Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-575/2023 22.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X7 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən «Cümə məsçidi»nin qarşısında sərxoş vəziyyətdə, həmkəndlisi Zərərçəkmiş şəxs, bundan əvvəl sonuncunun bacısı oğlu X2 onun ünvanına nalayiq ifadələr işlətməsini irad bildirməsi səbəbindən, Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək, ictimai yerdə insanların gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına söyüş söyərək xuliqanlıq niyyəti ilə, üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla, sonuncunun bədəninin müxtəlif nahiyələrinə 07 (yeddi) dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin 03 (üç) ədəd deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin sağ yarısının 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin sağ yarısının 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran və sol kürək nahiyəsinin plevra boşluğuna nüfuz edən və hemotoroksla müşayiət olunan 02 (iki) ədəd deşilmiş-kəsilmiş yarası kimi, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmişin ona qaşı heç bir şikayət və tələbin olmadığını, əməlindən peşiman olduğunu bildirərək ifadə verməkdən imtina etdi. Məhkəmədə ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla həmişə normal münasibəti olmuş, aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə əmisi oğlu Şahid1 ad gününü qeyd etmək məqsədi ilə işlədiyi Bakı şəhərində yerləşən “Xətai" metrostansiyasınm yaxınlığından işdən çıxıb Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Eurohome” tikinti materialları bazarının yaxınlığındakı “Qəşəmin kafesi” adlanan yerə gəlmişdir. Təxminən saat 21:00 radələrində o, həmin kafeyə çatmışdır. O, kafeyə çatanda Elgün, Elton, Cəlil orada olmuşlar. O, kafedə olan zaman digər həmkəndliləri də Teyyub, Məmmədkərim, Orxan, Tacir və əmisioğlu Elnur da "Qəşəmin kafesi” adlanan yerə gəlmişlər. Orada ümumi zalda əyləşib bir qədər yemək yeyib, spirtli içkilər qəbul etmişlər. “Qəşəmin kafesi” adlanan yerdə təxminən iki saat vaxt keçirmişlər. Orada olan zaman onun digər şəxslərlə hər hansı formada mübahisəsi olmamışdır. Təxminən iki saat sonra oradan çıxıb Bakı şəhər, Binəqədi rayonu ərazisində yerləşən Daş bazarının yaxınlığındakı “555” kafesinə gəlmişlər. Orada da təxminən bir saat əyləşib bəziləri çay, bəziləri isə pivə içmişlər. Belə razılaşmışlar ki, “555” kafesindən birbaşa taksi çağırıb yaşadıqları Abşeron rayonu, Hökməli qəsəbəsinə qayıtsınlar. Bu vaxt Cəlil heç bir səbəb olmadan spirtli içkilərin təsiri altında olduğu üçün ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, da Cəlilin spirtli içkilərin təsiri altında olduğunu görüb mübahisənin daha da böyüməməsi üçün oradan çıxıb getmişdir. O, Sulutəpə dairəsinə gəldikdən sonra oradan taksiyə əyləşib yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsinə gəlmişdir. Hökməli qəsəbəsində yerləşən kənd məscidinin yaxınlığında taksidən düşmüşdür. Təxminən saat 00:00 radələrində o, yaşadığı evə gedən zaman yolda qarşısına nişanlısının atası çıxmışdır. O da sərxoş vəziyyətdə olduğu üçün qayınatasının onu belə vəziyyətdə görməsini istəməmişdir. Ona görə də başqa yoldan getmək üçün geriyə qayıtmışdır. O, Hökməli kəndi «Cümə» məscidinin yaxınlığında olan zaman Teyyub, Məmmədkərİm, Orxan və Elnur onun qarşısına çıxmışlar. Teyyub ona yaxınlaşıb qohum-qardaş olduqlarını, birlikdə çörək kəsdiklərini deyib söhbət etmək üçün birlikdə kənara çəkilmişlər. Onlar yolla gedə-gedə Cəlillə onun arasında olan sözlə mübahisəni müzakirə etmişlər. Onların söhbətləri sözlə mübahisəyə və davaya çevirilmişdir. Bu zaman Teyyub heç bir səbəb olmadan bir dəfə yumruqla onun çiyin nahiyəsindən zərbə endirmişdir. O da sərxoş olduğu üçün Teyyuba gücünün çatmayacağını görüb sağ yan cibində saxladığı cib bıçağını çıxararaq açmış və Teyyuba tərəf bıçağı uzadanda Teyyub onu özündən itələmiş və o, sərxoş olduğu üçün müvazinətini itirib arxası üstə yerə yıxılmışdır. Həmin vaxt Teyyub da onun üzərinə oturaraq onu vurmağa çalışmışdır. Lakin o, həmin vaxt spirtli içkilərin təsiri altında olduğu üçün, üzərindən qalxması üçün açılıb bağlanan qəhvəyi rəngli dəstəyi olan cib bıçağı ilə bir neçə dəfə arxası üstə yerdə uzanıqlı vəziyyətdə olan zaman Teyyubun bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmişdir. Bundan sonra Teyyub onu buraxmış və ayağa qalxmışdır. Teyyub da onun üzərindən qalxdıqdan sonra o, da ayağa qalxmış və Teyyubun qarın nahiyəsindən qan gəldiyini görüb qorxmuş və oradan ayrılaraq qaçmağa başlamışdır. Bundan sonra evə gedəndə həmin bıçağı yol kənarında yerləşən otluq hissəyə atmışdır. Növbəti gün o, ayılmış və bilmişdir ki, vurduğu bıçaq zərbələri Teyyuba dəyərək ona xəsarət yetirmişdir. Mübahisəyə səbəb onlar söhbət edən zaman Teyyubun heç bir səbəb olmadan bir dəfə yumruqla onun çiyin nahiyəsindən zərbə endirməsi olmuşdur. Mübahisə 23 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən «Gümə məsçidi»nin qarşısında baş vermişdir. Mübahisə zamanı orada həmkəndliləri Elnur, Orxan, Məmmədkərim və ətrafda tanımadığı şəxslər olmuşlar. O, Teyyub adlı şəxsi vurduğu bıçağı təxminən bir neçə gün qabaq 20 yanvar metrostansiyasının yaxınlığından almış və meyvə doğramaq məqsədi ilə üzərində gəzdirmiş, hadisədən sonra isə o, həmin bıçağı yolun kənarında kolluq hissədə atmışdır. Həmin bıçaq açılıbbağlanan, açılarkən təxminən 15 sm., dəstəyinin rəngi qəhvəyi, tiyəsi ağ dəmir rəngində olmuşdur. O, ümumiyyətlə Teyyubu bıçaqla vurmaq niyyəti olmamışdır. O, Teyyubla sakit formada söhbət edən zaman onların söhbətləri sözlə mübahisəyə və davaya çevirilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə hər hansı düşmənçilik və ədavəti olmamışdır. Onlar həmkəndlidirlər, münasibətləri həmişə yaxşı olmuşdur. Hadisə baş verən günü, xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində qohumu Elnurun ad gününü Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Eurohome” tikinti materialları bazarının yaxınlığındakı “Qəşəmin kafesi” adlanan yerdə həmkəndliləri Qubad, Elgün, Elton və Cəlil ilə birlikdə qeyd etmişlər. Kafedə 2 saat ərzində birlikdə yemək yeyib, spirtli içkilər qəbul etmişlər. Oradan qalxıb Binəqədidəki Daş bazarının yaxınlığındakı “555" kafesinə getmişlər. Orada da çay və pivə içmişlər. Kafedə Qubad ilə onun bacısıoğlu Cəlil arasında sözlə mübahisə olmuşdur. O, həmin vaxt aşağı düşdüyü üçün onlar arasında yaranan mübahisənin səbəbini bilməmişdir. Orada yaranan mübahisəni sakitləşdirdikdən sonra Qubad onlardan ayrılaraq çıxıb getmişdir. Onlar da taksi ilə Hökməli qəsəbəsinə qayıtmışlar. Ora çatandan sonra Elgün, Tacir, Elton və Cəlil çıxıb evlərinə getmişlər. Abşeron rayonu, Hökməli qəsəbəsində kənd məscidi yaxınlığında Qubadla rastlaşmışdır, hər ikisi içkili olduğundan aralarında mübahisə yaranmışdır, Qubad ona qarşı nalayiq ifadələr işlətmiş, o Qubadın üstünə gedəndə Qubad üzərində olan bıçağı çıxardıb onu vurmağa çalışmışdır. O, bir qədər cəld tərpəndiyi üçün bıçaq ona dəyməmişdir. Bundan sonra o, özünü saxlaya bilməyib Qubadı vurmuşdur. Qubad müvazinətini itirib yerə yıxılmış, o da Qubadın üzərində oturub onu əllə vurmuşdur. Bu zaman hiss etmişdir ki, nəfəsi çatmır. Qubad bıçaqla onu bir neçə dəfə vurmuşdur. Bundan sonra özünü itirdiyi üçün dəqiq xatırlamadığı həmkəndlisi onları ayırmışdır. Onu kənara çəkmişlər. Bir qədər su içmiş, vəziyyəti pis olduğu üçün onu oradan Mübariz adlı həmkəndlisi avtomobilə qoyub Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Dəmiryolu” xəstəxanasına aparmışdır. Həmin xəstəxana bağlı olduğu üçün oradan birbaşa X13 getmişlər. X11 Mərkəzdə bilmişdir ki, Qubad ona ümumilikdə 07 bıçaq zərbəsi vurmuşdur. Onların mübahisəsi təxminən 05 dəqiqə çəkmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Onların hər biri ilə yaxşı münasibətləri olmuşdur, indi də münasibətləri yaxşıdır. xx.xx.2022-ci il tarixdə axşam vaxtı həmkəndliləri Teyyub, Məmmədkərim, Orxan və Tacirlə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində görüşüb oradan “Eurohome” tikinti materialları bazarının yaxınlığında yerləşən “Qəşəmin kafesi" adlanan yerə getmişlər. Həmin gün onun ad günü idi. O, ad gününə dəvət etdiyi üçün həmkəndliləri Qubad, Elgün, Elton, Cəlil də həmin yerə gəlmişlər. Orada təxminən iki saat vaxt keçirib yeyib içmişlər. Sonra“Daş bazarının” yaxınlığındakı "555” kafesinə getmişlər. Orada da çay və piyvə içmişlər. "555" kafesindən çıxan vaxt Qubadla Cəlil arasında sözlə mübahisə yaranmışdır. Həmin vaxt o, spirtli içkilərin təsiri altında olduğu üçün mübahisənin səbəbini tam anlaya bilməmişdir. Sonra taksi ilə Hökməli qəsəbəsinə gəlmişlər, Qubad həmin vaxt onlardan ayrılaraq çıxıb getmişdir. Bundan sonra onlar gəlib Sulutəpə dairəsində taksiyə əyləşib yaşadıqları Hökməli qəsəbəsinə getmişlər. Hökməli qəsəbəsində yerləşən kənd məscidinin yaxınlığında taksidən düşmüşlər. Orada Tacir, Elgün, Elton və Cəlil sağollaşıb evlərinə getmişlər. O, Teyyub, Məmmədkərim, Orxan isə orada qalmışlar. Bir qədər keçdikdən sonra Qubad yenidən onların olduqları yerə gəlmişdir. Orada olan zaman Qubad və Teyyub arasında mübahisə yaranmışdır. Mübahisənin yaranmasına səbəb Qubadın “555” kafesində Cəlil ilə olan mübahisəsi olmuşdur. Həmin vaxt Qubad Teyyuba nalayiq ifadələr işlətdiyindən onlar arasında dava-dalaş baş vermişdir. Orada dava-dalaş zamanı Qubad yerə yıxılmış, Teyyub isə onun üzərində olmuşdur. Onlar təxminən iki dəqiqə yerdə dalaşmışlar. Həmin vaxt o, yaxınlaşıb onları ayırmaq istərkən Teyyub yerdən bir təhər qalxmışdır. Qubad isə yerdən qalxaraq çıxıb getmişdir. Teyyub onların yanlarına gələndən sonra vəziyyətinin yaxşı olmadığını görmüşdür. Teyyubun həmin vaxt rəngi saralmış, təngənəfəs olmuşdur. O, Teyyuba yaxınlaşıb arxa tərəfdən köynəyi qaldıranda kürəyinin qan olduğunu görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, Qubad üzərində olan bıçaq ilə Teyyuba bıçaq zərbələri endirmişdir. Bundan sonra həmkəndliləri Mübariz adlı şəxs yaxınlaşaraq idarə etdiyi avtomobilə Teyyubu əyləşdirib xəstəxanaya aparmışdır. O, həmin vaxt spirtli içkilərin təsiri altında olduğu üçün Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olan mübahisənin səbəbini dəqiq bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla həmkəndlidirlər. Onların hər biri ilə yaxşı dostluq münasibətləri olmuş, hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Hadisə baş verən günü, işdən çıxıb evə gəlmişdir. Bundan sonra Elnurun ad gününü qeyd etmək məqsədi ilə həmkəndliləri Teyyub, Elnur, Məmmədkərim və Tacirlə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində görüşüb Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Eurohome” tikinti materialları bazarının yaxınlığında yerləşən “Qəşəmin kafesi" adlanan yerə gəlmişlər. Orada Qubad, Elgün, Elton və Cəlil onları qarşılamışlar. Təxminən saat 20-21 radələrində onlar birlikdə kafenin zalında oturub bir qədər yemək yeyib araq içmişlər. Sonra “555” kafesinə getmişlər. Həmin kafedən aşağı düşəndən sonra yuxanda səs-küy yarandığını eşitmişdir. Bundan sonra bilmişdir ki, Cəlil və Qubad arasında sözlə mübahisə yaranmışdır. Orada onlar dava-dalaşın yaranmasına imkan verməmişlər. Bundan sonra Qubad oradan uzaqlaşıb çıxıb getmişdir. O da digər həmkəndliləri ilə birlikdə Sulutəpə dairəsinə gəlib oradan taksi ilə yaşadıqları Hökməli qəsəbəsinə qayıtmışlar. Taksidən icra nümayəndəliyinin yanında düşmüşlər. Orada Elgün, Elton, Cəlil və Tacir sağollaşıb çıxıb getmişlər. Bir qədər keçdikdən sonra Qubad yenidən onlar olduqları yerə gəlmişdir. Orada olan zaman Qubad və Teyyub arasında mübahisə yaranmışdır. Mübahisənin yaranmasına səbəb Qubadın “555” kafesində Cəlil ilə olan mübahisəsi olmuşdur. Həmin vaxt Qubad Teyyuba nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Qubad və Teyyub arasında yaxınlıqdakı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən kənd məscidinin yaxınlığında davadalaş baş vermişdir. Orada dava-dalaş zamanı Qubad yerə yıxılmış, Teyyub isə onun üzərində olmuşdur. Onlar təxminən iki dəqiqə yerdə dalaşmışlar. Həmin vaxt onlara yaxınlaşıb ayırmaq istərkən Teyyub yerdən bir təhər qalxmış, Qubad isə yerdən qalxaraq çıxıb getmişdir. Teyyub onların yanına gələndən sonra vəziyyətinin yaxşı olmadığını görmüş, Teyyuba yaxınlaşıb arxa tərəfdən köynəyi qaldıranda kürəyinin qan olduğunu görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, Qubad üzərində olan bıçaq ilə Teyyuba bıçaq zərbələri endirmişdir. Bundan sonra həmkəndliləri Mübariz adlı şəxs yaxınlaşaraq idarə etdiyi avtomobilə Teyyubu əyləşdirib xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Məmmədhəşim oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Onların hər biri ilə yaxşı münasibətləri olmuş, hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Hadisə baş verən günü, Elnurun ad gününü qeyd etmək məqsədi ilə həmkəndliləri Teyyub, Elnur, Orxan və Tacirlə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində görüşüb Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Eurohome” tikinti materialları bazarının yaxınlığında yerləşən “Qəşəmin kafesi" adlanan yerə gəlmişlər. Orada Qubad, Elgün, Elton və Cəlil onları qarşılamışlar. Təxminən saat 20-21 radələrində onlar yeyib içmişlər. Sonra“555” kafesinə gəlib həmkəndliləri ilə birlikdə əyləşib bəziləri pivə, bəziləri isə çay içmişlər. “555" kafesindən çıxan vaxtı kafenin işçilərindən eşitmişdir ki, uşaqlar mübahisə edirlər. Həmin vaxt o, kafenin pilləkənlərində Qubad və Cəlilin sözlə mübahisə etdiyini görmüşdür. Orada dava-dalaş olmamışdır. Onları sakitləşdirib kafedən çıxmışlar. Taksi ilə yaşadıqları Abşeron rayonu, Hökməli qəsəbəsinə gəlmişlər. Həmin vaxt Qubad özü getmişdir. Hökməli qəsəbəsində taksidən düşdükdən sonra həmkəndliləri ilə sağollaşıb evə getmək istəmiş, ayaqqabısı palçığa bulaşdığı üçün yaxınlıqda olan marketə girib sulu dəsmal almışdır. Marketdən çıxdıqdan sonra görmüşdür ki, Qubad yenidən onlar olduqları yerə gəlmişdir. Orada olan zaman Qubad və Teyyub arasında mübahisə yaranmış, Qubad Teyyubu söymüşdür, aralarında dava-dalaş baş vermişdir. Orada dava-dalaş zamanı Qubad yerə yıxılmış, Teyyub isə onun üzərində olmuşdur. Onlar təxminən iki dəqiqə yerdə dalaşmışlar. Həmin vaxt onlara yaxınlaşıb ayırmaq istərkən Teyyub yerdən bir təhər qalxmış, Qubad isə yerdən qalxaraq çıxıb getmişdir. Teyyub onların yanlarına gələndə vəziyyətinin yaxşı olmadığını görmüş, Teyyubun kürəyində qan görəndə başa düşmüşdür ki, Qubad bıçaqla Teyyubu vurmuşdur. Sonra həmkəndliləri Mübarizin avtomobili ilə Teyyubu xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisi oğlu, Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir. Onların hər biri ilə yaxşı münasibətləri olmuş, hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Hadisə baş verən günü, Elnurun ad gününü qeyd etmək məqsədi ilə həmkəndliləri Teyyub, Elnur, Orxan və Məmmədkəri ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində görüşüb Xırdalandakı “Eurohome” tikinti materialları bazarının yaxınlığında yerləşən “Qəşəmin kafesi” adlanan yerə gəlmişlər. Orada Qubad, Elgün, Elton və Cəlillə yeyib içmişlər. Sonra “555” kafesinə getmişlər. "555" kafesində həmkəndliləri ilə birlikdə əyləşib bəziləri pivə, bəziləri isə çay içmişlər. "555” kafesində təxminən bir saat vaxt keçirib yaşadıqları Abşeron rayonu, Hökməli qəsəbəsinə qayıtmaq məqsədi ilə həmin kafedən çıxmışlar. O, həmin vaxt yuxarıda əyləşmişdir. Bu vaxt səs-küy yarandığını eşitmişdir. Kafenin işçilərindən biri demişdir ki, onlarla birlikdə gələn uşaqlar dalaşır. Həmin vaxt o, kafenin pilləkənlərində Qubad və Cəlilin mübahisə etdiyini görmüşdür. Orada dava-dalaş olmamışdır. Onları sakitləşdirib kafedən çıxmışlar. Sonra taksi ilə yaşadıqları Abşeron rayonu, Hökməli qəsəbəsinə qayıtmışlar. Taksidən düşdükdən sonra həmkəndliləri ilə sağollaşıb evə getmişlər. Səhərisi günü Qubadın kənd məsçidinin yaxınlığna Teyyubla mübahisə etdiyini və Qubadın əlindəki bıçaqla Teyyubu vuraraq ona xəsarət yetirdiyini eşitmişdir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid4 ibtidai istintaqda verdikləri ifadələr elan edilmişdir. Qeyd edilən şahidlər ibtidai istintaqda verdikləri ifadələrində məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə oxşar məzmunlu ifadə verməklə məhkəmədə dindirilmiş şahidlərin göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması protokollarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 23 dekabr 2022-ci il tarxidə saat 00:30 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən məsçidin yaxınlığında bıçaqla vuraraq xəsarət yetirdiyi yeri əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə 23 dekabr 2022-ci il tarxidə saat 00:30 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən «Cümə məsçidi» nin qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və Şahid4 arasında üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Şahid4 Təqsirləndirilən şəxs üzünə qarşı istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən MTE və PA birliyinin Binəqədi rayon şöbəsinin 14 yanvar 2023-cü il tarixli 77 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - Sol bazu nahiyəsinin 03 (üç) ədəd deşilmiş-kəsilmiş yarası, qann nahiyəsinin sağ yarısının 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin sağ yarısının 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol kürək nahiyəsinin plevra boşluğuna nüfuz edən və hemotoroksla müşayiət olunan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası, qeyd edilən xəsarətlər deşici kəsici əşyanın (alətin) təsirindən Zərərçəkmiş şəxs tibbi yardım üçün «X16» PHŞ-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sol kürək nahiyəsinin plevra boşluğuna nüfuz edən və hemotoroksla müşayiət olunan 02 (iki) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, digər xəsarətlər isə, yəni sol bazu nahiyəsinin 03 (üç) ədəd, qarın nahiyəsinin sağ yarısının 01 (bir) ədəd, bel nahiyəsinin sağ yarısının 01 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. 2. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə yəni, bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Kompleks məhkəmə-psixiatrik ekspertizasının 04 may 2023-cü il tarixli 1220 nömrəli rəyindən görünür ki, İ Motivləşdirici hissə : Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və s.sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə 9 • müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ. Yekun hissə. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertiza qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarkterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi məhkəmə-tibbi kriminalistik ekspertizasının 12 may 2023-cü il tarixli 194/2023 MTKŞ № li rəyində göstərilmişdir ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində bir ədəd, köynəyin arxa səthinin sol nahiyəsində iki ədəd, köynəyin arxa səthinin sağ nahiyəsində bir ədəd, maykanın ön səthinin orta nahiyəsində bir ədəd, maykanın arxa səthinin sol nahiyəsində iki ədəd və maykanın arxa səthinin sağ nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi məhkəmə-tibbi-bioloji ekspertizasının 02 iyun 2023-cü il tarixli 277/2023 /MTBŞ № li rəyində göstərilmişdir ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(ll) /axtarış vərəqəsinin kserosurətinə əsasən /.- 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka və uzunqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «A» antigeni alındı, «B» antigeni və aqqlyutininlər isə alınmadı. Buq an ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə X14 Xəstəxanasına daxil olarkən əynində olduğu göstərilən paltarlarında (köynəyi və maykası) zədə izləri aşkar edilmişdir. Həmin paltarlar iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin MSK-na təhvil verilmişdir. Beləliklə, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır və ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada Cinayət Məcəlləsinin həmin maddələrinin sanksiyaları həddində və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Qeyd edilən qərarın 8 və 9-cu bəndlərinə əsasən isə xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, törətdiyi əməldən peşiman olması, gənc olması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2023-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsi tərəfindən isə xx.xx.2023cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli 03 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan köynək və mayka məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun cəzaçəkmə müddətinin başlanğıcı 03 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut-Abşeron Rayon Polis İdarəsinin MSK-da saxlanılan köynək və mayka məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-575/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-575/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver