Məhkəmə qərarları › İş №1(124)-581/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-581/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-581/2024 07.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Quba rayonu, Bağbanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, 2-ci dərəcəli müharibə əlili, Quba rayonu, Bağbanlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə saat 15 radələrindən 19 radələrinədək yaşadığı Quba rayonu, Bağbanlı kəndində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində olan qonaq otağında əvvəlcədən aldığı 0,5 litr həcmində spirtli içki olan arağı təkbaşına qəbul edərək orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşdükdən sonra evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan anası Zərərçəkmiş şəxs ona spirtli içki qəbul etməsi ilə əlaqədar irad bildirməsi və onu təhqir etməsi səbəbindən hiddətlənərək bu hərəkətlərinə görə anası Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gəlib qisas almaq niyyəti ilə qəsdən onu öldürmək məqsədilə saat 19 radələrində evin ikinci mərtəbəsinə qalxaraq yataq otağında olan odun parçasını götürüb həmin odun parçası ilə 1938-ci il təvəllüdlü olmaqla qocalığı ilə əlaqədar ona müqavimət göstərmək iqtidarında olmayan, yəni özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan anası Zərərçəkmiş şəxs müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə xüsusi ağrılar, əzab və işgəncə verdiyini dərk edib bunu arzu edərək, yəni xüsusi amansızlıqla baş və bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək ona başın alın və təpə nahiyəsində, sifətində solda əzilmiş-cırılmış yaralar, bədənin çoxsaylı qançırları, başın yumşaq toxumalarının alt səthində həmin yaralar nahiyəsində qansızma sahələri, yumşaq beyin qişası üzərinə, baş beyin toxumasına və beyin mədəciklərinə qansızma, ağciyər toxumalarına qansızma, hər iki tərəfdən qabırğaların çoxsaylı qapalı sınıqları və qabırğalararası yumşaq toxumalarda qansızmalar, baş beynin yumşaq qişasında qansızmalar, beyin maddəsinin ödemi kimi canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurma əlamətlərinə malik bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs aldığı xəsarətlərlə əlaqədar başın küt travmasından baş beyin toxumasına qansızma törənməsi səbəbindən öldüyündən onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün bir qədər spirtli içki qəbul etmişdir. Həmin vaxt həyat yoldaşı və övladları qonşuda olmuşlar. Anasının yüksək təzyiqi var idi, bu səbəbdən tez-tez yıxılırdı. Hadisə baş verdiyi gün də onun halı pisləşmiş və yuxarı mərtəbədən pilləkənlərlə yıxılaraq aşağı mərtəbəyə düşmüşdür. O da həmin vaxt aşağı otaqda yerdə uzanmışdır. Dərhal ayağa qalxıb anasının üzünə su vurmuş, onu xəstəxanaya çatdırmaq üçün Şahid3 zəng etmişdir. Anası yıxıldıqda hər hansı qan izi görməmişdir. Hadisə təxminən saat 19:00-20:00 radələrində baş vermişdir. Onun anası ilə mübahisəsi olmamış, anasını vurmamışdır. Yıxıldıqdan sonra anasına yaxınlaşdıqda o, nəfəs alırdı. Anasını o öldürməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhəmədə elan olunaraq tədqiq olunan ifadəsində özünü həmin ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Quba rayonu, Bağbanlı kəndində anadan olmuş, atası Bahəddin elektrik montyoru işləmiş, anası Zöhrə isə evdar qadın olmuşdur. X8 zamanı Tərtər rayonunda gedən döyüşlərdə iştirak etmiş, daha sonra isə Füzuli rayonunda olan döyüşlərdə yaralanmışdır. 1995-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. X3isidir, İİ qrup əlildir. Hərbi xidmətdən qayıdandan sonra müxtəlif yerlərdə işləmiş, 2006-cı ildə Vüsalə ilə ailə həyatı qurmuş, ailə həyatı qurandan sonra Vüsalə onun atasına məxsus Bağbanlı kəndində yerləşən evinə köçmüşdür. Birgə nikahdan iki uşağı olmuşdur. Anası Zöhrə də onlarla birlikdə yaşamışdır. Onun spirtli içkilərə meyili olmuş, spirtli içki içəndən sonra əsəbi olmuşdur. Vüsalə deyingən olduğuna görə həmişə onunla mübahisəsi düşmüş, əvvəllər bir neçə dəfə arvadı Vüsaləni buna görə döymüşdür. 27 dekabr 2023-cü il tarixdə səhər saatlarında evə bazarlıq etmək üçün Quba şəhərinə getmiş, mağazadan 0.5 İt araq və ərzaq məhsulları almış, saat 15 radələrində evə qayıtmışdır. Otaqda spirtli içkini içməyə başlamış, həmin vaxt evdə arvadı, uşaqları və anası olmuş, arağın yarısın içdikdən sonra sərxoş olmuş, ona görə bəzi şeyləri xatırlamamışdır. Həmin vaxt arvadı uşaqları ilə harasa getmiş, anası isə evin ikinci mərtəbəsində olmuş, anası Zöhrənin ikinci mərtəbədə öz otağı olmuşdur. O arağı içib televizora baxmışdır. Anası isə onun spirtli içki içməsini görmüş və ona narazılıq etmiş, daha sonra isə öz otağına qalxmışdır. Anası öz otağına qalxandan sonra narazılıq etməyə davam etmiş, o da buna görə çox əsəbləşmiş, anası Zöhrənin səsini kəsmək üçün otağına qalxmışdır. Anasının otağında odun sobası olmuş, odun sobasının yanında isə odunlar olmuşdur. O, otağa daxil olan zaman anası yerdə oturmuş, otağa daxil olduqdan sonra anası Zöhrə yenə də deyinmiş, ona görə də o, odun sobasının yanında olan odun parçasını götürüb anasının üzərinə atmış, səhv xatırlamırsa odun parçası onun baş nahiyəsinə dəymiş, buna görə anası Zöhrə onu təhqir etmiş və o daha da qəzəblənib odun parçası ilə anası Zöhrənin baş nahiyəsinə bir neçə zərbə endirmişdir. Dəqiq olaraq neçə zərbə endirməsini xatırlamamışdır. Zərbələri endirəndən sonra anasının danışmaması və sakit qalması üçün qolundan tutaraq birinci mərtəbəyə düşürüb öz oturduğu otağa aparmışdır. Aşağıda anasının halının pisləşməsini görmüş, onun baş nahiyəsindən qan gəlmiş, ona görə də taksi faəliyyəti ilə məşğul olan həmkəndlisi Ehtirama zəng edərək anasını xəstəxanaya aparmasını xahiş etmişdir. Ehtiram gələndən sonra Zöhrəni görüb aparmaqdan imtina etmiş və təcili tibbi yardım briqadasına zəng etmişdir. O isə evdə siqaret çəkmişdir. Bu müddət ərzində anasının vəziyyəti daha da pisləşmiş, anası danışa bilməmişdir. Ehtiram gedəndən bir müddət sonra polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlmişdir. O, anasının baş nahiyəsinə bir neçə zərbə endirmiş, zərbələrin sayını xatırlamamışdır. O, anasına zərbə endirən zaman sonuncu qollarını qaldırıb zərbələrdən yayınmaq istəmişdir. Zərərçəkmiş şəxs odun parçası ilə zərbə endirməkdə məqsədi sonuncunun səsini kəsmək olmuşdur. Anası onun spirtli içməsinə görə deyinmiş, bu da onu çox əsəbiləşdirmişdir. Anası Zöhrə yaxşı insan olsa da, hər şeyə görə deyinmişdir. Həmin gün o sərxoş olmuş, televizora baxmış, anasının deyinməsini istəməmişdir. Ona görə onu odun parçası ilə vurmuş, lakin onu öldürmək niyyəti olmamışdır. Anası Zöhrəyə zərbə endirən zaman evdə heç kim olmamışdır. Hadisəni törətdiyi odun parçası anasının otağında olan odun sobasının yanında olmuş, anası Zöhrəyə zərbələr edirəndən sonra həmin odun parçasını odun sobasının yanma qoymuşdur. Baş vermiş hadisədə özünü günahkar bilmiş və peşmançılıq hiss keçirmişdir. Hadisə 27 dekabr 2023-cü il tarixdə saat səhv xatırlamırsa 19 radələrində atasına məxsus Bağbanlı kəndində yerləşən evin ikinci mərtəbəsindəki yataq otağında olmuşdur. (Cild 2, iş vərəqləri 112-115) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün o, yas məclisində olmuşdur. Həmin vaxt ona zəng edib nənəsinin yaşadığı evə təcili tibbi yardım avtomobili gəldiyini bildirmişlər. Sonradan əmisi Təqsirləndirilən şəxs nənəsini odun parçası ilə vurduğunu öyrənmişdir. O, hadisə baş verdiyi gün nənəsinin yaşadığı evə getdikdə, evdə qan ləkələri olmuşdur. Hadisə 27 dekabr 2023-cü il tarixdə, axşam saatlarında Quba rayonu, Bağbanlı kəndində baş vermişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arabir spirtli içki qəbul edirdi. Hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs ona zəng edib anasının yıxıldığını bildirmişdir. O, dərhal onun yaşadığı evə getmiş və zərərçəkmiş şəxsin yerdə uzandığını görmüşdür. Onun baş nahiyəsində xəsarətlər olmuşdur. Daha sonra çölə çıxdıqda, post-patrul xidməti əməkdaşlarının gəldiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ailəsi evdə olmamışdır. O, Təqsirləndirilən şəxs yaşadığı evə getdikdə, zərərçəkmiş şəxs aşağı mərtəbədə pilləkənlərin yanında uzanmış, nəfəs alırdı, buna baxmayaraq hər hansı bir söz deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Təqsirləndirilən şəxs ilə 17 ildir ki, evlidirlər. Təqsirləndirilən şəxs müharibədə iştirak etmişdir və bəzi psixoloji problemləri var idi. O, spirtli içki qəbul edirdi. Spirtli içki qəbul etdikdə, bir qədər rahatlaşdığını deyirdi. Təqsirləndirilən şəxs spirtli içki qəbul etdikdə, ancaq müharibə və döyüş səhnələri gözünün önünə gəlirdi. Təqsirləndirilən şəxs ilə aralarında mübahisələr olurdu. Hər ailədə olduğu kimi mübahisələr olurdu və onlar daha sonra barışırdılar. Zərər çəkmiş şəxs tez-tez yıxılırdı. Bəzən onun başının qan olduğunu görürdülər, səbəbini soruşduqda isə yıxıldığını bildirirdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən günədək atası Zülfüqar və nənəsi Zöhrə də onlarla birlikdə yaşayırdılar. Quba rayonu, Bağbanlı kənd orta məktəbinin 10-cu sinif şagirdidir. Atası Zülfüqar X3isi olmuşdur. İkinci qrup əlildir. Kənd təsərrüfatı ilə məşğul olurdu. Atası əsəbi insan olmuşdur. Sadə məsələlərə görə əsəbləşirdi. Bu, müharibədən sonra onda yaranmış psixi problemə görə olmuşdur. Həmçinin atası spirtli içki aludəçisi idi. Sərxoş vəziyyətdə daha da əsəbi olurdu. Evdə anası Vüsalə və nənəsi Zöhrəni döyürdü. Həmişə süfrədə yemək yeyərkən kiminsə səs salmağına əsəbləşir, onları söyürdü. Bununla bağlı anası bir neçə dəfə polisə şikayət etmişdir. Atası ancaq nənəsi və anasını döyürdü. Digər şəxslərlə mehriban idi. Atasının anası və nənəsi ilə münasibəti pis idi. Atası həmişə onu boş şeylərə görə danlayırdı. Məsələn, nənəsi otağı isitmək üçün odundan istifadə edəndə həmin odunları əziyyətlə tapdığını deyir, onu söyürdü. Sərxoş olanda nənəsini dəfələrlə bu kimi məsələlərə görə döymüşdür. O isə oğlunu çox istəyir, onun xətrinə dəymirdi. O, 27 dekabr 2023-cü il tarixdə səhər saatlarında məktəbə getmiş, 15:00 radələrində evə gələndə görmüşdür ki, atası evdə spirtli içki qəbul edir. Nənəsi də süfrədə oturmuş, anası və qardaşı da evdə olmuşlar. Atası sərxoş vəziyyətdə idi. O da süfrəyə oturub yeməyə başlamışdır. Atası onun üstünə qışqırıb səs salmamağını demişdir. Anası isə mətbəxə gedib gəlirdi. Atası anasını da söyməyə başlamışdır. Ona görə də anası qonşuları Pırvanəgilə gedəcəyini demiş, o da onunla Pərvanəgilə getmişdir. Qardaşı isə həmin vaxt uşaqlarla harasa getmişdir. Onlar yarım saat qonşuda oturduqdan sonra evə dönmüşlər. Atası isə evdə yatmışdır. Təxminən 1 saat sonra atası evdən çıxıb onların üzərinə gəlmişdir. Anasının yaxasından yapışıb qonşuya getməsinə görə vurmağa başlamışdır. Başına və üzünə yumruqla vurmuşdur. Anası onun əlindən qaçıb çölə çıxmış, o da anasının arxasıyca getmişdir. Onlar qardaşı və anası ilə birlikdə qonşuları Ramingilə getmişlər. Bir müddət oturduqdan sonra çölə çıxmışlar. Anası evə qayıtmaqdan qorxduğuna görə polisə zəng etmişdir. Onlar çöldə gözləyən zaman taksi Ehtiram onların evinə doğru getmişdir. Onlar isə küçədə polisin gəlməsini gözləmişlər. Saat 18:00 radələrində polis əməkdaşı gəlmiş, anasının izahatını almışdır. Elə bu zaman Ehtiram onların evi tərəfdən öz avtomobili ilə geri qayıtmışdır.Zöhrənin vəziyyətinin pis olmasını, başının yarılmasını bildirmişdir.Onlar da polislərlə evə getmişlər, atası evdə olmuşdur. Onu polislər evə girməyə qoymamışdır. daha sonra ona demişdilər ki, atası nənəsini odunla vurub öldürmüşdür. Həmçinin bildirmişdir ki, atası həmişə sərxoş vəziyyətdə anasını və nənəsini öldürəcəyi ilə hədəliyirdi. Nənəsini döyən zaman “bu niyə ölmür, bunu nə qədər döyürəm, ölmək bilmir, it canıdır eləbil” deyirdi. Bu haqda başqa məlumatı yoxdur. Məhkəməyədək icraat zamanı şahd qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid8 göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir, onkoloji xəstəlikdən əziyyət çəkir. Kəndin 65 evinə su kənddə qazılan artezian quyusundan verilmiş, o da iki gündən bir artezian quyusundan kənd camaat üçün su vurmuş və kəndə düşərək sakinlərə su vurması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs onun həmkəndlisi olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zülfüqar Bağbanlı kəndində arvadı, anası və uşaqları ilə birlikdə yaşamışdır. Zülfüqar zəhmətkeş insan olmuş, ailəsi ilə bağ sahəsində işləmişdir. Lakin sərxoş olan zaman Zülfüqar tamam dəyişmiş, özünü idarə edə bilməmiş, X4 yaralandığına görə psixi xəstəliyi yaranmış, psixi xəstəliyi Zülfüqar ancaq sərxoş olanda özünü biruzə vermiş, Zülfüqar çox aqressiv olmuş, anası və arvadını döymüşdür. Ayıq olanda isə normal insan olmuşdur. Zöhrə isə qoca və gücsüz insan olmuş, Zöhrə ilə Zülfüqarm münasibətləri yaxşı olmuş, ayıq vaxtlarında Zülfüqar anasına baxmış, dəfələrlə anasını müalicə etmək üçün xəstəxanaya aparmışdır. Lakin sərxoş olanda Zöhrə Zülfüqarm düşməni olmuş, Zöhrəni döymüşdür. Zöhrə isə gücsüz olmuş, Zülfüqara heç bir şey edə bilməmişdir. 27 dekabr 2023-cü il tarixdə səhər saatlarında o artezian quyusunun suyunu açaraq sakinlərə su vermiş və kəndə düşərək sakinləri bu barədə xəbərdar etmiş, Zülfüqarm evlərinin qarşısında olanda onlara suyu açmasını demiş, həmin vaxt Vüsalə ona yaxınlaşaraq Zülfüqarm onu söydüyünü demiş və ondan Zülfüqarı sakitləşdirməsini xahiş etmişdir. Ona görə də o, evə daxil olmuş, qonaq otağına keçmiş, Zülfüqar onu yaxşı qarşılamış, yemək və çay təklif etmiş, o, ancaq çay içmiş, Zülfüqarı sakitləşdirmək istəmiş, lakin Zülfüqar Vüsaləni söymüş, həmçinin ona “bunlarla yaşamaqdansa, türmədə yaşamaq yaxşıdır” demişdir. O, Zülfüqarı sakitləşdirə bilməmişdir. Zülfüqar durmadan söyüş söymüş, ona görə də o da əsəbişləşib çıxıb getmişdir. Axşam saatlarında isə Zülfüqarm anasını odunla vuraraq öldürməsini öyrənmişdir. Başqa onun hadisə barədə məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 230- 233) Məhkəməyədək icraat zamanı şahd qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X9 göstərmişdir ki, o, Quba rayonu, Bağbanlı kəndində valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs onun həmkəndlisi olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, münasibətləri normal olmuşdur. Zülfüqar evdə arvadı Vüsalə, qızı Lalə, oğlu İsmixan və anası Zöhrə ilə birlikdə yaşamışdır. Zülfüqar spirtli içki aludəçisi olmuşdur. Zülfüqarm kənddə kiminləsə ədavəti və düşmənçiliyi olmamışdır. Zülfüqar dəfələrlə sərxoş vəziyyətdə ailə üzvlərinə əzab vermişdir. Kənddə hamı Zülfüqarm spirtli içki qəbul edəndən sonra başını itirməsini və ailə üzvlərinə əzab verməsini bilmişdir. O, 23 dekabr 2023-cü il tarixdən etibarən Xaçmaz rayonunda bağ sahəsində fəhlə kimi işləmiş, hər səhər saat 8 radələrində işə getmiş, axşam saat 17-18 radələrində isə işdən qayıtmışdır. 27 dekabr 2023-cü il tarixdə saat 18 radələrində həmişəki kimi işdən evə qayıtmış, onun yaşadığı ev ilə Zülfüqarm evinin arasında 100 metr məsafə olmuş, evə gedən zaman Zülfüqarm anası Zöhrəni yolda görmüş, hava artıq qaranlıq olmuş, Zöhrə tək-tənha evlərinə tərəf qalxmışdır. Zöhrə zəifləmiş, güclə gəzmiş, ona görə onun Zöhrəyə yazığı gəlmiş və getdiyi yerə qədər yola salmaq istəmiş, ona görə də hara getməsini soruşmuşdur. Zöhrə ona evə getdiyini, Zülfüqarm yenə spirtli içki qəbul edib sərxoş vəziyyətdə ona və arvadı Vüsaləyə zülüm etdiyini demişdir. O da, Zöhrəyə Zülfüqarm yanma yox, onların evinə getməyi və qalmağı təklif etmiş, lakin Zöhrə imtina etmiş və oğlunun yanma getmək istədiyini demişdir. O Zöhrəni evlərinin qabağına kimi gətirmiş, çıxıb getmək istəyərkən Zöhrə onu tək qoymamasmı xahiş etmişdir. Zöhrə Zülfüqardan qorxmuşdur. Ona görə də o, qapının zəngini basıb Zülfüqarm gəlməyini gözləmiş, bir az sonra Zülfüqar qapını açmış, Zülfüqara Zöhrə nənəni gətirdiyini demiş, Zülfüqar isə acı cavab verərək Zöhrənin ünvanına nalayiq söyüşlər işlətmiş, “bular heç biri mənə qulaq asmır” demiş, arvadı Vüsalə barəsində də nalayiq ifadələr işlətmişdir. Bu zaman artıq Zöhrə qapıdan içəri keçib evə daxil olmuşdur. O isə Zülfüqarı sakitləşdirmiş, Zöhrənin yaşlı olduğunu, yazıq olduğunu demiş, Zülfüqar isə söyüş söyməyə davam etmişdir. Zülfüqar siqaret çəkib qurtarandan sonra o, çıxıb getmişdir. Saat artıq 19 radələri olmuş, o, evə gəlib istirahət etmişdir. Saat 21 radələrində küçəyə çıxmış, küçədə təcili tibbi yardım avtomobilini və polis əməkdaşlarını görmüş, qonşulardan öyrənmişdir ki, Zülfüqar anasını odunla vuraraq qətlə yetirmişdir. Başqa onun hadisə barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs evlərinə ötürən zaman o evin içərisinə girməmiş, lakin Zülfüqarm arvadı Vüsalənin onu atıb getməsini bildirməsindən Zülfüqarm evdə tək olmasını anlamışdır. O, Təqsirləndirilən şəxsla söhbət edən zaman, sonuncu Zərərçəkmiş şəxs öldürmək istəməsi barədə heç bir şey deməmiş, sadəcə ailə üzvlərinin onun sözünə qulaq asamadıqlarına görə gileylənmiş və davamlı olaraq anası və arvadının ünvanına nalayiq ifadələr işlətmişdir. (Cild 1, iş vərəqləri 204-208) Məhkəməyədək icraat zamanı şahd qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 göstərmişdir ki, o, Quba rayonu, Bağbanlı kəndində oğlu Ramil, Ramazan və Ramazanın ailəsi ilə birlikdə yaşayır. Heç yerdə işləmir. Təqsirləndirilən şəxs onun qonşusu olmuşdur. Onların evinin həyətində olan bostan Zülfüqarm evinin həyətinə bitişik olmuşdur. Zülfüqar spirtli içki aludəçisi olmuş, evdə anası, arvadı və iki uşağı ilə birlikdə yaşamış, heç yerdə işləməmiş, X8 iştirakçısı olmuşdur. Zülfüqarm onun ilə münasibəti çox yaxşı olmuş, qonşu kimi həmişə onun sözünə qulaq asmış, heç vaxt onunla mübahisəsi olmamışdır. Təkcə Zülfüqarm yox, onun ailə üzvlərinin də onunla münasibəti yaxşı olmuşdur. Zöhrə çox yaxşı və sakit insan olmuş, Zülfüqarı çox istəmiş, hətda Zülfüqarı bir dəfə müalicə müəssisəsinə yerləşdirmək istəyəndə, Zöhrə razı olmamışdır. Lakin Zülfüqar ona və arvadına qarşı pis rəftar etmiş, sərxoş olan kimi arvadı və anasını döymüş, o, bir neçə dəfə onların həyətlərindən Zülfüqarm qışqırıq səsini, nalayiq söyüşlər söyməsini eşitmiş, hərdən bağın çəpərindən onu çağıraraq sakit olmasını demiş, Zülfüqar sərxoş vəziyyətdə belə onun sözünə qulaq asmış, kobud cavab vermədən dediyini etmişdir. Lakin Zülfüqar anası və arvadı ilə pis rəftar etmişdir. Bu isə Zülfüqarın müharibədə olması və psixi pozuntularının olması ilə bağlı olmuşdur. 27 dekabr 2023-cü il tarixdə saat 18 radələrində o, evdə olmuş, həmin vaxt evdə başqa heç kim olmamışdır. Saat 18 radələrində Vüsalə evin qapısını döymüş, Vüsaləni evə buraxmış, Vüsalə uşaqları ilə gəlmişdir. Vüsalənin gözünün altında qaraltı olmuş, ondan nə baş verdiyini soruşanda, Zülfüqarm yenə də sərxoş olmasını və onu döyməsini demişdir. Əvvəllər də bu kimi hallar olmuşdur. Vüsalə gəlib onun evində qalmışdır. Ona görə də, o, yenə Vüsaləyə onların evində qalmasını təklif etmiş, lakin Vüsalə razı olmamışdır. Bu zaman elə oğlu Ramil də evə gəlmişdir. O Vüsalədən Zöhrənin harada olmasını soruşmuş, Vüsalə bilmədiyini demişdir. Bir müddət Vüsalə onların evində qalandan sonra qaynı arvadı Sürahəgilə gedəcəyini deyib çıxıb getmişdir. Saat 24 radələrində kimi o evdə olmuş, həmin vaxta kimi Zülfüqargilin evindən heç bir səs gəlməmiş, lakin 24 radələrində digər oğlu evə gələrək Zülfüqarın anası Zöhrəni öldürdüyünü demişdir. Başqa onun hadisə barədə məlumatı olmamışdır. Zülfüqar ilə Zöhrənin münasibətləri normal olmuş, arvadı Vüsalə və uşaları ilə də həmçinin. Lakin sərxoş olanda Zülfüqar anası və arvadını döymüşdür. (Cild 1, iş vərəqləri 212-215) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 212-215) Məhkəməyədək icraat zamanı şahd qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid7 Sadıq qızı göstərmişdir ki, o, heç yerdə işləmir, Təqsirləndirilən şəxs onun qonşusu olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, qonşu kimi münasibətləri çox yaxşı olmuş, Zülfüqar hörmət saxlayan insan olmuş, evdə iki uşağı, anası və arvadı ilə birlikdə yaşamış, X3isi olmuş, müharibədən sonra əsəbləri korlanmış, spirtli içki qəbul edən kimi anası Zöhrə və arvadı Vüsaləni döymüşdür. Zülfüqarm ailə üzvlərini döyməsinin dəqiq səbəbini bilməmiş, çünki onların ailədaxili məsələlərinə qarışmamışdır. Lakin Zöhrənin və Vüsalənin deməsinə görə pul üstündə və bu kimi cüzi məsələlərə görə Zülfüqar onları döymüşdür. Bir neçə dəfə Vüsalə onların evinə gələrək Zülfüqarm onu döyməsini deyib onların evində qalmasını xahiş etmişdir. Tez-tez Vüsalə digər qonşuları Həqiqətin evinə getmişdir. Zöhrə də hərdən onun evinə gəlmişdir. Zöhrə çox sakit, mehriban insan olmuş, Zülfüqarm onu döyməsinə baxmayaraq oğlunu çox istəmişdir. 27 dekabr 2023-cü il tarixdə saat 17 radələrində o, həyətlərində toyuqlarına yem vermiş, bu zaman gözü Zülfüqarm həyətinə sataşmış, orada Zülfüqarm Vüsalənin üzərinə qışqırdığını görmüş, birdən Zülfüqar onu görüb yaxınlaşmış, Vüsalədən gileylənməyə başlamışdır. Həmin vaxt Zülfüqar sərxoş olmuşdur. O Zülfüqarı sakitləşdirmək istəmiş lakin Zülfüqar Vüsaləni söyməyə davam etmiş, ona görə də o çıxıb getmişdir. Daha sonra nə baş verməsini bilməmişdir. Axşam saatlarında isə oğlundan Zülfüqarm anasını odunla vuraraq öldürməsini öyrənmişdir. Başqa onun hadisə barədə heç bir məlumatı olmamışdır. O, X6 İsmixanovaya zərbə endirməsinin şahidi olmamış, evinin həyətinə çıxanda Zülfüqarm Vüsalənin üstünə qışqırdığını görmüş, lakin zərbə vurmasını görməmişdir. (Cild 1, iş vərəqləri 216-219) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi haqqında” 27 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Quba rayonu, Bağbanlı kəndində yerləşən fərdi yaşayış evidir. Evin həyətinə giriş qapısı boz rəngdə olmaqla dəmir materialdandır. Həmin qapıdan yardımçı tikiliyə daxil olduqda, tikildə 3 otaq vardır. Sol tərəfdə hamam otağı və anbar kimi istifadə olunan otaq, sağ tərəfdə isə ümumi otaq vardır. Həmin tikilidən evin həyətinə çıxdıqda, evin həyətinin sağ tərəfi bağ sahəsidir sol tərəfdə isə həyətin hasarıdır. Hasarın qırağı ilə yaşayış evinə beton örtüklü yol vardır. Yardımçı tikilidən yaşayış binasına 19 metr məsafə vardır. Yaşayış binası iki mərtəbəlidir. Giriş qapısından ümumi otağa daxil olduqda, otaqda divan, masa, 2 ədəd kreslo, paltar dolabı, soyuducu vardır. Otağın döşəməsinə xalçalar sərilmişdir. Otaqda olan qırmızı rəngdə xalçanın üzərində qanabənzər ləkələr aşkar olunmuşdur. Həmin qanabənzər ləklərdən tampona hopdurulmaqla nümunə götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Həmin qanabənzər ləkələrin yanında tük topası aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşür. Ümumi otaqdan dəhlizə daxil olduqda, solda yataq otağı sağda isə ikinci mərtəbəyə qalxmaq üçün pilləkən vardır. Sol tərəfdə yerləşən yataq otağına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir hala rast gəlinməmişdir. Dəhlizdə yerdə, yataq otağının giriş qapısının qarşısında, pilləkənlərdə və pilləkənin altında çoxlu sayda qanabənzər ləkələr aşkar olunmuşdur. Giriş qapısından sağda, yerdə olan qanabənzər ləklərdən və pilləkənin pilləsində olan qanabənzər ləkələrdən tampona hopdurulmaqla 2 ədəd nümunə götürülmüşdür. Dəhlizin giriş qapısı ilə üzbəüz qonaq otağının giriş qapısıdır. Həmin qapıdan içəri daxil olduqda sol tərəfdə giriş qapısından solda divara bitişik divan, divanın qarşısında masa, otağın sol divarına bitikiş yataq, sağ tərəfdə küncə, televizor, aşağısında televizor altdığı, televizorun yanında isə üzərində qanabənzər ləkələr olan “iran peçi” vardır. Divan ilə masanın arasında yerdə qırmızı rəngdə yastıq vardır. Yastığın üzrədinə qanabənzər ləkələr aşkar edilmişdir. Yastığın üzərində yun materialdan, qara rəngli, ağ zolaqları olan gödəkçə vardır. Hadisə yerinə baxışda iştirak edən Şahid1 həmin gödəkçənin onun qayınanası Zərərçəkmiş şəxs qızma məxsus olmasını, 27 dekabr 2023-cü il tarixdə günorta radələrində əri Təqsirləndirilən şəxs araq alıb evə gəlməsini, arağı qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra evdə münaqişə yaratmasını, onu döyməsini, daha sonra evdən qaçıb qonuşugilə getməsini və polis əməkdaşlarına zəng edərək əri tərəfindən döyülməsi barədə məlumat verməsini, evlərinin yaxınlığında polis əməkdaşlarına izahat verən zaman Ehtiram adlı taksi sürücüsünü gördüyünü, ondan Zərərçəkmiş şəxsnm vəziyyətinin pis olmasını öyrəndiyini, evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs qonaq otağında divanın qarşısında yerdə uzanıqlı vəziyyətdə olmasını aşkar etməsini, Zöhərinin huşunun özündə olmamasını, alm nahiyəsində xəsarətlərin olmasını bildirmişdir. İş üçün əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq 1 ədəd qara rəngli, ağ zolaqlı, yun materialdan olan gödəkçə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qonaq otağından çıxıb dəhlizdə olan pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxdıqda, pilləkənin pillələrində qanabənzər ləkələr aşkar edilmişdir. Pilləkənlərdə evin ikinci mərtəbəsinin dəhlizinə qalxdıqda, dəhlizdə masa, dolab və sair mebel əşyaları aşkar edilmişdir. Həmçinin yerdə odun parçaları aşkar olunmuşdur. Dəhlizdə sağda yataq otağının giriş qapısı vardır. Həmin otaqdan içəri daxil olduqda giriş qapısından solda odun sobası, odun sobasının qarşısında isə içərisində odun parçaları olan vedrə vardır. Həmin vedrənin içərisində olan odun parçalarından uzunluğu 37 sm, eni 5 sm olan odun parçasının üzərində qanabənzər ləkələr aşkar edilmiş, həmin odun parçası iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Yataq otağının solunda divara bitişik 2 ədəd yataq vardır. Otağın mərkəzində isə yerdə döşək, döşəyin üzərində isə adeyal vardır. Adyalın üzlüyü qana bulaşmışdır. Həmin üzlük iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 4-33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “meyitə baxış keçirilməsi haqqında” 27 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti təşrih stolu üzərinə qoyulmuşdur. Təşrih stolu üzərindəki meyitin əynində aşağıdakı paltarları vardır. 1.Yaşıl rəngli yun materialdan qabağı düyməli jaket. 2.Qara rəngli, qəhvəyi xətli yun materialdan boynu dəyirmi paltar. 3.Yaşıl rəngdə yun materialda platya. 4.Ağ rəngli bənövşəyi güllü pambıq materialdan gecə köynəyi 5. Ağ rəngli qara güllü pambıq materialdan trusi. 6. Açıq qəhvəyi rəngli pambıq materialdan trusi. 7. Qara rəngli pambıq materialdan olan fınka. Paltarlar qana bulaşmışdır. Meyit qadın cinsli olub düzgün bədən quruluşunda, kafi qidalıdır, boyu 152 sm-dir. Meyit qacıması müayinə olunan bütün qrup əzələlərində yaxşı inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa səthində olub bənövşəyi rənglidir, barmaqla təzyiq etdikdə avazıyır və 15-20 dəqiqəyə bərpa olunur. Gözləri bağlıdır, ağlı qişasında çoxlu sayda tünd qırmızı nöqtəvari qansızmalar vardır. Burun sümükləri və qığırdaqları, eləcə də üz-skeleti sümüklərində əllədikdə sümük sınığı krepitasiyası qeyd edilir. Burun dəliklərində tünd qırmızı qanlı ifrazat vardır, xarici qulaq keçəcəkləri sərbəst olub, ifrazat qeyd olunmur. Ağzı yarımaçıqdır, dodaqların selikli qişası çəhrayımtıl-göy rəngdədir, qansızmalıdır, üst çənədə üzərində 2 ədəd sarı metaldan qapaqlığı olan diş vardır, qalan dişləri təbiidir. Boynu bədəninə müvafiqdir, hərəkətsizdir. Döş qəfəsi silindrik formada olub, simmetrikdir, əllədikdə hər iki tərəfdə qabırğa sınığı krepitasiyası aşkar olunur.Qarnı döş qəfəsi səviyyəsindən aşağıdır, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri qadın cinsinə uyğun düzgün formalaşmış və inkişaf etmişdir. Arxa keçəcək qapalıdır, ətraf dərisi zədəsiz olmaqla təmizdir. Ətraf sümükləri əllədikdə tamdır. Meyitin xarici müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olundu: Başın sol təpə nahiyəsində kənarları nahamar, qurtaracaqları küt, sümük toxumasına qədər dərinliyi olan, 3x0,3 sm ölçüdə əzilmiş-cırılmış yara vardır. Eyni xarakterdə yara alnında sağda 5x2sm ölçüdə, alnında solda 3x1,5 sm ölçüdə qeyd edilir. Sol göz orbiti ətrafında dairəvi formada, bənövşəyi rəngdə, yumşaq toxumanın şişkinliyi ilə qançır-hematoma aşkar olunur. Sol qaşın bayır bucağında kənarları nahamar, qurtaracaqları küt, tünd qırmızı qartmaqla örtülü, 3x0,3sm ölçüdə yara müəyyən edilir. Eyni xarakterdə yara sol almacıqda 2x0,3sm ölçüdə, üst dodaqda sağda və solda 1x0,5 sm və 1x0,3 sm ölçüdə vardır. Sol əlin arxa səthində qeyri müəyyən formada, bənövşəyi rəngdə, 6x5sm ölçüdə qançır qeyd edilir. Eyni xarakterdə qançır sağ əlin arxa səthində 5x4 sm ölçüdə və sol çiyində arxada 6x3sm ölçüdə aşkar olunur. Bunlardan başqa meyitin xarici müayinəsi zamanı onun bədəni üzərində digər hər hansı xəsarət və onun izi aşkar olunmadı. Baxış zamanı iş üçün gələcəkdə sübut əhəmiyyəti kəsb edəcəyindən mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş yaşıl rəngli yun materialdan qabağı düyməli jaket, qara rəngli, qəhvəyi xətli yun materialdan boynu dəyirmi paltar, yaşıl rəngdə yun materialdan olan platya, ağ rəngli bənövşəyi güllü pambıq materialdan gecə köynəyi və qara rəngli pambıq materialdan olan fınka götürülmüşdür. (Cild 1, iş vərəqləri 34-52) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “könüllü təqdim etmə, baxış keçirmə və götürmə haqqında” 28 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynidə olmuş 01 ədəd köynək və 01 ədəd şalvarı könüllü olaraq təqdim etmiş və həmin paltarlar iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 86-91) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 28 dekabr 2023-cü il tarixli 77 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxsnm meyitinin xarici müayinəsi zamanı başın alın və təpə nahiyəsində, sifətində solda əzilmiş-cırılmış yaralar, bədənin çoxsaylı qançırları, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində həmin yaralar nahiyəsində qansızına sahələri, yumşaq beyin qişası üzərinə, baş beyin toxumasına və beyin mədəciklərinə qansızma, ağciyər toxumalarına qansızına, hər iki tərəfdən qabırğaların çoxsaylı qapalı sınıqları və qabırğalararası yumşaq toxumalarda qansızmalar, məhkəməhistoloji müayinə zamanı baş beynin yumşaq qişasında qansızmalar, beyin maddəsinin ödemi aşkar edilmişdir ki, bunlar da küt əşyanın təsirindən törənməklə həyati olub ölümündən az əvvəlki vaxtda yetirilməyə uyğundur, canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxsnm meyiti üzərində aşkar olunan xəsarətlər ekspertizaya təqdim olunan odun parçası ilə, eləcə də ona oxşar digər əşya ilə yetirilə bilər, bu xəsarətlər çoxsaylı zərbələrin təsirindən əmələ gəlməyə uyğundur, zərərcəkmiş həmin xəsarətlər yetirildikdən sonra çox qısa müddət (ola bilsin ki, dəqiqələr) ərzində məqsədyönlü hərəkətlər edə bilərdi. Mərhum Zərərçəkmiş şəxsnm meyitindən götürülən daxili üzv hissələrinin və qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Məhrhum Zərərçəkmiş şəxsnm ölümünə səbəb başın küt travmasmdan baş beyin toxumasına qansızma törənməsi olmuş, ölüm meyit müayinə edilən vaxtdan 12-16 saat əvvəl baş verməyə uyğundur. (Cild 2, iş vərəqləri 70-72) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks komisyon ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 yanvar 2024-cü il tarixli 186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən “üzvi şəxsiyyət pozuntusu” öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı olduğundan Azərbaycan Respublikası CM-in 21.1 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan psixi patologiya anlaqlılığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 22.1 -ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 2, iş vərəqləri 65-69) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi kriminalistik ekspertizasının 17 yanvar 2024-cü il tarixli 08-MTKŞ/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus 01 ədəd jaketin (tünd göy rəngli, qərarda gödəkçə kimi göstərilmişdir) boyun tikişində sağda, solda, arxada solda və sol çiyin tikişində söküləmələr aşkar olunmuşdur. Bu sökülmələr küt qüvvə təsiri ilə jaketin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus 02 (iki) ədəd don, 01 ədəd gecə köynəyi, 01 ədəd retuz, 01 ədəd jaket (yaşıl rəngli olan jaket), Təqsirləndirilən şəxs məxsus idman şalvarı və köynəyin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. (Cild 2, iş vərəqləri 60-64) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi-bioloji ekspertizasının 26 yanvar 2024-cü il tarixli 06/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: 0(H)(İ). Məhkəmə tibbi-bioloji ekspertizaya təqdim edilmiş meyitə baxış zamanı götürülmüş qara rəngli retuz və qara rəngli qəhvəyi xətli don, hadisə yerinə baxış zamanı götürülmüş jaket tipli qadın pencəyi, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş köynək, idman şalvarı, hadisə yerinə baxış zamanı götürülmüş adyalüzlüyü, 03(üç) ədəd borucuqlarda olan plastik çubuqların pambıq uduqları və taxta(odun) parçasında olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrində ABO sistemi üzrə qanın qrup mənsubiyyətinin təyini zamanı antigen qismində yalnız «H» antigeni, aqqlyutinin qismində isə adyalüzlüyü üzərində olan ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. «H» antigeni təbiətinə görə resessiv antigen olduğundan yalnız tək halda və göstərilən hər iki aqqlyutininlə birlikdə 0(H)(İ) qan qrupunu formalaşdıra bildiyindən göstərilən əşyalarda olan qan ləkələrinin birmənalı olaraq həmin qruplu şəxsə(şəxslərə) məxsus olmasını söyləmək olar və bu halda göstərilən əşyalarda olan qan ləkələri ABO sistemi üzrə eyni qan qruplu Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Ekspertizaya nəm halda təqdim edilmiş meyitə baxış zamanı götürülmüş firuzə(yaşıl) rəngli jaket, yaşıl rəngli don və gecə köynəyi üzərində olan ləkələrdə qan aşkar olunmamışdır. Tədqiqata təqdim olunmuş hadisə yerindən götürülmüş topa şəkilli obyekt yığımları insanın baş tükləridir. Bu tük yığımı əsasən ağımtıl rəngli tam ağarmış, piqmentləri olmayan, rənglənməyə məruz qalmamış, əsas morfoloji əlamətlərinə görə bir- biri ilə oxşar olduqlarından eyni bir şəxsə məxsus olmaları inkar olunmayan tüklərdən və qismən tünd qəhvəyi rəngli, zəngin sıx piqmentləri olan, üzərində ağarmağa xarakter əlamətləri olmayan, hissəvi olaraq rənglənməyə məruz qalmış, əsas morfoloji əlamətlərinə görə bir-biri ilə oxşar olduqlarından eyni bir şəxsə məxsus olmaları inkar olunmayan tüklərin qarışığından ibarətdir. Hər iki rəngli tüklər arasında yaşama qabiliyyətini itirməkdə olan hər-hansı zəif təsir nəticəsində kökündən sərbəst ayrılmış və güclü küt təsir nəticəsində kökündən qoparılmağa xarakter əlamətlər vardır. Hər iki rəngli tüklər bəzi morfoloji əlamətlərinə görə oxşar olsalar da əsas həlledici əlamətlərinə görə fərqli olduqlarından onların eyni anda və eyni şəxsin başından ayrılması inkar olunur. Bununla belə, qərarın təsviri hissəsində qarşıya qoyulan suala müvafiq olaraq müqayisəli tədqiqat məqsədi ilə hadisə yerindən götürülmüş topa şəkilli tük yığımlarında olan ağımtıl və tünd qəhvəyi rənglərdə tüklərin ABO sistemi üzrə qrup mənsubiyyəti təyin olunan zaman ağımtıl rəngli tüklərin 0(H)(İ) qruplu şəxsə məxsus olması müəyyən olunduğu üçün həmin tüklərin eyni qrup göstəricisinə malik Zərərçəkmiş şəxsıa məxsus olması inkar olunmamışdır. Tünd qəhvəyi rəngli tüklər isə ABO sisemi üzrə A(H)(İİ) qruplu şəxsə məxsus olduqlarından onların Zərərçəkmiş şəxs qızna məxsus olması inkar olunmuşdur. (Cild 2, iş vərəqləri 41-59) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 27 dekabr 2023-cü il tarixli 143 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur. (Cild 1, iş vərəq 60) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 28 dekabr 2023-cü il tarixli 18-1-56/2- 1596/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsində narkoloji kabinetində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs 05 aprel 1995-ci il tarixdən “F06 kəllə beyin travması nəticəsində kəskin davamlı isterik reaksiya” diaqnozu ilə xəstəxananın Poliklinika şöbəsinin psixatrik kabinetində qeydiyyatdadır. (Cild 1, iş vərəqləri 101-102) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin 28 dekabr 2023-cü il tarixli 1669 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2017-ci il tarixdən “Qapalı kəllə-beyin travması nəticəsində davamlı isterik reaksiyalar” dianqozu ilə mərkəzin müşahidəsindədir. (Cild 1, iş vərəqləri 103-104) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(Cild 2, iş vərəq 22) Məhkəmə təsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni onun anasını öldürməməsi, anasının özünün yıxılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından və elektron məhkəmə sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmişin hüquqi varisi arasında barışıq əldə olunmuş və təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağı vardır. Bundan başqa, cinayət işi materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz Regional filialının 05 fevral 2024-cü il tarixli 3-17-1/2-26136/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli Müharibə əlilliyə görə 01 sentyabr 2008-ci il tarixdən müddətsiz Prezident təqaüdünü və həmin əlillik səbəbindən 01 iyun 1995-ci il tarixdən müddətsiz pensiya alır. (Cild 2, iş vərəqləri 39-40) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması, cinayəti törədən zaman anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.9 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin X8 veteranı və 2-ci dərəcəli əlilliyinin olması da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həsb qətimkan tədbiri seçilmiş, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 57-59, Cild 2, iş vərəqləri 12-16) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba rayon prokurorluğunda saxlanılan 03 ədəd tampon, 01 ədəd tük topası, 01 ədəd yorğan üzlüyü, 01 ədəd odun parçası, 01 ədəd yaşıl rəngli jaket, 01 ədəd qara rəngli paltar, 01 ədəd yaşıl rəngli geyim, 01 ədəd ağ rəngli gecə köynəyi, 01 ədəd qara rəngli finka, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd tünd mavi rəngdə köynək və 01 ədəd boz rəngdə idman şalvarı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Quba rayon prokurorluğunda saxlanılan 03 ədəd tampon, 01 ədəd tük topası, 01 ədəd yorğan üzlüyü, 01 ədəd odun parçası, 01 ədəd yaşıl rəngli jaket, 01 ədəd qara rəngli paltar, 01 ədəd yaşıl rəngli geyim, 01 ədəd ağ rəngli gecə köynəyi, 01 ədəd qara rəngli finka, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd tünd mavi rəngdə köynək və 01 ədəd boz rəngdə idman şalvarı məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar