Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-568/2024 03.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonu, Bilağan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağcabədi rayonu, Bilağan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 182.2.2, 182.2.4, 234.4.3 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özbaşına özünü zərərçəkmiş şəxsə vəzifəli şəxs kimi təqdim etməklə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin yanvar ayının sonlarında tanış olduğu fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs özünü Daxili İşlər Nazirliyinin X14 Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim etmiş, bundan sonra qırmızı rəngli üzərində “Daxili İşlər Nazirliyi” sözləri yazılmış vəsiqə üzlüyünü ona nümayiş etdirərək özünə qarşı saxta inam yaradıb guya hazırda əməliyyat tədbiri keçirərək onu yaxaladığını, hoteldə olduqları zaman onun gizlin video və şəkillərini çəkdiyini, onu guya Baş İdarəyə aparıb cinayət məsuliyyətinə cəlb edəcəyi, yaxın qohumlarının həqiqətə uyğun olmayan “araşdırma zamanı” Baş İdarəyə çağırılaraq fahişəliklə məşğul olması barədə məlumat veriləcəyi, sonuncunun ifadəsinin videoçəkiliş vasitəsi ilə alınaraq müxtəlif televiziya kanallarında nümayiş etdiriləcəyi, bunun nəticəsində fahişəliklə məşğul olması barədə məzmunu Zərərçəkmiş şəxs üçün rüsvayedici xarakter daşıyan məlumatların aşkara çıxacağı, onun haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı ilə əlaqədar sonuncuya hədə-qorxu gələrək bu kimi halların baş verməməsi, həmçinin onun 6 ay ərzində fahişəliklə məşğul olmasına guya “şərait” yaratması müqabilində ondan 2023-cü ilin yanvar ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Opera” adlı mehmanxananın 106 nömrəli otağında vəzifəli şəxsin səlahiyyətlərini özbaşına mənimsəməklə zərərçəkmiş şəxsin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib Zərərçəkmiş şəxs xeyli miqdarda - 10.000 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmiş, daha sonra hədə-qorxu ilə tələb etdiyi məbləğin 5000 manatını həmin gün Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs hədə-qorxu ilə alıb ələ keçirmişdir. Bundan başqa o, təkrarən özbaşına özünü zərərçəkmiş şəxsə vəzifəli şəxs kimi təqdim etməklə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü Daxili İşlər Nazirliyinin X14 Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edib özünə qarşı saxta inam yaratmaqla onu cinayət məsuliyyətinə cəlb edəcəyi, yaxın qohumlarının həqiqətə uyğun olmayan “araşdırma zamanı” Baş İdarəyə çağırılaraq fahişəliklə məşğul olması barədə məlumat veriləcəyi, sonuncunun ifadəsinin videoçəkiliş vasitəsi ilə alınaraq müxtəlif televiziya kanallarında nümayiş etdiriləcəyi, bunun nəticəsində fahişəliklə məşğul olması barədə məzmunu Zərərçəkmiş şəxs üçün rüsvayedici xarakter daşıyan məlumatların aşkara çıxacağı, onun haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı ilə əlaqədar sonuncuya təkrarən hədə-qorxu gələrək bu kimi halların baş verməməsi, həmçinin onun növbəti 6 ay müddətinə fahişəliklə məşğul olmasına guya “şərait” yaratması müqabilində 2023-cü ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs özünün yaşadığı ünvan 1 ünvanında olan zaman sonuncu ilə aralarında olan telefon danışığı zamanı təkrarən vəzifəli şəxsin səlahiyyətlərini özbaşına mənimsəyərək zərərçəkmiş şəxsin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs təkrarən 3000 manat pulu hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 5,821 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Gəmiqaya” restoranının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə saat 16:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 19:10-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 5,821 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, restoranda oturduqları yerdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlmişdir. Həmin vaxtı Aysel xanımla bir yerdə olmuşlar. Daha sonra polis əməkdaşları onu idarəyə aparmışlar. Hadisə 11 iyul 2023-cü il tarixində baş vermişdir. Orada onun xanıma hədə-qorxu gəldiyini və ondan pul tələb etdiyini bildirmişlər. Həmin vaxtı onun üzərində telefonu olmuş və telefonunu ondan almışlar. O, telefonda yazışmalarının olduğunu bildirmişdir. Bütün yazışmaları telefondadır. Polis əməkdaşları telefonundakı yazışmaları oxumuşlar və oxuduqdan sonra ona idarəyə getməli olduqlarını bildirmişlər. Daha sonra üzərinə narkotik vasitə qoymuşlar. Birinci onun üzərinə silah qoymaq istəmişlər, amma o, buna qarşı çıxmış, üzərinə narkotik vasitə qoymalarını istəmişdir. Onun üzərinə bir qram narkotik qoymuşlar və rəisin göstərişi olduğunu, onun içəri getməli olduğunu bildirmişlər. Bir qram narkotiklə onu razılaşdırmışlar. Narkotikdən əvvəl ona başqa cinayətlər təklif etmişlər. O isə narkotiklə razılaşmışdır. Narkotiki polis əməkdaşları şkafdan götürmüşlər. Həmin narkotiki siqaret paçkasının içərisinə qoymuş və narahat olmamasını, bir qram olduğunu bildirmişlər. Daha sonra müstəntiq gəlmiş və ona narkotikin çəkisinin beş qram olduğunu bildirmişdir. O, polis əməkdaşlarının bir qram olduğunu bildirdiklərini söyləmiş, müstəntiq isə narkotikin ekspertizaya göndərildiyini və çəkisinin beş qram olduğunu bildirmişdir. Bundan sonra onda ümumiyyətlə narkotik vasitə olmadığını bildirmiş və şikayət etmişdir.. Onun şikayəti olduğu üçün istintaq gedən zaman digər maddələri boynuna qoymuşlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, saxlanana qədər təsərrüfat işləri ilə məşğul olmuşdur. Ağcabədi rayonunda yaşayır, Sumqayıt şəhərində yaşamamışdır. Heç vaxt Sumqayıt şəhərində olmamışdır. Ayseli sosial şəbəkə vasitəsi ilə tanımışdır. İlk dəfə hadisədən iki il bundan əvvəl tanımışdır. Aysellə ilk dəfə Nərimanov rayonunda oteldə görüşmüşdür. Görüşəndə Ayselə pul verməmişdir. Sonradan onunla telefonda danışmışdır. İkinci dəfə görüşəndə pul vermişdir. Görüşməmişdən qabaq onunla 250 manat pul qarşılığında razılaşmışdır. Pul kartda olmuşdur və o, kartdan pulu köçürməli olmuşdur. Aysel ona vaxtının olmadığını və həmçinin gecə saat on iki olduğunu bildirmişdir. Ona görə həmin görüşdə pul verməmişdir. O, ********** mobil nömrəsindən istifadə etmişdir. Həmin nömrə təkcə onun istifadəsində olmuşdur. Aysellə görüşəndə aralarında pulla bağlı narazılıq yaranmışdır. Aysel çıxıb gedəndən sonra o, həmin görüşdən göndərməli olduğu pulu göndərməmişdir. Daha sonra onunla telefonda danışmışdır. O, subaydır. O, Ayselə özünü polis əməkdaşı kimi təqdim etməmişdir. Sosial şəbəkədə aralarında yazışmaları olmuşdur. Nəyəsə görə Ayseldən pul tələb etməmişdir. O, Aysellə üçüncü dəfə görüşəndə Aysel ona avtomobilinin vurulduğunu demişdir. Ona köməklik etməyini və 3 dəfə görüşməyinin borcunu siləcəyini bildirmişdir. Onlar telefonla danışanda Aysel onun səsini yazmışdır. Ona güya insan alverinə pul verdiyini demişdir. Onlarla danışmasını və pul istəməmələrini söyləmişdir. O, dost kimi danışmış, Ayseldən pul istəməmişdir. O ancaq oteldə Aysellə görüşmüş, onun yaşadığı ünvanda olmamışdır. O, Alatava qəsəbəsində olmamışdır. Birincisi onun avtomobili olmamışdır. İkincisi də Alatava qəsəbəsində o, olmamış və Ayseldən ittihamda deyilən kimi 5000 manat pul tələb etməmişdir. O, narkotik vasitələrinin hər hansı növündən istifadə etməmişdir. O tutulandan sonra onu analizə aparmışlar amma, analiz etməmişlər. Həkim ona narkotik istifadə edib-etməməsi barədə sual vermiş, o isə istifadə etmədiyini, narkotiki tanımadığını bildirmişdir. Ağcəbədi rayonunda təsərrüfatla məşğul olmuş, başqa heç bir fəaliyyətlə məşğul olmamışdır. O, “Coca-Cola” şirkətində işləməmiş, orada adı getmişdir. Aysellə olan SMSlərin məzmunu onun yadında deyildir. Birinci görüşdə o? Ayselin pulunu verməmişdir. Ödəniş kartla olduğuna görə verməmişdir. İkinci dəfə görüşəndə onu təhqir etdiyinə görə pulunu verməmişdir. Üçüncü dəfə görüşə Aysel özü onu çağırmış, əməliyyat olunduğunu bildirmişdir. Narkozda olduğunu və istəmədən onu söydüyünü bildirmişdir. Heç bir probleminin olmadığını və gələ biləcəyini bildirmişdir. Telefonunda Aysellə bütün yazışmalar olmuşdur. Aysel onu tutdurmaq istədiyinə görə onunla üçüncü dəfə görüşmüşdür. İkinci dəfə pulunu vermədiyinə görə onunla prinsipə düşmüşdür. O, ittihamda göstərilən işlərlə məşğul deyil, subay oğlandır. Aysellə danışmış və xoşu gələndən sonra onunla görüşmüşdür. Əvvəllər o, polisdə işləmişdir. Üzərində heç şəxsiyyət vəsiqəsini gəzdirmir. Narkotik vasitələrində istifadə edən biri deyil. Əvvəllər əməliyyat olunmuşdur. Ona görə bir və ya iki dəfə marixuana istifadə etmişdir. Onunla da tutulmuşdur. Analiz zamanı heç bir nümunə götürməmiş, oturub söhbət etmişlər. O, heç vaxt heroindən istifadə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin onun üzərindən aşkar olunması ilə bağlı məhkəməyədək icraat zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 11 iyul 2023-cü il tarixdə saat 16:30-da Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Gəmiqaya” restoranının qarşısında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində heroin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 61 manat pulu, sağ yan cibindən “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 61 manat pul ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni 11 iyul 2023-cü il tarixdə 30 manata tanımadığı şəxsdən Novxanı ərazisində aldığını şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir (cild 01, iş vər. 76-79). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, tam olaraq şəxslə tanışlığı yadında deyildir. Ona səhv etmirsə əvvəlcə instagram sosial şəbəkəsindən yazmışdır, daha sonra onun nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxslə razılaşmışlar. Görüşəcəkləri günü təyin edərək onu otelə çağırmışdır. Birinci görüşdə hər şey normal keçmişdir və kartına pul göndərmişdir. O, həmin şəxslə pul qarşılığında görüşmüş və onunla cinsi əlaqədə olmuşdur. Birinci görüşdə həmin şəxs ona pulun göndərilməsinə dair çek göndərmiş, amma həmin pulu ona göndərməmiş, saxta bir çek göstərmişdir. Daha sonra ona onun otelinə yaxın ərazidə yaşadığını bildirərək səhərisi günü otelə yaxınlaşmağını bildirmiş və həmin vaxtı pulu verəcəyini demişdir. O da otelə yaxınlaşmış və onun olduğu otağa gəlmişdir. Otaqda olarkən Babək onun videolarını çəkdiyini bildirərək uzaqdan ona vəsiqə göstərmişdir. Hazırda aşağıda onu tutmaq üçün digər şəxslərin gözlədiyini və onu aparmalı olduğunu bildirmişdir. Onu aparmaması üçün ona 10 min pul verməli olduğunu bildirmişdir. O həmin pulu verməyə imkanının olmadığını demişdir. Özünü ona X14 Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim etmiş və hazırda videçəkilişin getdiyini, videolarının onda olduğunu və onu bölməyə aparcağını deməklə hədələmişdir. Fahişəliklə məşğul olduğunu əsas götürərək onu hədələmişdir. Babək onun telefonunu da əlindən almış və ona verməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ilk dəfə ondan borca pul istəyəndə Babəkin polis olmadığını başa düşmüşdür. Həmin ana qədər ondan şübhələnməmişdir. Daha sonra ondan istədiyi min manat pulu Babəkə verməmişdir. Babək ondan beş min manat alandan sonra onunla görüşməmişdir. Birinci görüşdə Babək ona pulu verməmiş və səhəri günü onu otelə pulu verməyə çağırmışdır. O, Babəklə üç dəfə görüşməmişdir. Birinci dəfə görüşdən sonra səhəri günü pulunu almağa gedəndə Babaək ona X14 Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu bildirmişdir. Ondan sonra Babəklə heç bir münasibəti olmamışdır. Babək ona narkotik vasitələrdən istifadə etməsini deməmiş narkotiklə bağlı aralarında söhbət olmamışdır. Otaqda olarkən uzaqdan ona qırmızı vəsiqəsini göstərmişdir. Babək vəsiqəni açmış və bağlamışdır. Həmin vaxtı vəziyyəti yaxşı olmadığı üçün ona inanmış, yaxınlaşıb onun vəsiqəsinə baxmamışdır. Babək bir dəfə ondan 5 min manat pul almış, daha sonra min manat və üç min manat borca pul istəmişdir. O daha sonra Babək onunla telefonla danışanda əgər bu işlə məşğul olmaq və ya davam etmək istəyirsə aylığa salmağı təklif etmişdir. Onunla görüşdüyü gündən bir gün əvvəl əlaqə saxlamışdır. Onunla görüşmüşdür. Şəxsi həmin gündən sonra tanımışdır. O, Babəkin əlində videoçəkiliş görməmişdir. Qırmızı vəsiqə olmuş və balaca hərflərlə nə isə yazılmışdır. Onun problemi olmamış, ona görə də himayədarlığına ehtiyacı olmamışdır. Ona heç bir işi düşməmişdir. O, X14 Mübarizə Baş İdarəyə düşmədiyinə görə şəxs haqqında əvvəllər maraqlana bilməmişdir. Ona aşağıda avtomobildə onu aparmaq üçün şəxslərin gözlədiyini bildirmişdir. O da ağlamışdır. Babək onun videolarını ailəsinə göstərməklə hədələmiş, cəmiyyətə göstərməklə qorxutmuşdur. 10 min manat müqabilində onu idarəyə aparmayacağını bildirmişdir. Telefonda kiminləsə danışmış və güya beş minə razılaşmışdır. Daha sonra ona altı ay bu işlə məşğul olmasına göz yumacağını bildirmiş, pulu ondan almışdır. X15 markalı avtomobillə otelin qarşısına gəlmişdir. Həmin vaxtı onun avtomobilinə minmişdir. Onu yaşadığı ünvana aparmışdır. O, üstündə ona verə biləcək 10 min manatın olmadığını, 5 min manat evdən götürüb ona verə biləcəyini bildirmiş və 5 min manat pulu ona vermişdir. Babək sükanın arasında pulu saymağa başlamışdır. Ona daha sonra xarici nömrədən yazaraq nəsə problemi olsa ona himayədarlıq edəcəyini bildirmişdir. Pulu verəndən sonra onunla daimi olaraq əlaqə saxlamışdır. Pulu hansı tarixdə verdiyini, birinci dəfə nə vaxt görüşməyini xatırlamır. İfadəsində tarixi göstərmişdit. Birinci dəfə görüşəndən sonra səhəri günü o, otelə getmişdir. Həmin günü ondan pulu almışdır. Bir ay onunla telefonla yazışmış, daha sonra min manat pul lazım olduğunu bildirmişdir. Daha sonra ondan üç min manat istəmişdir. Ondan pulları istəyəndə onun səsini yazmışdır. Axrıncı dəfə ondan üç min manat pul istəmişdir. Səsini yazandan sonra həmin şəxsin səsindən istifadə edərək hüquq mühafizə orqanlarına şikayət etmişdir. O, başına gələn hadisəni tanışına danışmışdır. Ona haraya şikayət etməli olduğunu izah etmişdir. Babək 3-6 aylıq üçün 3 min manat pul istəmişdir. 1000 manat pulu borc üçün istəmişdir. Otel kamerasından səhəri gün görüşməkləri sübut olunur. 6 ay ərzində onlar görüşməmiş, o, işlərinin olduğunu və işləri ilə əlaqədar rayona getdiyini bildirmişdir. Cinsi istismar məqsədi ilə ona görüş təklif etməmişdir. Ondan ancaq pul istəmişdir. 5000 manat alandan sonra altı ay ərzində əlaqələri olmamışdır. Altı ay sonra ondan 3000 min manat ona görə istəmişdir ki, güya ki onu tanıyır və hörmət edərək az məbləğdə pul istəyərək fahişəliklə məşğul olmasına daha 6 ay göz yumacaqdır. Birinci dəfə ondan 5000 manat istəyəndə o qorxduğu üçün şikayət etməmişdir. Həmin şəxs də onun qorxmasından istifadə etmişdir. O, ciddi–ciddi hüquq mühafizə orqanının əməkdaşının onun saxladığını və buraxması üçün 5000 manat istədiyini fikirləşmişdir. Ondan 1000 manat borc istəyəndə o, 1000 manatın böyük pul olmadığını düşünmüş, ona görə də ondan şübhələnmişdir. Babək iyul ayının 11-i ona pul verməsi üçün görüş təklif etmişdir. Gəmiqaya restoranında olduğunu bildirmişdir. 3000 manata görə söhbət etmək istədiyini demişdir. O, restorana girmiş, amma orada onu görməmişdir. Şəxsdən harada olmasını yazaraq soruşdur. Həmin şəxsi restoranda soruşduqda bir nəfər şəxsin polis əməkdaşları tərəfindən aparıldığı bildirilmişdir. O, həmin günü şəxsin üzünü görməmişdir. Ona qədər əməliyyat tədbiri keçirilmişdir. Şikayəti ilə bağlı onun ərizəsini almışlar. Əməliyyat tədbirinin keçirilməsindən onun xəbəri olmamışdır. Şəxs ona adını deməmişdir. Daha doğrusu fərqli bir ad demişdir. Ona birinci dəfə Azərbaycan nömrəsi ilə zəng etmişdir. O onunla görüşəndə normal insan olmadığını görsə idi görüşdən çıxıb gedəcəkdi. Aralarında həmin müddət ərzində heç bir anlaşılmazlıq olmamışdır. Pulları 100 manatlıq əskinaslarda vermişdir.Ziyanı ona qaytarılmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Təqsirləndirilən şəxslə barışmağı üçün ona dəymiş ziyanı tələb edir. İstintaqa verdiyi ifadəni təsdiq edir. Şəxslə bağlı heç bir ədavəti yoxdur. İbtidai istintaq zamanı ifadə verərkən sərbəst şəkildə ifadə vermiş və kimsə onu öyrətməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 11 iyul 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş və şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanılaraq baş idarəyə gətirilmişdir. İdarədə vəkil və təhqiqatçının iştirakı ilə videoçəkilişlə şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, aşkar olunmuş heroinin çəkisini hazırda xatırlamır. Aşkar olunmuş büküm bir ədəd olmuş və heroinə bənzər maddə olmuşdur. Şəxsin barəsində əməliyyat axtarış tədbiri idarənin rəisinə məruzə edildikdən sonra keçirilmişdir. Şəxs idarəyə gətirilən zaman yanında qadın olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılmasında birbaşa iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əvvəllər şəxs barəsində onlarda əməliyyat məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “Babək” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsəqi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin şəxsin xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş, Ağcabədi rayonu, Bilağan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1990-cı il tarixdə Ağcabədi Ağcabədi rayonunda doğulmuş, Ağcabədi rayonu, Bilağan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 16:30-da Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Gəmiqaya” restoranının qarşısında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd sellofan büküm, sol yan cibindən 61 manat pul, sağ yan cibindən “Samsung” markalı mobil telefon aşkar olunmuş, bir ədəd sellofan bükümə baxış keçirilərkən bir ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə olduğu müəyyən olunmuşdur. Aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 29-30). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 12 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3761 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində AR DİN “Zərflər üçün N6" möhür əksi və “Təqsirləndirilən şəxs aşkar edilmiş...” və.s yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,821 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narotik vasitə-heroindir (cild 01, iş vər. 40-42). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(005)-1189/2023 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 11 iyul 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir (cild 01, iş vər. 127-128). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəllərində özünü Daxili İşlər Nazirliyinin X14 Mübarizə Baş İdarəsinin əməkdaşları kimi təqdim edərək Zərərçəkmiş şəxs cinayət məsuliyyətnə cəlb edəcəyi, onun fahişəliklə məşğul olması ilə bağlı rüsvayedici məlumatları aşkara çıxaracağı ilə əlaqədar hədə-qorxu gəlib ondan 5000 manat pul almış, eyni adla 2023-cü ilin iyul ayının əvvəllərində isə Zərərçəkmiş şəxs 3000 manat pul istəmişdir (cild 01, iş vər. 160). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “təqdim edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Cinayət işi üzrə Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi 01 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, səsyazısında iki şəxsin səsi mövcuddur. Onlardan birinin səsi qadın səsi, digərinin səsi isə kişi səsidir. Qadın səsi Zərərçəkmiş şəxs, kişi səsi isə Təqsirləndirilən şəxs səsinə çox oxşayır. Həmin şəxslər arasında aparılan dialoq aşağıdakı kimidir: - alo, nətərsən? (qadın səsi) - sağ ol sən nətərsən? (kişi səsi) - yaxşıyam (qadın səsi) - yaxşı ol, neynirsən?kefin halın? (kişi səsi) - heç nə oturmuşam.sən neynirsən? (qadın səsi) - sağ ol, gözlərivi eliyirdin?qıyıq göz? (kişi səsi) - hə, gözlərimi dartdırmışam. Xoşuma gəlmirdi, (qadın səsi) - hə, xeyirli olsun, (kişi səsi) - çox sağ ol, təşəkkürlər.neynirsən necəsən(qadın səsi) - salamatçılıq, işdə gücdə (kişi səsi) - işlər necə gedir, salamatçılıqdı? (qadın səsi) - belə də, nəbilim, olur. Sən neynirsən?sənin işin gücün? (kişi səsi) - yaxşıdı, təzə-təzə ne deyirlər ona, işləyirəm də, gedib gəlirəm görüşməyə (qadın səsi) - Hə, yaxşı edirsən, nə deyirsən? Prosta qız teması bir az şeydir - Onu nəbilim, gəl görüşüb danışaq da. Ya da belə danışmaq istəyirsən danışaq, fərqi yoxdur, (qadın səsi) - Ay ürəyim, keçən dəfə gördün xoşuna gəldi. Gəldim, sən dedin ki konkret, vaxt deyək görüşək, qurtarsın.Səndə fevral idi. Fevral, mart, aprel may, iyun i vsyo. (kişi səsi) - Bilirsən nə deyirəm, onsuz da mən indi gedirəm. Kluba zada da gedirəm indi. Gözüm zadım düzəlib(qadın səsi) - Kluba gedirsən, indi hotellərlə işləyir idarə, şəkil çəkdi göndərdi vsyo - Hə, bilirsən nəyi deyirəm?indi yay ayıdır, yayda qəşəng iş olur. İstəsən screen edib ataram inanırsan 300 zad nə qədər mesaj gəlir. Postum paylaşılıb rahat gedə bilmirəm, ürək rahatlığı ilə. Gedirəme yenə də, min şükür pul zad var. Amma yenə də rahat olmaq istəyirəm. Bilirsən nəyə görə şey elədim? Keçən dəfə sənin xətrivə dəydim, üzrlü say da. (qadın səsi) - Nə xətrimə dəymisəne?dəyməmisən, prosta işimizdir. İşdir elə olar alınar elə olar alınmaz, (kişi səsi) - Həqiqi narkozdan çıxmışdım, bir az əsəbi idim. Gic olub qalmışdım, (qadın səsi) - sən də denən ki əməliyyat olunmuşam, (kişi səsi) - atdım da şəkilləri gördün gözüm nə gündə olub. Nə isə. Əməliyyat bir qırağa. Nətər eliyək? Nəbilim bir dəfə hoteldən çıxanda eliyəndə ya da boş vaxtın olanda mənə xəbər edərsən, prosta əvvəlcədən deyərsən. Sənin də vaxtın olmur da. Nəbilim, necə uyğunlaşdıra bilirsən mənə deyərsən, (qadın səsi) - Sən nə vaxt boşsan? (kişi səsi) Telefon titrəyişi səsi eşidilir. - Mənə zəng gəlir? (qadın səsi) - Yox mənə gəlir. Sən nə vaxt istəyirsən. Konkret vaxtı de. (kişi səsi) - Konkret vaxt deyəndə ki, şükür əlimdə pul var. Sağa sola xərcləməmişəm, (qadın səsi) - Nətər? (kişi səsi) - Deyirəm ki, hələ ki sağa sola pul xərcləməmişəm. Hələki biraz varımdır, (qadın səsi) - Sənin fikrindən nə keçir? (kişi səsi) - Aylığa da, ancaq aylığa. Aylıq mənə nəsə bir. Demirsən onsuz da qəşəng qazanıram da aylığa. Məsələn neyniyə bilərik? (qadın səsi) - Bir aylıq? (kişi səsi) - Hə(qadın səsi) - Aylıqla olanda o biraz çox olure. O sənə sərf edəcək? (kişi səsi) - Onda nətər edə bilərək ki? (qadın səsi) - Ay ikidir, (kişi səsi) - Əslində normal. Amma yox yox iki çoxdur, (qadın səsi) - Hə də ona görə deyirəm də, sənə sərf edir. Keçən səfərki kimi, (kişi səsi) - Hə keçən səfərki neçə idi? (qadın səsi) - 6 ay. Bax fevraldan eləmişdik. 6 ay fevral, mart, aprel, may, iyun. Bax bu ay yoxdur uje. Keçib, (kişi səsi) - Hə yaxşı. Amma nə olar heç olmasa 5 yox 4 olsun, (qadın səsi) - Mən sənə elə edərəm ki, qızı da onun içində olar, (kişi səsi) - 5 minin içində? (qadın səsi) - Hə də hamısı bir yerdə olar, (kişi səsi) - Bilirsən necədir 5 yox da 5 çox naqruskadır mənə, (qadın səsi) - Sənin nə qədər varındır ürəy? (kişi səsi) - Mənim varımdır. Onu verə biləcək qədər var. Oradan buradan düzüb qoşacam. Üçüm var, bir nəfər də. Üçü verim, qalanını bir həftəyə verərəm. Onsuz işləyirəm də qəşəng. Günə 800-900, 500-600 gəlir, (qadın səsi) - Üçdür səndə? (kişi səsi) - 3500 varımdır. 500 də mənə qalsın da. (qadın səsi) - Onda mən danışım sənə 1 saata deyəcəm. Əgər alınsa sabah görüşək, sən də sabahdan işini gör də. (kişi səsi) - Sabah mənə deyərsən, evdən çıxanda götürüm. Sabah Mərdəkan tərəfə gedəcəm. Mənə deyərsən alınsa bu günləri mən pulu da özümlə götürüm gedib ev tərəfə. Sonra bir də onun üçün qayıtmayım. Şübhələnərlər evdən (qadın səsi) - Mən saat 11-ə qədər sənə deyəcəm, (kişi səsi) - Yaxşı ürəyim, (qadın səsi) - Oldu, yaxşı, hələlik, (kişi səsi) Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokol və 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 165-167). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 daxil olmuş xx.xx.2023-cü il tarixli 11088 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il tarixdə Ağcabədi Ağcabədi rayonunda doğulmuş, Ağcabədi rayonu, Bilağan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 01, iş vər. 174). Cinayət işinin materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 13 setyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 528-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 175-176). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara dair CD disklərdə olan məlumatlara baxış keçirilmiş və narkotik vasitənin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən aşağıdakı məzmunda SMS yazışmaları müəyyən edilmişdir: xx/xx/2022,18:32:32,**********24,**********29, Salam Kamran bu hereketlerin hec yeri yoxdu behzad yigib Emanetler gelib rayonda eyer bele olacaqsa men atkazedim teli gotur xx/xx/2022,23:23:38,**********24,**********32, qacib izdenmeyle hecne olmaz ac varyoxun rawot eliye bilərik o mah xx/xx/2022,11:55:38,**********24,**********29, Telefonu ac gedek heresinden 1 kilo goturek ya Yarım kilo getrek burda biryerden verek lap 10man yox birazda ucuz 7 8 verek borcumuz xercimizi verek xx/xx/2022,19:46:44,**********22,**********24,i gor indi nece tapib bize nagil daniwdigiva gore.Lazim doyul uje senin o pox pusurun babek.Seni tutan kimi senol cox pis gune qoyaciyiqda bu yalanlarıva gorə indi nece tapib sikəcəm bize nagil daniwdigiva gore.Lazim doyul uje senin o pox pusurun babek.Seni tutan kimi senol cox pis gune qoyaciyiqda bu yalanlariva gore xx/xx/2022,19:39:58,**********24,**********29,Salam Kamran men behzatla goruwdum optum isteyen varsa sende istryirsense verim bawqa adama lOmanata amma sene 100qram 200wram 7manatla vererem Oda sene borcumun evezine vererem mene haram lazim deyil bil men q*hb* deyilem kiwiyem gorsen xx/xx/2022,21:37:22,**********24,**********83,Kazbek Al xx/xx/2022,22:16:50,**********24,**********27,Emin bu nedi mene vermisen 20manata 02 mal olur bawa duwmedim telofonu gotur xx/xx/2022,14:58:37,**********33,**********24,Neyin varki elede deyirsenki gor beyaqdan nece dil danisirsan gah gedirsen goturmeye gai goturmusen gelirsen 4 torgaq 2 das ne qeder adam yiqir varyoxma nehlet xx/xx/2022,15:05:59,**********33,**********24,Varyoxna nehlet yalan deyen 40 deyqiye 100 m var idi hele cnx yiye bilmirsiz yemiyin xx/xx/2022,15:09:57,**********33,**********24,Naqdi ustunde varsa qram yarim torpaq lazimdi pulunu naqdida verirem he yox yaz danisa bilmirem xx/xx/2022,15:21:17,**********33,**********24,İndi gelirsen gel 60m var q***** olar yalan deyen cibimdedi naqdi 3 nefer adam istiyir bir yerde aparib verek imdi ozun bil varyoxnu yalan deyen 100coxdu xx/xx/2022,00:59:52,**********24,********** 33,Tez yaz neqeder torpaq isteyirsen tezzz xx/xx/2022,10:23:01,**********24,**********75,Vüsal zamin teli goturmur neter harasa mal qoyubsa teli goturmur he meni doladiniz he zaminde sende he dunenki gunun yadinda sen bu hereketi mene xx/xx/2022,10:23:03,**********24,**********75,elememeliydin vüsal meni pis veziyetde birde oboyda yol getizdirdin bura ozunde mal ola ola bir damci vermedin meni pis veziyetde qoydun senin kiwi xx/xx/2022,13:30:48,**********75,**********24, DAWDA GOTUR xx/xx/2022,01:52:49,**********24,**********75, Bir cet mala gore azere yigdin dedinki deki acar mende deyildi pervizle yaziwiram senol bayaqdan deyir ne acar ne azer ne vüsal qaqa men deyir yerimde yatiram hec vusali azeri 2gundu gormuren xx/xx/2022,10:30:04,**********75,**********24,QOYDUN OZUVU Q********* YENE BİR CET TAPAN KİMİ xx/xx/2022,21:50:03,**********24,**********75, Wahin 0.5 deyim de sene 4/06/2022,21:46:43,**********24,**********75,Salam wahin netersen wahin 2gundu lomkadam olurem bir damcida olsa veziyetden cixmaga komey ele puluyla olsun var veziyetim pisdi ozde bilsen bunun agrisin 9/07/2022,15:49:05,**********24,**********12,Etubar acda bu poxu olurem 30manat var 1dene tapmaq olar kiwsen ac lap o kohne borcdan 10 vererem xx/xx/2022,17:23:10,**********24,**********33,Aaa ac kola var istiyen var xx/xx/2022,20:24:53,**********24,**********33,Aye cindir hereketin yigiwdirmadinda senol derman geldi var Зраска lazimdi qiymeti he yox bunu demey cetindi ruslan xx/xx/2022,12:47:51,**********24,**********12,Wahin kola varindi 5qram lazimdi xx/xx/2022,23:40:37,**********24,**********12,Wahin derman pul goturmuwem alinmirsa de qaytarım xx/xx/2022,00:47:19,**********24,**********99,Ay qaqa bawina donum neter eliyim 3den weyden otru buboyda iwi qaciraydim pul topala sen xx/xx/2022,01:09:55,**********99,**********24,Bildim ata alinmasa torpaq goturme cibimde pul yoxdu xx/xx/2022,06:20:09,**********24,**********75,Salam etibar mene bir damcı kola ver veziyetden cixim puluyla veziyetim pisdi xx/xx/2022,12:14:34,**********24,**********10,Adboy versen mehledeydim 10dene kola varidi 6dene daw dedim tez eridek ta hecne getdim eminin yanina ok xx/xx/2022,19:37:32,**********24,**********00,lomkadayam axi meni bura getizdirib 2narkamanda mawinimda gozdedirs xx/xx/2022,00:11:13,**********24,**********00,Ayr ac kola var istemirsen a xx/xx/2022,01:34:50,**********24,**********29,Kamran daw var 08 zad 2karopka newe versen ancaq dawdi özün goresen xx/xx/2022,01:34:51,**********24,**********29, İran dawi toz yoxdu tez cvb ver Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokol və 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 178-180). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 5192 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” (cild 01, iş vər. 197-198). Cinayət işinin materiallarında olan “Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206, 234.4.1-ci və 152-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 43-65). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “Babək” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsəqi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin şəxsin xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş, Ağcabədi rayonu, Bilağan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Gəmiqaya” restoranının qarşısında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış nəticəsində onun üzərindən bir ədəd sellofan büküm, 61 manat pul və “Samsung” markalı mobil telefon aşkar olunmuş, bir ədəd sellofan bükümə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə oxşar maddə olduğu müəyyən olunmuşdur. Götürülmüş maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə heroin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı dolğun fikir əldə etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair» 21 oktyabr 2011-ci il tarixli Qərarına nəzər yetirmək və Konstitusiya Məhkəməsinin sözügedən qərarında yaratdığı hüquqi mövqeyi nəzərə almaq zərurəti yaranır. Belə ki, Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, CM-in 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə dedikdə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. İlk olaraq qeyd olunmalıdır ki, cinayət qanunvericiliyində cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normalar iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir.Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. CM-in 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. CM-in 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Eyni zamanda, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Bundan əlavə, sözügedən qərarda göstərilmişdir ki, təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Habelə, həmin qərarda göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Yuxarıda qeyd olunanları hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı irəli sürülən ittiham üzrə nəzərdə tutulan əməli törətməklə zərərçəkmiş şəxsə hədə-qorxu gəlmişdir. Eyni zamanda, CM-in 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, yuxarıda sadalananları hazırki iş üzrə tətbiq edən, o cümlədən mövcud sübutları ayrı-ayrılıqda və məcmu halında araşdıraraq mümkünlüyü, mötəbərliyi və mənsubiyyəti üzrə qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 234.4.3 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun özünün ibtidai istintaq dövründəki qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həm üzərindən aşkar olunan həmin narkotik vasitə ilə bağlı, həm də zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmaması, polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması, məcbur qalaraq narkotik vasitəni boynuna alması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin onun üzərindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq dövründə verdiyi ifadəsini qoyur. Eyzi zamanda, təqsirləndirilən şəxsin hədə-qorxu ilə tələb etmə cinayəti, o cümlədən vəzifəli şəxsin səlahiyyətini mənimsəmə cinayəti ilə bağlı qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında telefon danışıqlarına dair səs yazısı və.s onun dediklərini tam təkzib edir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü qismən təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, aşkar olunan narkotik vasitənin miqdarının külli miqdardan bir neçə dəfə çox olması, o cümlədən narkotik vasitənin satışına dair SMS-lərin iş materillarında mövcud olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs oğluna təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Hüseynov X6 rayonu, Bilağan kəndində yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 170-172). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Hüseynov X7 Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmişdir (cild 01, iş vər. 100-101). Cinayət işinin materiallarında olan “Ağcabədi Rayon İcra və Probasiya Şöbəsi”nin xx.xx.2024-cü il tarixli, 97/23-38-03 nömrəli məktubundan görünür ki, Hüseynov X7 Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, xx.xx.2023-cü tarixdə şöbədə qeydiyyata düşmüş, xx.xx.2023-cü il tarixədək cəzasından 01 ay 04 gününü çəkmiş və çəkilməmiş cəzası 01 il 04 ay 22 gün təşkil edir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir və həmçinin, məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki hökm üzrə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi cinayət qanununun müddəalarına əsasən iki günün bir günə bərabər götürülməklə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilib hökmlərin məcmusu üzrə toplamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 19). Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 94-98). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 5,721 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 03 ədəd diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 234.4.3 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin olunmuş 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi səkkiz) günü həmin Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 11 (ön dörd) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 5,721 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 (üç) ədəd diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 110 AZN (yüz on iki) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-568/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-568/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver