Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-57/2024 15.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxxxx 1975-ci ildə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran şəhəri N.Məstənov küçəsi ev 28-də daimi pasport qeydiyyatında olmaqla hazırda faktiki olaraq Quba rayonu Gömür-Dəhnə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə,
2. xx xxxxxx 1977-ci ildə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Şabran şəhəri Xəqani küçəsi ev 10A-da daimi pasport qeydiyyatında olmaqla hazırda faktiki olaraq Quba rayonu Gömür-Dəhnə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmiş və saxlamış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci ilin mart-aprel aylarında Quba rayonu Gömür-Dəhnə kəndində yaşadıqları evin yaxınlığındakı meşəlik-kolluq sahədə müxtəlif yerlərdə əkib becərdikləri narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarından dərib həmin sahələrdə 10,974 qram və 185 qram çəkilərdə qurudulmamış, 1.000 qram, 90 qram, 65 qram çəkilərdə isə qurudulmuş narkotik vasitə marixuanaları bir yerə toplamaqla ümumilikdə 1.350,974 qram çəkidə külli miqdarda narkotik vasitə marixuananı, eləcə də ümumi çəkisi 1.110 qram çətənə bitkisi hissələrini satış məqsədilə qanunsuz olaraq əldə etmişlər. Daha sonra, həmin narkotik vasitənin bir hissəsini Təqsirləndirilən şəxs2 əynindəki şalvarında daşımış, digər hissəsini isə Quba rayonu Gömür-Dəhnə kəndində yaşadığı evin yaxınlığındakı ərazidə qulluq etdikləri sahədə saxlamışlar, 28-29 iyul 2022-ci il tarixdə Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Quba rayonu Gömür-Dəhnə kəndi ərazisində qulluq etdikləri əkin sahəsində saxlanılarkən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparıldıqda əynindəki şalvarının sol yan cibindən 10,974 qram çəkidə qurudulmamış marixuana, həmçinin yaşadığı kəndin ərazisində qulluq etdiyi sahədə baxış keçirildikdə isə həmin sahənin müxtəlif yerlərindən 185 qram çəkidə qurudulmamış, 1.000 qram, 90 qram, 65 qram çəkilərdə isə qurudulmuş olan ümumilikdə 1.350,974 qram külli miqdarda narkotik vasitə marixuana kütlələri, eləcə də ümumi çəkisi 1.110 qram çətənə bitkisi hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdikləri narkotik tərkibli çətənə bitkisinin toxumları ilə 2022-ci ilin mart-aprel aylarında yaşadıqları Quba rayonu Gömür-Dəhnə kəndi ərazisində, İstisu adlanan yerə gedən yolun sağ tərəfindən axan çay sahilində yerləşən meşəlik-kolluq yerdə qulluq etdikləri əkin sahəsində müxtəlif yerlərdə 24 ədəd, 33 ədəd, 18 ədəd, 23 ədəd, 2 ədəd, 34 ədəd, 2 ədəd, 20 ədəd olmaqla ümumilikdə 156 ədəd yəni, külli miqdarda çətənə bitkilərini əkib onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişlər, 28-29 iyul 2022-ci il tarixlərdə Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılarkən qulluq etdikləri əkin yerlərinə baxış keçirilən zamanı ümumilikdə 156 ədəd, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən Quba rayonu, Gömür-Dəhnə kəndi ərazisində ova gedərkən saxlanılmışdır. Narkotik tərkibli bitkilərin əkildiyi torpaq sahəsi onlara məxsus olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs1 Quba rayonu, Gömür-Dəhnə kəndində, özü isə Şabran şəhərində yaşayırdı. O və qardaşı Təqsirləndirilən şəxs1 heç vaxt narkotik vasitə istifadə etməmişlər. Narkotik tərkibli bitkiləri aprel ayında özü əkmişdir. Onları əkdiyi torpaq sahəsi qardaşı Təqsirləndirilən şəxs1 yaşadığı evdən 1 kilometr məsafədə yerləşirdi. Əkdiyi narkotik tərkibli bitkilərə 15-30 gündən bir gəlib qulluq edirdi. Qardaşı Təqsirləndirilən şəxs1 onun narkotik tərkibli bitkilər əkməyindən xəbəri olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs1 yaşadığı evə yaxud onun ətrafına heç bir qanunsuz vasitə qoymamışdır. Aşkar olunmuş bütün narkotik vasitə tərkibli bitkilər polis əməkdaşları onu saxladıqları yerdə olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs1 narkotik vasitə tərkibli bitkilər əkməyindən ümumiyyətlə, xəbəri olmamışdır. Narkotik vasitə tərkibli bitkiləri özü əkmişdir, onların toxumları özündə var idi. Əkdiyi bitkilərdən əldə etdiyi narkotik vasitələri satmamışdır. Onları arabir istifadə edirdi. Qardaşı Təqsirləndirilən şəxs1 isə narkotik vasitə istifadə etmirdi. Narkotik vasitə tərkibli bitkilərin əkildiyi torpaq sahəsi atalarından olaraq miras qalmış torpaq sahəsidir. Həmin torpaq sahəsi açıqdır, ətrafında heç bir çəpərləmə həyata keçirilməmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra ona təzyiqlər göstərmişlər, bu səbəbdən qardaşı Təqsirləndirilən şəxs1 əleyhinə ifadə vermək məcburiyyətində qalmışdır. Polis əməkdaşları onu 28 iyul 2022-ci il tarixdə saat 10:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o, Şabran rayonunda daimi pasport qeydiyyatında olsa da, Quba rayonu Gömür-Dəhnə kəndində yerləşən ata yurdunda, qardaşı Təqsirləndirilən şəxs1 ailəsi ilə yaşayır. Ailəlidir, iki azyaşlı uşağı vardır və heç bir yerdə işləmir. Maddi vəziyyətləri cox pis olduğu üçün qardaşı Vüqarla keçən ilin axırlarından Gömür-Dəhnə kəndində yaşadıqları evin yaxınlığındakı meşəlik-kolluq ərazidə narkotik tərkibli çətənə bitkiləri əkərək onlardan marixuana əldə edib satmaqla pul qazanıb vəziyyətlərini yaxşılaşdırmaq qərarına gəlmişlər. O, 2022-ci ilin mart-aprel aylarında Şabran rayonunda tanımadığı şəxslərdən çətənə toxumları əldə edib yaşadıqları Quba rayonu Gömür-Dəhnə kəndi ərazisində, İstisu adlı yerə gedən yolun sağ tərəfindən axan çay sahilində olan meşəlik-kolluq yerdə qardaşı Vüqarla birlikdə həmin toxumları əkib yetişdirmişlər. Həmin toxumları səpdikləri yerləri ikisi də birlikdə belləmiş, peyin vurmuş, yaxınlıqdakı çaydan plasmaq su "kanistr’'lərində su daşımaqla onları suvarmış və azot gübrəsi ilə dərmanlamışlar. Beləcə tutulmasından bir ay qabağa kimi həmin ərazidə çoxlu sayda çətənə bitkiləri əkib becərərək yetişdirmişlər. Onlar qulluq etdikləri sahədə yetişmiş çətənə bitkisi yarpaqlarından dərib onların bir hissəsi qurutmaq üçün həmin sahədə bir yerə toplayıb qoymuşlar. Bununla da, yetişmiş çətənə bitkilərindən marixuana əldə etmişlər. Yonub yarpaqlarını dərdikləri çətənə bitkilərinin hissələrini də ayrıca bir yerə yığmışlar. Çətənə bitkilərinin dibindən çıxarılıb yaşıl kütləsindən təmizlənməsində bir qayda olaraq özündə olan bir cüt əlçəkdən istifadə etmişdir. O, yığıb topladıqları marixuana kütlələrinin miqdarını və əkdikləri çətənə bitkilərin dəqiq sayını bilmir. Lakin topladıqları marixuana kütlələrindən az miqdarlarda istəyən olanda o, Şabran və Siyəzən şəhərlərinə bazara aparıb yaş və ya quru olmasından asılı olaraq tanımadığı şəxslərə 15-20 manatdan satmışdır. Lakin marixuana satdığı şəxsləri tanımır. 28 iyul 2022-ci il tarixdə saat 13:30 radələrində Quba rayonu Gömür-Dəhnə kəndi ərazisindən keçən çay kənarındakı kolluq əraziyə gəlib oradan bir əski parçasına bükülmüş bağlamada narkotik kütləsi aparmaq istədikdə oraya gəlmiş polislər onu saxlamışlar. Həmin vaxtı ona narkotik vasitələrin istifadəsi, üzərində saxlaması və narkotik tərkibli bitkiləri əkməsində şübhəli olduğu bildirilib şübhəli şəxs kimi tutmuşlar, Ona hüquqları izah edilərək müdafiəçi qismində bir nəfər vəkil təqdim edilmiş və üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Ondan üstündə narkotik vasitənin olub-olmamasını soruşulduqda üstündə narkotik gəzdirdiyini etiraf etmiş və bu zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən əski parçasına bükülmüş bağlamanı çıxardıb təqdim etmişdir. Bu bağlamanın içərisinə baxıldıqda orada yaşıl rəngdə və yaş halda olan narkotik tərkibli çətənə yarpaqlarına oxşar kütlənin olması aşkar edilmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, onun üzərinə özü və tədbirdə iştirak edənlərin hamısı imza etmişlər. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və onun çəkisi 15,8 qram təşkil etmişdir. O bildirmişdir ki, həmin kütləni narkotik bitkilərə əkib qulluq etdiyi ərazidə olan çətənə bitkilərinin yarpaqlarından dərib yığmışdır. Həmçinin onun əynindəki şalvarının arxa cibindən 01 cüt əlçəkdə aşkar olunmuş, lakin onu polislər götürməmişlər. Daha sonra saxlanıldığı həmin əraziyə baxış keçirilməyə başlananda qulluq etdiyi sahədə torpaq üzərində narkotik tərkibli çətənə bitkisindən dərilmiş, həmin bitkiyə oxşar qurumuş kütlə də aşkar olunmuşdur. O həmin kütləni əkib becərdiyi çətənə bitkilərindən dərib onları bir yerə yığıb qurutmasını etiraf etmişdir. Həmin kütlə də zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, onun üzərinə də o və digər iştirakçılar imza etmişlər. Sonra qeyd olunan kütlə elektron tərəzidə çəkilmiş, onun çəkisi 104,8 qram təşkil etmişdir. Bundan başqa qeyd olunan sahədə baxış davam etdirilərkən kök üstə olmaqla əkilib becərilərək aqrotexniki qayda da qulluq göstərdikləri 24 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Orada iştirak edən aqronom həmin bitkilərin hər birisini yoxlayıb boylarını ölçərək onlara aqrotexniki qayda da qulluq edildiyini bildirəndə o həmin bitkiləri əkib onlara qulluq etdiyini söyləmişdir. Həmin anda o, qardaşı Vüqarı ələ verməmək üçün onun narkotiklərin əkilməsində adını verməmişdir. O, həmin bitkilərdən dərib yığaraq həm özü üçün istifadə etdiyini, həm də onlardan başqa adamlara satdığını da bildirmişdir. Orada aşkar edilmiş bitkilər kökündən çıxarılmaqla ağ rəngli kisəyə qoyularaq qablaşdırılıb möhürlənmişdir.Baxış zamanı həmin sahədə bitkilərə qulluq edilməsində istifadə etdikləri ağ sellofandakı azot gübrəsini, həmçinin onların suvarılmasına istifadə olunan 03 ədəd plasmas “kanistrlər də polislər tərəfindən aşkar edildikdə bu dəfə də bildirmişdir ki, həmin su qabı “kanistrlərindən sahədən 10 metr aralıdakı çaydan su gətirib əkdiyi çətənə bitkilərini sulamışdır, azot gübrəsini isə onların diblərini dərmanlamaqda istifadə etmişdir. Bundan sonra, polislər tərəfindən onun və qardaşı Vüqarın Quba rayonu Gömür-Dəhnə kəndində yaşadıqları evə video çəkiliş aparılmaqla baxış keçirilmiş, lakin evdə qanunsuz heçnə aşkar olunmamışdır. O, həmin vaxtı Quba rayonu Gömür-Dəhnə kəndindəki evdən təxminən 200 metr aralıda yerləşən ağaclıq-kolluq ərazinin içərisində narkotik bitkiləri əkdiyini bildirdiyinə görə polislər onunla həmin yerə gəlmiş və burada göstərdiyi yerə də baxış keçirmişlər. Qeyd olunan sahədə kök üstə olmaqla əkilib becərilərək aqrotexniki qayda da qulluq göstərdikləri, dibləri peyinlənmiş, çubuqla torpağa basdılaraq iplə bərkidilmiş 33 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Aqronom mütəxəssis həmin bitkiləri yoxlayıb boylarını ölçərək onlara aqrotexniki qayda da qulluq edildiyi bildirdikdə o yenə qardaşı Vüqarı satmayıb etiraf etmişdir ki, həmin bitkiləri də özü əkib onlara qulluq etmişdir. Sonra aşkar edilmiş həmin bitkilər kökündən çıxarılmaqla ağ rəngli kisəyə qoyaraq qablaşdırılıb möhürlənmişlər. Bundan başqa orada baxış zamanı həmin sahədə torpaq üzərində bir yerə yığılmış yaşıl bitki kütləsi də aşkar edilmişdir. O, bu kütləni də həmin sahədəki narkotik tərkibli bitkilərin yaşıl hissəsindən dərib orada quruması üçün qoymasını bildirmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, onun üzərinə bütün iştirakçılar imza etdikdən sonra elektron tərəzidə çəkilmiş, onun çəkisi 210,0 qram təşkil etmişdir. Sonra qardaşı Vüqarda polislərə narkotik əkdiyini etiraf etmişdir. Lakin baxış keçirilən zaman qardaşı ilə onun özü çalışmışdır ki, qrup halında narkotik əkmələrini gizlətsinlər. Buna görə də Vüqar qulluq etdiyini bildirdiyi yerlərdə əkin işlərinin ona aid olmadığı polislərə söyləmişdir. Əvvəlcə Gömür-Dəhnə kəndindəki evlərindən aralıda yerləşən ərazidə qardaşı Vüqar narkotik əkdiyi yerə gəlib orada video çəkilişlə baxış aparmışlar. Həmin ərazidə kök üstə olmaqla əkilib becərilərək aqrotexniki qayda da qulluq göstərilmiş, dibləri peyinlənmiş 18 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Aqronom mütəxəssis bitkilərin hər birisini yoxlayıb boylarını ölçərək onlara aqrotexniki qayda da qulluq edildiyi bildirdikdə qardaşı Vüqar həmin bitkilərin hamısını özü əkib onlara qulluq etdiyini söyləmiş, bu zaman o da həmin bitkilərin qardaşı Vüqar tərəfindən əkildiyini təsdiq etmişdir. Sonra aşkar edilmiş həmin bitkilər kökündən çıxarılmaqla ağ rəngli kisəyə qoyularaq qablaşdırılıb möhürlənmişdir.Bu sahədə torpaq üzərində bir yerə yığılmış yaşıl rəngli qurumuş bitki kütlə də aşkar edilmişdir. Onda yenə qardaşı Vüqar bildirmişdir ki, onu həmin sahədəki narkotik tərkibli bitkilərin yaşıl hissəsindən dərib orada quruması üçün qoymuşdur. Bu kütlə zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra polislər tərəfindən götürülmüşdür. Bundan sonra Quba rayonu Gömür-Dəhnə kəndindəki evdən aralıda yerləşən ərazidə qardaşı Vüqarın narkotik bitkiləri əkdiyini bildirməsi ilə əlaqədar polislər tərəfindən Vüqar göstərdiyi bir neçə yerlərə də video çəkilişlə baxışlar keçirilmişdir. Həmin ərazilərdə kök üstə olmaqla əkilib becərilərək aqrotexniki qayda da qulluq göstərilmiş, dibləri peyinlənmiş və dərmanlanmış 23 ədəd, 02 ədəd, 34 ədəd və 02 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Aqronom mütəxəssis bu bitkiləri yoxlayıb boylarını ölçərək onlara aqrotexniki qayda da qulluq edildiyi söyləmişdir. Vüqar isə bildirmişdir ki, həmin bitkiləri də özü əkib qulluq etmişdir. Bu vaxt aşkar edilmiş bütün bitkilər kökündən çıxarılmaqla kisələrə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bunlarla bağlı protokollar tərtib edilmişdir. O protokolda yazılanlarla öz vəkilinin iştirakı tanış olub onlara imza etmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki güc tətbiq edilməyib və ona qarşı heç bir təsir edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, onun qardaşı Vüqarla qanunsuz olaraq narkotik vasitə marixuana saxladığını, eləcə də narkotik maddələr olan çətənə bitkiləri əkib becərdiyini heç kim bilmirdi. Onlar qulluq etdikləri sahələrdə çətənə bitkilərinin yarpaqlarından qurutduqları kütlələri sonra satmaq məqsədilə hazırlamışlar. O törətdiyi əməllərindən peşmandır. (Cild 1, iş vərəqləri 96-97; 264-265) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə tərkibli bitkilərin əkilməsində iştirak etməmişdir. Ümumiyyətlə, qardaşı Təqsirləndirilən şəxs2 də narkotik vasitə tərkibli bitkiləri əkməsindən məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, qardaşı narkotik vasitə tərkibli bitkiləri əkmişdir. Qardaşı Təqsirləndirilən şəxs2 Şabran şəhərində, o isə Quba rayonu, Gömür-Dəhnə kəndində yaşayırdı. Qardaşı Təqsirləndirilən şəxs2 arabir onun yaşadığı kəndə gəlib-gedirdi. Polis əməkdaşları onu öz torpaq sahəsində ot yığarkən saxlamışlar. Daha sonra, qardaşı Təqsirləndirilən şəxs2 də saxlanıldığını öyrənmişdir. Onun yaşadığı ev ilə qardaşının narkotik vasitə tərkibli bitkiləri əkdiyi torpaq sahəsi arasında 1 kilometr məsafə var idi. Məhkəməyədək icraat zamanı verdiyi ifadəni təzyiq altında vermiş, həmin ifadələri təsdiq etmir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o, Şabran rayonunda pasport qeydiyyatında olsa da, Quba rayonu Gömür-Dəhnə kəndində yerləşən ata yurdunda ailəsi ilə yaşayır. Ailəlidir, üç azyaşlı uşağı vardır və heç bir yerdə işləmir. Qardaşı Zaur onların evə gəlib yanında qalmışdır. Zaurun təklifi ilə o, maddi vəziyyətini yaxşılaşdıqmaq üçün Gömür-Dəhnə kəndində yaşadıqları evin yaxınlığındakı meşəlik-kolluq ərazidə narkotik tərkibli çətənə bitkiləri əkməyə başlamışdır. 2022-ci ilin mart-aprel aylarında Zaur çətənə toxumları əldə edib gətirərək Gömür-Dəhnə kəndi ərazisində, İstisu adlı yerə gedən yolun sağ tərəfindən axan çay sahilində olan meşəlikkolluq yerdə onunla birlikdə həmin toxumları əkib yetişdirmişdir. Həmin toxumları səpdikləri yerləri ikisi də birgə belləmiş, peyin vurmuş, onları suvarmış və azot gübrəsi ilə dərmanlamışlar. Onlar həmin ərazidə çoxlu sayda çətənə bitkiləri əkib becərərək yetişdirmişlər və qulluq etdikləri sahədə yetişmiş çətənə bitkisi yarpaqlarından dərib onların bir hissəsi qurutmaq üçün həmin sahədə bir yerə toplayıb qoymuşlar. Bununla da, yetişmiş çətənə bitkilərindən marixuana əldə etmişlər. Yonub yarpaqlarını dərdikləri çətənə bitkilərinin hissələrini də ayrıca bir yerə yığmışlar. O, yığıb topladıqları marixuana kütlələrinin miqdarını və əkdikləri çətənə bitkilərin dəqiq sayını bilmirdi. Qardaşı Zaur vaxtaşırı əldə etdikləri marixuana kütlələrindən az miqdardlarda Şabran və Siyəzən şəhərlərinə aparıb tanımadığı şəxslərə 15-20 manatdan satmışdır. Lakin o sonuncunun marixuana satdığı şəxsləri tanımır. 28 iyul 2022-ci il tarixdə saat 13:30 radələrindən sonra ona məlum olmuşdur ki, Quba rayonu Gömür-Dəhnə kəndi ərazisindən keçən çay kənarındakı kolluq ərazidə qardaşı Vüqarı polislər yaxalamış, onun üzərində, qulluq etdikləri sahədə yığılmış marixuana kütlələri və 24 ədəd çətənə bitkiləri aşkar etmişlər. Daha sonra polis əməkdaşları qardaşı Zauru da götürüb onların Gömür-Dəhnə kəndində yaşadıqları evə gəlib videoçəkilişlə baxış keçirmişlər, lakin evdə qanunsuz heçnə aşkar olunmamışdır. Yalnız həyətdəki tövlənin dam örtüyündə yaxın tanışı Telmana məxsus olan 01 ədəd təklülə tüfəngi və 04 ədəd patronunu aşkar edib götürmüşlər. X6 rayonu Gömür- Dəhnə kəndindəki evdən təxminən 200 metr aralıda yerləşən ağaclıq-kolluq ərazinin içərisində narkotik bitkiləri əkdiyini bildirdiyinə görə polislər onunla həmin yerə gəlmiş və orada göstərdiyi yerə də baxış keçirmişlər. Qeyd olunan sahədə kök üstə olmaqla əkilib becərilərək aqrotexniki qayda da qulluq göstərdikləri 33 ədəd narkotik tərkibli çətənə bitkisi və həmin sahədə torpaq üzərində bir yerə yığılmış yaşıl bitki kütləsi də aşkar edilmişdir. Həmin vaxt o da polislərə narkotik əkdiyini etiraf etmişdir. Lakin baxış keçirilən zaman qardaşı ilə onun özü çalışmışdır ki, qrup halında narkotik əkmələrini gizlətsinlər. Buna görə də onun qulluq etdiyini bildirdiyi yerlərdə əkin işlərinin Zaura aid olmadığı polislərə söyləmişdir. Əvvəlcə Gömür-Dəhnə kəndindəki evlərindən aralıda yerləşən ərazidə onun narkotik əkdiyi yerə gəlib orada video çəkilişlə baxış aparmışlar. Həmin ərazidə kök üstə olmaqla əkilib becərilərək aqrotexniki qayda da qulluq göstərilmiş, dibləri peyinlənmiş 18 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Aqronom mütəxəssis bitkilərin hər birisini yoxlayıb boylarını ölçərək onlara aqrotexniki qayda da qulluq edildiyi bildirdikdə o, həmin bitkilərin hamısını özü əkib onlara qulluq etdiyini söyləmiş, bu zaman Zaurda həmin bitkilərin onun tərəfindən əkildiyini təsdiq etmişdir. Sonra aşkar edilmiş həmin bitkilər kökündən çıxarılmaqla ağ rəngli kisəyə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bu sahədə torpaq üzərində bir yerə yığılmış yaşıl rəngli qurumuş bitki kütlə də aşkar edilmişdir. Onda yenə bildirmişdir ki, onu həmin sahədəki narkotik tərkibli bitkilərin yaşıl hissəsindən dərib orada quruması üçün qoymuşdur. Bu kütlə zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra polislər tərəfindən götürülmüşdür. Bundan sonra Quba rayonu Gömür-Dəhnə kəndindəki evdən aralıda yerləşən ərazidə onun narkotik bitkiləri əkdiyini bildirməsi ilə əlaqədar polislər tərəfindən onun göstərdiyi bir neçə yerlərə də video çəkilişlə baxışlar keçirilmişlər. Həmin ərazilərdə kök üstə olmaqla əkilib becərilərək aqrotexniki qayda da qulluq göstərilmiş, dibləri peyinlənmiş və dərmanlanmış 23 ədəd, 02 ədəd, 34 ədəd və 02 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Aqronom mütəxəssis bu bitkiləri yoxlayıb boylarını ölçərək onlara aqrotexniki qayda da qulluq edildiyi söyləmişdir. Vüqar isə bildirmişdir ki, həmin bitkiləri də özü əkib qulluq etmişdir. Bu vaxt aşkar edilmiş bütün bitkilər kökündən çıxarılmaqla kisələrə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bunlarla bağlı protokollar tərtib edilmişdir. O protokolda yazılanlarla tanış olub onlara imza etmişdir. Sonra o, polislər tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquqları izah edilərək bir nəfər vəkil təqdim olunmuş, üzərində şəxsi axtarışda aparılmışdır. Həmin vaxtı onun üstündə qanunla qadağan olunmuş heçnə aşkarlanmamışdır. Tutulduqdan sonra etiraf edərək Quba rayonu Gömür-Dəhnə kəndi ərazisindən keçən çay kənarındakı kolluq ərazidə daha bir qulluq etdikləri sahənin olduğunu bildirmiş, onun tərəfindən polis əməkdaşlarına həmin göstərilmiş və oraya da videoçəkilişlə baxış keçirilmişdir. Həmin baxış zamanı qeyd olunan sahədən 20 ədəd əkilib-becərilmiş çətənə bitkiləri, 90 ədəd çətənə bitkisi qol-budaqları, eləcə də həmin sahədə qurumaq üçün qoyduqları və çəkisi ölçüldükdə 1,5 kq edən marixuana kütlələri aşkar edilmişdir. Baxışlar zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki güc tətbiq edilməyib və ona qarşı heç bir təsir edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, onun qardaşı Zaurla qanunsuz olaraq narkotik vasitə marixuana saxladığını, eləcə də narkotik maddələr olan çətənə bitkiləri əkib becərdiyini heç kim bilmirdi. Qulluq etdikləri sahələrdə çətənə bitkilərini onlar qurudub sonra satmaq məqsədilə hazırlayırdılar. O törətdiyi əməllərdən peşmandır. (Cild 1, iş vərəqləri 108-109; 272-273) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirdikdən sonra sübut növü kimi qəbul edilməsini mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon X4 PB-nin cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində narkotik vasitələrin saxlanması, daşınması, üzərində gəzdirməsi və Quba rayonu, Gömürdəhnə kəndində narkotik tərkibli bitkiləri əkməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Şahid7, Şahid8, Şahid9 və digər şəxslərdən ibarət əməliyyat qrupu ilə birlikdə Quba rayonu, Gömürdəhnə kəndinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 orada çay kənarında idi. Onlar ona yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində olan əməliyyat məlumatına dair məlumat vermişlər. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirmişlər və onun cibindən yaş kütlə aşkar olunmuşdur. Aşkar olunmuş yaş kütlə barədə soruşduqda Təqsirləndirilən şəxs2 onu narkotik tərkibli bitkiləri əkdiyi torpaq sahəsindən əldə etdiyini bildirmişdir. Həmin əməliyyat tədbirinin davamı olaraq, Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkiləri əkdiyini göstərdiyi yerə aqronomla birlikdə baxış keçirilmişdir. Baxış keçirilmiş 4 yaxud 5 yerin hər birindən narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkiləri əkdiyi torpaq sahəsinə baxış Təqsirləndirilən şəxs2 onun barədə verdiyi məlumat əsasında keçirilmişdir. Təqsirləndirilən şəxs1 də narkotik tərkibli kolları əkdiyini bildirmişdi. Ümumilikdə, təxminən 1,5 kiloqram çəkidə narkotik vasitə kütlələri aşkar olunaraq götürülmüşdür. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs2 barəsində daxil olmuşdur. Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatı daxil olmamışdı. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı onların saxlanılmaları zamanı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon X4 polis bölməsinin polis sahə rəisi Şahid7 ifadəsində göstərdi ki, 28 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində narkotik vasitələrin saxlanması, daşınması, üzərində gəzdirməsi və Quba rayonu, Gömürdəhnə kəndində narkotik tərkibli bitkiləri əkməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Şahid1, Şahid8, Şahid9 və digər şəxslərdən ibarət əməliyyat qrupu ilə birlikdə Quba rayonu, Gömürdəhnə kəndinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 orada çay kənarında idi. Onlar ona yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində olan əməliyyat məlumatına dair məlumat vermişlər. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirmiş və onun cibindən yaş kütlə aşkar olunmuşdur. Aşkar olunmuş yaş kütlə barədə soruşduqda Təqsirləndirilən şəxs2 onu narkotik tərkibli bitkiləri əkdiyi torpaq sahəsindən əldə etdiyini bildirdi. Həmin əməliyyat tədbirinin davamı olaraq, Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkiləri əkdiyini göstərdiyi yerə aqronomla birlikdə baxış keçirilmişdir. Baxış keçirilmiş 4 yaxud 5 yerin hər birindən narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkiləri əkdiyi torpaq sahəsinə baxış Təqsirləndirilən şəxs2 onun barədə verdiyi məlumat əsasında keçirilmişdir. Təqsirləndirilən şəxs1 də narkotik tərkibli kolları əkdiyini bildirmişdi. Ümumilikdə, təxminən 1,5 kiloqram çəkidə narkotik vasitə kütlələri aşkar olunaraq götürülmüşdür. Gömürdəhnə kəndi onun xidməti ərazisidir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon X4 polis bölməsinin polis nəfəri Şahid8 ifadəsində göstərdi ki, 28 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində narkotik vasitələrin saxlanması, daşınması, üzərində gəzdirməsi və Quba rayonu, Gömürdəhnə kəndində narkotik tərkibli bitkiləri əkməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Şahid1, Şahid7, Şahid9 və digər şəxslərdən ibarət əməliyyat qrupu ilə birlikdə Quba rayonu, Gömürdəhnə kəndinə getdik. Həmin vaxt Təqsirləndirilən şəxs2 orada çay kənarında idi. Biz ona yaxınlaşaraq özümüzü təqdim etdik və barəsində olan əməliyyat məlumatına dair məlumat verdik. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirdik və onun cibindən yaş kütlə aşkar olundu. Aşkar olunmuş yaş kütlə barədə soruşduqda Təqsirləndirilən şəxs2 onu narkotik tərkibli bitkiləri əkdiyi torpaq sahəsindən əldə etdiyini bildirdi. Həmin əməliyyat tədbirinin davamı olaraq, Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkiləri əkdiyini göstərdiyi yerə aqronomla birlikdə baxış keçirilmişdir. Baxış keçirilmiş 4 yaxud 5 yerin hər birindən narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkiləri əkdiyi torpaq sahəsinə baxış Təqsirləndirilən şəxs2 onun barədə verdiyi məlumat əsasında keçirilmişdir. Təqsirləndirilən şəxs1 də narkotik tərkibli kolları əkdiyini bildirmişdi. Ümumilikdə, təxminən 1,5 kiloqram çəkidə narkotik vasitə kütlələri aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon X4 polis bölməsinin polis nəfəri Şahid9 ifadəsində göstərdi ki, 28 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində narkotik vasitələrin saxlanması, daşınması, üzərində gəzdirməsi və Quba rayonu, Gömürdəhnə kəndində narkotik tərkibli bitkiləri əkməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Şahid1, Şahid7, Şahid8 və digər şəxslərdən ibarət əməliyyat qrupu ilə birlikdə Quba rayonu, Gömürdəhnə kəndinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 orada çay kənarında idi. Onlar ona yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində olan əməliyyat məlumatına dair məlumat vermişlər. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirmiş və onun cibindən yaş kütlə aşkar olunmuşdur. Aşkar olunmuş yaş kütlə barədə soruşduqda Təqsirləndirilən şəxs2 onu narkotik tərkibli bitkiləri əkdiyi torpaq sahəsindən əldə etdiyini bildirmişdir. Həmin əməliyyat tədbirinin davamı olaraq, Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkiləri əkdiyini göstərdiyi yerə aqronomla birlikdə baxış keçirilmişdir. Baxış keçirilmiş 4 yaxud 5 yerin hər birindən narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkiləri əkdiyi torpaq sahəsinə baxış Təqsirləndirilən şəxs2 onun barədə verdiyi məlumat əsasında keçirilmişdir. Təqsirləndirilən şəxs1 də narkotik tərkibli kolları əkdiyini bildirmişdi. Ümumilikdə, təxminən 1,5 kiloqram çəkidə narkotik vasitə kütlələri aşkar olunaraq götürülmüşdür. Vüqar Bəgiyə qarşı hər hansı fiziki təzyiq göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon X5 rabitə qrupunun kiçik inspektoru Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupunda o da iştirak etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs2 saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Onların hər ikisi narkotik tərkibli bitkiləri əkdiyini etiraf etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Quba RPİ-nin polis əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 28 iyul 2022-cİ il tarixdə saat 13:30 radələrində Quba rayonu Gömür-Dəhnə kəndi ərazisindən keçən çay kənarındakı kolluq ərazidə saxlanılmış Təqsirləndirilən şəxs2 narkotik vasitələrin istifadəsi, üzərində saxlaması və narkotik tərkibli bitkiləri əkməsində şübhəli olduğu bildirilib şübhəli şəxs kimi tutmaqla ona hüquqları izah edilərək müdafiəçi qismində bir nəfər vəkil təqdim edilmiş və üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Ondan üstündə narkotik vasitənin olub-olmamasını soruşulduqda üstündə narkotik gəzdirdiyini etiraf etmiş və bu zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən əski parçasına bükülmüş bağlamanı çıxardıb təqdim etmişdir. Həmin parça bağlamanın içərisinə baxıldıqda orada yaşıl rəngdə və yaş halda olan narkotik tərkibli çətənə yarpaqlarına oxşar kütlənin olması aşkar edilmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, onun üzərinə bütün iştirakçılar imza etdikdən sonra elektron tərəzidə çəkilmişdir. Onun çəkisi 15,8 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin kütləni narkotik bitkilərə əkib qulluq etdiyi ərazidə olan çətənə bitkilərinin yarpaqlarından dərib yığmışdır. Baxışda iştirak edən aqronom mütəxəssis Şahid5 qeyd olunan kütlənin yaş halda olan çətənə bitkisi yarpaqları olduğu barədə rəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 saxlanıldığı həmin əraziyə baxış keçirilməyə başlanılmaqla mövcud tədbirin keçirilməsi davam etdirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 qulluq etdiyi sahədə torpaq üzərində narkotik tərkibli çətənə bitkisindən dərilmiş, həmin bitkiyə oxşar qurumuş kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin kütləni əkib becərdiyi çətənə bitkilərindən dərib onları bir yerə yığıb qurutmasını etiraf etmişdir. Baxışda aqronom mütəxəssisdə qeyd olunan qurumuş kütlənin quru çətənə bitkisi yarpaqlarına aid olduğunu bildirmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, onun üzərinə bütün iştirakçılar imza etdikdən sonra elektron tərəzidə çəkilmişdir. Onun çəkisi 104,8 qram təşkil etmişdir. Bundan başqa, qeyd olunan sahədə baxış davam etdirilərkən kök üstə olmaqla əkilib becərilərək aqrotexniki qayda da qulluq göstərilmiş 24 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunur. Aqronom mütəxəssis Şahid5 həmin bitkilərin hər birisini yoxlayıb boylarını ölçərək onlara aqrotexniki qayda da qulluq edildiyi barədə rəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə etiraf etmişdir ki, həmin bitkilərin hamısını özü əkib onlara qulluq etmişdir. O, həmin bitkilərdən dərib yığaraq həm özü üçün istifadə edir, həm də onlardan başqa adamlara satır. O özü Şabran rayonunda yaşamış olsa da, ata yurdu Quba rayonu Gömür-Dəhnə kəndində yerləşdirdiyi üçün ata evində yaşayan qardaşı Vüqargilə gəlib orada da qalır. Onun əkib qulluq etdiyi həmin sahə ilə Gömür-Dəhnə kəndində yaşadıqları ev arasında təxminən 5 km məsafə vardır. Sonra aşkar edilmiş həmin bitkilər kökündən çıxarılmaqla ağ rəngli kisəyə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Məhkəmədə ifadələri elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid6, Şahid1, Şahid4 və Şahid5 ifadələrindən görünür ki, onlar Şahid3la oxşar məzmunlu ifadələr verməklə sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın və baxışın keçirilməsi haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Quba rayonu, Gömürdəhnə kəndi ərazisindən keçən çay kənarındakı kolluq ərazidə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılması zamanı onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən əski parçasında bükülü içərisində yaşıl rəngdə və yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkisinin yarpaqlarına oxşar kütlə aşkar edilmişdir. Bundan sonra həmin ərazidə narkotik tərkibli çətənə bitkilərinə oxşar qurumuş bitkilər aşkar edilmişdir. Daha sonra həmin ərazidə yaş kök üstə olan narkotik tərkibli çətənə bitkilərinə oxşar 24 ədəd kol aşkar edilmişdir. (Cild 1, iş vərəq 28) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayon Gömürdəhnə kəndi ərazisində yaşadığı evin yaxınlığındakı kolluq ərazidə 33 ədəd yaş kök üstə olan narkotik tərkibli çətənə bitki kolları aşkar edilmişdir. (Cild 1, iş vərəq 30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Quba rayonu, Gömürdəhnə kəndi ərazisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları evin yaxınlığındakı dağlıq ərazidə 18 ədəd yaş kök üstə olan narkotik tərkibli çətənə bitki kolları aşkar edilmişdir. (Cild 1, iş vərəq 32) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Quba rayonu Gömürdəhnə kəndi ərazisində Təqsirləndirilən şəxs2lə qardaşı Təqsirləndirilən şəxs1 yaşadıqları evin yaxınlığındakı dağlıq ərazidə daha 23 ədəd yaş köküstə olan narkotik tərkibli çətənə bitki kolları aşkar edilmişdir. (Cild 1, iş vərəq 33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Quba rayonu, Gömürdəhnə kəndi ərazisində Təqsirləndirilən şəxs2lə qardaşı Təqsirləndirilən şəxs1 yaşadıqları evin yaxınlığındakı dağlıq ərazidə daha 02 ədəd yaş kök üstə olan narkotik tərkibli çətənə bitki kolları və 20 ədəd boş kol çalasının olduğu aşkar edilmişdir. (Cild 1, iş vərəq 34) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Quba rayonu, Gömürdəhnə kəndi ərazisində Təqsirləndirilən şəxs2lə qardaşı Təqsirləndirilən şəxs1 yaşadıqları evin yaxınlığındakı dağlıq ərazidə daha 34 ədəd yaş kök üstə olan narkotik tərkibli çətənə bitki kolları aşkar edilmişdir. (Cild 1, iş vərəq 35) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Quba rayonu, Gömürdəhnə kəndi ərazisində Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 yaşadıqları evin yaxınlığındakı dağlıq ərazidə daha 02 ədəd yaş kök üstə olan narkotik tərkibli çətənə bitki kolları aşkar edilmişdir. (Cild 1, iş vərəq 36) Baxış keçirilməsi haqqında istintaq hərəkətləri videoçəkilişlə aparılmış və həmin videogörüntülərin əks olunduğu disklərə bilavasitə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 148-154) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 30 iyul 2022-ci il tarixli 7/847 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış təmiz çəkisi 10,974 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Yenə həmin rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 qulluq etdiyi sahədən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış təmiz çəkisi 90 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Yenə həmin rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 qulluq etdiyi sahədən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış təmiz çəkisi 185,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Yenə həmin rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 qulluq etdiyi sahədən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış təmiz çəkisi 65,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Yenə həmin rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 qulluq etdiyi sahələrdən aşkar edilərək götürülmüş və 04 ədəd ağ rəngli sintetik torbalarda qablaşdırılmış ümumi sayı 57 ədəd, ümumi çəkisi 23700 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Yenə həmin rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 qulluq etdiyi sahələrdən aşkar edilərək götürülmüş və 04 ədəd ağ rəngli sintetik torbalarda qablaşdırılmış ümumi sayı 79 ədəd, ümumi çəkisi 21995 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş çətənə (kannabis) bitkilərinin ümumi sayı 136 ədəd, ümumi çəkisi 45695 qramdır. Həmin bitkilər tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 136 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş marixuanalar ilə çətənə bitkiləri tərkiblərinə görə eynidir. (Cild 1, iş vərəqləri 72-76) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 30 iyul 2022-ci il tarixli 7/851 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 qulluq etdiyi sahələrdən aşkar edilərək götürülmüş və 01 ədəd ağ rəngli sintetik torbada qablaşdırılmış ümumi sayı 20 ədəd, ümumi çəkisi 5540 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Yenə həmin rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 qulluq etdiyi sahədən aşkar edilərək götürülmüş və 01 ədəd ağ rəngli sintetik torbada qablaşdırılmış təmiz çəkisi 1000 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Yenə həmin rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 qulluq etdiyi sahədən aşkar edilərək götürülmüş və 01 ədəd sintetik torbada qablaşdırılmış ümumi sayı 90 ədəd, ümumi çəkisi isə 1110 qram bitki hissələri, əkilib- becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdim olunmuş çətənə (kannabis) bitkiləri, marixuana, çətənə bitkisinin hissələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən, əkdikləri yerlərdən götürülmüş marixuanalarla çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 77-81) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 6029 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 212-213) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 20 oktyabr 2022-ci il tarixli 6182 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 214-215) Cinayət işinin materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən alınmış 20 noyabr 2022-ci il tarixli 4000 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanda yaşamır. (Cild 1, iş vərəq 241) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 20 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertizadan sonra 10,934 qram, 89,96 qram, 184,96 qram, 64,96 qram çəkilərdə qalıq qalmış narkotik vasitə marixuana kütlələri, həmçinin 01 ədəd sintetik torbada qablaşdırılaraq möhürlənmiş, ekspertizadan sonra 999,98 qram çəkidə qalıq qalmış narkotik vasitə marixuana kütləsi, eləcə də cəmi 10 ədəd sintetik torbalarda qablaşdırılaraq möhürlənmiş cəmisi 156 ədəd çətənə bitkiləri və 90 ədəd çətənə bitkilərinin hissələri maddi sübut kimi tanınaraq Quba RPŞ-nə təhvil verilmişdir. 04 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 242-256) Məhkəmə, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən təzyiq olunması, qardaşı Təqsirləndirilən şəxs1 narkotik vasitə əkimindən xəbərsiz olması, həmçinin Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən ona təzyiq olunması, narkotik vasitə tərkibli bitkilərin əkilməsində iştirak etməməsi, satış məqsədi ilə qurudulmuş marixuananın əldə edilməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özlərinin və bir-birilərinin müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “a” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunla təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin hazırlamaqla saxladığı narkotik vasitə qurudulmuş marixuananın və çətənə növlü bitkilərin şəxsi istehlak miqdarından artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin himayələrində azyaşlı uşaqlarının olmasını onların cəzalarını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar yoxdur. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavablarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 əvvəllər Quba rayon məhkəməsinin 15 sentyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2.000 misli cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 80.1 və 83.6-cı maddəsinin tələblərinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs kimi tanıyır. (Cild 1, iş vərəqləri 157-158) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, 29 iyul 2022-ci il tarixdə barələrində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Quba rayon məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərarı ilə onların barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmış, daha sonra həmin məhkəmənin 29 noyabr 2022-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 131-141) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 iyul 2022ci il tarixdən hesablanmalıdır. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər barələrində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra 1350,794 qram qalıq qalmış narkotik vasitə marixuana kütləsi, eləcə də cəmi 10 ədəd sintetik torbalarda qablaşdırılaraq möhürlənmiş cəmi 156 ədəd çətənə bitkiləri və 90 ədəd çətənə bitkilərinin hissələri məhv edilməlidir. 04 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 72 manat məbləğində, Təqsirləndirilən şəxs2 72 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 01 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 28 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 01 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra 1350,794 qram qalıq qalmış narkotik vasitə marixuana kütləsi, eləcə də cəmi 10 ədəd sintetik torbalarda qablaşdırılaraq möhürlənmiş cəmi 156 ədəd çətənə bitkiləri və 90 ədəd çətənə bitkilərinin hissələri məhv edilsin. 04 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 72 manat məbləğində, Təqsirləndirilən şəxs2 72 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin