Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-587/2024 11.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Şimal Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxx 2002-ci ildə Ağstafa rayonu, Muğanlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə, Sumqayıt Ağır Cinayətlər məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.1,177,2.2, 177.2.3 və 177.2.4- cü maddələri ilə təqsirli bilinərək 01 il 01 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağstafa rayonu, Köçvəlili kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1998-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli Hərbi məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına, Sumqayıt şəhər məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay islah işləri və 100 manat cərimə cəzasına, Sumqayıt şəhər məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlamaqla daşıma barədə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 dekabr 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən təmiz çəkisi 1080 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, Təqsirləndirilən şəxs1 əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 22 radələrində Quba-Bakı avtomobil yolunun Birinci Nügədi, 5-ci məhəlləsinə gedən yolda, küçədə saxlanılıb üzərlərində şəxsi axtarış aparılarkən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1080 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, onda bir kiloqram narkotik vasitə olmamışdır. Həmin narkotik vasitəni polislər ora qoymuşlar. O, səkkizin yarısı Sumqayıt şəhərindən çıxanda həmin yerə onun çəkisini bilmədən getmişdir. Onlar avtomobildən düşmüşlər. Avtomobildən düşəndən sonra çəkisinin nə qədər olduğunu bilmişdir. Narkotiki vasitəni götürəndə polis əməkdaşları onları tutmuşdur. O, 50-100 qram narkotikə münasibətdə özünü təqsirli bilmişdir. Polislər onları idarəyə gətirmişlər. Polislər birinci burada onluq bir şey olmadığını bildirərək ondan pul istəmişlər. Daha sonra həmin bükümü polislər dəyişdirmişlər. Bükümün içinə çəkisi çox olan bir kiloqram narkotiki qoymuşlar. O həmin bükümü götürmüş, lakin onun içərisində bir kiloqram narkotik vasitə olmamışdır. Haraya getdiklərini Vüsal ona bildirməmişdir. Ona getdikləri yerin yollarının üstü olduğunu və geri qayıdarkən onu evinə ötürəcəyini bildirmişdir. O, narkotik arxasınca getdiklərini bilməmişdir. O ara-sıra narkotik istifadə etmişdir. İfadəsində bildirmişdir. Vüsalla birlikdə narkotik istifadə etməmişdir. O, mühafizəçi kimi işləmişdir. Həmçinin evinin yanında olan marketdə də işləmişdir. İstintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Müstəntiq onun dediklərini qeyd etməmişdir. Narkotikin çəkisi qismində ifadəsini qəbul etməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməyərək göstərmişdir ki, təxminən 1 ildir ki, ara-sıra el arasında nəşə kimi tanınan narkotik vasitə marixuanadan istifadə etmişdir. 02 may 2020-ci il tarixdə oğurluq cinayəti törətdiyinə görə tutulmuş, Təqsirləndirilən şəxs2 da 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməyə başladığı vaxtdan tanımışdır. 2022-ci ilin dekabr ayında azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs2 onun dostudur, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 23 dekabr 2023-cü il tarixdə, təxminən saat 18 radələrində Vüsal ona zəng edərək işlədiyi mağazaya dəvət etmişdir. Vüsal ona bir yerə gedib qayıtmağı təklif etmiş, lakin o evə tələsdiyini demişdir. Vüsal yenidən təkid edib tez gedib qayıdacaqlarını bildirmişdir. O Vüsalla mağazadan çıxdıqdan sonra Vüsalın sifariş verdiyi taksiyə əyləşmiş, taksi sürücüsünü tanımamışdır. Yol gələn zaman hara getdiyini dəfələrlə soruşmuş, Vüsal isə dəqiq ünvan deməmiş, kəndə gedib-gələcəklərini bildirmişdir. Taski ilə gələn zaman Vüsal nə məqsədlə gəldiklərini ona deməmişdir. Onlar Quba rayonuna çatdıqda Vüsal taksiyə yolun sağ tərəfində yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında saxlamasını demiş və o Vüsalla birlikdə taksidən düşmüşdür. Vüsal telefonda konuma baxmış, Vüsalla o bir qədər yol gəldikdən sonra qapısı açıq olan köhnə tikilinin qarşısında Vüsal dayanmışdır. Vüsal ona divarın yanını göstərək həmin yerdə narkotik vasitə olduğunu demiş və götürməsini təkidlə tələb etmişdir. O isə ilk əvvəl qorxsa da, sonradan məcbur qalaraq həmin sellofan torbanı götürmüşdür. Torbanı götürdükdən təxminən 2-3 metr uzaqlaşdıqda mülki formada olan şəxslər onlara yaxınlaşmışlar və polis olduqlarını elan edərək onu saxlamışlar. Bu vaxt Vüsal qaçmış, lakin Vüsalı tutmuşlar. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-nə məlumat verərək digər polis əməkdaşları və vəkil dəvət edəcəklərini bildirmişlər. Hadisə yerində olan polis əməkdaşları digər polis əməkdaşları və vəkil gələnə kimi onun hərəkətlərini nəzarətdə saxlamışlar. Digər polis əməkdaşları gəldikdən sonra vəkilin iştirakı ilə videokəçilişdən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunan hər hansı əşya varsa, hamısını təqdim etməsi təklif olunmuşdur. O, əynindəki boz şalvarın cibindən özünə məxsus 2 ədəd "Tecno" markalı mobil telefonu, şəxsiyyətini təsdiq edən sənədini, qulaqcığını və 3 manat pulu təqdim etmişdir. Pullar sayılaraq ona geri qaytarılmışdır. Daha sonra polis əməkdaşları əlindəki, içərisində narkotik vasitə qurudulmuş marixuana olan göy rəngli sellofan torbanı təqdim etməsini bildirmişlər. O da əlində olan həmin sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən sellofan torbaya baxış keçirilən zaman içərisində qara rəngli bükülü olduğu məlum olmuşdur. Həmin bükülü açılan zaman içərisində yaşıl rəngli, spesifik iyə malik marixuanaya bənzər kütlələr olduğu polis əməkdaşlarına məlum olmuşdur. Sorğu zamanı o, həmin narkotik vasitəni Vüsalın göstərişi əsasında götürməyə gəldiyini bildirmişdir. Vüsal bunun qarşılığında ona heçnə verməyəcəkdi. Vüsalı tək qoymamaq üçün gəlmişdir. Bundan əlavə Vüsal oraya çatdıqda 50-100 qram narkotik vasitə götürməyə gəldiklərini demişdir. Bundan başqa üzərindən qanunla qadağan edilən heçnə aşkar edilməmişdir. Aşkar edilmiş sellofan torbada olan bükülü birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkisinin 1165 kiloqram olduğu məlum olmuşdur. Daha sonra həmin bükülü qablaşdırılmış və üzərinə zərf vurularaq götürülmüşdür. O və müdafiəçisi qablaşdırılmış zərfin üzərinə imza edərək tamlığını təsdiq etmişlər. Video çəkiliş başa çatdıqdan sonra üzərində aparılan şəxsi axtarış ilə bağlı protokol tərtib edilmişdir. Protokolun məzmunu videoçəkilişə uyğun yazıldığı üçün imza edərək doğruluğunu təsdiq etmişdir. Aşkar olunmuş narkotik vasitəni o, Vüsalın göstərişinə əsasən götürmüşdür, Vüsal ona bunun heç nə vəd etməmişdir. Vüsal qorxduğundan içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı onun götürməsini xahiş etmişdir. O, yol gəldiyi zaman Vüsal bunu ona deməsə də, ancaq oraya çatdıqda götürəcəyi torbanın içərisində narkotik vasitə olduğunu demişdir. Vüsal ona narkotik vasitənin olduğu yeri göstərib götürməsini bildirən zaman içərisində 50-100 qram narkotik vasitə qurudulmuş marixuana olduğunu demişdir. O narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən istifadə etməmişdir. Onu polis əməkdaşları saxlayarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərməmişlər. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, saat səkkiz və ya doqquza işləmişdir. Onlar ora saat səkkizdə gəlmişlər. Onları saxladıqdan sonra iki saat döyərək işgəncə vermişlər. Orada hal şahidi Şahid1 iştirak etmişdir. Həmin sellofanın içərisində olan narkotiki polislər gözünün qarşısında dəyişmişlər. Bu halla bağlı şikayət etmişdir. Bütün qan içərisində olmuşdur. İnternetdə tanış olmuşdur. Adı Cavid olmuşdur. Həmin şəxsə 100 manat pul göndərmişdir. Marixuananın qramı çox baha olmamışdır. Həmin narkotik üçün pul göndərmişdir. Qalan pulu da olduqca göndərəcəkmiş. 400-500 manat arası göndərməli olmuşdur. Pulu olduqca göndərməli imiş. O, Kristal Abşeronda marketdə işləmişdir. Subaydır. Marketdə 400 manata yaxın əmək haqqı almışdır. Özünün istifadəsi üçün sifariş vermişdir. O birinci olaraq ona 100 manat pul göndərmişdir. Şəxs ona qalan pulu göndərməsini demişdir, lakin o, şəxsi tanımadığı üçün qalan pulu göndərməyəcəkmiş. Narkotik olduğu yeri ona konum olaraq göndərmişdir. Tək getməmək üçün İsməti də özü ilə aparmışdır. Onlar orada olanda polislər artıq orada olmuşdur. İsmət həmin yerə yaxınlaşanda polislər gizləndikləri yerdən çıxmışlar. Birinci İsməti tutmuşlar. Onu daha sonra tutmuşlar. İsmət narkotiki əlinə götürüb içərisinə baxmaq istəyəndə polislər onları tutmuşdur. Polislər 10 nəfər olmuşlar. Əvvəllər narkotiklə bağlı olmayan məhkumluğu olmuşdur. Cavid adlı şəxsi sosial şəbəkə vasitəsi ilə tanımışdır. Həmin şəxs ona özü yazmışdır. 100 qram narkotik göndərməli imiş. Polislər Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumat daxil olduğunu və həmin şəxsin narkotik vasitəni konum vasitəsi ilə bildirəcəyini desələr də, Cavid adlı şəxslə onun özü danışmış və 100 qram narkotiki özü götürəcəkmiş. Cavidlə tanışlıqda İsmətin rolu yoxdur. Onun İsmətə zəng etməkdə məqsədi onunla birgə getmək olmuşdur. X10 dəyib qayıdacaqlarını bildirmiş, lakin konuma çatanda narkotikin arxasınca getdiklərini bildirmişdir. Quba şəhərinə çatana qədər İsmət bilməmişdir. Narkotikin pulunun hamısını ğzü ödəmişdir. Taksi sürücüsünə 50 manat pul vermişdir. O istifadə məqsədi ilə götürmüşdür. Həmçinin istifadə məqsədi ilə İsmətə də verəcəkmiş. İsməti aparmaqda məqsədi narkotiki götürməkdə ona kömək etməsi olmuşdur. O, narkotiki götürməkdə bir az çəkinmiş və İsmətə onun götürməsini təklif etmişdir. Narkotik vasitələrdən istifadə etmişdir. Arabir marixuana istifadə etmişdir. Tutulmamışdan 20 gün əvvəl onu polislər tutmuş və idarəyə aparmışlar. Daha sonra onu ekspertizaya aparmışlar. İstifadə etməyi ekspert rəyində çıxmışdır. 3 saylı Təcridxanaya aparılanda xəsarətlərinin yazılması yadında olmamışdır. İstintaq Təcridxanası xəsarətlərini sormuş, o isə deməmişdir. Qeyd edilib-edilməməsini bilməmişdir. Videoçəkilişdə xəsarətlərinin olmasını açıq aydın düşmüşdür. Onlar tutulandan 2 saat sonra həmin yerdə çəkiliş olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməyərək göstərmişdir ki, ara-sıra narkotik vasitə marixuanadan istifadə etmişdir. 25 avqust 2023-cü il tarixdə, 17 saylı cəzaçəkmə müəssisəsində 02 il 04 ay cəza çəkdikdən sonra vaxtından əvvəl şərti azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra yaşadığı Sumqayıt şəhərinə getmiş, yaşadığı evin yaxınlığında yerləşən marketdə satıcı işləmişdir. Təqsirləndirilən şəxs1 da 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməyə başladığı vaxtdan tanımışdır. Təxminən bir ay əvvəl “Tik-Tok” sosial şəbəkəsində tanımadığı, sonradan adını Cavid dediyi şəxslə tanış olmuşdur. Cavidlə yazışma və danışıq zamanı ona narkotik vasitə təklif etmişdir. O, ilk əvvəl imtina etsə də, qiymətinin ucuz olmasına görə sonradan fikrindən dönmüşdür və narkotik almaq qərarına gəlmişdir. Cavid ona 100 manat pul müqabilində 100 qram narkotik vasitə marixuana verəcəyini demişdir. Cavid ona ödəniş etməsi üçün Leobank kartının hesab nöməsini göndərmiş və pulu kartına göndərməsini demişdir. O da, terminal vasitəsilə həmin hesaba 100 manat pul göndərmişdir. Beləcə təzə tanış olduğu şəxslə sosial şəbəkə üzərində danışan zaman Cavid görüşməyi və narkotik verməyi təklif etsə də, o buna razı olmamışdır. Çəkindiyi üçün Cavidlə üz-üzə görüşməmişdir. O, həmin şəxsə narkotiki müəyyən bir yerə qoymasını və narkotik vasitəni götürəcəyəni demişdir. 23 dekabr 2023-cü tarixdə təxminən saat 16 radələrində Cavidlə yazışan zaman Caviddən narkotik vasitəni bir yerə qoymasını xahiş etmişdir. Cavid adlı şəxs bir müddət sonra ona konum (ünvan) göndərmiş və çatmağa 30 dəqiqə qalmış deməsini, həmin vaxt Cavid narkotik vasitəni yaxın əraziyə qoyacağını demişdir. O isə dostu İsmətə zəng edərək görüşmüşdür. Görüşən zaman İsmətə Quba rayonuna narkotik vasitə götürməyə getdiyini demişdir. İsmət də onunla gəlməyə razılaşmışdır. Quba rayonuna getmək üçün tanışı Sahib adlı taksi sürücüsünə onları Quba rayonuna aparmasını xahiş etmişdir. Hər ikisi birlikdə əvvəlcədən razılaşmış şəkildə qeyd olunan tarixdə, təxminən saat 22 radələrində Quba rayonuna gəlmişlər. Quba-Bakı avtomobil yolunun üzərində yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında Sahibə avtomobili saxlamasını demişdir. Sahib avtomobili saxlamış və o İsmətlə avtomobildən düşmüşdür. Sahibə gözləməsini xahiş etmişdir. İsmət ilə birlikdə konumun göstərdiyi yerə gəlmişlər. Həmin ərazi mərkəzi asfalt yoldan təxminən 200 metr aralıda yerləşmişdir. O İsmətlə birlikdə köhnə tikilinin yanına, şəkildə əks olunan yerə çatdıqda İsmətdən narkotik vasitəni götürməsini xahiş etmişdir. Şəkildə narkotik vasitə göy sellofan torbada öz əksini tapmışdır. İsmət narkotik vasitəni götürərək uzaqlaşmaq istədikdə polis əməkdaşları İsməti tutmuşlar. O, İsmətin tutulduğunu görərək qaçmışdır. Taksinin yanına çatdıqda polis əməkdaşları onu da tutaraq saxlamışlar. Polis əməkdaşları İsmətin üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞnə məlumat verərək digər polis əməkdaşları və vəkil dəvət edəcəklərini bildirmişlər. Şəxsi axtarış zamanı İsmətin əlində olan göy rəngli sellofan torbanın içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı o həmin narkotik vasitəni Xaçmaz rayon sakini Cavid adlı şəxsdən ümumilikdə 100 manata aldığını bildirmişdir. Lakin həmin şəxs ona 100 qram narkotik vasitə olacağını demişdir. Əldə etdiyi narkotik vasitəni istifadə etmək üçün almışdır. Lakin həmin vasitəni satmamış və ya hər hansı nemət müqabilində heç kimə verməmişdir. İsmətin əlində aşkar edilmiş sellofan torbada olan bükülü birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və 1165 kiloqram olduğu məlum olmuşdur. Daha sonra həmin bükülü qablaşdırılmış və üzərinə zərf vurularaq götürülmüşdür. Bundan sonra polis əməkdaşları ona üzərində hər hansı qanunla qadağan olunan əşya varsa, təqdim etməsini təklif etmişdir. O, üzərində olan bir ədəd bank kartını və yaşadığı evin açarını təqdim etmişdir. Narkotik vasitə ona məxsusdur. O, həmin narkotik vasitəni sosial şəbəkədən tanıdığı Cavid adlı şəxsdən almışdır. O, İsmətə ətrafı nəzarətdə saxlayacağını deyib narkotik vasitəni götürməsini qeyd etmiş, bu səbəbdən İsmət götürməli olmuşdur. Təqsirləndirilən şəxs1 onun narkotik vasitə götürməyə gəlməsini bilmiş, Sumqayıtdan razılaşaraq birlikdə gəlmişlər. O, İsmətə Sumqayıtda olan vaxtdan hansı məqsədlə getdiklərini demişdir. Onların məqsədi həmin narkotik vasitəni götürüb birlikdə istifadə etmək olmuşdur. İsmət onun dostudur, o İsmətə həmin narkotik vasitədən istifadə etməsi üçün pul və digər maddi nemət almamış, almaq barədə razılaşmamışdır. Onu polis əməkdaşları saxlayarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərməmişlər. Daha öncə Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitə qəbul etməmiş, narkotik vasitə satmamış və ya başqa üsullarla verməmişdir. Burnunun üzərində olan xəsarəti 23 dekabr 2023-cü il tarixdə polisdən qaçarkən yıxılan zaman almışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə özü ara-sıra istifadə etmişdir. Sahibin narkotik vasitə əldə etmək məqsədilə Quba rayonuna gəlmələrindən məlumatı olmamışdır. O, narkotik vasitənin olduğu yerə çatanda Cavidlə olan danışıqları ehtiyat üçün silmişdir, həmin hesab nömrəsini də Cavid ona mesajla yazmış, hesabın yazıldığı mesajlaşmanı silmişdir. Həmçinin pulu kart hesabına göndərdikdən sonra qəbzi də tullamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təxminən bir aya yaxın müddətdir ki, Kia Forte markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında idarə etmişdir. O, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Himayəsində 1 azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs2 təxminən bir aya yaxın müddətdir ki, tanıyır, Vüsal onun yaşadığı küçədə mağazada satıcı işləmişdir. Vüsalla şəxsi münasibəti olmamışdır. Sadəcə rastlaşdıqda salamlaşmışlar. 23 dekabr 2023-cü il tarixdə küçədə dayanaraq müştəri gözləmişdir. Qeyd olunan tarixdə təxminən saat 18 radələrində Vüsal ona yaxınlaşaraq Quba rayonunda dostundan 450 manat pul alacağını demiş və Vüsalı Quba rayonuna aparıb- gətirməsini xahiş etmişdir. Vüsal həmin vaxtı ona 50 manat pul vermiş və pulu alaraq geri qayıdan zaman yenə də 50 manat pul verəcəyini demişdir. O da ehtiyacı olduğundan razılaşmışdır. Avtomobili yaşadığı binanın qarajında olmuşdur. O, avtomobilini götürüb Vüsalın dayandığı yerə yaxınlaşdıqda Vüsalın yanında bir nəfər də tanımadığı şəxsin olduğunu görmüşdür. Avtomobildə ön sərnişin oturacağında Vüsal, arxada isə adını sonradan bildiyi İsmət adlı şəxs əyləşmişdir. Vüsal yol boyu özünə məxsus mobil telefonla danışaraq telefonuna göndərilmiş konumda göstərilən yerə gedəcəklərini bildirmişdir. Quba- Bakı avtomobil yolunun üzərində olan “Qafqazoil” yanacaq doldurma məntəqəsinin yanında Vüsal avtomobili saxlamasını demişdir. Daha sonra Vüsal daşlı yol ilə avtomobilini sürməsini demiş, o isə bundan imtina edərək daşlı yolda avtomobil sürmədiyini bildirmişdir. Bu vaxt Vüsal və yanında olan dostu avtomobildən düşərək onun gözləməsini, onların isə pulu götürərək geri qayıdacaqlarını bildirmişdir. O Vüsalla İsməti düşürdükdən sonra avtomobildə oturaraq gözləmişdir. O, təxminən 20 dəqiqə Vüsalı gözləmişdir. Bu vaxt Vüsalın qaçaraq avtomobilə yaxınlaşdığını görmüşdür. Polis əməkdaşları avtomobilin qapısını açmamağı və avtomobili sürməməyi demişlər. O isə deyilənlərə əməl etmişdir. Nə baş verdiyini bilməmişdir. Vüsalı saxladıqdan sonra polis əməkdaşları avtomobildən düşməsini xahiş etmişlər. Söhbət zamanı Vüsalın və dostunun narkotik vasitə üçün oraya gəldiklərini bilmişdir. Lakin onun bundan xəbəri olmamışdır. Vüsal ona narkotik vasitə üçün gəldiklərini deməmişdir. Vüsal ona dostundan pul götürəcəyini bildirmişdir. O Vüsalla İsmətin hansı məqsədlə gəlmələrini bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şakir oğlu sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 23 dekabr 2023-cü ii tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 23 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Quba-Bakı avtomobil yolunun Birinci Nügədi, 5- ci məhəlləsinə gedən yolda, küçədə saxlanmışdır. Hadisə yerində olan təhqiqatçı özünü və iştirakçıları təqdim edərək, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəsində və üzərində saxlamasında şübhəli olmasını bildirərək hüquq və vəzifələri izah olunmaqla müdafiəçi İbrahim Aqamovun iştirakı ilə üzərində şəxsi axtarış aparılacağını qeyd etmişdir. Həmçinin təhqiqatçı videoçəkilişdə iştirak edən digər şəxsə də özünü təqdim etməsini bildirmiş, həmin şəxs Təqsirləndirilən şəxs2 olduğunu, Sumqayıt şəhər sakini olduğunu demişdir. Əvvəlcə təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunan nə varsa hamısını təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs1 heç bir şey olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 əlində olan sellofanın içərisində nə olmasını soruşduqda, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni tanışı Vüsalın xahişi əsasında götürməyə gəldiyini və saxlanıldığı yerin yaxınlığından götürdüyünü, Vüsalın həmin sellofanın içərisində 50-100 qram narkotik vasitə olduğunu dediyini bildirmişdir. Təhqiqatçı həmin sellofan torbanı Təqsirləndirilən şəxs1 götürmüş, üzərində başqa əşya olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs1 əynindəki boz şalvarın cibindən özünə məxsus 2 ədəd "Tecno" markalı mobil telefonu, şəxsiyyətini təsdiq edən sənədi, qulaqcığını və 3 manat pulu təqdim etmişdir. Pullar sayılaraq İsmətə geri qaytarılmışdır. Polis əməkdaşları tərəfindən sellofan torbaya baxış keçirilən zaman içərisində qara rəngli bükülü olduğu məlum olmuşdur. Həmin bükülü açılan zaman içərisində yaşıl rəngli, spesifik iyə malik marixuanaya bənzər kütlələr olduğu aşkar edilmişdir. Təhqiqatçı şəxsi axtarışda iştirak edən Təqsirləndirilən şəxs2 aşkar olunmuş kütlənin nə olmasını soruşduqda, nə olduğunu bilmədiyini, “nəşə adı ilə” gəldiklərini, həmin narkotik vasitəni “TikTok” sosial şəbəkəsindən tanıdığı, Xaçmaz rayon sakini Cavid adlı şəxsdən 100 manata aldığını, həmin şəxsin bükülünün içərisində 100 qram narkotik vasitə olacağını dediyini bildirmişdir. Aşkar edilmiş sellofan torbada olan bükülü birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkisinin 1165 qram olduğu məlum olmuşdur. Daha sonra həmin bükülü çanta ilə birlikdə qablaşdırılmış və üzərinə zərf vurularaq götürülmüşdür. Təqsirləndirilən şəxs1 və müdafiəçisi qablaşdırılmış zərfin üzərinə imza edərək tamlığını təsdiq etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilən başqa heçnə aşkar edilməmişdir. Bununla da video çəkiliş başa çatmışdır. Daha sonra təhqiqatçı tərəfindən müvafiq protokollar tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 şahid qismində dindirilmiş Şahid2 Şakir oğlu ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.2002-ci ildə Ağstafa rayonunda anadan olmuş, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, Ağstafa rayonu Susaybulaq kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, saxlaması və Quba rayonu ərazisində üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. xx.xx.2023-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü, Ağstafa rayonu, Susaybulaq kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində faktiki yaşayan Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, 23 dekabr 2023-cü il tarixdə Quba RPŞ-nın Qonaqkənd PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Quba-Bakı avtomobil yolunun Birinci Nügədi kəndinin 5-ci məhəlləsinə gedən yolda, küçəsində saxlanılmış, xx.xx.2002-ci il təvəllüdlü, Ağstafa rayonu, Susaybulaq kəndində qeydiyyatda olan və faktiki Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 qeyd olunan tarixdə saat 22:30-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı göy rəngli sellofan torbanın içərisindən narkotik vasitə aşkar edilmişdir. Həmin kütlənin ümumi təmiz çəkisi 1080 qram (1 kq 80 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olar çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin dostu Təqsirləndirilən şəxs2 aid olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs2 sosial şəbəkədə tanış olduğu, özünü Xaçmaz rayon sakini Cavid kimi təqdim edən şəxsdən ümumilikdə 100 manata şəxsi istifadəsi üçün aldığını və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə birgə onu götürməyə gəldiyini qeyd etmişdir. Məhkəmə bioloji ekspertizasının 24 dekabr 2023-cü il tarixli, 3-16-16/2-7/1736 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində üzərində Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş kütlə "yazı və imzalar olan polietilen bağlamada təmiz çəkisi 1080,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən sustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. - Qeyd: Marixuananın təmiz çəkisi- 1080,0 qram, tədqiqata istifadə olundu cəmi- 0,05 qram, qalıq 1079,95 qram. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-ci il tarixli 504 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-ci il tarixli 505 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbs qaldığı müddət nəzərə alınmaqla üzərində 01 il, 01 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına saxlanılmışdır. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə vaxtından əvvəl şərti azad edilmişdir. Şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 22:30-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Ağstafa rayonu, Susaybulaq kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsində faktiki yaşayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Quba-Bakı avtomobil yolunun Birinci Nügədi kəndinin 5-ci məhəlləsinə gedən yolda tərəfimizdən saxlanılaraq tutulmuşdur, üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əyində olan boz rəngli şalvarın ciblərindən iki ədəd “Tecno" markalı mobil telefon, şəxsiyyətini təsdiq edən sənəd, qulaqcıq və 3 manat pul aşkar edilmişdir. Pullar sayılaraq özünə təhvil verildi. Geyimlərdən və bədənindən qanunla qadağan edilən hər hansı əşya və ya predmet, eləcə də narkotik vasitə aşkar olunmadı. Lakin əlində saxladığı göy rəngli sellofan torbanın içərisində qara rəngli sellofan torbaya bükülmüş kütlə aşkar olundu. Həmin sellafon torba açıldıqda içərisində yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edildi. Həmin kütlə elektron tərəzi ilə kəçilən zaman 1165 kiloqram olduğu məlum oldu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə dostu Vüsal ilə Quba rayonuna gəldiyini, sonuncunun onu həmin əraziyə yaxınlaşdıqda narkotik vasitə götürməyə gəldiklərini bildirmiş və həmin ərazini ona göstərmişdir. O, yaxınlaşaraq sellofan torbanı götürdükdən sonra polis əməkdaşları onu saxlamışlar. Vüsal ona narkotik vasitənin 50-100 qram olacağını demişdir. Lakin götürdükdən sonra onun çox olduğunu görmüşdür. Aşkar edilərək götürülmüş kütlə ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 22:30-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Ağstafa rayonu, Susaybulaq kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsində faktiki yaşayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Quba-Bakı avtomobil yolunun Birinci Nügədi kəndinin 5-ci məhəlləsinə gedən yolda tərəfimizdən saxlanılaraq tutulmuşdur. Üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əyində olan boz rəngli şalvarın ciblərindən iki ədəd “Tecno” markalı mobil telefon, şəxsiyyətini təsdiq edən sənəd, qulaqcıq və 3 manat pul aşkar edilmişdir. Pullar sayılaraq özünə təhvil verildi. Geyimlərdən və bədənindən qanunla qadağan edilən hər hansı əşya və ya predmet, eləcə də narkotik vasitə aşkar olunmadı. Lakin əlində saxladığı göy rəngli sellofan torbanın içərisində qara rəngli sellofan torbaya bükülmüş kütlə aşkar olundu. Həmin sellafon torba açıldıqda içərisində yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edildi. Həmin kütlə elektron tərəzi ilə kəçilən zaman 1165 kiloqram olduğu məlum oldu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə Quba rayonuna gəldiyini, sonuncunun onu həmin əraziyə yaxınlaşdıqda narkotik vasitə götürməyə gəldiklərini bildirmiş və həmin ərazini ona göstərmişdir. O, yaxınlaşaraq sellofan torbanı götürdükdən sonra polis əməkdaşları onu saxlamışlar. Vüsal ona narkotik vasitənin 50-100 qram olacağını demişdir. Lakin götürdükdən sonra onun çox olduğunu görmüşdür. Azerfon MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, həmin disk HP markalı kompüterin DVD qovşağına daxil edilmiş və 4 ədəd fayla baxış keçirilmişdir. ***-***-**-** saylı mobil nömrəsinin SMS tarixçəsi faylında həmin nömrəyə **********83 saylı mobil nömrədən istintaq marağı doğuran “Bahalıdı denən qaqa bir dənə dərman heç olmaya yarı kola sənə görə yiq” məzmunlu mesaj daxil olmuşdur. Əşyaya baxış keçirilməsi haqqında protokolan əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məxsus “Redmi note 7” markalı telefona baxış keçirilməsi zamanı “Qusi Qaqam” adı ilə qeydə alınmış kontaktdan “Bitki ot tapmaq olar görəsən” məzmunlu mesajın Vüsal Mehtiyevə göndərildiyi müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları könüllü şəkildə təqdim etməsi təklif edildikdə o, üzərində saxladığı bir ədəd bank kartını və evin açarım təhvil vermişdir. Üzərində qanunsuz əşya, predmet olub-olmadığı soruşulan zaman o, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 23 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Quba rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində əvvəli 23 dekabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Quba rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində əvvəli 23 dekabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Quba rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 5(027)-160/2023 saylı əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında haqqında qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin Qonaqkənd PB-nin cinayt-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 23 dekabr 2023-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-377/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-113/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbs qaldığı müddət nəzərə alınmaqla üzərində 01 il, 01 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına saxlanılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsinin, baş ədliyyə müşaviri X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 döyülməsi ilə əlaqədar araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, X12 X7 Bölməsinə xx.xx.2002-ci ildə Ağstafa rayonunda anadan olmuş, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, Ağstafa rayonu Susaybulaq kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, saxlaması və Quba rayonu ərazisində üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmışlar, saxlanıldıqları yerdə müdafiəçilərlə təmin edilməklə onun üzərlərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərlərindən qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdikləri narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, bundan sonra həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməməklərinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 hadisə yerinə heç bir məlumatı olmadan gəlməsi inandırıcı deyildir. Belə ki, təqsirləndirilən şəxslər bir birilərini bu hadisəyə qədər cəza çəkmə müəssisəsində tanımışlar. Bundan başqa Təqsirləndirilən şəxs1 qeyd olunan əməli törədənədək artıq iki dəfə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində hökm çıxarılmışdır. Həmçinin təqsirləndirin şəxslərin narkotik vasitəni əldə etmək məqsədilə getdikləri ərazi video görüntüdəndə göründüyü hər hansı bir paltarın, pulun və sair əşyaların əldə edilməsi üçün uyğun bir yer deyildir. Bütün qeyd olunanlara onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 rahatlıqla aldadıla bilən, hər deyilənə inanan bir insandan deyildir və narkotik vasitənin qoyulduğu yerə hadisələrin təsadüfü axarı nəticəsində gəlib çıxmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 isə daha az narkotik almaq məqsədilə qeyd olunan əraziyə getməsini məhkəmə inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 telefonundan aşkar edilmiş görüntüdən müəyyən olunur ki, ona şəkli göndərilən sumkanın kifayət qədər böyük ölçüsü vardır. Bu isə onu deməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona qarşı verilmiş ittihamda göstərilən miqdarda narkotik vasitənin polislər tərəfindən artırılmasına dair səsləndirdiyi fikirlər onun müdafiə taktikasından irəli gələn hərəkətləridir. Bütün qeyd olunanlarla yanaşı məhkəmə istintaqı zamanı tətqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs1 telefonuna daxil olmuş narkotik vasitənin satışına dair sms və təqsirləndirilən Təqsirləndirilən şəxs2 telefonundakı whatsup sosil şəbəkəsi vasitəsilə yazışmaları zamanı ondan narkotik vasitənin istənilməsinə dair yazılar onu deməyə əsas verir ki, hər iki təqsirlədirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edən şəxslərdirlər və onlara qarşı verilmiş ittihamda göstərilən narkotik vasitənidə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə etmişlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı və ibtidai istintaq zamanı özlərini onlara elan edilmiş ittihamlar üzrə təqsirli bilməmələri ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilmələri şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. İbtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən cinayətin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi qeyd edilmişdir. Qeyd olunan məsələyə dair məhkəmə bildirir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Abşeron rayon məhkəməsinin hökmünə əsasən məhkum olunarkən yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən olunması zamanı nəzərə alınmır. Həmçinin Sumqayıt ağır cinayətlər məhkəməsinin hökmünə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmasını müəyyən edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-113/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3.-cü maddəsinə əsasən həbsdə saxlnıldığı müddət nəzərə alınmaqla şəxsin üzərində 1(bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının üzərinə saxlanılmış hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmalıdır. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Quba rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Quba rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 cəzasını və Təqsirləndirilən şəxs2 cəzalarını çəkmələrininn əvvəli 23 dekabr 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Məhkəmə ekspertizalarına sərf olunmuş 70 (yetmiş) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 35 (otuz beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Quba rayon polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd kağız paketdə qalıq çəkisi 1079,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin olunan qəti 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 6 (altı) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 6 (altı) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 6 (altı) il azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. O, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. O, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 70 (yetmiş) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 35 (otuz beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınıb, Quba rayon polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd kağız paketdə qalıq çəkisi 1079,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-587/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-587/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver