Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-58/2023 15.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ SUMQAYİT AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Zərər çəkmiş şəxs– Zərərçəkmiş şəxs, xx xxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, cinayəti törədən zaman məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 07 noyabr 2021-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında Abşeron rayonu Hökməli qəsəbəsinə getmək üçün sərnişin qismində əyləşdiyi Zərərçəkmiş şəxs idarə etdiyi «Chevrolet Cruze» markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 01:40 radələrində Hökməli qəsəbəsinə çatıb, Zərərçəkmiş şəxs avtomobili kənar şəxslərin olmadığı yerə sürdürərək, saxlatdırıb özü ilə götürdüyü silah qismində istifadə edilən tameti tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs üzərinə hücum çəkməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basıq edib, həmin tametlə əvvəlcə sonuncunun başına bir dəfə zərbə endirmiş, daha sonra Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə yönəlmiş cinayətkar hərəkətlərini davam etdirməklə əlində olan həmin tametlə sonuncunun sol əlinə bir dəfə zərbə endirərək Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinin hematoması və sol əlin üst səthinin sıyrığı kimi xəsarətlər yetirib, avtomobildə olan təhlükəsizlik kəmərini arxaya sıxıb Zərərçəkmiş şəxs fiziki ağrı yetirən zaman sonuncu təhlükəsizlik kəmərindən çıxıb avtomobildən düşdükdən sonra avtomobildə Zərərçəkmiş şəxs məxsus içərisində 2 manat 60 qəpik balans olan 5 manat dəyərində ***-***-**-** və balansında 1 manat 15 qəpik olan 2 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrələri taxılmış 700 manat dəyərində “Huawei Y9 Prime” markalı mobil telefonu talayaraq, hadisə yerindən uzaqlaşıb zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 710 manat 75 qəpik məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Neftçilər metro stansiyasının yaxınlığında 20 yanvar metro stansiyasına gedən bir manatlıq taksi olan avtomobilə yaxınlaşmış, 10 manat müqabilində onu Hökməli qəsəbəsinə aparmasına razılaşmışdır. “20 yanvar” metro stansiyasına çatana kimi 7-8 nəfər adam minib düşmüşdür. Sonra “20 yanvar” metro stansiyasından Hökməli qəsəbəsinə gəlmişlər, Hökməli qəsəbəsinə çatdıqda, o, Oktay adlı sürücüyə 5 manat vermişdir. Lakin Oktay ona demişdir ki, 10 manat verməlidir. Sonra Oktay yaxasından tutmuş , o da onu yumruqla vurmuşdur. Onun əlində paket olmuşdur, paketin içində tamet daşı və su filtiri olmuşdur. O. paketi oturacağın üzərinə qoymuşdur. Oktay maşından düşüb qışqırmağa başlamış və siqnala basmışdır. O, da onun telefonunu götürmüş və çıxıb getmişdir. Onu 3 gündən sonra onu polisə çağırmışdırlar. O, da gedib telefonu polis əməkdaşlarına təhvil vermişdir. O, verilən suallara cavab olaraq göstərmişdir ki, mübahisə pul üstündə olmuşdur. Gəncə ilə bağlı ifadə işlədilmişdir. Paketdə 1 ədəd su filtiri və 1 ədəd tamet daşı olmuşdur. Tamet daşını qayınatasıgilə aparırmış. Zərərçəkmiş şəxsi tamet daşı ilə yox, yumruqla vurmuşdur. Telefonunu polisə məlumat verməməsi üçün götürmüşdür. Telefonu qaytarmışdır. 10 manata mənzil başına çatdırılmasını danışmışdır. Sürücü onu gətirənə kimi 7-8 nəfər adam mindirib-düşürtmüş, o, da 5 manat vermişdir. Yolda maşına adam götürəndə etiraz etməmişdir. Üzərində 10 manat pul olmuşdur. Qonşunun qapısında, kameranın altında maşını saxlamışdır. Zərərçəkmiş şəxsi ancaq yumruqla vurmuşdur. Onun telefonunu götürmüş və evə getmişdir. Tamet daşı və su filtiri yadından çıxdığına görə, maşında qalmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus “Chevrolet Cruze” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bu ilin avqust ayından taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2021-ci il tarixdə gecə saat 01 radələrində Neftçilər metrostansiyasının girişində, Nizami rayon icra hakimiyyətinin girişinin qarşısında dayanıb sərnişin gözləmiş, həmin vaxt uzaqdan adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin əlində ağ rəngli sellofan torba ilə üzərinə gəldiyini görmüşdür. Elbrus gələ-gələ yoldan keçən avtomobillərə əl etdiyindən sonuncunun taksi axtardığını anlamışdır. Elbrus ona çatana yaxın hara getdiyini soruşduqda, ona Hökməli dairəsinə getdiyini bildirmişdir. Bundan sonra Elbrusdan nə qədər gediş haqqı verəcəyini soruşduqda, sonuncu ona sürücünün onun olduğunu, bu səbəbdən də qiyməti onun deməli olduğunu bildirmişdir. O da Elbrusa 10 manat verəcəyini dedikdə sonuncu razılaşmışdır və dərhal avtomobiliin arxa oturacağına əyləşmişdir. Bundan sonra onlar Neftçilər metrostansiyasının digər tərəfinə çatdıqda o, başqa sərnişinin götürmək üçün avtomobili yavaşladan zaman bir nəfər qadında 20 yanvar metrostansiyasına gedəcəyini bildirmiş və avtomobilinə əyləşmişdir. Qadın ilk öncə arxada əyləşmək istəsə də, Elburus həmin vaxt qıza arxada yox qarşıda əyləşməsini bildirmişdir. Onun yolu 20 yanvar metrostansiyası tərəfdən keçdiyindən ilk öncə sərnişin qadını 20 yanvar metrostansiyası tərəfdə düşürtmüşdür. Həmin vaxt qadın ona 5 manat vermiş və o da 4 manat pul qaytarmışdır. Daha sonra isə onlar yenidən yola davam etmişlər. Onlar Hökməli qəsəbəsinə gedən zaman Elbrus bir müddət Rusiyada olduğunu, usta işlədiyini bildirmiş, onlar biraz siyasətdən söhbət etmişlər. Nəhayət Hökməli dairəsinə çatdıqda Elbrus ona birazda irəli sürməyini bildirmişdir. Onlar oradan təxminən 2 km getmişlər ki, at yalı döngəsi adlanan yerdən dönüb orada yerləşən zavodun yanındakı ara küçələrdən birinə girməyini bildirmişdir. Daha sonra o, həmin küçə ilə gedib sağa dönmüş və bir müddət sonra sağa dönüb yenidən sola dönmüşdür. O, bir qədər irəlilədikdən sonra bir neçə küçə dönmüş və nahəyət axırıncı həyət evindən sağa dönüb orada olan “Hyundai” markalı avtomobildən 20 metr uzaqda Elbrusun sözü ilə saxlamşdır. Həmin vaxt o, yola baxarkən Elbrus onun sağ çiyninin üzərindən 5 ədəd manatlıq uzatmışdır. O, arxaya baxmayıb elə pulu Elbrusdan götürən zaman Elbrus qəflətən onun sağ kəllə nahiyəsindən zərbə ilə vurmuşdur. Həmin vaxt zərbənin təsirindən o, Elbrusun onu nə ilə vurduğunu anlamamışdır. Həmin vaxt o, özünü qorumaq üçün dərhal sağ qolunu baş nahiyəsinə qaldırmış və həmin vaxt Elbrus bir daha onu vurmağa çalışsa da, zərbə onun dirsəyinə dəymişdir. Daha sonra Elbrus avtomobilin təhlükəsizlik kəməri ilə onu arxaya dartmağa çalışdıqda o, qolunu kəmərin altından çıxartmış və siqnalı basaraq avtomobilin qapısını açmışdır. Həmçinin o, avtomobildən düşən zaman Elbrusun avtomobilinin salonunun orta panelində olan ona məxsus 700 manat dəyərində “Huawei” markalı mobil telefonunu götürdüyünü görmüşdür. O, artıq avtomobildən düşən zaman artıq Elbrusun avtomobildən düşüb qaçdığını görmüşdür. O, arxadan qışqıraraq dayanmasını bildirsə də, Elbrus ona əhəmiyyət verməyərək qaçmağa davam etmişdir. Bundan sonra o, dərhal avtomobilə əyləşib Elbrusun arxasıyca getsə də, tapa bilməmişdir. Elə həmin vaxt DİN-102 mərkəzinə zəng edib baş verən hadisəni bildirmiş və polislərin gəlməsi üçün əsas yolun kənarına çıxmışdır. Həmin vaxt onun ayağı ayaq altında yerləşən tamet daşa dəymişdir. Həmin vaxt o, artıq anlamışdır ki, Elbrus onu ilk dəfə sağ kəllə nahiyəsindən daşla vurmuş, lakin ikinci dəfə yenidən daşla vurmağa çalışsa da, sonuncunun qolu onun dirsəyinə dəymiş və daş ağır olduğundan yerə düşmüşdür. Zərər çəkmiş Oktay Həsənov ifadəsində həmçinin göstərmişdir ki, Elbrus yalan danışır. Yol boyu onun Elbrusla gəncəlilər haqqında ümumiyyətlə söhbəti olmamışdır. Belə ki, onun bir çox yaxın qohumu Gəncədə yaşayır. Həmçinin Elbrus avtomobilinə əyləşməmişdən əvvəl gediş haqqını 10 manata razılaşmışlar. Elbrus özünü haqlı çıxarmaq üçün belə yalanlar danışır. Həmçinin Elbrus onun kəllə nahiyəsinə yumruqla yox tamet daşla vurmuşdur. Baş vermiş hadisə zamanı ona məxsus “Huawei” markalı mobil telefonun ələ keçirilməsi nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Həmin mobil telefonda 01 ədəd Azercell mobil operatoruna məxsus ***-***-**-** GSM nömrəsi və 01 ədəd Nar mobil operatora məxsus ***-***-**-** GSM nömrələri olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, O, həyətə tamet vurdurmaq istəmişdir. Bu səbəbdən Elbrusa demişdir ki, fəhlə işlədiyi yerlərdə ucuz tamet satan qarşısına çıxsa ona desin. 2021-ci ilin noyabr ayı olardı Elbrus onunla əlaqə saxlayıb ucuz tamet daşı satan şəxs tapdığını demişdir. Tamet daşı da müxtəlif formalı olduğu üçün Elbrusun dediyi tametin hansı formada olduğunu bilməmişdir. Elbrus ona təklif etmişdir ki, tamet daşının birini gətirsin oda baxsın. O, da Elbrusla razılaşmışdır. Lakin Elbrus tamet daşını gətirib çıxarmamışdır. O, bir neçə dəfə Elbrusla əlaqə saxlayıb tamet daşını niyə gətirmədiyini soruşmaq istəmiş, lakin Elbrusun telefonuna zəng çatmamışdır. Qızından soruşduqda, ona demişdir ki, Elbrus kiminləsə mübahisə etmiş, ona görə də kefi yoxdur. Daha sonra da xəbər tutmuşdur ki, Elbrusun cinayət törətdiyi üçün həbs edilmişdir. Hadisənin necə baş verdiyini, kimin günahkar kimin günahsız olduğunu da bilməmişdir. Bir onu deyə bilər ki, Elbrusdan tamet daşı gətirməsini o, xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsin tanınmaya təqdim edilməsi haqqında 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən 4 nəfər şəxsi nəzərdən keçirib həmin şəxslərin arasında sırada soldan 3-cü yerdə durmuş şəxs olan Təqsirləndirilən şəxs göstərərək, əynində olan qara rəngli gödəkçədən, ağ-qara rəngli saçından və üz quruluşundan 07 noyabr 2021-ci il tarixdə onun idarə etdiyi avtomobildə ona qarşı quldurluq cinayət əməlini törətmiş şəxsin həmin şəxs olduğunu bildirmişdir. (cild 1, iş vərəqə 43-46) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş predmetə baxış keçirilməsi və götürmə aparılması haqqında 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs taladığı Huawei Y9 Prime markalı mobil telefonu istintaqa təqdim etmişdir. Həmin mobil telefon sensor dizaynlı mobil telefondur. Mobil telefon “Huawei” markalı “Y9” modelli **********27911 və **********27911 İMEİ kodlu mobil telefondur, ön hissəsində heç bir yazı yoxdur, yalnız üzərində qoruyucu üzlük vardır. Arxa hissəsində isə “Huawei” və “Triple camera 1:18/27 ASPH” sözləri yazılmışdır. Bundan başqa mobil telefonda GSM nömrə yoxdur. (cild 1, iş vərəqə 40-42) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilən əşyaları nəzərdən keçirib 1 ədəd boz rəngli düzbucaq formalı tamet daş və 1 ədəd su filtrinin ona məxsus olduğunu, baş vermiş hadisə zamanı həyəcanlı olduğu üçün həmin əşyaları avtomobildə qoyub qaçdığını bildirmişdir. (cild 1, iş vərəqə 50-51) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən 4 ədəd mobil telefonların içərisindən «3» rəqəmi ilə işarələnmiş mobil telefonu göstərərək həmin mobil telefonun ona məxsus olan Huawei markalı mobil telefon olduğunu bildirmişdir. (cild 1, iş vərəqə 72-74) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2021-ci il tarixli, 2663 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ gicgah nahiyyəsinin hematoması, sol əlin üst səthinin sıyrığı kimi xəsarətlər aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 1, iş vərəqə 140) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 2701 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ diz nahiyyəsinin sıyrıqları kimi xəsarətlər aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixə uyğun gələ bilər. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 1, iş vərəqə 141) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 10 dekabr 2021-ci il tarixli, 9/8182 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «Huavei» markalı «STK- L21» markalı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğu nəzərə alınaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 200 manat müəyyən edilir. (cild 1, iş vərəqə 142-144) Cinayət işi üzrə maddi sübut kimi tanınmış X2 istintaq zamanı təqdim etdiyi “Huawei Y9 Prime” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd “tamet” adlanan daş parçası Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR Milli Məclisinin xx.xx.2001-ci il tarixli qərarı ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Moskva şəhər Nikulin rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə RF CM-nin 111-ci maddəsinin 1-ci hissəsi, 222-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 01 il 06 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. (cild 1, iş vərəqə 113-114) Cinayət işi materiallarına əlavə olunmuş, 25 fevral 2022-ci il tarixli 1391 nömrəli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt Apellyasıya məhkəməsinin xx.xx.2020-cı il tarixli 1(105)-503/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-cı il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərərçəkmiş şəxsi daş parçası ilə deyil yumruqla vurması və mobil telefonu qorxduğu üçün götürüb getməsi barədə məhkəmədə söylədiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Huawei Y9 Prime” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, Abşeron RPİ-də saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd “tamet” adlanan daş parçası məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış “Huawei Y9 Prime” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, Abşeron RPİ-də saxlanılan bir ədəd “tamet” adlanan daş parçası məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-58/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-58/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver