Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-567/2024 25.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X14 Nizami oğlunun sədrliyi, X12 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2806968Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, X15 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 3, mənzil 4-də qeydiyyatda olmaqla tutulana qədər həmin ünvanda yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 01 sentyabr 2022ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, X15 qəsəbəsi, K.Kərimov küçəsində Zərərçəkmiş şəxs1 məxsus avtomobil təmiri sexinin kilidini sındırmaqla, başqa saxlanc yeri hesab edilən sexə qanunsuz daxil olub, həmin sexdən Zərərçəkmiş şəxs1 məxsus 05 ədəd 1990-cı illərdə istehsal edilmiş, Rusiya Federasiyası istehsalı, həmin vaxtdan istifadə edilməklə diametri 25 sm, hündürlüyü 130 sm, işlək vəziyyətdə dəmir metaldan hazırlanmış hər biri 60 manat olmaqla cəmi 300 manat dəyərində olan “Oksigen” balonlarını gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, X15 qəsəbəsi, J-70 yaşayış massivində yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz olaraq daxil olub, evin həyətində olan Zərərçəkmiş şəxs2 məxsus 1100 manat dəyərində Türkiyə istehsalı, «Wollex» markalı «WG-P200» model elektron əlil arabasını gizli talayıb, Zərərçəkmiş şəxs2 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədi olmadan qanunsuz olaraq 1,687 qram olmaqla xeyli miqdar təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində daşıyaraq saxlamış, 19 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhər polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saat 19:30 dəqiqədə Sumqayıt şəhəri, X15 qəsəbəsi, C.Novruz küçəsində saxlanılaraq 2ci polis bölməsinə gətirilib, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,687 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 sentyabr 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, X15 qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən başqa saxlanc yeri hesab edilən sexə, həmin sexin giriş qapısının qıfılını sındırmaqla qanunsuz olaraq daxil olub, sexdən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 40 manat dəyərində Çin istehsalı, «Lucky Pro» markalı, 220 voltluq təmiz su üçün nəzərdə tutulmuş su motorunu, Zərərçəkmiş şəxs3 qiymətləndirdiyi hər birinin dəyəri 1800 manat olmaqla cəmi 3600 manat dəyərində əritmə sobasının 02 ədəd alışdırıcısını, 01 ədəd 500 manat dəyərində 220 voltluq generatoru gizli talayıb, Zərərçəkmiş şəxs3 4140 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 sentyabr 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, X15 qəsəbəsi, F.Qayıbov küçəsi 3A saylı ünvanda yerləşən bina hesab edilən tikiliyə, həmin tikilinin giriş qapısının kilidini sındırmaqla qanunsuz olaraq daxil olub, tikilidən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 24 ölçülü, 100 manat dəyərində üzərində «Stels» yazısı olan velosipedi, 01 ədəd 24 ölçülü, 80 manat dəyərində üzərində «Desna» yazısı olan velosipedi, Zərərçəkmiş şəxs4 qiymətləndirdiyi 300 manat dəyərində İran istehsalı olan 01 ədəd dəmir peçi, hər birinin dəyəri 20 manat olmaqla cəmi 300 manat dəyərində 15 ədəd göyərçin quşlarını gizli talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 780 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədi olmadan qanunsuz olaraq 2,207 qram olmaqla külli miqdar təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində daşıyaraq saxlamış, 12 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhər polis İdarəsinin 2- ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saat 19:20 dəqiqədə Sumqayıt şəhəri, X15 qəsəbəsi, 28 May küçəsində yerləşən “Hacıbəyverdi” məscidinin yaxınlığında saxlanılaraq 2-ci polis bölməsinə gətirilib, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi külli miqdar təşkil edən 2,207 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamdan başqa digər ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, oğurluqları etmişdir. Oğurluqlar nəticəsində 3700 manat ziyan vurmuşdur. Narkotikə münasibətdə istifadəçi kimi tutulmuşdur. O iki qram narkotik almışdır. Onların tərəziləri düzgün işləməmişdir. Nəticədə narkotikin çəkisi iki qramdan artıq olmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə münasibətdə narkotikin çəkisini onlar çox etmişlər. O, oğurluqlara münasibətdə ziyanları ödəmişdir. Zərərçəkmiş şəxs1 məxsus olan oksigen balonlarını sexə qıfılı qıraraq daxil olub oğurlamışdır. Onları sahibinə qaytarmışdır. Hadisə 1 sentyabr 2022-ci ildə olmuşdur. 27 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus əlil arabasını oğurlamışdır. Oğurladığı günün səhərisi əlil arabasını qaytarmışdır. 19 yanvar 2023-cü il tarixində 1.087 qram heroin üzərində şəxsi axtarış həyata keçirilən zaman aşkar olunmuşdur. Saxlanılan zaman hər hansı bir təzyiqə məruz qalmamışdır. 5 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus hər birinin dəyəri 1800 manat olmaqla 3600 manat dəyərində sobaları oğurlamış, sonra isə onları qaytarmışdır. 12 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 məxsus velosiped və göyərçini oğurlamışdır. Zərərçəkmiş şəxslərlə barışmış və onların heç bir şikayətləri olmamışdır. 12 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə münasibətdə saxlanılmışdır. Aşağı düşüb narkotiki götürəndə tutulmuş və bölməyə gətirilmişdir. Polis bölməsində onlarla razılaşmışdır. 3 gündən sonra onu 3 saylı İstintaq Təcridxanasına göndərmişlər. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə münasibətdə onda 2 qram narkotik olmuşdur. Qalanları onda olmamışdır. 12 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə münasibətdə götürdüyü narkotikin pulunu verməmişdir. Onun xəsarətləri qalmamışdır. 3 gün polisdən asılı qalmağın xəsarət olduğunu və polislər tərəfindən döyüldüyünü bildirmişdir. Digər bir epizod da Nəsirov Babəklə bir yerdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamış, əvvəllər dəfələrlə məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə vətəndaş Zərərçəkmiş şəxs1 Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ünvanladığı ərizə ilə tanış olmuşdur. Həmin şəxsi tanımır, müraciətlə bağlı qeyd edir ki, təxminən xx.xx.2022-ci il tarixdə gecə saatlarında qəsəbədə yaşayan Babək Nəsirov yaşadığı ünvana gələrək K.Kərimov küçəsində yerləşən bir sexin qapısını açdığını, sexdə 5 ədəd “Oksigen” balonunun olduğunu, həmin balonları oradan oğurlayıb metal qəbulu məntəqəsinə təhvil verib, pulunu bölməklərini bildirmişdir. O da Babəkə etiraz etməmiş, onunla razlaşaraq birlikdə getmişlər. Babəklə birlikdə dəmiryolu xəttini keçib K.Kərimov küçəsinə tərəf getmişlər. Babək K.Kərimov küçəsi ilə Dəmir yolu xəttinin arasında yerləşən bir avtomobil təmiri sexini göstərib balonların həmin sexdə olduğunu bildirmiş və sexin qapısını açıb balonları ona göstərmişdir. O, həqiqətən sexdə 5 ədəd “Oksigen” balonunun olduğunu görmüşdür. Sonra Babək ona həmin yerdə gözləməyini, taksi götürüb gələcəyini bildirmişdir. O, həmin ünvanda təxminən 15-20 dəqiqə Babəki sexin yanında gözlədikdən sonra Babək boz rəngli Qaz 31 markalı avtomobillə ora gəlmiş, onlar birlikdə sexdə olan 5 ədəd “Oksigen” balonunu götürüb həmin avtomobilin yük yerinə yığmışlar, sonra Babək avtomobili Sumqayıt şəhəri, st.Suqmayıt qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə sürdürmüş, balonları məntəqəyə boşaltmışlar, ümumilikdə balonların çəkisi 350 kq olmuş və tanımadığı şəxs metala görə Babəkə 130 (bir yüz otuz) manat pul vermişdir. Sonra həmin avtomobillə qəsəbəyə qayıtmışlar, Babək yolda ona 50 (əlli) manat pul vermiş, sonra bazarın yanında düşüb evə getmişdir. 1-2 gün sonradan Babəklə qəsəbədə görüşən zaman sonuncu bildirmişdir ki, sonradan həmin sexdən 2 ədəd karbit və 1 ədəd Propan balonu da oğurlamış və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonradan o, Babəklə həmin sexə gedərək oradan oğurluq etməmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında qəsəbədə yaşayan Babək Nəsirovla sonuncunun yaşadığı evin yaxınlığında görüşən zaman Babək ona H.Zeynalabdin qəsəbəsi, J/70 y/m ərazisində bir evdə elektron əlil arabasının olduğunu bildirib həmin arabanı oğurlamaqlarını təklif etmiş və həmin evin yerləşdiyi ərazini ona izah etmişdir. O, Babəkə həmin arabanı oğurlamağa söz vermişdir. Razılaşmışlar ki, həmin gün gecə görüşüb birlikdə arabanı oğurlayacaqlar. Lakin, özünü narahat hiss etdiyi üçün həmin gecə Babəklə görüşüb oğurluğa getməmişlər. Sonra Babəklə görüşməmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə təxminən saat 05 radələrində Babəkə bir söz demədən sonuncunun ona işarə verdiyi evə getmişdir. Evin ətrafına baxış keçirən zaman görmüşdür ki, Babəkin qeyd etdiyi araba evin qarşı tərəfində, pilləkənin sol tərəfindədir, üzərinə sellofan torba keçirilmişdir. O, əlil arabasının üzərindən sellofan torbanı çıxarıb arabanı götürüb, oğurlamaq məqsədilə həyətdən çıxarmış və sürüb yaşadığı evə gətirmişdir. Oğlu Şahid2ı çağırıb ona həmin əlil arabasını köməkli qaldırmaqlarını demişdir. Oğlu Zamir həyətə düşüb ona kömək etmiş, onlar arabanı köməkli evə qaldırmışlar. xx.xx.2022-ci il tarixdə müalicə olunmaq üçün Sumqayıt şəhər RND-yə getmişdir və oğluna bu barədə heçnə deməmişdir. xx.xx.2022-ci il tarixdə 2-ci PB-nin əməkdaşları Sumqayıt şəhər RND-yə gəlib ona bu barədə bildirən zaman ona məlum olmuşdur ki, oğlu oğurladığı əlil arabasını satmaq üçün internetə yerləşdirmiş və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin əlil arabasının yerini ona tanışı Babək desə də, o, arabanı Babəkdən xəbərsiz ünvana gedərək oğurlamışdır. Bu barədə Babəkə məlumat verməmiş, həmçinin oğlunun arabanı satışa çıxarmasından xəbərsiz olmuş, oğluna arabanın oğurluq olmasını deməmiş, oğluna arabanı satması barədə göstəriş verməmişdir. Zamir ondan icazəsiz arabanı satışa çıxarmışdır. Bundan başqa, uzun müddətdir ki, narkotik vasitə istifadəçilərinin “kakos” adlandırdığı “heroin” istifadə etmiş, narkoman olmuşdur. xx.xx.2023-ci il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, C.Novruz küçəsində piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, üzərində gəzdirilməsində və isifadə etməkdə şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 2-ci PB-yə getmişdir. PB-də olarkən ona şübhəli şəxs qismində tutulacağı bildirilib özünə müdafiəçi seçməyi üçün Sumqayıt regional vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. O, həmin siyahıdan X2 hüquqlarını müdafiə etməsi üçün vəkil seçmişdir. Həmin vəkil PB-yə gəldikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona müdafiəçisi X4 və hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Sonra ona üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə-heroin aşkar edilmişdir. Sorğu zamanı həmin maddənin “kakos” olduğunu, həmin maddəni həmin gün günorta saatlarında Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt aşkar edilmiş büküm elektron tərəzidə çəkildikdə çəkisinin 1,54 qram olması müəyyən edilmişdir. Sonra həmin büküm kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. Bundan başqa, 05 sentyabr 2023-cü il tarixdə gecə saatlarında Faiqə məxus Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sexin yaxınlığına getmişdir. O, ətrafa nəzər saldıqda heç kimin olmadığını görüb, sexə daxil olmuş və orada axtarış aparıb, əritmə sobasının 2 ədəd farsunkasını, 1 ədəd su matoru və 1 ədəd generatoru oğurlayıb, çölə çıxarmışdır. Sonra həmin əşyaları yaşadığı evə tərəf aparmışdır. Həmin vaxt o, su motorunu evin blokuna qoysa da, digər əşyaları evin yaxınlığında kolluqda gizlətmişdir. Səhəri gün oğurladığı 1 ədəd motoru və başqa ərazilərdən tapdığı və bloka yığdığı motorları taksi avtomobillə Sumqayıt şəhəri ərazisində, “Dübəndi” YM-nın arxa hissəsində fəaliyyət göstərən avadanlıqlar satılan ünvana aparmış və şəxsiyyət vəsiqəsini göstərməklə həmin motorları oraya satmışdır. Növbəti gün isə oğurladığı farsunkaları və generatoru Sumqayıt şəhərində tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə gecə saatlarında ünvan 8 ünvanın qarşısında olarkən orada yardımçı tikili görüb, həmin tikiliyə daxil olmaqla oğurluq etmək qərarına gəlmişdir. O, ətrafa nəzər salmış və heç kimin olmadığından əmin olduqdan sonra həmin tikilinin qapısının kilidini sındırıb içəri daxil olmuşdur. Orada 2 ədəd velosiped və 1 ədəd İran peçini görüb onları oğurlamışdır. Həmin yerdə göyərçinlər də vardır və o, içəri daxil olduqda göyərçinlər uçub getmişdir. O, İran peçini velosipedin birinin üzərinə qoymuş və velosipedləri sürə-sürə oradan uzaqlaşmışdır. Səhər saatlarında o, bazara gedərək İran peçini orada tanımadığı şəxsə 60 manata satmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə, təxminən saat 09 radələrində Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində olan zaman narkotik vasitə istifadə etmək istəmişdir. Orada xarici görünüşcə narkotik vasitə istifadəçisinə bənzəyən 40 yaşlarında kişi cinsli şəxsə yaxınlaşıb narkotik vasitə əldə etmək üçün ona kömək etməsini istəmişdir. Həmin şəxs də ona narkotik vasitə təşkil edə biləcəyini demişdir. O, həmin şəxsdən 2 qram narkotik vasitə olan heroin verməsini istəmişdir. Həmin şəxs də ağ rəngli kağız parçasına bükülmüş halda narkotik vasitəni ona verib orada 2 qram narkotik vasitə olduğunu demişdir. O, həmin bükümü götürüb içərisinə baxdıqdan sonra 60 manat pulu həmin şəxsə verib oradan uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində H.Zeynalabdin qəsəbəsində yerləşən “Hacıbəyverdi” məscidinin yaxınlığı ilə hərəkətdə olan zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmağı bildirilməklə hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş təqdim olunmuşdur. Onun istəyi ilə dövlət hesabına vəkil Sədirxan Sədirxanov ona müdafiəçi təyin edilmişdir. Daha sonra isə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə təhqiqatçı ona üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş predmet varsa könüllü olaraq təqdim etməyini təklif etmişdir. O, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd ağ rəngli kağız parçasına bükülmüş içərisində narkotik vasitə olan heroin olan bükümü təqdim etmişdir. Həmin bükülü açılan zaman bükümün içərisində qara rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş qara rəngli maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri ərazisində tanımadığı kiçi cinsli şəxsdən şəxsi istifadəsi üçün 60 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş büküm tərəziyə qoyulub çəkilən zaman, həmin maddənin çəkisinin 2,44 qram olduğu müəyyən edilmiş və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılıb zərfə qoyulmuşdur. Bundan sonra üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Bundan başqa şəxsi axtarış zamanı saxlanılarkən onda olan iki ədəd velosipedi də təqdim etmiş və həmin velosipedləri oğurladığını, həmin yerdən oğurlamış olduğu peçi isə satdığını demişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə, 27 sentyabr 2022-ci il tarixdə, 05 sentyabr 2023-cü il tarixdə və 12 sentyabr 2023-cü il tarixdə oğurluq cinayətlərini törədən zaman onu kənardan görən olmamışdır. 01 sentyabr 2022-ci il tarixdə oğurluq cinayətini Babək Nəsirovla törətmiş, qalan oğurluqları tək etmiş və ona kömək edən olmamışdır. 19 yanvar 2023-cü il tarixdə və 12 sentyabr 2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə heroinləri şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Yalnız istifadə edir. 19 yanvar 2023-cü il tarixdə və 12 sentyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman ona fiziki və ya başqa formada zor tətbiq edilməmişdir. Məhkəmədə olarkən həbs qətimkan tədbirinin uzadılmasının təmin olunmaması məqsədi ilə hakimə yalandan demişdir ki, guya üzərindən aşkar olunmuş narkotik vasitəni ona Ramin adlı polis əməkdaşı vermişdir. Əslində isə bu yalandır və o, sadəcə azadlığa çıxmaqdan ötrü bu cür ifadə vermişdir. Hazırda isə hər şeyi olduğu kimi qeyd edir və bildirir ki, 12 sentyabr 2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsusdur, həmin narkotik vasitəni tanımadığı şəxsdən almış və istifadə etmək üçün üzərində saxlamışdır. Onu polis bölməsində polis əməkdaşları döyməmiş, onu döyən olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1990-cı illərdə hərbiçi olmuş, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində K.Kərimov küçəsində hərbçilər üçün salınmış şəhərcikdə yaşamışdır. Təxminən 1990-cı illərdən K.Kərimov küçəsində avtomobil təmiri sexi açdırmış və həmin tarixdən fəaliyyət göstərir. Təxminən 3 il olar ki, müştəri azlığından və səhhəti ilə əlaqədar sexi işlətmir. Lakin, mütəmadi olaraq sexə nəzarət edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində sexə baxış keçirən zaman sexin qapısına vurulmuş kilidin açıldığını və sexdə olan 5 ədəd Oksigen hava balonun yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin gün Xaçmaz rayonuna getdiyi üçün bu barədə polisə məlumat verə bilməmişdir. 05 sentyabr 2022-ci il tarixdə oğurluq barədə polisə məlumat verdikdən sonra sexə baxış keçirən zaman 2 ədəd karbit balonunun və 1 ədəd propan balonunun da oğurlandığını aşkar etmişdir. Bu səbəbdən yenidən polisə gələrək məlumat vermişdir. Sonradan oğurlanmış balonları və hadisəni törədən şəxslər polis əməkdaşları tərəfindən tapılmışdır. Hadisənin nə vaxt baş verdiyini bilmir. O, sexə ilk dəfə 01 sentyabr 2022-ci il tarixdə baxdıqda 05 ədəd Oksigen balonunun olmadığını aşkar etmişdir. Oksigen balonlarının bir ədədinin qiyməti 200 manat təşkil edir. 05 sentyabr 2022-ci il tarixdə sexə yenidən baxdıqda oradan 2 ədəd Karbit balonunun və 1 ədəd Propan balonunun da oğurlandığını aşkar etmişdir. Həmin balonların ümumi qiyməti təxminən 100 manat təşkil edir. Ona oğurluq nəticəsində ümumilikdə 1100 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı səhhəti ilə əlaqədar videokonfrans əlaqə sistemindən istifadə olunmaqla dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 1-ci qrup əlildir, ayaqlarının hər ikisi tutulduğu üçün yalnız əlillər üçün nəzərdə tutulmuş araba ilə hərəkət edə bilir. 2021-ci ilin iyul ayının 1-də 1-ci qrup əlil olduğu üçün dövlət ona sənədlə əlil arabası vermişdir. O, həmin elektron əlil arabası ilə mağazaya və yaxın ərazilərə gedə bilmişdir. Yəni əlil arabası olmadan heç bir hərəkət edə bilmir. Əlil arabasının ümumi çəkisi 60 kiloqram olduğu üçün o, onu evin içərisinə sala bilmir. Arabanı evin giriş hissəsində pilləkənin sol tərəfində torpağın üzərinə qoyub özü bacısının köməkliyi ilə evə keçir. Həmişə olduğu kimi 26 sentyabr 2022-ci il tarixdən 27 sentyabr 2022-ci il tarixə keçən gecə saat 03:00-dək əlil arabasının yerində olduğunu görmüşdür. 27 sentyabr 2022-ci il tarixdə səhər saat 07:30 radələrində həyətdə açıq yerdə pilləkənin sol tərəfində saxladığı 2500-3000 manat dəyərində olan elektron əlil arabasının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Əlil olduğu üçün çıxıb oğurluq barədə məlumat verə bilməmişdir. 28 sentyabr 2022-ci il tarixdə isə ərazinin əməliyyat müvəkkilinin nömrəsin tapıb bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər, baxış keçirmişlər və ondan ərizə və izahat almışlar. Sonradan əlil arabasını oğurlayan şəxsi və əlil arabasını tapıb ona qaytarmışlar. Əlil arabası ona dövlət tərəfindən verilmiş, həmin əlil arabasının faktiki dəyərini bilmir, lakin 2500-3000 manat dəyərində olduğunu düşünür. Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın ödənildiyi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 4-5 ildir Suqmayıt şəhəri, S.Vurğun prospektində, Kimya Sənaye MMC-nin yanında toyuq yemi istehsal edir və orada sexi vardır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində naməlum şəxs və ya şəxslər tərəfindən toyuq yemi istehsal etdiyi sexin əritmə sobasının 2 ədəd alışdırıcısı (farsunka), 1 ədəd «Lucky Pro» markalı su motoru, 1 ədəd 220 voltluq generatoru naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bunu xx.xx.2023-cü il tarixdə aşkar edərək bu barədə PB-nə müraciət etmişdir. Sonradan yem istehsal etdiyi sexdən oğurlanmış 1 ədəd “Lucky Pro” markalı, 25 ölçülü su motoru Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən “Şamo” elektron avadanlıqları firması ərazisindən aşkar edilmişdir. Lakin, o, həmin ərazidə olmuş, yem sexindən oğurlanmış və 2022-ci ilin yanvar ayından hər birini 1800 manata aldığı, əritmə sobasının 2 ədəd alışdırıcısını (farsunka) orada görməmişdir. Qeyd etmişdir ki, sexdən oğurlanmış yalnız su motoru həmin firma ərazisində aşkar edilmişdir. Hesab edir ki, oğurluq etmiş Fərhad adlı şəxs tərəfindən digər əmlakı, yəni 220 voltluq generatoru, həmçinin əritmə sobasının 2 ədəd alışdırıcısı da məhz həmin şəxs tərəfindən oğurlanmış və «Şamo» elektron avadanlıqları firmasına satılmışdır. 1 ədəd «Lucky Pro» markalı su motorunun dəyəri 50 manat dəyərində, əritmə sobasının alışdırıcısının hər biri 1800 manat dəyərində, 220 voltluq generatorun dəyəri isə 500 manat dəyərində olmuşdur. Ona ümumilikdə 4150 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın ödənilmədiyini və ona görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Zərərçəkmiş şəxs4 elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı binanın həyətində ona məxsus olan köməkçi tikili yerləşir. Tikili iki otaqdan ibarətdir. Əvvəllər həmin tikili dükan kimi istifadə edilmişdir. Hazırda isə orada istifadə etmədikləri əşyaları və göyərçinləri saxlayırlar. Həmin tikilinin ön tərəfdən iki qapısı vardır. Həmin qapılar dəmir materialındandır. Dəmir qapılar açıldıqdan sonra taxta materialından olan qapılar yerləşir. Həmin qapılar hər zaman kilidli vəziyyətdə olur. Açarları isə o və ailə üzvlərində olur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında həmin tikiliyə gedib quşlara yem vermişdir. Həmin vaxt orada hər şey qaydasında olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmin tikiliyə gedib baxdıqda quşları saxladıqları hissənin qapısının açıq halda olduğunu görmüşdür. Qapının kilid hissəsi sındırılmış halda olmuşdur. Tikiliyə daxil olub baxdıqda orada olan oğlu Anara aldığı iki ədəd velosipedin, bir ədəd qaz peçinin və 15 ədəd göyərçinin oğurlandığını müəyyən etmişdir. Daha sonra 2-ci Polis bölməsinə gəlib bununla bağlı şikayət etmişdir. Sonradan oğurlanmış 2 ədəd velosiped polis əməkdaşları tərəfindən tapılmış və məlum olmuşdur ki, oğurluq edən şəxs qəsəbə sakini Təqsirləndirilən şəxsdur. Velosipedlərin biri «Stels», biri isə «Desna» markalı olmuş, «Stels» markalı və «Desna» markalı velosipedlərin hər biri 150 manat dəyərində olmuşdur. Qaz peçini isə 2022-ci ildə 300 manata almışdır. İran İslam Respublikası istehsalı olmuşdur. Quşlar da oğlu Anarla, ona məxsus olmuşdur. Onların hər birinin dəyəri 20 manat olardı. Ümumilikdə həmin oğurluq əməlinin törədilməsi nəticəsində onlara 900 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı teleqramla ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Sumqayıt şəhəri ərzisində yerləşən “Şamo” firmasında nəzarətçi işləyir, həmin firma metal qəbulu ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində metal qəbulu məntəqəsində olarkən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 3, mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs məntəqəyə gələrək ona öz şəxsiyət vəsiqəsini təqdim etməklə 1 ədəd 25 ölçülü, “Lucky Pro” markalı və 3 ədəd başqa markalarını xatırlamadığı motorları satdığını bildirmişdir. Həmin Fərhad adlı şəxs motorların özünə məxsus olduğunu demişdir. O, motorlara baxmış və Fərhad adlı şəxslə həmin motorları ümumilikdə 210 manata almağa razılaşmışlar. Sonra o, 210 manat pul ödəməklə motorları almışdır. Bundan sonra Fərhad adlı şəxs çıxıb getmişdir. Onun motorların oğurluq olub-olmamasından məlumatı olmamışdır. Sonradan polis əməkdaşları gəlib motorlardan 01 ədədini, yəni “Lucky Pro” markalı motorun oğurluq olduğunu demişlər və o, motoru onlara təqdim etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, hazırda Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 sentyabr 2023-cü il tarixdə qərəzsiz və etibarlı mənbədən Sumqayıt şəhərində yaşayan «Fərhad» adlı şəxsin narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Fərhad» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, sonra həmin qərarın icra olunması ilə bağlı müvafiq əmrlə o, 2-ci polis bölməsinin sahə rəisi Şahid4, kiçik inspektor Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra qrup üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 28 May küçəsində «Hacıbəyverdi» məscidinin yaxınlığında saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs yanında 2 ədəd velosiped də olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi ilə bağlı məlumat olduğunu bildirib, Təqsirləndirilən şəxs 2-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə 2-ci polis bölməsinə gəlmişdir. Velosipedləri də polis bölməsinə gətirmişlər. Polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli maddə olması müəyyən olunmuş, sonuncu həmin maddənin narkotik vasitə «kakos» deyilən heroin olduğunu bildirmişdir. Həmçinin verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 12 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhərində tanımadığı kişi cinsli şəxsdən öz istifadəsi üçün 60 manat pul verməklə aldığını və üzərində saxladığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman əlində olan 2 ədəd velosipedlərin kimə məxsus olması ilə bağlı suallar verilmiş və Təqsirləndirilən şəxs həmin velosipedləri xx.xx.2023-cü il tarixdə gecə saatlarında qapısı açıq olan obyektdən oğurladığını, həmin obyektdən həmçinin İran peçini də oğurladığını, peçi Sumqayıt şəhərində bazarda tanımadığı taksi sürücüsünə 60 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzi vasitəsilə ölçülən zaman çəkisinin 2,44 qram olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Daha sonra axtarış ilə bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan başqa şahid İdriz Fərzəliyev ifadəsində göstərdi ki, 19 yanvar 2023-cü il tarixdə qərəzsiz və etibarlı mənbədən Sumqayıt şəhərində yaşayan «Fərhad» adlı şəxsin narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Fərhad» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra 2-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid8 tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, sonra həmin qərarın icra olunması ilə bağlı müvafiq əmrlə o, 2-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid8 və kiçik əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra qrup üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, C.Novruz küçəsində saxlanılmış, həmin vaxt onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi ilə bağlı məlumat olduğunu bildirib, Təqsirləndirilən şəxs 2-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə 2-ci polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən olunmuş, sonuncu həmin maddənin narkotik vasitə «kakos» deyilən heroin olduğunu bildirmişdir. Həmçinin verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 19 yanvar 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzi vasitəsilə ölçülən zaman çəkisinin 1,54 qram olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Daha sonra axtarış ilə bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslər Şahid8, Şahid5 və Şahid4 işin halları ilə bağlı Şahid3lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təxminən 10 ilə yaxındır ki, metal qəbulu sexini işlədir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında işdə olduğu zaman əvvəllər tanımadığı Babək adlı şəxs yanında bir nəfər şəxslə məntəqəyə gələrək kislorod balonu satdığını bildirmişdir. O, Babək adlı şəxsdən həmin balonları tərəziyə qoymağını istəmişdir. Həmin şəxs QAZ 3110 markalı avtomaşınla gəlmişdir. Kislorod balonlarını tərəziyə qoyduqdan sonra o, həmin mal dəyərində onlara 139 (yüz otuz doqquz) manat pul vermişdir. Bundan sonra onlar oradan uzaqlaşıb getmişlər. Babək adlı şəxs özünə məxsus olan sexi bağladığını və orada olan malları satdığını bildirmişdir. Həmin şəxs əvvəllər ona bundan başqa metal verməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin oğlu olduğu üçün ifadə verməkdən imtina edən Şahid2 ifadəsi elan olunmaqla araşdırılmış və şahid ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs narkotik aludəçisidir, buna görə dəfələrlə məhkum edilib, narkotikə olan tələbatını ödəmək üçün qəsəbə ərazisindən oğurluqlar edir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Xırdalan şəhərindən işdən çıxıb evə gələn vaxt evin içərisində, dəhlizdə bir neçə orta ölçülü motor görmüşdür. Atasından həmin motorları haradan oğurlamasını soruşmuşdur. Atası bildirmişdir ki, onluq deyil, qarışmasın. O, ona görə daha atasına bir söz deməmiş və bildirmişdir ki, yəqin yenə oğurluqdur, bu dəfə tutulanda çıxa bilməyəcək. Bundan sonra o, yatmışdır. Səhər saat 11 radələrində H.Zeynalabdin qəsəbəsində yaşayan, “Changan” markalı minik avtomobilini etibarnamə ilə idarə edərək taksi fəaliyyəti ilə məşğul olan Elşad adlı şəxs yaşadıqları binanın qarşısına gəlib ***-***-**-** nömrəsindən atasına zəng edərək həyətdə olduğunu bildirmişdir. Bundan sonra atası həyətə düşmüşdür. Həmin vaxt o da Suqmayıt şəhərinə, “Tunel” kluba getdiyi üçün atasından hara getməsini soruşmuşdur. Atası Sumqayıt şəhərinə getdiyini bildirmişdir. Atasına onu 2-ci mikrorayonda yerləşən “Tunel” kluba düşürməsini bildirmişdir. Atası demişdir ki, kömək etsin motorları maşına yükləsinlər, düşürərlər. Sonra görmüşdür ki, blokun girişinə atası 4 ədəd orta ölçülü motor qoymuşdur. O, atasına həmin motorları haradan almasını bildirmişdir. Atası yenə ona öz işi ilə məşğul olmağını, ona kömək edərək həmin motorları Elşad adlı şəxsin idarə etdiyi “Changan” markalı minik avtomobilinin yük yerinə yükləməyini demişdir. Onlar atası ilə motorları maşının yük yerinə yığmışlar. Sonra Sumqayıt şəhəri ərazisində, “Dübəndi” Y/M məntəqəsinin arxa tərəfində yerləşən avadanlıqlar satılan müəssisəyə getmişlər. Atası sonradan adını öyrəndiyi Bəxtiyar adlı şəxslə danışıb motorların hamısını 210 (iki yüz on) manata satmağa razılaşmış, motorları maşından düşürmüş və şəxsiyyət vəsiqəsi ilə motorları təhvil vermişdir. Sonra 1 həftə əvvəl ondan aldığı 30 manat borcunu qaytarmışdır. Bundan sonra Elşad adlı şəxsin idarə etdiyi “Changan” markalı minik avtomobil ilə oradan çıxmışlar və onu 2-ci mkr-da yerləşən “Tunel” kluba düşürüb getmişlər. Sonradan atası ərazidən velosiped oğurladığı üçün və üzərində narkotik maddə aşkar edildiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Atasının motorları haradan oğurlamasını bilməmişdir. Atası qəsəbə ərazisindən oğurluqlar etsə də, evə alışdırıcının (farsunka), 1 ədəd su matoru və 1 ədəd 220 voltluq elektrik generatoru gətirməsini görməmiş və onun həmin avadanlıqları harasa təhvil verməsindən xəbəri yoxdur. Lakin ifadəsində qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə gecə saatlarında evə gələn zaman su motorları görmüşdür. xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində atası Təqsirləndirilən şəxs yaşadıqları ünvandan 4 ədəd orta ölçülü motoru Elşad adlı şəxsin idarə etdiyi “Changan” markalı minik avtomobilə yükləyib Sumqayıt şəhəri ərazisində, “Dübəndi” Y/M məntəqəsinin arxa tərəfində yerləşən avadanlıqlar satılan müəssisəyə aparıb Bəxtiyar adlı şəxslə danışıb motorları 210 (iki yüz on) manata satmışdır. Həmin vaxt atası Bəxtiyara 25 ölçülü, “Lucky Pro” markalı su motorunu 5 manata satmamışdır. Bundan başqa Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanımır və sonuncunun hansı ünvanda yaşamasını bilmir. O, H.Zeynalabdin qəsəbəsi ərazisində gəzişərkən tanımadığı nömrədən ona zəng gəlmişdir. O, həmin zəngə cavab vermiş və həmin şəxs internetdə yerləşdirdiyi əlil arabasını almaq istədiyini, hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində olduğunu və hara gəlməsini soruşmuşdur. O, həmin şəxsə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yolun kənarında yerləşən «Emin» şadlıq sarayının qarşısına gəlməsini bildirmişdir. Təxminən yarım saatdan sonra o, «Emin» şadlıq sarayının qarşısındakı parka gəlmiş və ona zəng etmiş müştəri ilə zəngləşib görüşmüşlər. Həmin vaxt əvvəl bir nəfər daha sonra 2-3 nəfər mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək 2-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onun satmaq istədiyi əlil arabasının oğurluq olduğunu demişlər. O, polis əməkdaşlarına internetə satmaq üçün qoyduğu əlil arabasını atası Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında evə gətirdiyini və 2-ci mərtəbəyə qaldırmaq üçün onu köməyə çağırdığını bildirmişdir. O, atasına kömək edib həmin əlil arabasını evə 2-ci mərtəbəyə qaldırmışdır. Atası həmin əlil arabasının tanışına məxsus olduğunu deyib internetə qoyub satmağını bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə səhər saatlarında atasının evə gətirdiyi əlil arabasını sosial şəbəkə olan «Lalafo» və «Tap.az» internet səhifələrinə satılması üçün yerləşdirmişdir. Elanın altında adını və soyadını, mobil telefon nömrəsini qoymuş və qiymətini 850 manata yazmışdır. Çünki internetdə maraqlandıqda həmin arabaların qiymətinin ***-**** manat olmuşdur. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmiş və atasının evə gətirdiyi əlil arabasını polis əməkdaşlarına təhvil vermişdir. O, əlil arabasının atası tərəfindən oğurlandığını bilməmişdir. Atası xx.xx.2022-ci il tarixdən hazırki vaxta kimi Sumqayıt şəhər Narkoloji Dispanserdə müalicə olunur. Məhkəmə istintaqı zamanı bütün proses iştirakçılarının razılığına əsasən ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxmini saat 12:00-13:00 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Bakı-Quba yolunun kənarında Emin marketin yanında taksi fəaliyyəti ilə məşğul olduğu etibarnamə ilə idarə etdiyi Changan markalı 90-PV 308 dövlət nömrə nişanlı avtomaşınla müştəri gözləyən zaman əvvəlcədən tanımadığı şəxs ona yaxınlaşıb Sumqayıt şəhərinə giriş hissədə yerləşən “Lukoil” YDM-nin yanına neçəyə gedib gələ biləcəklərini soruşmuş, o, həmin şəxsə gediş 10 manat gəliş 10 manat təşkil edəcəyini bildirmişdir. Həmin şəxs ona yükünün olduğunu bildirmiş, o, əlavə olaraq həmin şəxsə bu halda qiymət 15 manat olacağını bildirmişdir. Həmin şəxs isə ona gediş-gəlişə 25 manat verəcəyini bildirmiş, onu qiymət qane etdiyi üçün razılaşmış və həmin şəxs onun yanına əyləşmiş və Köhnə bazar adlanan ərazidən qəsəbə daxilinə sürdürmüş, dəmiryolunu keçdikdən sonra 1-ci aradan sağa məhəllə daxilinə girmişlər və yolun sonuna yaxın təkrar sağa binanın qarşısına dönüb birinci girişin qarşısında saxlamışdır. Həmin şəxs avtomaşından düşüb binaya daxil olmuş, bir neçə dəqiqədən sonra həmin şəxs və yanında daha 1 nəfər şəxs düşmüşlər və əllərində elektrik motorlar vardır, maşın batmasın deyə yük yerinə selofan sərdikdən sonra onlar motorları avtomaşına qoymuşlar və hər ikisi avtomaşına əyləşmişdir. Daha sonra onlar birlikdə Sumqayıt şəhəri istiqamətinə girişdən daxil olub Lukoil YDM-nin yanından Metalurq küçəsinə döndükdən sonra radarın yanından moykalar olan yerə dönmüşlər və müxtəlif metal əşyalar olan yerə getmişlər. Orada həmin iki nəfər şəxs düşmüşlər və yük yerindəki motorları maşından düşürtmüşlər. Təxmini 10-15 dəqiqə sonra onlar avtomaşına yaxınlaşmışlar və maşına mindikdən sonra oradan uzaqlaşmışlar. Avtomaşında olan şəxsin birini «Tunel» klubun yanına düşürtmüş, digər şəxsi isə hazırda xatırlamadığı ünvanda düşürtmüş və öz işi ilə məşğul olmuşdur. Qeyd etmişdir ki, o, motorların haradan əldə olunmasını, oğurluq olub-olmamasını bilməmişdir. Məhkəmə istintaqı zamanı bütün proses iştirakçılarının razılığına əsasən ifadəsi elan olunmaqla araşdırılmış Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında 1 nəfər əvvəllər tanımadığı şəxs onun yanına gəlmişdir. Ondan qara metal var onu apara biləcəklərini soruşmuşdur. O, həmin şəxsə «əgər oğurluqdusa aparmıram» demişdir. Həmin şəxs oğurluq olmadığını və özünə məxsus şəxsiyyət vəsiqəsini ona göstərmişdir. Həmin şəxsin adı Babək olmuşdur. Bundan sonra o, heç bir etiraz etmədən aparacağını bildirmişdir. Həmin şəxs onun maşınına oturmuşdur. Onlar H.Zeynalabdin qəsəbəsi K.Kərimov küçəsinə gedən yola tərəf yola düşmüşlər. Orada yerləşən hərbi hissənin qarşısında üzü Bakı istiqamətinə bir qədər keçdikdən sonra yolun kənarında onu saxlatdırmışdır. O, maşını saxlayıb yerə düşdükdə onunla əks istiqamətdə qara rəngli DAEVOO markalı avtomaşın dayanmışdır. Həmin maşından bir nəfər yanlarına yaxınlaşmış və ona maşının xarab olduğunu bildirmişdir. O, onunla gələn şəxsə mala baxdıqdan sonra 20 manata aparacığını bildirmişdir. Bundan sonra həmin şəxslər yerdə olan kislorod balonlarını maşına yükləmişlər. Maşına yüklədikdən sonra Sumqayıt şəhərinin çıxışına tərəf sürdürmüşlər. Sumqayıt şəhər st.Sumqayıt qəsəbəsinə gedən yolda yolun sağ tərəfində yerləşən metal qəbulu sexinə getmişlər. Orada balonları yerə düşürtmüşlər. Pulu hesablanandan sonra ona 20 manat pul vermişlər. Həmin şəxslər onunla birlikdə yenidən H.Zeynalabdin qəsəbəsinə qayıtmışlar. H.Zeynalabdin qəsəbəsi parkının qarşısında maşından düşmüşlər. O, ondan sonra öz işlərinin dalınca getmişdir. Həmin Babək adlı şəxs malın özünə məxsus olduğunu bildirmişdir. Həmin Babək adlı şəxsin yanındakı şəxsin adını bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə qərəzsiz və etibarlı mənbədən Fərhad adlı şəxsin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, C.Novruz küçəsində dayanması və üzərində narkotik maddənin olması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, istifadəsi, saxlaması, üzərində gəzdirməsi və daşıması barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirməklə onun yerinin müəyyən edilməsi əməliyyataxtarış fəaliyyətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, istifadəsi, saxlaması, üzərində gəzdirməsi və daşıması barədə şübhəli olduğu üçün eləcə də üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə qərəzsiz və etibarlı mənbədən xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satışı, üzərində gəzdirməsi və daşıması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satışı, üzərində gəzdirməsi və daşıması barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirməklə onun yerinin müəyyən edilməsi əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satışı, üzərində gəzdirməsi və daşıması barədə şübhəli olduğu üçün eləcə də üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru baş ədliyyə müşaviri Azər Əsgərov tərəfindən qəbul edilmiş qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 9/7055 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş velosipedlərin istifadədə olması və yuxarıda qeyd edilən xüsusatları (üzərlərində istismar xarakterli cızıqlar, boya qopuqları və sair var) nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 180 manat müəyyən edilir. O cümlədən 01 ədəd 24 ölçülü, üzərində «Stels» yazısı olan velosiped 100 manat, 01 ədəd 24 ölçülü, üzərində «Desna» yazısı olan velosiped 80 manat. Qərarda qeyd edilən 2022-ci ildə alınmış, İran İslam Respublikası istehsalı olan orta ölçülü peç tədqiqata təqdim edilmədiyindən və həmin mal üzrə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 oktyabr 2022-ci il tarixli, 9/7177 nömrəli rəyində göstərilmişdir ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən, fotoşəkilləri və sənədin kserosurəti təqdim edilmiş 01 ədəd Türkiyə istehsalı, «Wollex» markalı «WG-P200» model elektron əlil arabasının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hal-hazırki, yəni 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1100 manat müəyyən edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 9/6452 nömrəli rəyində göstərilmişdir ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və tədqiqata təqdim edilən fotoşəkillərdə göstərilən malların yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - 5 ədəd 1990-cı illərdə istehsal edilmiş, Rusiya Federasiyası istehsalı, həmin vaxtdan istifadə edilən, diametri 25 sm, hündürlüyü 130 sm, işlək vəziyyətdə olan, dəmir metaldan hazırlanmış “Oksigen” balonları — 300.00 (5əd x 60man) manat. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli, 9/7223 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən istifadədə olmuş 01 ədəd Çin istehsalı, «Lucky Pro» markalı, 220 voltluq təmiz su üçün nəzərdə tutulmuş su motorunun nəzəri qaydada 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 40 manat müəyyən olunur. Məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2023-cü il tarixli, 6/377 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Arayışlar üçün №126» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,687 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2023-cü il tarixli, 6/4857 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №» dairəvi möhür əksi və «..Vət. Təqsirləndirilən şəxs Placıbəy oğlunun aşkar edilmiş kütlə; Təqsirləndirilən şəxs- imza, ...dörd -imza, Təhqiqatçı: Ə.Nəsirli -imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,207 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 363 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Placıbəy oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Hadisə yerinə baxış keçirilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsində Zərərçəkmiş şəxs1 məxsus avtomobil təmiri sexidir. Hadisə yerinə baxış keçirilməsi haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J-70 yaşayış massivində Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsidir. Hadisə yerinə baxış keçirilməsi haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 11 ünvanında yerləşən tikilidir. Baxış keçirilməsi və götürmə aparılması haqqında 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, İmanverdi Alışovun işlədiyi metal qəbulu məntəqəsində 5 ədəd «Oksigen» balonu aşkar olunmuş, İmanverdi Alışov qeyd olunan balonları təqdim edərək həmin balonları Babək adlı və yanında olan başqa bir nəfər şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin 5 ədəd balonlar götürülmüşdür. Təqdim etmə və götürmə barədə 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi «Vollex» markalı mühərrikli elektron əlil arabası sonuncudan götürülmüşdür. Təqdim etmə və götürmə haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, X6 təqdim etdiyi 01 ədəd su motoru götürülmüşdür. Şəxsi axtarış keçirilməsi haqqında 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış keçirilməsi haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmçinin Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə oğurladığı 2 ədəd «Stels» və «Desna» markalı velosipedləri təqdim etmişdir. Baxış keçirilməsi haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 19 yanvar 2023-cü il tarixli protokola əsasən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Daha sonra şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilir, şübhəli şəxs bildirişlə tanış olandan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirir, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd büküm çıxarıb təqdim edir. Həmin büküm açılır və içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə «kakos» deyilən heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 15 manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddə elektron tərəzi vasitəsi ilə ölçüldükdə 1,54 qram olması müəyyən edilir. Şübhəli şəxs həmin maddəni istifadə etmək üçün üzərində saxladığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, axtarış zamanı qanunsuz əşya və predmet aşkar olunmur. Daha sonra müdafiəçi şübhəli şəxsə sualları verir, sonuncu isə üzərindən aşkar edilmiş maddənin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən təsir olunmadığını bildirir. Sonra təqdim edilmiş büküm təhqiqatçı tərəfindən qablaşdırılır. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. Baxış keçirilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 12 sentyabr 2023-cü il tarixli protokola əsasən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Daha sonra şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilir, şübhəli şəxs bildirişlə tanış olandan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirir, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd büküm çıxarıb təqdim edir. Həmin büküm açılır və içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə «kakos» deyilən heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhərində tanımadığı kişi cinsli şəxsdən öz istifadəsi üçün 60 manat pul verməklə aldığını və üzərində saxladığını bildirir. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman əlində olan 2 ədəd velosipedlərin kimə məxsus olması ilə bağlı suallar verilir və Təqsirləndirilən şəxs həmin velosipedləri xx.xx.2023-cü il tarixdə gecə saatlarında qapısı açıq olan obyektdən oğurladığını, həmin obyektdən həmçinin iran peçini də oğurladığını, peçi Sumqayıt şəhərində bazarda tanımadığı taksi sürücüsünə 60 manata satdığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddə elektron tərəzi vasitəsi ilə ölçüldükdə 2,44 qram olması müəyyən edilir. Şübhəli şəxs həmin maddəni istifadə etmək üçün üzərində saxladığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, axtarış zamanı qanunsuz əşya və predmet aşkar olunmur. Daha sonra müdafiəçi şübhəli şəxsə sualları verir, sonuncu isə üzərindən aşkar edilmiş maddənin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən təsir olunmadığını bildirir. Sonra təqdim edilmiş büküm təhqiqatçı tərəfindən qablaşdırılır. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış arayışa əsasən Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin 19 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 01 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilir. 19 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 21 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs eyni tarixli qərarla Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 12 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 14 sentyabr 2023-cü il tarixli, 4(060)-347/2023 qətimkan tədbirinin seçilməsi haqqında Sumqayıt Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də ibtidai istintaqı zamanı nəyə görə həmin epizod üzrə etirafedici ifadə verdiyini ağlabatan şəkildə izah etməmişdir. Təqsirləndirilən ibtidai istintaq zamanı heç bir təsir və təzyiqə məruz qalmadığını bildirmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da müəyyən olur ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanunsuz hərəkətin olması müəyyən edilməmişdir. Ona görə də məhkəmə qeyd olunan hissədə təqsirləndirilən şəxsin ifadəsini müdafiə taktikasından irəli gələn hərəkətlər kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamlar üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun qeyd olunan ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsi isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi onun özünü ibtidai araşdırma zamanı tam, məhkəmə istintaqı zamanı qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgə əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün hazırda əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi Azərbaycan Respublikasının CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onlara təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 372 (üç yüz yetmiş iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Sumqayıt şəhər polis idarəsinin saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 1,637 qram və 2,157 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 05 ədəd «Oksigen» balonu, «Vollex» markalı mühərrikli elektron əlil arabası, 01 ədəd su motoru, 02 ədəd velosipedin zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanaraq üzərində 06 (altı) il 11 (on bir) ay 28( iyirmi səkkiz )gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 372 (üç yüz yetmiş iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Sumqayıt şəhər polis idarəsinin saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 1,637 qram və 2,157 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 05 ədəd «Oksigen» balonu, «Vollex» markalı mühərrikli elektron əlil arabası, 01 ədəd su motoru, 02 ədəd velosipedin zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-567/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-567/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver