Məhkəmə qərarları › İş №1(124)-584/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-584/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-584/2024 30.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhər məhkəməsinin 05 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının 01 il 10 ay 21 gün hissəsi çəkilməmiş qalan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 20, mənzil 7-də qeydiyyatda olub, Sumqayıt şəhəri, “X7” yaşayış kompleksi, blok 89-1 C, mənzil 34-də faktiki yaşamış,barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə xüsusilə külli miqdarda psixotrop maddə, külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxslə istifadəsində olan “Samsung Galaxy A12” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsin şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 420,588 qram olmaqla xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 24,133 qram olmaqla külli miqdarda narkotik vasitə heroini, ümumi təmiz çəkisi 1,52 qram olmaqla xeyli miqdarda narkotik vasitə metadonu Sumqayıt şəhəri ərazisində gizlədərək həmin bükümün və yerin fotoşəkillərini onun istifadəsində olan “Samsung Galaxy A12” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsin göndərdiyi qeyd olunan psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün ona göndərilən ünvana gedərək qeyd olunan narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və narkotik vasitə metadonu gizlədilmiş yerdən götürüb, psixotrop maddə metamfetamini 02 ədəd bükümlərdə və 01 ədəd polietilen torbada, narkotik vasitə heroini 02 ədəd bükümlərdə və 01 ədəd plastik qabda, narkotik vasitə metadonu 38 ədəd həb şəklində yaşadığı Sumqayıt şəhəri, “X7” yaşayış kompleksi, blok 89-1 C, mənzil 34 ünvanında, 12 ədəd bükümlərdə psixotrop maddə metamfetamini isə satış məqsədi ilə üzərində qanunsuz daşıyaraq saxlamış, 27 dekabr 2023-cü il tarixdə, saat 15:15-də Sumqayıt şəhər polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Turan” restoranının yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-yə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman üzərində olan qara rəngli çantanın içərisində 12 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,518 qram, 0,329 qram, 0,248 qram, 0,460 qram, 0,526 qram, 0,499 qram, 0,406 qram, 0,136 qram, 0,183 qram, 0,733 qram, 0,365 qram, 0,557 qram, ümumi təmiz çəkisi 4,960 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı olaraq yaşadığı Sumqayıt şəhəri, “X7” yaşayış kompleksi, blok 89-1 C, mənzil 34 ünvanında baxış keçirilən zaman isə mənzilin qonaq otağındakı divanın altından 01 ədəd çantadan 01 ədəd polietilen torbada və 02 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 415 qram, 0,179 qram, 0,449 qram, ümumi təmiz çəkisi 415,628 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynitərkibli olan psixotrop maddə metamfetamin, 01 ədəd plastik qabda və 03 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 19,559 qram, 1,459 qram, 3,115 qram, ümumi təmiz çəkisi 24,133 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Mehtadone 40” markalanma göstəricisi olan 4 ədəd konvalyutda ümumilikdə 38 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə metadonun təsiredici maddəsininin ümumi miqdarı 1,52 qram qəhvəyi rəngli dairəvi formalı həblər və üzərində narkotik vasitə heroinin izləri olan 02 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə ifadəsində göstərdi ki, o, təxminən 6-7 ildir ki, müxtəlif növ narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edirdi. 27 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən “Turan” restoranının yaxınlığında polis əməkdaşları onu saxlamışlar. O, narkotik vasitələri “Babək” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən əldə edirdi. Onunla “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Narkotik vasitələri “Whatsapp” mobil tətbiqi vasitəsilə sifariş verirdi. Narkotik vasitələri həmin şəxsin dediyi ünvanlara atırdı. Həmin narkotik vasitələrdən onun şəxsi istifadə etməyi üçün qalırdı. Babək adlı şəxsin dediyi ünvanlara narkotik vasitələri qoyub onun şəklini çəkərək özünə göndərir, bəzən buna görə ona 100-200 manat məbləğində pul verirdi. İttiham aktında qeyd olunan növdə və miqdarlarda narkotik vasitələr və psixotrop maddələr onun üzərindən və yaşadığı evdən aşkar olunmuşdu. Lakin o, onları satış məqsədilə əldə etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:15 radələrində Sumqayıt şəhəri S.Vurğun küçəsində yerləşən «Turan» restoranın yaxınlığında olduğu zaman Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində və yaşadığı ünvanda saxladığından şübhəli olduğunu bildirərək onu araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, Pİ-də olan zaman üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o buna etiraz etməmiş, üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub- olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, sağ çiynində asdığı bir ədəd qara rəngli çantanı masanın üzərinə qoymaqla təqdim etmiş., həmin qara rəngli çanta açılaraq içərisinə baxıldıqda içərisində 12 ədəd sarı-yaşıl qarışıq rəngli yapışqanlı lentə bağlanmış halda olan 12 büküm, həmin bükümlərin hər birinin içərisində isə sarı rəngli pambıq materialdan olan parçaya bükülmüş vəziyyətdə qara rəngli sellofana bükülmüş bükümlər, həmin qara rəngli sellofan bükümlərin içərisində isə ağ rəngli kristal halda olan psixotrop maddə «metamfetamin»ə bənzər maddələr və ona məxsus bir ədəd «Samsung A12» markalı mobil telefon cihazı aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddələrin «patı» olduğunu, həmin maddələri, eləcə də yaşadığı evdə saxladığı digər narkotik maddələri 5-6 il əvvəl sosial şəbəkədə tanış olduğu Babək adlı İran İslam Respublikasının vətəndaşından aralarında olan razılaşmaya əsasən Babəkin konum vasitəsi ilə atdığı Sumqayıt şəhərinin girəcəyində yolun kənarından götürməklə əldə etdiyini, üzərində və yaşadığı mənzildə saxladığını, əvvəllər də İİR-nın vətəndaşı Babək adlı şəxsdən əldə etdiyi narkotik maddələri satmaq üçün qoyduğu yerin fotoşəklini çəkərək Babək adlı İİRnın vətəndaşına göndərdiyini, bunun müqabilində 2-3 gündən bir Babək adlı şəxsdən mobil telefonuna yüklədiyi «M 10» proqramı vasitəsi ilə kart hesabına göndərilən 100. 200 və ya 300 AZN məbləğində pul əldə etdiyini, təqdim etdiyi maddələrin qalan hissəsinin yaşadığı mənzildə saxladığını, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin vaxt üzərində aşkar olunmuş maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin büküldüyü sarı rəngli pambıq materialdan olan parçaya bükülmüş vəziyyətdə qara rəngli sellofanla birlikdə ümumi çəkisinin 18,75 qram olduğu müəyyən edilmişdir, üzərində aşkar edilmiş bir ədəd «Samsung A12» markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etdiyindən xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Daha sonra yaşadığı Sumqayıt şəhəri «X7» yaşayış kompleksi blok 89-1C, mənzil 34 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsi üçün xx.xx.2023-cü il tarixdə saat 17:50-də yaşadığı ünvanda olmuşlar. Sözügedən mənzilin qarşısında olan zaman inspektor-kriminalist tərəfindən videokamera işə salınmış və yaşadığı mənzilə baxışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkilin X4 təqdim olunmuş, o təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmiş ,daha sonra isə vidoçəkiliş vasitəsilə onun ünvanına baxış keçiriləcəyi bildirilmişdir. O, buna heç bir etiraz etməyib, mənzilinin boz rəngli dəmir qapısını döymüş, Qapını açan və 6 aydır ki, onunla qeyri rəsmi münasibətdə olmaqla birlikdə yaşadığı Şahid3 özünü təqdim etmiş və onlar mənzilə daxil olmuşlar. Yaşadığı mənzilə daxil olduqda mənzilində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub- olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi ona təklif olunmuşdur. O,mənzilin dəhlizindən girişdən sol istiqamətində yerləşən qonaq otağına daxil olub həmin otaqda sol tərəfdə yerləşmiş sarı rəngli divanın qatlanın hissəsini açaraq divanın alt hissəsindən orada saxladığı qara rəngli çantanı götürüb həmin otağın orta hissəsində yerləşmiş masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin qara rəngli çanta açıldıqda içərisində bir ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli plastik materialdan olan kiçik ölçülü qaşıq olmaqla, bir ədəd sellofan bükümün və bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün hər birinin açılqdıqda içərisində ağ rəngli kristal halda olan psixotrop maddə «metamfetamin»ə bənzər maddələr, daha sonra bir ədəd şəffav rəngli bükümün, bir ədəd sarı-yaşıl qarışıq rəngli yapışqanlı lentə bağlanmış halda olan içərisində qara rəngli sellofan bükümün və bir ədəd sarı rəngli plastik qabın hər birinin açıldıqda içərisində olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr, daha sonra hər birinin üzərində «Methadone 40» sözləri və rəqəmi yazılmış 4 ədəd konvalitdə olmaqla cəmi 38 ədəd həblər, bir ədəd qara rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş büküm, bir ədəd şəffav rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş büküm, göy rəngli sellofana bükülmüş və şəffav rəngli yapışqanlı lentə bağlanmış vəziyyətdə olan - 16 ədəd hər biri «1 manatlıq» pul əskinasına bükülmüş halda olan, onlardan iki ədədinin içərisində isə gümüşü rəngli kağıza bükülmüş halda olan hər birinin də içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş borucuqlar, 9 ədəd hər biri gümüşü rəngli kağıza bükülmüş halda olan, onlardan bir ədədinin içərisində narıncı, bir ədədinin içərisində isə qırmızı rəngli kağıza bükülmüş halda olan hər birinin içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş borucuqlar, 5 ədəd hər biri sarı rəngli kağıza bükülmüş halda olan, onlardan 4 ədədinin içərisində gümüşü rəngli kağıza bükülmüş halda hər birinin içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş borucuqlar, 4 ədəd hər biri qara rəngli yapışqan lentə bağlanmış vəziyyətdə olan yaşıl rəngli kağıza bükülmüş halda hər birinin içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş borucuqlar, iki ədəd işlək vəziyyətdə olan: biri böyük, digəri kiçik ölçülü elektron tərəzlilər, bir ədəd qarşıq rəngli içərisində müxtəlif sözlər və rəqəmlər yazılmış kitabça, bir ədəd sarı-yaşıl qarşıq rəngli yapışqan lent toplusu aşkar edilmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bağlamanın içərsində qəhvəyi rəngli plastik materialdan olan kiçik ölçülü qaşıq olmaqla içərsində ağ rəngli kristal halda olan psixotrop maddə «metamfetamin»ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin büküldüyü şəffaf rəngli sellofanla birlikdə çəkisinin 435 qram olduğu müəyyən edilmişdir. Mənzildən aşkar olunmuş, bir ədəd sellofan bükümün və bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün hər birinin içərisində ağ rəngli kristal halda olan psixotrop maddə «metamfetamin»ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin büküldüyü sellofanla və kağızla birlikdə ümumi çəkisinin 1,09 qram olduğu müəyyən edilmişdir. Daha sonra yaşadığı ünvandan aşkar olunmuş bir ədəd şəffaf rəngli bükümün, bir ədəd sarıyaşıl qarışıq rəngli yapışqanlı lentə bağlanmış halda olan içərisində qara rəngli sellofan bükümün və bir ədəd sarı rəngli plastik qabın hər birinin içərisində olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin büküldüyü sellofanla və yerləşdiyi plastik qabla birlikdə ümumi çəkisinin 31,64 qram olduğu müəyyən edilmişdir.Aşkar olunmuş həmin maddələr, iki ədəd elektron tərəzi və qəhvəyi rəngli plastik materialdan olan kiçik ölçülü qaşıq Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı yaşadığı mənzildən aşkar edilmiş maddələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri Babək adlı İran vətəndaşından əldə etdiyini, elektron tərəzilərdən həmin narkotik vasitələri çəkməklə çəkisini müəyyən etmək üçün, qaşıqdan isə narkotik maddələri yığıb tərəzinin üzərinə qoymaq üçün istifadə etdiyini bildirmiş, daha sonra yaşadığı ünvandan aşkar olunmuş bir ədəd qarşıq rəngli içərisində müxtəlif sözlər və rəqəmlər yazılmış kitabça, bir ədəd sarı-yaşıl qarşıq rəngli yapışqan lent toplusu iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Həmin kitabçada İran vətəndaşı Babək adlı şəxsdən aldığı narkotik maddələrin miqdarını və siyahısını yazmaq üçün istifadə etmişdir. Sarı rəngli yapışqan lentdən isə Babək adlı şəxsdən əldə etdiyi narkotik vasitələri sonradan tərəzidə çəkməklə ayrı-ayrı bükümlərə büküb həmin yapışqan lentlə bağlayıb bərkitdikdən sonra satmaq üçün müxtəlif yerlərə qoyduqdan sonra fotoşəkilini Babək adlı şəxsin mobil telefonuna göndərdiyini demişdir. Bundan sonra yaşadığı mənzilə baxış keçirilərkən həmin ünvandan saxlanması qadağan olunmuş başqa əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində özünün də narkotik vasitələr qəbul etdiyini, ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməyini, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbinin olmadığını,məqsədinin həmin maddələrdən istifadə etmək və satmaq olduğunu bildirmişdir. (Cild 1, iş vərəqləri 219-222) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2023cü ilin dekabr ayında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə, təxminən 14:00-15:00 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Turan” restoranının yaxınlığında saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan 12 bükümdə metamfetamin növündə psixotrop maddələri təqdim etmişdir. O, yaşadığı evdə də qanunsuz vasitələr saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmişdir və onun yaşadığı evə baxış keçirilmişdir. Həmin vaxt mənzilin qapısını onunla birlikdə yaşayan qadın açmışdı. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, “X7” yaşayış kompleksində yerləşən mənzilinə baxış zamanı ona yaşadığı evdə qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə olan müxtəlif növdə narkotik vasitələri və psixotrop maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən metamfetamin növündə psixotrop maddə, heroin növündə narkotik vasitə, 2 ədəd elektron tərəzi və metadon həbləri aşkar olunmuşdu. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 27 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Turan” restoranının yaxınlığında saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan 12 bükümdə metamfetamin növündə psixotrop maddələri təqdim etmişdir. O, yaşadığı evdə də qanunsuz vasitələr saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmişdir və onun yaşadığı evə baxış keçirilmişdir. Həmin vaxt mənzilin qapısını onunla birlikdə yaşayan qadın açmışdı. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, “X7” yaşayış kompleksində yerləşən mənzilinə baxış zamanı ona yaşadığı evdə qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə olan müxtəlif növdə narkotik vasitələri və psixotrop maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri “Babək” adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən aldığını demişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin iyun ayından tanımış, onlar Tik-tok sosial şəbəkəsində tanış olmuşlar. Təqsirləndirilən şəxslə qeyri rəsmi münasibətdə Sumqayıt şəhəri, “X7” yaşayış kompleksi blok 89-1 C, mənzil 34 ünvanında kirayədə yaşamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. xx.xx.2023-cü il tarixində, saat 17-18 radələrində evin qapısı döyülmüş, Orxan evdə olmamış, qapını açan zaman Orxanın polis əməkdaşları ilə bir yerdə olduğunu görmüş, polis əməkdaşları ünvana baxış keçiriləcəyini demişlər, həmin vaxt Orxan özü polis əməkdaşları ilə bir yerdə qonaq otağında girişdən sol istiqamətdə yerləşmiş sarı rəngli divanın qatlanın hissəsini açaraq divanın alt hissəsindən orada saxlamış olduğu qara rəngli çantanı götürüb həmin otağın orta hissəsində yerləşmiş masanın üzərinə qoymuş, həmin qara rəngli çanta açıldıqda içərsində bir ədəd sellofan bağlamanın içərsində qəhvəyi rəngli plastik materialdan olan kiçik ölçülü qaşıq olmaqla, bir ədəd sellofan bükümün və bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün hər birinin içərisində ağ rəngli kristal halda olan psixotrop maddə «metamfetamin»ə bənzər maddələr, daha sonra bir ədəd şəffaf rəngli bükümün, bir ədəd sarı-yaşıl qarışıq rəngli yapışqanlı lentə bağlanmış halda olan içərisində qara rəngli sellofan bükümün və bir ədəd sarı rəngli plastik qabın hər birinin içərisində olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr, daha sonra hər birinin üzərində «Methadone 40» sözləri və rəqəmi yazılmış 4 ədəd konvalitdə olmaqla cəmi 38 ədəd həblər, bir ədəd qara rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş büküm, bir ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş büküm, göy rəngli sellofana bükülmüş və şəffaf rəngli yapışqanlı lentə bağlanmış vəziyyətdə olan 16 ədəd hər biri «1 manatlıq» pul əskinasına bükülmüş halda olan, onlardan iki ədədinin içərisində isə gümüşü rəngli kağıza bükülmüş halda olan hər birinin də içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş borucuqlar, 9 ədəd hər biri gümüşü rəngli kağıza bükülmüş halda olan, onlardan bir ədədinin içərisində narıncı, bir ədədinin içərisində isə qırmızı rəngli kağıza bükülmüş halda olan hər birinin içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş borucuqlar, 5 ədəd hər biri sarı rəngli kağıza bükülmüş halda olan, onlardan 4 ədədinin içərisində gümüşü rəngli kağıza bükülmüş halda hər birinin içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş borucuqlar, 4 ədəd hər biri qara rəngli yapışqan lentə bağlanmış vəziyyətdə olan yaşıl rəngli kağıza bükülmüş halda hər birinin içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş borucuqlar, iki ədəd işlək vəziyyətdə olan biri böyük, digəri kiçik ölçülü elektron tərəzilər, bir ədəd qarşıq rəngli içərisində müxtəlif sözlər və rəqəmlər yazılmış kitabça, bir ədəd sarı-yaşıl qarşıq rəngli yapışqan lent toplusu olduğu müəyyən edilmişdir. Bir ədəd şəffaf rəngli sellofan bağlamanın içərsində qəhvəyi rəngli plastik materialdan olan kiçik ölçülü qaşıq olmaqla içərsində ağ rəngli kristal halda olan psixotrop maddə «metamfetamin»ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin büküldüyü şəffaf rəngli sellofanla birlikdə çəkisinin 435 qram olduğu müəyyən edilmişdir. Ünvandan aşkar olunmuş, bir ədəd sellofan bükümün və bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün hər birinin içərisində ağ rəngli kristal halda olan psixotrop maddə «metamfetamin»ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin büküldüyü sellofanla və kağızla birlikdə ümumi çəkisinin 1,09 qram olduğu müəyyən edilmiş, daha sonra aşkar olunmuş bir ədəd şəffaf rəngli bükümün, bir ədəd sarı-yaşıl qarışıq rəngli yapışqanlı lentə bağlanmış halda olan içərisində qara rəngli sellofan bükümün və bir ədəd sarı rəngli plastik qabın hər birinin içərisində olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin büküldüyü sellofanla və yerləşdiyi plastik qabla birlikdə ümumi çəkisinin 31,64 qram olduğu müəyyən edilmişdir. Həmin vaxt Orxan təqdim etdiyi maddələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri Babək adlı İran vətəndaşından əldə etdiyini elektron tərəzilərdən həmin narkotik vasitələri çəkməklə çəkisini müəyyən etmək üçün, qaşıqdan isə narkotik maddələri yığıb tərəzinin üzərinə qoymaq üçün istifadə etdiyini bildirmişdir. Şahid3 həmçinin ifadəsində Orxanın həmin maddələri saxlamasından xəbərinin olmadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 125-128) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” 27 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub-olmaması, varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs özü sağ çiyninə asdığı bir ədəd qara rəngli çantanı içərisindən içərisində 12 ədəd sarı-yaşıl qarışıq rəngli yapışqanlı lentə bağlanmış halda olan 12 büküm və 01 ədəd «Samsung A12» markalı mobil telefonu təqdim etmişdir. Həmin bükümlərin hər birinin içərisində isə sarı rəngli pambıq materialdan olan parçaya bükülmüş vəziyyətdə qara rəngli sellofana bükülmüş bükümlər, həmin qara rəngli sellofan bükümlərin içərisində isə ağ rəngli kristal halda olan psixotrop maddə «metamfetamin»ə bənzər maddələr aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 30-31) Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi və götürmə haqqında” 27 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü qonaq otağında girişdən sol istiqamətdə yerləşmiş sarı rəngli divanın qatlanın hissəsini açaraq divanın alt hissəsindən orada saxlamış olduğu qara rəngli çantanı götürüb həmin otağın orta hissəsində yerləşmiş masanın üzərinə qoymaqla təqdim emişdir. Həmin qara rəngli çanta açıldıqda içərsində bir ədəd sellofan bağlamanın içərsində qəhvəyi rəngli plastik materialdan olan kiçik ölçülü qaşıq olmaqla, bir ədəd sellofan bükümün və bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün hər birinin içərisində ağ rəngli kristal halda olan psixotrop maddə «metamfetamin»ə bənzər maddələr, daha sonra bir ədəd şəffav rəngli bükümün, bir ədəd sarı-yaşıl qarışıq rəngli yapışqanlı lentə bağlanmış halda olan içərisində qara rəngli sellofan bükümün və bir ədəd sarı rəngli plastik qabın hər birinin içərisində olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr, daha sonra hər birinin üzərində «Methadone 40» sözləri və rəqəmi yazılmış 4 ədəd konvalitdə olmaqla cəmi 38 ədəd həblər, bir ədəd qara rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş büküm, bir ədəd şəffav rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş büküm, göy rəngli sellofana bükülmüş və şəffav rəngli yapışqanlı lentə bağlanmış vəziyyətdə olan 16 ədəd hər biri «1 manatlıq» pul əskinasına bükülmüş halda olan, onlardan iki ədədinin içərisində isə gümüşü rəngli kağıza bükülmüş halda olan hər birinin də içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş borucuqlar, 9 ədəd hər biri gümüşü rəngli kağıza bükülmüş halda olan, onlardan bir ədədinin içərisində narıncı, bir ədədinin içərisində isə qırmızı rəngli kağıza bükülmüş halda olan hər birinin içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş borucuqlar, 5 ədəd hər biri sarı rəngli kağıza bükülmüş halda olan, onlardan 4 ədədinin içərisində gümüşü rəngli kağıza bükülmüş halda hər birinin içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş borucuqlar, 4 ədəd hər biri qara rəngli yapışqan lentə bağlanmış vəziyyətdə olan yaşıl rəngli kağıza bükülmüş halda hər birinin içərisində qəhvəyi rəngli maddənin qalıqları həkk olunmuş borucuqlar, iki ədəd işlək vəziyyətdə olan biri böyük, digəri kiçik ölçülü elektron tərəzilər, bir ədəd qarşıq rəngli içərisində müxtəlif sözlər və rəqəmlər yazılmış kitabça, bir ədəd sarı-yaşıl qarışıq rəngli yapışqan lent toplusu olduğu müəyyən edilmişdir. “Şəxsi axtarışın keçirilməsi haqqında” və “Baxış keçirilməsi və götürmə haqqında” 27 dekabr 2023-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disklər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 115, 159) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 15:12-də Sumqayıt şəhəri, S.Vurğun küçəsində anten dairəsi görünür. Həmçinin ***-***-**-** mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi müəyyən edilir. (Cild 1, iş vərəq 158) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “telefona baxış keçirilməsi haqqında” 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, təqdim olunan telefonun parametrlərinə daxil olan zaman, telefon markasının “Galaxy A12” model olması müəyyən edilmişdir. “Vhatsapp” proqramına baxış keçirilən zaman Təqsirləndirilən şəxs, Abi adı ilə telefona yazdığı “+**********20” mobil telefon nömrəsi ilə xx.xx.2023-cü il tarixdən mesajlar və səs danışıqları görünür. Həmin mesajda “Abi” adlı şəxsin “Salam abim, sabahın xeyir olsun, galdin gadanalim, eva” kimi yazışmalar, səs yazılarında isə “salam necəsən qardaş, nə xəbər, nə eliyirsən qadanalım be çıxıbsan qadanalım mənim mesajımı oxuyu bə gedirsən bə qadanalım mənə cavab ver dənə başıva dönüm bəs mən nigaranam axı bə mənim borcum xərcim hər nəyim tökülüb üstümə axı qadan aılm bə tez elə başıva dolanım gör necə gündü 2 həftədi yoxsan ey qardaş 2 həftədi allaha and olsun iş olmadı, belə iş olmur, belə işi kim görüre qadan alım” kimi səs yazıları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən qarşı tərəfə heç bir cavab yazılmır. Daha sonra həmin telefonun səs dəyişdirici adlı proqrama daxil olduqda 7 ədəd narkotik və psixotrop maddələri harada gizlətməyi barədə səs yazıları aşkar olunmuşdur. Həmin səs yazılarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri harada gizlətməsinə dair öz səsini yazması, daha sonra qeyd olunan proqram vasitəsi ilə həmin səsləri aşkar edilə bilinməməsi üçün dəyişdirilməsi aşkar olunmuşdur. Daha sonra həmin telefonun qalereya bölməsinə daxil olduqda xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs hansısa ünvanları çəkməsi və narkotik və psixotrop maddələrin elektron tərəzi üzərində şəkillərini çəkilməsi görünür. (Cild 1, iş vərəq 129-136) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “dəftərə baxış keçirilməsi haqqında” 07 fevral 2024-cü il tarixli protokoldan görünür ki, dəftərin üz hissəsi zərlidir. Dəftərin üz hissəsinə sellofan üzlük çəkilmişdir. Həmin dəftərin vərəqlərini açdıqca tarixlər və çəkilər qeyd olunduğu göstərilir. (Cild 1, iş vərəq 140) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 28 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6577 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N124 dairəvi möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 12 ədəd bükümdə olan maddələr (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 12(on iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,518 qram, 0.329 qram, 0,248 qram, 0.460 qram, 0,526 qram, 0,499 qram, 0,406 qram, 0,136 qram, 0,183 qram, 0,733 qram, 0,365 qram, 0,557 qram, ümumi təmiz çəkisi 4,960qram ağ rənglikristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zətflər üçün N124 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 12 ədəd bükümdə olan maddələr (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, l(bir) ədəd polietilen torbada təmiz çəkisi 415 qram, l(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,179 qram və l(bir) ədə şəffaf polietilen bükümdə təmiz çəkisi 0,449 qram, ümumi təmiz çəkisi 415,628 qram ağ rəngli kristal şəkilli maddələr küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, l(bir)ədəd sarı rəngli plastik qabda təmiz çəkisi 19,559 qram, l(bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,459 qram və l(bir) ədəd sarı-yaşıl rəngli yapışkan lentlə bağlanmış qara rəngli polietilen bükümdə təmiz çəkisi 3,115 qram, ümumi təmiz çəkisi 24,133 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan 4 ədəd konvalyuta ümumilikdə 38 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli həblərdir və 38 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 1,52 qramdır (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), 2(iki) ədəd elektron tərəzinin üzərində, bir ədəd qara, bir ədəd şəffaf polietilen bükümlərin üzərində və üzəri şəffaf yapışqan lentlə bağlanmış göy rəngli polietilen bükümün içərisindəki 16 ədəd hər biri “bir manatlıq” pul əskinasına bükülmüş halda olan borucuqlar, 9 ədəd hər biri gümüşü rəngli kağıza bükülmüş halda olan borucuqlar, 5 ədəd hər biri sarı rəngli kağıza bükülmüş halda olan borucuqlar və 4 ədəd hər biri qara rəngli yapışqan lentlə bağlanmış vəziyyətdə yaşıl rəngli kağıza bükülmüş borucuqlarm üzərində olan qəhvəyi rəngli maddə izləri narkotik vasitə olan heroinə aiddirlər. İz şəklində olduğu üçün heroinin təmizçəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmaması müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 420,588 qram təşkil edir və həmin metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. (Cild 1, iş vərəqləri 73-79) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 23 fevral 2024 cü il tarixli, 1228 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 173-174) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 04 yanvar 2024 cü il tarixli, 2093 nömrəli rəyində göstərmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 170-172) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 23,983 qram heroin, 36 həb metadon, 420,148 qram metamfetamin, həmçinin 01 ədəd dəftər, 34 ədəd borucuq, 02 ədəd elektron tərəzi, 01 ədəd “Samsung Galaxy A12” markalı telefon maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 03 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 185- 199) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, həmçinin psixotrop maddə metamfetaminin xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 24,133 qram heroinin və 38 ədəd metadon həbinin şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan dəfələrlə artıq olması; 420, 588 qram metamfetaminin xüsusilə külli miqdar daxil olmaqla aşağı həddindən artıq olması, o cümlədən 02 ədəd elektron tərəzinin aşkar olunması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 05 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 139-140, 182-184) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 108794 nömrəli məktubundan görünür ki, probasiya şöbəsinin icraatında Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il 10 ay 21 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə cinayət qanununun qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 05 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və 01 il 10 ay 21 gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 104-106) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək dövlət nəfinə verilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 23,983 qram heroin, 36 həb metadon, 420,148 qram metamfetamin, 01 ədəd dəftər, 34 ədəd borucuq məhv edilməli, 01 ədəd “Samsung Galaxy A12” markalı telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 192 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 05 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 10 (on) ay 21 (iyirmi bir) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 11 (on bir) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 23,983 qram çəkidə narkotik vasitə heroin, 36 həb psixotrop maddə metadon, 420,148 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd dəftər və 34 ədəd borucuq məhv edilsin, 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın, 01 ədəd “Samsung Galaxy A12” markalı telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar