Məhkəmə qərarları › İş №1(124)-572/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-572/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-572/2024 07.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1986-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarxidə saat 21 radələrində Siyəzən şəhəri, Heydər Əliyev prospektində yerləşən “Final market” adlı mağazanın içərisində həmin mağazada satıcı işləyən dostu Şahid2 ilə vulqar formada qarşılıqlı olaraq zarafat edən zaman kafeyə daxil olan sonuncunun xalası oğlu Zərərçəkmiş şəxs onların aralarındakı zarafata qarışaraq ona öz iradını bildirib, xalası oğlu ilə zarafat etməməsini tələb etdikdə, Təqsirləndirilən şəxslə aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs anasının ünvanına bir neçə dəfə təhqiramiz ifadələr işlətdikdən sonra onlar qarşılıqlı olaraq bir-birilərini yumruqla vurmuş, bundan sonra onları ətrafda olan şəxslərin tərəfindən mağazanın çölünə çıxarılmış, mağazanın qarşısında da bir-birilərinə yumruq zərbələri vurmaqda davam etmiş və Təqsirləndirilən şəxs kurtkasının sağ cibində olan bıçaqla Zərərçəkmiş şəxs qarın boşluğundan, sağ əlininin ovuc hissəsindən, sol qoltuq altından, sol burun səthindən və üst dodağından qəsdən vurmaqla Zərərçəkmiş şəxs qarının ön divarında sağ qalça çuxurda qarın boşluğuna nüfuz edən kəsilmişdeşilmiş, sağ əlin ovuc içi səthinin kəsilmiş, burun səthinin kəsilmiş və üst dodağın kəsilmiş yaraları ilə nəticələnən ümumilikdə həyat üçün təhlükəli hesab edilən ağır xəsarətlər yetirərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisə günü dükanda içkili olmuşdur. Mütəllim ilə zarafat etmişdir. Zərərçəkmiş şəxs mağazaya gəlmiş, orada Orxan ona irad bildirmiş, sözləri düz gəlməmiş, Orxan nalayiq ana söyüşü söymüşdür. Zərərçəkmiş şəxs vurmuş, qarşılıqlı dava-dalaş başlamışdır. Mağazadan çölə çıxmışlar. Hadisə mağazanın qabağında baş vermişdir. Həmin vaxt mağazada o, Orxan və Mütəllim olmuşdur. Neçə bıçaq zərbəsi endirdiyi yadında olmamışdır. Mütəllim və o orada olmuş, Əzim və Samir isə səs-küyə gəlmişdir. Hadisə saat təxminən 10-11 aralığında baş vermiş, mübahisə ikisi arasında olmuş və onlar zarafatlaşanda mübahisələri düşmüşdür. Orxan söyüş söydükdən sonra onlar dava etmişdirlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, fərdi şəkildə hisə verilmiş balıq və toyuq məhsulları hazırlayıb satmaqla məşğul olaraq qazancını bu yolla təmin etmişdir. xx.xx.2023-cü il tarixdə axşamüstü evdə özü üçün bir qədər spirtli içki qəbul etmişdir. Təxminən saat 20 radələrində kapçonnu yəni hisə verilmiş toyuqların satılmasını təşkil etmək üçün Mütəllimin yanına getmişdir. Mütəllim yaxın dostudur, həmçinin, Siyəzən şəhəri, H.Əliyev prospektində yerləşən mağazada satıcı işləyir. Mütəllimə hisə verilmiş toyuğu verdikdən sonra onunla zarafatlaşmağa başlamışdır. Bu vaxtı mağazaya Mütəllimin xalası oğlu, Siyəzən şəhər sakini Orxan gəlmişdir. Orxan mağazaya daxil olduqdan sonra o, Mütəllimlə zarafatlaşmağa davam etmiş, bu vaxt Orxan ona baxaraq “mənim xalamı söyənin anasını” deyərək söyüş söymüşdür. O, Orxana Mütəllimlə zarafatının olduğunu və bunun ona heç bir aidiyyyatını olmadığını bildirmiş, lakin Orxan təkrar ona baxaraq “mənim xalamı söyənin anasını filanlıyaram” deyə bildirmişdir. Bundan sonra mağazanın içərisində qarşılıqlı olaraq birbirlərinin yaxasında tutub dalaşmağa başlamışdırlar. Həm Orxan həm də o qarşılqılı olaraq bir-birlərinə yumruqla vururmuşdurlar. Orxanla qarşılıqlı dalaşaraq mağazanın qabağına, küçəyə çıxmış, mağazanın qabağından qarşılıqlı olaraq bir-birlərini vurmağa davam etmişdirlər. İçkili olduğu üçün kurtkasının sağ yan cibində olan bıçağı çıxaraq Orxanın qarın boşluğudan vurmuş, bundan sonra orada olan şəxslərdən Əzim adlı Siyəzən şəhər sakini onları ayırmışdır. O, əlində bıçaq piyada Heydər Əliyev prospektindən “saat” adlanan yer istiqamətində hərəkət etmişdir. “Saat’ın yanına çatıdıqda əlindəki bıçağı, “saat” heykəlindən beton yola çıxan yolda, həmin yolun sağına, ağaclar istiqamətində atmış, bundan sonra saatın yanından “beton yol” adlanan Quba-Bakı yolunun qırağına çıxaraq Sumqayıt şəhərinə gemtək üçün yol maşını axtarmışdır. Beton yolda 10-15 dəqiqə dayandıqdan sonra Sumqayıt şəhəri istiqamətində hərəkətə edən yük maşını ilə Sumqayıt şəhərinə getmişdir. Gecə yaxınları ona zəng edərək evə polis əməkdaşlarının gəlib onu axtardığını bildirmişdirlər. xx.xx.2023-cü il taraxində Sumqayıt şəhərində qardaşının yanında qaldıqdan sonra könüllü polis şöbəsinə gələrək təslim olmaq qərarına gəlmişdir. xx.xx.2023- cü il tarixdə, səhər saatlarında könüllü olaraq Siyəzən rayon Polis şöpbəsinə gələrək cinayət əməli törətdiyini bildirmişdir. Əməlindən peşmandır. Onun Mütəllimlə ana zarafatı etməyi Orxanın xoşuna gəlməməmiş, bu səbəbəbdən o “xalamı söyənin anasının” deyərək söyüş söydüyü və bundan sonra bu hal bir daha təkrarlandığı üçün onlar dalaşmağa başlamışdırlar. Orxanı tanıyır, səmimi olmasada arasında tanışlıq münasibəti var. Heç vaxt onunla düşməçilik və ədavəti olmamışdır. Düşünür ki, həmin vaxt Orxan da, sərxoş olduğu üçün bü cür hadisə baş vermişdir. Zərərçəkmiş şəxs ilə qarşılıqlı ilk öncə Heydər Əliyev prospektində yerləşən mağazanın içərisində, daha sonra isə həmin mağazanın qarşısında dalaşarkən əsəbi və sərxoş olduğu üçü Orxanla dalaşan zaman ətrafda kimlərin olduğunu, mazğanın qarşısında kimlərin olduğunu ümumiyyətlə xatırlamır. Zərərçəkmiş şəxs ilə qarşılıqlı dava-dalaş edərərkən Orxan onun sifət nahiyyəsindən yumruqla bir neçə dəfə vurmuş, bunun nəticəsində sol gözü qaralıb həmin gözünün üstü isə sıyrılaraq qanamışdır. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı həmin gün yaşadığı evdən götürmüşdür. Belə ki, həmin gün axşam saatlarında evdə olan zaman ailə üzvləri elektik naqillərini təmir etməyini xahiş etmiş, o evdən mətbəx bıçağı götürərək elektrik naqillərini həmin bıçaqla təmir edib, bıçağı cibinə qoymuşdur. Kapuçonu toyuqları mağazaya verməyə getməli olduğu yadına düşəndə eləcə bıçaq cibində Mütəllimin mağazasına getmişdir. (cild 01 iş vərəq; 57-59, 138-140) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 13 dekabr 2023-cü il tarixdə saat 21 radələrində xalası oğlu Mütəllimin satıcı işlədiyi mağazaya siqaret almaq üçün getmişdir. Mağazada başqa tanımadığı bir neçə nəfər şəxs, həmçinin Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs olmuşdur. Həmin vaxt Seymur və xalası oğlu Mütəllim ilə xoşagəlməz ana zarafatı etmişdirlər. Mütəllimin anası onun xalası olduğu üçün zarafat xoşuna gəlməmiş, bu tərz zarafatların edilməsinin yaxşı olmadığını bildirərək aqressiv formada Seymura irad bildirmişdir. Onun iradı Seymurun xoşuna gəlməmiş, ilk öncə aralarında sözlü mübahisə başlamış, mübahisə zamanı o, xalasını söyənin anasını söymüş, bu Seymurun xoşuna gəlməmiş, onlar qarşılıqlı olaraq mübahisə edərək dalaşmağa başlamışdırlar. Seymurun onu necə və nə cür vurması yadına gəlmir. Sadəcə olaraq Seymurun ona yumruq vurması nəticəsində ərzaq mallarının üzərinə aşması yadına gəlir. Tanımadığı, mağazada olan bir neçə nəfər şəxs onları ayırmış və o, mağazadan çölə çıxmışdır. Bu vaxt Seymur da onun arxasınca mağazadan çölə çıxmışdır. Bu zamanı Seymurla qarşılıqlı dava etmişlər. Dava zamanı qəfildən ağrı hiss etmişdir. Daha sonra ətrafdakı şəxslər onları ayırmış, o yaşadığı evə qayıtmışdır. Evdə vəziyyətinin pis olduğu üçün təcili tibbi yardım xidmətindən istifadə edərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yollanmışdır. Hazırda Seymur barəsində heç bir şikayət və tələbi yoxdur,onlar barışmışdırlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, mağazaya daxil olanda mübahisəni ilk öncə o başlatmış, mağazada o, Mütəllim və Samir olmuşdurlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, halhazırda barışmışdırlar, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində aşağıda qeyd olunan xüsusatlar barədə bildirmişdir. Siyəzən şəhərində ərzaq mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə, saaat 21 radələrində işlədəyi həmin mağazada satıcı kimi işləyən zaman dostu Təqsirləndirilən şəxsda onunla birlikdə mağazada olmuş, onlar öz aralarında zarafatlaşmışdırlar. Bu vaxt xalası oğlu, Zərərçəkmiş şəxsda mağazaya gəlmişdir. O və dostu Təqsirləndirilən şəxs zaratlaşmağa davam etmişdir. Seymur çoxdankı dostu olduğu üçün aralarında hər cür zarafat var. Zarafat zamanı Seymur bir iki dəfə onun anası barədə zarafat etmişdir. Onun anası, Orxanın xalası olduğundan bu məzmunda Seymurun onunla etdiyi zarafat xalası oğlu Orxanın xoşuna gəlməmişdir. Bu səbəbdən ilk öncə Orxan Seymura iradını bildirmiş, onlar arasında sözlü mübahisə yaranmışdır. Bununla paralel olaraq mağazaya həmin vaxtı başqa müştərilər gəldiyi üçün o öz işi ilə məşğul olmağa davam etmişdir. Seymurla Orxanın sözlü mübahisəsi daha sonra dava-dalaşa çevrilmiş, onlar itələşməyə başlamış, bu vaxt mağazanın içərisindəki bir neçə əşya dağılmışdır. O onların hər ikisindən dava-dalaşı bitirib evə getmələrini tələb etmiş, onlar aralaşıb ilk öncə mağazadan Orxan, onun arxasınca isə Seymur çölə çıxmışdır. O mağazada qalmışdır. Daha sonra o, mağazadakı müştərilərlə məşğul olmuşdur. Nevroz xəstəliyi olduğu üçün daha sonra nələr baş verdiyini xatırlamır. Həmçinin nevroz xəstəliyi olduğu üçün həkim məsləhətinə əsasən səs-küydən, dava-dalaşdan uzaq gəzir. Bu səbəbdəndə mağazadan bayıra çıxmamışdır. Lakin mağazanın qarşısından səs-küy gəlməyə davam etmiş, bir neçə dəqiqə sonra isə səs- küyün mağazanın qarşısında davam etdiyini eşitdikdə mağazadan bayıra çıxmışdır. Bu zaman xalası oğlu Orxanın mağazanın qarşısında bıçaqlandığını görmüşdür. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə və dava-dalaş xalası oğlu Orxanın Seymurun onunla etdiyi zarafatın xoşunana gəlməməsi olmuşdur. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə və dava-dalaş ilk öncə mağazanın içərisində, daha sonra isə mağazanın qarşısında baş vermişdir. Hadisə zamanı mağazada bir neçə müştəri olmuşdur. Lakin onların kim olmalarını xatırlamır Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı şəraitdə bıçaqla xəsarət yetiridyini görməmiş, ancaq onların qarşılıqlı olaraq bir-birilərinə yumruq vurduğunu görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Əzim adlı tanışının mağazasına siqaret almaq üçün getmişdir. Çəkdiyi siqaret Əzimin satıcı olduğu mağazada olmadığı üçün həmin mağazanın yanında yerləşən, Mütəllimin satıcı işlədiyi mağazaya keçmişdir. Mağazaya yenicə girən zaman iki nəfər şəxsin sözlü mübahisə etməsini görmüşdür. Bu vaxt Mütəllimə “qaqa mənim siqaretimi ver gedim” deyə bildirmişdir. Mütəllim ona siqaret verdikdən sonra həmin iki şəxs artıq sözlü mübahisədən tutaşmağa keçmişlər. Həmin şəxslər bir qədər mübahisə etdikdən sonra tutaşaraq mağazadan çölə çıxmış, onların ardınca isə o, çölə çıxmışdır. Mağazanın qabağında hər iki şəxs qarşılqılı olaraq davadalaş etməyə, bir-birilərinə yumruq atmağa başlamışdırlar. Qonşu mağazada işləyən Əzim onları ayırmağa çalışsa da buna müvəffəq ola bilməmiş, daha sonra isə ayırmışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisənin nə səbəbdən baş verdiyini və nə səbəbdən dava-dalaş etdikərini bilməmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs qarşılıqlı dava-dalaş edərkən Təqsirləndirilən şəxsun hər hansı vasitə ilə Zərərçəkmiş şəxs xəsarət yetirdiyini görməmiş, sadəcə olaraq bir-birilərinə qarşılıqlı yumruq atdğını görmüşdür. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə və dava-dalaş baş verərəkən ətrafda bir çox şəxslər olmuş, lakin həmin vaxt ətrafdan olan şəxslərdən Əzimdən başqa heç birini tanımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən atasına məxsus mağazada satıcı işləyir. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində atasına məxsus mağazda hər zamankı kimi öz işi ilə məşğul olan zaman qonşu mağazanın qabağından səs küy gəldiyini eşidib çölə çıxmış, iki nəfər şəxsin əlbəyaxa olaraq dalaşdığını görmüşdür. Yaxınlaşan zaman onların Siyəzən şəhər sakinləri, elə-belə tanıdığı Orxan və Seymur olduğunu görmüşdür. Qeyd olunan şəxslərin hər birini sadəcə rayon sakini kimi tanıyır, onlarla arasında heç bir ədavət və düşmənçilik yoxdur. O, dərhal onlara yaxınlaşaraq ayırmağa çalışmış, lakin onlar qarşıİqılı bir-birilərini vuraraq dava-dalaşa davam etmişdirlər. Bir-birilərinin yaxasından tutaraq dava-dalaşa davam etmişlər. Daha sonra bir neçə dəfə cəhd etdikdən sonra Seymurla Orxanı ayırmış, Seymuru mağazaya apararaq istəmiş, lakin Seymur şəhərin çıxışına doğru hərəkət etmişdir. Bununla da dava-dalaş sona çatmışdır. Gördükləri və bildikləri bundan ibarətdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə və dava-dalaşın səbəbini bilməmişdir. Mütəllimin satıcı işlədiyi mağaza ilə atasına məxsus mağaza yanbayan olduğu üçün o, səs-küyə çölə çıxmışdır. O sadəcə Seymurun Orxanı, eləcə də Orxanın Seymuru yumruqla vurduğunu görmüş, daha sonra isə onları ayırmışdır. Seymurun əlində parıldayan əşya görmüş, lakin onun bıçaq olub-olmamsını dəqiq bilməmişdir. Hər şey anidən baş vermişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə olarkən ətrafda kimlərin olduğunu dəqiq xatırlamıram. Məhkəmə, iş üzrə məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 15 dekabr 2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” protokolundan görünür ki, hadisə yeri Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən ərzaq mağazası və həmin ərzaq mağazasının qarşısıdır. cild 01 iş vərəq; 37-42 Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 15 dekabr 2023-cü il tarixli “ videogörüntülərə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, həmin videogörüntüdə tarix “xx.xx.2023” saat isə 20:28 dəqiqə olaraq gösətrilir. Videogörüntü həmin dəqiqədən başlayır. Videogürüntülərədən görünür ki, mağazada bir neçə müştəri var. Həmin müştərilərdən ikisi bir-birlərinin əlindən tutaraq qarşı qarşıya dayanmaqla danışırlar. Həmin qarşılıqlı söhbət edənlərdən nisbətən uca boylu olan Zərərçəkmiş şəxs söhbət etdiyi şəxsə nisbətdə qısaboylu olan isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs anidən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vurur, sonuncu ona qarşılıq verərək Təqsirləndirilən şəxs sifət nahiyyəsindən yumruqla vurur. Mağazadakı müştərilər onları ayırır, Zərərçəkmiş şəxs mağazanın çıxışına doğru hərəkət edir. İki nəfər başqa şəxs isə Təqsirləndirilən şəxs saxlamağa çalışsada o, həmin şəxlərin əlindən çıxaraq Zərərçəkmiş şəxs arxasınca qaçır. Onların mağazada dalaşması nəticəsində bir neçə ərzaq məhsulu yerə dağılır. Digər müştərilər də Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxasınca mağazadan çıxır. Bundan sonra videgörüntüdə əhəmiyyətli heç bir şey müşahidə edilmir. 22 dəqiqə 08 saniyəlik videogörüntülər müvafiq olaraq mağazanın qarşısını fokuslayan videokameradan əldə edilmişdir. Həmin videogörüntüdə tarix “xx.xx.2023” saat isə 20:28 dəqiqə olaraq gösətrilir. Mağazanın qapısından ilk öncə Zərərçəkmiş şəxs daha sonra isə Təqsirləndirilən şəxs çölə çıxır. Onlar qarşılıqlı olaraq dalaşaraq mağazadan çölə çıxırlar, çıxan zaman Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifətindən vurmağa davam edir. Bundan başqa Təqsirləndirilən şəxs əlində parıldayan, dəqiq müəyyən edilməyən bilməyən bıçağa bənzər predmet olduğu görünür, o, həmin predmet ilə Zərərçəkmiş şəxs vurmağa çalışır. Mağazdan onlardan birlikdə çıxan, sarı rəngli geyimdə olan şəxs onları ayırmağa çalışır, lakin buna nail olmur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından tuaraq aşağı çəkir bu zaman onların hərəkətləri videokameranın foksusundan kənara çıxır. Daha sonra onlar ayırlır, Təqsirləndirilən şəxs mağazaya qayıdır. Bundan sonra videgörüntüdə əhəmiyyətli heç bir şey müşahidə edilmir. (cild 01 iş vərəq; 43-44) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Siyəzən RPŞ-yə gələrək təqsirini boynuna almışdır. (cild 1, iş vərəq 15) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 265 № rəyində gösətrilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində başın alın nahiyyəsinin sol yarsının əzilmiş yarası və sol gözaltı nahiyyənin qançırı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 2-3 günə qədər olub 13 dekabr 2023-cü il tarixə uyğun gəlir və səhhətinin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (cild 01 iş vərəq; 109-110) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 45 saylı rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarnın ön divarının sağ yarısının bir ədəd qarın boşluğuna nüfuz edib nazik bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunun deşilmiş-kəsilmiş yarası, burun beli, üst dodaq dodaq, alt çənə, sağ ovuc və sol qoltuqaltı nahiyyələrinin hərəsinin bir ədəd yaraları aşkar edilmişdir. Həmin xəsarətlər kəsici-deşici əşyanın (alətlər) təsirindən törənmişlər, özü tərəfindən yetirilməyə xarakterik deyil, yetirilmə müddəti 13 dekabr 2023-cü il tarixə uyğun gəlir, xəsarətlər hamısı birlikdə həyat üçün təhlükəli olmasına əsasən sasğlamlığa ağır zərər vurmaya aid edilir. (cild 01 iş vərəq; 125-127) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2024-cü il tarixli əməliyyat sorğu kartotekasından görünür ki, o, əvvəllər məhkum olunmamışdır. (cild 01 iş vərəq; 101) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs Əlmməd oğlunun barəsində Siyəzən rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin xx.xx.2024-cü il tarixli 585 nömrəli arayış və xasiyyətnaməsində onun ünvan 2 ünvanında yaşadığı, subay və işsiz olduğunu, Siyəzən rayon İcra Hakimiyyətin başçsının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə haqqında heç bir şikayət daxil olmadığı göstərilmişdir. (cild 01 iş vərəq; 112-113) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs barəsində Siyəzən rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 655 nömrəli arayış və xasiyyətnaməsində onun ünvan 3 ünvanında yaşadığı, evli olduğu, Siyəzən rayon İcra Hakimiyyətin başçsının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə haqqında heç bir şikayət daxil olmadığı göstərilmişdir. cild 01 iş vərəq; 114-115 Cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə **********93 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəni ibtidai istintaq zamanı təqdim etmişdir. (cild 01 iş vərəq; 84) Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İstintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə verdiyi ittihama əsasən o, 13 dekabr 2023cü il tarixdə saat 21 radələrində Siyəzən şəhəri, Heydər Əliyev prospektində yerləşən “Final market” adlı mağazanın içərisində ünvan 3 ünvanında daimi qeydiyyatda olan Zərərçəkmiş şəxs ilə onun anasının ünvanına təhqiramiz ifadələr işlətməsini bəhanə edərək ictimai qaydanı kobud surətdə pozmaqla özünü kənar şəxslərin fövqündə tutub sonuncu ilə dava-dalaş yaratmış, ətrafdakı şəxslərin tələblərinə məhəl qoymayaraq icitmai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümümdavranış qaydalarını pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə daha sonra bu dava-dalaşı mağazanın qarşısında davam etdirmiş, dava-dalaş gedişində silah qimsində istifadə etdiyi kurtkasını sağ cibində olan bıçaqla sonuncunun qarın boşluğundan, sağ əlininin ovuc hissəsindən, sol qoltuq altından, sol burun səthindən və üst dodağından qəsdən vurmaqla Zərərçəkmiş şəxs qarının ön divarında sağ qalça çuxurda qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş, sağ əlin ovuc içi səthinin kəsilmiş, burun səthinin kəsilmiş və üst dodağın kəsilmiş yaraları ilə nəticələnən ümmumilikdə həyat üçün təhlükli hesab edilən ağır xəsarət və şəxslər üzərində zor tətbiq etməklə müşayiət edilən xuliqanlıq etməklə Zərərçəkmiş şəxs ağır xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması və xuliqanlıq cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir, təqsirləndirilən şəxsin əməli səhv olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs ifadələrində göstərmişlər ki, hadisə zamanı aralarında mübahisə olmuş, bu səbəbdən aralarında gərgin münasibət yaranmış, həmin münasibətin və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əxlaqsız söyüşlərlə söyməsinin nəticəsi olaraq sonradan küçədə cinayət hadisəsi baş vermişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı sonuncuya ağır xəsarət yetirilməsi ilə nəticələnmiş mübahisənin konkret halda faktiki olaraq zərərçəkmiş şəxs tərəfindən başlanması Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə törətməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməsi əlaməti vurğulanmış, eyni zamanda, təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda həm bütövlükdə xuliqanlıq cinayətinin obyektiv tərəfinin elementləri sadalanmış, həm də motiv olaraq xuliqanlıq niyyəti göstərilmişdir. Bununla da konkret cinayətin motivi kimi çıxış edən xuliqanlıq niyyətinin əsassız olaraq təqsirkarın təhlükəli davranışı olan xuliqanlıq əməli ilə eyni vaxtda baş verməsinin israr edilməsinə yol verilmişdir. Halbuki şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması, eyni zamanda, bu zaman təqsirkarın davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsdin hər hansı elementinin olmaması hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməni istisna edir. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxs, o cümlədən iş üzrə dindirilmiş şahidlərin verdikləri ifadələrdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə vurmasına və xuliqanlıq etməsinə dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmuu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. İş materialları və məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında münaqişə məhz sonuncunun Təqsirləndirilən şəxs nalayiq ifadələrlə söyməsi səbəbindən başlanmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin xuliqanlıq niyyəti olması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaq zamanı hadisəni özündə əks etdirən videogörüntülərə baxış keçirilməsi haqqında protokolda təhrifə yol verilərək görüntülər tam olaraq protokola əks olunmamış, görüntülərdə zərərçəkmişin etdiyi əməllər ümumiyyətlə öz əksini tapmamış, təqsirləndirilən şəxsin xuliqanlıq cinayət törətməsi və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması görüntüsü yaradılmışdır. Belə ki, məhkəmə baxışı zamanı videogörüntülərə baxılarkən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs mağazaya daxil olduqdan bir neçə saniyə sonra Təqsirləndirilən şəxs tərəf çönərək onunla danışmağa başlayır, bu zaman Təqsirləndirilən şəxs zərərçəkmişə yaxınlaşaraq gülərək onu qucaqlayır. Onlar arasında söhbət davam edir. Videogörüntülərdə təqsirləndirilən şəxsin üzündəki mimikaların dəyişdiyi, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nəsə deməsi, yalnız bundan sonra təqsirləndirilən şəxsin zərərçəkmişə yumruq vurması, eyni zamanda arxasınca zərərçəkmiş şəxsində təqsirləndirilən şəxsə yumruq zərbələri vurması görünür. Mağazanın daxilində baş verən hadisə çox qısa zaman ərzində baş verir, bu zaman mağazaya ziyan dəyməsi və ya fəaliyyətinin pozulması müəyyən edilmir. Mağazanın çölündə olan görüntülərdən də görünür ki, qarşılıqlı olaraq həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxs bir-birilərinə yumruqla vurur və Təqsirləndirilən şəxs əlində bıçaq və bıçaqla zərbə vurması görünür. Bu hadisə də saniyələr ərzində baş verir. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmiş, təqsirləndirilən şəxs xuliqanlıq əməlini törətməmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xaric edilməsini əsaslı hesab edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi vardır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meyilli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X4rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, eləcə də zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və ona dəymiş ziyanı tamamilə ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild 2, iş vərəqi 46) Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Siyəzən rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. cild 01 iş vərəq; 50-51, 63-67, 68-72 Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən 07 oktyabr 2024-cü il tarixədək 09 (doqquz ) ay, 23 (iyirmi üç) gün müddətində həbsdə olmasını nəzərə alır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X1rşı, § 26). Məhkəmə aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə də islah olunmasını mümkün hesab edir: Təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar – iş materiallarından və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs cinayətə meyilli və ictimai təhlükəli şəxs deyildir. Hazırki dövrədək o nəinki cinayət, inzibati məsuliyyətə belə cəlb edilməmişdir. Məhkəmə həmçinin bir daha qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar mövcud olmamış, cəzanı yüngülləşdirən hallar kimi isə zərərçəkmiş şəxs ilə barışması və ona vurulmuş ziyanı tam ödəməsi, eləcə də onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, könüllü gəlib təqsirini boynuna almasını və əməlindən peşmançılıq çəkməsini nəzərə almışdır. Cinayətin baş verməsinə səbəb olan hallar və zərərçəkmiş şəxslərin davranışları - Cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxs hadisəyə qədər mağazada dayanıb dostu ilə söhbət etmiş, kiminləsə mübahisə münaqişə yaratmaq üçün aktiv hərəkətlər etməmişdir. Buna baxmayaraq zərərçəkmiş şəxs mağazaya daxil olduqdan sonra əvvəllər heç bir yaxın münasibətləri olmayan Təqsirləndirilən şəxs irad bildirməyə başlamış, irad bildirməklə kifayətlənməyərək nalayiq formada rayon camaatının yanında anasını söymüşdür. Yalnız bundan sonra təqsirləndirilən şəxs yumruqla ona zərbə vurmuş və aralarında dava-dalaş başlamışdır, zərərçəkmiş şəxs özü təqsirləndirilən şəxsə hadisə zamanı yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, cəzanın məqsədi – məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq baş verdiyi və cinayət nəticəsində hər hansı bir bərpa oluna bilməyən ağır nəticələr baş vermədiyi bir halda, əvvəllər heç vaxt nəinki cinayət, inzibati məsuliyyətə belə cəlb edilməyən, faktiki olaraq mübahisə və dava-dalaşa cəlb olunan təqsirləndirilən şəxsin real olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanunun ədalət və humanizm prinsipinə zidd olmaqla yanaşı, cəmiyyətin və dövlətin maraqlarına da uyğun deyildir. Belə ki, cinayətə meyilli olmayan bu şəxsi uzun müddətə azadlıqdan məhrum etmə yerinə göndərməklə dövlətin onun saxlanılmasına pul xərcləməsindən, bu şəxsin ailəsinin isə maddi sarsıntılar çəkməsindən üstün tutulması, dövlətin və cəmiyyətinin maraqlarının da üstün tutulması deməkdir. Təhlil edilən hallara görə məhkəmə qeyd edir ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız 70-ci maddəsi institutuna həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X1rşı, § 26). Bütün yuxarıda təsvir olunan halları, eləcə də qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal həbsdən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittiham çıxarılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar