Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-563/2024 22.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Səfərəlibəyov küçəsi, ev-2A, mənzil-6-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, daşımış və gəzdirmişdir. Belə ki, o, internet vasitəsi ilə tanış olduğu, şəxsiyyəti müəyyən edilməmiş özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə edib ona göndərdiyi küllli miqdarda narkotik vasitələri qazanc müqabilində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, 16 avqust 2023-cü il tarixdə bir qrup şəxs halında həmin İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində, Mehdiabad- Məmmədli yolunda işıq transformatorunun yaxınlığına qoyduğu, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na (Siyahı) daxil olan, 01 ədəd ağ rəngli selofanın içərisində, üzəri şəffaf yapışqanlı lentlə sarılmış 01 ədəd qara rəngli sellofan bükümdə, 1006,5 qram çəkidə, külli miqdarda narkotik vasitə heroini götürərək satış məqsədi ilə qanunsuz əldə edib, üzərində olan qara rəngli əl çantasının içərisinə qoyaraq daşımış və saxlamış, 16 avqust 2023-cü il tarixdə saat 20:55-də Abşeron rayon Polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Linkoil” yanacaqdoldurma məntəqəsi yaxınlığında saxlanılaraq Mehdiabad Polis bölməsinə gətirilmiş və həmin gün saat 21:50-dən 21:56ya kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli əl çantasının içərisindən həmin bir ədəd ağ rəngli selofanın içərisində olan, üzəri şəffaf yapışqanlı lentlə sarılmış, 1 ədəd qara rəngli sellofan bükümdə 1006,5 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bildiyini qeyd edərək göstərdi ki, o, bir neçə ildir ki, narkotik qəbul edir. Pulu olmadığına görə tutulan ərəfədə narkotik əldə edib istifadə edə bilməmiş və buna görə də, özünü pis hiss etməyə başlamışdır. Narkotik əldə etmək üçün o, ağrılarını kəsmək üçün metodon həbləri əldə etmək üçün “İnstagram” sosial şəbəkəsində narkotik satan şəxsləri axtarmağa başlamış və nömrələrini götürüb “Vatsap” sosial şəbəkəsi vasitəsilə yazışaraq bir qədər narkotik istəyərək yaxşı olacağı halda alacağını bildirmişdir. İlk əvvəl ondan pul istənildiyi üçün o, narkotik əldə edə bilməsə də, iki gün sonra bir nəfər ona yazaraq təcili onunla əlaqə saxlamaq istədiyini demişdir. Bundan sonra o, həmin şəxsə zəng edərək danışmış, bu şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etməklə, ona Mehdiabad-Digah yolunda “Linkoil” yanacaqdoldurma stansiyası yaxınlığına narkotik vasitəni qoyduğu bildirilərək, götürmək təklif etmiş və o, da, razılaşıb, məsafəni nəzərə alaraq götürmək üçün 40 dəqiqə tələb olunduğunu bildirmişdir. Bundan sonra ona qeyd edilən yerdə olan transformatorun arxasında olan təkəri və üstünə qoyulmuş bağlama şəkili göndərilmişdir. Bu zaman o, bağlamnın ölçüsünün bir qədər böyük olduğunu görsə də, cəmi iki gün ərzində yazışdığı bir şəxsin onu tanımadan bu qədər narkotik verməyəcəyini, içərisində başqa bir şeyin olduğunu düşünsə də, həmin yerə getmişdir. O, bağlamanı müəyyən edib götürmək istədikdə bir tanımadığı oğlan gələrək onun əlindən bağlamanı almaq istəsə də, o narkotikin pulunun onun üstündə qalacağını ehtimal edib verməmiş və qaçaraq oradan uzaqlaşmışdır. Oradan qısa məsafədə aralaşan kimi polis əməkdaşları onu saxlamışlar. O, polislərə çantasında narkotik olduğunu və öz istifadəsi üçün götürdüyünü etiraf etmişdir. Bundan sonra o, polis bölməsinə aparılmış və orada vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərək çantasından bağlama çıxarılmış və çəkisinin 1 kq-dan artıq olduğu müəyyənləşmişdir. Bununla belə, polis əməkdaşları narkotikin bu qədər olduğunu bilərəkdən götürdüyünə dair etiraf edəcəyi halda 48 saatdan sonra buraxılacağını bildirmiş və o, aldanaraq etirafedici ifadə vermişdir. Halbuki götürərkən o, bağlamada bu çəkidə narkotik vasitənin olduğunu bilməmişdir. Bundan əlavə o, əlavə etmişdir ki, saxlanılarkən əılində olan mobil telefonu yerə düşmüş, polis əməkdaşı telefonunu götürsə də, iş materiallarına əlavə etməmişdir. Məhəmə təqsirıəndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq onun ifadəsində göstərdiyi və ona qarşı irəli sürülmüş ittihamı şübhə altına alacaq xüsusatların həqiqətə uyğun olmadığı və özünü müdafiə xarakterli olduğu qənaətinə gəlir. Belə ki, onun ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəməyədək icraat zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, şəxsi müayinəsinə, telefonuna və telefon məlumatlarına baxış keçirilməsi, habelə ekspert rəyləri və digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, təxminən 6 ilə yaxındır, narkotik vasitə olan heroin istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “Patı_kola_m40” adlı profil səhifəsində tanış olduğu, lakin adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə əlaqə qurmuşdur. Həmin şəxslə istifadəsində olan ***-***- **-** nömrəli mobil telefon nömrənin watsapp tətbiqi vasitəsi ilə danışdıqda isə özünə narkotik vasitə heroin göndərməsini istəmişdir. Həmin şəxs isə pul göndərə bilmədiyi üçün ona narkotik vasitə göndərməmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olarkən isə həmin adını bilmədiyi İran İslam Respublikası vətəndaşı hal-hazırda xatırlamadığı xarici ölkələrdən birinə aid olan mobil telefon nömrəsi ilə onun mobil telefon nömrəsinin watsapp tətbiqinə yazaraq əlaqə yaratmışdır. O, həmin şəxslə danışarkən isə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində ona məxsus olan narkotik vasitəni götürə bilmək imkanının olub-olmamasını soruşmuşdur. O da, həmin narkotik vasitəni götürməyə razılaşmışdır. Bundan sonra həmin şəxs “Vatsap” tətbiqi ilə ona bir ünvan göndərmişdir. O, dərhal taksi sifariş verib, bu məqsədlə mesajda göstərilmiş ünvana - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Məmmədli yolunun üstündə yerləşən transformatorun olduğu yerə getmişdir. Mobil telefonu Vifi şəbəkəsindən uzaqlaşdığı üçün isə digər mesajlarını görməmiş və nə məqsədlə ona həmin narkotik vasitənin yerləşdiyi məkan paylaşımı göndərməsinin səbəbini bilməmişdir. Göndərilmiş ünvanda yerləşən transformatorun arxa tərəfinə qoyulmuş 1 ədəd ağ rəngli sellofanın içərisində olan, üzəri şəffaf yapışqanlı lentlə sarılmış, 1 ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə heroini tapıb götürmüşdür. Həmin narkotik vasitəni götürüb özü ilə apardığı qara rəngli əl çantasının içərisinə qoymuşdur. Uzaqlaşmaq məqsədi ilə iti addımlarla Abşeron rayonu, Mehdiabad-Məmmədli yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində “Linkoil” yanacaqdoldurma istiqamətində qaçarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt o, üzərində narkotik vasitə olduğunu dedikdə həmin şəxslər onu Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişlər. O da, etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra aralarında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkilişlə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da, etirazının olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O, əlində olan 1 ədəd qara rəngli çantanın içərisinə qoyduğu, ağ rəngli selofanın içərisində olan, üzəri şəffaf yapışqanlı lentlə sarılmış, 1 ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə heroini, həmçinin üzərində olan mobil telefonu təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi sellofan bükümə baxış keçirilmişdir. Baxış zamanı bir ədəd qara rəngli sellofan bükümdə qəhvəyi rəngli, toz formalı olan narkotik vasitə heroin akşar edilmişdir. Bundan sonra üzərində Mehdiabad polis bölməsinin əməkdaşı Şahid4 tərəfindən şəxsi axtarış davam etdirilmiş və başqa heç bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə heroin qablaşdırılaraq möhürlə möhürlənib üzəri iştirakçılar və onun tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan, adını bilmədiyi şəxsin telefonuna göndərdiyi ünvan əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Məmmədli yolunun üstündə yerləşən transformatorun arxasından götürüb özü ilə apardığı qara rəngli çantanın içərisində qoyub saxlamışdır. Daha sonra polislər bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzasıyla təsdiq etmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş ümumilikdə 1 ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan, adını bilmədiyi şəxsin mobil telefonuna göndərdiyi ünvan əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Məmmədli yolunun üstündə yerləşən transformatorun arxasından götürmüşdür. İran vətəndaşının hansı məqsədlə həmin narkotik vasitəni məhs onun götürməyini istəməsini bilməmişdir. Onun məqsədi isə həmin narkotik vasitəni götürdükdən sonra həmin şəxslə əlaqəni kəsmək və özü istifadə etmək olmuşdur. O, həmin şəxslə ilk dəfə xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində əlaqə saxlamışdır. Həmin şəxslə mobil telefonunda olan Whatsapp tətbiqi vasitəsi ilə əlaqəni davam etdirmişdir. Həmin narkotik vasitə heroini əldə etməyi barədə heç kimin məlumatı olmamışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlanılan zaman, polis bölməsinə gətirilən zaman və polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və psixi təsir göstərilməmişdir. Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin inzibati binasında vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzəri yoxlanılmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi olmadan əldə etməsindən başqa məhkəmədə göstərdiyi özünü müdafiə xarakterli xüsusatları istər ilkin, istərsə də, sonrakı ifadərində və məhkəməyədək icraat zamanı digər prosessual hərəkətlərin aparıldığı zaman, o cümlədən məhkəmə nəzarəti qaydasında keçrilmiş məhkəmə iclasında göstərməmişdir. Bundan əlavə məhkəmə iclasında şahid qismində ifadə verərək Abşeron rayon Polis idarəsinin Mehdiabad Polis bölməsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitələri üzərində daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Özü və əməliyyat qrupunun digər iştirakçıları Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Linkoil” yanacaq doldurma məntəqəsinin qarşısında olan zaman orada piyada şəkildə dayanan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra onlar Ülkərə üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçisinin iştirakı ilə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs qara rəngli çantanı təqdim edərək içərisindəki ağ sellofana bükülmüş bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Ülkər həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Məhkəmədə baxışı zamanı Abşeron RPİ, Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 şahid Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş şahidlər həmin polis bölməsinin əməkdaşları Şahid1 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrindən görünür ki, onlar da, ittihama uyğun ifadə verərək, digər şahidlərin göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 17 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4408 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №236” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bağlamada olan maddə (ima) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1006,5 qram (1 kq 6,5qrm) qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 1006,5 qram təşkil edir. Tədqiqatdan sonra qalıq 1006,3 qramdır. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsinin məhkəmə-narkoloji ekspertizasının 05 fevral 2024-cü il tarixli, 740 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarı və götürmə aparılması haqqında” protokoldan, ona əlavə edilmiş DVD diskdə olan videogörüntüdən və xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilən şəxs axtarış zamanı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əlindəki olan qara rəngli əl çantasının içərisindən həmin bir ədəd ağ rəngli selofanın içərisində olan, üzəri şəffaf yapışqanlı lentlə sarılmış, 1 ədəd qara rəngli sellofan bükümdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 1006,3 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmalı və məsul saxlanış üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyar Statistik-informasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Beləliklə, məhkəmə sadalanan sübutları təhlil edib, məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, işin mübahisəsiz halı, ondan ibarətdir ki, Təqsirləndirilən şəxs internet vasitəsi ilə tanış olduğu, şəxsiyyəti müəyyən edilməmiş özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə edib ona göndərdiyi küllli miqdarda narkotik vasitələri 16 avqust 2023-cü il tarixdə bir qrup şəxs halında həmin İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən şəxsin Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində, Mehdiabad-Məmmədli yolunda işıq transformatorunun yaxınlığına qoyduğu, 01 ədəd ağ rəngli selofanın içərisində, üzəri şəffaf yapışqanlı lentlə sarılmış 01 ədəd qara rəngli sellofan bükümdə 1006,5 qram çəkidə külli miqdarda narkotik vasitə heroini götürərək qanunsuz əldə edib üzərində olan qara rəngli əl çantasının içərisinə qoyaraq daşımış və saxlamış, 16 avqust 2023-cü il tarixdə saat 20:55-də Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Linkoil” yanacaqdoldurma məntəqəsi yaxınlığında saxlanılaraq Mehdiabad polis bölməsinə gətirilmiş və həmin gün saat 21:50-dən 21:56-ya kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli əl çantasının içərisindən həmin bir ədəd ağ rəngli selofanın içərisində olan, üzəri şəffaf yapışqanlı lentlə sarımış, 1 ədəd qara rəngli sellofan bükümdə 1006,5 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə bunları ona görə işin mübahisəsiz halları kimi qəbul edir ki, bu hallar iş üzrə təədqiq olunmuş sübutlar məcmusu ilə tam təsdiq olunaqla yanaşı, təqsirləndirilən şəxs tərəfindən də, mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda yalnız bu hərəkətləri qazanc müqabilində həmin narkotik vasitənin satışını həyata keçirmək məqsədinə dair ittihamda göstərdiyi xüsusatı, habelə, bağlamada bu qədər böyük həcmdə narkotik vasitə olacağını əvvəlcədən bilməsinə dair ehtimalı mübahisələrndirmişdir ki, bu da, bir tərəfdən narkotik vasitənin həcminin böyüklüyü, yəni təqsirləndirilən şəxsin bir dəfə istifadə etmək üçün axtardığı həcmdən müqayisə olunmacacaq qədər artıq olması, hebelə ilk görünüşü və əlinə götürdüyü zaman həcm və çəkisi ilə kəskin surətdə fərqlənməsinə baxmayaraq, götürüb daşıması onun məhkəmədəki mübahisələndirməsinin əsassız olduğuna dəlalət edir. Bununla yanaşı, təqsirləndirilən şəxsin içərisində narkotik vasitə - heroin olan bağlamanı götürərkən bir nəfər şəxsin ona yaxınlaşaraq əlindən bağlamanı almağa çalışmasına dair xüsusat, bu halın baş vermiş olacağı halda belə, bağlamanı şüurlu surətdə - qəsdən götürməsi və daşımasını istisna etməyən haldır, digər tərəfdən isə məhkəməyədək icraat zamanı bir dəfə olsun bunu deməməsi bu halın da, təqsirləndirilən şəxs tərəfindən uydurulduğunu göstərir. Bundan əlavə təqsirləndiriln şəxs saxlanılarkən onun üzərində mobil telefonun olması və polis əməkdaşı tərəfindən götürülərək işə əlavə edilmədiyini qeyd etmişdir ki, məhkəmə bu halın baş verməsi təsdiq olunacağı halda belə işin mahiyyətinə təsir etməyən bir hal kimi qəbul edir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri işin faktiki halları, habelə yuxarıda göstərilən sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam sübut olunmuş və ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, onun əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilmişdir. Belə olan halda təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağının olmasıdır, cəzasını ağırlaşdıran hal isə müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azalıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, CPM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin olunmalıdır. Maddi sübutlarla bağlı məhkəmə məsələni həll edərkən belə nəticəyə gəlir ki, Abşeron RPİ-də saxlanılan 1 ədəd bükümdə 1006,3 qram çəkidə heroin əldə edildiyi mənbəyə dair ayrılmış cinayət işinin materiallarına əlavə edilməklə saxlanılmalı, iş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə müsadirə olunması təklif edilən alət və ya vasitə yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Abşeron rayon Polis İdarəsində saxlanılan 1006,3 qram narkotik vasitə heroin məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsn. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-563/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-563/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver