Məhkəmə qərarları › İş №1(124)-588/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-588/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-588/2024 28.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X15 Nizami oğlunun sədrliyi, X12 və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmuş, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 20, ev 102 ünvanında qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda yəni, 01 ədəd bükümdə təmiz çəkisi 1,041 qram psixotrop maddə olan metamfetamini, xeyli miqdarda yəni, 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,379 qram, 0,586 qram, ümumi təmiz çəkisi 0,965 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan tiryəki, 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 204,217 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, yəni ümumi sayı 73,5 ədəd üzərlərində F\M 40 göstəriciləri olan açıq-qəhvəyi rəngli dairəvi formalı eyni tərkibli, tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 2,940 qram təşkil edən (xarici əlamətləri - rəngi, ölçüsü, forması, üzərindəki göstəriciləri, əsas təsiredici maddənin növü və miqdarına görə eyni tərkibli) dərman həblərinin əsas təsiredici maddəsi metadonu, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 3,166 qram, ümumi təmiz çəkisi 3,4 qram olan açıq-qəhvəyi rəngli metadon həbinin əzintisindən ibarət eyni tərkibli, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,308 qram təşkil edən kütlənin əsas təsiredici maddəsi metadonu və 01 ədəd elektron tərəzini əldə edib daşıyaraq yaşadığı evdə və üzərində saxlamış, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(060)-648/2023 saylı qərarı əsasında 14 sentyabr 2023-cü il tarixdə, saat 14:44 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvana baxış keçirilərkən oradan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 3,166 qram, ümumi təmiz çəkisi 3,4 qram olan açıq-qəhvəyi rəngli metadon həbinin əzintisindən ibarət eyni tərkibli, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,308 qram təşkil edən kütlənin əsas təsiredici maddəsi metadon, 01 ədəd bükümdə təmiz çəkisi 1,041 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 204,217 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 71,5 ədəd üzərlərində F\M 40 göstəriciləri olan açıq-qəhvəyi rəngli dairəvi formalı eyni tərkibli, tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 2,860 qram təşkil edən (xarici əlamətləri - rəngi, ölçüsü, forması, üzərindəki göstəriciləri, əsas təsiredici maddənin növü və miqdarına görə eyni tərkibli) dərman həblərinin əsas təsiredici maddəsi metadon və üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi, əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə, saat 20:15 dəqiqədə Sumqayt ŞPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,379 qram, 0,586 qram, ümumi təmiz çəkisi 0,965 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan tiryək və 02 ədəd üzərlərində «Methadone 40» göstəricisi olan blister kəsintilərində üzərlərində F\M 40 göstəriciləri olan açıq-qəhvəyi rəngli dairəvi formalı eyni tərkibli, tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən (xarici əlamətləri - rəngi, ölçüsü, forması, üzərindəki göstəriciləri, əsas təsiredici maddənin növü və miqdarına görə eyni tərkibli) dərman həblərinin əsas təsiredici maddəsi metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, evdə yatmışdır. Saat 10-11 radələri olmuşdur. Qardaşı hər üç uşağını da götürərək evdən çıxmışdır. Qardaşı və uşaqlarını orada tutmuşlar. Ondan sonra polislər evə gəlmişlər. Onların gəlməklərindən xəbəri olmamışdır. Onların gəlməklərini kameralardan görmüşdür. Polis əməkdaşları onun evinə basqın etmişlər. Polislər 3 və ya 4 saat onun həyətində olmuşlar. Onun yoldaşı həmin vaxt mətbəxdə olmuşdur. Yoldaşı qapını açmışdır. Polislər həyətə girmişlər. Həyətdə iki ev vardır. Onun yatdığı evə girərək baxış keçirəcəklərini demişlər. Evi axtarmışlar və heç bir şey aşkar olunmamışdır. Ona yoldaşı kameraya düşdüyü üçün yoldaşını da aparmalı olduqlarını bildirmişlər. O da polislərə yoldaşının kameraya düşməsinin polisə aparmaq üçün əsas olmadığını söyləmişdir. Onlar yoldaşını aparmaqda təkid etmişlər. Polislər onun yoldaşını aparmamaq üçün onun yenidən çəkilişə razı olmalı olduğunu bildirmişlər. Çəkilişə başlamazdan əvvəl onun yoldaşını göndərmiş və hərəsi də bir tərəfdə gizlənmişlər. Onun həyətinin öz kamera görüntüləri vardır. Onlar qapını döyürlər və o da qapını açmışdır. Polislər evə keçərək özlərini təqdim etmişlər. Ondan sonra axtarışa başlamışlar. Onlar yalandan özləri narkotiki evə yerləşdirib, özləri də evdən çıxarmışlar. Sonra ondan narkotikin kimə məxsus olduğunu soruşmuşlar. O, narkotikin kimə məxsus olduğunu bilmədiyini demişdir. Sənədləşdirilən zaman heç yerə qol çəkməmişdir. Evdən nə çıxardıqlarından onun xəbəri yoxdur. Narkotiklərin heç biri onun evində olmamışdır. O, narkotik vasitələrdən istifadə etmişdir. Heroindən istifadə etmişdir. O, Rusiya Federasiyasında yaşamış və ordan Azərbaycana gəlmişdir. Mebel ustasıdır. Metamfetaminin nə olduğunu bilməmişdir. Dərman onun evində olmuşdur. İttihamda göstərilən miqdarda olmuşdur. Həmin dərmanı dəniz qırağından tapmışdır. Bu barədə vəsatət də qaldırmışdır. Elektron tərəzi olmamışdır. Şüşədən olan böyük tərəzi onun evində olmuşdur. Həmin tərəzi ilə şirniyyatları çəkmişdir. Əvvəllər narkotiklə bağlı məhkumluğu olmuşdur. Cəzadan 2012-ci ildə azad olunmuşdur. Metadon dərmanı evində olmuşdur. Ondan başqa narkotik olmamışdır. Onun evinə hansı formada o narkotik vasitələrin gəlməsindən onun xəbəri yoxdur. Polislər məhkəmənin qərarı əsasında evə gəlmişlər. Onda heç bir narkotik vasitə olmamışdır. Birinci gün tutulanda bölməyə getmişlər. Evdən sonra bölməyə gəlmişlər və orada da bir dəfə də çəkiliş olmuşdur. Orada cibindən narkotik çıxarmışdır. Həmin narkotiki polislər onun cibinə qoymuşlar. Onu 234.1ci maddə ilə rəsmiləşdirəcəklərini demişlər. Ona “dincəl və övladlarının yanına sağsalamaq gəl” demişlər. O da razılaşmışdır. Daha sonra evdən zəng edəndə onu külli miqdarla ittiham etdiklərini öyrənmişdir. Daha sonra gələrək müstəntiqə bildirmişdir. Birinci məhkəmədə bilmədiyi üçün deməmişdir. Daha sonra ona aid olmadığını bildirmişdir. Onun üzərinə həm evdə, həm də polisdə baxış keçirilmişdir. Polislər onu məhkəmə qərarı ilə tanış etmiş və onunla bağlı istifadəçi və satışla bağlı məlumatların daxil olduğunu demişlər. Onun evində metadondan başqa heç nə olmamışdır. Onu birinci məhkumluğunda da aldatmışlar. İkinci dəfə də aldatmışlar. O, narkotik istifadə etmişdir. O istifadə etdiyinə görə inanmışdır. O ifadə verməmişdir. Vəkil də olmamışdır. O, vəkili bir dəfə çəkilişdə görmüşdür. Ondan sonra müstəntiq onu vəkillə tanış etməmişdir. O, özünü istifadəyə görə təqsirli bilmişdir. Onun telefonunu gizlətmiş və evinin kamerasında olan görüntülərini silmişlər. Polisdə verdiyi ifadəni təsdiq etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 6 aydır ki, narkotik maddələrdən qəbul edir. Bir neçə gün əvvəl Sumqayıt şəhəri dəniz kənarında «Priçal» tərəfdə gəzən zaman selofan torbada 1 bükülüdə narkotik maddə heroin, 2 bükümdə tiryək, metamfetamin və 70 ədədən çox metadon həbləri tapmışdır. Həmin maddələri evə gətirmiş və yaşadığı otaqda paltar dolabında gizlətmişdir. Heroindən və metadon həblərinin bir hissəsini özü qəbul etmişdir. Həmin maddələri otağında saxlaması barədə ailə üzvlərinin məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 14:40 radələrində evdə olan zaman həyətdə kiminsə onu səsləməsini eşitmiş və evdən çıxanda onu polis işçiləri qarşılamışlar. Onlar özlərini təqdim etmişlər və ona Sumqayıt şəhər Məhkəməsinin qərarını elan və təqdim edərək, yaşadığı ünvanda külli miqdarda narkotik vasitələr saxlama və satışı ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə yaşadığı ünvana baxış keçirilməsinə icazə verildiyini bildirmişlər. Bundan sonra o, həyətə girişlə üzbəüz 1 mərtəbəli evin anasına məxsus olduğunu və həyətdə girişdə sağ tərəfdə yerləşən 1 mərtəbəli tikilini göstərərək özünün ayrıca yaşadığı otaq olduğunu bildirərək polis işçilərini otağına dəvət etmişdir. Ona yaşadığı otaqda cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməsini bildirmişlər. O, otaqdakı paltar dolabını göstərərək orada dərman həbləri saxladığını bildirmişdir. Həmin dolaba baxış keçirdikdə konvalyutlarda ümumilikdə 71 ədəd metadon həbləri, 1 ədəd kiçik ölçülü plastmas qabda şəffav selofan bükümdə metadon həbləri qalıqları aşkar olunmuşdur. Bundan sonra paltar dolabında taxta mücrünün içərisindən şəffaf yapışqan lentlə bağlanmış halda 1 ədəd bükülüdə narkotik maddə heroin aşkar olunmuş, ondan həmin bükülünün içərisində nə olduğunu soruşduqda demək istəməmiş və içərisində nə olduğunu bilmədiyini demişdir. Bundan sonra dolabdan karton qutuda 9 ədəd müxtəlif markalı mobil telefonlar və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra dolabdan karton qutunun içərisindən kiçik ölçülərə kəsilib bölünmüş siqaretin kağız kəsikləri, "rezak", kiçik bıçaq, 1 ədəd şəffav selofanda metadon həblərinin qalıqları və 1 ədəd şəffaf selofanda metamfetamin aşkar olunmuşdur. Verilən suallara cavab olaraq metamfetaminin limon duzu olduğunu özündən bildirmişdir. Bundan sonra aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, kiçik plastik qabda aşkar olunmuş metadon həb qalıqların çəkisi 4,31 qram, karton qutudan selofanda aşkar olunmuş metadon həb qalıqların çəkisi 1,22 qram və metamfetaminin çəkisi 2,05 qram, taxta mücrüdə aşkar olunmuş şəffaf yapışqan lentlə bağlanmış halda içərisində heroin olan 1 ədəd bükülü digər elektron tərəzidə çəkilərək çəkisi 220 qram olmuşdur. Bundan sonra 1 ədəd bükülü ayrıca kağız zərfə qablaşdırılmış və möhürlənmiş, 71 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi şəffaf sellofan paketə qoyularaq xüsusi qaydada qablaşdırılmış və möhürlənmiş, kiçik plastik qabda selofanda aşkar olunmuş metadon həb qalıqları, karton qutudan sellofanda aşkar olunmuş metadon həb qalıqları və metamfetamin kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş və üzərlərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra aşkar olunmuş 9 ədəd mobil telefonlar, karton qutuda olan siqaretin kağız kəsikləri,"rezak", kiçik ölçülü bıçaq müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra baxış zamanı otaqda qoşataxtın yanında olan ağ rəngli metal seyfin içərisinə baxdıqda anasına məxsus və ona saxlamağa verdiyi 5, 10, 20, 100 və 500 manat əskinazlar aşkar olunmuş və sayılıb ümumilikdə 3620 manat olmuş və həmin pullar müstəntiq tərəfindən götürülmüşdür. Baxış zamanı otaqdan iş üzrə əhəmiyyət kəsb edən digər əşya va ya predmet aşkar olunmamış və götürülməmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, özü qəbul etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə ona təqdim olunmuş siyahıdan seçdiyi hüquqlarını müdafiə etmək üçün Sumqayıt regional vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və sağ cibindən isə bir ədəd kağız parçasını çıxarıb təqdim etmişdir. Müstəntiq tərəfindən bir ədəd büküm açılıb baxılarkən içərisində üzərində «Methadone 40» yazısı olan dərman həbləri və 02 ədəd bükümdə narkotik vasitə olan tiryək aşkar olunmuşdur. Müstəntiqin suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan tiryəkdir. Eyni zamanda o, sol yan cibindən bir ədəd alışqanı da çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra üzərindən aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə olan tiryək elektron tərəziyə qoyulub çəkilmiş və ümumi çəkisi 1,28 qram təşkil etmişdir. Bundan sonra isə həmin narkotik vasitə və dərman həbləri zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Müstəntiqin suallarına cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəki və psixotrop maddə olan metadon həblərini bir gün əvvəl tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra narkotik vasitənin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamışdır. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O, saxlanılarkən üzərində mobil telefon olmamışdır və o, ümumiyyətlə mobil telefondan istifadə etmir. Yaşadığı evə baxış keçirilərkən aşkar olunmuş 09 ədəd mobil telefon xarabdır, yəni işlək vəziyyətdə olmamışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 20, ev 102 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs şəxsiyyəti əməliyyata məlum olmayan İran İslam Respublikası vətəndaşından külli miqdarda narkotik vasitə əldə edərək yaşadığı evdə saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə eləcə də onun yaşadığı evə baxış keçirilməsi zərurəti yarandığından onun tərəfindən Sumqayıt şəhər prokuroruna vəsatət verilmişdir. Vəsatət əsasında Sumqayıt şəhər prokuroru tərəfindən Sumqayıt şəhər məhkəməsinə təqdimat verilmişdir. Sumqayıt şəhər məhkəməsinin hakimi Elçin Məmmədovun xx.xx.2023-cü il tarixli qərarı ilə vəsatət və təqdimat təmin edilərək Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 20, ev 102 ünvanına baxış keçirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər məhkəməsinin qərarı əsasında daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə ondan, CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid4, kiçik inspektor Şahid3, KTB-nin inspektor-kriminalisti, polis kaptianı X9 və İŞ-nin müstəntiqi, polis mayoru X1 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat xx.xx.2023-cü il tairxdə saat 14:44 dəqiqədə əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Kriminalist videokameranı işə salmışdır. Onlar evin həyət darvazasından içəri daxil olmuş və müstəntiq Təqsirləndirilən şəxs səsləmişdir. Bu vaxt bir nəfər onlara yaxınlaşmış və özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu və məhkəmə qərarını təqdim edib daxil olmuş əməliyyat məlumatını yoxlanılması məqsədi ilə onun yaşadığı ünvana baxış keçiriləcəyini izah etmişdir. Təqsirləndirilən şəxs həyətə girişlə üzbəüz bir mərtəbəli evin anasına məxsus olduğunu və həyətə girişdə sağ tərəfdə yerləşən bir mərtəbəli tikilini göstərərək özünün ayrıca yaşadığı otaq olduğunu bildirərək onları otağına dəvət etmişdir. Onlar otağa keçdikdən sonra müstəntiq Təqsirləndirilən şəxs yaşadığı otaqda cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs otaqdakı paltar dolabını göstərərək orada dərman həbləri saxladığını bildirmişdir. Həmin dolaba baxış keçirdikdə üzərində "Methadone 40- farah" yazısı olan karton qutunun içərisindən üzərində " Methadone 40" yazısı olan konvalyutlarda ümumilikdə 71 ədəd metadon həblərinə bənzər həblər, 1 ədəd kiçik ölçülü plastmas qabda şəffaf selofan bükümdə tozşəkilli maddə qalıqları aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs konvalyutlarda ağrıkəsici həblər və sellofan bükümdə isə həmin həblərin əzilmiş qalıqları olduğunu bildirmişdir. Bundan sonra paltar dolabında taxta mücrünün içərisindən şəffaf yapışqan lentlə bağlanmış halda 1 ədəd bükülü aşkar olunmuş, həmin bükülünün içərisinə baxılanda qəhvəyi rəngli maddə aşkar olunmuş, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olduğunu bilmədiyini bildirmişdir. Bundan sonra dolabdan karton qutuda 9 ədəd müxtəlif markalı mobil telefonlar və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra dolabdan karton qutunun içərisindən kiçik ölçülərə kəsilib bölünmüş siqaretin kağız kəsikləri, "rezak", kiçik bıçaq, 1 ədəd şəffaf selofanda metadon həblərinin qalıqlarına bənzər maddə və 1 ədəd şəffaf sellofanda ağ kristal formalı metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ağ kristal formalı maddənin limon duzu olduğunu, həmin maddələri qarışdırıb özünə qəbul etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, kiçik plastik qabda aşkar olunmuş metadon həb qalıqlarına bənzər maddənin çəkisi 4,31 qram, karton qutudan selofanda aşkar olunmuş metadon həb qalıqlarına bənzər maddənin çəkisi 1,22 qram və ağ kristal formalı metamfetaminə bənzər maddənin çəkisi 2,05 qram, taxta mücrüdə aşkar olunmuş şəffaf yapışqan lentlə bağlanmış halda içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd bükülü digər elektron tərəzidə çəkilərək çəkisi 220 qram olmuşdur. Bundan sonra yapışqan lentlə bağlanmış halda içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd bükülü ayrıca kağız zərfə qablaşdırılmış və möhürlənmiş, 71 ədəd metadon həblərinə bənzər həblər və 1 ədəd elektron tərəzi şəffaf sellofan paketə qoyularaq xüsusi qaydada qablaşdırılmış və möhürlənmiş, kiçik plastik qabda sellofanda aşkar olunmuş metadon həb qalıqlarına bənzər maddə, karton qutudan sellofanda aşkar olunmuş metadon həb qalıqlarına bənzər maddə və ağ kristal formalı metamfetaminə bənzər maddə kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzərlərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra aşkar olunmuş 9 ədəd mobil telefonlar, karton qutuda olan siqaretin kağız kəsikləri,"rezak", kiçik ölçülü bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra baxış zamanı otaqda qoşataxtın yanında olan ağ rəngli metal seyfin içərisinə baxdıqda 5, 10, 20, 100 və 500 manat əskinazlar aşkar olunmuş və sayılıb ümumilikdə 3620 manat olmuş və həmin pullar iş üzrə əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin pullar anasına məxsusdur, ona saxlamağa vermişdir, həmçinin narkotik maddələrin satışı ilə məşğul olmur, özü qəbul edir. Baxış zamanı otaqda iş üzrə əhəmiyyət kəsb edən digər əşya va ya predmet aşkar olunmamış və götürülməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün o, Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində xidməti otaqlardan birində kriminalist Fərid Nəsimiyev panasonik markalı videokameranı işə salışdır. Təqsirləndirilən şəxs Sumqayıt regional vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, sağ yan cibindən isə bir ədəd kağız parçasım çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində özünün istifadə etdiyi dərman həbləri olduğunu demişdir. Həmin bükümə baxarkən içərisində 02 ədəd üzərində «Methadone 40» yazısı olan dərman həbləri, eyni zamanda 02 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər maddələr aşkar olunmuşdur. Müstəntiq bükümləriin içərisindəki kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələr narkotik vasitə olan tiryəkdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,28 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə olan tiryəkə bənzər maddə və iki ədəd dərman həbi qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdıp. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və dərman həblərini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni və dərman həblərini tapdığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslər Şahid1, Şahid3 və Şahid4 işin halları ilə bağlı Şahid2 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X4 ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirdi ki, həmin günü mənzilini təmizləyirmiş. Oğlu ondan ayrı yaşamışdır. O, evdən yumurta götürmək üçün çıxmışdır. Bu zaman iki nəfər adamın vişnə ağacının altında dayandığını görmüşdür. O həmin şəxslərdən onun həyətində nə işlərinin olduğunu soruşmuşdur. Arxaya çevriləndə oğlunun mənzilinin polis əməkdaşları dolu olduğunu görmüşdür. O, evlərində kameranın olması ilə fəxr etmişdir. Kamera görüntüləri qeydiyyata almışdır. O bir nəfər şəxsi içəriyə dəvət etmiş və həmin şəxs də ayaqqabılarını çıxararaq evə daxil olmuşdur. Polislərin həmin vaxt nə etdikləri kamerada görünmüşdür. 980 nömrəli ağ avtomobilin sahibi qonşunun həyat yoldaşıdır. Həmin şəxsin adını şahid kimi yazmamışdır. Avtomobili sürmüş və qonşunun qapısına gəlmişdir. Qonşu polislərin “tez edin narkotiki gətirin, qoyun və aşkar edək, daha sonra gedək” sözlərini işlətməsinə şahid olmuşdur. Qonşu şahid qismində ifadə verməyə çağırarlarsa ifadə verməyə razılıq vermişdir. Həmçinin qonşu polis əməkdaşlarının “kameradan xəbərimiz vardır və kameranı götürəcəyik” sözlərini deməsinə də şahid olmuşdur. O özü müstəntiqin “mənim evimdən heç bir şey çıxmamışdır” yazdırmasını eşitmiş və şahid olmuşdur. Polislər mənzildə beş saat olmuşlar. Təqsirləndirilən şəxsin yoldaşı həmişə evdə olmuşdur. Onun özü çox vaxt evdə olmamışdır. Polis əməkdaşları ondan seyfi açmağı istəmişlər, o isə seyfin şifrəsi olmadığına görə açmamışdır. Kişi cinsi olan qonşusu gəlmiş və şahid qismində ola biləcəyini bildirmişdir. Polislər ona “elə eləmə ki, səni də bağlayım bu işə” ifadəsini işlətmişlər. Zalda olan şahidləri o, mənzilində görməmişdir. Polisin İdarəsinin qarşısına kamera istəməyə getmişdir. İdarədə ona “elə eləmə ki söyüş söyərsən və səni də içəriyə salarıq” demişlər. O heç bir şeyi yadından çıxarmamışdır. Polislər avtomobili mənzilinin qarşısında saxlamışılar. Onu da vurmuşlar. Onu itələyərək kameranı götürüb aparmışlar. Bir gündən sonra kameranı gətirib təhvil vermişlər. Ona dərmanları atmışam deyib onu da aldatmışdır. Şahid3 mənzilində görsə də, digər iki şahidi mənzilində görməmişdir. Həmin iki şahidi polis idarəsində görmüşdür. Dərmanın keyfiyyəti olmamışdır. 71 ədəd dərmanın evində saxlanılması ilə bağlı öz iradını bildirmişdir. Dərmanların nəyinə lazım olduğunu bilməmişdir. O, oğlunun xəstə olduğunu və dərmanlardan istifadə etdiyini bilmişdir. Sonradan oğlu dərmanların keyfiyyəti olmadığını bildirmişdir. Hər yerə müraciət etmiş, lakin hələ də xəbər yoxdur. Heç kim müraciətə baxmamışdır. Oğlunun narkotik istifadə etməsindən xəbəri olmamışdır. Ona gəlini oğlunun narkotik istifadə etdiyini demişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X5 ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirdi ki, 14 sentyabr 2023-cü il tarixində onun qaynı onun uşaqlarını idmana yazdırmaq məqsədilə götürərək çölə çıxmışdır. Üç qızı vardır. Yolda bazarın yanında onları saxlamışlar. Həmin vaxtı qaynını onun yoldaşı ilə səhv salmışlar. Uşaqlarla bir yerdə qaynını tutaraq polisə aparmışlar. Saat birə işləmişdən saat beşə və ya altıya qədər onun uşaqları polis idarəsində qalmışlar. Onlar nahar vaxtı evdə olmuşlar. Mənzilin darvazası açıq vəziyyətdə olmuş və bu zaman içəriyə kiminsə girməsinin şahidi olmuşdur. Televizora kamera quraşdırdıqları üçün kimin gəlib-getməsinə baxa bilmişlər. Həmin vaxt yoldaşı xəstə olduğu üçün uzanmışdır. Onlar kamerada polislərin gəlib avtomobili saxlamaqlarını görmüşlər. Avtomobili saxlamaqları ilə həyətə girməkləri bir olmuşdur. Polis əməkdaşları onların mənzilinə daxil omuşlar. İki üç həftə ərzində yoldaşı xəstə olmuşdur. Polislər onu çölə çıxarmışlar. Polislər təxminən saat on ikidən sonra nahar fasiləsinə yaxın gəlmişlər. Onun soyadı əvvəllər Əlizadə olmuşdur. Yoldaşının ağrıları olmuşdur. Yoldaşında damar tutulması vardır. Həyəti və mənzili axtarmışlar. Onun qayınanasının eyni həyətdə olan mənzilini də axtarmışlar. Mənzildən heç bir şey tapılmamışdır. Dərmanları tapmışlar. Mənzildən tərəzi tapılmamışdır. Onun yoldaşını çıxarıb həyətdə onunla söhbət etmişlər. Bir və ya iki dəfə çəkiliş etmişlər. Onu çəkilişə düşməsin deyə çıxarmışlar. Saat beşə işləmişə qədər mənzildə olmuşlar. Hər tərəfi axtarmışlar. Onların evində narkotik olmamışdır. Onu qayınanasının evinə göndərmişlər. Ondan sonrakını daha yoldaşı bilmişdir. Uşaqları onlar saat altıya işləmiş Sumqayıt Polis İdarəsindən gedib götürmüşlər. Qayınanasının evində kamera olmuşdur. Ümumiyyətlə həyətdə üç və ya dörd ədəd kamera olmuşdur. Onlar Rusiya Federasiyasında olanda qayınanası tək qaldığına görə kameralar quraşdırmışdır. Polislər içəri girib, kameranı çıxartmışlar. Polislər əllərindəki sənədi də heç onlara göstərməmişlər. 21 gündən sonra kameranı dava-dalaşla onlara təqdim etmişlər. Qaynının adı Rəşaddır. Qaynı bu il həbsdədir. Onun yoldaşı tutulandan sonra tutulmuşdur. Beş saat sonra uşaqları buraxmışlar. Onların evində dərman olduğuna etiraz etməmişdir. Yoldaşının ağrılar olmuşdur. Onun yanında dərmanlardan istifadə etməmişdir. Həmin dərmanlardan iki və ya üç həftə ərzində istifadə etməmişdir. Həmçinin şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1982-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1982-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatlara əsasən onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1982-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 5(060)-648/2023 saylı qərarına əsasən yaşadığı evdə saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(060)-648/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 20, ev 102 ünvanına daxil omaqla baxış keçirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4892 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Vət. Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan 1 №-li zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,379 qram, 0,586 qram, ümumi təmiz çəkisi 0,965 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan tiryəkdir, 2 ədəd üzərlərində «Methadone 40» göstəricisi olan blister kəsiklərində 2 ədəd üzərlərində F\M 40 göstəriciləri olan açıq-qəhvəyi rəngli dairəvi formalı eyni tərkibli (xarici əlamətləri - rəngi, ölçüsü, forması, üzərindəki göstəriciləri, əsas təsiredici maddənin növü və miqdarına görə eyni tərkibli) dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir; - üzərlərində «...Vət. E. Qarayevin ünvanından...» sözləri olan 2 №-li zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 3,166 qram, ümumi təmiz çəkisi 3,4 qram olan açıq-qəhvəyi rəngli metadon həbinin əzintisindən ibarət eyni tərkibli kütlənin əsas təsiredici maddəsi metadondur və həmin kütlənin tərkibində metadonun təsir maddəsinin ümmi miqdarı 0,308 qram təşkil edir, həmin bükümlərdən birinin içərisində D hissə üzərində F/M 40 göstəricisi olan açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həbinin əsas təsiredici maddəsi metadondur və həminhəb qırıntısının tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,020 qram təşkil edir, bir ədəd bükümdə təmiz çəkisi 1,041 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 3 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 204,217 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4 №-li bağlamada üzərində F\M 40 göstəricisi olan bütöv və kəsilmiş blisterlərdə ümumilikdə 71 ədəd üzərlərində F/M 40 göstəriciləri olan açıq-qəhvəyi rəngli dairəvi formalı eyni tərkibli (xarici əlamətləri - rəngi, ölçüsü, forması, üzərindəki göstəriciləri, əsas təsiredici maddənin növü və miqdarına görə eyni tərkibli) dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin . tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 2,840 qram təşkil edir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığmdan bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 7066 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü tarixli 1541 saylı rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirilməsi barədə protokoldan və diskdən görünür ki, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 20, ev 102 ünvanına gəldikdən sonra saat 14:44-də həmin ünvanın qarşısında inspektor-kriminalist tərəfindən rəqəmsal tipli "Panasonic” markalı videokameranı işə salınır. X11 qeyd edilən ünvana gəlmələrinin səbəbini bildirdikdən sonra həmin ünvana həyət darvazasından içəri daxil olub Təqsirləndirilən şəxs səsləyir və onların qarşısına bir şəxs çıxır. Müstəntiq özünü təqdim etdikdən sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(060)- 648/2023 saylı qərarı elan və təqdim edir, yaşadığı ünvanda külli miqdarda narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması ilə bağlı Sumqayıt ŞPİ-in CAŞ-na daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə yaşadığı ünvana baxış keçirilməsinə icazə verildiyini və yaşadığı yeri təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs həyətə girişlə üzbəüz 1 mərtəbəli evin anasına məxsus olduğunu və həyətə girişdə sağ tərəfdə yerləşən 1 mərtəbəli tikilini göstərərək özünün ayrıca yaşadığı otaq olduğunu bildirərək polis əməkdaşlarını otağına dəvət edir. Müstəntiq Təqsirləndirilən şəxs yaşadığı otaqda cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs otaqdakı paltar dolabını göstərərək orada dərman həbləri saxladığını bildirir. Həmin dolaba baxış keçirdikdə üzərində "Methadone 40-farah" yazısı olan karton qutunun içərisindən üzərində " Methadone 40" yazısı olan konvalyutlarda ümumilikdə 71 ədəd metadon həblərinə bənzər həblər, 1 ədəd kiçik ölçülü plastmas qabda şəffaf selofan bükümdə tozşəkilli maddə qalıqları aşkar olundu. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs konvalyutlarda ağrıkəsici həblər və selofan bükümdə isə həmin həblərin əzilmiş qalıqları olduğunu bildirir. Bundan sonra paltar dolabında taxta mücrünün içərisindən şəffaf yapışqan lentlə bağlanmış halda 1 ədəd bükülü aşkar olundu, həmin bükülünün içərisinə baxılanda qəhvəyi rəngli maddə aşkar olunur, verilən suallara cavab olaraq Emin Quliyev həmin bükülünün içərisində nə olduğunu bilmədiyini bildirir. Bundan sonra dolabdan karton qutuda 9 ədəd müxtəlif markalı mobil telefonlar və 1 ədəd elektron tərəzi aşkar olunur. Bundan sonra dolabdan karton qutunun içərisindən kiçik ölçülərə kəsilib bölünmüş siqaretin kağız kəsikləri, "rezak", kiçik bıçaq, 1 ədəd şəffaf selofanda metadon həblərinin qalıqlarına bənzər maddə və 1 ədəd şəffaf selofanda ağ kristal formalı metamfetaminə bənzər maddə aşkar olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ağ kristal formalı maddənin limon duzu olduğunu, həmin maddələri qarışdırıb özü qəbul etdiyini bildirir. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkilir, kiçik plastik qabda aşkar olunmuş metadon həb qalıqlarına bənzər maddənin çəkisi 4,31 qram, karton qutudan sellofanda aşkar olunmuş metadon həb qalıqlarına bənzər maddənin çəkisi 1,22 qram və ağ kristal formalı metamfetaminə bənzər maddənin çəkisi 2,05 qram, taxta mücrüdə aşkar olunmuş şəffav yapışqan lentlə bağlanmış halda içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd bükülü digər elektron tərəzidə çəkilərək çəkisi 220 qram olur. Bundan sonra yapışqan lentlə bağlanmış halda içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd bükülü ayrıca kağız zərfə qablaşdırılır və möhürlənir. 71 ədəd metadon həblərinə bənzər həblər və 1 ədəd elektron tərəzi şəffaf sellofan paketə qoyularaq xüsusi qaydada qablaşdırılır və möhürlənir, kiçik plastik qabda sellofanda aşkar olunmuş metadon həb qalıqlarına bənzər maddə, karton qutudan selofanda aşkar olunmuş metadon həb qalıqlarına bənzər maddə və ağ kristal formalı metamfetaminə bənzər maddə kağız zərfə qoyularaq qablaşdırılır və möhürlənir və üzərlərində qeydlər aparılaraq imzalanır. Bundan sonra aşkar olunmuş 9 ədəd mobil telefonlar, karton qutuda olan siqaretin kağız kəsikləri,"rezak", kiçik ölçülü bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülür. Bundan sonra baxış zamanı otaqda qoşataxtın yanında olan ağ rəngli metal seyfin içərisinə baxdıqda 5, 10, 20, 100 və 500 manat əskinazlar aşkar olunur və sayılıb ümumilikdə 3620 manat olduğu müəyyən edilir. Həmin pullar iş üzrə əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin pullar anasına məxsusdur, ona saxlamağa vermişdir, həmçinin narkotik maddələrin satışı ilə məşğul olmur, özü qəbul edir. Baxış zamanı otaqda iş üzrə əhəmiyyət kəsb edən digər əşya va ya predmet aşkar olunmur və götürülmür. Bundan sonra çəkiliş dayandırılır. xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirilməsi haqqında protokoldan və diskdən görünür ki, 14 sentyabr 2023-cü il tarixdə saat 14:44 dəqiqədə ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildikdən sonra üzərinə şəxsi axtarış keçirildikdən sonra Sumqayıt ŞPİ-nə gətirilmişdir. Xidməti otaqların birində ekspert kriminalist panasonik markalı videokameranı işə salır. X10 özünü təqdim etdikdən sonra polis əməkdaşları və şübhəli şəxsdən özlərini təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Müstəntiq şübhəli şəxsə nə üçün saxlanıldığını izah edir və ona, yəni şübhəli şəxsə hüquq və vəzifələri ilə bağlı bildirişin təqdim olunduğunu elan edir. Sonra Təqsirləndirilən şəxs Sumqayıt regional vəkil bürosunun vəkili X2 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və sağ cibindən isə bir ədəd kağız parçasını çıxarıb çıxarıb təqdim edir. Müstəntiq tərəfindən bir ədəd büküm açılıb baxılarkən içərisində üzərində «Methadone 40» yazısı olan dərman həbləri və 02 ədəd bükümdə narkotik vasitə olan tiryək aşkar olunur. Təqsirləndirilən şəxs müstəntiqin suallarına cavab olaraq bildirir ki, bükümün içərisindəki narkotik vasitə olan tiryəkdir. Eyni zamanda o, sol yan cibimdən bir ədəd alışqanı da çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin üzərindən heç bir əşya və ya predmet aşkar olunmur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə olan tiryək elektron tərəziyə qoyulub çəkilir və ümumi çəkisi 1,28 qram təşkil edir. Bundan sonra isə həmin narkotik vasitə və dərman həbləri zərfə qoyulub qablaşdırılaraq möhürlənir. Təqsirləndirilən şəxs müstəntiqin suallarına cavab olaraq bildirir ki, üzərindən aşar olunmuş narkotik vasitə olan tiryəki və psixotrop maddə olan metadon həblərini bir gün əvvəl tapmışdır və özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra müstəntiq polis əməklaşları tərəfindən saxlanılarkən ona qarşı hər-hansı bir zorakılıq olunub-olunmadığını soruşur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin olan məxsus olduğunu, saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir zorakılıq edilmədiyini bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Mobil telefonlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən götürülmüş 09 ədəd müxtəlif markalı mobil telefonlara baxış keçirilmiş, lakin qeyd edilən telefonların 08 ədədinin işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. 01 ədəd Samsung A12 markalı mobil telefonda isə iş üçün əhəmiyyətli heç bir məlumat aşkar edilməmişdir. Nikah və doğum haqqında şəhadətnamələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2014-cü il təvəllüdlü X18, xx.xx.2016-cı il təvəllüdlü X20 və xx.xx.2021-ci il təvəllüdlü X19 adlı 03 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə (əmlakı müsadirə olunmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 1.1 -ci bəndinə əsasən azad edilmişdir. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs kimi hesab edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə (əmlakı müsadirə olunmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər prokurorunun köməkçisi, İ dərəcəli hüquqşunas Cəfər Mövsümovun, X13 müraciəti əsasında 714C-23 saylı ilkin yoxlama materialı üzrə qəbul etdiyi xx.xx.2024-cü il tatixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs döyülməsi, qeyri-insani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalması barədə araşdırma aparılmaqla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 20, ev 102 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlaması və satışı ilə məşğul olması barədə məlumat əsasında Sumqayıt şəhər məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs evinə daxil omaqla baxış keçirilmiş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, həmçinin evinə daxil olmaqla baxış, götürmə aparılarkən və şəxsi axtarış zamanı üzərindən nakotik vasitə tiryək, metadon həbi, evinə baxış və götürmə zamanı heroin, metanfetamin, F/M 40 göstəricili həblər aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin narkotik vasitə, psixotrop maddə və həblər materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və evinə baxış və götürmə keçirilərək narkotik vasitələrin, psixotrop maddələrin və həblərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarında dəfələrlə artıq olmasını, əldə etdiyi narkotik vasitələrin növ müxtəlifliyini, narkotik vasitələri realizə etmək üçün tərəzini olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin narkotik vasitəni satış məqsədilə əldə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs psixi təsirə məruz qalmasını bildirsədə bu hal cinayət işinin materiallarında olan heç bir sübutla öz təsdiqini tapmır. Təqsirləndirilən Təqsirləndirilən şəxs övladları ilə ona psixi təsir göstərilməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsiləndirilən şəxsin arvadı tərəfindən verilmiş ifadədən müəyyən olundu ki, təqsirləndirilən Təqsirləndirilən şəxs evinə polis əməkdaşları gələrkən onun övladları evdə olmamışlar, həmçinin evə baxış və götürməyə dair video görüntülərə baxarkən Təqsirləndirilən şəxs evdə aşkar olunan və bütün məhkəmə istintaqı zamanı qəbul etmədiyi heroinin ona məxsus olmadığını bildirdiyi aydın görünür. Məhkəmə bu hala diqqət etməklə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən həqiqətəndə psixoloji təsir göstərilmiş olsa idi o zaman həmin narkotik vasitənində ona məxsus olmadığını ifadə etməməli idi. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin psixi təsirə məruz qalması barədə heç bir sübuta əsaslanmayan firkirlərini onun müdafiə taktikasından irəli gələn hərəkətləri kimi qiymətləndirir. Bundan başqa məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs vəsatəti əsasında dindirilmiş anası və arvadının ifadələrinə qiymət verərək qeyd edir ki, sözü gedən şahidlər təqsirləndirilən şəxsin yaxın qohumlarıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin şahidlər təqsirləndirilən şəxsin mövqeyini müdafiə etmək məqsədilə onun ifadəsinə uyğun ifadələr vermişlər. Həmçinin həmin şahidlərin ifadələrində göstərdikləri hallar cinayət işində olan digər mötəbər sübutlara əsasən öz təsdiqini tapmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai araşdırma zamanı vermiş olduğu qismən etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri (vəsatət əsasında dindirilmiş əlavə şahidlərin ifadələrini nəzərə almadan), mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 03 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 0,941 qram metamfetamin, 0,865 qram tiryək, 204,117 qram heroin, 70,5 ədəd metadon həbi, 3,3 qram metadon kütləsi və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1.1 maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 0,941 qram metamfetamin, 0,865 qram tiryək, 204,117 qram heroin, 70,5 ədəd metadon həbi, 3,3 qram metadon kütləsi və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar