Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-573/2024 04.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxsin hüquqi varisi- X1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qərarı ilə 10 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və ya götürülməmiş, Sumqayıt şəhəri, yataqxana 6A, Sülh küçəsi məhəllə 76-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sərxoş halda avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir Belə ki, Təqsirləndirilən şəxs, 31 iyul 2023-cü il tarixdə saat 07 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda arvadı X3 məxsus, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xızı şəhəri istiqamətində Giləzi-Xızı avtomobil yolu ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətinin təmin olunması üçün diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı tələblərinə riayət etməklə hadisənin qarşını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyərək, yəni maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda avtomobili 70 km/saat sürətdən artıq sürətlə idarə edərək, Giləzi-Xızı avtomobil yolunun 15-ci kilometrliyində avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyərək avtomobilin asfalt yolun hərəkət hissəsindən sol tərəfə çıxaraq dərəyə aşması və avtomobilin ön hissəsinin zərbə ilə yerə dəyməsi nəticəsində ehtiyatsızlıqdan idarə etdiyi “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid qaraciyərin və dalağın cırılmış yaraları, hər iki ağciyər əziyi, qanitirməyə səbəb olan cırılmış yaraları, sol tərəfli İİ, İİİ, sol tərəfli İİ qabırğaların, Xİİ döş fəqərəsinin qapalı, yerdəyişən sınıqları, qaraciyərin və dalağın cırılmış yaraları, döş qəfəsi və qarın nahiyələrinin sıyrıqlarından ibarət xəsarətlər yetirməsi və həmin xəsarətlərdən qaraciyərin, dalağın, hər iki ağ ciyərin cırılmaları, əziyi, sağ tərəfli İİ, İİİ, sol tərəfli İİ qabırğaların, Xİİ döş qəfəsinin sınıqları nəticəsində baş verən travmatik-hemorragik şok nəticəsində Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhərində doğulmuş, ünvan 1 ünvanda bacısı X8 və sonuncunun ailə üzvləri ilə birlikdə yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 2020-ci il tarixdə “Nissan Tiida” markalı, **- GN-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikahdövründə özü almış, lakin avtomobili arvadı X2 adına almışdır. Avtomobili alan vaxtdan avtomobili idarə etmək üçün Şəlalə Quliyeva ona 7 il 5 ay müddətə etibarnamə vermişdir. Atomobili həmişə özü idarə etmişdir. Zərərçəkmiş şəxs dostudur.Onunla 20 illik dostuq münasibəti var. Həftənin bəzi günlərində görüşüb söhbət edib, birlikdə spirtli içki qəbul etmişlər. 30 iyul 2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhərində Zərərçəkmiş şəxs ilə görüşüb, Sumqayıt şəhərində STP adlanan kafedə əyləşib yemək yeyib spirtli içki qəbul etmişlər. Birlikdə olaraq 0,7 litr spirtli içki araq və hər biri iki bakal pivə içmişlər. 31 iyul 2023-cü il tarixdə saat 02 radələrində onlar həmin kafedən çıxmış və bir neçə saat ərzində Sumqayıt şəhəri ərazisində olmuşlar. Saat 06 radələrində mərhum İxtiyar avtomobillə sonuncunu Xızı şəhərində yerləşən evinə aparmağı xahiş etmiş, ona sərxoş vəziyyətdə olduğunu desə də, İxtiyar aparmayacağı halda ondan inciyəcəyini bildirib israr etmişdir. X13 şəhərinə yaşadığı evə aparmadığına görə ondan küsdüyü üçün İxtiyarı idarə etdiyi avtomobillə Xızı şəhərinə aparmağı qərara almışdır. Bundan sonra o, etibarnamə əsasında idarə etdiyi “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşmişdir. İxtiyar isə avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. O, avtomobili idarə edərək Bakı-Quba yolu ilə Xızı şəhəri istiqamətində hərəkətə başlamışdır. Saat 07 radələrində o, idarə etdiyi avtomobili həmin yoldan Giləzi-Xızı asfalt yoluna döndərib həmin yolla hərəkətinə davam etmişdir. Həmin yolla o, avtomobilini 70- 80 km/saat sürətlə idarə edərkən İxtiyarın ona nə isə dediyini eşitmiş, başını İxtiyara tərəf çevirdiyi üçün yola baxmamış, həmin vaxt avtomobil yoldan sola doğru çıxmış, avtomobilin idarə etməsini itirərək avtomobili yola qaytara bilməmişdir. Avtomobil asfalt yoldan çıxıb sərt şəkildə asfalt yoldan təxminən 3-4 metr aşağıda olan dərəyə aşmış, yəni avtomobil asfalt yoldan çıxıb dərəyə düşmüş və avtomobilin ön hissəsi zərblə yerə dəymiş, avtomobil bir neçə metr məsafə getdikdən sonra dayanmışdır. Avtomobil dayanandan bir neçə dəqiqə sonra gözünü açmışdır. Onun tərəfdən hava şarı açılmışdır. İxtiyar tərəf baxanda onun avtomobildə olmadığını görüb avtomobildən aşağı düşmüş və İxtiyarı həmin torpaq sahəsində yerdə uzanıqlı vəziyyətdə görmüşdür. İxtiyarı səsləmiş, ona yaxınlaşıb ayılması üçün üzünə su vurmuş, lakin sonuncu tərpənmədiyindən onun öldüyünü başa düşmüşdür. Həmin vaxt hadisənin təsiri altında olmuş və İxtiyarın yanında dayanmışdır. Hadisə yerindən qaçmamışdır. Hadisə yerinə polis əməkdaşları gəlmiş və onlara avtomobili idarə edərkən öz diqqətsizliyindən avtomobilin asfalt yoldan çıxıb dəyərə aşdığını, dostu İxtiyarın hadisə nəticəsində öldüyünü demişdir. Polis əməkdaşları hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmışlar. Onu əvvəlcə Xızı rayon polis şöbəsinə, sonra isə içkililiyin yoxlanılması üçün Sumqayıt şəhər Narkoloji Dispanserə aparmışlar. Daha sonra isə Xızı rayon polis şöbəsinə gətirilmişdir. O, bildirmişdir ki, hadisə zamanı “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs olmuş və avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Avtomobildə başqa şəxs olmamışdır. Hadisə vaxtı ətrafda digər şəxslər və ya avtombillər olmamışdır. Avtomobil asfalt yoldan çıxıb 3-4 metrlik dərəyə düşmüş,avtomobilin ön hissəsi zərblə yerə dəyib avtomobil bir neçə metr məsafə getdikdən sonra dayanmışdır. Həmin vaxt İxtiyarın hansı şəraitdə yerə düşdüyünü görməmişdir. Lakin hər ikisi içkili olduğu üçün avtomobillin pəncərələri açıq olduğundan fikirləşmişdir ki, avtomobil zərblə dərəyə tərəf aşanda İxtiyar pəncərədən yerə düşmüşdür. Avtomobili idarə etdiyi üçün təhlükəsizlik kəmərindən istifadə etmişdir. “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki vəziyyəti saz olmuş, istər əvvəllər, istərsə də hadisə baş verənədək avtomobili idarə edən zaman avtomobildə hər hansı nasazlıq olmamışdır. Hadisə vaxtı avtomobildə başqa yük olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, Xızı şəhərində anadan olmuş və ailəsi ilə birlikdə Sumqayıt şəhəri 17-ci mikrorayon ev 18 mənzil 61-də yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 31 iyul 2023-cü il tarixdə Xızı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüş Zərərçəkmiş şəxs onun doğma atası olmuşdur. Mərhum atası İxtiyar əvvəllər Sumqayıt şəhərində onunla birlikdə yaşamış, son iki ildə isə Xızı şəhərində yaşamışdır. 31 iyul 2023-cü il tarixdə səhər saatlarında əmisi Ənvər ona zəng edərək atası İxtiyarın Xızı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı öldüyünü demişdir. O, atası İxtiyarın meyitinin Bakı şəhərində yerləşən “Respublikanski” xəstəxanasında olduğunu öyrənmiş və oraya getmişdir. Ekspertlər tərəfindən atası İxtiyarın meyiti onlara təhvil verilmişdir. Həmin gün onlar atası İxtiyarın meyitini müsəlman qaydalarına əsasən Xızı şəhərində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Sonrakı günlərdə atası İxtiyarın yas mərasimləri keçirilmişdir. Sonradan o, mərhum atası İxtiyarın hadisədən bir gün əvvəl, yəni 30 iyul 2023-cü il tarixdə Sumqayıt şəhərində tanışı Təqsirləndirilən şəxs ilə görüşüb kafeyə getdiklərini, Sumqayıt şəhərində yerləşən STP adlı kafedə birlikdə yemək yeyərkən spirtli içki içdiklərini, səhər saatlarında atası X7 Xızı şəhərində yaşadığı evə aparmasını xahiş etdiyini, Zahirin idarə etdiyi “Nissan Tiida” markalı 90-GN- 798 dövlət qeydiyyat nişanlı avtomobillə atasını Xızı rayonuna apardığını, Zahirin idarə etdiyini həmin avtomobillə Giləzi-Xızı asfalt yolunda hərəkətdə olarkən idarəetməni itirib avtomobili yoldan çıxardığını, avtomobildən yoldan çıxıb torpağa dəyərkən zərbədən atasının avtomobildən yerə atıldığını və hadisə zamanı aldığı xəsarətlərdən hadisə yerində öldüyünü bilmişdir. O, həmçinin ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını və onunla barışdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xızı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləmiş və polis leytenantı rütbəsində olmuşdur. 31 iyul 2023-cü il tarixdə o, Xızı rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunda xidmətdə olmuşdur. Həmin gün saat 07:15 radələrində Xızı rayon polis şöbəsinin məsul növbətçisi, polis kapitanı X15-Giləzi yolunun 15-ci kilometrliyində bir nəfər şəxsin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin baş verməsi barədə yol-patrul xidməti inspektoru Şahid1 məlumat verdiyini, hadisə yerinə getmələrini bildirmişdir. Bundan sonra o, Xızı rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə Xızı-Giləzi avtomobil yolunun 15-ci kilometrliyinə getmişdir. Hadisə yerinə çatarkən o, “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Xızı rayonu istiqamətində yolun sol tərəfinə çıxıb ön hissəsinin yerə dəyməsi nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Yol-patrul xidməti inspektoru Şahid1 hadisə yerində olmuşdur. Bundan başqa “Nissan Tiida” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da avtomobilinin yanında olmuşdur. Avtomobilin yanında isə bir nəfər şəxs yerdə uzanıqlı vəziyyətdə olmuş və həmin şəxs tərpənməmişdir. Təqsirləndirilən şəxs avtomobili ilə Xızı şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarə etməsini itirdiyini, avtomobilin yoldan çıxaraq yol-nəqliyyat hadisəsinin baş verdiyini, avtomobilin qabaq sağ oturacağında əyləşmiş tanışı Zərərçəkmiş şəxs öldüyünü demişdir. Bundan sonra hadisə yerinə Xızı rayon təcili tibbi yardım stansiyasının həkimləri gəlmişlər. Həkim Zərərçəkmiş şəxs müayinə edərək sonuncunun öldüyünü bildirmiş və meyitini hadisə yerindən götürüb aparmışlar. Müstəntiq onların köməyi ilə hadisə yerinə baxış keçirmiş, sxem tərtib etmiş və fotoşəkillər çəkmişdir. Bundan sonra yol-nəqliyyat hadisəsi törətmiş “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil evakuator vasitəsi ilə Xızı rayon polis şöbəsinə aparılmışdır. Məhkəmədə elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, BDYPİ-yə bilavasitə tabe olan YPX X16 Xidməti inspektoru vəzifəsində işləmiş, polis baş serjantı rütbəsində olmuşdur. O, Xızı rayon polis şöbəsinin X17 X14 Xidməti inspektoru vəzifəsində işləyərkən 31 iyul 2023-cü il tarixdə saat 07 radələrində o, Xızı-Giləzi avtomobil yolunda xidməti avtomobillə xidmətdə olmuşdur. Həmin vaxt həmin yolun 15-ci kilometrliyində “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Xızı rayonu istiqamətində yolun sol tərəfinə çıxıb ön hissəsinin yerə dəyməsi nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyini müəyyən etmişdir. O, hadisə yerinə yaxınlaşmışdır. “Nissan Tiida” markalı avtomobilin yanında bir nəfər şəxs yerdə uzanıqlı vəziyyətdə olmuş, yanında olan digər şəxs isə həmin şəxsin üzünə su vurmuşdur. O, yerdə uzanıqlı vəziyyətdə olan şəxsin tərpənməz vəziyyətdə olduğunu görmüşdür. Digər şəxs ona Təqsirləndirilən şəxs olduğunu, avtomobili sonuncunun idarə etdiyini, Xızı şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarə etməsini itirdiyini, avtomobilin yoldan çıxaraq yol-nəqliyyat hadisəsinin baş verdiyini, avtomobilin qabaq sağ oturacağında əyləşmiş tanışı Zərərçəkmiş şəxs öldüyünü demişdir. O, baş vermiş yol-nəqliyyat hadisəsi barədə Xızı rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat vermişdir. O, həmçinin, Xızı təcili tibbi yardım stansiyasına məlumat vermişdir. Xızı rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunun üzvləri və təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerinə gəlmişlər. Həkim Zərərçəkmiş şəxs müayinə edərək sonuncunun öldüyünü bildirmiş və meyitini hadisə yerindən götürüb aparmışlar. Əməliyyatistintaq qrupunun üzvləri hadisə yerinə baxış keçirmiş, sxem tərtib etmiş və fotoşəkillər çəkmişlər. Bundan sonra yol-nəqliyyat hadisəsi törətmiş “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil evakuator vasitəsi ilə Xızı rayon polis şöbəsinə aparılmışdır.(cild 1, iş vərəqə 99-101) Məhkəmədə elan olunaraq araşdırılmış Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qobustan rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləmiş və polis baş leytenantı rütbəsində olmuşdur. 31 iyul 2023-cü il tarixdə o, Xızı rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunda xidmətdə olmuşdur. Həmin gün saat 07:15 radələrində Xızı rayon polis şöbəsinin məsul növbətçisi, polis kapitanı X15-Giləzi yolunun 15-ci kilometrliyində bir nəfər şəxsin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin baş verməsi barədə yol-patrul xidməti inspektoru Şahid1 məlumat verdiyini, hadisə yerinə getmələrini bildirmişdir. Bundan sonra o, Xızı rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə Xızı-Giləzi avtomobil yolunun 15-ci kilometrliyinə getmişdir. Hadisə yerinə çatarkən o, “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Xızı rayonu istiqamətində yolun sol tərəfinə çıxıb ön hissəsinin yerə dəyməsi nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Yol-patrul xidməti inspektoru Şahid1 hadisə yerində olmuşdur. Bundan başqa “Nissan Tiida” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da avtomobilinin yanında olmuşdur. Avtomobilin yanında isə bir nəfər şəxs yerdə uzanıqlı vəziyyətdə olmuş və həmin şəxs tərpənməmişdir. Təqsirləndirilən şəxs avtomobili ilə Xızı şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarə etməsini itirdiyini, avtomobilin yoldan çıxaraq yol- nəqliyyat hadisəsinin baş verdiyini, avtomobilin qabaq sağ oturacağında əyləşmiş tanışı Zərərçəkmiş şəxs öldüyünü demişdir. Bundan sonra hadisə yerinə Xızı rayon təcili tibbi yardım stansiyasının həkimləri gəlmişlər. Həkim Zərərçəkmiş şəxs müayinə edərək sonuncunun öldüyünü bildirmiş və meyitini hadisə yerindən götürüb aparmışlar. Müstəntiq onların köməyi ilə hadisə yerinə baxış keçirmiş, sxem tərtib etmiş və fotoşəkillər çəkmişdir. Bundan sonra yol-nəqliyyat hadisəsi törətmiş “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil evakuator vasitəsi ilə Xızı rayon polis şöbəsinə aparılmışdır.( cild 1, iş vərəqə: 135-137) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə-tibb ekspertizasının 31 iyul 2023-cü il tarixli 08 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir. Qaraciyərin və dalağın cırılmış yaraları, hər iki ağciyər əziyi, qanitirməyə səbəb olan cırılmış yaraları, sol tərəfli İİ, İİİ, sol tərəfi İİ qabırğaların, Xİİ döş qəfəsi fəqərəsinin qapalı, yerdəyişən sınıqları, qaraciyərin və dalağın cırılmış yaraları, döş qəfəsi və qarın nahiyələrinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyati olub küt əşyanın (əşyaların) təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarda təsviri hissəsində göstərilən şəraitdə yəni, Zərərçəkmiş şəxs salonunda olduğu avtomaşının aşması nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs ölümünün səbəbi - qaraciyərin, dalağın, hər iki ağ ciyərin cırılmaları, əziyi. Sağ tərəfli İİ, İİİ, sol tərəfli İİ qabırğaların, Xİİ döş qəfəsinin sınıqları nəticəsində baş verən travmatik-hemorragik şok olmuşdur. İlkin meyit əlmaətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2023-cü il, saat 10:00-dan) təxminən 3-5 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı -1,2 %-dir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin, tiryək qrupu), fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.(cild 1, iş vərəqə: 63-67) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 19 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol-iç topuq nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının aşması nəticəsində əmələ gəlməsi mümkündür, sağlamlığa zərər vrumayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.(cild 1, İş vərəqə: 68) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə yol-nəqliyyat ekspertizasının 13 fevral 2024-cü il tarixli 3- 16-16/2-8/242 nömrəli rəyindən görünür ki, “Nissan Tiida” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Nissan Tiida” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur.( cild 1, iş vərəqə: 87-90) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi Xızı rayonu Giləzi-Xızı asfalt yolunun 15-ci kilometrliyində baş vermişdir. Həmin yol asfalt beton örtüklüdür, hadisə yerinə çatanadək asfalt yol döngəli, hadisə yerində isə düz və hamardır. Hərəkət zolağının sayı 2, hərəkət hissəsinin ümumi eni 6,0 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün ağ rəngli qırıq xətt vardır. Yol ikizolaqlıdır, hər istiqamət üzrə hərəkət zolağının eni 3 metrdir. Yolun sağ və sol kənarları nahamar vəziyyətdə olan torpaq qatından ibarətdir. Asfalt yolda “Nissan Tiida” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz izi yoxdur. Nissan Tiida” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkəti üzrə əvvəlcə əks istiqamətli hərəkət zolağına, oradan isə asfalt yolun sol tərəfinə çıxmış, öz hərəkət yolundan çıxdıqdan sonra yolun sol tərəfi ilə 21 metr məsafədə hərəkət edərək torpaq sahəsinə aşmış, avtomobilin ön tərəfi torpağın nahamar hissələrinə dəymiş, fırlanaraq hərəkətinə nəzərən əks istiqamətində dayanmışdır.Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Nissan Tiida” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi əzilmiş, buferi sınmış, ön alın şüşəsi çatlamış, sükanda olan təhlükəsizlik yastığı açılmışdır. “Nissan Tiida” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil Yolnəqliyyat hadisəsinin baş verdiyi asflat yolda maksimum hərəkət sürəti 70 km/saat sürətlə məhdudlaşdırılmışdır.Meyit avtomobilin sağ tərəfində torpağın üzərində qalmışdır.(cild 1,iş vərəqə: 5-16) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2023-cü il tarixli A/1360 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur.(cild 1,iş vərəqə: 18) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən 10 may 2018-ci il tarixdə verilmiş AE 037723 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 10 may 2028-ci il tarixədək qüvvədə olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır.(cild 1, iş vərəqə: 44) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xızı rayon PŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-80/2-994/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır.(cild 1, iş vərəqə: 102) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 07 dekabr 2020-ci il tarixdə verilmiş AD 977711 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Nissan Tiida” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsus olmuşdur.(cild 1, iş vərəqə: 45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 09 dekabr 2020-ci il tarixli ƏN-V 462502 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X5 “Nissan Tiida” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 09 may 2028-ci il tarixədək Təqsirləndirilən şəxs etibar etmişdir.(cild 1, iş vərəqə: 46) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli qərarı ilə hökm qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 04 dekabr 2012-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilməmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 10 ay 06 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əməliyyat tapşırığına verilmiş Xızı rayon polis şöbəsinin 21 fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, 07 iyul 2023cü il tarixdə saat 07 radələrində idarə etdiyi “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Giləzi-Xızı avtomobil yolunun 15-ci kilometrliyində Xızı şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirmiş, avtomobil yoldan çıxaraq dərəyə aşmış, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisə zamanı “Nissan Tiida” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, avtomobildə Zərərçəkmiş şəxs sərnişin qismində əyləşmişdir. Hadisə zamanı ətrafda heç kim olmamış, hadisənin şahidləri olmamışdır. Bundan başqa hadisə yerində video müşahidə kamerası olmamışdır.(cild 1, iş vərəqə 86) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsinin 27 fevral 2024-cü il tarixli 565 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin sahənin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. (cild 1, iş vərəqə: 97) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin 27 fevral 2024-cü il tarixli 112 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin poliklinika şöbəsində tibbi müayinə olunmuş, o, nevroloji kabinetdə qeydiyyatda deyil.(cild 1,iş vərəqə 95) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər Narkoloji Dispanserinin 27 fevral 2024-cü il tarixli 796 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur.(cild 1,iş vərəqə 94) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən 11 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut hesab edilmiş və Xızı rayon polis şöbəsinin həyətində saxlanılmışdır.(cild 1, İş vərəqə: 138-147) Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisinin X1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəyə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəsissəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilməli olan beş ildən artıq təşkil edəcək qəti cəzanın məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməli olmasına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış materialları araşdıraraq, Təqsirləndirilən şəxs ittiham olunduğu maddi normanın ümumilikdə məzmununu nəzərə alaraq onun barəsində əlavə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Xızı rayon polis şöbəsinin həyətində saxlanılan “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd il ) müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun tutularaq həbsdə 31 iyul 2023-cü il tarixdən 02 avqust 2023cü il tarixədək 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 04 (dörd) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs oğlu təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxs oğluna təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 idarəsi icra etsin. İş üzrə maddi sübut olan Xızı rayon polis şöbəsinin həyətində saxlanılan “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-573/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-573/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver