Məhkəmə qərarları › İş №1(124)-583/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-583/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-583/2024 31.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X13 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Fides Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə, xx xxxxxxx 2006-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs2 əvvəlcədən tanıdıqları Zərərçəkmiş şəxs1 ilə aralarında baş vermiş mübahisə səbəbindən sonuncuya kəsici-deşici alətlə xəsarət yetirəcəyinə dair dediyi sözlərə etiraz edərək onunla razılaşmamış, yaranmış mübahisənin sülh yolu ilə həll olunmalı olduğunu bildirməsinə baxmayaraq həmin tarixdə, saat 21:20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 7 nömrəli binanın qarşısında olan boş sahəyə gəldikdə qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 dostu Zərərçəkmiş şəxs2lə əlbəyaxa olduğunu görüb mübahisəyə müdaxilə etmiş, həmin vaxt yaranmış qarşılıqlı dava-dalaş zamanı Zərərçəkmiş şəxs1 dostu Zərərçəkmiş şəxs2 tərəfdən mübahisəyə qoşulduğunu görüb üzərində olan və istintaqa məlum olmayan kəsici-deşici xassələrə malik olan alətlə Zərərçəkmiş şəxs1 qarın nahiyyəsinə bir dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs1 qarın nahiyyəsinin sol yarısının sol plevra və periton boşluğuna nüfuz edən sol plevranı və mədəni yaralayan bir ədəd deşilmiş- kəsilmiş yara ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 ilə aralarında baş vermiş mübahisə səbəbindən sonuncuya kəsici-deşici alətlə xəsarət yetirmək qənaətinə gəlmiş və həmin gün saat 21:20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 7 nömrəli binanın qarşısında olan boş sahədə atası Qanuni nümayəndə ilə Zərərçəkmiş şəxs1 və sonuncunun dostu Zərərçəkmiş şəxs2 sözlü mübahisə etdiyini görüb onlara yaxınlaşmış və aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs2 baş nahiyəsinə yumruqla zərbə vuraraq boyun nahiyəsindən tutub torpaq örtüyün üzərinə yıxmış və üzərində gəzdirdiyi tiyəsinin eni orta hissədə 19 mm, uzunluğu 95 mm olmaqla zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab olunmayan məişət təyinatlı cib bıçağı ilə sonuncunun kürək nahiyəsinə bir zərbə vurmaqla ona döş qəfəsinin arxa səthinin 1 ədəd sol plevra boşluğuna nüfuz edən hemotoraks törədən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Zamin və Rzaqulu ilə dalaşmaq niyyəti olmamış, onlarla heç bir problemi olmamışdır. O, özünü və atasını müdafiə etməkdən ötrü istəmədən Zaminə xəsarət yetirmişdir. O, guya ki, blokdan çıxan zaman söyüş söymüş və bununla bağlı Zamin ona irad bildirmişdir. Daha sonra o, Zaminlə atasının dalaşdığını görmüş və müdafiə məqsədi ilə Zaminə xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Zaminlə onun arasında birinci mübahisə hadisə baş verən günü axşam saat 7-8 radlərində olmuşdur. Onlar mübahisə etdikdən sonra barışmadan ayrılmış və saat 8-9 radələrində binalarının qabağındakı boş sahədə Zamin, Rzaqulu və atasını görmüşdür. O, atası ilə Rzaqulu arasında mübahisə olduğunu görmüş və həmin vaxt Rzaqulu söyüş söymüşdür. O, Zamini qorxutmaq üçün bıçaq atmış və Zamin qaçmışdır. Daha sonra o, bıçağı tullamış və şoka düşmüşdür. O, həmin bıçağı yerdən götürmüş və daha sonra həmin bıçağı polis əməkdaşlarına verərək təslim olmuşdur. Hadisə vaxtı qardaşı Təqsirləndirilən şəxs2 evdə olmuşdur. Rzaquluya heç kim xəsarət yetirməmişdir. Hadisə vaxtı atası özünü müdafiə etmişdir. Sonradan qardaşı Eşqini görmüş, amma atası əsəbləşdiyi üçün Eşqin evə qayıtmışdır. Hazırda, zərərçəkmiş şəxslərlə barışmışdır. O, Rzaqulunun hansı şəraitdə xəsarət aldığını görməmişdir. İbtidai istintaq zamanı veriyi ifadəni hazırda tam xatırlamır, ibtidai istintaq zamanı ona fiziki təsir olunmasa da psixoloji təsir olunmuşdur. Səhv etmirsə, ibtidai istintaq zamanı da bu formada ifadə vermişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, o, ünvan 1-da yaşayır. Hazırda daimi işi yoxdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təxminən 10 ildir ki, tanıyır, normal münasibətləri olmuş, onların heç biri ilə düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 20:30-da yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində 1 və 5 nömrəli binaların orta hissəsində piyada gəzən zaman Zamin ona yaxınlaşıb ley taxta kimi niyə gəzirsən demiş, Zaminə necə gəzməliyəm, gözümü camaata zilləməliyəm demişdir. Zamin ona aqressiv formada salamatçılıqdı demiş və əlini onun belinə atıb özünə dartaraq digər tərəfə aparmaq istəyərkən aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Zamini əli ilə itələyib bacısının uzaqdan baxdığını, başqa vaxt söhbət edəcəklərini demişdir. Zaminin yanından aralaşıb evə getmişdir. Evdə olan zaman siqareti qurtardığı üçün marketə gedib siqaret almaq istəmişdir. Evdən aşağı düşərkən yaşadığı binanın blokuna əvvəlcədən qoyduğu bıçağı da hər ehtimal üzərində götürmüşdür. Gedən zaman Zaminlə rastlaşmamaq üçün arxa tərəfdən marketə gedib siqaret almışdır. Siqaret alıb qayıdan zaman atası ilə Zaminin və Rzaqulunun yüksək səslə mübahisə etdiyini görüb onlara yaxınlaşmışdır. Onlara yaxınlaşan zaman görmüşdür ki, Rzaqulu atasının ünvanına nalayiq söz işlədərək atasını təhqir etmiş və onun atası Seymur da Rzaquluya ayıb olsun biz qohumuq demişdir. Həmin vaxt atasının sifət nahiyəsindən Zaminin yumruqla vurduğunu görüb onlara yaxınlaşıb təpiklə Zaminin qarın boşluğundan vurmuşdur. Sonra Zamin ona tərəf dönüb yumruqla üzündən vurmuş, Zamin və Rzaqulunun onu və atasını döyəcəyini görüb onları qorxutmaq üçün cibində olan bıçağı çıxarmış və Zaminin onu vuracağını görüb qılçasından vurmaq üçün Zaminə bıçaq zərbəsi tullamışdır. Zamini bıçaqla vurduqdan sonra Zamin qaçaraq ordan uzaqlaşmışdır. Sonra atası Seymurla Rzaqulunun yerdə dalaşdıqlarını, Rzaqulunun onun atasını yerə yıxaraq döydüyünü görüb 3-4 dəfə Rzaqulunu tutub çəkərək ayırmaq istəmiş, lakin Rzaqulunu ayıra bilmədiyi üçün əlində olan bıçaqla Rzaquluya da bir dəfə bıçaq vurmuşdur. Rzaqulunu bıçaqla vurduqdan sonra atası dərhal Rzaqulunu yerdən götürmüş və taxtanın üstünə qoyub maşın çağırın deyə qışqırmış və ona tərəf dönüb etdiyi əmələ görə şillə ilə üzünün sağ tərəfindən vurmuşdur. Daha sonra qorxub həyəcanlanıb qaçaraq ordan uzaqlaşmışdır. Sonra etdiyi əməldən peşman olub Zəngilan Rayon Polis Şöbəsinə gəlmiş, Zaminə və Rzaquluya xəsarət yetirdiyi bıçağı polis şöbəsinə təhvil vermişdir. Rzaqulu və Zamin atası ilə ondan fiziki cəhətdən güclü olduqları üçün aralarında dava olan zaman cibində olan bıçağı Rzaqulu və Zamini qorxutmaq üçün çıxarmış, lakin Zamin hərəkətlərini davam etdirib onu döydüyü üçün Zamini qorxutmaq üçün bıçaqla qılçasından vurmaq istəmiş və Zaminə bıçaq zərbəsi atmış, Zamin hərəkətdə olduğu üçün həmin bıçaq zərbəsi onun qarın hissəsinə dəymiş, Zaminə bir bıçaq zərbəsi vurmuş, daha sonra dayanmış, Zamin qaçaraq həmin yerdən getmişdir. Zaminə bir bıçaq zərbəsi vurduqdan sonra bir neçə bıçaq zərbəsi də vurmaq üçün 20-30 saniyə imkanı olmuş, lakin Zamini öldürmək niyyəti olmadığı üçün Zaminə bir neçə bıçaq zərbəsi vurmamışdır. Zərərçəkmiş şəxs2 onun atası Seymuru yerə yıxaraq döyən zaman bir neçə dəfə Rzaqulunu çəkib aralaşdırmaq istəmiş, lakin Rzaquluya gücü çatmadığı üçün onu bıçaqla vurub qorxutmaq istəmiş, həmin səbəbdən də Rzaquluya arxa tərəfdən bıçaq zərbəsi atmışdır ki, Rzaqulu qorxub onun atasını buraxsın. Rzaquluya bıçaqla zərbə vurduqdan sonra Rzaqulu yerdə qalmış, Rzaquluya bir neçə bıçaq zərbəsi də vurmaq üçün 30-40 saniyə imkanı olmuş, lakin Rzaqulunu öldürmək niyyəti olmadığı üçün bir neçə bıçaq zərbəsi vurmamışdır. Rzaqulunun bıçaqla qılça hissəsindən vurmaq istəmiş, həmin məqsədlə də ona bıçaq zərbəsi atmış, Rzaquluya bıçaq zərbəsi atan zaman atasını yerdə döyərkən bir qədər yerin dəyişdiyindən həmin bıçaq zərbəsi Rzaqulunun bel hissəsindən dəymişdir. Rzaqulu və Zaminə xəsarət yetirdiyi bıçağı xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yetimlər binası deyilən binalara gedən yolda tapmışdır. Bıçaqdan xoşu gəldiyi üçün özü ilə götürmüş və yaşadığı binanın blokunda gizlətmişdir. xx.xx.2023-cü il tarixdə siqaret almaq üçün gedən zaman bıçağı özü ilə götürmüşdür ki, Zamin onunla dalaşmaq istəsə Zamini qorxutsun. Aralarında olan dava təxminən 4-5 dəqiqə davam etmiş, səs-küy olmamış, həmin vaxt orda başqa heç kim olmamışdır. Rzaqulunu vurduqdan sonra atası Seymur qışqırıb adam çağırmış, atasının çağırmasına adamlar gəlmiş, həmin vaxt qorxub qaçaraq getmiş, kimlərin həmin yerə gəldiyini bilməmişdir. Aralarında dava olan zaman Zamin onun atası Seymurun üz hissəsindən yumruqla vurmuş, Rzaqulu isə atasını yerə yıxıb döymüş, hansı hissələrindən vurduğunu görməmişdir. Aralarında dava olan zaman qardaşı Eşqin orda olmamış, Zamin ilk əvvəl onunla mübahisə etmiş, Rzaqulunu və Zamini bıçaqla o vurmuşdur. Zamini bıçaqla vurduqdan sonra Zamin qaçaraq getmiş, Zamin qaçan zaman Zamini yenidən bıçaqla vurmaq üçün arxasınca düşməmişdir. Sol qaş nahiyyəsində olan əzilmiş- cırılmış yarası, sol göz qapaqlarının qançır-şişkinliyi, hemotoması sol gözaltı nahiyəsinin qançırı xəsarətlərini dava vaxtı Zamin yumruqla vurub yetirmişdir (cild 01, iş vər. 145-148). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra verilən suallara cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, psixoloji təsir altında olduğu üçün Rzaqulunu da vurduğunu bildirmişdir. Bıçağı hadisə yerindən tapmışdır. İbtidai istintaq zamanı şokda olduğu üçün bıçağın üzərində olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, evdə telefonla məşğul olan zaman pəncərədən səs-küy gəlmiş, pəncərədən çölə baxan zaman insanların toplaşdığını görmüş və aşağı enmişdir. Atası onu görən zaman “sən cəhənnəm ol evə” demiş və o, evə qayıtmış, aşağıda nə baş verdiyindən xəbəri olmamışdır. O, aşağı enən zaman atasının Rzaqulunun qoluna girib onu qaldırdığını görmüş, amma dalaşmanı görməmişdir. İbtidai istintaq zamanı şahid müstəntiqin təzyiqi ilə yalan ifadə vermişdir. Belə ki, şahid ifadə verərkən müstəntiq şahidin üzərinə qışqırmış və şahid yalan ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Rzaqulu və Zamini tanıyır, həmin şəxslər onlarla qonşudur. Hadisə günü və ondan əvvəl onunla Zamin arasında mübahisə olmamışdır. Atasından nə baş verdiyi soruşduqda, atası ona evə getməsini söyləmişdir. Qaranlıq olduğu üçün o, Rzaqulunun üzərində qan olduğunu görməmişdir. Qardaşı ilə Rzaqulu və Zamin adlı şəxslər arasında mübahisə olduğunu görməmişdir. Daha sonra atasından nə baş verdiyini soruşduqda atası onluq olmadığını, onun qarışmamasını bildirmişdir. İbtidai istintaq zamanı da bu formada ifadə vermiş və həmin ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə günü saat 8-9 radələrində işdən gələn zaman Eşqinin blokdan çıxdığını və qışqıra-qışqıra söyüş söydüyünü eşitmiş, ona söyüş söyməməsini, ətrafda insanlar olduğunu bildirmişdir. Daha sonra Eşqin görüşərik demiş və çıxıb getmişdir. O, evə qalxmış, daha sonra dostları ilə görüşmək üçün çayxanaya enmişdir. Yolda Eşqinin atası ilə qarşılaşmış və atasın ondan Eşqinlə niyə mübahisə etdiklərini soruşmuş, o isə böyük bir şey olmadığını bildirmişdir. Daha sonra onlar kafenin qarşısında söhbət edən zaman kənardan Eşqin çıxmış, söz-söhbət böyümüş, dava-dalaş olmuşdur. O, arxasına baxan zaman Rzaqulunun yerdə olduğunu və bel nahiyəsindən qan gəldiyini görmüşdür. O, Rzaqulunu qaldırmaq üçün onu qucaqlayan zaman Təqsirləndirilən şəxs1 onun qarşısında olduğunu görmüşdür. Bir an özündən qan axdığını hiss etmiş, onu Təqsirləndirilən şəxs1 bıçaqlamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, əvvəllər Fərid və Eşqinlə aralarında heç bir mübahisə olmamış, hətta dost olmuş və birlikdə məşqə getdikləri vaxtlar olmuşdur. Seymur Allahverdi aşağı enən zaman Eşqinlə aralarında baş vermiş hadisəni danışmışlar. Daha sonra Eşqin qışqıra-qışqıra gəlmiş, Rzaqulu Eşqinə sakit olmasını, insanların eşitdiyini söyləmiş və bu söz-söhbətin gedişində mübahisə yaranmışdır. Rzaqulu ilə Seymur arasında mübahisə olduğunu görmüşdür. Rzaqulunu yerdə görən zaman onun yanında Eşqin olmuşdur. Hadisə vaxtı Eşqinin əlində heç nə görməmişdir. Fəridin ona xəsarət yetirməsinin səbəbini bilmir. Hadisə yerinə çox az işıq düşdüyündən, Eşqinlə Rzaqulu arasında nə baş verdiyi görməmişdir. Həmin vaxt Rzaqulu danışa bilmədiyi üçün ondan onu kimin bıçaqladığını soruşa bilməmişdir. O, bıçaqlandıqdan sonra Fəridə yumruq vurmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Eşqinin ona qarşı “sizi öldürəcəm” deməsini eşitməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Qarabağ” marketin yanında Zamini görmüş və Zaminə evə gətməsini daha sonra aşağı enib onunla çayxanaya getmələrini, orada çay içib oyun oynamalarını söyləmişdir. Üzərindən 15 dəqiqə keçdikdən sonra Zamin ona zəng etmiş və blokları tərəfə gəlməsini söyləmişdir. Zamin evdən çıxmış onunla görüşmüş və söhbət edərək yeriməyə balşamışlar. Bu vaxt Seymur onlara yaxınlaşmış, Zaminlə Seymur arasında mübahisə yaranmış, mübahisə zamanı Eşqin gəlmişdir. Həmin vaxt Eşqin söyüş söyməmiş və əlində bıçaq olmamışdır. O, sadəcə olaraq Eşqinə biraz yavaş danışmasını söyləmişdir. Daha sonra Seymurla onun arasında mübahisə yaranmış və o, bıçaqlanmışdır. O, bıçaqlandığını hiss etməmiş, birdən özünü itirmişdir. Onun Zaminin vurulduğundan xəbəri olmamış, hətta Fəridin hadisə yerində olduğunu xəstəxanada öyrənmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisə yerində olan zaman Eşqinlə onun arasınsa çox məsafə olmuş, həmin vaxt Seymurla onun arasında yüngül mübahisə yaranmışdır. Eşqin onun kürək nahiyəsindən xəsarət yetirmişdir. Hadisə yerində Zamin, Eşqin və 3-4 nəfər olmuşdur. Hazırki təqsirləndirilən şəxslə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. O, hadisə vaxtı Seymurun əlində bıçaq görməmişdir. O, ayaq üstdə olarkən özünü itirmişdir. Onların dalaşdıqları yer qaranlıq və daşlıq yer olmuşdur. Həmin yerdə şüşə qırıntılarının olması ehtimalı var. Hadisə yerində olan digər şəxslərin üzünü görməmişdir. Eşqin onu əllə döyməmişdir. Seymurla mübahisə zamanı o, Seymuru yerə yıxmaq istəmiş və həmin vaxt ona bıçaq dəymişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 13, məznil 19-da yaşayır. Zərərçəkmiş şəxs1 dostudur, onunla arasında heç bir düşmənçiliyi və ədavəti yoxdur. Qanuni nümayəndə və Seymurun oğulları Eşqin və Fəridi tanıyır, onlarla arasında heç bir düşmənçilikləri və ədavətləri yoxdur, əmisinin kirvəsidirlər. Zamin onun dayısı Anarla birlikdə marketlərdən və meyvə satış yerlərindən yeşik alıbsatır. xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində dayısı Anar ona zəng edib Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən “Qarabağ” marketin arxa hissəsində yeşik yığdıqların, gedib onlara kömək etməsini demişdir. Anarın dediyi yerə gedib yeşikləri avtomobilə yığmaqda onlara köməklik etmişdir. İşləri bitdikdən sonra isə Zamin evə gedib paltarlarını evə qoyduqdan sonra gedib Mahirin kafesində çay içmələrini demişdir. Zamini Qabrabağ marketin qarşısında gözləmiş, Zamin evə getmişdir. Təxminən 10 dəqiqə gözlədikdən sonra Mahirin kafesi istiqamətində getmiş, həmin vaxt yolda Zaminlə qarşılaşıb birlikdə şəhərcikdən Mahirin kafesinə gedən qapı istiqamətində getmişlər. 7 nömrəli binanın qarşısından Mahirin kafesinin qapısı istiqamətində gedən zaman Seymur onları görüb Zamini çağırmış və onlara yaxınlaşan zaman Zaminə demişdir ki, nə üçün Eşqinlə dalaşmısan. X28 söyüş söydüyü üçün Eşqinə bir sillə vurduğunu demişdir. Həmin vaxt Zaminlə Seymur üz-üzə dayanıb söhbət etmiş, o isə Zaminlə Seymurun yan tərəfindən dayanıb söhbətin bitməsini gözləmişdir. Həmin vaxt Eşqin Mahirin kafesinin qapısından çıxıb onlara tərəf gəlib söyüş söymüşdür. Eşqinə şərəfsiz söyüş söymə demişdir. Eşqinə irad bildirən zaman Seymur arxadan paltarından çəkib onu vurmaq istəmiş, Seymurun onu döyəcəyini görüb Seymuru yerə yıxmaq istəmişdir. Həmin vaxt kimsə arxadan bıçaqla onu vurmuşdur. Bıçaqla vurulduqdan sonra özünü ayaq üstə saxlaya bilməmiş, yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra bir qədər özündə olmamış, özünə gələn zaman Elməddinin onu yerdən qaldırıb küçəyə tərəf apardığını görmüşdür. Elməddin onu küçədə olan taxtanın üzərinə qoymuş, daha sonra isə dayısı Anar Yadigarla birlikdə onu xəstəxanaya aparmışdır. Onu arxadan bıçaqla vurduqları üçün necə vurulduğunu görməmiş, həmin vaxt Seymur onu döymək istədiyi üçün Seymuru yerə yıxmaq istəmiş, bıçaqla vurulan zaman arxa hissəsində Eşqin olmuşdur. Bıçaqla vurulan vaxt Fərid orda olmamış, Fəridi həmin yerdə Elməddin onu qaldırıb küçəyə tərəf aparan zaman görmüşdür. Dava zamanı Zaminin bıçaqla vurulmasından məlumatı olmamış, hadisədən sonra Zaminin bıçaqla vurulduğunu bilmişdir. Aralarında olan mübahisə, dava təxminən 4-5 dəqiqə davam etmişdir (cild 01, iş vər. 95-100). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, işdən gələn zaman Rzaqulu, Zamin və Anarın marketin yanında yeşik yığdıqlarını görmüş, onların yanına getmək istəmiş, amma getməmişdir. Daha sonra o, evə getmiş və çörək alması üçün Eşqini marketə göndərmişdir. O, çimmək istəyən zaman bacısı qızı ona zəng etmiş və uşaqlarının dalaşdıqlarını söyləmişdir. O, tez aşağı enmiş və blokdan çıxan zaman sağ tərəfdən Zaminlə Rzaqulunun gəldiyini görmüş və Zamindən uşaqlar dalaşan zaman hara baxdıqlarını soruşmuş, Zamin isə onun dalaşdığını bildirmişdir. Sonra Zamin aşağı düşmələrini və orada danışmalarını söyləmişdir. Zamin, Rzaqulu və o aşağı-onun göyərçin saxladığı yerə getmiş və orada söhbət etmişlər. O Zaminlə söhbət edən zaman Rzaqulu onun arxasında olmuşdur. Zamin ailəsi ilə gələn zaman Eşqinin qəribə yeridiyini gördüyünü söyləmişdir. O, Zamindən Eşqinin söyüş söyüb-söymədiyini soruşmuş, Zamin isə söyüş söymədiyini bildirmişdir. Zamingillə onlar hər zaman yaxın ünsiyyətdə olmuşlar. Onlar söhbət edən zaman Fərid kafe tərəfdəki qapıdan girmiş və “qudurmusuz, sizin başınızı əzərəm” demişdir. Həmin vaxt Rzaqulu Fəridə söyüş söymüş və o, müfaxilə edərək ayıb olduğunu, bir evin içi olduqlarını bildirmişdir. O, Rzaqulunu qucaqlamışdır ki birdən uşaqlarla dalaşar, həmin vaxt o, Rzaqulu ilə birlikdə yerə yıxılmışdır. Onlar yerə yıxılan zaman Rzaqulu onun qucağında olmuşdur. Ona arxadan kimsə təpik vurmuş, amma kimin vurduğunu görməmiş, onu Rzaqulu və ya Fərid vurmamışdır. O, əlinin nəyəsə dəydiyini görmüş və həmin vaxt Rzaqulunun kürəyinin qanadığını bilmişdir. O, daha sonra hadisə yerində Zamini görməmiş, onun bıçaqlandığından xəbərsiz olmuşdur. O, ayağa qalxdıqdan sonra Rzaqulunu kimin vurduğunu soruşmuş və Fəridin vurduğunu öyrəndikdən sonra ona şillə vurmuşdur. O, Rzaqulunu yerdən götürərək yuxarı-meyvə tərəvəz satılan yerə qaldırmış və orada Rzaquluya ilkin tibbi yardım göstərmişdir. O, həmin vaxt Yadigarı çağırmışdır ki, Rzaqulunu xəstəxanaya aparsın. Daha sonra Rzaqulunun dayısı Anar gəlimiş və o, Anar, Elmədin birlikdə Rzaqulunu Yadigarın avromobilinə uzatmış, getmək istəyən zaman polis əməkdaşları onu saxlamışdır. Polislər onu aparan zaman o, Eşqinin orada dayandığını görmüş və üzərinə qışqıraraq “cəhənnəm ol, evə qalx” demişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Rzaqulunu və ya Zamini kimin vurduğunu görməmiş, polis bölməsində Zaminin xəsarət aldığını bildirmişdir. Oğlu gəlib təslim olan zaman Zamini vurduğunu bildirmişdir. O, Rzaqulunu ayağa qaldırdıqdan sonra Zamini hadisə yerində görməmişdir. Onlar mübahisə etdikləri yerdə yıxılmışlar. Həmin yerdə çox adam olmuşdur. O, sinəsindən təpiklə vurulduqdan sonra yerə yıxılmış və başına yumruqların vurulduğunu hiss etmişdir. O, yerinə yıxılan zaman ətrafda Eşqini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid10 ifadəsində göstərmişdir ki, hadisə günü evdə televizora baxan zaman Zamin ona zəng etmiş və “dayı mən bıçaqlanmışam” demişdir. O, aşağı ənən zaman Seymurla qarşılaşmış və onların arasında mübahisə yaranmış, daha sonra Seymuru polis əməkdaşları aparmış, o isə xəstəxanaya getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, hadisəni görməmişdir. Aşağı düşən zaman Seymuru polis əməkdaşlarının gətirdiklərini görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, o, məhəllədə olan zaman səs gəlmiş və səsə doğru gedən zaman Rzaqulunun yerdə uzandığını, Seymurun isə ona kömək etdiyini və avtomobil axtardığını görmüş, avtomobilini gətirmiş və Rzaqulunun dayısı Anara xəbər vermişdir. O, Anar və Seymur Rzaqulunu avromobilə mindirib xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, sonradan hadisə ilə bağlı maraqlanmamış, polis əməkdaşları onu izahat üçün çağıran zaman da hadisəni görmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, hadisə günü o, heç nəyə şahid olmamış, dostu tərəfindən ona zəng gəlmiş və Rzaqulunun bıçaqlandığını öyrənmişdir. X23 və dostunun köməkliyi ilə avtomobilə mindirib xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, gələn zaman polis əməkdaşları artıq orada olmuş, Rzaqulu danışa biləcək vəziyyətdə olmamış, Zamin xəstəxanaya gələn kimi əməliyyata girmişdir. Zaminin bıçaqlandığından xəstəxanada xəbəri olmuşdur. O, Zaminlə görüşməmişdir. O, Rzaqulunu xəstəxanaya aparan zaman Zamini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü o, dostu Amal və Yadigar həyətdə hava alan zaman Zamin ona zəng etmiş və Rzaqulunun bıçaqla vurulduğunu bildirmişdir. O, Rzaqulunun harada olduğunu soruşmuş və meyvə tərəvəz satılan yerə getmiş, Rzaqulunu yeşiklərin üzərinə uzatdıqlarını görmüşdür. Yadigar gedib avtomobilini gətirmiş və onu xəstəxanaya aparmışlar. Daha sonra o, Zaminə zəng etmiş və harada olduğunu soruşmuş, Zamin də vurulduğunu və evdə olduğunu bildirmişdir. O, Zaminin yanına getmiş və avtomobilə mindirərək xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, hadisə günü qaranlıq olduğu üçün Eşqini görməmişdir. Zamin Rzaqulunu kimin vurduğunu bildirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, o, evdə oturan zaman saat 9-10 radələrində oğlu Zamin evə girmiş və üzərinin qan içində olduğunu görmüşdür. Oğlundan onu kimin bıçaqladığını soruşmuş, o isə Fəridin bıçaqladığını bildirmişdir. O, Eşqin və Fəridi əvvəldən tanımamışdır. Dostları gəlib Zamini xəstəxanaya aparmış, həmin vaxt o özündə olmamış, Zaminin əməliyyatından sonra özünə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o hadisə günü heç nəyin şahidi olmamış, sadəcə olaraq Rzaqulunu aparıb kənara qoymağa köməklik etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Masazır qəsəbəsində yerləşən “üç mərtəbələr” deyilən ərazidən gələn zaman səs-küy gəldiyini eşitmiş və içəri girən zaman Rzaqulunun bıçaqlandığını görmüşdür. O, köməklik göstərmiş və Rzaqulunu Yadigarın avtomobilinə mindirib xəstəxanaya göndərmişlər. Daha sonra onlar xəstəxanaya getmiş və orada Zaminin də bıçaqlandığını öyrənmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı ona verilən 2-3 suala cavab vermişdir. O, dalaşma anına şahid olmamış, şəhərciyə girən zaman səs-küy eşitmişdir. O, gələn zaman orada çoxlu adam olmuş, həmin vaxt Fəridi görmüş, amma Eşqini sonradan görmüşdür. Eşqinlə Rzaqulu arasında dava-dalaş olduğunu görməmişdir. Zamini bıçaqla Fəridin vurduğunu eşitmiş, amma görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, bina 6, mənzil 3-də yaşayır. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Qanuni nümayəndə, Seymurun oğulları Fərid və Eşqini tanıyır, onların heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 21 radələrində Zəngilan şəhərciyinin giriş qapısının qarşı tərəfində olan köşkdən Fərid və Amalla birlikdə su, siqaret alıb gələn zaman şəhərcikdən kiminsə səs-küy salaraq gəldiyini görmüşdür. Həmin şəxs yaxınlaşan zaman görmüşlər ki, Fəridin qardaşı Eşqindir, Eşqinin yanında isə Turqay və Ramal var. Nə olduğun soruşan zaman Eşqin Zaminlə dalaşdığın demişdir. Həmin vaxt Eşqin Zaminə əsəbləşmiş, Zaminlə yenidən dalaşacağını demişdir. Eşqinə dalaşmamasını demişlər, Fərid də Eşqinə demişdir ki, evə getsin sonra söhbət edərlər. Eşqin Mahirin kafesi istiqamətində getmiş, Eşqinin arxasınca isə Turqay, Amal və Ramal getmişdir. Onlar getdikdən sonra Fərid bir qədər onunla söhbət edib onların arxasınca getmişdir. Təxminən 3-4 dəqiqə sonra səs gəldiyini eşidib Mahirin kafesindən Zəngilan şəhərciyinə girmiş, şəhərciyə girən zaman görmüşdür ki, giriş qapısından təxminən 7-8 metr qarşı tərəfə adamlar toplaşıb. Onlara yaxınlaşan zaman görmüşdür ki, Rzaqulu yerdə yıxılı vəziyətdədir, Eşqin Rzaqulunun baş hissəsindən zərbələr vurur, onlardan bir qədər aralıda isə Zamin arxa-arxaya qaçmaq istəyir, Fərid isə Eşqinin arxasınca düşüb. Orda olanlar Eşqini aralaşdırmış, Rzaqulunu yerdən qaldırıb yola çıxarmışlar, əynində olan maykanı çıxarıb Rzaqulunun yarasının üzərinə tutmuşdur ki, qan axmasın. X27 və Yadigar xəstəxanaya aparmışlar. Həmin vaxt o da öz avtomobili ilə xəstəxanaya getmişdir. Xəstəxanaya gedən zaman öyrənmişdir ki, həmin dava vaxtı Zamini də bıçaqla vurublar. Rzaqulunu kimin bıçaqla vurmasını görməmiş, lakin həmin yerə gələn zaman Rzaqulu üzü üstə yerdə uzanıqlı olmuş, Eşqin isə onun başına zərbələr vurmuşdur. Həmin yerə gedən zaman Zamin arxa-arxaya qaçmış, Fərid isə Zaminin arxasınca düşmüş, lakin Fəridin Zamini bıçaqla vurduğun da görməmişdir. Həmin dava vaxtı orda Eşqin, Seymur, Amal, Ramal, Turqay və yadında qalmayan şəxslər olub (cild 01, iş vər. 190-194). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra verilən suallara cavab olaraq şahid göstərmişdir ki, o, ümumiyyətlə mayka geyinmir və o, təzə avtomobil almış, hadisə vaxtı onun avtomobili olmamış, xəstəxanaya Vito markalı avtomobillə getmişdir. O, müalicə alır və əlildir. Hadisə ola bilər ki, ibtidai istinaqda qeyd etdiyi kimi olub, xəstə olduğu üçün hazırda hadisəni tam xatırlamır. Eşqinin kiməsə yumruq atdığını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, 2023-cü il sentyabr ayının 21-22-i tarixlərində o Fəridlə birlikdə kökşdən su alan zaman Fərman onların yanında olmuş və birdən yuxarıdan səs gəldiyini eşitmişlər. Yuxarıya gedən zaman Ramal, Turqay və Eşqini görmüşlər. Həmin vaxt Eşqin əsəbi olmuş və Zaminlə dalaşdığını bildirmişdir. Eşqin onlardan fənər və balta istəmiş, onlar isə lazım olmadığını bildirib Mahirin kafesi tərəf getmişlər. O, qardaşı, Eşqin və Turqay söhbət edəedə gedən zaman Fəridlə Fərman arxada yavaş-yavaş gəlirmiş. Onlar kafeyə girən zaman Seymur, Rzaqulu və Zaminin söhbət etdiklərini görmüşlər. Bu vaxt Eşqin daha da əsəbləşmişdir. Eşqin əsəbləşən zaman Turqay onu tutmuş və böyüyünün söhbət etdiyini, onun dayanmasını söyləmişdir. Daha sonra Rzaqulu ilə Seymur dalaşmağa başlamış və Seymur Rzaqulunun üz nahiyəsindən yumruqla vurmuşdur. Dalaşan zaman Eşqin Turqayı itələmiş və hadisə yerinə getmiş, Rzaqulunu yerə yıxaraq zərbələr vurmuşdur. Həmin vaxt Fərid Zaminin üzərinə qaçmış və yumruqla onu vurmağa başlamışdır. Zamin Fəridi boğan zaman qəflətən onu buraxmış və hadisə yerindən qaçaraq getmişdir. X19 üzərindən qaldırmaq istəyərkən Eşqin qalxmamışdır Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı kiminsə əlində bıçaq görməmişdir. Eşqin onlardan arxada gəlmiş və sonradan mübahisəyə qoşulmuşdur. Müstəntiq tərəfindən ona heç bir təzyiq və təsir olunmamışdır. Eşqinin Rzaqulunun başına zərbələr vurduğunu görmüş, amma onun yaralandığlnı görməmişdir. Bıçaqlandıqdan sonra Rzaqulunu görmüşdür. O, əvvəlcə hadisə yerindən uzaqlaşmış və yenidən qayıtmışdır. Rzaqulunu kimin vurduğunu görməmiş, Eşqinin üzərində qan olduğunu görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Hüsəməddin oğlu ifadəsində göstərmişdir ki, 20 sentyabr günü Ramalla aşağıda gəzən zaman Eşqin evə çörək alıb vermiş, onlara gözləmələrini və gedib birlikdə siqaret alacaqlarını bildirmişdir. Eşqin gələnə yaxın Zamin onu çağırmış və Eşqin Zaminlə getmişdir. Daha sonra Eşqinlə Zamin arasında mübahisə yaranmış və onlar Eşqingilin blokuna girmişlər. Onlar çöldə gözləyən zaman Eşqinin bacısının gəldiyini görmüş və onlara dalaşmamalarını bildirmişdir. Daha sonra onlar blokdan çıxmış və köşkə düşən zaman Amal, Fərid və Fərmanı söhbət edən zaman görmüşlər. Onlar Eşqindən nə olduğunu soruşmuş, Eşqin isə Zaminlə dalaşdığını söyləmişdir. Onlar boş əraziyə gedən zaman Seymur, Zamin və Rzaqulunun söhbət etdiklərini görmüşlər. Eşqin Zaminin üzərinə gedən zaman o, Zamini tutmuş, daha sonra Zamin “sizi öldürəcəm” deyə qışqırmağa başlamışdır. Bu vaxt Rzaqulu söyüş söymüş, Eşqin də onun əlindən çıxmış və onlara tərəf qaçmışdır. Seymurla Rzaqulu yerə yıxılmış vəziyyətdə dalaşan zaman, o, arxaya dönmüş və Zamin, Fərid və Ramalı görmüşdür. Hadisə vaxtı heç kimin əlində bıçaq görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Eşqin yerə yıxılan zaman Fərid orada olmamış, Zaminin arxasınca qaçmışdır. Eşqinin Rzaqulunu əli ilə vurduğunu görmüşdür. O, Eşqinin əlində bıçaq görməmiş, sonradan Rzaqulunun bıçaqla vurulduğunu görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Müstəntiq tərəfindən ona qarşı heç bir təzyiq və təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, o, Turqayla 5-ci binanın qabağı ilə gedən zaman Eşqini görmüşlər və Eşqin çörək alıb evə verdikdən sonra birlikdə köşkə getmələrini söyləmişdir. Onlar Eşqini gözləmiş və Eşqin gəldikdən sonra Zamin Eşqini çağırmış və onlar arasında mübahisə yaranmışdır. Daha sonra onlar bloka girmişdir. Eşqinin bacısı gələn zaman onlar aralaşmış və Mahirin kafesi tərəfə gəlmişlər. Həmin vaxt orada o, Turqay, Amal və Eşqin olmuşdur. Onlar kafeyə girən zaman Seymur, Zamin və Rzaqulunun söhbət etdiklərini görmüşlər. Bu vaxt Eşqin əsəbləşmiş və “sizi öldürəcəm” demişdir. Bu vaxt Rzaqulu söyüş söymüş və mübahisə yaranmışdır. Hadisə yerində o, Fəridi görmüşdür. Seymur və Rzaqulunun dalaşdığını görmüşdür. Həmin vaxt o, Fəridin Zaminin arxasınca qaçdığını görmüşdür. Heç kimin əlində bıçaq görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, qaranlıq olduğu üçün Fəridin əlində nə olduğunu görməmiş, onun ancaq yumruqla vurduğunu görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Müstəntiq tərəfindən ona qarşı heç bir təzyiq və təsir olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:25-də Respublika Kliniki Xəstəxanasından ***-***-**-** nömrəli mobil telefonla tibb bacısı Verdiyeva Zəngilan Rayon Polis Şöbəsinə zəng edərək Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yaşayan xx.xx.2000-ci il təvəllüdlü X1 meyilli onurğa sümüyünə tərəf daxilə nüfuz etmiş kəsilmiş deşilmiş yarası diaqnozu və xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sol qabırğanın alt nahiyyəsinin daxilə nüfuz etmiş kəsilmiş deşilmiş yarası diaqnozu ilə xx.xx.2023-cü il tarixdə saat 22:21də xəstəxanaya müracət etmələri barədə bildirmişdir. Özləri dediyinə görə yaşadığı binanın həyətində bıçaqlanmışlar (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:46-da DİN-nin 102 zəng xidmətinin operatoru Usubova 230 757218 saylı məlumatında Abşeron rayonu, Masazır qəsəbəsi Zəngilan şəhərciyində yaşayan Allahquluyev Zeynəb xx.xx.2023-cü il tarixdə saat 00:41-də ***-***-**-** nömrəli mobil telefonla DİN-nin 102 zəng xidmətinə zəng edərək qardaşı Allahquluyev Rzaqulu və Zamin adlı şəxsləri Seymur, Eşqin. Fərid adlı şəxslərin bıçaqlaması, Rzaqulunun ağ ciyərində su yığışdığını, problemi olduğunu, hazırda Respublika Xəstəxanasında olduğunu bildirmişdir (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, 21.09 2023-cü il tarixdə saat 13:26-da DİN-nin 102 xidmətinin operatoru Hüseynova N/Hyə verdiyi 230 758 407 saylı məlumatında göstərmişdır ki, X9 ***-***-**-** mobil telefonla DİN-nin 102-i zəng xidmətinə zəng edərək, xx.xx.2023-cü il tarixdə Zəngilan şəhərciyində 22 yaşlı oğlu Zərərçəkmiş şəxs1 Seymur və digər 2 nəfər şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermişdir (cild 01, iş vər. 07). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilərək götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qara rəngli, qatlanan cib bıçağı götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 10-12). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış aparılması haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, həmin tarixdə hadisə yeri olan Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 7 nömrəli binanın qarşısında olan boşluq sahəyə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Həmin yerin qarşı tərəfində avtomobillərin hərəkət etdiyi yol vardır. Həmin yolun binadan əks tərəfində içərisində meyvə ağacları olan hasarlanmış bağ yerləşir. Təqsirləndirilən şəxs1 həmin yeri təqdim edərək təqdim etdiyi Rzaqulu və Zamin adlı şəxsləri həmin yerdə bıçaqla vurduğunu bildirmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 13-18). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2069 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - başın alın hissəsinin sıyrıqları küt əşyanın təsirindən, döş qəfəsinin arxa səthinin bir ədəd sol plevra boşluğuna nüfuz edən hemotoraks (döş boşluğuna qanın toplanması) törədən deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərdən - başın alın nahiyyəsinin sıyrıqları müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s) təsirindən əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olunduğundan dərəcələri təyin edilmir. Döş qəfəsinin arxa səthinin bir ədəd sol öplevra boşluğuna nüfuz edən hemotoraks (döş boşluğuna qanın toplanması) törədən deşilmiş-kəsilmiş yarası isə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətləri nəzərə alaraq demək olar ki, qeyd olunan deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşicikəsici və kəsici təsirindən əmələ gələ bilərdilər (cild 01, iş vər. 46-48). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2070 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət - qarın nahiyyəsinin sol yarısının sol plevra və periton boşluğuna nüfuz edən sol plevra və mədəni yaralayan bir ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ biməsi mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd olunan deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilməsi az inandırıcıdır (cild 01, iş vər. 49-50). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2091 nömrəli rəydən görünür ki, X6 bədənində aşkar edilmilş xəsarətlər sol qaş nahiyəsinin əzilmiş cırılmış yarası, sol göz qapalarının qançır-şişkinliyi, hematoması, sol gözaltı nahiyənın qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsinin (əl, baş və s) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (cild 01, iş vər. 52). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilərək götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə bıçaqla xəsarət yetirilən zaman əynində olan bir ədəd qısaqol kişi köynəyi və bir ədəd kişi maykasını təqdim etdiyindən, həmin köynək və mayka götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 85-87). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilərək götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə bıçaqla xəsarət yetirilən zaman əynində olan bir ədəd qısaqol kişi köynəyi və bir ədəd kişi idman dəstini təqdim etdiyindən həmin köynək və mayka götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 103-106). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2127 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 01, iş vər. 107). Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023cü il tarixli 3221 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 idrak proseslərinin, intellektinin normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyətlərinə görə söz götürməyən, emosional, inadkar şəxsdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs1 ünsiyyətcillik, emosionallıq, inadkarlıq, hirslilik kimi fərdi-psixi xüsusiyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədən zaman fizioloji affekt vəziyətində olmamışdır. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Onda özündən uydurmağa, yalan danışmağa meyillilik əlamətləri aşkar edilmədi (cild 01, iş vər. 226-229). Cinayət işinin materiallarında olan maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli 505/2023-MTKŞ nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynək və maykanın ön hissəsində bir qədər solda 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkçə və köynəyin arxa hissəsində ortada 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədəd iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir. O cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya eyni konkstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus idman şalvarının sol ayağının ön səthində 01 ədəd cırılmış zədə aşkar edildi. Bu zədə şalvarın müvafiq nahiyəsinin hər hansı səthə ilişib dartılma nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrə əsasən demək olar ki, zədələri yetirən şəxslə zərəçəkənlər müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdilər, zədə yetirən alətin ucu zədə mənfəzinə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim edilmiş X14 məxsus köynək və maykanın ön hissəsində bir qədər solda aşkar edilmiş 01 ədəd deşilmiş- kəsilmiş zədə onun qarın nahiyəsinin sol yarısında olan bir ədəd deşilmiş-kəsilmiş yara ilə yerləşmə nahiyələrinə görə üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkçə və köynəyin arxa hissəsində ortada aşkar edilmiş 01 ədəd deşilmiş- kəsilmiş zədə onun döş qəfəsinin arxa səthində olan bir ədəd deşilmiş-kəsilmiş yara ilə yerləşmə nahiyələrinə görə üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir (cild 02, iş vər. 11-19). Cinayət işinin materiallarında olan maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli 671/2023-MTBŞ nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu -Balfa /İİİ/. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu Abeta /İİ/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus alt mayka və idman koftası üzərində Balfa (İİİ) qruplu insan qanı aşkar olundu. Bu ləkələrin ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus olması inkar olunmur. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs2 məxsus kofta, idman şalvarı, idman gödəkçəsi və hadisə yerindən götürülmüş tikanlı kol bitkisindən qurumuş hissə üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyəti Abo sistemi üzrə tədqiq olunduqda “A” antigeni, bəzi ləkələrdə həmçinin beta aqqllyutinini də alınmadı. Bu halda göstərilən maddi sübutlar üzərindədki qan ləkələri Abeta /İİ/ qrup şəxsə, həmçinin Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq üzərində qan aşkar olunmadı (cild 02, iş vər. 20-25). Cinayət işinin materiallarında olan maddi sübutların ekspertizasının xx.xx.2024-cü il tarixli 88/2024-MTKŞ nömrəli rəydən görünür ki, ekspertizaya təqdim eilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin və maykanın ön hisssəsinin sol nahiyyəsində bir ədəd deşilmişkəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin və maykanın ön hissəsinin sol nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarın nahiyəsinin sol yarısının sol plevra və periton boşluğuna nüfüz edən sol plevranı və mədəni yaralayan yarası ilə nisbi olaraq üst-üstə düşür (cild 02, iş vər. 124- 129). Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli 629 nömrəli rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Onda xasiyyətin psixiopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, E.S,Allahverdi ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixiopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyətindədir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 hirslilik, hövsələsizlik, qıcığa qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, laqeydlik, eqosentrizm, özünü müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində göstərilən hadisə zamanı Təqsirləndirilən şəxs2 fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 əqli-intellektual inkişafı normaya uyğundur, o, baş vermiş hadisələri adekvat olaraq qavramaq və bu barədə məlumat vermək qabiliyyətindədir. Onda yalan danışmağa və özündən uydurmağa meyillilik aşkar edilmir. Lakin Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə özünümüdafiə etmək məqsədi ilə hadisə ilə bağlı bəzi xüsusatları gizlədə, fərqli şəkildə təsvir edə bilər (cild 02, iş vər. 130-133). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslər X10 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 126.2.4, 221.3 və 29, 120.1 maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən, həmin maddələr ilə onların barəsində cinayət təqibinin başlanması rədd olunmuş, X10 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 129-cu maddəsi kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs1 şikayəti olmadığı üçün Zərərçəkmiş şəxs1 barəsində CM-in 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 145-174). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq cinayət hadisəsinin baş verməsi ilə bağlı, habelə həmin cinayət hadisəsinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşsa da, onların əməlinin tövsifi ilə bağlı, daha dəqiq həmin şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi barədə ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı CM-in 126.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, məhkəmə kollegiyası onlara qarşı məhz CM-in 126.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir və hesab edir ki, onların hər birinin əməli ayrı-ayrılıqda CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Həmin cinayət əməlinin iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi CM-nin 126.2.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxsin CM-nin 126.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, həmin cinayət əməlinin iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi təsdiq olunsun. Hazırkı iş üzrə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı CM-in 126.2.1-ci maddəsi ilə ittiham irəli sürülərkən belə qənaətə gəlinmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 21:20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 7 nömrəli binanın qarşısında olan boş sahədə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında baş vermiş qarşılıqlı dava-dalaş zamanı iki qardaş olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında birləşib birlikdə hərəkət edərək Zərərçəkmiş şəxs2 başın alın nahiyəsinin sıyrıqları, döş qəfəsinin arxa səthinin 01 ədəd sol plevra boşluğuna nüfuz edən hemotoraks törədən deşilmiş-kəsilmiş yarası, Zərərçəkmiş şəxs1 isə qarın nahiyəsinin sol yarısının sol plevra və periton boşluğuna nüfuz edən sol plevranı və mədəni yaralayan 01 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, həyatları üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişlər. Lakin məhkəmə istintaqı zamanı gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 21:20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 7 nömrəli binanın qarşısında olan boş sahədə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında baş vermiş qarşılıqlı dava-dalaş zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət alsalar da, həmin xəsarətləri onlara iki qardaş olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında birləşib birlikdə hərəkət edərək yetirməmiş, məhz sözügedən mübahisənin, dava-dalaşın gedişində Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 tərəfindən isə Zərərçəkmiş şəxs1 ayrı-ayrılıqda xəsarətlər yetirilmişdir. Məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməli CM-in 126.2.1-ci maddəsi ilə tövsif olunarkən iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə hadisənin baş vermə mexanizmi düzgün müəyyən olunmamış və yanlış olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə vaxtı bir qrup şəxs halında birləşmələri və iki nəfər şəxsin sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilmisi lə bağlı qənaətə gəlinmişdir. Halbuki, məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən, o cümlədən Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsindən, habelə iş materiallarından müəyyən olunmuşdur ki, iki qardaş olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aralarında baş verən dava-dalaş zamanı heç də bir qrup şəxs halında birləşib birlikdə hərəkət etməmiş, məhz müstəqil şəkildə ayrı-ayrılıqda hərəkət etmiş, mübahisənin gedişində Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi tiyəsinin eni orta hissədə 19 mm, uzunluğu 95 mm olmaqla zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab olunmayan məişət təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs2 kürək nahiyəsinə bir zərbə vurmaqla ona döş qəfəsinin arxa səthinin 1 ədəd sol plevra boşluğuna nüfuz edən hemotoraks törədən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət, Təqsirləndirilən şəxs1 isə üzərində olan və istintaqa məlum olmayan kəsici-deşici xassələrə malik olan alətlə Zərərçəkmiş şəxs1 qarın nahiyyəsinə bir dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs1 qarın nahiyyəsinin sol yarısının sol plevra və periton boşluğuna nüfuz edən sol plevranı və mədəni yaralayan bir ədəd deşilmiş- kəsilmiş yara ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Həmçinin, dövlət ittihamçısı da məhkəmə çıxışı zamanı məhkəmə istintaqında əldə olunan sübutları əsas götürərək ibtidai istintaq orqanının təqsirləndirilən şəxslərə qarşı irəli sürdüyü ittihamla razılaşmamış, təqsirləndirilən şəxslərə qarşı CM-in 126.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan qismən imtina edərək təqsirləndirilən şəxslərin hər birinin əməlinin CM-in 126.1-ci maddəsinə tövsif olunmasını, ittihamı məhz CM-in 126.1-ci maddəsinə münasibətdə müdafiə etdiyini bildirmiş və məhkəməyə təqsirləndirilən şəxslərin məhz CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını təklif etmişdir. Beləliklə, qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir və ona görə də, onların hər birinin əməli CM-in 126.2.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalı və onlara cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla ədalətli cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edərək və onlarla razılaşmayaraq qeyd edir ki, Təqsirləndirilən şəxs2 ümumiyyətlə hadisə vaxtı hadisə yerində olmadığını, hadisə baş verdikdən sonra hadisə yerinə gəldiyini qeyd etsə də, zərərçəkmiş şəxslərin, habelə iş üzrə dindirilən şahidlərin ifadələrindən, o cümlədən iş materiallarında olmaqla üst-üstə düşən və biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məlum cinayət hadisəsi baş verən vaxtı hadisə yerində olmuş və məhz onun tərəfindən qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığına ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Təqsirləndirilən şəxs1 özünü və atasını müdafiə etməkdən ötrü Zərərçəkmiş şəxs1 istəmədən xəsarət yetirməsi ilə bağlı göstərdiklərinə münasibətdə isə qeyd olunmalıdır ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlardan, zərərçəkmiş şəxslərin ifadələrindən və şahid ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 heç də hadisə zamanı müdafiə məqsədi ilə hərəkət etməmiş, həmin günü sözügedən yerdə baş vermiş mübahisəyə sonradan gələrək qoşulmaqla müstəqil şəkildə hərəkət etmiş və Zərərçəkmiş şəxs1 üzərində olan lakin istintaqla müəyyən olunmayan kəsici-deşici xassələrə malik olan alətlə qəsdən vuraraq sonuncunun sağlamlığına ağır dərəcəli bədən xəsarəti yetirmişdir. İş üzrə şahid qismində dindirilən Qanuni nümayəndə hadisə ilə bağlı verdiyi şahid ifadəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Qanuni nümayəndə təqsirləndirilən şəxslərin atası olmaqla onların yaxın qohumu sayıldığından, onun həm ibtidaoi istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin xeyrinə ifadə verməsi anlaşılandır. Eyni zamanda, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə mövcud sübutlarla üst-üstə düşdüyündən və obyektiv həqiqəti əks etdirdiyindən, məhkəmə həmin şəxsin məhz ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürür və təqsirləndirilən şəxslərə elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qubadlı rayonundan məcburi köçkündür, ünvan 1 ünvanında yaşayır, onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 02, iş vər. 118-120). Cinayət işinin materiallarına əlavə olunan “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, təqsirləndirilən şəxslərin anası X7 xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilməmiş qaraciyər sirrozu xəstəliyindən ölmüşdür. Cinayət işinin materiallarına əlavə olunan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 212-213). Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59.1.12ci maddəsinə əsasən, məcburi köçkün olmasını və erkən yaşlarında anasını itirməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi ilk növbədə Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin olunması ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona hazırki halda yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hazırki iş üzrə sadalanan hallar, yəni təqsirləndirilən şəxsin ictimai təhlükəli əməl sayılan cinayəti onunla heç də birbaşa əlaqəsi olmadığı halda kənardan gələrək mübahisəyə daxil olmaqla heç düşünmədən törətməsi və bunun gedişində şəxin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurması həm törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinin, həm də təqsirləndirilən şəxsin özünün şəxsiyyətinin kifayət qədər təhlükəli olduğunu göstərir. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, məhz bu halda Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza çəkərsə islah oluna və gələcəkdə cəmiyyətə məhz islah olunmuş formada dönə bilər. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təyin olunancaq azadlıqdan məhrum etmə növündə cəzanın həddi onun təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində deyil, daha az həddə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu qənaətə gələrkən təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, məcburi köçkün olmasını, erkən yaşlarında anasını itirməsini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin eyni ərazidə yaşamaqla əvvəllər aralarında hər hansı ədavətin və düşmənçiliyin olmamasını, təqsirləndirilən şəxsin hadisədən sonrakı hərəkətlərini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, habelə eyni ailədən iki nəfərin məhkum olunmasını və belə olan halda təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alır və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Qubadlı rayonundan məcburi köçkündür, ünvan 1 ünvanında yaşayır, onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 02, iş vər. 121-123). Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 49). Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmayan şəxs olan zaman törətməsini CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, məcburi köçkün olmasını və erkən yaşlarında anasını itirməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların mövcudluğunu, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, məcburi köçkün olmasını, erkən yaşlarında anasını itirməsini, cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, həmçinin dövlət ittihamçısının da onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması barədə xahişini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin eyni ərazidə yaşamaqla əvvəllər aralarında hər hansı ədavətin və düşmənçiliyin olmamasını, təqsirləndirilən şəxsin hadisədən sonrakı hərəkətlərini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 01, iş vər. 134-135). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-754/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 171-173). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 02, iş vər. 64-65). Cinayət işinin materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 78-79). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun həbsdə olduğu müddət ona təyin olunan cəzaya hesablanmalı, cəzaçəkməsinin əvvəli isə barəsində həbs qətimkan tədbiri seçildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Eyni zamanda, Təqsirləndirilən şəxs2 barəsində CM-nin 70-ci maddəsi tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Qubadlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Zəngilan Rayon Polis Şöbəsində saxlanılan bir ədəd cib bıçağı, iki ədəd qısaqol kişi köynəyi, bir ədəd kişi maykası, bir ədəd kişi idman dəsti, dəvətikanı kolu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Qubadlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Zəngilan Rayon Polis Şöbəsində saxlanılan bir ədəd cib bıçağı, iki ədəd qısaqol kişi köynəyi, bir ədəd kişi maykası, bir ədəd kişi idman dəsti, dəvətikanı kolu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar