Məhkəmə qərarları › İş №1(124)-589/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-589/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-589/2024 09.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxslərin hüquqi varisləri: X1 və X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 6 İİ paralel küçəsi məhəllə 9-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri 41-ci məhəllə 5 nömrəli yataqxana otaq 98-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə saat 05:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 22-ci kilometrində «X9» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan və «X9» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan Şahid4 məxsus olan idarə etdiyi FORD TRANSİT 100 GL 25 D mikroavtobus markalı 02BF563 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəinin təmin etməli, avtomobilin idarə olunması ilə əlaqədar hər hansı çətinlik (yuxusuzluq, yorğunluq və sair) olduğu halda avtomobili idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X9» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, yuxulayıb yatdığı üçün idarəetməni itirərək yolun hərəkət zolağının sol ayrıcıda elektrik dirəyinə çırpılmış, nəticədə ehtiyatsızlıqdan iki və ya daha artıq, yəni iki şəxsin, avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs4 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran daxili qanaxma ilə nəticələnmiş və travmatik şokla müşayiət olunan hemopnevmotoraks, hər iki ağciyərin cırılmış yaraları, hər iki baldır sümüklərinin açıq sınıqları, soldan 2-4-5-6-7-8-9-10-11-ci və sağdan 3-4-5-6-7-ci qabırğaların qapalı yerdəyişən sınıqları xəsarətlərini yetirməklə ölümünə, Zərərçəkmiş şəxs3 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran hər iki ağciyər əziyi, çoxlu qanitirməyə səbəb olan cırılmış yaraları, sağ tərəfli İİ, İİİ, sol tərəfli İİ, İİİ, İV qabırğaların qapalı, yerdəyişən sınıqları, burun və sağ baldır sümüklərinin qapalı, yerdəyişən, sol baldır sümüklərinin aşağı 1/3-nin açıqyerdəyişən sınıqları, sağ bud və sol baldır nahiyəsinin əzilmiş-cırılmış yaraları, bədənin qançır və sıyrıqları xəsarətlərini yetirməklə ölümünə, Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sol qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, sol qulaq seyvanının əzilmiş yarası, sağ bazu sümüyünün aşağı 1/3-nin, sol dirsək sümüyünün yuxarı 1/3-nin, hər iki said sümüklərinin aşağı 1/3-nin, sol incik sümüyünün yuxarı 1/3-nin və sol qamış sümüyünün aşağı 1/3-nin qapalı, yerdəyişən sınıqları xəsarətlərini yetirməklə sağlamlığına ağır zərər vurmasına və Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, iki tərəfli göz yuvası ətrafının hematoması, alın nahiyəsinin sıyrıqları və sağ dirsək sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı xəsarətlərini yetirməklə sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ yoxdur, amma avtomobili idarə edə bilir. Belə ki, hadisə zamanı idarə etdiyi avtomobilin sahibi iş üzrə Şahid3 özünün “Ford Transıt” 100 GL 25 D mikroavtobus markalı 02BF563 dövlət qeydiyyat nişanlı avtomobilin açarını ona təhvil vermişdir. Şahid3 onun sürücülük vəsiqəsinin olmadığını bilmişdir. Buna baxmayaraq Qəşəng onun xahişini nəzərə almış və maşını ona idarə etməyə vermişdir. Hadisə zamanı yorğun olduğundan avtomobili idarə edərkən yuxu onu aparmış və idarəetməni itirərək yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, əvvəllər mikroavtobus nəqliyyat vasitəsini idarə etmişdir. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmamış və bunu Şahid3 bilmişdir. Zərər çəkmiş şəxslər və zərər çəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməmiş və onlara dəymiş ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 suallarına cavab olaraq göstərdi ki, hadisə vaxtı onu əvvəlcədən tez düşəcəyi ilə bağlı xəbərdar etməmiş, avtomobili də sürətlə idarə etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hadisə 10 dekabr 2023-cü il tarixdə həftənin bazar günü baş vermişdir. Belə ki, evdən çıxanda səhər saat 05:00 olmuşdur. Sumqayıt şəhəri, 14-cü məhəllədə yaşayır. O, həmin günü şəhidin şəklini qərbi azərbaycanlılara təqdim etmək məqsədi ilə Şuşa şəhərinə getməli olmuşdur. O, “FORD TRANSİT” markalı sərnişin daşıyan mikroavtobusdan başqa yolda başqa bir maşın görmədiyi üçün həmin avtomobilə əyləşmişdir. Həmin mikroavtobus markalı avtomobilə minəndə avtomobilin içi dolu olmuşdur. Sürücü, yəni iş üzrə Təqsirləndirilən şəxs yanında bir xanım sərnişin oturmuş, o da həmin xanım sərnişinin arxasındakı oturacaqda əyləşmişdir. Hadisənin geri qalan hissəsini demək olar ki xatırlamır. Xəsarət nəticəsində qapalı kəllə-beyin travması almışdır. Ümumillikdə, həyatı üçün təhlükəli olan sağlamlığıma ağır zərər vurulmuşdur. Təqsirləndirilən şəxs avtomobili çox sürətlə idarə etmişdir O, hətta ona dəfələrlə xəbərdar etmişdir ki, maşının sürət həddini azaltsın. Təqsirləndirilən şəxs tanımamışdır. Əgər başqa bir sərnişin daşıyan avtomobil olsaydı ona minəcəkdi. Əyləşdiyi “FORD TRANSİT” markalı sərnişin daşıyan mikroavtobus sarı rəngli idi. Xəstəxanada olduğu zaman mənəvi dəstəyə çox ehtiyacı olmuşdur. Onun yanına ancaq şəhid və qazi ailələri gəlmişdir. Hadisə nəticəsində sağlamlığını itirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs, nə də ki, onun ailəsinin heç bir üzvü onunla barışığa cəhd göstərməmişdir. Onun madiyyata ehtiyacı yoxdur. Sadəcə olaraq, həmin vaxt mənəvi dəstəyə çox ehtiyacı olmuşdur. O, xəstaxanada olan zamanı nə avtomobil sahibi, nə də təqsirləndirilən şəxsin ailə üzvləri ziyarətə gəlməmişdirlər. Zərər çəkmiş şəxs qismində ifadə vermiş X8 ifadəsində göstərdi ki, hadisə günü övladlarını görmək üçün Bakı şəhəri Qobu qəbəsinə getmişdir. Özü Sumqayıt şəhərində yaşayır. Hadisə 2023- cü ilin 10 dekabr saat 05:40 radələrində baş vermişdir. Belə ki, o, sarı rəngli ‘’FORD TRANSİT” markalı sərnişin daşıyan mikroavtobusa minmişdir. İş üzrə Təqsirləndirilən şəxs sərnişin daşıyan mikroavtobusu çox sürətlə idarə etmişdir. Hətta yolda olarkən belə, yol nəqliyyat nişanlarına məhəl qoymamışdır. O, avtomobilə əyləşərkən sürücünün yanında bir xanım sərnişinin əyləşdiyini görmüşdür. O, iş üzrə zərər çəkmiş şəxs Sənubər Əliyevin əyləşdiyi oturacağın arxa oturacağında əyləşmişdir. Həmin vaxt yorğun olmuş və mürgüləmək istəmişdir. Birdə gözünü açanda artıq xəstəxanada olmuşdur. Şahid qismində ifadə vermiş zərər çəkmiş şəxsin hüquqi varisi X1 ifadəsində göstərdi ki, hadisə yerində olmamışdır. Hadisə günü oğlu zəng edib demişdir ki, “Anam evə gəlib?” o da ona “yox, hələ gəlməyib” demişdir. Mərhum arvadı Zərərçəkmiş şəxs3 Sumqayıt şəhərində əyləşdiyi sərnişin daşıyan mikroavtobusda qəza nəticəsində aldığın xəsarətdən Sumqayıt TTYX-da ölmüşdür. Hadisəni oğlundan eşitmişdir. Mərhum arvadı Zərərçəkmiş şəxs3 hadisə günündən bir gün əvvəl gecəni oğlugildə qalmış, lakin evdən oğlundan yarım saat tez çıxmışdır. Onlar xəstəxanaya gedəndə artıq Allahverdiyev Ayna ölmüşdür. Ona sonradan məlum oldu ki, həmin mikroavtobusun sahibəsi və iş üzrə Şahid3 çox cinayətkar bir qadındır. İbtidai istintaq zamanı müstəntiqlə aralarında mübahisə yaranmışdır. Hadisə zamanı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib və özündə olmadığı üçün idarə etməni itirmişdir. Bununla bağlı olaraq, müvafiq aidiyyatı orqanlara şikatət etmişdir. Şahid qismində ifadə vermiş zərər çəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs4 hadisə nəticəsində aldığı xəsarərlərdən hadisə yerində ölmüşdür. Səhər saatlarında 10:00 radələrində həmişə anası ilə telefon vasitəsi ilə əlaqə saxlayıb onun hal-əhvalını soruşmuşdur. Anası Zərərçəkmiş şəxs4 Bakı şəhəri, 28 mayda şirkətdə işləmişdir. Həmin günü anasına onun mobil istifadəsinə olan mobil nömrəsinə dəfələrlə zəng etmiş və həmin mobil nömrəyə çatmış, amma cavab verən olmamışdır. Həmin günü də anası Sumqayıt şəhərində bacısıgildə qalmışdır. Bacısı isə ona anasının səhər tezdən çıxıb işə getdiyini bildirmişdir. Bundan sonra narahat olmuş, anasının axtarışı ilə əlaqədar olaraq hər kəslə maraqlanmağa başlamışdır. Bütün xəstəxaları axtarmışdırlar. Daha sonra anasının meyitinin Bakı şəhərindəki Respublika Xəstəxanasının morqunda olduğunu öyrənmişdirlər. Onlara bununla bağlı heç kim məlumat verməmişdir. Şahid FORD TRANSİT 100 GL 25 D mikroavtobus markalı 02BF563 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid4 ifadəsində göstərdi ki, hadisə baş verdikdən sonra ona zəng olundu ki, yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra hadisə yerinə getmişdir. Təqsirləndirilən şəxslə ədavəti və düşmənçiliyi yoxdur. Şahid3 Vəliquqlu qızı ifadəsində göstərdi ki, o, iş üzrə Təqsirləndirilən şəxs atası Nurəddini 15 il əvvəl tanımışdır. Bakıdan Novxanı ərazisində yerləşən şirkətə getmiş, orada yanacaq doldurma məntəqəsində yaxınlaşmışdır. Həmin maşını da idarə etmək üçün Sumqayıt şəhəri, H.Zeynalabddin qəsəbəsində yaşayan və qardaşı şəhid olan 48 yaşlı Natiq adlı şəxsə təhvil vermişdir. İş üzrə Təqsirləndirilən şəxs isə yanacaq doldurma məntəqəsində görmüşdür. Təqsirləndirilən şəxs gördüyü zaman o həmin yerdə rəngsaz işlədiyini demişdir. Ondan kim olduğunu soruşmuş, o isə ona Nurəddinin oğlu olduğunu və onu da tanıdığını bildirmişdir. Həmin gündən bir gün qabaq onlarn maşını sökülmüş və maşın dəmirçinin yanında olmuşdur. Natiq ona pula ehtiyacının olduğunu və təzə doğulmuş körpəsi olduğunu demişdir. Təqsirləndirilən şəxslə də heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olub-olmadığını soruşmuş, amma Natiq vəsiqə təqdim etməmişdir. Təqsirləndirilən şəxs axşam saat 19:00 radələrində qeyd olunan mikroavtobusu götürərək onun xəbəri olmadan 20 yanvardan sərnişin götürüb gəlmişdir. Bu haqda heç bir məlumatı olmamışdır. Həmin günü polis əməkdaşları tərəfindən zəng edib bildirmişdirlər ki, “sizin avtomobiliniz buradadır”. O, da avtomobilin “Murad” kafenin qarşısında olduğunu demişdir. Polis əməkdaşı ona demişdir ki, “təcili buraya gəlin və burada yol-nəqliyyat hadisəsi baş verib və bu hadisə nəticəsində ölənlər də var”. Bunu eşidən kimi dərhal qonşunun maşını ilə hadisə yerinə getmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobili idarə etməyə görə etibarnamə vermək üçün notariusa getdiyi zamanı ondan sürücülük vəsiqəni istədikdə, o “yaddımdan çıxıb evdə qalıb” demişdir. Hadisə nəticəsində ona da ziyan dəymişdir. Maşının açarını Təqsirləndirilən şəxs əlbəəl verməmişdir. Natiq maşının açarını avtovağzaldan özü götürmüş, Natiqə işə çıxmaq lazım olduğunu deməmişdir. Bu hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Onun bu hadisə ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçi deyil, amma ona da maddi ziyan dəymişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Bakı şəhərinə işə getmək məqsədi ilə 10 dekabr 2023-cü ildə saat 05:20 radələrində Sumqayıt şəhərində bazarın yanında tanıdığı Natiq adlı sürücünün idarə eldiyi sarı rəngli FORD TRANS1T markalı sərnişin daşıyan mikroavtobusa minərək sürücünün arxasındakı 3 nəfərlik 1-ci sırada sol tərəfdə oturmuşdur. Yanında 2 nəfər tanımadığı qadın əyləşmişdir. Onlardan başqa da sərnişinlər oturaraq Bakı şəhərinə yola düşmüşlər. Sürücü yolda da sərnişin götürmüşdür. Yolda yuxuya gedib yatmışdır. Ayıldıqda Sumqayıt şəhər TTY Xəstəxanasında olmuşdur. Məlum olmuşdur ki, sərnişini olduğu mikroavtobus yolda elektrik dirəyinə çırpılanıq özü, digər bir neçə sərnişin və sürücü, yəni Təqsirləndirilən şəxs xəsarət almış. 2 nəfər sərnişin qadın isə hadisə nəticəsində ölmüşdür. Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Bakı şəhərinə işə getmək məqsədi ilə 10 dekabr 2023-cü ildə saat 05:20 radələrində Sumqayıt şəhərində bazarın yanında sarı rəngdə FORD TRANS1T markalı sərnişin daşıyan mikroavtobusa minərək qapı tərəfdən 2-ci sırada tək nəfərlik oturacaqda əyləşmişdir. Özündən başqa da sərnişinlər oturaraq Bakı şəhərinə yola düşmüşlər. Sürücü yolda da sərnişin götürmüşdür. Mikroavtobusu cavan bir kişi idarə etmişdir. Sərinişini olduğu mikroavtobus YPXA-nın Saray postu adlanan postu keçərək sürətli getmiş, birdən mikroavtobus idarəetmədən çıxıb elektrik dirəyinə çırpılmışdır. Hadisə nəticəsində özü və digər sərnişinlər xəsarət almışlar. Hadisə yerindən Sumqayıt şəhər TTY Xəstəxanasına gətirilmişdir. Sonradan məlum olmuşdur ki, sərnişini olduğu mikroavtobusu idarə edən sürücü Təqsirləndirilən şəxsdur və xəsarət almış sərnişinlərdən 2 nəfər qadın ölmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsləri, zərər çəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10 dekabr 2023-ci il tarixli protokolda, ona əlavə edilmiş sxemdə və fotoşəkillərdə hadisənin baş yerdiyi ərazinin təsviri, hadisə baş verən zaman təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin hərəkət istiqaməti və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ətraflı şəkildə öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında 10 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 10 dekabr 2023-cü ildə saat 05:45 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi FORD TRANSİT sərnişin markalı 02BF563 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin postun yanından yolun orta hissəsi ilə Bakı şəhəri istiamətində hərəkətdə olub oranı keçməsi müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 4585/K №-li rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid ( çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 2723 №-li rəyinə əsasən Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, iki tərəfli göz yuvası ətrafının hematoması, alın nahiyəsinin sıyrıqları və sağ dirsək sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2023-ci ildə yol nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomobilin maneəyə dəyməsi nəticəsində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 2731 №-li rəyinə əsasən Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sol qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, sol qulaq seyvanının əzilmiş yarası, sağ bazu sümüyünün aşağı 1/3-nin, sol dirsək sümüyünün yuxarı 1/3-nin. hər iki said sümüklərinin aşağı 1/3-nin, sol incik sümüyünün yuxarı 1/3-nin və sol qamış sümüyünün aşağı 1/3-nin qapalı, yerdəyişən sınıqları aşkar edilmişdir. Həmin xəsarətlər bərk kül əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2023-ci ildə yol nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomobilin maneəyə dəyməsi nəticəsində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 179 №-li rəyinə əsasən Zərərçəkmiş şəxs4 meyitində daxili qanaxma ilə nəticələnmiş və travmatik şokla müşayiət olunan hemopnevmotoraks. Hər iki ağciyərin cırılmış yaraları, hər iki baldır sümüklərinin açıq sınıqları, soldan 2-4-5-6-7-8-9- 10-11-ci və sağdan 3-4-5-6-7-ci qabırğaların qapalı yerdəyişən sınıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati əlamətlərə malik olmaqla ölümündə a/ əvvəl, yəni xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyal üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs4 ölümünə səbəb hər iki ağciyərlərin cırılmış yaraları, hər iki qabırğaların qapalı və hər iki baldır sümüklərinin açıq sınıqları fonunda aşkar edilmiş travmalikhemorraqiq şok və bunun nəticəsində baş verən daxili qanaxma olmuşdur. Zərərçəkmiş şəxs4 ölümü xx.xx.2023-cü ildə saat 05:50-də baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 180 №-li rəyinə əsasən Zərərçəkmiş şəxs3 meyitində hər iki ağciyər əziyi, çoxlu qanitirməyə səbəb olan cırılmış yaraları, sağ tərəfli İİ, İİİ, sol tərəfli İİ, İİİ. İV qabırğaların qapalı, yerdəyişən sınıqları, burun və sağ baldır sümüklərinin qapalı, yerdəyişən, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq-yerdəyişən sınıqları, sağ bud və sol baldır nahiyəsinin əzilmiş- cırılmış yaraları, bədənin qançır və sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyaların təsirindən əmələ gəlmişdir, xx.xx.2023-cii ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs3 ölümünə səbəb hər iki ağciyərlərin cırılmaları, sağdan İİ, İİİ və soldan İİ, İİİ, İV qabırğaların sınıqları nəticəsində baş verən travmatik-hemorragik şok olmuşdur. Zərərçəkmiş şəxs3 ölümü xx.xx.2023-cü ildə saat 07:00-da baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il il tarixli 8/132 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində FORD TRANSİT 100 GL 25 D mikroavtobus markalı 02BF563 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X9» Azaybaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli 3-13-16/2-179984 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs Azaybaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi FORD TRANSİT 100 GL 25 D mikroavtobus markalı 02BF563 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladları X5 xx.xx.2019-cu il, X6 xx.xx.2017-ci il, X7 xx.xx.2023-cü il təvəllüdlü olmaqla azyaşlıdırlar. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 1 Saylı Mənzil Kommunal Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 6 İİ paralel küçəsi məhəllə 9-da qeydiyyatda olduğu vaxtdan 1 Saylı Mənzil Kommunal Sahəsinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyaları həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməklə ona qarşı heç bir şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan FORD TRANSİT 100 GL 25 D mikroavtobus markalı 02BF563 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-cü il qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut olan Ford Transit 100 GL 25 D mikroavtobus markalı 02BF563 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmsı üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar