Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-57/2025 06.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhər məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmu cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 dekabr 2021-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya haqqında qərarın 4-cü bəndi tətbiq edilərək cəzası 06 ay azaldılmış, 08 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımış, həmçinin saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixə saat 01 radələrində Şahid2 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 3 nömrəli Notarius ofisinin yaxınlığındakı 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən "Həbibi” gözəllik salonunun plastikdən olan giriş qapısının kilidini üzrində olan vintaçanla qıraraq içəri qanunsuz daxil olaraq həmin salondan işləyən Zərərçəkmiş şəxs2 qızma məxsus 01 ədəd 80 manat dəyərində “Braun” firmasına məxsus feni, 01 ədəd 30 manat dəyərində markası bilinməyən dırnaq lakı qurutmaq üçün aparatı, 01 ədəd 50 manat dəyərində dırnaq yonan aparat, hər biri 3 manat olmaqla 10 ədəd cəmi 30 manat dəyərində olan markası bilinməyən dırnaq lakları, hər bir qutusu 5 manat olmaqla 08 qutu 40 manat dəyərində markası bilinməyən yapışdırma dırnaqları, hər biri 10 manat olmaqla 04 ədəd cəmi 40 manat dəyərində markası bilinməyən dırnaq gelləri, 12 manat dəyərində markası bilinməyən bir qutu dırnaq qaşları, hər biri 05 manat olmaqla 03 ədəd 15 manat dəyərində markası bilinməyən dırnaq zərləri, 25 manat dəyərində markası bilinməyən bir cüt dırnaq qayçıları, 01 ədəd 03 manat dəyərində markası bilinməyən dırnaq qoruyucusu, 01 ədəd 3 manat dəyərində markası bilinməyən dırnaq qoruyucusu, hər biri 14 manat olmaqla 05 ədəd cəmi dəyəri 70 manat olan “Artego” markalı saç boyaları, hər biri 07 manat olmaqla 37 ədəd cəmi dəyəri 259 manat olan “Kolec” markalı saç boyaları, hər biri 05 manat olmaqla 17 ədəd 85 manat dəyərində “Naspura” markalı saç boyaları, hər biri 04 manat olmaqla 08 ədəd cəmi 32 manat dəyərində “Sigura” markalı saç boyaları, 01 litr 14 manat dəyərində “Kolec” markalı saç boyasına qatılan maye, 01 litr 14 manat dəyərində "Artego” markalı saç boyasına qatılan maye, 04 litr hər litri 5 manat olmaqla cəmi 20 manat dəyərində “Naspura" markalı saç boyaları üçün mayeni, 01 ədəd markası bilinməyən 200 manat dəyərində hava fenini, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 100 manat dəyərində markası bilinməyən saç kəsən aparatı, 01 ədəd 80 manat dəyərində markası bilinməyən feni, hər biri 20 manat olmaqla 02 ədəd 40 manat dəyərində markası bilinməyən qayçıları, 01 ədəd 5 manat dəyərində markası bilinməyən fen darağını, 30 manat nağd pulu, Zərərçəkmiş şəxs4 qızma məxsus 01 ədəd “Braun” markalı 80 manat dəyərində hava fenini, 01 ədəd “Braun” markalı 50 manat dəyərində ütü fenini, 01 ədəd 60 manat dəyərində markası bilinməyən saç buran feni, 01 ədəd 80 manat dəyərində markası bilinməyən saç kəsən aparatı, 01 ədəd 20 manat dəyərində markası bilinməyən qayçını, 01 ədəd 2 manat dəyərində markası bilinməyən maqqaşı, 01 ədəd 15 manat dəyərində markası bilinməyən dırnaq təmizləmək üçün aləti, 100 manat nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 1774 manat dəyərində əmlakı gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 qızma 1022 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs3 qızma 255 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs4 qızma 407 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 09 oktyabr 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri 3- cii mikrorayon, 25 nömrəli binanın birinci mərtəbəsində yerləşən “SM” marketin giriş qapısını vinaçanla sıxıb acmaqla marketə qanunsuz daxil olub, oradan sellofan torbada olan 1000 ədəd, 200 manat olan 20 qəpiklik, 2020-ədəd 220 manat olan 10 qəpiklik, 100 ədəd 50 manat olan 50 qəpiklik pulları, bir qutusunun qiyməti 4 manat olan, 70 qutu nazik “kent” markalı, bir qutusunun dəyəri 4 manat olan 20 qutu “kent” mentol markalı, bir qutusunun qiyməti 4 manat olan 10 qutu, qalın “kent” siqaretlərini, bir qutusunun dəyəri 4 manat olan 10 qutu “Kent 8” maraklı, bir qutususunun qiyməti 4,30 manat olan 20 qutu ağ qalın “Sobranie” markalı, bir qutusunun qiyməti 4,30 manat olan 30 qutu göy nazik “Sobranie” markalı, bir qutusunun qiyməti 4,30 manat olan 10 qutu qalın qara “Sobranie” markalı və bir ədədinin qiyməti 3,80 manat olan 10 qutu boz kompakt “Winston” markalı siqertləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 1206 (min iki yüz altı ) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan əlavə, o, 15 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhərindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasmıən Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxil edilən 01 ədəd şəffaf sellofana bükülmüş 3,829 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manat pulun müqabilində əldə edib Abşeron rayonu Saray qəsəbəsinə daşımış və saxlamış, 15 oktyabr 2023-cü il tarixdə saat 15:30 radələrində Abşeron rayon Polis İdarəsinin Saray PB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün Abşeron rayonu, Saray qəsəbəsi, «Düz Gölü» adlanan yerin yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmiş, orada həmin gün saat 15:10-dan 17:10-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şaffaf sellofan bükümdə 3,829 qram çəkidə kustar üsulla nazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 09 oktyabr 2023-cü il tarixdə “SM” marketə daxil olmuşdur. Həmin marketə oğurluq etmək üçün girməyi əvvəlcədən planlaşdırılmamışdır. Marketdən siqaret və qəpiklər götürmüşdür. Vintaçandan istifadə edərək marketə daxil olmuşdur. Götürdüyü siqaretləri həm satmış, həm də çəkmişdir. Ona qarşı irəli sürülmüş ittiham aktında onun 08 oktyabr 2023-cü il tarixdə “Həbibi” gözəllik salonuna daxil olduğu qeyd edilmişdir. O, bununla razı deyil, 08 oktyabr 2023-cü il tarixdə gözəllik salonundan oğurluq etsəydi, 09 oktyabr 2023-cü il tarixdə marketdən oğurluq etməzdi. O, gözəllik salonunda ümumiyyətlə olmamışdır. Ona qarşı psixotrop maddə əldə etməyi barədə irəli sürülmüş ittihamla bağlı bildirmişdir ki, 15 oktyabr 2023-cü il tarixdə təxminən saat 02:00-03:00 radələrində post-patrul xidməti əməkdaşları ona yaxınlaşmışlar və ərazidə oğurluq hadisəsi baş verdiyini bildirmişlər, bu səbəbdən polis idarəsinə dəvət etmişlər. Həmin vaxt onun üzərində vintaçan da var idi. Onlar onu polis idarəsinə aparmışlar və o, səhərədək növbətçi hissədə əyləşib gözləmişdir. O, həmin vaxt da marketdə oğurluq etdiyini etiraf etmişdir. Növbəti gün səhər polis əməkdaşları Şahid4 və Azad Nağıyev gəlmişlər. Psixoloji təzyiqlər nəticəsində psixotrop maddənin ona məxsus olması barədə onlarla razılaşmışdır. Psixotrop maddəni 20 manata əldə etdiyi göstərilmişdir. Psixotrop maddə istifadəçiləri onun 1 qramını 12 manata əldə edirlər. Psixotrop maddənin satış qiymətini hazırda saxlanıldığı təcridxanada olan təqsirləndirilən şəxslərdən öyrənmişdir. O, əvvəllər marixuana növündə narkotik vasitə istifadə etmişdir. Zərərçəkmiş şəxslər dəymiş ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ilkin verdiyi ifadəsində göstərmişdir ki, bir ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 15 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhərində tanımadığı şəxsdən 1 ədəd şəffaf rəngli selofanda olan bükümün içərisində «şüşə” kimi tanınan psixotrop maddə metamfetamini 20 manat pul müqabilində əldə edib, boz rəngli şalvarının sağ yan cibində öz şəxsi istifadəsi üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır gölünün yaxınlığında olan zaman özlərini polis əməkdaşı kimi təqdim edən polis əməkdaşları ona yaxınlaşıb, onun psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu deyib, şübhəli şəxs kimi saxlamışlar. Polis əməkdaşları özlərini təqdim etmişdir. O, da həmin vaxt özünü polis əməkdaşlarına təqdim etmiş, üzərində psixotrop maddə olduğunu bildirmiş və polislər onu Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gətirmişlər. X2 o,üzərində psixotrop maddə gəzdirdiyini və istifadə etdiyini bir daha etiraf etmişdir. Orada otaqların birində müdafiəçinin iştirakı ilə üzərində çəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməyi təklif edilmişdir. O, da əynindəki boz rəngli, cins şalvarının sağ yan cibində olan 1 ədəd şəffaf selofanda bükülmüş metamfetamin bükümünü təqdim etmişdir. Həmin vaxt ona məxsus olan narkotik vasitə olan 1 ədəd şəffaf selofanda bükülmüş metamfetamini ağ kağız zərfə qoyulub, qablaşdırlaraq möhürlənib bağlanmışdır. O,da həmin qablaşdırılmış zərfi, bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. O, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, heç yerdə işləmədiyindən pula ehtiyacı yaranmış, ona görə də oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 3-cii mikrorayon ərazisində olarkən binanın 1 -ci mərtəbəsində yerləşən “SM” adlı marketə girib siqaret almış, həmin dükanın içərisinə göz gəzdirmiş və hardan ora girib oğurluq edə biləcəyini düşünmüşdür.Daha sonra bayırdan da mağazaya diqqət yetirmiş və görmüşdür ki, mağazanın həm ön, həm də arxa tərəfdən olmaqla iki qapısı vardır. Fikirləşmişdir ki, arxa qapıdan həmin mağazaya girmək daha rahat olar, ona görə də o, evə gəlmiş və havanın qaralmasmı gözləmişdir. xx.xx.2023-cti il tarixdə saat təxminən saat 03 radəllərində yaşadığı evdən vintaçanı götürüb yenə Sumqayıt şəhəri 3-cii mikrorayon ərazisində yerləşən “SM” mağazasına gəlmiş, ətrafa göz gəzdirmiş və heç kimin olmadığını görüb marketin arxa qapısına yaxınlaşmışdır.Özü ilə gətirdiyi vintaçanı mağazanın arxa qapısına salıb qapını sıxıb açmış və mağazanın içərisinə daxil olub oradan da açıq qapısı olan otağa daxil olmuşdur.Otağa daxil olduqdan sonra orada sellofan paketlərdə olan dəmir qəpik pulları götürmüş, daha sonra rəilərdə olan müxtəlif markalı, yəni “Kent”, “Sobranie”, “Viniston” siqaret bloklarını götürüb sellofan torbaya yığıb marketi gəldiyi yerdən də tərk edib qapını örtmüşdür ki, hiss olunmasın. O, oradan yaşadığı evə gəlmiş və siqaretləri gizlətmiş, pulları isə saymış, iimumilkdə səhv etmirsə 470 manat qəpik pullardan ibarət olmuş, həmin pullar 10, 20 və 50 qəpikliklərdən ibarət olmuşdur. Pulları öz ehtiyaclarına xərcləmiş, siqaretləri isə tanımadığı şəxslərə küçədə satıb əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir.Onun etdiyim oğurluq əməlindən heç kəsin xəbəri olmamış və əməli törətməkdə ona heç kəs köməklik göstərməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cii il tarixdən 08.1.2023-cii il tarixə keçən gecə saat 01 radələrində Sumqayıt şəhəri, 13-cü mkr ərazisində Notarius ofinin yaxınlığında yerləşən 9 mərtəbəli binanın 1 -ci mərtəbəsində yerləşən üzərində “Həbibi” gözəllik salonu yazılan salona oğurluq məqsədilə daxil olmuşdur. Maddi ehtiyacları olduğu üçün o,oğurluq etmək fikrinə düşmüşdür. Həmin salonun qapısı plastikdən olmuş,o, üzərimdə olan vintaçanla salonun plastik qapısının kilidini əyərək açıb içəri daxil olmuşdur.Daha sonra içəridən saç boyalarını, müxtəlif növ fenləri, ustaya aid qablarda maddələri, dırnağa aid aparatları götürüb özü illə gətirdiyi torbalara yerləşdirmiş,daha sonra isə salonun arxa tərəfindən çıxıb oradan uzaqlaşmışdır. Torbaları aparıb bir yerdə gizlətmiş, sonra isə hissə hissə həmin torbalarda olan əşyaları dəyər dəyməzinə satmışdır.Oğurladığı əşyalardan cəmi 9 manat gəlir əldə etmiş, əldə etdiyi pulu şəxsi tələbatına xərcləmiş, etdiyi oğurluq barədə heç kimə bildirməmişdir. Həmin gözəllil salonundan oğurluq etmək qərarına özü gəlmiş, ona həmin salonu istiqamətləndirən, yol göstərən olmamışdır. O,həmin salonun nə sahibini, nə də oranın işçilərinin heç birini tanımamış, onlarla heç bir ədavəti olmamışdır. Həmin salona ilk dəfə idi ki, oğurluq məqsədilə daxil olmuş,həmçinin oğurluq etməmişdən əvvəl həmin salona diqqət etmiş, salonun özündə və ətrafında heç bir kamera görüntüsü olmamış, salonun özünün dəmir barmaqlığı da olmamışdır. O, salona rahat şəkildə, girişdə olan plastik qapının kilidini özü ilə gətirdiyi vintaçanla əyərək qapını açıb içəri daxil olmuş, çıxanda isə salonun arxa qapısından çıxıb getmişdir.O, oğurladığım əşyaların dəqiq sayını, hansı əşyaları oğurladığını dəqiq xatırlaya bilmir, hadisəni törədərkən gecə qaranlıq olmuş, həm də o,salonda cəmi 10 dəqiqə olmuş, tələsərək oradan çıxıb uzaqlaşmış, ona görə də dəqiq hansı alətləri, hansı boyaları oğurladığını sadalaya bilməmişdir. (Cild 1, iş vərəqləri 62-64, 129-132) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, özü salonda işləyirdi. Salon 13-cü mikrorayonda yerləşirdi. Öz mallarını işi öyrənməyə salona aparırdı. Onlar salona gələndə jalüzün qalxdığını, ətrafın dağıldığını, şkafların boşaldığını görmüşlər. Ümumilikdə 500 manat ziyan dəymişdir. Fenlər, qayçılar, saç maşınka alətləri oğurlanmış, və əlavə çəkməcəyə qoyduğu 100 manat götürülmüşdür. Salondan oğurluq edən şəxsin Elvin Msutafayev olduğunu bilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində “Həbib” gözəllik salonunda saç ustası kimi fəaliyyətə başlamışdır. İşə başladıqdan təxminən 1 həftə sonra oğurluq hadisəsi baş vermişdir. Həmin vaxt gözəllik salonunda olan əşyalarım oğurlanmışdır. Ona təxminən 500 manata yaxın zərər dəymişdir. Əşyalarının kim tərəfindən oğurlandığını bilmir, ona dəymiş zərər ödənilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 3 okyabr 2023-cü ildə Sumqayıt şəhəri,13-cü mkr ərazisində yerləşən gözəllik salonunu 300 manat dəyərində icarə əsasında almışdır. Salonda ondan başqa Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 adlı 2 işçi fəaliyyət göstərirdi.Salondan onun 2000 manat dəyərində şəxsi əşyaları oğurlanmışdır. Bu əşyalara fenlər,saç boyaları,dırnaq düzəltmə ləvazimatları daxil idi. O, evdə olarkən səhər 7-də salona gələrkən qapının açıq olduğunu görən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ona hadisə barədə məlumat vermək üçün zəng etmişlər. O da gəlib oğurluq hadisəsinin baş verdiyini görmüşdür. Hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyin görməmiş, bu barədə məlumatı ona polis işçiləri demişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, “SM” adlanan marketi 2022-cil ilin oktyabrında Sumqayıt şəhər, 3-cü mkr-da açmışlar. Oğurluq hadisəsi isə 2023-cü ilin oktyabrında baş vermişdir.Mağazada ön və arxa olmaqla 2 giriş var idi. O, səhər 7-də mağazanı açarkən ön qapıdan girib öz otağına keçdikdə xırda pulların dağıldığını görüb çox əhəmiyyət verməmişdir. Sonra arxa qapının açıq olduğunu görmüşdür. Yenidən mağazaya daxil olduqda isə siqaretlərin götürüldüyünü anlamışdır. Kameraya baxdıqda hadisənin şahidi olmuş və 102-yə zəng etmişdir.Kameradan kiminsə içəriyə daxil olduğu görünürdü ,amma şəxsin üzü görünmürdü. Ümumilikdə vurulmuş 1200 manat ziyanın dəyərinə 700-800 manat dəyərdə olmaqla siqaret, qalanı isə xırda pul daxil idi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Şahid3 ilə birlikdə xidmət apararkən Abşeron rayonu, Saray qəsəbəsi, “Duz Gölü” adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Onu saxladıqları tarixi dəqiqlikə xatırlamır. Ona yaxınlaşdıqda şəxsiyyətini təsdiq edən sənədi olmadığını müəyyən etmiş və onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onun üzərində psixotrop maddə olduğunu aşkar edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış həyata keçirilmişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 15 oktyabr 2023-cü il tarixdə Şahid4 ilə birlikdə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onun şəxsiyyəti barədə soruşmuşlar. Onun şəxsiyyətini təsdiq edən yox idi və özünü şübhəli apararaq verilən suallardan yayınırdı. Sonradan Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikləri şəxsi polis bölməsinə dəvət etmiş, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs sağ yan cibindən metamfetaminə bənzəyən maddə aşkar olunmuşdu. Həmin maddə barədə soruşduqda səhər saatlarında tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 13-cii mkr ərazisində “Həbibi” gözəllik salonu vardır. Həmin gözəllik salonunu xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 aylıq 400 manat müqabilində icarə haqqı ödənişi şərti ilə icarəyə vermişdir.Daha sonra Zərərçəkmiş şəxs2 özünə məxsus olan gözəllik salonuna aid olan baxım və kosmetika məsullarını, avadanlıqları gətirib həmin gözəllik salonuna yığıb işləməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində Zərərçəkmiş şəxs2 ona zəng edib gözəllik salonundan oğurluq olmasını bildirmişdir.O, da həmin gözəllik salonuna gedib baxdıqda qapının kilidinin qırıldığını, içəridən Həbibə xanıma məxsus olan avadanlıqların və saç boyalarının oğurlandığını görüb bu barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər. Həmin gözəllik salonu onun özümə məxsus olsa da içərisindəki əşyalar Zərərçəkmiş şəxs2 və onunla işləyən saç ustalarına məxsus olmuşdur. (Cild 1, iş vərəq 33) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 142-143) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 08 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protktoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri 3-cü mikrorayon, 25 nömrəli binanın birinci mərtəbəsində yerləşir. (Cild 1, iş vərəqləri 125-132) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 09 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protktoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Notarius ofisinin yaxınlığındakı 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. (Cild 1, iş vərəqləri 225-229) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 15 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümündə psixotrop maddəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 25-26) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 oktyabr 2023-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 16 oktyabr 2023-cii il tarixli 3-16-16/2-6/5415 nömrəli rəydən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: « Azərbaycan Respublikası DİN-nin zərflər üçün «246» dairəvi möhür əks, «...3... (imza) Mustayaev..» sözləri. Soyadlar və imzalar (5 imza) olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,829 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 37-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsin verdiyi 07 dekabr 2024-cü il tarixli 8025 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. (Cild 1, iş vərəqləri 94-95) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 dekabr 2023-cii il tarixli 3405 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanında olmuşdur. (Cild 1, iş vərəqləri 96-97) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəməəmtəəşunaslıq ekspertizasının 21 dekabr 2023-cii il tarixli 3-16-16/2-9/8765/2023 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən tütün məmulatların 2023-cii ilin oktyabr ayında orta bazar qiyməti ilə ümumi nəzəri qaydada təxminən 736,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəməəmtəəşunaslıq ekspertizasının 01 fevral 2024-cü il tarixli 3-16-16/2-9/240/2024 nömrəli rəyindən görünür ki, texniki göstəricilərinə əsasən analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 24 adda malların 2023-cü ilin oktyabr ayınaolan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 954,00 manat mtiəyyənedilir. Digər 06 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, növü və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (Cild 1, iş vərəqləri 157-159) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən DİN-nin KTİ-dən daxil olmuş 18 oktyabr 2023-cü il tarixli 3-13-11/2-12846/2023 nömrəli məktubundan aydın olur ki, hadisə yerindən götürülmüş, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİSin məlumat bankında olan şəxslərin əl əksləri ilə müayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmaığı ilə eynilik təşkil etmişdir. (Cild 1, iş vərəqləri 119-120) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 02 may 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından qalıq qalmış 3,779 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqləri 101-114) Məhkəmə, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən mənəvi təzyiqə məruz qalması, buna görə də psixotrop maddə əldə etməsi ilə bağlı etiraf edici ifadə verməsi, “Həbibi” gözəllik salonuna daxil olaraq orada oğurluq etməməsi və ümumiyyətlə həmin salonda olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada ittiham olunduğu maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal hesab edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən, hökmün surətindən və elektron-məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 2008-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3, 332.2.1 və 332.2.2-ci maddəsi ilə, 2011-ci ildə Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə, 2019-cu ildə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş və həmin məhkumluqları ödənilmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmu cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 dekabr 2021-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya haqqında qərarın 4-cü bəndi tətbiq edilərək cəzası 06 ay azaldılmış, 08 aprel 2022-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. (Cild 2, iş vərəqləri 30-32) Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həmin məhkəmənin qərarları ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti fasiləsiz olaraq uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 15, 71-73, 211-213; Cild 2, iş vərəqləri 173-178) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbsdə olduğu müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 oktyabr 2023-cü il tarixdən hesablanmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 3,779 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 180 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 3,779 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-57/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-57/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver