Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-57/2023 31.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Təqsirləndirilən şəxs1 müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxx 1986-cı ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış. Tərtər rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla. ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə,
2. xx xxxx 2000-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satışını həyata keçirmək üçün qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Əlirza” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü İran İslam Respublikasında yaşayan “Əlirza” adlı şəxs tərəfindən istintaqa məlum olmayan yer və mənbədən əldə olunub göndərilmiş bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,198 qram, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,339 qram, bir ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 70,0 qram, ümumi təmiz çəkisi 80,537 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,884 qram, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,688 qram, bir ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 1060,0 qram, ümumi təmiz çəkisi 1076,572 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş narkotik vasitə heroini xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Badam Villa” yaşayış kompleksinin yaxınlığında qoyulmuş yerdən qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvana gələrək həmin narkotik vasitə və psixotrop maddəni üzərində daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs2 dediyi ünvanlara narkotik vasitə və psixotrop maddələri satmaq üçün qoyması müqabilində mükafat qismində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,339 qram psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,688 qram narkotik vasitə heroini vermiş, xx.xx.2021-ci il tarixdə saat 13 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,198 qram psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,884 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,339 qram psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,688 qram narkotik vasitə heroin, bundan sonra həmin tarixdə saat 15 radələrində onun Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayə yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış və götürmə keçirilən zaman evin otağında çarpayının üzərində olan yastığın altındakı qara rəngli əl çantasının içərisindən üzərindən aşkar olunmuş 6,198 qram psixotrop maddə metamfetamin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən bir ədəd şəffaf rəngli sellofan bağlamada təmiz çəkisi 70,0 qram olan psixotrop maddə metamfetamin, üzərindən aşkar olunmuş 9,884 qram narkotik vasitə heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən bir ədəd şəffaf rəngli sellofan bağlamada təmiz çəkisi 1060,0 qram olan narkotik vasitə heroin, narkotik vasitə və psixotrop maddə satmaq üçün istifadə etdikləri üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satışını həyata keçirmək üçün qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Əlirza” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü İran İslam Respublikasında yaşayan “Əlirza” adlı şəxs tərəfindən istintaqa məlum olmayan yer və mənbədən əldə olunub göndərilmiş, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 “Əlirza” adlı şəxsdən əldə etdiyi narkotik vasitə və psixotrop maddələri dediyi ünvanlara qoyması müqabilində mükafat qismində aldığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,339 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,688 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvana gələrək həmin narkotik vasitə və psixotrop maddəni üzərində daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 13 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,339 qram psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,688 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,198 qram psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,884 qram narkotik vasitə heroin, bundan sonra Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Əlirza adlı şəxs tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Badam Villa” yaşayış kompleksinin yaxınlığında qoyulmuş yerdən əldə etdiyi və onun üzərindən aşkar olunmuş 4,339 qram olan psixotrop maddə metamfetamin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən bir ədəd şəffaf rəngli sellofan bağlamada təmiz çəkisi 70,0 qram psixotrop maddə metamfetamin, üzərindən aşkar olunmuş 6,688 qram olan narkotik vasitə heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən bir ədəd şəffaf rəngli sellofan bağlamada təmiz çəkisi 1060,0 qram narkotik vasitə heroin, narkotik vasitə və psixotrop maddə satmaq üçün istifadə etdikləri üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi xx.xx.2021-ci il tarixdə saat 15 radələrində onun Təqsirləndirilən şəxs1lə birlikdə kirayə yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış və götürmə keçirilən zaman evin otağında çarpayının üzərində olan yastığın altındakı qara rəngli əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə birgə kirayə evdə yaşamışlar. Onunla qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olurdu. Hər ikisi də narkotik vasitənin heroin və metamfetamin növündən istifadə edirdi. Əlirza adlı şəxs onlara narkotik vasitələri verir, onlar da həmin narkotik vasitələri onun müəyyən etdiyi yerlərə atırdı. Əlirza adlı şəxslə o danışmışdı. Əlirza adlı şəxsin özü də narkotik vasitələri müəyyən əraziyə atırdı və onlara həmin yerdən götürmələrini bildirirdi. Göstərdikləri bu fəaliyyətin əvəzində onlara narkotik vasitə verirdi. 03 noyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşlar. Qeyd etdiyi tarixdə səhər saat 07:00 radələrində polis əməkdaşları hasardan tullanaraq evin qapı və pəncərəsini qırmışlar. Polis əməkdaşları evlərindən aşkar etdikləri narkotik vasitə miqdarını özləri artırmışlar və həmin miqdarda narkotik vasitənin onlara məxsus olduğunu etiraf etməklərini bildirmişlər. Fiziki təzyiqlərə məruz qaldıqları üçün narkotik vasitənin onlara məxsus olduğunu bildirmişlər. Evdən elektron tərəzi də aşkar edilmişdi. Lakin, evdə olan elektron tərəzi balaca idi. Polis əməkdaşları özləri evə daha böyük elektron tərəzi qoymuşlar. Əlirza adlı şəxs onlara təxminən 3 dəfə narkotik vasitə atmışdır. Sonuncu dəfə təxminən 300-400 qram miqdarında narkotik vasitə atmışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, evli olsa da, rəsmi olaraq təxminən 2 il müddətdir ki, boşanmışdır. Bir qızı var. Təxminən 2-3 il müddətdir ki, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən 2 il müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. 04 noyabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edərkən mülki geyimdə olan özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra bildikləri dörd nəfər polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Polis idarəsinin inzibati binasında dəvət olunmuş müdafiəçilərin iştirakı ilə hər ikisi şübhəli şəxs qismində tutulmuş, onlara video çəkiliş ilə müdafiəçilərin iştirakı ilə üzərlərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Onlar da etirazları olmadığını bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərlərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onlardan üzərlərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. Həmin vaxt o, əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə heroin kütləsini və 1 ədəd bükümdə metamfetamin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlələr çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd **********366164 nömrəli, 1 ədəd **********412298 nömrəli, 1 ədəd **********717666 nömrəli plastik bank kartları və içərisində ***-***-**-** GSM mobil nömrə olan “İphone” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra onun təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Plastik bank kartları və 1 ədəd “İphone” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Bundan sonra Şəlalənin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəlalə əynində olan şalvarın sol yan cibindən 1 bükümdə heroin kütləsini və 1 bükümdə metamfetamin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlələr çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmişdir. Sonra Şəlalənin üzərinə Sahibə Məmmədova adlı qadın tərəfindən şəxsi axtarış keçirilmiş, Şəlalənin əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı olan aparat (qolbağ), həmin gödəkçənin sağ yan cibindən plastik bank kartları, “Nokia” markalı mobil telefon və 5 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra Şəlalənin təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Plastik bank kartları və “Nokia” markalı mobil telefon və aparat bu barədə Şəlaləyə izah verildikdən sonra götürülmüş, 5 manat pul isə Şəlalənin özünə geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadıqları ünvan 1 ünvanda yerləşən evə getmişlər. Ondan yaşadıqları evdə narkotik vasitə olub-olmaması soruşulmuşdur. Ona evdə narkotik vasitə saxladığı təqdirdə həmin kütləni təqdim etmək təklif olunmuşdur. O, da yaşadıqları evin açarının olmadığı üçün qapısının bağlanmadığını, yaşadıqları evdə qızılzinət əşyaları, pul və digər qiymətli əşyaların olmadığını bildirmiş, qapını əli ilə açıb otağa daxil olmuşdur. Otaqda yerləşən çarpayıda olan yastığın alt hissəsində saxladığı içərisində 1 ədəd bağlamada heroin, 1 ədəd bükümdə metamfetamin, 1 ədəd elektron tərəzi və içərisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müvafiq yazılar olan 3 ədəd kitabça olan əl çantasını təqdim etmişdir. Daha sonra həmin büküm və bağlama çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmişdir. Sonra həmin büküm və bağlama, həmçinin elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar olunmuş kitabçalarda o, tanışı Əlirzanın göndərdiyi narkotik vasitə və psixotrop maddələri qeyd etdiyini bildirmişdir. Əlavə olaraq üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini xx.xx.2021-ci il tarixdə saat təxminən 22 radələrində tanışı “Əlirza” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsi, “Badam Villa” yaşayış kompleksinin yaxınlığında qoyulmuş yerdən götürdüyünü, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Əlirzanın dediyi ünvanlara qoymalı olduğunu, bunun müqabilində Əlirzanın ona 1000 manat pul göndərəcəyini bildirmişdir. ***-***-**-** mobil nömrəsini təxminən 5-6 ay müddətdir ki, istifadə edir. Əlirza adlı şəxsi Şəlalə ilə qiyabi olaraq tanıyırlar, onunla sosial şəbəkədə tanış olmuş, Əlirza adlı şəxslə yalnız vatsap proqramı vasitəsi ilə danışırmış, bir neçə dəfə onunla vatsap proqramı vasitəsi ilə danışaraq Əlirzanın dediyi ünvanlardan narkotik vasitə götürüb, sonradan dediyi ünvana qoymuşdur. Bunun müqabilində Əlirza ona müəyyən məbləğdə pul və istifadə etməsi üçün narkotik vasitə və psixotrop maddə vermişdir. Yaşadığı evdən və üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni Əlirzanın deyəcəyi ünvanlara çatdıracağı təqdirdə Əlirza ona 1000 manat pul göndərməli olmuşdur. O, və Şəlalə 04 noyabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində yaşadıqları ünvan 1 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən və Abşeron rayon polis idarəsinə gətirilərkən ona və Şəlaləyə qarşı heç bir fiziki və ya pxisi təsir göstərilmədiyini bildirmişdir. Üzərindən aşkar olunmuş kartlardan 6768-6755-9871-7666 nömrəli üzərində Təqsirləndirilən şəxs1 yazılmış kart və 4169-7332-2741-2298 nömrəli Birkart (qırmızı) kart özünə məxsusdur, digər kartı isə tapmışdır. Həmin kartları narkotik vasitə istifadə etmək üçün üzərində saxlamış, eyni zamanda narkotik vasitələri ayırmaq üçün həmin kartlardan istifadə edirmiş. Üzərində aşkar olunmuş kartlar vasitəsi ilə heç bir pul köçürmələri etməmiş, eyni zamanda həmin kartlara hər hansı şəxs və ya şəxslər tərəfindən heç bir pul köçürməsi olmamışdır. Üzərində aşkar olunmuş İphone markalı mobil telefon özünə məxsusdur, telefonunda vatsapda “Əlirza” adlı şəxslə aralarında olan sms yazışmaları, səsli mesajlar və fotoşəkilləri narkotik vasitə alışverişi ilə bağlıdır. Əlirza vatsapda ona sms, səsli mesajlar yazaraq, göndərdiyi narkotik vasitələri hansı ünvanlara çatdırmağı və hardan götürməsi barədə fotoşəkillər göndərirmiş. Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları evdən aşkar edilmiş 3 ədəd əl kitabçaları ona məxsusdur, həmin kitabçalarda narkotik vasitələr barədə qeydlər aparırmış. Həmin kitabçalarda qeyd etdiyi “K” hərfi kakos, “P” hərfi isə patı mənasını verdiyini, qeyd olunan rəqəmlərin isə narkotik vasitələrin çəkilərinin qramlarını müəyyən etmək üçün yazıldığını bildirmişdir. (Cild 1, iş vərəqləri 109-111) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 3 ildir ki tanıyır. Onunla qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Əlirza adlı şəxs onlara narkotik vasitələri verirdi, onlar da həmin narkotik vasitələri onun müəyyən etdiyi yerlərə atırmışlar. “Əlirza” adlı şəxsin özü də narkotik vasitələri müəyyən əraziyə atır və onlara həmin yerdən götürməklərini bildirirdi. Göstərdikləri bu fəaliyyətin əvəzində narkotik vasitə verirdi. 03 noyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşlar. Qeyd edilən tarixdə səhər saat 07:00 radələrində polis əməkdaşları hasardan tullanaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evin qapı və pəncərəsini qırmışlar. Qapını Anar müəllim adlı polis əməkdaşı qırmışdır. Evə daxil olduqdan sonra “kiloqram haradadır? kiloqram haradadır?” deyə-deyə Təqsirləndirilən şəxs1 və onu döymüşlər. Təqsirləndirilən şəxs1 digər otağa aparıb döymüşlər, onu da olduqları otaqda döymüşlər. Hətta onun üz nahiyəsində xəsarət də var idi. Həmin xəsarətin guya onun yıxılmağı səbəbindən yarandığını qeyd etmişlər. O, törətdiyi əməldən peşmandır. Narkotik vasitə satdığını etiraf edir. Lakin, tutulanda evdə 70 qram miqdarında narkotik vasitə olmuşdur. Anar adlı polis əməkdaşı gözünün qabağında 1 kiloqram narkotik vasitə düzəltmiş və həmin miqdarda narkotik vasitənin onlara məxsus olduğunu etiraf etmələrini bildirmişlər. Fiziki təzyiqlərə məruz qaldıqları üçün narkotik vasitənin onlara məxsus olduğunu bildirmişlər. Daha sonra onları Abşeron Rayon Polis İdarəsinə aparmışlar. Orada 10 qram narkotik vasitə onun, 70 qram isə Təqsirləndirilən şəxs1 cibinə qoymuşlar. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən 2-3 il müddətdir ki, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1lə birlikdə yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda da barəsində verilən cəza ilə bağlı üzərində qolbaq və onun aparatını gəzdirir. Təxminən 1 il müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. 04 noyabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında qeyri-rəsmi ərarvad münasibətində olduğu Təqsirləndirilən şəxs1lə birlikdə piyada hərəkət edərkən mülki geyimdə olan özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra bildikləri dörd nəfər polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Araza qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Polis idarəsinin inzibati binasında dəvət olunmuş müdafiəçilərin iştirakı ilə hər ikisi şübhəli şəxs qismində tutulmuş, onlara video çəkiliş ilə müdafiəçilərin iştirakı ilə üzərlərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Onlar da etirazları olmadığını bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərlərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onlardan üzərlərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. Həmin vaxt Araz əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə heroin kütləsini və 1 ədəd bükümdə metamfetamin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlələr çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmişdir. Sonra Arazın üzərinə şəxsi axtarış keçirilmiş, Arazın əynində olan şalvarın sağ yan cibindən 1 ədəd **********366164 nömrəli, 1 ədəd **********412298 nömrəli, 1 ədəd **********717666 nömrəli plastik bank kartları və içərisində ***-***-**-** GSM mobil nömrə olan “İphone” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra Arazın təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Plastik bank kartları və 1 ədəd “İphone” markalı mobil telefon bu barədə Araza izah verildikdən sonra götürülmüşdür. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. O, əynində olan şalvarın sol yan cibindən 1 bükümdə heroin kütləsini və 1 bükümdə metamfetamin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlələr çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmişdir. Sonra üzərinə Sahibə Məmmədova adlı qadın tərəfindən şəxsi axtarış keçirilmiş, əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı olan aparat (qolbağ), həmin gödəkçənin sağ yan cibindən plastik bank kartları, “Nokia” markalı mobil telefon və 5 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Plastik bank kartları və “Nokia” markalı mobil telefon və aparat bu barədə ona izah verildikdən sonra götürülmüşdür, 5 manat pulu isə özünə geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları ilə Arazla birlikdə yaşadıqları ünvan 1 ünvanda yerləşən evə getmişlər. Arazdan yaşadıqları evdə narkotik vasitə olub-olmaması soruşulmuşdur. Araza evdə narkotik vasitə saxladığı təqdirdə həmin kütləni təqdim etməsi təklif olunmuşdur. Araz da yaşadıqları evin açarının olmadığı üçün qapısının bağlanmadığını, yaşadığı evdə qızıl-zinət əşyaları, pul və digər qiymətli əşyaların olmadığını bildirərək, qapını əli ilə açıb otağa daxil olmuşdur. Otaqda yerləşən çarpayıda olan yastığın alt hissəsindən içərisində 1 ədəd bağlamada heroin, 1 ədəd bükümdə metamfetamin, 1 ədəd elektron tərəzi və içərisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müvafiq yazılar olan 3 ədəd kitabça olan əl çantasını təqdim etmişdir. Daha sonra həmin büküm və bağlama çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmişdir. Sonra həmin büküm və bağlama, həmçinin elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar olunmuş kitabçalarda Arazın Əlirzanın göndərdiyi narkotik vasitə və psixotrop maddələri qeyd etdiyini bildirmişdir. Əlavə olaraq üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin kütlələri 1 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə saat təxminən 13 radələrində qeyrirəsmi ər-arvad münasibətində olduğu Arazdan aldığını, Arazın ona verdiyi narkotik vasitələri Arazın dediyi ünvanlara qoyması müqabilində mükafat qismində özü istifadə etmək üçün həmin kütlələri üzərində saxladığını bildirmişdir. ***-***-**-** mobil nömrəsini təxminən 1 il müddətdir ki, istifadə edir. Əlirza adlı şəxsi Arazla birlikdə qiyabi olaraq tanıyırlar, bir neçə dəfə Əlirza ilə vatsap proqramı vasitəsi ilə danışaraq onun dediyi ünvanlardan narkotik vasitə götürüb, sonradan dediyi ünvana qoymuşdur. Bunun müqabilində Araz ona müəyyən məbləğdə pul və istifadə etməsi üçün narkotik vasitə və psixotrop maddə vermişdir. Təqsirləndirilən şəxs1lə birlikdə yaşadıqları ünvan 1 ünvanda yerləşən evdən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin evdə olması barədə məlumatı olmuşdur, Araz evdən aşkar olunmuş həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini xx.xx.2021-ci il tarixdə saat təxminən 22 radələrində Əlirzanın göndərdiyi və onun dediyi yerdən, yəni Abşeron rayonu, Novxanı qəsəbəsi, “Badam Villa” yaşayış kompleksinin yaxınlığından götürüb evə gətirmişdir. Həmin kütlələrdən onun xəbəri olmuşdur. Sonradan Araz həmin kütlələri müəyyən yerlərə qoyduqdan sonra Əlirza Araza bunun müqabilində pul göndərəcəkmiş. O, və Araz 04 noyabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində yaşadıqları ünvan 1 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən və Abşeron rayon polis idarəsinə gətirilərkən ona və Araza qarşı heç bir fiziki və ya pxisi təsir göstərilmədiyini bildirmişdir. O həmçinin bildirmişdir ki, aşkar olunmuş kartları rəfiqəsi Aytən ona vermişdir, Aytəndə çoxlu kartlar olmuşdur. O, da narkotik vasitə istifadə etmək üçün həmin kartlardan bir neçəsini Aytəndən istəmiş, Aytən də ona üzərində aşkar olunmuş həmin kartları vermişdir. Həmin kartları narkotik vasitə istifadə etmək üçün üzərində saxlamış, eyni zamanda narkotik vasitələri ayırmaq üçün həmin kartlardan istifadə edirmiş. Üzərində aşkar olunmuş kartlar vasitəsi ilə heç bir pul köçürmələri etməmiş, eyni zamanda həmin kartlara hər hansı şəxs və ya şəxslər tərəfindən heç bir pul köçürməsi olmamışdır. Aytəni təxminən 3 il müddətdir ki, tanıyır, onunla rəfiqə olmuşlar. Hətta bir neçə dəfə birlikdə narkotik vasitə də qəbul etmişlər. Aytəndə narkotik vasitə istifadə etmək üçün çoxlu kartlar olmuşdur. O, da özü narkotik vasitə qəbul etmək üçün Aytəndən həmin kartlardan bir neçəsini almışdır. Üzərində aşkar olunmuş Nokia markalı mobil telefon özünə məxsusdur, telefonunda vatsapda “Əlirza” adlı şəxslə aralarında olan sms yazışmaları və səsli mesajları narkotik vasitə alış-verişi ilə bağlıdır. Əlirza vatsapda ona sms və səsli mesajlar yazaraq göndərdiyi narkotik vasitələri hansı ünvanlara çatdırmağını və hardan götürməyini bildirirmiş. Təqsirləndirilən şəxs1lə birlikdə yaşadıqları evdən aşkar edilmiş 3 ədəd əl kitabçaları onun deyil, həmin əl kitabçaları Araza məxsusdur, Araz həmin kitabçalarda narkotik vasitələr barədə qeydlər aparırmış. Tibbi ekspertizanın rəyində göstərilmiş sol yanaq nahiyəsinin qançırı xəsarətini ona heç kim yetirməmiş, o, həmin xəsarəti xx.xx.2021-ci il tarixdə yaşadığı evdə yıxılaraq almış. Aldığı xəsarətlə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (Cild 2, iş vərəqləri 126-128, 23-25) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin BNMİ-nin şöbə rəisinin müavini Şahid1 ifadəsində göstərdi ki, 03 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 04 noyabr 2021-ci il tarixdə saat təxminən 13:00-da Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvana çatdıqda qeyd olunan şəxsi küçədə görmüş və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt onun yanında sonradan adını öyrəndikləri Təqsirləndirilən şəxs2 da var idi. Dediklərinə görə, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında qeyri-rəsmi ər-arvad münasibətləri var idi. Barəsində olan əməliyyat məlumatını deyərək, Təqsirləndirilən şəxs1 və onun yanındakı Təqsirləndirilən şəxs2 Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 onun üzərində qanunsuz vasitə olub-olmaması, olduğu təqdirdə könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində olan metamfetamin və heroin növündə narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 da metamfetamin və heroin növündə narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə yaşadıqları Abşeron rayonu, Masazır qəsəbəsi, X.Natəvan küçəsində yerləşən 2 nömrəli evə baxış keçirilməsi üçün yollanmışlar. Onların icazəsi ilə evə daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evdə qanunsuz vasitələr olduğu halda, onları təqdim etmələri təklif edilmişdir. Təqsirləndirilən şəxs1 metamfetamin və heroin növündə narkotik vasitələri, elektron tərəzini, psixotrop maddələrin adları qeyd olunan kitabçaları könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələr barədə soruşduqda, onları Əlirza adlı şəxsdən əldə etdiklərini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin BNMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 03 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 04 noyabr 2021-ci il tarixdə saat təxminən 13:00-da Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvana çatdıqda qeyd olunan şəxsi küçədə görmüş və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt onun yanında sonradan adını bildikləri Təqsirləndirilən şəxs2 da var idi. Dediklərinə görə, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında qeyri-rəsmi ər-arvad münasibətləri var idi. Barəsində olan əməliyyat məlumatını deyərək, Təqsirləndirilən şəxs1 və onun yanındakı Təqsirləndirilən şəxs2 Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 onun üzərində qanunsuz vasitə olub-olmaması, olduğu təqdirdə könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində olan metamfetamin və heroin növündə narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 da metamfetamin və heroin növündə narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə yaşadıqları Abşeron rayonu, Masazır qəsəbəsi, X.Natəvan küçəsində yerləşən 2 nömrəli evə baxış keçirilməsi üçün yollanmışlar. Onların icazəsi ilə evə daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evdə qanunsuz vasitələr olduğu halda, onları təqdim etmələri təklif edilmişdir. Təqsirləndirilən şəxs1 metamfetamin və heroin növündə narkotik vasitələri, elektron tərəzini, psixotrop maddələrin adları qeyd olunan kitabçaları könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələr barədə soruşduqda, onları Əlirza adlı şəxsdən əldə etdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 polis idarəsində olarkən ona başqa hansı yerdə narkotik vasitələr saxladığı barədə suala cavab olaraq yaşadığı evdə də narkotik vasitələr olduğunu bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir təzyiq göstərilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan olunaraq tədqiq olunan Şahid2 və Şahid4 öz ifadələrində digər Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 2, iş vərəqləri 52-57) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə” haqqında 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, əynindəki şalvarın sağ yan cibindən 3 ədəd bank kartları və 1 ədəd İphone markalı mobil telefon, Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd azadlığın məhdudlaşdırılması ilə bağlı olan aparat (qolbaq), həmin gödəkçənin sağ yan cibindən 4 ədəd bank kartları və 1 ədəd Nokia markalı mobil telefon aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 47-50) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilə baxış və götürmə keçirilərkən evdə yataq otağında çarpayıda olan yastığın alt hissəsindəki qara rəngli əl çantasının içərisindən 1 ədəd şəffaf rəngli sellofan bağlamada psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf rəngli sellofan bağlamada narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi və içərisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müvafiq yazılar olan 3 ədəd kitabça aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 55-57) “Şəxsi axtarış və götürmə” haqqında və “Baxış və götürmə aparılması haqqında” protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı və mənzilə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4907 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksi olan üç ədəd kağız paketdə olan; üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 6,198 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 9,884 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 4,339 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 6,688 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bağlamada təmiz çəkisi 70,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 1060,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisi müəyyən etmək mümkün olmadı və üç ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqdim edilmiş 3 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 3 ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. (Cild 1, iş vərəqləri 74-79) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Respublika Narkoloji Mərkəzi X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 93 №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 44-45) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Respublika Narkoloji Mərkəzi X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 101 №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 46-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nar nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, SMS-lərin siyahısı, abunəçilərə dair məlumatların götürülməsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL-32178/21 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD diskə tərəfimdən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdə saat 23:10:47-dək olan vaxt intervalında müxtəlif mobil nömrələr arasında telefon danışıqları aparılması müəyyən olunmuşdur. (Cild 1, iş vərəqləri 209-211) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nar nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, SMS-lərin siyahısı, abunəçilərə dair məlumatların götürülməsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL-32179/21 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD diskə tərəfimdən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdə saat 16:52:00-dək olan vaxt intervalında müxtəlif mobil nömrələr arasında telefon danışıqları aparılması müəyyən olunmuşdur. (Cild 1, iş vərəqləri 212-214) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərin şəxsi axtraışı və evə baxış zamanı götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1076,422 qram narkotik vasitə heroin, 80,387 qram psixotrop maddə metamfetamin, 1 ədəd İphone markalı və 1 ədəd Nokia markalı mobil telefonlar, bir ədəd elektron tərəzi, 3 ədəd kitabça maddi sübuut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Şəxsi axtarış və mənzilə baxış görüntülərini əks etdirən 02 ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 83-94) Məhkəmə, polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldıqları üçün etirafedici ifadələr vermələri, həmçinin onlar tərəfindən narkotik vasitənin miqdarının artırılması, yaşadıqları mənzildə tutulmaları ilə bağlı hər iki təqsirləndirilən şəxsin ifadələrində göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini daha obyektiv və işin hallarına uyğun olan ifadələr kimi qəbul edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahılarının müvafiq olaraq 5 və 67-ci bəndinlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əldə edərək saxladığı və daşıdığı narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan dəfələrlə artıq olması onların məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin barələrində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. Həmçinin Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs2 məhkumluq müddəti ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayət törətdiyindən o,“məhkum olunmuş” hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmadığından, məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmadığını qeyd edir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt Şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 17059822-6 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzadan 01 il 05 ay 26 gün müddət çəkilməmiş qalmışdır. (Cild 1, iş vərəqləri 189-190, 221-225, Cild 2, iş vərəqləri 82) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Abşeron rayon məhkəməsinin 06 noyabr 2021-ci il tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1. iş vərəqləri 143-153) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı təqsirləndirilən şəxslərin barələrində 04 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, onların məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barələrində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1076,422 qram narkotik vasitə heroin, 80,387 qram psixotrop maddə metamfetamin məhv edilməli. 3 ədəd kitabça hazırki cinayət işindən narkotik vasitə və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi məqsədi ilə ayrılmış cinayət işində saxlanılmalı, 1 ədəd İphone markalı və 1 ədəd Nokia markalı mobil telefonlar təqsirləndirilən şəxslərin yaxın qohumlarından birinə qaytarılmalı, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış ümümilikdə 04 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 32 manat 50 qəpik, Təqsirləndirilən şəxs2 32 manat 50 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Təqsirləndirilən şəxslərin müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və 1 il 5 ay 16 gün hissədə çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 08 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 1076,422 qram çəkidə narkotik vasitə heroin, 80,387 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 3 ədəd kitabça hazırki cinayət işindən narkotik vasitə və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi məqsədi ilə ayrılmış cinayət işində saxlanılsın, 01 ədəd “İphone” markalı və 01 ədəd “Nokia” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin yaxın qohumlarından birinə qaytarılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut kimi tanınmış ümümilikdə 04 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 32 manat 50 qəpik, Təqsirləndirilən şəxs2 32 manat 50 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin