Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-580/2024 05.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X6 və onun nümayəndəsi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Şamaxı rayonunun Çaylı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, hadisə baş verən vaxta qədər Şamaxı Rayon Polis Şöbəsinin məsul növbətçisi vəzifəsində işləmiş, evli və himayəsində üç azyaşlı uşağı olan, Şamaxı rayonu 1-ci Çaylı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin məsul növbətçisi kimi növbədə olduğu vaxt, arvadına əvvəllər mesaj yazaraq əxlaqsız təkliflər etdiyi üçün aralarında münasibətləri normal olmayan bibisi oğlu Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes S 350” markalı, qara rəngli, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 18:04-də Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasının qarşısına gələrək, avtomobildən düşmədən onunla mübahisə edib, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdikdən sonra o, avtomobilin ön sərnişin qapısını açmaq istəsə də, Zərərçəkmiş şəxs avtomobili sürərək oradan uzaqlaşmış, bundan sonra o, Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasına daxil olub növbətçi hissənin arxa hissəsində yerləşən istirahət otağına gedərək istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə zəng etmiş, sonuncu onunla bir neçə dəfə telefonla danışdıqdan sonra, saat 18:22-də idarə etdiyi avtomobillə yenidən Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasının qarşısına gələrək inzibati binaya daxil olub heç kimə məlumat vermədən və qeydiyyatdan keçmədən bir başa, qohumu olan Şamaxı Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis kapitanı Şahid3 inzibati binanın üçüncü mərtəbəsində yerləşən xidməti iş otağına qalxmış, o, bu barədə məlumat aldıqdan sonra Zərərçəkmiş şəxs şöbənin rəhbərliyinin və şəxsi heyətinin yanında onu nüfuzdan salacağı qənaətinə gəlib, bunun qarşısını almaq, həmçinin Zərərçəkmiş şəxs onun arvadına qarşı əxlaqsız təkliflər etməsinə, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə qisas almaq niyyəti ilə sonuncunu öldürmək qərarına gəlmiş, bu məqsədlə saat 18:25-də xidmətdə olduğu Şamaxı Rayon Polis Şöbəsinin növbətçi hissəsini tərk edərək inzibati binanın üçüncü mərtəbəsinə qalxıb, Şamaxı Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis kapitanı Şahid3 xidməti iş otağına daxil olduqdan dərhal sonra üzərində gəzdirdiyi, xidməti istifadəsində olan 9 mm kalibrli “МП 2966” (PM) konstruksiyalı tapançanı kaburasından çıxararaq atəş vəziyyətinə gətirib, həmin vaxt onu görərək xidməti otaqda vətəndaşlar üçün nəzərdə tutulmuş masanın ətrafındakı, giriş qapısı ilə üzbəüz yerləşən oturduğu stuldan qalxmaq istəyən Zərərçəkmiş şəxs doğru yaxın məsafədən tuşlayaraq ardıcıl 8 dəfə atəş açmaqla Zərərçəkmiş şəxs sağlamlığa ağır zərərvurmaya aid burun proyeksiyası üzrə çənə ucundan ağız boşluğundan kəllə boşluğuna keçib, beyin toxumasını dağıdan, təpə-ənsə nahiyyəsindən sümüklərin sınıbdağılması, boynun aşağı sağ-yan səthində körpücük proyeksiyasında boşluğa keçən çıxış dəliyi olan yara, boynun aşağı sol-yan körpücük proyeksiyası üzrə dərinin epidermis qatının və dərialtı toxumasının zədələnməsi, döş qəfəsinin ön səthinin orta körpücük xətti üzrə zədələnməsi ilə müşahidə olunan yara, sağ kürək altı nahiyyənin yarası, sağ bazunun aşağı 1/3-nin yarası, sağ bazunun ön səthinin yarası, sol dirsək oynağı proyeksiyasının yarası, sol dirsək çuxuru nahiyyəsində yara, sağ budun aşağı 1/3-nin ön səthində və sağ budun arxa səthində, sağ bud sümüyünün sınması ilə müşahidə olunan dəlib-keçən yaraları kimi cəmi 8 xəsarət yetirməklə sonuncunu qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, spirtli içkilərə aludə olmuş və bunun üçün də Şamaxı rayonunda bir neçə şəxsə pul borcu yaranmışdır. 2023-cü ili avqust ayında o, atasından pul istəmiş və atası imkanının olmadığını bildirmişdir. Daha sonra atası onu bibisi oğlu Rəfailə tapşırmışdır ki, Rəfail ona maddi kömək olsun. O, çox içki içdiyi üçün atası ondan bezmişdir. Onun Rəfaillə münasibətləri yaxşılaşmış, Rəfail ona zəng edib maraqlanmış, işlətdiyi restorana dəvət etmişdir. Rəfail ona səmimi münasibət göstərmişdir. Rəfail ona borclarını ödəməkdə köməklik göstərəcəyini bildirmişdir. Onun əmiləri ilə münasibəti yaxşı olmamış, Rəfail isə əmilərinin də ona köməklik göstərəcəyini bildirmişdir. Bir gün o, Rəfaildən borc pul istəmiş və Rəfail ona 100 manat pul göndərmişdir. Rəfail onun üçün pul xərcləmiş və sonradan o, pulun da borc olduğunu bildirmişdir. Daha sonra Rəfail ona 50 manat da pul göndərmişdir. Bir dəfə o, Rəfaildən 500 manat borc pul istəmiş və Rəfail darıxmamasını, ona xəbər edəcəyini bildirmişdir. Axşama kimi Rəfaildən heç bir xəbər çıxmamışdır. O, Rəfailə zəng edən zaman Rəfail onunla kobud danışmış və “mən sənə pul verməliyəm?” demişdir. O, evə gəlmiş və evdə qanqaraçılıq olduğunu görmüşdür. Yoldaşı onun Rəfaildən 500 manat borc pul istəyib-istəmədiyini soruşmuşdur. O, yoldaşından Rəfaildən borc pul istəməsini haradan öyrəndiyini soruşmuş və yoldaşı Rəfailin ona yazdığını bildirmişdir. Yoldaşı Rəfailin onun evə gəlib getməsinə nəzarət etmək məqsədi ilə onun nömrəsini aldığını bildirmişdir. Daha sonra yoldaşı Rəfailin ona əxlaqsız təkliflər etdiyini, onun gizli sevgilisi olmasını əgər o, razı olsa onun kartına 500 manat pul atacağını bildirmişdir. Hadisədən 1- 2 gün keçdikdən sonra o, əmisi Sədaqət Manafovu çağırmış və hadisəni əmisinə danışmışdır. Əmisi “Whatsapp” yazışmalarına baxmaq istəmiş, amma yoldaşı həmin yazışmaları sildiyi üçün baxa bilməmişdir. Mmisi yazışmalar olmadığı üçün özlərini biabır etməmələrini bildirmişdir. O, çox içki içdiyi üçün böyükləri arasında etibarı itmiş, bu məsələdə heç kim ona inanmamışdır. Daha sonra atası müalicə üçün Rusiya Federasiyasındakı qardaşının yanına getmişdir. Atası getmədən əvvəl ona tapşırmışdır ki, Rəfail məsələsini bağlasın. Sentyabr ayının ortaları o, Şamaxıda yerləşən “555” kafesində içki içən zaman Rəfaildən ona zəng gəlmiş, o, telefonu açan zaman Rəfail onu söyməyə başlamış, telefonlarına niyə cavab vermədiyini soruşmuşdur. O, Rəfaili kafeyə dəvət etmişdir. Rəfaili qorxutmaq məqsədi ilə mətbəxə getmiş və bıçaq götürərək belinə qoymuşdur. Rəfail kafeyə çatan zaman o, avtomobilə oturan kimi Rəfail onun qulağının dibində bərkdən qışqıraraq danışmağa başlamış və o, Rəfailə avtomobili qabağa sürməsini bildirmişdir. Avtomobili qabağa sürən zaman o, Rəfailə 2 şillə vurmuş və belindən bıçağı çıxararaq yoldaşına etdiyi hərəkətin səbəbini soruşmuşdur. Rəfail onun yoldaşına mesaj yazmadığını bildirmişdir. O, Rəfaili qorxutmaq məqsədi ilə avtomobili qəbirstanlığa sürməsini bildirmişdir. X16 heykəli deyilən ərazidə olan zaman işıqforda avtomobili saxlamış və ona nə qədər kömək etdiyini bildirmişdir. Onlar arasında mübahisə yaranmış və o, özünə bıçaqla xəsarət yetirmişdir. Rəfail ona xəstəxanaya getmələrini təklif etmiş və o, xəstəxanaya yox bıçağı qaytarmaq üçün kafeyə getmələrini bildirmişdir. O, əlindən xəsarət almışdır. Bundan sonra o, Rəfailə münasibətlərinin bitdiyini söyləmiş və onun nömrəsini bloka atmışdır. Daha sonra noyabr ayının ortalarında rəis onu yanına çağırmış və Rəfaillə aralarında olan problemi özlərinin həll etmələrini bildirmişdir. O, Rəfailin nömrəsini blokdan çıxarmış və mesaj yazaraq kartını atmasını istəmişdir. Rəfail ona kart atmış və o, həmin karta 150 manat pul köçürmüşdür. Rəfail onun oteldə yeyibiçdiyi qıza ödədiyi 300 manat pulu da istəmiş və o, bu qədər pula gücü çatdığını bildirərək onu təzədən bloka atmışdır. 21 dekabr 2023-cü il tarixdə o, polis şöbəsində xidmətdə olan zaman şöbənin qarşısında dayanmış və Rəfailin idarə etdiyi “Mercedes S Class” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin gəldiyini görmüşdür. Rəfail əməkdaşların yanında onun 3 azyaşlı uşaqlarını, anasını, bacısını söymüşdür. O, Rəfailə yaxınlaşmış və nə məsələ olduğunu soruşmuşdur. O, qapını açıb Rəfaili çölə çıxarmaq və ona 1-2 yumruq vuraraq niyə onu biabır etdiyini soruşmaq istəmişdir. Rəfail onu polis şöbəsində biabır edəcəyini, ona bıçaq çıxardığını söyləmişdir. Daha sonra Rəfail avtomobillə gedərək yenə də onun ailə üzvlərini söyməyə başlamışdır. O, istirahət otağına getmiş və Rəfailə zəng etməyə başlamışdır. Rəfail onun arvadını söymüşdür. O, zəng etdikcə Rəfail ya məşğula atmış, ya da telefonu açaraq onu söymüşdür. Daha sonra o, bir nəfər şəxsin qaça-qaça yuxarı qalxdığını görmüş və o, həmin şəxsin kim olduğunu soruşduqda, əməkdaşlar bayaq onun söhbət etdiyi şəxs olduğunu bildirmişlər. O, düşünmüşdür ki, Rəfail gedib kiməsə artıq əskik nəsə danışar və onu iş yoldaşlarının yanında biabır edər. O, rəis müavininin otağına qalxmış və həmin vaxt silahı onun üzərində olmuşdur. O, xidmətə çıxan zaman hər səhər saat 9-da silahını götürür və sutka tamam olan zaman axşam silahı təhvil verir. O, bir tək rəisin otağına silahsız daxil olur. Rəis müavininin otağına daxil olan zaman o, Rəfailin Vüsala nə isə göstərdiyini görmüş və həmin vaxt Rəfail onun haqqında nə isə demişdir. Həmin vaxt Rəfailin ona etdiyi hərəkətlər, yoldaşına yazdığı əxlaqsız mesajlar yadına düşmüş və o, silahı çıxararaq Rəfaili vurmuşdur. O, silahı tutaraq bütün güllələri atmış və daraq boşaldıqdan sonra rəis müavini onu qucaqlayaraq otaqdan çölə çıxarmışdır. Əməlindən peşmandır, amma Rəfailin hərəkətləri onu öldürməyinə səbəb yaratmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, mərhumla sonuncu dəfə kafedə sentyabr ayının ortaları görüşmüşdür. Ondan sonra Rəfaillə rayonda heç rastlaşmamışdır. Rəfail onun doğma bibisi oğlu olmuşdur. Rəfail özü onun yoldaşına mesajlar yazdığını etiraf etmiş və içkili olduğunu, narkotik təsiri altında mesaj yazdığını bildirmişdir. O, həmin mesajları görməmişdir. Rəfailin rəis müavininə nə göstərdiyini və nə dediyini bilmir. Rəfail rəis müavini ilə qohumdur. Hadisədən sonra rəis müavini onu çölə çıxarmış və o, dəhlizdə gözləmiş, heç yerə getməmişdir. O, istintaqdan qaçmamışdır. Sosial şəbəkələrdə onun özünü öldürmək istədiyini yazmışlar, amma o, özünü öldürmək istəməmişdir. Onun əvvəllər Rəfaili öldürmək üçün real imkanları olmuş, amma onu öldürməmişdir. O, Rəfailə ondan uzaq durmasını bildirmişdir. Hadisə günü o, Rəfailin nömrəsini blokdan çıxararaq ona SMS yazmışdır. O, həmin SMS-də borcu olduğunu bildirmiş və məsələni aydınlaşdırmaq üçün söhbət etməyə çağırmışdır. O, Rəfailin avtomobilinə yaxınlaşıb qapını açmaq istəyən zaman Rəfail avtomobili hərəkət etdirmiş və onu söyməyə başlamışdır. Onun avqust ayında yoldaşına yazılan SMS-lərdən xəbəri olmuşdur. Yoldaşı həmin SMSləri silmişdir. Ekspertizadan həmin mesajlarla bağlı gələn sənədləri oxuyub, amma hazırda xatırlamır. 15 sentyabr tarixində görüşən zaman Rəfail onu söymüşdür. Həmin vaxt onun Rəfaili öldürmək niyyəti olmamışdır. 2023-cü ilin avqust ayından Rəfaillə yaxın münasibətləri yaranmış, həmin vaxta kimi onların yaxın münasibəti olmamışdır. Onun pula ehtiyacı olduğu üçün Rəfaillə münasibətləri yaranmışdır. Rəfail kömək üçün onun əmilərinə müraciət etmişdir. Rəfail onun Şamaxı rayonda bir neçə şəxsə borcu olduğunu bilmişdir. Onun 2000 manat borcu olmuşdur. O, Rəfaillə 1-2 dəfə Rəfailin restoranında oturmuş və həmin vaxt hesabı Rəfail özü ödəmişdir. Rəfail ona minnət etmirmiş, amma onda şübhələr yaranmışdır. X4 oturub-durmasından xəbəri olmamışdır. Rəfailin əvvəllər polis şöbəsinə gəlib-getməsindən xəbəri yoxdur. Hadisə günü hadisə baş verənə kimi o, Şahid3 otağında olmuşdur. O, X21 barədə danışmamışdır. Şahid3 şöbədə Rəfailin onu söyməsindən xəbərdar olmamışdır. Qapı postunda olan Şahid5 və Şahid4 Rəfailin onu söydüyünü görmüşdür. O, rəisin yanına qalxan zaman heç kimə heç nə deməmişdir. Otaqda Rəfail və Vüsaldan başqa heç kim olmamışdır. O, otağa daxil olduqdan 1 dəqiqə sonra silahla atəş açmışdır. O, silahı bir istiqamətə tuşlamışdır. Rəfail onu görüb söyüş söymüş və o, Rəfail ayağa qalxan zaman ona silahla atəş açmışdır. Kimsə yuxarıya qalxan zaman qeydiyyata düşməlidir, amma Rəfail qaça-qaça yuxarı qalxmışdır. O, atəş açdıqdan sonra özündə olmamış və silahı ondan kimin aldığını bilməmişdir. Rəfailin şöbəyə gələn zaman içki içib-içmədiyini dəqiq bilmir, amma həmin vaxt Rəfailin gözləri qıpqırmızı qızarmışdır. Rəfailin onun yoldaşına əxlaqsız təklif etməsindən onun atasının və əmisinin məlumatı olmuşdur. Onun əvvəllər Rəfaili öldürmək niyyəti olmamışdır. O, Rəfaili otaqda görən zaman onu öldürmək niyyəti yaranmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, o, dəfələrlə Rəfailə Sadaydan uzaq durmasını bildirmişdir. Həmin ərəfələrdə Rəfailin Sadayın həyat yoldaşına əxlaqsız mesajlar yazmasından xəbəri olmamışdır. Rəfaillə Sadayın arasında baş vermiş hadisələri sonradan eşitmişdir. Hesab edir ki, Saday onun qardaşını maddi marağa görə öldürmüşdür. O, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir və məhkəmədən ona ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin yaxın qohumu - atası olan Şahid8 yaxın qohumu olan oğlu əleyhinə ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Saday xx.xx.2023-cü il tarixə qədər Şamaxı rayon polis şöbəsinin məsul növbətçisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs isə bacısı Gülzarın oğludur. Onun, ailə üzvlərinin, eləcə də Sadayın Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən öldürülənə qədər aralarındakı münasibətlər yaxşı olmuşdur. Təqsirləndirilən şəxs özünün deməsindən bilmişdir ki, bilmədiyi səbəblərdən müxtəlif şəxslərə ümumilikdə 12000 manata yaxın borcu olmuş və bu səbəbdən ailəsi maddi cəhətdən çətinlik çəkmişdir. Sadayın borclu olduğu şəxslər tez-tez ona da zəng edərək oğlunun borclarını ödəməsini tələb etmişlər. O, dəfələrlə Sadaya içki məclislərdən uzaq durmağı, heç bir şəxsdən borca pul almamağı, olan borcları tədricən qaytarmağa, bədxərclik etməməyi məsləhət görsə də, Saday öz bildiklərini etmişdir. 2023-cü ilin avqust ayının ortalarında hazırda dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs evə qonaq gəlmişdir. Zərərçəkmiş şəxs maddi cəhətdən kifayət qədər imkanlı şəxs olduğundan Sadaya, ona, ailə üzvlərinə Sadayın borclarını qaytarmaqda kömək edəcəyini bildirib ailəsinə qohum kimi maddi dəstək verəcəyinə söz vermişdir. Həmin vaxt onlar Zərərçəkmiş şəxs dediklərinə inanmış və sonuncunun məqsədinin həqiqətən də qohum kimi kömək etmək olduğunu düşünmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə tez-tez görüşmüş, Zərərçəkmiş şəxs də həmin ərəfələrdə onun evinə gəlib-getmişdir. Bir neçə gün sonra, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs və gəlini Şahid1 öz aralarında mübahisə etdiklərini görüb səbəbini soruşduqda Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə gəlini Şahid1 mesajlar yazmasını, gəlininə əxlaqsız təkliflər etməsini, gəlini ilə sevgili olmaq istəməsini dediyini, gəlini Şahid1 həmin təklifləri qəbul etməməsini, Şahid1 Zərərçəkmiş şəxs mobil nömrəsini öz mobil telefonunda “bloka” atmasını demişdir. Bundan sonra xəbəri olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evə gəlib- gəlməməsini yoxlamaq adı ilə arvadı Arizənin və gəlini Şahid1 mobil nömrəsini arvadı Arizədən almışdır. O, Təqsirləndirilən şəxs səbrli olmasını, məsələni araşdıracağını demiş və bu barədə qardaşı Sədaqət Manafovla da məsləhətləşəcəyini, ortaq qərara gələcəyini, Zərərçəkmiş şəxs Şahid1 mesaj yazması təsdiqlənəcəyi halda Rəfaillə əlaqəni kəsəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. Sədaqət Manafov və o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şahid1 yazdığı mesajları göstərməsini istədikdə Şahid1 həmin mesajları silməsini bilmişdir. Buna görə də Təqsirləndirilən şəxs əlində Zərərçəkmiş şəxs Şahid1 əxlaqsız təkliflər etməsi ilə bağlı mesaj yazması barədə sübutu olmadığını, bu barədə heç bir sübut olmadan danışacağı halda biabır olacağından qorxub bu söhbət barədə heç kimə deməməyi tapşırmışlar. Saday da bu hadisədən sonra Rəfaildən uzaq durmağa, onunla danışmamağa çalışmışdır. 2023-cü ilin avqust ayından hadisənin baş verdiyi günədək Sadayın Zərərçəkmiş şəxslə danışmasını, mübahisə etməsini görməmiş, eşitməmişdir. Həmin hadisələrdən sonra Rəfail ümumiyyətlə bir daha onun evinə gəlməmişdir. 21 dekabr 2023-cü il tarixdə saat 18:30 radələrində evdə olarkən rayon polis şöbəsindən ona zəng edilərək Sadayın tutulduğunu, paltarlarını şöbəyə gətirilməsini xahiş etmişlər. Daha sonra Sadayın Zərərçəkmiş şəxs güllələyərək öldürdüyünü öyrənmişdir (cild 02, iş vər. 22- 25). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 21 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla xidmətdə olmuşlar. Həmin gün Daxili İşlər Nazirliyinin “102” xidmətindən məlumat daxil olmuş və o, həmin məlumatı yazan zaman Təqsirləndirilən şəxs 3-cü mərtəbədə hadisə törətməsini eşitmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs bir nəfər şəxsi öldürdüyünü eşitmişdir. Növbədə olan zaman xidməti silah 24 saat ərzində onların üzərində olur. Onlarda polis şöbəsinə gələnlərin qeydiyyatı aparılır. Mərhum şəxsin qeydiyyata alınmasını xatırlamır. O, 3-cü mərtəbədə hadisəni eşitmiş və daha sonra həmin hadisənin rəis müavininin otağında baş verdiyini eşitmişdir. Hadisə vaxtı o, çöldə olmamış, daxil olan məlumatı qeydiyyata almışdır. Saday növbətçi olduğu üçün növbədə olan zaman istəlinən an otağı tərk edib başqa otağa gedə bilər. Təqsirləndirilən şəxs məsul növbətçi, o isə köməkçi növbətçidir. Saday otaqdan çıxan zaman ona məlumat vermir, amma o, otaqdan çıxan zaman Sadaya məlumat verməlidir. O, Sadayın əsəbi olduğunu, telefonda kiminləsə danışdığını görməmişdir. O, kiminsə yuxarı getdiyini görməmişdir. Qapı postunda olan əməkdaş ona bir nəfər şəxsin icazəsiz yuxarı qaldığını söyləmiş və o, həmin şəxsə öz iradını bildirmişdir. Hadisədən sonra o öz yerini tərketməmişdir. Saat 09:00-da xidmət başlanılan andan onların silahları daim üzərlərində olur. O, Sadayın telefonda kiməsə “ayıb olsun” dediyini eştmişdir. Silahlar atəşə hazır vəziyyətdə olmur, təhlükə olan an hazır vəziyyətə gətirilir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisənin baş verdiyi saatları dəqiq xatırlamır. Mərhum şəxs Rəfail ona zəng etmiş və qəbula gəlmək istədiyini söyləmiş, o isə gələ biləcəyini bildirmişdir. Rəfail onun qəbuluna gəldikdən 20-25 saniyə sonra Saday otağa gəlmiş və Saday gəldikdən sonra 7 saniyə ərzində hadisə baş vermişdir. Saday silahını zərəçəkmiş şəxsə doğruldaraq atəş açmışdır. Hadisədən sona o, Sadayı zərəsizləşdirmə məqsədi ilə arxadan tutmuş və silahı əlindən aldıqdan sonra otaqdan çölə çıxarmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Saday darağın hamısını boşaltmışdır. Sadayla mərhum şəxs arasında 1-2 metr məsafə olmuşdur. Rəfail onun yanına nə səbəbə gəldiyini bildirməmişdir. Rəfail əvvəllər də ona heç bir məlumat verməmişdir. O, yerindən durub Sadayın yanına gedənə kimi 8 güllə bitmiş, daraq boşalmışdır. Onun otağı 3-cü mərtəbədə yerləşir və həmin otağa pilləkən vasitəsi ilə qalxırlar. Onun otağının 2 pəncərəsi var və həmin pəncərələr şöbənin qarşı tərəfinə açılır. Hadisə vaxtı onun pəcərəsi bağlı olmuşdur. O, Rəfail onun yanına gələnə kimi çöldə ancaq avtomobil və siqnal səsləri eşitmişdir. Əslində şəxslər qəbula gələn zaman telefonları növbətçi hissəyə təhvil verməlidir, amma Rəfail birbaşa onun otağına gəldiyinə görə telefonları üzərində olmuşdur. O, Rəfailə yer göstərdikdən sonra Rəfail oturmuş və telefonlarını çıxararaq masanın üzərinə qoymuşdur. Rəfail ona heç nə göstərməmiş və Rəfailin oraya nə məqsədlə gəldiyini bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə baş verən zaman o, xidməti otağında olmuşdur. O, silah səsləri eşitmiş və otaqdan çıxan zaman silah səsləri kəsilmişdir. O, rəis müavininin otağına yaxınlaşan zaman Sadayı otaqdan çıxardıqlarını görmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Saday otaqdan müavinlə birlikdə çıxmışdır. Çıxarılan zaman Sadayın əlində silah olubolmamasına fikir verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə günü Sadayın yuxarıya qalxdığını görmüş və ondan köməyə ehtiyacı olub-olmadığını soruşmuş, Saday isə ailəvi məsələ olduğunu bildirmişdir. O, Sadayın avtomobildə olan bir şəxslə mübahisə etdiyinin şahidi olmuşdur. Sonradan həmin şəxs şöbəyə gəlmiş və Vüsal müəllimin yanına qalxdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, atəş səsləri eşitmiş və 3-cü mərtəbəyə qalxmış, pilləkinin başında Təqsirləndirilən şəxs görmüşdür. O, Təqsirləndirilən şəxs görən zaman Vüsal müəllim onun yanında olmuşdur. Daha sonra o, postuna qayıtmışdır. Silahı Sadayın əlindən Vüsal müəllim almışdır. O, mərhum şəxsin söyüş söydüyünü eşitmişdir. O, hazırda Şamaxı Rayon Polis Şöbəsində çalışır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə günü mübahsiə olduğunu görmüş və Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs ailəvi məsələ olduğunu bildirmişdir. Daha sonra o, təbii ehtiyacını ödəmək üçün arxa tərəfə keçmiş və sonradan hadisəni eşitmişdir. O, zərərçəkmiş şəxsin yuxarıya qalxdığını görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs onlara gəlmiş və yoldaşı Sadayın borclarına kömək edəcəyi ilə bağlı onun qayınanası və qayınatası ilə danışmışdır. Həmin gün Rəfail Sadayla birlikdə gəlmiş və hər zaman Sadayın yanında olacağını bildirdikdən sonra çıxıb getmişdir. Bir müddət sonra qayınanasından onun nömrəsini almış və bildirmişdir ki, dayısını narahat etməsinlər və o, Sadayın yoldaşı ilə danışaraq Sadaydan məlumat alacaqdır. Rəfail bir müddət Sadaydan məlumat almaq məqsədi ilə ona yazmışdır. Daha sonra Rəfail ona yazaraq əxlaqsız təkliflər etməyə başlamışdır. Rəfail onunla cinsi əlaqədə olmaq istəmiş, o isə Saday bildiyi təqdirdə pis olacağını söyləyərək onun təklifindən imtina etmişdir. Bir gün Saday Rəfaildən 500 manat pul istəmişdir. Rəfail ona yazaraq əgər iş yerinə getməsinə və onunla cinsi əlaqədə olmasına razılıq versə, Sadaya 500 manat pul verəcəyini bildirmişdir. Saday evə gəldikdən sonra o, Rəfailin söylədiklərini Sadaya bildirmişdir. Daha sonra Saday hadisəni qayınanası və qayınatasına bildirmiş və səhəri gün qayınatası öz qardaşını çağırmış, hadisəni ona danışmışdır. Daha sonra onlar qərara gəlmişlər ki, hadisəni sakit saxlasınlar və heç kimə heç nə bildirməsinlər. Cinayət hadisəsi olan günə kimi onların evində bir dəfə də olsun Rəfail barəsində danışılmamışdır. Dekabrın 21-i Sadayın Rəfaili ödürdüyü barədə məlumat gəlmişdir. O, Sadaya Rəfailin əxlaqsız təklifləri barədə məlumat verdikdən sonra Saday Rəfailin nömrəsini bloka atmış və Rəfail bir daha onunla əlaqə saxlaya bilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Rəfail bir müddət ona mesaj yazmış və Sadayı maraqlanmış, daha sonra onun mesajları kəsilmişdir. Üzərindən 5-6 gün keçdikdən sonra Rəfail yenə də ona yazmağa başlamış və əxlaqsız təkliflər etmiş, o da məcbur qalaraq Sadaya xəbər vermişdir. O, Rəfailin ona yazdığı mesajları silmişdir. Çünki o, həmin mesajları yoldaşına göstərməyə utanmışdır. O, 9 ildir ki, o evdə gəlindir, amma Rəfaili avqust ayında onlara gələn zaman görmüşdür. Rəfail ilk dəfə onlara Sadaya köməklik məqsədi ilə gəlmişdir. Rəfail onu tanıyırmış və Sadayın həyat yoldaşı olduğunu bilirmiş. Rəfail onun şəklini gördüyünü və onu əvvəllər də tanıdığını bildirmişdir. O, yoldaşının əlinin qana batmasını istəmədiyi üçün əvvəlcə Rəfail barədə ona heç nə deməmişdir. Rəfail iki nömrə ilə ona yazmışdır. Rəfail digər nömrəsini Sadayın tanıdığını və ondan xəbər tutmaq üçün başqa nömrə ilə yazacağını bildirmişdir. O, Rəfailin mesajlarına cavab yazmışdır. O, Sadaya hər şeyi danışdıqdan sonra Rəfailin nömrəsini bloka atmışdır. Rəfail Sadaya pul verdikdən sonra onun iş yerinə gəlib onunla cinsi əlaqədə olmaq istəmişdir. Bir dəfə o, işdə olan zaman Rəfail Sadayla bağlı söz deyəcəyini bildirərək ona görüntülü zəng etmiş, amma danışmamış, sadəcə ona baxmış və zəngi sonlandırmışdır. O, bu barədə Sadaydan başqa heç kimə məlumat verməmişdir. Rəfail Sadayın qohumu olduğu üçün onun haradan gəlin gəldiyini bilir. O, Rəfailin mesajlarına cavab vermişdir. Rəfail ona əxlaqsız tekliflər etdikdən sonra o, Rəfaili rədd etmişdir. O, onlara gələn zaman Rəfailin ona çox baxdığını görmüş və otaqdan çıxmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı ifadə verərkən heç kim ona müdaxilə etməmişdir. O, tibb bacısı işləyir. Rəfail ona əxlaqsız təklif etdikdən 2-3 gün sonra o, məcbur qalıb Sadaya bildirmişdir. O, Rəfaildən qorxmuşdur. Düşünmüşdür ki, o, işdə tək olan zaman gəlib ona nəsə edər. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi əlavə ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, cinayət işinə əlavə edilmiş “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokolda qeyd edilən “Men sehf eledim senin goruntuku zenguvi acdim men deyen oldu elde eleyincedi her sey” məzmununda mesaj onun tərəfindən yazılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə gündüz vaxtı o işdə olan ərəfələrdə Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq görüntülü zəng vasitəsi ilə danışmaq istədiyini, söz soruşacağını demişdir. Bundan əvvəl isə Zərərçəkmiş şəxs ona sevgili olmağı, onun iş yerinə gələrək onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs görüntülü zəngini açsa da, işdə olduğu üçün heç bir söz danışmamış, Rəfail də görüntülü zəng zamanı heç nə danışmamış, həmin zəng təxminən 1 dəqiqə müddətində davam etdikdən sonra telefon zəngini sonlandırmışdır. Qeyd edilən mesaj bundan sonra onun tərəfindən yazılmışdır. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs köməklik edəcəyini bildirsə də, sonradan Rəfailin əsl məqsədinin onunla cinsi əlaqədə olmaq olduğunu bildiyi üçün Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olduqdan sonra Təqsirləndirilən şəxs kömək etməyəcəyini bilmiş və həmin məzmunda mesaj yazmışdır. Bundan sonrakı günlərdə Zərərçəkmiş şəxs yenə ona mesaj yazaraq onunla cinsi əlaqədə olmaq istədiyini, o, məzuniyyətə çıxıb istirahət məqsədi ilə Sumqayıt şəhərində yaşayan anasının evinə gedən zaman öz avtomobili ilə Sadayla birlikdə onu Sumqayıt şəhərinə aparacağını, bu yolla onun Sumqayıt şəhərində yaşadığı evin ünvanını öyrənib həmin evə gələcəyini, işdə tək olan zaman iş yerinə gələcəyini bildirmişdir. O, iş yerində bəzi hallarda tək olduğundan Zərərçəkmiş şəxs onun olduğu yerə gələrək onu zorlayacağından qorxduğundan bu barədə əri Təqsirləndirilən şəxs danışmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, iş yerində olan zaman Rəfail ona görüntülü zəng etmiş, o, zəngi açdıqdan sonra Rəfail heç danışmamış və o, telefonu söndürmüşdür. Sonradan Rəfail ona bildirmişdir ki, onların evinə gəlməkdə məqsədi Sadaya kömək etmək deyil, onu görməkdir. Həyat yoldaşı ilə onun arasında heç vaxt gizli nəsə olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Şamaxı şəhəri Heydər Əliyev prospektində yerləşən “555 Çay evi”-ni işlədir. Həmin çay evi Anar Zeynalovun mülkiyyətində olsa da, faktiki çay evini işlədən şəxs odur. Təqsirləndirilən şəxs tanıyır, aralarında münasibət normal olmuşdur. Zərərçəkmiş şəxs tanımamışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə onun işlətdiyi çay evinə qəlyan çəkmək üçün gəlmişdir. Xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs onun işlətdiyi çay evində qəlyan çəkən vaxt çölə çıxmış, təxminən 15-30 dəqiqə sonra Təqsirləndirilən şəxs geri qayıtmışdır. Saday geri qayıdan zaman onun sol əlinin baş barmağı ilə ikinci barmağı arasında yara olmasını, əlinin qanamasını görmüşdür. Təqsirləndirilən şəxs ona dostunun maşınının xarab olmasını, həmin avtomobili təmir edən zaman əlinin kəsilməsini demiş, əlinə sarğı qoyulması üçün “Şamaxı rayon mərkəzi xəstəxanası” X22 gedəcəyini , daha sonra yenidən geri qayıdacağını bildirmiş, stolu yığışdırmamağı istəmişdir. O, dəqiqliklə Təqsirləndirilən şəxs əlinin nə üçün kəsilməsini bilməmişdir. Təqsirləndirilən şəxs əli kəsilən zaman “555” çay evindən bıçaq götürməsini bilməmiş, çünki Təqsirləndirilən şəxs ondan bıçaq istəməmişdir. Buna görə də Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi bıçağı haradan götürməsini, həmin bıçağın hazırda harada olmasını bilmir. Hadisə baş verən zaman “555” Çay evində ondan başqa hansı işçilər olmasını xatırlamır. Çünki “555” Çay evində işçilər tez-tez dəyişilir. Sentyabr ayında çay evində kimin işləməsini bilmir, həmin vaxt çay evində işləyən şəxslə əmək müqaviləsi bağlamamışdır (cild 02, iş vər. 47-50). Cinayət işinin materiallarında olan 21 dekabr 2023-cü il tarixli “Telefon məlumatın qəbul edilməsi barədə” protokoldan görünür ki, 21 dekabr 2023-cü il tarixdə saat 18:33-də Şamaxı Rayon Polis Şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna Zərərçəkmiş şəxs Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasında odlu silahdan atılmış atəş nəticəsində ölməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında yerləşən Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasının üçüncü mərtəbəsində şöbənin xidmət üzrə rəis müavini Şahid3 xidməti otağında baş vermişdir. Hadisə yerinə baxış zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, ibtidai istintaq üçün sübuti əhəmiyyətli sayılan zəruri əşyalar götürülmüşdür (cild 01, iş vər. 04-25). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasının ikinci mərtəbəsində yerləşən Şamaxı Rayon Polis Şöbəsinin rəisinin xidməti otağında inzibati binada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin yazıldığı rəqəmsal videoqeydiyyatçı (DVR) vardır. Rəqəmsal videoqeydiyyatçı televizora qoşularaq yaddaşında olan rayon polis şöbəsinin inzibati binasında quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış görüntülərə baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasının girişində, rayon polis şöbəsinin qarşısında və inzibati binanın üçüncü mərtəbəsinin dəhlizində quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin iş üçün əhəmiyyət kəsb etdiyi müəyyən edilmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasının girişində quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülərə baxış zamanı müəyyən edildi ki, müşahidə kamerası (2 nömrəli kamera) rayon polis şöbəsinin qarşısında - Nəriman Nərimanov küçəsində baş verənləri qeydə alır. Videogörüntülərin sağ aşağı küncündə onların qeydə alınma tarixi və saatı, sol yuxarı küncündə isə görüntüləri qeydə almış kameranın nömrəsi göstərilir. Hadisənin baş verildiyi günə və saata keçid edildikdə müəyyən edildi ki, 21 dekabr 2023-cü il tarixdə saat 18:03:58-də Şamaxı Rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi Təqsirləndirilən şəxs rayon polis şöbəsinin inzibati binasından çıxıb pilləkənlərlə aşağı düşür və şöbənin qarşısında dayanır. Saat 18:04:14-də qara rəngli “Mercedes S klass” markalı avtomobil şöbənin qarşısında Təqsirləndirilən şəxs yanında saxlayır. Avtomobilin qabaq sərnişin tərəfindən olan şüşə aşağı salmır və Təqsirləndirilən şəxs əyilərək saat 18:04:54-dək avtomobilin sürücüsü ilə söhbət etdiyi görünür. Saat 18:04:54-də Təqsirləndirilən şəxs əli ilə qeyd olunan avtomobilin qabaq sərnişin qapısını açmağa çalışır, lakin qapı kilidli olduğundan bunu edə bilmir. Bundan sonra həmin avtomobil bir qədər irəli gedərək Şamaxı rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin inzibati binasının qarşısında saxlayır, Təqsirləndirilən şəxs isə geri qayıdaraq saat 18:05:15-də şöbənin inzibati binasına daxil olur. “Mercedes S klass” markalı avtomobil saat 18:05:49da Mədəniyyət sarayının qarşısında dönərək geriyə qayıdıb N.Nərimanov küçəsi ilə şöbənin qarşından keçib kameranın görünüş dairəsindən itir. Şöbənin inzibati binasının girişində xidmət aparan iki polis nəfərinin həmin avtomobilə diqqətlə baxdıqları görünür. Saat 18:22:55-də qara rəngli yuxarıda qeyd edilən “Mercedes S class” markalı avtomobilin şöbənin inzibati binasının qarşısından keçərək mədəniyyət sarayının qarşısında çəpəki şəkildə saxlayır, həmin avtomobildən Zərərçəkmiş şəxs düşərək avtomobili kilidləyib şöbənin inzibati binasına tərəf gəlir və saat 18:23:52-də polis nəfərinin yanından keçib şöbənin inzibati binasına daxil olur. Şamaxı rayon polis şöbəsinin növbətçi hissənin qarşısında quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülərə baxış zamanı müəyyən edildi ki, həmin kamera (3 nömrəli kamera) rayon polis şöbəsinin növbətçi hissəsini və onun qarşında olan dəhlizdə baş verənləri qeydə alır. Videogörüntülərin sağ aşağı küncündə onların qeydə alınma tarixi və saatı göstərilir. Hadisənin baş verildiyi günə və saata keçid edildikdə 21 dekabr saat 18:23:17-də Şamaxı Rayon Polis Şöbəsinin məsul növbətçisi Təqsirləndirilən şəxs növbətçi hissəsədə gəzərək növbətçi hissənin arxasında ona bitişik yerləşən istirahət otağına daxil olur, məsul növbətçinin köməkçisi isə növbətçi hissədə xidmət yerində oturur. Saat 18:23:53-də Zərərçəkmiş şəxs tələsik şəkildə növbətçi hissənin qarşından dəhlizlə keçərək pilləkənlərlə yuxarı mərtəbəyə qalxır. Zərərçəkmiş şəxs növbətçi hissənin qarşısından keçərkən hər hansı polis əməkdaşı tərəfindən saxlanılmadığı və onun maneəsiz şəkildə yuxarı mərtəbələrə qalxdığı görünür. Zərərçəkmiş şəxs yuxarı qalxdıqdan sonra polis nəfərlərdən biri növbətçi hissəyə yaxınlaşıb gözlükdən məsul növbətçisinin köməkçisi və həmin vaxt istirahət otağından qayıtmış məsul növbətçi Təqsirləndirilən şəxsla danışır. Bundan sonra Təqsirləndirilən şəxs həmin vaxt əlində olan mobil telefonun ekranına baxıb mobil telefonunu masanın üzərinə qoyub növbətçi hissəni tərk edərək tələsik şəkildə pilləkənlə yuxarı mərtəbəyə qalxır. Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasının üçüncü mərtəbəsinin dəhlizində quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərə baxış zamanı müəyyən edildi ki, müşahidə kamerası (7 nömrəli kamera) rayon polis şöbəsinin inzibati binasının üçüncü mərtəbəsindəki dəhlizdə baş verənləri qeydə alır. Videogörüntülərin sağ aşağı küncündə onların qeydə alınma tarixi və saatı, sol yuxarı küncündə isə görüntüləri qeydə almış kameranın nömrəsi göstərilir. Hadisənin baş verildiyi günə və saata keçid edildikdə müəyyən edildi ki, 21 dekabr 2023-cü il tarixdə saat 18:24:15-də Zərərçəkmiş şəxs pilləkənlər tərəfdən dəhlizə daxil olaraq sol tərəfə dönür və saat 18:24:23-də Şamaxı rayon polis şöbəsinin xidmət üzrə rəis müavini Şahid3 xidməti otağına daxil olur. Saat 18:24:57-də məsul növbətçi Təqsirləndirilən şəxs dəhlizdə peyda olur, Zərərçəkmiş şəxs arxasınca Şahid3 xidməti otağına tərəf gedir və saat 18:25:04-də, yəni Zərərçəkmiş şəxs daxil olduqdan 41 saniyə sonra xidmət üzrə rəis müavinin xidməti otağına daxil olur. Saat 18:25:10-da bir nəfər polis əməkdaşının qarşı tərəfdən dəhlizlə xidmət üzrə rəis müavinin xidməti otağına tərəf qaçdığı, qəflətən dayandığını və sonradan yenidən həmin istiqamətə qaçdığı görünür. Saat 18:25:17-də xidmət üzrə rəis müavini Şahid3 məsul növbətçi Təqsirləndirilən şəxs xidməti otağından çıxartdığı görünür, həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində tapançanı saxladığı görünür. Dəhlizlə qaçan polis əməkdaşı da onlara yaxınlaşıb Təqsirləndirilən şəxs sol əlində tutub Şahid3la birlikdə onu pilləkənlərə tərəf aparır. Saat 18:25:30-da bir nəfər mülki geyimli şəxsin xidməti otaqların birindən çıxaraq boylandığını və pilləkənlərə tərəf getdiyi görünür. Şamaxı rayon polis şöbəsinin rəisinin xidməti otağında olan rəqəmsal videoqeydiyyatçıya (DVR) baxış zamanı rayon polis şöbəsinin inzibati binasında quraşdırılmış digər müşahidə kameraları vasitəsilə qeydə alınmış iş üçün əhəmiyyət kəsb edən videogörüntülər aşkar edilməmişdir (cild 01, iş vər. 79-81). Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani olaraq təsdiq etmişdir (cild 01, iş vər. 82-89). Cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” 23 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "İphone Xs max" markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun "Zənglər" bölməsində mobil telefonun yaddaşında “Rafail Bibioğlu” kimi qeyd edilmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə 21 dekabr 2023-cü il tarixdə 18:00dan başlayaraq saat 18:12-dək 33-dəfə zəng olunduğu, 11 halda zəngə cavab verilərək müxtəlif müddətlərdə telefon danışıqların olması, 22 halda isə Zərərçəkmiş şəxs zəngə cavab verməkdən imtina edildiyi görünür. Mobil telefonuna yüklənmiş "Whatsapp" mobil tətbiqinə daxil olduqda “Rəfail Bibioğlu” adı ilə qeyd olunmuş Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə 21 dekabr 2023-cü il tarixdə aşağıdakı məzmunda mesajlar yazıldığı görünür: Saat 18:12 Ayıb olsun səninçün, ayıb. Saat 18:13 Mən səndən bunları gözləməzdim, mən səndən borcuma görə qaçıram, sənin mənə dediyin sözlərə bax. Saat 18:15 Ayıb olsun sənə. Zərərçəkmiş şəxs həmin mesajlara cavab vermədiyi görünür. Mobil telefonun "Qalereya" bölməsində, mobil telefonunun yaddaşına yüklənmiş proqramlarda, digər tətbiqlərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı digər məlumat aşkar edilmədi. Bununla da baxış başa çatdı, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun zənglər tarixçəsinin və qeyd edilən mesajların fotoşəkilləri çəkilmiş və baxış protokoluna əlavə edilmişdir (cild 01, iş vər. 131-137). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 20351 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Şamaxı rayonu, Birinci çaylı kəndində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 01, iş vər. 209). Cinayət işinin materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-108/2-392/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2020-ci il tarixdə Ə74-188-20 nömrəli əmrə əsasən Şamaxı Rayon Polis Şöbəsinin balansında olan 9 mm Makarov tipli, “Makarov” tipli МП2966 nömrəli tapança təhkim edilmişdir (cild 01, iş vər. 243). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 22 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədənində aşağıdakı xəsarətlər müəyyən olunmuşdur: Burun proyeksiyası üzrə çənə ucundan ağız boşluğundan kəllə boşğluna keçib, beyin toxumasını dağıdan, təpə-ənsə nahiyyəsindən sümüklərin smıb-dağılması, boynun aşağı sağ-yan səthində körpücük proyeksiyasında boşluğa keçən çıxış dəliyi olan yara, boynun aşağı sol-yan körpücük proyeksiyası üzrə dərinin epidermis qatının və dərialtı toxumasının zədələnməsi, döş qəfəsinin ön səthinin orta körpücük xətti üzrə zədələnməsi ilə müşahidə olunan yara, sağ kürək altı nahiyyənin yarası, sağ bazunun aşağı 1/3-nin yarası, sağ bazunun ön səthnin yarası, sol dirsək oynağı proyeksiyasının yarası, sol dirsək çuxuru nahiyyəsində yara, sağ budun aşağı 1/3nin ön səthində və sağ budun arxa səthində, sağ bud sümüyünün sınması ilə müşahidə olunan dəlib-keçən yaralar, odlu silahdan yaxın məsafədən açılmış atəşlər təsirindən törənməklə Makarov tipli silahdan açılmış atəşdən törənməyə uyğun gəlirlər. Xəsarətlər həyatidirlər, ölümündən əvvəl xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs çənə ucundan, ağız boşluğundan keçərək beyin toxumalarını zədələyən və döş boşluğuna daxil olub, ağ ciyərləri zədələyən güllə yaraları birbaşa mərhumun ölümünə səbəb olmuşdur. Təsvir olunan xəsarətlər və digər xəsarətlər də ümumilikdə canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs atəş açılarkən yarımoturaq və uzanıqlı vəziyyətdə olmuşdur. Atəşlərin istiqamətləri öndən-arxaya, soldan-sağa olmuşdur. Xəsarətlərin yetirilmə ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyil. Zərərçəkmiş şəxs olunun almış olduğu xəsarətlər özüözünə yetirilməyə uyğun gəlmir. Xəsarətlər kənar şəxs tərəfindən açılmış atəşlər nəticəsində törənməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar olunmuş xəsarətlər paltarlardakı zədə yerlərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar olunmamışdır (cild 02, iş vər. 73-79). Cinayət işinin materiallarında olan Kompleks məhkəmə-ballistik və məhkəməkimyəvi ekspertizasının 9 fevral tarixli, 3-16-16/2-3/2233;3/2234 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli olmaqla “МП 2966” (PM) konstruksiyalı tapançadır, yivli-odlu silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyi çəkmədən özü-özünə atəş açılmır, hissələri üzərində əlavə və dəyişiklik edilməmişdir. “Makarov” (PM) konstruksiyalı tapançadan atılan patronun gilizi şəraitdən asılı olaraq sürgü pəncərəsindən sağa, yuxarı doğru istiqamətdə 3-5 metrə qədər məsafəyə düşür. “Makarov” (PM) konstruksiyalı tapançadan atəş açılarkən güllənin başlanğıc sürəti 315 m/saniyə, öldürücü - məhvedici gücü 350 metrə, maksimal uçuş məsafəsi 1200 metrə qədərdir. Makarov (PM) konstruksiyalı tapança yarım avtomatik silahlara aiddir, hər dəfə atəşin açılması üçün tətik çəkilməlidir. Həmin tapançadan sandıqçada dolu olan patronların hamısını fasiləsiz ardıcıl olaraq atmaq üçün şəraitdən asılı olaraq minimal (sandıqça tapançanın içində olduğu halda silahı atəşə hazır vəziyyətə gətirilməsi də daxil olmaqla) təxminən 4-6 saniyə müddət tələb olunur. Tədqiqata təqdim edilmiş 08 ədəd giliz və 06 ədəd güllə, 9 mm kalibrli olub, həmin kalibrə malik olan “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronların atəşlə ayrılmış hissələridir, gilizləridir-güllələridir. Həmin gilizlər və güllələr “МП 2966” №-li tapançadan atılmışdır. Güllələrin üzərində sivişmə izləri aşkar edilmədi. Tədqiq edilən gilizlərin və güllələrin üzərində gilizlərin daxilindən, gilizlərin daxilində isə güllələrin səthindən qalmağa xarakterik izlər qalmadığından, güllələrin atılmamışdan əvvəl gilizlərin hansı ilə vahid bütövlük təşkil etdiyini müəyyən etmək mümkün deyil. Təqdiqata təqdim edilmiş 01 ədəd predmet, 08 ədəd patron tutumuna malik olan, 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən bir ədəd palto, bir ədəd uzunqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd boz rəngli belində kəməri olan şalvarın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçülərdə və sayda zərbələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilməməsinə baxmayaraq və mis metal izinin aşkar edilməsi formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bir ədəd paltonun üzərində “a”, “b”, “d”, “ç”, “p”, bir ədəd köynəyin üzərində “i”, “x”, “z”, bir ədəd qolsuz maykanın üzərində “k”, bir ədəd şalvarın üzərində olan “v” zədələri giriş zədələri və bir ədəd paltonun üzərində “c”, “e”, “j”, bir ədəd köynəyin üzərində “f’, “r”, “m”, bir ədəd maykanın üzərində “ş” və bir ədəd şalvarın üzərində “ğ”, zədələri çıxış zədələri (bir ədəd palto üzərində “p” və “b” zədələr bədən hissəyə toxunmayan zədələrdir) olmaqla yivli odlu silahdan açılmış çoxsaylı atəşlər nəticəsində diametri 9 mm olan güllələrin təsirindən 1 metrdən yuxarı məsafədən, müxtəlif istiqamətlərdə öndən-arxaya, soldan- sağa yetirilməyə xarakterikdir. Atəş açılan zaman tapançanın lüləsinin ağızlıq kəsiyi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşılıqlı yerləşmə vəziyyəti əsasən soldansağa, öndən-arxaya doğru olmuşdur. Bu zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə təqdim edilmiş tapançadan açılan atəşlər nəticəsində güllələrin təsirindən yarana bilər. Təqdiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olan bir ədəd alt tumanı, bir cüt ayaqqabı və bir cüt corabın səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri və odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim ediliş Təqsirləndirilən şəxs məxsus olan bir ədəd xidməti pencək, bir ədəd uzunqol xidməti köynək, bir ədəd üzərində silah kaburası olan xidməti şalvar, bir ədəd qış ayaqqabısının səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi və bu geyim əşyalarının üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş “МП 2966” №-li tapançanın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan sonuncu təmizlənmədən sonra atəş açılmışdır (cild 02, iş vər. 108-116). Cinayət işinin materiallarında olan kompleks komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 415 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. X7 baş verən hadisələri düzgün qavramaq və təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs ünsiyyətçilik, məsuliyyətsizlik, kobudluq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyətlərə malikdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs, bibisioğlu Zərərçəkmiş şəxs ailə yaxını kimi ona köməklik göstərəcəyinə inandıqdan, onunla yaxın münasibət qurduqdan sonra, sonuncunun onun həyat yoldaşına mesajlar yazaraq əxlaqsız təkliflər etməsini öyrənmiş, bu səbəbdən aralarında söz-söhbət yaranmış, bir müddət sonra Zərərçəkmiş şəxs ona xərclədiyi pulları geri qaytarmasını tələb edərək ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxtdan başlayaraq tez-tez ona hədə-qorxu gəlmiş, iş yerində onu rüsvay edəcəyini demiş, hadisə günü iş yerinin qarşısına gələrək, iş yoldaşlarının yanında təkrar onun və ailəsinin ünvanına təhqiredici ifadələr işlətmiş, rəis müavinin yanına qalxıb onu rüsvay edəcəyini demiş, daha sonra o, Zərərçəkmiş şəxs rəis müavinin otağına qalxmasından xəbər tutmuş, həmin vaxt Zərərçəkmiş şəxs onun haqqında düzgün olmayan məlumatlar yayaraq iş kollektivinin qarşısında onu rüsvay edəcəyini, şərəf və ləyaqətini alçaldacağını düşünmüşdür. Qeyd olunanlar Təqsirləndirilən şəxs emosional vəziyyətinə təsir göstərərək onda gərginlik, qəzəb, emosional reaksiyalara meyillilik kimi hallar əmələ gətirmiş, həmin hiss və yaşantıları törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs davranışlarını motivasiya etmişdir (cild 02, iş vər. 123-127). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 18 mart 2024- cü il tarixli, 865/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Abeta/İİ/ (portaldan çıxarılışm kserosurətinə əsasən) ekspertizaya təqdim olunan meyitə baxış zamanı paltarından götürülmüş 2 ədəd güllə, 03 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, alt mayka, palto, trusik, 01 cüt corab və Təqsirləndirilən şəxs sol tay qısaboğaz çəkməsi üzrində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tətbiq olunduqda “A” antingeni, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkərləri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan 5, 6, 11 nömrəli sahədən və divan altından götürülmüş güllələr (cəmi 4 ədəd) üzərində qan, Zərərçəkmiş şəxs məxsus 01 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus polisin xidməti geyim forması olan pencək, köynək, şalvar və sağ tay qısaboğaz çəkməsi üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın yaranma müddətini təyin etmək mümkün deyil (cild 02, iş vər. 136-142). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 18 mart 2024-cü il tarixli, 635/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltonun sağ qolunun ön səthində 02 (iki) ədəd, arxa səthində 01 (bir) ədəd, sol qolun ön səthində 02 (iki) ədəd. Ön hissəsində solda 02 (iki) ədəd, ön səthində solda boyunluq üzərində və onun altında 01 (bir) ədəd, arxa səthində yuxarıda 06 (altı) ədəd; köynəyin sağ qolunun ön səthində 01 (bir) ədəd, sağ qolunun arxa səthində 01 (bir) ədəd, sol qolunun ön səthində 02 (iki) ədəd, ön səthində bir qədər sağda 01 (bir) ədəd, ön səthində solda 02 (iki) ədəd, ön səthində sağda boyunluq üzərində və onun altında 01 (bir) ədəd; şalvarın sağ ayağının ön səthində 01 (bir) ədəd, sağ ayağının arxa səthində 01 (bir) ədəd; maykanın ön səthində solda yuxarıda 01 (bir) ədəd, ön səthində sağda 01 (bir) ədəd dəlib-keçən odlu silah zədələnmələri aşkar edildi. Bu zədələr odlu silahdan açılmış atəşlər nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş çoxsaylı odlu silah zədələri onun bədənində olan çoxsaylı odlu silah yaraları ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üstüstə düşürlər. Burun proyeksiyası üzrə çənə ucundan ağız boşluğundan kəllə boşluğuna keçən yara paltarlarda öz əksini tapmamışdır, bu da həmin nahiyəni paltarlarla örtməməsi ilə izah olunur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tuman, bir cüt corab, bir cüt ayaqqabı; Təqsirləndirilən şəxs məxsus pencək, şalvar, köynək və bir cüt ayaqqabı üzərində hər hansı bir zədə aşkar edilmədi. Xəsarət yetirilən anda zərərçəkmiş şəxslə əməli törətmiş şəxs müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi (cild 02, iş vər. 143- 149). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 66 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- sol əlin ovuc səthinin çapıq toxuması (keçmişdəki kəsilmiş yara) kəsici-deşici alət təsirindən törənməklə, özü tərəfindən yetirilməyə uyğun gəlir, müddəti müayinədən 3-4 ay əvvələ uyğundur. Təqsirləndirilən şəxs almış olduğu xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 02, iş vər. 150-151). Cinayət işinin materiallarında olan “Sübutları qiymətləndirilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.2, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.9-cü maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə Azərbaycan Respublikası CMP-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd olunmuşdur (cild 01, iş vər. 160- 208). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CMnin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması kimi istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, ...“ Təqsirləndirilən şəxs bibisi oğlu X6 ilə aralarında yaranmış mübahisə zamanı Arif Feyzullayevi qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə onunla mübahisə etdikdən sonra üzərində gəzdirdiyi, xidməti istifadəsində olan 9 mm kalibrli “МП 2966” (PM) konstruksiyalı tapançanı Zərərçəkmiş şəxs doğru yaxın məsafədən tuşlayaraq ardıcıl 8 dəfə atəş açmaqla Zərərçəkmiş şəxs sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə sonuncunu qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış, xasiyyətnamə, şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Şamaxı rayonunun Birinci Çaylı kəndində yaşayır. O, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Onun barəsində yaşadığı müddət ərzində Birinci Çaylı kənd İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü (X10 ), xx.xx.2019-cu il təvəllüdlü (X11 ) və xx.xx.2022-ci il təvəllüdlü (X14 ) 3 azyaşlı uşağı var (cild 01, iş vər. 147-149, 158-160) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 52-53). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olması, ilk gündən istintaqa köməklik göstərməsi isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Eyni zamanda, ittiham aktından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından, o cümlədən şahid ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən sözügedən cinayət əməli törədildikdən sonra hadisə yerində olmuş Şamaxı Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis kapitanı Şahid3 tərəfindən sonuncu tərksilah olunmuş, daha sonra hadisə yerindən, yəni hadisə baş verən otaqdan kənarlaşdırılmış, hadisənin özü isə Şamaxı Rayon Polis Şöbəsində cərəyan etdiyindən, baş verən səs-küyə artıq şöbənin əməkdaşları yığılmış və ümumiyyətlə Təqsirləndirilən şəxs hadisə yerindən yayınmaq imkanı olmamışdır. Belə olan halda, onun hadisə yerində qalıb özünü hüquq mühafizə orqanlarına təqdim etmək kimi bir imkanı olmamışdır ki, dolayısı ilə də bu hal könüllü gəlib təqsirini boynuna alma və cinayət hadisəsini törətdiyi silahı təhvil vermə kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə kollegiyası sözügedən halı könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirmir və istintaq orqanının Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallarla bağlı gəldiyi bu qənaətlə razılaşmır. Həmçinin, ittiham aktından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs cinayət əməlini ona qanuni şəkildə təhkim edilmiş xidməti istifadəsində olan odlu silahla törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almamışdır. Məhkəmə kollegiyası bu halla bağlı qeyd edir ki, sözügedən xüsusat ona cinayət qanunvericiliyinin ayrıca maddəsi ilə (CM-in 228.1-ci və s. maddəsi ilə) ittiham irəli sürülməsinə əsas olmasa da, cinayət əməlinin törədilməsində məhz odlu silahdan istifadə edilməsi, CM-in 61-ci maddəsinin tələblərinə əsasən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, bu hal təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşdırılmasına, o cümlədən ona qarşı irəli sürülmüş ittihamın ağırlaşdırılmasına səbəb olan hal kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 iyun 2019-cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən cinayət törətməkdə təqsirli bilinən şəxsin vəziyyətini ağırlaşdıran və cəza təyini zamanı əhəmiyyət kəsb edən hallar nəzərə alınmamışdırsa, məhkəmənin öz hökmündə həmin halları nəzərə alması ittihamın ağırlaşdırılmasına dəlalət etmir. Odur ki, Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini ona təhkim olunmuş xidməti istifadəsində olan odlu silahla törətməsini CM-in 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, ibtidai istintaqın gedişinə fəal köməklik göstərməsini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 62). Cinayət işinin materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 22 dekabr 2023cü il tarixli, 4(074)-76/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 22 dekabr 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 124-125). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 22 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Şamaxı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus üzərində qanabənzər ləkələr olan 01 ədəd qara rəngli palto, bel hissəsində dəri materialdan hazırlanmış kəmər olan üzərində qanabənzər ləkələr olan 01 ədəd boz rəngli parça şalvar, üzərində qanabənzər ləkələr olan 01 ədəd qara rəngli köynək, üzərində qanabənzər ləkələr olan 01 ədəd ağ rəngli qolsuz mayka, 01 cüt qara rəngli dəri ayaqqabı, 01 cüt corab, 01 ədəd qara rəngli tuman və üzərində qanabənzər ləkələr olan 06 ədəd güllə, 08 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus polisin xidməti geyim forması olan üzərində dəri kəmər və silah koburası olan 01 ədəd şalvar, polisin xidməti geyim forması olan 01 ədəd uzunqol köynək, polisin xidməti geyim forması olan 01 ədəd pencək, polisin xidməti geyim forması olan 01 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “İphone X” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə, “İphone 13” və “Samsung” 02 ədəd markalı mobil telefonlar isə Zərərçəkmiş şəxs hüquqi varisinə və ya yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə maddi sübut olmaqla Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 9 mm kalibrli olmaqla “МП 2966” (PM) konstruksiyalı tapança və 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə 230 AZN (iki yüz otuz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Şamaxı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan: - Zərərçəkmiş şəxs məxsus üzərində qanabənzər ləkələr olan 01 ədəd qara rəngli palto, bel hissəsində dəri materialdan hazırlanmış kəmər olan üzərində qanabənzər ləkələr olan 01 ədəd boz rəngli parça şalvar, üzərində qanabənzər ləkələr olan 01 ədəd qara rəngli köynək, üzərində qanabənzər ləkələr olan 01 ədəd ağ rəngli qolsuz mayka, 01 cüt qara rəngli dəri ayaqqabı, 01 cüt corab, 01 ədəd qara rəngli tuman və üzərində qanabənzər ləkələr olan 06 ədəd güllə, 08 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus polisin xidməti geyim forması olan üzərində dəri kəmər və silah koburası olan 01 ədəd şalvar, polisin xidməti geyim forması olan 01 ədəd uzunqol köynək, polisin xidməti geyim forması olan 01 ədəd pencək, polisin xidməti geyim forması olan 01 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın; - Hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “İphone X” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə, “İphone 13” və “Samsung” 02 ədəd markalı mobil telefonlar isə Zərərçəkmiş şəxs hüquqi varisinə və ya yaxın qohumlarından birinə qaytarılsın; - İş üzrə maddi sübut olmaqla Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 9 mm kalibrli olmaqla “МП 2966” (PM) konstruksiyalı tapança və 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə 230 AZN (iki yüz otuz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-580/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-580/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver