Məhkəmə qərarları › İş №1(124)-58/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-58/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-58/2024 08.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Nizami küçəsində yerləşən yarımtikilidə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması və daşınması barədə “Şaban” kimi məlum olan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra sonuncunun təkidi ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 11 saylı uşaq bağçasının yaxınlığındakı məişət tullantıları yığılan yerdən 01 ədəd bükümdə ümumi çəkisi 775,3 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 20 avqust 2022-ci il tarixdə, saat 17:00-da Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisindəki 11 saylı uşaq bağçasının qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə, ümumi çəkisi 775,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Narkotik vasitəni onun üzərinə yükləyiblər, onun istifadəsində heç mobil telefon da olmamışdır. Özünü narkotik vasitədən istifadədə təqsirli bilir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən 1-ci mikrorayon ərazisində, məhəllənin içərisində saxlanılmışdır. O, həmin ünvanda yaşayır. Saxlanılan gün üzərində hər hansı narkotik vasitə olmamışdır. Onu polis əməkdaşları döydükləri və təzyiq etdikləri üçün narkotik vasitəni qəbul edərək öz üzərinə götürmüşdür. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 0.2 qram narkotik vasitə olmuşdur. Polis tərəfindən saxlanılan zaman artıq üzərindəki narkotik vasitəni istifadə etmiş, həmin vaxt üzərində narkotik vasitədən istifadə etmək üçün olan şpris, limon duzu və s. kimi ləvazimatlar qalmışdır. Polis əməkdaşları ayağının altına vurmuşdurlar. İstintaq təcridxanasına gedən zaman üzərini yoxlayıb bədənindəki xəsarətlər ilə bağlı heç bir qeyd və s. aparmamışdırlar. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən günorta saat 4 radələrində saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılma saatını tam olaraq dəqiq bilməsə də təxminən 4-5 arası olardı. O, saxlanılmamışdan qabaq üzərində 0.2 qram narkotik vasitə olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində şpris və limon duzu olmuşdur. Şaban adlı şəxsi tanıyır. Şaban adlı şəxs tərəfindən ona qonşusu üçün narkotik vasitənin atılacağı, onun həmin narkotik vasitəni qonşusundan qabaq gedib əldə etməyi barədə heç bir məlumat verilməmişdir. O, özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilir, Azərbyacan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil. Şaban adlı şəxsi tanımır. Onu video çəkilişdə qıvrılmağı bədəninin narkotik vasitə tələbi ilə bağlı deyildi. Həmin vaxt polis əməkdaşları ayağıma dubinka ilə vurmuşdurlar. Saxlanılan zaman normal vəziyyətdə idi, qıvrılmamışdır. Onda hələ döyülməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş, ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Fərdi əməklə məşğul olur. Uzun müddətdir narkomaniya xəstəliyindən əzab çəkir. Şaban adlı şəxsi xeyli müddətdir ki, tanıyır, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmayıb. 20 avqust 2022-ci il tarixdə Şaban ona qonşusu üçün narkotik vasitə atılacağını deyib və həmin narkotik vasitəni qonşusundan əvvəl həmin yerdən götürməsini xahiş etmişdir. O Şabandan görəcəyi işin qarşılığında nə alacağını verəcəyini soruşduqda Şaban ona narkotik vasitəni götürüb ona çatdıra biləcəyi təqdirdə pulsuz şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyini demişdir və o Şabanla razılaşmışdır. 20 avqust 2022-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 11 saylı bağçanın yaxınlığındakı zibil tullantıları yığılan yerdən Şabanın ona dediyi paketi götürmüş və həmin paketi Şabana çatdırmaq üçün əynində olan boz rəngli şalvarın sol yan cibinə qoymuşdur. Deyilən ünvandan uzaqlaşmaq istəyən zaman polis əməkdaşları ona yaxınlaşıb saxlamışlar. Polis əməkdaşları ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməkdə, satmaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu deyib onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. O polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 4-cü PB-nə getmişdir. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Bundan sonra ona Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosundan növbədə olan vəkillərin siyahısı təqdim olunmuşdur. O həmin siyahını nəzərdən keçirib hüquqlarınının Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Yaşar Xankişiyev ona təqdim olunduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, o cümlədən narkotik vasitə varsa təqdim etsin. O özü əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd rəngli sellofan bükümü təqdim etmişdir. Həmin bükümün içərisində isə qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan "heroin"ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan "kakos" olduğunu, həmin maddəni saxlanıldığı gün yəni, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində tanışı Şaban adlı şəxsin təkidi ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 11 saylı uşaq bağçasının yaxınlığındakı məişət tullantıları yığılan yerdən götürdüyünü və Şaban adlı şəxsə çatdırdıqdan sonra sonuncudan öz şəxsi istifadəsi üçün narkotik vasitə heroin alacağını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 790 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Mobil telefondan istifadə etmir. Polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə gətirilən zaman hər hansı işgəncə və ya qeyri insani rəftara məruz qalmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, elan edilmiş ifadə ona məxsus deyil, həmin ifadə polis əməkdaşları tərəfindən yazılıb. Əvvəllər məhkum olunmuşdur. CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, yeddi ay sonra amnistiyaya düşüb azadlığa buraxılmışdır. Şabanla danışmamışdır. O, sadəcə olaraq Şabanın adını bilmiş, bir tək onun adını video-çəkilişdə demişdir. Şabanın ünvanını və ya digər məlumatlarını bilməmişdir. Onun telefonu yox idi, iki gündən bir narkotik vasitə almışdır. O, küçələrdə yaşayır, dəmir parçalarını sataraq dolanmışdır. Polis əməkdaşları onun küçədə yaşadığını bilirdilər, buna görə də onu narkotik vasitə ilə yüklədilər. 790 qram malı polis bölməsində cibinə qoymuşdurlar. Onun üzərində iynə, limon duzu olmuşdur. O, psixoloji problemlərimlə bağlı psixatriya mərkəzində iki dəfə olmuş, lakin pulu olmadığı üçün müalicə ala bilməmişdir. Təcridxanaya girərkən üzərində xəsarətlər var idi. Sumqayıtda ekspertizadan keçmişdir. Maştağada əsəb dispanserində müalicədə olmuşdur. Onu həmin dispanserə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göndərmişdir. Orada ona nə diaqnoz qoyulduğu yadında deyildir. O, dispanserdə iki dəfə az müddətlik müalicə olunmuşdur. Dispanserdə iki gün müalicədə qalmışdır. Saxlanıldığı günün səhəri narkotik vasitə istifadə etmişdir. Video çəkiliş zamanı narkotik vasitə istifadə etmək vaxtı çatmamışdır. Çəkilişdə üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Narkotik vasitə bölmədə üzərinə qoyulmuşdur. Polis əməkdaşları onu 1-ci mikrorayon ərazisində saxlamışdırlar. Narkomanlara oxşadığı üçün polis əməkdaşları onunla bu cür qərəzli davranmışdırlar. Saxlanılan zaman yaşamağa öz evi yox idi. Küçədə yaşayan şəxsin üzərində narkotik vasitə olmur. Yaxınlarından heç kim yoxdur, təkcə nənəsi vardır. Özünü dolandırmaq üçün dəmir yığmışdır. Nənəsi evi yoxdur. Nənəsi rəfiqəsigildə qalmışdır. Nənəsinin haradasa səksən yaşı var. O, internatda böyüməmişdir, onu nənəsi böyütmüşdür. Narkotik vasitəni məhəllədəki uşaqlardan alıb istifadə etmiş, iki gündən bir beş-on manat dəyərində narkotik vasitə almışdır. Hər gün narkotik vasitə alıb istifadə etməmişdir. Video çəkilişdən qabaq polis əməkdaşları ona nə deməli olduğunu özləri demişdirlər. Ona tapşırdılar ki, video çəkiliş zamanı narkotik vasitəni guya “Şaban” adlı şəxsdən aldığını bildirsin. Polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində məhəllənin içərisində saxlanılmışdır. Saxlanılan zaman məhəllədə dəmir yığırdı. Daha dəqiq desə, plasmas butulka və s. yığırdı. Saxlanmamışdan qabaq baş polis idarəsinin arxasında yer var idi, orada yatırdı. Orada yaşadığını bir-iki dəfə polis əməkdaşları görsə də, heç nə deməmişdirlər. 1 nömrəli məktəbdə oxumuşdur. Həqiqi hərbi xidmətdə olmamışdır. Qollarında şram olduğu üçün onu dispanserə göndərmişdirlər. Qollarındakı şramı özü etmişdir. Əsəbiləşdiyi üçün qollarına şram çəkmişdir. Əsgərliyə getməklə bağlı onu Maştağaya göndərmişdirlər. Onu göndərdikləri yer Maştağanın özündə yerləşir, oraya avtobusla getmişdir. Maştağada iki dəfə iki gün yatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin, 4-cü PBnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 bildirmişdir ki, dəqiq tarix xatırlamasa da Teymur adlı şəxsin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 2022-ci ilin iyul ayının əvvəllərində rəhbərliyi altında əməliyyat qrupu təşkil edilmiş və Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən sellofana bükülmüş narkotik vasitə aşkar edilmişdir. Tarix və saatı hazırda dəqiq şəkildə xatırlamır, bununla bağlı ifadəsində göstərmiş olduğu xüsusatları eynilə təsdiq edir.Təqsirləndirilən şəxs onlar tərəfindən 1-ci mikrorayon ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq və s. göstərilməmişdir. Onların dəvəti əsasında Təqsirləndirilən şəxs öz iradəsi əsasında, heç bir müqavimət göstərmədən onlarla birlikdə polis bölməsinə getmiş, daha sonra polis bölməsində vəkillə təmin edilmiş, videoçəkiliş aparılmış və orada da üzərindən narkotik vasitə tapıldığını etiraf etmişdir. Həmçinin vəkiliylə təkbətək söhbət etməsi üçün şərait yaradıldı, orada da hadisəni etiraf etdi. Təqsirləndirilən şəxs hazırda üzərindən narkotik vasitənin aşkar olunduğunu və həmin narkotik vasitənin ona aid olmasını inkar etsə də o, saxlanılan zaman üzərindən aşkar olunmuş maddənin özünə aid olduğunu bildirmiş və üzərindən aşkar olunmuş narkotik vasitə barədə ətraflı məlumat vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə külli miqdarda olduğu üçün əlbəttə ki öz istifadəsi üçün almamışdır. Hazırda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı məqsədlə alması kimi halları dəqiq xatırlamır, bununla bağlı ifadəsində qeyd etdiyi xüsusatları eynilə təsdiq edir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, hazırda anket məlumatlarını xatırlamadığı şəxsin ona vermiş olduğu məlumat əsasında narkotik vasitəni gedib götürüb. Narkotik vasitə Təqsirləndirilən şəxs şalvarının cibindən aşkar olunubolunmadığını dəqiq bilmir, səhv etmirsə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə sellofanda idi, işin halları təfsilatlı şəkildə yadında qalmamışdır. Təqsirləndirilən şəxsə heç bir psixi və fiziki təzyiq göstərilməmişdir. Çünki saxlanılandan sonra vəkillə görüşdürülmüşdür. Elə bir hal olmuşdusa, Təqsirləndirilən şəxs bunu videoçəklişdə söyləyə bilərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, daxil olmuş məlumat əsasında əməliyya qrupu yaradılmış və Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə yaxınlaşdıq, sənədləşmə işləri aparıldı, Təqsirləndirilən şəxs üzərindən narotik vasitə heroin aşkar olunmuşdur. Hadisə çoxdan baş verdiyindən təxmini yadındadır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin dəqiq çəkisi yadında deyil, lakin narkotik vasitənin miqdarı çox idi. Təşkil edilmiş əməliyyat qrupuna o, Şahid1 və Şahid3 daxil idilər. Təqsirləndirilən şəxsla bağlı onlara məlumat daxil olmuşdur. Onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə idi. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində saxlanılmışdır. Adətən saxlanılan şəxslər üzərlərindən aşkar olunmuş narkotik vasitənin onlara aid olmadığını bildirir, lakin narkotik vasitə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşdur. Narkotik vasitə Təqsirləndirilən şəxs şalvarında aşkar olunmuşdur. 790 qram narkotik vasitə dar cins şalvara yerləşməsə də idman şalvarına yerləşəcək miqdardır. Saxlanılan zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın rəngi hazırda yadında deyil. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitəni nə məqsədlə əldə etdiyini və ya gəzdirdiyini bildirməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman bizə qarşı hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərinə 790 qram narkotik vasitənin atılması ilə bağlı bildirməsi həqiqəti əks etdirmir, heç kəs 790 qram narkotik vasitəni öz üzərinə götürməyə razılıq verməz. Özü də bilir ki, üzərindən aşkar olunmuş narkotik satış məqsədilə əldə edilmişdir, o qədər nakotik vasitəni heç kimə yükləmək olmaz. Şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə düşmənçilik və ədavət münasibətləri olmamışdır. xx.xx.2022-ci il tarixdə PB-nə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi, satması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, əməliyyat qrupu yaradılmışdır. O qrupun digər üzvləri ilə birlikdə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 11 saylı bağçanın yaxınlığına getmişlər. Təxminən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini tələb etdikdə həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin istifadəsində, satışında və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olacaqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün onu 4-cü PB-nə aparmışlar. PB-də xidməti otaqlarının birində təhqiqatçı özünü təqdim edərək saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin dövriyyəsi, üzərində saxlanılmasında və istifadəsində şübhəli bilindiyi üçün saxlanıldığını və PB-nə gətirildiyini demişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün sonuncunun seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu bildirmişdir. Təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs bildirişi oxuyaraq etirazının olmadığını bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarın sol yan cibində saxlamış olduğu sellofan torbanı təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin sellofan torba açıldıqda orada şəffaf rəngli bükümün olduğu aşkar olunmuşdur. Həmin bükümün təhqiqatçı tərəfindən açıldıqda bükümün içərisində isə narkotik vasitə “heroin”ə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bağlamanın nə olduğunu və bükümü hansı məqsədlə üzərində gəzdirdiyni soruşduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisində narkotik vasitə “kokos” (heroin) olduğunu olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə dəqiqə əvvəl 11 saylı bağçanın yaxınlığında yerləşən məişət tullantıları yığılan ərazidən tanışı Şabanın xahişi ilə götürdüyünü, həmin bükümü Şabana verdikdən sonra Şabanın ona şəxsi istifadəsi üçün narkotik vasitə heroin verəcəyini bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlama elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün şəffaf sellofan ilə birlikdə çəkisinin 790 qram olduğu müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Tərtib olunmuş protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan 20 avqust 2022-ci il tarixli «Şəxsi axtarış keçirilməsi barədə» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyataxtarış tədbirinin video görüntüsünü əks etdirən DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə narkotik vasitə olduğunu bildiyini desə də, konkret olaraq narkotik vasitənin hansı növünə aid olduğunu bilmədiyi qeyd edir. Təhqiqatçı tərəfindən bükümün içərisinə baxış keçirilən zaman orada narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin onun üzərindən aşkar olunsa da ona məxsus olmadığını bildirir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanışı Şaban adlı şəxsin təklifi ilə zibil tullantıları yığılan yerdən götürdüyünün deyir. Təhqiqatçı tərəfindən həmin büküm elektron tərəziyə qoyularkən çəkisinin 790 qram olduğu müəyyən edilir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Lakin onun üzərindın narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq həmin narkotik vasitənin “kakos” olduğunu, tanışı Şabanın ona qonşusu üçün narkotik vasitə atılacağını və həmin narkotik vasitəni qonşusundan əvvəl deyilən ünvandan götürməli olduğunu dediyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs götürdüyü narkotik vasitəni Şabana çatdırdıqdan sonra Şabanın ona özününü şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyini deyir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə ekpsertiza mərkəzinə göndərilməsi üçün müvafiq qaydada qablaşdırıldıqdan sonra bu barədə protokol tərtib olunur və protokol iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4441 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 775,3 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 775,1 qram təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2022-ci il tarixli 6144 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Maddi sübutun tanınması haqqında” 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 775,3 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı 775,1 qram qalıq narkotik vasitə heroin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Həmçinin həmin qərardan görünür ki, “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 20 avqust 2022-ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən 15 aprel 2022-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xx.xx.2016-xx.xx.2016-cı il tarixdə yuxarıda adı göstərilən xəstəxanada müayinədə olub.Təkrar xx.xx.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2016-cı il tarixli göndərişinə əsasən yuxarıda adı göstərilən xəstəxanaya stasionar müayinəyə qəbul olunub. xx.xx.2016-cı il tarixdə Həkim Psixiatr Komissiyasına təqdim olunub və həmin tarixdə xəstəxanadan evə yazılıb. Ona “mülayim dərəcədə ifadə olunmuş nevrasteniya özünü kəsmələrlə. Anamnezində PAM qəbulu” diaqnozu qoyulmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs barəsində “komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası” təyin edilmiş, qeyd olunan ekspertizanın xx.xx.2024-cü il tarixli, 23 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törətdiyi dövrdə emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi müəyyən edilir. Bununla belə Təqsirləndirilən şəxs müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu təqsirləndirildiyi cinayət əməlini törədərkən kompensasiya (yaxşılaşma) vəziyyətində olduğundan onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Onda hal hazırda emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal təsərrüfatı istehsalat birliyinin 22 Saylı mənzil-kommunal sahəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1, yataqxana 1-də yaşamış, qeydiyyatda olduğu müddət ərzində barəsində 22 Saylı MKS-nə heç bir yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə, “Amnistiya aktının tətbiq edilməsi barədə” qərar və Salyan rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsindən azad edilməklə məhkumluğu götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə hissəsinə tənqidi yanaşaraq bildirir ki, bu hal yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs qabaqcan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngüləşdirən hal müəyyən edilməmişdir. Onun hal hazırda “emosional davamsız şəxsiyyət pozuntusu”dan əziyyət çəkməsini məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, qalıq çəkisi 775,1 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 20 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, qalıq çəkisi 775,1 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar