Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-58/2022 12.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 xx xxxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, dəmir yol yaşayış massivi, ev 9, mənzil 34-də qeydiyyatda olmaqla yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 19.786 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, psixotrop maddə hesab olunan 6,851 qram metafetamini və kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 1.048 qram tiryəki qanunsuz olaraq əldə edib hissələrə bölməklə üzərində gəzdirmiş, xx.xx.2021-ci il tarixdə həmin heroindən 3 bükümdə olmaqla 0.102 qramını Quba şəhəri ərazisində tanışı Şahid5 verdikdən sonra qalan hissəsini üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 08:20-də Quba şəhəri M.Niftəliyev küçəsində Quba RPŞ-nin əməkdaşları tərəfindən şübhəli bilindiyinə görə saxlanılaraq saat 09:10-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindəki “Lineks” markalı siqaret qutusunun içindən hər birinin ayrıayrılıqda təmiz çəkiləri 4.622, 4.698, 4.652 və 5.712 qram təşkil edən 4 ədəd bükümlərdə ümumi təmiz çəkisi 19.684 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0.885, 0.887, 0.899, 0.863, 0.879, 0.361, 0.364, 0.865 və 0.848 qram təşkil edən 9 ədəd bükümlərdə ümumi təmiz çəkisi 6,851 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə olan külli miqdarda metafetamin və 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, O narkotik vasitə satışı ilə məşğul olmamışdır, narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Bakı şəhərində tapmışdır. Bundan sonra taksiyə minib Bakıya gəlmişdir. Polislər tərəfindən gecə saatlarında saxlanılmışdır, bu zaman Təyyar yanında olmamışdır. Onu polis əməkdaşları küçədə tutmuş və Polis Şöbəsinə aparmışlar. Üzərinə baxış saxlanıldığı yerdə keçirilmiş, daha sonra saxlanıldığı günün səhərisi 26 may 2021-ci il tarixdə yenidən həmin yerdə polis əməkdaşları videoçəkilişlə onun üzərinə baxış keçirmişlər, Təyyarı da həmin yerə gətirmişlər. O, Təyyara heç nə verməmişdir. Ona polis əməkdaşları təzyiq gösətərmişlər, bundan sonra demişdir ki, narkotik vasitəni Təyyara elə-belə vermişdir. Onun üzərində heroin, marixuana və tiryək olmuşdur. O, üzərində olan narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. 2016-cı ildə Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şərti azad olunaraq yaşadığı ünvana gəlmiş, təxminən 5 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Quba şəhər sakini Təyyar adlı şəxsi 2-3 aya yaxındır ki, tanımışdır. Təxminən 2 ilə yaxın Quba şəhərində kirayədə yaşamış, 10 günə yaxındır ki, Quba şəhərindən kirayə qaldığı mənzildən çıxıb Sumqayıt şəhərinə getmişdir. 25 may 2021-ci tarixdə saat 17 radələrində o, Bakı şəhəri Yasamal rayonunda iş axtararkən yeni tikilməkdə olan binaların yaxınlığında gəzərkən yerdə dolu vəziyyətdə siqaret qutusunu görüb götürmüş və içərisini açanda içərisində sellofan və kağız bükülülərin olduğunu görmüşdür. Daha sonra həmin kağız və sellofan bükülüləri açanda 04 ədəd sellfan bükülülərdə qəhvəyi rəngli toz şəklində kütlə, digər kiçik ölçülü sellofan və kağız bükülülərdə isə ağ kristal formada kütlə, 01 ədəd kağız bükülünü içərisində isə tünd qəhvəyi rəngli bərk kütlənin olduğunu görmüş və həmin siqaret qutusunu əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. Daha sonra 25 may 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhərində Şamaxinka adlanan ərazidə təsadüfən Təyyarla görüşdükdən sonra onunla birlikdə Quba şəhərinə gəlmişdir. Quba şəhərinə gəldikdən sonra Təyyara Bakı şəhərindən heroin tapdığını bildirmiş və Təyyar ondan istifadə etmək üçün heroin istəmişdir. O, yerdən tapdığı heroin bükümlərindən 03 ədəd kağız büklümlərdə heroin düzəldib Təyyara vermişdir. 26 may 2021-ci il tarixdə saat 08 radələrində Təyyarla birlikdə ona məxsus VAZ-2106 markalı avtomobillə Quba şəhərində olan küçələri gəzərkən polis avtomobilinin arxalarınca gəldiyini görüb Təyyara avtomobili yolun kənarında saxlamasını bildirmişdir. Təyyar avtomobili yolun kənarına verib saxlamışdır. O, üzərində narkotik vasitə olduğu üçün avtomobildən düşüb qaçmaq istəyərkən Quba RPŞ-nin əməkdaşları onu tutub saxlamış, o, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları oraya əməliyyat qrupunun üzvlərini dəvət etmiş və həmin vaxt oraya polis əməkdaşları və vəkill gəldikdən sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, da, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisindən 04 ədəd şəffaf rangli sellofan bükülü, 09 ədəd kiçik ölçülü sellofan bükülü, 03 ədəd kağız bükülü, 01 ədəd sınmış vəziyyətdə şüşə ampula aşkar edilmişdir. Üzərindən aşkar olunmuş bükülülər polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli toz şəklində, ağ rəngli kristal formali kütlə, həmçinin bir ədəd kağız bükülüdə tünd qəhvəyi rəngdə bərk kütlə aşkar olunmuşdur. Sorğu zamanı həmin kağız və sellofan bükülülərdə nə olduğu ondan soruşulduğu zaman o, hər şeyi etiraf edərək həmin kağız və sellofan bükülülərin içərisində narkotik vasitə olan heroin, şüşə və tiryək olduğunu və həmin bükülüləri Bakı şəhərində Yasamal rayonu ərazisindən yerdən tapdığını bildirmişdir. Üzərindən aşkar olunmuş bükülülər elektron tərəzidə çəkilmiş, daha sonra həmin bükülülər ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O, və vəkil zərfin və protokolun üzərindəki soyadının qarşısından imza etmişlər. Bundan sonra Təyyarın üzərinə də şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 03 ədəd kağız bükümlərdə heroin aşkar edilərək götürülmüş, qablaşdırılaraq möhürlənmişdir. Həmçinin Təyyarın avtomobilina baxış keçirilmiş, avtomobildən qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edildikdən sonra polis əməkdaşları bu barədə araşdırma aparılması üçün məni və Təyyarı Quba RPŞ-nə dəvət etmişlər. Narkotik vasitələri 25 may 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisindən yerdən tapmış, 03 ədəd kağız bükümdə olan heroini istifadə etmək üçün Təyyara əvəzsiz olaraq vermiş, istifadəsində ***-***-**-** mobil nomrəsi olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Quba RPİ-nin post-patrul xidməti bölüyü manqa komandiri vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə saat 08 radələrində xidmət apararkən Vaz 2106 markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobildən bir nəfər şəxsin düşdüyünü, həmin şəxsin onları görən kimi dərhal qaçmağa cəhd etdiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Ona özlərini təqdim edərək nə səbəbə görə qaçmaq istədiyini soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, üzərində külli miqdarda narkotik vasitə olduğunu, ona görə də onları görən kimi qaçmaq istədiyini bildirdi. Onlar dərhal Quba RPŞ-nin növbətçi hissəsinə bununla bağlı məruzə edib həmin yerə əməliyyat qrupunun göndərilməsini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunuz əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 büküm narkotik vasitələri təqdim etmişdir. Təqsirləndirilən şəxs karantin vaxtı tutumuşlar. Xidmətdə bir sutka olmuşlar. Təqsirləndirilən şəxs üzərinə o baxış keçirməmişdir.Onun üzərinə baxış saxlanıldığı küçədə keçirilmişdir və üzərinə baxış zamanı narkotik vasitə aşkar edilmişdir. Onlar Təyyarın üzərinədə baxış keçirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Quba RPŞnın PPXB-nın manqa komandiri vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə saat 08 radələrində xidmət apararkən Vaz 2106 markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobildən bir nəfər şəxsin düşdüyünü, həmin şəxsin bizi görən kimi dərhal qaçmağa cəhd etdiyini gördmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edərək nə səbəbə görə qaçmaq istədiyini soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, üzərində külli miqdarda narkotik vasitə olduğunu, ona görə də onları görən kimi qaçmaq istədiyini bildirmişdir. Onlar dərhal Quba RPŞ-nin növbətçi hissəsinə bununla bağlı məruzə edib həmin yerə əməliyyat qrupunun göndərilməsini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunuz əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən narkotik vasitələri təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış saxlanıldığı yerdə həyata keçriilmişdir. Onlar həmin gün növbəni axşam saat 8-də təhvil alıb, səhər saat 9-da təhvil vermişlər. Təqsirləndirilən şəxs onları görən kimi qaçmağa cəhd etmişdir. Onlar Təqsirləndirilən şəxs səhər saatlarında saxlamışlar. Təqsirləndirilən şəxsi o, Emin və Vilayət adlı polis əməkdaşları saxlamışlar. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, hal hazırda rəsmi olaraq heç bir yerdə işləməmiş, özünə məxsus VAZ-2106 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət götərərək ailəsini dolandırmışdır. Təxminən 2 ilə yaxındır ki, düşəndə narkotik vasitə olan heroindən istifadə etmişdir. Sumqayıt şəhər sakini Azər adlı şəxsi 1 ilə yaxındır ki, tanımışdır. Azər əvvəllər Quba şəhərində kirayədə yaşamış, təxminən 10 günə yaxındır ki, Quba şəhərindən çıxıb getmişdir. 25 may 2021-ci il tarixdə axşam saatlarında o, Bakı şəhərində olarkən Şamaxinka adlanan ərazidə təsadüfən Azərlə görüşdükdən sonra onunla birlikdə Quba şəhərinə gəlmişdir. Quba şəhərinə gəldikdən sonra Azər ona Bakı şəhərindən heroin tapdığını bildirmişdir. O. Azərdən istifadə etmək üçün heroin istəmişdir. Azər əynində olan göy rəngli cins şalvarının sol yan cibindan heroin bükümlərinin birini çıxarıb 03 adəd kağız büklümlərdə heroin düzəldib ona vermiş, o, həmin 03 ədəd kağız bükülünü əynində olan qara rəngli şalvarın cibində olan pul kisəsinin arasına qoymuşdur. 26 may 2021-ci il tarixdə saat 08 radələrində Azərlə birlikdə ona məxsus VAZ-2106 markalı avtomobillə Quba şəhərində olan küçələri gəzərkən polis avtomobilin arxalarınca gəldiyini görüb Azər ondan avtomobili yolun kənarında saxlamasını bildirmişdir. O, avtomobili yolun kənarına verib saxlamışdır. Azər avtomobildən düşüb qaçmaq istəyərkən Quba RPŞ-nin əməkdaşları Azəri tutub saxlamış, o, da avtomobildən aşağı düşmüşdür. Bundan sonra Azər polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları oraya əməliyyat qrupunun üzvlərini dəvət etmişlər. Həmin vaxt oraya polis əməkdaşları və vəkill gəldikdən sonra ilk əvvəl Azərin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Azər əynində olan göy rəngli cins şalvarının sol yan cibindən siqaret qutusunu çıxarıb taqdim etmişdir. Həmin siqaret qutusunun içərisindən 04 ədəd şəffaf rəngli sellofan bükülü, 09 ədəd kiçik ölçülü sellofan bükülü, 03 ədəd kağız bükülü, 01 adad sinmiş vəziyyətdə şüşə ampula aşkar edilmişdir. Üzərindən aşkar olunmuş bükülülər polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli toz şəklində, ağ rəngli kristal formalı kütlə, həmçinin bir ədəd kağız bükülüdə tünd qəhvəyi rəngdə bərk kütlə aşkar olunmuşdur. Sorğu zamanı həmin kağız və sellofan bükülülərdə nə olması Azərdən soruşulan zaman Azər etiraf edərək həmin kağız, və sellofan bükülülərin içərisində narkotik vasitə olan heroin, şüşə və tiryək olduğunu və həmin bükülüləri Bakı şəhərində Yasamal rayonu ərazisindən yerdən tapdığını bildirmişdir. Azərin üzərindən aşkar olunmuş bükülülər elektron tərəzidə çəkilmiş, daha sonra həmin bükülülər ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra polis əməkdaşları onun da, üzərinə şəxsi axtarış keçirəcəyini bildirmiş, o, əynində olan qara rəngli şalvarının sol yan cibindən pul kisəsini çıxarıb təqdim etmişdir. Pul kisəsinin arasından 03 ədəd kağız bükülü aşkar olunmuşdur. Həmin 03 ədəd kağız bükülülər polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli toz şəklində kütlələr aşkar olunmuşdur. O, hər şeyi etiraf edərək polis əməkdaşlarına həmin kağız bükülülərin içərisindəki heroin olduğunu, istifadə etmək məqsədi ilə Azərdən əvəzsiz aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş bükülülər elektron tərəzidə çəkilmiş, sonra həmin bükülülər ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş. O, və vəkil soyadının qarşısından imza etmişdir. 26 may 2021-ci il tarixdə tanışı Azərdən istifadə etək məqsədi ilə əvəzsiz olaraq narkotik vasitə almışdır.(iş vərəqə 62-63) Şahid3 və Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, X3 ifadəsinə uyğun ifadə vermişlər. (iş vərəqə 106-107, 111-112, 113-114) Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o cümlədən 2013-cü ildə Quba rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə məhkum olunmuşdur. Əvvəllər narkotik vasitədən istifadə etmiş, lakin 20 ildən çoxdur ki, narkotik vasitəni tərgitmişdir. 3-4 ildir ki, ***-***-**-** mobil nömrəsini işlətmişdir. Əvvəllər qardaşı oğlu X5 onunla bir ünvanda yaşamışdır. O, onlarla birlikdə yaşayan zaman mən onun şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək Quba şəhərində yerləşən Nar Mobile dükanından ***-***-**-** mobil nömrəsini almışdır. Həmin nömrə Turalın adına olsa da daim o, istifadə etmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbə sakini kimi tanımış, onun narkotik satması barədə məlumatının olmuşdur. Lakin ondan heç vaxt narkotik vasitə almamışdır. Xatırlamadığı tanışları ondan xahiş edərək onun mobil telefonu ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə zənglər etmiş və mesajlar göndərmişdir. Onlar Təqsirləndirilən şəxs mobil telefonu ilə əlaqə saxlayaraq ondan narkotik vasitələr almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələr alan tanışlarını xatırlamamışdır. Lakin onlar onun yanında bir neçə dəfə Təqsirləndirilən şəxs narkotik vasitə heroin və metamfetamini bir bükümünü 10 manatdan aldığını demişdir.(iş vərəqə 149) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarış keçirilməsi barədə” 26 may 2021-ci il tarixli protokoldan görünür ki, 26 may 2021-ci il tarixdə saat 08 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin gəzdirməsi ilə Quba şəhəri M.Niftəliyev küçəsində saxlanılmış və üzərinə saxlanıldığı yerdə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim əşyaları çıxarıb təqdim etməsi təklif edildikdə o, əynində olan göy rəngli cins şalvarının so yan cibindən 01ədəd Lineks markalı siqaret qutusunu,126 manat pul əskinazını, bir ədəd Kapital Banka məxsus kartını, bir ədəd şəffaf rəngli sellofan torbanı, sağ yan cibindən bir ədəd Samsung və Kineks markalı mobil telefonları, bir ədəd alışqanı, sağ arxa cibindən isə bir ədəd Palİ Mail markalı siqaret qutusunu çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindəki Lineks markalı siqaret qutusunun içərisindən 04 ədəd şəffaf rəngli sellofan bükülü, 09 ədəd sellofan, 03 ədəd kağz bükülülər, sellofan torbada isə bir ədəd sınmış ampula aşkar edildi. Təqsirləndirilən şəxs bildirdi ki, həmin bükülülərin içərisindəki kütlələr narkotik vasitə heroin, şüşə və tiryəkdir və o, həmin narkotik vasitələri 25 may 2021-ci il tarixdəBakı şəhəri Yasamal rayonu ərazisindən yerdən tapmış və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bir hissəsini istifadə etmək üçün tanışı Təyyara əvəssiz olaraq vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş sellofan və kağız bükülüdə olan kütlələr və sınmış ampula zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 67 saylı möhürü ilə möhürləndi.Digər əşyalar Təqsirləndirilən şəxs qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd sellofan 11 ədəd kağız bükülü və 01 ədəd kağız bükülü “Constant” markalı elektron tərəziyə qoyulub çəkilən zaman 04 ədəd sellofan bükülülər 21,48 qram, 11 ədəd kağız və sellofan bükülülər 8,95 qram, 01 ədəd kağız bükülü isə 1,31 qram göstərdi. Qeyd olunanlara dair Sony markalı kamera ilə çəkilimiş videogörüntü 1 ədəd diskə köçürələk protokola əlavə olundu. (cild 1, iş vərəqə 20) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarış keçirilməsi barədə” 26 may 2021-ci il tarixli protokoldan görünür ki, 26 may 2021-ci il tarixdə saat 08 radələrində Quba şəhəri Fətəlixan küçəsində yaşayan Şahid5 üzərində narkotik vasitə gəzdirməsi ilə əlaqədar Quba şəhəri M.Niftəliyev küçəsində saxlanılmış və üzərinə saxlanıldığı yerdə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid5 üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edildikdə o, əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd pul kisəsinin içərisindən 01 ədəd kağız bükülü və pul kisəsini təqdim etdi. Pul kisənin içərisindən özünə məxsus şəxsiyyət vəsiqəsini, avtomobilə aid sənədləri, 01 ədəd Kapital Banka məxsus bir kartını, bir ədəd Samsung markalı mobil telefonu çıxarıb təqdim etdi. M irzəyev Təyyar Telman oğlunun təqdim etdiyi 01 ədəd kağız bükülü aşıldıqda içəriosində 03 ədəd kağız bükülülər aşkar olundu. Həmin 03 ədəd kağız bükülülər aşıldıqda içərisində qəhvəyi rəngli toz şəklində kütlələr aşkar edildi. Şahid5 bildirdi ki, həmin bükülülərin içərisindəki kütlələr narkotik vasitə heroindir və o, həmin narkotik vasitəni 26 may 2021-ci il tarixdə tanışı Azər adlı şəxsdən istifadə etmək üçün əvəzsiz olaraq almışdır. Şahid5 üzərindən aşkar olunaraq götürülmüş kağız bükülüdə olan kütlələr zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 67 saylı möhürü ilə möhürləndi.(cild 1, iş vərəqə 37) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəməkimyəvi ekspertizasının 26 may 2021-ci il tarixli, 6/2088 saylı rəyindən görünür ki, tədqiqata üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün Nº67" dairəvi möhür əksi olan iki ədəd zərfdə olan:- üzərində "Şahid5 üzərindən..." sözləri, ad, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd zərfin içərisində olan 3 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,040 qram, 0,036 qram, 0,026 qram ümumi təmiz çəkisi 0,102 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad, ad ve imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,712 qram, 4,622 qram, 4,698 qram,4,652 qram ümumi təmiz çəkisi 19,684 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,885 qram, 0,887 qram, 0,899 qram, 0,863 qram, 0,879 qram, 0,361 qram, 0,364 qram, 0,865 qram, 0,848 qram ümumi təmiz çəkisi 6,851 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop madde-metamfetamindir. Digər 1 ədəd bükümdə təmiz çəkisi 1,048 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddalarin siyahısına (Siyahı İ) daxildir. Bir ədəd bükükmdə təmiz çəkii 0,357 qram olan limon turşusu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarına" və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrinin siyahılarına” daxil deyildir. Bir ədəd qırılmış şüşə ampulada və bir ədəd bir manatlıq əskinasda narkotik vasitə heroinə bənzər izlər aşkar edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin ilə Şahid5 üzərindən aşkar olunmuş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. (iş vərəqə 47-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 12 avqust 2021-ci il tarixli 2828 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 140-141) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair "xxxx" MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ***-***-**- ** mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, müxtəlif nömrələr ilə narkotik vasitələrin satış məqsədli yazışmaların olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 133- 136) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zaman çəkilmiş videonun köçürüldüyü DVD disk 29 avqust 2021-ci il tarixdə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (iş vərəqə 148-154) Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir.(İş vərəqə:103) Məhkəmə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması, polis əməkdaşları tərəfindən saxlanılma vaxtı barədə gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «metamfetamin» psixotorp maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 2 qram, , «tiryək » narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar 0,5 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının (xx.xx.2012-ci il təvəllüdlü X9 oğlunun və xx.xx.2014-cü il təvəllüldlü X10 oğlunun) olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanskisyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, istintaq zamanı 26 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 27 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində Quba rayon məhkəməsinin hakimi Rahim Həsənovun qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (iş vərəqə 13-14,66-67,82-26) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 may 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan –19,716 qram çəkidə narkotik vasitə heroin, 6,491 qram çəkidə psixotrop maddə metamfetamin, 0,998 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd qırılmış şüşə ampula məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır, bir manatlıq əskinas xüsusi müsadirə olunmaqla dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (atmış beş manat) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 07 il (yeddi) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Quba RPŞ-də saxlanılan –19,716 qram çəkidə narkotik vasitə heroin, 6,491 qram çəkidə psixotrop maddə metamfetamin, 0,998 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd qırılmış şüşə ampula məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir manatlıq əskinas xüsusi müsadirə olunmaqla əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-58/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-58/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver