 93" yaşayış kompleksi ərazisinə daşıyaraq saxlamış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşlarının 10 iyul 2023-cü il tarixdə, saat 02:20 radələrində həmin ünvanda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Abşeron rayonu, Xırdalan şəhəri. Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək orada xidməti otaqların birində qeyd edilən tarixdə saat 03:55-dən 04:06-a kimi üzərində keçirilən şəxsi axtarış zamanı həmin 13,712 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan cins şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, Gecə saatlarında üç nəfər mülki geyimdə olan şəxs onun iradəsi ziddinə onun evinə daxil olmuşlar. Ona bədən xəsarəti yetirmişlər. Bu barədə onun şahidi də vardır. Masazır qəsəbəsi Qurtuluş 93 ünvanında onun evi yerləşir. Özünə yaxın olan bir xanımla yaşayır. Daha sonra onlar qızı döyməyə başlamışlar. Qızın da xəstə övladı vardır. Onlara “qızı buraxın və bölməyə gedək, özümüz danışaq” demişdir. Bundan sonra bölməyə getmişlər. Narkotik vasitəni onun boynuna məcburi formada qoymuşlar. Onun evinə bir nəfər şəxs gəlmişdir. Həmin şəxs də polis əməliyyatçılarından biri olmuşdur. Onda bir list alisya dərmanı olmuşdur. Həmin dərmanı bədən ağrıları üçün almışdır. Həmin dərmanı ağrı kəsici məqsədi ilə alıb gətirmişdir. O, hamamlanandan sonra rayona getməli olmuşdur. Hamama girəndə suyu açmış və suyun gəlmədiyini görmüşdür. Hamamdan suyun nə üçün gəlmədiyinə baxmaq üçün çölə çıxanda onun burnunu vuraraq qırmış və evə daxil olmuşlar. Dərmanı götürmüş və 13 qram narkotiki qoymuşlar. Müstəntiq onun şahidini çağırıb əməliyyatçılarla üzləşdirməni həyata keçirməmişdir. Evdən onun pulqabını, avtomobilimin texpasportunu götürmüşlər. Pulqabının içərisindən onun şəxsiyyət vəsiqəsini də götürmüşlər. Həmin şəxsiyyət vəsiqəsini işin içərisinə qoymuşlar. Onun pulqabısı hal-hazırda bölmədədir. Dindirilmə zamanı əməliyyatçılarla üzləşdirmə olanda əməliyyatçının biri olmadığını, digərinin isə olduğunu bildirmişdir. O tutulana qədər narkotik vasitələrindən istifadə etmişdir. O, arabir marixuanadan istifadə etmişdir. Narkotik vasitələrin başqa heç bir növündən istifadə etməmişdir. Metamfetamindən istifadə etməmişdir. Tutulandan dörd ay sonra onu narkotik testinə aparmış və qanından narkotik vasitəsi aşkar etmişlər. 139.1.1-ci maddəsinə münasibətdə ona bəraət vermişlər. 234.1-ci maddəsinə münasibətdə ona yükləmə olmuşdur. ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Onun telefonu istintaq orqanındadır. Onun telefonunda narkotiklə bağlı yazışma olmamışdır. Onun telefonunda narkotik vasitələrin dövriyyəsi ilə bağlı heç bir şey yoxdur. O, ayın doqquzu, gecə saatlarında saxlanılmışdır. Polis əməkdaşları bir saat onun evində olmuşlar. Onu ağ rəngli avtomobillə bölməyə aparmışlar. Onun tanışı alisya dərmanını gətirmişdir. Həmin dərman bir list olmuşdur. O, həmin dərmanı belindəki ağrılara görə istifadə etmişdir. Həmin dərmanı depo apteklərindən maraqlanmışdır. Həmin dərmana qadağa qoymuşlar. Tanış həmin dərmanı tapıb gətirmişdir. Tapan şəxsə, yəni Şahinə bunun müqabilində 100 manat pul vermişdir. Həmin dərman aptekdə 21 manat civarında olmuşdur. Dostu həmin dərmanı tapıb gətirdiyinə görə 100 manat pul vermişdir. Onun özü boru izolyasiyası ustası kimi işləyir. Hardasa 3000 manata yaxın əmək haqqı alır. Ona həbs seçilən zaman narkotikin ona məxsus olmadığını bildirmişdir. Onu vəkilin qarşısında döymüşlər və bu zaman vəkil ona “mən nə edə bilərəm” demişdir. Onun evinə gələn şəxs ev və avtomobilin ona məxsus olduğunu zənn etmişdir. O, polisin onunla pul üçün belə davrandığını düşünmüşdür. Dərmanı onlardan aldığımı söyləməməsi üçün Şahinin özünü də daha sonra Kürdəxanaya yollamışlar. Onun evinə üç nəfər daxil olmuşlar. Birinin adı Kamil, digərinin adı Məhəmmədəli olmuşdur. Üçüncü şəxsin adını bilməmişdir. Avtomobili idarə edən şəxs iclasa şahid qismində gəlmişdir. Onun cibinə narkotik vasitəni Məhəmmədəli qoymuşdur. İnstagram və tiktok sosial şəbəkələrindən ayda ildə bir dəfə istifadə məqsədi ilə narkotik almışdır. Həmin tanımadığı şəxslərə yazaraq və pulunu göndərirmiş. Ona ünvan bildiriləndən sonra ünvandan narkotik vasitəni götürürmüş. O, daimi olaraq narkotik vasitələrin istifadəçisi olmamışdır. Onun işinə düzgün baxmaqlarından ötrü özünə xəsarət yetirmişdir. Onun sağ ayağında damar partlayaraq çöldə qalmışdır. Eyni zamanda sol ayağı da bu cürdür. Ekspertiza təyin olunsa xəsarətlərinin hansı tarixdə yarandığı ortaya çıxacaqdır. Onun qabırğasında da xəsarət vardır. Onun xəsarətləri gizlədilərək yazılmamışdır. Onu xəsarətləri ilə bağlı heç bir yerə aparmamışlar. Abşeronda olarkən onu heç bir yerə aparmamışlar. Heç bir yer onu qəbul etməmişdir. Onun həmin xanımla votsap sosial şəbəkəsində yazışmaları vardır. Həmin xanım harasa gedəndə ondan hara getdiyini soruşmuşdur. Olduğu yeri soruşanda ondan olduğu yerin şəklini atmasını istəmişdir. Şahnaz adlı şəxsi tanıyır. Şahnaz adlı şəxsin anası onun anası ilə ailəvi dostdur. Onun həmin şəxslə heç bir yazışması olmamışdır. O, kiməsə məxsus olan narkotik vasitəni boynuna götürmüşdür. Narkotiki ona yükləmişlər. O, həmin narkotik vasitəni özü üçün götürməyə getmişdir. Evdə baxanda yararsız olduğunu görüb tullamışdır. Həmin videonu elə belə özü üçün çəkmişdir. Narkotik vasitə Şahin adlı şəxsin olmuşdur. Həmin telefon ona məxsus deyil, şahid Muradova Günel Hicran qızına məxsusdur. 13 qram olan narkotik vasitəni götürmüş, amma həmin narkotik vasitə başqa bir şəxsin narkotik vasitəsi olmuşdur. Həmin narkotik vasitə onun öz evindən çıxmışdır. Yəni 13 qramlıq metamfetamin Muradova Günel Hicran qızına məxsus olan evdən çıxmış, amma həmin narkotik vasitə onun özünə məxsus olmamışdır. O, ******* saylı mobil nömrəsindən istifadə etmişdir. Onun telefonunda olan şəkillər ona başqa şəxslər tərəfindən göndərilmiş şəkillər olmuşdur. Ayrı-ayrı yerlərə qoyulmuş və işarələnmiş narkotik vasitələrin hamısı onun alıb istifadə etdikləridir. O, heroindən istifadə etməmişdir. Dörd aydan sonra onu narkolojiyə aparmışlar. İki aydan sonra da həmin baş həkimi yol verdiyi kobud pozuntulara görə işdən çıxarmışlar. Dörd aydan sonra narkolojiyə aparılırsa, onun qanından narkotik vasitəsi çıxmamalı imiş. Ondan narkolojidə heç bir analiz götürülməmişdir. Həkim qollarına baxmış və onunla söhbət etmişdir. Konumlardan ən çox götürdüyü 8-10 qramlıq marixuana olmuşdur. Videogörüntüdə ot kimi görünən narkotik vasitədir. Konuma getmiş, lakin narkotik vasitəni tapa bilməmişdir. Ona “gözlə və yenidən konuma narkotik atdıracağıq” demişdir. Konumdan onları götürmüşdür. Evdə yoxlamış, yararsız çıxdığına görə tullamışdır. O, Şahid1 ilə üzləşdirilmişdir. Onu yaşadığı evdə üç nəfər tərkibdə saxlamışlar. Digər iki şəxs məhkəmə iclasında dindirilsə də, üçüncü şəxsin adını hal-hazırda xatırlamamışdır. Polis əməkdaşları evi dağıdanda həmin şəxs onun qoluna qandal vurandan sonra yanında əyləşmişdir. Ona əl-qol atan şəxs Şahid2 olmuşdur. Digər şəxslər də ona söyüş söymüşlər. Ona qarşı zor tətbiq edilmişdir. Telefonunda olan şəkillər onun ünvanlardan özü üçün götürdüyü və istifadə etdiyi narkotik vasitələrin olduğu yer olmuşdur. Özü kiməsə konum atmamışdır. İranlı ilə onun danışığı çıxmamışdır. Galeriyasında olan şəkillər ona göndərilmiş şəkillərdir. Ona gələn ünvanlardan narkotiki götürərək istifadə etmişdir. O, marixuanadan, alisadan və lirikadan da istifadə etmişdir. Onun bu hallarla bağlı şahidi də vardır. Həmin şahidə təzyiqlər olmasın deyə onu rayona göndərmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu, Şıx Salahlı Ərazi Dairəsi, Şıx Salahlı kəndində qeydiyyatdadır və ünvan 3 ünvanında yaşayır. 10 iyul 2023-cü il tarixdə saat 02:00-da Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, 64 saylı binanın qarşısında 02 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etmişlər. Ona psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demişlər və onu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış etmişlər. Saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılmasının mümkün olmadığını qeyd edib, onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O buna etirazının olmadığını bildirmiş və xidməti avtomobilə əyləşib polis əməkdaşlarının müşayəti ilə Abşeron rayon Polis İdarəsinin inzibati binasına gəlmişdir. Polis İdarəsində ona hüquq və vəzifələri, eyni zamanda üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Vəkilinin olub-olmadığı soruşulmuş.o vəkilinin olmadığını demişdir. O dövlət hesabına müdafiəçi ilə təmin olunmağını istəmiş, ona Abşeron rayon Vəkil Bürosunun vəkillərinin adlı siyahısı təqdim edilmişdir. O dövlət hesabına müdafiəçi dəvət edilməsi üçün müvafiq ərizə yazmışdır. Abşeron rayon Vəkil Bürosunun vəkili X7 gəldikdən sonra ona təqdim edilmişdir. Müdafiəçiyə etirazının olub-olmadığı soruşulmuş, o müdafiəçiyə etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən vəkili-X7 ilə aralarında konfedensial görüşün keçirilməsinə şərait yaradılmışdır. Konfidensial görüşdən sonra müdafiəçinin iştirakı ilə onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Sonra ona üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. O sağ əli ilə əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən içərisində 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin olan “Sobranie” markalı siqaret qutusunu, daha sonra sol əli ilə isə əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Redmi" markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Şifahi sorğu zamanı verilən suala cavab olaraq o təqdim etdiyi kütlənin psixotrop maddə metamfetamin olduğunu, “İnstagram" sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşının tapşırığı ilə 09 iyul 2023-cii il tarixdə saat 23:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən götürdüyünü, 10 iyul 2023-cü il tarixdə saat 02:00da deyəcəyi yerə qoymaq üçün getmək istədikdə tutulduğunu. 01 aya yaxın müddətdir ki, psixotrop maddə metamfetamin istifadə etdiyini, ilk dəfədir ki, deyilən yerdən psixotrop maddə götürdüyünü demişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin qablaşdırılmış və zərfi imzalamışlar. Üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd “Redmi" markalı mobil telefon dayısı- X8 məxsus olmuşdur. O narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ona aidiyyatının olmadığını, üzərinə şəxsi axtarış keçirilən zaman qorxduğu üçün İran İslam Respublikası vətəndaşının göstərişi ilə həmin psixotrop maddə metamfetamini Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi ərazisindən götürdüyünü dediyini bildirmişdir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə verdiyi əlavə ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında qeyri rəsmi münasibətdə kirayə yaşadığı Günel Muradova ilə ünvan 5 ünvanında olarkən fikirləşmişdir ki. Qəbələ rayonunda yaşayan dostugilə qonaq getsin. Belində güclü ağrılar olduğu üçün o, ağrı kəsici dərmanı olan Alisiya adlı tabletkalarından istifadə edir. Həmin gün bir neçə aptekə getmiş, lakin qeyd etdiyi tabletkanı tapa bilməmişdir. Bundan sonra Şahin adlı tanışına zəng vurub sonuncudan xahiş etmişdir ki. ona Alisiya tabletkaları tapsın, Şahin isə ona demişdir ki, onda lirika var. O isə Lirika istəmədiyini, ona Alisiya tabletkalarının lazım olduğunu, nə qədər pul lazımdırsa verəcəyini bildirmişdir. O Şahinlə danışandan sonra Günel ona demişdir ki, Şahini pis işlərlə məşğul olduğu üçün onu evə dəvət etməsin. O isə Günelə demişdir ki, “narahat olma, onu evə dəvət etməyəcəm." O, bir neçə dəqiqə sonra Şahinin onun yaşadığı evin qapısm döydüyünü görmüş və o qapını açanda Şahin ona demişdir ki, “suyun var?" o da sonuncuya içəri keçməsini bildirmişdir. Bundan sonra Şahin içəriyə daxil olmuş və o da sonuncuya su vermişdir. Şahin su içəndən sonra ona Alisiya tabletkalarını vermiş, o da, 100 manat pulu Şahinə vermiş, lakin sonuncu pulu götürməmiş və o mal satan adamları tanıdığı üçün Şahin ondan mal tapmaqda köməklik etməsini xahiş etmişdir. O da heç kimə zəng etməyəcəyini və bu səbəbdən çıxıb getməsini bildirmişdir. Şahin getdikdən təxminən 2 dəqiqə sonra o hamama girib aristonun qoşulması üçün suyu açmış,lakin suyun gəlmədiyini görüb. evin71 qapısını açıb bloka çıxmaq istəyəndə kimsə onun burun nahiyyəsindən güclü yumruq zərbəsi ilə vurmuş və o zərbənin təsirindən arxaya doğru yıxılmışdır, Günel də qorxusundan divanın kənarında ağlamağa başlamışdır. O həmin şəxslərdən kim olduğunu soruşduqda onu vuran şəxslərdən biri polis olduqlarını bildirmişdir. Evə daxil olan şəxslər ona evdə mal olduğunu bildirib, evi axtarmağa başlamışlar, lakin evdə heç bir şey tapmayandan sonra evə daxil olan şəxslərdən biri arxa cibindən bir bükümdə nəsə çıxardıb ona demişdi ki, '‘bu sənin deyil?" O da söyüş söymüşdür ki, onun deyil və cibindən narkotik çıxardan şəxs sarı bəniz uca boylu, keçəl fasonlu saç forması olan şəxs imiş, o demişdir ki, mal onun deyil bundan sonra həmin şəxslər onu döymüşlər və qızın saçından tutaraq demişlər ki, onlar evdə çəkiliş edəcəklər və Günel desin ki, mal onundur. Günel isə demişdir ki, o, belə şərəfsizlik edə bilməz. Bundan sonra onu Abşeron rayon Polis İdarəsinə aparmışlar, orada da onu döymüşlər və onu polis idarəsinə aparan şəxslər demişlər ki, “gedək qızı gətirək.” O da polis əməkdaşlarına demişdir ki. “malı boynuma götürürəm qızla işiniz olmasın.” Bundan sonra onu döyən şəxslər demişlər ki, o video çəkiliş zamanı malı başqa yerə aparmaq üçün Lökbatandan götürdüyünü bildirsə qızla işləri olmayacaqdır. Onun bildiyinə görə Şahin ona onu tutan şəxslərin dərmanını gətirmişdir. Onu Polis İdarəsinə aparandan sonra onun üzərində Alisiya dərmanından başqa heç bir şey olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, təqsirləndirilən şəxsi əməliyyatla bağlı tanıyır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təxminən 2023-cü ilin iyun ayında şəxs onlar tərəfindən saxlanılmışdır. Şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında şəxsin narkotik vasitələrini gəzdirməsi, satışı və istifadə etməsi göstərilmişdir. Şahid2 ilə o, qrupa daxil olmuşdur. Qrupa özü rəhbərlik etmişdir. Şəxs Masazır qəsəbəsi X19 Qurtuluş 93 ünvanında xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində saxlanılmışdır. Şübhəli şəxs qismində idarəyə gətirilmişdir. İdarədə təhqiqatçının xidməti otağında üzərinə baxış zamanı üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şəxsi saxlayarkən ona hər hansı bir təzyiq göstərilməmişdir. Şəxsə onlar xəsarət yetirməmiş və şəxsi narkotiklə yükləməmişlər. Şəxs özünü müdafiə etmək məqsədi ilə yalan ifadə vermişdir. Digər polis əməkdaşının şəxsə təzyiq göstərməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxsi tam olaraq hansı ünvanda saxladıqlarını dəqiq xatırlamamışdır. Şahid2 Tahir oğlu ilə birlikdə şəxsi saxlamışlar. Binanın içərisində saxlamamışlar. Şəxsi həyətdə saxlamışlar. Şəxs barəsində məxfi məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında təxirəsalınmaz tədbir keçirilmişdir. Qeydiyyat işi açılmamışdır. Şəxsi küçədə saxlamışlar. Şəxsin üzərindən başqa nələrin aşkarlandığını hazırda xatırlamamışdır. Onlar şəxsin evinə getməmişlər. Təqsirləndirilən şəxslə üzləşdirilmişdir. Şəxsə məxsus olan hər hansı bir sənədi götürməmişlər. Şəxsin üzərində nə olubsa aidiyyatı üzrə məsul şəxsə təhvil verilmişdir. Onlar şəxsi saxlamaqları ilə bağlı hər hansı bir xanımı görməmiş və hər hansı bir xanıma zor tətbiq etməmişlər. Şəxsi Qurtuluş adlanan ərazinin həyətində saxlamışlar. Üzərindən bir ildən artıq müddət keçdiyinə görə tam olaraq ərazini xatırlamamışdır. O, Şahin adlı şəxsi tanımır. 13 qram narkotik vasitə şəxsin üzərindən aşkar olunmuşdur. Şəxsin dərmanının olub-olmamasından xəbəri olmamışdır. Şəxsi saxlamaqları ilə bağlı olan bütün xırdalıqlar hazırda yadında deyil. Şəxsin pul kisəsi şəxsin üzərində olmuşdur. Onun üzləşdirmə zamanı dediyini, yəqin ki, müstəntiq səhv başa düşmüş və ya müstəntiqin sualını özü səhv başa düşüb başqa cür cavablandırmışdır. Hadisənin üzərindən müddət keçdiyinə görə üzərindən aşkar olunan əşyaları tam dəqiq xatırlamamışdır. Şəxs barəsində əvvəllər əməliyyat məlumatı olmamışdır. Şəxs barəsində təxirə salınmaz tədbir keçirmişlər. Şəxs onlara müqavimət göstərməmişdir. Şəxsi saxlayan zaman tək olmuşdur. Şəxsə zor tədbiq etməmişlər. Şəxs özü könüllü onlarla gəlmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, təqsirləndirilən şəxsi əməliyyatla bağlı tanıyır. Keçiridikləri əməliyyat tədbirindən bir ildən artıq müddət keçdiyinə görə hadisənin detallarını tam dəqiqliklə xatırlaya bilməmişdir. Əməliyyat qrupunda ondan başqa Şahid1 da olmuşdur. Təxminən iyun ya da iyul ayının əvvəlləri, ayın beşindən sonrakı tarixdə olmuşdur. Şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Şahid1 daxil olmuşdur. Masazır ərazisində yerləşən Qurtuluş 93 Kompleksinə getmişlər. Şəxsi həmin ərazidə saxlamışlar. Ondan sonra da idarəyə dəvət etmişlər. Şəxsi saxlayarkən ona qarşı hər hansı bir təzyiq və təsir olmamışdır. Onlar şəxsi saxlayanda şəxs tək və piyada vəziyyətdə olmuşdur. Şəxsi saxlayanda gecə radələri olmuşdur. Daxil olmuş əməliyyat məlumatında şəxsin narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olması, yəni satışla məşğul olması göstərilmişdir. Əməliyyat məlumatı daxil olandan sonra onların hansı tədbirləri görməkləri yadında qalmamışdır. Hadisənin üzərindən il yarım keçmişdir. Daxil olmuş məlumat rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat qrupunda Şahid1 ilə birlikdə özü olmuşdur. Əməliyyat tədbirinin keçirilməsinə dair əməliyyat qeydiyyat işinin açılması onun yadında deyildir. Şəxsi saxlayanda gecə saatları olsa da, dəqiq saatı xatırlamamışdır. Onlar şəxsi saxlayandan dərhal sonra gətirib polis idarəsinə təhvil vermişlər. Şəxsi Masazırdan polis idarəsinə təxminən 20-25 dəqiqəyə gətirmişlər. Masazır ərazisi böyük olsa da, həmin ərazinin idarəyə yaxın tərəfi də vardır. Şəxs saxlanılan ərazidə tək olmuşdur. Günel adlı xanımı tanımır. O, əməliyyatçı olduğu üçün kimisə dindirilməsi üçün çağırmamışdır. Onlar şəxsi evinin yaxınlığında saxlamışlar. Özü səmimi olaraq boynuna almışdır. Çəkiliş zamanı da şəxsin hansı vəziyyətdə olduğu videoçəkiliş diskindəki görüntüdən aydınlaşdırmaq mümkündür. Şəxslə onun arasında polis idarəsində üzləşdirmə olmuşdur. Şəxsin telefonunda narkotiki işarə etməyi ilə bağlı məlumatlar olmuşdur. Həmin telefon da şəxsə məxsus olmuşdur. Şəxsən onu tutanda da özü saxlanıldığı gündən bir gün əvvəl Lökbatan ərazisindən narkotiki götürdüyünü və həmin narkotiki pul qarşılığında iranlının dediyi yerə qoyacağını bildirmişdir. Şəxsin telefonunda 30-a yaxın bu məsələ ilə bağlı şəkillər olmuşdur. Telefon yaddan çıxaraq təhqiqatçıda qalmışdır. Daha sonra həmin telefon müdafiəçiyə təqdim olunmuşdur. Əməliyyat qrupunda iki nəfər olmuşlar. Şəxsin yaşadığı mənzilə onlar girməmişlər. Şəxsin pul qabısı da üzərində olmuşdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Muradova Günel Hicran qızı sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, təqsirləndirilən şəxsi əvvəldən tanıyır. Bir müddət təqsirləndirilən şəxslə birlikdə, vətəndaş nikahında yaşamışlar. 2023-cü ilin yeddici ayında doqquzundan onuna keçən gecə təxminən saat birdə olmuşdur. Ramal dostu Şahinə zəng etmişdir. Ramal qızılca çıxartdığına görə ağrıları olmuşdur. Ramal bir həftə evdə yatmış və heç bir yerə çıxmamışdır. Şahindən “Alisya” adlı dərman istəmişdir. Şahin dərmanı gətirib Ramala vermişdir. Verdiyi dərmanın bir listinin içərisində dörd və ya beş ədəd dərman olmuşdur. Dərmanı verəndən sonra evi tərk etmişdir. Şahin adlı şəxs dərmanı verdiyi gün onun övladı kliniki ölüm keçirmişdir. Eyni zamanda Ramal qızılca olduğuna görə həmin gecə onlar rayona çıxmalı olmuşlar. Ramal hamama girmişdir. Bu zaman özü uşağın yanında qalmışdır. Qonşu mənzilini təmir etdirdiyinə görə su tez-tez kəsilirmiş. Ramal suyu açanda suyun gəlmədiyini görmüşdür. Onu çölə çıxmağa qoymamış, uşağın yanında qalmasini tapşıraraq özü çölə çıxmışdır. Ramal çölə çıxandan sonra özü də qışqırıq səsinə görə uşağın yanından çölə çıxmışdır. Ramal qonaq otağında uzanmış vəziyyətdə və üç nəfər də Ramalın yanında olmuşdur. Ramal qapını açanda Ramalı vurub ora salmışlar. Onun da üstünə qışqıraraq sakitliçiyə riayət edin demişlər. Onların hər ikisinin də qoluna qandal vurmuşlar. İkisini də yan-yana qoyaraq şəkillərini çəkmişlər. Digərlərinə nisbətən hündürboy olan əməliyyatçı onlarla “belədə ki, 50 kiloqramdır sözünüz var” tərzdə danışmışdır. O da həmin vaxt ağlamışdır. Ramal da onlara “daha özünüz hər şeyi edib və gəlmisiz daha nə sözüm ola bilər ki” demişdir. Ondan sonra onların qollarında olan qandalları açmışlar. Uşağın yanında onu vurmuşlar. Uşağında göyərmələr olmuşdur. Ona cibindən narkotik bükümlərini çıxardaraq “videoçəkilişdə bu bükümlərin Ramala məxsus olduğunu deyərsən” deyəndə o, heç bir zaman belə bir şeyi deməyəcəyini bildirmişdir. Bu sözündən sonra ona “get hazırlaş sən də bizimlə gedirsən” demişdir. O, uşağı ağlayaağlaya geyindirəndə ona “uşağı hara aparırsan?” demişdir. Onlara özündən başqa evdə uşağa baxacaq kimsənin olmadığını demişdir. Sonra həmin əməliyyatçı onun yanından ayrılmış, digər əməliyyatçı ilə aralarında nə isə danışmış və onun yanına gələrək “sən bizimlə getmirsən” demişdir. Ramala onunla hədələmişlər. Ramal onlara “gedək hər şeyi boynuma götürəcəm. Xanımla işiniz olmasın” demişdir. Yanlarında gələn bir şəxs stolun üzərində olan kartlarının hamısını götürüb aparmışdır. Abşerondan onu çağırdıqlarında ikinci dəfə ifadə vermək üçün müstəntiqin yanına getmişdir. Müstəntiq ona öz əlyazması ilə ifadəsini yazmağa icazə verməmişdir. Bir nəfər şəxs oturmuşdu və kompüter vasitəsi ilə yazmışdır. Ona ifadəsini də oxumağa icazə verməmişlər. Ona “Polis adam döymür”, “Sənin özünü də aparmalı idilər“ tərzdə təzyiq etmişlər. İkinci dəfə ifadə vermək istəyəndə onu əvvəlcə bazar gününə saxlamış, lakin daha sonra dindirməmişlər. Ondan sonra onun dediklərinin oraya yazılmadığını bilmişdir. Ondan sonra Ramalın vəkilinə müraciət edərək ifadə verən zaman dediklərini yazılı surətdə vəkilə təqdim etmişdir. Evə daxil olan şəxslər onlara fiziki zor tədbiq etmişlər. Ramala təpik və yumruq vurmuşlar. Ramal qapını açanda ona necə vurmuşdurlarsa Ramal zərbənin təsiri nəticəsində qonaq otağına düşmüşdür. Şəxsən onu söyüşlərlə təhqir etmiş və şillə vurmuşlar. Zərbədən sonra uşağın üzərinə yıxılmış və nəticədə uşaqda göyərmələr olmuşdur. Ramalla onun səkkiz və ya doqquz aylıq münasibəti olmuşdur. Ramal bir neçə ay rayonda işlədiyinə görə ayda bir və ya iki dəfə evə gəlmişdir. Son üç ayda Ramalın iş yeri bağlandığına görə onlar bir yerdə yaşamışlar. Ramalın narkotik vasitələrindən istifadə etməsindən xəbəri olmamışdır. Onun özü narkotik vasitələrindən istifadə etməmişdir. O, ekspertizaya aparılmamışdır. Ramal həmin vaxtı qızılca çıxardığına görə ağrıları olmuşdur. Alisa adlı dərmanı o, ağrıkəsici dərman kimi bilmişdir. Onun bacısı xəstəxanada işlədiyi zaman oradakı əməliyyata girəcək şəxslərə bu dərmandan verirmişlər. O, Şahin adlı şəxsi bir və ya iki dəfə görmüşdür. Şahini şəxsən tanımamış və həmin şəxslə Ramalın necə bir münasibətinin olmasını bilməmişdir. Ramal taksidə işlədiyinə görə Şahin adlı şəxsi müştərisi kimi tanımışdır. Uşağın atası Ramal deyil. Ramaldan əvvəl ailəli olmuşdur. Övladı xəstə olduğuna görə uşağın atası uşağı istəməmişdir. Ramalın saxlanılması zamanı həm ağrıları, həm də qızdırması olmuşdur. Elə alt geyimində qapıdan suyu açmaq üçün çıxdığı zaman polis əməkdaşları Ramalı saxlamışdır. O, polis əməkdaşlarından Ramalı nə üçün döydüklərini soruşmamışdır. Qapıdan içəri girdiklərindən sonra onların əllərini bağlamış və narkotikin harada olmasını soruşmuşlar. Onalrın evini pis gününə qoymuş və evdə heç bir şey tapmamışlar. Boyca hündür olan əməliyyatçı narkotiki cibindən özü çıxarmışdır. Bükümün nə boyda olması onun yadında deyil. Alisa adlı dərman stolun üzərində olmuş və onlar da həmin dərmanı götürmüşlər. Evdə olanda Ramalın böyrünə və başına zərbələr vurmuşlar. Neçə dəfə vurduqlarını bilməmişdir. Ramala təzyiq göstəriklərini görmüşdür. Ciddi bir formada Ramalı döymüşlər. Heç ayaqlarına corab geyinməsinə belə icazə verməmişlər. Ramala çox pis xəsarətlər yetirmişlər. Ramalın bədənində xəsarətlərin nə üçün qalmadığını bilməmişdir. Əlavə şahid qismində dindirilmiş Muradova Günel Hicran qızının ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşırılmışdır. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəllərində Təqsirləndirilən şəxslə tanış olmuş və bir-birilərini başa düşdükləri üçün birlikdə yaşamağa qərar vermişlər. Daha sonra Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Qurtuluş 93» yaşayış kompleksi, ev 64, mənzil 11 ünvanında yerləşən mənzili kirayə tutaraq orada yaşamağa davam etmişlər. 09 iyul 2023-cü il tarixdə saat 23 radələrində yaşadıqları mənzilə Təqsirləndirilən şəxs tanışı Şahin adlı şəxs gəlmiş və Təqsirləndirilən şəxs ona məlum olmayan, ağrı kəsici kimi bildiyi dərman gətirmişdir. Onlar mənzilin girişində bir qədər söhbət etdikdən sonra Şahin çıxıb getmişdir. Daha sonra Təqsirləndirilən şəxs yuyunmaq məqsədi ilə mənzilin vanna otağına keçmiş, lakin su gəlmədiyi üçün vanna otağından çıxmışdır. Ondan suyun kəsilməsinin səbəbini soruşduqda o, həyətə çıxıb su krantlarına baxış keçirmək istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onu çıxmağa qoymamış və özü mənzildən çıxmışdır. Həmin zaman özü evin uşaq otağında olmuşdur. Həmin vaxt padyezdən səs-küy gəldiyi üçün uşaq otağından mənzilin dəhlizinə çıxdıqda Təqsirləndirilən şəxslə birlikdə mənzilə bir neçə nəfər polis əməkdaşlarının gəldiyini görmüşdür. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələrin dövriyyəsi ilə məşğul olmasından şübhəli olduğundan gəldiklərini bildirmişlər. Bundan sonra həmin polislər onların razılığı ilə mənzilə baxış keçirmiş və mənzildə hər-hansı bir narkotik tərkibli maddələr və qanunsuz əşya aşkar etmədikdən sonra Təqsirləndirilən şəxs aparmışlar. Onların yaşadığı mənzildə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini görməmişdir. Bəlkə də onu polisə apardıqdan sonra döymüşlər. Onun yanında Təqsirləndirilən şəxs hər-hansı bir şəxsin vurmasını görməmişdir. Təqsirləndirilən şəxslə Şahin mənzilin giriş qapısının ağzında söhbət edən zaman onların yanında olmamış, Şahinin konkret olaraq nə gətirməsini və Ramalın ona pul veribverməməsini görməmişdir. O, Təqsirləndirilən şəxs üzərindən narkotik tərkibli maddənin çıxdığını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1998-ci ildə Rusiya Federasiyası Tümen Vilayətində anadan olmuş, Sabirabad rayonu, Şıx Salahlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi bina 64 ev 11-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, masazır qəsəbəsində psixotrop maddə olan metamfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1998-ci ildə Rusiya Federasiyası Tümen Vilayətində anadan olmuş, Sabirabad rayonu, Şıx Salahlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi bina 64 ev 11-də yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 iyul 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı diskdən görünür ki, Abşeron RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Abşeron rayon vəkil bürosunun vəkili X5 iştirakı ilə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Nurlan Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı Nurlan Məmmədov tərəfindən təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd üzərində “Sobranie” sözləri yazılmış siqaret qutusunu çıxarıb təqdim edərək təhqiqatçı tərəfindən həmin siqaret qutusuna baxış keçirilən zaman içərisindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildi. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zaman yolda saxlanılaraq Abşeron RPİ-nə gətirildiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşının göstərişinə əsasən pul müqabilində 09 iyul 2023-cü il tarixdə saat 21 radələrində götürdüyünü, 10 iyul 2023-cü il tarixdə saat 02 radələrində digər ünvana qoymaq üçün aparan zaman saxlanıldığını,təxminən 1 ay müddətdir ki, psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Bundan başqa o, saxlanılan zaman, eləcə də, polis idarəsinə gətirildikdə və gətirildikdən sonra hər hansı bir təzyiqə məruz qalmadığını, vəkilin ünvanlandığı suala əsasən göstərdiyi xüsusatları səmimi olaraq qeyd etdiyini, üzərindən aşkar edilən mobil telefonun isə özünə məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Redmi" markalı mobil telefonun SMS, MMS mesajlarının göndərildiyi və daxil olduğu ‘'Mesajlar" bölməsinə, “Telefon" bölməsinə, şəkil və videofaylların saxlanıldığı “Qalereya" bölməsinə, mobil nömrələrin qeyd edildiyi “Kontaktlar" menyusuna, həmçinin istifadə edilən “Whatsapp" sosial şəbəkəsinə və digər bölmələrə baxış keçirildi. Qalereya" bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs mobil telefonunda narkotik vasitə və ya psixotrop maddə olması ehtimal edilən maddələri deyilən ünvanlara çatdırdıqdan sonra həmin ünvanları izah etmək üçün çəkilmiş şəkillər, bundan başqa həmin telefonun qalereyasında Təqsirləndirilən şəxs bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni nümayiş etdirən videogöriintüsü əks olunmuşdur. Mobil telefona quraşdırılmış “Whatsapp" sosial şəbəkəsinə daxil olunduqda isə “Birdənəm" adı ilə qeyd edilmiş şəxs- yəni Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətə olmaqla birlikdə yaşadığı Muradova Günel Hicran qızı ilə Təqsirləndirilən şəxs arasında adı çəkilən sosial şəbəkədə mütəmadi olaraq mesajlaşdığı və həmin şəxs ilə aralarında mıitəmadi olaraq narkotik vasitə və ya psixotrop maddə olması ehtimal edilən maddələri deyilən ünvanlara çatdırdıqdan sonra həmin ünvanları izah etmək üçün şəkillərini çəkib bir-birlərinə göndərdikləri müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs “Şahnaz" adı ilə qeyd edilmiş şəxsə narkotik vasitənin satışını həyata keçirmək barədə təklif mesajları yazıdığı müəyyən edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 10 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3726 nömrəli rəyindən görünür ki, bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 13,712 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: mctamfetaminin təmiz çəkisi -13.712 qram-tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq -13,662 qram "Məhkəmə-Tibbi Ekspertizası və Pataloji anatomiya birliyi" X21n xx.xx.2023-cü il tarixli 1405 saylı rəyində göstərilmişdir ki. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 dair 24 oktyabr 2023-cü il tarixli 6961 nömrəli rəydən görünür ki. Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” X21 Ambulator məhkəmə psixiatrik ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 2966 nömrəli rəydən görünür ki. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin taktiki xarakterini və ictimai ləhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-27/2022 saylı hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 06 (altı) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmış və ona qəti olaraq 06 (altı) ay müddət azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdə Təqsirləndirilən şəxs həbsdə qaldığı 06 (altı) ay müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 02.03,2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 139-1.1 və 234.1 -ci maddələri ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun 06 ay həbsdə saxlama müddəti nəzərə alınaraq cəzası çəkilmiş hesab edilmişdir. Abşeron rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşunas X11 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs fiziki təzyiqə məruz qalması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İsitntaq Təcridxanasından verilmiş məktuba əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İsitntaq Təcridxanasına daxil olmuş və müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, sol saidin ön səthində çox saylı, sağ qalça çüxuru nahiyyəsində bir ədəd çapıq toxuma müşahidə edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-517/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Abşeron RPİ-nə xx.xx.1998-ci ildə Rusiya Federasiyası Tümen Vilayətində anadan olmuş, Sabirabad rayonu, Şıx Salahlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi bina 64 ev 11-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, masazır qəsəbəsində psixotrop maddə olan metamfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd üzərində “Sobranie” sözləri yazılmış siqaret qutusunu təqdim etmiş və həmin siqaret qutusuna baxış keçirilən zaman içərisindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra həmin psixotrop maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ona qarşı verilmiş ittihamı qəbul etməmiş, satış məqsədilə əldə etməkdə ittiham olunduğu metanfetaminin ona məxsus olmadığını və ibtidai istintaq zamanı ona fiziki və psixi təsir göstərildiyi üçün şəxsi axtarış zamanı həmin psixotrop maddənin ona məxsus olduğunu bildirdiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində əvvəlcə onda yalnız “Alisiya” adlı dərmanın olduğunu bildirmiş, lakin məhkəmə istintaqının sonrakı mərhələlərində onda həqiqətəndə ittihamda göstərilən psixotrop maddə metanfetaminin olduğunu lakin həmin həmin metanfetaminin ona yox başqa şəxsə məxsus olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını bildirsə də, cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının rəyinə əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxsin bədəni üzərində heç bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin saxlanıldığı Bakı İstintaq Təcridxanasından verilmiş məktuba əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. Halbuki təqsirləndirilən şəxsin və onunla yaxın münasibətlərdə olan şahid Muradova Günel Hicran qızının bildirdiklərini nəzərə alsaq təqsirləndirilən şəxsin bədəni üzərində xəsarətlərin olmaması mümkün deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin fiziki təzyiqə və təsirə məruz qalması faktı üzrə Abşeron rayon Prokurorluğunda da araşdırma aparılmış və həmin fakt öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs psixi təsirə məruz qaldığını bildirsə də bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa müdafiə tərəfi məhkəmə istintaqı müddətində təqisirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmadığını və onun yalnız narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişlər. Həmçinin təqsirləndirilən şəxs telefonunda narkotik vasitələrin dövriyyəsinə dair aşkar edilmiş məlumatların məhz onun özünün əldə etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Lakin təqsirləndirilən şəxsin telefonunda olan məlumatlara baxdıqda müəyyən olunur ki, telefonda narkotik vasitələrin yerləşdirildiyi müxtəlif məkanlara dair şəkillərin bir çox hissəsi eyni günə aid olan müxtəlif vaxtlarda çəkilmiş şəkillərdir. Özü üçün narkotik vasitə əldə məqsədi olan şəxsin eyni gündə müxtəlif saatlarda müxtəlif məkanlardan narkotik vasitəni əldə etməsi ağlabatan deyildir. Əksinə məhkəmə təqisləndirilən şəxsin telefonunda narkotik vasitələrin dövriyyəsinə dəlalət edən məlumatların həcmini nəzərə alaraq qeyd edir ki, həmin məlumatlar təqsirləndirilən Təqsirləndirilən şəxs məhz narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən birbaşa sübutlardır. Budan başqa məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Muradova Günel Hicran qızı təqsirləndirilən Təqsirləndirilən şəxs yaxın münasibətlərdə olduğu vətəndaş nikahında birgə yaşadığı şəxsdir. Məhkəmə həmin şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini məhkəmə istintaqı zamanı araşdırılımış sübutlarla qarşılıqlı şəkildə müqayisə edərək hesab edir ki, həmin şahid məhz təqsirləndirilən şəxsin yaxın münasibətdə olduğu şəxs olduğundan onun mövqeyini müdafiə etmək məqsədilə onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə həmçinin qeyd olunan qənaətini onunla əsaslandırır ki, cinayət işində olan mobi ltelefona baxış keçirilməsinə dair protokola əsasən müəyyən edilmişdir ki, mobil telefona quraşdırılmış “Whatsapp" sosial şəbəkəsinə daxil olunduqda “Birdənəm" adı ilə qeyd edilmiş şəxs- yəni Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətə olmaqla birlikdə yaşadığı Muradova Günel Hicran qızının, Təqsirləndirilən şəxs ilə adı çəkilən sosial şəbəkədə mütəmadi olaraq mesajlaşdığı və həmin şəxs ilə aralarında mütəmadi olaraq narkotik vasitə və ya psixotrop maddə olması ehtimal edilən maddələri deyilən ünvanlara çatdırdıqdan sonra həmin ünvanları izah etmək üçün şəkillərini çəkib bir-birlərinə göndərdikləri müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidia istintaq zamanı və məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi sayılır. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-27/2022 saylı hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 06 (altı) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmış və ona qəti olaraq 06 (altı) ay müddət azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilmədən və götürülmədən yenidən cinayət törətmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 18.1-ci maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə məhkum olunsa da məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi, onun təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-517/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 10 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 65 (altımış beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınıb, Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş qalıq çəkisi 13,662 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd "Redmi" markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı və 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını сiddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 65 (altımış beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınıb, Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş qalıq çəkisi 13,662 qram psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd "Redmi" markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın və 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar