Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-564/2024 16.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X7 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X14 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi – X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 09 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni xuliqanlıq niyyəti, xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan azad olunmasına baxmayaraq məhkumluğu ödənmədiyi və götürülmədiyi halda 01 noyabr 2023-cü il tarixdə saat 17:00 radələrində Xudat-Nabran avtomobil yolunun Xudat şəhərindən keçən hissəsində avtomobil körpüsünün sağ kənarından Xaçmaz şəhəri istiqamətində 400 metr məsafədə yerləşən metal vaqonun yaxınlığında tanışı Zərərçəkmiş şəxs ondan yeyəcəyi və sonradan ətlərini satacağı şəxslərin adlı siyahısını tələb etməsindən imtina etdiyinə görə aralarında yaranmış mübahisəni bəhanə edərək heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini zərərçəkmiş şəxsin fövqündə qoyub xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə sonuncunu yerə yıxıb sifət nahiyəsinə qəsdən bir neçə dəfə yumruq və təpik zərbələri vurduqdan sonra üzərində gəzdirdiyi ümumi uzunluğu 145 mm olan, soyuq silah hesab edilməyən məişət təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsinə qəsdən 02 dəfə zərbə vurmuş, habelə xüsusi əzab və işgəncə verdiyini dərk edib bunu arzulayaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə cinayətkar əməlini başa çatdırmaq üçün hadisə yerində olan mişar daşını dəfələrlə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vurub sonuncuya “boyun nahiyəsinin kəsilmiş yaralan” kimi sağlamlığa yüngül zərər vuran, “baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşayiət olunmuş alın, təpə, ənsə, burun ucunun qançırları, alının, alt dodağının, sol tərəf sifətinin və sol qulaq seyvanının cırılmış-didilmiş yaraları” kimi sağlamlığa ağır xəsarət yetirərək baş-beyin toxuma və mədəciklərinə, onların qişası altına qansızma nəticəsində Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə baş verən günü dostu Salamatla görüşmüş, onunla birlikdə şərab almış, daha sonra Salamat qalan pulla şörək almaq üçün getmişdir. O, Salamatı gözləyəndə Zərərçəkmiş şəxs əlində bir butulka çaxırla ona yaxınlaşmış, onlar bir yerdə çaxır içib, bir müddət söhbət etmişdirlər. Bir az sonra o, getmək istyəndə Zərərçəkmiş şəxs onu arxadan səsləmiş və onunla söhbəti olduğunu bildirmişdir. Onlar bir müddət də söhbət etdikdən sonra Zərərçəkmiş şəxs adam yeyən olduğunu demiş, ondan 20 nəfərin adının olduğu siyahı verməsini istəmiş və bunun qarşılığında ona pul verəcəyini demişdir. Zərərçəkmiş şəxs 20 nəfərdən birinin adını özü demiş, onun Xudat PB-nin rəisi olduğunu bildirmiş, qalan 19 nəfərin adının da verməsini tələb etmişdir. O isə Samirə heç kimin adını verməyəcəyini demişdir. Həmin günün səhəri xx.xx.2023-cü il tarixdə polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışdırlar. Zərərçəkmiş şəxs hələ də Xudatda içki içib gəzir, o, ölməyib. O, Samirə ancaq yumruqtəpik vurmuşdur, ona bıçaqla və mişar daşı ilə vurmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, əvvəlcə Zərərçəkmiş şəxs onu vurmuş, daha sonra o da Samirə yumruq vurmuşdur. Bundan sonra o evinə getmişdir, evinə gedərkən Samir onun arxasınca söyüş də söymüşdür. Hər ikisinin sadəcə burnu qanamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində dostu Salamat ilə görüşmüş, onlar birlikdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən şərab evlərindən birində 0,5 litrlik çaxır almış, daha sonra bir neçə ədəd kartof alaraq Xudat-Nabran avtomobil körpüsünün sağ tərəfində yerləşən vaqonun yanına getmişlər. Onun 10 qəpik pulu qalmış, o, Salamata həmin 10 qəpik pulu verərək çörək almasını, onun isə Salamat gələnə kimi kartofları bişirəcəyini demişdir. Bir az sonra Zərərçəkmiş şəxs da oraya gəlmiş, sonuncunun əlində 01 litrlik çaxır olmuşdur. Onun Samirdən xoşu gəlməsə də, sonuncunun onlarla yemək yeməsinə etiraz etməmişdir. Samir vaqonun qarşısında oturmuş, o isə orada ocaq qalayaraq aldıqları kartofları bişirməyə başlamışdır. Həmin vaxt o, həmçinin aldığı çaxırdan da içmişdir. Samir də öz aldığı çaxırdan içmiş, sonuncu ona 20 nəfərin olduğu adlı siyahı verməyini demiş, həmin 20 nəfərdən birinin X9 rəisi Vüqar olduğunu, qalan 19 nəfəri isə özü tapıb yazmağını istəmiş və bunun qarşılığında ona pul verəcəyini demişdir. O, Samirə etiraz etmiş və nə üçün ondan adlı siyahı istədiyini soruşmuşdur. Samir həmin adamları kəsib yeyəcəyini və satacağını qeyd etmişdir. Daha sonra Samir heç bir səbəb olmadan onun sifət nahiyəsinə 3-4 dəfə yumruq zərbəsi vurmuş, o, yerə yıxıldıqda isə təpik zərbələri endirmiş, o, Samirin bu hərəkətinə görə əsəbləşmiş və Samiri yerə yıxaraq sifət nahiyəsinə dəfələrlə yumruq zərbəsi vurmuşdur. Daha sonra o, Samirin sifət nahiyəsinə təpik zərbələri endirməyə başlamış, sonra isə artıq Samiri ona qarşı etdiyi hərəkətə görə cəzalandırmaq və öldürmək qərarına gəlmişdir. Samiri öldürmək məqsədilə daim üzərində gəzdirdiyi bıçaq vasitəsilə Samirin boğaz nahiyəsinə iki ədəd bıçaq zərbəsi vurmuşdur. Samirin bununla ölməyəcəyini gördükdə yerdə olan mişar daşı vasitəsilə Samirin sifət nahiyəsinə dəfələrlə vurmuş, Samirin öldüyünə əmin olduqdan sonra isə oranı tərk edərək yaşadığı evə getmişdir. Onun paltarları qan olduğuna görə paltarlarını yumuş, bıçağı evə qoymuş və daha sonra da evi tərk etməmişdir. 02.11 2023-cü il tarixdə günorta saatlarında Xaçmaz rayonu, Xudat şəhərində yerləşən şərab evlərinin birindən yarım litr miqdarında çaxır almış və evə getmişdir. Bir neçə saat sonra Xaçmaz Rayon Polis Şöbəsinin X9 əməkdaşları yaşadığı evə gələrək onu Xudat PB-nə aparmışlar. O, orada olarkən Zərərçəkmiş şəxs öldürdüyünü etiraf etmişdir. Zərərçəkmiş şəxs öldürdüyünə görə peşman olmamışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs bir neçə gün idi tanımış, onların arasında mübahisələr olmuş, lakin bu vaxta kimi dava-dalaş olmamışdır. Hadisə zamanı istifadə etdiyi bıçağı nə vaxt aldığını xatırlamamışdır. Həmin bıçağı evdə-eşikdə istifadə etmək üçün almış və daim üzərində gəzdirmişdir. O, Zərərçəkmiş şəxs öldürmək məqsədilə sonuncuya yumruq, təpik vuraraq bıçaq və mişar daşı ilə xəsarət yetirmişdir. O, Samir ölənədək sonuncuya xəsarət yetirməyə davam etmişdir. Hadisə zamanı istifadə etdiyi bıçaq qara rəngli olmaqla açılıb qatlanan bıçaq olmuşdur. Hadisə zamanı onların yanında heç bir şəxs olmamışdır. Hadisə baş verməzdən əvvəl Salamat orada olmuş, lakin hadisə baş verən ərəfədə Salamat çörək almaq üçün marketə getmiş və daha sonra da gəlməmişdir. O, Zərərçəkmiş şəxs təkbaşına öldürmüş və onun Samiri öldürməyini heç bir şəxs görməmiş, Salamata və ya hər hansı şəxsə Zərərçəkmiş şəxs öldürməyi ilə bağlı məlumat verməmişdir. Hadisə zamanı əynində qara rəngli gödəkçə, qara şalvar və mavi rəngli qısaqol kofta olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs onu sifət nahiyəsindən vurmuş və o, xəsarət almışdır. Hadisə günü spirtli içki qəbul etmiş, lakin narkotik vasitə qəbul etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, oğlunun ölümünü hadisə baş verən günün səhəri, yəni xx.xx.2023-cü il tarixdə yoldaşından eşitmişdir. Yoldaşı ona məlumat verəndə demişdir ki, Samir yıxılıb ölüb, lakin sonradan ekspertiza keçirilmiş və məlum olmuşdur ki, oğlu bıçaqla öldürülmüşdür. Hadisə baş verən günü oğlu saat 11 radələrində evdən çıxmış, sonra da geri qayıtmamışdır. O, oğlunun öldüyünü eşidənə qədər onu axtarmışdır. O, Təqsirləndirilən şəxs tanıyır və onun yaxşı insan olmadığını bilir. Orucun Samiri hansı səbəbdən öldürməsini bilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 06:00 radələrində evdən çıxmış və bir də həmin gün axşam saatlarında evə qayıtmışdır. O, evə gəldikdə Gülbahar Samirin saat 11:00 radələrində evdən çıxdığını və indiyədək ondan bir xəbər olmadığını demişdir. O, evə yorğun halda gəlmiş, buna görə də Samirin evdə olmamasına əhəmiyyət verməmiş və yatmışdır. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Ağaşirin ona zəng edərək X9 əməkdaşının zəng etdiyini, Samirin meyitinin Xudat-Nabran avtomobil yolundan keçən avtomobil körpüsünün yaxınlığında tapıldığını demişdir. O, ilk öncə Samirin spirtli içki qəbul edib orada ölüb qalmasını düşünmüş və sonuncunun meyitini dəfn etmək məqsədilə evə aparmaq üçün Xudat-Nabran avtomobil yolundan keçən avtomobil körpüsü yaxınlığına getmişdir. Ora getdikdə həmin yerə polis əməkdaşlarının gəldiyini, Samirin meyitinin üzərində xəsarətlər olduğunu görmüş və Samirin spirtli içkidən ölmədiyini, Samiri kiminsə öldürdüyünü aşkar etmişdir. Daha sonra Samirin meyitini müayinə etmək üçün Xaçmaz RMX-nın meyitxanasına aparmışlar və onlar Samiri 03.11,2023-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Sonradan Samiri öldürən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Xudat- Nabran avtomobil yolundan keçən avtomobil körpüsünün sağ kənarından təxminən 400 metr məsafədə Zərərçəkmiş şəxs meyitinin yerdə uzadılmış vəziyyətdə olmasını aşkar etmişdir. O, dərhal piyada X12 gedərək bu barədə məlumat vermişdir. O, hadisənin birbaşa şahidi olmamışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Məmmədli oğlu onun qonşuları olmuş, o, onların hər ikisini tanımışdır. Onların hər ikisi tüfeyli həyat tərzi keçirən şəxslər olmuşdur, onlar hər gün spirtli içki qəbul etmişlər, pulları olmadıqda isə aptekdən spirt alıb içmişlər. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Məmmədli oğlu arasında əvvəllər dava-dalaş, mübahisə olub-olmaması barədə məlumatı olmamışdır. Hadisə zamanı o, orada olmadığına görə hadisə baş verən ərazidə kimlərin olmasını bilməmişdir. Məhkəmədə iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, şahid həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs Məmmədli oğlu ilə birlikdə Orucun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində kartof və yumurta bişirmiş və araq növündə spirtli içki ilə bişirdiklərinin yemişlər. Daha sonra o, evinə getmiş və evi tərk etməmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Oruc ilə görüşmüş, onlar oirlikdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən şərab evlərindən birindən 0,5 litrlik çaxır almış, daha sonra bir neçə ədəd kartof alaraq Xudat-Nabran avtomobil körpüsünün sağ tərəfində yerləşən vaqonun yanına getmişlər. Oruc ona 10 qəpik pulu verərək çörək almağını, özünün isə o gələnə kimi kartofları bişirəcəyini demişdir. Daha sonra o, oranı tərk etmiş, yolda 10 qəpiyə çörək tapa bilməyəcəyini düşünmüş və birbaşa evə getmişdir. O, həmin gün bir daha evi tərk etməmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, Orucun yanından gedəndən sonra Zərərçəkmiş şəxs oraya gəldiyini və Orucun Samiri öldürdüyünü bilmişdir. Onlar Zərərçəkmiş şəxs bir neçə gün idi tanımışlar, onların arasında mübahisələr olmuş, lakin bu vaxta kimi dava-dalaş olmamışdır. Onun Samirdən xoşu gəlməmiş, Samir daim sərxoş vəziyyətdə olmuş və nalayiq ifadələrdən çox istifadə etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən hadisə yerinə baxış keçirilməsi haqqında 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xudat-Nabran avtomobil yolundan keçən avtomobil körpüsünün sağ kənarından Xaçmaz şəhəri istiqamətində 400 metr məsafədə yerləşən 01 otaqlı metal vaqonun yanıdır. Metal vaqon dəmir yolu xəttlərinin arasında yerləşir, soldakı dəmir yolu xəttindən 2,05 metr, sağdakı dəmir yolu xəttindən 11,35 metr məsafədə yerləşən metal vaqonun uzunluğu 6 metr, eni 3 metr, hündürlüyü isə 2,25 metrdir. Metal vaqonun sağ kənarından meyitə məsafə 1,80 metrdir. Sağdakı dəmir yolu xəttindən 10,2 metr məsafədə Zərərçəkmiş şəxs meyiti aşkar olunur, meyitin paltarları əynindədir, meyitin başı körpüyə, ayaqları isə solda yerləşən dəmir yolu xəttinə istiqamətində beli üstə uzadılmışdır. Meyit şərti olaraq 1 rəqəmi ilə işarələnmişdir. Meyitin sol qol nahiyəsindən 0,31 metr, metal vaqonun sağ tərəfindən isə 1,49 metr məsafədə, otluğun üzərində 11x15 sm sahəni əhatə edən qanabənzər ləkə aşkar olundu. Həmin qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada qablaşdırılaraq götürüldü. Həmin qandan soldakı dəmir yolu xəttinə 0,28 metr məsafədə 27x18 sm sahəni əhatə edən qanabənzər ləkələr aşkar olundu. Həmin qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada qablaşdırılaraq götürüldü. Bundan başqa, metal vaqonun sol küncünə söykənmiş şəkildə olan meyitin sol qol nahiyəsindən 1,55 metr məsafədə metal vaqonun sağ küncündən isə 0,49 metr ölçüdə 35x18x16 ölçüdə 1 ədəd mişar daşı aşkar olundu, üzərində qanabəzər ləkələr var, həmin mişar daşı müvafiq qaydada qablaşdırılaraq götürüldü. Həmin mişar daşından 0,92 metr irəlidə, metal vaqonun sol küncündən 2,05 metr məsafədə ölçüləri 39x19x17 ölçüdə 01 ədəd üzərində qanabənzər ləkələr olan həmin 2 mişar daşının arasında 72x80 sm sahəni əhatə edən torpaq sahəsinin üzərində qanabənzər ləkələr var, ancaq həmin qanabənzər ləkələr quruduğuna görə onlardan nümunə götürmək mümkün olmadı. Metal vaqonun sol tərəfindən 2,71 metr məsafədə sol tərəfdəki dəmir yolu xəttinin 2 relsinin arasında qara rəngli idman ayaqqabısının sağ tayı aşkar edildi. Həmin ayaqqabıdan 5,18 metr məsafədə çökək hissədə qum topasının üzərində idman ayaqqabısının sol tayı aşkar edildi. Zərərçəkmiş şəxs meyitindən 4.58 metr Xaçmaz şəhəri istiqamətində ocaq qalıqları aşkar edildi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən meyitə baxış keçirilməsi haqqında 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, təşrih masası üzərində əynində qara rəngli gödəkçə, qırmızı-boz rəngli uzunqol sviter, qara rəngli futbolka, qara rəngli cins şalvar, boz rəngli alt şalvarı, qara rəngli corablar. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyunun uzunluğu 170 sm-dir. Meyit əllədikdə bir qədər soyuqdur. Meyit qacıması müayinə olunan əzələlərdə yaxşı inkişaf etmişdir. Meyit ləkələri bədədnin arxa səthində yerləşməklə bənövşəyi rəngdədir, barmaq basdıqda itir və tez bərpa olunur. Başının tükləri qara rəngdə olub, uzunbluğu 3 sm-dir. Gözləri qapalıdır, bəbəklərin diametri 0,5 sm-dir. Xarici qulaq və burun keçəcəkləri sərbəst keçicidir. İfrazat yoxdur. Burun sümük və qığırdaqları, eləcə də üz sklet sümükləri əllədikdə tamdır. Ağzı qapalıdır, dişləri yoxdur, diş yuvaları açıq çəhrayı rəngdə olub, zədəsizdir. Boynu bədənə müvafiqdir, hərəkətsizdir. Döş qəfəsi çəlləkvari formada olub, simmetrikdir, əllədikdə qabırğalar tamdır. Qarnı əllədikdə yumşaqdır, döş qəfəsi səviyyəsindən aşağı yerləşmişdir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, onlarda xəstəlik və zədə əlamətləri yoxdur. Arxa keçəcək qapalıdır, ətrafı zədəsiz olub, təmizdir ətraf sümükləri əllədikdə tamdır. Meyitin bədən səthində aşağıdakı xəsarətlər - sağ tərəf alın nahiyəsində 13x7 sm sahədə qeyri-müəyyən formalı qırmızımtıl-göy rəngli qançır və həmin nahiyəsə 2x1 sm ölçüdə kənarları nahamar yumşaq toxumanın (dərinin) qopmuş yarası, sol tərəf yanağında 3x2,5 sm ölçüdə kənarlar namahar yumşaq toxumanın (dərinin) qopmuş yarası, sol qulaq seyvanının 6x5 sm ölçüdə didilmiş-cırılmış yara, sol tərəf sifətində 17x11 sm, burun ucu nahiyəsində 4x3 sm sahələrdə qeyri-müəyyən formalı qırmızımtıl-göy rəngli qançırlar, alt dodaqda sol tərəfdə 1,5x1 sm ölçüdə cırılmış yara, boynun orta 1/3-nin sol tərəfində 5x0,3 sm ölçüdə, ön sağ tərəfində 1,3x0,3 sm ölçüdə xətti formalı, kəsilmiş yaralar vardır. Meyitin bədən səthində digər hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Bununla da, Zərərçəkmiş şəxs meyitinə xarici baxış başa çatdırıldı, meyitin əynindəki 01 ədəd uzunqol kofta, 01 ədəd qısaqol kofta, 01 ədəd şalvar, 01 ədəd alt şalvarı və 01 ədəd gödəkçə müvafiq qaydada qablaşdırılaraq götürüldü. Meyitin əynindəki paltarlara baxış keçirilərkən müəyyən olundu ki, 01 ədəd uzunqol kofta, 01 ədəd qısaqol kofta, 01 ədəd şalvar, 01 ədəd alt şalvarı və 01 ədəd gödəkçənin üzərində qanabənzər ləkələr vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən əşyaya baxış keçirilməsi haqqında 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində olan vedrənin içindəki 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd mavi rəngli qısaqol kofta, 01 ədəd açıq mavi rəngli qısaqol kofta, 01 ədəd qara rəngli uzunqol kofta və 01 ədəd qara rəngli gödəkçəni yerə sərərək hadisə zamanı həmin paltarların əynində olduğunu, onların qana bulaşdığını və buna görə yuduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürərkən istifadə etdiyi qara rəngli, açılıb-qatlanan bıçağı həyətdə olan divanın üzərinə qoyduğunu deyərək həmin bıçağı təqdim etdi. Baxış zamanı 01 ədəd bıçaq, 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd mavi rəngli qısaqol kofta, 01 ədəd açıq mavi rəngli qısaqol kofta, 01 ədəd qara rəngli uzunqol kofta və 01 ədəd qara rəngli gödəkçə müvafiq qaydada qablaşdırılaraq götürüldü. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən əşyanın tanınmaya təqdim edilməsi haqqında 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, tanınmalı olan mişar daşı eyni növdən olan nömrələnmiş vəziyyətdə aşağıda göstərilən əşyalar arasında təqdim edildi: 1) №:.35x18x16 ölçüdə 1 ədəd mişar daşı 2) №: 33x19x18 ölçüdə 1 ədəd mişar daşı. 3) №:. 38x20x17 ölçüdə 1 ədəd mişar daşı Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olundu. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən mişar daşlarını nəzərdən keçirib 1 nömrəli mişar daşını göstərərək bildirdi ki, ifadəsində qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Xudat-Nabran avtomobil körpüsünün sağ tərəfində yerləşən vaqonun yanında Zərərçəkmiş şəxs məhz həmin mişar daşı ilə xəsarətlər yetirərək öldürmüşdür, mişar daşını formasından tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 59 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər - baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşaiyət olunmuş alın, təpə, ənsə, burun ucu nahiyələrinin qançırları, alın nahiyəsinin, alt dodağının, sol tərəf sifətinin və sol qulaq seyvanının cırılmış-didilmiş yaraları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmaya, boyun nahyiyəsinin kəsilmiş yaraları iti uclu və ya iti kənarlı kəsici alətin təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən baş və boyun nahiyələri xəsarət yetirmiş alətə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs meyidindən götürülmüş qanın məhkəmə-kimya təhqiqatı nəticəsində 0,37%o-li qatılıqda etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə praktik ayıq vəziyyətinə aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş-beyin toxuma və mədəciklərinə, onların qişası altına qansızma olmuşdur. Ölüm meyitin meyitxanasında müayinəsindən bir gün əvvələ uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-genetik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/988 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 02 (iki) ədəd tampon üzərində mövcud olan qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 739/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(ll). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(l) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol kofta, qısaqol kofta, şalvar, uzunqol gödəkçə və alt şalvarı üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı, “B” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta/H/(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə Oalfa,beta(l) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs da (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa) qarışıq qanın olması mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3349 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhləküləyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməli barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində emosional oyanıqlıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən olunan xasiyyətin psixopatik cizgiləri fonunda adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt halında, güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Lifli materialların kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/470 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tün boz rəngli tıbii pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd qırmızı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi kriminalistik, məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 555-2023MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sol yaxalığında bir ədəd və qısaqol köynəyin ön səthinin sağ nahiyəsində üç ədəd cırılma zədələri aşkar olundu. Bu cırılmalar, gödəkçə və köynəyin müvafiq nahiyələrinin hər hansı bir səthə ilişib-cırılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus uzunqol köynək, şalvar və alt şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir, bıçaq istifadə üçün yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Xaçmaz RlHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə edilməmiş, tüfeyli həyat tərzi yaşadığı qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2018ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 09 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən sonuncu törətdiyi az ağır cinayət əməlinə görə məhkəmə tərəfindən təyin edilmiş cəzasını çəkib qurtardığı gündən 02 (iki) il müddət keçmədən yenidən cinayət əməli törətdiyi üçün Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməli cinayətin residivi kimi qiymətləndirilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 6-cı bəndində verilən izaha əsasən qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmə prosesində ona 02 bıçaq zərbəsi yetirdikdən sonra xüsusi əzab və işgəncə verdiyini dərk edib bunu arzulayaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə cinayətkar əməlini başa çatdırmaq üçün hadisə yerində olan mişar daşını dəfələrlə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vurub ona qarşı son dərəcədə qəddarlıq nümayiş etdirməsi onun əməlində onun əməlində qəsdən adam öldürmə cinayətinin tövsifedici tərkibi olan xüsusi amansızlığın mövcud olmasının aşkar təzahürüdür. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, digər sübutların məcmusu və işin faktiki halları öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran halların olmasını o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrin (CM-nin 120.2.2 və 120.2.4) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 noyabr 2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 02 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd bıçaq, 01 ədəd mişar daşı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd uzunqol kofta, 01 ədəd qısaqol kofta, 01 ədəd şalvar, 01 ədəd alt şalvarı və 01 ədəd gödəkçə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd mavi rəngli qısaqol kofta, 01 ədəd açıq mavi rəngli qısaqol kofta, 01 ədəd qara rəngli uzunqol kofta və 01 ədəd qara rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı videoçəkilişin əks olunduğu 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Xaçmaz Rayon Prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, 01 ədəd mişar daşı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd uzunqol kofta, 01 ədəd qısaqol kofta, 01 ədəd şalvar, 01 ədəd alt şalvarı və 01 ədəd gödəkçə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd mavi rəngli qısaqol kofta, 01 ədəd açıq mavi rəngli qısaqol kofta, 01 ədəd qara rəngli uzunqol kofta və 01 ədəd qara rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-564/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-564/2024
16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver