Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-58/2025 03.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və «Şimal» Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və təqsirləndirilən şəxslərin özlərinin iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, İİİ qrup əlil, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 20/9, mənzil 18-də qeydiyyatda olan olan və yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə, xx xxxx 2000-ci ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Qazax şəhəri, Heydər Əliyev prospekti, ev 175, mənzil 23-də qeydiyyatda olub, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, bina 1, mənzil 46-da yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə qeyri-rəsmi ərarvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə o, Təqsirləndirilən şəxs2 məxsus «Blackview» markalı mobil telefonda «İnstagram» sosial şəbəkəsində «günel_agayefha» adlı səhifə açaraq, həmin səhifədə «WhatsApp» mobil tətbiqində olan nömrələrin gizli izlənməsi barədə elan yerləşdirib, həmin səhifənin bir nüsxəsini özünə məxsus «Xiaomi» markalı mobil telefonunda açaraq «Kapital Bank»dan Təqsirləndirilən şəxs2nm adma 4169 7388 6910 0234 nömrəli bank kartı almaqla kartı özündə saxlamış, Təqsirləndirilən şəxs2nm mobil telefonundakı «Birbank» tətbiqində həmin kartı qeydiyyatdan keçirərək, sonuncunun mobil telefonunda ***-***-**-** nömrəsinin «WhatsApp» mobil tətbiqini açmış, bundan sonra xx.xx.2023-cii il tarixdə «gtinel_agayefha» adlı səhifəsinə sevgi münasibətində olduğu xanımın «WhatsApp» mobil tətbiqini izləmək istəməsi barədə müraciət edən Zərərçəkmiş şəxs1 izləmək istədiyi şəxsin mobil nömrəsini və 50 manat pulu ona deyilən kart hesabına göndərməsini dedikdən sonra, sonuncu xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində özünə məxsus «Unibank» bank kartının hesabından Təqsirləndirilən şəxs1 ona göndərdiyi 4169 7388 6910 0234 nömrəli kart hesabına 50 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin o, Zərərçəkmiş şəxs1 aldadaraq ona istədiyi, tətbiqi izləmək üçün hər hansı proqram linki göndərməmiş, əksinə aralarında olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək həmin yazışmaları göndərməmək üçün Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə, axşam saatlarında 150 manat pul tələb etdiyindən, sonuncunun həmin gün yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivində yerləşən fərdi evdə olan zaman mobil telefonunda olan «Unibank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 adına olan 4169 7388 6910 0234 nömrəli kart hesabına göndərdiyi 150 manat məbləğində əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını talamışlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 məxsus «Blackview» markalı mobil telefonda «İnstagram» sosial şəbəkəsində «günel_agayefha» adlı səhifə açaraq, həmin səhifədə «WhatsApp» mobil tətbiqində olan nömrələrin - gizli izlənməsi barədə elan yerləşdirib həmin səhifənin bir nüsxəsini özünə məxsus «Xiaomi» markalı mobil telefonunda açaraq «Kapital Bank»dan Təqsirləndirilən şəxs2nm adına 4169 7388 6910 0234 nömrəli bank kartı almaqla kartı özündə saxlamış, Təqsirləndirilən şəxs2nm mobil telefonundaki «Birbank» tətbiqində həmin kartı qeydiyyatdan keçirərək, sonuncunun mobil telefonunda ***-***-**-** nömrəsinin «WhatsApp» mobil tətbiqini açmış, bundan sonra xx.xx.2023-cü il tarixdə «günel_agayefha» adlı səhifəsinə sevgi münasibətində olduğu xanımın «WhatsApp» mobil tətbiqini izləmək istəməsi barədə müraciət edən Zərərçəkmiş şəxs2 izləmək istədiyi şəxsin mobil nömrəsini və 60 manat pulu ona deyilən kart hesabına göndərməsini dedikdən sonra, sonuncu xx.xx.2023-cü il tarixdə, tanışına məxsus «ABB» bank kartının hesabından Təqsirləndirilən şəxs1 ona göndərdiyi 4169 7388 6910 0234 nömrəli kart hesabına 60 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin o, Zərərçəkmiş şəxs2 aldadaraq ona istədiyi tətbiqi izləmək üçün hər hansı proqram linki göndərməmiş, əksinə aralarında olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək həmin yazışmaları göndərməmək üçün Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində sonuncunun yaşadığı ünvan 1 ünvanında olan zaman 400 manat pul tələb etdiyindən, Zərərçəkmiş şəxs2 həmin gün tanışının vasitəsi ilə «ABB» bank kartının hesabından Təqsirləndirilən şəxs2nm adma 4169 7388 6910 0234 nömrəli kart hesabına göndərdiyi 400 manat məbləğində əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını talamışlar. Bundan əlavə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 məxsus «Blackview» markalı mobil telefonda «İnstagram» sosial şəbəkəsində «günel_agayefha», adlı səhifə açaraq, həmin səhifədə «WhatsApp» mobil tətbiqində olan nömrələrin gizli izlənməsi barədə elan yerləşdirib həmin səhifənin bir nüsxəsini özünə məxsus «Xiaomi» markalı mobil telefonunda açaraq «Kapital Bank»dan Təqsirləndirilən şəxs2nm adma 4169 7388 6910 0234 nömrəli bank kartı almaqla kartı özündə saxlamış, Təqsirləndirilən şəxs2nm mobil telefonundaki «Birbank» tətbiqində həmin kartı qeydiyyatdan keçirərək, sonuncunun mobil telefonunda ***-***-**-** nömrəsinin «WhatsApp» mobil tətbiqini açmış, bundan sonra xx.xx.2023-cii il tarixdə «günel_agayefha» adlı səhifəsinə arvadının «WhatsApp» mobil tətbiqini izləmək istəməsi barədə müraciət edən Zərərçəkmiş şəxs4 izləmək istədiyi şəxsin mobil nömrəsini və 60 manat pulu ona deyilən kart hesabına göndərməsini dedikdən sonra, sonuncu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndə olduğu zaman xx.xx.2023-cü il tarixdə, saat 14:18-də özünə məxsus «Kapital Bank» bank kartının hesabından «Birbank» tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs1 ona göndərdiyi 4169 7388 6910 0234 nömrəli kart hesabına 30 manat, həmin yerdə eyni vasitə ilə saat 15:10-da həmin kart hesabına 30 manat olmaqla, ümumilikdə 60 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin o, Zərərçəkmiş şəxs4 aldadaraq ona istədiyi tətbiqi izləmək üçün hər hansı proqram linki göndərməmiş, əksinə aralarında olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək həmin yazışmaları göndərməmək üçün Zərərçəkmiş şəxs4 həmin gün 250 manat pulu hədə-qorxu ilə tələb etmiş, sonuncu həmin pulu göndərmədiyindən yazışmaları qarşı tərəfə göndərərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 rüsvay edilməsinə nail olmuşlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 məxsus «Blackview» markalı mobil telefonda «İnstagram» sosial şəbəkəsində «günel_agayefha» adlı səhifə açaraq, həmin səhifədə «WhatsApp» mobil tətbiqində olan nömrələrin gizli izlənməsi barədə elan yerləşdirib həmin səhifənin bir nüsxəsini özünə məxsus «Xiaomi» markalı mobil telefonunda açaraq «Kapital Bank»dan Təqsirləndirilən şəxs2nm adına 4169 7388 6910 0234 nömrəli bank kartı almaqla kartı özündə saxlamış, Təqsirləndirilən şəxs2nm mobil telefonundaki «Birbank» tətbiqində həmin kartı qeydiyyatdan keçirərək, sonuncunun mobil telefonunda ***-***-**-** nömrəsinin «WhatsApp» mobil tətbiqini açmış, bundan sonra xx.xx.2023-cü il tarixdə «giinel_agayefha» adlı səhifəsinə xanım qohumunun «WhatsApp» mobil tətbiqini izləmək istəməsi barədə müraciət edən Zərərçəkmiş şəxs3 izləmək istədiyi şəxsin mobil nömrəsini və 60 manat pulu ona deyilən kart hesabına göndərməsini dedikdən sonra, sonuncu yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivində yerləşən fərdi yaşayış evində xx.xx.2023-cü il tarixdə, tanışına məxsus «ABB» bank kartının hesabından Təqsirləndirilən şəxs1 ona göndərdiyi 4169 7388 6910 0234 nömrəli kart hesabına 60 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin o, İbrahim İbrahimıini aldadaraq ona istədiyi tətbiqi izləmək üçün hər hansı proqram linki göndərməmiş, əksinə aralarında olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək həmin yazışmaları göndərməmək üçün Zərərçəkmiş şəxs3 həmin gün 200 manat pulu hədə-qorxu ilə tələb etmiş, sonuncu həmin pulu göndərmədiyindən yazışmaları qarşı tərəfə göndərərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 rüsvay edilməsinə nail olmuşlar. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə 2022-ci ildə “instagram” sosial şəbəkəsində tanış olmuşlar. Tanış olduqdan sonra müəyyən münasibəti olmuş və 2022-ci ilin sentyabr ayında Sumqayıt şəhərinə köçmüşlər. Kirayə ev tutmuş və birlikdə yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs1 sosial şəbəkədə proqramist idi. “Whatsapp” mobil tətbiqindən insanların şəxsi məlumatlarını, mesajlarını izləməyi o göstərmişdi. Onlar sadəcə proqramın linkini müştərilərə atırdıq onlarda nömrəni onlara yazırdı. Amma o, bu işlə məşğul olmağın qanunsuz olduğunu bilmirdi. Bu işdən gələn pul onun kartına göndərilirdi. Bu kart onda əvvəldən olmuşdur. “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs1 tərəfindən “Günel Ağayeva” adlı saxta istifadəçi adı onun telefonunda açılmışdır. “Whatsapp” mobil tətbiqindən mesajlarını izləməyi əvvəllər görməmişdir, Təqsirləndirilən şəxs1 ona göstərdikdən sonra öyrənmişdir. Belə ki, sosyal şəbəkədə reklam yerləşdirmə işinə o baxmamışdır. Təqsirləndirilən şəxs1 bu işlə məşğul olurdu. Adətən bu işi 60 manata görürdü. Müştərilərdən göndərilən pul ona məxsus olan kartda qalırdı. Karta atılan 150 manatı görməmişdir. Müştərilərin heç birini tanımamışdır. Zərərçəkmiş şəxs2 gələn 60 manatdan xəbəri var idi. Amma hədə-qorxu ilə tələb olunan 400 manatı görməmişdir. Zərərçəkmiş şəxs4 2 dəfə ayrı-ayrı 30 manat karta pul göndərdiyini görmüşdür. Hədə-qorxu ilə tələb olunan pulun göndərilməməsi və buna görə rüsvayedici mesajların göndərilməsi barədə məlumatı yoxdur. Məhkəməyədək icraat zamanı psixoloji təzyiqə məruz qalmışdır. Təqsirləndirilən şəxs1 isə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə sosial şəbəkədə tanış olmuş və son bir ildir ki, Mirhüseynlə qeyri-rəsmi olaraq Sumqayıt şəhəri ərazisində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Hazırda isə onlar Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində kirayədə yaşayırlar. Təxminən 4-5 ay bundan əvvəl Mirhüseyn ona bildirmişdir ki, «İnstagram» sosial şəbəkəsində bir səhifə açaraq, «Whatsap» nömrələrinin gizli izlənməsi barədə elan yerləşdirib, müxtəlif şəxsləri bu yolla aldadaraq pullarını ələ keçirəcəkdir. Mirhüseyn bu işdə ona köməklik etməsini təklif etmiş və o, razılaşmışdır. Həmin ərəfədə Mirhüseyn ona məxsus «Samsung A95» markalı mobil telefonda «İnstagram» sosial şəbəkəsində «gunel_agayefha» adlı ona bir səhifə açmış və həmin səhifədə «Whatsap» nömrələrinin gizli izlənməsi barədə elan yerləşdirmişdir. Həmçinin həmin səhifənin bir nüsxəsi də Mirhüseynə özünə məxsus «Redmi» markalı mobil telefonda açmışdır. Mirhüseyn həmin vaxt «Kapital Bank»dan onun adma 4169 7388 6910 0234 nömrəli bank kartı alaraq kartı özündə saxlamış, onun mobil telefonundakı «Birbank» tətbiqində isə həmin kartı qeydiyyatdan keçirmiş, sonra onun mobil telefonunda Mirhüseyn 051 ***-**-** nömrəsinin «Whatsap»ın açmışdır. Bundan sonra Mirhüseyn və o, işlətdikləri «gunel_agayefha» adlı səhifədən onlara yazan müxtəlif şəxslərlə danışıb, onlara istifadə etdiyi 051 ***-**-** «Whatsap» nömrəsini vermiş və həmin şəxslərdən «Whatsap» nömrəsini gizli izləmək istədikləri şəxsin nömrələrini alaraq guya onlara proqram göndərəcəkləri adı ilə onlardan 30-60 AZN arası pullar almışlar. Həmin şəxslər bütün bu pulları onun adma olan «Kapital Bank»ın 4169 7388 6910 0234 nömrəli kart hesabına göndərmiş, daha sonra o, mobil telefonunda olan «Birbank» tətbiqi vasitəsilə həmin karta gələn pulları Mirhüseynin digər bank kartlarına göndərmiş, sonuncu həmin pulları özü gedib bankomatdan çıxarmışdır. Bundan başqa bəzi şəxslərdən ilkin 30-60 AZN pul aldıqdan sonra onlarla olan yazışmalarını onların nömrəsini gizli izləmək istədikləri şəxsə göndərəcəkləri hədəsi ilə şantaj edərək əlavə olaraq yüksək məbləğlərdə pullar tələb etmişlər. Həmin şəxslərin çoxu da 100-500 manat arası onun kart hesabına əlavə pullar göndərirmişlər ki, həmin yazışmaları nömrəsini izləmək istədikləri şəxsə göndərməsinlər. Lakin həmin şəxslərdən bəziləri bu şantaja inanmayaraq əlavə tələb etdikləri pulu göndərməmiş, buna görə də onlarla olan yazışmalarının şəklini nömrəsini gizli izləmək istədikləri şəxslərə göndərərək onları biabır etmişlər. xx.xx.2023-cü il tarixdə bu cür qaydada «gunel_agayefha» adlı səhifəyə müraciət edən sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs1 Mirhüseyn izləmək istədiyi şəxsin mobil nömrəsini və 50 manat pulu göndərdikdən sonra bir proqram linki göndərəcəyini və bundan sonra həmin nömrəni gizli izləyə biləcəyini, həmin pulu ona məxsus «Kapital Bank»ın 4169 7388 6910 0234 nömrəli kartına göndərməsini dediyi üçün Zərərçəkmiş şəxs1 inanaraq xx.xx.2023-cü il tarixdə Mirhüseynin göndərdiyi həmin kart hesabına 50 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmişdir. X9 Qasımzadəyə heç bir proqram linki göndərmədən onu aldadıb bu barədə olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onu biabır edəcəyini bildirmiş, həmin şəxsə bu mesajları göndərməmək üçün hədə-qorxu gələrək əlavə olaraq 150 manat pul tələb etdiyindən, Zərərçəkmiş şəxs1 eyni qayda ilə onun kart hesabına 150 manat pul göndərmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə bu cür qaydada «gunel_agayefha» adlı səhifəyə onlara müraciət edən sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs2 Mirhüseyn izləmək istədiyi şəxsin mobil nömrəsini və 60 manat pulu Mirhüseynə göndərdikdən sonra bir proqram linki göndərəcəyini və bundan sonra həmin nömrəni gizli izləyə biləcəyini, həmin pulu «Kapital Bank»ın 4169 7388 6910 0234 nömrəli kartına göndərməsini dediyi üçün Zərərçəkmiş şəxs2 ona inanaraq həmin gün göndərdiyi həmin kart hesabına 60 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin Mirhüseyn, Zərərçəkmiş şəxs2 heç bir proqram linki göndərmədən aldatmış, bu barədə olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onu biabır edəcəyini bildirmiş, həmin şəxsə bu mesajları göndərməmək üçün hədə-qorxu gələrək Zərərçəkmiş şəxs2 əlavə olaraq 400 manat pul tələb etdiyindən, Zərərçəkmiş şəxs2 eyni qayda ilə həmin kart hesabına 400 manat pul göndərmişdir. Bundan başqa, xx.xx.2023-cti il tarixdə bu cür qaydada «gunel_agayefha» adlı səhifəyə onlara müraciət edən sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs3 Mirhüseyn izləmək istədiyi şəxsin mobil nömrəsini və 60 manat pulu ona göndərdikdən sonra bir proqram linki göndərəcəyini və bundan sonra həmin nömrəni gizli izləyə biləcəyini, həmin pulu ona məxsus «Kapital Bank»ın 4169 7388 6910 0234 nömrəli kartına göndərməsini dediyi üçün Zərərçəkmiş şəxs3 inanaraq həmin tarixdə Mirhiiseynin göndərdiyi həmin kart hesabına 60 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin Mirhüseyn Zərərçəkmiş şəxs3 heç bir proqram linki göndərmədən onu aldatmış, bu barədə olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onu biabır edəcəyini bildirmiş, həmin şəxsə bu mesajları göndərməmək üçün hədə- qorxu gələrək ondan əlavə olaraq 200 manat pul tələb etmişdir. Həmin şəxs Mirhüseynə 200 manat pulu göndərmədiyindən, o Zərərçəkmiş şəxs3 izləmək istədiyi tanışına aralarında olan yazışmalarının şəklini ataraq onu biabır etmişdir. Həmçinin bildirmişdir ki, aldatdıqları və hədə-qorxu ilə pullarını tələb etdikləri şəxslərin hamısı ilə Mirhüseyn və o, telefonla mesajlaşmış, onların heç birini o və Mirhüseyn görməmiş, heç biri ilə görüşməmişlər. Onun Mirhiiseynin bütün bu danışıqlarından, yazışmalarından məlumatı olmuş, onun yanında həmin şəxslərlə yazışıb, danışmışdır. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində həmin pulların hamısına Mirhüseynin nəzarət etdiyini, ona isə lazım olduğu məbləğdə xərcləmək üçün pul verdiyini, vətəndaşlardan dələduzluq və hədə- qorxu ilə aldıqları pulların hamısı onun adına olan «Kapital Bank»ın 4169 7388 6910 0234 nömrəli kart hesabına, sonra isə Mirhüseyn həmin kart hesabından pulları özünə məxsus digər bank kartlarına və özünə məxsus «M 10» hesabına göndərərək, həmin hesablardan nağdlaşdırdığım, ümumilikdə həmin vətəndaşların dəqiq sayını bilmədiyini, lakin təxminən 4-5 ay ərzində hər gün 10 nəfərə yaxın vətəndaşı bu yolla aldatdıqlarını, pullarını ələ keçirdiklərini, həmçinin ümumilikdə həmin şəxslərdən nə qədər məbləğdə pul əldə etdiklərini bilmədiyini, saxlanılarkən ona qarşı heç kim tərəfindən heç bir psixi və ya fiziki zor tətbiq edilmədiyini, heç bir hüququnun pozulmadığını, saxlanılarkən Mirhüseynlə birlikdə saxlanılıb polisə aparıldığını, həmin müddət ərzində də onun Mirhüseynə qarşı kiminsə tərəfindən hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməsini, döyülməsini görmədiyini bildirmişdir. 24 aprel 2024-cü il tarixində Təqsirləndirilən şəxs2 dindirilən zaman ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək cinayət hadisəsini Təqsirləndirilən şəxs1 törətdiyini, kart onun adına olduğundan heç kimə şikayət etmədiyini, bundan başqa Təqsirləndirilən şəxs1 onun lüt şəkillərini yayacağı ilə hədələdiyindən hadisə barədə heç kimə məlumat vermədiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 155-158, Cild 2, iş vərəqləri 203-206) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, “İnstagram” sosial şəbəkəsində mütəxəssis olmuş, Təqsirləndirilən şəxs2 ilə orada tanış olmuşlar. Həmin vaxt Səyalı onun səhifəsini izləyir, o da onun paylaşımlarını izləyirdi. Bir gün Təqsirləndirilən şəxs2 səhifəsində paylaşım etmiş, o da onun köməyə ehtiyacı olduğunu görüb ona yazmışdır. Onu narahat edən şəxslərin “İnstagram” sosial şəbəkəsində olan səhifələrini bağlamışdır. Daha sonra münasibətləri yaranmış və 2022-ci ildə Sumqayıt şəhərində birlikdə yaşamağa başlamışlar. Bu işə başlayarkən ilk öncə səhifəsinə reklamlar hazırlayıb yerləşdirirdi. Reklamın qiyməti 15 dollar idi. Daha sonra müştərilər yazmağa başlamışdır. Göstərilən xidmətdən razı qalmışdılar. Lakin bu əməlin qanunsuz olduğunu bilməmişdir. Qurduğu proqram sayəsində 2 telefondan 1 “Whatsapp” mobil tətbiqində olan məlumatları izləmək mümkündür. O, müştərilərin heç birini tanımamışdır. Kart hesabına göndərilən 60 manatdan xəbəri vardır. Amma tələb olunan 400 manatdan xəbəri olmamışdır. İbrahim İbrahimovdan 60 manat alınıb, 200 manat tələb olunmamışdır. Eyni kartdan eyni kart hesabına atılmış 150 manatdan xəbəri olmamışdır. Müştərilərlə yazışmaları Təqsirləndirilən şəxs2 aparmışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə sosial şəbəkədə tanış olmuş və son bir ildir ki, Səyalı ilə qeyri-rəsmi olaraq Sumqayıt şəhəri ərazisində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Hazırda isə onlar Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində kirayədə yaşamışlar. O, «İnstagram» sosial şəbəkəsində oğurlanmış və şifrəsi unudulmuş hesabları bərpa etməklə pul qazanmış, lakin maddi cəhətdən çətinlik çəkdiyindən 1-ci qrup Qarabağ qazisi olan atasının müalicə xərclərini ödəyə bilmədiyi üçün asan yolla pul qazanmaq yolu axtarmış, buna görə də sosial şəbəkədə saxta səhifə açaraq, «Whatsap» nömrələrinin gizli izlənməsi barədə elan yerləşdirib, vətəndaşları aldadaraq onlardan bunun müqabilində müxtəlif məbləğlərdə pul almaq qərarına gəlmiş, bu barədə Səyalıya təklif etmiş sonuncu da razılaşmışdır. Təxminən 3-4 ay bundan əvvəl Səyalının işlətdiyi «Samsung A95» markalı mobil telefonda «İnstagram» sosial şəbəkəsində «gunel_agayefha» adlı bir səhifə açmış və həmin səhifədə «Whatsap» nömrələrinin gizli izlənməsi barədə elan yerləşdirmişdir. Həmçinin həmin səhifənin bir nüsxəsini də özünə məxsus «İphone 14 Pro Max» markalı mobil telefonda açmış, həmin vaxt «Kapital Bank»dan Səyalının adma 4169 7388 6910 0234 nömrəli bank kartı alaraq kartı özündə saxlamış, Səyalının mobil telefonundaki «Birbank» tətbiqində isə həmin kartı qeydiyyatdan keçirmiş, həmçinin internetdən saxta 051 ***-**-** nömrəsini alaraq Səyalının mobil telefonunda həmin nömrənin «Whatsap»ın açmışdır ki, görəcəkləri dələduzluq işi ilə bağlı həmin nömrədən istifadə etsinlər. Bundan sonra o və Səyalı işlətdikləri «gunel_agayefha» adlı səhifədən onlara yazan müxtəlif şəxslərlə danışıb, onlara Səyalının istifadə etdiyi 051 ***-**-** «Whatsap» nömrəsini vermişlər və həmin şəxslərdən «Whatsap» nömrəsini gizli izləmək istədikləri şəxsin nömrələrini alıb, guya onlara proqram göndərəcəkləri adı ilə onlardan 30-60 AZN arası pullar almışlar. Həmin şəxslər bütün pulları Səyalının adma olan «Kapital Bank»ın 4169 7388 6910 0234 nömrəli kart hesabına göndərmiş, o isə Səyalının mobil telefonunda olan «Birbank» tətbiqi vasitəsilə həmin karta gələn pulları özünə məxsus digər bank kartlarına, həmçinin özünə məxsus ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi «M 10» hesabına göndərib, sonradan isə bankomatlar vasitəsilə əldə etdikəri pulları nağdlaşdırmışdır. Bundan başqa bəzi şəxslərdən ilkin 30-60 AZN pul aldıqdan sonra onlarla olan yazışmalarını onların nömrəsini gizli izləmək istədikləri şəxsə göndərəcəkləri hədəsi ilə onları şantaj edərək onlardan əlavə olaraq yüksək məbləğlərdə pullar tələb etmişlər. Həmin şəxslərin çoxu da 100-500 manat arası Səyalının kart hesabına əlavə pullar göndərmişlər ki, həmin yazışmaları nömrəsini izləmək istədikləri şəxsə göndərməsinlər. Lakin həmin şəxslərdən bəziləri bu şantajlarına inanmayaraq əlavə tələb etdikləri pulu göndərmədiklərindən, buna görə də onlarla olan yazışmaların şəklini nömrəsini gizli izləmək istədikləri şəxslərə göndərərək onları biabır’etmişlər. xx.xx.2023-cü il tarixdə bu cür qaydada «gunel_agayefha» adlı səhifəyə onlara müraciət edən sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs1 izləmək istədiyi şəxsin mobil nömrəsini və 50 manat pulu ona göndərdikdən sonra bir proqram linki göndərəcəyini və bundan sonra həmin nömrəni gizli izləyə biləcəyini, həmin pulu Səyalının adma olan ona məxsus «Kapital Bank»ın 4169 7388 6910 0234 nömrəli karta göndərməsini dediyi üçün Zərərçəkmiş şəxs1 ona inanaraq həmin kart hesabına 50 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin o, Zərərçəkmiş şəxs1 heç bir proqram linki göndərmədən aldadıb bu barədə olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək biabır edəcəyini bildirmiş, həmin mesajları göndərməmək üçün hədəqorxu gələrək Zərərçəkmiş şəxs1 əlavə olaraq 150 manat pul tələb etmişdir. Zərərçəkmiş şəxs1 eyni qayda ilə onun göndərdiyi kart hesabına 150 manat pul göndərmiş, bundan başqa, xx.xx.2023-cü il tarixdə bu cür qaydada «gunel_agayefha» adlı səhifəyə bizə müraciət edən sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs2 izləmək istədiyi şəxsin mobil nömrəsini və 60 manat pulu ona göndərdikdən sonra bir proqram linki göndərəcəyini və bundan sonra həmin nömrəni gizli izləyə biləcəyini, həmin pulu «Kapital Bank»ın 4169 7388 6910 0234 nömrəli karta göndərməsini dediyi üçün Zərərçəkmiş şəxs2 ona inanaraq həmin gün onun göndərdiyi həmin kart hesabına 60 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin o, Zərərçəkmiş şəxs2 heç bir proqram linki göndərmədən aldadıb bu barədə olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onu biabır edəcəyini bildirmiş, bu mesajları göndərməmək üçün hədə-qorxu gələrək Zərərçəkmiş şəxs2 əlavə olaraq 400 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs2 eyni qayda ilə həmin kart hesabına 400 manat pul göndərmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə bu cür qaydada «gunel_agayefha» adlı səhifəyə bizə müraciət edən sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs3 izləmək istədiyi şəxsin mobil nömrəsini və 60 manat pulu ona göndərdikdən sonra bir proqram linki göndərəcəyini və bundan sonra həmin nömrəni gizli izləyə biləcəyini, həmin pulu «Kapital Bank»ın 4169 7388 6910 0234 nömrəli kartına göndərməsini dediyi üçün Zərərçəkmiş şəxs3 ona inanaraq həmin tarixdə onun göndərdiyi həmin kart hesabına 60 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin o, sonuncuya heç bir proqram linki göndərmədən aldadıb bu barədə olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək biabır edəcəyimi bildirmiş, həmin şəxsə bu mesajları göndərməmək üçün hədə-qorxu gələrək ondan əlavə olaraq 200 manat pul tələb etmiş, sonuncu ona 200 manat pulu göndərmədiyindən, o, İ.îbrahimlinin izləmək istədiyi tanışına aralarında olan yazışmalarının şəklini ataraq onu biabır etmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində aldatdığı və hədə-qorxu ilə pullarını tələb etdiyi şəxslərin hamısı ilə mesajlaşsalar da, onların heç birini o və Təqsirləndirilən şəxs2 görmədiyini, heç biri ilə görüşmədiklərini, Səyalının onun bütün bu danışıqlarında, yazışmalarında iştirak etdiyini, hər şeydən məlumatının olmadığını, Səyalı ilə birlikdə həmin şəxslərlə yazışıb, danışdığını, həmin pulların hamısına özünün nəzarət etdiyini, əldə etdikləri pullarla qaldıqları evin kirayə pulunu, gündəlik yemək xərclərini ödədiyini, həmçinin Səyalıya da geyim və digər xərcləri üçün müxtəlif məbləğlərdə pullar verdiyini, həmçinin əldə etdikləri pulların bir hissəsini də dələduzluqla məşğul olduqları səhifənin reklam olunması üçün xərclədiyini, ümumilikdə vətəndaşların dəqiq sayını bilmədiyini, lakin təxminən 3-4 ay ərzində hər gün 3-4 nəfərə yaxın vətəndaşı bu yolla aldadaraq pullarını ələ keçirdiklərini, həmçinin ümumilikdə həmin şəxslərdən nə qədər məbləğdə pul əldə etdiklərini bilmədiyini, həmin vətəndaşlardan dələduzluq və şantaj yolu ilə əldə etdikləri pullardan hazırda 1700 manatın onun «M 10» hesabımda olduğunu, əlavə olaraq digər bank kartlarının onda olduğunu deyərək onları təqdim etdiyini, saxlanılan zaman ona qarşı heç kim tərəfindən heç bir psixi və ya fiziki zor tətbiq edilməyini, heç bir hüququn pozulmadığını bildirmişdir. 24 aprel 2024-cü il tarixində Təqsirləndirilən şəxs1 dindirilən zaman ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək cinayət hadisəsini törətmədiyini, heç kimi şantaj etmədiyini, bütün şəxsləri Təqsirləndirilən şəxs2 etdiyini, ilkin ifadəsini təzyiq altında verdiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 168-171, Cild 2, iş vərəqləri, 181-184) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, “İnstagram” sosial şəbəkəsində Günel Ağayeva adında bir səhifə görmüşdür. “Whatsapp” mobil tətbiqi ilə olan yazışmaların izlənilməsi ilə bağlı paylaşım olunmuşdu. Bu da onun diqqətini çəkmişdir. Onlarla əlaqə saxlamışdır. Aysel adlı şəxsin “Whatsapp” mobil tətbiqi ilə olan yazışmalarını öyrənmək istədiyi üçün müraciət etmişdir. Xanım dostu idi. Daha sonra ödənişi eləmiş və dostunun mobil nömrəsini vermişdir. Daha sonra ondan əlavə 200 manat pul karta atmağını istəmişlər. Əks halda onlarla bu barədə olan mesajlarını Aysel adlı şəxsə göndərib, onu biabır edəcəklərini bildirmişlər. İlk dəfə müraciət edən zaman 60 manat köçürmüş, daha sonra əlavə 200 manat hədə-qorxu ilə tələb olunmuşdur. Aysel adlı şəxs ilə bağlı heç bir məlumat əldə olunmamış, ona da heç bir şey göndərilməmişdir. Şikayəti daha çox ona qarşı işlənilən nalayiq, təhqiredici sözlərə və söyüşlərə görə olmuşdur. Hazırda heç bir şikayəti yoxdur. Barışıq əldə olunmuş, lakin pul ödənilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, “İnstagram” sosial şəbəkəsində Günel Ağayeva adında bir səhifə görmüşdür. “Whatsapp” mobil tətbiqi ilə olan yazışmalarının izlənilməsi ilə bağlı paylaşım olunmuşdu. Onlarla əlaqə saxlamışdır. Səma adlı şəxsin “Whatsapp” mobil tətbiqi ilə olan yazşmalarını öyrənmək istədiyi üçün müraciət etmişdir. Qarşı tərəfə Səma adlı şəxsin nömrəsini verdiyi an hədə-qorxuya məruz qalmışdır. Səma adlı şəxsin “Whatsapp” mobil tətbiqi ilə olan yazışmalarını öyrənmək istəyirdi. Onlarla danışmış, yarım saat sonra 150 manat tələb olunmuşdur. Ümumilikdə 200 manat dəymişdir, 50 manat ilk ödəniş olunmuş, 150 manat isə hədə-qorxu ilə tələb edilmişdir. Hal-hazırda dəymiş ziyan ödənilmişdir və hər iki şəxslə barışıq əldə olunmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, hadisə digər zərərçəkmiş şəxslərdə olduğu kimi baş vermişdir. İlk öncə “İnstagram” sosial şəbəkəsində Günel Ağayeva adlı səhifə ilə əlaqə saxlamışdır. Rəfiqə adlı şəxsin “Whatsapp” mobil tətbiqi ilə olan yazışmalarının izlənilməsini istəyirdi. İlk öncə 60 manat, yəni 30 manat bir, 30 manat ayrı göndərmişdir. Daha sonra 250 manat hədə-qorxu ilə tələb olunmuşdur. Əgər pul atmasa qarşı tərəfə 10 dəqiqə ərzində məlumat veriləcəyini bildirmişlər. O, pulu atmamı. və qarşı tərəf mesajları Rəfiqə adlı şəxsə göndərmişdir. Telefonda əlaqə saxladığı şəxs kişi səsi idi. İstintaq orqanında bunu müstəntiqə bildirmişdir. Onun əsas şikayəti itirdiyi 60 manat pula görə deyil, daha çox hədə-qorxu və işlədilən söyüşə görə olmuşdur. Barışıq əldə olunmuşdur. Dəymiş ziyan ödənilməmişdir, lakin şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, “İnstagram” sosial şəbəkəsində Günel Ağayeva adında bir səhifə ilə əlaqə saxlamışdır. Bir səhifənin geri alınması üçün, bir də Nigar adlı şəxsin “Whatsapp” mobil tətbiqi ilə olan yazışmalarının izlənilməsini öyrənmək istədiyi üçün müraciət etmişdir. İlk öncə 50 manat ödəniş etmişdir. Daha sonra hədə-qorxu il 350 manat tələb olunmuşdur. Əgər artıq ödəniş etməsə Nigar adlı şəxsə bununla bağlı məlumat veriləcəyi bildirilmişdir. Ümumilikdə 400 manat tələb olunmuşdur. Hal-hazırda barışıq əldə olunmuşdur. Heç bir şəxsdən şikayətçi deyil. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" ASC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskdə 02 ədəd fayl görünür. Birinci fayla daxil olduqda Təqsirləndirilən şəxs1 məxsus 4613 8602 0536 2021 nömrəli kart hesabına daxil olun məbləğlər göstərilmişdir. Həmin faylda qeyd olunan kart hesabına daxil olan müxtəlif məbləğlər qeyd olunmuş, ancaq hansı mənbədən həmin pulun göndərilməsi qeyd olunmamışdır. İkinci fayla daxil olduqda Təqsirləndirilən şəxs1 məxsus 4613 8602 0536 2021 nömrəli kart hesabına göndərilən məbləğlər və həmin pulların hara xərclənməsi barədə məlumatlar qeyd olunmuşdur. (Cild 2, iş vərəqləri 110-112) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Vahid Məlumat-Axtarış sistemindən götürülmüş məlumatdan görünür ki, ***-***-**-**, 050- ***-**-** və ***-***-**-** mobil telefon nömrələri Təqsirləndirilən şəxs1 adına, ***-***-**-** mobil telefon nömrəsi isə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmişdir. (Cild 1, iş vərəqləri 248-250) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş çıxarışdan görünür ki, X1 məxsus kartlara Təqsirləndirilən şəxs2 məxsus kartdan dəfələrlə və mütamadi olaraq müxtəlif məbləğlərdə pullar köçürülmüşdür. (Cild 2, iş vərəqləri 65-74) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 06 fevral 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan diskdə 9 ədəd şəkil, 01 ədə faylda isə səs yazısı vardır. Şəkillərə baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs4 ***-***-**-** mobil telefon nömrəsinin vatsapp tətbiqi ilə yazışaraq izləmək istədiyi şəxsin telefon nömrəsini yazmış, bunun üçün xidmət haqqı olaraq 2 dəfəyə ümumilikdə 60 manat pulu 4169-73******0234 nömrəli kart hesabına göndərmiş, daha sonra onunla yazışan şəxs həmin yazışmaları əks tərəfə atmaması müqabilində ondan pul istəmiş, Zərərçəkmiş şəxs4 isə həmin pulu vermədikdə yazışmaları sonuncunu izləmək istədiyi şəxsin vatsapp tətbiqinə göndərmişdir. Səs yazısına qulaq asdıqda 10 saniyədən ibarət olması görünür, həmin səs yazısında kişi cinsli şəxs “bax uzatmağı sevmirəm ya həmin karta 200 azn at söhbəti bağlıyaq yada mən sizin bütün yazışmaları atacam qarşı tərəfə hə ya yox bir kəlmə uzatma” deyir. (Cild 1, iş vərəqləri 8- 18) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 10 yanvar 2024-cü il tarixli “Blackview” markalı telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefonun şəkillər bölməsinə daxil olan zaman bir neçə ekrandan çəkilmiş şəkillər görünür ki, həmin şəkillərdə kiminsə telefon nömrəsi ilə Vatsapp tətbiqinin izlənməsinə dair yazışmalar vardır. Bundan başqa həmin şəkillərdə vatsapp, ümumi və instagram izləmə ilə bağlı elanları əks etdirən şəkillər görünür. Telefonun video və digər bölmələrinə daxil olan zaman iş üçün əhəmiyyət kəsb edən sübut aşkar edilmədi. Bundan sonra tərəfimdən telefonda silinmiş faylları bərpa etmək üçün həmin telefona “Veri kurtarıcı” adlı proqram yazıldı. Həmin proqram vasitəsi ilə telefonda olmuş şəkillər bərpa edildi. Şəkillər bərpa ediləndən sonra müxtəlif şəxslərə vatsapp və instagram tətbiqində izləmə ilə bağlı yazışmalar göründü. Həmin yazışmaların mətnindən görünür ki, telefon sahibi müxtəlif şəxslərdən izləmə ilə bağlı ilk öncə müəyyən məbləğlərdə pul kartına göndərtdirir, daha sonra izlənmək istəyən şəxsin nömrəsini istəyib müştəridən əldə edir, daha sonra isə izlənənə izlənməsi barədə məlumat verməmək üçün müştəridən müəyyən məbləğlərdə pullar tələb edir. Bundan başqa həmin şəkillərdən görünür ki, telefon sahibi hədə qorxu ilə əlavə tələb etdiyi pul müştəri tərəfindən ona göndərilmədiyi təqdirdə müştəri ilə danışığı mətni ekran şəkli kimi çəkərək izlənməsi üçün müştərinin verdiyi nömrəyə göndərib bu barədə məlumat verir. (Cild 1, iş vərəqləri 288-300) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 06 yanvar 2024-cü il tarixli İphone 14 promax markalı telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan telefonda ***-***-**-** mobil telefon nömrəsi istifadə edilmişdir. Telefonun Vatsapp tətbiqinə daxil olan zaman müxtəlif şəxslərlə danışıqlar və yazışmalar görünür. Vatsapp tətbiqində ***-***-**-** mobil telefon nömrəsi ilə yazışmasına baxan zaman iş üçün əhəmiyyət kəsb edən hallar aşkar olunur. * Həmin yazışmada aşağıdakılar aşkar olundu. Həmin yazışmalarda ***-***-**-** mobil telefon nömrəsinin yazdıqları 1 nömrə ilə, Mirhüseyn Məcidovun yazdıqları isə 2 nömrə ilə işarələndi. “2. Salam; 1. Salam; 2. yoldaşımı izləmək istəyirəm necə edək, ***-***-**-**, izləmək istəyirəm;
1. salam, əks tərəfin xəbəri olamdan nömrəni verirsiz biz sistemə daxil olub link yaradıb sizə göndəririk siz ona gələn səs yazılarını mesajları videoları şəkilləri hamısını görürsünüz. Sesli zenglerde kontakt hamısı daxildir, 200 azn; 2. ödeniş evveldir?; 1. Hee;
2. necə guvenim size; 1. evezinde acıq verim; 2. yaxsi, karti atin; 1.**********10; 2. odenisi edim başlayaq duz kartı at; 1. bambılıq eləmə; 2. Yaxsı; 1. kartda 26 var deyesen gözlə her; 2. 4127 2141 2172 5003 nömrəli kart hesabı göndərilir və səs göndərilərək bütün ödənişləri həmin karta göndərməsini bildirir; 1.4 saniyədən ibarət ona hansısa qadın tərəfindən göndərilmiş səs yazısını göndərir. Həmin səs yazısında qadın ağlaya-ağlaya “qurban olum, niyə belə elədinki, niyə belə elədinki, niyə pislik etdinki mənə” deyir. 350 demişəm atar inşallah; 2. ay blə insaşallah atar; 1. yalandan ağliyir belkede; 2.nə qeseyde deyr e; 1. men yazix nagardim ki, axsam işin bitən kimi çabuk gel neçə gündü qalmırsan burda; 2. Yaxşı” Qeyd olunan yazışmalardan belə nəticəyə gəlmək olar ki, ***-***-**-** mobil telefon nömrəsini istifadə edib Təqsirləndirilən şəxs1ə yazan şəxs Təqsirləndirilən şəxs2dır. Təqsirləndirilən şəxs2 özü də hansısa şəxslə əlaqə saxlayıb izləmə barədə danışmış, daha sonra həmin şəxsə hədə-qorxu gəlmiş, həmin şəxsin ona göndərdiyi səs yazısını isə Mirhüseyn Məcidova göndərmişdir. Bundan başqa Watsapp tətbiqində ***-***-**-** mobil telefon nömrəsi ilə yazışmasına baxan zaman iş üçün əhəmiyyət kəsb edən hallar aşkar olunur. Həmin yazışmaların əvvələri Təqsirləndirilən şəxs1, Səyalı Nəcibova ilə şəxsi yazışmalarıdır. X4 yazaraq neçə vaxtdı hansı kartla işlədik düşündün heç? sualını verir, Mirhüseyn isə əvəzin necə lazımdır vermişəm, işlə təmin etmişəm səni yazır. Daha sonra yenidən şəxsi yazışmalar görünür. Bundan sonra Mirhüseyn, Səyalıya 12 saniyədən ibarət proqram vasitəsi ilə dəyişdirilmiş səs göndərir. Həmin səs yazısında “bax, uzatmağı sevmirəm, ya bu kartda 250 manat atırsan söhbəti bağlayaq, ya da bütün mesajları atacam qarşı tərəfə, hə ya yox, uzatma uzatmaa” səsi eşidilir. X8 kart göndərib həmin karta pulu atmasını deyir. Daha sonra öz şəxsi danışıqları görünür. Səyalı ekran şəkli ataraq “bu loxu o biri seyfede hell etdim bayaq o biri seyfemize yazıb indide” yazır. Sonra Mirhüseyn 26 saniyəlik səs ataraq “reklamın pulunu düzəltdiyini, sıfırlandığım, görək nə qədər işləyəcəyik, axıra kimi hesablayarıq” deyir. Səyalı, Mirhüseynə inşallah iş olar, bacardığım qədər edəcəm, 110 da atdım, aşkın yenə işlədi, indi atacam sənə yazır, Mirhüseyn isə can aşkım, optüm səni yazır. Sonra Səyalı ekran şəkli ataraq “kartında o boyda pul var guya borc tapıb” yazır, daha sonra aşkım 223 manatda atdım sənə yazır. Mirhüseyn səs ataraq “ancaq işləyərik” deyir. Daha sonra Səyalı 1113 şəkli ataraq bu qədər işləmişəm bu gün yəni, ele bilirdim azdı yazır. Səyalı Mirhüseynə yazaraq aşkın srazı işlədi, 350 manat atmışam sənə yazır, Mirhüseyn isə “əlivə sağlıq aşkım, inşallah daha yaxşı olacaq, inanıram” yazır. Mirhüseyn səs ataraq “karta yox, M 10 edəcəm, daha rahat yığarsan, sabah problem zad yarananda kartda heç bri məlumat olmasın, ən yaxşısı odu, mən necə M 10 da saxlayıram, sən də elə” deyir. Səyalı Mirhüseynə yazaraq yenə işləyəcəm, bu gündə 1000 çıxararam inşallah yazır, Mirhüseyn isə inşallah aşkım yazır. Səyalı Mirhüsyenə yazaraq hər nədi işlədim, vatsapdakılar var onlardan alacam pul narahat olma yazır, Mirhüseyn isə narahat olmadığını, yaxşı olacaqğını, o bir qızı nə oldu, o, 350 olan, ağlayan, xəbər çıxdı ondan sualını verir, Səyalı isə qımışmadı boşandılar yazır. Daha sonra şəxsi yazışmalar görünür. Sonra Təqsirləndirilən şəxs2 140 atdım sənə şükür siftə etdim yazır, Mirhüseyn isə min şükür aşkım yazır, Səyalı şəkil taraq bunun işinə gələndə bax, sənliki yazır, Mirhüseyn isə tamam yazır. Bundan sonra şəxsi məsələlərlə bağlı yazışırlar. Qeyd olunan yazışmalardan belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs2 qeyri rəsmi ıər-arvad münasibətində yaşadığı Mirhüseyn Məcidovla bir qrup şəxs halında müxtəlif şəxslərdən hədə-qorxu yolu ilə pul ələ keçirmişlər. (Cild 1, iş vərəqləri 285-287) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3092 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədilən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, psix fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı pxisi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xaraketrli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədilən zaman öz hərəkətlərinin faktiki xaraketerini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 baş vermiş hadisənin faktiki xaraketrini tam dərk etmək və həmin hadisə zmamanı öz hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 psixi vəziyyətinə görə istintaq hərəktlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs2 ünsiyyətçil, məsuliyyətsizlik, başqlarmm hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaräq Təqsirləndirilən şəxs2 öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs2 psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 2, iş vərəqləri 25-29) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cii il tarixli, 3072 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qitidarmda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə iş üçün vacid olan halları düzgün dərk etmək və onları ölşüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əqli-intelektual imkanları normaya uyğundur. Eqosentrizm, inadkarlıq, öz maraqlarını üstün tutmaq kimi fərdi-psixoloji xtisusiyətlərə malikdir. Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 2, iş vərəqləri 20-24) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “İphone 14 Pro max” markalı və “Xiaomi” markalı telefonlar, Təqsirləndirilən şəxs2 məxsus “Blackview” markalı telefon, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 06 ədəd bank kartı, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 141-168) Məhkəmə, Təqsirləndirilən şəxs2 hədə-qorxu ilə tələb olunan pulun göndərilməməsi və buna görə rüsvayedici mesajların göndərilməsi barədə məlumatının olmaması, məhkəməyədək icraat zamanı psixoloji təzyiqə məruz qalması, Təqsirləndirilən şəxs1 isə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması, həmçinin Təqsirləndirilən şəxs1in karta hədə-qorxu vasitəsilə atılan 150 manat puldan xəbərinin olmaması, ümumiyyətlə hər iki təqsirləndirilən şəxsin özlərini məhkəmədə təqsirli bilməmələri ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələri işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavablarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. (Cild 2, iş vərəqləri 61-64) Cinayət işi materiallarında olan sənədlərin surətindən və elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində himayəsində olan 24 avqust 2019-cu il təvəllüdlü X6, 21 mart 2021-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səyalı Nəsiblinin övladının atası X7 16 oktyabr 2021-ci il tarixdə ürək çatışmamazlığından ölmüşdür. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 İİİ qrup əlildir. Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağlarının olması və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilir. Həmçinin ərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikası CMin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Belə ki, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 İİİ qrup əlilliyinin olması və hər iki təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması da onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Sumqayıt şəhər məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərar ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Sumqayıt şəhər məhkəməsinin qərarları ilə 29 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1, 02 may 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş, sonra isə ev dustaqlığı növündə qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 191-193) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri ləğv olunmalı və məhkəmə iclas zalından həbs olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna, cəzasını ağırlaşdıran halların olmamasına və iki azyaşlı uşağının olduğuna görə, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci tətbiq edilməsinə kifayət qədər əsas olduğundan, ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi uşaqları on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, cinayət qanunun həmin maddəsinə görə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində cəzanın icrası təxirə salındığından Cinayət-Prosessual Məcəlləsinin 357-ci maddəsinin tələblərinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs1 məxsus “İphone 14 Pro max” markalı və “Xiaomi” markalı telefonlar Təqsirləndirilən şəxs1 yaxın qohumlarından birinə, Təqsirləndirilən şəxs2 məxsus “Blackview” markalı telefon isə onun özünə qaytarılmalıdır. 01 ədəd disk və 06 ədəd bank kartı iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzər mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Təqsirləndirilən şəxs2 məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs2 himayəsində olan 24 avqust 2019-cu il təvəllüdlü X6, 21 mart 2021ci il təvəllüdlü X3 adlı uşaqları on dörd yaşına çatanadək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri ləğv olunsun. Cəzanın çəkilməsinin təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin aidiyyəti bölməsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 məxsus “İphone 14 Pro max” markalı və “Xiaomi” markalı telefonlar Təqsirləndirilən şəxs1 yaxın qohumlarından birinə, Təqsirləndirilən şəxs2 məxsus “Blackview” markalı telefon isə Təqsirləndirilən şəxs2 qaytarılsın. 01 ədəd disk və 06 ədəd bank kartı iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.